Məhkəmə qərarları › İş №1-1(092)-12/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-12/2023

12.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-12/2023 12.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalova Nuray Hikmət qızının katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi1 Tofiq qızının, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx N005-ci ildə Şərur rayonunun Kürçülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Şərur rayonunun Kürçülü kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmiş, haliyədə N nömrəli hərbi hissənin 5-ci motoatıcı taborun, 17-ci motoatıcı bölüyünün, 3-cü taqımının, 3-cü manqasının tulayıcısı vəzifəsində xidmət edən, barəsində 10 mart N0N3-cü il tarixdən komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə, sağlamlığına qəsdən az ağır zərər vuraraq nizamnamə qaydalarını pozmuşdur. Belə ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin N-ci təlim taborunun 6cı bölüyündə xidmət edərkən 06 fevral N0N3-cü ildə saat 06:30-da yataqxananın qarşısında səhər idmanı etmək üçün düzülən zaman sıranın ön tərəfində durmağa görə aralarında yaranmış mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular birbirinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərinin ziddinə olaraq tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs sinəsindən əli ilə geriyə itələyib yaxasından tutaraq burun nahiyəsinə başı ilə zərbə vurmaqla ona “burun sümüklərinin az yerini dəyişmiş sınıqları” xəsarətini yetirərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 06 fevral N0N3-cü ildə qalx komandasından sonra səhər idmanı etmək üçün şəxsi heyətin çöldə düzüldüyünü, sıraya gedəndə əsgər Zərərçəkmiş şəxs birinci kolonun başında dayandığını, ona yaxınlaşıb arxaya çəkilməsini, yer verməsini dediyini, onun da arxada yer olduğunu, oraya keçməsini bildirdiyini, ona hündür boy olduğunu ön sırada dayanmalı olduğunu dediyini, aralarında sözlü mübahisə olduğunu, bu vaxt əli ilə Zərərçəkmiş şəxs sinəsindən arxaya itələyib keç arxaya dediyini, Zərərçəkmiş şəxs da onun yaxasından yapışıb özünə tərəf çəkdiyini və başı ilə alnından vurub geriyə itələdiyini, onun bu hərəkətindən əsəbləşib iki əli ilə yaxasından tutaraq “kəlləni elə vurmurlar, belə vururlar” deyib başı ilə bir zərbə vurduğunu, zərbənin Zərərçəkmiş şəxs burnuna dəydiyini, burnunun qanamağa başladığını, Zərərçəkmiş şəxs arxaya gedib “sən gününü görəssən” deyib burnunun qanını sildiyini, bu vaxt tabor növbətçisi leytenant Şahid4 sıraya gəldiyini, səhər idmanına başladıqlarını, idmandan sonra səhər yeməyinə getdiklərini, yeməkxanada olarkən Şahid4 onu yanına çağırıb nə baş verdiyini, niyə savaşdıqlarını soruşduğunu, onunda hadisəni ona dediyini, həmin gün Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə aparılıb oradan da hospitala göndərilməsini, hospitalda müayinə zamanı burnunun qırılmasını eşitdiyini, Zərərçəkmiş şəxs üzr istəyib, onunla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş çəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində 06 fevral N0N3-cü ildə saat 06:30-da “qalx” komandası verildikdən sonra şəxsi heyətə səhər idmanına düzülməsi barədə göstəriş verildiyini, əsgər yoldaşları ilə birlikdə taborun qarşısında düzüldüklərini, sıranın ön tərəfində dayandığını, bu vaxt əsgər Təqsirləndirilən şəxs da sıraya gəlib əli ilə onu sinəsindən geriyə itələyərək “çəkil arxaya” dediyini, sinəsindən itələməsinə əsəbləşib arxada “yer var, keç arxaya” deyərək yaxasından yapışıb başı ilə alın nahiyəsinə bir zərbə vurub geriyə itələdiyini, əsgər Təqsirləndirilən şəxs da ona “kəlləni elə vurmurlar, belə vururlar” deyib iki əli ilə yaxasından tutub kəllə ilə burnundan vurduğunu, burnunun qanadığını, ətrafda olan əsgərlərin onları aralaşdırdıqlarını, Təqsirləndirilən şəxs ona başqa zərbə vurmadığını, onun da Təqsirləndirilən şəxs başqa zərbə vurmadığını, idmandan sonra əl-üz yuma otağına gedib əl-üzünü yuduğunu, daha sonra isə tabor növbətçisi leytenant Şahid4 yanına gedib baş verənləri ona danışdığını, hərbi hissənin tibb məntəqəsinə göndərildiyini, həmin gün müayinə olunmaq üçün N05 nömrəli hərbi hospitala göndərildiyini və orada Təqsirləndirilən şəxs vurduğu kəllə zərbəsinin təsirindən burnunun qırıldığı müəyyən olunduğunu, Təqsirləndirilən şəxs vurduğu kəllə zərbəsinin təsirindən az ağır xəsarət aldığını, Təqsirləndirilən şəxsla barışdığını şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş leytenant Şahid4 ifadəsində 06 fevral N0N3-cü ildə tabor növbətçisi olduğunu, səhər saat 06:30-da şəxsi heyətə “qalx” komandası verdikdən sonra onlara səhər idmanı etmələri üçün çöldə düzülmələrini tapşırdığını, yataqxanada və sanitar qovşaqda kiminsə qalıb-qalmadığını yoxladığını, bir neçə dəqiqə sonra sıraya çıxdığını, səhər idmanı bitdikdən sonra şəxsi heyətə, yuyunub səhər yeməyinə hazırlaşmaları üçün komanda verdiyini, saat 07:10 radələrində tabor növbətçisinin masasında əyləşdiyini, əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşıb səhər idmanı zamanı əsgər Təqsirləndirilən şəxsla aralarında mübahisə yarandığını, Təqsirləndirilən şəxs başı ilə onun burnundan bir zərbə vurduğunu, burnunun qanadığını, qanının kəsildiyini lakin ağrıdığını bildirdiyini, ondan hadisənin necə baş verməsini soruşduğunu, onun da hadisənin təfilatını danışdığını, baş verənləri aidiyyəti üzrə məruzə etdiyini, Zərərçəkmiş şəxs tibb məntəqəsinə göndərdiyini, həmin gün Zərərçəkmiş şəxs hospitala aparılıb müayinə olunan zaman burnunun qırıldığının müəyyən edilməsini öyrəndiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində N nömrəli hərbi hissənin günün nizam qaydalarına görə hər gün saat 06:30-da qalx komandası verildikdən sonra bölüklərin şəxsi heyətinin səhər idmanı etmək üçün çöldə düzüldüyünü, 06 fevral N0N3-cü ildə yenə də qalx komandasından sonra çöldə düzüldüklərini, səhər idmanına düzüləndə boyu uca olanların sıranın ön tərəfində dayandıqlarını, onun da birinci kolonun ikinci sırasında dayandığını, ondan qabaqda əsgər Zərərçəkmiş şəxs olduğunu, bu vaxt əsgər Təqsirləndirilən şəxs sıraya gəlib Zərərçəkmiş şəxs arxaya çəkilməsini dediyini, Zərərçəkmiş şəxs da ona özünün arxaya keçməsini bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs arxaya itələdiyini, Zərərçəkmiş şəxs isə başı ilə Təqsirləndirilən şəxs alın hissəsinə vurub onu geriyə itələdiyini, onların savaşacaqlarını başa düşüb sakit olmalarını, savaşmamalarını dediyini, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından iki əlli tutaraq “kəlləni elə vurmurlar, belə vururlar” deyib sifətinə bir baş zərbəsi vurduğunu, Təqsirləndirilən şəxs həmin zərbəsinin Zərərçəkmiş şəxs burnundan dəydiyini, onun burnunun qanamağa başladığını, əsgərlərin onları aralaşdırdıqlarını, Zərərçəkmiş şəxs burnunun qanını sildiyini, bir az sonra tabor növbətçisi leytenant Şahid4 sıraya gəldiyi üçün əsgərlərin sakitləşib səhər idmanını etdiklərini, həmin gün Zərərçəkmiş şəxs baş verənləri məruzə etdiyini, onun tibb məntəqəsinə, oradan da hərbi hospitala aprılmasını eşitdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid3 məhkəmədə şahid qismində dindirilmiş əsgər ŞahidN ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində 06 fevral N0N3-cü ildə qalx komandasından sonra bölük üzrə cavabdeh leytenant Şahid4 şəxsi heyətə səhər idmanı etmək üçün taborun qarşısında düzülmələri komandasını verdiyini, əsgərlərin sıraya gəlməsini gözləyərkən əsgər Zərərçəkmiş şəxs birinci kolonun başında dayandığını, bu vaxt əsgər Təqsirləndirilən şəxs sıraya gəlib Zərərçəkmiş şəxs arxaya çəkilməsini dediyini, Zərərçəkmiş şəxs da ona arxada yer olduğunu, özünün arxaya keçməsini dediyini, bu vaxt Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs sinəsindən geriyə itələdiyini, bundan sonra Zərərçəkmiş şəxs da başı ilə Təqsirləndirilən şəxs alın nahiyəsindən vurub onu geriyə itələdiyini, onlara sakit olmalarını deyib sakitləşdirmək istəyərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından yapışıb başı ilə onun burnundan bir zərbə vurduğunu, Zərərçəkmiş şəxs burnundan sınıq səsi eşitdiyini, burnunun qanamağa başladığını, onları aralaşdırdıqlarını, bir-birilərinə başqa zərbə vurmadıqlarını, Zərərçəkmiş şəxs burnunun qanını sildiyini, idmandan sonra Zərərçəkmiş şəxs baş verənləri məruzə edib tibb məntəqəsinə göndərildiyini, həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs hərbi hospitala aparıldığını, hərbi hospitalda müayinə zamanı Təqsirləndirilən şəxs vurduğu baş zərbəsinin təsirindən Zərərçəkmiş şəxs burnunun sınmasını eşitdiyini göstərmişdir. Cinayət işinin 1-ci cildinin 46-cı vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 17 fevral N0N3-cü il tarixli 36 №-li ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarət-burun sümüklərinin az yerini dəyişmiş sınıqları-bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə (6 fevral N0N3-cü ildə) və şəraitdə törənməsi istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 08-ci vərəqəsinə əlavə edilmiş 06 fevral N0N3-cü il tarixli telefon məlumatından məlum olur ki, N №-li hərbi hissənin əsgərləri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması faktı ilə bağlı məlumat verilmişdir. Cinayət işinin 1-ci cildinin 34-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədən verilmiş arayışdan görünür ki, həmin hərbi hissənin əsgərləri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibəti yoxdur. Cinayət işinin 1-ci cildinin 5N-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N0 fevral N0N3-cü il tarixli N1N №-li məktubdan görünür ki, Zərərçəkmiş şəxs N-ci təlim taborunun 6-cı təlim bölüyünün (qumbaraatan hazırlığı üzrə) 1-ci taqımın N-ci manqasında, Təqsirləndirilən şəxs 3-cü təlim taborunun 9-cu təlim bölüyünün (atıcıların hazırlığı üzrə) 1-ci taqımın N-ci manqasında heyət nəfəri vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinə N16 nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan məlum olur ki, əsgər Təqsirləndirilən şəxs həmin hərbi hissənin 5-ci motoatıcı taborun 17ci motoatıcı bölüyünün 3-cü taqımının 3-cü manqasının tulayıcısı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 31-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 54-cü vərəqəsinə əlavə edilmiş N05 №-li hərbi hissədə hərbi-həkim komissiyası tərəfindən verilmiş olan 17 fevral N0N3-cü il tarixli, 145 №-li arayışda Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistika bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 33N.N.5-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma (Cinayət Məcəlləsinin 50.4-cü maddəsinə əsasən göstərilən cəza növü müddətli həqiqi hərbi xidmət qulluqçularına tətbiq edilmir) və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 59.1.1N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi və törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşiman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama cəza növünün təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Hökmün icrası N №-li hərbi hissənin komandirinə həvalə olunmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə 06 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Hökmün icrası N №-li hərbi hissənin komandirinə həvalə olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar