Məhkəmə qərarları › İş №1-1(092)-13/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-13/2025

05.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-13/2025 05.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx N005-ci ildə Rusiya Federasiyasının Volqoqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 5-ci bölüyünün N-ci taqımının 1-ci manqasında əsgər hərbi rütbəsində xidmət etmiş, hazırda müddətli həqiqi hərbi xidmətini başa vurub ordu sıralarından tərxis olunmuş, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla orada yaşayan, 30 yanvar N0N5-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Əzimov X3 Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 5-ci bölüyünün Nci taqımının 1-ci manqasının yerləşdiyi, “Avtobus” adlanan döyüş mövqeyində atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 14 noyabr N0N4-cü il tarixdə həmin mövqedə atıcı-sanitar vəzifəsində xidmət edən əsgər Şahid1 ilə birlikdə saat 16:00-dan saat 18:00-dək döyüş növbətçiliyinə təyin olunmuş, növbəyə çıxmağa hazırlaşan zaman həmin mövqedə dəyişdirici olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN ona adına təhkim olunmuş AKM markalı EE 6970 №-li avtomat silahını, Şahid1 isə adına təhkim olunmuş AKM markalı НЯ 9788 №-li avtomat silahını, dəbilqəsini, 4 ədəd patron sandıqçasını və zirehli sursat jiletini verib, yataqxananın sol tərəfindəki silah doldurub-boşaltma yerində silahların boş olmasını yoxladıqdan sonra onları saat 16:05-də müşahidə məntəqəsinin qarşısına aparmış və onlar növbəni saat 14:00-dan 16:00-dək döyüş növbəsində olan əsgərlər Şahid3 və Zərərçəkmiş şəxs təhvil almışlar. Növbə dəyişilən zaman Zərərçəkmiş şəxs növbəyə gələndə yanlışlıqla Şahid1 məxsus dəbilqəni götürdüyü üçün başındakı dəbilqəni çıxarıb özünə qaytarmış növbəni təhvil-təslim etdikdən sonra onlar müşahidə məntəqəsinin giriş qapısının qarşısındakı səngərin içərisində söhbət edərək, deyib-gülmüş və bu zaman o, silahını saxlaması üçün əsgər Şahid1 verərək əsgər Zərərçəkmiş şəxsla qucaqlaşıb zarafatlaşmışdır. Daha sonra o, əsgər Şahid1 silahını istədikdə sonuncu dəbilqəsini bağlaması ilə əlaqədar hər iki silahın qundaq hissəsini yerə qoyub silahları ayağına söykədiyi üçün yanlışlıqla ona özünə təhkim olunmuş AKM markalı НЯ 9788 nömrəli avtomat silahı vermiş, o, silahı aldıqdan sonra özünə təhkim olunmuş silah olub-olmamasına baxmamış və «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi»nin 138-ci bəndinin «Silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə təhlükəsizlik tədbirlərinə riayət etmək əsgərin vəzifəsidir», «Qoşunlarda atıcı silahının uçotu, saxlanması və verilməsinin təşkili üzrə Тəlimat»ın 15-ci və N45-ci bəndlərinin «Əmr olmadan silahı doldurulmuş vəziyyətdə saxlamaq, silahı o yan-bu yana, arxaya və adamlara yönəltmək qəti qadağandır», həmçinin «Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı»nın 1-ci fəslinin 1- N4-cü yarımbəndində və 8-ci fəslinin 8-11-ci yarımbəndində göstərilmiş «Hərbi qulluqçu döyüş tapşırığının yerinə yetirilməsi zamanı silahı yalnız düşmənə və ya onun hərbi obyektinə qarşı tətbiq etməlidir» tələblərini pozaraq üzərindəki sursat jiletində olan patron sandıqçalarından birini çıxarıb həmin silaha birləşdirib, qoruyucunu açaraq bir dəfə çaxmaq çərçivəsini çəkib buraxmış, bu zaman patron sandıqçasında olan birinci təlim mərmisi silahın güllə yuvasına daxil olmuş, bundan sonra zarafat etmək məqsədilə, silahı Zərərçəkmiş şəxs yönəldib “səni vuracam” deyib gülməyə başlamış, sonuncu da gülərək bir neçə addım müşahidə məntəqəsinin giriş qapısının qarşısından sağdakı səngər tərəfə qaçaraq ona silahla zarafat etməməsini demiş, sonra o, zarafatı yekunlaşdırdığını bildirib patron sandıqcasını silahdan ayıraraq ikinci dəfə yenə silahın çaxmaq çərçivəsini çəkib buraxdıqda təlim mərmisi güllə yuvasından çıxaraq yerə düşmüşdür. Əsgər Zərərçəkmiş şəxs onun zarafatı dayandırdığını görüb müşahidə məntəqəsinin qarşısındakı səngərə əsgərlərin yanına gəlmiş, orada siqaret almaq barədə söhbət etməyə başlamışlar. Orada söhbət edən zaman Təqsirləndirilən şəxs silahla oynamağa davam edərək patron sandıqçasını yenidən silaha birləşdirdikdən sonra heç bir səbəb olmadan qoruyucunu açıb tətiyi sıxaraq saxlamış, həmin vəziyyətdə silahın çaxmaq çərçivəsini geri çəkib buraxdıqda ehtiyatsızlıqdan avtomat silahdan ardıcıl iki atəş açılmaqla, güllələrdən biri müşahidə məntəqəsinin giriş qapısının qarşısındakı səngərin içərisində onunla üzbəüz dayanan əsgər Zərərçəkmiş şəxs dəyərək ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “giriş dəliyi döş qəfəsinin ön səthinin sol yarısında, çıxış dəliyi kürək-qarın sərhəddinin sağ yarısında olan, yara kanalı boyunca dəri və dərialtı yumşaq toxumaların geniş həcimli zədələnməsi, ağciyərlərin kontuziyası, mədə və onikibarmaq bağırsağın deşilmiş yaraları, qaraciyərin deşilmiş-cırılmış yarası, öd kisəsinin itirilməsi ilə nəticələnmiş travmatik amputasiyası, peritonarxası sahənin hematoması ilə sağ böyrəyin zədələnməsi, pnevmohemotoraks (döş boşluğuna hava və qanın yığılması), hemoperitoneum (periton boşluğuna qanın yığılması), kəskin qanaxma ilə müşayiət olunan, öndən-arxaya, soldan-sağa və yuxarıdan-aşağıya istiqamətli, döş və qarın boşluqlarının bir ədəd dəlib-keçən yarası və sol saidin orta 1/3-nin mil sümüyünün sınığı və mil arteriyasının zədələnməsi ilə dəlib-keçən bir ədəd odli silah-güllə yaralanması” xəsarətini yetirmiş, bununla da, əsgər Təqsirləndirilən şəxs silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan əsgər Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində hadisəni xatırlamadığını, ifadə vermək istəmədiyini bildirdiyini, zərərçəkmiş şəxs və şahidlər dindirildikdən sonra ifadə vermək istədiyini bildirdiyindən ona ifadə verməyi bildirilsə də özünü müdafiə və ittihamdan kənar ifadə verdiyini, dövlət ittihamçısının vəsatəti ilə ifadəsi elan olundu, o ifadəsini təsdiq etdiyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində N sentyabr N0N3-cü il tarixdə N №-li hərbi hissəyə göndərildiyini, bir neçə gün də orada xidmət etdikdən sonra 11 oktyabr N0N3-cü il tarixdə həmin hərbi hissənin N-ci taborunun 5-ci bölüyünün N-ci taqımının 1-ci manqasının yerləşdiyi, Şərur rayonunun Yuxarı Yaycı kəndi ərazisində yerləşən, şərti adı “Avtobus” olan döyüş mövqeyinə göndərildiyini, əsgər Zərərçəkmiş şəxs “Avtobus” postunda görüb-tanıdığını, onunla arasında qohumluq və ya ədavət olmadığını, münasibətləri yaxşı olduğunu, 14 noyabr N0N4-cü ildə əsgər Şahid1la eyni növbədə, yəni N-ci növbədə döyüş növbətçiliyinə təyin edildiyini, həmin gün saat 10:00-dan saat 16:00dək istirahət növbəsində olduğunu, istirahət növbəsi olduqları üçün yataqxanada yatdığını, saat 15:30-da yuxudan oyandığını, yemək yeyib, hazırlaşdıqdan sonra baş atıcı əsgər ŞahidN ona və əsgər Şahid1 özlərinə məxsus silah-sursatı, dəbilqə və zirehli gödəkçəni verdiyini, döyüş növbətçiliyinə getməzdən əvvəl təlimata uyğun olaraq silah doldurubboşaltma yerində silahları yoxladığını, daha sonra silahları çiyinlərinə asıb növbə yerinə getdiklərini, onları baş atıcı əsgər ŞahidN apardığını, müşahidə məntəqəsinin qarşısına çatanda əsgərlər Şahid3 və Zərərçəkmiş şəxs döyüş növbəsindən çıxdığını, o və əsgər Çıraqov müşahidənin qarşısında hündürdə durduğunu, əsgərlər Şahid3 və Zərərçəkmiş şəxs isə bir az aşağıda durduğunu, həmin vaxt səngərin içərisində baş atıcı ŞahidN öndə olduğunu, ondan sonra solda Şahid3, onun solunda isə əsgər Zərərçəkmiş şəxs durduğunu, orada bir-iki dəqiqə söhbət etdikdən sonra o, öz silahını Şahid1 verib əsgər Zərərçəkmiş şəxsla deyib-gülüb qucaqlaşdığını, əsgər yoldaşıyla qucaqlaşanda silahın lüləsi ona dəyməməsi üçün silahı Şahid1 verdiyini, sonra əsgər Şahid1 silahını istədiyini, o, da öz silahını ona verdiyini, həmin vaxt silahın onun silahı olmasını bilmədiyini, silahı alandan sonra öz üzərində olan daraqlardan birini silaha birləşdirdiyini, sonra qoruyucunu açıb çaxmaq çərçivəsini çəkib buraxdığını, darağın üzərində olan birinci patron, yəni təlim patronunu avtomata yerləşdirdiyini, sonra avtomatı əsgər Zərərçəkmiş şəxs üzərinə tutub zarafatla “səni vuracam” deyib gülməyə başladığını, həmin vaxt o, gülə-gülə bir az səngərlərə tərəf gedib, zarafatı yığışdır, silahla zarafat olmaz dediyi üçün ona yaxşı deyib silahın lüləsini aşağı endirdiyini, Zərərçəkmiş şəxs yenidən durduğu yerə, yəni əsgərlərin yanına qayıtdığını, orada gülüşdüklərini, Zərərçəkmiş şəxs gələndən sonra ondan bir qutu siqaret istədikdə ona siqaretin yataqxanada dolabda olduğunu, gedib götürə biləcəyini dediyini, Zərərçəkmiş şəxsla yanaşı Şahid3 da ondan 1 siqaret istəyərək növbəti gün mövqedə təmir işləri ilə məşğul olan, mülki şəxs olan ustalar yenidən işləməyə gələndə ona siqaret gətirəcəklərini dediyini, ona da götür sabah ustalar siqaret alıb gətirəndə verərsən dediyini, sonra əsgər ŞahidN, Zərərçəkmiş şəxs və Şahid3 öz arasında siqaret almaq barədə söhbət edərkən o, durduğu yerdə silahla qurdalanmağa başladığını, onlar söhbət edən zaman darağı çıxarıb yenidən çaxmaq çərçivəsini çəkib buraxdığını, həmin vaxt təlim patronu silahdan çıxıb yerə düşdüyünü, yenidən darağı avtomata taxdığını, həmin vaxt qoruyucu açıq olduğunu, ancaq hansı rejimdə olduğuna fikir vermədiyini, sonra isə silahın dəstəyini özünə söykəyib, yan çevrilmiş vəziyətdə silahı lüləsi əsgər Zərərçəkmiş şəxs istiqamətində səngərlərə tərəf tutub əliylə tətiyi sıxıb çaxmaq çərçivəsinə baxa-baxa geri çəkib ötürdüyünü, həmin vaxt iki dəfə atəş açıldığını, həmin vaxt silahın avtomat rejimdə olmasını bildiyini, atəş açılanda şoka girdiyini, qorxudan silahı yerə atdığını, güllənin birinin səngərə dəyməsini gördüyünü, həmin vaxt əsgər Eyvazov “mənə dəydi” dedikdə ona “güllə sənə dəyməz” dediyini, Zərərçəkmiş şəxs yenidən dəydi dediyini, bu vaxt özünü toparlayıb tez Zərərçəkmiş şəxs əynindəki bronjileti çıxardığını, sonra onu qucaqlayıb müşahidə məntəqəsinin girişindən sağ tərəfdəki daşın üzərinə uzatdığını, harasına dəydiyini soruşduqda o, ağrıdığını, harasına dəydiyini bilmədiyini dediyini, onun əynindəki buşlatın yaxasını açıb siviterini yuxarı qaldıranda sol döşünün altında yara olduğunu görüb qorxma heç nə yoxdur dediyini, Zərərçəkmiş şəxs da qorxmadığını, ancaq ağrıdığını dediyini, baş atıcı ŞahidN qaç yataqxanadan kömək çağır, həm də nasılkasını gətirin əsgəri nasılkaya qoyaq yataqxanaya aparaq dediyini, əsgər ŞahidN və Şahid3 yataqxanaya getdiklərini, o və Şahid1 orada qaldığını, orada əsgər Şahid1 silaha baxanda atəş açılan silahın onun silahı olduğunu bildiyini, sonra əsgər Şahid3 və ŞahidN nasılka gətirdiyini, həmin vaxt taqım komandiri və post böyüyü də oraya gəldiyini, əsgər Zərərçəkmiş şəxs nasılkaya qoyub yataqxanaya apardıqlarını, sonradan o, hospitala göndərildiyini, sonrakı vaxtlarda vəziyyətinin necə olmasını öyrənəndə yaxşı olduğunu bildiyini, hadisə vaxtı silahdan qəsdən deyil bilməyərəkdən atəş açdığını, aralarında əvvəllər mübahisə, ədavət, narazılıq olmadığını, etdiyi əməldən peşman olduğunu, hazırda müddətli həqiqi hərbi xidmətini başa vurub ordu sıralarından tərxis olunduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ordu sıralarından artıq tərxis olunduğunu, N №-li hərbi hissənin N-ci tabor 5-ci bölük N-ci taqım 1-ci manqasında, pulemyotçu vəzifəsində xidmət etdiyini, 14 noyabr N0N4-cü il tarixdə onun əsgər Şahid3la saat 14:00-dan saat 16:00-dək döyüş növbəsində olduğunu, növbə 16:00-da dəyişilməli olduğu halda 16:05-də baş atıcı ŞahidN əsgərlər Şahid1 və Təqsirləndirilən şəxs müşahidə məntəqəsinin yanına gətirdiyini, o və əsgər Şahid3 növbədən çıxdığını, Təqsirləndirilən şəxs və Şahid1 növbəni qəbul etdiklərini, növbə dəyişilən vaxt baş atıcı ŞahidN, onun və Şahid3 müşahidə məntəqəsinin qarşısında olan səngərin içərisində olduğunu, əsgərlər Təqsirləndirilən şəxs və Şahid1 isə müşahidə məntəqəsinin girişində bir az hündürdə durduğunu, növbəyə gedəndə dəyişik salıb əsgər Şahid1 dəbilqəsini götürdüyünə görə yataqxanaya getməmiş onunla dəbilqələrini dəyişdiklərini, orada əsgərlərlə söhbət edərkən əsgər Təqsirləndirilən şəxs öz avtomat silahını saxlaması üçün əsgər Şahid1 verdiyini, Şahid1 da silahı alaraq əlində tutduğunu, Təqsirləndirilən şəxs onunla deyib-gülüb, zarafat etdiyini, sonra onu qucaqladığını, bir az sonra əsgər Təqsirləndirilən şəxs Şahid1 silahını istədikdə əsgər Şahid1 əlindəki silahlardan birini ona verdiyini, Təqsirləndirilən şəxs silahı alandan sonra öz üzərində olan daraqlardan birini çıxarıb silaha taxandan sonra çaxmaq çərçivəsini çəkib buraxıb zarafatla silahı onun üzərinə tutub “səni vuracam” deyib gülməyə başladığını, bu vaxt Təqsirləndirilən şəxs “zarafat eləmə, xatası çıxar” deyib əsas səngərə tərəf bir neçə addım qaçdığını, Təqsirləndirilən şəxs silahın lüləsini aşağı endirəndən sonra geriyə dönüb əsgərlərin yanına gəldiyini, onların yanına qayıdandan sonra əsgər Təqsirləndirilən şəxs bir siqaret istədiyini, əsgər Təqsirləndirilən şəxs da siqaretin yataqxanada dolabda olduğunu, gedib götürə biləcəyini dediyini, noyabr ayının 13-də əsgər Təqsirləndirilən şəxs siqaret aldığından onda siqaret olduğunu, ona görə onunla birlikdə əsgər Şahid3 da əsgər Təqsirləndirilən şəxs 1 siqaret istəyib nöbəti gün mövqedə işləyən ustalar gələndə ona siqaret gətirəcəklərini dediyini, əsgər Təqsirləndirilən şəxs da ona götür sabah ustalar gələndə qaytararsan dediyini, orada əsgərlərlə siqaret almaq mövzusunda söhbət edən zaman əsgər Təqsirləndirilən şəxs ondan bir az aralıda silahla qurcalandığını, silahın lüləsinin ona tərəfə olduğunu gördüyünü, bir az sonra yenidən Təqsirləndirilən şəxs tərəf baxanda onun silahın tətiyini sıxıb, çaxmaq çərçivəsini geri çəkib ötürdüyünü, bu zaman ard-arda avtomatik vəziyyətdə N atəş açıldığını gördüyünü, atəş açılandan sonra silahdan çıxan güllənin ona dəydiyini hiss edib “dəydi” deyib silahını kənara atdığını, orada olan əsgərlərin hərəsi bir tərəfə dağıldığını, əsgər Təqsirləndirilən şəxs əlindəki silahı yerə atıb ona tərəf gəlib bronjiletini çıxardığını, sonra buşlatının qabağını açıb, sviterini göyə qaldırıb yarasına baxdığını, sonra onu arxası üstə yerə uzadıb qorxma düzələcək dediyini, Təqsirləndirilən şəxs özü də qorxduğunu, qışqırıb nasılkanı gətirin dediyini, bir az sonra yataqxanada olanlar oraya gəldiklərini, onu nasılkaya qoyub yataqxananın qarşısına gətirdiklərini, orada olarkən taborun həkimi təcili yardım maşın ilə oraya gəldiyini, həkim ona iynə vurduğunu, hazırda müalicəsi davam etdirildiyini, səhhəti yaxşı olduğunu, Təqsirləndirilən şəxs istəməyərək, ehtiyatsızlıqdan bu hərəkəti etdiyinə görə ondan hər hansı şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin N-ci taborunun 5-ci bölüyünün N-ci taqımının 1-ci manqasının sanitar atıcısı, əsgər Şahid1 ifadəsində 14 noyabr N0N4-cü ildə əsgər Təqsirləndirilən şəxs ilə N-ci növbə olaraq döyüş növbəsinə təyin olunduğunu, baş atıcı əsgər ŞahidN saat təqribən 16:00-da onlara silahsursat verib təlimatlandırdığını, sonra silah doldurub-boşaltma yerində silahları yoxladıqdan sonra onları müşahidə məntəqəsinə apardığını, həmin vaxt döyüş növbəsində olan əsgərlər Zərərçəkmiş şəxs ilə Şahid3 növbəni təhvil aldıqlarını, əsgər Zərərçəkmiş şəxs növbəyə çıxan zaman səhvliklə onun dəbilqəsini taxdığından ondan dəbilqəsini alıb dəyişdirdiyini, bu vaxt əsgər Təqsirləndirilən şəxs öz avtomat silahını saxlaması üçün ona verdiyini, o, silahı alıb özünün və Təqsirləndirilən şəxs silahını əlində tutduğunu, həmin vaxt müşahidə məntəqəsinin girişinin qarşısındakı səngərdə durduqlarını, dəbilqənin kəmərini düzəldən zaman ona təhkim olunmuş AKM markalı HЯ 9788 nömrəli avtomat silahı və Təqsirləndirilən şəxs silahını ayağına dayadığını, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qucaqlayıb zarafatlaşmağa başladığını, onlar söhbət edib gülüşdüklərini, bu zaman əsgər Təqsirləndirilən şəxs ondan silahını istədiyini, hər ikisinin də silahı 7,6N mm AKM markalı silah olduğundan silahların nömrəsinə baxmadan birini ona verdiyini, Təqsirləndirilən şəxs silahı alandan sonra öz üzərində olan daraqlardan birini çıxarıb silaha taxdığını, silahın çaxmaq çərçivəsini çəkib buraxdıqdan təlim patronu patron yuvasına girdiyini, sonra zarafatla əsgər Eyvazovun üzərinə tutub “səni vuracam” deyib gülməyə başladığını, bu vaxt Zərərçəkmiş şəxs da gülərək ona “zarafat eləmə, xatası çıxar” deyib əsas səngərə tərəf bir neçə addım qaçdığını, aralarında siqaret mövzusunda söhbət edərkən Təqsirləndirilən şəxs silahla qurcalandığını gördüyünü, o, silahın çaxmaq çərçivəsini geri çəkib həmin vəziyyətdə saxladıqda təlim mərmisi patron yuvasından yerə düşdüyünü, sonra isə silahın dəstəyini özünə söykəyib, yan çevrilmiş vəziyətdə silahı lüləsi əsgər Zərərçəkmiş şəxs istiqamətində səngərlərə tərəf tutub əli tətikdə ola-ola çaxmaq çərçivəsinə baxa-baxa geri çəkib ötürdüyünü, bu zaman ard-arda avtomatik vəziyyətdə N atəş açıldığını, atəş açılan zaman onun qarşısında dayanan əsgər Zərərçəkmiş şəxs əli ilə sol böyrünü tutub qışqıraraq “dəydi-dəydi dediyini, əsgər Təqsirləndirilən şəxs həmin vaxt silahla oynadığından atəş açıldığını görüb özünü itirib silahı yerə atdığını, həmin vaxt güllənin əsgər Zərərçəkmiş şəxs qoruyucu jiletinin sol böyründən bədəninə girdiyini, sol böyrünün qanadığını gördüyünü, onun qolunun qanamasını görmədiyini, silahdan atəş açıldıqdan sonra əsgər Zərərçəkmiş şəxs bir iki addım qabağa gedəndə onun sol böyründən qan axdığını gördüyünü, əsgər Təqsirləndirilən şəxs əlindəki silahı yerə atıb ona yaxınlaşıb “qorxma, qorxma” deyərək yaxınlıqdakı daşın üzərinə uzadıb onun bronjiletini çıxarıb yanına qoyub yarasına baxdığını, bu zaman əsgər Zərərçəkmiş şəxs buşlatının sol döş cibinin üzərinin cırıldığını və həmin nahiyədən qan axdığını gördüyünü, yerdəki silahı götürüb darağını çıxarıb silahın lüləsini yuxarı istiqamətdə tutub çaxmaq çərçivəsini geri çəkib patron yuvasına baxdığını, içində patron olmadığından çaxmaq çərçivəsini geri ötürüb tətiyi çəkdikdə silahın boş olduğunu gördüyünü, daha sonra qoruyucusunu bağlayıb müşahidə məntəqəsinin girişindən sağ tərəfdəki divara dayadığını, dərhal müşahidə məntəqəsindəki daxili rabitə vasitəsi ilə yataqxanaya zəng edib əsgər Əvəz İsmayılzadəyə əsgər yaralanıb, köməyə gəlin, tez olun dediyini, bunu dedikdən sonra həmin vaxt postda işləyən traktor sürücüsü müşahidə məntəqəsinə tərəf qaçaraq nə baş verdiyini soruşduqda ona əsgər yoldaşının yaralandığını dediyini, traktor sürücüsü tabora məlumat vermək üçün arxaya qayıdıb yataqxanaya getdiyini, bir az sonra əsgər Ə.İsmayılzadə əlində xərəklə yanlarına gəldiyini, bu zaman taqım komandiri leytenant Mehman Bəylərzadə də müşahidə məntəqəsinə gəldiyini, xərəyin bir tərəfindən leytenant M.Bəylərzadə digər tərəfindən o, tutub açdığını, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qaldırıb xərəyə uzatdığını, əsgərlər ŞahidN, Şahid3, Əvəz İsmayılzadə və leytenant M.Bəylərzadə yaralı əsgər Zərərçəkmiş şəxs yataqxanaya tərəf apardıqlarını, hər iki əsgərin əvvəllər münasibətləri yaxşı olduğunu, əvvəllər, eləcə də hadisə zamanı aralarında mübahisə, ədavət olub-olmadığını, əsgər Təqsirləndirilən şəxs silahdan atəşi qəsdən açmadığını, ehtiyatsızlıqdan hadisə baş verdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş N №-li hərbi hissənin N-ci taborunun 5-ci bölüyünün N-ci taqımının 1-ci manqasının atıcısı vəzifəsində xidmət edən, əsgər Şahid3 ifadəsində 14 noyabr N0N4-cü il tarixdə onunla eyni mövqedə xidmət edən əsgər yoldaşı Zərərçəkmiş şəxsla saat 14:00-dan 16:00-dək mövqeyin müşahidə məntəqəsinə döyüş növbətçiliyinə təyin olunduğunu, saat 16:05-də dəyişdirici əsgər ŞahidN təzə növbədə olan əsgərlər Təqsirləndirilən şəxs və Şahid1 döyüş növbətçiliyini dəyişmək üçün mövqenin müşahidə məntəqəsinə gətirdiyini, növbəni təhvil-təslim etdikdən sonra müşahidə məntəqəsinin girişinin qarşısındakı səngərin içərisində dayanıb söhbət edərkən əsgər Təqsirləndirilən şəxs silahını əsgər Şahid1 verdiyini, Şahid1 hər iki silahı əlində tutub yanlarında dayandığını, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla söhbət edib deyib-güldüyünü, onu qucaqladığını, sonra Təqsirləndirilən şəxs Şahid1 silahını istədiyini, onun da əlində tutduğu silahlardan birini ona verdiyini, Təqsirləndirilən şəxs silahı alandan sonra öz üzərindəki zirehli gödəkçədə olan daraqlardan birini götürüb silahın üzərinə yerləşdirdikdən sonra qoruyucunu açaraq çaxmaq çərçivəsini çəkib buraxdığını, təlim patronu silahın patron yuvasına getdiyini, silahı doldurduqdan sonra qoruyucu açıq vəziyətdə əsgər Zərərçəkmiş şəxs doğru tutaraq “səni vuracam” deyib zarafat etməyə başladığını, həmin vaxt hər ikisi gülüşdüyünü, əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs “silahla zarafat olmaz” kimi sözlər deyib bir neçə addım kənara qaçdığını, əsgər Təqsirləndirilən şəxs isə qoruyucunu bağlayıb silahın istiqamətini yerə doğru tutub artıq zarafat etməyəcəyini dediyini, bundan sonra Zərərçəkmiş şəxs gülə-gülə qayıtdığını, siqaret barədə aralarında söhbət edəndə Təqsirləndirilən şəxs silahla oynamağa başladığını, bu zaman hadisə baş verdiyini, anidən iki dəfə atəş səsini eşitdiyini, bu vaxt Zərərçəkmiş şəxs sol əli ilə sol döş qəfəsini tutub çömələrək “dəydi, dəydi” dediyini, Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs zirehli gödəkçəsini çıxarıb, buşlatının qabağını açdığını, sviterini yuxarı qaldıranda əsgər Zərərçəkmiş şəxs döş qəfəsinin sol tərəfindən qan gəldiyini gördüyünü, dərhal məlumat vermək üçün müşahidə məntəqəsinə daxil olub rabitə ilə mövqe ilə əlaqə saxlamaq istədiyini, lakin mövqedən rabitəyə cavab verən olmadığı üçün müşahidə məntəqəsindən çölə çıxıb səngərin üzərinə qalxıb yataqxanaya doğru qaçdığını, mövqedə kimsə olmadığını görüb yenidən müşahidə məntəqəsinə qayıtdığını, müşahidə məntəqəsinə çatdıqda taqım komandiri leytenant M.Bəylərzadənin, manqa komandiri MAHHX HQ əsgər S.Seyidovun və digər əsgərlərin orada olduğunu gördüyünü, daha sonra əsgər Zərərçəkmiş şəxs xərəyə uzadılıb mövqeyə doğru gətirildiyini, mövqeyə çatandan bir neçə dəqiqə sonra sanitarka da mövqeyin qarşısına çatdığını, taborun həkimi leytenant Nürəddin Sadıqov əsgər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərdikdən sonra Zərərçəkmiş şəxs sanitarkaya mindirib hərbi hissəyə apardıqlarını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin N-ci taborunun 5-ci bölüyünün N-ci taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsində xidmət edən, əsgər ŞahidN ifadəsində 14 noyabr N0N4-cü il tarixdə mövqedə olduğunu, saat 16 radələrində onunla eyni mövqedə xidmət edən əsgərlər Təqsirləndirilən şəxs və Şahid1 döyüş növbəsi vaxtı olduğundan silah otağından əsgərlərə öz silahlarını və 4 ədəd darağı verib silahların və döyüş sursatının verilməsi kitabında imza etdirdiyini, silahları götürüb silah yoxlama yerinə getdiklərini, silahları yoxladıqdan sonra müşahidə məntəqəsinə apardığını, həmin vaxt əsgər yoldaşları Zərərçəkmiş şəxs və Şahid3 döyüş növbəsində olduğunu, oraya çatanda Zərərçəkmiş şəxs müşahidə məntəqəsindən çöldə hava müşahidəsini apardığını, Şahid3 isə müşahidə məntəqəsinin qapısının yanında olduğunu gördüyünü, ora çatdıqda müşahidə məntəqəsinin qarşısında olan bir az geniş sahədə dayanıb siqaret söhbəti etdiklərini, əsgər Təqsirləndirilən şəxs öz avtomat silahını saxlaması üçün əsgər Şahid1 verdiyini, bir az sonra Əzimov Çıraqovdan silahı götürdüyünü, Əzimovun öz silahı olduğunu bildiyini, əsgər yoldaşlarıyla söhbət edəndə Təqsirləndirilən şəxs həmin silahı doldurduğunu, üzərində daraq olduğunu görüb Təqsirləndirilən şəxs “eləmə, atəş açılar” dediyini, o, isə silahı Zərərçəkmiş şəxs tərəf tutduğunu, onlar gülüşməyə başladıqlarını, Təqsirləndirilən şəxs ona “səni vuracam” dediyi üçün onlar gülüşməyə davam elədiklərini, bu vaxt Zərərçəkmiş şəxs ona “eləmə, xatası çıxar” deyib gülərək əsas səngərə tərəf bir neçə addım qaçdığını, Təqsirləndirilən şəxs silahın lüləsini aşağı endirdiyində Zərərçəkmiş şəxs geriyə döndüyünü, söhbət edərkən iki atəş açıldığını, əsgər Eyvazov dəydi-dəydi deyəndə silahın Təqsirləndirilən şəxs əlində açılıb əsgər Zərərçəkmiş şəxs dəydiyini bildiyini, həmin vaxt atəş açılanda Təqsirləndirilən şəxs da şokda olduğunu, Zərərçəkmiş şəxs da “vuruldum, ağrı verir” kimi sözlər dediyini, bu vaxt Təqsirləndirilən şəxs silahı yerə atıb Zərərçəkmiş şəxs yapışdığını, o, səngərin üzərinə qalxıb kömək çağırmaq üçün qaçaraq mövqenin yataqxanasına getdiyini, oraya getdikdə manqa komandiri S.Seyidova müşahidəyə qaçmasını silah açıldığını dediyini, birlikdə qaçaraq müşahidə məntəqəsinə gəldiklərini, onların arxasınca da taqım komandiri və digər əsgər yoldaşları gəldiyini, Zərərçəkmiş şəxs müşahidə məntəqəsinin girişində olan daşın üzərində uzadıldığını gördüyünü, yerdə qan ləkələri olduğunu, onun haradan yaralanmasına baxanda sol qolunun alt hissəsində xəsarət və qan olduğunu gördüyünü, Zərərçəkmiş şəxs xərəyə qoyub mövqenin yataqxanasının qarşısına gətirdiklərini, 5-6 dəqiqə sonra taborun təcili tibbi yardım maşını gəldiyini, maşınla birlikdə taborun həkimi də oraya gəldiyini, həkim Zərərçəkmiş şəxs yarasına baxıb ona iynə vurduğunu, Zərərçəkmiş şəxs təcili yardım avtomobili ilə apardıqlarını göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin İ-ci cildinin 1-N-ci vərəqələrinə əlavə edilmiş, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 dekabr N0N4-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə cinayət işi başlanıb və Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Cinayət işinin İ-ci cildinin 11N-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N4-cü il tarixli N95 №-li əmrindən çıxarışa əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs 5-ci taborun 16-cı bölüyünün 1-ci taqımının 1-ci manqasının (Avtobus postu) atıcı-radiotelefonçu vəzifəsindən – N-ci taborun 5-ci bölüyünün N-ci taqımının 1-ci manqasının (Avtobus postu) atıcısı vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin İ-ci cildinin 115-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli N6N №-li əmrindən çıxarışa əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyularaq 5-ci motoatıcı taborun 15-ci motoatıcı bölüyünün N-ci taqımının 3-cü manqasında atıcı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin İ-ci cildinin 116-cı vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N4-cü il tarixli N95 №-li əmrindən çıxarışa əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Zərərçəkmiş şəxs həmin tarixdən 5-ci taborun 16ci bölüyünün 1-ci taqımının 1-ci manqasının (Avtobus postu) pulemyotçusu vəzifəsindən – N-ci taborun 5-ci bölüyünün N-ci taqımının 1-ci manqasının (Avtobus postu) pulemyotçusu vəzifəsinə təyin edilmişdir. Cinayət işinin İ-ci cildinin 119-cu vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli N6N №-li əmrinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Zərərçəkmiş şəxs həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyularaq 5-ci motoatıcı taborun 16-cı motoatıcı bölüyünün 3-cü taqımının 3-cü manqasında pulemyotçu vəzifəsinə təyin edilmişdir. Cinayət işinin İ-ci cildinin 1N3-1N4-cü vərəqələrinə əlavə edilmiş xidməti xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs, N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən mənfi xarakterizə edilmişdirlər. Cinayət işinin İ-ci cildinin 1N5-ci vərəqəsinə əlavə edilmiş xidməti vərəqədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi müddətdə komandanlıq tərəfindən həvəsləndirilməyib, döyüş növbəsini pozduğu üçün patrulda yatdığı üçün xx.xx.N0N3-cü il tarixli əmrlə “Şiddətli töhmət”, Q.Q.X.N-in 17N-ci bəndini (patrul xidməti zamanı üstündə papiros və yandıran daşıdığı üçün) pozduğu üçün xx.xx.N0N3-cü il tarixli əmrlə “Şiddətli töhmət” cəzaları ilə cəzalandırılıbdır. Cinayət işinin İ-ci cildinin 1N6-cı vərəqəsinə əlavə edilmiş xidməti vərəqədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xidmət etdiyi müddətdə komandanlıq tərəfindən həvəsləndirilməyib və cəzalandırılmayıbdır. Cinayət işinin İ-ci cildinin 13N-ci vərəqəsinə əlavə edilmiş “Avtobus” mövqeyinin döyüş növbətçiliyinin aparılması kitabı”ndan edilmiş çıxarışdan görünür ki, xx.xx.N0N4-cü il tarixdə əsgərlər Zərərçəkmiş şəxs və Şahid3 saat 14:00-dan 16:00-dək, əsgərlər Təqsirləndirilən şəxs və əsgər Şahid1 isə saat 16:00-dan saat 18:00-dək döyüş növbətçiliyi xidmətinə təyin olunmuşlar. Cinayət işinin İ-ci cildinin 183-cü vərəqəsinə əlavə edilmiş X1 Sisteminin məhkumluq məlumatları portalından edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin İ-ci cildinin N16-cı vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 xx.xx.N0N4-cü il tarixli, 19/51 13860 №-li məktubunda Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işinin İ-ci cildinin N17-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin, Hərbi Əks-Kəşfiyyat İdarəsindən məxfi qriflə daxil olmuş məktubda N №-li hərbi hissənin əsgərləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında hadisə baş verən günü və ya ondan əvvəlki günlərdə ziddiyyət, mübahisə, qarşılıqlı münasibətlərin pozulması faktına dair məlumatların təsbit edilmədiyi, hadisənin qarşılıqlı zarafat fonunda əsgər Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan atəş açması nəticəsində törədildiyinə dair məlumatların əldə olunduğu, əsgər Təqsirləndirilən şəxs “Avtobus” mövqeyində xidmət edən əsgərlərə qarşı zor tətbiq etməsi və ya digər qanunsuz hərəkətlərə yol verməsi hallarının müəyyən edilmədiyi göstərilmişdir. Cinayət işinin İ-ci cildinin NN0-NN1-ci vərəqələrinə əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 16 noyabr N0N4-cü il tarixli, 616 №-li ekspert rəyində zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət-giriş dəliyi döş qəfəsinin ön səthinin sol yarısında, çıxış dəliyi kürək-qarın sərhədinin sağ yarısında olan, yara kanalı boyunca dəri və dərialtı yumşaq toxumaların geniş həcmli zədələnməsi, ağciyərlərin kontuziyası, mədə və onikibarmaq bağırsağın deşilmiş yaraları, qaraciyərin deşilmiş-cırılmış yarası, öd kisəsinin itirilməsi ilə nəticələnmiş travmatik amputasiyası, peritonarxası sahənin hematoması ilə sağ böyrəyin zədələnməsi, pnevmohemotoraks (döş boşluğuna hava və qanın yığılması), hemoperitoneum (periton boşluğuna qanın yığılması), kəskin qanaxma ilə müşayiət olunan, öndən-arxaya, soldan-sağa və yuxarıdan-aşağıya istiqamətli, döş və qarın boşluqlarının bir ədəd dəlib-keçən yarası və sol saidin orta 1/3-nin mil sümüyünün sınığı və mil arteriyasının zədələnməsi ilə dəlib-keçən bir ədəd odli silah-güllə yaralanması – odlu silahdan açılmış atəş (atəşlər) nəticəsində mərminin (güllənin) və ya mərmilərin (güllələrin) təsirindən törəndiyi, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, əmələ gəlməsi istisna edilmədiyi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işinin İ-ci cildinin NN5-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.N0N4-cü il tarixli, 14760 №-li məktubunda Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Cinayət işinin İİ cild N-16-cı vərəqələrinə əlavə edilmiş kompleks məhkəmədaktiloskopik ballistik və trasoloji ekspertizasının 16 dekabr N0N4-cü il tarixli 1389-1390- 1391-139N №-li ekspert rəylərində tədqiqata təqdim edilmiş “AKM” markalı “НЯ 9788 ” və “EE 6970” nömrəli silahların səthlərində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədiyi, tədqiqata təqdim edilmiş “AKM” markalı “НЯ 9788 ” və “EE 6970” nömrəli silahların səthlərində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədiyindən köçürülmüş eksperimental əl-barmaq və ovuc izləri ilə şəxsiyyətin eyniləşdirilməsi tədqiqatının aparılmadığı, tədqiqata təqdim edilmiş iki ədəd silahın 7,6N mm kalibrli olmaqla “İjmaş maşınqayırma zavodu”nda (keçmiş SSRİ, hazırki Rusiya Federasiyası) “a” silahı 1969-cu ildə zavod üsulu ilə istehsal edildiyi, “НЯ 9788 ” seriya və nömrəli, “b” silahı 1967-ci ildə zavod üsulu ilə istehsal edildiyi, “EE 6970” seriya və nömrəli “AKM” konstruksiyalı yivli avtomatik tüfənglər olduqalrı, odlu döyüş silahı hesab edildikləri, saz, atəş açmaq üçün yararlı olduqları, çaxmaqlarının döyüş bölməsindən çıxması üçün tətiklərinə normal hesab olunan qüvvənin (1,9-N,1) sərf olunduğu, həmin silahların tətiklərini çəkmədən onlardan öz-özünə atəşin açılmasının mümkün olmadığı, içərisində patronlar olan sandıqça həmin silahlara birləşdirildikdən sonra tətiklərisıxılı vəziyyətdə sürgü qolu geri çəkilib buraxıldıqda onlardan konstruksiyalarına uyğun olaraq avtomatık atəş açma rejimində atəş(atəşlər) açıldığı, tək-tək atəş açma rejimində isə atəş açılmadığı, hər iki silahdan avtomatik atəş açma rejimində iki atəş açılmasının mümkün olduğu, tədiqaqata təqdim edilmiş iki ədəd predmetin (“a” və “b” predmetlərinin) zavod üsulu ilə istehsal edildiyi, “AK-47”, “AKC-47”, “AKM”, “AKMC” və s. konstruksiyalı avtomat silahlarda, “RPK” və “RPKC” əl pulemyotlarında “CKC” karabinlərində və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulduğu, 1943-cü il nümunəli, 7,6Nx39 mm kalibrli patronların hissələri-gilizləri olduğu, tədqiqat obyekti qismində təqdim edilmiş iki ədəd giliz (“a” və “b” gilizləri) tədqiqat obyekti qismində təqdim edilmiş “НЯ 9788 ” seriya və nömrəli, “AKM” konstruksiyalı avtomat silahdan (“a” silahından) atıldığı, tədqiqata təqdim edilmiş iki ədəd güllə (“a” və “b” güllələri) zavod üsulu ilə istehsal edildiyi, “AK-47”, “AKC-47”, “AKM”, “AKMC” və s. konstruksiyalı avtomat silahlarda, “RPK” və “RPKC” əl pulemyotlarında “CKC” karabinlərində və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulduğu, 7,6Nx39 mm kalibrli patronların hissələri-güllələri olduğu, tədqiqat obyekti qismində təqdim edilmiş iki ədəd güllənin (“a” və “b” güllələri) tədqiqat obyekti qismində təqdim edilmiş “НЯ 9788 ” seriya və nömrəli, “AKM” konstruksiyalı avtomat silahdan (“a” silahından) atıldığı, tədqiqata təqdim edilmiş bir ədəd zirehli jiletin üzərində olan “a” və “b” zədələrinin, bir ədəd hərbi gödəkçənin, bir ədəd cemperin, bir ədəd uzunqol maykanın üzərində olan “a” və “c” zədələrinin giriş, hərbi zirehli jiletin üzərində olan “c” zədəsinin, hərbi gödəkçənin, hərbi cemperin, uzunqol maykanın üzərlərində olan “b” zədələrinin, o, cümlədən uzunqol maykanın üzərində olan “d” zədəsinin çıxış, hərbi gödəkçənin üzərində olan “d” və “e” zədələrinin sürtüb-keçən zədələr olmaqla, soldan – sağa, hərbi gödəkçənin, hərbi cemperin və uzunqol maykanın sol qollarınınüzərlərində olan “a” və “b” zədələrinin nisbətən aşağıdan yuxarıya, “c” zədələrinin, o, cümlədən uzunqol maykanın üzərində olan “d” zədəsinin yuxarıdan aşağıya doğru istiqamətdə, yivli odlu silahdan açıldığı, hərbi zirehli jiletin və hərbi gödəkçənin üzərlərində olan zədələrin iki atəş, hərbi cemperin və uzunqol maykanın üzərlərində olan zədələrin bir atəş nəticəsində yarandığı, atəşin əlavə faktorlarının hədəf üzərinə hopma həddi daxilində - 80 sm-dən 1 metrə qədər məsafə daxilində, diametri təxminən 7 mm olan, mis metal tərkibli mərmilərin (güllələrin) təsiri ilə yetirilməyə xarakterik olduğu, tədqiqata təqdim edilmiş bir ədəd üzərində hərbi bel kəməri olan hərbi şalvarın, iki ədəd alt tumanının “a” və “b” alt tumanlarının) bir ədəd hərbi dəbilqənin, bir ədəd yunaoxşar hərbi balaqlavanın, bir cüt çəkmənin və bir cüt corabın üzərlərində odlu silahdan açılan atəş nəticəsində yaranmağa xarakterik zədələr aşkar edilmədiyi, tədqiqata təqdim edilmiş bir ədəd zirehli jiletin və bir ədəd hərbi gödəkçənin üzərlərində atəşin əlavə faktoru olantam yanmamış tüstüsüz barıt hissəcikləri olduğu, bir ədəd hərbi cemperin, uzunqol maykanın, bir ədəd üzərində hərbi bel kəməri olan hərbi şalvarın, iki ədəd alt tumanının, “a” və “b” alt tumanlarının) bir ədəd hərbi dəbilqənin, bir ədəd yunaoxşar hərbi balaqlavanın, bir cüt çəkmənin və bir cüt corabın üzərlərində atəşin əlavə faktoru olantam yanmamış tüstüsüz barıt hissəcikləri olmadığı, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların üzərində heç bir trasoloji zədə, o, cümlədən albəyaxa mübarizəyə zorakılıq yetirilməyə xarakterik zədə(lər) və iz(lər) aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin İİ-ci cildinin N4-cü vərəqəsinə əlavə edilmiş hərbi həkim komissiyasının 03 dekabr N0N4-cü il tarixli, 1030 №-li arayışına əsasən Təqsirləndirilən şəxs N №-li hərbi hissədə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N yanvar N0N5-ci il tarixli 18 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N yanvar N0N5-ci il tarixdən ehtiyyata buraxılsın və həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilsin. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N0 fevral N0N5-ci il tarixli 5N nömrəli əmrindən çıxarışdan görünür ki, cinayət işi üzrə şahid leytenant XN 1N mart N0N5-ci il tarixədək növbəti məzuniyyətə buraxılmışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi»nin 138-ci bəndinin «Silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə təhlükəsizlik tədbirlərinə riayət etmək əsgərin vəzifəsidir», «Qoşunlarda atıcı silahının uçotu, saxlanması və verilməsinin təşkili üzrə Тəlimat»ın 15-ci və N45-ci bəndlərinin «Əmr olmadan silahı doldurulmuş vəziyyətdə saxlamaq, silahı o yan-bu yana, arxaya və adamlara yönəltmək qəti qadağandır», həmçinin «Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı»nın 1-ci fəslinin 1-N4-cü yarımbəndində və 8-ci fəslinin 8-11-ci yarımbəndində göstərilmiş «Hərbi qulluqçu döyüş tapşırığının yerinə yetirilməsi zamanı silahı yalnız düşmənə və ya onun hərbi obyektinə qarşı tətbiq etməlidir» tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərər çəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır xəsarət yetirməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci və 59.1.1N-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, etdiyi əməldən peşman olması, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi, ondan üzr istəməsi, zərər çəkmiş şəxsin onu bağışlaması, ondan hər hansı şikayəti və tələbinin olmaması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma, Cinayət Məcəlləsinin 50.4-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmur. İntizam xarakterli hərbi hissədə saxlama cəza növü, Cinayət Məcəlləsinin 54-cü maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmadıqda həmin cəza təyin edilə bilər. Cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. N №-li hərbi hissə komandirinin xx.xx.N0N5-ci il tarixli 18 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğundan, Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaların onun barəsində tətbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiliklər edilməsi haqqında” 30 aprel N0N1-ci il tarixli, qərarının N-3-cü bəndinin tövsiyyəsinə görə həm hərbi xidmət üzrə məhdudlaşdırma, həm də intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi zamanı CM-nin 50 və 54-cü maddələrinin, habelə hərbi qanunvericilik aktlarının tələblərinə ciddi əməl edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxs hərbi xidmət dövründə cinayət törətdikdə, lakin hökm çıxarılarkən hərbi qulluqçu statusuna malik olmadıqda, ona bu cəzalar təyin edilə bilməz. Belə hallarda şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında başqa cəza nəzərdə tutulmamışdırsa ona Cinayət Məcəlləsinin 6N-ci maddəsinə istinad edilmədən, lakin yaranmış hal hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilməklə hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama cəzalarından daha yüngül cəza təyin edilir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs hansı növ cəzanı təyin edərkən belə nəticəyə gəlir ki, onun hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətini qanunla müəyyən edilmiş müddətini N yanvar N0N5-ci il tarixdə bitirib ordu sıralarından tərxis olunduğundan, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzaların onun barəsində tətbiq edilməsinin mümkün olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiliklər edilməsi haqqında” 30 aprel N0N1-ci il tarixli, qərarının N-3-cü bəndini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində təqsirləndiyi maddənin sanksiyasından daha yüngül cəza növü, yəni müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmasını məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 5N-1.N-5N-1.N.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Cinayət Məcəlləsinin 5N-1.3.1-5N-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat N1:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Azərbaycan Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan N nömrəli hərbi hissədə məsul saxlanca verilmiş “AKM” markalı, “НЯ 9788 ” nömrəli avtomat silah həmin hərbi hissəyə istifadəyə verilməli, X4 Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan N ədəd giliz, N ədəd güllə, 1 ədəd zirehli gödəkçə, 1 ədəd dəbilqə, 1 ədəd buşlat, 1 ədəd üzərində bel kəməri olan şalvar, 1 ədəd papaq və 1 cüt botinka N nömrəli hərbi hissəyə istifadə üçün verilməli, N ədəd isti tuman, 1 ədəd cemper, 1 ədəd isti alt paltarı və 1 cüt corab istifadəyə yararsız olduğundan məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyəri 450 (dörd yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin VÖEN **********, Hesab AZN1NABZ ******************** №-li hesaba ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat N1:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan N nömrəli hərbi hissədə məsul saxlanca verilmiş “AKM” markalı, “НЯ 9788 ” nömrəli avtomat silah həmin hərbi hissəyə istifadəyə verilsin. X4 Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan N ədəd giliz, N ədəd güllə, 1 ədəd zirehli gödəkçə, 1 ədəd dəbilqə, 1 ədəd buşlat, 1 ədəd üzərində bel kəməri olan şalvar, 1 ədəd papaq və 1 cüt botinka N nömrəli hərbi hissəyə istifadə üçün verilsin. N ədəd isti tuman, 1 ədəd cemper, 1 ədəd isti alt paltarı və 1 cüt corab istifadəyə yararsız olduğundan məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyəri 450 (dörd yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin VÖEN **********, Hesab AZN1NABZ ******************** №-li hesaba ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar