Məhkəmə qərarları › İş №1-1(092)-15/2022

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-15/2022

26.04.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-15/2022 26.04.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakimlər İbrahimov İlham Sadət oğlunun (sədrliyi), Həsənov Polad Vəli oğlu, Hüseynov Səxavət Səməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Zeynalova Nuray Hikmət qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi XN, müdafiəçi, Naxşıvan şəhər Hüquq Məsləhətxanasının vəkili MüdafiəçiN və Təqsirləndirilən şəxs iştirakları ilə, X6-Tədris Mərkəzinin inzibati binasında xx xxxxx 2003-cü ildə İsmayıllı rayonunun Gideyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, İsmayıllı rayonunun Gideyli kəndində qeydiyyatda olan, barəsində 22 dekabr 202N-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N20.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Əsgər Təqsirləndirilən şəxs 20 aprel 202N-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağrılıb N №-li hərbi hissənin 4-cü tabor, N4-cü bölüyünün şəxsi heyətinin xidmət apardığı, şərti olaraq “Qurtuluş” adlanan mövqedə pulemyotçu vəzifəsində xidmət edərkən 20 dekabr 202N-ci il tarixdə, saat N2:00-dan N4:00-dək həmin postda heyət nəfəri-atıcı vəzifəsində xidmət edən əsgər X4 ilə birlikdə mövqeyin müşahidə məntəqəsində döyüş növbəsində olarkən saat N3:45 radələrində həmin gündən bir neçə gün əvvəl S.S.Hacıyevin topladığı zibilləri onun ərazisinə yaxın yerə qoyduğundan, itlərin zibilləri Təqsirləndirilən şəxs təmizlədiyi əraziyə dağıtmış, həmçinin döyüş növbəsi bitdikdən sonra yataqxanada qabları kimin yuyacağı ilə bağlı aralarında mübahisə yaranmış, S.S.Hacıyev ona nalayiq ifadə işlədib axşam qabları yumadığı halda şəxsi heyətə onu “peysər” çıxarmasını deyəcəyini bildirmiş, daha sonra S.S.Hacıyevdən əvvəlcədən satdığı siqaretin pulunu istəməsi səbəbindən sonuncu ona qarşı “qəhbəlik edirsən, oğrəşlik edirsən” nalayiq ifadələrini işlətdikdə ona “söyüş söymə, maqazin silahın üstündədir, əsəbiləşib sənə atəş açaram” demiş, S.S.Hacıyev yenidən nalayiq ifadə işlədib “vuranın da varyoxunu belə-belə edim, vurmayanın da” dedikdə mübahisə zamanı S.S.Hacıyevin onu təhqir etməsi və onun ünvanına nalayiq sözlər deməsi nəticəsində yaranmış emosional gərginlik halında əvvəlcədən üzərinə daraq birləşdirdiyi, xidməti istifadəsində olan PT N346 nömrəli, RPK-74M markalı silahın qoruyucusunu tək atəş vəziyyətinə gətirib çaxmaq çərçivəsini çəkib buraxmaqla patron yuvasına patron yeridib silahın lüləsini S.S.Hacıyevə istiqamətləndirərək öldürmək məqsədilə tətiyi sıxıb baş nahiyəsinə bir atəş açaraq ona “güllə yarasının giriş dəliyi sol almacıq, çıxış dəliyi sağ gicgah nahiyəsində olmaqla baş beyin toxumasının dağılması, baş beyinin ödemi və beyin toxumasına qansızma” ilə müşayiət olunan, dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli, sağlamlığa “Ağır zərər vurmaya” aid olan, ölümlə nəticələnmiş xəsarət yetirməklə onu qəsdən öldürmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N20.N-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N №-li hərbi hissənin 4-cü taborun N4-cü bölüyünün N-ci taqımının 2-ci manqasında pulemyotçu vəzifəsində xidmət etdiyini, bölgüyə əsasən əsgər Seymur Hacıyevlə çöl ərazinin təmizliyinə baxdıqlarını, 202N-ci ilin noyabr ayının N2-də tibb məntəqəsinə düşüb oradan qayıdarkən 2 blok siqaret gətirdiyini, bir blokunu çəkdiyini, siqareti tərgitmək istədiyindən digər blokundan qalan 8 qutu siqareti pulunu maaşda verməsi şərti ilə əsgər Seymur Hacıyevə satdığını, əsgər Seymur Hacıyevin səhlənkar, tənbəl əsgər olduğunu, işlərə kömək etmədiyini, iş görəndə natəmiz gördüyünü, bir neçə dəfə qabların yuyulması və ərazinin təmizlənməsi ilə bağlı aralarında xırda sözlü narazılıqlar olduğunu, ona işlərə kömək etməsini deyəndə tərs-tərs baxıb acı cavab verdiyini, N8 dekabr 202N-ci ildə əsgər Seymur Hacıyevin naryadda olarkən yeməkxanadan çıxan tullantıların yığıldığı vedrəni aparıb atmaq əvəzinə gətirib təmizlədiyi əraziyə qoyduğunu, itlərin aşırıb əraziyə dağıtdığını, buna görə S.Hacıyevlə arasında sözlü mübahisə olduğunu, Seymurun işlərin görülməsi zamanı işləməməsi, özünü yuxarıdan aparması, iş görməkdən yayınması, zibilləri onun ərazisinə qoymasına görə itlərin dağıdıb ərazini batırması, siqareti ona verdikdən sonra pulunu vermək istəməməsinin acığına gəldiyini, Seymur Hacıyevin əvvəllər bir neçə dəfə döyüş növbəsində yorulub yerdə oturduğu hallar olduğunu, 20 dekabr 202N-ci il tarixdə N-ci növbə üzrə S.Hacıyevlə birlikdə döyüş növbəsinə təyin edildiklərini, həmin gün səhər vaxtları qabları Seymurun yuduğunu, günorta özünün, axşam ikisinin birlikdə qabları yumalı olduqlarını, saat 08:00-dan N0:00-dək onunla döyüş növbəsində olub, növbə başa çatandan sonra MAHHXHQ əsgər Şahid7 tərəfindən dəyişdirilərək yataqxanaya gətirildiklərini, saat N2:00-dan N4:00-dək yenidən növbə vaxtı olduğundan dəyişdirici MAHHXHQ Şahid7 onları müşahidə məntəqəsinə apardığını, Seymurun müşahidə məntəqəsinin sağ tərəfində yerə oturub kürəyini divara söykədiyini, silahını özündən aralıya qoyduğunu, özünün onun qarşı tərəfində ayaqüstə dayandığını, həmin vaxt hava bir az küləkli olduğundan içəridə toz qalxdığına görə silahın içərisinə toz dolmasın deyə üzərində olan daraqlardan birini silaha birləşdirdiyini, həmin müddətdə müşahidə məntəqəsində döyüş növbəsində olarkən bir neçə gün əvvəl S.Hacıyevin topladığı zibilləri ərazisinə qoyması, həmçinin döyüş növbəsi bitdikdən sonra yataqxanada qabları kimin yuyacağı ilə bağlı aralarında mübahisə yarandığını, mübahisə zamanı Seymur Hacıyevin ona nalayiq ifadə işlədib “peysərlik eləmə, əgər qabları axşam yumasan əsgərlərə deyəcəyəm ki, Məmmədlinin üzünə “peysər” söyüşü söymüşəm” dediyini, sonra buraxılış barədə söhbət edəndə Seymurun adını buraxılışa yazdırdığını, onunla buraxılışa getməsini, bölükdən ikisi gedərsə 50 manat yol pulunu gedərkən birinin, qayıdarkən digərinin ödəməsini bildirdiyini, ona buna gücü çatmayacağını, üstündə 5 manat olduğunu, maaşı alanda taborun mağazasına olan borcunu verəcəyini, 20 manat pulu qalacağını, ona verdiyi 8 qutu siqaretin qiyməti olan 8 manat 80 qəpik pulunu verərsə, buraxılışa getməyə 30-35 manat pulu olacağını bildirdiyini, Seymurun ona “8 manat 80 qəpiyin söhbətini edirsən, “qəhbəlik edirsən, oğrəşlik edirsən” dedikdə ona söyüş söyməməsini, maqazinin silahın üstündə olduğunu, əsəbiləşib ona atəş açacağını bildirdiyini, S.Hacıyevin “vuranında var-yoxunu belə edim, vurmayanın da” dediyindən mübahisə zamanı onun təhqirlərinə və ünvanına nalayiq sözlər deməsinə görə özünü alçalmış hiss edib əsəbiləşib onu öldürmək qərarına gələrək saat N3:45 radələrində xidməti istifadəsində olan RPK-74 markalı, PT N346 nömrəli silahının qoruyucusunu açıb tək atəş vəziyyətinə gətirərək çaxmaq çərçivəsini çəkib buraxaraq patron yuvasına patron yeridib silahın lüləsini S.Hacıyevə istiqamətləndirərək onu öldürmək məqsədilə tətiyi çəkib silahdan bir dəfə atəş açmaqla onu qəsdən öldürdüyünü, tutduğu əməldən peşman olduğunu göstərmişdir. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində Seymur Hacıyevin balaca oğlu olduğunu, onun orta məktəbin 9-cu sinfində peşə məktəbinə gedərək kamera operatorluğu üzrə 2 il orta ixtisas təhsili aldığını, hərbi xidmətdən əvvəl kinq-boks idmanı ilə məşğul olduğunu, N4 iyul 202N-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırıldığını, gənc əsgər kursunu N saylı hərbi hissədə keçib N aydan sonra bölünərək N nömrəli hərbi hissəyə göndərildiyini, əvvəl hərbi hissənin özündə xidmət edib sonradan dağlıq bölgədə yerləşən “Qurtuluş” adlı posta verildiyini, postda xidmətdə olduğu müddətdə arada bir zəng etməklə əlaqə saxladıqlarını, oğlunun heç bir narazılığı və şikayəti olmadığını, sonuncu dəfə N9 dekabr 202N-ci ildə axşam saat N8 radələrində oğlunun ona zəng edib danışdığını, həmin vaxt buraxılışa gələcəyini bildirdiyini, 20 dekabr 202N-ci ildə gecə qardaşının zəng edib təcili Naxçıvana gəlməsini, Seymurun rəhmətə getdiyini dediyini, Bakı şəhərindən Naxçıvan şəhərinə gəldikdə ona Seymurun xidmət etdiyi postda güllə xəsarəti alaraq rəhmətə getməsinin bildirildiyini, oğlunu qətlə yetirən şəxsin cəzalandırılmasını xahiş etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid6 ifadəsində taqım komandiri leytenant Şahid8 postun ərazisinin təmizlənməsi üçün əsgərlər arasında bölgü apardığını, əsgərlərin müəyyən edilmiş ərazilər üzrə işlərə ayrıldıqlarını, əsgərlər Təqsirləndirilən şəxs ilə Seymur Hacıyevin çöl ərazinin təmizliyinə bölündüklərini, S.Hacıyevin tənbəl, ləng hərəkət edən, amma yaxşı əsgər olduğunu, S.Hacıyevin postda itlər olmasını bildiyi halda zibili ortaya qoyduğunu, itlərin zibili aşırıb ərazini batırdığını, həmin ərazi Təqsirləndirilən şəxs təhkim olunduğundan tökülmüş zibilləri onun təmizləmək məcburiyyətində qaldığını, 202N-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs su çiçəyi tutduğundan tibb məntəqəsinə göndərildiyini, iki həftə sonra posta qayıdanda özü ilə 2 blok siqaret gətirdiyini, posta gələndən sonra siqareti tərgidəcəyini bildirdiyini, həmin siqaretin 8 baçkasını S.Hacıyevə satdığını, sonra ona görə aralarında mübahisə yarandığını, N9 dekabr 202N-ci ildə post böyüyünün əsgər S.Hacıyevi buraxılışa yazdığını, S.Hacıyevin Təqsirləndirilən şəxs özü ilə buraxılışa aparacağını bildirdiyini, 20 dekabr 202N-ci ildə saat 06-dan 08-dək əsgər Şahid6la birlikdə döyüş növbəsində olduğunu, növbədən çıxıb gələndə S.Hacıyevin qab yumasını gördüyünü, həmin gün Təqsirləndirilən şəxs ilə S.Hacıyevin N-ci növbə üzrə saat N2:00-dan N4:00-dək döyüş növbəsinə təyin edildiklərini, saat N3:45 radələrində yataqxanada olarkən Təqsirləndirilən şəxs yataqxanaya gəlib S.Hacıyevi vurmasını bildirdiyindən xərəyi götürüb müşahidə məntəqəsinə getdiklərini, ora çatanda S.Hacıyevin müşahidə məntəqəsinin içərisində xırıldamasını, zirehli jiletini çıxaranda onun baş nahiyyəsindən qan gəldiyini gördüyünü, onu xərəkdə müşahidə məntəqəsindən çıxarıb yataqxananın qarşısına apardıqlarını, feldşer gizir Şahid9 gəlib tibbi yardım göstərməyə başladığını, onun S.Hacıyevin yarasına sarğı qoyduğunu, sonra ürəyin qapalı masajını edib suni tənəffüs verdiyini, gizir Şahid9 Seymurun vəfat etməsini dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN ifadəsində “Qurtuluş” mövqeyində xidmət etdikləri müddətdə postda yemək yeyildikdən sonra çıxan qabları N-ci növbədə döyüş növbəsinə çıxan əsgərlərin yuduqlarını, onların axşam yeməyində çıxan qabları birlikdə yuduqlarını, səhər yeməyindən sonra çıxan qabları birinin, günorta yeməyində çıxan qabları isə digərinin yuduğunu, S.Hacıyevin ləng işləyən əsgər olduğunu, qabları ləng yuduğunu, ona tapşırılan işləri gec gördüyünü, 20 dekabr 202N-ci ildə əsgərlər Təqsirləndirilən şəxs ilə Seymur Hacıyev N-ci növbədə döyüş növbətçisi olduqları üçün qabları onların yumalı olduqlarını, səhər yeməyindən sonra qabları əsgər Seymur Hacıyevin yuduğunu, onların saat 08:00-dan N0:00-dək növbədə olub postdan çıxıb gələndən sonra yataqxananın qarşısında silahlarını təmizlədiklərini, saat N2:00-dan N4:00-dək yenidən döyüş növbətçiliyinə getdiklərini, Təqsirləndirilən şəxs RPK markalı silahı ilə xidmətə çıxdığını, əsgərlər Şahid3la Şahid2 saat N4:00-dan N6:00-dək növbədə olduqlarından saat N3:45-də silah-sursatlarını götürüb əsgər Şahid4 yanında müşahidə məntəqəsinə getmək üçün yataqxanadan çıxdıqlarını, sonra əsgər Şahid4, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs yataqxanaya gəlib S.Hacıyevi silahla vurmasını dediyini, həmin vaxt Təqsirləndirilən şəxs silahının üzərində olmadığını, postda qoyub gəldiyini, xərəyi götürüb müşahidə məntəqəsinə getdiklərini, əsgər yoldaşlarının S.Hacıyevi xərəyə qoyub çölə çıxardıqlarını, onun xırıldadığını, sifətinin qan içində olduğunu, ağzından qan gəldiyini, köməkləşib onu yataqxanaya apardıqlarını, gizir Şahid9 gəlib S.Hacıyevin baş nahiyəsinə sarğı qoyduğunu, sonra S.Hacıyevin öldüyünü dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində əsgər Seymur Hacıyevlə N nömrəli hərbi hissədə eyni bölükdə gənc əsgər kursu keçdiklərini, həmin müddətdə S.Hacıyevin iş görmək istəmədiyini, sırada danışıb güldüyünü, bir şey deyəndə söyüşlə cavab verdiyini, 202N-ci ilin oktyabr ayının 6-da gənc əsgər kursunu bitirib əsgər S.Hacıyevlə birlikdə bölünərək N nömrəli hərbi hissəyə verildiklərini, sonra “Qurtuluş” postuna göndərildiklərini, S.Hacıyev iş görülməsi ilə bağlı tənbəllik etdiyini, ləng və səliqəsiz işlədiyini, S.Hacıyevin bir qədər acı dilli əsgər olduğunu, bəzən söz deyəndə acı tərzdə cavab verdiyini, Şahid7 ona dəfələrlə uşaqlarla mehriban danışmasını, dilinə görə bir gün başının bəlaya düşəcəyini dediyini, Təqsirləndirilən şəxs ilə S.Hacıyevin çöl ərazinin təmizliyinə ayrıldıqlarını, N-ci növbə üzrə xidmətə çıxanda qab naryadı olduqlarını, bir neçə dəfə ləng işlədiyinə görə qab yuyarkən Təqsirləndirilən şəxs onunla arasında narazılıq, buna görə sözlü mübahisələrinin olduğunu, 20 dekabr 202N-ci ildə N-ci növbədə döyüş növbətçiliyinə əsgərlər Seymur Hacıyev və Təqsirləndirilən şəxs təyin edildiklərindən saat N2:00-dan N4:00-dək xidmətə çıxdıqlarını, əsgər Şahid3la birlikdə 3cü növbə döyüş növbəsinə təyin olunduqlarından saat N3:45 radələrində müşahidə məntəqəsinə döyüş növbətçiliyini dəyişmək üçün yataqxananın arxasında olan pilləkənləri qalxıb gedərkən Təqsirləndirilən şəxs qaçaraq gəlib Seymuru silahla vurduğunu dediyini, buna görə post böyüyü MAHHXHQ əsgər Şahid7 məlumat verib xərək götürüb müşahidə məntəqəsinə getdiklərini, sonra S.Hacıyevi xərəkdə yataqxanaya gətirdiklərini, onun sağ qulağının üstündə xəsarət olduğunu, ağzına qan dolduğunu, xırıldadığını, sonra onun öldüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 ifadəsində hər gün xidmət etdikləri postda saat N4:00-dan saat 20:00-dək post böyüyü MAHHXHQ əsgər Şahid7 istirahət vaxtı olduğundan həmin vaxtlarda döyüş növbətçiliyini onun dəyişdiyini, əsgər Təqsirləndirilən şəxs RPK markalı silah təhkim olunduğunu, posta əsgərlər arasında iş bölgüsünə əsasən Məmmədli ilə Hacıyevin çöldəki ərazinin təmizliyinə ayrıldıqlarını, Nci növbələr gündüz ayıq növbə olduqları üçün qabları həmin növbədə olanların yuduqlarını, X7 Məmmədli eyni növbədə olan zaman aralarında qab yumağa görə narazılıqlar olduğunu, onların axşam çirklənən qabları birlikdə yuduqlarını, səhər və günorta qablarının yuyulması üstündə bir neçə dəfə aralarında narazılıqlar olduğunu, günortalar qabların çox çıxdığını, Hacıyevin ləng işləyən əsgər olduğunu, bir neçə dəfə Məmmədlinin ona Seymurun ləng iş görməsini, bütün işlərin onun üstünə qalmasını deyib narazılıq etdiyini, bir neçə dəfə Məmmədli Hacıyevə “gəl işimizi tez görək” deyəndə Hacıyevin Məmmədliyə əsəbi şəkildə baxıb nəsə deməyə çalışdığını, lakin bu hallar onlar arasında ciddi mübahisəyə çevirilmədiyini, N8 dekabr 202N-ci ildə səhər “qalx” komandasından sonra Təqsirləndirilən şəxs gəlib narazı tərzdə ona axşam qab naryadı olan əsgər Seymur Hacıyevin onun təmizlədiyi əraziyə zibil qoyduğundan dağıldığını bildirdiyini, buna görə S.Hacıyevə gedib zibilləri vedrəyə yığıb aparıb atmasını tapşırdığını, onun aparıb zibilləri atdığını, 20 dekabr 202N-ci ildə əsgərlər Təqsirləndirilən şəxs ilə Seymur Hacıyevin saat 08:00-dan N0:00-dək növbədə olduqlarını, növbədən çıxıb gələndən sonra əsgər Təqsirləndirilən şəxs silahını təmizlədiyini, növbə vaxtları çatdığı üçün onların saat N2:00-dan N4:00-dək yenidən döyüş növbətçiliyinə getdiklərini, onları müşahidə məntəqəsinə MAHHXHQ əsgər Şahid7 apardığını, saat N4:00-dan N6:00-dək növbəyə əsgər Şahid3la əsgər Şahid2 təyin olunduğundan saat N3:45-də onların silah sursatlarını götürüb onun müşayiəti ilə müşahidə məntəqəsi istiqamətinə hərəkətə başladıqlarını, yataqxananın yanında olan pilləkənləri çıxıb təxminən 40-50 metr irəlilədikdən sonra əsgər Təqsirləndirilən şəxs qaçaraq onlara tərəf gəlməsini gördüklərini, onun silahından atəş açıb Seymur Hacıyevi vurduğunu dediyini, əsgərlərin xərəyi götürüb birlikdə müşahidəyə qalxdıqlarını, müşahidə məntəqəsinə girəndə Seymur Hacıyevin yerə uzanmış vəziyyətdə xırıldamasını, olduğu yerin və paltarının qan içində olmasını gördüklərini, S.Hacıyevi qaldırıb xərəyə qoyduqlarını, S.Hacıyevin başının sağ tərəfinin, qulaqüstü nahiyyəsinin yaralandığını, onu xərəkdə yataqxananın qarşısına gətirdiklərini, hadisə nəticəsində əsgər Seymur Hacıyevin öldüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid7 ifadəsində 24 noyabr 202N-ci ildə “Qurtuluş” postuna mövqe başçısı vəzifəsinə təyin edildiyini, əsgər Təqsirləndirilən şəxs təhkim edilmiş RPK-74 markalı silahda 5,45 mm kalibrli mərmilərdən istifadə olunduğu, ərazinin təmizliyinə Təqsirləndirilən şəxs və S.Hacıyevin ayrıldıqlarını, S.Hacıyevin bir qədər tənbəl, işləməklə arası olmayan, iş deyəndə könülsüz yanaşan, acı dilli əsgər olduğunu, kimsə nəsə deyəndə acı tərzdə, kobud, minnətlə cavab verdiyini, Təqsirləndirilən şəxs bir neçə dəfə ona S.Hacıyevin gec, natəmiz işlədiyini, ərazini təmizləyəndən sonra zibili onun ərazisinə qoyduğunu, itlərin dağıdıb ərazini batırdıqlarını dediyini, S.Hacıyevi buna görə yanına çağırıb irad tutduqda onun iş görə bilmədiyini bildirib zibili əraziyə qoymasına müxtəlif bəhanələr gətirdiyini, N8 dekabr 202N-ci ildə S.Hacıyevin qab naryadı olduğundan yeməkxanada qalan artıq yemək tullantılarını, konservləri və digər tullantıları vedrəyə yığıb atmalı olduğunu, lakin onun həmin axşam tullantı yığdığı vedrəni Təqsirləndirilən şəxs təmizlədiyi əraziyə qoyduğunu, itlərin vedrəni eşələyib zibili yerə tökdüklərini, ərazi Təqsirləndirilən şəxs aid olduğundan zibilləri onun təmizlədiyini, Təqsirləndirilən şəxs bununla bağlı gəlib S.Hacıyevdən narazılıq etdiyini, S.Hacıyevi çağırıb zibilləri niyə atmamasını soruşduqda onun əli dolu olduğundan daha sonra atması üçün ora qoyduğunu, sonra yadından çıxdığını bildirdiyini, 20 dekabr 202N-ci ildə səhər şəxsi heyətin qalxıb təmizlik işləri gördüklərini, bölük mərkəzindən buraxılışa ad istəniləndə S.Hacıyevin adını verdiyini, səhər vaxtları onun qabları yuduğunu, Təqsirləndirilən şəxs ərazini təmizlədiyini, onların birlikdə saat 08-dən N0-dək döyüş növbəsində olub sonra yataqxanaya qayıtdıqlarını, saat N2-dən N4-dək yenidən növbəyə çıxmalı olduqlarından saat NN:45 radələrində silah otağına gəlib zirehli jiletlərini və dəbilqələrini geyinib daraqlarını alıb zirehli jiletə taxmaqla silah doldurubboşaltma yerində silahlarını yoxladıqlarını, onları təlimatlandırıb müşahidə məntəqəsinə apardığını, Təqsirləndirilən şəxs öz adına təhkim olunmuş RPK-74 markalı silah, içərisində 3 ədədində 45 ədəd dolu, N ədədi boş, 44-ü dolu mərmi olan ümumilikdə 4 ədəd daraq götürdüyünü, onları əsgərlər Şahid3 və Şahid2la dəyişdiyini, saat N3:45 radələrində baş atıcı əsgər Şahid4 3-cü növbədə olan əsgərlər Şahid3la Şahid2 silah-sursat verib postu dəyişməyə apardığını, bir neçə dəqiqə sonra onların və Təqsirləndirilən şəxs qaçaraq yataqxanaya gəlib Təqsirləndirilən şəxs silahından atəş açılıb S.Hacıyevə dəyməsini dediklərini, əsgərlərlə birlikdə müşahidə mövqeyinə getdiyini, Təqsirləndirilən şəxs silahsız gəldiyini, bütün daraqları üstündə olmaqla zirehli jiletinin əynində olduğunu, müşahidə məntəqəsinə çatıb təkərlərdən düzəldilmiş pilləkənlə yuxarı qalxanda sol tərəfdə, rabitə aparatının qoyulduğu yerin yanında S.Hacıyevin yarıoturaq, nisbətən yana doğru aşmış vəziyyətdə olmaqla xırıldadığını, sağ sifət nahiyyəsinin qan olduğunu gördüyünü, onu çağırdıqda cavab vermədiyini, Təqsirləndirilən şəxs silahının müşahidənin içində, digər tərəfdə olduğunu, rahat nəfəs ala bilsin deyə S.Hacıyevin əynindəki zirehli jileti çıxardıqlarını, onu xərəyə qoyub yataqxananın qarşısına gətirdiklərini, S.Hacıyevin həmin hadisə nəticəsində öldüyünü, S.Hacıyevin Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində “Qurtuluş” postunda 20 dekabr 202N-ci il tarixdə əsgər Şahid2la birlikdə döyüş növbəsinə təyin edildiklərini, həmin gün əsgərlər X7 Məmmədli eyni növbədə xidmətə təyin edildiklərindən saat N2:00-dan N4:00-dək müşahidə məntəqəsinə xidmətə çıxdıqlarını, Seymur Hacıyevin xidməti silahının AKM, Təqsirləndirilən şəxs xidməti silahının RPK markalı olduğunu, hər ikisinin 4 ədəd dolu daraq götürməklə öz silahları ilə döyüş növbəsinə çıxdıqlarını, növbə dəyişiləndən sonra Şahid2la ayıq növbədə olmaqla dəyişəkli rabitəyə baxdıqlarını, həmin gün saat N3:45-də baş atıcı Şahid4 onu və Şahid2 silah-sursat götürdükdən sonra növbəni dəyişmək üçün müşahidə məntəqəsinə aparmağa başladığını, həmin vaxt Təqsirləndirilən şəxs qaçaraq onlara tərəf gəlib silahdan atəş açaraq əsgər Seymur Hacıyevə xəsarət yetirdiyini bildirdiyini, post böyüyü Şahid7 bu barədə məlumat verib dərhal xərək götürərək müşahidə məntəqəsinə getdiklərini, Seymur Hacıyevin müşahidə məntəqəsinin içərisində, yerdə sol böyrü üstə yarıuzanaqlı vəziyyətdə, ətrafının qan olmasını, xırıldamasını gördüklərini, onun dəbilqəsinin yanında, digər bütün paltarları və qoruyucu jiletinin əynində, silahının bir az kənarda müşahidə məntəqəsinin divarına söykənmiş halda olduğunu, silahının üzərində daraq olmadığını, onun baş nahiyəsində güllə yarası olduğunu, onu xərəyə qoyaraq müşahidə məntəqəsindən çölə çıxardıb yataqxanaya apardıqlarını, Seymur Hacıyevin aldığı güllə yarasından öldüyünü, sonra Təqsirləndirilən şəxs müşahidə mövqeyində olarkən onunla aralarında yaranmış mübahisə zamanı S.Hacıyevin söyüş söyməsi səbəbindən onu öldürməsini etiraf etməsini öyrəndikərini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zabit Şahid8 ifadəsində N saylı hərbi hissənin 4-cü taborunun N4-cü bölüyündə taqım komandiri vəzifəsində xidmət etdiyini, “Qurtuluş” postunun düşmənlə üzbəüz mövqedə yerləşdiyini, post böyüyünün özü olmadığı müddətlərdə MAHHXHQ əsgər Şahid7 olduğunu, əsgərlər Seymur Hacıyev və Təqsirləndirilən şəxs həmin postda xidmət etdiklərini, postda onun tərəfindən əsgərlərin işlərə bölündüyünü, yataqxana və çöl ərazinin təmizliyinə, eləcə də qabların yuyulmasına hansı əsgərlərin baxmasını müəyyən etdiyini, əsgərlər Təqsirləndirilən şəxs ilə Seymur Hacıyevi çöl əraziyə ayırdığını, N-ci növbəyə düşən əsgərlərin gündəlik qab naryadı olmaqla qabları yuduğunu, “Günnüt” döyüş bölgəsinin postlarına taksinin 50 manata gəlibgetdiyini, taksidən istifadə edənlərin xərci özlərinin arasında bölməklə ödədiklərini, Seymur Hacıyevə AKM, Təqsirləndirilən şəxs RPK markalı silahın təhkim olunduğunu, S.Hacıyevin bir qədər ləng əsgər olduğunu, iş görəndə yavaş işlədiyini, 2N dekabr 202N-ci ildə, günorta vaxtları bölük komandiri baş leytenant Əli Mehdiyevin ona zəng edib “Qurtuluş” postunda hadisə olduğunu bildirdiyini, daha sonra döyüş növbətçiliyində olarkən aralarında yaranmış mübahisəyə görə Təqsirləndirilən şəxs silahından atəş açıb S.Hacıyevi qəsdən öldürməsini bildirməsini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid9 ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun tibb məntəqəsinin feldşeri vəzifəsində xidmət etdiyini, əsgərlər Təqsirləndirilən şəxs və Seymur Hacıyevi “Qurtuluş” postuna qalxdığı müddətlərdə görüb tanıdığını, Təqsirləndirilən şəxs 202N-ci ilin noyabr ayında su çiçəyi tutması ilə əlaqədar hərbi hissənin tibb məntəqəsinə göndərilərək orada müalicə olunduğunu, 20 dekabr 202N-ci ildə “Tatar” postunda olarkən, günorta vaxtı postun daxili rabitəsinə zəng gəldiyini, aparatı götürəndə paralel xətlə “Qurtuluş” postunda xidmət edən hansısa əsgərin telefonla kiməsə əsgərin vurulmasını, ağzından qan gəlməsini məruzə etməsini eşitdiyini, bundan sonra dərhal tibbi ləvazimatlarını götürüb piyada qaçaraq kəsə yolla “Tatar” postundan “Qurtuluş” postuna getdiyini, N5-20 dəqiqə sonra posta çatanda xəsarət alan əsgərin Seymur Hacıyev olmasını gördüyünü, onu xərəkdə balkona gətirib sağ çiyni üstə uzatdıqlarını, onun burun və ağız nahiyyələrinin kənarlarında qan olduğunu, həmçinin kitelinin ön tərəfinin qana bulaşdığını, başına sarğı qoyulduğunu, əvvəl huşunu, nəbzini və tənəffüsünü yoxladığını, fanarla göz bəbəklərinə baxdıqda göz bəbəklərinin işığa reaksiyasının olmadığını, tənəffüsünün xışıltılı, dərin və zəif, nəbzinin isə sapvari olduğunu, nəbzinin bilək nahiyyəsində güclüklə hiss olunduğunu, onun başını cuzi sola çevirib baxdıqda almacıq sümüyü nahiyyəsində xəsarət olduğunu, qulağının yuxarı və gicgah sümüyünün bir hissəsinin parçalandığını, həmin nahiyyələrdə qanaxmanın çox olduğunu gördüyünü, dərhal ona sıxıcı sarğı qoyduğunu, nəbzi və tənəffüsü zəiflədikdə ona suni tənəffüs və qapalı ürək masajı etdiyini, S.Hacıyev başından xəsarət aldığından ölümün tez baş verdiyini, sonradan Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı əsgər Seymur Hacıyevi qəsdən öldürməsini etiraf etməsini öyrəndiyini göstərmişdir. Məhkəmə, Şahid5 məhkəmə iclasına gəlməməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3N7.N-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqında elan olunaraq tədqiq edildi. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə iclasında ifadə vermiş digər şahidlərin ifadələri ilə eyni məzmunda olduğu təsdiqini tapmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin N24-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin 2-ci cildinin N58-N64-cü vərəqələrinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertin xx.xx.202N-ci il tarixli, 46 saylı rəyində X2 bədən səthi üzərində sol almacıq nahiyyəsində güllə yarasının giriş, sağ gicgah nahiyyəsində güllə yarasının çıxış dəliyi xəsarətlərinin aşkar edildiyi, S.S.Hacıyevin bədən səthində olan bu xəsarətin odlu silahla bir atəş ilə yetirilməyə xarakterik, atəşin istiqamətinin soldan sağa, dəlib keçən olduğu, xəsarətlərin həyati olub odlu silah yaralanması nəticəsində törənə biləcəyini, dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa “Ağır zərər vurmaya” aid olub ölümlə nəticələndiyi, meyitin bədən səthində bir giriş və bir çıxış dəlikləri olduğu, zərərçəkənin sağlamlığına zərərvurmanın tək-tək atəşlərlə, atəşin əlavə faktorlarının təsir etmədiyi, uzaq (N metrdən yuxarı) məsafədən yetirildiyi, odlu silah yaralanmasının RPK-74 markalı silahdan yetirilməyə uyğun gəldiyi, ölümün yaralanma yetirildikdən dərhal sonra baş verdiyi, ölümə baş beyin toxumasının dağılmasının, baş beyinin ödeminin və beyin toxumasına qansızmanın səbəb olduğu göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 97-N05-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 377-378 nömrəli rəylərində tədqiqata təqdim edilmiş bir ədəd silahın 5,45 mm kalibrli olmaqla 2005-ci ildə zavod üsulu ilə istehsal edilmiş, «ПТ N346 »seriya və nömrəli “RPK-74M” konstruksiyalı yivli avtomatik əl pulemyotu olduğu, odlu silah hesab edildiyi, silahın saz, atəş açmaq üçün yararlı olduğu, çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyinə normal hesab olunan qüvvə (N,6-N,8 kQ) sərf olunduğu, həmin silahın tətiyini çəkmədən öz-özünə atəşin açılmasının mümkün olmadığı, təqdim edilmiş bir ədəd predmetin N974-cü il nümunəli olmaqla zavod üsulu ilə istehsal edilmiş, “RPK-74”, “RPKS-74” və “RPK-74M” əl pulemyotlarında və.s silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 5,45 kalibrli patronun hissəsigilizi olduğu, təqdim edilmiş həmin gilizin «ПТ N346 » seriya və nömrəli “RPK- 74M”konstruksiyalı əl pulemyotundan atıldığı, təqdim edilmiş bir ədəd patronun 5,45 mm kalibrli, N974-cü il nümunəli olmaqla, zavod üsulu ilə istehsal edilmiş “RPK-74”, “RPKS-74” və “RPK-74M” əl pulemyotlarında və.s silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı olduğu, təqdim edilmiş bir ədəd predmetin zavod üsulu ilə istehsal edilmiş, yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilən patronun hissəsi-güllənin atəş prosesində bərk predmetlə toqquşması nəticəsində parçalanaraq deformasiyaya örtüyünün qəlpəsi olduğu, güllə örtüyünün “RPK-74”, “RPKS-74” və “RPK-74M” əl pulemyotlarında və s. silahlarda döyüş sursatı kimi istifadə edilən N974 nümunəli, 5,45 mm kalibrli patronun güllə örtüyünün qəlpəsi olmasının istisna edilmədiyi, təqdim edilmiş bir ədəd yunaoxşar hərbi papağın üzərində olan “a” zədəsinin odlu silahdan açılmış bir atəş nəticəsində yetirilməyə xarakterik çıxış zədəsi olduğu göstərilmişdir. Cinayət işinin 2-ci cildinin N72-N8N-ci vərəqələrinə əlavə edilmiş, məhkəmə-psixoloji ekspertin xx.xx.2022-ci il tarixli, 26 nömrəli rəyində Təqsirləndirilən şəxs xarakter əlamətlərinə və fərdi-psixi xüsusiyyətlərinə görə introvertə (insanın psixi fəaliyyətinin daxili aləminə yönəlməsi) yaxın, sinir sisteminin tipinə görə astagəl, şəxsi məna kəsb edən qıcıqlara və öz “Mən”inə qarşı həssas olmaqla, davranışında aqressivlik əlamətləri müşahidə olunmadığı, Təqsirləndirilən şəxs sakitliyə meyilli olmaqla özünə inamsızlıq müşahidə olunduğu, Təqsirləndirilən şəxs emosional cəhətdən labilliyi (dəyişkənliyi) fərdipsixi xüsusiyyətlərində təlqinə qapılmağa meyillik əlamətləri müşahidə olunmadığı, Təqsirləndirilən şəxs özünü təsdiq etmək, başqaları tərəfindən qəbul olunmaqdan ötrü müqaviməti dəf etməyə hazır olduğu, onu etdiyi hərəkətə görə düzgün qiymətləndirilməsinin istədiyini, onun münaqişələrdən uzaq olmağa çalışdığı, özü barədə ətrafdakılarda yaxşı təəssürat yaratmaq istədiyi, başqalarının gözündə özünü təsdiq etməyə çalışdığı, Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və hərəkətləri idarə etmək qabiliyyətinə malik olduğu, onun hadisə zamanı emosional gərginlik halında olduğu, Təqsirləndirilən şəxs emosional gərginlik halının yaranmasının hadisədən bilavasitə əvvəl aralarında yaranmış sözlü mübahisə zamanı S.Hacıyevin onu təhqir etməsi və onun ünvanına nalayiq sözlər deməsi ilə şərtləndiyi, hadisədən əvvəl davranışında aqressivlik müşahidə olunmayan, lakin şəxsi əhəmiyyət kəsb edən xarici qıcıqlara qarşı sensitiv (həssas) olan Təqsirləndirilən şəxs əsgər S.Hacıyevlə postda olduqları müddətdə “zibili təmizlədiyi əraziyə buraxması”, “qabları axşam naryadında birlikdə yumaları” və “siqaretin pulunu qaytarması” ilə bağlı sözlü mübahisələri yarandığı, S.Hacıyev ona “peysərlik eləmə”, əgər qabları axşam yumasan əsgərlərə deyəcəyəm ki, Təqsirləndirilən şəxs üzünə “peysər” demişəm deyə onu alçaldacağını bildirdiyi, bundan sonra Təqsirləndirilən şəxs əgər buraxılışa gedərlərsə ona satdığı siqaretlərin pulunu qaytarmasını dedikdə, S.Hacıyev ona qarşı “qəhbəlik edirsən, oğraşlıq edirsən” deyə alçaldıcı, nalayiq ifadələr işlətdiyi, Təqsirləndirilən şəxs ona söyüş söyəcəyi təqdirdə onu vuracağını bildirdikdə S.Hacıyev ona “vuranın da var yoxunu belə edim, vurmayanın da” deyə nalayiq ifadələr işlətdiyi, bu söyüşlərdən sonra sinir sisteminin tipinə görə asta olan, şəxsi məna kəsb edən qıcıqlara qarşı həssas, sakitliyə meyilli olmaqla, konfliktdən uzaqlaşmağa çalışan, bir qədər özünəinamsız olan əsgər Təqsirləndirilən şəxs əsgər S.Hacıyevin onun barəsində pis şaiyələr yayacağından qorxduğu, S.Hacıyevin onu təhqir etməsi və onun ünvanına nalayiq sözlər deməsindən sonra silahı atış vəziyyətinə gətirərək məlum hadisəni törətdiyi, onun cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmadığı göstərilmişdir. Cinayət işinin N-ci cildinin N52-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin 29N №-li, N6 oktyabr 202N-ci il tarixli əmrinə əsasən Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 4-cü tabor, N4-cü bölük N-ci taqım 2-ci manqada pulemyotçu vəzifəsində xidmətə təyin edilmişdir. Cinayət işinin N-ci cildinin N52-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissənin hərbi-həkim komissiyasının xx.xx.202N-ci il tarixli, 2988 №-li arayışda Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. Cinayət işinin 2-ci cildinin 44-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin N-ci cildinin N33-cü, 2-ci cildinin 72-ci vərəqələrinə əlavə edilmiş N №li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" N2 dekabr 2002-ci il tarixli, 3 №-li Plenum qərarının tövsiyyəsinə görə qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərər çəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N20.N-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N20.N-ci maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının N-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin N5-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N20.N-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayət təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında N2 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 4-cü bəndində qeyd edilirki, Azərbaycan Respublikası CM-nin N20.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin N2N-N23, N35-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-ninN20.N-ci maddəsi ilə tövsif edilməlidir. X8 2N-ci bəndinə əsasən, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərər çəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal cinayətin zərər çəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasıdır. Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayəti odlu silahdan istifadə etməklə törətməsidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin N20.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.N.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2N dekabr 202N-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 22 dekabr 202N-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 2N dekabr 202N-ci il tarixdən hesablanması qərara alınmışdır. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin N58-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə N58.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddəN58.6). Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan N №-li hərbi hissəyə məsul saxlanca verilmiş bir ədəd “ПТ N346” seriya və nömrəli, “RPK-74M” markalı, N ədəd “ЯЛ 3284” seriya və nömrəli “AKM” markalı silahlar N №-li hərbi hissənin istifadəsinə verilməli, vurucu hissəsində 3/8N rəqəmləri həkk olunmuş N ədəd patron, N ədəd 7/4 nömrəli daraq, N ədəd qoruyucu jilet, N ədəd dəbilqə N №-li hərbi hissəyə istifadəyə verilməli Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan vurucu hissəsində 3/8N rəqəmləri həkk olunmuş N ədəd giliz, N ədəd metal predmet, N ədəd hərbi papaq, N ədəd buşlat, 2 ədəd isti alt köynəyi, N ədəd şərf, N cüt əlcək, N ədəd cemper (sviter), N ədəd şalvar, N ədəd isti alt tumanı, N cüt corab və N cüt qara rəngli botinka istifadəyə yararsız olduğundan məhv edilməlidir. Cinayət işi üzrə 4 (dörd) ədəd DVD cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 35N-353.N, 353.2, 353.4, 356, 38N və 384.N-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N20.N-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, NN (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 2N dekabr 202N-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan N №-li hərbi hissəyə məsul saxlanca verilmiş bir ədəd “ПТ N346” seriya və nömrəli, “RPK-74M” markalı, N ədəd “ЯЛ 3284” seriya və nömrəli “AKM” markalı silahlar N №-li hərbi hissənin istifadəsinə verilsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan vurucu hissəsində 3/8N rəqəmləri həkk olunmuş N ədəd patron, N ədəd 7/4 nömrəli daraq, N ədəd qoruyucu jilet, N ədəd dəbilqə N №-li hərbi hissəyə istifadəyə verilsin. Həmçinin vurucu hissəsində 3/8N rəqəmləri həkk olunmuş N ədəd giliz, N ədəd metal predmet, N ədəd hərbi papaq, N ədəd buşlat, 2 ədəd isti alt köynəyi, N ədəd şərf, N cüt əlcək, N ədəd cemper (sviter), N ədəd şalvar, N ədəd isti alt tumanı, N cüt corab və N cüt qara rəngli botinka istifadəyə yararsız olduğundan məhv edilsin. Cinayət işi üzrə 4 (dörd) ədəd DVD cinayət işində saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlham İbrahimov Hakimlər Polad Həsənov Səxavət Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar