Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-16/2023 09.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik–leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 1996-cı ildə Şahbuz rayonunun Kəndşahbuz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, Şahbuz rayonunun Kəndşahbuz kəndində daimi qeydiyyatda olmaqla N saylı hərbi hissədə zabit yataqxanasında yaşayan, N №-li hərbi hissədə aşpaz vəzifəsində xidmət edən, barəsində 19 aprel 2023-cü il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissənin maddi-texniki təminat tağımında baş aşpaz vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərinin ziddinə olaraq 06 mart 2023-cü ildə, saat 10 radələrində Batabat müdafiə rayonunda yerləşən tabor yataqxanasının ərzaq anbarında tabelik münasibətlərində olmayan, onunla eyni tağımda aşpaz vəzifəsində xidmət edən MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs ərzaqları mətbəxə daşımağa kömək etməməsini bəhanə edərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub ona qarşı nalayiq ifadə işlədib mətbəxdə istifadə olunan bıçaqla bədəninin müxtəlif nahiyələrindən vurub ona “bədənin müxtəlif nahiyələrinin deşilmiş-kəsilmiş yaraları” ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində ifadəsi alınmış MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N №-li hərbi hissənin Batabat taborunda baş aşpaz vəzifəsində xidmət etdiyini, MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs həmin taborda görüb tanıdığını, Zərərçəkmiş şəxs ilə münasibətinin həmişə yaxşı olduğunu, tez-tez onunla müəyyən zarafatlar etdiyini, 06 mart 2023-cü ildə səhər saatlarında ərzaq anbarının yanından keçərkən qapının qarşısında olan dəmir rəfdə 4 ədəd təzə bıçaq qoyulduğunu gördüyünü, həmin vaxt aşpaz Zərərçəkmiş şəxs də orada olduğunu, digər aşpazlar MAHHXHQ-su əsgərlər Şahid1la Şahid2 da anbardan deyəsən günorta yeməyi üçün ərzaq çıxartdıqlarını, həmin vaxt rəftəki təzə bıçaqların onun diqqətini çəkdiyini, içəri keçib bıçaqlardan birini əlinə götürüb onun itiliyinə baxdığını, bıçaqların eyni formalı olmaqla ucları iti və dəstəklərinin taxtadan düzəldildiyini, bıçaqlardan birini sağ əlinə götürərək zarafatla bir neçə dəfə sürətlə Zərərçəkmiş şəxs tərəf uzadıb, geriyə çəkərək “niyə işləmirsən, tez ol işlə, vaxtında çatdıra bilməyəcəksən, deyəsən döyülməyin gəlib” deyərək bıçağı təqribən 4-5 dəfə zarafatla onun bədəninin müxtəlif hissələrinə vurub çəkdiyini, onun da arxaya qabağa çəkilərək özünü müdafiyə xarakterli hərəkətlər etdiyini, bıçağın uc hissəsinin deyəsən təqribən 4-5 dəfə onun bədəninin müxtəlif hissələrinə dəydiyini, lakin bıçağın onun bədəninə batmasının və onu yaralamasını heç ağlına da gətirmədiyini, Zərərçəkmiş şəxs həmin vaxt ona “Asif o, cürə zarafat etmə, deyəsən bıçaq haramısa yaraladı” dediyini, onun dediklərinə gülüb zarafat kimi qəbul etsə də, bir az da həqiqət olduğunu fikirləşərək bıçağı yerinə qoyub getmək istərkən, Zərərçəkmiş şəxs “Asif bu nə qandır deyəsən məni yaraladın” dediyini, baxanda həqiqətən də onun əynindəki paltarının üstündə qan olduğunu gördüyünü, yaxınlıqda olanların onları görməsin deyə içəridən anbarın qapısını bağlayaraq Zərərçəkmiş şəxs kömək edib əynindəki paltarını yuxarı qaldıranda arxadan sol böyrünün qanadığını gördüyünü, onun bədəninin bir neçə yerindən qan gəldiyini, bir anda qorxduğunu, daha ciddi şeylər olduğunu fikirləşərək tez stolun üstündən nəm salfetka götürüb onun bədəninin yaralanmış hissələrinin qanını sildikdə böyründəki yaranın böyük olduğunu gördüyünü, deyəsən bıçağı ona tərəf sürətlə uzadıb geri çəkəndə bıçağın ucunun digər yerlərə də dəyib yaraladığını, lakin həmin yerdəki yaraların kiçik olduğunu, bir-neçə dəqiqə sonra MAHHXHQ-su əsgər Şahid2 da oraya gələrək onlardan nə olduğunu soruşduqda Zərərçəkmiş şəxs ona heç nə demədiyini, Kərimlinin gedib onun hərbi formasını gətirməsini xahiş etdiyini, Şahid2 da gedib onun hərbi formasını gətirdikdən sonra hər ikisinin Zərərçəkmiş şəxs yaralarını silib təmizləyərək ona ilk tibbi yardım göstərdikdən sonra tağım komandiri gizir Şahid3 və taborun MTT rəisi kapitan Şahid4 bu barədə məlumat verdiklərini, Şahid4 dərhal hadisə barədə yuxarı komandanlığa məlumat verdikdən sonra Zərərçəkmiş şəxs hərbi hissənin tibb bölüyünə, oradan isə hospitala apardıqlarını, bir neçə dəfə hospitalda olarkən onun yanına da getdiyini, onun artıq sağalaraq xidmət yerinə qayıtdığını, hadisə olan vaxt həqiqətən də onunla zarafat etdiyini, bıçaqla zarafat edərkən onu ehtiyatsızlıqdan yaralayacağını heç ağlına da gətirmədiyini, ondan dəfələrlə üzr istədiyini, törətdiyi əməldən peşiman olduğunu, himayəsində iki azyaşlı övladının olduğunu məhkəmənin hökm çıxararkən nəzərə almasını xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs ifadəsində N saylı hərbi hissənin “Batabat” taborunda yeməkxanada işlədiyini, 06 mart 2023-cü ildə səhər yerbəyerindən sonra tağımın gizir və MAHHXHQ-su əsgər yoldaşları ilə birlikdə nahar yeməyini hazırlamaq üçün nəzərdə tutulan ərzağı seçib ərzaq anbarında bir yerə yığdıqlarını, həmin gün gizir Şahid3 mətbəxdə istifadə olunan bıçaqlar köhnəldiyi üçün 4 ədəd yeni bıçaq alıb gətirərək rəfə qoyduğunu, saat təqribən 10 radələrində ərzaq anbarında olarkən MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs da anbara gəldiyini, həmin bıçaqlardan birini əlinə götürüb baxaraq “yaxşı itidir” dediyini, sonra zarafatla ona qarşı zarafat yönümlü ifadələr işlədib “bir az tez ol, yeməyi vaxtında çatdıra bilməyəcəksən, niyə işləmirsən” deyib sağ əlində tutduğu bıçağı zarafatla onun bədəninin müxtəlif nahiyələrinə tərəf aparıb gətirərək sağa, sola, aşağı-yuxarı hərəkət etdirdiyini, özünün də Asifin etdiyi zarafat yönümlü hərəkətlərdən yayınmaq üçün o, tərəf, bu tərəfə yönələrək bıçağın ona dəyməməsinə çalışdığını, Asifin isə zarafatına davam etdiyini, nə qədər bıçaqdan yayınsa da yenə də Təqsirləndirilən şəxs əlindəki bıçaqın onun sol qolunun çiyin hissəsindən, sol qoltuq altından, sonra sol budundan və arxa sol böyründən dəydiyini, bıçaqların dəydiyi yer ağrısa da bıçaqların onun bədəninə batmasına inanmadığını, həmin vaxt sol böyrünə əlini vuranda qan axdığını görüb “Asif sən nə edirsən bıçağın dəydiyi yer qanadı” dediyini, həqiqətəndə Təqsirləndirilən şəxs tez etdiyi zarafatını dayandırıb bıçağın dəydiyi yerlərə baxdıqda həmin yerlərdən qan gəldiyini gördüklərini, hər ikisinin də bərk qorxduğunu, kiminsə görməməsi üçün Asifin tez qapını arxadan açarla bağlayaraq köməkli onun aşpaz kitelini soyundurduğunu, Asiflə birlikdə nəm salfetqa ilə yaralarının qanını silməyə başladığını, bədəninin 4 yerində bıçaq yarası olduğunu, yaraların hamısının qanamasına baxmayaraq arxa sol tərəfindəki yaradan daha çox qan axdığını, bir azdan MAHHXHQ-su əsgər Şahid2 də oraya gəldiyini, sonra Şahid2 onun hərbi formasını gətirməsini xahiş etdiyini, Abbaslının da yataqxanaya gedərək onun hərbi formasını anbara gətirdiyini, Təqsirləndirilən şəxs yaradan gələn qanın dayandırılması üçün nələrsə etmək istədiyini, bir azdan birlikdə köməklik edib onun hərbi formasını geyindirdiklərini, Təqsirləndirilən şəxs onun yarasından axan qanın dayanmadığını görüb baş vermiş hadisənin gizlədilməsinin mənasız olduğunu görüb tağım komandiri kapitan Şahid4 məruzə etdiyini, bir azdan kapitan Şahid4la gizir Şahid3 oraya gəldiklərini, bütün olanları ətraflı onlara danışdıqlarını, yaralardan birinin böyük olduğundan və çoxlu qan gəldiyindən qanın kəsilməsi və yaraya tikiş qoyulması üçün mütləq hərbi hissəyə göndərilməsinə ehtiyac olduğundan hərbi hissənin tibb maşını ilə hərbi hissəyə, oradan isə hospitala göndərildiyini, hospitalda yarasına tikiş qoyularaq bir müddət orada müalicə olunduğunu, artıq sağaldığını, həqiqətən də Təqsirləndirilən şəxsla zarafat edərkən həmin hadisənin baş verdiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində N №-li hərbi hissənin Batabat taborunda manqa komandiri vəzifəsində xidmət etdiyini, 06 mart 2023-cü ildə səhər yerbəyerindən sonra yemək hazırlamaq üçün yeməkxanaya getdiyini, tağım komandiri gizir Şahid3 ərzaq anbarından həmin gün üçün istifadə ediləcək ərzaqları siyahı üzrə onlara verdiyini, aşpazlar Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid2 ərzaqları mətbəxə daşımaq üçün anbara keçdiklərini, mətbəxdə istifadə üçün 4 ədəd təzə bıçaqlar alınıb gətirdiyini, bıçaqların yeməkxanada rəfdə olduğunu, ərzaqları mətbəxə daşıyan zaman Təqsirləndirilən şəxs rəfin qarşısında dayanaraq yeni alınmış bıçaqlardan birini əlinə götürərək zarafatla yanında dayanan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə tərəf aparıb gətirərək bıçağın uc hissəsini ona vurub çəkərək zarafatla ondan nə üçün işləmədiyini dediyini, Zərərçəkmiş şəxs də ona yavaş olmasını, deyəsən bıçağın bədəninin harsınasa batdığını, ağrıdığını dediyini, onların zarafatlarına fikir verməyərək özünün və Şahid2 birlikdə yeməkxanada yeməkləri hazırlamağa getdiklərini, bir azdan Şahid2 iş dalıncan anbara göndərdiyini, 5-10 dəqiqə sonra Şahid2 gələrək ərzaq anbarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə bıçaqla zarafat edərkən Kərimlinin yaralandığını dediyini, dərhal onların yanına getdiyini, orada hər ikisindən hadisənin necə baş verdiyini ətraflı öyrəndiyini, bir neçə saatdan sonra Zərərçəkmiş şəxs hospitala göndərildiyini, orada əməliyyat olunduğunu eşitdiyini, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında nə hadisə vaxtı, nə də əvvəllər hər hansı mübahisə, narazılıq, ziddiyyət olmadığını göstərdi, Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su əsgər Şahid2 ifadəsində Batabat taborunda aşpaz vəzifəsində xidmət etdiyini, 06 mart 2023-cü ildə saat 10 radələrində şəxsi heyətin nahar yeməyini bişirmək üçün ərzaq anbarından lazım olan ərzaqları MAHHXHQ-su əsgər Şahid1la yeməkxanaya daşımağa başladıqlarını, həmin vaxt aşpazlar MAHHXHQ-su əsgərlər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da ərzaq anbarında olduqlarını, mətbəxdə olarkən Şahid1 onu anbardan kələm gətirmək üçün oraya göndərdiyini, ərzaq anbarının pəncərəsindən açmaq istədikdə qapının bağlı olduğunu gördüyünü, ərzaq anbarının pəncərədən içəriyə baxanda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ərzaq anbarının içərisində ayaqüstə üz-üzə dayandıqlarını, Zərərçəkmiş şəxs bədəninin açıq olduğunu, bədəninin qanlı olduğunu gördüyünü, Zərərçəkmiş şəxs sol qolunun dirsəkdən yuxarı tərəfindən və sol döşünün üstündən azca qan axdığını, Təqsirləndirilən şəxs nəm salfetka ilə onun qanayan yerlərini silib təmizlədiyini, onlardan nə olmasını soruşduqda ona heç nə demədiklərini, Zərərçəkmiş şəxsin ona yataqxanadan onun hərbi formasını gətirməsini xahiş etdiyini, tez zabitlər yataqxanasından onun formasını gətirərək qapını döyərək içəri girib nə olmasını soruşduqda yenə hər ikisinin heç nə demədiklərini, lakin Zərərçəkmiş şəxs bədəninin bir neçə yerindən qan axdığını gördüyünü, tez özünün də nəm salfetka götürüb onun bədənində olan qan ləkələrini silməyə başladığını, Zərərçəkmiş şəxs bədəninə baxanda onun aldığı xəsarətlərin-sol qolunun dirsəkdən yuxarı hissəsində, döş hissəsinin üstündə, sol arxa böyründə kəsilmiş yaralar olduğunu gördüyünü, sonra hər ikisinin də hadisənin necə olduğunu ətraflı ona danışdıqlarını, bu barədə tağım komandirinə məruzə olunduğunu, bir azdan Zərərçəkmiş şəxs hospitala göndərildiyini, artıq sağalıb xidmətinə başladığını, hadisə vaxtı, nə də əvvəlki vaxtlarda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında hər hansı mübahisə, dalaşma, narazılıq, ziddiyyət olmasını görmədiyini və eşitmədiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid3 ifadəsində Batabat taborunun MTT tağımının komandiri vəzifəsində xidmət etdiyini, ərzaq anbarına onun nəzarət etdiyini, mətbəxdə işlədilən bıçaqlar köhnə olduğu üçün taborun yeməkxanasına 4 ədəd mətbəx bıçağı aldığını, həmin bıçaqların yeməkxananın anbarında ərzaqların qoyulması üçün nəzərdə tutulmuş rəfdə olduğunu, hadisə olan vaxt 06 mart 2023-cü ildə səhər saat 10 radələrində yeməkxanada olarkən MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs tələsik oraya gəlib həyacanla MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs ilə zarafat edərkən ehtiyatsızlıqdan onu bıçaqla yaraladığını dediyini, tez ərzaq anbarına getdiyini, orada Zərərçəkmiş şəxs bədəninə baxdıqda onun arxa sol böyründə və bədəninin müxtəlif hissələrində bıçaq yarası olduğunu və həmin yaralardan qan axdığını gördüyünü, tez Təqsirləndirilən şəxs köməklik edib həmin yaraları nəm əsgi ilə təmizləyib qanını saxlamağa çalışdığını, bir azdan kapitan Şahid4 da oraya gəldiyini, Şahid4 anbarda hadisənin necə olduğunu soruşduqda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs hadisəni olduğu kimi ona danışıb hadisənin zarafat zəminində olduğunu dediklərini, bir azdan taborun həkimi Şahid5 da oraya gəlib ona ilk tibbi yardım göstərdikdən sonra yaranın çox olmasını nəzərə alıb onun hospitala göndərilməsi barədə göstəriş verdiyini, təqribən 7-8 gündən sonra onun sağalaraq hospitaldan xidmət yerinə qayıtdığını, əvvəllər onlar arasında hər hansı bir hadisənin olduğunu görmədiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid4 ifadəsində Batabat taborunda xidmət etdiyini, 06 mart 2023-cü ildə saat 10 radələrində tabor mərkəzində olarkən MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs təlaşla oraya gələrək ona tez ərzaq anbarına gəlməsini dediyini, ona nə olmasını soruşduqda onun mətbəx üçün alınmış biçaqla MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs ilə zarafat edərkən ehtiyatsızlıqdan onun bədəninin müxtəlif yerlərini yaraladığını, həmin yerlərdən də qan gəldiyini dediyini, tez onunla birlikdə anbarına getdiklərini, orada Zərərçəkmiş şəxs bədəninin bıçaq dəyən yerlərinə baxdıqda dörd yara olduğunu gördüyünü, yaralarda qan ləkələri olsa da böyründəki yaradan daha çox qan gəldiyini, yenə orada onlardan nə olmasını soruşduqda hər ikisinin də bir-biriləri ilə zarafat edərkən Təqsirləndirilən şəxs ehtiyatsızlığı üzündən Zərərçəkmiş şəxs yaralandığını dediklərini, bu barədə tez tabor komandirinə məruzə edib yuxarı komandanlığın göstərişi ilə Zərərçəkmiş şəxs hərbi hissənin tibb bölüyünə oradan isə hospitala göndərdiklərini, onun bir neçə gün hospitalda yatdıqdan sonra sağalaraq xidmətini davam etdirmək üçün hərbi hissəyə qayıtdığını, əvvəllər onlar arasında belə halların olmadığını, Təqsirləndirilən şəxs həmişə intizamlı MAHHXHQ-su əsgər olduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş tibb xidməti leytenantı Şahid5 ifadəsində N №-li hərbi hissənin tibb məntəqəsində həkim vəzifəsində xidmət etdiyini, 06 aprel 2023-cü ildə səhər saatlarında taborun tibb məntəqəsində olarkən kapitan Şahid4in, MAHHXHQ-ları əsgərlər Təqsirləndirilən şəxs və Q. Kərimlinin tibb məntəqəsinə daxil olduqlarını, onlardan nə olmasını soruşduqda Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs onunla bıçaqla zarafat edərkən ehtiyatsızlıqdan onun bədəninin bir neçə hissəsini bıçaqla yaralandığını dediyini, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs ilə bıçaqla zarafat edərkən onu yaraladığını dediyini, tez qanayan nahiyələrə baxadıqdan sonra ilkin tibbi yardım göstərib yaradan gələn qanı durdurduğunu və ona ilk tibbi yardım göstərdikdən sonra dərhal hospitala göndərdiyini göstərdi. Cinayət işi üzrə 06 mart 2023-cü ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 07 mart 2023-cü il tarixli, 60 №-li ekspert rəyində MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin-bədənin müxtəlif nahiyələrinin deşilmiş-kəsilmiş yaralarının deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə törənmələrinin istisna olunmadığı, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işi üzrə 07 mart 2023-cü ildə məhkəmə-daktiloskopik ekspertizası təyin edilmiş, 29 mart 2023-cü il tarixli, 262 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş tədqiqat obyekti olan 01 (bir) ədəd bıçağın səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədiyindən Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izləri ilə şəxsiyyətin eyniləşdirilməsi tədqiqatının aparılmadığı göstərilmişdir. Cinayət işi üzrə 07 mart 2023-cü ildə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, 30 mart 2023-cü il tarixli 263-264 №-li ekspert rəylərində tədqiqata təqdim edilmiş bıçağın zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı olduğu, soyuq silah hesab edilmədiyi, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların, qara rəngli uzunqol aşpaz köynəyinin və qara rəngli aşpaz şalvarının səthindəki zədələrin bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəldiyi, belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsinin və ona oxşar bıçaq tiyələrinin də aid olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs hərbi-həkim komissiyasından keçirilmiş, təqdim olunmuş 10 mart 2023-cü il tarixli 282 №-li arayışda onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Tİİ-dən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirici hallar törətdiyi əməli etiraf edib səmimi peşimançılıq çəkməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ona ilk tibbi yardım göstərməsi, zərərçəkmiş şəxsin onu bağışlaması, himayəsində iki azyaşlı uşağının olmasıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi lazım bilir ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığına həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan bir ədəd aşpaz paltarının kiteli və bir ədəd aşpaz paltarının şalvarı istifadəyə yararsız olduğundan məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan bir ədəd bıçaq istifadəyə yararlı olduğundan N saylı hərbi hissəyə istifadəyə verilməlidir. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə ( Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi ) göstərdiyi hüquqi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖКМ ЕТDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından 10 (on) faiz pul tutulmaqla, 7 (yeddi) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığına həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan bir ədəd aşpaz paltarının kiteli və bir ədəd aşpaz paltarının şalvarı istifadəyə yararsız olduğundan məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan bir ədəd bıçaq istifadəyə yararlı olduğundan N saylı hərbi hissəyə istifadəyə verilsin. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə ( Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi ) göstərdiyi hüquqi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-16/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-16/2023
09.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver