Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-11/2025 17.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 199N-ci il tarixdə Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, “Xan” taksi şirkətində taksi sürücüsü işləyən, Babək rayonunun Didivar kəndində qeydiyyatda olmaqla yaşayan, N8 oktyabr N0N4-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N8-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Bağırov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun tibb məntəqəsinin sürücü-sanitarı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 15 avqust N0N4-cü il tarixdə saat N3 radələrində aralarında sevgi münasibətləri olan Naxçıvan şəhər sakini (Rzayeva) Şahid1 ilə telefonla danışan zaman sonuncu ona boşandığı əri Zərərçəkmiş şəxs işlədiyi, Naxçıvan şəhər Əlincə 11 ünvanında yerləşən “Era Butik” adlı qadın geyim mağazasının qarşısına gəldiyini, azyaşlı uşaqları ilə birlikdə onu yaşadığı evə yola salmaq üçün gözlədiyini demiş və həmin vaxt o, boşandıqları halda Zərərçəkmiş şəxs keçmiş arvadı Şahid1 ətrafında olmasından əsəbləşdiyi üçün özünə məxsus “Kia Optima” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gedərək, Şahid1 işlədiyi mağazanın yanına gəldikdən sonra Zərərçəkmiş şəxs avtomobilə minməsini, birlikdə gedib kənarda söhbət etmələrini demiş, sonuncu yanında uşaqlar olduğunu, onunla daha sonra söhbət edəcəyini deyərək avtomobilə minmədikdə o, avtomobildən düşüb Zərərçəkmiş şəxs yanına gələrək sözlü mübahisə etməyə başlamış və mübahisə zamanı əvvəlcə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib, daha sonra boyun nahiyəsindən tutub ayağından badalaq verməklə yerə yıxmış, yerdə olan zaman isə hər iki əli ilə boyun nahiyəsindən tutub sıxmışdır. Həmin vaxt ətrafdan keçən şəxslər onları aralaşdırmış, Zərərçəkmiş şəxs yanlarında olan az yaşlı qızı Nuray Rzayevanı qucağına alıb yaşadığı evə getmək üçün oradan uzaqlaşdıqda, Təqsirləndirilən şəxs cinayətkar əməlini davam etdirərək təkrar onun arxasınca gedib bir qədər aralıda yerləşən “Şərq Hamamı” adlı hamam kompleksinin yanında onlara çataraq Zərərçəkmiş şəxs uşağı anasına verməsini demiş, sonuncu vermədikdə yaxınlaşıb, başı ilə sifətinə bir zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “burun sümüyünün sınığı, yumuşaq toxumaların şişkinliyi və qançırı, boyunda N ədəd, sol dirsək nahiyəsində 1 ədəd, sağ əlindən N ədəd sıyrıqlar” xəsarətlərini yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N8-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N0N0-cü ilin yanvar ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətə başladığını, 11 noyabr N0N4-cü il tarixdə ordu sıralarından tərxis edildiyini, Zərərçəkmiş şəxs N0N4-cü ilin iyul ayından tanıdığını, N0N4-cü ilin iyul ayında xidmətdən sonra taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü özünə məxsus olan “Kia Optima” markalı, **-BK-*** nömrə nişanlı maşınla “Xan” taksi şirkətinə qoşulduğunu, təximən eyni vaxtlarda Naxçıvan şəhərində olan vaxt bir qadın müştəri götürüb söhbət əsnasında adının Elnurə olduğunu öyrəndiyini, aralarında münasibət yarandığından telefon nömrəsini götürüb ara-ara danışmağa başladığını, həmin ərəfələrdə Elnurə ərindən boşandığından aralarında sevgi münasibəti olduğunu, Elnurə ərindən boşansa da avqust ayının əvvəllərinədək bir evdə yaşadıqlarını, təxminən həmin ayın 10-dan sonra Elnurə uşaqları ilə birlikdə kirəyə evə köçdüklərini, 15 avqust N0N4-cü il tarixdə xidmətdən sonra Naxçıvan şəhərinə gəldiyini, saat NN:30 radələrində öz maşını ilə şəhərdə olarkən Elnurəyə zəng vurub kef-hal etdiyini, Elnurə ona hələ mağazada olduğunu dedikdə onun yanından uşaq ağlaması səsi gəldiyi üçün nə olduğunu soruşduğunu, Elnurə ona keçmiş əri Elnurun uşaqları mağazaya gətirdiyini onları evə aparacağını dediyini, ona oraya gəldiyini dedikdə Elnurə gəlmə deyib telefonu söndürdüyünü, Elnurə və uşaqlardan ötrü narahat olduğundan maşını ilə Elnurənin işlətdiyi mağazanın yanına getdiyini, həmin vaxt Elnur və onun iki qızı mağazanın qarşısında olduğunu, maşını saxlayıb Elnura uşaqları anasına verib onunla birlikdə gəlməsini, gedib söhbət etmələrini dediyini, bu vaxt Elnur ona “sizinlə N-3 gün sonra söhbət edəcəm” deyib səsini qaldırmağa başladığını, yenə də ona səs-küy salmamasını, biyabırçılıq çıxarmamasını, ətrafda adamlar olduğunu deyib onu kənddən soraqladığını, şantajla məşğul olduğunu bildirdiyini, həmin vaxt ətrafda tanımadığı şəxslər də olduğunu, Elnur ona “şərəfsiz” kimi nalayiq ifadələr işlədib qızı Nurayı ordan aparmaq istədiyini, buna mane olmaq üçün onun boyun hissəsindən tutub sağ ayağı ilə Elnurun ayağından badalaq verərək yerə yıxdığını, yerdə olanda boğaz hissəsindən bir əli ilə tutduğunu, həmin vaxt Elnur sağ əli ilə onun sol qulaq və üz nahiyəsindən 3-4 yumruq zərbəsi vurduğunu, həmin vaxt yoldan keçən tanımadığı insanların oraya yığışdığını, Elnuru buraxdığını, onun ayağa qalxarkən sağ ayağı ilə onun sol ayağının diz nahiyəsindən bir təpik zərbəsi vurub uca səslə ona qarşı nalayiq ifadələr işlətdiyini, Elnur onu söyəndə o da həmin sözləri Elnurun özünə qaytarıb, özünsən dediyini, Elnur qızı Nurayı qucağına alıb özü ilə aparmaq istədikdə Elnurə ona uşağı buraxmasını deyib onun arxasıca getdiyini, Elnur onu və Elnurəni söyə-söyə həmin yerdən uzaqlaşdığını, Elnurə və qızı Zeynəb ağlayaraq onların arxasınca getdiyini, mağazanı bağlayıb uşaqların volesibedini maşının arxasına qoyduqdan sonra maşınla Elnurun getdiyi istiqamətdə gedib onların yanında dayandığını, onlara yaxınlıqdakı “Şərq hamamı” adlı hamam kompleksinin yanında çatdığını, maşından düşüb Elnurun yanına gedərək uşağı anasına verməsini dedikdə Elnur qucağında olan Nurayı yerə qoyub onun yaxasından yapışdığını, onun da özünü müdafiə etmək üçün Elnurun burnundan bir kəllə zərbəsi vurduğunu, yenə də ətrafdan 6-7 nəfər tanımadığı adamların oraya gəldiyini, daha sonra Elnur ona “mənə də bu lazım idi” deyib Nurayı yenidən qucağına alaraq yaşadığı evə tərəf getdiyini, Elnurə və Zeynəb də onun arxasıca getdikdə bir az olduğu yerdə qaldıqdan sonra maşınla Elnurə və Zeynəbin yanına getdiyini, onları maşına mindirib Elnurun yaşadığı məhləyə gedəndə onun yanına çatıb maşını qarşısında saxladığını, maşından yerə düşdüyünü, Zeynəb və Elnurə bir az Elnurun arxasıca getdikdən sonra Elnurə onun yanına qayıtdığını, Zeynəb isə atası Elnurla birlikdə getdiyini, zərərçəkmiş şəxsə qarşı olan hərəkətinə görə ondan üzr istədiyini göstərmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs N0N4-cü ilin may-iyun aylarından tanıdığını, keçmiş arvadı Şahid1 ilə münasibətləri olduğunu eşitdiyini, 13 noyabr N010-cu il tarixdə Şahid1 ilə ailə həyatı qurduğunu, 3 övladları olduğunu, N0N3-cü ilin dekabr ayının sonlarında arvadı Elnurə ona boşanmaq istədiyini dediyini, onun elə deməsinin hər hansı səbəbi olmadığını, nəyə görə boşanmaq istədiyini bilmədiyini, bir neçə gün sonra Elnurə Naxçıvan şəhər məhkəməsində nikahın xitam olunması ilə bağlı iddia qaldırdığını, N0N4-cü ilin iyul ayının sonlarında aralarında bağlanmış nikaha xitam verildiyini, Elnurə kirayə mənzil tutaraq uşaqlarla birlikdə onunla yaşadığı evdən köçdüyünü, Şahid1 Naxçıvan şəhər N-ci mikrorayonda yerləşən dəqiq ünvanını bilmədiyi “ERA Butik” adlı mağazada qadın paltarları satılan mağazada işlədiyini, N0N4-cü ilin təxminən iyun aylarında onun Sahib adlı hərbi qulluqçu ilə münasibəti olduğunu eşitdiyini, 15 avqust N0N4-cü il tarixdə saat 19 radələrində Şahid1 qızları Zeynəb və X6 adına məktəbin yaxınlığında ona təhvil verdiyini, uşaqları götürüb məktəbin həyətində gəzdirdiyini, təxminən saat NN radələrinədək orada oynadıqdan sonra gəzərək Şahid1 işlətdiyi mağazanın yanına getdiklərini, qızları bir az volesibet sürüb ona onları yeni qaldıqları evə aparmağını, volesibeti evə qoymaqlarına kömək etməsini dediyini, çöldə Şahid1 çıxmasını gözləyərkən qızı Zeynəb ondan gedib-getmədiyini soruşanda ona onları gözlədiyini dediyini, həmin müddət “Kia Optima” markalı, **-BK-*** nömrə nişanlı bir avtomobil mağazanın qarşısında saxladığını, avtomobilin Sahib adlı şəxsə məxsus olduğunu əvvəlcədən maraqlandığı üçün bildiyini, maşın dayandıqdan sonra adının Sahib olduğunu bildiyi sürücüsü ona maşına minməsini, gedib kənarda söhbət etmələrini dediyini, ona yanında uşaqlar olduğunu, çıxıb getməsini, daha sonra söhbət etmələrini dediyini, bu vaxt Sahib maşından yerə düşüb israrla ona onunla birlikdə getməsini dedikdə yenə də uşaqlara görə heç yerə getmədiyini, Sahib ona şantajla məşğul olduğunu, gedib onu kənd camaatından maraqlandığını dediyini, ona “şantaj edirəmsə get hüquq-mühafizə orqanlarına görək mən şantaj edirəm ya yox” deyə cavab verdikdə Sahib ona “şərəfsiz” dediyini, o da Sahibə “şərəfsiz sənsən ki, ailəmin dağılmasına səbəb olmusan” deyə cavab verdiyini, bundan sonra uşaqları sakitləşdirmək istəyəndə Sahib onun boynundan tutub, ayağından vurub yerə yıxdığını, yerdə olarkən boğazından tutub sıxdığını, bundan sonra səs-küyə ətrafdan tanımadığı adamlar gəldikdə Sahib onu buraxdığını, ayağa qalxıb sağ ayağı ilə Sahibin sol ayağının diz nahiyəsindən bir təpik zərbəsi vurduğunu, bundan sonra qızı Nurayı qucağına alıb yaşadığı evə aparmaq istədiyini, qızı Zeynəbə də onunla gəlməsini desə də gəlməyib anası ilə qaldığını, Nurayı yaşadığı evə apararkən N-ci mikrorayonda yerləşən “Şərq hamamının” yanında olanda Sahib avtomobili ilə yenidən onların yanına gəlib dayandığını, maşından düşüb yanına gəldiyini, həmin vaxt qızı Nuray qucağında olduğunu, Sahib gəlib onun burnundan bir kəllə zərbəsi vurduğunu, ona başqa zərbə vurmadığını, Sahibə “sən görərsən” deyib oradan uzaqlaşdığını, qızı Nurayla birlikdə öz yaşadığı evə gedəndə yolda qızı Zeynəb də onlara qoşulduğu üçün birlikdə evə getdiyini, evə çatdıqda oğlu Məhəmmədində orada olduğunu, burnunun qanadığını görüb narahatçılıq keçirtdiyini, əl-üzünü yuyub, uşaqları sakitləşdirdiyini, daha sonra 10N polis xidmətinə zəng vurub şikayət etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində N010-cu ildə Zərərçəkmiş şəxslə ailə həyatı qurduğunu, evliliklərindən 3 övladı dünyaya gəldiyini, N0N3-cü ilin sonlarında münasibətləri soyuyub yola gedə bilmədiklərindən və Elnurun ona xəyanət etdiyini bildiyindən N0N4-cü ilin yanvar ayında Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək nikahlarının xitam olunmasını xahiş etdiyini, məhkəmə prosesi 6 aya qədər uzandığından həmin müddət Elnurla eyni evdə qaldığını, bir-iki gün sonra kirayə mənzil tutub ünvan 3 ünvanına köçdüyünü, N0N4-cü ilin iyun ayında taksi sifariş etdiyini, həmin vaxt gələn taksinin sürücüsü ilə tanış olduğunu, adının Sahib, hərbiçi olduğunu öyrəndiyini, onunla aralarında sevgi münasibəti yarandığını, 15 avqust N0N4-cü il tarixdə Naxçıvan şəhər Əlincə 11 ünvanında özünə məxsus olan “Era Butik” adlı qadın geyim mağazasında işlədiyini, saat 19 radələrində qızları Zeynəb və Nurayı Elnura təhvil verib mağazada öz işləri ilə məşğul olduğunu, saat NN:30 radələrində Elnur uşaqları mağazaya gətirib özü çöldə dayanıb gözlədiyini, ona getməsini, özlərinin evə gedəcəklərini desə də Elnur orada qalaraq onları yaşadıqları evə aparacağını dediyini, Elnurun kirayə yaşadıqları evin ünvanını bilməməsini istədiyindən bir neçə dəfə qızı Zeynəbə atasına getməsini deməsini bildirdiyini, həmin vaxt telefonda Sahiblə danışdığından sonuncu nə olduğunu soruşarkən ona Elnurun mağazanın qarşısında dayanıb çıxıb getmədiyini dediyini, Sahib əvvəllər ona “əgər boşanmısınızsa Elnur niyə sənin ətrafında olur” dediyini, bir neçə dəqiqə sonra Sahib öz maşını ilə mağazanın yanına gəldiyini, həmin vaxt qızları və Elnur çöldə dayandığını, Sahib Elnura “gəl gedək söhbət edək” dediyini, Elnur isə razı olmayaraq uca səslə qışqırmağa başlayaraq ona “nə üzlə bura gəlmisən, ailəmi dağıtdın” kimi sözlər dediyini, o, uca səslə danışdığı üçün ətrafdan bir neçə nəfər onların yanına gəldiyini, Sahib də Elnura onu gedib kənddən maraqlandığını, videosunu çəkdiyini, şantajla məşğul olduğunu dediyini, Sahib anidən Elnurun boğazından tutub yerə yıxdığını, daha sonra ətrafda olan şəxslər onları aralaşdırdığını, Elnur balaca qızı Nurayı qucağına alıb oradan uzaqlaşaraq öz yaşadığı evə tərəf getməyə başladığını, ona uşağı buraxmasını deyib arxasınca getdiyini, qızı Zeynəb də onunla birlikdə gəldiyini, bir az aralandıqdan sonra Elnurun yanına çatanda ona uşağı buraxmasını dediyini, Elnur ona qarşı ağır nalayiq ifadələr işlədib üzünə tüpürdüyünü, uşağı verməyərək davam edəndə Sahib öz maşını ilə gəlib onun yanında saxlayıb maşından yerə düşdüyünü, Elnura uşağı buraxmasını dediyini, onların arasında yenə mübahisə başladığını, mağazanın qarşısına toplaşan insanlar da oraya gəldiyini, Elnur Nurayı qucağından yerə qoyduğunu, Sahib isə onun burnundan başı ilə bir zərbə vurduğunu, Elnur ona “sən görərsən” deyib Nurayı təkrar qucağına alıb evinə tərəf getdiyini, Zeynəblə birlikdə Elnurun arxasıca gedib Nurayı ona verməsini bir də desə də o, Nurayı vermədiyindən qızı Zeynəbə atası ilə birlikdə evə getməsini, Nurayı sakitləşdirməsini dediyini, onun Təqsirləndirilən şəxs yanına qayıtdığını göstərmişdir. Məhkəmə istintaqında az yaşlı şahid müəllimin və valideyinlərinin iştirakı ilə dindirildi, az yaşlı ŞahidN ifadəsində Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə 6-cı sinifdə oxuduğunu, oxuyub-yazmağı yaxşı bacardığını, atası ilə anasının boşandığını, əvvəl anası ilə birlikdə N-ci mikrorayonda qaldığını, anasının orada mağazası olduğunu, yayda atası və bacısı Nurayla birlikdə Heydər Əliyev adına məktəbin həyətində oynayarkən atasının gəlib onları mamasının işlədiyi mağazaya apardığını, maması onlara çıxın çöldə bir az da oynayın dediyini, atan getdikdən sonra evə özümüz gedərik dediyini, atası isə onları özünün aparacağını dediyini, atasına “Mamam deyir getsin, özümüz gedəcəyik” dediyini, bundan sonra yolda oynayanda bir nəfər maşınla gəlib orda dayandığını, atasına maşına minməsini dediyini, ancaq atasının həmin maşına minmədiyini, sonra həmin şəxsin atasını yerə yıxdığını, onların ağlayaraq qışqırdığını, yaxınlıqda olan tanımadığı adamların gəlib onları araladığını, atasının kiçik bacısı Nurayı götürüb oradan getdiyini, anası həmin adamın maşınına mindiyindən onun da məcbur qalıb mindiyini, həmin adam yolda maşını saxlayaraq yerə düşdüyünü, yolda piyada gedən atasına yaxınlaşaraq burnundan başı ilə vuraraq burnunu qanatdığını, atası bacısını götürüb getdiyini, təkrar həmin adamın maşınına mindiyini, həmin maşın yenə onun atasının arxasınca getdiyini, yolda maşını saxlayıb maması atasına Nurayı ver dediyini, amma atasının Nurayı ona vermədiyini, maması ona “sən də atanla get” dediyini, atasını vuran adamın adının Sahib olduğunu, maması deyəndə eşitdiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini, belə ki, iş üzrə məhkəmə istintaqında ifadə vermiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə tibb ekspertizasının rəyini, iş üzrə digər zəruri sənədlərlə onun ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirliliyini tam sübuta yetirir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli, 9 №-li əmri ilə Təqsirləndirilən şəxs həmin hərbi hissənin 1-ci taborunun tibb məntəqəsinin sürücüsü vəzifəsinə təyin olunmaqla şəxsi heyətin siyahısına daxil edilib bütün növ təminatlara qoyulmuşdur. “Naxçıvan” X5 Komandanının 09 noyabr N0N4-cü il tarixli, 034 ƏÇ №-li əmri ilə tutduğu vəzifədən azad olunmaqla ordu sıralarından tərxis edilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə mənfi xarakterizə edilmişdir. Cinayət işinin 1-ci cild 57-58-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 0N sentyabr N0N4-cü il tarixli, 110 №-li ekspert rəyində Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş “burun sümüyünün sınığı, yumşaq toxumaların şişkinliyi və qançırı, boynunda N ədəd, sol dirsək nahiyəsində 1 ədəd, sağ əlində N ədəd sıyrıq” xəsarətlərinin bərk küt əşyanın təsirindən törəndiyi, müddətinin tibbi arayışda qeyd edilən tarixə, yəni 15 avqust N0N4-cü il tarixinə uyğun gəldiyi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 163-cü vərəqəsinə əlavə edilmiş, Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına X1 verilən məktubda Təqsirləndirilən şəxs XN psixonevroloji və narkoloji qeydiyyatda olmadığı görünür. Cinayət işinin 1-ci cildinin 63-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat olmadığı göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N9 dekabr tarixli, N370 nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N0N1-ci il N4 iyun tarixli, N71N nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə, N0NN-ci il N1 aprel tarixli N50s nömrəli Azərbaycan Respublikasının Baş Nazirinin sərəncamı ilə “X3” medalı ilə, 30 dekabr N0N0ci il tarixli Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə “ŞÜCAƏTƏ GÖRƏ” medalı ilə təltif olunmuş və 10 noyabr N0N3-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən M/V №-13NN86 №-li Veteran vəsiqəsi verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başı ilə sifətinə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “burun sümüyünün sınığı, yumuşaq toxumaların şişkinliyi və qançırı, boyunda N ədəd, sol dirsək nahiyəsində 1 ədəd, sağ əlindən N ədəd sıyrıqlar” xəsarətlərini yetirməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidərin ifadələri, eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N8-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklədə məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində N azyaşlı uşağının olmasını, Vətən müharibəsində “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “ŞÜCAƏTƏ GÖRƏ” medallarıı ilə təltif edilməsini, törətdiyi əməli səmimi etiraf edib, törətmiş olduğu əməldən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N8-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 1N8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmasını məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 5N-1.N-5N-1.N.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Cinayət Məcəlləsinin 5N-1.3.1-5N-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat N1:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N8-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat N1:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul ödənilsin. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-11/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-11/2025
17.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver