Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-11/2024 05.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Şahbuz rayon Gömür kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli (iki uşaq atası), Şahbuz rayon Kolanı kəndində daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, N №-li hərbi hissədə xidmət edən kiçik gizir, 21 noyabr N3-cü ildə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Şahbuz şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 13-cü bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, həmin hərbi hissənin Şahbuz rayonunun Kükü kəndi ərazisində yerləşən, şərti olaraq “Keçəldağ” adlanan döyüş mövqeyində post böyüyü kimi xidməti vəzifələrini yerinə yetirən zaman N3-cü ilin iyul ayının əvvəllərində saat 11 radələrində tabeliyində olan, həmin bölükdə atıcı vəzifəsində xidmət edən və qeyd edilən döyüş mövqeyində döyüş növbətçiliyinə çıxan, əsgər Zərərçəkmiş şəxs2 mövqenin yataqxanasının döşəməsində olan boya ləkələrini təmizləməsini tapşırmış və bir qədər sonra əsgər Zərərçəkmiş şəxs2 döşəmədəki boya ləkələrini yaxşı təmizləmədiyini görüb əsəbiləşərək yataqxananın dəhlizində sonuncunun sifət nahiyəsindən üç şillə zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən, şərti olaraq “Keçəldağ” adlanan döyüş mövqeyində post böyüyü kimi xidməti vəzifələrini yerinə yetirən zaman N3-cü ilin iyul ayının əvvəllərində saat 12 radələrində tabeliyində olan, həmin bölükdə atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən və qeyd edilən döyüş mövqeyində döyüş növbətçiliyinə çıxan, əsgər Zərərçəkmiş şəxs3 mövqenin yataqxanasında yerləşən odun sobasının qarşısındakı külü təmizləməsini tapşırmış və bu zaman əsgər Zərərçəkmiş şəxs3 verilən tapşırığı dərhal icra etməyib, sobanın qarşısındakı külü bir qədər sonra təmizləyəcəyini bildirdiyi üçün əsəbiləşib yataqxanada əsgər Zərərçəkmiş şəxs3 sifət nahiyəsindən bir neçə sillə və yumruq zərbəsi vuraraq, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 23 avqust N3-cü il tarixdə, saat 22:05-də şərti olaraq “Keçəldağ” adlanan döyüş mövqeyində tabeliyində olan, həmin bölükdə tuşlayıcı vəzifəsində xidmət edən və qeyd edilən döyüş mövqeyində döyüş növbətçiliyinə çıxan, əsgər Zərərçəkmiş şəxs1 yuxudan gec duraraq döyüş növbətçiliyinə vaxtında çıxmaması səbəbindən yataqxanada əsgər Zərərçəkmiş şəxs1 başında olan dəbilqəsindən tutub silkələyərək sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuş və daha sonra yataqxananın qarşısında yaxasından tutub silkələyərək rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs kiçik gizir Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş kiçik gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində 20 avqust N3-cü il tarixdə şərti olaraq “Keçəldağ” adlanan döyüş mövqeyində əşya-əmlakı və silah-sursatı yoxlamaq məqsədi ilə getdiyini, manqa komandiri MAHHXHQ əsgər Şahid1 da orada olduğunu və döyüş növbətçiliyini dəyişdirdiyini, 23 avqust N3-cü il tarixdə, saat 21:50 radələrində mövqeyin yataqxanasında MAHHXHQ əsgər Şahid1 əsgər Zərərçəkmiş şəxs1la əsgər Şahid4 döyüş növbətçiliyinə hazırlaşmaları barədə tapşırıq verdiyini, onlar yuxudan qalxıb hazırlaşmağa başladıqlarını, lakin saat 22:00 radələri olsa da, əsgər Zərərçəkmiş şəxs1 silahını götürüb növbəyə getməyə hazır olmadığını, buna görə MAHHXHQ əsgər Şahid1 onlara qaçaraq çölə komandası verdiyini, həmin vaxt əsgər Şahid4 cəld şəkildə yataqxanadan çölə çıxsa da, saat 22:05 radələrində əsgər Zərərçəkmiş şəxs1 narazı şəkildə, tələsmədən yataqxanadan çıxdığını, həmin vaxt onu saxlayıb irad tutaraq sağ əli ilə onun dəbilqəsinin kəmərindən tutub silkələdiyini, sonra sağ əli ilə onun ağız nahiyəsindən bir yumruq vurduğunu, bundan sonra şəxsi heyəti yataqxananın çölündə düzüb üzünü onlara tutub “postda gecikmək olmaz” deyib ümumi olaraq “bir var-yoxsuz posta gecikməsin” ifadəsini işlətdiyini, daha sonra əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşıb onun yaxasından tutub silkələdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən qan gəldiyini, onun alt dodağının içəri tərəfindən partladığını, bundan sonra əsgərlər Zərərçəkmiş şəxs1la Şahid4 döyüş növbətçiliyinə getdiyini, şəxsi heyət isə yataqxanaya getdiyini, növbəti gün günorta saatlarında mövqeyə gələn tabor komandiri mayor Musa Bəndəliyevə bu barədə məruzə etdiyini, M.Bəndəliyev onu və əsgər Zərərçəkmiş şəxs1 hərbi hissəyə gətirdiyini, N3-cü ilin iyul ayının təxminən əvvəllərində, saat 12:00 radələrində əsgər Zərərçəkmiş şəxs3 yataqxanada sobanın qarşısındakı külü təmizləməyi barədə göstəriş verdiyini, Zərərçəkmiş şəxs3 həmin vaxt külü təmizləmədiyi üçün şillə ilə Zərərçəkmiş şəxs3 sifət nahiyəsindən vurduğunu, ətrafı təmizləməyi barədə tapşırıq verdiyini, həmçinin N3-cü ilin iyul ayının əvvəllərində səhər yeməyindən sonra əsgər Zərərçəkmiş şəxs2 mövqenin yataqxanasının döşəməsində olan boya ləkələrini təmizləməsini tapşırdığını, bir qədər sonra əsgər Zərərçəkmiş şəxs2 döşəmədəki boya ləkələrini yaxşı təmizləmədiyini görüb əsəbləşərək yataqxananın dəhlizində sifət nahiyəsindən sillə ilə vurduğunu göstərmişdir. Təqsirləndirilən şəxs kiçik gizir Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 ifadəsində 23 avqust N3-cü ildə əsgər Şahid4la saat 22:00-dan saat 00:00-dək döyüş növbətçiliyinə təyin edildiyini, buna görə də saat 16:00-dan saat 22:00-dək istirahətdə olduqlarını, həmin gün bölüyün baş çavuşu gizir Təqsirləndirilən şəxs mövqedə olduğunu, saat 21:50 radələrində manqa komandiri MAHHXHQ əsgər Şahid1 onu və əsgər Şahid4 yuxudan oyadıb döyüş növbətçiliyinə hazırlaşmaları barədə tapşırıq verdiyini, həmin vaxt yuxulu olduğundan yubandığını, buna görə manqa komandiri MAHHXHQ əsgər Şahid1 tez geyinib çölə çıxması üçün ona say verdiyini, lakin həmin vaxt yuxulu olduğundan buna fikir vermədiyini, təxminən saat 22:05 radələrində MAHHXHQ əsgər Şahid1 ona qaçaraq çölə komandası verdiyini, həmin vaxt yataqxanadan çıxmaq istəyərkən silah otağının yanında kiçik gizir Təqsirləndirilən şəxs ona yaxınlaşıb “niyə ləng tərpənirsən, bir az cəld ol” deyib irad tutduğunu və sağ əli ilə başında olan dəbilqəsinin kəmərindən tutub 3-4 dəfə silkələdiyini, sonra sağ əli ilə ağız nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, nəticədə alt dodağı partlayıb qanadığını, daha sonra kiçik gizir Təqsirləndirilən şəxs mövqeyin şəxsi heyətini yataqxananın qarşısında düzdüyünü, sıranın qarşısında əli ilə onun kitelinin yaxasından tutub özünə tərəf dartaraq 3 dəfə irəli-geri itələdiyini, daha sonra şəxsi heyət yataqxanaya getdiyini, dodağının qanını yuyub əsgər Şahid4la müşahidə məntəqəsinə getdiyini, 24 avqust N3-cü il tarixdə tabor komandiri mayor Musa Bəndəliyev mövqeyə gələn zaman kiçik gizir Təqsirləndirilən şəxs onu vurmasını məruzə etdiyini, buna görə mövqedən endirilib hərbi hissəyə, oradan isə N avqust N3-cü il tarixdə hərbi hospitala göndərildiyini, kiçik gizir Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi olmadığını, onu bağışladığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs2 ifadəsində N3-cü ilin iyul ayının təxminən əvvəllərində, səhər saatlarında kiçik gizir Təqsirləndirilən şəxs tapşırığı ilə yeni yataqxananın dəhlizindəki daş döşəmədə olan boya damcılarını silməyə başladığını, nə qədər silsə də, boya damcılarının getmədiyini, həmin vaxt əsgər Şahid2 isə yataqxananın içərisini sildiyini, kiçik gizir Təqsirləndirilən şəxs onlara nəzarət etdiyini, təxminən saat 11:00 radələrində kiçik gizir Təqsirləndirilən şəxs dəhlizdə onun yanına gələrək yerdə olan boya damcılarını göstərib silməsini dediyini, ona “bayaqdan təmizləyirəm, daşların arasına dolduğundan təmizlənmir” deyəndə kiçik gizir Təqsirləndirilən şəxs əsəbiləşərək sifətinin sol tərəfindən 3 şillə vurduğunu, həmin hadisəni əsgər Şahid2 gördüyünü, Təqsirləndirilən şəxs vurması nəticəsində xəsarət almadığını, əsgər Zərərçəkmiş şəxs3 köhnə yataqxanada sobanın qabağında kül töküldüyündən kiçik gizir Təqsirləndirilən şəxs onu sillə və yumruqla vurduğunu dediyini, 23 avqust N3-cü il tarixdə, saat 22:00-dan saat 00:00-dək əsgər Zərərçəkmiş şəxs1 ilə əsgər Şahid4 döyüş növbətçiliyinə təyin edildiklərini, post böyüyü MAHHXHQ əsgər Şahid1 onları növbəyə aparacağı üçün vaxtında yuxudan qaldırsa da, əsgər Zərərçəkmiş şəxs1 vaxtında silahını götürüb yataqxanadan çıxa bilmədiyini, buna görə təxminən saat 22:05 radələrində həmin vaxt mövqedə olan kiçik gizir Təqsirləndirilən şəxs onun vaxtında növbəyə getmədiyini görüb yataqxanada əsgər Zərərçəkmiş şəxs1 irad bildirib başında olan dəbilqəsindən tutub 3-4 dəfə silkələdiyini, sonra onun ağız nahiyəsindən bir yumruq vurduğunu, sonra o, şəxsi heyəti yataqxananın qarşısında düzüb əli ilə əsgər Zərərçəkmiş şəxs1 kitelinin yaxasından tutub özünə tərəf dartaraq silkələdiyini, kiçik gizir Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi olmadığını, onu bağışladığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs3 ifadəsində N3-cü ilin iyul ayının təxminən əvvəllərində, saat 12:00 radələrində köhnə yataqxanada olan odun sobasında çörək bişirdiyini, həmin vaxt sobaya odun yığanda külün sobanın qarşısına töküldüyünü, külü təmizləmək isə yadından çıxdığını, həmin vaxt mövqeyin post böyüyü kiçik gizir Təqsirləndirilən şəxs sobanın qarşısında külü görüb irad bildirərək külü təmizləməyi tapşırdığını, o isə “cənab gizir, çörək bişirirəm, bişirib qurtarım, təmizləyərəm” dediyini, kiçik gizir Təqsirləndirilən şəxs əsəbiləşib yataqxanada ona yaxınlaşaraq “sənə deyirəm ki, indi təmizlə” deyərək sağ əli ilə sifətinin sol tərəfindən iki şillə, çənəsinin sol tərəfindən bir yumruq vurduğunu, həmin vaxt xəsarət almasa da, sifətində və çənəsində ağrı hiss elədiyini, daha sonra kiçik gizir Təqsirləndirilən şəxs heç nə deməyib, sobanın qarşısında olan külü təmizlədiyini, həmin vaxt yataqxanada heç kim olmadığından kiçik gizir Təqsirləndirilən şəxs onu vurmasını heç kim görmədiyini, həmin gün saat 13 radələrində təmir edilən yeni yataqxanaya ərzaq üçün getdiyini, orada əsgər Zərərçəkmiş şəxs2 ilə söhbət edərkən onun yeni yataqxananın dəhlizini yaxşı silmədiyi üçün kiçik gizir Təqsirləndirilən şəxs onun sifətinə üç şillə vurduğunu dediyini, bundan başqa, 23 avqust N3-cü il tarixdə saat 22:00-dan saat 00:00-dək əsgər Zərərçəkmiş şəxs1 ilə əsgər Şahid4 döyüş növbətçiliyinə təyin edildiyini, əsgər Zərərçəkmiş şəxs1 vaxtında silahını götürüb yataqxanadan çıxmadığına görə saat 22:05 radələrində kiçik gizir Təqsirləndirilən şəxs ona irad bildirib başında olan dəbilqəsindən tutub özünə tərəf dartıb silkələdiyini, daha sonra onun ağız nahiyəsindən bir dəfə yumruqla vurduğunu, əsgər Zərərçəkmiş şəxs1 dodağı qanadığını, bundan sonra kiçik gizir Təqsirləndirilən şəxs şəxsi heyəti yataqxananın qarşısında düzüb əsgər Zərərçəkmiş şəxs1 kitelinin yaxasından tutub özünə tərəf dartaraq silkələdiyini, kiçik gizir Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi olmamasını, onu bağışladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində 23 avqust N3-cü il tarixdə saat 22:00-dan saat 00:00-dək əsgər Zərərçəkmiş şəxs1 ilə əsgər Şahid4 döyüş növbətçiliyinə təyin edildiyini, post böyüyü MAHHXHQ əsgər Şahid1 onları növbəyə aparmaq üçün təxminən saat 21:40 radələrində yuxudan qaldırdığını, lakin əsgər Zərərçəkmiş şəxs1 vaxtında silahını götürüb yataqxanadan çıxa bilmədiyini, buna görə saat 22:05 radələrində həmin vaxt mövqeyin yataqxanasında olan kiçik gizir Təqsirləndirilən şəxs onun vaxtında növbəyə getmədiyini gördüyünü, yataqxanada əsgər Zərərçəkmiş şəxs1 “sən vaxtında növbəyə getməlisən” deyib həmin vaxt onun başında olan dəbilqəsinin kəmərindən tutub özünə tərəf dartaraq 3-4 dəfə silkələdiyini, sonra əsgər Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs1 dodağı qanadığını, bundan sonra kiçik gizir Təqsirləndirilən şəxs şəxsi heyəti yataqxananın qarşısında düzdüyünü, sıranın qarşısında əsgər Zərərçəkmiş şəxs1 kitelinin yaxasından tutub özünə tərəf dartaraq silkələdiyini, araşdırma zamanı N3-cü ilin iyul ayının əvvəllərində, saat 11:00 radələrində şərti olaraq “Keçəldağ” adlanan mövqedə yeni yataqxananın dəhlizində boya damcısını yaxşı təmizləmədiyinə görə kiçik gizir Təqsirləndirilən şəxs əsəbiləşərək əsgər Zərərçəkmiş şəxs2 sifətindən 3 şillə vurmasını, N3-cü ilin iyul ayının əvvəlində, saat 12:00 radələrində köhnə yataqxanada çörək bişirən zaman odun sobasının qarşısındakı külü vaxtında təmizləmədiyinə görə kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs3 sifətindən şillə və yumruq zərbələri vurduğunu eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 ifadəsində 23 avqust N3-cü il tarixdə saat 22:00-dan saat 00:00-dək əsgər Zərərçəkmiş şəxs1la döyüş növbətçiliyinə təyin edildiyini, post böyüyü MAHHXHQ əsgər Şahid1 saat 21:40 radələrində onları oyandırdığını, özü tez qalxıb paltarını geyindikdən sonra silah otağından silahını təhvil götürərək yataqxanadan çölə çıxdığını, lakin əsgər Zərərçəkmiş şəxs1 yuxulu olduğundan vaxtında hazırlaşıb silahını götürüb yataqxanadan çıxa bilmədiyini, saat 22:05 radələrində yataqxananın çölündə gözləyərkən əsgər Zərərçəkmiş şəxs1 çölə çıxdığını, həmin vaxt onun dodağının qanadığını gördüyünü, ondan nə baş verməsini soruşanda növbəyə gec çıxdığına görə kiçik gizir Təqsirləndirilən şəxs onu yumruqla ağzından vurduğunu dediyini, bundan sonra kiçik gizir Təqsirləndirilən şəxs şəxsi heyəti yataqxananın qarşısında düzərək şəxsi heyətə bir neçə söz dediyini, lakin nə dediyini xatırlamadığını, daha sonra əsgər Zərərçəkmiş şəxs1la müşahidə məntəqəsinə getdiyini, səhəri gün əsgər yoldaşlarından döyüş növbətçiliyinə gec çıxması səbəbindən kiçik gizir Təqsirləndirilən şəxs yataqxanada əsgər Zərərçəkmiş şəxs1 başında olan dəbilqəsindən tutub silkələdiyini, sonra əsgər Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən bir yumruq zərbəsi vurduğunu öyrəndiyini, 06 sentyabr N3-cü ildə onun xidmət yeri N №-li hərbi hissəyə dəyişdirildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid5 ifadəsində tarixləri tam unutduğunu, əsgər Zərərçəkmiş şəxs1la əsgər Şahid4 döyüş növbətçiliyinə təyin edildiyini, post böyüyü MAHHXHQ əsgər Şahid1 onları yuxudan oyandırsa da, əsgər Zərərçəkmiş şəxs1 vaxtında silahını götürüb yataqxanadan çıxmadığını, kiçik gizir Təqsirləndirilən şəxs onun vaxtında növbəyə getmədiyini görüb yataqxanada əsgər Zərərçəkmiş şəxs1 “sən niyə vaxtında növbəyə getmirsən?” deyə irad bildirib onun başında olan dəbilqəsinin kəmərindən tutub özünə tərəf dartıb silkələdiyini, sonra əsgər Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən bir dəfə yumruqla vurduğunu, əsgər Zərərçəkmiş şəxs1 dodağı qanadığını, bundan sonra gizir Təqsirləndirilən şəxs şəxsi heyəti yataqxananın qarşısında düzüb ünvansız olaraq “heç bir var-yoxsuz növbəyə gecikməməlidir” dediyini, əsgər Zərərçəkmiş şəxs1 kitelinin yaxasından tutub özünə tərəf dartaraq silkələdiyini, ibtidai istintaqa vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. Cinayət işi üzrə Şahid2 xx.xx.N4-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid qismində dindirildiyini, hazırda Bakı şəhərində müalicə aldığını, səhhətilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadənin düzgünlüyünü təsdiq etdiyini, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini xahiş etmişdir. Cinayət işi üzrə şahid MAHHXHQ əsgər Şahid1 xx.xx.N4-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid qismində tanındığını, xidmət apardığı postdan hava şəraiti ilə əlaqədar hərbi hissəyə düşmək mümkün olmadığından məhkəmədə iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadənin düzgünlüyünü təsdiq etdiyini, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə, şahidlər Şahid2 və Şahid1 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində N3-cü ilin iyul ayının təxminən əvvəllərində, saat 11 radələrində əsgər Zərərçəkmiş şəxs2 ilə yeni yataqxanada təmizlik işləri aparmış, kiçik gizir Təqsirləndirilən şəxs da onlara nəzarət etmişdir. Əsgər Zərərçəkmiş şəxs2 dəhlizdə döşəməyə düşən boya damcılarını silərkən, həmin vaxt kiçik gizir Təqsirləndirilən şəxs dəhlizdə ona yeri göstərək boya damcılarını silməsini demiş, əsgər Zərərçəkmiş şəxs2 isə “bayaqdan təmizləyirəm, təmizlənmir” deyən zaman kiçik gizir Təqsirləndirilən şəxs “mən nə deyirəm onu edin” deyib onun sifətinin sol tərəfindən üç şillə vurmuş, həmin vaxt özü bunu görmüşdür. Sonra hər ikisi boya damcılarını təmizləmişlər. Həmin gün günorta saatlarında əsgər Emin Musalı ilə söhbət edərkən köhnə yataqxanada odun sobasının qarşısındakı külü təmizləmədiyi üçün kiçik gizir Təqsirləndirilən şəxs onun sifətindən sillə və yumruqla vurduğunu öyrənmişdir. Bundan başqa, əsgər Zərərçəkmiş şəxs1 ilə əsgər Şahid4 23 avqust N3-cü il tarixdə, saat 22:00-dan saat 00:00-dək döyüş növbətçisi təyin edilmiş, buna görə post böyüyü MAHHXHQ əsgər Şahid1 onları vaxtında yuxudan qaldırsa da, əsgər Zərərçəkmiş şəxs1 vaxtında silahını götürüb yataqxanadan çıxmamış, təxminən saat 22:05 radələrində yataqxanada olan kiçik gizir Təqsirləndirilən şəxs onun vaxtında növbəyə getmədiyini görüb yataqxanada əsgər Zərərçəkmiş şəxs1 irad bildirib başında olan dəbilqəsinin kəmərindən tutub özünə tərəf dartaraq 3-4 dəfə silkələmiş, sonra ağız nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt yataqxanada əsgər Zərərçəkmiş şəxs1 alt dodağının qanadığını görmüş, bundan sonra kiçik gizir Təqsirləndirilən şəxs şəxsi heyəti yataqxananın qarşısında düzmüş həmin vaxt əsgər Zərərçəkmiş şəxs1 kitelin yaxasından tutub özünə tərəf dartaraq silkələmişdir. Daha sonra şəxsi heyət yataqxanaya getmiş, əsgər Zərərçəkmiş şəxs1la Şahid4 döyüş növbətçiliyinə getmişlər. Səhəri gün isə tabor komandiri mayor Musa Bəndəliyev mövqeyə gələndə kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən yumruqla vurduğunu məruzə etmiş, buna görə onun barəsində araşdırma aparılmış, cinayət işi açılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş MAHHXHQ əsgər Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 23 avqust N3-cü il tarixində, saat 22:00-dan 00:00-dək əsgər Zərərçəkmiş şəxs1la Şahid4 döyüş növbətçiliyinə təyin olunmuş, həmin gün gizir Təqsirləndirilən şəxs da şərti olaraq “Keçəldağ” adlanan döyüş mövqeyində olmuş, növbəyə hazırlaşmaları üçün təxminən saat 21:30 radələrində onları oyandırmış, kaska-bronjiletlərini geyinib hazırlaşandan sonra saat 22:00 radələrində silah otağına keçmişlər, saat 22:05 olsa da, onlar hazır olmadığından onlara silahı götürüb çıxmaları tapşırığını vermiş, əsgər Şahid4 cəld silahı götürüb silah otağından çıxmış, lakin əsgər Zərərçəkmiş şəxs1 həmin vaxt yuxulu olduğundan cəlb hərəkət etməmişdir. Həmin vaxt bölüyün baş çavuşu gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşıb “niyə manqa komandirinin verdiyi tapşırığı yerinə yetirmirsən?” deyərək ona irad bildirmiş, əsgər Zərərçəkmiş şəxs1 başındakı qəbilqənin kəmərindən tutub 3-4 dəfə silkələmiş, sonra onun ağız nahiyəsindən 1 dəfə yumruqla vurmuş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs1 alt dodağı qanamışdır. Bundan sonra gizir Təqsirləndirilən şəxs şəxsi heyəti yataqxananın qarşısında düzərək sıranın qarşısında “heç bir var-yoxsuz növbəyə gecikə bilməz” demiş, sonra isə əsgər Zərərçəkmiş şəxs1 qarşısına gedib onun yaxasından tutaraq 3-4 dəfə silkələmişdir. Bundan sonra şəxsi heyət yataqxanaya getmiş, əsgərlər Zərərçəkmiş şəxs1la Şahid4 döyüş növbətçiliyinə aparmış, səhəri gün tabor komandiri mayor Musa Bəndəliyev mövqeyə gələndə gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 vurması barədə ona məruzə etmiş, sonrakı günlərdə həmin hadisə ilə bağlı araşdırma aparılmış, gizir Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr N1-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329-cu maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 sentyabr N3-cü il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs2, əsgər Zərərçəkmiş şəxs3 və əsgər Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdırlar. Cinayət işinin 1-ci cildinin 17-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 31 avqust N3-cü il tarixli, 298 №-li rəyində zərərçəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət - alt dodağın əzilmiş yarası - bərk küt əşyanın təsiri nəticəsində törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə törənməsi itisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. Cinayət işinin 1-ci cildinin 29-cu vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli, 268 №-li əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs həmin hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün baş çavuşu vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 30-cu vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 205 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs1 həmin hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün 2-ci taqımının 2ci manqasının tuşlayıcısı vəzifəsinə təyin olunduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 31-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli, 281 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs2 həmin hərbi hissənin 4-cü taborun 13-cü bölüyünün 2-ci taqımının 2-ci manqasının heyət nəfəri-atıcısı vəzifəsinə təyin olunduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 32-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N iyun N3-cü il tarixli, 170 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs3 həmin hərbi hissənin 4-cü motoatıcı taborun 13-cü bölüyünün 2-ci taqımının 2-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin olunduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 33-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 37-40-cı vərəqələrinə əlavə edilmiş xidmət vərəqəsindən çıxarışlardan görünür ki, gizir Təqsirləndirilən şəxs xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib, lakin xx.xx.N3-cü il tarixdə mövqeylərdə səliqə-səhmana zəif nəzarət etdiyinə görə və xx.xx.N3-cü il tarixdə isə mövqe başçısı olduğu zamanı heyvan sürülərini təyin olunmuş yerdən qabağa buraxılmasına nəzarət etmədiyinə görə “töhmət” cəzası ilə cəzalandırılmış, əsgər Zərərçəkmiş şəxs1, əsgər Zərərçəkmiş şəxs3 və əsgər Zərərçəkmiş şəxs2 xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib və cəzalandırılmayıblar. Cinayət işinin 1-ci cildinin 49-cu vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 29 avqust N3-cü il tarixli, 1132 №-li arayışda N nömrəli hərbi hissənin 4-cü taborun 13-cü bölüyünün baş çavuşu gizir Təqsirləndirilən şəxs ilə 4cü taborun 13-cü bölüyünün 2-ci taqımının 2-ci manqasının tuşlayıcısı əsgər Zərərçəkmiş şəxs1, 4-cü taborun 13-cü bölüyünün 2-ci taqımının 2-ci manqasının heyət nəfəri əsgər Zərərçəkmiş şəxs2 və 4-cü taborun 13-cü bölüyünün 2-ci taqımının 2-ci manqasının atıcı qumbaraatan köməkçisi əsgər Zərərçəkmiş şəxs3 arasında tabelik münasibətləri olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 51-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla, şərti olaraq 01 il sınaq müddəti təyin olunmuş, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci, 331.2-ci və 331.3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə 100 manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikasının CMnin 331.3-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti verilməklə şərti tətbiq olunmuşdur və hazırda məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cildinin 68-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli, 255 №-li əmrindən görünür ki, X5 Komandanının birinci müavini-qərargah rəisinin xx.xx.N3-cü il tarixli 087gm nömrəli əmrindən çıxarışa əsasən, 4-cü motoatıcı taborun 13-cü bölüyünün baş çavuşu gizir Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq hərbi rütbəsinin “kiçik gizir” hərbi rütbəsinədək bir pillə aşağı salınmışdır. Cinayət işinin 1-ci cildinin 70-ci vərəqəsinə əlavə edilmiş 11 sentyabr N3-cü il tarixli, 958 №-li arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş, sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 72-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 14 sentyabr N3-cü il tarixli, 328 №-li ekspert rəyində zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində hadisə ilə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərmişdir. Cinayət işinin 1-ci cildinin 73-cü vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 14 sentyabr N3-cü il tarixli, 329 №-li ekspert rəyində zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində hadisə ilə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərmişdir. Cinayət işinin 1-ci cildinin 157-ci vərəqəsinə əlavə edilmiş “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 28 sentyabr N3-cü il tarixli, 18-1-38/2- 830/N3 nömrəli məktubdan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Xəstəxanada psixoloji və narkoloji xəstəliklərdən müalicə almadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 163-cü vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş 28 sentyabr N3-cü il tarixli, 12186 №-li məktubdan görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmadıqları göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 165-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Y.Budaqov adına Naxçıvan MR X2 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadıqları göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 182-187-ci vərəqələrinə əlavə edilmiş Azərbaycan Respublikası Cəlilabad Hərbi Məhkəməsinin 04 oktyabr N3-cü il tarixli, 4-18/2-43/N3 №-li məktubundan və Lənkəran Hərbi Məhkəməsinin N oktyabr 2010-cu il tarixli, 1(096)- 61/2010 №-li hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Cinayət işinin 1-ci cildinin 189-196-cı vərəqələrinə əlavə edilmiş Azərbaycan Respublikası Füzuli Hərbi Məhkəməsinin 16 oktyabr N3-cü il tarixli, 137 №-li məktubundan və Füzuli Hərbi Məhkəməsinin 25 dekabr 2012-ci tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci, 331.2-ci və 331.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə 100 (bir yüz) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikasının CM-nin 331.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti verilməklə şərti tətbiq olunmuşdur və hazırda məhkumluğu ödənilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs arvadı X3 işləmədiyi göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin kiçik gizir Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs kiçik gizir Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs kiçik gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə edib, onlarla barışmasını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirəni olmasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarekterizə edilməsini, zərər çəkmiş şəxslərdən üzr istəyərək onlarla barışıq eldə etməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan daha yüngül cəza növünün, yəni müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 12 % (on iki faiz) dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov.
Məhkəmə qərarları › İş №1-1(092)-11/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-11/2024
05.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver