Məhkəmə qərarları › İş №1-1(092)-17/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-17/2023

13.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-17/2023 13.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X1 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2004-cü ildə Şərur rayonu, Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Şərur rayonu, Çəmənli kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, N №-li hərbi hissədə xidmət edən, N aprel 2023-cü il tarixdə barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə, sağlamlığına qəsdən yüngül zərər vuraraq nizamnamə qaydalarını pozmuşdur. Belə ki, əsgər Təqsirləndirilən şəxs 01 mart 2023-cü ildə saat 19:45 radələrində N №-li hərbi hissənin yeməkxanasında şam yeməyi zamanı onunla eyni bölmədə xidmət edən, aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs mübahisə zamanı nalayiq ifadələr işlətmiş, həmin gün saat 20:30 radələrində mübahisəni davam etdirərək hərbi hissənin ərazisində olan ayaqyolunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular birbirinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozub Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək yaxasından yapışıb başı ilə burun nahiyəsindən bir zərbə vurmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq ona “hər iki burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı” ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində 01 mart 2023-cü ildə saat 17:30 radələrində hərbi hissənin idman şəhərciyində axşam idmanında olan zaman sırada arxada duran əsgərlərin bir-biri ilə kimdən xoşları gəlib-gəlmədikləri barədə danışarkən Zərərçəkmiş şəxs onun adını çəkərək ondan xoşunun gəlmədiyini, tərxis olunduqdan sonra maşının arxasına qoşub sürüyəcəyini dediyini, onun bu sözünə əsəbləşib heç kimin elə edə bilməyəcəyini dediyini, sonra idmana davam etdiklərini, həmin gün saat 19:45 radələrində şam yeməyi zamanı yeməkxanada Zərərçəkmiş şəxsla qarşı-qarşıya oturduqlarını, yemək zamanı Zərərçəkmiş şəxs əli çatmadığından Allahverən Məsməliyevdən soğan istədiyini, A.Məsməliyev soğanı ona tərəf atan zaman Zərərçəkmiş şəxs çayının içinə düşdüyünü, bu zaman gülərək “sağol Məsməliyev” dediyini, Zərərçəkmiş şəxs cavab olaraq sakit durmağını onunla danışmadığını bildirdiyini, bu zaman bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərini, Zərərçəkmiş şəxs stolun altından ona tərəf təpiklər atdığını, təpiklərdən birinin ayağına, digərinin isə yanında olan boş stula dəydiyini, orada olan əsgərlərin onları sakitləşdirdiyini, yeməkdən sonra MAHHXHQ əsgər Elçin Nadirovun batareyanın şəxsi heyətini yataqxananın qarşısında düzüb tapşırıqlarını çatdırdığını, sonra yuyunmaq üçün icazə verdiyini, sıra dağıldıqdan sonra mübahisəni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs ayaqyolunun arxasına çağırdığını, birlikdə hərbi hissənin ərazisində olan ayaqyolunun arxasına getdiklərini, orada söbət zamanı Zərərçəkmiş şəxs səhvin onda olduğunu, söhbəti bağlamasını deməsinə baxmayaraq Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətdiyini, ancaq Zərərçəkmiş şəxs sözlərinə fikir verməyib ayaqyoluna daxil olduğunu, arxasınca özünün də ayaqyoluna daxil olduğunu, həmin zaman Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətməsindən əsəbləşib yaxasından hər iki əli ilə yapışıb burun nahiyəsinə başı ilə bir zərbə vurduğunu, zərbənin təsirindən onun burnundan qan gəldiyini, vurduqdan sonra arxaya çəkilib ayaqyolundan çölə çıxdığını, Zərərçəkmiş şəxs həmin gün tibb məntəqəsinə, sonra isə hərbi hospitala göndərildiyini, müayinə zamanı Zərərçəkmiş şəxs burnunun sındığını eşitdiyini göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində 01 mart 2023-cü ildə saat 17:30 radələrində hərbi hissənin idman şəhərciyində batareyanın əsgərləri ilə düzülüb qaçmağa hazırlaşdıqlarını, əsgərlər arasında söhbət zamanı kimin-kimdən xoşu gəlir deyə müzakirə başlandığını, həmin zaman Təqsirləndirilən şəxs xoşunun gəlmədiyini bildirdiyini, Təqsirləndirilən şəxs da cavab olaraq ondan xoşu gəlmədiyini bildirdiyini, sonra “özümə söz vermişəm ki, Təqsirləndirilən şəxs tərxis olunduqdan sonra Şərurda tapıb maşına qoşub sürüyəcəm” dediyini, bu sözləri eşidən Təqsirləndirilən şəxs da cavab olaraq heç kimin elə edə bilməyəcəyini dediyini, sonra idmana davam etdiklərini, həmin gün saat 19:30-da tabor şəklində şam yeməyi üçün əsgər yeməkxanasına getdiklərini, yeməkxanada Təqsirləndirilən şəxsla üz-üzə eyni stolda əyləşdiklərini, saat 19:45 radələrində əsgər Allahverən Məsməliyevdən soğan istədiyini, əli çatmadığından A.Məsməliyevin soğanı atdığını və soğanın çayının içinə düşdüyünü, ona soğanı normal verə biləcəyini dediyini, bu zaman qarşısında oturan Təqsirləndirilən şəxs gülərək “sağol Məsməliyev” dediyini, Təqsirləndirilən şəxs sakit durmağını, onunla danışmadığını dediyini, Təqsirləndirilən şəxsla qarşılıqlı bir-birilərinə nalayiq ifadələr işlətdiklərini, bu ifadələrdən əsəbləşib oturduğu yerdən qarşısında olan boş stula və Təqsirləndirilən şəxs ayağına təpiklə vurduğunu, sonra yanlarında olan əsgər Şahid1 və digər əsgərlərin onları sakitləşdirdiklərini, bundan sonra E.Nadirovun şəxsi heyəti yataqxananın qarşısında düzüb tapşırıqlarını çatdırıb, yuyunmaq üçün vaxt verdiyini, Təqsirləndirilən şəxs onu ayaqyolunun arxasına dəvət etdiyini, orada Təqsirləndirilən şəxs səhv etdiyini, söhbəti bağlamasını dediyini, Təqsirləndirilən şəxs ona nalayiq ifadə ilə cavab verməsinə baxmayaraq sözünə əhəmiyyət verməyib ayaqyoluna girdiyini, Təqsirləndirilən şəxs da arxasınca ayaqyoluna girdiyini, bu zaman əsəbləşib Təqsirləndirilən şəxs nalayiq ifadə işlətdiyini, həmin zaman qəfildən Təqsirləndirilən şəxs yaxasından hər iki əli ilə tutaraq burnuna başı ilə bir zərbə vurduğunu, burnundan qan gəldiyini, orada olan əsgər Şahid1 və Şahid2 onları sakitləşdirdiyini, sonra baş verən hadisə barədə həmin gün cavabdeh olan E.Nadirova məruzə edildiyini, həmin gün hərbi hissənin tibb məntəqəsinə oradan isə hərbi hospitala aparıldığını, rentgen müayinəsi zamanı burnunda sınıq olduğunun müəyyən edildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində 01 mart 2023-cü ildə saat 19:45 radələrində axşam yeməyinə getdiyini, əsgərlər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla eyni stol arxasında əyləşdiyini, Zərərçəkmiş şəxs əsgər Allahverən Məsməliyevdən əli çatmadığından soğan verməsini istədiyini, A.Məsməliyev soğanı Zərərçəkmiş şəxs tərəf atan zaman soğanın onun çayının içinə düşdüyünü, Zərərçəkmiş şəxs yeməyini zəhər etməməsini, soğanı normal verə biləcəyini dediyini, həmin zaman Təqsirləndirilən şəxs “sağol Məsməliyev” dediyini, bunu eşidən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sakit durmasını, onunla danışmadığını söylədiyini, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs qarşılıqlı bir-birilərinə nalayiq ifadələr işlətdiklərini, Zərərçəkmiş şəxs oturduğu yerdən Təqsirləndirilən şəxs tərəf stolun altından təpiklər atdığını, yeməkdən sonra cavabdeh batareyanı yataqxananın qarşısında düzüb tapşırıqlarını çatdırıb, yuyunmaq üçün vaxt verdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayaqyolunun yanına çağırdığını, onlar ayaqyolu istiqamətində gedən zaman onların arxasınca getdiyini, ayaqyolunun yanında söhbət zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs günahın özündə olduğunu hərbidə özlərinə problem yaratmamalarını dediyini, Təqsirləndirilən şəxs ona nalayiq ifadə ilə cavabını verdiyini, Zərərçəkmiş şəxs onun bu sözünə fikir verməyib ayaqyoluna girdiyini, ardınca Təqsirləndirilən şəxs da ayaqyoluna daxil olduğunu, ayaqyolunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq ifadə işlətdiyini, bundan əsəbləşən Təqsirləndirilən şəxs anidən Zərərçəkmiş şəxs yaxasından yapışaraq burun nahiyəsindən başı ilə bir zərbə vurduğunu, Zərərçəkmiş şəxs əli ilə burnunu tutduğunu, burnundan qan gəldiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduqdan sonra ayaqyolundan çölə çıxdığını, sonra Zərərçəkmiş şəxs yataqxanaya aparıb cavabdeh E.Nadirova məruzə etdiklərini, müayinə zamanı Zərərçəkmiş şəxs burnunun sınmasını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində 01 mart 2023-cü ildə saat 20 radələrində axşam yeməyini bitirib həmin gün cavabdeh olan MAHHXHQ əsgər Elçin Nadirovun rəhbərliyi ilə yataqxananın qarşısında düzüldüklərini, E.Nadirovun sıranın qarşısında söhbət apardıqdan sonra ayaqyoluna getmələri üçün sərbəst buraxdığını, ayaqyoluna tələsdiyindən tələsik ayaqyoluna getdiyini, təxminən 20:30 radələrində ayaqyolunda işini bitirdikdən sonra əlini yuyarkən Zərərçəkmiş şəxs ayaqyoluna girdiyini, arxasınca Təqsirləndirilən şəxs da gəldiyini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq ifadə işlətdiyini, həmin zaman Təqsirləndirilən şəxs əsəbləşib qəfildən Zərərçəkmiş şəxs yaxasından yapışıb başı ilə burun nahiyəsinə bir zərbə vurduğunu, Zərərçəkmiş şəxs burnundan qan gəldiyini, əli ilə burnunu tutduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduqdan sonra arxaya çəkilib ayaqyolundan çıxdığını, müayinə nəticəsində Zərərçəkmiş şəxs burnunun sındığını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində 01 mart 2023-cü ildə saat 20 radələrində şam yeməyindən qayıtdıqdan sonra həmin gün cavabdeh olan MAHHXHQ əsgər Elçin Nadirovun batareyanı yataqxananın qarşısında düzüb söhbət apardığını, söhbətdən sonra yuyunmaq üçün vaxt verdiyini, sıra dağılan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayaqyolunun arxasına çağırdığını, Təqsirləndirilən şəxs qabaqda, Zərərçəkmiş şəxs isə onun arxasınca ayaqyoluna tərəf getdiklərini, yataqxananın arxasında ayaqqabısını təmizlədikdən sonra ayaqyoluna getdiyini, ayaqyolunun arxasında Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs söhbət etdiyini gördüyünü, Zərərçəkmiş şəxs səhvin özündə olduğunu, mülkidə söhbətlərini edəcəklərini dediyini, sonra ayaqyoluna girdiyini, ardınca Təqsirləndirilən şəxs da ayaqyoluna daxil olduğunu, bir az sonra ayaqyoluna daxil olarkən Zərərçəkmiş şəxs burnunu əli ilə tutduğunu, burnundan qan gəldiyini, həmin zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başı ilə vurduğunu eşitdiyini, sonra bu barədə cavabdeh E.Nadirova məruzə olunduğunu, müayinə zamanı Zərərçəkmiş şəxs burnunun sındığının müəyyən edildiyini göstərmişdir. Cinayət işinin 1-ci cildinin 52-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 13 mart 2023-cü il tarixli 67 №-li rəyində Zərərçəkmiş şəxs almış olduğu hər iki burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı xəsarətinin bərk küt əşyanın təsiri nəticəsində törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 05-ci vərəqəsinə əlavə edilmiş 02 mart 2023-cü il tarixli telefon məlumatından məlum olur ki, N №-li hərbi hissənin əsgərləri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması faktı ilə bağlı məlumat verilmişdir. Cinayət işinin 1-ci cildinin 40-cı vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışa əsasən N nömrəli hərbi hissənin 1-ci tabor, minaatan batareyası, 2-ci taqım, 3-cü manqada minaatan heyət nəfəri vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxs ilə həmin batareyanın 2-ci taqım, 2-ci manqasında baş tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 30-cu vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 47-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədə hərbihəkim komissiyası tərəfindən verilmiş olan 10 mart 2023-cü il tarixli, 284 №-li arayışda Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 59-cu vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistika bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma (Cinayət Məcəlləsinin 50.4-cü maddəsinə əsasən göstərilən cəza növü müddətli həqiqi hərbi xidmət qulluqçularına tətbiq edilmir) və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.8-ci və 59.1.12-ci maddələrinə əsasən ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsini, cinayətin zərər çəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi və törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşiman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama cəza növünün təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosuna ödənilməlidir. Hökmün icrası N №-li hərbi hissənin komandirinə həvalə olunmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Hökmün icrası N №-li hərbi hissənin komandirinə həvalə olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablansın. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosuna ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar