Məhkəmə qərarları › İş №1-1(092)-17/2022

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-17/2022

07.06.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-17/2022 07.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalova Nuray Hikmət qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X1 və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1997-ci ildə Rusiya Federasiyasının Volqoqrad vilayətinin Krasnooktyabr rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, evli, orta təhsilli, Şərur rayonunun Düdəngə kəndində qeydiyyatda olan, N №-li hərbi hissə komandirinin sərəncamında olan, barəsində 18 mart N0NN-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş MAHHXHQ əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci və 3N9.N.N-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 1-ci motoatıcı taborun 1-ci motoatıcı bölüyünün 1-ci motoatıcı taqımın, N-ci manqasının komandiri-post böyüyü vəzifəsində, MAHHXHQ əsgər hərbi rütbəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində göstərilən “komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini pozaraq N0N1-ci ilin noyabr ayının əvvəllərində saat 19 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs7 döyüş növbətçiliyində olarkən silahından ehtiyatsızlıqdan atəş açdığına görə yataqxananın qarşısında sinəsindən təpiklə vurmaqla, təkrarən N0N1ci ilin noyabr ayının sonlarında saat 07 radələrində döyüş növbətçiliyini yoxlayan zaman tabeliyində olan əsgər Zərərçəkmiş şəxs1 müşahidə məntəqəsində yerdə oturduğu üçün sinəsindən təpiklə vurub yerə yıxmaqla, həmin vaxt döyüş növbətçiliyində olan digər əsgər Zərərçəkmiş şəxs6 sol ayağından təpiklə vurmaqla, N0N1-ci ilin dekabr ayının əvvəllərində saat N3 radələrində əsgər XN döyüş növbətçiliyində olarkən müşahidə məntəqəsində oturduğuna görə onun sol ayağına təpik zərbələri vurmaqla, həmçinin həmin vaxt müşahidə məntəqəsində olan digər əsgər Zərərçəkmiş şəxs1 sol ayağına təpik zərbələri vurmaqla, N0N1-ci ilin dekabr ayının əvvəllərində saat NN radələrində mövqeyə basqın komandası verib şəxsi heyəti müşahidə məntəqəsinin qarşısında səngərdə sıraya düzüb səbəbsiz olaraq əsgər Zərərçəkmiş şəxs3 sinəsindən təpiklə vurub təkərlərə çırpmaqla, həmin vaxt əsgər Zərərçəkmiş şəxsN isə sol ayağından təpiklə vurmaqla, N0N1-ci ilin dekabr ayının əvvəllərində saat N1 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs4 döyüş növbətçiliyində olarkən ona “səni vurum?” dedikdə sonuncu cavab vermədiyindən səbəbsiz olaraq sinəsindən yumruqla vurub yerə yıxmaqla, N0N1-ci ilin dekabr ayının ortalarında saat 14 radələrində Zərərçəkmiş şəxs4 buşlatsız yataqxanadan çölə çıxdığına görə sağ əlindən və sağ ayağından ağac parçası ilə vurmaqla, N0 dekabr N0N1-ci ildə saat 04 radələrində müşahidə mövqeyindən yataqxanaya gəldiyinə görə N1 dekabr N0N1-ci ildə saat N3 radələrində müşahidə mövqeyində Zərərçəkmiş şəxs4 sinəsindən yumruqla vurmaqla, N0N1-ci ilin dekabr ayının ortalarında saat NN radələrində mövqeyə basqın komandası verib şəxsi heyəti yataqxananın qarşısında sıraya düzüb sırada əsgər Zərərçəkmiş şəxs6 və əsgər Zərərçəkmiş şəxs7 döyüb-döyməməsini soruşarkən döymədiyini bildirdikdə Zərərçəkmiş şəxs6 qarnına təpik zərbəsi, Zərərçəkmiş şəxs7 isə sol ayağına təpik zərbələri vurmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün 1-ci taqımının N-ci manqasının komandiri-post böyüyü vəzifəsində xidmət etdiyini, bütün şəxsi heyət üçün rəis hesab olunduğunu, N0N1-ci ilin noyabr ayının əvvəllərində əsgərlər Zərərçəkmiş şəxs7la Zərərçəkmiş şəxs6 döyüş növbəsinə təyin edildiklərini, həmin vaxt əsgər Davud Quluzadəni isə müşahidə mövqeyinin yaxınlığında səngərdə torpaqları təmizləmək işinə ayırdığını, həmin vaxt yataqxanada olarkən daxili rabitə telefonuna zəng gəldiyini, telefonda Zərərçəkmiş şəxs6 ona tez müşahidə məntəqəsinə getməsini dediyini, dərhal müşahidəyə getdiyini, çatanda onlardan nə olmasını soruşduğunu, Zərərçəkmiş şəxs6 səngərdə işləyəndə Zərərçəkmiş şəxs7 silahından atəş açıldığını dediyini, bundan sonra Zərərçəkmiş şəxs7 silahını və daraqlarını götürüb onunla birlikdə yataqxananın qarşısına gəldiklərini, orada Zərərçəkmiş şəxs7 nə üçün atəş açmasını soruşduğunu, onun da düşmən tərəfdən gözünə nəsə göründüyünü, buna görə darağı silaha birləşdirdiyini, bilmədən atəş açdığını dediyini, əsəbiləşib yataqxananın qarşısında onun sinəsindən bir təpiklə vurduğunu, N0N1-ci ilin noyabr ayının sonlarında saat 07 radələrində müşahidə məntəqəsinə gedib döyüş növbətçiliyini yoxladığını, həmin vaxt əsgərlər Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs6 döyüş növbəsində olduqlarını, müşahidəyə çatanda Zərərçəkmiş şəxs6 rabitənin trubkası əlində ayaqüstə mürgülədiyini, Zərərçəkmiş şəxs1 isə müşahidənin içində yerdə olan təkərin üzərində uzanıb yatdığını gördüyünü, müşahidə məntəqəsinin içərisinə girdiyini, müşahidədə olan rabitə aparatına zəng gəldiyini, zəng gəldiyi anda Zərərçəkmiş şəxs6 sol ayağından bir təpik vurduğunu, Zərərçəkmiş şəxs1 yerindən durmaq istədikdə onun da sinəsindən bir təpik vurduğunu, onun yerə yıxıldığını, N0N1-ci ilin dekabr ayının əvvəllərində saat N1 radələrində yenə döyüş növbətçiliyini yoxlamağa getdiyini, həmin vaxt əsgərlər Zərərçəkmiş şəxsNla Zərərçəkmiş şəxs4 döyüş növbəsində olduqlarını, həmin vaxt Zərərçəkmiş şəxs4 “səni vurum?” dediyini, onun cavab vermədiyini, onun sinəsindən bir yumruq vurduğunu, onun özünü saxlaya bilməyib yerə yıxıldığını, N0N1-ci ilin dekabr ayının ortalarında gecə saat 03 radələrində yuxu tutub formada çarpayıda uzanıb yatdığını, bir qədər sonra əsgər Şahid3 onu oyadıb tabor komandiri mayor Elxan Quliyevin rabitədə danışdığını dediyini, durub tabor komandiri ilə danışdıqdan sonra baş atıcı əsgər Zərərçəkmiş şəxsN döyüş növbətçiliyində kimin olmasını soruşduğunu, onun cavab vermədiyini, həmin vaxt əsgərlər Zərərçəkmiş şəxsNla Zərərçəkmiş şəxs4 döyüş növbəsində olmalı olduqlarını, növbəti gün axşam yenə döyüş növbəsini yoxlamağa getdiyini, həmin vaxt yenə əsgərlər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxsN döyüş növbəsində olduqlarını, müşahidə məntəqəsində əsgər Zərərçəkmiş şəxsN nə üçün dünən axşam özbaşına növbəni tərk edib yataqxanaya gəldiyini soruşduğunu, onun heç nə demədiyini, sonra əsgər Zərərçəkmiş şəxs4 nə səbəbə növbətçiliyi tərk edib yataqxanaya gəldiyini soruşduğunu, onun da cavab vermədiyini, əsəbiləşib müşahidə mövqeyində Zərərçəkmiş şəxs4 sinəsindən bir yumruq zərbəsi vurduğunu, N0N1-ci ilin dekabr ayının ortalarında saat 14 radələrində əsgər Zərərçəkmiş şəxs4 yataqxanadan bayıra çıxarkən buşlatını geyinmədiyini, Zərərçəkmiş şəxs4 nəyə görə buşlatsız çölə çıxdığını soruşduğunu, onun siqaret çəkmək üçün çıxdığını dediyini, Zərərçəkmiş şəxs4 yataqxanadan buşlatsız çölə çıxdığına görə əlində olan ağac parçası ilə onun sağ əlindən və sağ ayağından bir dəfə vurduğunu, N0N1-ci ilin dekabr ayının əvvəllərində saat N3 radələrində yenə müşahidə məntəqəsinə döyüş növbətçiliyini yoxlamağa getdiyini, həmin vaxt əsgərlər Zərərçəkmiş şəxs1la Mirələkbər Hüseynlinin döyüş növbəsində olduqlarını, müşahidə məntəqəsinə çatanda heç kimin ona komanda vermədiyini, yavaş-yavaş müşahidə məntəqəsinə yaxınlaşdığını, həmin əsgərlərin döyüş növbətçiliyi zamanı düşmən tərəfdən müşahidə olunmadığını bildirdiklərini, Mirələkbər Hüseynlinin yerdə oturduğunu, buna görə onlara oturduq yerdə nə müşahidə edəcəksiniz dediyini, əsəbləşərək Zərərçəkmiş şəxs5 sol ayağından iki təpik zərbəsi vurduğunu, sonra Zərərçəkmiş şəxs1 sol ayağının bud nahiyəsindən 3 təpik vurduğunu, N0N1-ci il dekabr ayının əvvəllərində saat NN:00 radələrində mövqeyə “Tufan 111”, yəni mövqeyə basqın komandası verib şəxsi heyəti müşahidə məntəqəsinin qarşısında sıraya düzdüyünü, onlara tapşırıqlarını çatdırdığını, sıranın qarşısında danışa-danışa gedib gəldiyini, həmin vaxt səbəbsiz olaraq əsgər Zərərçəkmiş şəxsN sol ayağından 1 təpik vurduğunu, bundan sonra yerində fırlanıb əsgər Zərərçəkmiş şəxs3 sinəsindən 1 təpik vurduğunu, onun özünü saxlaya bilməyib arxaya doğru gedib səngərdə olan təkərlərə dəydiyini, N0N1-ci ilin dekabr ayının əvvəllərində saat NN radələrində yenə mövqeyə basqın komandası verib şəxsi heyəti yataqxananın qarşısında sıraya düzdüyünü, həmin vaxtda sıranın qarşısında danışa-danışa gedib-gəldiyini, əsgər Zərərçəkmiş şəxs6 qarşısından keçəndə ondan onu nə vaxtsa vurub-vurmadığını soruşduğunu, onu nə vaxtsa vurmadığını dediyini, Zərərçəkmiş şəxs6 qarnından bir təpik zərbəsi vurduğunu, bundan sonra əsgər Zərərçəkmiş şəxs7 da onu nə vaxtsa vurub-vurmadığını soruşduğunu, onun da onu nə vaxtsa vurmadığını dediyini, buna görə Zərərçəkmiş şəxs7 sol ayağına təpiklə iki dəfə vurduğunu, tabeliyində olan əsgərlərə qarşı zor tətbiq etdiyinə görə onlardan üzr istədiyini, əsgərlərin onu bağışladıqlarını, etdiyi hərəkətlərdən peşman olduğunu, atası ilə anasının boşandığını, atasının harada yaşadığından məlumatının olmadığını, anasının N-ci qrup əlil olduğunu, anasının və arvadının işləmədiyini, ailənin yeganə qazanc gətirəni olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində 0N noyabr N0N1-ci il tarixdən 19 yanvar N0NN-ci il tarixədək N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborun 1N-ci motoatıcı bölüyünün, 1-ci taqımının N-ci manqasında tuşlayıcı vəzifəsində xidmət etdiyini, Təqsirləndirilən şəxs post böyüyü olduğundan postun bütün şəxsi heyətinin ona tabe olduğunu, N0N1-ci ilin noyabr ayının sonlarında əsgər Zərərçəkmiş şəxs6la saat 06:00-dan 08:00-dək döyüş növbətçiliyinə təyin edildiyini, saat 07 radələrində əsgər Zərərçəkmiş şəxs6 ona “sən yorğunsan, bir az otur dincəl, mən ayıq olub növbəni aparacam” dediyini, yorğun olduğuna görə müşahidənin içərisində yerdə olan təkərin üzərində oturub yatdığını, bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs müşahidəyə gəldiyini, Zərərçəkmiş şəxs6 sol ayağından təpiklə vurduğunu, onu görən kimi ayağa qalxmaq istəyəndə Təqsirləndirilən şəxs onun sinəsindən bir təpik vurduğunu, onun vurduğu təpik zərbəsinin təsirindən özünü saxlaya bilməyib arxası üstə yerə yıxıldığını, N0N1-ci ilin dekabr ayının əvvəllərində əsgər Mirələkbər Hüseynli ilə saat NN-dən N4-dək döyüş növbətçiliyinə təyin edildiyini, saat N3 radələrində Zərərçəkmiş şəxs5 “çox yorğunam, dayana bilmirəm, otururam” dediyini, ona Təqsirləndirilən şəxs “gəlib yoxlayacaq, oturma, bir dəfə mənim başıma gəlib” dediyini, Zərərçəkmiş şəxs5 çox yorğun olduğundan oturacağını dediyini, Zərərçəkmiş şəxs5 müşahidənin içərisində təkərin üzərində oturduğunu, özünün ayaq üstə durub müşahidəni davam etdirdiyini, bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs müşahidənin qabağına gəldiyini, Zərərçəkmiş şəxs5 müşahidənin içində yerdə təkərin üstündə oturmasını gördüyünü, Təqsirləndirilən şəxs onları yanına çağırdığından müşahidənin qarşısına onun yanına getdiklərini, Təqsirləndirilən şəxs onlardan oturub-oturmadıqlarını soruşduğunu, Zərərçəkmiş şəxs5 oturduğunu dediyini, buna görə Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs5 sol ayağından N təpik zərbəsi vurduğunu, sonra onun sol ayağının bud nahiyəsindən 3 təpik zərbəsi vurduğunu, Təqsirləndirilən şəxs N0N1-ci ilin dekabr ayının əvvəllərində saat NN radələrində mövqeyə basqın komandası verib şəxsi heyəti müşahidənin qarşısında səngərdə düzdüyünü, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşısından keçəndə onun sinəsindən bir təpik vurduğunu, Zərərçəkmiş şəxs3 arxaya gedib orada olan təkərlərə dəyib dayandığını, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsN ayağından bir təpik vurduğunu, bundan əlavə N0N1-ci ilin dekabr ayının ortalarında saat NN radələrində Təqsirləndirilən şəxs yenə mövqeyə basqın komandası verib şəxsi heyəti yataqxananın qarşısında düzdüyünü, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 onu döyüb-döymədiyini soruşduğunu, Zərərçəkmiş şəxs7 onu döymədiyini dediyini, buna görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 ayağından təpik zərbələri vurduğunu, amma hansı ayağından vurduğunu bilmədiyini, onun arxaya doğru gedib dayandığını, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 da onu döyüb-döymədiyini soruşduğunu, Zərərçəkmiş şəxs6 da onu döymədiyini dediyini, Təqsirləndirilən şəxs onun qarnından bir təpik zərbəsi vurduğunu, Təqsirləndirilən şəxs sonradan gəlib ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsN ifadəsində N0N1-ci ilin iyun ayının axırlarından N nömrəli hərbi hissənin 4-cü tabor 1N-ci bölük, 1-ci taqım N-ci manqada baş atıcı vəzifəsində xidmət etdiyini, həmin mövqedə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs post böyüyü olduğunu, Təqsirləndirilən şəxs post böyüyü olduğundan postda xidmət edən bütün şəxsi heyətin onun tabeliyində olduğunu, N0N1-ci ilin dekabr ayının əvvəllərində saat NN radələrində Təqsirləndirilən şəxs mövqenin şəxsi heyətinə “Tufan 111” komandası, yəni mövqeyə basqın komandası verib şəxsi heyəti müşahidə məntəqəsinin qarşısında səngərin içində sıraya düzdüyünü, sıranın qarşısında söhbət etməyə başladığını, söhbət edə-edə sıranın qarşısında gedibgəldiyini, həmin vaxt Təqsirləndirilən şəxs onun qarşısından keçəndə səbəbsiz olaraq sol ayağından bir təpik zərbəsi vurduğunu, onu vurduqdan sonra fırlanıb Zərərçəkmiş şəxs3 sinəsindən bir təpik vurduğunu, Zərərçəkmiş şəxs3 özünü saxlaya bilməyib arxaya doğru gedərək səngərdə olan təkərlərə dəydiyini, bir dəfə əsgər Zərərçəkmiş şəxs4 ilə döyüş növbəsində olarkən Təqsirləndirilən şəxs müşahidəyə gəlib Zərərçəkmiş şəxs4 “səni vurum?” deyə soruşduğunu, Zərərçəkmiş şəxs4 cavab vermədiyini, Təqsirləndirilən şəxs onun sinəsindən bir yumruq vurduğunu, Zərərçəkmiş şəxs4 zərbənin təsirindən yerə yıxıldığını, N0N1-ci ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs4 ilə birlikdə döyüş növbətçiliyinə çıxdığını, həmin vaxt onları əvəz edəcək növbə gəlmədiyindən və növbə vaxtları başa çatdığından yataqxanaya getdiklərini, bundan bir gün sonra müşahidədə olanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 sinəsindən yumruq vurmasını gördüyünü, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində N0N1-ci ilin iyun ayının axırlarından N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborun 1N-ci motoatıcı bölüyünün, 1-ci taqım N-ci manqada heyət nəfəri vəzifəsində xidmət etdiyini, həmin mövqedə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs post böyüyü olduğunu, onun manqasında xidmət etməsə də, özünün və mövqenin bütün şəxsi heyətinin Təqsirləndirilən şəxs tabeliyində olduğunu, N0N1-ci ilin dekabr ayının əvvəllərində saat NN radələrində Təqsirləndirilən şəxs mövqenin şəxsi heyətinə “Tufan 111” komandası, yəni mövqeyə basqın komandası verib şəxsi heyəti müşahidə məntəqəsinin qarşısında sıraya düzdüyünü, sıranın qarşısında danışa-danışa gedibgəldiyini, Təqsirləndirilən şəxs onun qarşısından keçəndə fırlanıb sinəsindən bir təpik zərbəsi vurduğunu, zərbənin təsirindən özünü saxlaya bilməyib arxaya doğru gedərək səngərdə olan təkərlərə dəydiyini, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsN da sol ayağından bir təpik vurduğunu gördüyünü, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində N0N1-ci ilin dekabr ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxsNla döyüş növbətçiliyinə təyin edildiyini, döyüş növbəsində olarkən saat N1 radələrində Təqsirləndirilən şəxs müşahidə məntəqəsinə gəldiyini, həmin vaxt Təqsirləndirilən şəxs ona “səni vurum?” dediyini, ona cavab vermədiyini, buna görə Təqsirləndirilən şəxs səbəbsiz yerə sinəsindən bir yumruq zərbəsi vurduğunu, boş durduğundan özünü saxlaya bilməyib arxası üstə yerə yıxıldığını, N0N1-ci ilin dekabr ayının ortalarında saat 14 radələrində siqaret çəkmək üçün yataqxanadan çölə çıxdığını, buşlatını geyinmədiyini, çölə çıxanda Təqsirləndirilən şəxs onu görüb nəyə görə buşlat geyinmədən çölə çıxdığını soruşaraq əlində olan ağac parçası ilə sağ əlindən və sağ ayağından bir dəfə vurduğunu, bundan başqa N0 dekabr N0N1-ci ildə yenə əsgər Zərərçəkmiş şəxsNla birlikdə döyüş növbəsinə təyin edildiklərini, həmin vaxt saat 0N-dən 04-dək döyüş növbəsinə çıxdıqlarını, saat 04 radələrində onları əvəz edəcək yeni növbənin gəlmədiyini, növbənin vaxtı başa çatdığından müşahidədən çıxıb yataqxanaya getdiklərini, həmin vaxt yataqxananın qarşısında bir nəfər əsgərin patrul xidməti həyata keçirdiyini, yataqxanaya girəndə Təqsirləndirilən şəxs içəridə Zərərçəkmiş şəxsN kimin növbədə olmasını soruşduğunu, onun cavab vermədiyini, bundan sonra Təqsirləndirilən şəxs döyüş növbətçiliyində olan digər əsgərləri növbəyə apardığını, səhəri gün yenə Zərərçəkmiş şəxsNla döyüş növbəsində olarkən saat N3 radələrində Təqsirləndirilən şəxs müşahidə məntəqəsinə gəldiyini, onlardan nəyə görə bir gün əvvəl müşahidəni özbaşına tərk edib yataqxanaya gəldiklərini soruşduğunu, ona heç nə demədiklərini, Təqsirləndirilən şəxs müşahidənin qarşısında onun sinəsindən bir yumruq zərbəsi vurduğunu, N0N1-ci ilin dekabr ayının əvvəllərində saat NN radələrində Təqsirləndirilən şəxs şəxsi heyətə “TUFAN 111” komandası, yəni mövqeyə basqın komandası verib şəxsi heyəti müşahidənin qarşısında səngərdə sıraya düzdüyünü, Təqsirləndirilən şəxs sıranın qarşısında danışa-danışa gedib gəldiyini, əsgər Zərərçəkmiş şəxs3 qarşısından keçəndə onun sinəsindən bir təpik vurduğunu, Zərərçəkmiş şəxs3 arxaya gedərək təkərlərə dəyib dayandığını, bundan sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxsN da ayağından bir təpik vurduğunu, N0N1-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs yenə şəxsi heyətə “TUFAN 111” komandası verib yataqxananın qarşısında sıraya düzdüyünü, həmin vaxt Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs7 onu döyüb-döymədiyini soruşduğunu, Zərərçəkmiş şəxs7 onu döymədiyini dediyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 ayağından iki təpik vurduğunu, sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs6 da onu döyübdöymədiyini soruşduğunu, Zərərçəkmiş şəxs6 da onu döymədiyini dediyini, Təqsirləndirilən şəxs onun da qarnından bir təpik vurduğunu, Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs1 və Mirələkbər Hüseynlini də vurmasını eşitdiyini, amma onları nə vaxt və nəyə görə vurmasını bilmədiyini, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş XN ifadəsində N0N1ci ilin dekabr ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs1la birlikdə döyüş növbətçiliyinə təyin edildiklərini, həmin vaxt mövqeyə yeni gəldiyindən döyüş növbətçiliyi aparmağa vərdiş etmədiyini, bu səbəbdən saat N3 radələrində müşahidədə olarkən yorğun olduğundan müşahidənin içərisində olan təkərin üzərində oturduğunu, Zərərçəkmiş şəxs1 ayaq üstə durub sektora söykəndiyini, bir az sonra Təqsirləndirilən şəxs müşahidəyə gəldiyini, müşahidənin qarşısında durub onları yanına çağırdığını, Zərərçəkmiş şəxs1la müşahidənin qarşısına çıxdıqlarını, Təqsirləndirilən şəxs ondan niyə oturmasını soruşduğunu, heç nə demədiyini, Təqsirləndirilən şəxs onun sol ayağının bud hissəsindən iki təpik vurduğunu, sonra Zərərçəkmiş şəxs1 ayağından üç təpik vurub getdiyini, N0N1-ci ilin dekabr ayının ortalarında saat NN radələrində Təqsirləndirilən şəxs mövqeyə “TUFAN 111” komandası, yəni mövqeyə basqın komandası verib şəxsi heyəti yataqxananın qarşısında sıraya düzdüyünü, həmin vaxt Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs7 onu döyüb-döymədiyini soruşduğunu, Zərərçəkmiş şəxs7 onu döymədiyini bildirdiyini, Təqsirləndirilən şəxs da onun ayağından təpik zərbələri vurduğunu, lakin neçə dəfə vurmasının yadında qalmadığını, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborun 1N-ci bölüyünün 3-cü manqasında tuşlayıcı vəzifəsində xidmət etdiyini, N0N1-ci ilin dekabr ayının əvvəllərində saat NN radələrində post böyüyü Təqsirləndirilən şəxs mövqeyə “TUFAN 111”, yəni mövqeyə basqın komandası verib şəxsi heyəti müşahidənin qarşısında düzdüyünü, sıranın qarşısında danışa-danışa gedibgəldiyini, həmin vaxt Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs3 sinəsindən bir təpik zərbəsi vurduğunu, Yüzbaşiyevin zərbənin təsirindən arxaya doğru gedib təkərlərə dəydiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 17 iyul N0N1-ci ildə SHXÇDX-nin Babək rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırıldığını, N0N1-ci ilin oktyabr ayının əvvəllərində N nömrəli hərbi hissəyə xidmətə verildiyini, N0N1-ci ilin noyabr ayının axırlarından hərbi hissənin şərti olaraq “1N-ci post” adlanan mövqeyində xidmət etdiyini, orada MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs post böyüyü olduğunu, Təqsirləndirilən şəxs post böyüyü olduğuna görə postun bütün şəxsi heyətinin ona tabe olduğunu, N0N1-ci ilin dekabr ayının əvvəllərində saat NN radələrində Təqsirləndirilən şəxs mövqeyə “TUFAN 111” komandası, yəni mövqeyə basqın komandası verib şəxsi heyəti yataqxananın qarşısında sıraya düzdüyünü, sıranın qarşısında danışa-danışa gedib-gəldiyini, həmin vaxt Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs7 qarşısından keçəndə onu vurub-vurmamasını soruşduğunu, Zərərçəkmiş şəxs7 onu vurmadığını bildirdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 sol ayağından iki təpik zərbəsi vurduğunu, bundan sonra əsgər Zərərçəkmiş şəxs6 da onu vurub-vurmamasını soruşduğunu, Zərərçəkmiş şəxs6 onu vurmadığını bildirdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 qarnından bir təpik zərbəsi vurduğunu, sonradan Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs4, Mirələkbər Hüseynlini, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 də yumruq və təpik zərbələri ilə vuraraq onlara qarşı zor tətbiq etdiyini eşitdiyini, Təqsirləndirilən şəxs həmin əsgərləri nə səbəbə vuraraq onlara qarşı zor tətbiq etməsini bilmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su əsgər Şahid4 ifadəsində N019-cu ilin dekabr ayında N nömrəli hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi hərbi xidmətə başladığını, N0N0-ci ilin sentyabr ayının ortalarından hərbi hissənin şərti olaraq “1N-ci post” adlanan mövqeyində xidmət etdiyini, həmin mövqedə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs post böyüyü olduğunu, Təqsirləndirilən şəxs post böyüyü olduğundan özünün, komandiri olduğu manqanın əsgərləri Şahid1 və Zərərçəkmiş şəxs3 də Təqsirləndirilən şəxs tabe olduqlarını, N0N1-ci ilin noyabr ayının əvvəllərində əsgərlər Zərərçəkmiş şəxs7la Zərərçəkmiş şəxs6 döyüş növbəsinə təyin edildiklərini, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 əsgər Davud Quluzadə ilə səngər təmizləməyə göndərdiyini, Zərərçəkmiş şəxs7 isə müşahidədə döyüş növbətçiliyini apardığını, həmin vaxt saat 19 radələrində yataqxanada olarkən daxili telefona zəng gəldiyini, bundan sonra Təqsirləndirilən şəxs müşahidəyə getdiyini, nə olmasını bilmək üçün yataqxanadan çölə çıxdığını, bir az sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs7la birlikdə yataqxananın qarşısına gəldiklərini, Təqsirləndirilən şəxs yataqxananın qarşısında Zərərçəkmiş şəxs7 nəyə görə icazəsiz atəş açmasını soruşduğunu, Zərərçəkmiş şəxs7 da qorxduğunu, bilmədən olduğunu, “üzrlü sayın” dediyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 sinəsindən bir təpik zərbəsi vurduğunu, sonradan Təqsirləndirilən şəxs tabeliyində olan əsgərlər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Mirələkbər Hüseynlini, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 yumruq və təpiklə vuraraq onlara qarşı zor tətbiq etdiyini bildiyini, amma Təqsirləndirilən şəxs həmin əsgərləri nə vaxt, necə və neçə dəfə vurmasını bilmədiyini göstərmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 xx.xx.N0NN-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək səhəti ilə əlaqədar olaraq Bakı şəhərində müalicə olunduğunu, məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.N-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində N0N1-ci ilin noyabr ayının sonlarında əsgər Zərərçəkmiş şəxs1la birlikdə saat 06-00-dan 08-00-dək döyüş növbəsinə çıxdıqlarını, döyüş növbəsində olarkən Zərərçəkmiş şəxs1 yorğun, halsız vəziyyətdə olduğunu görüb saat 07 radələrində ona bir az oturub dincəlməsini, özünün oyaq olub müşahidə aparacağını dediyini, Zərərçəkmiş şəxs1 müşahidədə olan təkərin üzərində oturub mürgülədiyini, özünün də müşahidədə rabitə aparatının yanında ayaq üstə durub özündən asılı olmayaraq telefon aparatının trubkasını əlində tutub yuxladığını, bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs müşahidəyə gəlib Zərərçəkmiş şəxs1 oturmasını gördüyünü, vaxt tapıb ona məruzə edə bilmədiyini, Təqsirləndirilən şəxs müşahidəyə girəndə sol ayağının bud nahiyəsindən bir təpik zərbəsi vurduğunu, sonra Zərərçəkmiş şəxs1 ayağa qalxmaq istədikdə onun sinəsindən bir təpik zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs1 zərbənin təsirindən yenidən təkərin üzərində oturduğunu, bundan başqa N0N1-ci ilin dekabr ayının ortalarında saat NN radələrində Təqsirləndirilən şəxs postun şəxsi heyətinə “TUFAN 111” komandası, yəni mövqeyə basqın komandası verib şəxsi heyəti yataqxananın qarşısında düzdüyünü, onun sıranın qarşısında danışa-danışa gedib-gəldiyini, Təqsirləndirilən şəxs sırada olan əsgər Zərərçəkmiş şəxs7 onu vurub-vurmadığını soruşduğunu, Zərərçəkmiş şəxs7 da Təqsirləndirilən şəxs onu vurmadığını bildirdiyini, buna görə Təqsirləndirilən şəxs onu vurduğunu, lakin sırada dayandığından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 harasından vurmasını görmədiyini, sonra Təqsirləndirilən şəxs onun qarşısına çatanda ondan da “səni vurmuşam” deyə soruşduğunu, onu vurmadığını bildirdiyini, bu vaxt Təqsirləndirilən şəxs onun qarnından bir təpik zərbəsi vurduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı və məhkəməyə göndərmiş olduğu teleqramda Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 xx.xx.N0NN-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək səhəti ilə əlaqədar olaraq Bakı şəhərində müalicə olunduğunu, məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.N-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində N0N1-ci ilin noyabr ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs6la döyüş növbətçiliyinə təyin edildiyini, həmin vaxt Təqsirləndirilən şəxs döyüş növbəsində olan əsgərlərdən birinin əsgər Davud Quluzadə ilə səngəri təmizləməsini tapşırdığını, buna görə Zərərçəkmiş şəxs6 Davud Quluzadə ilə səngəri təmizləməyə başladıqlarını, təxminən saat 19 radələrində düşmən tərəfdən qaraltı gördüyünü, buna görə qorxduğunu, bu səbəbdən daraqlardan birini silaha birləşdirdiyini, sonra isə silahın çaxmaq çərçivəsini çəkib patron yuvasına patron yeridib silahı döyüşə hazır vəziyyətinə gətirdiyini, patronu patron yuvasına yeridən kimi bilmədən əlinin silahın tətiyinə dəydiyini, silahdan bir atəş açıldığını, atəşin Zərərçəkmiş şəxs6la D.Quluzadənin işlədikləri yerdən 30 metr aralıya dəydiyini, Zərərçəkmiş şəxs6la D.Quluzadənin onu çağırıb düşmən tərəfdən atəş açılması barədə yataqxanaya, manqa komandirinə məlumat verməsini dediklərini, Zərərçəkmiş şəxs6 yanına çağırıb düşmən tərəfdən atəş açılmadığını, ehtiyatsızlıqdan onun silahından atəş açılmasını dediyini, Zərərçəkmiş şəxs6 rabitə vasitəsi ilə yataqxanaya zəng vurub Təqsirləndirilən şəxs müşahidəyə çağırdığını, bir az sonra Təqsirləndirilən şəxs müşahidəyə gəlib nə olmasını soruşduğunu, ona hadisəni danışdığını, Təqsirləndirilən şəxs onu yataqxanaya apardığını, yataqxananın qarşısında Təqsirləndirilən şəxs ona irad tutub nəyə görə silahından atəş açılmasını soruşduğunu, bilmədən oldu dediyini, buna görə Təqsirləndirilən şəxs onun sinəsindən bir təpik vurduğunu, N0N1-ci ilin dekabr ayının ortalarında saat NN radələrində Təqsirləndirilən şəxs postun şəxsi heyətinə “Tufan 111” komandası, yəni mövqeyə basqın verib şəxsi heyəti yataqxananın qarşısında düzdüyünü, sıranın qarşısında danışa-danışa gedib-gəldiyini, həmin vaxt Təqsirləndirilən şəxs ondan onu nə vaxtsa vurub-vurmadığını soruşduğunu, onu vurmadığını bildirdiyini, buna görə Təqsirləndirilən şəxs onun sol ayağının bud nahiyəsindən iki təpik zərbəsi vurduğunu, arxaya doğru getdiyini, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 qarşısından keçəndə ondan da onu nə vaxtsa vurub-vurmadığını soruşduğunu, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs onu nə vaxtsa vurmadığını bildirdiyini, buna görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 qarnından bir təpik vurduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı və məhkəməyə göndərmiş olduğu teleqramında Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmişdir. ŞahidN xx.xx.N0NN-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək səhəti ilə əlaqədar olaraq Bakı şəhərində müalicə olunduğunu, məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, ŞahidN məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş ŞahidN ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində N0N1-ci ilin aprel ayının əvvəllərindən hərbi hissənin şərti olaraq “1N-ci post” adlanan mövqeyində xidmət etdiyini, orada MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs post böyüyü olduğunu, Təqsirləndirilən şəxs post böyüyü olduğundan postun bütün şəxsi heyətinin ona tabe olduğunu, N0N1-ci ilin dekabr ayının əvvəllərində saat NN radələrində Təqsirləndirilən şəxs mövqeyə Tufan 111, yəni mövqeyə basqın komandası verib şəxsi heyəti müşahidənin qarşısında düzdüyünü, sıranın qarşısında danışa-danışa gedib-gəldiyini, həmin vaxt Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs3 qarşısından keçəndə səbəbsiz olaraq onun sinəsindən bir təpik zərbəsi vurduğunu, Yüzbaşiyevin zərbənin təsirindən arxaya doğru gedib təkərlərə dəydiyini, bundan sonra Təqsirləndirilən şəxs səbəbsiz olaraq əsgər Zərərçəkmiş şəxsN da sol ayağından bir təpik zərbəsi vurduğunu göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin N4 dekabr N0N1-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 3N7, 3N9-cu maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin 1-ci cildinin 87-10N-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.N0NN-ci il tarixli, 07-11 saylı rəylərində X1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs1 bədən səthlərində N0N1-ci il noyabr və dekabr aylarında törənməyə uyğun gələn hər hansı bir xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin N-ci cildinin NN-N3-cü vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının N5 fevral N0NN-ci il tarixli, 46/Ə №-li ekspert rəyində Zərərçəkmiş şəxs7 bədən səthi üzərində həmin tarixə uyğun hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 18-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N7N №-li, N7 sentyabr N0N1-ci il tarixli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 4-cü motoatıcı taborun, 1N-ci motoatıcı bölüyün 1-ci motoatıcı taqımın N-ci manqasının komandiri vəzifəsində xidmətə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 83-cü vərəqəsinə əlavə edilmiş N05 №-li hərbi hissənin hərbi-həkim komissiyasının xx.xx.N0NN-ci il tarixli, 77 №-li arayışında Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. Cinayət işinin N-ci cildinin 39-cu vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışdan göründüyü kimi MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs hərbi hissənin şərti olaraq “1N-ci post” adlanan mövqeyində xidmət etməklə orada post böyüyü olmuş, həmin müddətdə əsgərlər XN, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxsN onun tabeliyində olmaqla onunla tabelik münasibətlərində olmuşdurlar. Cinayət işinin 1-ci cildinin 138-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 19-cu vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamənin surəti, Təqsirləndirilən şəxs ata və anasının nikahının pozulması haqqında şəhadətnamənin surəti, Təqsirləndirilən şəxs evlilik haqqında nikah şəhadətnaməsinin surəti, ailə tərkibi haqqında arayış, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer barədə arayış, Təqsirləndirilən şəxs anası Aybəniz Qəhrəmanovanın N-ci qrup əlil olması barədə vəsiqənin surəti araşdırılaraq tədqiq edilmiş və məhkəmə cəza təyin edərkən iş üzrə zəruri hesab edilən sənədlər nəzərə alınmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrarən zor tətbiq etməsi əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci və 3N9.N.N-ci maddələri ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci və 3N9.N.N-ci maddələri ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci və 3N9.N.N-ci maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki il dən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə edib, onlarla barışmasını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, ailəli olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, anasının N-ci qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 3N9.N.1-ci və 3N9.N.N-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olmasını məqsədə müvafiq hesab edir. Belə ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci və 3N9.N.N-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, N (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəzaya şərti məhkum edilsin və ona N (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti xidmət apardığı hərbi hissə komandanlığı, xidmətdən tərxis olunduğu halda qeydiyyatda durduğu Şərur rayon İcra və Probasiya şöbəsi həyata keçirsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarəti xidmət etdiyi hərbi hissə komandanlığı, tərxis olunacağı təqdirdə isə qeydiyyatda olduğu Şərur rayon İcra və Probasiya şöbəsi həyata keçirsin. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar