Məhkəmə qərarları › İş №1-1(092)-15/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-15/2025

04.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-15/2025 04.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Şərur rayonunun İbadulla kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (Fin: xxxxxxx), orta təhsilli, evli (himayəsində 1 azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Şərur rayonun İbadulla kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, MAHHXHQ-su kimi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin tabeliyində olmuş N95 №-li hərbi hissənin atəş dəstək bölüyünün avtomatik-qunbaraatan taqımının N-ci avtomatik-qunbaraatan manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, 19 dekabr N0NN-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş QULİYEV SADİQ QİYAS OĞLUNUN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və 177.N.N-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, MAHHX HQ-su kimi Müdafiə Nazirliyinin N05 nömrəli hərbi hissəsinin tabeliyində olmuş N95 nömrəli hərbi hissənin atəşdəstək bölüyünün avtomatik qumbaraatan taqımının N-ci avtomatik qumbaraatan manqasının komandiri vəzifəsində, kiçik-çavuş hərbi rütbəsində xidmət edərkən N noyabr N0NN-cü il tarixdə saat 18 radələrində yaşadığı Şərur rayonunun İbadulla kəndində olan zaman kənd sakini Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşadığı evdən çıxdığını, evdə heç kimin olmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə əvvəlcə Zərərçəkmiş şəxs məxsus evin həyətyanı sahəsinə keçmiş, daha sonra evin giriş qapısına yaxınlaşmış və giriş qapısının yanında olan pəncərənin şüşəsini yerindən çıxarıb, əlini içəriyə salaraq pəncərənin kilidini açmaqla qanunsuz olaraq pəncərədən evə daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs evin yataq otağına keçərək orada olan sandığın qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə güc tətbiq etməklə yerindən çıxarmış, sandığın qapağını açaraq, sandığın alt hissəsində paltarların altında gizlədilmiş və dəyəri 9 manat olan qara rəngli, süni dəri materialdan hazırlanmış əl çantasında olan N000 (dörd min) ABŞ dolları məbləğində pulu əl çantası ilə birlikdə götürüb həmin evdən ayrılaraq, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs ümumilikdə 6809 (altı min səkkiz yüz doqquz) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və 177.N.N-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, hadisələr baş verən zaman MAHHXHQ-su kiçik çavuş kimi N №-li hərbi hissənin tabeliyində olan N95 №-li hərbi hissənin atəş dəstək bölüyündə manqa komandiri vəzifəsində xidmət etmiş, hazırda ehtiyata buraxılmışdır. N ildən artıq müddətdir ki, mobil telefonda qumar oyunu oynayırmış. Hadisələr baş verən zaman o, internetdə “Aviator” qumar oyunu oynamış, ona görə xeyli miqdarda borcu yaranmış, bu borcu ödəmək üçün müxtəlif yollar axtarmışdır. N noyabr N0NN-cü il tarixdə Naxçıvan şəhərində keçiriləcək voleybol yarışında iştirak etmək üçün o və onunla eyni hərbi hissədə xidmət edən N nəfər hərbi qulluqçu N nömrəli hərbi hissəyə ezam olunmuş, ezamiyyətə gələn şəxsi heyətin üzərində böyük xidmət etdiyi N05 nömrəli hərbi hissənin idman rəisi baş leytenant Şahid1 olmuşdur. N nömrəli hərbi hissəyə gəldikdən sonra püşk atma keçirilib yarışlar dəqiqləşdikdən sonra Naxçıvan şəhərində yerləşən X7 gedib saat 15 radələrinədək orada olduqdan sonra şəxsi heyət sərbəst buraxılmış, bundan sonra icazə verildiyi üçün Şərur rayonunun İbadulla kəndində yaşadığı evə getmişdir. O, təxminən saat 17:30 radələrində yaşadığı evə gəlmiş, evə çatanda qonşusu Zərərçəkmiş şəxs arvadı Zeynəblə birlikdə harasa getdiklərini görmüş, yaşadığı evə daxil olaraq paltarlarlarını dəyişmiş və evdə olanda mərc oyunlarına qoymaq üçün haradan pul tapa biləcəyini fikirləşən zaman yaxın qonşusu və atasının əmisi oğlu olan Zərərçəkmiş şəxs evində pul ola biləcəyi ağlına gəlmiş və həmin vaxt onların evlərinə girib pul oğurlamağı qərarlaşdırmışdır. O, qonşusu Zərərçəkmiş şəxs arvadı Zeynəb Quliyevlə birlikdə qonaq getdiklərini, evə gec qayıdacaqlarını, evdə heç kəsin olmadığını bildiyi üçün təxminən saat 18:30 radələrində yaşadığı evdən çıxaraq Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmiş, həmin vaxt hava qaranlıq olmuş, ətrafda heç kəs olmamış, həyətin kiçik qapısının həmişə açıq olduğunu bildiyi üçün həmin qapıdan həyətə daxil olmuşdur. Bundan sonra o, evin eyvanına qalxmış, giriş qapısının bağlı olacağını düşündüyü üçün açıq olub-olmadığını yoxlamamış, evin salonunun pəncərəsinə tərəf gəlmişdir. Həmin pəncərə taxta materialdan hazırlanmış, pəncərənin tağları içəri tərəfdən bağlanmış, Zərərçəkmiş şəxs evinə gələn zaman evə hansı yolla daxil olacağını əvvəlcədən planladığı üçün yoldan tapdığı təxminən N0 sm uzunluğunda olan dəmir parçasını özü ilə gətirmiş, həmin dəmir parçası ilə pəncərənin şüşəsini saxlayan mismarları yerindən çıxarıb daha sonra şüşəni götürüb kənara qoymuş, əlini şüşənin yerindən içəriyə salıb əvvəlcə pəncərənin tağının alt tərəfində olan kilidi, daha sonra isə üst tərəfində olan kilidi açmış, daha sonra pəncərənin tağını açaraq oradan içəriyə daxil olmuşdur. Həmin evə tez-tez gedib-gəldiyi üçün yataq otağının harada olduğunu bildiyindən pul və ya dəyərli əşyaların yataq otağında olacağını fikirləşərək evin yataq otağına getmiş, bir az sağa sola baxdıqdan sonra orada olan sandığı görmüş, həmin sandıq qıfılla bağlandığından onun içində dəyərli nələrinsə olmasına şübhələri artmışdır. Əli ilə qıflı yoxlayıb bağlı olduğunu gördükdən sonra özü ilə gətirdiyi dəmir parçasını qıfılın asıldığı dəmirin arasına salmış, daha sonra güc tətbiq edərək həmin dəmiri yerindən çıxarıb sandığın qapağını açmışdır. Sandığın içərisəndə paltarlar olmuş, əli ilə həmin paltarları qaldıraraq nəsə dəyərli əşya olub-olmamasını yoxladıqda sandığın içərisəndəki paltarların altında bir ədəd qara rəngdə pul qabının olduğunu görüb götürmüş, daha sonra həmin pul qabının içinə baxanda pul olduğunu görüb başqa heç nə axtarmadan pul qabını içərisindəki pullarla birlikdə götürüb sandığın qapağını örtərək evə daxil olduğu pəncərədən çölə çıxmış, yerindən çıxardığı şüşəni yerinə taxıb mismarlarla bərkitmiş, pəncərənin tağını örtmüş, yadından çıxdığı üçün kilidini bağlamamışdır. Ondan sonra götürdüyü pul qabı və pullarla birlikdə həyətə daxil olduğu kiçik qapıdan çölə çıxmış, ətrafda heç kəs olmamış, yaxınlıqda olan su kanalı istiqamətində evdən uzaqlaşmışdır. Yolda gedərkən pul qabını açıb içərisində olan pulları götürmüş, pul qabının özünü isə yolun kənarında olan böyük su borusunun içərisinə atmışdır. Daha sonra o, Zərərçəkmiş şəxs evindən oğurladığı pulları saydıqda N0 ədəd yüzlük əskinasdan ibarət ümumilikdə N000 (dörd min) ABŞ doları olduğunu görmüşdür. Daha sonra o, taksi ilə Naxçıvan şəhərinə gedərək oğurladığı pulların bir qismini orada olan mağazaların birində manata çevirmiş və həmin pulları mərc oyunlarına qoyaraq uduzmuşdur. Həmin gecə o, yaşadığı kəndə qayıtmayaraq N nömrəli hərbi hissəyə getmiş və səhəri gün Naxçıvan şəhərində yerləşən banklardan birinə gedib oğurladığı pulları manata çevirərək ümumilikdə 1350 manat məbləğində iki banka kredit borcu ödəmiş, qalan pulların bir hissəsini yenə də onlayn mərc oyunlarında uduzmuşdur. Həmin gün saat 16 radələrində baş leytenant Şahid1 yanında olanda hərbi hissə komandiri ona zəng vurub nəsə söhbət etdikdən sonra Şahid1 telefonu ona vermiş, hərbi hissə komandiri onunla telefonla danışıb kəndlərində oğurluq olduğunu, bundan məlumatının olub-olmamasını soruşmuş, o da məlumatı olmadığını demişdir. Daha sonra hərbi hissə komandiri ona hərbi hissəyə gəlməsini bildirmiş, həmin vaxt oğurluqdan üzərində qalan 1560 manat pulu Şahid1 vermiş, Şahid1 ondan həmin pulu haradan əldə etməsini soruşmuş, o da pulu saxlamasını, gələcəyini, bir nəfərə borcu olduğunu bildirmişdir. Şahid1 həmin pulları ondan aldıqdan sonra o, taksi ilə hərbi hissəyə getmiş və həmin gün polis tərəfindən aparılan araşdırma nəticəsində oğurluğun onun tərəfindən edildiyi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs etdiyi əməllərindən peşman olduğunu, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində bir azyaşlı övladının olduğunu, atası vəfat etdiyindən evdə tək gəlir gətirən şəxsin özü olduğunu, xidməti dövründə fərqləndiyi üçün müxtəlif fəxri fərman və medallarla təltif olunduğunu, NN günlük vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etdiyini bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, N noyabr N0NN-cü il tarixdə onunla eyni kənddə yaşayan qardaşı Əhməd Quliyevin ad günü olduğu üçün o, həmin gün təqribən saat 17:30 radələrində yaşadıqları evin qapılarını bağlamış və arvadı Zeynəblə birlikdə qardaşı Əhmədgilə getmişdir. Evdən çıxıb getmək istəyəndə qonşuları Təqsirləndirilən şəxs həmkəndlisi ŞahidN idarə etdiyi Mercedes markalı maşınla evlərinə gəldiyini görmüş, o, maşından enib evlərinə getmişdir. Həmin vaxt Səxavət maşınla onların yanına gəlib arvadı Zeynəbi qardaşı Əhmədgilə aparmış, o, isə öz volesipedi ilə onlara getmişdir. Təxminən saat NN radələrinədək ad günü qonaqlığında olduqdan sonra Zeynəblə birlikdə yaşadıqları evə qayıtmış, həyətə girəndə hər hansı qeyri-adi hal olmamış, evin giriş qapısının kilidini açıb içəriyə daxil olmuşdur. Yataq otağına gedib paltarlarını dəyişmək istəyəndə gözü orada olan sandığa sataşmış, həmin vaxt sandığın kilidinin asıldığı dəmirin yerindən çıxarıldığını görmüş, sandıqda pul və qızıl zinət əşyaları saxladıqlarından kiminsə sandığı qırıb evdən oğurluq etdiyini başa düşmüş, tez Zeynəbi çağırıb sandığı ona göstərdikdən sonra heç nəyə əl vurmadan yataq otağından çölə çıxmışlar. Həmin vaxt onlarla qonşu olan Təqsirləndirilən şəxsgilə zəng etmiş, telefonu onun anası Səidə Quliyeva götürdükdə ona evə oğru girdiyini demiş, o da heç nəyə əl vurmamalarını deyib və bir iki dəqiqə sonra oraya gəlib sandığa baxmış və onlara polisə zəng vurub bildirmələrini demişdir. Polis bölməsinə zəng vurub hadisə barədə məlumat vermiş, bir neçə dəqiqə sonra polis əməkdaşları evə gəlib baxış keçirmiş, əl barmaq izlərini götürmüşdürlər. Polis əməkdaşlarının iştirakları ilə sandığa baxanda əvvəlcədən oraya qoyduğu N000 ABŞ dolları pulun yerində olmadığını görmüş, sandıqda həmin puldan əlavə əvvəlcədən qoyulmuş 800 Azərbaycan manatı, 3N00 türk lirəsi, N50 ABŞ dolları və qızıl-zinət əşyaları yerində olmuş, onlarda heç bir kəsr olmamış, təkcə N000 dolar pulun qoyulduğu pul kisəsi içərisində olan pullarla birlikdə götürülmüşdür. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində özünün Təqsirləndirilən şəxs bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onların barışdıqlarını, hadisə nəticəsində ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N05 nömrəli hərbi hissənin fiziki hazırlıq və idman rəisi, baş leytenant Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, N noyabr N0NN-cü il tarixdən N3 noyabr N0NN-cü il tarixədək X8 tabeliyində olan hərbi hissələr arasında voleybol yarışı keçiriləcəyi üçün xidmət etdiyi hərbi hissənin şəxsi heyətindən də bu yarışda iştirak etmələrindən ötrü heyət seçilmiş, həmin heyət onunla birlikdə 9 nəfər hərbi qulluqçudan ibarət olmuş, voleybol yarışında iştirak edəcək şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. N noyabr N0NN-cü il tarixində səhər saatlarında yarışda iştirak edəcək heyətlə birlikdə Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuş, ezamiyyətdə olduqları müddət ərzində hərbi hissədən gələn heyətin üzərində böyük olmuş, şəxsi heyət onun sərəncamına verilmişdir. N noyabr N0NN-cü il tarixdə N nömrəli hərbi hissəyə gəldikdən sonra yarışda iştirak etmək üçün digər hərbi hissələrdən ezam olunanan bütün şəxsi heyətə sıra baxışı keçirilmiş, daha sonra püşkatma olmuşdur. Təxminən saat 13 radələrində yarışla bağlı işlər qurtarmış, saat 13:30-da nahar düzülüşü olduqdan sonra şəxsi heyətin sərbəst buraxılması barədə komanda verildiyindən o, onunla birlikdə N nömrəli hərbi hissəyə ezam olunan zabit-gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları sərbəst buraxmış, özü isə onunla birlikdə ezam olunmuş N nəfər əsgərə nəzarət etmək üçün N nömrəli hərbi hissədə qalmışdır. Saat N radələrində N nömrəli hərbi hissədə olarkən Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vurub bir az söhbət etdikdən sonra şəhərə gəlmək istədiyini demiş, ona hərbi hissədə olduğunu gəlməsini bildirmişdir. Bundan sonra şəxsi heyəti axşam yeməyinə aparmış, hərbi hissədə olarkən Təqsirləndirilən şəxs ona zəng vurub nəzarət buraxılış mənətəqəsinin yanında olduğunu, oraya gəlməsini dediyi üçün NBM-ə getmiş, Təqsirləndirilən şəxs ondan N5 manat borc pul alıb taksiyə verdikdən sonra birlikdə hərbi hissəyə daxil olmuşdurlar. Bir az sonra Təqsirləndirilən şəxs ona şəhərdə işi olduğunu, bir saata kimi qayıdacağını deyib şəhərə getmiş, o da hərbi hissədə qalıb öz işləri ilə məşğul olmuşdur. Təxminən bir saat sonra Təqsirləndirilən şəxs onun yanına qayıtmış, şəxsi heyətə yat komandası verdikdən sonra onunla birlikdə şəhərə çıxıb birlikdə hərbi hissənin yaxınlığında olan çayxanaya getmiş, orada bir az vaxt keçirdikdən sonra isə Naxçıvan şəhərində yerləşən Pub-11 adlı kafeyə gedərək bir müddətdə də orada vaxt keçirdikdən sonra təxminən saat N radələrində hərbi hissəyə qayıdıb əsgər yataqxanasında yatmışdırlar. Səhərsi gün, yəni 19 noyabr N0NN-cü il tarixdə səhər saatlarında voleybol yarışlarında iştirak etməkdən ötrü Təqsirləndirilən şəxslə birlikdə Naxçıvan şəhərində yerləşən İ.Əliyev adına X7 getmiş, saat 11 radələrində başçılıq etdiyi komandanın oyunu bitdiyində və növbəti oyun səhərsi gün keçiriləcəyindən Təqsirləndirilən şəxs ona yaxınlaşıb şəhərdə işi olduğunu deyərək icazə istəmiş, o da ona icazə verib özü isə şəxsi heyətlə birlikdə idman kompleksində qalaraq yarışlara baxmış, bir-iki saat sonra Təqsirləndirilən şəxs onların yanına gəlmişdir. Saat 1N radələrində yarışlar bitdiyi üçün N nömrəli hərbi hissəyə qayıdıb yarışın sonunda veriləcək kubokun üzərinə yapışdırılan yazını çap etməkdən ötrü Təqsirləndirilən şəxslə birlikdə Naxçıvan şəhərində yerləşən “Dördyol ticarət mərkəzinə” getmiş, həmin ticarət mərkəzində olan vaxt xidmət etdiyi N05 nömrəli hərbi hissənin komandiri Asəf Qarayev ona zəng vurub Təqsirləndirilən şəxs yanında olub-olmadığını, gecə harada olduğunu soruşmuş, ona Təqsirləndirilən şəxs hazırda yanında olduğunu, gecə də yanında qaldığını demişdir. Həmin vaxt Asəf Qarayev ona Təqsirləndirilən şəxs hərbi hissəyə göndərməsini, Təqsirləndirilən şəxs yaşadığı kənddəki qonşularının evindən oğurluq olduğunu, bunda Təqsirləndirilən şəxs şübhələnildiyini demişdir. Təqsirləndirilən şəxs oğurluq edibetmədiyini soruşduqda o, and içərək oğurluq etmədiyini, həmin məsələdən xəbərsiz olduğunu dediyindən ona inanıb və hərbi hissəyə getməsini tapşırmışdır. Bu vaxt Təqsirləndirilən şəxs cibindən bir qədər pul çıxarıb bir nəfərə borcu olduğunu, pulu ona verəcəyini deyib özündə saxlamağını hərbi hissə komandirinin yanından qayıtdıqdan sonra alacağını demiş, ondan pulu haradan aldığını, oğurluq edib-etmədiyini soruşduqda o, yenə də and içərək oğurluq etmədiyini, pulu bir nəfərdən borc aldığını dediyi üçün inanıb pulu saymadan alaraq maşına qoymuş, Təqsirləndirilən şəxs isə onun yanından uzaqlaşıb hərbi hissəyə getmişdir. Həmin gün axşam saatlarında Şərur rayon polis idarəsindən zəng edilib Təqsirləndirilən şəxs ona pul verib-vermədiyini soruşmuşlar. O, da verdiyini deyib məbləğini bilmədiyini demiş, daha sonra maşında olan pulu sayıb Təqsirləndirilən şəxs 1560 manat pul verdiyini öyrəndikdə Şərur rayon polis idarəsindən zəng vuran şəxsə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Şərur rayonunun İbadulla kəndində özünə məxsus olan maşınla arabir taksi kimi fəaliyyət göstərir, Təqsirləndirilən şəxs onun həmkəndlisi, eyni zamanda uzaq qohumudur. N noyabr N0NN-cü il tarixdə saat 17 radələrində İbadulla kəndinin mərkəzində olan çayxanada dost-tanışla çay içib söhbət edərkən Təqsirləndirilən şəxs də çayxanaya gəlmiş, bir az sonra Təqsirləndirilən şəxs ona maşınla onu yaşadığı evə aparmağını dediyi üçün Təqsirləndirilən şəxs öz maşını ilə İbadulla kəndində yaşadığı evə aparmış, maşında başqa heç kəs olmamış, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatanda onun qonşusu Zərərçəkmiş şəxs arvadı Zeynəblə birlikdə evdən çıxıb harasa getdiklərini görmüş, Sadıq maşından düşüb evlərinə getdikdən sonra Zərərçəkmiş şəxsgilin yanına gedib maşınla onları hara istəsələr aparmağı təklif etmiş, Zərərçəkmiş şəxs velosipedlə getdiyi üçün onun arvadı Zeynəbi öz maşınına mindirib qaynı Əhmədgilin evlərinin yanında düşürmüşdür. Bundan sonra o, öz yaşadığı evə getmiş, saat N radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vurub kef-hal edərək nə etdiyini soruşmuş və birlikdə kənd mərkəzinə gedib çayxanada çay içmələrini bildirdikdə onunla razılaşmış, bir az sonra hazırlaşıb evdən çıxanda Təqsirləndirilən şəxs yaşadığı evin yanına çatdığını görmüş, onunla birlikdə maşınına minib kənd mərkəzinə getmişlər. İlk olaraq o, kənd mərkəzindəki çayxanaya daxil olmuş, həmin vaxt Təqsirləndirilən şəxs ona “Sən keç mən bir azdan gələcəm” deyib çöldə qalmışdır. Çayxanaya getdikdən sonra tanışlarla çay içib, domino oynamış, Təqsirləndirilən şəxs içəriyə gəlməmiş, ondan sonra onu görməmişdir. Ona taksi kimi iş düşdüyündən həmin işin arxasınca getmiş, Təqsirləndirilən şəxs nə etdiyini, haraya getdiyini bilməmiş, səhərsi gün axşam saatlarında kənddə olan vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə daxil olaraq oğurluq etdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisənin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1NN-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” N1 noyabr N0NN-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və 177.N.N-cü maddələri ilə başlanmış cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” N noyabr N0NN-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış Şərur rayon İbadulla kənd sakini Zərərçəkmiş şəxs məxsus N000 ABŞ dolları məbləğində pulun oğurlanması faktı ilə bağlı onun Şərur rayon İbadulla kəndində yerləşən evində keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, evin salon otağının pəncərəsinin eşik tərəfdən orta şüşəsinin mismarları açılmış, daha sonra 01 ədəd mismar əl ilə yerinə taxılmış, evin 1,8x0,8 metr ölçülü dəmir materiallı, qara rəngli qapısı olmuş, qapıdan içəri daxil olan zaman 10x6 metr ölçüdə evin salonu olmuş, evin salonuna nəzər yetirdikdə orada 03 ədəd 0,8x1,8 metr ölçülü ağ rəngli, taxta materiallı qapı və 1,6x1,8 metr ölçülü ağ rəngli pəncərə, 01 ədəd dəmir materiallı soba, üzərində yaşıl rəngli örtük olan 0N ədəd kreslo, 01 ədəd divan, 01 ədəd 'x0,6 metr ölçülü masa, 01 ədəd suni gül dibçəyi, 01 ədəd stul, 01 ədəd “LG” markalı televizor, 01 ədəd televizor altlığı olmuş, evin yuxarı hissəsində NxN metr ölçülü yataq otağı olmuş, yataq otağında 01 ədəd kitab rəfi, 01 ədəd üzərində boz rəngli örtüyü olan kreslo, 01 ədəd ikinəfərlik çarpayı, 01 ədəd tozsoran, 01 ədəd stul, 01 ədəd taxta materiallı sandığın olduğu, sandığın üzərindəki qıfılın bağlandığı yerdən güc tətbiq edilərək çıxarıldığı müşahidə edilmişdir. Hadisə yerinə baxış zamanı evin salon otağının pəncərəsindən və yataq otağında olan sandığın üzərindən əl-barmaq izləri götürülüb qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v İ cild 6-11). “Baxış keçirilməsi haqqında” N1 noyabr N0NN-cü il tarixli protokoldan və “Sübutların qiymətləndirilməsi haqqında” NN yanvar N0N5-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağındakı sandıqdan götürdüyü əl çantası (hadisə zamanı içərisində N000 ABŞ dolları pul olan) Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayon İbadulla kəndinin ərazisində yol kənarında yerləşən böyük su borusunun içindən aşkar edilərək götürülmüşdür (i.v İ cild 7N-75, İİ cild 1N-N3). Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən Nazirliyin Kriminalistik tədqiqatlar şöbəsinə ünvanlanmış xx.xx.N0NN-cü il tarixli, 3-13-N3-1N/N- 15861/N0NN №-li sorğu məktubundan və xx.xx.N0NN-cü il tarixli, 3-13-N3-/N- 17N98/N0NN №-li müvafiq cavab məktubundan görünür ki, cinayət işi üzrə N noyabr N0NN-cü il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən götürülmüş əl-barmaq izlərinin “NEC” MBİS məlumat bazasında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik təşkil edib-etməməsinin yoxlanılmasından ötrü Naxçıvan MR Daxili İşlər Nazirliyinin Kriminalistik tədqiqatlar şöbəsinə sorğu edilmiş, həmin şöbədən verilən 19 noyabr N0NN-cü il tarixli cavab məktubunda təqdim edilmiş əl-barmaq izlərinin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edildiyi, müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən bir ədədin xx.xx.1997-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin baş barmağının əksi ilə eynilik təşkil etdiyi göstərilmişdir (i.v İ cild 17, 19 ). “Tədqiqat üçün nümunələrin götürülməsinə dair” N5 dekabr N0NN-cü il tarixli qərardan və müvafiq protokoldan görünür ki, müvafiq ekspertizanın keçirilməsi üçün həmin tarixdə Təqsirləndirilən şəxs əl-barmaq izlərinin nümunələri daktiloskopik xəritəyə köçürülərək götürülmüşdür (i.v İ cild 13N-135). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 yanvar N0N5-ci il tarixli, 1550 №-li “Məhkəmə- daktiloskopik ekspertizası”nın rəyindən görünür ki, ********* №-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi və N saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş sol əlinin böyük (baş) barmağından qalmışdır (i.v İ cild NN1-N50). “İfadənin yerində yoxlanılması haqqında” N1 noyabr N0NN-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə oğurluq hadisəsinin baş verdiyi ünvanda (Şərur rayon İbadulla kənd sakini Zərərçəkmiş şəxs məxsus evdə) ifadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş, həmin istintaq hərəkətinin keçirilməsi zamanı təqsirləndirilən şəxs ifadəsində göstərdikləri xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək törətdiyi cinayət əməlini etiraf etmişdir (i.v İ cild 7N-73). “İstintaq eksperimenti aparılması haqqında” N9 dekabr N0NN-cü il tarixli protokoldan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı N9 dekabr N0NN-cü il tarixində Zərərçəkmiş şəxs Şərur rayonunun İbadulla kəndində yerləşən evində Təqsirləndirilən şəxs evə hansı qaydada daxil olmasını yoxlamaq üçün istintaq eksperimenti keçirilmiş, eksperiment zamanı təqsirləndirilən şəxsin sözügedən evə həmin evin salonunun pəncərəsindən daxil olmasının mümkün olması müəyyən edilmişdir (i.v İ cild 187-188). “Anten dairəsi məlumatlarına baxış keçirilməsi haqqında” 16 yanvar N0N5-ci il tarixli protokoldan görünür ki, Naxçıvan MR Hərbi Məhkəməsinin 10 yanvar N0N5-ci il tarixli, 5-1(09N)-1/N0N5 nömrəli qərarının icrası ilə əlaqədar Naxtel MMC mobil operator şirkəti tərəfindən təqdim edilmiş cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 060 *** ** ** mobil nömrənin anten dairəsi və digər məlumatlarına baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 060 *** ** ** mobil nömrə N noyabr N0NN-cü il tarixdə, saat 17:51:36-dan saat 19:19:19-dək cinayətin törədildiyi Şərur rayonun İbadulla kəndi ərazisində olan anten dairəsində olmuşdur (i.v İ cild N37). Məhkəmə hesab edir ki, bu sübutlarla cinayət işi üzrə cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, zərərçəkmiş şəxsin kimliyi kimi məsələlər öz təsdiqini tapır. “Çıxarışa baxış keçirilməsi haqqında” N8 dekabr N0NN-cü il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan manatının ABŞ dollarına nisbətinin əks olunduğu Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından çıxarışa baxış keçirilərək müəyyən olunmuşdur ki, 18-19 noyabr N0NNcü il tarixlərdə 1 ABŞ dolları 1.7 Azərbaycan manatına bərabər olmuşdur (i.v İ cild 185). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar N0N5-ci il tarixli, 06 №-li “Məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 01 ədəd qara rəngli, süni dəri materialdan hazırlanmış əl çantasının istifadə olunması nəzərə alınmaqla N0N5-ci ilin yanvar ayına olan orta bazar qiyməti 9.00 (doqquz) manat olmuşdur (i.v İ cild N5N). Məhkəmə hesab edir ki, bu sübutlarla cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği ilə bağlı məsələlər öz təsdiqini tapır. NN noyabr N0NN-cü il tarixli aktdan, “Sübutların qiymətləndirilməsi haqqında” NN yanvar N0N5-ci il tarixli qərardan və Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, notariat qaydasında təsdiq edilmiş xx.xx.N0N5-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Bu səbəbdən də, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur, bundan sonra da olmayacaqdır(i.v İ cild 8N, İİ cild 1N-N3, İİ cild 110). “Əşyaların maddi sübut kimi tanınması və məsul saxlanca verilməsi haqqında” 17 yanvar N0N5-ci il tarixli qərardan, müvafiq aktdan və “Sübutların qiymətləndirilməsi haqqında” NN yanvar N0N5-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd qara rəngli, süni dəri materialdan hazırlanmış əl çantası iş üzrə maddi sübut kimi tanınaraq, məsul saxlanca verilmişdir (i.v İ cild N55-N56, İİ cild 1N-N3). Məhkəmə hesab edir ki, bu sübutlarla cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsi (aradan qaldırılması) və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmaması kimi hallar öz təsdiqini tapır. N95 №-li hərbi hissə komandirinin N3 yanvar N0N1-ci il tarixli, N95 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su əsgər Quliyev X9 Ümumqoşun Ordu Komandanının birinci müavini-qərargah rəisinin xx.xx.N0N1-ci il tarixli, 0N0 əç №-li əmri ilə hərbi hissənin atəşdəstək bölüyünün avtomatik-qumbaraatan taqımının N-ci avtomatikqumbaraatan manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə xx.xx.N0N1-ci il tarixdən etibarən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır (İ.v İ cild 97). N №-li hərbi hissə komandirinin N noyabr N0NN-cü il tarixli, 319 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs 6 (altı) gün müddətinə, N3 noyabr N0NN-cü il tarixədək N №-li hərbi hissəyə ezamiyyətə göndərilmişdir (İ.v İ cild 98). N №-li hərbi hissə komandirinin N yanvar N0N5-ci il tarixli, 15 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, N yanvar N0N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır (İ.v İİ cild 75). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman hərbi qulluqçu olması, hazırda isə onun hərbi qulluqçu statusunu itirməsi kimi hallar öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş NN yanvar N0N5-ci il tarixli tələbnamədən və “Sübutların qiymətləndirilməsi haqqında” NN yanvar N0N5-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İİ cild 13, 1N-N3). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs məhkumluğunun olmaması və ona residivə görə cəza təyin etmək üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N0NN-cü il tarixli məlumatarayışdan və M/V 130913 №-li “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin surətindən görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs N0N0-ci ildə vətən müharibəsində və N0N3-cü il tarixdə isə “Antiterror” əməliyyatlarında iştirak edib və o, müharibə veteranıdır (İ.v İ cild 105, 1N6). Notariat qaydasında təsdiq edilmiş medal vəsiqələrinin surətlərindən görünür ki, xidmət müddəti ərzində təqsirləndirilən şəxs kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 15 dekabr N0N0-ci il tarixli, N3N9 №-li Sərəncamı ilə “Vətən uğrunda”, Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli, N36N №-li Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin NN iyun N0N1-ci il tarixli, N711 №-li Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N1 aprel N0NN-ci il tarixli, N50s №-li Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir (i.v İ cild 1NN-1N5). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş N0 noyabr N0NN-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs xidmət etmiş olduğu hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmuşdur (İ.v İ cild 100). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və xidmətə münasibətini xarakterizə edən hallar, o cümlədən onun N0N0-ci ildə vətən müharibəsində və N0N3-cü il tarixdə isə “Antiterror” əməliyyatlarında iştirak etməsi, müharibə veteranı olması və xidmətdə fərqləndiyinə görə müxtəlif medallarla təltif olunması kimi hallar öz təsdiqini tapır. N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 10 dekabr N0NN-cü il tarixli, 1069 №li arayışın surətindən görünür ki, MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs 10 dekabr N0NN-cü il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, tibbi müayinə zamanı MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir (i.v İİ cild 7N). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 verilmiş xx.xx.N0N5-ci il tarixli, N650 №-li arayışdan görünür ki, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatı olmamışıdır (i.v İİ cild 136). “X17 Mərkəzi” X18 tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli tibbi arayışdan görünür ki, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sağlamdır. (i.v İ cild 138). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. Şərur rayon İHB-nın X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli 63 və 6N №-li arayışlardan, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan, o cümlədən AZ-İİ 51N81N №-li Nikah haqqında, AZ-V N1N1N0 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayonun İbadulla kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və onun ailə üzvləri 197N-cü il təvəllüdlü anası-XN, N00N-cü il təvəllüdlü arvadı Quliyeva (Mirzəyeva) Yasəmən Süleyman qızından, N0N3-cü il təvəllüdlü qızı-X3 ibarətdir (i.v İ cild 1N7-1N8, İİ cild 1N6-130). Naxçıvan Muxtar Respublikası ƏƏSMN-nin X5 Şərur rayon sektoru tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli, 3-17-9-N/N-Q-1311/N0N5 №-li və xx.xx.N0N5-ci il tarixli, 3- 17-9-N/N-Q-1N68/N0N5 №-li arayışlardan görünür ki, Təqsirləndirilən şəxs arvadı XN və onun anası X6 heç bir yerdə işləmirlər (i.v İİ cild 1N5, 137). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs rəsmi nikahda olması, himayəsində bir azyaşlı uşağının olması və ailədə yeganə qazanc gətirən şəxs olması kimi hallar öz təsdiqini tapır. “Qətimkan tədbirinin dəyişdirilməsinə haqqında” 19 dekabr N0NN-cü il tarixli qərardan görünür ki, N1 noyabr N0NN-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri 19 dekabr N0NN-cü il tarixdə dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir (İ.v İ cild 1N3). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin müvafiq maddələrinin (CM-in 177.N.3 və 177.N.N-cü maddələrinin) tərkib əlamətlərinin eyniliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N3-1N6-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası CM-nin 177.N.3 və 177.N.N-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart N005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarının N-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarının 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarının N0-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Həmin qərarının N6-cı bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.N.1-177.N.3-N, 177.N.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin N-ci bəndini rəhbər tutmalıdırlar. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin N-ci bəndinə əsasən bu Məcəllənin 177-18N-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart N005-ci il tarixli, 1 nömrəli Qərarının N7-cı bəndinə görə talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs MAHHXHQ-su kimi Müdafiə Nazirliyinin N05 nömrəli hərbi hissəsinin tabeliyində olmuş N95 nömrəli hərbi hissənin atəşdəstək bölüyünün avtomatik qumbaraatan taqımının N-ci avtomatik qumbaraatan manqasının komandiri vəzifəsində, kiçik-çavuş hərbi rütbəsində xidmət edərkən N noyabr N0NN-cü il tarixdə, saat 18 radələrində tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla etdiyi oğurluq əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və 177.N.N-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin dispozitiv şərtləri mövcud olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 3N9.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1NN-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N5-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NNN.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi mübahisəsiz haldır.Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və 177.N.N-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.N, 59.1.1N, 59.1.13 və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, N0N0-ci ildə vətən müharibəsində, N0N3-cü il tarixdə isə “Antiterror” əməliyyatlarında iştirak etməsini, müharibə veteranı olmasını, bir hərbi qulluqçu kimi xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, o cümlədən Şərur rayon İHB-nın X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli 63 və 6N №-li, Naxçıvan Muxtar Respublikası ƏƏSMN-nin X5 Şərur rayon sektoru tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli, 3-17-9-N/N- Q-1311/N0N5 №-li və xx.xx.N0N5-ci il tarixli, 3-17-9-N/N-Q-1N68/N0N5 №-li arayışlar, AZ- İİ 51N81N №-li Nikah haqqında, AZ-V N1N1N0 №-li doğum haqqında şəhadətnamələrin surətləri, NN noyabr N0NN-cü il tarixli akt, “Sübutların qiymətləndirilməsi haqqında” NN yanvar N0N5-cü il tarixli qərar və Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş xx.xx.N0N3-cü il tarixli ərizəsi, N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N0NN-cü il tarixli məlumat-arayış, notariat qaydasında təsdiq edilmiş M/V 130913 №-li “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin surəti, İ-3310 №-li “Vətən uğrunda”, İ-5N81 №-li “Xocavəndin azad olunmasına görə”, İ-N1863 №-li “Füzulinin azad olunmasına görə”, İ-6N930 №-li “Vətən müharibəsi iştirakçısı” medallarının surətləri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N1.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, N saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin N və N1-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3-cü bəndində isə göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və 177.N.N-cü maddələrinin sanksiyasında-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1N-ci və 59.1.13-cü maddələrində müəyyən edilmiş və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici hallardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından, həmçinin cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödədiyindən və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və 177.N.N-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, təqsirləndirilən şəxsin şəxsiyyətinə, onun ailəsinin həyat şəraitinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Başqa sözlə, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin N1.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə bilməz. Məhkəmə təqsirli bilinən şəxsə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.N-ci maddələrinin şərh edilməsinə dair” N5 iyul N0NN-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin məcəllənin 5N-1.N-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-N.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, Şərur rayonunun İbadulla kəndində yaşadığı evini axşam saat NN:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxsin yaşayış yeri üzrə, yəni Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.N.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-N.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq bu hökmlə ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 13N, 3N6 və 353-cü maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut-Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan-01 ədəd qara rəngli, süni dəri materialdan hazırlanmış əl çantası Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 3N6 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci- Məhkəmə-daktiloskopik və Məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə aparılmış tədqiqatların dəyərindən ibarətdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə “Məhkəmə-daktiloskopik ekspertizası”nın keçirilməsi üçün-80 (səksən) manat və “Məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün - N0 (qırx) manat təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:1NN330, Büdcə səviyyəsinin kodu:N, Adı: X13 MR İdarəsi, Kodu:50N906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZN1, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZN1NABZ********************) köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 3NN-3N7, 3N9, 351-353, 356, 358, 381, 38N və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.N.3 və 177.N.N-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, Şərur rayonunun İbadulla kəndində yaşadığı evini axşam saat NN:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə maddi sübut–Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan -01 ədəd qara rəngli, süni dəri materialdan hazırlanmış əl çantası Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci- “Məhkəmə-daktiloskopik ekspertizası”nın keçirilməsi üçün-80 (səksən) manat və “Məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün- N0 (qırx) manat təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:1NN330, Büdcə səviyyəsinin kodu:N, Adı: X13 MR İdarəsi, Kodu:50N906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZN1, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZN1NABZ********************) köçürülsün. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar