Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-16/2022 04.05.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, hakimlər İbrahimov İlham Sadət oğlu və Hüseynov Səxavət Səməd oğlundan ibarət tərkibdə, Zeynalova Nuray Hikmət qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi2, digər Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxxxxx 1987-ci ildə Şərur rayonunun Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, məhkum olunmayan, Kəngərli rayonunun Qıvraq qəsəbəsində daimi qeydiyyatda olan, N №-li hərbi hissənin baş çavuşu vəzifəsində xidmət etmiş, vətən müharibəsi iştirakçısı, Şuşanın və Xocəvəndin azad olunması uğurunda medalları ilə təltif olunmuş, barəsində 06 dekabr 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan baş gizir Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.2-ci maddələri, xx xxxxxx 1982-ci ildə Şərur rayonunun Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 1 uşaq atası, məhkum olunmayan, Kəngərli rayonunun Qıvraq qəsəbəsində daimi qeydiyyatda olan, işsiz, barəsində 06 dekabr 2021-ci ildə Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 və xx xxxxxx 1987-ci ildə Şərur rayonunun Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, evli, 3 uşaq atası, məhkum olunmayan, Kəngərli rayonunun Qıvraq qəsəbəsində daimi qeydiyyatda olan, işsiz, İİ qrup əlil, barəsində 06 dekabr 2021-ci ildə Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissəsinin qərargah bölüyünün baş çavuşu vəzifəsində xidmət edərkən 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə görüşərək Təqsirləndirilən şəxs3 zəng vurub onda psixotrop maddə olub-olmamasını soruşmuşlar, sonuncu olmadığını dedikdə Təqsirləndirilən şəxs2lə birlikdə Təqsirləndirilən şəxs3 yaşadığı ünvana gedib orada Təqsirləndirilən şəxs3 “iranlı tanışına” zəng vurub psixotrop maddə və narkotik vasitə sifariş verməsini istəmişlər, bundan sonra onlar qabaqcadan əlbir olan bir qrup şəxs kimi cinayət əlaqəsinə girərək “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirmə barədə razılığa gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 20 radələrində ona məxsus telefondakı “whatsapp” proqramı vasitəsilə adı istintaqa X2 bəlli olan İran İslam Respublikasındakı üzvü ilə danışaraq 200 manat pul dəyərində “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini sifariş edərək, həmin maddələri avtomobilə məxsus ehtiyat hissəsi olan “rele”nin içərisində gizlədərək göndərilməsi barədə razılaşmış, 24 noyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes” markalı, “**-BB-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, o, isə taksi vasitəsilə X18 Məntəqəsinə gedərək orada görüşdükdən sonra, birlikdə narkotik vasitə və psixotrop maddənin alınması üçün 200 manat pulu İİR vətəndaşı X3 göndərərək qayıtmışlar, sonra həmin şəxs İran İslam Respublikasında narkotik vasitə və psixotrop maddəni əldə edib, daşımaqla malların aşkarlanmasını çətinləşdirən üsuldan istifadə edərək “rele” adlı avtomobil ehtiyat hissəsinin içərisində gizlətməklə adı istintaqa X4 məlum olan digər İran İslam Respublikasının vətəndaşı vasitəsilə X18 Məntəqəsinə göndərmiş, həmin şəxs X18 Məntəqəsindən Azərbaycan Respublikasının gömrük sərhəddindən bəyan etməməklə, gömrük nəzarətindən gizli keçirərək qaçaqmalçılıq yolu ilə içərisində narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini X18 Məntəqəsinin anbarına təhvil vermiş, Təqsirləndirilən şəxs3 bu barədə məlumatlandıqdan sonra əvvəlcədən ümumi razılaşmalarına əsasən Təqsirləndirilən şəxs1 bunu bildirmiş, sonuncu Təqsirləndirilən şəxs2lə birlikdə onun idarə etdiyi “Mercedes” markalı, “**-BB-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X18 Məntəqəsinə getmişlər, lakin X18 Məntəqəsinin əməkdaşı tərəfindən “rele” avtomobil ehtiyat hissəsi gömrük rejimindən Naxçıvan Muxtar Respublikasının ərazisinə buraxılmadığından öz əməllərini başa çatdırmaq məqsədilə Təqsirləndirilən şəxs1 müxtəlif vəzifəli şəxslərə həmin avtomobil ehtiyat hissəsinin gömrük rejimindən onlara təhvil verilməsi barədə xahiş etdikdən sonra saat 17 radələrində içərisində gömrük nəzarətindən gizli keçirdikləri narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini X18 Məntəqəsinin anbarından götürüb narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib, Təqsirləndirilən şəxs2lə birlikdə saxlayıb daşıyaraq Qıvraq qəsəbəsinə gətirdikdən sonra orada Təqsirləndirilən şəxs3la görüşərək sonuncunun qaynına məxsus həyətdə yerləşən qaraja getmişlər, orada Təqsirləndirilən şəxs3la narkotik vasitəni və psixotrop maddəni bölüşdürərkən Təqsirləndirilən şəxs2 çöldə durub gəlib-gedənin olub-olmamasını müşahidə etmiş, sonra onun idarə etdiyi “Mercedes” markalı, “**-BB-***” dövlət nömrə nişanlı avtomobildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə həmin metamfetamin psixotrop maddəsindən istifadə etmiş, bölgüdən sonra özünə düşən satış məqsədi ilə əldə etdiyi psixotrop maddə “metamfetamin”dən əvvəlcədən satmaq barədə razılaşdığı Şahid15 və Şahid14 hər birinə N manat müqabilində satmış, bundan sonra onların birgə qaçaqmalçılıq yolu ilə əldə edib, saxlayaraq daşıdığı narkotik vasitə və psixotrop maddənin qalan hissəsi, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kəngərli rayon şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 noyabr 2021-ci il tarixdə, saat 20:30 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman təmiz çəkisi 0.281 qram “Metamfetamin” adlı psixotrop maddə, 26 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı evin qarajına baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 4.105 qram “Metamfetamin” adlı psixotrop maddə və 10.217 qram “Həşiş qətranı” narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə görüşərək Təqsirləndirilən şəxs3 zəng vurub onda psixotrop maddə olub-olmamasını soruşmuşlar, sonuncu olmadığını dedikdə Təqsirləndirilən şəxs1lə birlikdə Təqsirləndirilən şəxs3 yaşadığı ünvana gedib orada Təqsirləndirilən şəxs3 “iranlı tanışına” zəng vurub psixotrop maddə və narkotik vasitə sifariş verməsini istəmişlər, bundan sonra onlar qabaqcadan əlbir olan bir qrup şəxs kimi cinayət əlaqəsinə girərək “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirmə barədə razılığa gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 məxsus telefondakı “watsapp” proqramı vasitəsilə adı istintaqa X2 bəlli olan cinayətkar qrupun İran İslam Respublikasındakı üzvü ilə danışaraq 200 manat pul dəyərində “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini sifariş edərək, həmin maddələri avtomobilə məxsus ehtiyat hissəsi olan “rele”nin içərisində gizlədərək göndərilməsi barədə razılaşmış, 24 noyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs3la birlikdə idarə etdiyi özünə məxsus “Mercedes” markalı, “**-BB-***” dövlət nömrə nişanlı avtomobillə, Təqsirləndirilən şəxs1 isə taksi vasitəsilə X18 Məntəqəsinə gedərək orada görüşdükdən sonra birlikdə narkotik vasitə və psixotrop maddənin alınması üçün 200 manat pulu İİR vətəndaşı X3 göndərərək qayıtmışlar, sonra həmin şəxs İran İslam Respublikasında narkotik vasitə və psixotrop maddəni əldə edib, daşımaqla malların aşkarlanmasını çətinləşdirən üsuldan istifadə edərək “rele” avtomobil ehtiyat hissəsinin içərisində gizlətməklə adı istintaqa X4 məlum olan digər İran İslam Respublikasının vətəndaşı vasitəsilə X18 Məntəqəsinə göndərmiş, həmin şəxs X18 Məntəqəsindən Azərbaycan Respublikasının gömrük sərhəddindən bəyan etməməklə, gömrük nəzarətindən gizli keçirilərək qaçaqmalçılıq yolu ilə içərisində narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini X18 Məntəqəsinin anbarına təhvil vermiş, Təqsirləndirilən şəxs3 bu barədə məlumatlandırıldıqdan sonra əvvəlcədən ümumi razılaşmalarına əsasən Təqsirləndirilən şəxs1 bunu bildirmiş, sonuncu Təqsirləndirilən şəxs2lə birlikdə onun idarə etdiyi “Mercedes” markalı, “**-BB-***” dövlət nömrə nişanlı avtomobillə X18 Məntəqəsinə getmişlər, lakin X18 Məntəqəsinin əməkdaşı tərəfindən “rele” avtomobil ehtiyat hissəsi gömrük rejimindən Naxçıvan Muxtar Respublikasının ərazisinə buraxılmadığından öz əməllərini başa çatdırmaq məqsədilə Təqsirləndirilən şəxs1 müxtəlif vəzifəli şəxslərə zəng edərək həmin avtomobil ehtiyat hissəsinin gömrük rejimindən onlara təhvil verilməsi barədə xahiş etdikdən sonra saat 17 radələrində içərisində gömrük nəzarətindən gizli keçirdikləri narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini X18 Məntəqəsinin anbarından götürüb şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyaraq birlikdə Qıvraq qəsəbəsinə gətirdikdən sonra orada Təqsirləndirilən şəxs3la görüşərək sonuncunun qayınına məxsus həyətdə yerləşən qaraja getmişlər, orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitəni və psixotrop maddəni bölüşdürərkən çöldə durub gəlib-gedənin olub-olmamasını müşahidə etmiş, sonra idarə etdiyi “Mercedes” markalı, “**-BB-***” dövlət nömrə nişanlı avtomobildə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1lə birlikdə həmin metamfetamin psixotrop maddəsindən istifadə etmiş, bundan sonra onların birgə qaçaqmalçılıq yolu ilə əldə edib, saxlayaraq daşıdığı narkotik vasitə və psixotrop maddənin qalan hissəsi, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kəngərli rayon şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 noyabr 2021-ci il tarixdə, saat 20:30 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.281 qram “Metamfetamin” adlı psixotrop maddə, 26 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı evin qarajına baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 4.105 qram “Metamfetamin” adlı psixotrop maddə və 10.217 qram “Həşiş qətranı” narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 23 noyabr 2021-ci il tarixdə yaşadığı evdə olarkən Qıvraq qəsəbə sakinləri Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 zəng vurub onda psixotrop maddə olub-olmamasını soruşmuşlar, onlara olmadığını dedikdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə onun yaşadığı ünvana gedib orada ondan “iranlı tanışına” zəng vurub psixotrop maddə və narkotik vasitə sifariş verməsini istəmişlər, bundan sonra onlar qabaqcadan əlbir olan bir qrup şəxs kimi cinayət əlaqəsinə girərək “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirmə barədə razılığa gəlmiş, bu məqsədlə həmin tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 məxsus telefondakı “watsapp” proqramı vasitəsilə adı istintaqa X2 bəlli olan cinayətkar qrupun İran İslam Respublikasındakı üzvü ilə danışaraq 200 manat pul dəyərində “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini sifariş edərək, həmin maddələri avtomobilə məxsus ehtiyat hissəsi olan “rele”nin içərisində gizlədərək göndərilməsi barədə razılaşmış, 24 noyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2lə birlikdə onun idarə etdiyi “Mercedes markalı”, “**-BB-***” dövlət nömrə nişanlı avtomobillə, Təqsirləndirilən şəxs1 isə taksi vasitəsilə X18 Məntəqəsinə gedərək orada görüşdükdən sonra birlikdə narkotik vasitə və psixotrop maddənin alınması üçün 200 manat pulu İİR vətəndaşı X3 göndərərək qayıtmışlar, sonra həmin şəxs İran İslam Respublikasında narkotik vasitə və psixotrop maddəni əldə edib, daşımaqla malların aşkarlanmasını çətinləşdirən üsuldan istifadə edərək “rele” avtomobil ehtiyat hissəsinin içərisində gizlətməklə adı istintaqa X4 məlum olan digər İran İslam Respublikasının vətəndaşı vasitəsilə X18 Məntəqəsinə göndərmiş, həmin şəxs X18 Məntəqəsindən Azərbaycan Respublikasının gömrük sərhəddindən bəyan etməməklə, gömrük nəzarətindən gizli keçirilərək qaçaqmalçılıq yolu ilə içərisində narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini X18 Məntəqəsinin anbarına təhvil vermiş, Təqsirləndirilən şəxs3 bu barədə məlumatlandırıldıqdan sonra əvvəlcədən ümumi razılaşmalarına əsasən Təqsirləndirilən şəxs1 bunu bildirmiş, sonuncu Təqsirləndirilən şəxs2lə birlikdə onun idarə etdiyi “Mercedes markalı”, “**-BB-***” dövlət nömrə nişanlı avtomobillə X18 Məntəqəsinə getmişlər, lakin X18 Məntəqəsinin əməkdaşı tərəfindən “rele” avtomobil ehtiyat hissəsi gömrük rejimindən Naxçıvan Muxtar Respublikasının ərazisinə buraxılmadığından öz əməllərini başa çatdırmaq məqsədilə Təqsirləndirilən şəxs1 müxtəlif vəzifəli şəxslərə zəng edərək həmin avtomobil ehtiyat hissəsinin gömrük rejimindən onlara təhvil verilməsi barədə xahiş etdikdən sonra saat 17 radələrində içərisində gömrük nəzarətindən gizli keçirdikləri narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini X18 Məntəqəsinin anbarından götürüb şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəsi və psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq Təqsirləndirilən şəxs2lə birlikdə Qıvraq qəsəbəsinə gətirdikdən sonra orada onlarla görüşərək qaynına məxsus həyətdə yerləşən qaraja getmişlər, orada Təqsirləndirilən şəxs1lə narkotik vasitəni və psixotrop maddəni bölüşdürərkən Təqsirləndirilən şəxs2 çöldə durub gəlib-gedənin olub-olmamasını müşahidə etmiş, sonra onun idarə etdiyi “Mercedes markalı”, “**-BB-***” dövlət nömrə nişanlı avtomobildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə həmin metamfetamin psixotrop maddəsindən istifadə etmiş, bölgüdən sonra özünə düşən satış məqsədi olmadan əldə etdiyi psixotrop maddə “metamfetamin”i və narkotik vasitə “həşiş qətranı” nı yaşadığı evin qarajında dəmir seyfə qoyub gizlətmiş, bundan sonra onların birgə qaçaqmalçılıq yolu ilə əldə edib, saxlayaraq daşıdığı narkotik vasitə və psixotrop maddənin qalan hissəsi, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kəngərli rayon şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 noyabr 2021-ci il tarixdə, saat 20:30 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.281 qram “Metamfetamin” adlı psixotrop maddə, 26 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı evin qarajına baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 4.105 qram “Metamfetamin” adlı psixotrop maddə və 10.217 qram “Həşiş qətranı” narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs3 onun metamfetamin istifadə etdiyini bilirmiş. 23 noyabr 2021-ci ildə saat 19:30 radələrində hərbi hissədən çıxdıqdan sonra Təqsirləndirilən şəxs2lə görüşmüş, birlikdə olarkən “Metamfetamin” psixotrop maddəsi istifadə etmək istəmişlər. Təqsirləndirilən şəxs3 da narkotik vasitə və psixotrop maddə istifadə etdiyini bildiyi üçün ona zəng vurub telefonda ondan “metamfetamin” olub-olmadığını” soruşmuşdur. O, yoxdur dedikdə ondan harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs3 evdə olduğunu dedikdə Təqsirləndirilən şəxs2lə birlikdə ona məxsus “Mercedes” markalı **-BB-*** dövlət nömrə nişanlı maşınla Təqsirləndirilən şəxs3 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs3 çağırıb onun həyətinin qarşısında söhbət edərkən ona “metamfetamin” istifadə etmək istədiklərini bildirmişlər, o, yoxdur dedikdə ona “iranlı tanışınla danış göndərsin” demişdir. Təqsirləndirilən şəxs3 öz telefonu ilə danışa bilmədiyini dedikdə öz telefonunu ona verib “mənim telefonumla danış” demişdir. Təqsirləndirilən şəxs3 onun mobil telefonundan “Whatsapp” proqramı vasitəsilə iranlı tanışı ilə danışmış, sonra ona “danışdım, sabaha mal gələcək, 200 manat pul hazırla, iranlıdan metamfetamin və həşiş sifariş etdim, “rele” avtomobil ehtiyat hissəsinin içərisinə qoyub, gizlədib göndərəcək, siz gedib gömrükdən götürərsiniz, gətirərsiniz birlikdə bölərik” demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 də yanlarında olmuşdur. Növbəti gün Şahtaxtı gömrük məntəqəsindən narkotik vasitə və psixotrop maddəni götürmələri barədə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2lə oradan çıxıb getmişlər. Həmin gün Şahtaxtı sərhəd buraxılış məntəqəsində işləyən dayısının oğlu Şahid7 zəng edib növbəti gün avtomobili üçün rele gələcəyini deyib həmin malı anbardan götürüb ona verməsini xahiş etmiş, o, da “mən sabah orada olmayacam, diviziyada olacam, malın gəlsə xəbər edərsən zəng edib xahiş edərəm verərlər” demişdir. Sonra onunla sağollaşmışdır. 23 noyabr 2021-ci il tarixdə Samirin evindən çıxandan sonra təklikdə qabaqcadan psixotrop maddə satmağı planlaşdırdığı Şahid14 və Şahid15 zəng vurmuş, onlara psixotrop maddə satmağı planlaşdırmış, aralarında əvvəlcədən də bu barədə danışıq olmuşdur. İlkin olaraq Şahid14la danışmış, ondan səhər Qıvraq qəsəbəsinə gəlib-gəlməyəcəyini soruşmuş, o, dəqiq bilmədiyini dedikdə ona sabah gəlsə də-gəlməsə də danışdıqları N manatı göndərməsini, səhər pulu verməli olduğunu demişdir. 23 noyabr 2021-ci il tarixdə Şahid14la yenə telefonda danışmış, həmin danışıqda da Şahid14 pulu səhər göndərəcəyini demiş, o, da ona pulu sabah göndərəcəklərini, növbəti gün narkotik vasitə və psixotrop maddənin əlində olacağını, 200 manatlıq sifariş verdiyini, N manatlıq özünə, N manatlıq da ona aldığını, 10 gün istifadə edəcəkləri miqdarda olacağını və heç kimin yanında bu barədə danışmamasını demişdir. Şahid14 da onunla razılaşmışdır. 23 noyabr 2021-ci il tarixdə həmçinin Şahid15la da arasında danışıq olmuşdur. Samirgildən çıxandan sonra ona zəng vurub Təqsirləndirilən şəxs2lə gedib Təqsirləndirilən şəxs3la danışdığını, N manat tapdığını, N manat çatmadığını demişdir. N manatı tapdığını deyəndə Şahid14 alacağı həmin N manatı nəzərdə tutmuşdur. Ona “N manat ver, sənə də metamfetamindən verəcəm” demişdir. Şahid15 da pulu nə vaxt göndərəcəyini soruşduqda ona saat 10-11-ə göndərəcəklərini bildirmiş, Şahmar da pulu sabah göndərəcəyini demişdir. Şahmara N manat qarşılığında psixotrop maddə verəcəyini deyib onunla da razılaşmış, ancaq narkotik vasitə və psixotrop maddəni necə əldə edəcəklərini onlara deməmişdir. Onun Şahid14 və Şahid15 psixotrop maddə satacağından Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 xəbərləri olmamışdır. Onlara bu barədə deməmişdir. Deməməkdə məqsədi həmin mallar üçün lazım olan 200 manatı düzəltmək olmuşdur. Növbəti gün, yəni 24 noyabr 2021-ci ildə saat 13-14 radələrində Samirin iranlı tanışı ona zəng vursa da ona cavab verməmiş, bir az keçəndən sonra Samir ona zəng edib “iranlı sifariş verdiyi narkotik vasitə və psixotrop maddəni göndərib” dedikdə ona “Şəhruz mənə zəng vurdu, mən də açmadım” deyərək relenin hansı maşın üçün olduğunu, neçə dənə olduğunu soruşmuşdur. O, 1 ədəd “Saipa” avtomobilinin qapısının relesi olduğunu demişdir. Saat 14:00 radələrində o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Qıvraq qəsəbəsində görüşmüşlər və orada Təqsirləndirilən şəxs3 200 manatının olmadığını bildirmişdir. O, “sən get gömrüyə, mən Babadan pulu alıb gətirərəm, sonra sən onun pulunu verərsən ” deyərək, razılaşmışlar. Təqsirləndirilən şəxs3 işləmədiyi üçün pul qoymamışdır. Təqsirləndirilən şəxs2 də maşınından istifadə etdikləri üçün ondan pul almamışlar. Ona görə 200 manatı özü verəcəyi barədə razılaşmışdır. O, Samur adlı taksi sürücüsünün maşını ilə Şahtaxtı gömrüyünə getmiş, ondan sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 avtomobili ilə gedib pulu götürdükdən sonra Şahtaxtı gömrüyünə gəlmiş, orada görüşmüşlər. Sonra Təqsirləndirilən şəxs3 iranlıya çatdırması üçün tanımadığı sərhəd xidmətinin əməkdaşına 530 manat pul vermişdir. Həmin pulun 200 manatı narkotik vasitə və psixotrop maddə üçün, 330 manatı isə Samirin qohumunun dərmanları üçün olmuşdur. Həmin vaxt o, qohumu Şahid7 zəng vursa da ona zəng çatmamışdır. Narkotik vasitə və psixotrop maddə gömrüyə çatmadığı üçün Təqsirləndirilən şəxs3 “gedək kəndə mal hələ anbara verilməyib, Asiman müəllimlə danışaram, alınmır” deyərək onlara xəbər edəcəyini demişdir. Sonra Samir Şahid12 müəllimlə danışmış, o, da “rele” yük vasitəsilə gələ bilməz deyərək verməmişdir. Sonra onlar Qıvraq qəsəbəsinə qayıtmışlar. Qıvrağa gələndən sonra Təqsirləndirilən şəxs3 və o, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes markalı”, “**-BB- ***” dövlət nömrə nişanlı avtomobildə içərisində narkotik vasitə və psixotrop maddə olan releni gömrük nəzarətindən kənar necə keçirəcəkləri barədə söhbət edərkən Təqsirləndirilən şəxs3 “X-ray” yoxlama cihazının narkotik vasitə və psixotrop maddəni göstərmədiyini demişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birinci dəfə Şahtaxtı GKM-ə gedərkən nə üçün releni götürmədiklərini soruşmuşdur. Həmin vaxt Nəsimi və Samir avtomobilin DTX əməkdaşları tərəfindən izlənildiyini və hara getsələr arxalarınca gəldiyini və bunun üçün releni götürmədiklərini bildirmişdir. O, “Naxçıvan” X6 Sədərək X9 rəisi Şahid10 zəng etmək istədiyini bildirdikdə Təqsirləndirilən şəxs3 Şahid10 Şahid8 zəng vurub deyəcəyi təqdirdə releni verəcəklərini demişdir. O, Samir və Nəsiminin yanında Şahid10 zəng edərək ona avtomobili üçün rele gəldiyini, Şahtaxtı GKM-dən buraxmadıqlarını deyərək onu götürməyinə köməklik etməsini xahiş etmişdir. Şahid10 ona “gözlə danışım, sonra xəbər edəcəm get götür” demiş, bir az keçəndən sonra Şahid10 ona zəng vurub “danışmışam gedib götürərsən” demiş, o da Təqsirləndirilən şəxs2lə birlikdə gömrüyə getmişlər. Oradakı sərhəddin işçisi ona “ Eldar müəllim deyib saat 6-da çıxanda Qıvraqlı işçilərin biri ilə göndərərəm gələr” demişdir. Sonra bu barədə Samirə zəng vurmuş o, da “Cəvaniyə zəng vur o, götürsün” demişdir. Həmin vaxt Cəvaniyə zəng vurub relenin anbarda olduğunu, oradan götürüb onlara verməsini istədikdə Cəvani ona “mən anbar tərəfə keçə bilmirəm” demişdir. Releni həmin vaxt yenə götürə bilməmişlər. Saat 16-17 radələrində Samir onun mobil nömrəsinə zəng vurub Hamidin “mal”ı anbara verdiyini deyib gömrükdən gedib götürməsini istəmişdir. O, da Nəsimiyə zəng vurub çağıraraq birlikdə onun idarə etdiyi maşınla Şahtaxtı Gömrüyünə getmişlər. Oraya çatana yaxın sərhədçi Şahid8 ilə telefonda danışmış, Tahirli ondan Şahid7 qohumu olub-olmadığı soruşduqda ona Şahid7 qohumu olduğunu demişdir. Şahid8 releni Cavani ilə göndərəcəyini dedikdə ondan gəlib özünün götürə bilib-bilməyəcəyini soruşmuş, o, da gəlib götürə biləcəyini bildirərək “çatanda zəng vur gətirim verim” demişdir. Nəsimi ilə birlikdə oraya çatanda gömrüyün girişində olan Şahid8 reledən yana gəldiyini deyərək ondan sellofana bükülü releni götürmüşdür. İlkin vaxtı içərisində narkotik vasitə və psixotrop maddə olan releni götürə bilməsələr də Şahid10 zəng vurub deyəndən sonra gömrük rejimindəki anbardan çıxarıb ona vermişlər. Gömrük əməkdaşları və sərhədçilərdən heç kimin həmin relenin içərisində narkotik vasitə və psixotrop maddə olmasından xəbərləri olmamışdır. Onlar avtomobil ehtiyat hissəsi rele olduğunu bilmiş, onların heç birinin həmin releni götürmələrində marağı və məlumatı olmamışdır. İçərisində narkotik vasitə və psixotrop maddə olan releni götürdükdən sonra Təqsirləndirilən şəxs2lə birlikdə Qıvraq qəsəbəsinə qayıtmışlar. Yolda Təqsirləndirilən şəxs3 zəng vurub narkotik vasitə və psixotrop maddəni götürdüklərini bildirmişdir. Qıvraq qəsəbəsində Samirlə görüşüb qabaqcadan planlaşdırdıqları kimi onun qaynına məxsus qaraja getmişlər. Qarajın içərisində Samir releni qırıb içərisindəki bükümü çıxarmış, həmin bükümün içərisində əlavə 2 büküm olmuşdur. Bükümün birində ağ sellofana bükülmüş vəziyyətdə “həşiş qətranı” narkotik vasitəsi, digərində isə “metamfetamin” adlı psixotrop maddə olmuşdur. “Həşiş qətranı” narkotik vasitəsini Təqsirləndirilən şəxs3 özünə götürmüş, sonra Təqsirləndirilən şəxs2 kağız gətir “metamfetamini” bölək demişdir. Təqsirləndirilən şəxs2 də maşınından kağız gətirmişdir. Təqsirləndirilən şəxs3 metamfetamini kağıza töküb gözəyarı bölmüş, çox hissəsini özünə götürüb onlara az miqdarda vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 qarajın qarşısında durub ətrafın müşahidəsini apararkən Təqsirləndirilən şəxs3 onlara niyə az verib, özünə çox götürməsini soruşmuş, o, da səhər söhbət edərik demişdir. Psixotrop maddəni Təqsirləndirilən şəxs3la bölüşdürdükdən sonra Təqsirləndirilən şəxs2 maşınına əyləşmişlər. Avtomobillə gedərkən Təqsirləndirilən şəxs3 releni yolun kənarına atmış, yolda olarkən üçü birlikdə metamfetamindən istifadə etmişlər. Ondan sonra Təqsirləndirilən şəxs3 evlərinə aparıb endirdikdən sonra hərbi hissəyə getmişdir. Həmin gün ilkin olaraq Şahid14la bölük komandirinin otağında görüşüb, verdiyi N manat müqabilində metamfetamin adlı psixotrop maddəsindən ona satmışdır. Həmin N manat müqabilində Şahid14 satdığı metamfetamini otaqda ikisi də istifadə eləmişlər. Sonra Şahid14 hərbi hissədən çıxıb getmiş, o, orada qalmışdır. Daha sonra Şahid15 zəng vurub harada olduğunu soruşduqda ona Qıvrağa gəl zəng elə demişdir. O, Qıvrağa gələndə zəng vurub harada olduğunu soruşduqda ona hərbi hissəyə gəlməsini demişdir. Şahid15la bölük komandirinin otağında görüşüb ona N manat müqabilində həmin psixotrop maddədən bir dəfə istifadə etməli miqdarda satmış, otaqda ona satdığı “metamfetamini” istifadə etmişlər. Sonra isə onları evə aparması üçün Təqsirləndirilən şəxs2 zəng etmiş, bir az keçəndən sonra Təqsirləndirilən şəxs2 gəlmiş, hərbi hissədən çıxıb onun **-BB-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşmişlər, Təqsirləndirilən şəxs2 onları evə aparmışdır. Təqsirləndirilən şəxs3 dediyi 200 manatı onlardan alacağı pul ilə vermək istəmiş, ancaq onlarla danışmağından nə Təqsirləndirilən şəxs3 nə də ki, Təqsirləndirilən şəxs2 xəbəri olmamışdır. Onlara bu barədə heç nə deməmişdir. Şahid15 və Şahid14 konkret olaraq nə qədər metamfetamin satdığını bilmir. Çünki, onlara satdığı metamfetamini ölçməmiş, gözəyarı ayırıb ayrı bükümə qoymuşdur. Onlara satdığı metamfetamin bir istifadəlik olmuşdur. Şahid15 və Şahid14 başqa heç kimə metamfetamin psixotrop maddəsi satmamışdır. Təqsirləndirilən şəxs3 əldə etdikləri narkotik vasitə və ya psixotrop maddədən kiməsə pul müqabilində satmasından xəbəri yoxdur. 25 noyabr 2021ci ildə Təqsirləndirilən şəxs3 ona zəng vurub ona verdiyi metamfetamindən ona bir az verməsini istəmiş, ona yaxşı verərəm demişdir. Həmin gün işdən çıxıb ona zəng vurub harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs3 Qabıllı kəndində olduğunu Qıvrağa gələndə onu yığacağını demişdir. Təqsirləndirilən şəxs3 saat 20 radələrində ona zəng vurub harada olduğunu soruşduqda ona evdə olduğunu bildirmişdir. Samir gəlib onu qayınatasıgildən götürməsini istəmiş, saat 20:30 radələrində “Ford Focus” markalı, “**-BA- ***” dövlət nömrə nişanlı avtomobili ilə Təqsirləndirilən şəxs3 götürmək üçün gedərkən Kəngərli rayon DTX-nin əməkdaşları onu saxlayaraq DTX-nin inzibati binasının qarşısına aparmışlar. Sonra oraya Rüstəm və Nəvai adlı Qıvraq qəsəbə sakinlərini hal şahidi kimi çağırıb onun üzərinə və avtomobilinə baxış keçiriləcəyini bildirmişlər. Baxış keçirilməzdən əvvəl ondan üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, əgər vardırsa təqdim etməyi təklif edilmişdir. O, avtomobildə “metamfetamin” adlı psixotrop maddənin olduğunu bildirərək avtomobilin tavanında olan günlüyün içərisindəki bir bükümü götürərək təqdim etmişdir. Kağız büküm açılaraq içərisinə baxılmış, bükümün içərisində “metamfetamin” adlı psixotrop olduğu müəyyən edilmişdir. Hal şahidlərinin iştirakı ilə həmin maddə elektron tərəzidə çəkilmiş, metamfetamin adlı maddənin çəkisinin 0.281 qram olmuşdur. Baxış zamanı əlavə olaraq onun idarə etdiyi maşından 2 ədəd bıçaq və 1 ədəd psixotrop maddə istifadə etmək üçün maşın lanbuşkasından və ruçkadan hazırladığı alət aşkar edilmişdir. Həm psixotrop maddə və maddəni istifadə etdiyi alət, həm də bıçaqlar hal şahidlərinin iştirakları ilə şəkilləri çəkilib, qablaşdırılıb götürülmüşdür. Narkotik vasitə və ya psixotrop maddələri əldə etməyin, saxlamağın və satmağın qanunsuz olduğunu, həmin içərisində narkotik vasitə və psixotrop maddə olan relenin də gömrüyə bəyan edilmədən gəldiyinin qanunsuz olduğunu bilmiş, səhv edib bu addımı atmış, elədiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs1 son sözündə törətdiyi əməldən son dərəcə peşman olduğunu, 15 ildir xidmət etdiyini, 36 gün vətən müharibəsində iştirak etdiyini, Hadrutdan Şuşaya kimi işğal altında olan torpaqların alınmasında şəxsən iştirak etdiyini, Şuşanın və Xocavəndin azad olunmasına görə medalla təltif olunduğunu, bir daha belə halların təkrarlanmayacağına söz verdiyini göstərərək, həmçinin ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəldən tanıyır. Onların narkotik vasitə və psixotrop maddə istifadə elədiklərini bilirmiş. Bunu ona özləri demişlər. Onlarla bir yerdə psixotrop maddə də istifadə etmişlər. 23 noyabr 2021-ci ildə saat təxminən 19:30 radələrində Təqsirləndirilən şəxs1lə Qıvraq qəsəbəsində görüşmüş, idarə etdiyi avtomobildə əyləşmişlər, söhbət zamanı Təqsirləndirilən şəxs1 “görəsən Samirdə metamfetamin var ya yoxdur” dedikdə ona “mən hardan bilim, zəng vur soruş” demişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ***-***-**-** nömrəsinə zəng vurub ondan “metamfetamin” olub-olmadığını” soruşduqda Təqsirləndirilən şəxs3 ona yoxdur demişdir. Təqsirləndirilən şəxs1 onun harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs3 da evdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1lə birlikdə özünün “Mercedes” markalı **-BB- *** dövlət nömrə nişanlı maşını ilə Təqsirləndirilən şəxs3 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs3la onun həyətinin qarşısında söhbət edərkən Təqsirləndirilən şəxs1 “metamfetamin” psixotrop maddəsindən istifadə etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 olmadığını dedikdə o, “İranlı tanışın Şəhruzla danış göndərsin” demişdir. Həmin vaxt onların yanında olmuşdur. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 telefonuna Şəhruzun nömrəsini yazıb “whatsapp” vasitəsilə onunla danışmış, ondan 200 manatlıq “metamfetamin” psixotrop maddəsi və “həşiş qətranı” narkotik vasitəsini göndərməsini istəmişdir. Sonra telefonu söndürüb Təqsirləndirilən şəxs1 “danışdım, sabaha mal gələcək, 200 manat pul hazırla, iranlıdan metamfetamin psixotrop maddəsi və həşiş qətranı narkotik vasitəsi sifariş etdim, İranlı həmin malı “rele”-nin içərisinə qoyub gömrüyə göndərəcək, gedib götürərsiniz” demişdir. Orada içərisində narkotik vasitə və psixotrop maddə olan relenin gömrüyə gəldiyində, birlikdə gedib götürəcəkləri barədə razılaşmışlar sonra maşına minib evlərinə getmişlər. 24 noyabr 2021-ci ildə səhər saat təxminən 10-11 radələrində Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** nömrədən onun istifadə etdiyi ***-***-**-** mobil telefona zəng vurub “gəl gedək Şahtaxtı Gömrüyünə bibimin ximya dərmanları gəlib onları götürək” demişdir. Onunla X7 getmişdir. Orada o, maşında gözləmiş, Samir gömrüyə gedib, bir az keçdikdən sonra əlində sellofan torbada olan həmin ximya dərmaları ilə qayıdıb gəlmişdir. Birlikdə Qıvraq qəsəbəsinə gəldikdə onu bibisigilin evinə aparmışdır. Təqsirləndirilən şəxs3 ona “zəng vuranda gəlib məni götürərsən, gedib dərmanların pulunu verərik” demişdir. O, çıxıb getmişdir. Saat 14 radələrində Təqsirləndirilən şəxs3 ona zəng vurub gəlib onu götürməsini istəmiş, gedib onu götürdükdən sonra qəsəbəyə gəlib orada Təqsirləndirilən şəxs1lə görüşmüşlər. Ramid Samirə axşam danışılan mal üçün lazım olan 200 manatı tapa bilmədiyini dedikdə Təqsirləndirilən şəxs3 ona “sən get gömrüyə, mən pulu mağaza işlədən Babadan alıb verərəm, sən onun pulunu verərəsən” demişdir. O, da razılaşmışdır. Samiri, onun göstərişi ilə Baba ləqəbli Cebo adlı dostunun mağazasına aparmış, o, maşında gözləmiş Samir isə mağazaya gedərək Babadan 200 manat pulu alıb qayıtmışdır. X7 getmişlər. Ramid Samur adlı taksi sürücüsünün maşını ilə əvvəldən oraya gəlmişdi. Gömrüyün qarşısında Samirlə Ramid söhbət etmiş özü isə maşında qalmışdır. Samir arxasınca da Ramid gömrüyün qapısına tərəf gedib qayıtmışlar. Qayıdandan sonra Samir ona “pulu verdim, gedək” demişdir. Həmin vaxt içərisində narkotik vasitə və psixotrop maddə olan releni götürə bilməmişlər. Samir onunla, Ramid isə taksidə Qıvraq qəsəbəsinə qayıtmışlar. Daha sonra Samir, Ramid və o, üçü birlikdə idarə etdiyi “Mercedes markalı”, “**-BB-***” dövlət nömrə nişanlı avtomobildə içərisində narkotik vasitə və psixtrop maddə olan releni gömrük nəzarətindən kənar necə keçirəcəkləri barədə söhbət edərkən Samir “X-ray” yoxlama cihazının narkotik vasitə və psixtrop maddəni göstərmədiyini demişdir. Həmin vaxt Ramid ondan və Samirdən birinci dəfə Şahtaxtı GKM-ə gedərkən nə üçün releni götürmədiklərini soruşduqda o və Samir avtomobilin DTX əməkdaşları tərəfindən izləndiyini, hara getsələr arxalarınca gəldiyini, bunun üçün releni götürmədiklərini demişdir. Ramid “Naxçıvan” X6 Sədərək SNM-nin rəisi Şahid10 zəng etmək istədiyini bildirdikdə Samir Şahid10 Şahid8 zəng vurub deyəcəyi təqdirdə releni verəcəklərini demişdir. O, isə Şahid10 ilə sinif yoldaşı olduqlarını bildirmişdir. Ramid Samirlə onun yanında Şahid10 zəng edərək ona avtomobili üçün rele gəlmiş, Şahtaxtı GKM-dən buraxmadıqlarını deyərək onu götürməsinə köməklik etməsini xahiş etmişdir. Şahid10 da Ramidə “danışaram gedib götürərsən” demişdir. Sonra onlar öz işlərinin arxasınca getmişlər. Saat 16-17 radələrində Ramid ona zəng vurub “hərbi hissənin girişindəyəm gəl məni götür gedək gömrüyə, releni götürək” demişdir. Razılaşıb gedib onu götürdükdən sonra onunla birlikdə idarə etdiyi maşınla Şahtaxtı Gömrüyünə getmişlər. Orada Ramid həmin releni tanımadığı sərhədçidən götürmüş, birlikdə Qıvraq qəsəbəsinə gəlmişlər. Qıvraq qəsəbəsində Samirlə görüşüb, onu da götürdükdən sonra birlikdə Samirin qaynı Zammədin Əhmədova məxus qaraja getmişlər. O, maşında gözləmiş, Samir və Ramid releni götürüb qarajın içərisinə getmişlər. Bir az keçəndən sonra Ramid gəlib kağız istəmiş, ona kağız vermiş, kağızı alandan sonra yenidən qaraja qayıtmışdır. Kağızı verəndə, içəridə malı böləcəklərini bilmiş, yenə maşından düşməmiş, həmin vaxt onlara “bizə niyə az verib, özünə çox götürürsən” sözünü deməmişdir. Təxminən 5-10 dəqiqə sonra hər ikisi qarajdan çıxaraq gəlib maşına oturmuş, yolda Samir və Ramid İrandan gətirtdikləri həmin metamfetamindən istifadə eləməyə başlamış, onlarla birlikdə həmin metamfetamindən istifadə etmişdir. Sonra Samiri aparıb evlərinə qoymuş, oradan da Ramidi hərbi hissəyə aparmışdır. Onu hərbi hissəyə aparanda Ramid “axşam zəng vuracam gəlib məni hərbi hissənin qarşısından götürərsən” demişdir. O, da yaxşı deyib getmişdir. Axşam Ramid ona zəng vurduqda hərbi hissənin qarşısına getmiş, həmin vaxt Ramid və yanındakı Şahid15 evlərinə aparmışdır. 26 noyabr 2021-ci ildə o, DTX-nin Kəngərli rayon şöbəsinə aparılmış, ondan narkotik vasitə və psixotrop maddədən onda da olub-olmaması soruşulduqda olmadığını demişdir. Naxçıvan şəhərində yerləşən baş idarələrinə gətirilib araşdırma aparılmış, sonra isə gömrük yolu ilə İrandan Naxçıvana gömrük nəzarətindən kənar narkotik vasitə və psixotrop maddə gətirtdiklərinə görə barələrində cinayət işi başlanılaraq həbs edilmişlər. Narkotik vasitə və ya psixotrop maddələri əldə etməyin, saxlamağın, satmağın və daşımağın qanunsuz olduğunu bilmiş, həmin maddədən satmamış, səhv edib həm narkotik vasitə və psixotrop maddəni maşınında daşımış və həm də istifadə eləmişdir. Təqsirləndirilən şəxs2 son sözündə törətdiyi əməldən son dərəcə peşman olduğunu, 3 qız uşağının olduğunu, ikinci qrup əlil olduğunu, tamahın qurbanı olduğunu, cəmi bir dəfə çəkdiyini, çəkdiyinə və daşıdığına görə peşman olduğunu nəzərə alaraq ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Digər Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 4 il Bakı şəhərində yaşadığı müddətdə narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Naxçıvana qayıdandan sonra narkotik vasitə və ya psixotrop maddə istifadə etmək istəyəndə irana gedib orada taksi sürücüsü işləyən Poldəşt sakini Şəhruz adlı tanışı vasitəsilə əldə edib, istifadə etmişdir. Şəhruz ona əgər istəsə Naxçıvana da göndərəcəyini demişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, onlarla münasibəti yaxşı olmuş və onların psixotrop maddə istifadə etdiklərini bilirmiş. Bunu onlar özləri söhbət edərkən demişdir. Onlara iranlı tanışı olduğunu, nə vaxt psixotrop maddə istifadə eləmək istələr təşkil edə biləcəyini demişdir. 23 noyabr 2021-ci ildə saat 19-20 radələrində Qıvraq qəsəbəsində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs1 ona zəng vurub telefonda salamlaşdıqdan sonra ondan “metamfetamin” olub-olmadığını soruşmuşdur. O, isə olmadığını dedikdə Ramid harada olduğunu soruşmuş, ona evdə olduğunu demiş, bir az keçdikdən sonra Ramidlə Nəsimi birlikdə ona məxsus “Mercedes” markalı **-BB-*** dövlət nömrə nişanlı maşınla yaşadığı evə gəlmişlər. Yaşadığı evin qarşısına çıxıb onlarla söhbət edərkən Ramid “metamfetamin” psixotrop maddəsindən istifadə etmək istədiyini bildirdikdə ona yoxdur demişdir. Ramid “İranlı tanışın Şəhruzla danış göndərsin” demiş, həmin vaxt Nəsimi də onların yanında olmuşdur. O, Ramidin telefonuna Şəhruzun nömrəsini yazıb “whatsapp” vasitəsilə onunla danışmış, ondan 200 manatlıq “Metamfetamin” psixotrop maddəsi və “Həşiş qətranı” narkotik vasitəsi göndərməsini istəmişdir. İranlı tanışı razılaşaraq “rele” adlı avtomobil ehtiyat hissəsinin içərisinə qoyub göndərəcəyini demişdir. Şəhruza “mən götürməyəcəm, başqası götürəcək” dedikdə o, “verəcəm Hamidgilin maşınına, onlar gömrüyə gələndə keçib gömrükdən götürərsiz” demişdir. Ona “bu nömrəyə zəng edərsən gəlib götürəcək” deyib telefonu söndürmüşdür. Telefonla danışdıqdan sonra Ramidə “danışdım, sabaha mal gələcək, 200 manat pul hazırla, iranlıdan “şüşə” adlı metamfetamin və “maçı” adlı həşiş sifariş etdim, “rele”nin içərisinə qoyub, gizlədib göndərəcək, siz gedib götürərsiniz, gətirərsiniz birlikdə bölərik” demişdir. O, Ramid və Nəsimi ilə birlikdə həmin narkotik vasitə və psixotrop maddənin gömrük nəzarətindən kənar bəyan edilmədən X8 anbara gələcəyi, Nəsimi və Ramidin narkotik vasitə və psixotrop maddəni götürüb gələcəyi, birlikdə böləcəkləri barədə razılaşmışlar. Onlarla aralarında razılaşdıqdan sonra Ramid və Nəsimi oradan çıxıb getmişlər. X17 xərçəng xəstəsi olduğu üçün İrandan dərman sifariş verdiyindən 24 noyabr 2021-ci il tarixdə Şəhruzla telefonda danışmış, o, ximya dərmanları və və digər malları Hamidlə göndərəcəyini deyib 530 manat pul istəmiş, o, ximya dərmanlarının 283 manat olduğunu, 17 manat iranda yazdırdığı resept üçün, 30 manat isə yol pulu üçün olduğunu deyib 330 manatın həmin dərmanlar üçün, 200 manat isə narkotik vasitə və psixotrop maddə üçün istəmişdir. Şəhruzun dediyinə görə narkotik vasitə və psixotrop maddəni Təbriz şəhərindən əldə etdiyi üçün yol pulusu çox tutmuş, ona görə də N manat metmafetaminə, 20 manat həşiş qətranına, 10 manat releyə, 70 manat da yol pulu üçün göndərmişdir. Şəhruz yenə ona zəng vurub ximya dərmanlarını gedib götürməsini dedikdən sonra həmin dərmanları götürmək üçün istifadə etdiyi ***-***-**-** nömrədən Nəsiminin istifadə etdiyi ***-***-**-** mobil telefona zəng vurub gəl gedək X8 ximya dərmanları gəlib onları götürək demiş, o da razılaşmış, birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi maşınla gömrüyə getmişlər. O, avtomobildən enib Şahtaxtı gömrüyünə gedib dərmanları götürmüş, Nəsimi isə maşında onu gözləmişdir. Həmin dərmanları da Hamidgil gətirmiş, resept olduğu üçün həmin dərmanları problemsiz götürmüşdür. Sonra Nəsiminin maşını ilə Qıvraq qəsəbəsinə qayıtmışlar. Nəsimi onu bibisigilin evinə aparmış, ona “zəng vuranda gəlib məni götürərsən gedib dərmanların pulunu verərik” demişdir. Dərmanlar üçün bibisinin oğlundan 330 manat pul almışdır. Saat 13-14 radələrində Şəhruz ***-***-**-** mobil nömrəsindən ona zəng vurub narkotik vasitə və psixotrop maddəni relenin içərisində gizlədib göndərdiyini bildirmişdir. O, da Ramidin istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vurub sifariş verdiyi malları Şəhruzun göndərdiyini dedikdə Ramid “Şəhruz mənə zəng vurdu, mən də açmadım” demişdir. Ona aç danış get malı götür dedikdə Ramid pulunun olmadığını bildirmişdir. Saat 14:00 radələrində, o, Nəsimi və Ramid Qıvraq qəsəbəsində görüşdükdə Ramid ona 200 manatının olmadığını bildirmişdir. Ona “sən get gömrüyə, mən mağaza işlədən Babadan alıb verərəm, sən onun pulunu verərəsən” dedikdə o, da razılaşmışdır. Ramid taksi ilə Şahtaxtı Gömrüyünə getmiş, o, Nəsiminin avtomobili ilə Babadan pulu götürdükdən sonra Şahtaxtı Gömrüyünə getmişdir. Babadan pulu alanda ona 200 manat pul lazımdı ver deyərək sonra qaytaracağını bildirmiş, onun pulu psixotrop maddə və narkotik vasitə üçün almağından xəbəri olmamışdır. Pulu alandan sonra Nəsimi ilə birlikdə gömrüyə getmiş, orada üçü görüşmüşlər. O, 530 manat pulu Ədalət adlı sərhədçiyə verib “pulu sizdən Hamid götürəcək” demiş, Ədalət pulu ondan alıb arabaçı Samir ilə Hamidə göndərmişdir. 530 manat pulun 200 manatı “metamfetamin” psixotrop maddəsi və “həşiş qətranı” narkotik vasitəsi üçün, 300 manatı ximya dərmanları üçün, 30 manatı isə Hamidin yol xərci üçün olmuşdur. Həmin vaxt Hamidin ***-***-**-** mobil nömrəsinə zəng vurub onunla danışmış, o, hələ releni gömrüyə vermədiyini demiş, narkotik vasitə və psixotrop maddə anbara verilmədiyi üçün Nəsimi və Ramid “gedək qəsəbəyə mal hələ anbara verilməyib, gələndə sizə xəbər edəcəm” demişdir. ondan sonra Qıvraq qəsəbəsinə qayıtmışlar. Sonra Şəhruz ona zəng vurub narkotik vasitə və psixotrop maddə gömrükdə anbarda olduğunu dedikdə o, da Ramidə zəng vurub “mal”ı gömrükdən gedib götürməsini bildirmişdir. Ramid də Nəsimi ilə birlikdə onun idarə etdiyi maşınla Şahtaxtı Gömrüyünə getmişlər. Ramid ona zəng vurub malı onlara vermədiklərini demişdir. O, da Şahtaxtı Gömrüyündə yükün rəisi işləyən Şahid12 ***-***-**-** nömrəsinə zəng vurub onunla danışıb “dostumun relesi gəlib oradadı, onu buraxa bilərsiniz?” deyə xahiş etmiş, Şahid12 “rele ehtiyyat hissəsi şəxsi istifadə üçün gəldiyindən yük xətti ilə gətirilə bilməz, sən onu yaxşı olar ki, sərnişin yükü kimi gətir, yaxud da kimsə həmin yükü öz fakturasında bəyan etməklə gömrük rəsmiləşdirməsini həyata keçirməklə sənə təqdim edə bilər” demişdir. Ondan sora o və Ramid Nəsiminin idarə etdiyi “Mercedes markalı”, “**-BB-***” dövlət nömrə nişanlı avtomobildə içərisində narkotik vasitə və psixtrop maddə olan releni gömrük nəzarətindən kənar necə keçirəcəkləri barədə söhbət edərkən o, “X-ray” yoxlama cihazının narkotik vasitə və psixtrop maddəni göstərmədiyini demişdir. Ramid Nəsimi və ondan birinci dəfə Şahtaxtı GKM-ə gedərkən nə üçün releni götürmədiklərini soruşduqda Nəsimi və o, avtomobilin DTX əməkdaşları tərəfindən izlənildiyini, hara getsələr arxalarınca gəldiklərini, bunun üçün releni götürmədiklərini bildirmişlər. Ramid “Naxçıvan” X6 Sədərək X9 rəisi Şahid10 zəng etmək istədiyini bildirdikdə ona Şahid10 Şahid8 zəng vurub deyəcəyi təqdirdə releni verəcəklərini demişdir. Nəsimi də Şahid10 ilə sinif yoldaşı olduqlarını demişdir. Ramid onların yanında Şahid10 zəng edərək ona avtomobili üçün rele gəldiyini, Şahtaxtı GKM-dən buraxmadıqlarını deyib onu götürməsinə köməklik etməsini xahiş etmişdir. Şahid10 da kömək edəcəyini bildirmişdir. Sonra hərə öz işinin dalınca getmişdir. Bir müddət sonra Ramid zəng vurub ona releni Şahtaxt Gömrüyündə işləyən Qıvraq qəsəbə sakinlərindən birinə verəcəklər qəsəbəyə gətirəcək dedikdə o, da Cəvaniyə versinlər gətirsin demişdir. Sonra Ramid zəng vurub Cəvani releni götürə bilmir dedikdə Hamidə zəng vurub releni anbara verməsini tapşırmışdır. Hamid releni anbara verəndən sonra saat 17 radələrində Ramidə releni gedib götürməsini demişdir. Bir az keçəndən sonra Ramid ona zəng vurub “içərisində narkotik vasitə və psixotrop maddə olan releni götürmüşük, Qıvraq qəsəbəsinə gəlirik” demişdir. Qıvraq qəsəbəsində onlarla görüşüb qabaqcadan planlaşdırdıqları kimi onlarla qaynı Zammədin Əhmədova məxus qaraja getmişlər. Qarajın içərisində releni qırıb içərisindəki bükümü çıxardıqda həmin bükümün içərisində əlavə 2 büküm olduğunu görmüş, bükümün birində ağ sellofana bükülmüş vəziyyətdə “həşiş qətranı” narkotik vasitəsi, digərində isə “metamfetamin” adlı psixotrop maddə olmuşdur. “Həşiş qətranı” narkotik vasitəsini özünə götürmüş, onlara verməmiş, sonra Nəsimiyə kağız gətir “metamfetamini” bölək dedikdə, o, da maşınından kağız gətirib vermişdir. Metamfetamini kağıza töküb gözəyarı böldükdə çox hissəsini özünə götürüb onlara az miqdarda vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 qarajın qarşısında durub ətrafın müşahidəsini apararkən ondan “bizə niyə az verib, özünə çox götürürsən?”. deyərək soruşmuş, o da ona səhər söhbət edərik demişdir. Qaynına məxsus qarajda olduqları üçün tələsik ordan getmək istədiyindən “səhər görüşərik həmin maddədən sizə yenə verərəm” demişdir. Psixotrop maddəni bölüşdürdükdən sonra Nəsiminin maşınına əyləşmişlər, avtomobillə gedərkən releni yolun kənarına atmış, maşında hər üçü metamfetamindən istifadə etmişlər. Ondan sonra Nəsimi və Ramid maşınla onu evinə aparmışdır. Üzərindəki narkotik vasitəni və psixotrop maddəni qarajındakı dəmir seyfə qoyub, seyfi kilitləmiş, həmin gün axşam və 25 noyabrda narkotik vasitə və psixotrop maddədən istifadə etmişdir. Əldə etdiyi narkotik vasitə və psixotrop maddədən heç kimə satmamış, həmin narkotik vasitə və psixotrop maddəni özü istifadə etmək üçün gətirtmişdir. Təqsirləndirilən şəxs1 bölgüdən sonra özündə olan “metamfetamin” adlı psixotrop maddəni Şahid15 və Şahid14 satmağından, nə qədər satmağından xəbəri olmamışdır. Həmin içərisində narkotik vasitə və psixotrop maddə olan rele gəlib yükün rəisi Asiman vermədiyindən gömrük rejimində anbarda qalmış, götürə bilməmişlər. X22 Əsədova zəng vurub həmin ehtiyyat hissəsinin verilməsini xahiş etdikdən sonra həmin releni gömrük rejimindəki anbardan çıxarıb onlara vermişlər. Gömrük əməkdaşları və sərhədçilərdən heç kimin həmin relenin içərisində narkotik vasitə və psixotrop maddə olmasından xəbərləri olmamışdır. Onlar avtomobil ehtiyat hissəsi rele olduğunu bilmiş, onların heç birinin marağı və məlumatı olmamışdır. 26 noyabr 2021-ci ildə saat 10 radələrində yaşadığı evdə olarkən evə mülki geyimli şəxslər gəlib onu çağırmış, ona vəsiqələrini təqdim edərək Kəngərli rayon DTX-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər Kəngərli rayon məhkəməsinin qərarı ilə onu tanış elədikdən sonra yaşadığı evə və digər həyətyanı sahələrə baxış keçirəcəklərini bildirmiş və ondan evdə və həyətyanı sahədə narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşlar. Könüllü olaraq qarajdaki seyfdə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, həmin seyfə yanlarında gətirdikləri Eldəniz və Camal adlı hal şahidlərinin iştirakı ilə baxış keçirmişlər. Həmin vaxt seyfdən bir ədəd ağ sellofana bükülü halda olan qara rəngli bərk halda “həşiş qətranı” narkotik vasitəsi, bir ədəd kağız bükümdə “metamfetamin adlı psixotrop maddə və bir ədəd narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün özünün ətir şüşəsindən hazırladığı alət aşkar edilmişdir. Həmin narkotik vasitə və psixotrop maddə elektron tərəzidə çəkildikdə metamfetaminin çəkisi 4.105 qram, həşiş qətranının çəkisi 10.217 qram olmuş, daha sonra həmin maddələr hal şahidlərinin iştirakı ilə qablaşdırılıb götürülmüşdür. Narkotik vasitə və ya psixotrop maddələri əldə etməyin, saxlamağın və satmağın qanunsuz olduğunu, həmin malların gömrüyə bəyan edilmədən gəldiyinin də qanunsuz olduğunu bilmiş, səhv edib bu addımı atmış, peşmandır. Təqsirləndirilən şəxs3 son sözündə törətdiyi əməldən son dərəcə peşman olduğunu, narkotik vasitələrə və psixotrop maddələrə asılılığının olmadığını nəzərə alaraq ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissənin qərargah bölüyünün baş çavuşu vəzifəsində xidmət edərkən 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə görüşərək Təqsirləndirilən şəxs3 zəng vurub onda psixotrop maddə olub-olmamasını soruşmuşlar, sonuncu olmadığını dedikdə Təqsirləndirilən şəxs2lə birlikdə Təqsirləndirilən şəxs3 yaşadığı ünvana gedib orada Təqsirləndirilən şəxs3 “iranlı tanışına” zəng vurub psixotrop maddə və narkotik vasitə sifariş verməsini istəmişlər, bundan sonra onlar qabaqcadan əlbir olan bir qrup şəxs kimi cinayət əlaqəsinə girərək “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirmə barədə razılığa gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 20 radələrində ona məxsus telefondakı “whatsapp” proqramı vasitəsilə adı istintaqa X2 bəlli olan İran İslam Respublikasındakı üzvü ilə danışaraq 200 manat pul dəyərində “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini sifariş edərək, həmin maddələri avtomobilə məxsus ehtiyat hissəsi olan “rele”nin içərisində gizlədərək göndərilməsi barədə razılaşmışlar. 24 noyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes” markalı, “**-BB- ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, o, isə taksi vasitəsilə X18 Məntəqəsinə gedərək orada görüşdükdən sonra, birlikdə narkotik vasitə və psixotrop maddənin alınması üçün 200 manat pulu İİR vətəndaşı X3 göndərərək qayıtmışlar. Sonra həmin şəxs İran İslam Respublikasında narkotik vasitə və psixotrop maddəni əldə edib, daşımaqla malların aşkarlanmasını çətinləşdirən üsuldan istifadə edərək “rele” adlı avtomobil ehtiyat hissəsinin içərisində gizlətməklə adı istintaqa X4 məlum olan digər İran İslam Respublikasının vətəndaşı vasitəsilə X18 Məntəqəsinə göndərmiş, həmin şəxs X18 Məntəqəsindən Azərbaycan Respublikasının gömrük sərhəddindən bəyan etməməklə, gömrük nəzarətindən gizli keçirərək qaçaqmalçılıq yolu ilə içərisində narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini X18 Məntəqəsinin anbarına təhvil vermişdir. Təqsirləndirilən şəxs3 bu barədə məlumatlandıqdan sonra əvvəlcədən ümumi razılaşmalarına əsasən Təqsirləndirilən şəxs1 bunu bildirmiş, sonuncu Təqsirləndirilən şəxs2lə birlikdə onun idarə etdiyi “Mercedes” markalı, “**-BB-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X18 Məntəqəsinə getmişlər. lakin X18 Məntəqəsinin əməkdaşı tərəfindən “rele” avtomobil ehtiyat hissəsi gömrük rejimindən Naxçıvan Muxtar Respublikasının ərazisinə buraxılmadığından öz əməllərini başa çatdırmaq məqsədilə Təqsirləndirilən şəxs1 müxtəlif vəzifəli şəxslərə həmin avtomobil ehtiyat hissəsinin gömrük rejimindən onlara təhvil verilməsi barədə xahiş etdikdən sonra saat 17 radələrində içərisində gömrük nəzarətindən gizli keçirdikləri narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini X18 Məntəqəsinin anbarından götürüb narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib, Təqsirləndirilən şəxs2lə birlikdə saxlayıb, daşıyaraq Qıvraq qəsəbəsinə gətirdikdən sonra orada Təqsirləndirilən şəxs3la görüşərək sonuncunun qaynına məxsus həyətdə yerləşən qaraja getmişlər, orada Təqsirləndirilən şəxs3la narkotik vasitəni və psixotrop maddəni bölüşdürərkən Təqsirləndirilən şəxs2 çöldə durub gəlib-gedənin olub-olmamasını müşahidə etmiş, sonra onun idarə etdiyi “Mercedes markalı”, “**-BB-***” dövlət nömrə nişanlı avtomobildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə həmin metamfetamin psixotrop maddəsindən istifadə etmişdir. Bölgüdən sonra özünə düşən satış məqsədi ilə əldə etdiyi psixotrop maddə “metamfetamin”dən əvvəlcədən satmaq barədə razılaşdığı Şahid15 və Şahid14 hər birinə N manat müqabilində satmışdır. Bundan sonra onların birgə qaçaqmalçılıq yolu ilə əldə edib, saxlayaraq daşıdığı narkotik vasitə və psixotrop maddənin qalan hissəsi, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kəngərli rayon şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 noyabr 2021-ci il tarixdə, saat 20:30 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman təmiz çəkisi 0.281 qram “Metamfetamin” adlı psixotrop maddə, 26 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı evin qarajına baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 4.105 qram “Metamfetamin” adlı psixotrop maddə və 10.217 qram “Həşiş qətranı” narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Onun bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə nəticələnmişdir. Bundan başqa məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs2 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə görüşərək Təqsirləndirilən şəxs3 zəng vurub onda psixotrop maddə olub-olmamasını soruşmuşlar, sonuncu olmadığını dedikdə Təqsirləndirilən şəxs1lə birlikdə Təqsirləndirilən şəxs3 yaşadığı ünvana gedib orada Təqsirləndirilən şəxs3 “iranlı tanışına” zəng vurub psixotrop maddə və narkotik vasitə sifariş verməsini istəmişlər. Bundan sonra onlar qabaqcadan əlbir olan bir qrup şəxs kimi cinayət əlaqəsinə girərək “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirmə barədə razılığa gəlmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 məxsus telefondakı “whatsapp” proqramı vasitəsilə adı istintaqa X2 bəlli olan cinayətkar qrupun İran İslam Respublikasındakı üzvü ilə danışaraq 200 manat pul dəyərində “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini sifariş edərək, həmin maddələri avtomobilə məxsus ehtiyat hissəsi olan “rele”nin içərisində gizlədərək göndərilməsi barədə razılaşmışlar. 24 noyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs3la birlikdə idarə etdiyi özünə məxsus “Mercedes” markalı, “**-BB-***” dövlət nömrə nişanlı avtomobillə, Təqsirləndirilən şəxs1 isə taksi vasitəsilə X18 Məntəqəsinə gedərək orada görüşdükdən sonra birlikdə narkotik vasitə və psixotrop maddənin alınması üçün 200 manat pulu İİR vətəndaşı X3 göndərərək qayıtmışlar, sonra həmin şəxs İran İslam Respublikasında narkotik vasitə və psixotrop maddəni əldə edib, daşımaqla malların aşkarlanmasını çətinləşdirən üsuldan istifadə edərək “rele” avtomobil ehtiyat hissəsinin içərisində gizlətməklə adı istintaqa X4 məlum olan digər İran İslam Respublikasının vətəndaşı vasitəsilə X18 Məntəqəsinə göndərmişdir. Həmin şəxs X18 Məntəqəsindən Azərbaycan Respublikasının gömrük sərhəddindən bəyan etməməklə, gömrük nəzarətindən gizli keçirilərək qaçaqmalçılıq yolu ilə içərisində narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini X18 Məntəqəsinin anbarına təhvil vermiş, Təqsirləndirilən şəxs3 bu barədə məlumatlandırıldıqdan sonra əvvəlcədən ümumi razılaşmalarına əsasən Təqsirləndirilən şəxs1 bunu bildirmişdir. Sonuncu Təqsirləndirilən şəxs2lə birlikdə onun idarə etdiyi “Mercedes markalı”, “**-BB-***” dövlət nömrə nişanlı avtomobillə X18 Məntəqəsinə getmişlər. Lakin X18 Məntəqəsinin əməkdaşı tərəfindən “rele” avtomobil ehtiyat hissəsi gömrük rejimindən Naxçıvan Muxtar Respublikasının ərazisinə buraxılmadığından öz əməllərini başa çatdırmaq məqsədilə Təqsirləndirilən şəxs1 müxtəlif vəzifəli şəxslərə zəng edərək həmin avtomobil ehtiyat hissəsinin gömrük rejimindən onlara təhvil verilməsi barədə xahiş etdikdən sonra saat 17 radələrində içərisində gömrük nəzarətindən gizli keçirdikləri narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini X18 Məntəqəsinin anbarından götürüb şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyaraq birlikdə Qıvraq qəsəbəsinə gətirdikdən sonra orada Təqsirləndirilən şəxs3la görüşərək sonuncunun qaynına məxsus həyətdə yerləşən qaraja getmişlər. Orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitəni və psixotrop maddəni bölüşdürərkən çöldə durub gəlib-gedənin olub-olmamasını müşahidə etmiş, sonra idarə etdiyi “Mercedes” markalı, “**-BB-***” dövlət nömrə nişanlı avtomobildə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1lə birlikdə həmin metamfetamin psixotrop maddəsindən istifadə etmişdir. Bundan sonra onların birgə qaçaqmalçılıq yolu ilə əldə edib, saxlayaraq daşıdığı narkotik vasitə və psixotrop maddənin qalan hissəsi, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kəngərli rayon şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 noyabr 2021-ci il tarixdə, saat 20:30 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.281 qram “Metamfetamin” adlı psixotrop maddə, 26 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı evin qarajına baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 4.105 qram “Metamfetamin” adlı psixotrop maddə və 10.217 qram “Həşiş qətranı” narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Onun bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2ci və 234.1-ci maddələrində nəzərdə tutlmuş cinayət əməllərinin törədilməsi ilə nəticələnmişdir. Həmçinin məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs3 həmin cinayət əməllərini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs3 23 noyabr 2021-ci il tarixdə yaşadığı evdə olarkən Qıvraq qəsəbə sakinləri Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 zəng vurub onda psixotrop maddə olub-olmamasını soruşmuşlar, onlara olmadığını dedikdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə onun yaşadığı ünvana gedib orada ondan “iranlı tanışına” zəng vurub psixotrop maddə və narkotik vasitə sifariş verməsini istəmişlər. Bundan sonra onlar qabaqcadan əlbir olan bir qrup şəxs kimi cinayət əlaqəsinə girərək “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirmə barədə razılığa gəlmişlər. Bu məqsədlə həmin tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 məxsus telefondakı “whatsapp” proqramı vasitəsilə adı istintaqa X2 bəlli olan cinayətkar qrupun İran İslam Respublikasındakı üzvü ilə danışaraq 200 manat pul dəyərində “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini sifariş edərək, həmin maddələri avtomobilə məxsus ehtiyat hissəsi olan “rele”nin içərisində gizlədərək göndərilməsi barədə razılaşmışlar. 24 noyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2lə birlikdə onun idarə etdiyi “Mercedes” markalı, “**-BB-***” dövlət nömrə nişanlı avtomobillə, Təqsirləndirilən şəxs1 isə taksi vasitəsilə X18 Məntəqəsinə gedərək orada görüşdükdən sonra birlikdə narkotik vasitə və psixotrop maddənin alınması üçün 200 manat pulu İİR vətəndaşı X3 göndərərək qayıtmışlar. Sonra həmin şəxs İran İslam Respublikasında narkotik vasitə və psixotrop maddəni əldə edib, daşımaqla malların aşkarlanmasını çətinləşdirən üsuldan istifadə edərək “rele” avtomobil ehtiyat hissəsinin içərisində gizlətməklə adı istintaqa X4 məlum olan digər İran İslam Respublikasının vətəndaşı vasitəsilə X18 Məntəqəsinə göndərmiş, həmin şəxs X18 Məntəqəsindən Azərbaycan Respublikasının gömrük sərhəddindən bəyan etməməklə, gömrük nəzarətindən gizli keçirilərək qaçaqmalçılıq yolu ilə içərisində narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini X18 Məntəqəsinin anbarına təhvil vermişdir. Təqsirləndirilən şəxs3 bu barədə məlumatlandırıldıqdan sonra əvvəlcədən ümumi razılaşmalarına əsasən Təqsirləndirilən şəxs1 bunu bildirmiş, sonuncu Təqsirləndirilən şəxs2lə birlikdə onun idarə etdiyi “Mercedes” markalı, “**-BB-***” dövlət nömrə nişanlı avtomobillə X18 Məntəqəsinə getmişlər. Lakin X18 Məntəqəsinin əməkdaşı tərəfindən “rele” avtomobil ehtiyat hissəsi gömrük rejimindən Naxçıvan Muxtar Respublikasının ərazisinə buraxılmadığından öz əməllərini başa çatdırmaq məqsədilə Təqsirləndirilən şəxs1 müxtəlif vəzifəli şəxslərə zəng edərək həmin avtomobil ehtiyat hissəsinin gömrük rejimindən onlara təhvil verilməsi barədə xahiş etdikdən sonra saat 17 radələrində içərisində gömrük nəzarətindən gizli keçirdikləri narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini X18 Məntəqəsinin anbarından götürüb şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəsi və psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq Təqsirləndirilən şəxs2lə birlikdə Qıvraq qəsəbəsinə gətirdikdən sonra orada onlarla görüşərək qaynına məxsus həyətdə yerləşən qaraja getmişlər. Orada Təqsirləndirilən şəxs1lə narkotik vasitəni və psixotrop maddəni bölüşdürərkən Təqsirləndirilən şəxs2 çöldə durub gəlib-gedənin olub-olmamasını müşahidə etmiş, sonra onun idarə etdiyi “Mercedes” markalı, “**-BB-***” dövlət nömrə nişanlı avtomobildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə həmin metamfetamin psixotrop maddəsindən istifadə etmişdir. Bölgüdən sonra özünə düşən satış məqsədi olmadan əldə etdiyi psixotrop maddə “metamfetamin”i və narkotik vasitə “həşiş qətranı” yaşadığı evin qarajında dəmir seyfə qoyub gizlətmişdir. Bundan sonra onların birgə qaçaqmalçılıq yolu ilə əldə edib, saxlayaraq daşıdığı narkotik vasitə və psixotrop maddənin qalan hissəsi, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kəngərli rayon şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 noyabr 2021-ci il tarixdə, saat 20:30 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.281 qram “Metamfetamin” adlı psixotrop maddə, 26 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı evin qarajına baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 4.105 qram “Metamfetamin” adlı psixotrop maddə və 10.217 qram “Həşiş qətranı” narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Onun bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə nəticələnmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Kəngərli rayonunun DTX-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 346 №-li əməliyyat-qeydiyyat işi üzrə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Kəngərli rayonunun Qıvraq qəsəbə sakinləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digər şəxslərin narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikası ərazisinə gətirmələrinə dair qərəzsiz mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş məlumat əsasında adları qeyd olunan şəxslərin fəaliyyətinin araşdırılması, Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşları arasındakı əlaqələrinin aşkarlanması, qaçaqmalçılıq məqsədilə istifadə olunan kanal və marşrutların müəyyənləşdirilməsi, qanunazid fəaliyyətin vaxtında aşkarlanması və qarşısının alınması məqsədilə vacib olan məlumatların başqa vasitələrlə toplanılmasının mümkünsüzlüyü nəzərə alınaraq onların telefon danışıqlarının dinlənilməsi, rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o, cümlədən yaşayış binalarına, habelə qapalı tikililərə daxil olma və baxış keçirilməsi, güdülməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi ilə bağlı Kəngərli rayon prokurorluğuna vəsatətlər verilmiş, həmin vəsatətlər əsasında Kəngərli rayon məhkəməsinə təqdimatlar verilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərarlar qəbul edilmişdir. Sonrakı müddətdə əməliyyat-qeydiyyat işi üzrə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi davam etdirilmişdir. İş üzrə 25 noyabr 2021-ci ildə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma barədə razlığa gələrək qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmələri, bu məqsədlə cinayətkar qrupun İran İslam Respublikasındakı üzvü ilə telefon vasitəsilə danışaraq qabaqcadan razılaşıb ondan 200 manat pul dəyərində “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsi sifariş etmələri, həmin narkotik vasitəsi və psixotrop maddəni 24 noyabr 2021-ci ildə saat 17 radələrində İran İslam Respublikası ərazisindən X18 Məntəqəsindən Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Naxçıvan MR ərazisinə gətirmələri, narkotik vasitə və psixotrop maddələri öz aralarında bölüşdürmələri, narkotik vasitə və psixotrop maddələrin onların üzərində və yaşadıqları evdə olması barədə şöbəyə qərəzsiz mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı Naxçıvan MR DTX-nin Kəngərli rayon şöbəsində əməliyyat müşavirəsi keçirilmiş, müşavirədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupunun yaradılması, daxil olmuş məlumatların yoxlanılması, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılması, üzərlərinə və yaşadıqları evlərə baxış keçirilməsi barədə plan hazırlanmış, tədbirlər planına uyğun olaraq 25 noyabr 2021-ci ildə saat 20:30 radələrində DTX-nin Kəngərli rayon şöbəsinin əməliyyat müvəkkili kapitan Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs1 “Ford” markalı, “**-BA-***” dövlət nömrə nişanlı avtomobili idarə edərkən Qıvraq qəsəbəsində saxlamışlar. Ona vəsiqələrini təqdim edərək DTX əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra hal şahidləri Şahid3 və Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində və avtomobilində narkotik vasitə və psixotrop maddənin olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə qanunsuz olaraq psixotrop maddə saxladığını bildirmişdir. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 avtomobildə sürücü tərəfdən avtomobilin tavanında olan günlüyün içərisində olan bükümü təqdim etmiş, həmin büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli “metamfetamin” adlı psixotrop maddəyə bənzər maddənin olduğu aşkar edilmiş, həmin maddə elektron tərəzidə çəkildikdə maddənin çəkisinin 0,281 qram olduğu müəyyən edilmiş, həmin maddə zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan başqa baxış zamanı avtomobildən 2 ədəd bıçaq və 1 ədəd narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün kustar yolla hazırlanmış alət aşkar edilərək götürülmüş, baxış zamanı başqa heç nə aşkar edilməmişdir. Tədbirlər planına uyğun olaraq 26 noyabr 2021-ci ildə saat 10:00 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı Qıvraq qəsəbəsində olan evlərinə gedilmiş, ona vəsiqələrini təqdim edərək Kəngərli rayonunun DTX-nin əməkdaşları olduqlarını bildirib məhkəmə qərarı ilə onu tanış edib üzərinə, evə və həyətə baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra hal şahidləri Şahid5 və Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində və yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs3 yaşadığı evin qarajındakı dəmir seyfdə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Hal şahidlərinin iştirakı ilə qaraja daxil olunmuş və Təqsirləndirilən şəxs3 dəmir seyfin qapısını açaraq rəfdəki ağ sellofana bükülü qara rəngdə, bərk halda “həşiş qətranı” narkotik vasitəyə bənzər kütləni, 1 ədəd kağız bükümü və 1 ədəd narkotik vasitə və psixotrop maddəni istifadə etmək üçün kustar üsulla hazırlanmış aləti təqdim etmişdir. Kağız büküm açılaraq içərisinə baxıldıqda “metamfetamin” adlı psixotrop maddəyə bənzər ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Hal şahidlərinin iştirakı ilə həmin maddələr elektron tərəzidə çəkilmiş, “metamfetamin” adlı psixotrop maddəyə bənzər maddənin çəkisi 4,105 qram, “həşiş qətranı” narkotik vasitəsinə bənzər kütlənin çəkisi 10,217 qram olmuş, həmin narkotik vasitə və psixotrop maddə hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Baxış zamaı Təqsirləndirilən şəxs3 evində və həyətyanı sahəsində başqa heç nə aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 bir ədəd qara rəngli “rele” adlandırdığı qabı yolun kənarından götürüb təqdim edərək narkotik vasitə və psixotrop maddənin həmin qabın içərisinə yerləşdirilərək gömrük sərhəddindən keçirildiyini bildirdiyindən həmin qabda qablaşdırılıb götürülmüşdür. Sonrakı müddətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrə bənzər kütlə və maddələr arayış verilməsi üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, oradan verilmiş ekspert arayışlarında həmin kütlə və maddələrin “həşiş qətranı” narkotik vasitəsi və “metamfetamin” adlı psixotrop maddə olduğu təsdiq edilmişdir. Arayış alındıqdan sonra hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Naxçıvan MR DTX-nin istintaq şöbəsinə göndərilmişdir. Şahid kapitan Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hazırda Naxçıvan MR DTX-nin Kəngərli rayonun şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir, 25 noyabr 2021-ci ildə Naxçıvan MR DTX-nin Kəngərli rayon şöbəsində əməliyyat müşavirəsi keçirilmiş, müşavirədə ona Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma barədə razlığa gələrək qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmələri, bu məqsədlə cinayətkar qrupun İran İslam Respublikasındakı üzvü ilə telefon vasitəsilə danışaraq qabaqcadan razılaşıb ondan 200 manat pul dəyərində “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsi sifariş etmələri, həmin narkotik vasitəsi və psixotrop maddəni 24 noyabr 2021-ci ildə saat 17 radələrində İran İslam Respublikası ərazisindən X18 Məntəqəsindən Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Naxçıvan MR ərazisinə gətirmələri, narkotik vasitə və psixotrop maddələri öz aralarında bölüşdürmələri, narkotik vasitə və psixotrop maddələrin onların üzərində və yaşadıqları evdə olması barədə şöbəyə qərəzsiz mənbədən əməliyyat məlumatları daxil olması ona məlum olmuş, həmin gün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tədbirlər planı hazırlanmış, tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 noyabr 2021-ci ildə saat 20:30 radələrində DTX-nin Kəngərli rayon şöbəsinin əməliyyat müvəkkili baş leytenant Şahid1la birlikdə Təqsirləndirilən şəxs1 “Ford” markalı, “**-BA-***” dövlət nömrə nişanlı avtomobili idarə edərkən Qıvraq qəsəbəsində saxlamışlar. Ona vəsiqələrini təqdim edərək DTX əməkdaşları olduqlarını bildirmişlər, bundan sonra hal şahidləri Şahid3 və Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində və avtomobilində narkotik vasitə və psixotrop maddənin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə qanunsuz olaraq psixotrop maddə saxladığını bildirmiş, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 avtomobildə sürücü tərəfdən avtomobilin tavanında olan günlüyün içərisində olan bükümü təqdim etmiş, həmin büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli “metamfetamin” adlı psixotrop maddəyə bənzər maddənin olduğu aşkar edilmiş, həmin maddə elektron tərəzidə çəkildikdə maddənin çəkisinin 0,281 qram olduğu müəyyən edilmiş, həmin maddə zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan başqa baxış zamanı avtomobildən 2 ədəd bıçaq və 1 ədəd narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün kustar yolla hazırlanmış alət aşkar edilərək götürülmüş, baxış zamanı başqa heç nə aşkar edilməmişdir. Növbəti gün, yəni 26 noyabr 2021-ci ildə saat 10:00 radələrində baş leytenant Şahid1la Təqsirləndirilən şəxs3 yaşadığı Qıvraq qəsəbəsində olan evlərinə getmişlər, orada Təqsirləndirilən şəxs3 vəsiqələrini təqdim edərək Kəngərli rayonunun DTX-nin əməkdaşları olduqlarını bildirib məhkəmə qərarı ilə onu tanış edib üzərinə, evə və həyətə baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra hal şahidləri Şahid5 və Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində və yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs3 yaşadığı evin qarajındakı dəmir seyfdə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, hal şahidlərinin iştirakı ilə qaraja daxil olunmuş, Təqsirləndirilən şəxs3 dəmir seyfin qapısını açaraq rəfdəki ağ sellofana bükülü qara rəngdə, bərk halda “həşiş qətranı” narkotik vasitəyə bənzər kütləni, 1 ədəd kağız bükümü və 1 ədəd narkotik vasitə və psixotrop maddəni istifadə etmək üçün kustar üsulla hazırlanmış aləti təqdim etmiş, kağız büküm açılaraq içərisinə baxıldıqda “metamfetamin” adlı psixotrop maddəyə bənzər ağ rəngli, kristal şəkilli maddə aşkar edilmiş, hal şahidlərinin iştirakı ilə həmin maddələr elektron tərəzidə çəkilmiş, “metamfetamin” adlı psixotrop maddəyə bənzər maddənin çəkisi 4,105 qram, “həşiş qətranı” narkotik vasitəsinə bənzər kütlənin çəkisi 10,217 qram olmuş, həmin narkotik vasitə və psixotrop maddə hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüş, baxış zamaı Təqsirləndirilən şəxs3 evində və həyətyanı sahəsində başqa heç nə aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 bir ədəd qara rəngli “rele” adlandırdığı qabı yolun kənarından götürüb təqdim edərək narkotik vasitə və psixotrop maddənin həmin qabın içərisinə yerləşdirilərək gömrük sərhəddindən keçirildiyini bildirdiyindən həmin qabda qablaşdırılıb götürülmüşdür. Sonradan toplanmış materiallar Naxçıvan MR DTX-nin istintaq şöbəsinə göndərilmişdir. Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayır. Özünə məxsus **-TA-*** dövlət nömrə nişanlı maşınla taksi fəaliyyəti ilə məşğul olur, 25 noyabr 2021-ci ildə axşam saat 20:30 radələrində Qıvraq qəsəbəsində yerləşən hərbi hissənin kənarındakı avtomobil yolunda dayanıb müştəri düşməsini gözləyərkən tanımadığı mülki geyimli bir nəfər ona yaxınlaşıb vəsiqəsini təqdim edib Kəngərli rayon Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu, Qıvraq qəsəbə sakini Təqsirləndirilən şəxs1 üzərinə və idarə etdiyi avtomobilə baxış keçiriləcəyini bildirərək həmin hərəkətləri həyata keçirən zaman hal şahidi kimi iştirak etməsini xahiş etmiş, razı olub, onunla birlikdə Təqsirləndirilən şəxs1 olan yerə getmiş, orada digər Qıvraq qəsəbə sakini Şahid4la Təqsirləndirilən şəxs1 üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman hal şahidi kimi iştirak etmiş, onlara hal şahidinin hüquq və vəzifələri elan edildikdən sonra onların yanında Təqsirləndirilən şəxs1 üzərində və ya maşınında narkotik maddə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 üzərində heç nə olmadığını bildirdikdə, onun üzərində axtarış aparılmış, üzərində heçnə aşkar edilməmiş, daha sonra onun idarə etdiyi “Ford” markalı nəqliyyat vasitəsinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin tavanında olan günlükdən bir ədəd kağız büküm götürüb DTX əməkdaşlarına təqdim etmiş, həmin büküm onların iştirakı ilə açılıb içərisinə baxılmış, həmin kağız bükümün içərisində ağ rəngli maddə olmuş, həmin maddə elektron tərəzidə çəkildikdə 0,281 qram olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 həmin maddənin “metamfetamin” olduğunu demiş, sonra avtomobilin içərisindən əlavə olaraq iki ədəd bıçaq və bir ədəd psixotrop maddə istifadə etmək üçün istifadə edilən alət aşkar edilmiş, bundan başqa avtomobildən başqa heç nə aşkar edilməmiş, avtomobildən aşkar edilənlər onların iştirakı ilə qablaşdırılıb götürülmüşdür. Şahid5 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Kəngərli rayonunun Qaz istismar idarəsində satış mühəndisi vəzifəsində işləyir. 26 noyabr 2021-ci ildə saat 10 radələrində Qıvraq qəsəbəsində işdə olarkən Kəngərli rayon Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı ona yaxınlaşaraq vəsiqəsini təqdim edərək Kəngərli rayonunun Qıvraq qəsəbə sakini Təqsirləndirilən şəxs3 üzərinə, yaşadığı evə və həyətyanı sahəsində olan tikililərə baxış keçiriləcəyini bildirərək, həmin hərəkətləri həyata keçirilməsi zamanı hal şahidi kimi iştirak etməsini xahiş etmiş, razı olub, onunla birlikdə Təqsirləndirilən şəxs3 yaşadığı Qıvraq qəsəbəsindəki evə getmiş, orada iş yoldaşı Şahid6 də hal şahidi olmasını görmüş, onlara hal şahidinin hüquq və vəzifələri elan edildikdən sonra ilkin olaraq Təqsirləndirilən şəxs3 üzərində axtarış aparılmış, lakin heç nə aşkar edilməmiş, daha sonra onun yaşadığı evin qarajına baxış keçirilən zaman Təqsirləndirilən şəxs3 qarajda olan dəmir seyfdən 2 büküm və bir ədəd psixotrop maddə istifadə etmək üçün alət götürüb təqdim eləmiş, maddənin biri ağ sellofana bükülmüş vəziyyətdə qara rəngli, biri isə kağıza bükülmüş vəziyyətdə ağ rəngli kristal formasında olmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş, ağ rəngli maddənin çəkisi 4.105 qram, qara rəngli maddənin çəkisi isə 10,217 qram olmuş, həmin maddələr zərfə qoyularaq qablaşdırılıb götürülmüş, sonra Təqsirləndirilən şəxs3 həmin maddələri nəyin içərisində gətirməsi soruşulduqda o, həmin maddələrin İrandan “rele” avtomobil ehtiyyat hissəsinin içərisində gətirildiyini demiş, sonra onlarla birlikdə gedib həmin releni yolun kənarından götürüb təqdim etməklə narkotik vasitə və psixotrop maddənin həmin qabın içərisinə yerləşdirilərək gömrük sərhəddindən keçirildiyini bildirmiş, həmin rele də DTX əməkdaşı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şahid gömrük xidməti kapitanı Şahid13 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hazırda Sədərək Gömrük İdarəsində X14 rəisi vəzifəsində xidmət edir, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. Şahid12 gömrük əməkdaşı kimi tanımış, onunla 2009-2014-cü illərdə Culfa Gömrük İdarəsində birlikdə xidmət etmişlər. 24 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində Sədərək Gömrük İdarəsinin kafesində Sədərək X9 rəisi Şahid10la birlikdə oturub çay içən zaman Şahid10 Şahtaxtı Gömrük İdarəsində yük bölməsində dostuna məxsus avtomobil ehtiyat hissəsi olduğunu, İrandan gəldiyini, ancaq gömrük əməkdaşlarının vermədiyini deyərək oradan həmin ehtiyat hissəni götürmək üçün kiminləsə danışmaq olub-olmayacağını soruşduqda ona “zəng vur dəqiqləşdir görək həmin yükü kim saxlayıb?” demiş, o, dostu ilə danışandan sonra Şahid12 saxladığını bildirmiş, həmin vaxt mobil telefonundan Şahid12 zəng vurub həmin ehtiyat hissənin kommersiya məqsədi daşımırsa, şəxsi istifadəyə uyğundursa həmin ehtiyat hissəni götürməsinə köməklik etməsini xahiş etmış. Şahid12 baxıb yoxladıqdan sonra ona xəbər edəcəyini bildirmiş, daha sonra öz işi ilə məğul olmaq üçün posta getmiş, sonra Şahid10 ona zəng vurub Şahid12 yükü vermədiyini dedikdə ona Şahid12la danışdığını, yükü yoxlayandan sonra verəcəyini bildirmiş, bir az keçəndən sonra Şahid12 ona zəng vurub həmin yükə baxdığını, balaca bir ehtiyat hissəsi olduğunu, kim götürəcəksə gəlib götürsün dedikdən sonra Şahid10 zəng edib kim götürəcəksə gedib maşın ehtiyat hissəni götürsün demişdir. Daha sonra öz işləri ilə məşğul olmuş, həmin ehtiyat hissənin götürülübgötürülməməsi ilə maraqlanmamışdır. Şahid10 və Şahid12 Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinə ifadə vermələri ilə bağlı çağırıldıqdan sonra həmin xahiş etdiyi avtomobil ehtiyat hissəsi olan relenin içərisində İrandan Naxçıvan MR ərazisinə narkotik vasitə və psixotrop maddə keçirilməsini bilmişdir. Həmin rele ehtiyat hissəsi üçün Şahid12 zəng vurmaqda məqsədi Şahid10 xahişi olmuş, hər hansı şəxsi maraq güdməmiş, relenin içərisində narkotik vasitə və psixotrop maddə olduğundan xəbəri olmamışdır. Şahid gömrük xidməti mayoru Şahid12 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahtaxtı Gömrük İdarəsində gömrük əməliyyatları bölməsinin rəisi vəzifəsində işləyir, vəzifəsi idxal istiqamətindən, yəni İran İslam Respublikasından gələn yüklərin gömrük rəsmiləşdirməsini həyata keçirməkdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, Təqsirləndirilən şəxs3 isə Qıvraq qəsəbə sakini kimi tanıyır. O, əvvəllər irandan qəbir daşları gətirdiyindən onunla tanış olmuşdur. 24 noyabr 2021-ci ildə Təqsirləndirilən şəxs3 onun istifadə etdiyi mobil telefonuna zəng edərək bibisinin onkoloji xəstə olduğunu, onun üçün İran İslam Respublikasından dərman gələcəyini bildirərək həmin dərmanı gömrükdən keçirməyin mümkün olub-olmamasını soruşduqda ona əgər həmin dərmanlar resept əsasında gəlibsə, qadağan olunmuş dərman siyahısına aid deyilsə keçirmək olar demişdir. Telefonla danışdıqdan təxmin 20 dəqiqə sonra Təqsirləndirilən şəxs3 gəlib resept əsasında həmin ximya dərmanları götürmüş, həmin dərmanlar müvafiq yoxlamadan keçirildikdən sonra Təqsirləndirilən şəxs3 verilmişdir. Təqsirləndirilən şəxs3 həmin dərmanları götürdükdən təxminən 30-40 dəqiqə sonra onun mobil telefonuna yenidən zəng edib avtomobil üçün nəzərdə tutulmuş ehtiyat hissəsini İran İslam Respublikasından aldığını, həmin ehtiyat hissənin İran İslam Respublikası yük maşınlarının biri ilə Naxçıvana gələcəyini, onu gömrükdən keçirməyə kömək etmək lazım olduğunu deyib, onu gömrükdən keçirməyə köməklik edə bilib-bilməyəcəyini soruşduqda ona həmin yükün şəxsi istifadə üçün nəzərdə tutulduğundan yük xətti ilə gətirilə bilmiyəcəyini, onu sərnişin yükü kimi keçirməli olduğunu və ya hər hansı kommersiya ilə məşğul olan fiziki şəxsin həmin yükü öz fakturasında bəyan etməklə gömrük rəsmiləşdirməsini həyata keçirdikdən sonra ona təqdim edə biləcəyini deyərək ona hərtərəfli izah eləyib, verə bilməyəcəyini başa salmışdır. Bir müddət sonra X-RAY qurğusunun kabinəsində olduğu zaman Samir adlı arabaçı ona yaxınlaşıb “sərhəd xidmətinin işçisi Şahid8 deyir ki, Şahid10 qohumunun burada yükü var onu ver aparım” dedikdə ona verə bilmərəm cavabını vermişdir. Bir az keçəndən sonra Şahid8 özü ona yaxınlaşıb həmin ehtiyat hissəsinin Şahid10 qohumunun olduğunu, imkan varsa həmin ehtiyat hissəni ona verməyini istədikdə ona da verə bilmərəm demişdir. Çünki sərnişin xətti bağlı olduğundan vətəndaşların belə kiçik yükləri yük xəttinə yönəltməsinlər deyə həmin ehtiyat hissəsini vermək istəməmiş, bunu vətəndaşlar biləndə hər gün müraciət edib müxtəlif kiçik yüklər gətirilməsini istədiyindən yük xəttinin işinin çətinləşməsinə və pozulmasına səbəb olduğundan vermək istəməmişdir. Həmin söhbətdən bir az keçəndən sonra Sədərək Gömrük İdarəsində X14 rəisi vəzifəsində işləyən Şahid13 ona zəng vuraraq “həmin yükə bax, böyük deyildirsə, şəxsi istifadə üçün nəzərdə tutulubsa, vermək olarsa ehtiyyat hissənin arxasınca kim gəlibsə ver aparsın” demişdir. Ona anbara getdiyini, yükə baxandan sonra xəbər edəcəyini bildirmişdir. Anbarda həmin yükü gətirən Hamid adlı sürücüyə “sənin maşınında ehtiyat hissə var, ver ona baxım görüm nədir” demiş, Hamid həmin ehtiyat hissəni ona vermiş, həmin ehtiyat hissəyə baxanda böyük yük olmadığını, şəxsi istifadə üçün nəzərdə tutulan normanı aşmadığını görmüşdür. Sonra Şahid13 zəng edib “mən yükə baxdım kim götürəcəksə gəlib götürsün” demişdir. Bir az keçəndən sonra X9 zabiti Şahid8 ona yaxınlaşaraq həmin ehtiyat hissəni götürəcəyini bildirmişdir. Onun yanında həmin yükü açıb baxmış, hər hansı şübhə çəkəcək heç nə görməmiş, həmin yükü fiziki olaraq yoxlamadan keçirdikdən sonra Şahid8 vermiş, sonra həmin yükün taleyi barədə maraqlanmamışdır. 09 dekabr 2021-ci ildə ifadə vermək üçün Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinə çağırılmış, orada ifadəsi alınan zaman 24 noyabr 2021-ci ildə Ədalətə verdiyi ehtiyat hissənin rele olduğunu, onun içərisində narkotik vasitə keçirildiyini bilmiş, həmin vaxta kimi həmin relenin içərisində narkotik vasitə keçirilməsindən xəbəri olmamışdır. Gömrük rejiminə gələn malların gömrüyün anbarında sənədlər təqdim edildikdən sonra, sənədlər əsasında eyniləşdirildiyini, sonra həmin mallar gömrük ödənişləri təyin olunub ödənildiyini, ödənildikdən sonra rəsmiləşdirmənin başa çatdığını, rəsmiləşdirmə başa çatdıqdan sonra isə malların ölkə ərazisinə buraxılışına icazə verildiyini bildirmişdir. Gömrük rejiminə daxil olan mallar gömrük rejimindəki anbarda saxlanılırsa hələ ölkə ərazisinə buraxılmış sayılmır, yalnız rəsmiləşdirmə bitdikdən və malın buraxılması barədə qərar qəbul edildikdən sonra gömrük rejimindəki anbardan buraxılır, yalnız bundan sonra mal gömrük rejimindən çıxaraq ölkə ərazisinə daxil olmuş hesab edilir. Həmin yük, yəni rele avtomobil nəqliyyat vasitəsi ilə birlikdə böyük X-RAY rentgen qurğusundan keçərək anbara daxil olmuş, X-RAY rentgen qurğusu avtonəqliyyat vasitəsinin içərisində olan böyük miqdarda olan narkotik vasitələri göstərə bildiyindən, həmin yük balaca olduğundan həmin qurğudan keçəndə şübhəli təsvir görünməmişdir. Anbara gələndən sonra isə yalnız Sədərək gömrüyündə işləyən Şahid13 xahiş etdikdən sonra həmin yükə fiziki yoxlama keçirmiş, hər hansı şübhəli nəsə görmədiyi üçün və ondan xahiş edildiyindən həmin yükü vermiş, həmin vaxta qədər, yəni ondan xahiş olunana qədər rele avtomobil hissəsini verməmişdir. Əgər zəng edilib xahiş edilməsəydi və bununla bağlı heç kim müraciət etməsəydi həmin malın sahibi olmadığı üçün anbarda saxlanca götürüləcəyini, saxlanc müddəti başa çatdıqdan sonra həmin yükün onu gətirən şəxslə geri qaytarılacağını göstərmişdir. Faktiki olaraq ondan xahiş edilənədək həmin avtomobil ehtiyat hissəsi gömrük rejimindən ölkə ərazisinə buraxılmadığını, yalnız ondan xahiş edildikdən sonra həmin ehtiyat hissəsi qablaşdırıldığı qutudan çıxarılaraq vizual (fiziki) şəkildə baxış keçirildikdən sonra müraciət edən şəxsə verilməsi üçün sərhəd xidmətinin əməkdaşı leytenant Şahid8 vermişdir. Şahid gizir Şahid7 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X15 Məntəqəsində sərhəd nəzarətçisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət edir, Təqsirləndirilən şəxs1 bibisinin oğludur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da tanıyır. 23 noyabr 2021-ci il tarixdə X15 Məntəqəsində sərhəd nəzarətçisi növbəsində olmuş, növbəyə girəndə telefonu söndürüb, təyin olunmuş yerə qoymuş, həmin gün axşam saat 20:30 radələrində xidmətdə olarkən mobil telefonunu açdıqda Təqsirləndirilən şəxs1 ona zəng vurmasını görmüş, onun mobil telefon nömrəsinə zəng etmiş, salamlaşdıqdan sonra ondan nə üçün zəng etməsini soruşmuşdur. Təqsirləndirilən şəxs1 maşını üçün sabah İrandan rele gələcəyini, Təqsirləndirilən şəxs3 sifariş etdiyini deyib onu götürməyinə köməklik edə bilib-bilməyəcəyini soruşduqda ona sabah diviziyada idman imtahanında olacağını, telefonuna zəng çatmayacağını bildirib “sabahkı növbə rəisinə xahiş edərəm, icazə versinlər gedərsən gömrüyün işçisi Asiman müəllimin yanına, rüsumu ödəyib malı götürərsən” demişdir. Ondan sonra Şahtaxtı SNMnin zabit nəzarətçisi Şahid8 zəng edib “bibimin oğluna İrandan avtomobil ehtiyat hissəsi gələcək, Asimanda olacaq, sənin nömrəni verdim ona, ora gələndə sənə zəng edəcək, sən də onu Asimanın yanına göndərərsən” demişdir. Şahid8 də “gələndə köməklik edərəm” demişdir. Sonra yenidən Təqsirləndirilən şəxs1 zəng edib “gedərsən Şahtaxtının SNM-in qapısına, Ədalət müəllimə zəng edib mənim adımı verib deyərsən ki, bibisinin oğluyam, köməklik etsinlər girib içəriyə, rüsumu verib malı götürərsən” demiş, o, da razılaşmışdır. Həmin vaxt Şahid8 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini Təqsirləndirilən şəxs1 vermiş, ondan sonra onunla sağollaşmışdır. Növbəti gün, yəni xx.xx.2021-ci ildə diviziyaya idman imtahanına getmiş, həmin gün axşam Şahid8 ona zəng edib Təqsirləndirilən şəxs1 hərbi formada gəldiyi üçün içəri buraxa bilmədiklərini, onun gətirtdiyi releni Asiman müəllimə dediklərini, ilkin vaxtı vermədiyini, sonradan kiməsə deyildiyi üçün həmin releni verdiyini, Təqsirləndirilən şəxs1 yola saldıqlarını demişdir. Sonra Təqsirləndirilən şəxs1 ona zəng edib öz təşəkkürünü bildirmiş, həmin vaxtdan sonra onunla telefon əlaqəsi saxlamamışdır. Sonrakı günlərdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddə ilə tutulduğunu eşitmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olub razılaşmaqla İran ərazisindən qaçaqmalçılıq yolu ilə narkotik vasitə və psixotrop maddəni Naxçıvan MR ərazisinə “rele” avtomobil ehtiyyat hissəsinin içərisində gizlətməklə gətirmələri barədə əvvəlcədən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 ona “rele”-nin avtomobili üçün lazım olduğunu demiş, qohumu olduğu üçün Şahid8 ona “rele”-ni götürməsində köməklik etməsini xahiş etmişdir. Dayıoğlusu Təqsirləndirilən şəxs1, həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə istifadə etmələrini bilməmişdir. Şahid leytenant Şahid8 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, “Naxçıvan” X6 X15 Məntəqəsində xidmət edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımır. 23 noyabr 2021-ci il tarixdə axşam radələrində yaşadığı evdə olarkən Şahtaxtı SNM-nin nəzarətçisi gizir Şahid7 onun mobil telefonuna zəng edərək 24 noyabr 2021-ci il tarixdə bibisi oğluna İrandan ehtiyat hissəsi gələcəyini, Şahid12 olacağını, onun nömrəsini verdiyini, ora gələndə zəng edəcəyini, bibisioğlunu Şahid12 yanına göndərməsini istəmişdir. Ona gələndə köməklik edəcəyini bildirmişdir. Növbəti gün, 24 noyabr 2021-ci il tarixdə xidmətdə olarkən saat 13- 14 radələrində SNM-nin qapısında olan hərbi qulluqçu rabitə ilə onunla əlaqə saxlayıb ona “bura Şahid7 bibisinin oğlu gəlib, sənin adını verdi, deyir Şahid7 axşam sənə deyibdir” demişdir. Həmin vaxt onun mobil telefonuna zəng gəlmiş və zəng edən Şahid7 bibisinin oğlu olduğunu, qapıda olduğunu bildirmişdir. Həmin yerə getmiş, Şahid7 bibisinin oğlunun hərbi formada olduğunu görüb ona “səni hərbi formada içəri buraxa bilmərik” demişdir. Gömrükdə arabaçı işləyən Samiri yanına çağırmış, ona “get Asiman müəllimin yanına, bu oğlanın maşın ehtiyat hissəsinin rüsumunu öyrən, verirsə, götür, gətir ver buna, xəbəri var, de ki Şahid7dir” demişdir. Həmin vaxt ora bir nəfər şəxs gəlib Şahid7 qohumu Təqsirləndirilən şəxs1lə söhbət etmişdir. Onun da adının Samir olduğunu arabaçı Samir ona demişdir. Həmin Samir adlı şəxs ona 530 manat pulu verdikdə ona pulu “verəcəm arabaçı Samirə kimə desən çatdırar” demişdir. Ondan sonra arabaçı Samir Şahid12 yanına getmişdir. Özü isə xidməti işlərini həll etməyə getmişdir. Təxminən 5 dəqiqə sonra arabaçı Samir ona zəng edib “Asiman müəllim vermir, deyir ki, özüm verərəm” dedikdə, qapıda olan sərhədin işçisinə rabitə ilə “Şahid7 qohumuna de ki, çıxsın getsin, Asiman müəllim vermir” demişdir. Ondan sonra arabaçı Samir ona zəng edib “hardasan gəlirəm pulu götürəm” dedikdə ona yerini demiş, Samir gəlib ondan 530 manat pulu iranlı Hamidə vermək üçün götürmüşdür. Təxminən 1 saat sonra SNM-nin nəzarətçisi ona rabitə ilə bildirmişdir ki, “Məhəmmədəlinin qohumu gəlib, Sədərək SNM-nin rəisi Şahid10 deyir ki, ona köməklik edin”. Həmin vaxt Şahid12 zəng edib yerini soruşmuş, o, “X-raydayam” dedikdə həmin yerə getmişdir. Orada ona “Sədərək SNM-nin rəisi sizə nəsə deyibdir? Mən gəlib getməkdən bezdim, verirsən releni ver, vermirsən vermə” dedikdə Şahid12 “bu Samirindir, mən onunla danışmışam, bu onundur, amma Şahid7 adından istifadə edir, verə bilmərəm” cavabını vermişdir. Həmin vaxt Asimana “vermirsən vermə, çıxıram gedəm, birdə bunun dalınca gəlməyəcəm, yoldaşlıq xatirinə gəlmişdim” dedikdə o da “sabah Məhəmmədəli gələr, özünə verərəm” demişdir. Ordan çıxıb öz nəzarət yerinə getmişdir. Bir az keçdikdən sonra Şahid12 onun mobil telefonuna zəng edib demişdir ki, “zəng etdilər, mənə dedilər, hardasansa gəl onu verim, Cəvani Rzayev ilə yolla kəndlərinə”. Navest dedikləri yerdən bir qədər irəlidə Şahid12la görüşdükdə o, “nəzarətdən keçirmişik, bunu verərsiniz Cəvani Rzayev işdən çıxanda aparacaq kəndə” deyərək qutunu ona vermişdir. Sonra ərazidə olan Cəvani Rzayevə uca səslə bunu aparacaqsan kəndə dedikdə o, da qoy giriş qapıdakı posta, evə gedəndə apararam demişdir. Sonradan ona zəng gəlmiş, zəng edən “Şahid7 qohumuyam, sənə nəsə veriblər?” deyə soruşduqda ona “bəli veriblər” cavabını vermişdir. O, “gəlirəm, götürəm” deyərək telefonu söndürmüşdür. Giriş xidmətini yoxlayarkən bir Mercedes markalı avtomobil giriş qapısına yaxınlaşmış, Şahid7 qohumu avtomobildən enib onun yanına gəlib qutunu ondan alıb getmişdir. Sonra Şahid7 ilə telefonda danışarkən ona qohumunun gəlib releni apardığını demişdir. Həmin relenin içərisində narkotik vasitə və psixotrop maddə gəlməsindən hər hansı məlumatı olmamış, Şahid7 xahiş etdiyi üçün və gələn malın avtomobilinin ehtiyyat hissəsi olduğunu dediyi üçün ona köməklik etmiş, releni verməkdə başqa niyyəti olmamışdır. Şahid baş gizir Şahid11 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X15 Məntəqəsində baş texnik vəzifəsində, “baş gizir” hərbi rütbəsində xidmət edir, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Qıvraq qəsəbə sakinləri kimi tanıyır. 24 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində xidmətdə olarkən ona tanımadığı nömrədən Təqsirləndirilən şəxs1 zəng edərək ona Şahtaxtı gömrüyünün yük bölməsində əl yükü olduğunu və Şahid10 dediyini bildirib, onu götürə bilib-bilməyəcəyini soruşmuş cavabında ona ora keçməyə icazələrinin olmadığını və götürə bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs1 ondan əgər götürüb versələr gətirə bilib-bilməyəcəyini soruşduqda ona əlində qəsəbəyə veş gətirmədiyini bildirib, sonra onunla sağollaşmışdır. Təqsirləndirilən şəxs1 bir az keçəndən sonra ona yenə zəng edərək işdən neçədə çıxacağını soruşmuş, ona saat 6-da işdən çıxacağını dedikdə Təqsirləndirilən şəxs1 həmin yükü götürüb gətirib ona verəcəklərini, Şahid10 dediyini, kəndə gətirəndə ondan götürəcəyini demiş, o, da razılaşmışdır. Bundan 1 saat sonra Şahtaxtı SNM-nin zabit nəzarətçisi Şahid8 ona “Eldar müəllim deyib, veş var, verin Cavaniyə gətirəcək qəsəbəyə” dedikdə, ona “qoyarsınız qapıya, apararam” cavabını vermişdir. Sonradan saat təxminən 17 radələrində qərargah dedikləri xidmət apardıqları binanın qarşısında siqaret çəkərkən Şahid8 əlində qutu ilə ona tərəf gəldiyini görmüş, ondan qutunu ona vermək üçün gətirdiyini soruşduqda Şahid8 “yox sənin aparmağına ehtiyac olmadı, veşi aparan zəng edib, özləri gəlir aparsın” deyərək Şahtaxtı SNM-nin qapısına tərəf getmişdir. Sonradan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddə ilə tutulduğunu eşitmiş, həmin vaxt Qıvraq qəsəbəsinə aparmağı üçün vermək istədikləri yükün içərisində narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyyat hissəsi olduğunu bilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 İran ərazisindən qaçaqmalçılıq yolu ilə narkotik vasitə və psixotrop maddəni Naxçıvan MR ərazisinə “rele” avtomobil ehtiyyat hissəsinin içərisində gizlətməklə gətirmələri barədə əvvəlcədən məlumatı olmamışdır. Şahid kapitan Şahid10 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Sədərək X9 rəisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edir, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə həmyaşıddır, onlarla paralel siniflərdə oxumuşdur. 24 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində Sədərək Gömrük İdarəsinin kafesində Sədərək Gömrük İdarəsinin post rəisi Həsən müəllimlə birlikdə oturub çay içən zaman Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edib idarə etdiyi Ford markalı maşına İrandan rele sifariş etdiyini, Şahtaxtı gömrüyünə gəldiyini, Asiman müəllimin buraxmadığını, ona verməsi üçün ona demək lazım olduğunu demişdir. Həmin vaxt ona telefonu orada olan sərhədçiyə verməsini istəmiş və Təqsirləndirilən şəxs1 də telefonu sərhədçiyə vermişdir. Onunla danışıb “Ramidin relesini köməklik edin, götürsün” demiş, daha sonra həmin vaxt birlikdə çay içdikləri Şahid13 məsələ barədə danışmışdır. Şahid13 onun yanında Şahid12 adlı Şahtaxtı Gömrüyündə işləyən yükün rəisinə zəng edib ona “Ramid adlı şəxsin maşının relesi gəlib, onu yoxlayıb, götürməsinə köməklik et” demişdir. Şahid12 da “yoxlayıb verəcəm” dedikdən sonra Təqsirləndirilən şəxs1 zəng edib demişdir ki, “demişəm verəcəklər”. Təxminən yarım saat sonra Təqsirləndirilən şəxs1 yenidən ona zəng edib “işə yubanıram, releni vermirlər” dedikdən sonra Şahid13 zəng edib demiş ki, “Asiman vermir, Ramid də mənə zəng edir”. Şahid13 bir az sonra ona zəng edib “yükü boşaltmayıblar, boşaldanda verəcəklər” demiş o, da Təqsirləndirilən şəxs1 zəng edib demiş ki, “sən get işə, Şahtaxtı gömrüyündə işləyən Qıvraqlı çoxdu, biri götürüb sənə verər”. Ondan sonra Təqsirləndirilən şəxs1lə danışmamış və götürüb-götürməməsindən xəbəri olmamışdır. Sonradan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddə ilə tutulduğunu, həmin maddələri relenin içərisində gətirdiklərini eşitmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 relenin içərisində olan narkotik vasitə və psixotrop maddə üçün ona zəng etdiyini başa düşmüşdür. Onların İran ərazisindən qaçaqmalçılıq yolu ilə narkotik vasitə və psixotrop maddəni Naxçıvan MR ərazisinə “rele” avtomobil ehtiyat hissəsinin içərisində gizlətməklə gətirmələri barədə əvvəlcədən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 ona “rele”-nin avtomobili üçün lazım olduğunu bildirmiş, onunla münasibəti yaxşı olduğundan “rele”-ni götürməsinə köməklik etməsi üçün Şahid13 bu barədə xahiş etmişdir. Şahid9 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahtaxtı Gömrük İdarəsində fəhlə-arabaçı işləyir, xx.xx.2021-ci ildə saat 13 radələrində işdə olarkən Şahtaxtı SNM-də zabit nəzarətçisi leytenant Şahid8 onu qapıya çağırmış və oraya gedəndə orduya məxsus hərbi formada bir nəfərin olduğunu görmüşdür. Şahid8 “bu adam Şahid7 qohumudur, ona irandan qutuda maşın relesi gəlib, Hamiddədir, get götür, Şahid12 göstər, verirsə gətir ona ver” demişdir. Ondan başqa Hamidə çatdırılmalı pul olduğunu da demişdir. Bundan sonra yükün sənədləşdirildiyi binanın yanına gedib orada iranlı Hamidə “Ədalət müəllim deyir ki, səndə rele var, ver aparım Şahid12 göstərim” demiş, Hamid də avtomobildən qara qutunu götürüb ona vermişdir. Qutunu götürüb Şahid12 yanına getmiş, qutunu ona göstərib “Şahid8 məni göndərib, rele Şahid7dir, deyir ki, Şahid12 göstər, gör nə deyir” dedikdə Şahid12 “qutunu apar ver Hamidə qaytarsın, bunu burdan, yükdən keçirmək olmaz” demişdir. O, da qutunu aparıb Hamidə vermiş və Şahid8 zəng vurub demişdir ki, “Asiman müəllim vermir, hardasan gəlim pulu götürüm” Şahid8 yerini demiş, gedib ondan 530 manat pulu götürdükdən sonra aparıb iranlı Hamidə vermiş, ondan sonra öz işləri ilə məşğul olmuşdur. Pulun nə üçün nəzərdə tutulduğunu bilməmiş, rele avtomobil ehtiyat hissəsi olan qutuda narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmamış, həmin qutunun gömrük ərazisindən necə keçirilməsini bilməmişdir. Şahid6 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Kəngərli rayonunun Qaz istismar idarəsində mühasib vəzifəsində işləyir, 26 noyabr 2021ci ildə saat 10 radələrində Qıvraq qəsəbəsində olarkən Kəngərli rayon Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı ona yaxınlaşaraq vəsiqəsini təqdim edərək Kəngərli rayonunun Qıvraq qəsəbə sakini Təqsirləndirilən şəxs3 üzərinə, yaşadığı evə və həyətyanı sahəsində olan tikililərə baxış keçiriləcəyini bildirmiş və ondan həmin hərəkətləri həyata keçirən zaman hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. Razı olub, onunla birlikdə Təqsirləndirilən şəxs3 yaşadığı Qıvraq qəsəbəsindəki evə getmişlər. Orada iş yoldaşı Qarabağlar kənd sakini Şahid5 da hal şahidi olduğunu görmüşdür. Orada onlara hal şahidinin hüquq və vəzifələri elan edildikdən sonra ilkin olaraq Təqsirləndirilən şəxs3 üzərində axtarış aparılmış, lakin heç nə aşkar edilməmişdir. Daha sonra onun yaşadığı evin qarajına baxış keçirilən zaman Təqsirləndirilən şəxs3 qarajda olan dəmir seyfdən 2 büküm və bir ədəd psixotrop maddə istifadə etmək üçün alət götürüb təqdim etmişdir. Maddənin biri ağ sellofana bükülü vəziyyətdə qara rəngli, digəri isə kağız bükümdə ağ rəngli, kristal formasında olmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş, ağ rəngli maddənin çəkisi 4.105 qram, qara rəngli maddənin çəkisi isə 10,217 qram olmuş, həmin maddələr zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs3 həmin maddələri nəyin içərisində gətirməsi soruşulduqda o, “rele” avtomobil ehtiyyat hissəsinin içərisində gətirildiyini demişdir. Sonra birlikdə gedib həmin releni yolun kənarından götürüb təqdim etmiş və narkotik vasitə və psixotrop maddənin həmin qabın içərisinə yerləşdirilərək gömrük sərhəddindən keçirildiyini bildirmişdir. Həmin qab da DTX əməkdaşı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şahid MAHHXHQ əsgər Şahid14 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, N №-li hərbi hissənin qərargah-təchizat bölüyündə sürücü vəzifəsində xidmət etdir. Təqsirləndirilən şəxs1 xidmət müddətində görüb tanımış, eyni bölükdə xidmət elədikləri üçün münasibətləri yaxşı olmuş. Təqsirləndirilən şəxs2 isə əvvəllər N №-li hərbi hissədə xidmət etmiş qardaşı Hafiz Əliyevə görə tanımışdır. Təqsirləndirilən şəxs3 isə şəxsən tanımır. 2021-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1lə N №-li hərbi hissənin çayxanasında çay içib söhbət edərkən, o, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, həmin maddələrdən istifadə edəndə adamın əhval-ruhiyyəsinin yaxşı olduğunu demiş, ondan nə istifadə etdiyini soruşduqda o, “metamfetamin” istifadə etdiyini, istəsə ona da təşkil edə biləcəyini dedikdə olsa istifadə edərik cavabını vermişdir. Sonra Təqsirləndirilən şəxs1lə çox görüşə bilməmiş, ancaq telefonda danışmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1lə arasında danışıq olmuş, o, narkotik vasitə və psixotop maddəni Təqsirləndirilən şəxs3 İrandan gətirdiyini dediyi üçün ondan Təqsirləndirilən şəxs3la danışıb-danışmamasını soruşmuş, o, da “danışmışam, Təqsirləndirilən şəxs3 demişəm ki, nə qədər pul lazımdırsa verəcəm, danış göndərsinlər” cavabını vermişdir. Təqsirləndirilən şəxs3 da “irandan dərman alacam, həmin narkotik vasitə və psixotrop maddə də gələcək” deyə Ramidə bildirmişdir. Psixotrop maddənin dadına baxmaq istədiyindən ona “Təqsirləndirilən şəxs3la yenə danış” demiş, Təqsirləndirilən şəxs1 onun yanında Təqsirləndirilən şəxs3la danışmamış, telefonda ona elə demişdir. xx.xx.2021-ci ildə yenə Təqsirləndirilən şəxs1 zəng vurub Təqsirləndirilən şəxs3la danışıb-danışmadığını soruşduğunu, o, da narkotik vasitə və psixotrop maddə olacağını ancaq dəqiq vaxtını bilmədiyini demiş, həmin vaxt ona Təqsirləndirilən şəxs3la yenə danışarsan dedikdə Təqsirləndirilən şəxs1 danışacağını bildirmişdir. 23 noyabr 2021-ci ildə axşam Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurub “metamfetamin gələcək, mənə N manat lazımdı” dedikdə söhbət elədikləri həmin metamfetamin maddəsindən gələcəyini başa düşmüş, ona “pul verərəm, mənə də ondan verərsən” dedikdə Təqsirləndirilən şəxs1 razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 yenidən zəng vurub danışmışlar, söhbət zamanı Təqsirləndirilən şəxs1 ondan növbəti gün Qıvraq qəsəbəsinə gəlib-gəlməyəcəyini soruşmuş, ona dəqiq bilmədiyini dedikdə Təqsirləndirilən şəxs1 sabah gəlsədə-gəlməsədə danışdıqları N manatı saat 11-ə göndərərsən demişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 yenə zəng vurmuş, pulu sabah göndərəcəklərini, 200 manatlıq narkotik vasitə və psixotrop maddə sifariş etdiyini, N manatlıq özünə, N manatlıq da ona alacağını demiş, hətta gələn malın 10 günlük istifadə miqdarında olduğunu deyərək, heç kimin yanında heç nə deməməsini ona tapşırmışdır. Ona çıxa bilmədiyini deyib pulu necə göndərəcəyini soruşmuş, o, sabah MAHHXHQ Şahid17 orada olacağını, işini həll edəndən sonra Qıvrağa gələcəyini bildirib onunla yola sal gəlsin demişdir. 24 noyabr 2021-ci ildə Şahid17 görüb N manatı Qıvraqda Təqsirləndirilən şəxs1 verməsi üçün ona vermişdir. O, da yaxşı deyib, pulu götürmüşdür. Həmin gün saat 18 radələrində idarə etdiyi maşını N №-li hərbi hissənin parkına qoymaq üçün oraya getmiş, parkda olarkən Təqsirləndirilən şəxs1 onun mobil nömrəsinə zəng vurub bölük komandirinin otağına çağırmış o, hərbi hissənin yataqxanasında yerləşən bölük komandirinin otağına getmişdir. Oraya gedəndə Təqsirləndirilən şəxs1 ona “Şüşə dediyimiz həmin metamfetamin maddəsi gəlibdir” deyərək cibindən kağız bükümü çıxarıb ona göstərib, bükümü açmış kağız bükümün içərisində ağ rəngli, kristal formasında maddəni birinci dəfə görmüşdür. Təqsirləndirilən şəxs1 ona “kağız bükümdə olan metamfetamin sənin verdiyin 100 müqabilində gəlib” deyərək həmin maddəni ona N manata satmışdır. Ramid ona “N manata bu qədər edir” deyərək cibindən 1 ədəd müştüyə bənzər qab çıxarmış, həmin maddəni bununla istifadə edəcəyik dedikdə ondan soruşdum necə istifadə edəcəyini soruşmuş, o, da göstərəcəm demişdir. Sonra həmin maddəni cibindən çıxardığı qabın içərisinə töküb, həmin qabı alışqanla isitməyə başlamış, qab isindikcə içindən tüstü çıxmağa başlamışdır. Ramid həmin tüstünü çəkəcəklərini demiş, birlikdə həmin metamfetamin maddəsindən çıxan tüstünü çəkmişlər. Yataqxanada həmin maddəni istifadə edərkən heç kimsə onları görməmişdir. Sonrakı günlərdə Təqsirləndirilən şəxs1 idarə etdiyi maşından istifadə etdikləri metamfetamin maddəsindən aşkar olunduğuna görə onun Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Təqsirləndirilən şəxs1 həmin maddə İran İslam Respublikasından gəldiyini, dostu Təqsirləndirilən şəxs3 təşkil elədiyini demişdir. Təqsirləndirilən şəxs1 ona bir dəfə metamfetamin adlı maddə satmışdır. Əvvəlki vaxtlarda ona narkotik vasitə və ya psixotrop maddə satmamış, Təqsirləndirilən şəxs1 başqa heç kimdən psixotrop maddə və ya narkotik vasitə almamış, həmçinin istifadə də etməmişdir. Təqsirləndirilən şəxs1 başqa kiməsə pul müqabilində ona satdığı metamfetamin maddəsindən satmağından məlumatı olmamışdır, Təqsirləndirilən şəxs3la görüşməmiş və o, ona narkotik vasitə və psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs1 ona N manatlıq metamfetamin satmasından heç kimin xəbəri olmadığını demişdir. Bu əməlinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Şahid baş gizir Şahid15 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, N №-li hərbi hissənin maddi-texniki təminat tağımında baş texnik vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 orta məktəb illərindən, Təqsirləndirilən şəxs3 isə Qıvraq qəsəbə sakini kimi tanıyır. Təqsirləndirilən şəxs1 psixotrop maddə istifadə etdiyini bilirmiş. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1lə telefonda danışdıqda o, Təqsirləndirilən şəxs2lə gedib Təqsirləndirilən şəxs3la görüşəcəyini, narkotik vasitə və psixotrop maddə alacaqlarını, 150 manat pullarının olduğunu, Şahid14la da danışdığını, onun da pul verəcəyini, ona da az miqdarda narkotik vasitə və psixotrop maddə verəcəyini bildirmişdir. 23 noyabr 2021-ci ildə axşam saat 19-20 radələrində Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrəsindən onun ***-***-**-** mobil nömrəsinə zəng vurmuş “hərbi hissədəyəm gələrsən ora səninlə işim var” demişdir. İşdən çıxandan sonra onun xidmət etdiyi hərbi hissəyə gedərək orada görüşüb söhbət edərkən Ramid “Samirin iranlı tanışı var, 200 manatlıq “Şüşə” adlı metamfetamin və “Qara” adlı həşiş maddəsi göndərəcək, N manat pul lazımdır” dedikdə ona “sənə N manat verərəm metamfetamindən mənim payımı verərəsən” cavabını vermişdir. Onunla razılaşaraq metamfetamin gələndə xəbər etməsini istəmişdir. 24 noyabr 2021-ci ildə saat təxminən 16-17 radələrində Təqsirləndirilən şəxs1 ona zəng vurub telefonda demişdir ki, “Samir deyir ki, malı göndəriblər amma gəlib çıxmayıb, axşamçağı götürəcəm, sən işdən çıxanda mənə zəng edərsən”. Saat 19 radələrində axşam düzülüşündən sonra hərbi hissdən çıxıb Təqsirləndirilən şəxs1 zəng vurub harada olduğunu soruşmuş, o, qəsəbəyə gələndə ona zəng edərsən görüşərik demişdir. Taksi ilə Qıvraq qəsəbəsinə gəlib, hərbi hissənin qarşısında düşmüş, hərbi hissənin qarşısında ona zəng vurub harada olduğunu soruşmuş, Ramid onu yataqxanaya çağırmış, onun dediyi yerə getmiş və orada Ramidlə görüşmüşlər. Təqsirləndirilən şəxs1 cibindən kağız büküm və psixotrop maddə istifadə etmək üçün aləti çıxarmış, həmin bükümü açıb baxdıqda içərisində bir çəkimlik “metamfetamin” adlı psixotrop maddə olmuşdur. Təqsirləndirilən şəxs1 verəcəyi N manatın qarşılığında bu qədər metamfetamin etdiyini bildirmişdir. O, həmin psixotrop maddəni N manat qarşılığında ona satmış, həmin vaxt Təqsirləndirilən şəxs1 N manat vermiş, sonra ona satdığı metamfetamini otaqda istifadə etmişlər. Çəkdikdən sonra Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs2 zəng edib “gəl bizi evə apar” demiş, bir az keçəndən sonra Təqsirləndirilən şəxs2 gəlmiş, hərbi hissədən çıxıb onun **-BB-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşmişlər, sonra Təqsirləndirilən şəxs2 gətirib evlərinin qarşısında onu endirmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin İran İslam Respublikasından gəldiyini, həmin maddəni Təqsirləndirilən şəxs3 vasitəsilə təşkil etdiyini demişdir. N manatlıq metamfetamini noyabr ayında ona Təqsirləndirilən şəxs1 satmışdır. Təqsirləndirilən şəxs3la görüşməmişdir. Həmin metamfetamini Təqsirləndirilən şəxs1lə birlikdə istifadə etmişdir. Təqsirləndirilən şəxs1 başqa vaxtlarda ona narkotik vasitə və ya psixotrop maddə satmamış, başqa vaxtlarda psixotrop maddə və ya narkotik vasitə əldə etməmiş və istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 başqa heç kimdən psixotrop maddə almamışdır. Təqsirləndirilən şəxs1lə xx.xx.2021-ci ildə danışanda o, Şahid14 da bir az metamfetamin verəcəyini desə də həmin maddədən ona satmasını istintaq zamanı bilmişdir. Nə Təqsirləndirilən şəxs3, nə də ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə və ya psixotrop maddə almamışdır. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq aldığı psixotrop maddəni də Ramidlə birlikdə istifadə etmişdir. Həmin maddələri heç kimə satmamışdır. Təqsirləndirilən şəxs3la narkotik vasitə və psixotrop maddə ilə bağlı şəxsən heç bir danışığı və ya razılaşması olmamışdır. Təqsirləndirilən şəxs1 ona N manatlıq metamfetamin psixotrop maddəsi satmasından nə Təqsirləndirilən şəxs3, nə də ki, Təqsirləndirilən şəxs2 xəbəri olmamışdır. Elədiyi əməlin qanunsuz olduğunu bilmiş, buna görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Şahid16 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Kəngərli rayonun Qıvraq qəsəbəsində yaşayır və xidmət mərkəzində yerləşən ərzaq mağazasını işlədir. Adı Cəbrayıl olsada, hər kəs ona Baba dediyinə görə onun adını hər kəs Baba kimi tanıyır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Qıvraq qəsəbə sakini kimi tanıyır. Təqsirləndirilən şəxs3la arası yaxşı olmuşdur. 24 noyabr 2021-ci ildə günorta saatlarında mağazada olanda Təqsirləndirilən şəxs3 onun mağazasına gəlib ondan 200 manat pul borc istəmiş, onu tanıdığı üçün, münasibəti yaxşı olduğu üçün ona həmin pulu borc vermişdir. Ancaq pulu verəndə nə üçün istədiyini soruşmamış, çünki əvvəlki vaxtlarda da ondan borc alıb, qaytarmışdır. Pulu verdiyi gündən bir neçə gün sonra qəsəbədə olanda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə üstündə saxlanıldığını, sonrakı günlərdə onların barəsində cinayət işi başlandığını və həbs edildiklərini eşitmişdir. Təqsirləndirilən şəxs3 ondan aldığı 200 manat pulu İrandan gətirtdikləri həşiş qətranı narkotik vasitəsini və metamfetamin psixotrop maddəsinin pulunu vermək üçün aldığını bilməmişdir. Şahid MAHHXHQ əsgər Şahid17 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 03 aprel 2021-ci ildən N №-li hərbi hissənin qərargah-təchizat bölüyünün 2-ci avtomobil manqasında sürücü vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs1 və MAHHXHQ əsgər Şahid14 xidmət müddətində görüb tanımışdır. 24 noyabr 2021-ci ildə maşın böyüyü kimi Böyükdüzdə yerləşən qəragaha getmiş, orada olarkən qərargah rəisinin sürücüsü Şahid14 ona yaxınlaşıb ona Təqsirləndirilən şəxs1 N manat pul göndərmək istədiyini və pulu çatdıra bilib-bilməyəcəyini soruşmuşdur. Pulu alıb cibinə qoyaraq Təqsirləndirilən şəxs1 çatdıracağını bildirmişdir. Həmin pulu Təqsirləndirilən şəxs1 nə üçün göndərdiyini soruşmamışdır. Hərbi hissəyə gələrkən yolda Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng vurub harada olduğunu, Şahid14 ona pul veribvermədiyini soruşmuş, ona Şahid14 N manat verdiyini, hərbi hissəyə gələndə verəcəyini demişdir. Hərbi hissəyə çatanda avtomobil parkının yanında düşüb yataqxanaya gedərkən Təqsirləndirilən şəxs1 zəng vurub harada olduğunu soruşduqda o, yataqxanada olduğunu demiş, yataqxanada aparıb N manatı Təqsirləndirilən şəxs1 vermişdir. Sonra öz işləriylə məşğul olmağa getmişdir. Sonrakı günlərdə Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə aşkar edildiyi üçün onun Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq barəsində cinayət işi başladılıb həbs edildiyini eşitmişdir. Şahid14 həmin N manat pulu psixotrop maddə almaq üçün göndərdiyini bilməmiş, nə Təqsirləndirilən şəxs1 nə də ki, Şahid14 psixotrop maddə istifadə etməsindən xəbəri olmadığını göstərmişdir. Məhkəmə istintaqında iştirak etməyən Şahid4 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan edilərək cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmişdir. Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Kəngərli rayonunun Qaz istismar idarəsində sürücü vəzifəsində işləyir, 25 noyabr 2021-ci ildə evdə yemək yedikdən sonra axşam saat 20 radələrində kəndin mərkəzində yerləşən ticarət mərkəzinin yanına getmiş, orada olarkən tanımadığı mülki geyimli bir nəfər ona yaxınlaşaraq vəsiqəsini təqdim edib Kəngərli rayon Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu, Qıvraq qəsəbə sakini Təqsirləndirilən şəxs1 üzərində və onun idarə etdiyi avtomobilə baxış keçiriləcəyini bildirərək həmin hərəkətləri həyata keçirən zaman hal şahidi kimi iştirak etməsini xahiş etdikdə razı olub, onunla birlikdə dediyi yerə getmiş, orada digər Qıvraq qəsəbə sakini Şahid3lə Təqsirləndirilən şəxs1 üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən hal şahidi kimi iştirak etmiş, onlara hal şahidinin hüquq və vəzifələri elan edildikdən sonra Təqsirləndirilən şəxs1 üzərində və ya maşınında narkotik maddə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 üzərində heç nə olmadığını demiş, onun üzərində axtarış aparıldıqda heçnə aşkar edilməmiş, daha sonra onun idarə etdiyi “Ford” markalı nəqliyyat vasitəsinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin tavanında olan günlükdən bir ədəd kağız büküm götürüb DTX əməkdaşlarına təqdim etmiş, həmin büküm onların iştirakı ilə açılıb içərisinə baxıldıqda içərisində ağ rəngli maddə olduğu müəyyən edilmiş, həmin maddə elektron tərəzidə çəkildikdə 0,281 qram olmuş, sonra avtomobilin içərisindən iki ədəd bıçaq və bir ədəd psixotrop maddə istifadə etmək üçün istifadə edilən alət aşkar edilmiş, bundan başqa avtomobildən başqa heç nə aşkar edilməmiş, avtomobildən aşkar edilənlər onların iştirakı ilə qablaşdırılıb götürülmüşdür. Cinayət işi üzrə 07 dekabr 2021-ci il tarixdə məhkəmə-kimyəvi-bioloji ekpertizası təyin edilmiş, təqdim edilmiş 10 dekabr 2021-ci il tarixli 350 nömrə ekpert rəyində tədqiqata təqdim edilmiş, üzərində “Kəngərli rayonunun Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş” əl yazıları və imzalar olan kağız paketin içərisindəki, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,231 qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddənin psixotrop maddə olan metamfetamin olduğu, tədqiqata təqdim edilmiş üzərində “Kəngərli rayonunun Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs3 qarajına baxış keçirilərkən aşkar edilərək götürülmüş” əl yazıları və imzalar olan kağız paketin içərisindəki, 01 ədəd kağız bükümdə təmiz çəkisi 4,055 qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddənin psixotrop maddə olan metamfetamin olduğu, həmin paketin içərisindəki 01 ədəd polietilen bükümdə təmiz çəkisi 10,197 qram olan tünd göyümtül qəhvəyi rəngli, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik qətrana bənzər maddənin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranı olduğu, Naxçıvan MR Ədliyyə Nazirliyinin MEM-nin 03 dekabr 2021-ci il tarixli 345 №-li arayışına əsasən ilkin tədqiqat zamanı 1№-li kağız paketdə olan metamfetaminin təmiz çəkisinin 0,281 qram olduğu, 2№-li kağız paketdə olan metamfetaminin təmiz çəkisinin 4,105 qram, həşiş qətranının təmiz çəkisini 10, 217 qram olduğu göstərilmişdir. 28 iyun 2005-ci il tarixli 961-İİQ sayli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahılara əsasən həşiş qətranın 0,4 qram və ondan yuxarı olan miqdarı, metamfetaminin isə 0,15 qram və ondan yuxarı olan miqdarı şəxsi istehlak miqdarından yuxarı miqdar hesab edilir. Kəngərli rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 5(111)-6/2021 nömrəli və 28 oktyabr 2021-ci il tarixli 5(111)-7/2021 nömrəli qərarları əsasında Naxçıvan MR DTXnin Kəngərli rayon şöbəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınmış telefon danışıqları və texniki vasitələrlə əldə olunmuş səs yazıları barədə verilmiş arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 20:06-da Təqsirləndirilən şəxs1 ilə Şahid14 arasında telefon danışığı olmuş, Təqsirləndirilən şəxs1 Şahid14 növbəti gün Qıvraq qəsəbəsinə gəlib-gəlməyəcəyini soruşmuş, Şahid14 dəqiq bilmədiyini demiş, Təqsirləndirilən şəxs1 sabah gəlsə də, gəlməsə də təcili N manat göndərməsini, saat 11-ə pulu çatdırmalı olduğunu demişdir. xx.xx.2021-ci il tarixdə saat 20:37-də Şahid14la Təqsirləndirilən şəxs1 arasında yenə telefon danışığı olmuş, Təqsirləndirilən şəxs1 Şahid14 pulu sabah göndərəcəyini, biri gün narkotik vasitə və psixotrop maddənin əllərində olacağını, 200 manatlıq sifariş etdiyini, N manat özünə, N manatlıqda ona aldığını, 10 gün istifadə edəcəkləri miqdarda olacağını, heç kimin yanında bu barədə danışmamasını demiş, Şahid14 da onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə saat 21:30-da R.S.X1 arasında telefon danışığı olmuş, söhbət zamanı Təqsirləndirilən şəxs1 Şahid15 N manat tapdığını, Təqsirləndirilən şəxs2lə birlikdə Təqsirləndirilən şəxs3la danışdığını demiş, Şahid15 ondan nə zaman pulu göndərəcəklərini soruşmuş, Təqsirləndirilən şəxs1 saat 10-da, 11-də göndərəcəklərini bildirmiş, Şahid15 pulu tapıb verəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə saat 11:47-də İİR vətəndaşı Şəhruzla Təqsirləndirilən şəxs3 arasında telefon danışığı olmuş, söhbət zamanı Şəhruz Təqsirləndirilən şəxs3 1 saata Hamidə zəng etməsini və gömrüyə getməsini, releni Hamidə verdiyini, Hamidin ona releni gömrükdə buraxmayacaqlarını dediyini bildirmiş, Təqsirləndirilən şəxs3 Hamidə zəng vuracağını demişdir. xx.xx.2021-ci il tarixdə saat 14:02-də Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs3 arasında telefon danışığı olmuş, söhbət zamanı Təqsirləndirilən şəxs1 iranlının “Whatsapp”-dan ona zəng etdiyini demiş, relenin hansı maşın üçün olduğunu və sayını soruşmuş, Təqsirləndirilən şəxs3 1 ədəd “Saipa” avtomobilinin qapısının relesi olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə danışdığını, onunla görüşəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə saat 14:04-də İİR vətəndaşı Şəhruzla Təqsirləndirilən şəxs3 arasında telefon danışığı olmuş, söhbət zamanı Təqsirləndirilən şəxs3 Şəhruzdan dərmanlara nə qədər pul verdiyini soruşmuş, Şəhruz 4 milyon 610 min tümən verdiyini, 283 manat etdiyini demiş, Təqsirləndirilən şəxs3 530 manat göndərdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 14:20-də Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı olmuş, Təqsirləndirilən şəxs3 releni götürüb-götürməmələri barədə maraqlanmış, Təqsirləndirilən şəxs1 ona yükün rəisinin releni vermədiyini, Şahid7 gələndə özünə verəcəyini dediyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 16:24-də sərhədçi Şahid8 ilə Təqsirləndirilən şəxs1 arasında telefon danışığı olmuş, söhbət zamanı Şahid8 Təqsirləndirilən şəxs1 Şahid7 qohumu olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs1 Şahid7 qohumu olduğunu demiş, Şahid8 releni DGK-nin əməkdaşı Şahid12 götürdüyünü, Cəvani Rzayev ilə göndərəcəyini bildirdikdə Təqsirləndirilən şəxs1 özünün gəlib götürə biləcəyini soruşmuş, Şahid8 gəlib götürməsini, çatanda ona zəng etməsini demişdir. xx.xx.2021-ci il tarixdə saat 16:28-də Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs3 arasında telefon danışığı olmuş, söhbət zamanı Təqsirləndirilən şəxs3 releni götürüb-götürməməsi barədə maraqlanmış, Təqsirləndirilən şəxs1 ona releni götürdüklərini bildirərək harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs3 kənddə olduğunu demiş, görüşmək barədə razılaşmışlar. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunun idarə etdiyi “Mercedes” markalı, “**-BB-***” dövlət nömrə nişanlı avtomobildə içərisində narkotik vasitə və psixtrop maddə olan releni gömrük nəzarətindən kənar necə keçirəcəkləri barədə söhbət edərkən Təqsirləndirilən şəxs3 “X-ray” yoxlama cihazının narkotik vasitə və psixtrop maddəni göstərmədiyini demiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birinci dəfə Şahtaxtı GKM-ə gedərkən nə üçün releni götürmədiklərini soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 avtomobilin DTX əməkdaşları tərəfindən izlənildiyini, hara getsələr arxalarınca gəldiklərini, bunun üçün releni götürmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 “Naxçıvan” X6 Sədərək X9 rəisi Şahid10 zəng etmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs3 Şahid10 Şahid8 zəng vurub deyəcəyi təqdirdə releni verəcəklərini demiş, Təqsirləndirilən şəxs2 Şahid10 ilə sinif yoldaşı olduqlarını söyləmiş, Təqsirləndirilən şəxs1 Şahid10 zəng edərək ona avtomobili üçün rele gəldiyini, Şahtaxtı GKM-dən buraxmadıqlarını demiş, onu götürməsinə köməklik etməsini xahiş etmiş, həmin vaxt Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 orada olmuşlar. Daha sonra Təqsirləndirilən şəxs3 Hamidə zəng edərək harada olduğunu soruşmuş, ona Sədərək gömrüyündən Şahtaxtı gömrüyünə deyildiyini, bir azdan zəng edib releni kimə verməli olduğunu deyəcəyini bildirmişdir. Cinayət işi üzrə təqdimat verilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə qərarı əsasında alınmış mobil nömrələrindən daxil olan və çıxan zənglərin əks olunduğu nömrə məlumat sistemindən çıxarışlara baxış keçirilərkən onların 2021-ci ilin noyabr ayının 23 və 24-də mütəmadi olaraq öz aralarında telefon danışıqları olması, həmçinin xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs3la İİR-da olan tanışı Şhahruz və içərisində narkotik vasitə və psixotrop maddə olan releni gətirən İİR vətəndaşı Hamid ilə, releni götürmək üçün zəng vurduğu gömrük işçisi Şahid12 ilə arasında danışıq olduğu, Təqsirləndirilən şəxs1 həmin releni götürmək üçün xahiş etdiyi Şahid10 ilə, releni götürdüyü Şahid8 ilə, psixotrop maddə satdığı Şahid15 və Şahid14 arasında telefon danışıqlarının olduğu müəyyən edilmişdir. Bunlarla yanaşı məhkəmə istintaqında dindirilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini tam təqsirli bilərək, cinayəti törətdiklərini etiraf etmişlər ki, məhkəmə onların bu etiraflarını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki, onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrində cinayət əməlini törətmələrinə dair etirafları, şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Bütün bu sadalananlara görə məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilən əməllərdə cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Cinayət əməllərini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qəsdən törətmişlər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.2-ci maddələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayər əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Onların bu əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi, əldə edilməsi, saxlanması və satılması anlayışlarına verdiyi izahları baxımından da gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi(1.0.8-ci maddə), həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi(1.0.9-cu maddə), məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması(1.0.10-cu maddə) və miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması(1.0.11-ci maddə) hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, məhkəmə istintaqı zamanı törətdiyi cinayətləri səmimi etiraf etməklə səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, Şuşanın və Xocavəndin azad olunması uğurunda medalları ilə təltif olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs1 mənfi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətməsini, məhkəmə istintaqı zamanı törətdiyi cinayətləri səmimi etiraf etməklə səmimi peşmançılığını, himayəsində bir azyaşlı uşağının olmasını və Kəngərli rayon Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, səmimi peşmançılığını, himayəsində üç azyaşlı uşağının olmasını, İİ qrup əlil olmasını və Kəngərli rayon Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində onların məsuliyyətini ağırlaşdıran hallar Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayətini qabaqcadan əlbir olmuş bir qrup şəxs kimi törətmələridir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərə görə cəzalanmalı və onlara təqsirli bilindikləri cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayət əməllərinin törədilməsi hallarına və şəxsiyyətlərinə uyğun, ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Tİİ-dən alınmış tələbnamədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmadıqları göstərilmişdir. Odur ki, onlara residivə görə cəza təyin etmək üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən halları, xüsusilə Vətən müharibəsi iştirakçısı olmasını, Şuşanın və Xocavəndin azad olunması uğurunda medalları ilə təltif olunmasını nəzərə alaraq onun təqsirli bilindiyi Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 206.3.2 və 234.2-ci maddələri ilə həmin maddələrin sanksiyaları daxilində ən aşağı həddə müəyyən müddətə azadlıqdan mərhum etmə cəzalarına, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da məsuliyyətlərini yüngülləşdirən halları nəzərə alaraq təqsirli bilindikləri Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələri ilə həmin maddələrin sanksiyaları daxilində aşağı həddə müəyyən müddətə azadlıqdan mərhum etmə cəzalarına məhkum olunmalarını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.2-ci, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri cinayətlərin məcmusunu yaradır və buna görə də onlara həmin məcəllənin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edilməli və təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Belə ki, həmin maddəyə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə) və cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir....(66.3-cü maddə). Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayətlər az ağır və ağır cinayətlər təsnifatına aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını–törədilmiş cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, nəzərə alaraq belə qənaətə gəlmişdir ki, onlara hər birinə ayrı-ayrılqda cinayətlərin məcmusu üzrə təyin olunacaq azadlıqdan məhrum etmə növündə qəti cəzanı çəkməmələri üçün heç bir əsas yoxdur. Məhkəmə cəzaçəkmə müəsissəsinin növünü müəyyən edərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əlavə cəzaların təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə 29 dekabr 2021-ci ildə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, təqdim edilmiş 19 yanvar 2022-ci il tarixli 07 saylı ekspert rəyində Təqsirləndirilən şəxs1 narkoman olduğu, məcburi müalicəyə ehtiyacının olmadığı, daha çox metamfetamin qrupu psixotrop maddəyə aludə olduğu göstərilmişdir. Odur ki, məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Həmin ekspert rəyində Təqsirləndirilən şəxs3 narkoman olduğu, məcburi müalicəyə ehtiyacının olduğu, daha çox həşiş qrupu və metamfetamin qrupu narkotik vasitələrə aludə olduğu göstərilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən belə qənaətə gəlir ki, onun barəsində tibbi xarakterli məcburi tədbir kimi narkomaniyadan məcburi müalicə tətbiq edilməlidir. Belə ki, həmin maddələrə görə məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin ekspert rəyində Təqsirləndirilən şəxs2 narkoman olduğu, hazırda abstinentsiya sindromu müşahidə olunmadığından və tənqidi münasibəti olduğundan məcburi müalicəyə ehtiyacının olmadığı, daha çox metamfetamin qrupu psixotrop maddəyə aludə olduğu göstərilmişdir. Odur ki, məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. İşdə mülki iddia və məhkəmə məsrəfləri yoxdur . Məhkəmə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlmişdir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində saxlanılan 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,231qram olan metamfetamin psixotrop maddəsi, 01 ədəd kağız bükümdə təmiz çəkisi 4,055 qram olan metamfetamin psixotrop maddəsi və 01 ədəd polietilen bükümdə təmiz çəkisi 10,197 qram olan narkotik vasitə həşiş qətranı və psixotrop maddə istifadə etmək üçün kustar üsulla hazırlanmış 2 ədəd alət məhv edilməli və məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 32ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. X20 Respublikası Hərbi Məhkəməsinin maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd “rele” adlanan qab da hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Naxçıvan MR Hərbi Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində isə Naxçıvan Şəhər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarları ilə 4(dörd) ay müddətinə seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qəvvəsini aldıqdan və icraya yönəldikdən sonra ləğv edilməlidir. Məhkəmə həmçinin cəza çəkilmə müddətinin hansı tarixdən başlanılmalı məsələsini də müzakirə edərək belə nəticəyə gəlmişdir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət onların cəzaçəkmə müddətinə əlavə olunaraq, cəzaçəkmə müddətlərinin əvvəli 06 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356 və 381- 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5(beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəza olaraq 5(beş) il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə qəti cəzasının cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan və icraya yönəldikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5(beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti cəza olaraq 5(beş) il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə növündə qəti cəzasının cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan və icraya yönəldikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbir kimi cəza çəkdiyi müddət ərzində qanunvericilikdə nəzərdə tutulmuş qaydada narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5(beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti cəza olaraq 5(beş) il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə qəti cəzasının cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan və icraya yönəldikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində saxlanılan 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,231 qram olan metamfetamin psixotrop maddəsi, 01 ədəd kağız bükümdə təmiz çəkisi 4,055 qram olan metamfetamin psixotrop maddəsi və 01 ədəd polietilen bükümdə təmiz çəkisi 10,197 qram olan narkotik vasitə həşiş qətranı və psixotrop maddə istifadə etmək üçün kustar üsulla hazırlanmış 2 ədəd alət, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd “ rele” adlanan qab hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,231 qram olan metamfetamin psixotrop maddəsi, 01 ədəd kağız bükümdə təmiz çəkisi 4,055 qram olan metamfetamin psixotrop maddəsi və 01 ədəd polietilen bükümdə təmiz çəkisi 10,197 qram olan narkotik vasitə həşiş qətranının məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs1 məxsus nömrəyə daxil olan və nömrədən çıxan zənglərin köçürüldüyü 1 ədəd yaddaş diski, təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılarkən, dindirmə və üzləşdirmə istintaq hərəkətləri yerinə yetirilərkən aparılan videoçəklişlərin qeyd olunduğu 4 ədəd DVD yaddaş diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə, hüququ olan şəxslər tərəfindən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən isə onlara təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Polad Həsənov Hakimlər: İlham İbrahimov Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-16/2022
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-16/2022
04.05.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver