Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-14/2023 25.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X10 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun müdiri, vəkil Müdafiəçi iştirakları ilə N5 avqust N03-cü il tarixində Babək rayonu, Çalxanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Kəngərli rayon, Çalxanqala kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, 14 oktyabr NN1-ci il tarixdə Naxçıvan MR SHXÇDX-nin Kəngərli rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N №li hərbi hissənin 3-cü xüsusi təyinatlı bölüyünün N-ci xüsusi təyinatlı qrupunun kəşfiyyatçı-istehkamçısı vəzifəsində xidmət edən, 16 mart NN3-cü il tarixində barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, N №-li hərbi hissənin “Yoluxucu xəstəliklər” şöbəsində stasionar müalicədə olarkən 0N fevral NN3-cü ildə saat 19:15 radələrində ayaqyolunda olan zaman aralarında tabelik münasibətləri olmayan N №-li hərbi hissədə çörəkbişirən vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ayaqyoluna daxil olması və həmin ayaqyolundan ondan əvvəl istifadə etməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini kobud surətdə pozaraq əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlətmiş, hər iki əli ilə onun yaxasından yapışıb başı ilə burun nahiyəsindən bir zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid “hər iki burun sümüyünün qapalı, yerini dəyişmiş sınığı” ilə müşayiət olunan xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində özünün 30 yanvar NN3-cü il tarixdə N nömrəli hərbi hissədə (hospitalda) “kəskin bronxit” diaqnozu ilə “Yolxucu Xəstəliklər” şöbəsində stasionar müalicəyə qəbul edildiyini, 0N fevral NN3-cü ildə təxminən saat 19:15 radələrində şöbənin ayaqyolunda olan zaman həmin şöbədə müalicə alan əsgər Şahid1la siqaret çəkdiklərini, bir az keçdikdən sonra şöbədə müalicə alan əsgər Zərərçəkmiş şəxs ayaqyoluna daxil olub ayaqyolundan istifadə etdiyini, onun əsgər Zərərçəkmiş şəxs ayaqyoluna daxil olmazdan əvvəl sanitar qovşağı özünün istifadə etməsi üçün təmizlədiyini, lakin ondan əvvəl əsgər Zərərçəkmiş şəxs sanitar qovşaqdan istifadə etdiyi üçün əsəbləşdiyini, həmin zaman özünün əsgər Zərərçəkmiş şəxs “görmürsən mən burdayam mən ayaqyoluna gedəcəkdim” dediyini, əsgər Zərərçəkmiş şəxs də “bayaqdan burdasan gedərdin” cavabını verdiyini, bu zaman onun əsgər Zərərçəkmiş şəxs tərəf gedərək “paçan blət gözlə əlimi yuyum sənə başa salacam” dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs də “mən sənə görə zibilə düşmək istəmirəm” cavabını verdiyini və ayaqyolundan çıxmaq üçün qapıya tərəf yönəldiyini, lakin bu zaman onun əsgər Zərərçəkmiş şəxs qolundan tutaraq çölə çıxmasına imkan verməyərək onu ayaqyoluna dartdığını və iki əli ilə onun yaxasından yapışdığını, həmin vaxt əsgər Zərərçəkmiş şəxs də onun yaxasından yapışdığını, mübahisə zamanı orada olan əsgər Şahid1 onları aralaşdırmağa çalışsa da aralaşdıra bilmədiyini, mübahisə zamanı özünün əsgər Zərərçəkmiş şəxs yaxasından yapışıb burun nahiyəsindən bir kəllə zərbəsi vurduğunu, zərbədən onun burnundan qan gəldiyini, burnunu tutub yerə uzandığını, əsgər Zərərçəkmiş şəxs üzünə su vurmaq üçün özünün su krantını açdığını, onu yerdən qaldırmağa çalışarkən səs-küyə tibb bacısının ayaqyoluna gəldiyini, tibb bacısı içəri girdikdən sonra özünün ayaqyolundan çıxdığını bildirmişdir. Həmçinin əsgər Təqsirləndirilən şəxs ifadəsində əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində N yanvar NN3-cü ildə xəstələndiyi üçün N nömrəli hərbi hissəyə (hospitala) aparıldığını, müayinələrdən sonra ona “kəskin bronxit” diaqnozu qoyularaq “Yoluxucu xəstəliklər” şöbəsində stasionar müalicəyə qəbul edildiyini, 0N fevral NN3-cü ildə saat 19:15 radələrində ayaqyoluna getdiyində orada əsgər Təqsirləndirilən şəxs və əsgər Şahid1 siqaret çəkdiklərini gördüyünü, içəri daxil olub ayaqyolundan istifadə edərkən Təqsirləndirilən şəxs “görmürsən mən burdayam mən gedəcəkdim” dediyini, özünün ona “bayaqdan burdasan gedərdin” deyə cavab verdiyini, bu zaman Təqsirləndirilən şəxs ona tərəf gələrək “paçan blət gözlə əlimi yuyum sənə başa salacam” dediyini, bu zaman onun Təqsirləndirilən şəxs “mən sənə görə zibilə düşmək istəmirəm” dediyini və ayaqyolundan çıxmaq üçün qapıya tərəf yönəldiyini, lakin bu zaman əsgər Təqsirləndirilən şəxs onun qolundan tutaraq çölə çıxmasına imkan verməyərək onu ayaqyoluna dartdığını və iki əli ilə onun yaxasından yapışdığını, bu zaman özünün də əsgər Təqsirləndirilən şəxs yaxasından yapışaraq onu özündən kənarlaşdırmaq istədiyini, onun Təqsirləndirilən şəxs yaxasında tutaraq arxaya doğru itələyən zaman, yəni onu özündən uzaqlaşdıran zaman əlinin əsgər Təqsirləndirilən şəxs gözünün altına və boynuna dəydiyini, lakin bütün bunlara baxmayaraq onun Təqsirləndirilən şəxs özündən uzaqlaşdıra bilmədiyini, bu zaman yanlarında olan əsgər Şahid1 da onları aralaşdırmaq üçün aralarına girdiyini, lakin bacarmadığını, bu zaman qəfildən əsgər Təqsirləndirilən şəxs onun burnuna bir kəllə zərbəsi vurduğunu və nəticədə onun burnunun sındığını bildirmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs ifadəsində hadisədən sonra əsgər Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, əsgər Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində 0N fevral NN3-cü ildən hərbi hospitalda “bronxit” diaqnozu ilə stasionar müalicəyə qəbul edildiyini, həmin gün təxminən saat 19:10 radələrində siqaret çəkmək üçün ayaqyoluna getdiyini, ayaq yoluna girdikdə əsgər Təqsirləndirilən şəxs orada olduğunu, ayaqyoluna girib siqaret çəkməyə başladığını, bir az sonra əsgər Zərərçəkmiş şəxs ayaqyoluna girib “kiçik ayaqyoluna” getdiyini, həmin zaman Təqsirləndirilən şəxs ona “görmürsən mən burdayam mən gedəcəkdim” dediyini, Zərərçəkmiş şəxs ona “bayaqdan burdasan gedərdin” cavabını verdiyini, həmin zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəf gedib “paçan blət gözlə mən əlimi yuyum sənə başa salacam” dediyini, həmin zaman Zərərçəkmiş şəxs ona fikir verməyib qapıdan çıxmaq istəyəndə Təqsirləndirilən şəxs onun qolundan tutub ayaqyoluna dartdığını, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “mən sənə görə zibilə düşmək istəmirəm” dediyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qolundan tutub içəri dartdıqdan sonra onun yaxasından tutduğunu, həmin zaman Zərərçəkmiş şəxs də onun yaxasından yapışdığını, bir-birilərini dartışdırmağa başladıqlarını, onları aralaşdırmaq üçün aralarına girdiyini, lakin bacarmadığını, eşikdən köməyə adam çağırmaq üçün qapıya yönələn zaman qəfildən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burun nahiyəsindən bir kəllə zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs burnundan qan gəldiyini, onun burnunu tutaraq yerə uzandığını, bu zaman tibb bacısının ayaqyoluna gəldiyini, tibb bacısı gəldikdən sonra özünün oranı tərk etdiyini və bundan başqa heç nə görmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş tibb bacısı ŞahidN ifadəsində hadisənin baş verdiyi gün N №-li hərbi hissənin “Yoluxucu Xəstəliklər” şöbəsində növbətçi olduğunu, həmin gün axşam yeməyindən sonra, təqribən saat 19:15 radələrində şöbənin 3-cü korpusunda növbətçi hərbi qulluqçu olan tibb bacısının şöbənin ayaqyolundan nəsə səs-küy gəldiyini bildirdiyini, hər bir palatada ayaq yolu olmasına baxmayaraq, həmin ayaqyoluların əsgərlər tərəfindən batırıldığından, zərər yetirildiyindən və buna nəzərət etməyin mümkünsüz olduğundan, həmin ayaqyoluların istifadəyə bağlı olduğunu, yalnız bir palatada ayaqyolunun açıq saxlanıldığını, həmin korpusda müalicə alan şəxsi heyətin həmin ayaqyolundan istifadə etdiyini, səsə görə ayaqyoluna getdiyini, ayaqyolunun qapısını açıb içəri daxil olarkən əsgər Zərərçəkmiş şəxs arxası üstə yerdə uzandığını, onun burnunda, ağzında və paltarında qan olduğunu, əsgər Təqsirləndirilən şəxs isə yerdə oturaraq onun başını dizi üstə aldığını, bir əli ilə onun başınının arxasından, digər əli ilə isə onun çənə nahiyəsindən tutduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çənə nahiyəsindən onu susdurmaq üçün tutduğunu düşündüyünü, Zərərçəkmiş şəxs burnundan qan gəlməsindən Təqsirləndirilən şəxsla aralarında mübahisə olub dalaşdıqlarını anladığını, gördüklərindən təsirlənib qışqıraraq Təqsirləndirilən şəxs nə üçün əsgər yoldaşını vurduğunu dediyini, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs vurmadığını, onun özünün yıxıldığını bildirdiyini, lakin Zərərçəkmiş şəxs arxasına baxdıqda yıxılma izlərinin olmadığını, olanların təsirindən Zərərçəkmiş şəxs danışa bilmədiyini, lakin barmağı ilə Təqsirləndirilən şəxs işarə etdiyini, özünün əsgər Zərərçəkmiş şəxs ayağa qalxmasına kömək edib, əl-üzünü yuduqdan sonra ona ilkin tibbi yardım göstərmək üçün prosedur otağına apardığını, xadiməyə növbətçi həkimi çağırmasını dediyini, təxminən 5 dəqiqə sonra növbətçi həkimin gəldiyini, növbətçi həkim gələnədək Zərərçəkmiş şəxs sifət nahiyəsində olan qan ləkələrini yuduğunu, növbətçi həkim gəldikdən sonra Zərərçəkmiş şəxs hadisəni ona danışdığını, əsgər Təqsirləndirilən şəxs onun burun nahiyəsindən başı ilə vurduğunu bildirdiyini, növbətçi həkimin Zərərçəkmiş şəxs kimin vurmasını göstərə bilibbilməyəcəyini soruşduğunu, özünün Zərərçəkmiş şəxs qolundan tutub sıra ilə düzülmüş əsgərlərin yanına apardığını, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşısına çatdıqda barmağı ilə işarə edib Təqsirləndirilən şəxs onu vurduğunu bildirdiyini, bundan sonra adiyyəti üzrə hadisə barədə məruzə edildiyini, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müayinə üçün qəbul şöbəsinə apardıqlarını, müayinələr nəticəsində Zərərçəkmiş şəxs burnunun sındığının müəyyən edildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” 18 fevral NN3-cü il tarixli qərardan görünür ki, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı törətdiyi əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin tərkibi olduğundan, onun barəsində həmin maddə ilə cinayət işi başlanmış və əsgər Zərərçəkmiş şəxs həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). XN “Məhkəmə-Tibbi Ekspertizası”nın 13 fevral NN3-cü il tarixli 34 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət-“hər iki burun sümüyünün qapalı, yerini dəyişmiş sınığı”-bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid olduğu göstərilmişdir (i.v İ cild 54). N №-li hərbi hissə komandirinin N aprel NNN-ci il tarixli, 66 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs X7 X6 üzrə müavininin N aprel NNN-ci il tarixli, 0N №-li sərəncamı ilə N №-li hərbi hissədən gəldiyinə görə, N aprel NNN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və hərbi hissənin çörəkbişirmə zavodunun 1-ci çörəkbişirmə bölməsinin çörəkbişirəni vəzifəsinə təyin edilmişdir (i.v İ cild 6N). N №-li hərbi hissə komandirinin N yanvar NNN-ci il tarixli, N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Əhmədov X3 Ümumqoşun Ordu Komandanının birinci müavini-qərargah rəisinin N yanvar NNN-ci il tarixli, 01 №-li sərəncamı ilə N №-li hərbi hissədən gəldiyinə görə, N yanvar NNN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və 3-cü xüsusi təyinatlı bölüyünün N-ci xüsusi təyinatlı qrupunun kəşfiyyatçı-istehkamçısı vəzifəsinə təyin edilmişdir (i.v İ cild 18). N nömrəli hərbi hissə komandirinin N və N yanvar NN3-cü il tarixli müvafiq olaraq 3N və 33 nömrəli əmrlərindən edilmiş çıxarışlardan görünür ki, N91 nömrəli hərbi hissənin əsgəri Təqsirləndirilən şəxs 30 yanvar NN3-cü il tarixdən, N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs isə N yanvar NN3-cü il tarixdən hospitalın Yoluxucu Xəstəliklər bölməsinə müalicəyə qəbul edilmişlər (i.v İ cild 3N-33). N nömrəli hərbi hissə tərəfindən təqdim olunan 16 fevral NN3-cü il tarixli, 56 №-li arayışda əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında N nömrəli hərbi hissədə müalicədə olduqları müddətdə tabelik münasibətlərinin olmadığı göstərilmişdir (i.v İ cild 48). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 04 fevral NN3-cü il tarixli xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi, N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 13 fevral NN3-cü il tarixli xidməti xasiyyətnamədə isə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs isə müsbət xarakterizə edilmişdir (i.v İ cild NN, 66). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş 06 fevral NN3-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 50). N №-li hərbi hissə tərəfindən təqdim edilmiş 10 fevral NN3-cü il tarixli, 116 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 10 fevral NN3-cü il tarixdə N №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır (i.v İ cild 43). “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 mart NN3-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 140-141). Əsgər Təqsirləndirilən şəxs məxsus SX ******* №-li Hərbi biletin sürətindən görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr NN1-ci il tarixdə Naxçıvan MR SHXÇDX-nin Kəngərli rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır və o, orta təhsillidir (İ.v İ cild 14N-147). Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-X7 Komandanına ünvanlanmış 10 mart NN3-cü il tarixli, 3-3-14/N-718/NN3 №-li məktubdan görünür ki, əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə yekun qərar qəbul edilənədək, onun müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həqiqi hərbi xidmətdən buraxılmaması xahiş edilmişdir (i.v İ cild 1N). "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qeydiyyatda olduğu və yaşadığı ünvan Kəngərli rayon, Çalxanqala kəndidir (i.v İ cild NN3). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 33N.N.5-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N05-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N11-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N09-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N01-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N10-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 33N.N.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissənin “Yoluxucu xəstəliklər” şöbəsində stasionar müalicədə olarkən 0N fevral NN3-cü ildə saat 19:15 radələrində ayaqyolunda olan zaman aralarında tabelik münasibətləri olmayan N №-li hərbi hissədə çörəkbişirən vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ayaqyoluna daxil olması və həmin ayaqyolundan ondan əvvəl istifadə etməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlətmiş, hər iki əli ilə onun yaxasından yapışıb başı ilə burun nahiyəsindən bir zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid “hər iki burun sümüyünün qapalı, yerini dəyişmiş sınığı” ilə müşayiət olunan xəsarət yetirmişdir. Bununla da əsgər Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertizası”nın 17 fevral NN3-cü il tarixli 34 №-li rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, onun sağlamlığına qəsdən az ağır zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 0N aprel N1N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1N və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq əsgər Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin cinayətin törədilməsindən bilavasitə sonra əsgər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin aradan qaldırlmasına yönəlmiş cəhdlərini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N13-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N03-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N03-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N17-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, əsgər Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin sanksiyasında-iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (59.1.1N) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni beş il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında biri-birinə alternativ cəza növü kimi nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrumetmə cəzalarının təyin edilməsini qanuni, ədalətli və məqsədə uyğun hesab etmir. Məhkəmə əsgər Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi təsbit edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təqsirli bilinən şəxs barəsində tətbiq edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.4-cü maddəsinin tələbinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzası müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmur, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54.1-ci maddəsinə əsasən intizam xarakterli hərbi hissədə saxlama növündə cəza isə hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa üç aydan iki ilədək müddətə təyin edilə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirkar Təqsirləndirilən şəxs hal-hazırda ordu sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olması səbəbindən, o cümlədən onun qanunla müəyyən edilmiş xidmət müddətini başa vurması səbəbindən ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Əsgər Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qanunla müəyyən edilmiş xidmət müddətini başa vurması ilə bağlı qeyd etmək zəruridir ki, o, 14 oktyabr NN1-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırıldığından və orta təhsilli olduğundan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 38.1.1-ci maddəsinə əsasən onun xidmət müddəti 1 il 6 ay olmuşdur ki, bu müddət də NN3-cü ilin aprel ayında tamam olmuşdur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun təqsirli bilindiyi maddənin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının da işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirli bilinən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə onun cəmiyyətdən təcrid edilməsi Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növlərinin ona təyin edilməsinin mümkünsüzlüyü, özü-özlüyündə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün şərtsiz əsas ola bilməz. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, yuxarıda sadalanan və təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni cinayətin törədilməsindən bilavasitə sonra əsgər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin aradan qaldırlmasına yönəlmiş cəhdlərini, onun məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmasını müstəsna hal hesab edərək, təqsirkar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsinin tətbiq olunmasını, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növünün- cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə hesab edir ki, müstəsna hal kimi qiymətləndirilmiş cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı, həmçinin onun qanunla müəyyən edilmiş xidmət müddətini başa vurması, yəni cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında sosial şəraitin ciddi şəkildə dəyişiləcəyi törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, o cümlədən təqsirkarın şəxsiyyətinin təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmənin qənaətinə görə təqsirkarın şəxsiyyəti barədə verilən bu proqnoz təqsirkar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaların tətbiq edilmədən də sonuncunun islah olunması və bununla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsində qeyd olunur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmçinin “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N03-cü il tarixli, 4 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Cinayət Məcəlləsinin 6N-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.N-ci maddələrinin müddəalarına riayət etməklə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Qeyd etmək lazımdır ki, məhkəmə əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə, ona cərimə cəzasının təyin edilməsi ilə bağlı nəticəyə gələrkən həm dövlət ittihamçısının, həm də müdafiə tərəfinin bu barədə xahiş və təkliflərini də nəzərə almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; X9rşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin N5-ci maddəsinə əsasən əsas cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru tərəfindən həyata keçirilir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş xidmət müddətini başa vurması səbəbindən, onun barəsində olan hazırki hökm qanuni qüvvəyə mindikdən sonra o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılacağından, məhkəmə hesab edir ki, hökmün icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə əsgər Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 16 mart NN3-cü il tarixində seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilən, ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs dindirilməsi zamanı aparılmış videoçəkilişin olduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, cinayət işi üzrə N5 aprel NN3-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Əhmədov X4 Muxtar Respublikası Hərbi Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edildiyindən, hazırki iş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun müdiri, vəkil Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosuna ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin məcəllənin 6N-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kəngərli rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs dindirilməsi zamanı aparılmış videoçəkilişin olduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun müdiri, vəkil Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosuna ödənilsin. Hökmdən elan olunduğu andan N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-14/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-14/2023
25.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver