Məhkəmə qərarları › İş №1-1(092)-14/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-14/2024

22.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-14/2024 22.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakimlər: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Hüseynov Səxavət Səməd oğlu və Orucəliyev Abil Elmar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1994-cü il tarixdə Qazax rayonunun Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Qazax rayonunun Böyük Cəfərli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında həbsdə saxlanılan, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının «Naxçıvan» X3 sabiq hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 32.3, 256.3, 32.3, 318.2 və 311.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının «Naxçıvan» X3 2-ci sərhəd komendantlığının sahil mühafizə qrupunun rəisi-1-ci kiçik sərhəd mühafizə katerinin komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı Araz çayı üzərindən keçən dövlət sərhəd xəttini bəlli edən su nişanları təbii proseslər nəticəsində ayrı-ayrı vaxtlarda yerlərini dəyişdiyindən, həmin nişanların yerlərinin müəyyən edilməsi və bununla bağlı digər təşkilati tədbirlərin görülməsi məqsədi ilə 2019-cu ilin may ayından etibarən ayrı-ayrı vaxtlarda bir neçə dəfə İran İslam Respublikasının sərhəd xidmətinin hərbi qulluqçuları ilə Araz çayı üzərində, müəyyən edilmiş dövlət sərhəd xəttində görüşmüş və həmin görüşlər zamanı İran İslam Respublikasının sərhəd xidmətinin hərbi qulluqçularını qayıqla müşayiət etmiş İran İslam Respublikasının vətəndaşı X5 ilə tanış olmuş, 31 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində M.C.Sadiqpurun və digərlərinin qayıqla Araz çayı üzərində, müəyyən edilmiş dövlət sərhəd xəttinə yaxınlaşaraq həmin vaxt orada «liman gözətçisi» naryadında xidmət aparan «Naxçıvan» X3 2-ci sərhəd komendantlığının sahil mühafizə qrupunun 2-ci kiçik sərhəd mühafizə katerinin baş mühərrikçisi, miçman Şahid4 müraciət edib baş leytenant Təqsirləndirilən şəxs harada olduğunu soruşaraq sonuncunu axtardığını bildirmiş və bu barədə elə həmin gün, saat 22 radələrində miçman Şahid4 tərəfindən «liman gözətçisi» naryadının təhvil verilməsi zamanı baş leytenant Təqsirləndirilən şəxs məlumat verildikdə, o, «liman gözətçisi» naryadını təhvil aldıqdan sonra "xxxx" MMC-də balıqçı işləyən və naryada təyin edilmiş hərbi qulluqçuları zavoda məxsus katerlə marşrut üzrə daşıyan Şahid8 idarə etdiyi katerlə M.C.Sadiqpurun və onunla birlikdə gəlmiş şəxslərin olduqları 16 №-li sərhəd nişanının yanına getmiş, orada aralarındakı görüş zamanı M.C.Sadiqpur baş leytenant Təqsirləndirilən şəxs özünə və onunla birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, M.C.Sadiqpur həmin şəxslərlə birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq oradan vahid niyyətlə ümumilikdə külli miqdarda balığın qanunsuz tutulmasına və daha sonra həmin balığın vahid niyyətlə xeyli miqdarda gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasının ərazisinə qaçaqmalçılıqla keçirilməsinə şərait yaratmasını xahiş etmiş, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs M.C.Sadiqpuru yaxından tanımadığına görə ehtiyat edərək təklifini rədd etmiş və ona dövlət sərhədini keçəcəyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görüləcəyini bildirərək, oradan ayrılmışdır. 01 yanvar 2023-cü il tarixdə, səhər saatlarında baş leytenant Təqsirləndirilən şəxs "xxxx" MMC-də işləyən şəxslərdən soraqlaşaraq M.C.Sadiqpurun həmin zavodda balıqçı işləyən Naxçıvan şəhərinin Qaraçuq qəsəbəsinin sakini Şahid3 ilə qohumluq əlaqələrinin olduğunu və bir-biri ilə yaxın əlaqə saxladıqlarını öyrənərək, Şahid3la xidməti ərazidə görüşmüş və M.C.Sadiqpurun özünə etdiyi təklif barədə hər hansı məlumat vermədən, onun etibarlı adam olub-olmadığını və şəxsi keyfiyyətlərini soruşmuş, Şahid3 da ona M.C.Sadiqpurla aralarında qohumluq əlaqələrinin olduğunu təsdiq edərək, sonuncunun kimsəyə hər hansı problem yaratmayan və etibarlı şəxs olduğunu bildirmişdir. Bundan sonra baş leytenant Təqsirləndirilən şəxs M.C.Sadiqpur tərəfindən edilmiş təklifdən istifadə edib sonuncunun vasitəsi ilə ərazidə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər, sərhəd və rejim pozucuları barədə məlumatlar ala biləcəyini və həmin məlumatlar əsasında zəruri əməliyyat tədbirlərini həyata keçirib həmin şəxsləri tutub müəyyən edilmiş qaydada rəsmiləşdirməklə yuxarı komandanlıq qarşısında özünü nümunəvi və bacarıqlı zabit kimi təqdim edərək, bu yolla xidmət üzrə mükafatlandırıla və həvəsləndirilə biləcəyi qənaətinə gəlmiş və 01 yanvar 2023-cü il tarixdə, saat 20.00-da təyin olunduğu «liman gözətçisi» naryadına daxil olub həmin naryad üzrə xidmət apararkən, gecə saatlarında M.C.Sadiqpurun və digər şəxsiyyətləri məlum olmayan şəxslərlə birlikdə qayıqda Araz çayının İran İslam Respublikasına aid hissəsində balıq tutduqlarını görərək, sonuncunu sərhəd xəttinə çağırmış, orada aralarındakı söhbət zamanı baş leytenant Təqsirləndirilən şəxs dövlət sərhədini pozaraq Azərbaycan Respublikası istiqamətində qanunsuz balıq tutan digər İran İslam Respublikasının vətəndaşları, eləcə də sərhəd və rejim pozucuları barədə ona məlumat verəcəyi təqdirdə, xahişini müsbət dəyərləndirəcəyini bildirdikdə, M.C.Sadiqpur həmin təklifi qəbul etmiş və aralarındakı sövdələşməyə əsasən, baş leytenant Təqsirləndirilən şəxs təşkilatçılığı ilə 2023-cü ilin yanvar ayının əvvəllərindən ortalarına kimi olan müddət ərzində bir neçə dəfə xarici ölkə vətəndaşı olan M.C.Sadiqpurla və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, şəxsiyyətləri məlum olmayan xarici ölkə vətəndaşı ilə birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq hər dəfə təxminən 600-800 (altı yüz-səkkiz yüz) manat dəyərində olmaqla oradan vahid niyyətlə ümumilikdə külli miqdarda qanunsuz balıq tutmuşdur. Bundan sonra baş leytenant Təqsirləndirilən şəxs M.C.Sadiqpur tərəfindən edilmiş təklifdən istifadə edib qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmiş və bu məqsədlə 2023-cü ilin yanvar ayının ortalarında gecə saatlarında sonuncu ilə 2-ci sərhəd komendantlığının ərazisində, 16 №-li sərhəd nişanının yanında Araz çayı üzərində təklikdə görüşərək orada M.C.Sadiqpurdan özünün və onunla birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, həmin şəxslərin mütəmadi olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq oradan vahid niyyətlə ümumilikdə külli miqdarda qanunsuz balıq tutmaları və daha sonra həmin balığı vahid niyyətlə xeyli miqdarda gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasının ərazisinə qaçaqmalçılıqla keçirmələrini təşkil etməsi və onların həmin fəaliyyəti sərbəst həyata keçirmələri müqabilində, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində dəyəri təxminən 1000 (bir min) manat təşkil edən smartfon tipli mobil telefonu özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. M.C.Sadiqpur elə orada onun təklifini qəbul edərək rüşvət verməyə razılaşmış və baş leytenant Təqsirləndirilən şəxs aralarındakı görüşdən bir neçə gün sonra, 2023-cü ilin yanvar ayının ortalarında, gecə saatlarında «liman gözətçisi» naryadında xidmət apararkən M.C.Sadiqpurla 2-ci sərhəd komendantlığının ərazisində, 16 №-li sərhəd nişanının yanında Araz çayı üzərində təklikdə görüşərək orada sonuncudan Azərbaycan Respublikasının ərazisində pərakəndə satış qiyməti 880 (səkkiz yüz səksən) manat təşkil edən 1 (bir) ədəd «Samsung A73» markalı smartfon tipli mobil telefonu qəbul etməklə vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində maddi neməti özü üçün birbaşa və şəxsən rüşvət almış, daha sonra aldığı rüşvətin müqabilində 2023-cü ilin yanvar ayının ortalarından sonlarına kimi olan müddət ərzində M.C.Sadiqpurun və onunla birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri hazırda məlum olmayan həmin şəxslərin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq oradan hər dəfə təxminən 600-800 (altı yüzsəkkiz yüz) manat dəyərində olmaqla vahid niyyətlə ümumilikdə külli miqdarda qanunsuz balıq tutmalarını təşkil etmişdir. Daha sonra baş leytenant Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, öz cinayətkar hərəkətlərini davam etdirərək, M.C.Sadiqpurun və sonuncu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, həmin şəxslərin onun təşkilatçılığı ilə qanunsuz olaraq külli miqdarda qazanc əldə etdikləri qənaətinə gəlib yaranmış vəziyyətdən istifadə edərək özünün də qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmiş və bu məqsədlə 2023-cü ilin yanvar ayının sonlarında gecə saatlarında «liman gözətçisi» naryadında xidmət apararkən M.C.Sadiqpurla 2-ci sərhəd komendantlığının ərazisində, Araz çayı üzərində yerləşən «Quş adası» adlanan kiçik ölçülü quru hissədə (adada) təklikdə görüşərək orada M.C.Sadiqpurdan özünün və onunla birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri hazırda məlum olmayan həmin şəxslərin təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq oradan vahid niyyətlə ümumilikdə külli miqdarda qanunsuz balıq tutmaları və daha sonra həmin balığı vahid niyyətlə xeyli miqdarda gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasının ərazisinə qaçaqmalçılıqla keçirmələrini təşkil etməsi və onların həmin fəaliyyəti sərbəst həyata keçirmələri müqabilində, yəni təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində hər ay 2500 (iki min beş yüz) manat məbləğində pulu özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. M.C.Sadiqpur elə orada onun təklifini qəbul edərək təkrarən rüşvət verməyə razılaşmış və bundan sonra baş leytenant Təqsirləndirilən şəxs hərbi hissə komandirinin müvafiq əmrinə əsasən 27 yanvar 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək növbəti məzuniyyətə buraxılıb məzuniyyətdən qayıtdıqdan sonra müəyyən edilmiş növbətçilik cədvəlinə əsasən davamlı olaraq «liman gözətçisi» naryadına təyin edilsə də, əlverişsiz hava şəraiti ilə əlaqədar M.C.Sadiqpurla görüşə bilməmiş və sonuncunun istifadəsində olan ********** mobil danışıq nömrəsinə özünün istifadəsində olan ********** mobil danışıq nömrəsindən dəfələrlə zəng edib danışdıqdan sonra M.C.Sadiqpurun tapşırığı ilə 2023-cü ilin mart ayının sonlarında gecə saatlarında «liman gözətçisi» naryadında xidmət apararkən balıqçı Şahid3 yanında 2-ci sərhəd komendantlığının ərazisində, 16 №-li sərhəd nişanının yaxınlığında Araz çayı üzərindəki sərhəd xəttinin üzərində İran İslam Respublikasının vətəndaşı olduğu güman edilən, şəxsiyyəti hazırda məlum olmayan, özünü Babək kimi təqdim etmiş şəxslə görüşərək orada sonuncudan, polietilen bağlamada 5000 (beş min) manat məbləğində pulu qəbul edib təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində maddi neməti özü üçün dolayı yolla və şəxsən rüşvət almışdır. Bundan əlavə baş leytenant Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, öz cinayətkar hərəkətlərini davam etdirərək, qanunsuz qazanc əldə etməklə varlanmaq məqsədi ilə 2023-cü ilin mart ayının sonlarında istifadəsində olan ********** mobil danışıq nömrəsindən M.C.Sadiqpurun istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng edərək sonuncudan özünün və onunla birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri məlum olmayan həmin şəxslərin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq oradan vahid niyyətlə ümumilikdə külli miqdarda qanunsuz balıq tutmaları və daha sonra həmin balığı xeyli miqdarda gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasının ərazisinə qaçaqmalçılıqla keçirmələrini təşkil etməsi və onların həmin fəaliyyəti sərbəst həyata keçirmələri müqabilində, yəni təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində bahalı qiymətə olan daha bir smartfon tipli mobil telefonu özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Həmin telefon danışığı zamanı M.C.Sadiqpur elə orada onun təklifini qəbul edərək təkrarən rüşvət verməyə razılaşmış və aralarındakı cinayətkar sövdələşməyə əsasən baş leytenant Təqsirləndirilən şəxs onunla bir neçə gün sonra, «liman gözətçisi» naryadında xidmət apararkən 2023-cü ilin mart ayının sonlarında, gecə saatlarında "xxxx" MMC-də balıqçı işləyən, Naxçıvan şəhərinin Qaraçuq qəsəbəsinin sakini Şahid11 yanında 2-ci sərhəd komendantlığının ərazisində, 16 №-li sərhəd nişanının yanında görüşmüş və orada M.C.Sadiqpurdan Azərbaycan Respublikasının ərazisində pərakəndə satış qiyməti 680 (altı yüz səksən) manat təşkil edən, «Samsung A53» markalı smartfon tipli mobil telefonu qəbul etməklə təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində maddi neməti özü üçün birbaşa və şəxsən rüşvət almış, aldığı rüşvətin müqabilində M.C.Sadiqpurun və onunla birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, xarici ölkə vətəndaşları ilə 2023-cü ilin yanvar ayının sonlarından həmin ilin aprel ayının əvvələrinə kimi olan müddət ərzində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənardan qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq oradan hər dəfə təxminən 600-800 (altı yüz-səkkiz yüz) manat dəyərində olmaqla vahid niyyətlə ümumilikdə külli miqdarda qanunsuz balıq tutmalarını və daha sonra həmin balığı vahid niyyətlə xeyli miqdarda gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasının ərazisinə qaçaqmalçılıqla keçirilməsini təşkil etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 32.3, 256.3, 32.3, 318.2 və 311.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, dövlət ittihamçısının sualından sonra özünü tam təqsirli bildiyini, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının «Naxçıvan» X3 2-ci sərhəd komendantlığının sahil mühafizə qrupunun rəisi-1-ci kiçik sərhəd mühafizə katerinin komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı Araz çayı üzərindən keçən dövlət sərhəd xəttini bəlli edən su nişanları təbii proseslər nəticəsində ayrı-ayrı vaxtlarda yerlərini dəyişdiyindən, həmin nişanların yerlərinin müəyyən edilməsi və bununla bağlı digər təşkilati tədbirlərin görülməsi məqsədi ilə 2019-cu ilin may ayından etibarən ayrı-ayrı vaxtlarda bir neçə dəfə İran İslam Respublikasının sərhəd xidmətinin hərbi qulluqçuları ilə Araz çayı üzərində, müəyyən edilmiş dövlət sərhəd xəttində görüşdüyünü və həmin görüşlər zamanı İran İslam Respublikasının sərhəd xidmətinin hərbi qulluqçularını qayıqla müşayiət etmiş İran İslam Respublikasının vətəndaşı X5 ilə tanış olduğunu, miçman Şahid4 heç vaxt ona İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsin dövlət sərhədində dayanaraq onu soruşmasını demədiyini, "xxxx" MMC-yə məxsus katerlə həmin MMC-nin işçisi Şahid8 ilə birlikdə Araz çayının üzərində xidmətə başladığını, həmin vaxt durbinlə sərhəd xətti istiqamətində müşahidə apararkən, bir neçə nəfər şəxsin sərhəd xəttində dayandığını görüb onlara yaxınlaşdığını, həmin vaxt İran İslam Respublikasının vətəndaşı M.C.Sadiqpurun 2 nəfər həmyerlisi ilə birlikdə sərhəd xəttində, 16 nömrəli sərhəd nişanının yanında, qayığın üzərində dayandıqlarını gördüyünü, M.C.Sadiqpurun xahişi olduğunu bildirdiyini, belə ki, M.C.Sadiqpur balıqçı dostları ilə birlikdə qayıqla Araz çayının üzərində yerləşən dövlət sərhəd xəttini keçib Azərbaycan Respublikasının ərazi sularında balıq ovlamasına şərait yaratmasını ondan xahiş etdiyini, o, isə M.C.Sadiqpuru yaxından tanımadığına görə ehtiyat etdiyindən onun xahişini rədd etdiyini və sərhəd xəttini keçərsə tutub diviziyaya təhvil verəcəyini bildirdiyini, o, M.C.Sadiqpurun yanından uzaqlaşdıqdan sonra onun verdiyi məlumat əsasında sərhəd pozucularını tutub diviziyaya təhvil verməklə rəhbərlik qarşısında mükafatlana biləcəyini nəzərə alaraq, M.C.Sadiqpurla əlaqə qurmağı qərarlaşdırdığını, bu məqsədlə o, ertəsi gün, yəni 01 yanvar 2023-cü il tarixdə, səhər saatlarında "xxxx" MMC-də işləyən şəxslərdən soraqlaşaraq M.C.Sadiqpurun həmin zavodda balıqçı işləyən Şahid3 ilə qohumluq əlaqələrinin olduğunu və bir-biri ilə yaxın əlaqə saxladıqlarını öyrənərək, Şahid3la xidməti ərazidə görüşdüyünü və M.C.Sadiqpurun özünə etdiyi təklif barədə hər hansı məlumat vermədən, sonuncunun etibarlı adam olubolmadığını və şəxsi keyfiyyətlərini soruşduğunu, Şahid3 M.C.Sadiqpurun sakit təbiətli, problemsiz insan kimi tanıdığını dediyini, bundan bir-iki gün sonra o, Araz çayının üzərində “liman gözətçisi” kimi xidmət apararkən M.C.Sadiqpuru Hadi, Babək və Sabir adlı həmyerliləri ilə birlikdə dövlət sərhəd xəttinin yaxınlığında görərək onunla görüşdüyünü, görüş zamanı o, M.C.Sadiqpurun bir neçə gün əvvəl ona etdiyi təklifə yalnız bir şərtlə müsbət cavab verə biləcəyini bildirdiyini, belə ki, o, M.C.Sadiqpura özünün və balıqçı dostlarının dövlət sərhəd xəttini keçərək Azərbaycan Respublikasının ərazi sularında balıq ovlamasına şərait yaratması müqabilində digər sərhəd və rejim pozucuları barədə ona məlumat verməsini təklif etdiyini, M.C.Sadiqpur onun bu təklifi ilə razılaşdığını, M.C.Sadiqpurun dövlət sərhəd xəttini keçib Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamasına şərait yaratması müqabilində sonuncudan pul və ya maddi nemət istəmədiyini, sadəcə sərhəd pozucuları barədə məlumat verməsini istədiyini, bundan bir-iki gün sonra, yəni 2023-cü ilin yanvar ayının ilk günlərində o, “liman gözətçisi” kimi Araz çayının üzərində xidmət apararkən M.C.Sadiqpurun bir neçə nəfər həmyerlisi ilə birlikdə dövlət sərhəd xəttini keçərək Azərbaycan Respublikasının ərazi sularında, 13 №-li sərhəd zastavasının xidməti ərazisində qanunsuz balıq ovladıqlarının şahidi olduğunu, o, sonunculara yaxınlaşmadığını, buna göz yummaqla onların rahat şəkildə qanunsuz balıq ovlamalarına şərait yaratdığını, o, həmin ərəfədə, yəni 2023-cü ilin yanvar ayının əvvəllərində tabeliyində xidmət edən, mütəmadi olaraq Araz çayının üzərində “liman gözətçisi” naryadında xidmət aparan 2-ci sərhəd komendantlığının təminat və mühafizə taqımının komandiri, baş leytenant Şahid1, habelə sahil mühafizə qrupunun hərbi qulluqçuları, miçmanlar Şahid2 və Şahid4 Araz çayı üzərində “liman gözətçisi” kimi xidmət apararkən İran İslam Respublikasının vətəndaşı M.C.Sadiqpurun, həmçinin də onun yanında olan həmyerlilərinin dövlət sərhəd xəttini pozaraq Azərbaycan Respublikasının ərazi sularına daxil olmaqla oradan qanunsuz balıq ovladıqlarını aşkar etdikləri halda, onlara toxunmamalarını, xidməti ərazidə qanunsuz balıq ovlamalarına göz yummalarını tapşırdığını, 2023-cü ilin yanvar ayında, baş leytenant Şahid1, həm də miçman Şahid2 Araz çayı üzərində katerlə xidmət apararkən, M.C.Sadiqpurun bir neçə nəfər şəxslə birlikdə Araz çayı üzərində yerləşən dövlət sərhəd xəttini, eləcə də sərhəd rejimini pozaraq Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovladıqlarını aşkar etdikləri vaxt ona zəng edib bu barədə məlumat verərək həmin şəxsləri tutub diviziyaya təhvil vermək istədikdə onun təkidli tələblərindən sonra, tabeliyində xidmət edən həmin hərbi qulluqçular M.C.Sadiqpuru və yanında olan şəxsləri tutub diviziya komandanlığına təhvil vermədiyini, onların qanunsuz balıq ovlamalarına göz yummaqla, barələrində heç bir qanuni tədbir görmədiklərini, 2023-cü ilin yanvar ayının ortalarında M.C.Sadiqpurdan bahalı mobil telefon almaq qərarına gələrək ondan mobil telefon istədiyini, M.C.Sadiqpur da telefon almağa razılaşdığını, bundan bir neçə gün sonra, 2023-cü ilin yanvar ayının ortalarında o, Araz çayı üzərində xidmət apararkən balıqçı dostları ilə birlikdə Azərbaycan Respublikasının ərazi sularında, 16 №-li sərhəd nişanının yaxınlığında qanunsuz balıq ovlayan M.C.Sadiqpurla görüşdüyünü, həmin vaxt M.C.Sadiqpur ona bir ədəd təzə vəziyyətdə olan «Samsung A73» markalı smartfon tipli mobil telefon verdiyini, o, həmin mobil telefonu qəbul edib götürdüyünü, 2023-cü ilin yanvar ayının sonlarında o, Araz çayı üzərində “liman gözətçisi” kimi xidmət apararkən M.C.Sadiqpurun bir neçə nəfər şəxslə birlikdə dövlət sərhəd xəttini keçərək daha çox məsafədə Azərbaycan Respublikasının ərazi sularına daxil olub oradan torla qanunsuz balıq ovladığını görərək M.C.Sadiqpura yaxınlaşıb onun yaratdığı şəraitdən istifadə etməklə çoxlu pul qazandığını sonuncuya xatırlatdığını, M.C.Sadiqpur da onun yaratdığı şəraitdən istifadə edərək Azərbaycan Respublikasının ərazi sularından qanunsuz balıq ovlamaqla yaxşı pul qazandığını təsdiq etdiyini, eləcə də ona təşəkkürünü bildirdiyini, M.C.Sadiqpurdan Azərbaycan Respublikasının dövlət sərhəd xəttini, həmçinin də sərhəd rejimini pozaraq xidməti ərazidə qanunsuz balıq ovlamasına şərait yaratması müqabilində hər ay 2500 (iki min beş yüz) manat məbləğində pul verməsini tələb etdiyini, sonuncu da onun bu tələbi ilə razılaşaraq Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamasına şərait yaratması müqabilində hər ay ona 2500 (iki min beş yüz) manat məbləğində pul verəcəyini bildirdiyini, 27 yanvar 2023-cü il tarixdə onun 20 günlük növbəti məzuniyyətə buraxıldığını, məzuniyyətdə olarkən bir neçə dəfə baş leytenant Şahid1 və miçman Şahid2 ona zəng edib Araz çayı üzərində xidmət apararkən, M.C.Sadiqpurun bir neçə nəfər şəxslə birlikdə dövlət sərhəd xəttini keçərək Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovladıqları barədə ona məlumat verdiyini, hər dəfə onun tələbinə əsasən sonuncular Mehdigili tutmadan, eləcə də ərazidən uzaqlaşdırmadan onların qanunsuz hərəkətlərinə göz yumduqlarını, onun 16 fevral 2023-cü il tarixdə məzuniyyətdən xidmət yerinə qayıtdıqdan sonra, mütəmadi şəkildə qrafik üzrə “liman gözətçisi” naryadına təyin olunub Araz çayının sahilinə naryada çıxsa da, hava şəraiti əlverişsiz olduğundan katerlə Araz çayının üzərində müşahidə apara bilmədiyini, M.C.Sadiqpurla görüşə bilmədiyini, onunla mobil telefonla danışıq apardığını, yanvar ayı üçün verməli olduğu 2500 (iki min beş yüz) manat pulu hazırlayıb-hazırlamadığını soruşduğunu, onun da pulu hazırladığını, M.C.Sadiqpur 2500 (iki min beş yüz) manat pulun hazır olduğuna onu inandırmaq üçün 25 ədəd 100 manatlıq əsginazlardan ibarət pulun şəkillərini çəkib “Vatsapp” tətbiqi vasitəsi ilə onun mobil nömrəsinə göndərdiyini, bu zaman o, M.C.Sadiqpura 2023-cü ilin yanvar və fevral ayları üçün verməli olduğu aylıq pulları, yəni ümumilikdə 5000 (beş min) manat məbləğində pulu bir yerdə fevral ayının sonunda ona çatdırmasını istədiyini, sonuncu da onunla razılaşdığını, 2023-cü ilin fevral ayının sonlarından, mart ayının sonlarına kimi o, “liman gözətçisi” naryadına təyin olunan günlərdə hava şəraiti əlverişsiz olduğundan Araz çayının üzərinə çıxıb M.C.Sadiqpurla görüşə bilmədiyini, lakin həmin ərəfədə sonunucu ilə telefonla danışarkən, M.C.Sadiqpur verməli olduğu 5000 (beş min) manat pulu hazır etdiyini dediyini, yalnız 2023-cü ilin mart ayının sonlarında o, “liman gözətçisi” naryadına təyin olunarkən hava şəraiti əlverişli olduğundan balıqçı Şahid3 idarə etdiyi katerlə Araz çayının üzərində müşahidəyə çıxdığını, bu zaman M.C.Sadiqpurun istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng edib onu Araz çayının üzərində görüşə çağırdığını, eləcə də 5000 (beş min) manat pulu özü ilə gətirməsini tapşırdığını, həmin vaxt M.C.Sadiqpur vacib işinin olduğunu bildirərək ona verməli olduğu 5000 (beş min) manat pulu balıqçı dostu, eləcə də həmyerlisi Babək adlı şəxslə ona göndərəcəyini dediyini, həmin vaxt o, Araz çayının üzərində xidmət aparmaqla, durbinlə əraziyə nəzər yetirərkən, dövlət sərhəd xəttində qaraltı müşahidə edərək həmin istiqamətə yaxınlaşdığını, bu zaman əvvəlcədən tanıdığı, dəfələrlə M.C.Sadiqpurla birlikdə Azəbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovladığını gördüyü Babək adlı İran İslam Respublikasının vətəndaşının orada olduğunu görərək sonuncu ilə sərhəd xəttində görüşdüyünü, görüş zamanı Babək adlı şəxs ona bağlı vəziyyətdə polietilen bağlama təqdim edərək onu M.C.Sadiqpurun göndərdiyini bildirdiyini, onun balıqçı Şahid3 yanında bağlamanı qəbul edib oradan uzaqlaşdığını həmin gün naryaddan çıxıb xidmət yerinə qayıtdığını və M.C.Sadiqpurdan aldığı 5000 (beş min) manat pulu aparıb 2-ci sərhəd komendantlığının inzibati binasında yerləşən istirahət otağında asılmış, özünə məxsus hərbi səhra tipli kitelin sol döş cibinə qoyduğunu, 2023-cü ilin mart ayının sonlarında o, M.C.Sadiqpura zəng edib Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamasına şərait yaratması müqabilində ona daha bir mobil telefon alıb verməsini dediyini, onun da razılaşdığını, həmin ərəfədə o, "xxxx" MMC-də balıqçı işləyən, Naxçıvan şəhərinin Qaraçuq qəsəbəsində yaşayan Şahid11 ilə birlikdə, sonuncunun idarə etdiyi katerlə Araz çayının üzərində “liman gözətçisi” naryadına çıxarkən M.C.Sadiqpura zəng edib onu görüşə çağırdığını, həmin vaxt o, M.C.Sadiqpurla Araz çayının üzərində, dövlət sərhəd xəttində görüşdüyünü, iki ədəd «Samsung A73» markalı və «Samsung A53» markalı smartfon tipli mobil telefonu ona verdiyini, onun həmin mobil telefonları qəbul edib götürdüyünü, sonra həmin telefonları satdığını, satdığı şəxsləri tanımadığını, 2023-cü ilin aprel ayının əvvəllərində o, Araz çayının üzərində “liman gözətçisi” kimi xidmət apararkən, dövlət sərhəd xəttində İran İslam Respublikasının vətəndaşı, əvvəllər M.C.Sadiqpurla birlikdə Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlayan Hadi adlı şəxslə görüşdüyünü, görüş zamanı sonuncu M.C.Sadiqpurun yanından uzaqlaşdığını bildirdiyini və özünün də pul müqabilində Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamasına şərait yaratmasını ondan xahiş etdiyini, o, Hadi adlı şəxsin xahişini rədd etdiyini, dövlət sərhədini pozacağı halda onu tutub diviziyaya təhvil verəcəyini bildirdiyini, bundan bir neçə gün sonra baş leytenant Şahid1 ona zəng edib Hadi adlı İran İslam Respublikası vətəndaşının dövlət sərhəd xəttini keçməklə, Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovladığını aşkar etdiyini bildirdiyini, o, isə Hadi adlı şəxsi tutub diviziyaya təhvil verməsini tələb etdiyini, həmin vaxt baş leytenant Şahid1 Hadi adlı şəxsi, həmçinin də onun yanında olan Təhməz və Fəxrəddin adlı İran İslam Respublikasının vətəndaşlarını tutub müvafiq qaydada diviziyaya təhvil verdiyini, bundan bir neçə gün sonra M.C.Sadiqpur ona zəng edib həyəcanlı şəkildə Hadi adlı şəxsin onları satdığını, pul müqabilində qanunsuz balıq ovlamaları barədə İran İslam Respublikasının sərhəd xidmətinin hərbi qulluqçularına məlumat verdiyini bildirdiyini, bundan bir neçə gün sonra diviziyanın komandir heyəti, həmçinin də əməliyyat şöbəsinin zabitləri onun xidmət yerinə gəlib ondan Mehdi adlı şəxslə nə kimi münasibətinin olduğunu soruşduğunu, o, da sonuncu ilə aralarında olan münasibət barədə, yəni M.C.Sadiqpurdan aldığı 5000 (beş min) manat pul və 2 (iki) ədəd mobil telefon müqabilində sonuncunun bir neçə nəfər həmyerlisi ilə birlikdə dövlət sərhəd xəttini 2023-cü ilin yanvar-aprel aylarında dəfələrlə keçib Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamalarına şərait yaratdığını etiraf etdiyini, eləcə də M.C.Sadiqpurdan aldığı 5000 (beş min) manat pulu könüllü şəkildə gələn nümayəndələrə istirahət otağında təqdim etdiyini, törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və onun törətmiş olduğu cinayət əməlləri ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə 2019-cu ildən hazırkı vaxtadək Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Yasaqlığının direktoru vəzifəsində işlədiyini, həmin ərazilər dövlət qoruğu olduğundan vətəndaşlara həmin ərazidən balıq tutmaları qadağan edildiyini, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” X3 2-ci sərhəd komendantlığının sahil mühafizə qrupunun rəisi-1ci kiçik sərhəd mühafizə katerinin komandiri vəzifəsində xidmət etmiş, baş leytenant Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, baş leytenant T.M.X13 Respublikasının vətəndaşı Mehdi adlı şəxslə cinayət əlaqəsinə girərək aldığı rüşvət müqabilində sonuncunun bir neçə nəfər şəxslə birlikdə Araz çayının üzərində yerləşən dövlət sərhəd xəttini pozmaqla Azərbaycan Respublikasının ərazi sularına daxil olub 13-cü sərhəd zastavasının xidməti ərazisində külli miqdarda qanunsuz şəkildə sazan, sudak, karas və digər növ balıq ovlamaları nəticəsində Naxçıvan Muxtar Respublikasına külli miqdarda maddi ziyan vurduqlarını bildirdiyini, təqsirləndirilən şəxsin cəzalanmasını istədiyini, xahiş etdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində baş leytenant Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” X3 2-ci sərhəd komendantlığın sahil mühafizə qrupuna ezam olunaraq, həmin tarixdən 2023-cü ilin may ayına kimi “liman gözətçisi” naryadına təyin olunmaqla mütəmadi şəkildə Araz çayının üzərində xidmətə çıxdığını, 2023-cü ilin yanvar ayının əvvəllərinə kimi Araz çayının üzərində xidmət apararkən dövlət sərhəd xəttini, həmçinin də sərhəd rejimini pozan xarici ölkə vətəndaşlarını tutub müvafiq qaydada diviziyaya təhvil verildiyini, lakin 2023-cü ilin yanvar ayının əvvəllərində tabeliyində xidmət etdiyi baş leytenant Təqsirləndirilən şəxs ona, həmçinin də sahil mühafizə qrupunun digər hərbi qulluqçuları, miçmanlar Şahid2 və Şahid4 Araz çayı üzərində «liman gözətçisi» kimi xidmət apararkən Mehdi adlı İran İslam Respublikasının vətəndaşının dövlət sərhədini, eləcə də sərhəd rejimini pozaraq Azərbaycan Respublikasının ərazi sularına daxil olub oradan qanunsuz balıq ovladığını aşkar etdikləri halda sonuncuya toxunmamalarını, bu barədə komandanlığa məruzə etməmələrini, tutub diviziyaya təhvil verməmələrini, əksinə ona göz yummalarını, qanunsuz balıq ovlamasına şərait yaratmalarını tapşırdığını, Mehdi adlı İran İslam Respublikasının vətəndaşının Azərbaycan Respublikasının ərazi sularına daxil olub oradan qanunsuz balıq ovlamasına onun şərait yaratdığını, Təqsirləndirilən şəxs həmçinin Mehdi adlı İran İslam Respublikasının vətəndaşının onun agenti olduğunu, sonuncunun vasitəsi ilə sərhəd pozucuları barədə məlumat əldə etdiyini, bu barədə yuxarı komandanlığın məlumatlı olduğunu bildirdiyini, eləcə də Mehdi adlı şəxsin xarici görünüşü barədə ona və tabeliyində xidmət edən digər hərbi qulluqçulara məlumat verdiyini, həmin vaxt o, həmçinin də digər hərbi qulluqçular baş leytenant Təqsirləndirilən şəxs bu tələbini qəbul edərək, Mehdi adlı İran İslam Respublikasının vətəndaşının dövlət sərhəd xəttini, sərhəd rejimini pozmaqla Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamasına mane olmayacaqlarını bildirdiklərini, bundan sonra, 2023-cü ilin yanvar ayının əvvəllərindən həmin ilin aprel ayının əvvəllərinə kimi o, «liman gözətçisi» kimi Araz çayının üzərində xidmət apararkən dəfələrlə İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsin bir neçə nəfər şəxslə birlikdə dövlət sərhədini pozaraq Azərbaycan Respublikasının ərazi sularına daxil olub oradan qanunsuz balıq ovladıqlarını aşkar etdiyini, 2023-cü ilin yanvar ayının əvvəllərində Araz çayının üzərində «liman gözətçisi» kimi xidmət apararkən, bir neçə nəfər şəxsin qayıqla dövlət sərhədini pozaraq Azərbaycan Respublikasının ərazi sularına daxil olub oradan qanunsuz balıq ovladıqlarını aşkar etdikdə həmin əraziyə yaxınlaşdığını, bu zaman qayıqda olan şəxslərdən bir nəfər, baş leytenant Təqsirləndirilən şəxs təsvir etdiyi xarici görünüşlü şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs dostu, İran İslam Respublikasının vətəndaşı Mehdi olduğunu, baş leytenant Təqsirləndirilən şəxs razılığı ilə 13-cü sərhəd zastavasının xidməti ərazisinə daxil olub balıq ovladıqlarını bildirdiyini, həmin vaxt o, baş leytenant Təqsirləndirilən şəxs zəng edib bu barədə məruzə etdikdə, sonuncu ondan Mehdi adlı şəxsə toxunmamasını, yanından uzaqlaşmasını, həmçinin də barəsində diviziya komandanlığına məlumat verməməsini tələb etdiyini, o, baş leytenant Təqsirləndirilən şəxs tələbinə əsasən, Mehdigilin yanından uzaqlaşmaqla, onların qanunsuz balıq ovlamalarına göz yumduğunu, bundan sonra o, 2023-cü ilin yanvar-aprel aylarında Araz çayı üzərində «liman gözətçisi» kimi xidmət apararkən, dəfələrlə Mehdi adlı şəxsin bir neçə nəfər şəxslə birlikdə, qayıqla dövlət sərhədini pozaraq Azərbaycan Respublikasının ərazi sularına daxil olub oradan qanunsuz balıq ovladıqlarını aşkar etdikdə dərhal birbaşa tabeliyində olduğu baş leytenant Təqsirləndirilən şəxs zəng edərək bu barədə sonuncuya məlumat verdiyini, sonuncu isə hər dəfə Mehdigilə toxunmamasını, oradan uzaqlaşmasını, barələrində yuxarı komandanlığa məruzə etməməsini, habelə Mehdigilin qanunsuz balıq ovlamalarına şərait yaratmasını ondan tələb etdiyini, o, da tabelikdə olan şəxs kimi hər dəfə baş leytenant Təqsirləndirilən şəxs tələbini yerinə yetirərək Mehdigilə toxunmadan, onları tutub təhvil vermədən, eləcə də ərazidən çıxarmadan yanlarından uzaqlaşıb getməklə, Mehdigilin qanunsuz balıq ovlamalarına şərait yaratdığını, o, özündən və baş leytenant Təqsirləndirilən şəxs başqa, miçman Şahid2 da Araz çayı üzərində «liman gözətçisi» kimi xidmət apararkən, 2023-cü ilin yanvar-aprel aylarında dəfələrlə Mehdi adlı şəxsin bir neçə nəfər şəxslə birlikdə Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamasını aşkar etdiyini, lakin baş leytenant Təqsirləndirilən şəxs tapşırığı ilə Mehdigilə toxunmadığını, onları tutub diviziyaya təhvil vermədiyini, habelə barələrində qanuni tədbir görmədiyini bildirdiyini, baş leytenant Təqsirləndirilən şəxs Mehdi adlı İran İslam Respublikası vətəndaşının bir neçə nəfər şəxslə birlikdə 2023-cü ilin yanvar-aprel ayları ərzində qayıqla dövlət sərhəd xəttini keçməklə Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamalarına şərait yaratması müqabilində Mehdi adlı şəxsdən hər ay 2500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 5000 (beş min) manat məbləğində pul, habelə 2 (iki) ədəd smartfon tipli mobil telefon alması barədə 2023-cü ilin aprel ayının ortalarında bildiyini, bundan sonra baş leytenant Təqsirləndirilən şəxs Mehdi adlı şəxsin əməkdaşlığa görə deyil, rüşvət verdiyinə görə Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamasına şərait yaratdığının ona məlum olduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş baş leytenant Şahid7 ifadəsində 11 aprel 2023-cü il tarixdə baş leytenant X7 İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən 5000 (beş min) manat məbləğində pul və mobil telefonlar alaraq, bunların müqabilində sonuncunun bir neçə nəfər şəxslə birlikdə 2023-cü ilin yanvar-aprel aylarında mütəmadi olaraq Araz çayı üzərində yerləşən dövlət sərhəd xəttini keçib Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamalarına şərait yaratması barədə məlumat daxil olduğunu, bu məlumat əsasında o, həmin gün diviziyasının əməliyyat-axtarış şöbəsinin rəisi, polkovnik-leytenant Şahid5 və diviziyanın əks-kəşfiyyat bölməsinin rəisi, mayor Şahid6 ilə birlikdə diviziyanın 2-ci sərhəd komendantlığının 13-cü sərhəd zastavasına getdiyini və orada baş leytenant Təqsirləndirilən şəxsla görüşdüklərini, sonra polkovnik-leytenant Şahid5 baş leytenant Təqsirləndirilən şəxsla söhbət etdiyini, söhbət zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini tam etiraf etdiyini, İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə cinayət əlaqəsinə girdiyini, sonuncunun 2023-cü ilin yanvar ayının əvvəllərindən aprel ayının əvvəllərinə kimi Araz çayının üzərində yerləşən dövlət sərhəd xəttini dəfələrlə pozub tək və ya bir neçə nəfər şəxslə birlikdə Azərbaycan Respublikasının ərazi sularında, 13-cü sərhəd zastavasının xidməti ərazisində qanunsuz balıq ovlamasına şərait yaratdığını, bunun müqabilində Mehdi adlı şəxsdən ümumilikdə 5000 (beş min) manat məbləğində pul və iki ədəd olmaqla, «Samsung A 73» və «Samsung A 53» markalı mobil telefon aldığını dediyini, baş leytenant Təqsirləndirilən şəxs Mehdi adlı şəxsdən aldığı mobil telefonları tanımadığı şəxslərə satdığını, 5000 (beş min) manat pulu isə istirahət otağında, kitelinin cibində saxladığını və həmin pulları könüllü şəkildə təqdim etmək istədiyini dediyini, bu vaxt polkovnik-leytenant Şahid5, mayor Şahid6, özünün və baş leytenant Təqsirləndirilən şəxsla birlikdə 2-ci sərhəd komendantlığının inzibati binasının 2ci mərtəbəsində yerləşən istirahət otağına getdiyini, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs otaqda olan paltar dolabında asılmış, kitelinin sol döş cibindən açıq halda, 100 manatlıq əsginazlardan ibarət, üzərlərində xüsusi əlamətləri olmayan, həqiqi pul nişanlarından fərqlənməyən topa pulu çıxarıb onları yuxarıda qeyd olunan məqsədlə Mehdi adlı şəxsdən rüşvət qismində aldığını dediyini, bu vaxt baş leytenant Təqsirləndirilən şəxs cibindən çıxardığı 5000 (beş min) manat pulu polkovnik-leytenant Şahid5 verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid28 Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” X4 tibb feldşeri vəzifəsində, gizir rütbəsində xidmət etdiyini, 2023-cü ilin aprel ayının təxminən ortalarında 2-ci sərhəd komendantlığının hərbi qulluqçuları olan zabitlərdən baş leytenant Təqsirləndirilən şəxs mühafizə qurupunun rəisi vəzifəsində xidmətdə olarkən 2022-ci ilin dekabr ayının sonlarında Araz çayının üzərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası ilə olan dövlət sərhəddi istiqamətində katerlə müşahidə apararkən İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə cinayət əlaqəsinə girərək həmin şəxsin Araz çayının üzərində sərhəd rejimini dəfələrlə pozmaqla Azərbaycan Respublikasının ərazisində qanunsuz şəkildə balıq ovlamalarına şərait yaratdığını, bunun müqabilində Mehdi adlı şəxsdən smartfon tipli telefonlar, 2023-cü ilin yanvar və fevral ayları üçün hər ay 2500 manat olmaqla ümumilikdə 5000 manat məbləğində pul aldığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” X3 2-ci sərhəd komendantlığında xidmətə başladıqdan sonra onu tanıdığını, X2 onun qohumu olduğunu, sonuncunun ailəsi ilə birlikdə İran İslam Respublikasının Poldəşt məntəqəsinin Şəhrək kəndində yaşadığını, bir neçə dəfə özü və qohumları M.C.Sadiqpurun yaşadığı ünvanda qonaq olduğunu, İran İslam Respublikasına müalicəyə gedərkən bir neçə gün ərzində M.C.Sadiqpurun və onun qardaşı Əhədgildə qaldığını, M.C.Sadiqpurun istifadəsində olan ********** mobil danışıq nömrəsi ilə özü və qohumları mütəmadi şəkildə əlaqə saxladıqlarını, 2023-cü ilin yanvar ayının ilk günlərində baş leytenant Təqsirləndirilən şəxs ondan M.C.Sadiqpurla qohumluq əlaqələrinin olub-olmadığını soruşduğunu, ona qohumluq əlaqələrinin olduğunu bildirdiyini, baş leytenant Təqsirləndirilən şəxs ondan M.C.Sadiqpurun etibarlı şəxs olub-olmadığını soruşduğunu, o, da M.C.Sadiqpurun barəsində bildiyi məlumatları baş leytenant Təqsirləndirilən şəxs dediyini, həmçinin də sonuncunun problemsiz və etibarlı insan olduğunu bildirdiyini, həmin vaxt o, baş leytenant Təqsirləndirilən şəxs ondan M.C.Sadiqpurla maraqlanmasının səbəbini bilmədiyini, 2023-cü ilin mart ayının sonlarında, gecə saatlarında o, “liman gözətçisi” naryadına təyin olunmuş baş leytenant Təqsirləndirilən şəxsla birlikdə, idarə etdiyi katerlə Araz çayının üzərində müşahidə apararkən, Təqsirləndirilən şəxs ondan kateri sərhəd xəttinə, 16 №-li sərhəd nişanına tərəf sürməsini tələb etdiyini, həmin vaxt onlar qeyd olunan əraziyə yaxınlaşdıqda, əvvəllər M.C.Sadiqpurla birlikdə Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamasının şahidi olduğu Babək adlı İran İslam Respublikası vətəndaşı qayıqla onlara tərəfə yaxınlaşıb baş leytenant Təqsirləndirilən şəxsla görüşdüyünü, görüş zamanı Babək adlı şəxs baş leytenant Təqsirləndirilən şəxs bağlı vəziyyətdə olan bir ədəd polietilen bağlama təqdim etdiyini və onu M.C.Sadiqpurun göndərdiyini bildirdiyini, baş leytenant Təqsirləndirilən şəxs bağlamanı qəbul etdikdən sonra onu geyiminin cibinə qoyduğunu və onların oradan uzaqlaşdıqlarını, o, həmin vaxt bağlamanın içərisində nə olduğunu bilmədiyini, «Naxçıvan» X3 2-ci sərhəd komendantlığının hərbi qulluqçuları, baş leytenant Təqsirləndirilən şəxs, baş leytenant Şahid1 və miçman Şahid2la birlikdə gecə saatlarında Araz çayının üzərində yerləşən dövlət sərhəd xətti boyunca müşahidəyə çıxdığını, 2022-ci ilin dekabr ayının sonlarına kimi dövlət sərhəd xəttini və sərhəd rejimini pozan İran İslam Respublikasının bütün vətəndaşlarının həmin hərbi qulluqçular tərəfindən tutularaq müvafiq qaydada diviziyaya təhvil verildiklərinin şahidi olduğunu, lakin həmin hərbi qulluqçuların M.C.Sadiqpurgili tutub diviziyaya təhvil vermədiklərinin, barələrində heç bir tədbir görmədiklərinin, əksinə onların qanunsuz hərəkətlərinə göz yumduqlarının şahidi olduğunu, həmin ərəfələrdə baş leytenant Təqsirləndirilən şəxs ona M.C.Sadiqpurla dost olduğunu, sonuncunun Azərbaycan Respublikasının ərazi sularına daxil olub qanunsuz balıq ovlamasına özünün şərait yaratdığını, bunun müqabilində M.C.Sadiqpurun sərhəd pozucuları barədə ona məlumat verdiyini bildirdiyini, o, baş leytenant Şahid1 və miçman Şahid2la birlikdə Araz çayının üzərində müşahidə apararkən, sonuncuların M.C.Sadiqpurun tək və ya həmyerliləri ilə birlikdə Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovladıqlarını aşkar etdikləri vaxt dərhal baş leytenant Təqsirləndirilən şəxs zəng edib bu barədə məruzə etdiklərinin və baş leytenant Təqsirləndirilən şəxs tapşırığına əsasən M.C.Sadiqpurgilə toxunmadıqlarının, onların qanunsuz balıq ovlamalarına şərait yaratdıqlarının şahidi olduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş vətəndaş Şahid9 ifadəsində 2020-ci ilin sentyabr ayından 2022-ci ilin may ayınadək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” X3 2-ci sərhəd komendantlığının 13-cü sərhəd zastavasında texniki qrup komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət etdiyini, baş leytenant Təqsirləndirilən şəxs da həmin müddətdə tanıdığını, o, xidmət müddətində sonuncu ilə 2-ci sərhəd komendantlığının inzibati binasında yerləşən eyni otaqda qaldığını, o, hərbi xidmətə başlamamışdan əvvəl özü tərəfindən istifadə edilməsi üçün atası Şahid10 şəxsiyyət vəsiqəsi ilə “Naxtel” mobil operatoruna məxsus ********** mobil danışıq nömrəsini aldığını, həmin nömrədən yalnız internetə qoşulmaqla istifadə etdiyini, o, hərbi xidmətə başladıqdan sonra xidmət yerində smartfon tipli mobil telefondan istifadə edilməsi qadağan olunduğundan, qeyd olunan mobil nömrəni telefondan çıxarıb istifadə etmədən özündə saxladığını, həmin ərəfədə baş leytenant Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin xidməti ərazidə yaxşı işləmədiyini, özünə “Naxtel” mobil operatorundan yeni mobil nömrə almaq istədiyini ona bildirdiyini, o, da özünə məxsus, lakin istifadə etmədiyi ********** saylı mobil danışıq nömrəsini istifadə etməsi üçün Təqsirləndirilən şəxs təklif etdiyini, sonuncu da bu təkliflə razılaşdığını və həmin nömrəni ondan alıb öz mobil telefonuna yerləşdirərək istifadə etdiyini, o, 2022-ci ilin may ayında ordu sıralarından tərxis olunduqda həmin mobil danışıq nömrəsini baş leytenant Təqsirləndirilən şəxs geri istəmədiyini, son aylara kimi həmin mobil nömrə sonuncunun istifadəsində olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10, Şahid9lə eyni məzmunda ifadə verərək, onun göstərmiş olduğu xüsusatları bir daha təsdiq etdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində hər gün hava qaraldıqdan sonra növbəli şəkildə «Naxçıvan» X3 2-ci sərhəd komendantlığının sahil mühafizə qrupunun hərbi qulluqçuları ilə birlikdə liman gözətçisi naryadına təyin olunduğunu, hərbi qulluqçularla birlikdə Araz çayının üzərində xidmətə çıxdıqlarını, liman gözətçisi naryadına təyin olunduğunu, hərbi qulluqçular balıqçıların idarə etdikləri katerlə Araz çayının üzərində, dövlət sərhədi boyunca silahlı müşahidə apardıqlarını, sahilboyu əraziyə baxış keçirdiklərini, həmin müddətdə liman gözətçisi durbinlə ərazinin müşahidəsini həyata keçirdiyini, dövlət sərhədi istiqamətində hansısa neqativ hal, həmçinin də şübhəli şəxs və ya avadanlıq gördükdə kateri həmin əraziyə sürdüklərini, idarə etdiyi katerlə liman gözətçilərini müşahidə edərkən dəfələrlə İran islam Respublikasının vətəndaşlarının Araz çayının üzərində olan dövlət sərhədini pozub Azərbaycan Respublikası ərazi sularında balıq ovladıqlarını aşkar etdiklərini, həmin şəxslərin müvafiq qaydada tutularaq diviziyaya təhvil verildiklərini, 2019-cu ilin may ayından etibarən 2-ci sərhəd komendantlığının sahil mühafizə qrupunun rəisi vəzifəsində xidmət etdiyini, 2022-ci ilin sonlarından etibarən miçman Şahid4 ilə birlikdə katerlə Araz çayında gözətçi naryadına təyin olunduğunu, 31 dekabr 2022-ci il tarixdə saat 20-21 radələrində liman gözətçisi naryadında olan, miçman Şahid4 ilə birlikdə idarə etdiyi katerlə Araz çayının üzərində, dövlət sərhəd xəttində yerləşən 16 nömrəli sərhəd nişanının yaxınlığında müşahidə apararkən, Araz çayının İran İslam Respublikasına aid hissəsində dayanmış üç nəfər kişi cinsli şəxslərdən birinin onlara tərəf səslənərək baş leytenant Təqsirləndirilən şəxs harada olduğunu soruşduğunu, Şahid4 həmin şəxsin kim olduğunu soruşduqda «Mehdidi, Təqsirləndirilən şəxs axtarıram, onunla işim var» deyə cavab verdiyini, bu zaman Şahid4 Mehdi adlı şəxsdən Təqsirləndirilən şəxsla nə işinin olduğunu soruşduğunu, onun isə «icazə verin keçib sizin ərazidə biraz balıq tutaq» dediyini, həmin vaxt Şahid4 Mehdi adlı şəxsə sərhəd xəttinə yaxınlaşmamasını, əks halda tutulacağını bildirib ərazidən uzaqlaşmalarını bildirdiyini, onlar bir qədər xidməti ərazidə müşahidə apardıqdan sonra Araz çayının sahilinə qayıtdıqlarını, həmin vaxt Şahid4 baş leytenant Təqsirləndirilən şəxs vəziyyət barədə məlumat verərək, Mehdi adlı İran İslam Respublikası vətəndaşının onu axtardığını bildirdiyini, baş leytenant Təqsirləndirilən şəxs naryadı miçman Şahid4 təhvil alıb onun idarə etdiyi katerlə Araz çayının üzərində müşahidə aparmağa başladığını, müşahidə zamanı durbinlə əraziyə nəzər yetirərkən dövlət sərhəd xəttində, 16 nömrəli sərhəd nişanının yaxınlığında bir neçə nəfər şəxsin olduğunu görüb ondan kateri həmin istiqamətə sürməsini tələb etdiyini, qeyd olunan əraziyə yaxınlaşdıqda İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsin 2 nəfər həmyerlisi ilə sərhəd xəttində, 16 nömrəli sərhəd nişanının yanında, qayığın üzərində dayandığını gördüklərini, bu zaman baş leytenant Təqsirləndirilən şəxs Mehdi adlı şəxsdən onu axtardığını soruşduğunu, Mehdinin isə xahişinin olduğunu bildirdiyini, Mehdi adlı şəxs öz qayığı ilə Araz çayının üzərində müəyyən edilmiş, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddini keçib bizim ərazi sularından balıq ovlamasına şərait yaratmasını Təqsirləndirilən şəxs xahiş etdiyini, sonuncu isə bunun qanunsuz olduğunu bildirərək onun xahişini rədd etdiyini, eləcə də bizim ərazi sularına daxil olmamasını tələb etdiyini, sonrakı vaxtlarda İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsin bizim ərazilərdən balıq tutmağını müşahidə etdiyini, Təqsirləndirilən şəxs ona icazə verdiyini, lakin Təqsirləndirilən şəxs ondan nəsə almasını və yaxud nəyin müqabilində icazə verməsini bilmədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” X3 əməliyyat-axtarış şöbəsinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 11 aprel 2023-cü il tarixdə baş leytenant X7 İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən 5000 (beş min) manat məbləğində pul və mobil telefonlar alaraq, bunların müqabilində sonuncunun bir neçə nəfər şəxslə birlikdə 2023-cü ilin yanvar-aprel aylarında dəfələrlə Araz çayı üzərində yerləşən dövlət sərhəd xəttini keçib Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamalarına şərait yaratması barədə ona əməliyyat məlumatı daxil olduğunu, daxil olmuş məlumat əsasında o, həmin gün diviziyanın əks-kəşfiyyat bölməsinin rəisi, mayor Şahid6 və diviziyanın şəxsi heyət üzrə şöbənin zabiti, baş leytenant Şahid7 ilə birlikdə diviziyanın 2-ci sərhəd komendantlığının 13-cü sərhəd zastavasına getdiyini və orada baş leytenant Təqsirləndirilən şəxsla görüşdüklərini, görüş zamanı o, daxil olmuş əməliyyat məlumatı ilə bağlı baş leytenant Təqsirləndirilən şəxsla söhbət etdiyini, söhbət zamanı sonuncu törətdiyi cinayət əməllərini tam etiraf edərək, İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə cinayət əlaqəsinə girdiyini, sonuncunun 2023-cü ilin yanvar ayının əvvəllərindən aprel ayının əvvəllərinə kimi Araz çayının üzərində yerləşən dövlət sərhəd xəttini dəfələrlə pozub tək və ya bir neçə nəfər şəxslə birlikdə Azərbaycan Respublikasının ərazi sularında, 13-cü sərhəd zastavasının xidməti ərazisində qanunsuz balıq ovlamasına şərait yaratdığını, bunun müqabilində Mehdi adlı şəxsdən ümumilikdə 5000 (beş min) manat məbləğində pul və iki ədəd olmaqla, «Samsung A 73» və «Samsung A 53» markalı mobil telefon aldığını bildirdiyini, baş leytenant Təqsirləndirilən şəxs Mehdi adlı şəxsdən aldığı mobil telefonları tanımadığı şəxslərə satdığını, 5000 (beş min) manat pulu isə istirahət otağında, kitelinin cibində saxladığını və həmin pulları könüllü şəkildə təqdim etmək istədiyini bildirdiyini, bu zaman o, mayor Şahid6, baş leytenant Şahid7 və baş leytenant Təqsirləndirilən şəxsla birlikdə sonuncunun 2-ci sərhəd komendantlığının inzibati binasının 2-ci mərtəbəsində (zirzəmi sayıldıqda 3-cü mərtəbə) yerləşən istirahət otağına getdiyini, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs otaqda olan paltar dolabında asılmış, özünə məxsus kitelin sol döş cibindən açıq halda, 100 manatlıq əsginazlardan ibarət, üzərlərində xüsusi əlamətləri olmayan, həqiqi pul nişanlarından fərqlənməyən topa pulu çıxarıb onları yuxarıda qeyd olunan məqsədlə Mehdi adlı şəxsdən rüşvət qismində aldığını bildirdiyini, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs cibindən çıxardığı pulları onun, həmçinin də orada olan şəxslərin yanında sayaraq 5000 (beş min) manat olduğunu bir daha nümayiş etdirdiyini və pulları ona təqdim etdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində 2023-cü ilin mart ayından “Naxçıvan” X4 müvafiq vəzifəyə təyin olunduğunu, təqribən keçən ilin aprel ayının 10-da göstəriş əsasında Şahid5la birlikdə 13-cü sərhəd zastavasına getdiyini, onlara 13-cü sərhəd zastavasında bir məsələni dəqiqləşdirmək lazım olduğunu dediklərini, “Naxçıvan” X3 komandirinin göstərişinə əsasən oraya getdiklərini, zastavaya gedəndən sonra xidməti otaqlara daxil olduqlarını, ondan sonra Təqsirləndirilən şəxsı otağa çağırdıqlarını, şöbə rəisi tərəfindən Təqsirləndirilən şəxs suallar verildiyini, İran vətəndaşları ilə əlaqələrinin olub-olmaması, onlar üçün Araz çayının bizə düşən hissəsində balıq tutmaları üçün şəraitin yaradılıb-yaradılmaması barədə birbaşa suallar verildiyini, Təqsirləndirilən şəxs tərəddüd etmədən suallara birbaşa cavab verdiyini, Təqsirləndirilən şəxs təxminən 3-4 ay müddətində, 2022-ci ilin dekabr ayının sonlarından bu işdə əlinin olduğunu, şərait yaratdığını dediyini, İran vətəndaşlarının ona 5 min manat pul verdiyini, həmin pulun harda olduğu soruşulduqda, qaldığı xidməti otaqda hərbi gödəkçənin içərisində olduğunu dediyini, onun Təqsirləndirilən şəxs, Şahid5 ilə birlikdə həmin otağa qalxdıqlarını, otaqda Təqsirləndirilən şəxs hərbi gödəkçənin cibindən 50 əskinaz 100 manatlıq çıxardıb onlara təqdim etdiyini, onlarında həmin pulu şöbə rəisinə təqdim etdiklərini, Təqsirləndirilən şəxs əlavə olaraq İran vətəndaşından telefon aldığını dediyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində balıqçılıqda biriqadir işlədiyini, 7-8 gündən bir gecə qaravul qalıb suya çıxdığını, Təqsirləndirilən şəxs və başqa hərbiçilərlə suya çıxdığını, suya çıxdıqlarında İran vətəndaşı olanda tutub təhvil verdiklərini başqa heç nə görmədiyini, həmin adamın Təqsirləndirilən şəxs agenti olduğun eşidib bildiyini, İran vətəndaşları ilə onun heç bir əlaqədə olmadığını göstərmişdir. Naxçıvan balıq zavodunda işlədiyi müddətdə hər gün Araz çayının Naxçıvan şəhərinin yaxınlığından keçən hissəsində yaradılmış süni göldən, tora düşən balıqları tutub balıq zavodunun anbarına təhvil verdiklərini, balıq zavodunun anbarı Araz çayının sahilində yerləşdiyini, hər gün, yalnız gündüz radələrində zavodda balıqçı kimi işləyən ümumilikdə 16 nəfər mülki şəxslər katerlə Araz çayının üzərinə keçib quraşdırılmış torlardan balıqları tutub zavodun anbarına təhvil verdiklərini, 2-ci sərhəd komendantlığının ərazisində, yəni Araz çayının üzərində, təxminən 8-9 km enində, 25-30 km uzunluğunda yaradılmış süni göldən balıq tutduqlarını, həmin gölün üzərindən Azərbaycan-İran dövlət sərhəddinin keçdiyini, gölün yarısı bizim, yarısı isə İranın nəzarətində olduğunu, sərhəd diviziyasının hərbi qulluqçuları «liman gözətçisi» naryadına çıxarkən balıq zavoduna məxsus katerlərdən istifadə etdiklərini, İran İslam Respublikasının vətəndaşları çox vaxt Araz çayının üzərində olan dövlət sərhədini pozub Azərbaycan Respublikasının ərazisinə daxil olaraq balıq zavaduna məxsus, quraşdırılmış tordan balıqları qanunsuz olaraq ovlayıb apardıqlarını, 2019-cu ilin may ayından etibarən 2-ci sərhəd komendantlığının sərhəd mühafizə qrupunun rəisi vəzifəsinə təyin olunmuş baş leytenant Təqsirləndirilən şəxs ilə, 2020-ci ilin sonlarından etibarən baş leytenant Şahid1 ilə, 2018-ci ilin sonlarından miçman Şahid2 İntiqam oğlu ilə, həmçinin də 2022-ci ilin sonlarından etibarən Şahid4 ilə birlikdə katerlə Araz çayında gözətçi naryadına təyin olunduğunu, baş leytenant Təqsirləndirilən şəxs sahil mühafizə qrupunun rəisi vəzifəsinə təyin olunandan sonra o, həmçinin də digər balıqçılar onunla, həmçinin də onun tabeliyində olan hərbi qulluqçularla Araz çayında gözətçi kimi naryada çıxarkən Təqsirləndirilən şəxs və onun tabeliyində olan digər şəxslərin çıxdıqlarını, 2022-ci ilin dekabr ayının sonlarına kimi o bir neçə dəfə Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid4lə birlikdə gecə radələrində Araz çayının üzərində gözətçi naryadına təyin olunduğu müddətdə onlar dövlət sərhədini pozan bütün İran İslam Respublikasının vətəndaşlarını müvafiq qaydada məruzə etməklə hərbi hissəyə təhvil verdiklərinin şahidi olduğunu, yalnız Mehdi adlı İran vətəndaşına toxunmadıqlarını, Mehdinin bizim əryaziyə daxil olub qanunsuz balıq ovladığını aşkar etdikləri halda ona dəymədiklərini, onun balıq ovlamasına göz yumduqlarını, ona şərait yaratdıqlarını, Mehdi adlı şəxsin Təqsirləndirilən şəxs adamı olduğunu dediklərini, 2023-cü ilin yanvar ayının əvvəllərindən etibarən bir neçə dəfə Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1la Araz çayının üzərində gecə vaxtlarında katerlə müşahidə apararkən katerdə olan Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 durbinlə ərazini müşahidə etdiklərini, onlar sərhəd pozucularını aşkar etdikdə ondan kateri həmin istiqamətə sürməyimi tələb etdiklərini, həmin sərhəd pozucularına yaxınlaşdıqda onlar həmin şəxsin Mehdi adlı İran vətəndaşı olduğunu görərək ondan kateri Mehdinin yanından uzaqlaşdırmağını, yəni Mehdiyə yaxınlaşmamağımı dediklərini, onlar Mehdinin dövlət sərhədini pozaraq bizim ərazidə balıq ovlamasına şərait yaratdıqlarını, Tural ona deyirdi ki, “bu Mehdidi, onun yanına yaxınlaşma, kateri onun yanına sürmə” dediyini, Tural durbinlə müşahidə apararkən bizim əraziyə daxil olan sərhəd pozucularını durbinlə gördüyünü, Təqsirləndirilən şəxs başqa 2023-cü ilin yanvar ayından etibarən bir neçə dəfə, gecə radələrində Şahid2la və Şahid1la katerlə Araz çayının üzərində müşahidə apararkən Mehdi adlı şəxsin dövlət sərhədini pozaraq bizim ərazidən balıq ovlamasını aşkar etdiklərini, bu barədə Təqsirləndirilən şəxs mobil telefonla məlumat verdikdə Təqsirləndirilən şəxs da onlara Mehdi adlı şəxlə işlərinin olmamasını, Mehdinin bizim ərazidən qanunsuz olaraq balıq ovlamasına şərait yaratmalarını, buna göz yummalarını tapşırdığını, sonradan Təqsirləndirilən şəxs və başqalarından Turalın Mehdi adlı şəxsdən 2500 bir və 2500 manat isə bir cəmi 5000 manat pul aldığını, Şahid1 Şahid2 isə telefon aldığını eşitdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının «Naxçıvan» X3 2-ci sərhəd komendantlığının sahil mühafizə qrupunun 2-ci sərhəd gözətçi katerinin baş mühərrikçisi vəzifəsində, miçman hərbi rütbəsində xidmət edərkən 31 dekabr 2022-ci il tarixdə saat 21:00 radələrində Naxçıvan balıq zavodunun balıqçısı Şahid8 idarə etdiyi, həmin zavoda məxsus katerlə Araz çayının üzərində liman gözətçisi kimi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının arasında olan dövlət sərhəd xəttinin yaxınlığında, Araz çayının İran İslam Respublikasına aid hissəsində üç nəfər dayandığını, onlardan birinin səslənərək baş leytenant Təqsirləndirilən şəxs harada olduğunu soruşduğunu, o, həmin şəxsin kim olduğunu soruşduqda «Mehdidi, Təqsirləndirilən şəxs axtarıram, onunla işim var» deyə cavab verdiyini, Mehdi adlı şəxsdən Təqsirləndirilən şəxsla nə işinin olduğunu soruşduğunu, onun isə «icazə verin keçib sizin ərazidə biraz balıq tutaq» dediyini, həmin vaxt o, Mehdi adlı şəxsə sərhəd xəttinə yaxınlaşmamasını, əks halda tutulacağını bildirib ərazidən uzaqlaşdığını, bir qədər xidməti ərazidə müşahidə apardıqdan sonra Araz çayının sahilinə qayıtdığını, sahilə qayıtdıqdan sonra naryadı təhvil almağa gəlmiş sahil mühafizə qrupunun rəisi, baş leytenant Təqsirləndirilən şəxs vəziyyət barədə məlumat verdiyini, Mehdi adlı İran İslam Respublikası vətəndaşının onu axtardığını bildirdiyini, 2023-cü ilin yanvar ayının əvvəllərində baş leytenant Təqsirləndirilən şəxs ondan, həmçinin də sahil mühafizə qrupunun digər hərbi qulluqçuları, baş leytenant Şahid1 və miçman Şahid2 Araz çayı üzərində liman gözətçisi kimi xidmət apararkən Mehdi adlı İran İslam Respublikasının vətəndaşının dövlət sərhədini, sərhəd rejimini pozaraq Azərbaycan Respublikasının ərazi sularına daxil olub oradan balıq ovladığını aşkar etdikdə ona toxunmamalarını, yuxarı komandanlığa məruzə etməmələrini, tutub diviziyaya təhvil verməmələrini, əksinə ona göz yummalarını, yanına yaxınlaşmamalarını, Mehdi adlı İran İslam Respublikasının vətəndaşının bizim ərazi sularında balıq ovlamasına şərait yaratmalarını tələb etdiyini, baş leytenant Təqsirləndirilən şəxs Mehdi adlı İran İslam Respublikasının vətəndaşının onun agenti olduğunu, sonuncuya şərait yaratmaqla onun vasitəsi ilə digər pozucular barədə məlumat əldə etdiyini, bu barədə yuxarı komandanlığın məlumatlı olduğunu bildirdiyini, eləcə də Mehdi adlı şəxsin xarici görünüşü barədə ona və qrupun digər hərbi qulluqçularına məlumat verdiyini, Mehdi adlı şəxsə yaxınlaşdıqda sonuncunun özünü onlara təqdim edəcəyini bildirdiyini, baş leytenant Təqsirləndirilən şəxs xarici görünüşü barədə məlumat verdiyi Mehdi adlı İran İslam Respublikasının vətəndaşı ilə rastlaşmadığını, onun bizim ərazi sularında balıq ovlamasının şahidi olmadığını bildirdiyini, baş leytenant Təqsirləndirilən şəxs bu tələbini qəbul etdiyini, Mehdi adlı İran İslam Respublikasının vətəndaşının 4 nəfərlə ərazi sularımızdan qanunsuz balıq ovladığını, 2023-cü ilin yanvar, fevral və mart aylarında hissə-hissə məzuniyyətdə olduğundan, liman gözətçisi kimi Araz çayı üzərində xidmətə az çıxdığını, həmin ərəfələrdə də Mehdi adlı şəxslə rastlaşmadığını, lakin baş leytenant Şahid1 və miçman Şahid2 2023-cü ilin yanvar-mart ayları ərzində Araz çayı üzərində liman gözətçisi kimi xidmət apararkən bir neçə dəfə Mehdi adlı şəxsin bizim ərazi sularında qanunsuz balıq ovladığını aşkar etdiklərini, hər dəfə bu barədə baş leytenant Təqsirləndirilən şəxs məlumat verdiklərini, lakin sonuncunun tələbinə əsasən Mehdi adlı şəxsə toxunmadıqlarını, 2023-cü ilin aprel ayının əvvəllərində növbəti məzuniyyətdən xidmət yerinə qayıtdıqdan sonra sahil mühafizə qrupunun digər hərbi qulluqçuları ilə birlikdə diviziyaya çağrıldığını, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs 2023-cü il ərzində İran İslam Respublikasının vətəndaşı olan Mehdi adlı şəxsin dövlət sərhədini pozaraq Azərbaycan Respublikasının ərazi sularına daxil olub oradan qanunsuz balıq ovlamasına şərait yaratması müqabilində sonuncudan hər ay 2500 manat olmaqla, ümumilikdə 5000 manat məbləğində pul, habelə həmin məqsədlə Mehdi adlı şəxsdən bir neçə ədəd smartfon tipli mobil telefon aldığını eşitdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-də balıqçı işləyən Şahid11 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək ifadəsində 2023-cü ilin təxminən mart ayının sonlarında, gecə saatlarında baş leytenant Təqsirləndirilən şəxsla birlikdə Araz çayının üzərində katerlə müşahidə apararkən, Mehdi adlı İran İslam Respublikası vətəndaşının bir neçə nəfər şəxslə birlikdə dövlət sərhəd xəttini keçib qayıqla Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovladıqlarını aşkar edərək onlara yaxınlaşdıqlarını, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs Mehdi adlı şəxslə görüşüb hal-əhval tutduğunu, sonuncu isə üzərindən bir ədəd, qutunun içərisində olmaqla, işlənməmiş “Samsung A53” markalı smartfon tipli mobil telefon çıxarıb baş leytenant Təqsirləndirilən şəxs verdiyini, bundan sonra baş leytenant Təqsirləndirilən şəxs Mehdinin və onunla birlikdə olan şəxslərin Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamalarına göz yumaraq oradan uzaqlaşdığını və sonuncuların barələrində heç bir tədbir görmədiyini göstərmişdir. Məhkəmə, Şahid2 teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsini istisna edən halları üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, Şahid2 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi məhkəmə araşdırması zamanı elan olunaraq tədqiq olundu, onun vermiş olduğu ifadəsi məhkəmə araşdırması zamanı ifadə vermiş şəxslərin ifadələri ilə uyğunluq təşkil edir, ziddiyyət təşkil etdiyi hallar müəyyən olunmadı. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olur ki, onlar CPM-nin 329-cu maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmçinin qeyd olunan Plenum qərarında şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər CPM-nin yuxarıda qeyd olunan maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması tövsiyyəsilə edilmişdir. Cinayət işinin 1-ci cildinin 01-02-ci vərəqələrinə əlavə edilmiş, cinayət işinin başlanması haqqında qərardan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs məxsus 1 ədəd “REDMİ 10C” markalı telefon və 5000 (beş min) manat qablaşdırılaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məxfi hissəsinə təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 173-176-cı vərəqələrinə əlavə edilmiş, sənədlərin məhkəmə-texniki ekspertizasının 14 avqust 2023-cü il tarixli, 3-16-16/2-5/1049/2023 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 50 ədəd C 34182294, C 57416903, C 86535891, C 76139484, A 83625416, C 67670091, B 07353972, C 12364951, D 20430322, C 27378787, C 16090923, A 39342689, C 83682399, A 05076104, A 96066149, C 14163686, C 33996832, C 47744006, C 57466306, C 45561271, C 91539478, A 65384914, A 59305608, C 74056445, A 67541071, A 53070455, A 98943700, A 52895725, C 30833794, A 64444830, C 60832984, A 68853442, C 91211528, B 13236339, A 70735474, A 66859271, A 79770268, C 57247774, D 14874342, C 88849759, A 28953659, C 95878772, A 68992421, C 81175753, C 52531756, A 40812363, A 02233051, C 23121262, C 82532147, A 37067892 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinazları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinazları ilə eynilik təşkil edir. Təqdim edilmiş pul əskizanlarının hər hansı bir fraqmenti sonradan dəyişdirilməmişdir. Cinayət işinin 3-cü cildinin 93-95-ci vərəqələrinə əlavə edilmiş, məhkəməəmtəəşünaslıq ekspertizasının 17 oktyabr 2023-cü il tarixli, 9/7152 №-li rəyindən görünür ki, 2023-cü ilin yanvar-mart ayları ərzində «Samsung A73» markalı mobil telefonun pərakəndə satış qiyməti 880 (səkkiz yüz səksən) manat, «Samsung A53» markalı mobil telefonun pərakəndə satış qiyməti isə 680 (altı yüz səksən) manat təşkil etmişdir. Cinayət işinin 1-ci cildinin 05-14-cü vərəqələrinə əlavə edilmiş, “2023-cü ilin yanvar, fevral və mart ayları ərzində sərhəd naryadı xidmətlərinin təşkili barədə Naxçıvan X3 əməliyyat növbətçisi tərəfindən aparılan qeydiyyatlardan çıxarış”dan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək mütəmadi şəkildə saat 19-dan ertəsi gün saat 08.30-dək növbəli şəkildə “liman gözətçisi” naryadına təyin olunmuşdur. Cinayət işinin 1-ci cildinin 3-cü vərəqəsinə əlavə edilmiş “Naxçıvan” X3 əməliyyataxtarış şöbəsinin rəisi, polkovnik-leytenant Şahid5 tərəfindən, həmin diviziyanın hərbi qulluqçularının iştirakı ilə tərtib olunmuş 11 aprel 2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə baş leytenant Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı X1 rüşvət qismində aldığı, diviziyanın 2-ci sərhəd komendantlığının inzibati binasında yerləşən istirahət otağında asılmış özünə məxsus kitelin sol döş cibində saxladığı 50 ədəd 100 manatlıq əskinazlardan ibarət, ümumilikdə 5000 (beş min) manat məbləğində pulu iştirakçıların yanında saxladığı yerdən çıxarıb könüllü şəkildə polkovnik-leytenant Şahid5 təqdim etmiş və həmin pulu M.C.Sadiqpurun 2023-cü il ərzində bir neçə nəfər həmyerlisi ilə birlikdə Araz çayı üzərində dövlət sərhədini keçərək Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamasına yaratdığı şəraitin müqabilində sonuncudan aldığını bildirmişdir. Cinayət işinin 2-ci cildinin 235-265-ci və 3-cü cildinin 01-37-ci vərəqələrinə əlavə edilmiş «Naxtel» mobil operatoru tərəfindən daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ********** və **********, habelə vətəndaş Şahid9 adına rəsmiləşdirilmiş (Təqsirləndirilən şəxs istifadəsində olmuş) ********** mobil danışıq nömrələri ilə İran İslam Respublikasının vətəndaşı X2 istifadəsində olmuş ********** mobil danışıq nömrəsi arasında 01 yanvar 2023-cü il tarixdən 12 may 2023-cü il tarixə kimi olan müddət ərzində mütəmadi olaraq çoxsaylı, uzun və qısa müddətli qarşılıqlı danışıqlar aparılmış, habelə qarşılıqlı mesajlar ötürüldüyü göstərilmişdir. Cinayət işinə əlavə edilmiş, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” X6 tərəfindən təqdim olunmuş 21 avqust 2023-cü il tarixli, 3-38/3-2-2151/2023 №-li arayışdan görünür ki, 2023-cü il ərzində baş leytenant Təqsirləndirilən şəxs tərəfindən xidməti vəzifələrin icrası zamanı 2 halda, yəni 13 yanvar 2023-cü il tarixdə və 25 fevral 2023-cü il tarixdə sərhəd rejim qaydalarını pozan İran İslam Respublikası vətəndaşları saxlanılaraq müvafiq qaydada təhvil verilmiş, həmin şəxslərin Mehdi adlı İran İslam Respublikası vətəndaşının verdiyi məlumatlar əsasında saxlanılmaları barədə heç bir qabaqlayıcı məlumat daxil olmadığı göstərilmişdir. Cinayət işinin 01-ci cildinin 04-cü vərəqəsinə əlavə edilmiş, əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Naxçıvan” X3 komandirinin 20 may 2019-cu il tarixli, 119 №-li əmri ilə diviziyasının 2-ci sərhəd komendantlığının sahil mühafizə qrupunun rəisi-1-ci kiçik sərhəd mühafizə katerinin komandiri vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 52-ci vərəqəsinə əlavə edilmiş, əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Naxçıvan” X3 komandirinin 08/09 may 2023-cü il tarixli, 0104 №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 44-cü və 63-cü vərəqələrinə əlavə edilmiş, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat olmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 192-ci vərəqəsinə əlavə edilmiş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs praktiki sağlam olmaqla hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 53-cü vərəqəsinə əlavə edilmiş, “Naxçıvan” X3 komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 32.3, 256.3, 32.3, 318.2 və 311.3.2-ci maddələrində nəzərdə tutulan əməllərinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də həmin maddələrdə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, həmin maddələr ilə göstərilən cinayətləri törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Beləliklə, məhkəmə tərkibi tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 32.3, 256.3, 32.3, 318.2 və 311.3.2-ci maddələrində nəzərdə tutulan cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməllərinin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 32.3, 256.3, 32.3, 318.2 və 311.3.2-ci maddələrində nəzərdə tutulan əməllərinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də həmin maddələrlə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, həmin maddələrdə göstərilən cinayətləri törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 32.3, 256.3, 32.3, 318.2 və 311.3.2-ci maddələri ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 32.3, 206.3.2-ci maddəsinin saksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, 32.3, 256.3-cü maddəsinin saksiyasında altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, 32.3, 318.2-ci maddəsinin saksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə və 311.3.2-ci maddəsinin saksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini təkrar törətməsi Azərbaycan Respublikası Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 32.3, 256.3, 32.3, 318.2 və 311.3.2-ci maddələri ilə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlər ağır cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəlini tutulduğu andan 24 iyul 2023-cü il tarixdən hesablamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 85 (səksən beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 510 (beş yüz on) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən hər bir cinayət işi üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi «Samsung A73» markalı və «Samsung A53» markalı mobil telefonları tanımadığı şəxslərə satdığından və həmin əmlakların dəyərində əmlakı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi 5000 (beş min) manat xüsusi müsadirənin predmeti olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabında saxlanılan 50 ədəd C 34182294, C 57416903, C 86535891, C 76139484, A 83625416, C 67670091, B 07353972, C 12364951, D 20430322, C 27378787, C 16090923, A 39342689, C 83682399, A 05076104, A 96066149, C 14163686, C 33996832, C 47744006, C 57466306, C 45561271, C 91539478, A 65384914, A 59305608, C 74056445, A 67541071, A 53070455, A 98943700, A 52895725, C 30833794, A 64444830, C 60832984, A 68853442, C 91211528, B 13236339, A 70735474, A 66859271, A 79770268, C 57247774, D 14874342, C 88849759, A 28953659, C 95878772, A 68992421, C 81175753, C 52531756, A 40812363, A 02233051, C 23121262, C 82532147, A 37067892 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinazları dövlət nəfinə ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda saxlanılan baş leytenant Təqsirləndirilən şəxs məxsus 1 ədəd “REDMİ 10C” markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs və ya onun etibar ediyi şəxsə verilməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspetizası tədqiqatının dəyəri 50 manat, sənədlərin texniki ekspertizası tədqiqatının dəyəri 70 manat Təqsirləndirilən şəxs tutularaq VÖEN **********, nömrəli hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Cinayət işinin materiallarının elektron variantı olan 1 (bir) ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 32.3, 256.3, 32.3, 318.2 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 32.3, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 32.3, 256.3-cü maddəsi ilə 1 (il) 6 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 32.3, 318.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (il) 6 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 9 (doqquz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 24 iyul 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi 5000 (beş min) manat xüsusi müsadirənin predmeti olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabında saxlanılan 50 ədəd C 34182294, C 57416903, C 86535891, C 76139484, A 83625416, C 67670091, B 07353972, C 12364951, D 20430322, C 27378787, C 16090923, A 39342689, C 83682399, A 05076104, A 96066149, C 14163686, C 33996832, C 47744006, C 57466306, C 45561271, C 91539478, A 65384914, A 59305608, C 74056445, A 67541071, A 53070455, A 98943700, A 52895725, C 30833794, A 64444830, C 60832984, A 68853442, C 91211528, B 13236339, A 70735474, A 66859271, A 79770268, C 57247774, D 14874342, C 88849759, A 28953659, C 95878772, A 68992421, C 81175753, C 52531756, A 40812363, A 02233051, C 23121262, C 82532147, A 37067892 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinazları Azərbaycan Respublikasının dövlət nəfinə ödənilsin. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 85 (səksən beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 510 (beş yüz on) manat miqdarında pul ödənilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspetizası tədqiqatının dəyəri 50 manat, sənədlərin texniki ekspertizası tədqiqatının dəyəri 70 manat Təqsirləndirilən şəxs tutularaq VÖEN **********, nömrəli hesab AZ34CTRE******************** hesaba ödənilsin. İş üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda saxlanılan baş leytenant Təqsirləndirilən şəxs məxsus 1 ədəd “REDMİ 10C” markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs və ya onun etibar ediyi şəxsə verilsin. Cinayət işinin materiallarının elektron variantı olan 1 (bir) ədəd “CD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlham İbrahimov Hakimlər: Səxavət Hüseynov Abil Orucəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar