Məhkəmə qərarları › İş №1-1(092)-13/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-13/2023

24.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-13/2023 24.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 1993-cü ildə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəlki məhkumluğu ödənilmiş, Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində daimi qeydiyyatda olmaqla, N nömrəli hərbi hissədə xidmət etmiş, Naxçıvan Мuxtar Respublikası Hərbi Məhkəməsinin 03 mart 2023 –cü il tarixli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hal hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan, kapitan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində nəzərdə tutulan “komandir (rəis) tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini pozaraq 2022-ci ilin oktyabr ayının əvvəllərində saat 17 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs7 əraziyə gec gəlməsi səbəbindən hərbi hissənin qarovul evinin yanında ona qarşı nalayiq ifadə işlədib sifət nahiyəsindən şillə zərbələri və ağız nahiyəsindən yumruq zərbəsi vurmaqla, təkrarən 2022-ci ilin noyabr ayının ortalarında saat 23:30 radələrində hərbi hissənin birinci NBM-nin yanında düzgün yerdə dayanmaması səbəbindən ona qarşı nalayiq ifadə işlədib sifətindən şillə zərbələri vurmaqla, 2022-ci ilin dekabr ayının sonlarında saat 13 radələrində bölməyə gec gəlməsi səbəbindən yataqxananın qarşısında ona qarşı nalayiq ifadə işlədib əlində tutduğu telefonla dodağından bir zərbə vurmaqla, 2023-cü ilin yanvar ayının sonlarında saat N radələrində sıra baxışı zamanı maddi təlim yeşiyində olan əşyaları səliqəsiz düzməsi səbəbindən hərbi hissənin sıra meydanında ona qarşı nalayiq ifadə işlədib çiyin nahiyəsindən bir təpik zərbəsi vurmaqla; 2022-ci ilin dekabr ayının əvvələrində saat 07 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs5 otağı təmizləməməsi səbəbindən yataqxananın dəhlizində sifətindən şillə zərbəsi vurub ona qarşı nalayiq ifadə işlətməklə, 2022-ci ilin dekabr ayının ortalarında saat 14 radələrində onu çağırmasını eşitməməsi səbəbindən xidməti otağının qarşısında sifətindən şillə zərbələri vurmaqla, 26 yanvar 2023-cü ildə saat 22 radələrində sanitar qovşaqda yuyunan zaman əsgər yoldaşına zarafatla özünün intizamsız əsgər olmasını deməsini eşidib həmin səbəbindən yataqxananın dəhlizində diz nahiyəsində təpik zərbəsi vurmaqla; 2022-ci ilin dekabr ayının ortalarında saat 11 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs8 qarovul xidməti naryadının təlimatı zamanı səhv yerdə dayanması səbəbindən hərbi hissənin sıra meydanında ona qarşı nalayiq ifadə işlədib çənəsindən yumruq zərbələri vurmaqla; 2022-ci ilin dekabr ayının ortalarında saat 19 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs11 özündən yuxarı rəisə cavab qaytarması səbəbindən yataqxanada sifətindən şillə zərbələri vurmaqla; 2022-ci ilin dekabr ayının sonlarında saat 15 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs4 çirkli qabları yeməkxanaya təhvil verib qayıdan zaman gecikməsi və icazəsiz poçta getməsi səbəbindən hərbi hissənin qarovul evinin həyətində sifətindən, çənəsindən və başından yumruq zərbələri, bir az sonra eyni səbəbdən qarovul rəisinin otağında başından və sifətindən yumruq zərbələri vurmaqla; 2023-cü ilin yanvar ayının əvvəllərində saat 17 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs6 əsgər yoldaşı ilə zarafat etməsi səbəbində xidməti otağında ona qarşı nalayiq ifadə işlədib barmaqlarını qatlayıb əlinin tərsi ilə çənəsindən zərbə vuraraq yumruğu ilə sinəsindən sıxıb geriyə itələməklə; 2022-ci ilin oktyabr ayının təxminən 20-də saat 08 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs9 sıraya gecikməsi səbəbindən hərbi hissənin sıra meydanında ona qarşı nalayiq ifadə işlədib çənəsinin altından iki yumruq zərbəsi vurmaqla, 2023-cü ilin yanvar ayının sonlarında saat 13 radələrində “Bizon” içkisi alması səbəbindən xidməti otağında çənəsindən yumruq zərbələri, sağ bud nahiyəsindən isə təpik zərbəsi vurmaqla; 2022-ci ilin noyabr ayının ortalarında saat 14:50 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs1 çayxanaya getmək vaxtını soruşması və qaçaraq komandasını axıra kimi icra etməməsi səbəbindən yataqxanada çənəsindən yumruq zərbələri vurmaqla, N yanvar 2023-cü ildə saat N radələrində ona təhkim olunmuş qumbaraatan silahının sünbəsini çantasına qoymaması səbəbindən yataqxananın dəhlizində diz nahiyəsindən təpik zərbəsi vurmaqla; 2023-cü ilin yanvar ayının əvvəllərində saat 13:30 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs10 yataqxananın pilləkənlərini süpürməməsi səbəbindən yataqxanada sifətindən şillə zərbəsi vurub ona qarşı nalayiq ifadə işlətməklə; Bundan başqa N yanvar 2023-cü ildə saat N radələrində hərbi hissənin sıra meydanında sıra baxışı zamanı göstəriş verilmədən ləvazimat qabını çıxardığı üçün tabeliyində olan əsgər Zərərçəkmiş şəxs1 ayaq nahiyəsinə təpik zərbəsi vurub ona qarşı nalayiq ifadə işlətməklə və həmin vaxt yemək qabında ləkələr olduğu üçün əsgər Zərərçəkmiş şəxs10 ayaq nahiyəsinə təpik zərbəsi vurub sinəsindən itələməklə; 2023-cü ilin yanvar ayının ortalarında saat 23:50 radələrində qarovul xidmətində olarkən rabitə aparatının və pramidanın yanında heç kəsin olmaması səbəbindən gələn yoxlama irad tutduğundan qarovul evinin ümumi otağında barmaqlarını qatlayıb tabeliyində olan əsgərlər Zərərçəkmiş şəxs3 çənəsindən zərbə, daha sonra Zərərçəkmiş şəxs2n ayağından təpik zərbəsi vurmaqla, öz tabeliyində olan şəxsləri müxtəlif vaxtlarda vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrar zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci və 329.2.2-ci maddələri ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün komandiri vəzifəsində xidmət edərkən yuxarıda adları gəstərilən zərərçəkmiş şəxslərin birbaşa onun tabeliyində xidmət etdiklərini, onların rəisi olduğunu, müxtəlif vaxtlarda onlara qarşı zor tətbiq edərək onları döydüyünü təsdiq etdiyini, belə ki, 2022-ci ilin noyabr ayının ortalarında kiçik çavuş Kəramət Həsənovu böyük kimi təyin edərək bir neçə əsgəri ərazidə təmizlik işlərinə böldüyünü, onlar gedəndən bir az sonra K.Həsənovun ona zəng vuraraq əsgər Zərərçəkmiş şəxs1 çayxanaya getmək üçün icazə istədiyini dediyini, ona əsgər Zərərçəkmiş şəxs1 yanına göndərməsini tapşırdığını, bir az sonra Zərərçəkmiş şəxs1 ona tərəf gəldiyini görüb ona “qaçaraq yanıma” dediyini, Zərərçəkmiş şəxs1 isə bir az qaçıb sonra yavaş addımlarla onun otağının qabağına getdiyini, təxminən 20 dəqiqə sonra onun yanına gələrək yataqxanaya aparıb otağında onu danlayaraq nalayiq ifadələr işlədib niyə qaçmadığını, yavaş addımlarla gəldiyini soruşaraq çənəsindən iki yumruq zərbəsi vurduğunu, 2022-ci ilin dekabr ayının ortalarında hərbi hissə komandanlığı tərəfindən bütün buşlatlara şevron tikilməsi barədə göstəriş verilməsinə baxmayaraq həmin vaxt verilmiş tapşırığı yerinə yetirmədiyinə və ona kobud şəkildə cavab qaytardığına görə əsgər Zərərçəkmiş şəxs11 yanına çağırıb ona öz iradını bildirərək sifətindən bir-iki şillə vurduğunu, 2022-ci ilin dekabr ayının sonlarında qarovul xidməti naryadına təyin olunduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs4 da qarovul nəfəri kimi naryada təyin olunduğunu, qarovul xidmətində olarkən əsgər Zərərçəkmiş şəxs4 ondan poçta getmək üçün icazə istədiyini, ona qarovul evini tərk etməyin qadağan olduğunu deyib icazə vermədiyini, lakin onun sonradan ondan xəbərsiz icazə almadan qarovul evindən poçta getdiyinə görə əsəbləşib qarovul evinin qabağında onun sifətindən bir neçə yumruq zərbəsi, daha sonra qaravol rəisinin otağında sifətindən daha bir neçə zərbə vurduğunu, onun da ağlamsınıb heç nə deməyərək getdiyini, 2023-cü ilin yanvar ayının ortalarında bölüyün şəxsi heyəti ilə birlikdə qarovul xidmətində olarkən təxminən saat N radələrində qarovul xidmətinə yoxlama gəlib rabitənin və pramidanın yanında heç kəs olmadığını görüb ona ciddi iradlarını bildirdiklərini, onlar getdikdən sonra əsəbləşərək həmin vaxt ayıq növbədə olan əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 cərgəyə düzərək onları danladığını, əsgər Zərərçəkmiş şəxs3 çənəsindən əli ilə bərk itələdiyini, Zərərçəkmiş şəxs2 isə ayağından bir təpik zərbəsi vurduğunu, onlara yol verdikləri nöqsanlara görə və vəzifə borclarını yaxşı bilmədikləri üçün istirahət vaxtı vermədiyini, bütün günü ayaq üstə vəzifə borclarını oxumalarını tapşırdığını, onların da verilmiş tapşırığı icra etdiklərini, N yanvar 2023-cü ildə saat N radələrində sıra baxışı zamanı əsgər Zərərçəkmiş şəxs1 icazəsiz ləvazmat qabını çıxarıb yerə qoyduğu üçün əsəbləşib onun ayağından bir təpik zərbəsi vurduğunu, digər əsgər Zərərçəkmiş şəxs10 isə yemək qabının çirkli olmasına görə sinəsindən itələyərək ayağından bir təpik zərbəsi vurduğunu, həmin vaxt yemək qabına bir təpik də vurduğunu xatırladığını, 2023-cü ilin yanvar ayının əvvəllərində tabeliyində olan əsgərlərin yataqxanada əsgər Zərərçəkmiş şəxs6 və əsgər Zərərçəkmiş şəxs4 bir-biri ilə söyüşlə danışdığını eşidib onları danlayaraq hər ikisinin barmaqlarını qatlayıb Zərərçəkmiş şəxs6 yumruqla çənəsindən vurub, sinəsindən itələdiyini, 2023-cü ilin yanvar ayının əvvəllərində saat 13:30 radələrində pilləkənləri süpürmədiyi üçün yataqxanada əsgər Zərərçəkmiş şəxs10 sifətindən bir şillə zərbəsi vurduğunu, 2022-ci ilin dekabr ayının ortalarında saat 11 radələrində qarovul xidməti naryadının təlimatı zamanı cərgədə əvvəlki qarovulda da iki növbəli posta çıxdığı üçün əsgər Zərərçəkmiş şəxs8 əsəbləşib çənəsindən bir neçə yumuruq zərbəsi vurduğunu, 2022-ci ilin dekabr ayında əsgər Zərərçəkmiş şəxs5 şəxsi heyətin yeməyə getmək üçün vaxtında düzmədiyi üçün sifətindən bir neçə şillə zərbəsi, bir neçə gün sonra isə otağı təmizləmədiyi üçün sifətindən bir şillə vurduğunu, yataqxanada əsgər Zərərçəkmiş şəxs5 əsgər yoldaşına “mən bölükdə ən intizamsız əsgərəm” deməsini eşidib əsəbləşərək onu cərgədə danladığını və vurduğunu, N oktyabr 2022-ci ildə hərbi hissənin səhər baxışı zamanı əsgər Zərərçəkmiş şəxs9 sıraya gecikdiyinə görə danlayıb irad tutduğunu və vurduğunu, 2023-cü ilin yanvar ayının sonlarında isə Zərərçəkmiş şəxs9 soyuq içki içdiyi üçün əsəbləşib çənəsinin yumruq zərbəsi və ayağından təpiklə vurduğunu, yadında qalmayan tarixdə bölüyə təhkim olunmuş ərazini təmizləmədiyinə və həmin əraziyə gec gəldiyinə görə əsgər Zərərçəkmiş şəxs7 sifətinə bir neçə zərbə vurub söydüyünü, 2022-ci ilin noyabr ayının ortalarında saat 23:30 radələrində Zərərçəkmiş şəxs7 yanına çağırıb naryadı düzgün təşkil etmədiyi üçün danladığını və döydüyünü, 2022-ci ilin dekabr ayınını sonlarında bölməyə gec qayıtdığı üçün əsəbləşib əlində olan telefonla onun dodağından bir zərbə vurduğunu, 2023-cü ilin yanvar ayının sonlarında saat N radələrində sıra baxışı zamanı hərbi hissənin sıra meydanında təlim yeşiyində olan əşyaları səliqəsiz düzdüyü üçün əsəbləşib onun çiyninə bir təpik vurduğunu, hərdən əsəbləşəndə tabeliyində olan əsgərləri nalayiq sözlərlə təhqir etsədə, tez-tez onların ailə vəziyyəti ilə maraqlandığını,onların ailələri ilə əlaqə saxlamaları üçün şərait yaratdığını, etdiyi əməlləri qanunsuz, hüquqazidd olsada, tabeliyində olan əsgərlərin nizam-intizamlı olacağını fikirləşdiyini, bu əməllərinin səhv olduğunu sonradan başa düşdüyünü,zərərçəkmiş şəxslərdən üzr istədiyini, zərərçəkmiş şəxslərində onu bağışladığını, etdiyi əməllərdən peşman olduğunu göstərdi. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi, özünün tam etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, üzləşdirmə protokolları, baxış protokolları, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş digər mötəbər, təkzibedilməz sübutların məcmusu ilə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində N nömrəli hərbi hissənin 1-ci taborunda xidmət edərkən kapitan Təqsirləndirilən şəxs onun bölük komandiri, birbaşa rəisi olduğunu, 2022-ci ilin noyabr ayının ortalarında saat 14:30 radələrində şəxsi heyətlə birlikdə ərazidə təmizlik işləri görərkən onlara böyük kimi təyin olunmuş MAHHXHQ-su kiçik çavuş K.Həsənovdan çayxanaya getmək üçün icazə istədiyini, onun da bölük komandiri Təqsirləndirilən şəxs zəng edib bu barədə ona məlumat verdiyini, Təqsirləndirilən şəxs da “ onu mənim yanıma göndər onu başa salacağam” dediyini, bölük komandiri Təqsirləndirilən şəxs tapşırığına əsasən onun yanına gedərkən yataqxananın qarşısında dayanan Təqsirləndirilən şəxs onu görüb “əsgər qaçaraq otağımın qarşısına gəl, mən də oraya gəlirəm” deyib harasa getdiyini, yorğun olduğundan onun otağının yanına qədər olan məsafəni bir az qaçıb sonra adi addımlarla onun otağın qarşısına gedib orada onu gözlədiyini, təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs da yataqxanaya gəlib onu içəri çağıraraq ondan nəyə görə yolu axıra kimi qaçmadığını soruşub ona “sən artıq qudurmusan” deyərək onun çənəsinin hər iki tərəfindən iki yumruq vurduğunu, çənəsinin möhkəm ağrıdığını, bir az gözləyib sonra işinə getdiyini, N yanvar 2023-cü ildə sıra baxışına hazırlaşarkən silahının sünbəsini əlində götürdüyünə görə Təqsirləndirilən şəxs ona öz iradını bildirib yataqxananın dəhlizində sağ ayağına bir təpik zərbəsi vuraraq üzərinə qışqırdığını, həmin vaxt sıra meydanında şəxsi heyətə sıra baxışı keçirilərkən bilmədən icazəsiz ləvazimat qabını çıxarıb yerə qoyduğu üçün Təqsirləndirilən şəxs ona yaxınlaşıb onun sol diz nahiyəsindən bir təpik vurduğunu, həmin zərbənin təsirindən yerə yıxıldığını, yerdə ona şərəfsiz dediyini, sonra əsgər Zərərçəkmiş şəxs10 yanına gedərək onun yemək qabının çirkli olduğunu görüb təpiklə Zərərçəkmiş şəxs10 ayağından bir zərbə vurub, əli ilə sinəsindən geriyə itələyərək yemək qabını da təpiklədiyini, 2022-ci ilin dekabr ayının sonlarında əsgər yoldaşı Zərərçəkmiş şəxs4 qarovul xidmətindən qayıdarkən onun çənəsinin altında sıyırıq həm də dodaqları yara olduğundan yemək yeyə bilmədiyini, ondan nə olmasını soruşduqda qarovulda olarkən çirkli qabları yeməkxanaya verib qayıdarkən yubandığına görə qaravul evinin həyətində və sonra qarovul rəisinin otağında bərk döydüyünü dediyini, 2022-ci ilin yanvar ayının ortalarında qarovul xidmətində olarkən gecə saatlarında qarovul rəisi olan Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarovula yoxlamaya gələrkən xidmət yerlərində olmadıqlarına görə Təqsirləndirilən şəxs irad tutmları səbəbindən onlara istirahət vermədiyini, nizamnaməni oxutdurduğunu, H.Məhəmmədsain və Zərərçəkmiş şəxs2 döydüyünü eşitdiyini, 2022-ci ilin yanvar ayının əvvəllərində saat 17 radələrində yataqxanada olarkən əsgərlər Zərərçəkmiş şəxs4 və Əşrəf Məmmədovun öz aralarında zarafatlaşdıqlarını görən Təqsirləndirilən şəxs onların hər ikisini otağına apararaq danladığını və Zərərçəkmiş şəxs6 çənəsindən və sinəsindən yumruqla vurub döydüyünü eşitdiyini, 2022-ci ilin dekabr ayının əvvəllərində saat 07 radələrində bölüyün səhər yeməyinə getmək üçün düzüldüklərini, həmin vaxt özünün gün növbətçisi olduğundan yataqxanada olduğunu, Təqsirləndirilən şəxs çöldə əsgər Zərərçəkmiş şəxs5 üzərinə nəyə görəsə qışqırıb onu danladığını, yataqxanada olduğundan onları görməsə də səslərini eşitdiyini, həmin vaxt Zərərçəkmiş şəxs5 uca səslə nəsə yalvardığını eşitdiyini, sonradan Nurulunun onu yataqxanaya apardığını, Zərərçəkmiş şəxs5 eşitdiyinə görə Təqsirləndirilən şəxs orada onun sifətindən yenə bir şillə vurduğunu dediyini, 2022-ci ilin dekabr ayının ortalarında saat 14 radələrində bölüyün səhər yeməyinə getmək üçün hazırlaşarkən Təqsirləndirilən şəxs naryadı çağıranda Zərərçəkmiş şəxs5 cavab vermədiyi üçün onun sifətindən 4 şillə zərbəsi vurmasını eşitdiyini, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ona qarşı nalayiq sözlər işlətdiyini,ümumiyyətlə Təqsirləndirilən şəxs söyüşkən bir zabit olduğunu,lakin hərdən onlara qarşı mülayim rəftar etdiyini,evləri ilə danışması üçün hərdən onlara köməklikdə etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan hər hansı şikayətinin və ya tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs2 ifadəsində N nömrəli hərbi hissənin 1-ci taborunda əsgər hərbi rütbəsində xidmət edərkən kapitan Təqsirləndirilən şəxs onun bölük komandiri olduğunu, 2023-cü ilin yanvar ayının ortalarında xidmət etdiyi bölüyün şəxsi heyəti ilə qarovul xidmətinə təyin olunduğunu, qarovul rəisinin Təqsirləndirilən şəxs olduğunu, həmin gün təxminən saat N radələrində hərbi hissədən qarovulu yoxlamağa gələrkən rabitənin və piramidanın yanında heç kəsin dayanmadığını aşkar edib Təqsirləndirilən şəxs ciddi irad bildirdiklərini, yoxlama getdikdən bir az sonra Təqsirləndirilən şəxs əsəbi halda onlara düzülmələrini tapşıraraq ona edilmiş irada görə onların üzərlərinə qışqırıb danladığını, barmaqlarını qatlayıb əsgər Zərərçəkmiş şəxs3 çənəsindən bir yumuruq zərbəsi vurub daha sonra ona yaxınlaşaraq onun da ayağından bir təpik zərbəsi vurub onları söydüyünü, sonra onlara da istirahət vaxtlarında istirahət etməyib ayaq üstə nizamnamə oxutdurduğunu, N yanvar 2023-cü ildə sıra baxışı keçiriləcəyindən şəxsi heyətlə birlikdə hərbi hissənin sıra meydanında cərgədə, əsgər Zərərçəkmiş şəxs1 sağda dayanaraq əşya kisəsindən ləvazimat qabını çıxarıb sıra meydanında yerə qoyduğunu, eyni qaydada əsgər Zərərçəkmiş şəxs1 də ləvazimat qabını çıxarıb yerə düzdüyünü, bu vaxt kapitan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qışqırıb sənə kim deyib ləvazimat qabını çıxarmısan deyərək onun diz nahiyəsindən bir təpik zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs1 yerə yıxıldığını, sonra əsgər Zərərçəkmiş şəxs10 yeməkqabısının çirkli olması səbəbindən onu da vurmasını dediyini, Zərərçəkmiş şəxs1lə söhbət edən zaman Təqsirləndirilən şəxs ona silahının sünbəsini nəyə görə çantasına qoymadığını deyib ayaq nahiyəsindən bir təpik zərbəsi vurduğunu dediyini, 26 yanvar 2023-cü ildə yat komandasından əvvəl Təqsirləndirilən şəxs ayaqyolunda yuyunan zaman əsgər Zərərçəkmiş şəxs5 əsgərlərdən kiməsə zarafatla “mən intizamsız əsgərəm” dediyini eşidib yat komandasından sonra onun ayağından bir təpik zərbəsi vurmasını eşitdiyini, 2022-ci ilin oktyabr ayının 20-də əsgər Zərərçəkmiş şəxs9 tibb məntəqəsinə getdiyindən sıraya gecikdiyi üçün onun çənəsindən iki yumruq zərbəsi vurduğunu gördüyünü, 2023-cü ilin yanvar ayının sonlarında isə soyuq su alıb içdiyi üçün onu otağına aparıb vurmasını eşitdiyini, 2022-ci ilin dekabr ayının sonlarında əsgər Zərərçəkmiş şəxs4 qarovulda olarkən yeməkxanaya çirkli qabları apararkən qarovula gec gəldiyi üçün Təqsirləndirilən şəxs onun sifətindən və çənəsindən yumruq zərbələri vurduğunu Zərərçəkmiş şəxs4 özündən eşitdiyini, həmin vaxt onun çənəsində sıyrıqlar və yaralar olduğunu gördüyünü, Təqsirləndirilən şəxs söyüşkən bir zabit olduğunu,hərdən evləri ilə danışmaq üçün onlara şərait yaratdığını, Təqsirləndirilən şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs3 ifadəsində N nömrəli hərbi hissənin 1-ci taborunda əsgər hərbi rütbəsində xidmət edərkən 2023-cü ilin yanvar ayının ortalarında qarovul xidmətinə təyin olunduğunu, qaravul rəisinin kapitan Təqsirləndirilən şəxs olduğunu, həmin gün saat N radələrində qarovula yoxlama gəldiyini, yoxlama gələn vaxt əsgərlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və özünün ayıq növbədə olsalar da yoxlama gələndə rabitənin və pramidanın yanında olmadıqlarını, buna görə də gələn yoxlamanın qaravul rəisi Təqsirləndirilən şəxs ciddi irad bildirdiyini, yoxlama gedəndən sonra Təqsirləndirilən şəxs onları çağırıb sıraya düzərək bərk danladığını, təhqir etdiyini, sonra barmaqlarını qatlayaraq onun çənəsindən bir zərbə vurub nəyə görə rabitənin yaninda durmadığını bildirib Zərərçəkmiş şəxs2 dizindən bir təpik vurduğunu, həmin gün Təqsirləndirilən şəxs onlara istirahət vermədiyini, posta çıxıb qayıdandan sonra onu, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 ayaqüstə saxlayıb nizamnamə oxutdurduğunu, əsgər yoldaşlarından Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayında müəyyən səbəblərdən əsgər Zərərçəkmiş şəxs1 sifətindən yumruq zərbələri, N yanvar 2023-cü ildə saat N radələrində hərbi hissənin sıra meydanında əsgər Zərərçəkmiş şəxs10 ayağından bir təpik vurub sinəsindən itələdiyini, 2022-ci ilin dekabr ayının sonlarında əsgər Zərərçəkmiş şəxs4 sifətindən və çənəsindən yumruq zərbələri, 2022-ci ilin dekabr ayının ortalarında saat 14 radələrində əsgər Zərərçəkmiş şəxs5 sifətindən şillə zərbələri, əsgər Zərərçəkmiş şəxs4 ilə zarafat etdiyi üçün əsgər Zərərçəkmiş şəxs6 xidməti otağına aparıb, orada onun sifətindən və sinəsindən yumruq zərbələri vurduğunu eşitdiyini, yadında qalmayan tarixdə əsgər Zərərçəkmiş şəxs8 təlimat vaxtı 2 növbəli postun yerində dayandığı üçün Təqsirləndirilən şəxs onun çənəsindən yumruq zərbələri vurduğunu özündən eşitdiyini, 2022-ci ilin dekabr ayının ortalarında saat 14 radələrində şəxsi heyətlə birlikdə yeməyə getmək üçün düzüldüklərini, əsgər Zərərçəkmiş şəxs5 bölüyün gün növbətçisi olduğunu, Təqsirləndirilən şəxs bir neçə dəfə onu çağırdıqdan sonra eşitmədiyi üçün içəriyə girib Zərərçəkmiş şəxs5 yanına gedərək onun sifətindən bir neçə şillə zərbələri vurmasını Zərərçəkmiş şəxs5 özündən eşitdiyini, həmin vaxt Zərərçəkmiş şəxs5 üzünün qızardığını gördüyünü, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü ildə saat 22 radələrində Zərərçəkmiş şəxs5 ayağından bir təpik vurmasını əsgər yoldaşlarından eşitdiyini, Təqsirləndirilən şəxs əsgər yoldaşlarına qarşı həmişə təhqiramiz sözlər dediyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs4 ifadəsində N nömrəli hərbi hissənin 1-ci taborunda xidmət edərkən bölük komandirinin kapitan Təqsirləndirilən şəxs olduğunu, 2022-ci ilin dekabr ayının sonlarında qarovul xidmətinə təyin olunduğunu, həmin vaxt qarovul rəisinin Təqsirləndirilən şəxs olduğunu, səhər saatlarında istirahət edən növbədə olarkən Təqsirləndirilən şəxs yaxınlaşıb poçta gedib evə zəng vurmaq üçün icazə istədiyini, lakin onun icazə vermədiyini, təxminən saat 15 radələrində çirkli qabları hərbi hissənin yeməkxanasına aparıb təhvil verməyə getdiyini, qayıdan zaman 5 dəqiqəlik poçta girib atası ilə telefonla danışdığını, qarovul evinə gələn zaman Təqsirləndirilən şəxs onu yanına çağırıb qışqıraraq nəyə görə icazəsiz poçta getdiyini soruşduğunu, yanına çatan kimi çənəsinin sağ tərəfindən 1 yumruq zərbəsi vurduğunu, daha sonra çənəsindən, sifətindən və başından 3-4 yumruq zərbəsi daha vurduğunu və ona qaçaraq qarovul evinə getməsini dediyini, çənəsinin sağ alt nahiyəsinin qanadığını, Təqsirləndirilən şəxs onu qarovul rəisinin otağına çağıraraq yenidən başından, sifətindən təxminən 6-7 yumruq zərbələri daha vurduğunu, dodağının partladığını, həm də çənəsinin altında sıyrıq yarası olduğunu, N yanvar 2023-cü ildə saat N radələrində sıra baxışında olarkən əsgər Zərərçəkmiş şəxs1 ləvazimat qabını çıxarıb səhv yerə qoyduğundan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzərinə qışqırdığını eşidib ona tərəf baxanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ayaq nahiyəsindən bir təpik zərbəsi vurub ona şərəfsiz dediyini gördüyünü, Zərərçəkmiş şəxs1 həmin zərbənin təsirindən yerə yıxıldığını, Təqsirləndirilən şəxs bir az sonra əsgər Zərərçəkmiş şəxs10 yanına getdiyini, ona nəyə görə yemək qabının çirkli olduğunu deyib onun da ayağından bir təpik vurub sinəsindən geriyə itələdiyini gördüyünü, həmin gün yat komandası verilməmişdən əvvəl şəxsi heyətlə birlikdə oturan zaman əsgər Zərərçəkmiş şəxs1 sıra baxışına çıxmazdan əvvəl Təqsirləndirilən şəxs onun ayaq nahiyəsindən səbəbsiz bir təpik zərbəsi vurmasını dediyini, 2023-cü ilin yanvar ayının ortalarında qarovul xidmətində olduğunu, saat 23:30 radələrində hərbi hissədən qarovula yoxlama gəldiyini, yoxlamanın qarovulda müəyyən çatışmazlıqlar aşkar edərək Təqsirləndirilən şəxs iradlarını bildirdiklərini, yoxlama getdikdən sonra saat 23:50 radələrində Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs2ı, Zərərçəkmiş şəxs3 və onu qarovul evinin ümumi otağında düzülmələrini dediyini, daha sonra nəyə görə yoxlama gələndə rabitənin və pramidanın yanında heç kəs olmadığını deyib barmaqlarını qatlayıb Zərərçəkmiş şəxs3 çənəsindən bir zərbə, Zərərçəkmiş şəxs2 da ayağından bir təpik vurub onlara istirahət verməyəcəyini dediyini, onları ayaq üstə saxladığını, sonra ayaq üstə dayanıb nizamnamə oxuduqlarını, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda əsgər Zərərçəkmiş şəxs1, əsgər Zərərçəkmiş şəxs10, əsgər Zərərçəkmiş şəxs8, əsgər Zərərçəkmiş şəxs5, əsgər Zərərçəkmiş şəxs9, əsgər Zərərçəkmiş şəxs7 döyməsini eşitdiyini, Təqsirləndirilən şəxs dəfələrlə ona qarşı nalayiq ifadələr işlətsədə,bəzən onun xidməti ilə maraqlandığını,evləri ilə əlaqə saxlaması üçün köməkliklər etdiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs5 ifadəsində kapitan Təqsirləndirilən şəxs onun bölük komandiri, birbaşa rəisi olduğunu, xidmət etdiyi bölükdə 2022-ci ilin dekabr ayının əvvələrində otaq təmizləyicisi təyin olunduğunu, yuyunmağa getdiyi üçün otağı tam təmizləyib qurtarmadığından dəhlizində Təqsirləndirilən şəxs onu görüb nə üçün otağı təmizləmədiyini soruşaraq əsəbləşib onun sifətindən bir şillə vurmaq istəyəndə onun qolundan tutduğunu, həmin vaxt onu vura bilmədiyini, Təqsirləndirilən şəxs sonra onu dəhlizə çağırıb şillə ilə sifətindən 1 zərbə vurduğunu, 2022-ci ilin dekabr ayının ortalarında bölüyün gün növbətçisi təyin olunduğunu, saat 14 radələrində silah otağında olarkən bölüyün şəxsi heyətinin nahar yeməyinə getmək üçün çöldə düzüldüyünü, Təqsirləndirilən şəxs onu çöldən çağırdığını eşitdiyini, onun yanına getmək istəyərkən onun piləkənlərlə yuxarı qalxmasını gördüyünü, Təqsirləndirilən şəxs onun yanına gəlib, səni çağırıram niyə cavab vermirsən deyib sifətindən 4 şillə zərbələri vurduğunu, 26 yanvar 2023-cü ildə axşam saatlarında bir neçə əsgər yoldaşı ilə birlikdə taborun sanitar qovşağında əl-ayağını yuyarkən əsgər yoldaşlarına zarafatla “mən intizamsız əsgərəm” dediyini, bunu eşidən Təqsirləndirilən şəxs içəri girib ona, “sənə intizamsızlığını göstərəcəm” dediyini, axşam gəzintisindən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs dəhlizdə ona yaxınlaşıb təpiklə dizindən bir zərbə vurduğunu, 22 oktyabr 2022-ci ildə birqadanın şəxsi heyətinin səhər düzülüşü zamanı əsgər Təqsirləndirilən şəxs sıraya gecikdiyi üçün əsgər Zərərçəkmiş şəxs9 çənəsindən iki yumruq zərbəsi vurduğunu gördüyünü, bir dəfə də Zərərçəkmiş şəxs9 soyuq “bizon” içkisi alıb içdiyi üçün Təqsirləndirilən şəxs sıranın qarşısında onu danlayıb sonra onu vurduğunu eşitdiyini, N yanvar 2023-cü ildə hərbi hissədə sıra baxışı keçirilərkən əsgər Zərərçəkmiş şəxs1 ləvazimat qabını icazəsiz əşya kisəsindən çıxardığına görə ona “şərəfsiz” deyərək dizindən bir təpik zərbəsi vurduğunu, sonra şəxsi heyətin arasında gəzərkən əsgər Zərərçəkmiş şəxs10 yemək qabının çirkli olduğunu görüb onun da ayağından təpik zərbəsi vurub sinəsindən itələdiyini gördüyünü, həmin gün Zərərçəkmiş şəxs1 sıra baxışına çıxarkən silahının sünbəsini çantasına qoymadığı üçün onun ayağından da bir təpik vurmasını da eşitdiyini, 2022-ci ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs1lə birlikdə ayaqyolunun yanında siqaret çəkən zaman Zərərçəkmiş şəxs1 də Təqsirləndirilən şəxs onu yataqxanaya aparıb yumruqla çənəsindən vurduğunu dediyini, sıraya getdiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yataqxanada çənəsindən iki yumruq vurduğunu uşaqlardan eşitdiyini, əsgər yoldaşlarından 2023-cü ilin yanvar ayının ortalarında qarovula yoxlama gələrkən rabitənin yanında heç kəs olmadığı üçün ona irad tutduqlarından, Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurduğunu, 2022ci ilin dekabr ayının ortalarında isə buşlatlarına şevron tikilməməsi səbəbindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 şillə ilə vurduğunu, 2022-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs7 ərazidə olan sahibsiz itləri yığmasını tapşırsa da onun verilən tapşırığı yerinə yetirməməsi səbəbindən onu döyməsini eşitdiyini, bundan başqa Zərərçəkmiş şəxs7 sıra baxışı zamanı Təqsirləndirilən şəxs onun çiynindən də təpiklə vurduğunu dediyini, 2022-ci ilin dekabr ayının sonlarında əsgər Zərərçəkmiş şəxs4 çənəsində sıyrıq və dodağında yara olduğunu gördüyünü, ondan nə olmasını soruşduqda Təqsirləndirilən şəxs onu səbəbsiz yerə döydüyünü dediyini, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs6 ifadəsində kapitan Təqsirləndirilən şəxs onun bölük komandiri olduğunu 2022-ci ilin yanvar ayının əvvəllərində hava soyuq olduğu üçün yataqxanada əsgər yoldaşı Zərərçəkmiş şəxs4 ilə zarafatlaşdıqlarını, bu vaxt Təqsirləndirilən şəxs oraya gəlib hər ikisinə hirslənərək xidməti otağına çağırdığını, Zərərçəkmiş şəxs4 ilə birlikdə onun arxasınca onun xidməti otağına getdiklərini, orada Təqsirləndirilən şəxs onları təhqir edərək barmaqlarını qatlayıb əlinin arxası ilə onun çənəsindən bir zərbə vuraraq sinəsindən itələdiyini, 2022-ci ilin dekabr ayının ortalarında əsgər Şahid2 buşlatının itməsinin səbəbkarı kimi əsgər Zərərçəkmiş şəxs11 olduğunu deyib həm də onun cavab qaytarmasından əsəbləşib Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 sifətindən bir şillə vurduğunu, Zərərçəkmiş şəxs11 cavab qaytardıqda Zərərçəkmiş şəxs11 bir şillə daha vurduğunu gördüyünü, 2022-ci ilin noyabr ayının ortalarında əsgər Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs çayxanaya getmək üçün icazə istəməsi səbəbindən Təqsirləndirilən şəxs onu yataqxanada vurmasını uşaqlara dediyini, N yanvar 2023-cü ildə hərbi hissədə şəxsi heyətin əşya kisələrinə və ləvazimatlara baxış keçirildiyini, özünün həmin gün növbətçisi olduğundan sıra baxışında iştirak etmədiyini, həmin gün yataqxananın yanında Zərərçəkmiş şəxs1 fikirli olduğunu görüb, ondan nə olmasını soruşanda Təqsirləndirilən şəxs sıra baxışına çıxmazdan əvvəl və sıra baxışında onun ayağından təpiklə vurduğunu, onun hərəkətlərindən artıq bezdiyini atasına bu barədə deyəcəyini bildirdiyini, müxtəlif səbəblərdən Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurduğunu və ayıq növbəyə istirahət vermədiyini, 2022-ci ilin dekabr ayının ortalarında əsgər Zərərçəkmiş şəxs5 onun sifətindən şillə zərbələri vurduğunu uşaqlara dediyini, 2023-cü ilin yanvar ayının sonlarında yataqxanada olarkən Zərərçəkmiş şəxs9 onlara soyuq su içməsi səbəbindən Təqsirləndirilən şəxs xidməti otağında onu döydüyünü dediyini, 2022-ci ilin dekabr ayının sonlarında bölük növbətçisi naryadına təyin olunduğu üçün saat 11:00-da istirahət etməyə getdiyini, saat 13 radələrində ayaqyoluna gedəndə əsgər Zərərçəkmiş şəxs7 bölükdən kənarda tək dayandığını gördüyünü, ondan nə olduğunu soruşduqda onun heç nə demədiyini, bölüyə qayıdanda əsgər yoldaşlarından Zərərçəkmiş şəxs7 nə olduğunu soruşduğunu, Zərərçəkmiş şəxs7 itləri aparıb təhvil verdikdən sonra yataqxanaya gec gəldiyinə görə Təqsirləndirilən şəxs telefonla onun dodağından vurduğunu dediklərini, 2022-ci ilin dekabr ayının sonlarında əsgər Zərərçəkmiş şəxs4 qarovul xidmətində olarkən çirkili qabları yeməkxanaya apardıqdan sonra gec qayıtdığı üçün Təqsirləndirilən şəxs onun sifətindən yumruq zərbələri vurduğunu, həmin zərbələrin təsirindən çənəsinin və dodağının xəsarət aldığını, bunu bütün əsgərlərin də gördüyünü,hərdən Nurulunun onun ailə vəziyyəti ilə maraqlandığını, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs7 ifadəsində N nömrəli hərbi hissənin 1-ci taborunda xidmət edərkən kapitan Nurulunun onun bölük komandiri olduğunu, 2022-ci ilin oktyabr ayının əvvəllərində saat 17 radələrində bölükdə gündəlik işlərlə məşğul olduğunu, həmin vaxt qarovul rəisi Təqsirləndirilən şəxs tabora zəng vurub onun və onunla eyni bölükdə xidmət edən qardaşı əsgər Şahid2 qarovul evinin yanına gedib həmin sahədə olan təmizlənmiş alaq otlarını oradan daşıyıb zibilliyə aparmaqları barədə onlara göstəriş verdiyini, qardaşı ilə birlikdə verilmiş tapşırığı yerinə yetirmək üçün Təqsirləndirilən şəxs göstərdiyi yerə getdiklərini, orada Təqsirləndirilən şəxs ona “niyə gec gəldin şərəfsiz” deyib onun sifətindən təxminən 7-8 şillə zərbəsi vurduqdan sonra sol əli ilə çənəsinin sağ tərəfindən bir yumruq da vurduğunu, həmin yumruğun təsirindən dişinin qırıldığını, onun vurmasına qardaşı Cəfərqulu da müdaxilə etdikdə yenə sakitləşməyib vurmağa davam etdiyini, zərbələrin təsirindən yerə oturub ağladığını, qardaşının da onunla birlikdə ağladığını, Nurulunun isə sakitləşməyib söyüş söyərək getdiyini, 2022-ci ilin noyabr ayının ortalarında hərbi hissənin 1-ci nəzarət buraxılış məntəqəsində gün növbətçisi naryadına təyin olunduğunu, saat təqribən 22:00-da digər gün növbətçi istirahətə getdiyindən NBM növbəsində tək olduğunu, çöldə NBM-in yanında dayandığını, bu vaxt Təqsirləndirilən şəxs mülki geyimdə hərbi hissəyə gəldiyini görüb yaxına gedərək ona məruzə etdiyini, bu vaxt Təqsirləndirilən şəxs ona “sən niyə kənarda dayanmısan oğraş?” deyərək onun sifətindən 4-5 şillə zərbəsi vurduğunu, 2022-ci ilin dekabr ayının sonlarında hərbi hissə komandirinin ərazisində olan itlərin toplanması göstərişini verdiyini, verilmiş tapşırığı gec yerinə yetirdiyinə görə Təqsirləndirilən şəxs taborun qarşısında onun yanına çatanda onu nalayiq söyüşlərlə təhqir edərək əlindəki telefonla onun dodağından bir zərbə vurduğunu, dodağının şişdiyini və qanadığını, niyə onunla bu cürə rəftar etdiyini başa düşmədiyini, 2023-cü ilin yanvar ayının sonlarında sıra baxışı keçirilərkən ləvazimat qabını və silahını səliqə ilə yerdə düzdüyünü, bu vaxt Təqsirləndirilən şəxs onun yanına gəlib “bu necə düzməkdir qandon, oğraş?” deyib sol çiyin nahiyəsindən bir təpik zərbəsi vurduğunu, zərbənin təsirindən orada olan bardurun üzərindən yıxılıb arxaya tərəf aşdığını, N yanvar 2023-cü il tarixdə sıra baxışı zamanı əsgər Zərərçəkmiş şəxs1 yanında cərgədə dayandığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yemək qabının çirkli olduğunu görüb onun ayağından bir təpik zərbəsi vurduğunu və sinəsindən itələdiyini, bir təpik də Zərərçəkmiş şəxs1 yemək qabına vurduğunu gördüyünü, 26 yanvar 2023-cü ildə Təqsirləndirilən şəxs tabor üzrə cavabdeh olarkən saat 22 radələrində əsgər Zərərçəkmiş şəxs5 yanına çağıraraq onu əsgər yoldaşı ilə zarafat etməsinə görə ayağından bir təpik zərbəsi vurduğunu gördüyünü, 2022-ci ilin dekabr ayının ortalarında əsgər Şahid2 buşlatının itdiyinə görə əsgər Zərərçəkmiş şəxs11 günahlandırıb onun sifətindən bir neçə şillə vurduğunu eşitdiyini, əsgər Zərərçəkmiş şəxs1 dediyinə görə 2022-ci ilin noyabr ayında yadında qalmayan tarixdə ərazidə işləyən zaman çayxanaya getmək istəməsi səbəbindən Təqsirləndirilən şəxs yataqxanada onun yumruqla sinəsindən, silahınin sünbəsini çantasına qoymadığı üçün isə ayağından bir təpik zərbəsi vurduğunu, sıra baxışı zamanı göstəriş verilmədən ləvazimat qabını çıxardığı üçün də yenə də onun ayağından bir təpik zərbəsi vurduğunu eşitdiyini, 2023-cü ilin yanvar ayının ortalarında qarovul naryadında olarkən xidmət yerini boş qoymaları səbəbindən əsgər yoldaşları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurduğunu eşitdiyini, onlara və Zərərçəkmiş şəxs4 həmin gün istirahət vermədiyini onların dediklərindən eşitdiyini, təqsirləndirilən şəxsi bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində Təqsirləndirilən şəxs onun bölük komandiri olduğunu, 2022-ci ilin dekabr ayının ortalarında qarovul xidmətinə təyin olunduğunu, qarovul rəisinin Təqsirləndirilən şəxs olduğunu, onun iki növbəli posta çıxacaq heyətin yerində, səhv yerdə dayandığını, bu vaxt Təqsirləndirilən şəxs onun yanına gəlib onun düzgün yerdə durmadığını ona irad tutaraq əsəbləşib sağ əli ilə onun çənəsinin sol tərəfindən 3 dəfə yumruq zərbəsi vuraraq ona qarşı nalayiq ifadələr işlətdiyini, 2022-ci ilin dekabr ayının sonlarında səhər saatlarında Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs7 ərazidən it tapmasını və itləri yığan şəxslərə təhvil verməsini tapşırdığını, lakin Zərərçəkmiş şəxs7 onun göstərişini layiqincə yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs əlində tutuduğu telefonla Zərərçəkmiş şəxs7 dodağına bir zərbə vurduğunu gördüyünü, N yanvar 2023-cü ildə saat N radələrində şəxsi heyət sıra baxışana çıxarkən silah otağında əsgər Zərərçəkmiş şəxs1 silahın sünbəsini çantasına qoymadığına görə Təqsirləndirilən şəxs onun ayağından bir təpik zərbəsi vurduğunu gördüyünü, sıra baxışında olarkən Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs10 yemək qabının çirkli olmasına görə ayağından bir təpik vurub sinəsindən itələyərək yemək qabına da bir təpik vurduğunu, 2022-ci ilin noyabr ayında əsgər Zərərçəkmiş şəxs1 çayxanaya getmək üçün icazə istədiyindən Təqsirləndirilən şəxs onun çənəsindən iki yumruq zərbəsi vurduğunu eşitdiyini, N yanvar 2022-ci ildə sıra baxışı zamanı ləvazimat qabını icazəsiz açdığı üçün Zərərçəkmiş şəxs1 ayağından bir təpik zərbəsi vurduğunu, 2023-cü ilin yanvar ayının ortalarında qarovul xidmətində olarkən əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 istirahət vermədiyini, həmin vaxt rabitə aparatının yanında heç kəs olmadığı üçün yoxlamanın ona irad bildirməsinə görə Zərərçəkmiş şəxs3 çənəsindən bir zərbə, Zərərçəkmiş şəxs2 ayağından bir təpik vurduğunu əsgər yoldaşlarından eşitdiyini, 2023-cü ilin yanvar ayının əvvəllərində saat 17 radələrində yataqxanada olarkən əsgərlər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 öz aralarında zarafat edərkən Təqsirləndirilən şəxs onları xidməti otağına apararaq onları danladığını və əsgər Zərərçəkmiş şəxs6 vurub ona qarşı nalayiq ifadələr işlətdiyini dediyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10, əsgər Zərərçəkmiş şəxs5, əsgər Zərərçəkmiş şəxs9, əsgər Zərərçəkmiş şəxs4 müxtəlif vaxtlarda döydüyünü eşitdiyini,Nurulunun söyüşkən zabit olduğunu,hərdən tabeçiliyində olanlara qarşı mərhəmətli də olduğunu, Nurulunun ondan üzr istədiyini, onu bağışladığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs9 ifadəsində təxminən 2022-ci ilin oktyabr ayının 20-də saat 08 radələrində tibb məntəqəsinə getdiyindən sıraya yubandığını, Təqsirləndirilən şəxs onu və ondan başqa sıraya gecikən bir neçə başqa əsgəri də sıranın qarşısına çıxarıb danladıqdan sonra Təqsirləndirilən şəxs ona “sıraya niyə yubanmısan, oğraş, pidaraz” deyib çənəsinin altından iki yumruq zərbəsi vurduğunu, ciddi xəsarət almasa da çənəsinin bərk ağrıdığını, 2023-cü ilin yanvar ayının sonlarında yadında qalmayan tarixdə bir ədəd soyuq “bizon” içkisi alıb içdiyinə görə cərgənin qabağında çənəsinin altından iki yumruq zərbəsi, sağ bud nahiyəsindən isə bir təpik zərbəsi daha vurduğunu, 2022-ci ilin dekabr ayının sonlarında səhər saatlarında əsgər Zərərçəkmiş şəxs7 hərbi hissənin ərazisində olan itləri tutması barədə göstəriş verdiyini, onun həmin göstərişi yerinə yetirərkən cərgəyə yubandığını, bu səbəbdən də Təqsirləndirilən şəxs onu yanına çağırıb onu danlayaraq əlində tutduğu telefonla Zərərçəkmiş şəxs7 dodağından bir zərbə vurduğunu, Zərərçəkmiş şəxs7 dodağının şişdiyini, N yanvar 2023-cü ildə saat N radələrində hərbi hissənin sıra meydanında şəxsi heyətə sıra baxışı keçirilərkən əsgər Zərərçəkmiş şəxs1 ləvazimat qabını səhv yerə qoyduğu üçün Təqsirləndirilən şəxs onun ayağından bir təpik zərbəsi vurub ona “şərəfsiz” dediyini, Zərərçəkmiş şəxs1 həmin zərbənin təsirindən yerə yıxıldığını, daha sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs10 yemək qabının çirkli olduğuna görə onun ayağından bir zərbə vurduğunu və sinəsindən itələdiyini, bir zərbə də onun yemək qabına vurduğunu gördüyünü, 26 yanvar 2023-cü ildə yat komandası vaxtı Təqsirləndirilən şəxs gün naryadı təyin olunan əsgərlərə təlimat verərkən əsgər Zərərçəkmiş şəxs5 yanına gedib onun ayağından bir təpik zərbəsi vurub ona “sən intizamsız əsgərsən, mən səni intizamlı edəcəm” dediyini, əsgər Zərərçəkmiş şəxs1 çayxanaya getmək vaxtını soruşduğu üçün yataqxanada onun çənəsindən iki yumruq zərbəsi vurduğunu, qarovul xidmətində olarkən əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 də vurduğunu, onlara və digər əsgər Zərərçəkmiş şəxs4 istirahət vermədiyini eşitdiyini, 2023-cü ilin yanvar ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs10 ona gün naryadı olan zaman dəhlizi süpürmədiyinə görə Təqsirləndirilən şəxs onun sifətindən bir şillə vurub onu söydüyünü eşitdiyini, 2022-ci ilin dekabr ayının ortalarında saat 14 radələrində əsgər Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs çağırışına cavab vermədiyi üçün yataqxanada onu və yadında qalmayan tarixdə əsgər Zərərçəkmiş şəxs4 qarovul xidmətindən qayıtdıqdan sonra yeməkxanadan gec qayıtması və icazəsiz poçta getməsi səbəbindən döydüyünü eşitdiyini, Təqsirləndirilən şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs10 ifadəsində 2023-cü ilin yanvar ayının əvvəllərində bölüyün gün növbətçisi olarkən bölük komandiri Təqsirləndirilən şəxs içəri girib niyə pilləkənlərin təmizləmədiyini soruşub anidən onun sifətindən bir şillə zərbəsi vurub ona qarşı nalayiq ifadələr işlətdiyini, N yanvar 2022-ci ildə saat N radələrində hərbi hissənin sıra meydanında şəxsi heyətə sıra baxışı keçirilərkən əsgər Zərərçəkmiş şəxs1 icazəsiz ləvazimat qabını çıxarıb yerə qoyduğu üçün Təqsirləndirilən şəxs qışqıraraq ona “sənə kim deyib ləvazimat qabını çıxarmısan şərəfsiz?” deyib onun ayağından bir təpik vurub yerə yıxdığını gördüyünü, daha sonra Təqsirləndirilən şəxs onun yanına gəlib yemək qabının çirkli olması səbəbindən onun ayağından bir təpik zərbəsi vurub əli ilə sinəsindən geriyə doğru itələyib yemək qabına da bir təpik vurduğunu, 2022-ci ilin dekabr ayının sonlarında saat təqribən 13 radələrində taborun qarşısında düzülüşdə olarkən Zərərçəkmiş şəxs7 hardansa cərgəyə gəldiyini, Təqsirləndirilən şəxs onu yanına çağırıb nəyə görə cərgəyə gec gəldiyini soruşub əlindəki telefonla onun dodağından bir dəfə vurduğunu gördüyünü, 2023-cü ilin yanvar ayının sonlarında saat 22 radələrində Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs5 danlayaraq onun dizindən bir təpik zərbəsi vurduğunu da gördüyünü, əsgər yoldaşı Zərərçəkmiş şəxs1 də ona N yanvar 2023-cü ildə sıra baxışından sonra Təqsirləndirilən şəxs silahın sünbəsini çantasına qoymamasına görə Təqsirləndirilən şəxs onun ayağından bir təpik, 2022-ci ilin noyabr ayının ortalarında isə çayxanaya getmək üçün icazə istədiyinə görə Təqsirləndirilən şəxs yataqxanada onun çənəsindən iki yumruq vurduğunu dediyini, qarovulda olarkən təyin olunmuş yerdə durmadıqları üçün Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 və əsgər Zərərçəkmiş şəxs3 döydüyünü eşitdiyini, 2023-cü ilin yanvar ayının əvvəllərində yataqxanada əsgər yoldaşı ilə zarafatlaşdığı üçün Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs6 xidməti otağında döydüyünü və təhqir etdiyini onun özündən eşitdiyini, əsgər Zərərçəkmiş şəxs5la söhbət edən zaman Təqsirləndirilən şəxs onu da bir neçə dəfə döydüyünü dediyini, 2023-cü ilin yanvar ayının sonlarında əsgər Zərərçəkmiş şəxs9 soyuq su içdiyi üçün onu təhqir edib döydüyünü eşitdiyini, 2022-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs4 çənəsinin yara olduğunu gördüyünü, eşitdiyinə görə Nurulunun onun çənəsindən vurduğunu bildiyini, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan hər hansı bir şikayətinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs11 ifadəsində 2022-ci ilin dekabr ayının ortalarında buşlatlara şevron tikiləcəyi üçün MAHHXHQ-su əsgər K.Həsənovla birlikdə dərziyə apardıqlarını, K.Həsənovun ona hazır buşlatları yığıb bölüyə aparmasını tapşırdığını, buşlatları götürüb bölüyə getdiyini, həmin gün təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs şəxsi heyəti yataqxanada düzüb buşlatları yoxlayarkən əsgər Şahid2 buşlatının itdiyini görüb onu günahkar bilərək yanına çağırıb sifətindən bir neçə şillə vurduğunu, N yanvar 2023-cü ildə saat N radələrində bölmənin şəxsi heyyətinə sıra baxışı keçirilərkən əsgər Zərərçəkmiş şəxs10 yemək qabınin çirkli olması səbəbindən onun ayağından bir təpik vurub əli ilə sinəsindən itələdiyini gördüyünü, 26 yanvar 2023-cü ildə yataqxanada əsgər yoldaşı ilə zarafat etməsi səbəbindən yat komandası zamanı saat 22 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 ayağından bir təpik zərbəsi vurduğunu gördüyünü, 2023-cü ilin yanvar ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs10 gün naryadı olarkən pilləkənləri təmizləmədiyinə görə görə Təqsirləndirilən şəxs onu döydüyünü eşitdiyini, 2022-ci dekabr ayının ortalarında Zərərçəkmiş şəxs5 naryadda olan vaxt ona cavab vermədiyi üçün onu döydüyünü eşitdiyini, 2023-cü ilin yanvar ayının sonlarında silah təmizləyərkən Zərərçəkmiş şəxs9 soyuq “bizon” içkisi alıb içdiyi üçün Təqsirləndirilən şəxs onu otağına aparıb, orada onu vurduğunu, 2022-ci ilin dekabr ayının sonlarında axşam bölmədə olarkən əsgər yoldaşlarından Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs7 telefonla vurduğunu, onun da ağladığını eşitdiyini, 2022-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs4 icazəsiz poçta getdiyi üçün Təqsirləndirilən şəxs onu döydüyünü dediyini, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2022-ci noyabr ayının ortalarında əsgər Zərərçəkmiş şəxs7lə birlikdə NBM naryadına təyin olunduğunu, saat 22:00-da istirahət etmək üçün bölüyün yataqxanasına getdiyini, təxminən saat 03 radələrində xidmət yerinə getdiyini, 1-ci NBM-in yanına çatanda əsgər Zərərçəkmiş şəxs7 çöldə dayanıb ağladığını gördüyünü, ondan nəyə görə ağladığını soruşduqda bölük komandiri Təqsirləndirilən şəxs gecə saat 12-nin yarısında NBM-ya gəlib ona xidməti ilə bağlı iradını bildirərək onu söyüb, təhqir etdiyini, daha sonra isə onu döyüb istirahət etməsinə icazə verməyib getdiyini dediyini, 2022-ci ilin dekabr ayının sonlarında gündüz saatlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 yanına çağırıb hərbi hissə komandirinin göstərişi ilə hərbi hissənin ərazisindəki itlərin yığılması barədə tapşırıq verdiyini, onun da həmin tapşırığı gec icra etdiyinə görə onu döyüb əlində tutduğu telefonla onun dodağından bir zərbə vurduğunu gördüyünü, N yanvar 2023-cü ildə saat N radələrində sıra baxışında əsgər Zərərçəkmiş şəxs10 yemək qabının çirkli olması səbəbindən Təqsirləndirilən şəxs əsəbləşib onun ayağından bir təpik vuraraq sinəsindən itələyib yemək qabına da bir təpik vurduğunu gördüyünü, 26 yanvar 2023-cü ildə saat 22 radələrində yataqxanada Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs5 “mən səni intizamlı əsgər edəcəm” deyib ayağından bir təpik vurduğunu, lakin niyə vurmasını bilmədiyini, 2023-cü ilin yanvar ayının əvvəllərində saat 17 radələrində əsgərlər Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs4 ilə zarafat etdiklərini Təqsirləndirilən şəxs onları görüb Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 otağına aparıb orada Zərərçəkmiş şəxs6 vuruduğunu eşitdiyini, 2023-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs9 soyuq su içdiyi üçün vurduğunu eşitdiyini, bir dəfə də əsgər Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs tərəfindən verilən tapşırığı gec yerinə yetirdiyi üçün döydüyünü bu səbəbdən də onun dişinin qırıldığını dediyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində 2022-ci ilin oktyabr ayının əvvəllərində axşam saat 17 radələrində Təqsirləndirilən şəxs tabora zəng vurub onu və qardaşı Zərərçəkmiş şəxs7 qarovul evinin yanında olan, bölüyə təhkim olunmuş ərazidəki otları götürmək üçün oraya gəlmələri barədə göstəriş verdiyini, tez qardaşı Zərərçəkmiş şəxs7la birlikdə həmin əraziyə gedərkən bir az yubandıqlarına görə Təqsirləndirilən şəxs onlara niyə yubanmalarının səbəbini soruşub qardaşını nalayiq söyüşlərlə təhqir edib onun boğaz nahiyəsindən və çənəsindən təxminən 7-8 şillə, daha sonra ağzından bir yumruq da vurduğunu, qardaşını döydüyü üçün ağladığını, bir neçə dəfə ona “cənab kapitan, vurmayın” desə də onun vurmağa davam etdiyini, daha sonra ərazini təmizləyib bölməyə getmələrini tapşırdığını, qardaşının ərazidə oturub ağladığını, dişinin qırıldığını, bu halın ona çox pis təsir etdiyini, 2022-ci ilin dekabr ayının ortalarında bölüyün bütün şəxsi heyətinin buşlatlarına şevron tikiləcəyindən dərziyə veriklərini, sonradan buşlatları geri gətirərkən onun buşlatı itdiyindən Təqsirləndirilən şəxs buşlatlara cavabdeh olan əsgər Zərərçəkmiş şəxs11 təhqir edib sifətindən bir neçə şillə zərbəsi vurduğunu gördüyünü, 2023-cü ilin yanvar ayının 25-də hərbi hissənin sıra meydanında əşyalara baxış zamanı əsgər Ə.Məmmədinin ləvazimat qabı çirkli olduğu üçün Təqsirləndirilən şəxs onun üzərinə qışqırıb ona “ şərəfsiz” deyib ayağından bir təpik zərbəsi vurduğunu, daha sonra Təqsirləndirilən şəxs eyni səbəbdən əsgər Zərərçəkmiş şəxs10 də ayağından bir təpik vurub sinəsindən itələdiyini gördüyünü, 2023-cü ilin yanvar ayının 26-da saat 22 radələrində əsgər yoldaşına “mən intizamsız əsgərəm” dediyinə görə əsgər Zərərçəkmiş şəxs5 ayağından bir təpik vurduğunu, 2022-ci ilin noyabr ayının ortalarında saat 14:30 radələrində nahar yeməyindən çıxıb ərazini təmizləyərkən əsgər Zərərçəkmiş şəxs1 çayxanaya getmək üçün ona təhkim olunmuş şəxsdən icazə istəməsi səbəbindən yataqxanada onun çənəsindən iki yumruq zərbəsi vurduğunu dediyini, əsgərlər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 öz aralarında zarafat etdiyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 vurduğunu eşitdiyini, əsgər Zərərçəkmiş şəxs10 ona yanvar ayının əvvəllərində pilləkənləri süpürmədiyi üçün Təqsirləndirilən şəxs onun da sifətindən bir şillə vurduğunu dediyini, hansısa səbəbdən əsgər Zərərçəkmiş şəxs8 bir neçə yumruq zərbəsi vurduğunu eşitdiyini, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının əvvələrində yataqxananı təmizləmədiyi üçün əsgər Zərərçəkmiş şəxs5 sifətindən şillə ilə vurmasını, bir dəfə də naryada yubandığı üçün Zərərçəkmiş şəxs9 sifətindən 4 şillə zərbəsi vurduğunu özlərindən eşitdiyini, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının sonlarında cərgəyə gec gəldiyi üçün əlində tutduğu telefonla qardaşı Familin dodağından bir zərbə vurduğunu və həmin vaxt təlim yeşiklərində olan əşyaları səliqəsiz düzdüyü üçün onun çiyinindən bir təpik zərbəsi vurduğunu qardaşından eşitdiyini, yadında qalmayan tarixdə əsgər Zərərçəkmiş şəxs4 çənəsinin altının qaraldığını və dodağının da da yara olduğunu görüb ondan nə olmasını soruşduqda onun da qarovulda olarkən Təqsirləndirilən şəxs onu vurduğunu dediyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər X3 ifadəsində 2022-ci ilin dekabr ayının ortalarında saat 19 radələrində yataqxanada bölük komandiri Təqsirləndirilən şəxs əsgər Şahid2 buşlatının itməsi səbəbindən əsgər Zərərçəkmiş şəxs11 günahkar kimi görüb onu yanına çağıraraq təhqir edib döydüyünü, 26 yanvar 2023-cü ildə isə yat komandasından əvvəl Təqsirləndirilən şəxs koridorda əsgər Zərərçəkmiş şəxs5 yanına çağıraraq ona “sən intizamsız əsgərsən? mən səni intizamlı əsgər edəcəm” deyib onun ayağından bir təpik vurduğunu gördüyünü, 2022-ci ilin dekabr ayının sonlarında, saat 13 radələrində bölüyün şəxsi heyəti ilə birlikdə taborun qarşısında düzüldüklərini, əsgər Zərərçəkmiş şəxs7 hərbi hissənin parkı tərəfdən gəldiyini gördüyünü, onu yanına çağırıb niyə gec gəldiyini soruşub əlində tutduğu telefonla onun dodağından vurduğunu eşitdiyini, N yanvar 2023-cü ildə bölmələrin şəxsi heyətinə sıra baxışı keçirilərkən Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 qışqırdığını eşitdiyini, geriyə dönüb baxanda Zərərçəkmiş şəxs1 yerə yıxıldığını gördüyünü, sonradan eşitdiyinə görə Zərərçəkmiş şəxs1 ləvazimat qabını icazəsiz çıxarıb yerə yığdığı üçün Təqsirləndirilən şəxs onun ayağından təpiklə vurduğunu, həmin vaxt Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 də silahının sünbəsini çantaya qoymadığı üçün onun da ayağından bir təpik vurduğunu onun özündən eşitdiyini, 2022-ci ilin noyabr ayında əsgər Zərərçəkmiş şəxs1 çayxanaya getmək üçün vaxtından əvvəl icazə alması səbəbindən Təqsirləndirilən şəxs onun çənəsindən iki yumruq vurduğunu, 2022-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs qarovul evinin yanında əsgər Zərərçəkmiş şəxs7 vurmasını və onun dişinin qırılmasını eşitdiyini, lakin onları hansı səbəbdən vurmasını bilmədiyini, əsgər yoldaşlarından eşitdiyinə görə əsgər Zərərçəkmiş şəxs4 qarovulda olarkən çirkli qabları yeməkxanaya apararkən cərgəyə gecikdiyi üçün Təqsirləndirilən şəxs onun sifətindən, başından, çənəsindən yumruq zərbələri vurduğunu, 2023-cü ilin yanvar ayının əvvəllərində axşam saatlarında bölmədə olarkən əsgər yoldaşı ilə zarafat etdiyi üçün Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs6 də vurduğunu eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid3 ifadəsində N nömrəli hərbi hissənin 1-ci taborunda xidmət etdiyini, 2023-cü ilin yanvar ayının ortalarında qarovul rəisinin köməkçisi, qarovul rəisinin isə kapitan Təqsirləndirilən şəxs olduğunu, qarovul xidmətində olarkən saat N radələrində hərbi hissədən qarovula yoxlama gəldiyini, yoxlama gələndə ayıq növbədə olan əsgərlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarovul evində həmin saatda onlara ayrılmış vaxtda xidmət yerində dayanmadıqlarını, buna görə də yoxlamanın Təqsirləndirilən şəxs irad tutduqlarını, həm də əsgər Zərərçəkmiş şəxs2 vəzifə borcunu yaxşı danışa bilmədiyini, yoxlama getdikdə sonra qarovul evinin yeməkxanasına gedib çay içdiyini, orada olarkən Təqsirləndirilən şəxs həmin əsgərləri danladığını eşitdiyini, daha sonra əsgərlər Zərərçəkmiş şəxs4, N.Məmədovun və Zərərçəkmiş şəxs3 istirahət vaxtları olduğunu, lakin Təqsirləndirilən şəxs onlara istirahət vermədiyini, onlara istirahət müddətlərində nizamnamə oxumalarını tapşırdığını, həmin əsgərlərin də istirahət müddətlərində yatmağa getməyib nizmanmə oxuduqlarını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 ifadəsində 2023-cü ilin yanvar ayının sonlarında hərbi hissədə sıra baxışı keçirildiyini, şəxsi heyət sıra baxışına çıxmazdan əvvəl əsgər Zərərçəkmiş şəxs7 ilə birlikdə maddi təlim yeşiklərini sıra meydanına apardıqlarını, kapitan Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs7 maddi təlim yeşiklərinin içərisində olan əşyaları səliqə ilə düzməsini tapşırdığını, onun da əşyaları düzdüyünü, bu vaxt Təqsirləndirilən şəxs oraya gəlib Zərərçəkmiş şəxs7 əşyaları səliqəsiz düzdüyünü görüb ona “bu necə düzməkdir, qandon, oğraş” deyib ona bir təpik atdığını, Zərərçəkmiş şəxs7 oturmuş vəziyyətdə olduğundan təpik zərbəsinin onun çiynindən dəydiyini, Zərərçəkmiş şəxs7 arxası üstə yerə yıxıldığını, 2022-ci ilin dekabr ayının ortalarında qarovul xidməti naryadına təyin olunduğunu, saat 11 radələrində qarovulun digər heyəti ilə birlikdə təlimata çıxdığını, qaravol rəisinin Təqsirləndirilən şəxs olduğunu, təlimatda olarkən əsgər Zərərçəkmiş şəxs8 da qarovulda olduğundan təlimata çıxdığını, Zərərçəkmiş şəxs8 səhv yerdə dayandığından, Təqsirləndirilən şəxs onun çənəsindən 2-3 yumruq zərbəsi vurduğunu gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid6 ifadəsində 2022-ci ilin dekabr ayının ortalarında xidmət etdiyi bölüyün şəxsi heyəti ilə birlikdə qarovul xidməti naryadına təyin olunduqlarını, təqribən saat 11 radələrində təlimat üçün düzüldüklərini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs8 səhv yerdə dayandıği üçün Təqsirləndirilən şəxs əsəbləşərək onun sifətindən bir neçə yumruq zərbəsi vurduğunu gördüyünü, 2022-ci ilin dekabr ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs1 ona kapitan Təqsirləndirilən şəxs onun çənə nahiyəsindən iki yumruq zərbəsi vurduğunu dediyini, səbəbini soruşduqda noyabr ayının ortalarında Təqsirləndirilən şəxs çay vaxtının nə zaman olmasını soruşduğuna görə və ona nəyə görə axıra kimi qaçmadığını deyib çənə nahiyəsindən iki yumruq zərbəsi vurduğunu dediyini, N yanvar 2023-cü ildə saat N radələrində xidmət etdiyi bölüyün şəxsi heyətinin sıra baxışına çıxmağa hazırlaşdığını, həmin vaxt dəhlizə çıxdıqda dəhlizdə Zərərçəkmiş şəxs1 doluxsunmuş halda gördüyünü, ondan nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs ləvazimat qabının çirkli olması səbəbindən onu və əsgər Zərərçəkmiş şəxs10 vurduğunu dediyini göstərdi. İbtidaii istintaq zamanı ifadəsi alınmış məhkəmə istintaqında ifadədəsi tədqiq edilərək elan edilmiş Şahid5 ifadəsində N nömrəli hərbi hissənin 1-ci taborunda xidmət edərkən, 26 yanvar 2023-cü ildə Təqsirləndirilən şəxs tabor üzrə cavabdeh olduğunu, saat 22 radələrində bölükdə Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs5 nəyəsə görə danladığını və ayağından bir təpik zərbəsi vurduğunu gördüyünü, 2022-ci ilin dekabr ayının ortalarında axşam saatlarında qarovul xidmətindən çıxdıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs və kiçik çavuş K.Həsənovun da yataqxanada olduğunu, K.Həsənovla əsgər Zərərçəkmiş şəxs11 arasında nəsə söhbət getdiyini, bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 sifətindən bir şillə zərbəsi vurduğunu lakin Təqsirləndirilən şəxs hansı səbəbdən Zərərçəkmiş şəxs11 vurmasını bilmədiyini, 2023-cü ilin yanvar ayının ortalarında axşam saatlarında qarovul xidmətində olarkən saat 22:00-dan 00:00-dək istirahət edən növbədə olduğundan yatdığını, saat 23:50 radələrində posta çıxacağından durmağa hazırlaşdığını, bu vaxt Təqsirləndirilən şəxs qışqırdığını eşitdiyini, bir az sonra durub növbəyə getməyə hazırlaşanda əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ayıq növbə olduqlarını, onlardan nəyə görə Təqsirləndirilən şəxs qışqırdığını soruşduğunu, onların da yoxlama gələndə pramida və rabitənin yanında heç kəs olmadığı üçün irad tutduğunu, Təqsirləndirilən şəxs bu səbəbdən qışqırdığını, həmin gün Təqsirləndirilən şəxs onlara istirahət vermədiyini, onların istirahət vaxtlarında nizamnamə oxuduqlarını gördüyünü N yanvar 2023-cü ildə sıra baxışı zamanı öz əşyalarını səliqəyə salanda əsgər Zərərçəkmiş şəxs10 əşyalarını səliqəsiz yığdığına görə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs1 ayağından bir təpik zərbəsi vurub onların sinəsindən itələdiyini, həmin vaxt Zərərçəkmiş şəxs1 yerə yıxıldığını gördüyünü, 2022-ci ilin noyabr ayının ortalarında şəxsi heyətlə birlikdə ərazidə işləyərkən əsgər Zərərçəkmiş şəxs1 kiçik çavuş Kəramət Həsənovdan çayxanaya nə vaxt gedəcəklərini soruşduğuna görə Təqsirləndirilən şəxs ona iki yumruq zərbəsi vurduğunu onun özündən eşitdiyini göstərmişdi. Zərərçəkmiş şəxs1 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 06 fevral 2023-cü il tarixli 15 №-li ekspert rəyində Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətin-sağ baldırın yuxarı üçdə birinin bayır səthinin sıyrığı-bərk küt əşyanın təsirində törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs6 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 06 fevral 2023-cü il tarixli 22 №-li ekspert rəyində Zərərçəkmiş şəxs6 bədən səthində qərarın təsviri hissəsində göstərilmiş, yəni 2023-cü ilin yanvar ayının əvvəllərində baş vermiş hadisə ilə əlaqədar hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs3 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 06 fevral 2023-cü il tarixli 23 №-li ekspert rəyində Zərərçəkmiş şəxs3 bədən səthində qərarın təsviri hissəsində göstərilmiş, yəni 2023-cü ilin yanvar ayının ortalarında baş vermiş hadisə ilə əlaqədar hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs2 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 06 fevral 2023-cü il tarixli 24 №-li ekspert rəyində Zərərçəkmiş şəxs2 bədən səthində qərarın təsviri hissəsində göstərilmiş, yəni 2023-cü ilin yanvar ayının ortalarında baş vermiş hadisə ilə əlaqədar hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs8 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 06 fevral 2023-cü il tarixli 25 №-li ekspert rəyində Zərərçəkmiş şəxs8 bədən səthində qərarın təsviri hissəsində göstərilmiş, yəni 2022-ci ilin dekabr ayının ortalarında baş vermiş hadisə ilə əlaqədar hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs4 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 06 fevral 2023-cü il tarixli 26 №-li ekspert rəyində Zərərçəkmiş şəxs4 bədən səthində qərarın təsviri hissəsində göstərilmiş, yəni 2022-ci ilin dekabr ayında baş vermiş hadisə ilə əlaqədar hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs5 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 06 fevral 2023-cü il tarixli 27 №-li ekspert rəyində Zərərçəkmiş şəxs5 bədən səthində qərarın təsviri hissəsində göstərilmiş hadisələr ilə əlaqədar hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs9 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 06 fevral 2023-cü il tarixli 28 №-li ekspert rəyində Zərərçəkmiş şəxs9 bədən səthində qərarın təsviri hissəsində göstərilmiş hadisələr ilə əlaqədar hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs10 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 06 fevral 2023-cü il tarixli 29 №-li ekspert rəyində Zərərçəkmiş şəxs10 bədən səthində qərarın təsviri hissəsində göstərilmiş hadisələr ilə əlaqədar hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs7 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 21 fevral 2023-cü il tarixli 40 №-li ekspert rəyində Zərərçəkmiş şəxs7 bədən səthində qərarın təsviri hissəsində göstərilmiş hadisələr ilə əlaqədar hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs11 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 02 mart 2023-cü il tarixli 58 №-li ekspert rəyində Zərərçəkmiş şəxs11 bədən səthində qərarın təsviri hissəsində göstərilmiş, yəni 2022-ci ilin dekabr ayında baş vermiş hadisə ilə əlaqədar hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs barəsində olan 07 fevral 2023-cü il tarixli, 112 №-li arayışda onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnamədən və cinayət işinin materiallarından görünür ki, Nurulu X2 MR Hərbi Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 1-1(092)-16/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, 331.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilib həmin cəzaya şərti məhkum edilmiş və 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Məhkumluğu ödənilmişdir. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş arayışlardan və cinayət işinin materiallarından görünür ki, kapitan Təqsirləndirilən şəxs N saylı hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün komandiri vəzifəsində xidmət edərkən həmin bölükdə xidmət edən əsgərlər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 ilə aralarında tabelik münasibətləri olduğu, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 121-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin şəxslərin birbaşa rəisi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində 03 mart 2023-cü il tarixdə 3(üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılır. N №-li hərbi hissənin komandanlığı tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs7 müsbət, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 isə mənfi xarakterizə edilmişdir. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına həmçinin iş üzrə toplanılmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs qəsdən törətmişdir. Belə ki, onun törətdiyi cinayət əməli özünün tam etirafı ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxslər, şahid ifadələri, ekspert rəyləri, cinayət işində olan istintaq sənədləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddələrin sanksiyaları həddində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib əməlindən peşman olmasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd göstərməsini, zərərçəkmiş şəxslərin onu bağışlamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329-cu maddəsində göstərilir ki, tabelilikdə olan hərbi qulluqçuya qarşı zoraki hərəkətlər, yəni hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etməsi, 329.2.1-ci maddəsində təkrar törədildikdə, 329.2.2-ci maddəsində isə iki və ya daha çox şəxsə qarşı torədilmə kimi başa düşülür ki, həmin maddələrin sanksiyalarında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, 04 iyul 2019-cu ildə də eyni əmələ görə məhkum olunduğunu, lakin islah olunmadığını bir daha sübut etdiyini, aqressiv hərəkətlərini davam etdirdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində təqsirli bildiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzasının verilməsi qanunauyğun və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni 03 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisəsində çəkirlər.. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə video çəkilişlərin köçürüldüyü 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia, və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə (Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1) göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanığıcı həbsə alındığı 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə video çəkilişlərin köçürüldüyü 3(üç) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilsin. Cinayət işi üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkumlara isə hökmün surəti verildiyi andan) Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar