Məhkəmə qərarları › İş №1-1(092)-13/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-13/2024

14.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-13/2024 14.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1997-ci ildə Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki az yaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən, Culfa rayonunun Göydərə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 06 dekabr N3-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikası Culfa rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 5-ci taborunun 17-ci bölüyünün 2-ci taqımının 3-cü manqasının komandiri, eyni zamanda bölüyün Ordubad rayonu ərazisində yerləşən, şərti olaraq “Soyuq 4” adlandırılan döyüş mövqeyində post başçısı vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N3-cü ilin iyun ayının təxminən ortalarında, səhər saatlarında həmin manqada tuşlayıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs1 mövqenin yataqxanasında səliqə-səhman yaratmasını tapşırmış, Zərərçəkmiş şəxs1 işlərini görüb yataqxananı səliqəyə salmasına baxmayaraq bir qədər sonra oraya gəlib sonuncuya nəyə görə yataqxanada səliqəsəhman yaratmadığını deyərək, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbirlər görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə yataqxanada əsgər Zərərçəkmiş şəxs1 boyun nahiyəsindən 1 şillə zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N3-cü ilin iyul ayının təxminən ortalarında, saat 12 radələrində əsgər Zərərçəkmiş şəxs1 əsgər çəkmələrini çıxartmadan özünə çay süzmək üçün mövqenin yataqxanasına daxil olduğunu görüb ona əsgər çəkmələri ilə içəri girməyin qadağan olduğunu deyərək irad tutmuş və rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbirlər görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə yataqxanada A.F.Aslanovun sarğı nahiyəsindən bir təpik zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N3-cü ilin iyul ayının təxminən ortalarında saat 13 radələrində həmin manqada atıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs2 mövqenin yataqxanasının çöl divarlarını boyayan zaman ehtiyatsızlıqdan qabda olan boyadan bir az yerə tökdüyü üçün üzərinə qışqırıb niyə görə düzgün iş görmədiyini demiş, Zərərçəkmiş şəxs2 əlindən gələnin bu qədər olduğunu bildirdikdə ona çox danışdığını deyərək rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbirlər görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə qolundan tutub dartaraq mövqenin ərzaq anbarına aparmış, içəri girdikdən sonra sağ əli ilə Zərərçəkmiş şəxs2 başından 1 sillə zərbəsi, sağ ayağı ilə sol ayağının daban hissəsindən 1 təpik zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N3-cü ilin avqust ayının təxminən əvvəllərində, saat 10 radələrində mövqenin silah doldurub-boşaltma yerində tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə heç bir səbəb olmadan əsgər Zərərçəkmiş şəxs1 başından bir sillə zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli hesab edərək ifadəsində N nömrəli hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 2-ci taqımının 3-cü manqasının komandiri, post böyüyü olduğunu, hadisəni törədən vaxt əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun tabeliyində “Soyuq 4” mövqeyində xidmət etdiklərini, N3-cü ilin iyul ayının təxminən ortalarında posta yoxlama gələcəyindən əsgər Zərərçəkmiş şəxs2 boyama bacarığı olduğundan mövqenin yataqxanasının çöl divarlarını boyaması barədə ona göstəriş verdiyini, həmin gün təxminən saat 13 radələrində yataqxananın həyətində olarkən əsgər Zərərçəkmiş şəxs2 boyanı götürəndə boyadan bir az yerə töküldüyünü görüb boyanın az olduğunu və çətinliklə posta gətirildiyini nəzərə alaraq əsgər Zərərçəkmiş şəxs2 danladığını, Zərərçəkmiş şəxs2 də ona kinayəli şəkildə əlindən gələni etdiyini dediyini, şəxsi heyətin yanında ona bir söz deməyərək Zərərçəkmiş şəxs2 ərzaq anbarına aparıb cavab qaytardığı üçün onu danlayaraq ayağıdakı botinkanın uc hissəsi ilə onun ayağının daban hissəsindən bir təpik, başından isə bir şillə vurduğunu, sonra ona çölə çıxıb öz işlərini görməsini tapşırdığını, N3-cü ilin iyul ayının təxminən ortalarında əsgərlərə mövqenin səngərlərini təmizləmələrini tapşırdığını, saat 12 radələrində mövqenin yataqxanasında olan zaman əsgər Zərərçəkmiş şəxs1 botinka ilə içəriyə girdiyini görüb əsəbləşərək onun arxasından bir təpik vurduğunu, N3-cü ilin iyun ayının təxminən ortalarında səhər saatlarında əsgər Zərərçəkmiş şəxs1 yataqxanada səliqə-səhman yaratmasını tapşırdığını, lakin yataqxanaya gələndə onun ortalığı yaxşı təmizləmədiyini görüb onun boynundan bir şillə vurduğunu, N3-cü ilin avqust ayının əvvəllərində təqribən saat 10 radələrində silah doldurub boşaltma yerində əsgər Zərərçəkmiş şəxs1 sılahı doldurub yığma əməlyatını düzgün yerinə yetirmədiyinə görə başından bir şillə vurduğunu, beş ildən artıqdır ki, xidmət yerinin Şahbuz və Ordubadın düşmənlə üz-üzə dağlıq əraziləri olduğunu, bu cəhətdən də iş yerinin bir az stresli və gərgin olduğunu, iki azyaşlı körpəsinin olduğunu, tez-tez onlara baş çəkə bilmədiyini, atasının və qardaşının vəfat etdiyini, evlərinin yeganə qazanc gətirəni olduğunu, tabeçiliyində olan əsgərlərə daim ata qayğısı göstərdiyini, xidmət etdiyi hərbi hissə komandirindən hərbi hissədə qalıb xidmətini davam etdirmək arzusunda olduğunu, törətdiyi əməldən həqiqətən peşman olduğunu, hər iki zərərçəkmiş şəxsdən üzr istədiyini, zərərçəkmiş şəxslərin də onu bağışladığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 ifadəsində hadisə olan vaxt N saylı hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 2ci taqımının 3-cü manqasının tuşlayıcısı vəzifəsində xidmət etdiyini, hal hazırda xidmət yerinin N nömrəli hərbi hissə olduğunu, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs onun manqa komandiri, həm də post böyüyü olduğunu, N3-cü ilin iyun təxminən ortalarında “Soyuq 4” mövqeyində xidməti işləriylə məşğul olarkən səhər saatlarında manqa komandiri Təqsirləndirilən şəxs ona yataqxanada səliqə-səhman yaratmasını tapşırdığını, ona tapşırılan işlərini qurtardığına baxmayaraq Təqsirləndirilən şəxs yataqxanaya girib nəyə görə ortalığı yığışdırmadığını deyərək onun boynundan bir şillə vurduğunu, N3-cü ilin iyul ayının təxminən ortalarında, günorta saatlarında mövqenin səngərlərində işləyən zaman təxminən saat 12 radələrində özünə çay süzmək üçün mövqenin yataqxanasına getdiyini, həmin vaxt tələsdiyindən botinkalarını çıxarmadığını, yataqxanaya botinkalı girdiyinə görə Təqsirləndirilən şəxs onun üzərinə qışqıraraq botinka ilə içəri girməyin qadağan olduğunu bildirib onun sarğı nahiyəsindən bir təpik vurduğunu, N3-cü ilin avqust ayının təxminən əvvəllərində, saat 10 radələrində müşahidə məntəqəsinə getmək üçün silah doldurub-boşaltma yerində olan zaman Təqsirləndirilən şəxs ona müəyyən təlimatlar verərkən həmin vaxt təlimata uyğun silah doldurub-boşaltma əməliyatını düzgün yerinə yetirmədiyinə görə onun başından bir şillə vurduğunu, onun nizam-intizamı sevən, əsgərlərə hörmətlə yanaşan, onların qayğısına qalan bir insan olduğunu, Təqsirləndirilən şəxs ondan dəfələrlə üzr istədiyini, onu bağışladığını ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində N3-cü ilin iyul ayının ortalarında təqribən saat 13 radələrində manqa komandiri Təqsirləndirilən şəxs bir neçə əsgəri mövqenin yataqxanasının çöl divarlarını boyaması üçün ayırdığını, əsgər yoldaşı Zərərçəkmiş şəxs2 yataqxananın divarlarını boyuyan zaman yerə bir az boya tökdüyünü, bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 üzərinə qışqırıb nəyə görə boyanı yerə tökdüyünü deyərək onun qolundan tutub ərzaq anbarına apardığını, içəridən bərk səs-küy gəldiyini, lakin çöldə olduğu üçün nə baş verdiyini bilmədiyini, bir az sonra əsgər Zərərçəkmiş şəxs2 ağlaya-ağlaya çölə çıxdığını gördüyünü, N3-cü ilin iyun ayında səhər saatlarında əsgər yoldaşı Zərərçəkmiş şəxs1 mövqenin yataqxanasını səliqəyə salan zaman Təqsirləndirilən şəxs yataqxanaya girib əsgər Zərərçəkmiş şəxs1 başından bir şillə zərbəsi vurduğunu və ona içərini yaxşı səliqəyə salmasını dediyini, N3-cü ilin avqust ayında əsgər Zərərçəkmiş şəxs1 döyüş növbətçiliyinə getmək üçün silah-doldurub boşaltma yerində silahını dolduran zaman Təqsirləndirilən şəxs onun başından bir şillə vurduğunu gördüyünü, lakin niyə onu vurmasını bilmədiyini göstərdi. Xidmət etdiyi postdakı hava şəraiti ilə əlaqədar olaraq hərbi hissə komandanlığı tərəfindən iştirakı təmin edilməyən, ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində N nömrəli hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 2ci taqımın atıcısı vəzifəsində, “Soyuq 4” adlandırılan döyüş mövqeyində əsgər hərbi rütbəsində xidmət edərkən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs onun post böyüyü olduğunu, N3-cü ilin iyul ayının təxminən ortalarında səhər saatlarında Təqsirləndirilən şəxs ona, bacardığı üçün mövqenin yataqxanasının divarlarını rəngləməsini tapşırdığını, onun da yataqxananın çöl divarlarını rənglədiyini, əvvəlcə tək işləsə də 1-2 saat sonra eyni manqada xidmət edən əsgər yoldaşı Zərərçəkmiş şəxs1 da yanına gələrək ona kömək etdiyini, təxminən saat 13 radələrində divarı boyuyan zaman qabda olan boyadan bir azının yerə töküldüyünü, oraya gələn Təqsirləndirilən şəxs boyanın yerə töküldüyünü görüb onun üstünə qışqıraraq əsəbləşib və onun çox danışdığını deyərək qolundan tutub mövqenin ərzaq anbarına apararaq sağ əli ilə başından bir şillə vurduğunu, daha sonra isə sağ ayağı ilə sol ayağının daban hissəsindən bir təpik də vurduğunu, Təqsirləndirilən şəxs onu ərzaq anbarında vuran zaman yanlarında heç kəsin olmadığını, N3-cü ilin iyul ayının təxminən ortalarında gündüz saatlarında mövqenin yataqxanasında olan zaman əsgər yoldaşı Zərərçəkmiş şəxs1 nəyəsə görə yataqxanaya girərkən botinkalarını çıxarmadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs onun botinkalarını çıxarmadığını görüb onun üstünə qışqıraraq çölə çıxmasını dediyini, Zərərçəkmiş şəxs1 da çölə çıxan zaman Təqsirləndirilən şəxs sağ ayağı ilə onun sarğı nahiyəsindən bir təpik vurduğunu gördüyünü, N3-cü ilin avqust ayında mövqedə olan zaman əsgər Zərərçəkmiş şəxs1 ona posta çıxanda Təqsirləndirilən şəxs onun başından bir şillə zərbəsi vurduğunu dediyini, Təqsirləndirilən şəxs nəyə görə onu vurduğunu soruşanda Zərərçəkmiş şəxs1 silah doldurub-boşaltma yerində olarkən heç bir səbəb olmadan başından bir şillə vurduğunu dediyini, MAHHXHQ-su kiçik çavuş M.Məmədovun bir dəfə də N3-cü ilin iyun ayında Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 iş tapşırdığını, onun da həmin işi düzgün yerinə yetirmədiyini, bu səbəbdən də Təqsirləndirilən şəxs onun boynundan bir şillə vurduğunu eşitdiyini, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs bağışladığını ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərmişdi. Xidmət etdiyi postdakı hava şəraiti ilə ələqadar məhkəmə baxışı iclasında iştirak edə bilməyən, ibtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə baxışı iclasında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid2 ifadəsində N nömrəli hərbi hissənin 5-ci taborunun “Soyuq 4” mövqeyində xidmət apardığını, təxminən N3-cü ilin iyul ayın ortalarıda mövqenin ərazisndə ərazini təmizləyərkən əsgər yoldaşı Zərərçəkmiş şəxs2 yataqxananın çöl divarlarını rənglədiyini, həmin vaxt onun boya vuran zaman yerə bir az boya tökdüyünü MAHHXHQ Təqsirləndirilən şəxs görüb onun üzərinə qışqıraraq nəyə görə boyanı yerə tökdüyünü soruşduğunu, Zərərçəkmiş şəxs2 də əsəbi halda qəsdən etmədiyini bildirdiyini, bu vaxt Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 qolundan tutub dartaraq onu mövqenin ərzaq anbarına apardığını, həmin vaxt anbarda nə baş verdiyindən xəbərinin olmadığını, bir az sonra əsgər Zərərçəkmiş şəxs2 ağlayaraq çölə çıxıb oradan uzaqlaşdığını, sonradan Zərərçəkmiş şəxs2lə söhbət edərkən Təqsirləndirilən şəxs əşya otağında onun başından şillə ilə ayağından da təpiklə vurduğunu dediyini, N3-cü ilin iyul ayında əsgər yoldaşı Zərərçəkmiş şəxs1 yataqxanaya botinka ilə girdiyi üçün Təqsirləndirilən şəxs onun sarğı nahiyəsindən bir təpik vurduğunu əsgər yoldaşlarından eşitdiyini göstərmişdi. Xidmət etdiyi postdakı hava şəraiti ilə ələqadar məhkəmə baxışı iclasında iştirak edə bilməyən, ibtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə baxışı iclasında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid3 ifadəsində N3-cü ilin iyun ayında əsgər Zərərçəkmiş şəxs1 yataqxanada olan zaman MAHHXHQ Təqsirləndirilən şəxs onun boyun nahiyəsindən bir şillə vurub yataqxananı nəyə görə səliqəyə salmadığını dediyini, bir dəfə də N3-cü ilin iyul ayında Zərərçəkmiş şəxs1 yataqxanaya botinka ilə girdiyi üçün Təqsirləndirilən şəxs onun arxa nahiyəsindən bir təpik vurub çölə çıxmasını dediyini, Zərərçəkmiş şəxs1 da heç nə demədən oradan çıxıb getdiyini, N3-cü ilin avqust ayında Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 başından bir şillə vurduğunu eşitdiyini, N3cü ilin iyul ayının ortalarında saat 13 radələrində yataqxananın həyətində iş görərəkən əsgər yoldaşı Zərərçəkmiş şəxs2 yataqxananın divarlarını boyayarkən boyadan bir az yerə tökdüyünə görə həmin vaxt Təqsirləndirilən şəxs onun üzərinə qışqırıb Zərərçəkmiş şəxs2 mövqenin ərzaq anbarına apardığını, sonra orada nə baş verməsini bilmədiyini, sonrandan əsgər Zərərçəkmiş şəxs2 ona orada Təqsirləndirilən şəxs onu vurduğunu dediyini göstərmişdi. Cinayət işi üzrə iş vərəqə 15-də olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışa və istintaq materiallarına əsasən müəyyən olunmuşdur ki, cinayət törədilən vaxt təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər əsgər Zərərçəkmiş şəxs2 və əsgər Zərərçəkmiş şəxs1 biləvasitə rəisi olmuşdur və onlar arasında tabeçilik münasibətləri olub. Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına X3 verilən məktubda Təqsirləndirilən şəxs X6 psixonevroloji və narkoloji qeydiyyatda olmadığı görünür. Araşdırma zamanı Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olub-olmamasının müəyyən edilməsi məqsədi ilə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işi üzrə iş vərəqə 59-da olan cinayət işinin materiallarında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat olmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsaslar yoxdur. Cinayət işinə əlavə edilmiş Culfa rayon Göydərə kənd İ.Ə.D-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdaki ailə üzvüləri vardır, 1.X5 vəfat edib. 2.X1 vəfat edib. 3.X2 evdar qadındır. 4 Həyat yoldaşı X8 işsiz.

5. X7. N19-cu il təvəllüdlü.

6. X9, N2-ci il təvəllüdlü. Cinayət işinə əlavə edilmiş Culfa rayon Göydərə kənd İ.Ə.D-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirənidir. Cinayət işinə əlavə edilmiş Culfa rayon Göydərə kənd İ.Ə.D-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş N saylı hərbi hissə komandanlığı tərəfindən 14 fevral N14-cü il tarixli, 117 saylı verilmiş məktubdan görünür ki, şahidlər Şahid2 və X11 məhkəmədə hava şəraiti ilə ələqadar iştirakı təmin edilməmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli, 19N nömrəli əmri ilə həmin hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 2-ci taqımının 3-cü manqasının komandiri vəzifəsinə, 17 oktyabr N3-cü il tarixli, 29N nömrəli əmrinə əsasən isə 3-cü taborunun 7-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi yerdə komandanlıq tərəfindən mənfi xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs2 N №-li hərbi hissə komandirinin N aprel N3-cü il tarixli, 9N nömrəli əmri ilə həmin hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 2-ci taqımının 3-cü manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. Zərərçəkmiş şəxs2 bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izinin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. 09 sentyabr N3-cü il tarixli 308 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı N3-cü ilin iyul ayının ortalarında baş vermiş hadisə ilə bağlı bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs1 N №-li hərbi hissə komandirinin N aprel N3-cü il tarixli, 9N nömrəli əmri ilə həmin hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 2-ci taqımının 3-cü manqasının tuşlayıcısı vəzifəsinə, N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 27N nömrəli əmri ilə həmin hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 2-ci taqımının 3-cü manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izinin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. 09 sentyabr N3-cü il tarixli 307 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı N3-cü ilin iyun ayının ortalarında, iyul ayının ortalarında və avqust ayının əvvəllərində baş vermiş hadisələr ilə bağlı bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etraf etməsini, himayəsində iki az yaşlı uşağın olması və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin onu bağışlamasını, xidmət yerinin dağlıq ərazilər olmasını, ailənin yeganə qazanc gətirəni olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab etmir. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əməlini səmimi etiraf edib, zərərçəkmiş şəxslər onu bağışlayıb, törətdiyi əməl ciddi nəticələrə səbəb olan əməl deyil, ifadəsindən də görünür ki, bir neçə illərdir ermənilərlə üz-üzə dağlıq ərazilərdə, çətin relyefi olan ərazilərdə xidmət aparır, himayəsində iki azyaşlı övladı var, ailənin yeganə qazanc gətirənidir və hərbi xidmətini davam etdirmək arzusundadır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, cəzanı ağırlaşdıran halların olmamasını müstəsna hal kimi qəbul edərək onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində nəzərdə tutulmuş cəzadan daha yüngül cəza növünün hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının onun barəsində təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası CM-nin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N17-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında ”25 iyun N03-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında ”30 mart N06-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Cinayət işi üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

HÖKM E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə aylıq pul təminatından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulsun. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunsun. Hökmdən N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar