Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-15/2023 09.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik–leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5,Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14,Zərərçəkmiş şəxs15, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxx N003-cü ildə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, məhkum olunmayan, Culfa şəhəri, Nəsimi küçəsi, ev 37, mənzil N-də daimi qeydiyyatda olmaqla N №-li hərbi hissənin kəşfiyyat bölüyündə, əsgər rütbəsində xidmət etmiş, hal-hazırda xidmət müddəti başa çatmış, 30 mart N0N3-cü il tarixdən barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş, N saylı hərbi hissənin əsgər yataqxanasında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : Əsgər Təqsirləndirilən şəxs Şahbuz şəhərində yerləşən N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyündə radiotelefonçu vəzifəsində xidmət edərkən tabelik münasibətlərində olmayan əsgərlər arasında olan nüfuzundan istifadə edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» tələbini pozmaqla öz şəxsi məqsədləri üçün 1000 (min) manat məbləğində pul yığmaq məqsədilə N0NN-ci ilin oktyabr ayının ortalarında onunla birgə xidmət edən, tabelik münasibətlərində olmayan hərbi qulluqçuları yataqxanada düzərək onlara “mən tərxis olunan əsgərəm, bundan sonra mən sizdən tərxis pulları yığacam, buna görə mənə hər maaşda pul verəcəksiniz, baş istehlamçılar N manat, istehkamçılar isə 15 manat verəcək, əlavə olaraq da sizə kart nömrəsi verəcəm, əlavə pul lazım olanda evdəki pul kartıma evdən pul göndərtdirəcəksiniz” deyərək nalayiq ifadələr işlədib hədə-qorxu gəlməklə əsgər Zərərçəkmiş şəxs1 N0NN-ci ilin noyabr ayında 15 manat, N0NN-ci ilin dekabr ayında 15 manat, həmçinin həmin ay N manatını nağd olaraq, 37 manatını isə onunla sevgi münasibətlərində olan vətəndaş X3 məxsus “Kapital Bank”ın “4169 7388 4850 7178” nömrəli ödəniş kartına göndərtməklə ümumi olaraq 40 manat, 04 yanvar N0N3-cü ildə siqaret almaq adı ilə 10 manat pul tələb edib almaqla ümumilikdə ondan 80 manat pul tələb edib almış, N0N3-cü ilin yanvar ayının maaşında 15 manat verməyi tələb etdiyi halda cinayət əməlinin üstü açıldığından 15 manatı ala bilməmiş, həmin məbləğdən əlavə 16 oktyabr N0NN-ci il tarixdə ona “mən bilmirəm get hardan tapırsan tap gətir, istəyirsən pis yola düş, pulu verməsən aqibətin pis olacaq” deyərək hədə-qorxu tətbiq etməklə ondan 1N0 manat pul tələb etsə də, həmin məbləği ondan ala bilməmiş, eyni zamanda Təqsirləndirilən şəxs həmin məqsədlə əsgər Zərərçəkmiş şəxs5 N0NN-ci ilin oktyabr ayının sonlarında N manat, noyabr ayının aylıq maaşından əvvəl 10 manat, noyabr ayının maaşında N manat, noyabr ayının N0-də yuxarıda qeyd edilən bankomat kartına N0 manat göndərtməklə, N manatını isə nağd olmaqla ümumilikdə 80 manat, dekabr ayının sonlarında N0 manat və 35 manat olmaqla ümumilikdə 185 manat pul tələb edib almış, əsgər Zərərçəkmiş şəxs6 N0NN-ci ilin oktyabr ayının axırlarında N manat, noyabr ayının sonlarında N manat, dekabr ayının əvvəllərində N manatı yuxarıda qeyd edilən bankomat kartına göndərtdirib 15 manatını ona qaytarmaqla 35 manat, dekabr ayının sonlarında N manat, 100 manat isə yuxarıda qeyd edilən bankomat kartına göndərtməklə ümumilikdə 195 manat pul tələb edib almış, əsgər Zərərçəkmiş şəxsN N0NN-ci ilin oktyabr ayının sonlarında N manat, noyabr ayının ortalarında yuxarıda qeyd edilən bankomat kartına göndərtməklə N manat, noyabr ayının sonlarında N0 manat və noyabr ayının 30-da N manat, N0N3-cü ilin yanvar ayının əvvəllərində N0 manat olmaqla ümumilikdə 160 manat pul tələb edib almış, əsgər Zərərçəkmiş şəxs7 N0NN-ci ilin oktyabr ayının maaşında 15 manat, noyabr ayının maaşında 15 manat, dekabr ayının maaşında 15 manat, noyabr ayının sonlarında 15 manatını yuxarıda qeyd edilən bankomat kartına göndərtməklə, 30 manatı isə nağd olmaqla 45 manat, dekabr ayının 30-da 65 manat olmaqla ümumilikdə 155 manat pul tələb edib almış, əsgər Zərərçəkmiş şəxs3 N0NN-ci ilin oktyabr ayının sonlarında N manat, noyabr ayının əvvəllərində yuxarıda qeyd edilən bankomat kartına göndərtməklə 51 manat, noyabr ayının sonlarında N manat, dekabr ayının ayının əvvəllərində 10 manatı nağd, 31 manatı isə yuxarıda qeyd edilən bankomat kartına göndərtməklə 41 manat, dekabr ayının sonlarında N0 manat olmaqla ümumilikdə 15N manat pul tələb edib almış, əsgər Zərərçəkmiş şəxs4 N0NN-ci ilin oktyabr ayının maaşında N manat, həmin ayın sonlarında yuxarıda qeyd edilən bankomat kartına göndərtməklə N manat və N manat, noyabr ayının əvvəllərində yuxarıda qeyd edilən bankomat kartına göndərtməklə 40 manat, noyabr ayının sonlarında N manat, dekabr ayının axırlarında N0 manat olmaqla ümumilikdə 1N manat pul tələb edib almış, əsgər Zərərçəkmiş şəxs8 N0NN-ci ilin oktyabr ayının maaşında N manat, noyabr ayının maaşında 15 manat, N0N3-cü ilin yanvar ayının əvvələrində 15 manat olmaqla ümumilikdə N manat pul tələb edib almış, əsgər Zərərçəkmiş şəxs10 N0NN-ci ilin oktyabr ayının maaşında 15 manat, noyabr ayının maaşında N0 manat olmaqla ümumilikdə 35 manat pul tələb edib almış, dekabr ayının maaşında N0 manat pul tələb etsə də, sonuncu imkanı olmadığını deyib pul verməyəcəyini bildirdikdə yanvar ayının maaşında 40 manat verməsini tələb etmiş, lakin barəsində araşdırma başlandığından Təqsirləndirilən şəxs tələbi üzrə 40 manat pulu ona verə bilməmiş, əsgər Zərərçəkmiş şəxs9 N0NN-ci ilin oktyabr ayının maaşında N manat, noyabr ayının maaşında 15 manat, həmin ayın sonlarında N manat, dekabr ayının maaşında 15 manat olmaqla ümumilikdə 70 manat pul tələb edib almış, əsgər Zərərçəkmiş şəxs13 N0NN-ci ilin noyabr ayının maaşında N manat, dekabr ayının maaşında 15 manat, N0N3-cü ilin yanvar ayının əvvəllərində 15 manat olmaqla ümumilikdə N manat pul tələb edib almış, əsgər Zərərçəkmiş şəxs1N N0NN-ci ilin oktyabr ayının maaşında N manat, N0NN-ci ilin noyabr ayının maaşında 15 manat, həmin gün əlavə olaraq N manat, dekabr ayının maaşında 15 manat olmaqla ümumilikdə 70 manat pul tələb edib almış, əsgər Zərərçəkmiş şəxs11 N0NN-ci ilin noyabr ayının 19-da həmin ayın maaşında 10 manat, noyabr ayının 30-da 30 manat, dekabr ayının maaşında N0 manat olmaqla, ümumilikdə 60 manat pul tələb edib almış, əsgər Zərərçəkmiş şəxs14 N0NN-ci ilin noyabr ayının maaşında 15 manat və həmin ayın sonlarında N0 manat olmaqla ümumilikdə 35 manat pul tələb edib almış, əsgər Zərərçəkmiş şəxs15 N0NN-ci ilin dekabr ayının sonlarında 15 manat pul tələb edib almış, ümumilikdə yuxarıda qeyd olunan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından 146N manat məbləğində pul tələb edib almış, 11 yanvar N0N3-cü il tarixdə isə həmin məqsədlə əsgər Şahid1 vasitəsilə yanvar çağırışçıları olan Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 növbəti bazar gününədək, yəni 15 yanvar N0N3-cü il tarixədək 300 manat yığıb qeyd edilən ödəniş kartına göndərmələrini tələb etmiş, lakin həmin gün həmin əsgərlər bu barədə bölük komandirimə məlumat verdiklərindən həmin məbləği ala bilməmişdir. Beləliklə, əsgər Təqsirləndirilən şəxs qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq tabelik münasibətlərində olmayan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından hədə-qorxu tətbiq etməklə onlara məxsus külli miqdarda əmlak tələb edib almışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.N-ci maddəsi ilə ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyündə radiyotelefonçu vəzifəsində dağ postlarında xidmət edərkən xidmət müddətinə az qaldığından N0NN-ci ilin oktyabr ayının əvvələrindən hərbi hissənin özündə yerləşən həmin bölüyün dayaq mərkəzinə gətirdiklərini, təxminən həmin ayın ortalarında bölükdəki nüfuz üstünlüyünü, digər əsgərlərə münasibətdə fiziki cəhətdən daha güclü olmasını və xidmət müddətinin başa çatmasına az qalmasını düşünərək bölüyün digər əsgərlərini öz təsiri altına salaraq həmin əsgərlərdən təqribən 1000 manat, bir az da yuxarı pul yığmaq fikirinə düşdüyünü, həmin pulu yığmaq məqsədi ilə tərxis olunmasına az qalmış yaxın dost münasibətdə olduğu əsgər Şahid1 ilə məsləhətləşərək pul yığmaq haqqında fikirlərini ona da bildirib ondan kömək istədiyini, Şahid1 də onun fikirləri ilə razılaşıb “ mənim də xidmətdən getməyimə az qalıb mənə də bir az pul ehtiyacdır, yanvar ayına qədər həmin məbləği sənə yığaqsan, yanvar ayı da daxil olmaqla isə əsgərlərdən özümə müəyyən miqdarda pul yığacağam” dediyini, həmin məqsədlə N0NN-ci ilin oktyabr ayının təxminən ortalarında bölüyün şəxsi heyətini axşam şam yeməyindən sonra yataqxanada düzərək onlara tərxis olunmağına az qaldığını, 1000 manat pula ehtiyacı olduğunu, həmin pulu yanvar ayına qədər özünün yığacağını, yanvar ayı da daxil olmaqla əsgər Şahid1 yığacağını bildirib bu səbəbdən də onlardan hər ay üçün maaş aldıqda baş istehkamçılardan N manat, istehkamçılardan isə 15 manat tələb edəcəyini, bir də istədiyi qızın “X3 məxsus “Kapital Bank”ın “4169 7388 4850 7178” nömrəli ödəniş kartının nömrəsini onlara verərək əlavə pul ehtiyac olanda həmin karta evlərindən pul göndərməli olacaqlarını onlara bildirdiyini, lakin kartın kimə məxsus olmasını onlara demədiyini, sonra cərgədə dediklərini kiməsə deyənin var-yoxunu, ana-bacısını, namusunu söyərək, onları alçaldıcı və tərbiyəsiz sözlərlə hədəqorxu gəldiyini, məqsədinin onları qorxudaraq və tərxis olunana qədər müəyyən miqdarda pul yığmaq olduğunu, bu məqsədlə bölüyün əsgəri Zərərçəkmiş şəxs1 qorxudaraq hədə qorxu ilə N0NN-ci ilin noyabr və dekabr aylarında hər ay üçün ayrılıqda 15 manat olmaqla 30 manat pul tələb edib aldığını, N0NN-ci ilin noyabr ayının sonlarında əsgər Zərərçəkmiş şəxs1 ondan aldığı 40 manat borc pulu qaytara bilmədiyi üçün ondan 40 manat pulun əvəzinə 80 manat tələb edib aldığını, 04 yanvar N0N3-cü il tarixdə təxminən saat 16 radələrində əsgər Şahid1 ilə hərbi hissənin çayxanasının qarşısında olarkən əsgər Zərərçəkmiş şəxs1 görüb “məzuniyətdən gəlib yəqin ki, pulu olar” düşünərək siqaret almaq məqsədi ilə hər birinin ondan 10 manat aldıqlarını, ümumilikdə ondan hədə-qorxu ilə 80 manat məbləğində pul tələb edib aldığını, əsgər Zərərçəkmiş şəxs1 həmin 80 manatdan əlavə olaraq var-yox söyüşü ilə, hədə-qorxu ilə 1N0 manat pul tələb etsə də sonradan ondan həmin pulu ala bilmədiyini, əsgər Zərərçəkmiş şəxsN N0NN-ci ilin oktyabr və noyabr aylarında N0 manat olmaqla 40 manat tələb edib aldığını, noyabr ayının ortalarında ondan N manat pulu karta göndərməsini tələb etdiyini, onun da qorxudan N manat pulu nişanlısının bankomat kartına göndərtdiyini, bundan başqa, Zərərçəkmiş şəxsN məzuniyyətə getməmişdən bir gün əvvəl ondan məzuniyyətdə olarkən yenə karta N manat pul göndərməsini tələb etdiyini, onun da məzuniyyətdə olarkən N manat pulu həmin karta göndərtdiyini, bir dəfə də N0N3-cü ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxsN ondan 10 manat borca pul aldığını, sonradan ondan 10 manat əvəzinə 30 manat pul tələb etdiyini, onun da məcbur qalıb həmin pulu nişanlısının bankomat kartına atdığını, ümumilikdə ondan 160 manat pul tələb edib aldığını, əsgər Zərərçəkmiş şəxs3 da tərxis adı ilə N0 manat oktyabr ayı, N0 manat isə noyabr ayı pul aldığını, N0NN-ci ilin noyabr ayının əvvəllərində ondan əlavə N manat pul tələb etdiyini, onun da evdən valideyinləri vasitəsi ilə onun bankomat kartına 51 manat pul göndərtdiyini, N0NN-ci ilin dekabr ayının ayının əvvəllərində yenə ondan 40 manat tələb etdiyini, onun da 31 manatı kartına 10 manatı isə nağd qaydada ona verdiyini, ümumilikdə Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə 15N manat pul aldığını, əsgər Zərərçəkmiş şəxs4 N0NN-ci ilin oktyabr ayında N manat, həmçinin noyabr və dekabr ayının maaşında iki dəfə N0 manat olmaqla 40 manat pul aldığını, bir dəfə N manat, bir dəfə isə 40 manat pul kartına göndərtdirməsini tələb etdiyini, onun da qorxduğu üçün həmin məbləği evlərindən kart vasitəsi ilə göndərtdirdiyini, ümumi olaraq tərxis pulu adı ilə ondan 1N manat tələb edib aldığını, əsgər Zərərçəkmiş şəxs5 N0NN-ci ilin oktyabr ayının maaşında N manat, noyabr ayının maaşından 30 manat, dekabr ayının maaşında N manat, yenə həmin ay 35 manat, noyabr ayında 80 manat pul tələb edib aldığını, həmin 80 manatın N manatını nağdı, N0 manatını isə kartına köçürməklə, dekabr ayının maaşında isə yataqxanada N0 manat pul tələb edib aldığını, ümumi olaraq tərxis pulu adı ilə ondan 185 manat pul aldığını, əsgər Zərərçəkmiş şəxs6 da tərxis pulu yığmaq məqsədilə N0NN-ci ilin oktyabr ayının maaşında N manat, noyabr və dekabr ayının maaşlarında da hər ay üçün N0 manat olmaqla 60 manat pul tələb edib aldığını, N0NN-ci ilin dekabr ayının əvvəllərində ondan N manat pulu kartına göndərməsini tələb etdiyini, onun da evdən həmin pulu karta göndərtdiyini, həmin vaxt cibindən xərclik üçün ona 15 manat pul verdiyini, həmçinin N0NN-ci ilin dekabr ayının sonlarında yeməkxananın həyətində ondan 100 manat pul tələb etdiyini, onun da həmin pulu bir neçə gün sonra karta göndərtdiyini, cəmi ondan tərxis pulu adı ilə 195 manat pul tələb edib aldığını, əsgər Zərərçəkmiş şəxs7 N0NN-ci ilin oktyabr ayının maaşında 15 manat, noyabr və dekabr aylarının maaşında da hər dəfə 15 manat olmaqla 30 manat pul tələb edib aldığını, bir dəfə də N0NN-ci ilin noyabr ayının sonlarında ondan N manat tələb elədiyini, onun da qorxduğu üçün 30 manat çıxarıb ona verdiyini, yadında qalmayan tarixdə ondan 15 manat, dekabr ayının sonlarında isə ona hədə qorxu gələrək 65 manat əlavə olaraq tələb edib aldığını, ümumilikdə ondan 155 manat aldığını, əsgər Zərərçəkmiş şəxs8 N0NN-ci ilin oktyabr ayının maaşında N manat, noyabr ayının maaşında 15 manat, bir dəfə də N0N3-cü ilin yanvar ayının əvvələrində yenə ondan 15 manat olmaqla ümumilikdə ondan nağd şəkildə N manat pul tələb edib aldığını, əsgər Zərərçəkmiş şəxs10 tərxis pulu adı ilə N0NN-ci ilin oktyabr ayının maaşında 15 manat, noyabr ayının maaşında N0 manat olmaqla ümumilikdə nağd şəkildə 35 manat pul tələb edib aldığını, bundan başqa ondan N0 manat bir, 40 manat da bir olmaqla 60 manat tələb etsə də sonradan məlum səbəblərdən həmin pulu almağa imkanının olmadığını, əsgər Zərərçəkmiş şəxs9 tərxis pulu adı ilə oktyabr- yanvar aylarında ümumilikdə nağd şəkildə 70 manat, əsgər Zərərçəkmiş şəxs13 tərxis pulu adı ilə ümumilikdə nağd şəkildə N manat, əsgər Zərərçəkmiş şəxs1N tərxis pulu adı ilə ümumi olaraq nağd şəkildə 70 manat, əsgər Zərərçəkmiş şəxs11 tərxis pulu adı ilə 60 manat, əsgər Zərərçəkmiş şəxs14 tərxis pulu adı ilə N0NN-ci ilin noyabr ayında 35 manat, əsgər Zərərçəkmiş şəxs15 tərxis pulu adı ilə 15 manat pul tələb edib aldığını, N4 dekabr N0NN-ci il tarixdə əsgərlər ŞahidNla Zərərçəkmiş şəxs15 buraxılışa getməzdən əvvəl tərxis adı ilə əsgərlərdən zorla aldığı pullardan əsgər Zərərçəkmiş şəxs15 1N manat, ŞahidN isə 153 manat verərək onlara məzuniyyətdə olarkən pulları onlara verdiyi kart nömrəsinə köçürmələrini dediyini, səhəri gün hər iki əsgər buraxılışdan qayıtdıqdan sonra ona həmin pulları onun verdiyi karta köçürdüklərini dediklərini, ümumilikdə əsgərlərdən hədə qorxu ilə 1460 manat pul aldığını, N0NN-ci ilin oktyabr, noyabr və dekabr N0N3-cü ilin yanvar ayının əvvələrində əsgərlərdən tələb edib aldığı pulları sadəcə özü üçün yığdığını və özünün də xərclədiyini, həmin məbləğin bir qismini nağd şəkildə özünün aldığını, qalanlarını isə onun tələbi ilə nişanlısının kartına göndərdiklərini, bir müddət sonra yanvar çağırışçılarından əlavə pul tələb edib almağı düşündüyünü, buna görə də 11 yanvar N0N3-cü il tarixdə əsgər yoldaşı Şahid1 növbəti bazar gününədək əsgərlərdən kartına 300 manat pul göndərməli olduqlarını dediyini, bir neçə gün sonra bölük komandirinin onun pul yığma əməlindən məlumatı olduğundan və işin üstü açıldığından həmin 300 manat pulu ala bilmədiyini, əsgər yoldaşı Şahid1 kimlərdən nə qədər pul tələb edib aldığından xəbərinin olmadığını, özünün ümumilikdə əsgər yoldaşlarından 146N manat hədə-qorxu ilə tələb edib aldığını pulu zərərçəkmiş şəxslərə tamami ilə qaytardığını, tutduğu əməldən çox peşman olduğunu, əsgər yoldaşlarından üzr istədiyini, zərərərçəkmiş şəxslərin də onu bağışladıqlarını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 ifadəsində əsgər Təqsirləndirilən şəxs onların bölüyündə dağ postlarında xidmət etdiyini, təxminən N0NN-ci il oktyabr ayının əvvəllərində bir qrup əsgərlə birlikdə Təqsirləndirilən şəxs də xidmət müddətinin başa çatmasına az qaldığından bölüyə gətirdiklərini, onun digər əsgərlərdən fərqləndiyini, sanki bölükdə nüfuz sahibi olmaq istədiyini, hamını da öz iradəsinə tabe etdirməyə çalışdığını və demək olar ki, buna da nail olduğunu, təqribən oktyabr ayın ortalarında yadında qalmayan tarixdə, şam yeməyindən sonra saat N0 radələrində bölükdə xidmət edən əsgər Təqsirləndirilən şəxs bölükdəki əsgərləri yataqxanada düzərək tərxis olunan əsgər olduğunu, evlərinə gedərkən bir az pula, təqribən 1000 manata ehtiyacı yarandığını, bu səbəbdən də bölüyün əsgərlərinin ona pul verməli olacaqlarını deyib bölükdəki baş istehlamçıların N manat, istehkamçıların isə 15 manat verəcəklərini, əsgərlərə kiminsə adına açdırdığı kart nömrəsi verdiyini, əlavə vacib pul lazım olanda isə həmin karta pul göndərməli olduqlarını dediyini, bu söhbəti kimlərəsə deyənin var yoxunu, ana-bacısını söydüyünü və qorxutduğunu, təxminən 16 oktyabr N0NN-ci il tarixdə saat 11 radələrində yeməkxananın ərazisini təmizləyərkən əsgər Təqsirləndirilən şəxs təklikdə ona yaxınlaşaraq hədə-qorxu ilə tərbiyəsiz söyüşlərlə ondan 1N0 manat pul tələb etdiyini, əgər verməsə aqibətinin pis olacağını, ona görə bölüyə əziyyət verəcəyini, onları cərgədə saxlayacağını, özünü də pis günə qoyacağını dediyini, ona görə bölüyə əziyət veriləcəyini düşünüb məcbur qalaraq onunla razılaşdığını, N0NN-ci ilin təxminən noyabr-dekabr aylarının maaşlarından ona 15 manat pul verdiyini, N0NN-ci ilin noyabr ayının sonlarında pulu olmadığından Təqsirləndirilən şəxs dekabr ayının 10-na qədər 40 manat borc pul aldığını, lakin həmin pulu ona dediyi vaxta kimi qaytara bilmədiyindən Təqsirləndirilən şəxs onu hədələyərək ondan aldığı borc 40 manat əvəzinə 80 manat verməli olduğunu dediyini, ondan qorxduğundan məcbur olub onun dediyi ilə razılaşaraq məzuniyyətə gedən əsgər yoldaşı Şahid4 sonralar onun pulunu borc kimi qaytarmaq şərti ilə Təqsirləndirilən şəxs kartına 80 manat pul göndərməsini xahiş elədiyini, onun da məzuniyyətdə olan zaman terminal vasitəsi ilə onun adından Təqsirləndirilən şəxs onlara verdiyi bankomat kartına 77 manat göndərdiyini, qalan N manatı da hərbi hissədə nağd şəkildə ona verdiyini, bundan başqa, 04 yanvar N0N3-cü il tarixdə təxminən saat 16 radələrində məzuniyyətdən qayıtdıqdan sonra əsgərlər Təqsirləndirilən şəxslə əsgər Şahid1 ondan siqaret almaq adı ilə hədə qorxu gəlib hərəsinə 10 manat olmaqla N0 manat verdiyini, əsgər Təqsirləndirilən şəxs N0N3-cü ilin yanvar ayının maaşında ondan 15 manat pul tələb etsə də həmin pulu ona vermədiyini, digər əsgər Şahid1 də yanvar ayının maaşından N manat pul verməyini tələb etsə də sonradan işin üstü açıldığından həmin məbləği ona verə bilmədiyini, Təqsirləndirilən şəxs qorxduqları üçün heç kəsə heç nə deyə bilmədiklərini, Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə tələb edib aldığı 80 manatı ona geri qaytardığını, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxsN ifadəsində N0NN-ci ilin oktyabr ayının ortalarında hərbi hissədə axşam yeməyindən sonra yataqxanada dağ postundan bölüyə yeni gəlmiş əsgər Təqsirləndirilən şəxs bölükdə olan əsgərləri cərgəyə düzərək söyüşlə və hədə-qorxu ilə onlara, onlardan bir az çox xidmət etdiyini, tərxis olunan əsgər olduğunu, evə getməsinə az qaldığına görə pula bir az ehtiyacı olduğunu, təqribən onlardan 1000 manat pul yığmalı olduğunu deyərək oktyabr ayından başlayaraq hər bir əsgərdən tərxis pulları yığacağını, əsgərlərdən baş istehkamçıların N manat, istehkamçıların isə 15 manat verməli olacaqlarını deyib tərxis olunduqdan sonra isə əsgər Şahid1 onun ideyasını davam etdirəcəyini bildirib bu söhbəti kiməsə deyənin var-yoxunu, anasını, bacısını söyərək onları hədələdiyini, Təqsirləndirilən şəxs fiziki cəhətdən güclü olmasından qorxduqlarından bu barədə heç kəsə heç nə demədiklərini, təxminən N0NN-ci ilin oktyabr-noyabr aylarının əməkhaqlarından hər ay üçün Təqsirləndirilən şəxs N0 manat olmaqla 40 manat pul verdiyini, noyabr ayının ortalarında hərbi hissədə siqaret çəkərkən Təqsirləndirilən şəxs onun yanına gələrək hədə-qorxu, söyüş ilə ondan N manat istəyərək “verməsən başına oyun açacağam, gününü qara edəcəm, sənə görə bölüyü incidəcəm” deyərək ona kart nömrəsi verib həmin pulu onun verdiyi karta atmasını dediyini, onun da qorxusundan atası vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi kart nömrəsinə N manat atdığını, N0NN-ci ilin noyabr ayında məzuniyyətə getməmişdən bir gün əvvəl Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yenidən həmin kartın nömrəsini verib “məzuniyyətdə olanda bu karta N manat pul göndərərsən, əgər deyilənə əməl etməsən, bölüyün qarşısında səni incidəcəyəm, bölüyə botinka təmizlətdirəcəyəm” dediyini, Nağıyevdən qorxduğundan məzuniyətdən qayıtdıqdan sonra atasından aldığı N manat pulu ona verdiyini, N0N3-cü ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs 10 manat borca pul aldığını, sonradan Təqsirləndirilən şəxs ondan 10 manat əvəzinə 30 manat pul tələb etdiyini, onun da Təqsirləndirilən şəxs qorxduğundan ailəsi vasitəsi ilə onun kartına 30 manat yüklədiyini, ümumi olaraq əsgər Təqsirləndirilən şəxs ondan tərxis pulu adı ilə aldığı 160 manat pulu tələb edib aldığını, Təqsirləndirilən şəxs hədə-qorxu ilə ondan aldığı 160 manat pulu ona qaytardığını, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs3 ifadəsində N0NN-ci ilin oktyabr ayının ortalarında yataqxanada dağ postunda xidmət etmiş əsgər Təqsirləndirilən şəxs bölüyün şəxsi heyətini şam yeməyindən sonra bir cərgə düzərək qısa müddətdə tərxis olunacağını, təqribən 1000 manatdan bir az yuxarı pula ehtiyacı olduğunu, bu səbəbdən də əsgər yoldaşlarından tərxis pulları yığacağını bildirib, bölükdə olan baş istehkamçıların N manat, istehkamçıların isə 15 manat pul verməli olduqlarını, bildirərək “sizə kart nömrəsi verəcəm, siz evdən həmin karta pul göndərtdirəcəksiniz, məndən sonra isə əsgər Şahid1 pulları yığacaq, mənə qoyulan hörməti ona qoyacaqsınız” sözlərini deyib bunları başqasına deyənin var-yoxunu, anabacısını söydüyünü, həmin söhbətdən sonra istehkamçı olduğundan əməkhaqqı veriləndə oktyabr, noyabr və dekabr ayında hər ay üçün Təqsirləndirilən şəxs əməkhaqqından N0 manat pul verdiyini, bundan başqa, N0NN-ci ilin noyabr ayının əvvəllərində hərbi hissədə olan zaman əsgər Təqsirləndirilən şəxs ondan tərxis adı ilə N manat tələb etdiyini, ondan qorxduğu üçün həmin pulun 30 manatını atasından, N0 manatını isə dayısından istədiyini, onların da Nağıyevin onlara verdiyi karta 51 manat göndərdiklərini, N0NN-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs yenə ondan 40 manat tələb etdiyini, ona bir o, qədər pulunun olmadığını bildirdikdə Nağıyevin onu hədələyərək onu pis günə qoyacağını dediyini, ondan qorxduğu üçün atası vasitəsi ilə Nağıyevin bankomat kartına 31 manat göndərib nağdı isə 10 manat, ümumilikdə 41 manat ona verdiyini, ümumi olaraq əsgər Təqsirləndirilən şəxs ondan tərxis pulu adı ilə 15N manat pul tələb edib aldığını, 11 yanvar N0N3-cü ildə isə əsgər yoldaşı Zərərçəkmiş şəxs4 onun yanına gələrək “Şahid1 deyir ki, növbəti bazar gününə kimi yanvar çağırışçıları 300 manat yığıb Təqsirləndirilən şəxs kartına atacaq” dediyini, Şahid1 və Təqsirləndirilən şəxs əməllərindən bezdiklərindən 5 nəfər yanvar çağırışçısının bu barədə bölük komandirinə məruzə etdiklərini, ondan şikayətçi olduğunu, Təqsirləndirilən şəxs ondan tərxis adı ilə tələb edib aldığı 15N manatı geri qaytardığını, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs4 ifadəsində N0NN-ci ilin oktyabr ayının ortalarında yataqxanada şam yeməyindən sonra tərxis olunmasına az qalan əsgər Təqsirləndirilən şəxs əsgər Şahid1 ilə birlikdə bölüyün şəxsi heyətini düzərək tərxis olunmasına az qaldığını, pula ehtiyacı olduğundan uşaqlardan tərxis pulu yığacağını, yanvar ayında getdikdən sonra isə tərxis pulunu Şahid1 yığmalı olduğunu, baş istehkamçıların N manat, istehkamçıların isə 15 manat pul verməli olduqlarını, əlavə olaraq onlara kart nömrəsi verərək “lazım olanda sizə verdiyim karta evdən pul göndərtdirəcəksiniz, bu söhbəti başqasına deyənin isə anasını, bacısını beləbelə edim” dediyini, N0NN-ci ilin oktyabr, noyabr və dekabr aylarında aylıq əməkhaqısından hər ay üçün N0 manat olmaqla 60 manat hədə qorxu ilə pul aldığını, bundan başqa, təxminən oktyabr ayının axırlarında Təqsirləndirilən şəxs ondan tərxis pulu adı ilə N manat pul istəyib ”vaxtında həmin məbləği karta atmasan səni pis günə qoyacağam, səni məhv edəcəm” deyib onu qorxutduğundan onun da həmin gün atasına zəng edərək Nağıyevin onlara verdiyi karta N manat pul atmasını bildirdiyini, sonradan atasının da həmin karta N manat göndərildiyini dediyini, əlavə olaraq N0NN-ci ilin noyabr ayının əvvəllərində, Təqsirləndirilən şəxs yataqxananın yanında siqaret çəkilən yerdə ondan 40 manat pul tələb etdiyini, ondan qorxduğundan atasına və dayısına zəng edərək onlara həmin karta hərəsinin N0 manat pul göndərmələrini xahiş etdiyini, onların da ayrı ayrılıqda N0 manat olmaqla həmin karta cəmi 40 manat göndərdiklərini, ümumi olaraq əsgər Təqsirləndirilən şəxs ondan tərxis pulu adı ilə 1N manat tələb edib aldığını, Təqsirləndirilən şəxs ondan zor gücünə tələb edib aldığı 1N manatı ona geri qaytardığından onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs5 ifadəsində N0NN-ci ilin oktyabr ayının ortalarında saat N0 radələrində şam yeməyindən sonra əsgər Təqsirləndirilən şəxs əsgər Şahid1 ilə birlikdə yataqxanada bölüyün şəxsi heyətini düzüb onlara hədə qorxu gələrək oktyabr ayı da daxil olmaqla tərxis olunacağından 1000 manatdan bir az yuxarı pula ehtiyacı olduğunu, ona görə də onlardan pul yığacağını, əlavə də kart nömrəsi verərək müəyyən vaxtlarda lazım olduqda həmin karta pul atmalı olduqlarını deyib onları qorxudaraq bu barədə kimlərəsə deyənin də anabacını söydüyünü, N0NN-ci ilin oktyabr ayının maaşını aldıqdan sonra Təqsirləndirilən şəxs hədə qorxusundan qorxaraq ona N0 manat verdiyini, noyabr ayının əvvəllərində saat 15 radələrində əsgər Təqsirləndirilən şəxs yataqxanada olarkən onu kənara çəkərək ondan 80 manat pul istədiyini, onun da həmin pulu verə bilməyəcəyini dedikdə, Təqsirləndirilən şəxs ona “səni səndən sonra gələn prizivlərin qarşısında sındıracam, səni pis günə qoyaram” dediyini, onun dediyini edəcəyindən qorxduğundan məzuniyyətdə olarkən onun verdiyi kartına N manat, N manatı isə hərbi hissədə nağd qaydada ona verdiyini, eyni qaydada noyabr ayının sonlarında həmin ayın maaşından əsgər Təqsirləndirilən şəxs yataqxanada təklikdə N manat, noyabr ayının maaşından bir neçə gün əvvəl isə 10 manat pul verdiyini, dekabr ayının maaşından da ona N0 manat pul verdiyini, dekabr ayının sonlarında hərbi hissədə olan zaman əsgər Təqsirləndirilən şəxs ondan 35 manat tələb edib aldığını, ümumi olaraq əsgər Təqsirləndirilən şəxs ondan 185 manat tələb edib aldığını, 11 yanvar N0N3-cü ildə əsgər yoldaşları ilə məsləhətləşib yuxarı komandanlığa bu barədə məlumat verdiklərini, Təqsirləndirilən şəxs hədə qorxu ilə ondan aldığı 185 manatı onun geri qaytardığını, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində N0NN-ci ilin oktyabr ayının ortalarında hərbi hissədə olarkən əsgər Təqsirləndirilən şəxs əsgər Şahid1 ilə birlikdə şam yeməyindən sonra yataqxanada bölüyün şəxsi heyətini düzərək tərxis olunacağını bildirib 1000 manatdan bir az yuxarı pula ehtiyacı olduğunu deyib onlardan hədə-qorxu ilə pul tələb edərək baş istehkamçıların N manat, istehkamçıların isə 15 manat pul verməli olduqlarını, əlavə olaraq onlara kart nömrəsi verib həmin karta da müəyyən vaxtlalarda pul göndərməli olduqlarını dediyini, onları var yox söyüşləri ilə hədələdiyini, onun hədələrindən qorxduğundan oktyabr, noyabr və dekabr ayının əməkhaqqından ona hər ay üçün N0 manat pul verdiyini, N0NN-ci ilin dekabr ayının əvvəllərində hərbi hissədə Təqsirləndirilən şəxs ondan N manat əlavə pul tələb etdiyini, buna görə də atasına zəng edərək Təqsirləndirilən şəxs bankomat kartına N manat pul göndərməsini xahiş etdiyini, təxminən N-3 gün sonra atasının da həmin pulu Təqsirləndirilən şəxs kartına N manat göndərdiyini, Təqsirləndirilən şəxs həmin puldan 15 manat çıxarıb xərclik üçün ona qaytardığını, dekabr ayının sonlarında saat 14 radələrində yenə yeməkxananın həyətində təmizlik işləri görərkən əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşıb hədə-qorxu gələrək, söyüş söyərək ondan 100 manat pul istədiyini, onun da ailələrinin maddi imkanı aşağı olduğundan həmin 100 manat pulu əsgər yoldaşı Şahid3 borc kimi sonrada qaytarmaq adı ilə istədiyini, təxminən bir ay sonra Şahid3 də sonradan qaytarmaq şərti ilə həmin pulu Təqsirləndirilən şəxs kartına göndərdiyini, ümumi olaraq əsgər Təqsirləndirilən şəxs hədə-qorxu ilə ondan 195 manat pul tələb edib aldığını, 11 yanvar N0N3-cü ildə artıq onun əməllərindən bezərək yuxarı komandanlığa bu barədə məlumat verdiklərini, Təqsirləndirilən şəxs hədə-qorxu ilə ondan aldığı 195 manat pulu geri qaytardığını, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs7 ifadəsində N0NN-ci ilin oktyabr ayının ortalarında dağ bölüyündən yeni gəlmiş əsgər Təqsirləndirilən şəxs yataqxanada bölüyün şəxsi heyətini düzüb onlara hədə qorxu gələrək tərxis olunma vaxtına az qaldığını, evə gedərkən 1000 manat pula ehtiyacı olacağını, onlardan müəyyən miqdar pul yığacağını, könüllü verməyənləri isə pis günə qoyacağını dediyini, əlavə olaraq onlara kart nömrəsi verib, lazım olanda həmin karta da pul göndərməli olacaqlarını bildirərək bunları kiməsə deyənin ana-bacını söydüyünü, təxminən oktyabr, noyabr və dekabr aylarının əməkhaqqından maaşlar paylanarkən əsgər Təqsirləndirilən şəxs ona zor tətbiq edərək hər ay üçün 15 manat olmaqla cəmi 45 manat pul tələb edib aldığını, bundan əlavə noyabr ayının sonlarında əsgər Təqsirləndirilən şəxs tərxis pulu adı ilə ondan N manat tələb elədiyini, həmin vaxt özündə olduğundan ona 30 manatı nağd şəkildə verib 15 manatı isə dostu vasitəsi ilə sonradan qaytarmaq şərti ilə Təqsirləndirilən şəxs kartına 15 manat pul da göndərdiyini, N0NN-ci ilin dekabr ayının təxminən N0-də əsgər Təqsirləndirilən şəxs onu hədələyərək “ mənə bu ayın axırınadək 65 manat verməlisən, verməsən səni uşaqlar arasında sındıracağam” dediyini, qorxduğundan əsgərlər Zərərçəkmiş şəxs4 10 manat, Zərərçəkmiş şəxs5 N5 manat, Zərərçəkmiş şəxs6 isə 15 manat borc pul alaraq üzərində olan 15 manatı da həmin pulun üstünə qoyub 65 manat pulu dekabr ayında Təqsirləndirilən şəxs verdiyini, ümumi olaraq Təqsirləndirilən şəxs ondan 155 manat pul tələb edib aldığını, 11 yanvar N0N3-cü ildə onların əməllərindən bezdiklərinə görə bölük komandirinə bildirdiklərini, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə tələb edib aldığı 155 manatı geri özünə qaytardığını, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs8 ifadəsində N0NN-ci lin oktyabr ayının ortalarında, şam yeməyindən sonra əsgər Təqsirləndirilən şəxs bölüyün əsgərlərini yataqxanada düzüb bölükdə olan nüfuzundan istifadə edərək tərxis olunan əsgər olduğunu, tərxis olunub evlərinə gedərkən cibində pulu olsun deyə tərxis olunana qədər növbəti aylar üçün pul yığacağını dediyini, pul yığma məsələsini isə kiməsə deyənin ana-bacını söydüyünü və hədə-qorxu gəldiyini, ona bu işdə kömək edən isə əsgər yoldaşları S.İsgəndərli olduğunu, onların dediyinə görə bölükdə xidmət edən baş istehkamçıların N manat, istehkamçıların isə 15 manat verməli olacaqlarını, əlavə pul lazım olanda isə onlara kart nömrəsi verib pulları həmin karta atmalı olduqlarını dediklərini, ondan ciddi şəkildə qorxduğundan əsgər Təqsirləndirilən şəxs N0NN-ci ilin oktyabr ayının maaşından N manat, noyabr ayının maaşından 15 manat, həmçinin N0N3-cü ilin yanvar ayının əvvələrində yataqxanada ona 15 manat verdiyini, ümumi olaraq əsgər Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə N manat pul tələb edib aldığını, əsgər Təqsirləndirilən şəxs ondan aldığı N manatı geri qaytardığını, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs9 ifadəsində N0NN-ci ilin oktyabr ayının ortalarında axşam yeməyindən sonra əsgərlər Təqsirləndirilən şəxslə Şahid1 bölüyün şəxsi heyətini düzərək tərxis adı ilə onlardan 1000 manatdan pul yığacaqlarını, bunu da kimlərəsə deyənin var-yoxunu, ana bacısını söydüklərini, onun zoraki hərəkətlərindən qorxduğundan oktyabr ayının sonlarında həmin ayın maaşları veriləndə Təqsirləndirilən şəxs N manat, noyabr ayının maaşı veriləndə 15, dekabr ayında yenə ona 15 manat verdiyini, bundan əlavə noyabr ayının sonlarında yataqxanada yenə ona N0 manat olmaqla cəmi 70 manat verdiyini, həmin pulu Təqsirləndirilən şəxs ona qaytardığını, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs10 ifadəsində N0NN-ci ilin oktyabr ayının ortalarında əsgər Təqsirləndirilən şəxs bölüyün şəxsi heyətini yataqxanada düzərək hədə-qorxu ilə, söyüşlə tərxis olunan əsgər olduğunu tərxis olunub evlərinə gedərkən 1000 manatdan artıq pula ehtiyacının olduğunu deyib əməkhaqqlarını alarkən bölüyün əsgərlərindən pul yığacağını dediyini, onun bölükdə olan nüfuzundan və hədə-qorxusundan, söyüşündən qorxaraq N0NN-ci ilin oktyabr ayının maaşından 15 manat, noyabr ayının maaşından N0 manat verdiyini, dekabr ayının maaşından yenə ondan N0 manat pul tələb etdiyi zaman həmin vaxt ona imkanının olmadığını, daha ona pul verməyəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs isə ona yanvar ayının maaşında 40 manat verəcəyini desə də həmin pulu ona vermədiyini, Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə aldığı 35 manatı geri qaytardığını, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs11 ifadəsində N0NN-ci ilin oktyabr ayının ortalarında, şam yeməyindən sonra Təqsirləndirilən şəxs bölüyün şəxsi heyətini yataqxanada düzərək tərxis olunan əsgər olduğunu, 1000 manat pula ehtiyacı olduğunu, maaşlarından hər ay ona pul verməlı olacaqlarını deyib onlara hədə qorxu gəldiyini, bunu kiməsə də deyənin ana-bacısını, var yoxunu söydüyünü, ondan qorxduğundan bölüyün digər əsgərləri kimi Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda müxtəlif rəqəmlər olmaqla cəmi 60 manat pul verdiyini, Təqsirləndirilən şəxs hədə-qorxu ilə aldığı həmin 60 manat pulu ona qaytardığından onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1N ifadəsində N0NN-ci ilin oktyabr ayının ortalarında tərxis olunmasına az qalan əsgər Təqsirləndirilən şəxs bölüyün şəxsi heyətini düzərək tərxis olunan əsgər olduğunu, bu səbəbdən də əsgərlərdən 1000 manat pul yığacağını dediyini, əgər bunlar da kiməsə deyənin də var yoxunu, ana-bacısını söydüyünü, təqribən oktyabr ayının ortalarında maaşları veriləndən bir neçə gün sonra Təqsirləndirilən şəxs N0 manat pul, N0NN-ci ilin noyabr ayının maaşından 15 manat pul, dekabr ayının maaşından 15 manat verdiyini, əlavə olaraq yenə ona N0 manat pul verdiyini, dekabr ayının maaşından da yenə ona 15 manat pul verdiyini, Təqsirləndirilən şəxs ondan aldığı 70 manat pulu özünə qaytardığından onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs13 ifadəsində Təqsirləndirilən şəxs onların bölüyündə xidmət etdiyini, onun tərxis olunmasına az qaldığını, təqribən oktyabr ayının ortalarında, yataqxanada Təqsirləndirilən şəxs onları cərgəyə düzərək tərxis adı ilə onları hədələyərək söyüşlə pul tələb etdiyindən ondan qorxaraq həm də onun söydüyü tərbiyəsiz söyüşləri üstünə götürmək istəmədiyindən noyabr ayının maaşından əsgər Təqsirləndirilən şəxs N manat, dekabr ayının maaşlndan 15 manat pul verdiyini, təxminən N0N3-cü ilin yanvar ayının əvvəllərində saat N radələrində hərbi hissənin yeməkxanasının ərazisində təmizlik işləri görərkən əsgər Təqsirləndirilən şəxs ondan 15 manat pul da əlavə olaraq tələb edib aldığını, Təqsirləndirilən şəxs ondan aldığı N manat pulu geri qaytardığından ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs14 digər zərərçəkmiş şəxslərin ifadələrinə uyğun ifadə verərək ifadəsində tərxis olunma ərəfəsində olan əsgər yoldaşı Təqsirləndirilən şəxs hədə-qorxu ilə söyüşlə müxtəlif vaxtlarda ondan 35 manat pul tələb edib aldığını, məhkəmə istintaqında Təqsirləndirilən şəxs həmən pulu özünə qaytardığından ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs15 ifadəsində təxminən dekabr ayında hospitaldan gəldikdən sonra əsgər yoldaşlarından əsgər Təqsirləndirilən şəxsln tərxis adı ilə var-yox, ana-bacı söyüşü söyüb onları hədələyərək onlardan müəyyən miqdarda pul tələb edib aldığını, əlavə onlara kart nömrəsi verərək həmin karta valideyinlərindən pul göndərtməli olduqlarını da dediyini, dekabr ayının sonlarında əsgər Təqsirləndirilən şəxs hədə-qorxu ilə ondan 15 manat pul tələb edib aldığını, bundan başqa dekabr ayında Təqsirləndirilən şəxs onu yanına çağıraraq “çavuş Rəşad Baxşəliyevə borc pul lazımdır, sən də köməklik elə” dediyini, həmin vaxt ona 15 manat borc kimi pul verdiyini, lakin onun həmin pulu sonradan ona qaytarmadığını, dekabr ayında əsgər ŞahidNla buraxılışa gedən zaman səhər saatlarında, əsgər Təqsirləndirilən şəxs ona 1N manat pul və kart nömrəsi, ŞahidN isə 153 manat pul verib, həmin pulları onun verdiyi karta köçürmələrini bildirdiyini, həmin gün axşam saatlarında şəhərdə olarkən, əsgər ŞahidNla zəngləşib görüşərək həmin 1N manat pulu ona verib Təqsirləndirilən şəxs ona verdiyi karta atmasını xahiş etdiyini, onun da sonradan zəng edərək 1N manat pulu həmin karta atdığını dediyini, təqsirləndirilən şəxsin ondan hədə-qorxu ilə aldığı pulu ödədiyini, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində Təqsirləndirilən şəxsla mühəndis-istehkam bölüyündə bir yerdə xidmət etdiklərini, hər ikisinin də eyni cağrışçı olduqlarını, Nərimanın bölükdə fiziki cəhətdən nüfuz üstünlüyü olduğunu, bölükdə özünü böyük kimi apardığından, həmişə bu nüfuzundan istifadə etdiyini, bölüyün əsagərlərinin də onun bu nüfuzunu nəzərə alıb ondan həmişə aralı gəzdiklərini, ondan qorxduqlarını, N0NN-ci ilin təxminən oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs ona tərxis olunana qədər bölükdən 1000 manat pul yığmaq fikirinə düşdüyünü dediyini, onun da Təqsirləndirilən şəxs fikirinə şərik olaraq “yanvar ayına qədər sən pul yığ, yanvar ayının maaşında isə mən özümə yığaram” dediyini, həmin söhbətdən bir neçə gün sonra Təqsirləndirilən şəxslə bölüyün şəxsi heyətini yataqxanada düzərək məqsədlərini onlara bildirib maaş veriləndə istehkamçıların ona 15 manat, baş istehkamçılar isə N0 manat pul verməli olduqlarını, onlara əlavə kart nömrəsi verərək, başqa vaxt pul lazım olanda həmin karta da evlərindən pul göndərməli olduqlarını dediklərini, bu söhbəti kiməsə deyənin isə var-yoxunu söydüklərini, həmin söhbətdən sonra şəxsi heyətin əksəriyyətindən oktyabr, noyabr və dekabr ayının maaşları verilərkən Təqsirləndirilən şəxs üçün müəyyən miqdarda pul yığdıqlarını, lakin ona verilən ümumi pulun miqdarını bilmədiyini, bundan başqa Təqsirləndirilən şəxs bölüyün bir çox əsgərindən maaşdan əlavə, müəyyən məbləğlərdə pul da tələb edib yığdığını, eyni zamanda əsgərlərin bəzilərindən özünə məxsus olan bankomat kartına pul göndərmələrini tələb etdiyini, onların da Təqsirləndirilən şəxs göstərişinə əməl edərək onun verdiyi kart nömrəsinə evlərindən valideyinləri vasitəsi ilə müəyyən miqdarda pul göndərdiklərini sonradan bildiyini, bir dəfə də əsgər Təqsirləndirilən şəxs yataqxanada ona “əsgər Zərərçəkmiş şəxs1 1N0 manat pul tələb etmişəm, həmin pulun əməkhaqqına aidiyyəti yoxdur, onu əlavə olaraq verəcək, istəyirəm ki, tərxis pulunu tez yığım” dediyini, lakin eşitdiyinə görə sonradan həmən pulu ondan ala bilmədiyini, özünün də yanvar ayında əsgər yoldaşlarından müəyyən miqdarda pul yığacağını fikirləşdini lakin bu məsələlərin üstü açıdığından pul yığa bilmədiyini, özünün də müəyyən vaxtlarda Təqsirləndirilən şəxs bölükdə olan nüfuzundan istifadə edərək az miqdarda müəyyən əsgərlərdən pul yığdığını, buna görə də 60 gün müddətinə inzibati qaydada həbslə cəzalandığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN ifadəsində N4 dekabr N0NN-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs15 ilə birlikdə buraxılışa getməzdən əvvəl həmin gün səhər saatlarında əsgər Təqsirləndirilən şəxs yataqxananın qarşısında onlara yaxınlaşaraq əsgər Zərərçəkmiş şəxs15 1N manat və kağıza yazılmış hansısa kart nömrəsi, ona isə 153 manat pul verərək məzuniyyətdə olarkən verdiyi pulları həmin karta atmalarını bildirdiyini, həmin vaxt bu pulun nə pulu olmasını bilmədiyini, səhərsi gün Zərərçəkmiş şəxs15la şəhərdə görüşərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs15 verdiyi 1N manat pulu ona verərək həmin pulu da Təqsirləndirilən şəxs verdiyi karta köçürməsini xahiş etdiyindən özündəki pulla birlikdə 303 manat pulu həmin karta yüklədiyini, sonradan əsgər yoldaşlarından öyrəndiyinə görə Təqsirləndirilən şəxs onlara verdiyi 303 manat pul əsgərlərdən zorla, hədə-qorxu ilə tələb edilib alınan pullar olduğunu bildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində N0NN-ci ilin dekabr ayının sonlarında əsgər Zərərçəkmiş şəxs6 ona qardaşının xəstə olduğunu, borc şəkilində ona 100 manat verməsini xahiş edib ona kart nömrəsi verdiyini, onun da dostu vasitəsi ilə həmin bankomat kartına 100 manat pul göndərdiyini, bu barədə Zərərçəkmiş şəxs6 dediyini, Emralın da ondan borc kimi aldığı 100 manat pulu sonradan özünə qaytardığını, sonradan eşitdiyinə görə əsgər Təqsirləndirilən şəxs bölüyün bir neçə əsgərindən müəyyən məbləğdə pul tələb edib zorla aldığını və əsgər Şahid3 də ondan borc kimi istədiyi 100 manat pulu əsgər Təqsirləndirilən şəxs hədə qorxusuna görə ondan istədiyini, eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 ifadəsində N0NN-ci ilin oktyabr ayının ortalarında, şam yeməyindən sonra Təqsirləndirilən şəxslə əsgər Şahid1 bölükdəki əsgərləri yataqxanada düzdüklərini, həmin vaxt özünün də cərgədə olduğunu, Təqsirləndirilən şəxs bölükdə xüsusi nüfuz sahibi olduğunu, bütün bölüyün müəyyən səbəblərdən ondan qorxduqlarını, onun cərgənin qarşısına çıxıb tərxis olunan əsgər olduğunu, pula ehtiyacı olduğundan əsgərlərdən pul yığacağını, pul verməyənlərin də ciddi cəzalanacağını bu səbəbdən də baş istehlamçıların ona N manat, istehkamçılar isə 15 manat verməli olacaqlarını, əlavə olaraq onlara kart nömrəsi verib “pul lazım olanda evdəki pul kartıma pul göndərtdirəcəksiniz” deyib onları var-yox, ana, bacı söyüşü ilə hədələdiyini, onun imkanının zəif olduğunu bildikləri üçün ondan pul tələb etmədiklərini, Bakı şəhərinə məzuniyyətə gedərkən əsgər yoldaşı Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq borc adı ilə məzuniyyətdə olarkən Təqsirləndirilən şəxs onlara verdiyi karta 80 manat atmasını xahiş etdiyini, təqribən Zərərçəkmiş şəxs1 niyə həmin karta 80 manat pul atmasını bildiyindən onu pis vəziyyətdə qoymamaq üçün Bakıda məzuniyyətdə olarkən həmin karta da 77 manat göndərdiyini, sonradan hərbi-hissədə olarkən Zərərçəkmiş şəxs1 77 manat pulu ona qaytardığını, Zərərçəkmiş şəxs1 eşitdiyinə görə həmin pulu Təqsirləndirilən şəxs hədə-qorxu ilə ondan tələb etdiyindən ona vermək üçün borc istədiyini, Təqsirləndirilən şəxs digər əsgərlərdən də hədə qorxu ilə pul tələb edib aldığını eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant X4 ifadəsində N0N1ci ilin noyabr ayından N saylı hərbi hissənin mühəndis istehkam bölüyünün komanidiri vəzifəsində xidmət etdiyini əsgərlər Təqsirləndirilən şəxs və Şahid1 komandiri olduğunu həmin bölükdə xidmət edərkən onları görüb tanıdığını, 11 yanvar N0N3-cü il tarixdə, saat 17:00 radələrində xidməti otağında olarkən bölükdə xidmət edən, N0NN-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgərlər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 ona yaxınlaşaraq bölüyün əsgərləri Təqsirləndirilən şəxslə Şahid1 üç aydan artıqdır onlara hədə-qorxu gələrək onlardan pul tələb edib aldıqlarını bildirdiklərini, dərhal hadisə barədə hərbi hissə komandanlığına məruzə etdiyini, sonraki araşdırma zamanı əsgər Təqsirləndirilən şəxs ona müraciət edən 5 nəfər əsgər də daxil olmaqla, tərxis pulu adı ilə N0NN-ci ilin oktyabr, noyabr və dekabr, N0N3-cü ilin yanvar aylarında bölüyün 15 nəfər əsgərindən hədə-qorxu ilə müyyən məbləğlərdə pul tələb edib aldığını öyrəndiyini, həmin əsgərlərin onun bölüyünün əsgərləri olduğunu, bu barədə onun heç vaxt məlumatının olmadığını, həmişə bölüyündə qayda-qanunun yerində olduğunu fikirləşdiyini, Təqsirləndirilən şəxs fiziki cəhətdən güclü olsa da, heç də gözə çarpan əsgər olmadığını, olanların necə baş verməsini hələ də ağlına gətirə bilmədiyini, baş verən hadisədə onun da məsuliyyət daşıdığını göstərdi İbtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid X5 ifadəsində N saylı hərbi hissədə xidmət etmiş əsgər Təqsirləndirilən şəxslə sevgi münasibətində olduğunu, N0NN-ci ilin iyun ayında Təqsirləndirilən şəxslə telefon vasitəsi ilə danışan zaman ona pul köçürmələrini həyata keçirmək üçün bankomat kartı açdıracağını bildirdiyini, Nərimanın da buna etirazı olmadığını, 01 iyul N0NN-ci il tarixdə öz adına bankomat kartı aldığını, həmin kartı sifariş etməkdə məqsədinin valideyinlərinin Bakı şəhərindən ona müxtəlif məbləğlərdə pul köçürülməli olduğunu, bir dəfə yadında qalmayan tarixdə Nərimanın ona zəng edərək həmin karta müəyyən əsgərlər tərəfindən də pul göndərəcəyini dediyini, təxminən N0NN-ci ilin oktyabr ayından başlayaraq həmin karta Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin tanımadığı şəxsləri tərəfindən karta pul göndərildiyini, məbləğini xatırlamadığı, hər dəfə karta pul gəldikcən Təqsirləndirilən şəxs ona zəng edərək dəqiqləşdirdiyini, Nərimanın karta göndərtdiyi pulların konkret olaraq hansı mənbədən əldə etməsi barədə ona heç bir məlumat vermədiyini, özünün də bu barədə ondan heç nə soruşmadığını, həmin pulların ona dost-tanışları tərəfindən göndərildiyini düşündüyünü, Təqsirləndirilən şəxs buraxılışa gələn zaman onun kartından istifadə etdiyini, Nərimanın razılığı ilə onun da hərdən həmin kartda olan pullardan az da olsa istifadə etdiyini və müəyyən ehtiyacları üçün kartdan pul götürdüyünü göstərmişdi. Cinayət işi üzrə İ cilid iş vərəqə 158-166 da olan istintaq materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və H.X.İbrahimovdan hədə-qorxu ilə tələb edib “4169 7388 4850 7178” nömrəli bankomat kartına pul göndərmələri ilə bağlı həmin bankomat kartından çıxarışlar edilmiş və qeyd olunan məbləğlərin həmin karta göndərilməsi çıxarışlarla öz təsdiqini tapmışdır. Cinayət işi üzrə İ cilid iş vərəqə 147 da olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işi üzrə İ cilid iş vərəqə 94, İİ cild 184, İV cild 14N-də olan N №-li hərbi hissə komandirinin N yanvar N0NN-ci il tarixli, 06 №-li əmrində əsgər Təqsirləndirilən şəxs həmin hərbi hissənin mühəndis-istehkam bölüyündə radiotelefonçu vəzifəsinə təyin edildiyi, 19 yanvar N0N3-cü il tarixli 51 №-li əmrində kəşfiyyat bölük komandirinin sərəncamına verildiyi, hərbi hissədən daxil olmuş N aprel N0N3-cü il tarixli 465 №-li məktubda isə davranışına nəzarət etmək üçün onun hərbi hissənin 1-ci taborunun 1-ci bölüyün komandirinə həvalə edildiyi göstərilmişdir. Cinayət işi üzrə İ cilid iş vərəqə N də olan N №-li hərbi hissə komandirinin N aprel N0NN-ci il tarixli, 97 №-li əmrində əsgər Zərərçəkmiş şəxs4 mühəndis-istehkam bölüyündə radiotelefonçu, əsgərlər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 istehkamçı vəzifəsinə təyin edildikləri göstərilmişdir. Cinayət işi üzrə İ cilid iş vərəqə N da olan N №-li hərbi hissə komandirinin N iyul N0NN-ci il tarixli 188 №-li əmrində əsgər Zərərçəkmiş şəxs11 istehkamçı, əsgər Zərərçəkmiş şəxsN istehkamçı-kəşfiyyatçı vəzifəsinə təyin edildikləri göstərilmişdir. Cinayət işi üzrə İ cilid iş vərəqə 98- də olan N №-li hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli N81 №-li əmrində isə əsgərlər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs1N, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs13 istehkamçı vəzifəsinə, əsgərlər Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs1 istehkamçıkəşfiyyatçı vəzifəsinə təyin edildikləri göstərilmişdir. Cinayət işi üzrə İİİ cilid iş vərəqə NN8 də olan Cinayət işinin materiallarında, o cümlədən hərbi hissədən alınmış arayışda əsgər Təqsirləndirilən şəxs ilə əsgərlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs1N Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs1 arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. Cinayət işi üzrə İ cilid iş vərəqə 7N- də olan N №-li hərbi hissədən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işi üzrə İ cilid iş vərəqə 58-71 də olan N №-li hərbi hissədən verilmiş xidməti xasiyyətnamələrdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs1N Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs1 müsbət xarakterizə olunmuşlar. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 33N.N.N-ci maddəsi ilə tövsif edilmiş belə ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törədərkən ümumi niyəti müəyyən vaxt ərzində yəni oktyabr-dekabr aylarında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq adları yuxarıda göstərilən zərərçəkmiş şəxslərə qarşı zor tətbiq edərək onlardan davamlı şəkildə özünün iradəsindən asılı olmadan bəzilərindən az miqdarda, bəzilərindən isə çox miqdarda olmaqla ümumilikdə 146N manat küllü miqdarda pul toplamaq olmuşdur və həmin məbləği də zərərçəkmiş şəxslərdən qarşısına məqsəd qoyduğu kimi hədə qorxu ilə zorla davamlı olaraq oktyabr-dekabr aylarında almışdır. Onun törətdiyi əməl məhkəmə istintaqı zamanı özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirici hallar törətdiyi əməli etiraf edib səmimi peşimançılıq çəkməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, dəymiş ziyanı könüllü olaraq tamami ilə ödəməsi, zərərçəkmiş şəxslərin onu bağışlamasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 33N.N.N-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən belə hesab edirki, Təqsirləndirilən şəxs müqavilə əsasında xidmət edən hərbi qulluqçu sayılmadığından, əsgər kimi xidmət müddətini başa vurduğundan və artıq o, müddətli həqiq hərbi xidmət qulluqçusu sayılmadığından 33N.N.N-ci maddədə nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzaları onun barəsində tətbiq edilə bilmədiyindən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını qeyri-mümkün hesab edərək təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 33N.N.N-ci maddəsinin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi lazım bilir ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.N-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində 30 mart N0N3-cü ildə seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 09 iyun N0N3cü tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut, xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə (Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi) göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.N-ci maddəsi ilə təqsirli bilinib N (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 09 iyun N0N3-cü il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut, xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən N0 gün müddətində (həbsdə saxlanılan məhkumlara isə hökmün surəti verildiyi andan) Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-15/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-15/2023
09.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver