Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-15/2024 16.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Tovuz rayonunun Göyəbaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyaşlı uşaq atası, ali hərbi təhsilli, əvvəllər məhkum olunmayan, N №-li hərbi hissənin hərbi qulluqçusu, hal-hazırda sərancamda olan, Tovuz rayonunun Göyəbaxan kəndində qeydiyyatda olan, 24 oktyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci reaktiv artilleriya divizionunun 1-ci reaktiv artilleriya batareyasının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən müvəqqəti olaraq yaşadığı, Naxçıvan şəhərindəki 1 nömrəli hərbi şəhərciyin ərazisində yerləşən, Zərərçəkmiş şəxs2 işlətdiyi ərzaq mağazasından oğurluq etmək qərarına gələrək, bu məqsədlə 19 aprel 2023-cü il tarixdə gecə saat 03 radələrində ərzaq mağazasının bağlı olduğunu, ətrafda heç kimin olmadığını görüb, mağazaya yaxınlaşaraq mağazanın ön tərəfində yerləşən, plastik materialdan hazırlanmış pəncərəsini özü ilə gətirdiyi vintaçanla açdıqdan sonra qanunsuz olaraq mağazaya daxil olub, pul yığılan kilidli çəkməcəyə yaxınlaşmış və vintaçanı çəkməcənin arasına salıb zor tətbiq edərək açdıqdan sonra orada olan 11800 (on bir min səkkiz yüz) manat məbləğində nağd pulu götürüb, mağazadan ayrılaraq, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən Naxçıvan şəhəri Heydər Əliyev prospekti 40 ünvanında yerləşən, mobil telefonların satışının həyata keçirildiyi, Zərərçəkmiş şəxs4 məxsus “ALO CENTER” adlı mağazada təxminən 3000-4000 manat məbləğində nağd pul olduğunu düşünüb, həmin pulu oğurlamaq qərarına gələrək, bu məqsədlə 17 oktyabr 2023-cü il tarixdə gecə saat 02 radələrində mağazanın yanına gəlib, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mağazanın arxa tərəfinə keçərək, həmin hissədə olan, plastik materialdan hazırlanmış pəncərəni özü ilə gətirdiyi gətirdiyi vintaçanla açdıqdan sonra qanunsuz olaraq mağazaya daxil olmuş və mağazanın içərisini axtarsa da, nağd pul olmadığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək, oradan ayrılmış, bununla da Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurlamağa cəhd etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən Naxçıvan şəhəri Heydər Əliyev prospekti 40 ünvanında yerləşən, ofis və məktəb ləvazimatlarının satıldığı, Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurluq etmək qərarına gələrək, bu məqsədlə 17 oktyabr 2023-cü il tarixdə gecə saat 02 radələrində həmin mağazanın yanına gəlib, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mağazanın arxa tərəfinə keçərək, həmin hissədə olan, plastik materialdan hazırlanmış pəncərəni özü ilə gətirdiyi vintaçanla açmış və həmin pəncərədən qanunsuz olaraq mağazaya daxil olub orada olan çəkməcədən 400 (dörd yüz) manat məbləğində nağd pulu və 100 (yüz) manat dəyərində müxtəlif mobil operatorlara məxsus danışıq kontorlarını götürdükdən sonra mağazadan ayrılıb özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən ünvan 2 ünvanında yerləşən, Zərərçəkmiş şəxs3 məxsus “Firuzə” adlı aptekdən oğurluq etmək qərarına gələrək, bu məqsədlə 21 oktyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində aptekin yanına gəlib, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra aptekin sağ tərəfində olan, plastik materialdan hazırlanmış pəncərəsini özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz olaraq həmin pəncərədən aptekə daxil olmuş və aptekin içərisindəki piştaxtanın çəkməcəsində, eləcə də seyfdə olan ümumilikdə 1484 (min dörd yüz səksən dörd) manat məbləğində nağd pulu, həmçinin dəyəri 170 manat olan videomüşahidə cihazını və həmin cihazın üzərindəki, dəyəri 9 manat olan kabelləri götürdükdən sonra oradan ayrılıb özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2-ci və 29, 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində hadisəni törədərkən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etdiyini, hal-hazırda törətdiyi əmələ görə sərəncamda olduğunu, 2023-cü ilin əvvəllərində həmin vaxt geniş yayılmış Mostbet mərc oyunları ilə maraqlanıb pul qazanmaq üçün həmin oyunlarla oynamağa başladığını, bir növ həmin oyunların onda aludəçiliyi yarandığından təkrar-təkrar mərc oynayan çoxlu pul qoyduğunu və uduzduğunu, təqribən on beş min manat borcunun yarandığını, həmin pulların çoxunu yaxın tanışlarından aldığını, uduzduğu pulların heç olmasa müəyyən bir qismini və tanışlarının pullarını geri qaytarmaq üçün haradansa oğurluq etmək qərarına gəldiyini, bu məqsədlə də 2023-cü ilin aprel ayının sonlarına yaxın yaşadığı 1 nömrəli hərbi şəhərciyin ərazisində yerləşən ərzaq mağasına daxil olub borclarının bir hissəsini qaytarmaq üçün mağazadan müəyyən miqdarda pul oğurlamaq fikirinə düşdüyünü, həmin ərazini ətraflı yoxladıqdan sonra oğurluq etmək məqsədi ilə həmin mağazanın yanına gəlib 19 aprel 2023-cü ildə gecə saat 03 radələrində özü ilə gətirdiyi atvyorka ilə ərzaq mağazasının qabaq çıxışında, qapının yanında olan pəncərəni açaraq oradan mağazaya daxil olduğunu, orada kameralara düşməmək üçün üzünü parça ilə örtdüyünü, mağazada əvvəlcədən kassanın yerini bildiyindən oraya yaxınlaşaraq kassanın altındakı siyirməni aftyorka ilə açaraq, siyirmədə olan bütün pulları götürüb tələsik gəldiyi yerdən çıxaraq şəhərcikdə olan yaşadığı evə getdiyini, evdə oğurladığı pulları sayanda 11800 manat pul olduğunu gördüyünü, evdəkilərin onun oğurluq əməllərindən xəbərlərinin olmadığını, sonraki günlər həmin pulları əvvəlcədən olan bir qisim borclarına verdiyini, şəhərcikdəki mağazadan oğurluq edərkən tutulmadığından yenidən mostbed mərc oyunlarında oynadığını və yenə 3-4 min manat borcunun yarandığını, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərində yerləşən, əvvəlcədən bələdlədiyi “Sizin Market”-lə üz-üzə olan yaşayış binasının arxa tərəfindən keçəndə həmin yaşayış binasının altında olan mağazaların pəncərələrinin arxa tərəfə açıldığını gördüyünü, həmin mağazalardan birinin telefon mağazası olduğunu dəqiqləşdirdiyini, həmin telefon mağazasında müəyyən miqdarda təqribən 3-4 min manat pul olacağını düşünərək borclarını qaytarmaq üçün mağazaya girmək fikirini dəqiqləşdirdiyini, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə gecə saatlarında evdən başına qoymaq üçün bir ədəd göy rəngli parça, bir ədəd pəncərəni açmaq üçün aftorka, bir ədəd qara rəngli əlcək və bir ədəd dəmir asılqan götürüb həmin gecə saat 02 radələrində evdən çıxıb piyada oğurluq etmək istədiyi binanın arxa tərəfinə gəldiyini, əvvəlcədən dəqiqləşdirdiyi mağazaya arxa tərəfdən yaxınlaşaraq evdən götürdüyü dəmir asılqanla orada olan bir ədəd kameranın arxa şunurunu kameradan ayıraraq cibində olan aftorka ilə pəncərəni açaraq oradan içəri düşdüyünü, evdən götürdüyü parça ilə üzünü ortərək mağazanın arxa tərəfində olan lombard olan siyirmələri bir-bir açıb baxdığını, orada pul olmadığını görüb orada olan dəmir kassaları açmaq istədiyini, lakin kassaları aça bilmədiyini, orada pul tapa bilmədiyindən tez gəldiyi yerdən də çıxıb getmək istəyərkən qonşu mağazanın pəncərəsini görüb oraya girmək fikirinə düşdüyünü, bu səbəbdən də eyni cərgədə olan dəftərxana və ofis ləvazimatları olan mağazasının arxa pəncərəsini eyni qaydada açaraq pəncərədən anbara tullandığını, oradan mağazaya açılan qapıdan mağazaya girərək mağazada kilidi olmayan birinci siyirməni açaraq içərisində mobil operatorlara aid konturlarının olduğunu görüb həmin konturları oradan götürüb şalvarının cibinə qoyduğunu, nə qədər kontur olduğunu bilmədiyini, digər siyirməni açıb baxanda orada çoxlu sayda 1 manatlıq və 5 manatlıq əskinaslardan ibarət pullar olduğunu görüb həmin pulları da götürdüyünü, başqa bir şeylər tapa bilməyib gəldiyi kimi də pəncərədən çölə çıxaraq gəldiyi yol ilə yaşadığı evlərinə qayıtdığını, evdə oğurladığı pulları saydıqda 400 manat pul olduğunu gördüyünü, həmin pulların 1 manatlıq və 5 manatlıq əskinaslar olduğunu, oğurladığı həmin pullardan 200 manatını yenə Mostbet mərc oyununa yüklədiyini və yenə də mərc oyununda uduzduğunu, bir müddət ara sakitləşdiyindən və etdiyi oğurluqların üstü açılmadığından yenidən oğurluq etmək fikirinə düşərək xx.xx.2023cü il tarixdə günorta saatlarında Naxçıvan şəhərində H.Əliyev adına Hərbi Liseyin yanında gəzən zaman yolun kənarında yerləşən yaşayış binasının altında olan Firuzə aptekin pəncərəsinin binanın yan tərəfinə açıldığını görüb oradan da oğurluq etmək fikirinə düşdüyünü, və elə həmin gün evlərinə qayıdaraq gecə saat 3 radələrində əlcək, papaq və aftorka götürərək piyada X7 yanında olan Limon Market tərəfdən İdman Kompleksinin yanı ilə Firuzə aptekin yan tərəfinə, litsey tərəfə açılan pəncərənin yanına gəldiyini, qara rəngli əlcəyi geyinərək divara qalxıb əlindəki aftorka ilə plastik pəncərəni açdığını, oradan balaca bir otağa daxil olduğunu, oradan isə aptekin içərisinə gedib vitrində polkanın üzərində olan qayçını götürüb içəridə işlək vəziyyətdə olan kameranın yaddaş qurğusuna birləşən şunurları kəsdiyini və həmin qurğunu çıxarıb izi itirmək məqsədi ilə özü ilə götürdüyünü, sonra aptekdə olan siyirmələrə baxdıqda orada çoxlu sayda pul olduğunu görüb həmin pulları saymadan şalvarının cibinə qoyduğunu, sonra arxa tərəfdəki otağa keçərək orada böyük dəmir kassanın olduğunu görüb əlindəki aftorka ilə kassanı açmaq istəsə də aça bilmədiyini, aptekdə siyirmələri axtararkən oradan siyirmədən açar tapdığını, həmin açarı aparıb kassanın kilidinə salıb kassanı açaraq orada olan bütün pulları götürüb şalvarının cibinə qoyaraq pəncərədən aşağı tullanıb gəldiyi yolla da evinə qayıtdığını, aptekdən oğurladığı kamera yaddaş qurğusunu isə yolüstü X7 yanında olan Limon Market tərəfədə olan zibil yeşiyinə tulladığını, evdə oğurladığı pulları saydıqda 1484 manat pul olduğunu gördüyünü, oğurluğu həmişə tək etdiyini və həmin pulun bir qismini borclarına verdiyini, bir qismini isə mərc oyunlarına qoyduğunu, atası tərəfindən bütün borclarının tamami ilə ödənildiyini, zərərçəkmiş şəxslərdən üzr istədiyini, zərərçəkmiş şəxslərin də onu bağışladıqlarını, törətdiyi əməldən son dərəcə peşman olduğunu, hərbiçi kimi hərbi xidmətdə qalıb işləmək arzusunda olduğunu, ailəli və himayəsində bir az yaşlı uşağının olmasının nəzərə alınmasını nəzərə alınmasını məhkəmədən xahiş etdiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınıb dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində Naxçıvan şəhəri 1 nömrəli hərbi şəhərcikdə yerləşən ərzaq mağazasını icarəyə götürərək işlətdiyini, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində mağazaya gedən zaman ərzaq mağazasında kassir işləyən Şahid2 ona zəng edərək kiminsə mağazaya girdiyini, mağazadan, kassadan pul oğurlandığını dediyini, tez mağazaya gəlib kassaya baxanda orada yığılan pulların olmadığını gördüyünü, içəriyə baxan zaman mağazanın giriş hissəsindən sol tərəfdəki plastik pəncərənin açıq olduğunu gördüyünü, mağazadan oğurluq edən şəxsin həmin pəncərədən mağazaya daxil olmasını sonradan kameralara baxarkən bildiyini, tez bu barədə polisə məlumat verdiyini, adətən müəyyən imkansız hərbiçilər işlədiyi ərzaq mağazasından aylıq alver edərək hər ayı maaş verilən günü gətirib borclarını qaytardıqlarını, oğurluqdan bir gün qabaq da yenə maaş vaxtı olduğundan hərbi qulluqçular mağazaya olan borclarını qaytardıqlarını, ona görə də kassada həmin gün çox pul olduğunu, mağazada kassir işləyən Şahid2 ilə birlikdə oğurluqdan qabaq həmin gün pulları saydıqdlarını, ümumilikdə 11800 manat nağd pul olduğunu, sonra pulları siyirməyə qoyaraq arxayın şəkildə evlərinə getdiklərini, həmin siyirmənin kilidi olduğunu, kilidin açarının isə kassirdə olduğunu, onun da evə gedərkən siyirmənin açarını da özü ilə birlikdə evə apardığını, oğurluq edən şəxsin həmin siyirməni hansısa dəmir alətlə güc tətbiq edib açdığını gördüklərini, ilkin vaxtlar pulun kim tərəfindən oğurlanmasını bilmədiyini, sonradan oğurluq edən şəxsin N №-li hərbi hissənin zabiti Təqsirləndirilən şəxs olduğunu öyrəndiklərini, Təqsirləndirilən şəxs atası vasitəsi ilə onlara dəymiş ziyanın tamami ilə ödənildiyini, onu bağışladığını, ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində ünvan 3 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsindəki dəftərxana ləvazimatları mağazasını icarəyə götürərək işlətdiyini, 17 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində işlətdiyi mağazaya gələrək gündəlik işinə başladığını, mağazaya gəlmiş müştərisinin etdiyi alverin müqabilində ona verdiyi 50 manat pulun qalığını qaytarmaq üçün siyirməni açıb baxanda siyirmədə ümumiyyətlə pul olmadığını gördüyünü, buna əhəmiyyət verməyib digər siyirməni açıb baxdıqda həmin siyirmədə də pul olmadığını gördükdə mağazaya oğuru girməsindən şübhələndiyini, tez mağazanın arxasında olan anbara keçib baxanda pəncərənin yanındakı yerdə və ətrafda olan əşyaların dağıldığını gördüyünü, oradan çıxanda anbarın qapısının yanında yerdə bir ədəd 5 manatlıq əskinasın olduğunu gördükdə artıq mağazaya oğru girdiyinə tam əmin olduğunu, təcili hadisə barədə polisə məlumat vediklərini, hadisə zamanı ümumilikdə mağazadan 400 manat nağd pul və 100 manatlıq Nar, Naxtel, Azercell konturları və Azeronline kartı oğurlandığını, ona dəymiş ziyan tamami ilə ödənildiyindən təqsirləndirilən şəxsi bağışladığını, ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində ünvan 2 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən “Firuzə” aptekin sahibi olduğunu, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində aptekinə gələrkən aptekdən oğurluq edildiyini bilib bu barədə polisə məlumat verdiyini, araşdırma zamanı aptekdən ümumilikdə 1484 manat nağd pul və aptekin kamerasının “TVT” markalı, 8 çıxışlı, üzərində 2 terabaytlıq hard disk olan DVD-R video müşahidə cihazı kabellərinin kəsilərək oğurlandığını bildiklərini, oğurluq edən şəxsin aptekin arxa tərəfində olan otağın pəncərəsindən daxil olaraq 1484 manat pulun 500 manatını aptekin içərisindəki siyirmədən, qalan pul isə aptekin arxa tərəfində yerləşən otaqdakı dəmir kassadan oğurladığını gördüklərini, sonraki araşdırma zamanı həmin şəxsin N №-li hərbi hissənin zabiti Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, yadında qalan həmin şəxsin əvvəllər bir neçə dəfə dərman almaq üçün aptekə gəldiyindən onun sifətinin yadında qaldığını, ona dəymiş ziyanın tamami ilə ödənildiyini, həmin şəxsdən heç bir şikayət və tələbinin olmadığını, onu bağışladığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində ünvan 3 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində “Alo Center” telefon mağazasını icarəyə götürərək işlətdiyini, 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında mağazanı işlədən işçisinin ona zəng edərək mağazadan oğurluq olduğunu dediyini, özünün tez iş yerinə gələrək mağazanın arxaya açılan pəncərəsinin açıq vəziyyətdə olduğunu, arxaya açılan qapının üzərindəki kameranın şunurunun kameradan ayrıldığını görüb tez arxa qapını açarla açıb içəri daxil olduğunu, mağazanın içərisində, arxa tərəfində lombard, giriş hissəsində isə telefon satışı yerinin yerləşdiyini, mağazaya daxil olanda tez kameraya baxdığını, kamerada gecə saatlarında mağazaya oğru daxil olmasını gördüyünü, hadisə barədə polisə məlumat verdiyini, hadisədən bir neçə gün sonra mağazadan Eşqin adlı hərbiçi şəxsin oğurluq etməsini bildiyini, ona məxsus işlətdiyi telefon mağazasından oğurluq edən şəxsin mağazadan heç nəyi oğurlanmadığını, çox güman ki, mağazadan pul axtardığını lakin mağazada ümumiyyətlə nağd pul saxlamadığı üçün oğurluğa girən şəxs heç nə tapa bilmədiyini, hadisə nəticəsində ona heç bir maddi ziyan dəymədiyini, Eşqin adlı şəxsin əvvəllər bir neçə dəfə onun mağazasına alıcı qismində gəldiyindən onu tanıdığını, təqsirləndirilən şəxsi bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Naxçıvan şəhəri, 1 №-li hərbi şəhərcikdə yerləşən Zərərçəkmiş şəxs2 arenda ilə götürüb işlətdiyi ərzaq mağazasında kassir işlədiyini, 2023-cü ilin aprel ayının 18-də həmişə olduğu kimi hərbi qulluqçuların maaşları verildiyindən aylıq borcu olan hərbiçilərin mağazaya olan borclarını qaytardıqlarını, həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxs2lə mağazada olan pulları saydıqlarında kassada 11800 manat pul olduğunu, həmin pulu mağazada, kassanın altında olan siyirməyə qoyaraq siyirmənin kilidini bağlayıb açarı özüylə götürdüyünü, səhərsi gün 19 aprel 2023-cü ildə tezdən saat 07:30 radələrində mağazada kassa olan tərəfə keçib pul yığılan siyirməni açanda içərisində pul olmadığını görüb ətrafa baxanda çıxış qapısının yanındakı plastik pəncərələrdən birinin açıq olduğunu gördüyünü, dərhal Pürhana zəng vurub vəziyyəti ona bildirdiyini, sonra hadisə barədə hərbi polisə məlumat verdiklərini, içəridə və çöldə olan kameralara baxanda saat 03 radələrində bir nəfərin başında üzü görsənməyən papaq və əlində əlcək marketin çıxış qapısının yanındakı plastik pəncərədən içəri girdiyini, həmin şəxsin içəri girəndən sonra kassaya tərəf gəlib siyirməni açaraq pulları götürdüyünü, daha sonra isə mağazadan çıxıb getdiyini gördüklərini, sonrakı araşdırma zamanı həmin şəxsin N №-li hərbi hissənin zabiti kapitan Təqsirləndirilən şəxs olduğunu bildiklərini, həmin şəxsin əvvəllər də dəfələrlə həmin mağazadan alver etdiyini göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə iclasında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1 ifadəsində Tovuz rayonunun Göyəbaxan kəndində yaşadığını, Təqsirləndirilən şəxs onun övladı olduğunu, hadisəni törədənədək Naxçıvan şəhərində yerləşən N №-li hərbi hissənin hərbi qulluqçusu olduğunu, 2023-cü ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs Naxçıvan şəhərində yerləşən bir neçə mağazadan oğurluq etməsi barədə məlumat aldığını, sonradan onun barəsində cinayət işi başlanaraq həbs edildiyini, Təqsirləndirilən şəxs oğurluq etdiyi mağazalara dəyən ziyanın hamısını tamami ilə ödədiyini, zərərçəkmiş şəxslərlə barışdığını, oğlu Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı uşağın olmasının nəzərə alınıb məhkəmədən ona köməklik edilməsini xahiş etdiyini göstərmişdi. Cinayət işində olan məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs “Firuzə” aptekdən oğurladığı 1 ədəd üzərində “TVT” yazılan yazıları olan 8 çıxışlı, üzərində 2 terabaytlıq hard disk olan DVD-R video müşahidə cihazının və 6 ədəd 1 metrlik kamera kabelinin dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilmiş və alınmış 22 dekabr 2023-cü il tarixli, 1244 №-li ekspert rəyindən görünür ki, faktiki mövcud olmayan, qərarda qeyd edilən 1 ədəd üzərində “TVT” yazılan yazıları olan 8 çıxışlı, üzərində 2 terabaytlıq hard disk olan DVD-R video müşahidə cihazının nəzəri qaydada orta bazar qiymətinin təxminən 170,00 (bir yüz yetmiş) manat, 6 ədəd 1 metrlik kamera kabelinin orta bazar qiymətinin 9,00 (doqquz) manat müəyyən edildiyi göstərilmişdir. Cinayət işində olan məhkəmə istintaqında tədqiq edilmiş olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X3, X2 və Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, onlara dəymiş olan ziyan tamami ilə ödənildiyindən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. Cinayət işində olan məhkəmə istintaqında tədqiq edilmiş 2-ci cild iş vərəqə 97-də olan vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiyə nazirinin 26 iyul 2021-ci il tarixli əmri ilə ,,Qüsursuz Xidmətə Görə” 3-cü dərəcə medalı ilə təltif olunmuşdur. Cinayət işində olan məhkəmə istintaqında tədqiq edilmiş 1-ci cild iş vərəqə 97-də olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulması haqqında qərar çıxarılmış və həmən tarixdən də tutulmuşdur. Cinayət işində olan məhkəmə istintaqında tədqiq edilmiş 1-ci cild iş vərəqə 216-da olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 4-1(092)- 10\2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş həbsetmənin əvvəlı tutulduğu vaxtdan yəni 22 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işində olan məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsaslar yoxdur. Cinayət işində olan məhkəmə istintaqında tədqiq edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işində olan məhkəmə istintaqında tədqiq edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 185 №-li əmri ilə xx.xx.2022-ci il tarixdən hərbi hissənin 2-ci reaktiv artilleriya divizionunun, 1-ci reaktiv artilleriya batareyasının komadiri vəzifəsinə təyin edilməklə həmin tarixdən hərbi hissənin şəxsi heytinin siyahısına daxil edilmişdir. Cinayət işində olan məhkəmə istintaqında tədqiq edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 269 №-li əmri ilə kapitan hərbi rütbəsi baş leytenant hərbi rütbəsinə endirilmiş, xx.xx.2023-cü il tarixli, 273 №-li əmri ilə tutduğu vəzifədən azad edilərək hərbi hissə komandirinin sərəncamına keçirildiyi üçün xx.xx.2023-cü il tarixdə bütün növ təminatlardan çıxarılmışdır. Əsas: Müdafiə nazirinin müavini-X10 Komandanının 23.10. 2023-cü il tarixli 049r nömrəli əmrdən çıxarışı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2-ci və 29, 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etraf etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamami ilə ödəməsini, zərərçəkmiş şəxslərin onu bağışlamasını, Azərbaycan Respublikası Müdafiyə nazirinin 26 iyul 2021-ci il tarixli əmri ilə ,,Qüsursuz Xidmətə Görə” 3-cü dərəcə medalı ilə təltif olunmasını və bir hərbiçi kimi xidmətini davam etdirmək arzusunda olmasını və himayəsində bir az yaşlı uşağın olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Belə ki, 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əksetdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2-ci və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişlər. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri - məhz təqsirləndirilən şəxsə münasibətdə törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur və o, həmin maddələrin sanksiyası daxilində ədalətli şəkildə cəzalandırımalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, ailə şəraiti, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının 10.3-cü bəndinin (Törədilən əməlin ictimai təhlükəliliyi, maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə ələqadar olmayan qətimkan tədbirinin tətbiqi, və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması) və “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında ”30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, vurulmş ziyanın tamami ilə ödəməsini, hərbiçi kimi xidmət etmək arzusunda olmasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi əməli səmimi etraf edib, himayəsində bir azyaşlı övladı var, dəymiş ziyanı tamami ilə ödəyib, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur, Azərbaycan Respublikası Müdafiyə nazirinin 26 iyul 2021-ci il tarixli əmri ilə ,,Qüsursuz Xidmətə Görə” 3-cü dərəcə medalı ilə təltif olunmuşdur, himayəsində bir azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaçdırılması cəzasının tətbiq edilməsini qeyri mümkün hesab edir ona görə ki, təqsirləndirilən şəxs hərbi qulluqçudur və hərbi qulluqçulara da həmin cəzanın tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə şəraitini, habelə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə xidmətini davam etdirmək arzusunu nəzərə alaraq təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, lakin törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunanları nəzərə alaraq və eləcə də Təqsirləndirilən şəxs təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etmənin təyinini əsaslı və eləcə də ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına, hərbi xidmətdən tərxis olunarsa yaşayış yeri üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 24 oktyabr 2023cü il tarixdə seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işi üzrə maddi sübut kimi tanınmış 8 ədəd 1 manatlıq “Azercell”, 2 ədəd 5 manatlıq və 3 ədəd 3 manatlıq “Naxtel” danışıq kontorları və 1 ədəd “Azeronline” yazılan internet kartı həmin kontorların sahibi X4 qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və oğurluq alətinin predmeti olan, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd vintaçan (atvyorka), 1 ədəd qara rəngli papaq, 1 cüt qara rəngli əlcək, və bir ədəd komufiyaj rəngli plaşçadır istifadəyə yararsız olduğundan məhv edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakları məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 üzləşdirilməsi zamanı aparılmış videoçəkilişin və ittiham aktının elektron variantının olduğu 1 ədəd DVD-R disk cinayət işinin materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, və 381-384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2-ci və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4–cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 177.2.2-ci və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 2(iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəzaya şərti olaraq məhkum edilsin və ona 2(iki) il 3(üç) ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində 24 oktyabr 2023-cü il tarixdə seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına, hərbi xidmətdən tərxis olunarsa yaşayış yeri üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işi üzrə maddi sübut kimi tanınmış 8 ədəd 1 manatlıq “Azercell”, 2 ədəd 5 manatlıq və 3 ədəd 3 manatlıq “Naxtel” danışıq kontorları və 1 ədəd “Azeronline” yazılan internet kartı həmin kontorların sahibi X4 qaytarılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və oğurluq alətinin predmeti olan, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd vintaçan (atvyorka), 1 ədəd qara rəngli papaq, 1 cüt qara rəngli əlcək, və bir ədəd komufiyaj rəngli plaşçadır məhv edilsin. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 üzləşdirilməsi zamanı aparılmış videoçəkilişin və ittiham aktının elektron variantının olduğu 1 ədəd DVD-R disk cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-15/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-15/2024
16.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver