Məhkəmə qərarları › İş №1-1(092)-16/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-16/2025

07.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-16/2025 07.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Babək rayonu Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli (himayəsində N azyaşlı uşaq olan), məhkum olunmayan, Babək rayonu Payız kəndində daimi qeydiyyatda olmaqla həmin yerdə yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci reaktiv artilleriya divizionunun baş çavuşu vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmətdə olan, N8 yanvar N0N5-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci reaktiv artilleriya divizionunun baş çavuşu vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmət edən zaman, N1 oktyabr N0N4-cü il tarixdə divizion növbətçisi xidmətində olarkən saat 08:30 radələrində divizion komandanlığı tərəfindən verilmiş tapşırığa əsasən dərs məşğələsində iştirak etmək üçün silah otağından özünə təhkim olunmuş silahını götürən, həmin divizionun 1-ci reaktiv artilleriya batareyasının 1-ci reaktiv artilleriya taqımının 1-ci döyüş maşınının baş tuşlayıcısı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs silahını yerinə qoyub ərazini təmizləməsi üçün getməsini tapşırmış, sonuncu silahını piramidaya qoyub silah otağını tərk edərkən həmin divizionun 1-ci reaktiv artilleriya batareyasının komandiri vəzifəsində xidmət edən, baş leytenant Şahid3 ona dərs məşğələsinə getməsini tapşırdığından əsgər Zərərçəkmiş şəxs təkrar olaraq silahını götürüb “Silah və döyüş sursatının verilməsi” kitabında qeydiyyat etdirən zaman kiçik gizir Təqsirləndirilən şəxs verdiyi tapşırığa əməl etməməsinə əsəbiləşərək qanuni tədbirlər görmək əvəzinə divizionun silah saxlanma otağında əsgər Zərərçəkmiş şəxs sağ çiyin və sağ boyun nahiyələrindən iki şillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs kiçik gizir Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş kiçik gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində N0 oktyabr N0N4-cü il tarixdə sutkalıq divizion növbətçisi ximətinə təyin edildiyini, N1 oktyabr N0N4-cü il tarixdə, səhər saatlarında divizion növbətçisi olduğu vaxt yuxarı komandanlıq tərəfindən divizionun şəxsi heyətinin dərsə getməsi barədə tapşırıq verildiyini, buna görə də divizionun şəxsi heyəti silah otağından onlara təhkim olunmuş silahlarını götürdüklərini, həmin gün səhər saatlarında mayor Şahid4 zəng edib ərazidə təmizliyə iki nəfər əsgərin verilməsini dediyini, mayor Şahid4 razı olaraq seçmə üsulu ilə ərazinin təmizliyinə iki nəfər əsgər götürə biləcəyini dediyini, ona əsgərlərin konkret ad-soyadlarını demədiyini, mayor Şahid4 da hansı əsgərləri aparacağı barədə məlumat vermədiyini, N1 oktyabr N0N4-cü il tarixdə, saat N radələrində silah otağının qapısını açdığını, divizionun şəxsi heyəti silah otağının qarşısına gələrək bölmələr şəklində düzüldüklərini, saat 08:30 radələrində 1-ci batareyanın şəxsi heyəti bir-bir silah otağına daxil olaraq silahlarını götürməyə başladıqlarını, silahını götürən şəxs silah vermə kitabına imza etdikdən sonra silah otağından çıxdığını, silah vermə kitabında müvafiq qeydiyyatı leytenant Ruslan Həsənov apardığını, silah otağında qapının yanında dayanıb nəzarət etdiyini, həm də şəxsi heyətin silahlarını götürməsi üçün piramidaları açdığını, həmin vaxt əsgər Zərərçəkmiş şəxs silah otağında piramidaya yaxınlaşıb silahını götürməsini görüb ona səslənərək silahı yerinə qoymasını, əraziyə təmizlik üçün gedəcəyini deyib üzünü digər tərəfə çevirdiyini, geri dönüb baxarkən əsgər Zərərçəkmiş şəxs leytenant R.Həsənova yaxınlaşaraq silahını qeydiyyata aldırmaq istəməsini gördüyünü, verdiyi tapşırığa baxmayaraq silahı götürməsini görüb əsəbiləşərək sağ əlinin içi ilə onun sağ çiyin nahiyəsinə möhkəm 1 şillə zərbəsi vurduğunu, sonra sağ əli ilə onun sağ boyun nahiyəsinə möhkəm 1 şillə zərbəsi də vurduğunu, silah otağında həmin vaxt leytenant Ruslan Həsənov, baş leytenant Şahid3, əsgərlər Şahid1 və əsgər ŞahidN olduğunu, bundan sonra əsgər Zərərçəkmiş şəxs dönüb nə olmasını soruşduqda ona silahını yerinə qoymasını və əraziyə getməsini dediyini, əsgər Zərərçəkmiş şəxs silahı yerinə qoyub silah otağından çıxdığını, həmin vaxt içəridə olan 1-ci batareyanın komandiri baş leytenant Şahid3 ona yaxınlaşaraq əsgəri niyə vurmasını soruşduqda vurmadığını bildirdiyini, baş leytenant Şahid3 əsgər Zərərçəkmiş şəxs divizion komandiri mayor Şahid4 yanına aparıb hadisə barədə məruzə etdiyini, zərərçəkmiş şəxsdən üzr istəyib onunla barışdığını, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs kiçik gizir Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmə icasında ifadə vermiş zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində N1 oktyabr N0N4-cü il tarixdə səhər düzülüşü zamanı 1-ci divizionun komandiri mayor Şahid4 şəxsi heyətə silah otağından silahları və tədris sinfindən hücum jiletlərini götürüb dərsə getmələri barədə tapşırıq verdiyini, bu səbəbdən bölmələr yataqxana binasının 3-cü mərtəbəsinə qalxaraq düzüldüklərini, şəxsi heyət bir-bir silah otağına daxil olaraq silahları götürməyə başladıqlarını, saat 08:30 radələrində silah otağına daxil olub özünə təhkim olunmuş “AK-74” markalı, “1181140” nömrəli silahını piramidadan götürüb həmin vaxt silahı qeydiyyata aldırmaq istəyərkən divizion növbətçisi xidmətində olan kiçik gizir Təqsirləndirilən şəxs silahını yerinə qoyub əraziyə düşməsi barədə göstəriş verdiyini, bu səbəbdən silahı aparıb piramidaya qoyub silah otağından çıxmaq istəyərkən batareya komandiri baş leytenant Şahid3 silahını götürüb digər şəxsi heyətlə dərsə getməsi barədə tapşırıq verdiyini, həmin tapşırığı icra edərək təkrar silahını götürüb qeydiyyata alan leytenant Ruslan Həsənovun oturduğu yerə yaxınlaşıb əyilərək silahın nömrəsini yazdırıb imza çəkdikdən sonra sağ tərəfində dayanmış kiçik gizir Təqsirləndirilən şəxs ona yaxınlaşaraq sağ əli ilə ilk olaraq sağ çiyin nahiyəsindən, sonra da sağ boyun nahiyəsindən şillə ilə vurduğunu, həmin vaxt kiçik gizir Təqsirləndirilən şəxs tərəf dönüb ondan nə olmasını soruşduqda onun əsəbi şəkildə qışqıraraq “rədd ol, silahı qoy yerinə düş əraziyə” dediyini, onu vurmasını içəridə olan əsgərlər Şahid1 və ŞahidN gördüyünü, buna görə silahı aparıb yenidən yerinə qoyub silah otağından çıxmaq istəyərkən baş leytenant Şahid3 ondan nə olmasını soruşduğunu, ona heç nə olmadığını dediyini, əsəbi olduğu üçün çölə çıxıb dəhlizdə gəzən zaman baş leytenant Şahid3 silah otağından əsəbi şəkildə çıxıb “o kimdi mənim əsgərimi vurur, mən heç öz əsgərimi vurmuram” deyə-deyə onu mayor Şahid4 yanına apardığını, mayor Şahid4 nə baş verdiyini soruşduqda ona heç nə olmadığını dediyini, sonra ərazidə işləməyə getdiyini, kiçik gizir Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onunla barışdığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN Rəfayıl oğlu ifadəsində N1 oktyabr N0N4-cü il tarixdə, saat N radələrində düzülüş zamanı 1-ci divizionun komandiri mayor Şahid4 şəxsi heyətə silah otağından silahları götürüb dərs məşğələlərinə getmələri barədə tapşırıq verdiyini, bu səbəbdən hər bir batareya ayrıayrılıqda yataqxananın 3-cü mərtəbəsində olan silah otağının qarşısına gedib düzüldüyünü və sıralı şəkildə silah otağına daxil olub silahları təhvil almağa başladıqlarını, divizion növbətçisi kiçik gizir Təqsirləndirilən şəxs olduğunu, batareyanın şəxsi heyəti silah otağının qarşısında düzüldüyünü, batareyanın şəxsi heyətinə silah otağına daxil olub silahları götürmələri barədə göstəriş verildikdən sonra əsgərlər tək-tək silah otağına daxil olub silahı götürüb qeydiyyata saldıqdan sonra silah otağından çıxıb 1-ci mərtəbədə olan tədris sinfinin qarşısına getdiklərini, saat 08:30 radələrində silah otağına daxil olanda əsgər Zərərçəkmiş şəxs silah otağında olmasını gördüyünü, silahını götürüb silahvermə kitabında qeydiyyata alan leytenant Ruslan Həsənova yaxınlaşıb silahın nömrəsini bildirib kitabda imza etdiyini, daha sonra silah otağının çıxışına tərəf getdiyini, həmin vaxt kiçik gizir Təqsirləndirilən şəxs içəridə əsgər Zərərçəkmiş şəxs sağ tərəfində dayandığını, əsgər Zərərçəkmiş şəxs isə stolun yanında dayandığını, onların arasında təxminən 1-N addımlıq məsafə olduğunu, kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs adı ilə səsləsə də əsgər Zərərçəkmiş şəxs çağırışa reaksiya vermədiyini, bundan sonra kiçik gizir Təqsirləndirilən şəxs yaxınlaşıb əsgər Zərərçəkmiş şəxs ardıcıl N şillə zərbəsi vurduğunu, birinci şillə zərbəsi əsgər Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsinə və ikinci şillə zərbəsi isə onun sağ boyun nahiyəsinə dəydiyini, həmin vaxt zərbələrin səsi də eşidildiyini, kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs vurduqdan sonra əsəbi şəkildə ona əraziyə düşməsini bildirdiyini, daha orada qalmayıb silah otağından çıxıb tədris sinfinin qarşısına getdiyini, buna görə daha orada nə olmasını bilmədiyini, sonradan kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs vurmasını baş leytenant Şahid3 də bilməsini, bu barədə divizion komandanlığına məruzə olunmasını eşitdiyini, bundan sonra kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs vurması ilə bağlı araşdırma aparıldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid3 ifadəsində N1 oktyabr N0N4-cü il tarixdə, saat N radələrində hərbi hissənin şəxsi heyətinə düzülüş keçirilən zaman 1-ci divizionun komandiri mayor Şahid4 günün nizam qaydasına uyğun olaraq şəxsi heyətin dərs məşğələlərinə aparılması ilə bağlı tapşırıq verdiyini, buna görə şəxsi heyətə silah otağının qarşısında düzülmələri ilə bağlı göstəriş verdiyini, yataqxananın 3-cü mərtəbəsində yerləşən silah otağına qalxdıqdan sonra şəxsi heyət birbir silah otağına daxil olub silahını götürüb qeydiyyat apardıqdan sonra silah otağının qarşısında düzüldüklərini, silahları leytenant Ruslan Həsənov qeydiyyata aldığını, həmin gün divizion növbətçisi kiçik gizir Təqsirləndirilən şəxs olduğunu, saat 08:30 radələrində silah otağının qapısının yanında dayandığını, kiçik gizir Təqsirləndirilən şəxs isə giriş qapısının yanında, onun arxasında durduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs silahını yerinə qoyub çıxmasını görüb ona silahı götürməsini və dərsə getməsini dediyini, sonra əsgər Zərərçəkmiş şəxs silahını götürüb leytenant R.Həsənova yaxınlaşdığını, bu vaxt silah otağının giriş qapısına tərəf çevrildiyini, həmin vaxt kiçik gizir Təqsirləndirilən şəxs kiməsə “demədim götürmə” sözünü deməsini və şillə zərbəsi səsini eşitdiyini, geri döndükdə zərbənin hara dəyməsini görməsə də kiçik gizir Təqsirləndirilən şəxs əlinin havada olmasını gördüyünü, onun əsgər Zərərçəkmiş şəxs vurmasını bildiyini, buna əsəbiləşib kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs hansı səbəbə vurmasını, əsgəri vurmağın bir hərbi qulluqçuya yaraşmayan hərəkət olduğunu bildirdiyini, bundan sonra əsgər Zərərçəkmiş şəxs mayor Şahid4 yanına aparıb ona kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs vurması barədə məruzə etdiyini, mayor Şahid4 əsgər Zərərçəkmiş şəxs yanına çağırıb hadisə barədə soruşduğunu, həmin vaxt onların yanında dayanmayıb getdiyini, sonradan silah otağında kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs silahı yerinə qoyub əraziyə getməsini deməsini, ona silahı götürüb dərsə getməsini tapşırdıqdan sonra kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs silahı yerinə qoymasını deməsini və bundan sonra onun sağ çiyin və sağ boyun nahiyəsindən N şillə zərbəsi vurmasını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş mayor Şahid4 ifadəsində N1 oktyabr N0N4-cü il tarixdə, saat N radələrində 1-ci divizionun şəxsi heyətinə düzülüş keçirtdiyini, düzülüş zamanı şəxsi heyətə gündəlik tapşırıqlarını verdiyini, daha sonra isə şəxsi heyətə batareya şəklində gedib silah otağından silahlarını götürmələrini və dərs məşğələlərinə getmələrini tapşırdığını, bir müddət keçdikdən sonra şəxsi heyətdən silah və hücum jiletlərini götürmüş əsgərlər sıra meydanına gələrək düzüldüklərini, təxminən saat 08:30-08:40 radələrində baş leytenant Şahid3 yaxınlaşıb məruzə edərək kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs silah otağında vurmasını bildirdiyini, baş leytenant Şahid3 dərsdən qayıtdıqdan sonra bu barədə müvafiq sənədləşmə aparmasını bildirdiyini, baş leytenant Şahid3 əsgər Zərərçəkmiş şəxs də gətirdiyini, nə baş verməsini soruşduqda əsgər Zərərçəkmiş şəxs heç bir şey olmadığını bildirdiyini, onun boğaz və üz nahiyəsinə baxdığını, lakin heç bir xəsarət və iz olmasını görmədiyini, daha sonra isə onları sıraya göndərdiyini, sonradan kiçik gizir Təqsirləndirilən şəxs silah otağında əsgər Zərərçəkmiş şəxs silahını qoyub əraziyə getməsini tapşırmasını, əsgər Zərərçəkmiş şəxs silahını götürüb dərsə çıxmağa hazırlaşmasını, bundan sonra kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sağ çiynindən və sağ boyun nahiyəsindən iki şillə zərbəsi vurmasını öyrəndiyini göstərmişdir. Şahid1 xx.xx.N0N5-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid qismində tanındığını, haliyədə xidmətini başa vurub tərxis olunduğunu və səhhətilə əlaqədar üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini, ibtidai araşdırma dövrü verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə baxışı iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Şahid1 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə baxışı iclasında elan olunaraq tədqiq edildi. Şahid1 istintaq orqanına vermiş olduğu ifadəsi məhkəmə iclasında ifadə vermiş şahidlərlə eynilik təşkil edir. Onun elan olunmuş ifadəsi ilə də Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin N4 dekabr N0N1-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 3N7, 3N9-cu maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlanması və müstəntiqin icraatına verilməsi haqqında N0 dekabr N0N4-cü il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin N1-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli, A-134 nömrəli arayışdan görünür ki, 1-ci reaktiv artilleriya divizionun 1-ci reaktiv artilleriya batareyasının 1-ci döyüş maşını heyətinin tuşlayıcısı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs, hərbi hissənin 1-ci reaktiv artilleriya divizionun baş çavuşu kiçik gizir Təqsirləndirilən şəxs ilə arasında tabelik münasibətləri vardır. Cinayət işinin 1-ci cildinin NN-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N noyabr N0NN-ci il tarixli, N89 №-li əmrindən çıxarışdan görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs həmin tarixdən hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun baş çavuşu vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin N4-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N aprel N0N4-cü il tarixli, 83 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin tarixdən hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun 1-ci reaktiv artilleriya batareyasının 1-ci reaktiv artilleriya taqımının 1-ci döyüş maşınının baş tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin N6-N7-ci vərəqələrinə əlavə edilmiş xidməti xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxs kiçik gizir Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs xidmət etdikləri N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdirlər. Cinayət işinin 1-ci cildinin 30-cu vərəqəsinə əlavə edilmiş xidmət vərəqəsindən görünür ki, təqsirləndirilən şəxs kiçik gizir Təqsirləndirilən şəxs komandanlıq tərəfindən xx.xx.N0N4-cü il tarixli, 1606 №-li əmrlə sutkalıq naryada hazırlıqsız çıxdığına görə Şiddətli töhmət, xx.xx.N0N4-cü il tarixdə qış səhra geyiminin baxışı zamanı yerbəyeri özbaşına tərk etdiyinə görə şifahi qaydada Şiddətli töhmət, xx.xx.N0N4-cü il tarixli, 90 №-li əmrlə (N0N4-cü ilin iyun ayında hərbi intizamın yekununa, qoşun xidmətinin təşkili və aparılmasında yol verdiyi nöqsana görə) Şiddətli töhmət, xx.xx.N0N4-cü il tarixli, 1N5 №-li əmrlə (ona verilmiş şəxsi vəsiqəni saxlanılmasına laqeyid münasibət göstərdiyinə görə) Şiddətli töhmət cəzaları ilə cəzalandırılmışdır. Cinayət işinin 1-ci cildinin 31-ci vərəqəsinə əlavə edilmiş xidmət vərəqəsindən görünür ki, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs komandanlıq tərəfindən həvəsləndirilməmiş və cəzalandırılmamışdır. Cinayət işinin 1-ci cildinin 85-ci vərəqəsinə əlavə edilmiş 07 noyabr N0N4-cü il tarixli, 595 №-li məhkəmə-tibbi ekspert rəyindən görünür ki, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xx.xx.N0N4-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 89-cu vərəqəsinə əlavə edilmiş X1 Sisteminin məhkumluq məlumatları portalından edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cildinin 11N-ci vərəqəsinə əlavə edilmiş 14 noyabr N0N4-cü il tarixli, 971 №-li arayışdan görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 171-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR XN verilən xx.xx.N0N4-cü il tarixli, N441 №-li məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin kiçik gizir Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsi, himayəsində N (iki) azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib, etdiyi əməlindən peşman olması Azərbaycan Respublikası CM-in 59.1.1, 59.1.4-cü və 59.1.1N-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü tam təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəza növünün təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı N8 yanvar N0N5-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirkar Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 10% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 07 (yeddi) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul ödənilsin. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar