Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-13/2022 06.04.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalova Nuray Hikmət qızının katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 18 avqust N00N-ci ildə Daşkəsən rayonunun Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, əvvəllər məhkum olmayan, Daşkəsən rayonunun Əmirvar kəndində daimi qeydiyyatda olmaqla N №-li hərbi hissədə xidmət edən, barəsində 18 fevral N0NN-ci il tarixli qərarla komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə nizamnamə qaydalarını pozmuşdur. Belə ki, əsgər Təqsirləndirilən şəxs N oktyabr N0N0-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb N №-li hərbi hissənin artilleriya divizionunun tibb məntəqəsinin sürücüsanitarı vəzifəsində xidmət edərkən 03 yanvar N0NN-ci ildə saat 07:30 radələrində hərbi hissənin əsgər çayxanasının qarşısında, aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs xidməti otağın hansı səbəbdən vaxtında təmizləməməsini soruşmuş, Zərərçəkmiş şəxs səhər yeməyindən sonra təmizləyəcəyini dedikdə bununla razılaşmayaraq xidməti otağın təmizlənməsini israrla tələb etdiyindən aralarında sözlü mübahisə yaranmış, həmin səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub get otağı təmizlə deyərək əlləri ilə Zərərçəkmiş şəxs sinəsindən itələməklə, daha sonra hər iki əli ilə başından tutub özünə tərəf çəkib aşağı əyərək burun nahiyəsindən dizi ilə zərbə vurmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan “burun nahiyəsinin əzilmiş yarası, burun sümüyünün yerdəyişmiş sınığı” ilə müşayiət olunan xəsarət yetirib sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N №-li hərbi hissənin artilleriya divizionunun tibb məntəqəsinin sürücü-sanitarı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyini, əsgər Zərərçəkmiş şəxs xidmət müddətində tanıdığını, 03 yanvar N0NN-ci ildə saat 07:N5 radələrində leytenant Şahid1 şəxsi heyətə səhər yeməyinə getmək üçün sırada düzülmələri barədə komanda verdiyini, şəxsi heyətin düzülüşə gedərkən əsgər Zərərçəkmiş şəxs xidməti otağın təmizlənib-təmizlənmədiyini soruşduğunu, onun da həmin otağın iki gündür təmizlənmədiyini, niyə onun növbəsində bunun yada düşdüyünü dediyini, niyə otağı vaxtında təmizləmirsən deyə soruşduğunu, Zərərçəkmiş şəxs səhər yeməyindən sonra təmizləyəcəyini dediyini, ona “səhər yeməyindən sonra sıra məşqi olacaq ondan sonra otaqların təmizliyinə baxış olacaq, təmizləyə bilməyəcəksən” dediyini, otağın təmizlənməsi işini öz aralarında növbəyə qoyduqlarını, hər gün bir əsgərin həmin otağı təmizlədiyini, otağın təmiz olmadığını yoxlayanda irad tutulacağına görə otağın təmizlənməsini əsgər Zərərçəkmiş şəxs tələb etdiyini, yanvarın 03-də həftənin 1-ci günü olduğundan hərbi hissə komandanlığından nümayəndə gəlib otaqların təmizlik işini yoxlayacağını, Zərərçəkmiş şəxs “gəl çayxananın qarşısında danışaq” dediyini, hərbi hissənin çayxanasının qarşısına gəldiklərini, həmin gün hərbi hissənin çayxanasının qarşısında təxminən saat 07:N8 radələrində yenə də əsgər Zərərçəkmiş şəxs “niyə otağı vaxtında təmizləmirsən, bizim hamımıza irad tutulacaq” dediyini, Zərərçəkmiş şəxs “N gündür ki, otaq təmizlənmir, niyə mənim növbəmdə otağı təmizləmək yada düşür” dediyini, ona “otaqların təmizliyinə baxılacaq, otağın təmiz olmadığını görüb üzümüzə söz gələcək” dediyini, Zərərçəkmiş şəxs səhər yeməyindən sonra təmizləyəcəyini dediyini, otağın təmizlənməməsinə görə aralarında mübahisə olduğunu, get otağı təmizlə deyərək əlləri ilə onun sinəsindən itələdiyini, həmin vaxt onu itələdiyinə görə Zərərçəkmiş şəxs sol göz nahiyəsindən yumruqla vurduğunu, əlini onun yaxasına atdığını, ancaq tuta bilmədiyini, bu zaman Zərərçəkmiş şəxs də əlləri ilə onun qollarından tutmaq istədiyini, ancaq hər iki əlləri ilə onun başından tutub özünə doğru dartdığını, özünə tərəf çəkərkən onun önə doğru əyildiyini, sağ dizilə onun burun nahiyəsindən bir zərbə vurduğunu, Zərərçəkmiş şəxs burnunun qanadığını görüb onu buraxdığını, burnu qanadığından bir-birlərindən aralandıqlarını, dalaşdıqlarını məruzə etmək üçün divizion üzrə cavabdeh leytenant Şahid1 yanına getdiklərini, həmin vaxt şəxsi heyətin yataqxananın qarşısında sıra düzülüşündə olduğunu, Zərərçəkmiş şəxs burnundan qan gəldiyindən əlini üzünə tutduğunu, özünün də sol gözünün altının şişdiyini, leytenant Şahid1 yaxınlaşıb dalaşdıqlarını məruzə etdiklərini, Zərərçəkmiş şəxs burnunun qanamasını, özünün gözünün şiş olmasını sırada olan şəxsi heyətin gördüyünü, cavabdeh leytenant Məmmədovun onları hərbi hissənin tibb məntəqəsinə apardığını hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyib onunla barışdığını, etdiyi hərəkətlərdən peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş çəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində N №-li hərbi hissənin artilleriya divizionunun idarəetmə taqımının idarəetmə manqasında baş kəşfiyyatçı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyini, əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanıdığını, 03 yanvar N0NN-ci ildə saat 07:N5 radələrində cavabdeh leytenant Şahid1 şəxsi heyətə yataqxananın qarşısında sıra düzülüşünə komanda verdiyini, şəxsi heyət düzülüşə gedərkən əsgər Təqsirləndirilən şəxs ondan xidmət otağının təmizlənib-təmizlənmədiyini soruşduğunu, həmin otağın iki gündür təmizlənmədiyini, niyə məhz onun növbəsində yada düşdüyünü deyərək yeməkdən sonra təmizləyəcəyini dediyini, bu sözləri deyə-deyə pilləkənlərdən düşdüyünü, sıra düzülüşünə getdiyini, həmin vaxt şəxsi heyətin də, əsgər Təqsirləndirilən şəxs də pilləkənlərdən düşdüyünü, şəxsi heyətin yataqxanadan çıxıb sırada düzülərkən əsgər Təqsirləndirilən şəxs onu kənara çağırıb “gəl çayxananın qarşısına” dediyini, ikisinin də hərbi hissənin çayxanasının qarşısına gəldiklərini, həmin vaxt saat 07:N8 radələrinin olduğunu, çayxananın qarşısında əsgər Təqsirləndirilən şəxs ondan dəfələrlə otağı niyə təmizləməmisən deyə soruşduğunu, yeməkdən sonra təmizləyəcəyini dediyini, otağın təmizlənməməsinə görə aralarında mübahisə olduğunu, yeməkdən sonra təmizləyəcəyini dediyini, Təqsirləndirilən şəxs israrla indi get otağı təmizlə, yeməkdən sonra təmizlik yoxlanılacaq vaxtında niyə təmizləməmisən dediyini, get otağı təmizlə deyərək əlləri ilə onun sinəsindən itələdiyini, onun itələdiyinə görə vuracağını zənn edib özünü müdafiə etmək üçün sağ əli ilə Təqsirləndirilən şəxs sol göz nahiyəsinə 1 dəfə yumruqla vurduğunu, Təqsirləndirilən şəxs əlləri ilə onun başından tutaraq özünə tərəf çəkib aşağı əyərək dizi ilə burnunun üstündən möhkəm zərbə vurduğunu, burnunun qanadığını, burnu qanadığından bir-birlərindən aralandıqlarını, Təqsirləndirilən şəxslə mübahisə edərkən yanlarında, ətrafda heç kəsin olmadığını, həmin vaxt sıra düzülüşü olduğundan şəxsi heyətin səhər yeməyinə getmək üçün sıra düzülüşündə olduğunu, oradan cavabdeh leytenant Şahid1 yanına gelib dalaşdıqlarını məruzə edib hadisəni olduğu kimi bildirdiklərini, cavabdeh leytenant Məmmədovun onları hərbi hissənin tibb məntəqəsinə apardığını, həmin gün hərbi hospitala göndərildiklərini, hospitalda həkimlər tərəfindən müayinə olunduğunu, burnu rentgen olunarkən burnunda sınıq aşkar olunduğunu, Təqsirləndirilən şəxs onu vurmasına görə peşiman olduğunu dediyini, ondan üzr istədiyini, Təqsirləndirilən şəxs şikayəti, tələbi olmadığını, onu bağışladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində 03 yanvar N0NN-ci ildə saat 07:30 radələrində hərbi hissənin tibb məntəqəsində növbətçi həkim olan zaman 1-ci divizionun zabiti leytenant Şahid1 və əsgərlər Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs tibb məntəqəsinə gəldiklərini, əsgər Zərərçəkmiş şəxs burnunun qanadığını, onun burnunun üstünün zədələndiyini, əsgər Təqsirləndirilən şəxs sol gözünün alt nahiyəsində şişkinlik olduğunu, leytenant Şahid1 ona əsgərlərin dalaşdıqlarını bildirdiyini, ilk növbədə əsgər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərərək burnunun üstünə sarğı qoyduğunu, onun burnunun qanını dayandırmaqdan ötrü burun dəliklərinə pambıq yerləşdirdiyini, sonra əsgər Təqsirləndirilən şəxs tibbi yardım etdiyini, ilkin tibbi yardım göstərdikdən sonra hər iki əsgərdən hansı səbəbdən mübahisə etmələrini soruşduğunu, sonra ixtisaslı müayinə və müalicə üçün əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs özü ilə birlikdə hərbi hospitala apardığını, Zərərçəkmiş şəxs hospitalda rentgen müayinəsindən keçdiyini, müayinə zamanı əsgər Zərərçəkmiş şəxs “burun kökünün küt travması, yumşaq toxumaların əzilmiş-cırılmış yarası, burun sümüyünün yerdəyişmiş, qəlpəli sınığı” diaqnozu qoyulduğunu, ambulator müayinəsindən sonra onları hərbi hissəyə qaytardığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 03 yanvar N0NN-ci ildə saat təxminən 07:N5 radələrində leytenant Şahid1 şəxsi heyətə yataqxananın qarşısında sıra düzülüşündə olmaları barədə düzülüş komandası verdiyini, cavabdeh leytenant Şahid1 şəxsi heyəti səhər yeməyi üçün sıra düzülüşündə yoxlayarkən əsgərlər Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs sırada olmadığını gördüyünü, həmin vaxt hərbi hissənin çayxanası tərəfdən Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs gəlmələrini gördüklərini, onların leytenant Məmmədova yaxınlaşdıqlarını, Təqsirləndirilən şəxs bir gözünün altında şişkinlik olduğunu, Zərərçəkmiş şəxs burnunun qanadığını, əli ilə burnunu tutduğunu, leytenant Məmmədovun onlardan nə baş verməsini niyə bu halda olmalarını soruşduğunu, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə edib dalaşdıqlarını bildirdiklərini, hansı səbəbdən mübahisə etmələrini onlar desə də həmin vaxt yaxşı eşitmədiyini, Zərərçəkmiş şəxs burnu qanadığından aydın danışa bilmədiyini, leytenant Məmmədovun onları tibb məntəqəsinə apardığını, onlar tibb məntəqəsinə gedəndən sonra sırada olan əsgərlərdən Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs nəyin üstündə mübahisə etmələrini soruşduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs otağı təmizləmək növbəsi olduğundan ondan xidməti otağın təmizlənməsini tələb etdiyini, əsgər Zərərçəkmiş şəxs otağı təmizləmədiyindən aralarında mübahisə yarandığını, mübahisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən itələdiyini, Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs sol gözünün altından yumruqla vurduğunu, Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs özünə tərəf çəkərək Zərərçəkmiş şəxs burun nahiyəsindən dizi ilə vurub onun burnunu qanatdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində 03 yanvar N0NN-ci ildə saat 07:N5 radələrində divizion üzrə cavabdeh leytenant Şahid1 onlara səhər yeməyi üçün düzülün komandası verdiyini, cavabdeh leytenant Şahid1 sıraya baxış keçirərkən əsgərlər Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs sırada olmadıqlarını gördüyünü, leytenant Məmmədovun onların harada olmasını soruşanda Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs hərbi hissənin çayxanası tərəfdən gəldiklərini, onların leytenant Məmmədova yaxınlaşdıqlarını, Təqsirləndirilən şəxs bir gözünün altının şişdiyini, Zərərçəkmiş şəxs burnunun qanadığını, əli ilə burnunu tutduğunu, sıra düzülüşündə olan əsgərlərin bu halı gördüyünü, leytenant Məmmədovun onlardan nə baş verməsini niyə bu halda olmalarını soruşduğunu, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə edib dalaşmalarını dediklərini, leytenant Məmmədovun onları tibb məntəqəsinə apardığını, sonradan hadisənin necə olmasını onların özlərinin söhbət edərkən dediklərindən bildiyini, onların deməsinə görə hərbi hissənin çayxanasının qarşısında mübahisə edərkən yanlarında, ətrafda da heç kəsin olmadığını, müayinə üçün Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs hospitala göndərildiyini, Zərərçəkmiş şəxs burnunun sınıb xəsarət aldığını eşitdiyini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edildi. Şahid1 ifadəsi məhkəmədə ifadə vermiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə eyni məzmunda ifadə vermiş və baş vermiş hadisə barədə ifadələr eynilik təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutlarıda mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin 1-ci cildinin 45-46-cı və 59-60-cı vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 05 №-li, 08 yanvar N0NN-ci il tarixli ekspert rəyindən görünür ki, M.M. Mustafayevin almış olduğu xəsarət-burun nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan burun sümüyünün yerdəyişmiş sınığı olduğunu, bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğunu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna edilmədiyini, sağlamlığa zərər vurma dərəcəsi xəsarəti aldığı gündən N1 gün keçdikdən sonra burun tənəffüsünün pozulub-pozulmamasının təyini məqsədilə təkrar LOR müayinəsindən keçməklə əlavə məhkəmə-tibbi ekspertizasının təyini ilə müəyyən ediləcəyi göstərilmişdir. Buna görə də N5 yanvar N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs barəsində əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertin N6 yanvar N0NN-ci il tarixli 19/Ə nömrəli rəyində M.M. Mustafayevin almış olduğu xəsarətburun nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan burun sümüyünün yerdəyişmiş sınığı olduğu, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 05-ci vərəqəsinə əlavə edilmiş 03 yanvar N0NN-ci il tarixli telefon məlumatından məlum olur ki, N №-li hərbi hissənin əsgəri Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması faktı ilə bağlı məlumat verilmişdir. Cinayət işinin 1-ci cildinin N3-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N3 dekabr N0N0-ci il tarixli 305 №-li əmrdən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs şəxsi heyətin siyahısına və bütün növ təminatlara qoyularaq N №-li hərbi hissənin artilleriya divizionunun tibb məntəqəsinin sürücü sanitarı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin N6-cı vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 31-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, həmin hərbi hissənin əsgəri Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibəti yoxdur. Cinayət işinin 1-ci cildinin 56-cı vərəqəsinə əlavə edilmiş N05 №-li hərbi hissədə hərbihəkim komissiyası tərəfindən verilmiş N4 yanvar N0NN-ci il tarixli 137 №-li arayışda Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlıdır. Cinayət işinin 1-ci cildinin 87-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistika bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 139-144-cü vərəqələrinə əlavə edilmiş “Hərbi bilet”dən görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr N0N0-ci il tarixdə hərbi hissəyə göndərilmiş, N oktyabr N0N0-ci il tarixdə N №-li hərbi hissədə siyahıya alınmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 59.1.1N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi və törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşiman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən məhz hansı cəza növünün təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzası Azərbaycan Respublikası CM-nin 50.4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilmədiyindən və həmin maddənin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəza növünün əsgər Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş xidmət müddəti artıq bitmək üzrə olduğundan Azərbaycan Respublikası CM-nin 54-cü maddəsinə əsasən təyin edilmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyən edərkən belə hesab edir ki, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, 14 aprel N0N0-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağrılıb qanunla müəyyən olunmuş xidmət müddətini başa vurduğundan, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama cəza növünün həmin Məcəllənin 54-cü maddəsinə əsasən onun barəsində tətbiq edilməsinin mümkün olmadığını, həmçinin Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzası Azərbaycan Respublikası CM-nin 50.4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilmədiyindən və barəsində olan yüngülləşdirici halların məcmuyunu nəzərə alaraq təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmasını nəzərə alır və ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti verilməklə şərti olaraq tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 07 (yeddi) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu yer üzrə Daşkəsən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-13/2022
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-13/2022
06.04.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver