Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-13/2021 25.05.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, hakimlər İbrahimov İlham Sadət oğlu və Hüseynov Səxavət Səməd oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X5 qızının katibliyi Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə mayoru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1982-ci ildə Şamaxı rayonunun Mərzəndiyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, əvvəllər məhkum olunmayan, Şamaxı rayonunun Mərzəndiyə kəndində daimi qeydiyyatda olmaqla Naxçıvan şəhəri, 52-ci məhəllə, ev 24 a-da yaşayan, cinayət işi başlanılanadək N №-li hərbi hissənin 4-cü taborunun komandiri vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş, hazırda N №-li hərbi hissənin əməliyyat bölmə rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini vəzifəsində, mayor hərbi rütbəsində xidmət edən, barəsində 01 aprel 2021-ci ildə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ümumi himayədarlıq müqabilində etdiyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaitini rüşvət qismində almışdır. Belə ki, o, N №-li hərbi hissədə 4-cü taborun komandiri vəzifəsində, polkovnikleytenant rütbəsində xidmət edərkən xx.xx.2020-ci il tarixdə Qaraquzey postunun müşahidə məntəqəsində döyüş növbətçisi olan əsgər X8 əsgər Şahid7 avtomat silahdan təlim mərmisi ilə atəş açaraq sonuncuya xəsarət yetirməsi barədə məlumatı olduğu halda taqım komandiri, baş leytenant Şahid1 ona köməklik edəcəyi təqdirdə xəcalətli qalmayacağı, nə lazım olarsa etməyə hazır olmasına dair müraciətinə əsasən əsgər Şahid7 müayinə etdirib xəsarətinin yüngül olmasını bilməsindən sonra hərbi hissə komandanlığına yalandan əsgərin yıxılaraq alnının divarın hörülməsində istifadə edilən metal səbətin küncünə dəyməsi nəticəsində cüzi xəsarət almasını məruzə etmiş və bunun müqabilində xx.xx.2020-ci il tarixdə, saat 20:00 radələrində N №-li hərbi hissənin Şahbuz rayonunun Şada kəndində yerləşən 4-cü taborunun qərargahındakı xidməti otağında baş leytenant Şahid1 verdiyi 1000 (bir min) manat pulu özü üçün, birbaşa yolla şəxsən rüşvət kimi almışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin ifadəsində barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd etsə də, məhkəmə istintaqının gedişi zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N №li hərbi hissənin 4-cü taborunun komandiri vəzifəsində xidmət etmiş, xx.xx.2020-ci ildə, saat 18:40 radələrində tabor mərkəzində olarkən 12-ci bölüyün komandiri baş leytenant T.Atayev ona zəng edərək Qaraquzey mövqeyinin böyüyü Şahid1 ona zəng vurması və Qaraquzey mövqeyində əsgərin əlində silahdan boş patrondan atəş açılaraq digər əsgərin alnına dəyməsi barədə məruzə etdiyini bildirmiş, T.Atayevdən əsgərin ciddi xəsarət alıb-almamasını soruşduqda o, əsgərin xəsarətinin yüngül olmasını bildirmiş, daha sonra Şahid1 da zəng edərək, ona əsgər Şahid7 posta gedərkən həmin vaxt döyüş növbətçisi olan əsgər İlham Novruzovun verdiyi “kimdi gələn?” komandasına cavab vermədiyi üçün onun atəş açması, atəş açdıqdan sonra gələnin Şahid7 olmasını bilməsi barədə məlumat vermişdir. Bundan sonra dərhal xidməti maşını ilə posta getmiş, Şahid1 əsgər Şahid7 ona təqdim etmiş, onun alın nahiyəsində sıyrıntı və sağ gözündə qızartı olduğunu görmüş, orada Şahid7la İlham Novruzovdan hadisə barədə soruşduqdan sonra Şahid7 tabor mərkəzinə gətirmək üçün maşına mindirmiş, bu zaman Şahid1 ona yaxınlaşaraq postda baş vermiş bu hadisə ilə bağlı ona köməklik olunmasını xahiş etmişdir. Cavabında o, Şahid1 əsgəri tabora həkimin baxması üçün apardığını, ciddi bir şey olmazsa köməklik edəcəyini demiş, əsgər Şahid7 özü ilə tabor mərkəzinə gətirmiş, taborun tibb məntəqəsində həkim Şahid8 əsgər Şahid7 tibb məntəqəsində saxlayıb müalicə etməsini, bu barədə kiməsə nəsə deməməsini, əsgəri harasa aparmamasını tapşırmış, xx.xx.2020-ci ildə saat 08:00 radələrində taborun 2-ci mərtəbəsində olarkən Şahid8 və əsgər Şahid7 görüb onları yanına çağırmış, Şahid7 yarasına baxdıqdan sonra Şahid8 nəsə ciddi bir şeyin olub-olmadığını soruşmuş, Şahid8 müalicənin getdiyini, problem olmadığını demiş, həmin gün saat 09:00 radələrində hərbi hissə komandirinə zəng edib əsgər Şahid7 müşahidə məntəqəsində olarkən yıxıldığını, alnının divarın hörülməsində istifadə olunan simli səbətin küncünə dəyməsini, cüzi sıyrıq xəsarəti olmasını, hazırda taborda müalicə almasını məruzə etmiş, komandir ona əsgərin yüngül xəsarət almasına görə onu nəzarətə götürməsini tapşırmış, qələbə günü olmasına, əsgər Şahid7 yüngül xəsarət almasına görə əhval-ruhiyələrinin korlanmasını, o cümlədən Şahid1 cəzalandırılmasını istəməmiş, Şahid1 ondan baş vermiş hadisəyə görə köməklik edilməsi barədə etdiyi xahişini nəzərə alaraq, hərbi hissə komandirinə hadisə barədə olduğu kimi məruzə etməmiş, bu barədə komandirə yazılı şəkildə raport yazmamış, Şahid1 cəzalandırılmaması, həmçinin qələbə günü qanqaraçılıq olmasın deyə hadisə barədə yuxarı komandanlığa düzgün məlumat verməməklə Şahid1 əvvəlcədən razılaşdırılmış hər hansı bir təmanna olmadan köməklik etmiş, lakin 11 noyabr 2020-ci il tarixdə Şahid1 kapitan Şahid5 mobil telefonu ilə ona məxsus (060) ***-**-** nömrəsinə zəng edərək onunla görüşmək istədiyini bildirmiş, həmin vaxt özünün taborda olmadığından, Qoqi döyüş mövqeyində olduğundan həmin görüşləri baş tutmamış, ertəsi gün yəni 12 noyabr 2020-ci il tarixdə axşam saatlarında Şahid1 yenidən Şahid5 mobil telefonu vasitəsilə ona zəng vuraraq, onunla görüşmək istədiyini demiş, özünün həmin vaxt tabor mərkəzində xidmət otağında olduğundan Şahid1 bu barədə razılıq vermiş və təqribən 1 saat sonra Şahid1 onun yanına gələrək onun xidməti otağında hadisə ilə bağlı ona köməklik etdiyi üçün təşəkkürünü bildirərək cibindən məbləğini bilmədiyi bir büküm pulu çıxardaraq masanın üzərində olan ona məxsus qara rəngli dəri iş dəftərinin arasına qoymuşdur. Həmin vaxt o, Şahid1 bu hərəkətinə hər hansı etirazını bildirməmiş və bu pulun ona Sübhən Əjdərovun böyüyü olduğu postda baş vermiş hadisə ilə bağlı mənafeyinin təmin edilməsi üçün göstərdiyi xidmət, yəni postda baş vermiş hadisə barədə yuxarı komandanlığa yalnış məlumat verməsi müqabilində verildiyini dərk etmişdir. Daha sonra Şahid1 onun xidməti otağından çıxdıqdan sonra o, həmin pulları saymış və təqribən 100, 50 və 20 manatlıq əskinaslardan ibarət olan bu pulun 1000 (bir min) manat məbləğində olduğunu görmüşdür. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, məhkəmədə öz təqsirini etiraf etməsini, himayəsində 3 azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və eləcə də məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHX HQ, əsgər Şahid2 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən zaman Qaraquzey postunda manqa komandiri vəzifəsində dəyişdirici kimi xidmət aparmış, xx.xx.2020-ci ildə ərazidə təmizlik işləri apardıqlarından, saat 18:00 radələrində əsgərlər X15 Ağabəyovu yeni növbə olduğuna görə posta tək göndərmiş, saat 18:30 radələrində X17 Ağabəyov postdan yataqxanaya doğru gəlmiş, Şahid7 alnına şarf sarımasını, şarfın qana bulaşmasını, İlham Novruzovun ağlamasını görmüş, Şahid1 İlham Novruzovdan nə baş verdiyini soruşduqda onun müşahidə mövqeyində olduğu vaxt ayaq səsləri eşidib həmin şəxsin düşmən olduğunu zənn edərək silahını doldurmasını, müşahidə məntəqəsinin qapısı açılan kimi atəş açmasını, sonra gələnin Şahid7 olmasını, güllənin ona dəyməsini demiş, Şahid1 MAHHX HQ əsgər Araz Nəsirovun köməkliyi ilə Şahid7 tibbi yardım göstərmiş, sonra Şahid1 hadisə barədə bölük və tabor komandirlərinə məruzə etmiş, saat 19:00 radələrində tabor komandiri Təqsirləndirilən şəxs xidməti maşını ilə posta gəlmiş, Şahid7 maşına oturmasını demiş, tabor komandiri hadisə barədə bir daha soruşduqdan sonra maşına minərək Şahid7la getmişdir. Əsgər Şahid7 tabor mərkəzində olarkən bir neçə dəfə daxili telefon vasitəsi ilə əsgər Şahid7 vəziyyəti ilə maraqlanmış və onun taborun həkimi leytenant Şahid8 tərəfindən müalicə edildiyini və hərbi hissənin tibb məntəqəsinə və ya hospitala göndərilmədiyini bilmişdir. Hadisənin baş verməsindən təqribən 1-2 gün sonra Şahid1 yataqxanada ona Təqsirləndirilən şəxs hadisəni böyütmədiyi üçün 1000 (bir min) manat pul vermək lazım olduğunu demiş, 500 (beş yüz) manat onun, 500 (beş yüz) manat isə özünün verəcəyi ilə bağlı onun razılığını soruşmuş, əsgər Şahid7la Xəyal Qələndərovun posta tək getməsində onun da günahı olduğu üçün cəzalanacağından qorxaraq Şahid1 təklifi ilə razılaşmışdır. Lakin həmin vaxt pulu olmadığından Şahid1 1000 (bir min) manatı onun verməsini, noyabr ayında maaş zamanı onun payına düşən 500 (beş yüz) manatı verəcəyini dedikdən sonra Şahid1 postun yataqxanasında kapitan Şahid5 məxsus qara rəngli, sadə, qapaqlı mobil telefon ilə danışdığını görmüş və həmin vaxt Şahid1 danışıq apardığı otağın qapısı aralı olduğundan və özünün həmin qapıya yaxın yerdə əyləşdiyindən onun atası Şahid4 pul istədiyini eşitmiş, sonra Şahid1 Kənan adlı taksi sürücüsünü evlərinə göndərmiş, Şahid4 Kənanın vasitəsi ilə 1000 (bir min) manat pulu Şahid1 göndərmiş, bundan sonra Sübəhənin tabor komandiri ilə telefon danışığını eşitmiş, lakin tabor komandirinin taborda olmadığını, Qoqi postunda olduğunu dediyini eşitmiş, sabahısı gün yəni, xx.xx.2020-ci il tarixdə təqribən axşam saatlarında Şahid1 Kənan adlı taksi sürücüsü ilə tabor mərkəzinə getmiş, bu zaman Şahid1 yanında Şahid5 olmamış, bir neçə saatdan sonra Şahid1 posta qayıdaraq məsələni həll etdiyini və onun maaşda ona 500 (beş yüz) manat pul verməli olduğunu bildirmiş, o, Sübəhənlə razılaşmış və təqribən xx.xx.2020-ci ildə maaşını aldıqdan sonra evə pul göndərdiyindən Şahid1 onun payına düşən 500 (beş yüz) manat pulun 400 (dörd yüz) manatını həmin gün, geri qalan 100 (bir yüz) manatını isə daha sonra verə biləcəyini demiş, Sübəhən onunla razılaşdıqdan sonra o, həmin 400 (dörd yüz) manatı Sübəhənə vermiş, 2020-ci ilin dekabr ayının əvvəllərində əsgər İlham Novruzovun əsgər Şahid7 silahdan atəş açıb xəsarət yetirməsi ilə əlaqədar hadisə ilə bağlı araşdırma aparıldığı zaman Şahid1 tabor komandiri Təqsirləndirilən şəxs 1000 (bir min) manat pul verməsinin üstünün açıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, şahid leytenant Şahid1 atasıdır. Oğlu Şahid1 istintaq olunan hadisənin baş verdiyi zaman N №li hərbi hissədə taqım komandiri vəzifəsində Qaraquzey postunun post böyüyü olmuş, xx.xx.2020-ci ildə saat 12:00 radələrində Sübəhən tanımadığı nömrədən ona zəng edib ona 1000 (bir min) manat pul lazım olmasını demiş, həmin pulu nə edəcəyini soruşduqda “lazımdır, bir yer var ora verəcəm” demiş, lakin Sübəhən həmin pulu konkret nə edəcəyini ona deməmiş, ona pulu verəcəyini, lakin Sübəhənin postda olması səbəbindən pulu ona necə göndərəcəyini soruşduqda oğlu onu həmişə evə gətirən taksi sürücüsü Kənanın gəlib pulu götürəcəyini demiş, təxminən 1 saat sonra Kənan Tofaş markalı maşınla onların evinə gəlmiş, 1000 (bir min) manat pulu aparıb oğlu Sübəhənə verməsi üçün Kənana vermiş, pullar 100, 50 və 20 manatlıq əskinaslar olmuş, pulu verərkən yanlarında başqa kimsə olmamış, pulu verdikdən sonra Kənan çıxıb getmiş, bu barədə kiməsə, nəsə deməmiş, bir qədər sonra Sübəhənlə telefon vasitəsilə əlaqə saxladıqda Sübəhən Kənanın pulu gətirib ona verdiyini bildirmiş, 2020-ci ilin noyabr ayının axırlarında Sübəhən buraxılışda olarkən 1000 (bir min) manat pulu ona qaytarmış, 2020-ci ilin dekabr ayının 03 və ya 04-də Sübəhən evdə olarkən ona xidmət etdiyi postda araşdırma aparıldığını demiş, bunun səbəbini soruşduqda posta bir əsgərin digər əsgəri boş mərmi ilə atəş açıb alnından vurduğunu, həmin məsələni şişirtmədiyi üçün minnətdarlıq məqsədilə ondan aldığı 1000 (bir min) manat pulu tabor komandiri Təqsirləndirilən şəxs verdiyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş tibb xidməti leytenantı Şahid8 ifadəsində göstərdi ki, o, 4-cü taborun tibb məntəqəsinin rəisi olmuş, xx.xx.2020-ci ildə saat 20:00 radələrində tabor komandiri Təqsirləndirilən şəxs tibb otağına gələrək, özü ilə Qaraquzey postunun əsgəri Şahid7 da gətirmiş, Təqsirləndirilən şəxs ona əsgər Şahid7 postda yıxılıb alnının yaralanmasını deyərək, əsgərə tibbi yardım göstərməsini tapşırmış, o, otaqda oturub Şahid7 tibbi yardım göstərilməsini gözləmişdir. Həmin vaxt Şahid7 alnında sarğı olmuş, sağ gözünə qan dolmasını görmüş, bundan sonra o, əsgərin sarğısını açaraq, yarasını yumuş, yaraya dərman vuraraq sarğı qoymuş, Təqsirləndirilən şəxs yaradan çıxarılmış bərk qırıntını görərək ondan həmin şeyin nə olmasını soruşduqda xırda daş parçasına bənzəməsini demiş, Təqsirləndirilən şəxs ona Şahid7 tibb məntəqəsində saxlayıb müalicə etməsini, yarasının sağalmasını, onun harasa aparılmamasını, bu barədə kiməsə nəsə deməməsini tapşırmışdır. Bundan Təqsirləndirilən şəxs Şahid7 xəsarət almasını kiminsə bilməsini istəməməsini hiss etmişdir. Çünki normalda hər hansı xəsarət almış əsgər hərbi hissənin tibb məntəqəsinə və oradan da hospitala aparılır. Həmin gün bir qədər sonra yat komandasından əvvəl əsgər Şahid7 yataqxanada görüb vəziyyətinin necə olmasını soruşduqda Şahid7 yaxşı olduğunu demiş, həmin vaxt hadisənin necə baş verdiyini soruşduqda, Şahid7 ona posta getdiyini, qaranlıq olduğunu, əsgər İlham Novruzovun “dur, kimdir gələn?” dediyini, qapını açanda onun qorxub boş mərmidən atəş açıb onun alnından vurmasını demiş, həmin vaxt Təqsirləndirilən şəxs buna görə kiminsə bu barədə bilməsini istəməməsinin səbəbini başa düşmüşdür. Ertəsi gün, saat 08:00 radələrində Şahid7 yarasını açıb yenidən dərman vurmuş, sonra Şahid7 getmiş, işi olduğu üçün özü də Şahid7 arxasınca yataqxananın 2-ci mərtəbəsinə qalxdığı zaman dəhlizdə Təqsirləndirilən şəxs onları görüb yanına çağırmış, Şahid7 yarasına baxdıqdan sonra ondan “ciddi bir şey yoxdur?” soruşmuş, ona müalicənin hələ getdiyini, ilk gün olduğundan elə bir dəyişiklik olmadığını demiş, Təqsirləndirilən şəxs ona müalicənin davam etdirməsini, əsgəri harasa aparmamasını demiş, əsgər 5 gün taborun tibb məntəqəsində qalıb müalicə edilmiş, 2020-ci ilin dekabr ayının əvvəllərində aparılan araşdırma zamanı əsgər İlham Novruzov mübahisə zəminində Şahid7 silahdan atəş açıb vurduğunu, bu hadisəni məruzə etməyib gizlətdiyi üçün baş leytenant Şahid1 Təqsirləndirilən şəxs 1000 (bir min) manat pul verdiyini eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid7 ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci ildə saat 18:00-dan 20:00-dək əsgər X7 postunda döyüş növbətçiliyinə təyin olunmuş, saat təxminən 18:10 radələrində müşahidə məntəqəsinə daxil olaraq postu dəyişmək istədikdə İlham Novruzovun yatmasını görmüş, onunla bu səbəbdən mübahisə etmiş, mübahisə zamanı İlham Novruzov avtomat silahda olan boş patronla ona atəş açmış, güllə onun alnına dəymişdir. İlham Novruzovun qorxmasını görüb, əgər onlardan hadisə barədə nə olduğunu soruşarlarsa, İlham Novruzovun müşahidə məntəqəsində addım səsi eşidib kimin gəldiyini soruşduğunu, özünün səs çıxartmadığı üçün İ.Novruzovun qorxaraq silahdan atəş açdığını, güllənin onun alnına dəydiyi barədə deyəcəklərini razılaşmışlar. Daha sonra posta düşən zaman post böyüyü Şahid1 bu barədə demiş, Şahid1 bölük və tabor komandirlərinə hadisə barədə məruzə etmiş, saat 19:00 radələrində tabor komandiri Təqsirləndirilən şəxs posta gələrək onu tabora aparmışdır. Yolda olarkən Təqsirləndirilən şəxs ondan hadisə barədə soruşduqda İlham Novruzovu dəyişmək üçün müşahidə məntəqəsinə gedib məntəqənin qapısını açan kimi İlham Novruzovun onu güllə ilə vurmasını demiş, Təqsirləndirilən şəxs onu taborun tibb məntəqəsinə aparmış, həkim Şahid8 onu müayinə etməsini tapşırmış, Şahid8 ona tibbi yardım göstərmiş, sonra həkim Şahid8 ondan hadisə barədə soruşduqda İlham Novruzovun qorxaraq ona atəş açmasını demiş, orada 5 gün qalaraq müalicə olunmuş, hadisədən 2-3 gün sonra axşam saatlarında Şahid1 Şahid5 ilə birlikdə tabor mərkəzinə gəldiyini, onların tabor komandirinin otağına getdiyini görmüş, oradan çıxandan sonra Şahid1 yataqxanada onu bir kənara çağırıb vəziyyətini soruşmuş, kim soruşarsa yıxılmasını, güllə dəyməsini deməməsini tapşırmış, 2020-ci ilin dekabr ayının əvvəllərində araşdırma başlanmış, araşdırma zamanı Şahid1 tabor mərkəzinə gələrək tabor komandiri Təqsirləndirilən şəxs hadisəni məruzə etmədiyi üçün 1000 (bir min) manat pul verdiyini eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid5 ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci ildə Qaraquzey postunda xidmətdə olarkən saat 19:00 radələrində əsgər Şahid7 başının sarınmış vəziyyətdə yataqxanada oturmasını görmüş, bir qədər sonra tabor komandiri Təqsirləndirilən şəxs xidməti avtomobili ilə posta gəlmiş, Şahid1 Təqsirləndirilən şəxs əsgər Şahid7 postu dəyişməyə gedərkən əsgər İlham Novruzovun “dur, kimdi gələn?” komandasını verdiyini, Şahid7 bunu eşitməyib müşahidəyə girdiyi zaman İlham Novruzovun silahdan boş patronla ona atəş açdığını və güllənin onun alnından dəyməsini demiş, Şahid1la birlikdə tabor komandiri Təqsirləndirilən şəxs maşına qədər müşayiət edib onu yola salmış, Təqsirləndirilən şəxs Şahid7 özü ilə aşağıya aparmış, həmin vaxt onlar heç nə danışmamış, bundan bir qədər sonra Şahid1 ondan istifadəsində olan mobil telefonunu alaraq kiməsə zəng edib danışmış, həmin vaxt ona məxsus qara rəngli, sadə, qapaqlı telefonun üzərində onun istifadəsində olan (070) ***-**-** nömrəsinin olduğunu, daha sonra xx.xx.2020-ci ildə saat 15:00 radələrində yataqxanada olarkən Şahid1 ona konturunun olmadığını, kiməsə zəng edəcəyini deyərək ondan mobil telefonunu yenidən istəmiş, telefonunu Şahid1 vermiş, Şahid1 danışmaq üçün çölə çıxmış, 5-10 dəqiqə sonra telefonu ona qaytarmış, xx.xx.2020-ci ildə saat 18:00 radələrində yataqxanada olarkən Şahid1 ondan mobil telefonunu zəng etmək üçün yenidən istəmiş, telefonunu Şahid1 vermiş, Şahid1 yenə də danışmaq üçün çölə çıxmış, 10-15 dəqiqə sonra telefonu ona qaytarmışdır. Həmin vaxt Şahid1 kiminlə danışması ilə maraqlanmamış, həmin gün saat 20:00 radələrində yataqxanada xidməti otağında olarkən taksi sürücüsü Kənanın maşınla hansısa məqsədlə posta gəldiyini görmüşdür. O, noyabrın 12-si Şahid1 ilə tabor mərkəzinə getmədiyini, həmin gün postda xidmət apardığını bildirmiş, 2020-ci ilin dekabr ayının əvvəllərində Təhqiqat Xidməti tərəfindən araşdırma zamanı X18 Ağabəyovla mübahisə edərək onu qəsdən silahdan atəş açıb vurmasını, Şahid1 tabor komandirinə 1000 (bir min) manat pul verməsini eşitmiş, Şahid1 onun mobil telefonundan tabor komandiri Təqsirləndirilən şəxs zəng edib danışmasını bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Babək rayonunun Aşağı Buzqov kəndində yaşayır və atasına məxsus ”Tofaş” markalı minik avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. O, Qaraquzey postunun böyüyü, Şahid1 həmin postda xidmətə başladıqdan sonra tanıdığını, Sübəhənin Babək rayonunun Kalbaoruc kəndindən olduğunu, onun valideynlərinin həmin kənddə yaşadığını bildirmişdir. Həmçinin qeyd olunmuşdur ki, xx.xx.2020-ci ildə Şahid1 onun mobil telefonuna zəng edərək ondan maaşa qədər 500 manat borc pul istəmiş, pulu olmadığı üçün borc verə bilməmiş, Şahid1 pulu nə edəcəyini soruşduqda “lazımdır” deyərək səbəbini deməmiş, həmin gün bir qədər sonra Şahid1 onun telefonuna zəng edərək posta gəlməsini, onu bir yerə göndərəcəyini demiş, bundan sonra o, Qaraquzey postuna getmiş, Şahid1 telefonunda konturu olmadığından onun telefonunu istəmiş, telefonunu Şahid1 vermiş, bu zaman Şahid1 ona məxsus (070) ***-**-** mobil nömrəsindən atasına zəng vurmuş, kənara çəkilərək bir qədər danışdıqdan sonra ona Kalbaoruc kəndində olan evlərinə getməsini, orada atasının ona 1000 (bir min) manat pul verəcəyini, həmin pulu posta gətirib ona verməsini demiş, həmin kəndə gedərək Şahid1 evinə yaxınlaşmış, onun atasını çağırdıqdan sonra atası Şahid4 küçəyə çıxmış, salamlaşdıqdan sonra atası Şahid4 təklikdə ona 1000 (bir min) manat pul verərək aparıb posta oğluna verməsini tapşırmış, pulu aldıqdan sonra sayıb cibinə qoyaraq Qaraquzey postuna getmişdir. Həmin vaxt 1000 (bir min) manat pul 100, 50 və 20 manatlıq əskinaslardan ibarət olmuş, lakin hər birindən neçə ədəd olduğuna fikir verməmiş, posta çatdıqda pulu Şahid1 vermiş, xx.xx.2020-ci ildə hansısa səbəbdən Qaraquzey postunda olarkən Şahid1 ona tabor mərkəzinə gedibgələcəklərini demiş, həmin gün təqribən saat 20:00 radələrində Şahid1 maşınla Şada tabor mərkəzinə gətirmiş, bu zaman Şahid5 Şahid1 yanında olmamış, Şahid1 ona taborda elə də çox işinin olmayacağını demiş, NBM-də Şahid1 maşından düşmüş, maşından düşüb tabor mərkəzinə getdikdən sonra maşına yanacaq almaqdan ötrü Şahbuz şəhərinə getmiş, yanacaq aldıqdan sonra tabor mərkəzinə qayıtmış, təxminən 1 saat keçmiş, NBMdən Şahid1 götürdükdən sonra onu posta aparmış, yolda gedərkən Sübəhənin bikef olduğunu görüb səbəbini soruşmuş, lakin o, heçnə deməmiş, Şahid1 aparıb postda düşürmüşdür. Araşdırma zamanı Şahid1 tabor komandirinə 1000 (bir min) manat pul verdiyini, həmin pulun 500 (beş yüz) manatını Qaraquzey postunda manqa komandiri vəzifəsində xidmət edən MAHHX HQ, əsgər Şahid2 sonradan ona verdiyini eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid6 ifadəsində göstərdi ki, o, N №-li hərbi hissənin Şada taborunda xidmət etmiş, xx.xx.2020-ci ildə saat 21:00 radələrində taborda olarkən Qaraquzey postunda xidmət edən əsgər İlham Novruzovun silahla əsgər Şahid7 alnından boş mərmi ilə atəş açıb vurmasını, tabor komandiri Təqsirləndirilən şəxs xəsarət almış əsgəri tabor mərkəzinə gətirməsini eşitmiş, Şahid7 sonrakı günlərdə tabor mərkəzində görmüş, taborun həkimi leytenant Şahid8 həmin əsgəri müalicə etmiş, xx.xx.2020-ci ildə axşam saat 21:00 radələrində taborda olarkən Qaraquzey postunun böyüyü baş leytenant Şahid1 qərargahın qarşısında görmüş, onun yanında Şahid5 görməmiş, onunla görüşdükdən sonra nə üçün gəlməsini soruşduqda işi olmasını demiş, Şahid1 nə vaxt tabordan getdiyini görməmiş, 2020-ci ilin dekabr ayının əvvəllərində aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs baş vermiş hadisəni məruzə etmədiyi üçün Şahid1 ona 1000 (bir min) manat pul verdiyini eşitmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu, məhkəmə istintaqında elan olunaraq, tədqiq edilmiş ifadələrindən görünür ki, o, hadisənin baş verdiyi zaman N №li hərbi hissənin 4-cü taborunun 12-ci bölüyündə taqım komandiri vəzifəsində xidmət etmiş, Qaraquzey postunda post böyüyü olmuş, gecə xidmət apardığı üçün hər gün saat 14:00-20:00-dək istirahət etmiş, xx.xx.2020-ci ildə saat 18:00 radələrində istirahətdə olarkən əsgərin səngərdə silahla vurulmasını eşitdiyindən cəld çölə çıxmış, əsgər İlham Novruzovun əsgər Şahid7 qoluna girərək gəldiklərini görmüş, Şahid7 alnından zəif qan axdığını, nə baş verdiyini soruşduqda İlham Novruzov bilmədən Şahid7 güllə ilə vurduğunu demiş, Şahid7 tibbi yardım göstərmiş, ondan yenidən hadisə barədə soruşduqda müşahidəyə gedərkən İlham Novruzovun müşahidə məntəqəsində olub “kimdi gələn?” dediyini, lakin həmin sözləri eşitmədiyindən qapını açıb müşahidə məntəqəsinə daxil olmaq istəyərkən İlham Novruzovun onu düşmən zənn edib vurduğunu demiş, daha sonra bölük və tabor komandirlərinə zəng edib hadisə barədə məlumat vermiş, bir saat sonra tabor komandiri Təqsirləndirilən şəxs posta gəlmiş, hadisə barədə məlumat aldıqdan sonra Şahid7 xidməti maşını ilə tabor mərkəzinə aparmışdır. Təxminən 30 dəqiqə sonra mobil telefonunda kontur olmadığı üçün kapitan Şahid5 mobil telefonu ilə Təqsirləndirilən şəxs (060) ***-**-** mobil nömrəsinə zəng edərək belə bir hadisənin onun başına birinci dəfədir gəldiyini, xidmətə yeni başlamış gənc zabit olduğunu, birinci səhvindən karyerasının korlanmasını istəmədiyini, əgər onun əlindən ona kömək etmək üçün nəsə gəlirsə ondan əsirgəməməyini, kömək etməyi, köməyin qarşılığında özünün xəcalətli qalmayacağını, əlindən nə gəlirsə edəcəyini, nə lazımsa etməyə hazır olduğunu demiş, bunu ona pul mənasında bildirmiş, çünki baş vermiş hadisədə özünün də təqsirinin olmasını düşünmüşdür. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs tabor mərkəzinə gedən yolda olduqlarını, əsgər Şahid7 tibb məntəqəsinə aparıb həkimə göstərəcəyini, bundan sonra əgər ciddi bir şeyi olmazsa ona köməklik edəcəyini demiş, həmin gün və sonrakı günədək hadisə ilə bağlı yuxarı komandanlıqdan kiminsə maraqlanmadığını görüb tabor komandirinin məruzə etmədiyini, ona köməklik etdiyini düşünmüş, buna görə də Təqsirləndirilən şəxs minnətdarlığını maddi tərəfdən bildirmək üçün pul vermək qərarına gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs vermək üçün beynində 1000 (bir min) manat məbləğində pul nəzərdə tutmuş, lakin həmin məbləğin 500 (beş yüz) manatını manqa komandiri MAHHX HQ, əsgər Şahid2 almağı düşünmüşdür. Çünki baş vermiş hadisə zamanı Şahid2 postda dəyişdirici olmuş, öz vəzifəsinin öhdəsindən düzgün gəlməmiş, hadisə ilə bağlı həm özünü, həm də onu təqsirkar bilərək, Şahid2 tabor komandirinin onlara köməklik etdiyini, söhbəti böyütmədiyini, buna görə hərəsinin 500 (beş yüz) manat qoymaqla tabor komandirinə ümumilikdə 1000 (bir min) manat pul vermələrini təklif etmiş, o da razılaşmış, lakin o, hazırda o qədər pulu olmadığını, onun əvəzinə 500 (beş yüz) manat pul verməsini, noyabr ayının maaşında 500 (beş yüz) manatı ona qaytaracağını demiş, həmin vaxt özündə də pul olmadığına görə də qohumları E.Əjdərova və R.Kərimova zəng edib təcili 1000 (bir min) manat pula ehtiyacının olduğunu bildirərək, onlardan həmin pulu vermələrini xahiş etmiş, lakin onların heç birində həmin məbləğdə pul olmamış, daha sonra şəxsi maşını ilə postlara taksi fəliyyəti göstərən Şahid3 mobil nömrəsinə zəng edərək 500 (beş yüz) manat borc istəmiş, o, pulu olmadığını demiş, Şahid3 posta çağırmış, Şahid3 posta gəldikdən sonra onun mobil telefonu ilə atası Şahid4 (051) ***-**-** mobil nömrəsinə zəng edib təcili 1000 (bir min) manat pul lazım olduğunu demiş, atası pulun nə üçün lazım olduğunu soruşsa da bu barədə ona heç nə deməmiş, atası pul verməyə razılaşdığından ona həmin mobil nömrənin taksi sürücüsünə aid olduğunu, onun gəlib 1000 (bir min) manat pulu götürüb gətirib ona verəcəyini demiş, sonra Şahid3 Babək rayonunun Kalbaoruc kəndində yaşayan atasından 1000 (bir min) manat pulu gedib götürüb ona gətirməsini tapşırmış, Şahid3 da həmin pulun nə üçün lazım olması barədə bir söz deməmiş, Şahid3 həmin gün onların evinə gedərək atasından aldığı 1000 (bir min) manat pulu açıq şəkildə gətirib ona vermiş, həmin gün axşamçağı yenə öz nömrəsində kontur olmadığı üçün kapitan Şahid5 mobil telefonu ilə Təqsirləndirilən şəxs (060) ***-**-** nömrəsinə zəng etmiş, onunla görüşməyə hazır olduğunu, yanına gəlmək istədiyini demiş, Təqsirləndirilən şəxs ona hazırda taborda olmadığını, Qoqi döyüş mövqeyində olduğunu demiş, buna görə də Təqsirləndirilən şəxsla görüşə bilməmiş, həmin gün artıq atasından aldığı 1000 (bir min) manat pulu Təqsirləndirilən şəxs hadisəni ört-basdır edərək ona köməklik etməsi müqabilində vermək istəmiş, növbəti gün axşam saat 19:00 radələrində yenidən Şahid5 mobil telefonunu alıb Təqsirləndirilən şəxs istifadəsində olan eyni nömrəsinə zəng edərək onunla görüşmək istədiyini demiş, onun da hazırda tabor mərkəzində xidmət otağında olduğunu, gəlib onunla görüşə biləcəyini demiş, Təqsirləndirilən şəxs həmin vaxt ona köməklik etdiyi üçün müəyyən məbləğdə pul verəcəyini bilmiş, həmin vaxt artıq hadisənin üzərindən bir neçə gün keçmiş, səs-səmir gəlmədiyini, Təqsirləndirilən şəxs ona kömək etdiyi üçün ona maddi olaraq öz adından təşəkkür etməli olduğunu düşünmüş, həmin vaxt tabor komandiri ilə danışdıqdan sonra ərazidə olan Şahid3 maşını ilə tabor mərkəzinə getmiş, saat 20:00 radələrində Təqsirləndirilən şəxs xidməti otağında onunla görüşüb danışaraq hadisə ilə bağlı ona köməklik etdiyi üçün təşəkkürünü bildirmiş, Təqsirləndirilən şəxs isə hadisə barədə onu tənbeh edib xidmətdə daha ehtiyatlı olması ilə bağlı öz məsləhətlərini vermiş, həmin vaxt ona yenidən öz təşəkkürünü bildirərək cibində olan 100, 50 və 20 manatlıq əskinasları, ümumilikdə 1000 (bir min) manat pulu çıxardaraq masanın üzərində olan tabor komandirinə aid qara rəngli dəri materialdan olan iş dəftərinin arasına qoymuş, Təqsirləndirilən şəxs həmin vaxt bunu görmüş, hər hansı etirazını bildirməmiş, ona baxaraq yüngülvari gülümsəmiş, ona bacardığının bu olduğunu deyib otaqdan çıxmış, Şahid3 maşını ilə xidmət yerinə qayıtmış, taborda olarkən baş leytenantlar Şahid6la, Q.Məmmədov onu görmüş, Şahid2 2020-ci ilin noyabr ayında ona verməli olduğu 500 (beş yüz) manatdan 400 (dörd yüz) manatını qaytarmış, 100 (yüz) manatı hələ qaytarmamış, X18 Ağabəyovu güllə ilə vurub xəsarət yetirməsi ilə bağlı Təhqiqat Xidməti tərəfindən izahatı alınarkən özünün könüllü olaraq Təqsirləndirilən şəxs 1000 (bir min) manat pul verdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs etiraf edici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 dekabr 2020-ci il tarixli üzləşdirmə protokolundan (cild 1, iş vərəqə 93) görünür ki, istintaq zamanı Şahid1la Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, bu zaman Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 1000 manat pul verdiyini Təqsirləndirilən şəxs üzünə qarşı da demişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 may 2020-ci il tarixli, 130 №-li əmrdən çıxarışdan (cild 1, iş vərəqə 19) görünür ki, polkovnik-leytenant Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 4-cü taborunun komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinin 109-cu bəndinə əsasən cinayətlərin və hadisələrin qarşısını alan tədbirlər görmək; cinayət törədiləndə və yaxud hadisə baş verəndə, dərhal böyük komandirə (rəisə) yazılı məlumat vermək, hərbi prokurora məlumat verərək, cinayət işi başlamaq, təhqiqat aparmaq (müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə cinayət işi başlamaq və təhqiqat aparmaq vəzifəsi müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən yerinə yetirilir); insan tələfatı və ya başqa ağır nəticələr verən qəza hallarının və digər hadisələrin təhqiq edilməsində şəxsən iştirak etmək və sair funksiyalar tabor komandirinin ümumi fəaliyyət istiqaməti olmaqla onun vəzifələrinə aid edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2021-ci il tarixli, 48 №-li əmrdən çıxarışdan (cild 2, iş vərəqə 116) görünür ki, mayor Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin 10 fevral 2021-ci il tarixli, 012N №-li əmri ilə N №-li hərbi hissənin əməliyyat bölmə rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini vəzifəsinə təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 208) görünür ki, kapitan Şahid5 istifadəsində olan və atası X2 adına olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus və onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi arasında 10 noyabr 2020-ci il tarixdə, saat 20:46-da 1 dəqiqə, 42 saniyə, 11 noyabr 2020ci il tarixdə, saat 15:14-də 46 saniyə, 12 noyabr 2020-ci il tarixdə, saat 10:25-də 37 saniyə və həmin gün saat 18:11-də 18 saniyə telefon danışıqları olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 116) görünür ki, Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Şahid4 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsinə 11 noyabr 2020-ci ildə, saat 12:31-də zəng edilərək 2 dəqiqə 42 saniyə danışıq aparılmış, həmçinin Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11 noyabr 2020ci ildə, saat 12:56-da, 02 dekabr 2020-ci ildə, saat 22:53-də, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə 2020-ci ilin dekabr ayının 01-də saat 20:29-da, dekabr ayının 02-də, saat 10:10-da və saat 10: 18-də zəng edilərək danışıq aparılmışdır. Leytenant Şahid1 Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğuna ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsindən (cild 1, iş vərəqə 86) görünür ki, Şahid1 ərizə ilə müraciət edərək xidmət etdiyi “Qaraquzey” mövqeyində əsgər İlham Novruzovun əsgər Şahid7 atəş açaraq xəsarət yetirməsi hadisəsini məruzə etmədiyinə görə minnətdarlığını bildirmək məqsədilə tabor komandiri Təqsirləndirilən şəxs 1000 (bir min) manat pul verməsi barədə könüllü olaraq X9 Xidmətinə məlumat verdiyini bildirmişdir. MAHHX HQ, əsgər Şahid2 Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğuna ünvanlanan xx.xx.2021-ci il tarixli ərizəsindən (cild 1, iş vərəqə 229) görünür ki, Şahid2 ərizə ilə müraciət edərək xidmət etdiyi “Qaraquzey” mövqeyində baş vermiş hadisəyə görə Şahid1la tabor komandiri Təqsirləndirilən şəxs hərəyə 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (bir min) manat pul verilməsi üçün razılaşdıqlarını və həmin pulun Şahid1 tərəfindən 2020-ci ilin noyabr ayında tabor komandiri Təqsirləndirilən şəxs verilməsi barədə könüllü olaraq X9 Xidmətinə məlumat verdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 280 №-li məktubdan (cild 2, iş vərəqə 46) görünür ki, N №;-li hərbi hissənin 4-cü tabor komandiri Təqsirləndirilən şəxs tərəfindən hərbi hissə komandanlığına əsgər Şahid7 müşahidə məntəqəsində xidmətdə olarkən alın nahiyəsinin müşahidə divarının möhkəmləndirilməsi üçün istfadə edilən metal səbətin dəmirinə dəyərək yüngül, ciddi olmayan xəsarət alması barədə məlumat verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild 2, iş vərəqə 195-196) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 39-cu vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 21) görünür ki, xx.xx.2000-ci il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olan, N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun komandiri vəzifəsində xidmət etmiş Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 245-ci vərəqində olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, verilmiş arayışda onun sağlam olmaqla hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli arayışdan (cild 2, iş vərəqə 136) görünür ki, Bəylərov X6 şəhəri, 52-ci məhəllə, ev-24 ünvanında yaşayır, onun himayəsində olan ailə üzləri- 1989-cu il təvəllüdlü arvadı X5, 2008-ci il təvəllüdlü oğlu X1, 2010-cu il təvəllüdlü oğlu X4 və 2020-ci il təvəllüdlü qızı X3 ibarətdir. Cinayət işinin 47-ci vərəqində olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 2020-ci ilin sentyabr ayının 28-dən dekabr ayının 12-dək Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 10 aprel 2021-ci il tarixli qərardan (cild 2, iş vərəqə 206-220) görünür ki, Şahid1 və Şahid2 əməllərində onların cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hallar olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən barələrində cinayət işinin başlanılması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham elan olunmuş ittihamın və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmış, iş üzrə şahid ifadələri, üzləşdirmə protokolları, hərbi hissə komandirinin əmrlərindən çıxarışlar və digər istintaq materialları sübut növü kimi tanınaraq cinayət içinin materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə tərəflərin çəkişməsi prinsipini təmin etməklə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar vermişlər və sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissədə 4-cü taborun komandiri vəzifəsində, polkovnik-leytenant rütbəsində xidmət edərkən xx.xx.2020-ci il tarixdə Qaraquzey postunun müşahidə məntəqəsində döyüş növbətçisi olan əsgər X8 əsgər Şahid7 avtomat silahdan təlim mərmisi ilə atəş açaraq sonuncuya xəsarət yetirməsi barədə məlumatı olduğu halda taqım komandiri, baş leytenant Şahid1 ona köməklik edəcəyi təqdirdə xəcalətli qalmayacağı, nə lazım olsa etməyə hazır olmasına dair müraciəti üzrə o, əsgər Şahid7 müayinə etdirib xəsarətinin yüngül olmasını bildikdən sonra hərbi hissə komandanlığına yalandan əsgərin yıxılaraq alnının divarın hörülməsində istifadə edilən metal səbətin küncünə dəyməsi nəticəsində cüzi xəsarət almasını məruzə etmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar etdiyi hərəkətsizlik və laqeyidlik müqabilində xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində Şahbuz rayonunun Şada kəndində yerləşən 4-cü taborun qərargahındakı xidməti otağında leytenant Sübhən Əjdərovun əvvəlcədən şərtləşdirilməmiş 100, 50 və 20 manatlıq əskinaslardan ibarət ümumilikdə 1000 (bir min) manat pulu onun masanın üzərində olan ona aid qara rəngli dəri materialdan olan iş dəftərinin arasına qoymasını görmüş, hər hansı etirazını bildirməmiş, beləliklə də, leytenant Sübhən Əjdərov tərəfindən verilmiş 1000 (bir min) manat pulu özü üçün birbaşa yolla, şəxsən rüşvət kimi almışdır. Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi Sübhən Əjdərova göstərdiyi “xidmətə” görə ondan rüşvət alması, yəni verilən rüşvəti qəbul etməsi və bu rüşvətin verilməsi zamanı rüşvətin Sübhən Əjdərovun mənafeyinin təmin edilməsi məqsədi ilə verildiyini dərk etməsi birbaşa onu göstərir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti, yəni rüşvət alması mövcud olduğundan onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş - rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi kimi qiymətləndirilməlidir və həmin əmələ nisbətdə təqsirli bilinməlidir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz vəzifələrinin icrası ilə əlaqədar Sübhən Əjdərovdan rüşvət alması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün etirafedici ifadəsi və məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahid ifadələri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Beləliklə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinə əsasən rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, evli və ali hərbi təhsilli olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.11-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət hadisəsini hərbi vəziyyət zamanı törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə tərkibi təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni evli olmaqla himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, ali hərbi təhsilli olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacaqı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maaddəsinə əsasən belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 rüşvət şəklində aldığı 1000 (bir min) manat məbləğində pul cinayət yolu ilə əldə edilmiş pul vəsaiti olduğundan, həmin məbləğdə pulun Təqsirləndirilən şəxs müsadirə edilərək dövlət nəfinə alnması təmin edilməlidir. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, cinayət işinin materiallarına əlavə edilən Təqsirləndirilən şəxs, şahidlər Şahid3, Şahid1, Şahid2 dindirilməsinə dair video çəkilişin əks olunduğu 1 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxsla Şahid1 üzləşdirilməsinə dair video çəkilişin əks olunduğu 1 (bir) ədəd DVD disk olmaqla, ümumilikdə isə 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə məsrəfləri yoxdur. İş üzrə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1 (bir) il müddətinə Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri və ya daha yuxarı vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq vəzifələri qoyulsun. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs rüşvət şəklində aldığı 1000 (bir min) manat məbləğində pulun ondan müsadirə edilərək dövlət nəfinə alınması təmin edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1-1(092)-13/2021
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-13/2021
25.05.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver