Məhkəmə qərarları › İş №1-1(092)-17/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-17/2024

23.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-17/2024 23.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: XN8 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin X7, hüquqi varisi: Zərərçəkmiş şəxsin ”Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hüquqi varisinin nümayəndəsi: vəkili NümayəndəN, Zərərçəkmiş şəxsin Nümayəndə3, hüquqi varisinin yaxın qohumu olan nümayəndəsi: Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx N001-ci il tarixdə Şərur rayonunun Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Sədərək rayonunun Dəmirçi kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, MAHHXHQ-su kimi N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil taqımının Nci manqasında sürücü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, 19 yanvar N0N4-cü il tarixində barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun madditexniki təminat taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 06 oktyabr N0N3-cü il tarixdə, saat NN:45 radələrində müvafiq sürücülük vəsiqəsi olmaqla, etibarnamə əsasında idarə etdiyi, atası X9 məxsus “Volqa Qaz-3110” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sədərək rayonunun Dəmirçi kəndinin mərkəzi istiqamətində hərəkətdə olarkən kəndin mərkəzi hissəsində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni “yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” və 50-ci maddəsinin N-ci hissəsinin 1-ci bəndinin, yəni “nəqliyyat vasitələri yaşayış zonalarında və həyət ərazilərində saatda N0 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” kimi tələblərini pozmuş və nəticədə asfalt yolun sağ kənarı ilə piyada hərəkət edən 1993-cü il təvəllüdlü Sədərək rayonunun Dəmirçi kənd sakini X14 idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə vuraraq, ehtiyatsızlıqdan ona “alın-təpə sümüklərinin qapalı yerdəyişən sınıqları, baş beyin toxumasının əzilməsi, alın nahiyəsində hematoma, hər iki göz yarığını əhatə edən qançırlar, sol diz və sol əl pəncəsində sıyrıqlar” ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə sonuncunun aldığı bədən xəsarətlərindən 1N oktyabr N0N3-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs barəsində elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 10 iyul N019-cu il tarixdə “AE 875845” nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi almış, N5 avqust N0NN-ci il tarixdə atası Nəcəf Yusifov tərəfindən verilmiş etibarnamə əsasında atasına məxsus ağ rəngli, “Volqa Qaz-3110” markalı, **-BE-*** qeydiyyat nömrə nişanlı avtomobili idarə etməyə başlamışdır. 06 oktyabr N0N3-cü il tarixdə iş vaxtından sonra Sədərək rayonunun Dəmirçi kəndində yaşadığı evə getmiş, paltarlarını dəyişib atasına məxsus ağ rəngli, “Volqa Qaz-3110” markalı, **-BE-*** qeydiyyat nömrə nişanlı avtomobillə kənd mərkəzinə, çörəkbişirmə sexinin sahibi ŞahidN yanına getmişdir. Bir qədər orada oturduqdan sonra, təxminən saat NN radələrində evə qayıtmış, evə gedib bir neçə dəqiqə sonra mağazaya getmək üçün təkrarən atasına məxsus avtomobillə kənd mərkəzinə qayıtmış, bu zaman o, avtomobili yolun özünə aid hərəkət zolağı ilə təqribən 45-50 km/saat sürətlə idarə etmiş, həmin vaxt hava qaranlıq olmuş, lakin buna baxmayaraq görmə məsafəsi aydın olmuş, kənd mərkəzində Cəfər adlı şəxsin ərzaq mağazasına çatmamış asfalt yolun kənarında, yəni yolun maşının hərəkət zolağına aid hissəsində iki piyadanın hərəkət etməsini təqribən 100-150 metr məsafədən görmüş, hava qaranlıq olduğundan və piyadaların arxası ona tərəf olduğundan onların kim olmasını bilməmiş, hərəkət surətini azaltmadan gəldiyi surətlə hərəkət etmiş, həmin piyadalar yolun hərəkət zolağında olduqlarından onları vurmamaq üçün onlara təqribən 5-6 metr qalmış idarə etdiyi avtomobilin sükanını sola çevirmiş, lakin buna baxmayaraq o, idarə etdiyi avtomobilin sağ tərəfi ilə yolun kənarında hərəkət edən birinci piyadanı arxadan vurmuş, həmin şəxs maşının sağ künc hissəsinə dəyib maşının üzərinə düşmüşdür. Həmin vaxt o, özünü itirdiyindən ilk öncə nə baş verdiyini başa düşmədiyi üçün avtomobilin əyləcini sıxmamış və bir neçə metr getdikdən sonra vurduğu şəxsin avtomobilin alt hissəsində qalmaması üçün hərəkət surətini yavaşyavaş azaldaraq təqribən 10-1N metr sonra avtomobili saxlamışdır. Maşın yolun ortasında eninə durub dayanmış, şəxs maşının üzərindən yerə düşmüşdür. Piyadanı vuran zaman sürəti təxminən 45-50 km/saat olmuşdur. Avtomobil dayandıqdan sonra o, həmin şəxsə yaxınlaşmış, bu zaman ətrafda olan kənd sakinləri də hadisə yerinə toplaşmışlar. Həmin vaxt vurduğu piyadanın sifəti qan olmuş, kənd sakinləri mağazadan su gətirmiş, onun üzü yuyulduqdan sonra maşınla vurduğu şəxsin həmkəndlisi Tofiq Quliyev olmasını görmüş, onun başında, alın nahiyəsində şişlik olmuş, ağrımasını bildirmiş, onun alnına kənd sakini Şahid3 tərəfindən buz, başının altına paltar qoyulmuşdur. Həmin vaxt Tofiq Quliyevi maşına mindirib xəstəxanaya aparmasını istəsə də, kənd camaatı buna imkan verməmiş və ətrafda olan şəxslər “tərpətməyin, həkim gəlsin, sonra bir şey olar, beyninə qan sızar” dediyindən onu yerindən tərpətməmişlər. Həmin vaxt kənd sakinləri təcili tibbi yardıma zəng vuraraq, qəza barədə məlumat vermişlər, bir müddət sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmiş, Tofiq Quliyev xəstəxanaya aparılmış, daha sonra polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmiş, onun izahatını almış, onu sərxoşluq vəziyyətinin yoxlanılması üçün xəstəxanaya aparmışlar. Tibbi müayinə zamanı onun sərxoş olmadığı müəyyən edilmişdir. Hadisə nəticəsində Tofiq Quliyev aldığı xəsarətlərdən 1N oktyabr N0N3-cü il tarixdə xəstəxanda vəfat etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu, hadisənin ehtiyyatsızlıqdan baş verdiyini, hadisənin baş verməsinə səbəbin qarşıdan gələn avtomobilin işığının onun gözünə düşməsinin olduğunu, hadisədən sonra elə həmin gün ailə üzvlərinin və qohumlarının üzrxahlıq etmək üçün dərhal mərhum zərərçəkmiş şəxsin müalicə aldığı xəstəxanaya getdiklərini, oradan Tofiq Quliyevin ailə üzvləri tərəfindən qovulduqlarını, həmçinin sonrakı günlərdə ailə üzvlərinin və qohumlarının XNN yas mərasimə getdiklərini, lakin yenə də Tofiq Quliyevin ailə üzvləri tərəfindən qovulduqlarını, ailə üzvlərinin zərərçəkmiş şəxsin ailəsi ilə barışmaq, zərərçəkmiş şəxsin müalicəsinə köməklik göstərmək, üzrxahlıq etmək üçün çoxsaylı cəhdlər etdiklərini, lakin cədhlərinin nəticəsiz qaldığını, hadisədən sonra özünün xidmət etdiyi N №-li hərbi hissədə yaşaması səbəbindən bu hərəkətləri şəxsən icra edə bilmədiyini, özünün baş vermiş hadisədə günahkar olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi əmələ görə özünü tam təqsirli bilməsinə dair ifadəsinin “hadisənin baş verməsinə səbəbin qarşıdan gələn avtomobilin işığının onun gözünə düşməsi” ilə bağlı hissəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə, hətda məhkəmə istintaqında özünün verdiyi ifadəsinin ...“yolun maşının hərəkət zolağına aid hissəsində iki piyadanın hərəkət etməsini təqribən 100-150 metr məsafədən görmüş, hava qaranlıq olduğundan və piyadaların arxası ona tərəf olduğundan onların kim olmasını bilməmiş, hərəkət surətini azaltmadan gəldiyi surətlə hərəkət etmiş, həmin piyadalar yolun hərəkət zolağında olduqlarından onları vurmamaq üçün onlara təqribən 5- 6 metr qalmış idarə etdiyi avtomobilin sükanını sola çevirmiş”....hissəsi ilə, o cümlədən hadisənin baş verdiyi müddətdə mülki obyektlərin müşahidə kameraları ilə aparılmış videoçəkilişlərlə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsinə tənqidi yanaşır və ifadənin həmin hissəsini mötəbər sübut hesab etmir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş mərhum zərərçəkmiş şəxsin hüquqi varisinin, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında mərhum zərərçəkmiş şəxs X11 hüquqi varisi X15 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, mərhum zərərçəkmiş şəxs onun övladı olmuş, oğlu Tofiq Quliyev 1993-cü il tarixdə anadan olmuş, o, Türkiyə Respublikasında işləmişdir. Qızı Zülfiyənin toy mərasimi ilə əlaqədar olaraq Tofiq N0N3-cü ilin oktyabr ayının 3-də Türkiyə Respublikasından gəlmiş, 06 oktyabr N0N3cü il tarixində qızı Zülfiyəyə toy mərasimi keçirmiş, oğlu Tofiq də həmin toyda iştirak etmiş, toy bitsə də yaxın qohumları onlarda olduğundan qonaqlıq davam etmişdir. Həmin gün təqribən saat N3 radələrində qonaqları evlərinə yola salan zaman kənd mərkəzində səsküy olması deyilmiş, piyada halda Cəfər adlı şəxsin ərzaq mağazasının yanına getmiş, çatan zaman polis əməkdaşlarının orada olmasını, yolun ortasında maşın dayanmasını, maşının qabaq hissəsinin əzilməsini görmüşdür. Həmin vaxt ona oğlu Tofiqi maşın vurması, təcili tibbi yardımla xəstəxanaya aparılması deyilmişdir. Dərhal oğlu Ramizlə xəstəxanaya getmiş, xəstəxanada olarkən oğlu Tofiqi maşınla vuran şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Qızı Səfagülün əri Sərxan onlara “biz Tofiqlə mağazaya gedirdik, birinci mağaza bağlı olduğundan bir qədər qarşıda olan mağazaya gedirdik, həmin vaxt arxadan yüksək səslə maşın gəlirdi, sürəti də çox idi, maşın bizə çatan vaxt Tofiqi arxandan vurdu və Tofiq maşının üstünə düşdü, maşın bir qədər gedəndən sonra maşını yolun ortasında tərsinə saxladı, maşın dayananda Tofiq yerə düşdü” deyə məlumat vermişdir. X1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlunu qəsdən vurmuş, hadisə baş verən günü atasına məxsus maşını yüksək sürətlə sürmüş, oğlu Tofiqi görəndə tormuz verməmiş, Tofiqi maşının üstündə təxminən 40 metr sürəndən sonra maşını anidən əl tormuzu ilə saxlamış, maşını yavaş-yavaş saxlamamış, hadisədən sonra hadisə yerindən qaçmış, 1N oktyabr N0N3-cü il tarixədək oğlu Tofiq reanimasiya şöbəsində müalicə alsa da, həmin gün xəstəxanada rəhmətə getmiş, bundan sonra nə təqsirləndirilən şəxs, nə də ki onun ailə üzvləri üzrxahlıq üçün onun evinə gəlməmişlər. O, baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs bağışlamır və ona ən ağır cəzanın verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Sədərək rayonunun Dəmirçi kəndində yaşayır, mərhum Tofiq Quliyev onun arvadının qardaşı olmuş, bundan əlavə onun Tofiqlə dostluq münasibəti olmuşdur. 06 oktyabr N0N3-cü il tarixdə arvadı Səfagülün bacısı Zülfiyənin toy mərasimi keçirilmiş, Tofiq də toyda iştirak etmiş, Tofiq Türkiyə Respublikasında işlədiyindən 03 oktyabr N0N3-cü il tarixdə toyla bağlı kəndə gəlmiş, toy mərasimi keçiriləndən sonra, təqribən saat N1:30 radələrində Tofiqlə evlərindən çıxıb mağazaya getməyə başlamış, ara məhlədən çıxan zaman Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Volqa Qaz 3110” markalı avtomobillə onların qabağından asfalt yolla evlərinə tərəf getmiş, asfalt yola çıxıb yolun kənarı ilə mağazaya getmişlər. Qarşıda olan mağaza bağlı olduğundan bir qədər aralıda olan Cəfər adlı şəxsin ərzaq mağazasına getməyə başlamışlar. Həmin vaxt Tofiq yanında, asfaltın kənarındakı torpaqlı yol ilə getmiş, arxadan yüksək səsli mahnı gəlməsini eşitmiş, həm də maşının işıqları düşmüş, maşın sürətlə gəlmiş, nə olmasını görmək üçün dönən zaman maşın Tofiqi arxa tərəfindən vurub maşının üstünə atmış, maşın təxminən 40-45 metr getdikdən sonra tormuz verib yolun ortasında dayanmış, bu zaman Tofiq maşının üstündən yerə düşmüş, onun baş hissəsi asfalta dəymişdir. Həmin vaxt onun arxasınca qaçaraq getmiş, çatan zaman Tofiqin sifətinin qan olmasını görmüş, o, əlini qaldırıb sifətinə vurmuş, sonra əsməyə başlamışdır. Tofiqi vuran maşın Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, “Volqa Qaz-3110” markalı avtomobil olmuş, maşın dayanandan sonra Yusif maşından düşmüş, orada dayanmış, ətrafda olanlar köməyə gəlmiş, həmin vaxt özü su almaq üçün yaxınlıqdakı mağazaya getmiş, lakin təkrar geri qayıdaraq, Tofiqin yanında durmuş, Tofiqi tərpətməyərək təcili tibbi yardım maşınının gəlməsini gözləmişlər. Bir müddət sonra polis əməkdaşları, təcili tibbi yardım maşını gəlmiş, Tofiqi Naxçıvan şəhərində yerləşən Mərkəzi xəstəxanaya aparmışlar. Xəstəxanaya Təqsirləndirilən şəxs yaxınları da gəlmiş, orada mübahisə olmaması üçün onları xəstəxanadan göndərmişlər, Tofiq xəstəxananın reanimasiya şöbəsində müalicə almış, nə qədər müalicə edilsə də, 1N oktyabr N0N3-cü il tarixdə xəstəxanada rəhmətə getmişdir. Həmçinin Şahid1 ifadəsində bildirmişdir ki, hadisənin baş vermə anı Cəfər adlı şəxsin kənd mərkəzində yerləşən ərzaq mağazasının təhlükəsizlik kameralarına düşmüş, hadisə baş verməzdən əvvəl kənd camaatı Təqsirləndirilən şəxs sürətli avtomobil idarə etməsindən narazı olmuş, həmçinin Təqsirləndirilən şəxs ilə mərhum zərərəçəkmiş şəxs Tofiq Quliyevin arasında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Sədərək rayonun Dəmirçi kəndində yaşayır, kənddə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, çörəkbişirmə sexi işlədir. 06 oktyabr N0N3-cü il tarixdə, saat NN radələrində Yusif onun işlətdiyi çörək sexində onun yanında olmuş, bir neçə dəqiqə söhbət etdikdən sonra o, çıxıb evlərinə getmiş, saat təxminən N3 radələrində çörəkbişirmə sexində olarkən çöldən səs-küy gəlməsini eşitmiş, çölə çıxan zaman Sərxanın ağlamasını görmüş, o, “qaynımı vurdular, Tofiqi vurdular” demiş, bir qədər qabağa gedən zaman asfaltın ortasında maşın dayanmasını, maşının Yusifin idarə etdiyi ağ rəngli “Volqa Qaz 3110” markalı avtomobil olmasını, həmin vaxt maşının qabağında yerdə həmkəndlisi Tofiqin uzanılı vəziyyətdə olmasını, onun sifətinin və başının qan olmasını görmüş, tez əynində olan paltarı çıxarıb Tofiqin başının altına qoymuş, həmin vaxt Tofiq “gözüm çıxdı, gözüm çıxdı...” deyə sayıqlamış, o, hadisə yerinə çatanda Yusif də orada olmuş,Tofiqin başının üstündə dayanmışdır. Həmin vaxt hadisə yerində çox adam olmuş, ətrafda olan kimsə tərəfindən su gətirilmiş və Tofiqin üzü yuyulmuş, sonra təcili tibbi yardım maşını gəlmişdir. Təcili tibbi yardım maşını gəldikdən sonra Tofiqi maşına qoyub həmkəndlisi Şahid6la birlikdə onun yanında xəstəxanaya getmiş, yolda olarkən Tofiq sayıqlamış, Tofiqi Naxçıvan şəhərindəki Mərkəzi Xəstəxanaya aparmışlar. Oradan da Tofiq müayinə olunmaq üçün Diaqnostika Mərkəzinə aparılmış, X4 əmisi ilə getmiş, xəstəxanada Tofiqin qohumları Yusifin qohumlarına orada qalmamalarını demiş, mübahisə olmaması üçün Yusifin qohumları çıxıb getmişlər. Tofiq bir neçə gün xəstəxanada müalicə almış, ancaq 1N oktyabr N0N3-cü ildə müalicələr nəticə verməmiş və Tofiq rəhmətə getmişdir. Onun fikrincə Yusif maşını sürətli sürüb ehtiyatsızlıqdan yolda gedən Tofiqi vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 06 oktyabr N0N3-cü il tarixdə, təqribən saat NN:40 radələrində idarə etdiyi ağ rəngli “Vaz-N107”markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobillə kənd mərkəzində çayxananın və Cəfər adlı şəxsin ərzaq mağazasının qarşısında dayanmış, həmin vaxt Yusif idarə etdiyi “Volqa Qaz-3110” markalı avtomobillə onun yanından sürətlə keçib yaşadığı evləri istiqamətə getmiş, təqribən bundan 10 dəqiqə sonra maşının içərisində oturan zaman tappıltı səsi eşitmiş, bir nəfər də qışqırmış, həmin vaxt telefonla danışdığına görə yola baxmamış, maşının kimisə vurduğunu anlayıb maşından yerə düşmüş, marketdən bir qədər aralıda Yusifin idarə etdiyi ağ rəngli “Volqa Qaz-3110” markalı, “**-BE-***” qeydiyyatlı avtomobillə bir nəfəri vurmasını görmüşdür. Yaxına gedib baxdıqda yerdə uzanmış halda olan şəxsin həmkəndlisi Tofiq olmasını bilmiş, həmin vaxt hadisə yerinə çox sayda insan toplanmış, o, əlinə tökülən su ilə tez Tofiqin üzünü yumuş, onun ağzında olan qan laxtasını çıxarmış, həmin vaxt Tofiqin başı şişmiş, başı şişdiyi üçün buz gətirilməsini demiş, buz tapılmadığı üçün soyuducudan donmuş halda olan toyuq ətini selofan paketə qoyub Tofiqin alnına dayamış, həmin vaxt hadisə yerində olan Yusif “maşına qoyun xəstəxanaya aparaq, mən aparacam” desə də tərpətdikdə beyninə qan sızmasından qorxub Tofiqi tərpətməmişlər. Təcili tibbi yardıma zəng etmiş, bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, onlar Yusifi hadisə yerindən kənarlaşdırmışlar. Bir qədər sonra da təcili tibbi yardım avtomobili gəlib Tofiqi Naxçıvan şəhərindəki xəstəxanaya aparmışdır. Polis əməkdaşları sərxoşluq vəziyətinin yoxlanılması üçün Yusifi Sədərək rayon Mərkəzi Xəstəxanasına aparmış, bir qədər sonra Yusif təkrar hadisə yerinə gətirilmiş, hadisə yerinə baxıldıqdan sonra Yusifi hərbi polis əməkdaşları ilə birlikdə polis şöbəsinə aparmışlar. Bir neçə gündən sonra Tofiq xəstəxanada rəhmətə getmişdir. Həmçinin Şahid3 ifadəsində bildirmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs hadisədən əvvəlki vaxtlarda da kənd daxilində maşını sürətlə idarə etmiş, hətda bir dəfə o, Yusifə maşını surətli sürməsi ilə bağlı irad bildirmiş, lakin buna baxmayaraq, hadisə baş verməzdən təqribən 10 dəqiqə əvvəl də Yusifin idarə etdiyi “Volqa Qaz-3110” markalı avtomobillə onun yanından sürətlə keçib yaşadığı evləri istiqamətə getməsini görmüş, hadisə baş verən yerdə Yusiflinin idarə etdiyi avtomobilə məxsus təkər izləri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 06 oktyabr N0N3-cü il tarixdə, təqribən saat NN:45 radələrində həmkəndlisi Cəfər adlı şəxsin ərzaq mağazasının yanında özünün idarə etdiyi Vaz-N107” markalı maşında oturarkən mərasim evi tərəfdən bir avtomibilin gəlməsini görmüş, qaranlıq olduğu üçün həmin avtomobilin kimə məxsus olmasını seçə bilməmiş, həmin vaxt tappıltı səsi eşitmiş, maşının kimisə vurmasını bilmişdir. Maşından yerə düşmüş, həmin maşın bir qədər qabaqda yolun ortasında eninə dayanmış, bir nəfər maşının üstündən yerə, asfalta düşmüş, qabağa gedən vaxt həmin avtomobilin həmkəndlisi Yusifin idarə etdiyi “Volqa Qaz-3110” markalı, “**-BE-***” qeydiyyat nömrə nişanlı avtomobil olmasını görmüş, maşının yanına çatan kimi yerdə olan şəxsə kömək etməyə başlamış, mağazadan su gətirilmiş, onun üzündəki qan təmizləndikdən sonra həmin şəxsin həmkəndlisi Tofiq olmasını bilmiş, onun burnundan, ağzından qan gəlmişdir. Ərtafda olanlar da köməyə gəlmiş, nəsə olacağından qorxub Tofiqi tərpətməmişlər, onun başının altına ŞahidN paltarını çıxarıb qoymuşdur. Təcili tibbi yardım maşınının gəlməsini gözləmişlər, hadisə yerinə polis əməkdaşları gəlmiş, təcili tibbi yardım maşını gəldikdən sonra Tofiq xəstəxanaya göndərilmişdir. Bir neçə gün sonra Tofiq xəstəxanada rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Sədərək rayonunun Dəmirçi kəndində yaşayır və kənd mərkəzində yerləşən ərzaq mağazasının sahibkarıdır. 06 oktyabr N0N3cü il tarixdə, təqribən saat NN radələrində o, mağazada təmizlik işləri gördükdən sonra toplanan zibilləri yığaraq atmaq üçün işlətdiyi mağaza ilə üzbəüz, yolun digər tərəfində olan ağaclıq sahəyə getmiş, bu zaman qarşı tərəfdən, yəni Sədərək rayonu tərəfdən bir maşının gəldiyini görmüş, o, öz işi ilə məşğul olarkən anidən tappıltı səsi eşitmiş, səs gələn tərəfə yönəldikdə bir maşının yolun ortasında eninə saxladığını görmüş, hadisə yeri təqribən onun olduğu yerdən 10-15 metr aralı olmuş, o, həmin yerə tərəf getdikdə, qəza törədən maşının həmkəndlisi Nəcəfin oğlu Yusifin idarə etdiyi maşın olmasını, onun bir nəfəri vurduğunu, vurulan şəxsin həmkəndlisi Bədirin oğlu Tofiq olmasını görmüş, həmin vaxt ətrafda olan kənd camaatı hadisə yerinə toplanmış, o, Tofiqin yarasına qoymaq üçün işlətdiyi dükandan donmuş halda olan toyuq ətini gətirmiş, kənd camaatı Tofiqə ilk tibbi yardım göstərmiş, həmin vaxt qəza törədən Yusif də hadisə yerində olmuş, həmin vaxt Yusif yaralını həkimə aparmaq istəsə də, kənd camaatı buna imkan verməmişdir. Həmçinin Şahid5 ifadəsində hadisə baş verməzdən əvvəl onun Sədərək rayonu istiqamətindən kəndə tərəf gələn bir avtomobil gördüyünü, həmin avtomobilin də həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin əks tərəfindən ona doğru gedən heç bir avtomobil görmədiyini, hadisə baş verdiyi yerdən təqribən 5-10 metr aralıda yaşayış evlərinin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 06 oktyabr N0N3-cü il tarixdə, saat 17 radələrində mərhum Tofiqlə birlikdə onun qardaşı oğlunu görmək üçün Naxçıvan şəhərinə gedib təkrar kəndə qayıtmış, həmin gün Tofiqin bacısı Zülfiyənin toy mərasimi olmuş, təqribən saat NN radələrində evə getmiş, bir qədər sonra Sərxan ona zəng edib ağlayaraq kənd mərkəzinə gəlməsini bildirmiş, Sərxana nəsə olmasını düşünüb tez kənd mərkəzinə getmiş, oraya çatan zaman Cəfər adlı şəxsin ərzaq mağazasının yaxınlığında Yusifin sürdüyü ağ rəngli “Volqa Qaz-3110” markalı maşının yolun ortasında eninə dayanmasını, maşının qarşısında yerdə bir nəfərin uzanmasını görmüşdür. Həmin şəxsin kim olmasını öyrənmək üçün yaxınlaşan zaman yerdə uzanmış halda olan şəxsin Tofiq olmasını bilmiş, Yusifin maşınla Tofiqi vurmasını öyrənmiş, həmin vaxt Tofiqin sayıqladığını, qeyri-ixtiyarı hərəkətlər etdiyini görmüş, onu yerindən tərpətməyərək təcili tibbi yardım maşınının gəlməsini gözləmişlər. Bir müddət sonra təcili tibbi yardım maşını gəlmiş, Tofiqi xərəyə qoyub təcili tibbi yardım maşınına mindirmişlər. Tofiqin yanında oturmuş, maşına ŞahidN də minmiş, təcili tibbi yardım maşını Naxçıvan şəhərində olan xəstəxanaya getmişdir. Maşında olarkən Tofiq danışmamış, ancaq hərəkət etmiş, xırıldamışdır. Tofiq xəstəxanada müalicə almış, 1N oktyabr N0N3-cü il tarixdə rəhmətə getmişdir. Həmçinin Şahid6 ifadəsində Təqsirləndirilən şəxs kənd içərisində yüksək sürətlə avtomobil idarə etdiyini, hətda bu hadisədən əvvəl 1-N dəfə özünün Yusifə bu barədə irad tutduğunu da bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 06 oktyabr N0N3-cü il tarixdə, təqribən saat N3 radələrində kənd mərkəzində yerləşən çayxanada olarkən güclü tappıltı səsi eşitmiş, həmin vaxt kimsə maşınla adam vurulması bildirmiş, tez çayçıdan çıxaraq hadisə yerinə yönəlmiş, olduğu yerdən təqribən 10-15 metr getdikdən sonra hadisə yerini görmüş, oraya çatanda həmkəndlisi Tofiqin yerdə uzanmış halda olmasını görmüş, onu həmkəndlisi Yusifin sürdüyü “Volqa Qaz-3110” markalı maşınla vurmasını öyrənmişdir. Həmin vaxt hadisə yerində çox adam olmuş, kimlərin orada olmasına fikir verməmiş, lakin qəzanı törədən Yusifin hadisə yerində olmasını bilmişdir. Həmin vaxt Tofiq maşının qabağında yerdə uzanmış, Tofiqin üzü, sifəti qan olmuş, alın nahiyəsi şişmişdir. O, tez Tofiqə yaxınlaşaraq onun başını dizi üstə almış, onun həmkəndliləri ilə birlikdə onun üzünü yumuş, Tofiq həmin vaxt gözünün görməmədiyini demiş, onu tərpətməmək üçün təkrar yerə uzatmış, başının altına paltar qoyulmuş, Tofiq “mənim başın yoxdur” deyib sayıqlamış, ona “sənin başın yerindədir, şişibdir, narahat olma yaxşı olacaq” deyilmiş, ona nəsə olacağından qorxduqları üçün tərpətməmişlər. Bir qədər sonra polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmiş, Tofiqi təcili tibbi yardım maşınına qoyub Naxçıvan şəhərinə, xəstəxanaya yola salmışlar. Sonrakı günlərdə Tofiq rəhmətə getmişdir. Məhkəmə iclasında ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş XN və XN4 verdikləri ifadələrində və onlara verilmiş sualları cavablandırarkən cinayət işinin ibtidai istintaqı dövründə “hadisə yerinə baxış” istintaq hərəkətinin həyata keçirilməsi zamanı hal şahidi qismində iştirak etdiklərini bildirərək, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda qeyd olunan məlumatları təsdiq etmişlər. Məhkəmə iclasında ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş cinayət işi üzrə ibtidai araşdırma dövründə “hadisə yerinə baxış” istintaq hərəkətini həyata keçirmiş Sədərək rayon X18 və Təhqiqat Qrupunun təhqiqatçısı, polis leytenantı X3 cinayət işi üzrə tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolun məzmununa uyğun ifadə verərək, protokolda qeyd olunan məlumatları təsdiq etmiş, həmçinin ifadəsində bildirmişdir ki, xx.xx.N0N3-cü il tarixdə, saat N3:00 radələrində nəqliyyat hadisənin baş verməsi ilə bağlı ona məlumat verilmiş, ölüm baş verməsi bildirilməmiş, həmin müddət iş vaxtı bitdiyindən evdə olmuş, evdən hadisə yerinə getmiş, digər polis əməkdaşları da hadisə yerində olmuş, hadisə yerində avtomobil yolun hərəkət zolağına eninə vəziyyətdə dayanmış, hadisəni törədənin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, avtomobilin sol ön təkərindən 1 metr aralıda mərhum yerdə uzanmış, daha sonra kənd sakinlərinin köməyi ilə mərhumu təcili yardım maşını ilə göndərdikdən sonra hadisə yerinə baxış keçirməyə başlamış, hadisə yerində əhali sıx olmuş, digər polis əməkdaşlarına hadisə yerinə baxış keçirib fotoşəkillər və.s. çəkəcəyindən əhalini uzaqlaşdırmasını bildirmiş, mərhumun yaxın qohumları ona və digər polis əməkdaşlarına qarşı aqressiv davranış sərgiləmiş, hadisə yerinə baxış keçirilməsi zamanı xeyli çətinlik çəkmiş, hadisə yerinə baxış keçirilməsi zamanı kənd sakinlərinin hal şahidi olmaq istəməməsi səbəbindən hadisə yerində olan əmioğlusu Türkün Məhərrəmovu və hadisə yerində nisbətən uzaqda olan Rahib Rəcəblini telefonla çağıraraq hər ikisini hal şahidi kimi müəyyən etmiş, onlar da hüquq və vəzifələri izah olunaraq hadisə yerinə baxışda iştirak etmişlər, hadisə yerinə baxış keçirilən zaman hava qaranlıq olduğundan X33 İdarəsinin maşınları vasitəsilə işıqlandırma apararaq hadisə yerində ölçülər götürmüş, fotoşəkillər çəkmiş, hadisə yerini ilkin olaraq yaşayış məntəqəsi olaraq müəyyən etmiş, sonrakı günlərdə aidiyyatı orqanlara şifahi sorğular verərək hadisə yerinin yaşayış zonası olmasını dəqiqləşdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisənin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 oktyabr N0N3-cü il tarixli protokol, protokola əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, hadisə 06 oktyabr N0N3-cü il tarixdə, saat NN:45 radələrində Sədərək rayonunun Dəmirçi kəndinin daxilində olan asfalt yolda, ərzaq mağazasının yaxınlığında baş vermişdir. Baxış zamanı müəyyən edilmişdir ki, avtomobil yolu asfalt örtükdən ibarət olmaqla 8 metr enindədir. Hava yağıntısız, asfalt qurudur. Yolun sol və sağ hissələrində 1.5 metr enində torpaqdan ibarət köməkçi hissə vardır. Avtomobil yolunun sol və sağ hissələrində kəndin içərisinə doğru irəliləyən daxili yollar mövcuddur. Sağ hissədə olan ayırıcının eni 4 metr, sol hissədə olan ayırıcının eni isə 8 metrdir. Avtomobil ağ rəngli “Volqa Qaz-3110” markalı, **-BE-*** qeydiyyat nişanlıdır. Avtomobilə yaxınlaşan zaman sağ tərəfinin əzilmiş vəziyyətdə olduğu, sağ ön işıq cihazının və ön şüşəsinin sındığı müəyyən olunmuşdur. Həmin avtomobil yolda hərəkət edərkən onunla eyni istiqamətdə yolun sağ hissəsi ilə hərəkətdə olan piyada Tofiq Quliyevi vurmuşdur. Yolda avtomobilin sürüşərək eninə dayandığını müəyyən edən ön və arxa təkərlərinə məxsus 4 (dörd) əyləc izi vardır. Əyləc izinin uzunluğu 13 metrdir. “Volqa Qaz- 3110” markalı, **-BE-*** qeydiyyat nişanlı avtomobil yolun orta hissəsində eninə dayanmış vəziyyətdədir. Avtomobilin durduğu yerdən ön sol hissəsinə 1.8 metr məsafədə olan qan izlərindən müəyyən edilir ki, həmin yer piyadanın qəzadan sonra düşdüyü yerdir. Piyadanın düşdüyü yerdən yolun soluna qədər olan məsafə 0.7 metrdir. Avtomobilin sol ön təkərindən yolun solunda olan elektrik dirəyinə qədər olan məsafə 11.1 metrdir. Avtomobilin sağ ön təkərindən yolun soluna qədər olan məsafə N.N metrdir. Avtomobilin sol arxa təkərindən yolun sağına qədər olan məsafə N.7 metr, sağ arxa təkərindən yolun sağında olan su arxına qədər olan məsafə isə 4.9 metrdir. Baxış zamanı qəza anına aid olan video görüntüləri aşkar edilmiş və müvafiq qaydada götürülmüşdür (i.v İ cild 4-1N). Müvafiq sorğular əsasında X13 Dövlət Agentliyi PHŞ-nin "xxxx" MMC-si tərəfindən məhkəməyə ünvanlanmış 1N mart N0N4-cü il tarixli, 03 №-li məktubdan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 03 aprel N0N4-cü il tarixli, 3-13-43-9/N-1605/N0N4 №-li məktubdan görünür ki, Sədərək rayon Dəmirçi kənd sakini X11 ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verdiyi ərazi əhalinin sıx yaşadığı zona olduğu üçün piyadaların maneəsiz hərəkətinə icazə verilir, həmin ərazi-yaşayış zonası hesab edilir (i.v İİ cild 170, N1N). “Yaddaş diskində olan videoçəkilişlərə baxış keçirilməsi haqqında” xx.xx.N0N3-cü il tarixli protokol və kompakt diskdəki görüntülərdən aydın olur ki, yaddaş diskində 4-0N-R- **********073N, 1-01-R-**********4700, 4-0N-R-**********073N başlıqlı 3 (üç) video var. 4- 0N-R-**********073N 1-ci adlı video N0N3-10-06 tarixli olmaqla NN:07:30 saatda başlamışdır, videonun 50-ci saniyəsində (NN:48:N4-də) N (iki) nəfər şəxs avtomobil yolunun, asfalt yolun kənarı ilə, avtomobillərin hərəkət zolağının kənarı ilə yeriyərək hərəkət edir, videonun 1 dəqiqə, 44-cü saniyəsində piyada hərəkət edən şəxslərin hərəkət etdiyi zolaqla onların getdiyi istiqamətə doğru 1 (bir) ədəd ağ rəngli, işıqları yanılı halda olan avtomobil hərəkət edir. 1-01-R-**********4700 N-ci adlı video N0N3-10-06 tarixli olmaqla NN:09:17 saatda başlamışdır, həmin videoçəkiliş 4-0N-R-**********073N 1-ci adlı videoçəkilişin davamıdır, video başlayan zaman işıqları yanılı halda olan ağ rəngli avtomobil yolun sağ tərəfində olan avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş zolaqla, asfalt yolun üzəri ilə hərəkət edir. 1-01-R-**********4700 adlı video başlayan zaman görünür ki, bir nəfər şəxsin mağazanın qarşısındadır, bir qədər sonra avtomobil yoluna tərəf hərəkət edir, videonun 01 dəqiqə 07-ci saniyəsində 1 (bir) ədəd ağ rəngli avtomobil mağazanın qarşısından qəza törətmiş avtomobil istiqamətində hərəkət edərək ona çatmamış, gecə işıqları qəza törətmiş avtomobili əhatə etmədən, yəni uzaq məsafədən, sol tərəfə dönür, bu zaman 1 (bir) ədəd ağ rəngli avtomobil isə asfalt yol ilə mağazaya tərəf hərəkət edərək dönüb yolun ortasında yolun hərəkət istiqamətinə tərəf deyil, ortada dayanır, videonun 01 dəqiqə 11-ci saniyəsində avtomobil dayandıqdan sonra 1 (bir) nəfər şəxsin avtomobilin qarşısında yerə uzanmış haldadır, sürücü avtomobildən düşərək yerə uzanmış şəxsin yanına gedərək dayanır, videonun 0N dəqiqə 10-cu saniyəsində avtomobilin qarşısında dayanmış şəxslərdən biri mağazaya tərəf gələrək təkrar geri qayıdır, yerə uzanmış halda olan şəxsin ətrafına başqa şəxslər gəlir, avtomobilin dayandığı yerdə qalmışdır (i.v İ cild 147). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş yol-nəqliyyat hadisəsinin törədilmə yeri, vaxtı və şəraiti, o cümlədən yol nəqliyyat hadisəsinin baş verdiyi ərazinin yaşayış zonası olması, hadisənin qəsdən törədilməməsi, sürücü Təqsirləndirilən şəxs hadisə yerindən qaçmaması, qarşı tərəfdən gələn avtomobilin gecə işıqlarının sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili əhatə etməməsi (onun görmə qabiliyyətini məhdudlaşdırmaması) öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 “Meyitin məhkəmə-tibbi ekspertizası”na dair 1N oktyabr N0N3-cü il tarixli, 8N nömrəli rəyindən görünür ki, mərhum X11 məhkəmə-tibbi ekspertizası zamanı onda “alın-təpə sümüklərinin qapalı yerdəyişən sınıqları, baş beyin toxumasının əzilməsi, alın nahiyəsində hematoma, hər iki göz yarığını əhatə edən qançırlar, sol diz və sol əl pəncəsində sıyrıqlar” xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir və ağırlıq dərəcəsinə görə sağlam şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Qeyd edilən xəsarətlərin 06 oktyabr N0N3-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin mərhum Tofiq Quliyevi vurması nəticəsində əmələ gəlməsi ekspert tərəfindən inkar olunmamışdır. XNN ölümünə səbəb baş beyin toxumasının ödemi, əzilməsi olmuşdur (i.v İ cild 46-50). Məhkəmə hesab edir ki, bu sübutla zərərçəkmiş şəxs X11 ölümü və onun ölümü ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası”nın 16 noyabr N0N3-cü il tarixli, 106N nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Volqa Qaz- 3110” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin N-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v İ cild 54-55). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulması və bu pozuntunun konkret nədə ifadə olunması, baş vermiş hadisənin qarşısını almağa onun texniki cəhətdən imkanının olması öz təsdiqini tapır. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 07 oktyabr N0N3-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkilləridən görünür ki, avtomobilə baxış zamanı “Volqa Qaz-3110” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və sağ arxa şüşəsi sınmış, sağ və sol yan güzgülər sınmış, ön kapot əzilmiş, ön sağ işıq cihazları sınmış, ön bufer əzilmiş, ümumilikdə isə avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur (i.v İ cild 16-19). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş cinayət hadisəsinin predmetinin məhz “Volqa Qaz-3110” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil olması və onun texniki vəziyyəti ilə bağlı məlumatlar öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası DİN DYP QİTBŞ tərəfindən xx.xx.N017-ci il tarixdə verilmiş “AC 993436” nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, buraxılış ili 1998-ci il olan “Volqa Qaz-3110” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X10r (i.v İ cild N0). “AE 875845” nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük vəsiqəsi vardır, vəsiqə 10 iyul N0N9-cu il tarixədək etibarlıdır (i.v İ cild N0). “ƏN-V 316488” nömrəli, xx.xx.N0NN-ci il tarixli etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Volqa Qaz-3110” markalı, **-BE-*** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir və etibarnamə xx.xx.N0N9-cu il tarixədək qüvvədədir (i.v İ cild N1). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş cinayət hadisəsinin predmeti olan “Volqa Qaz-3110” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Təqsirləndirilən şəxs məxsus olmaması, sürücü Təqsirləndirilən şəxs sürücülük hüququnun olması, o cümlədən onun həmin avtomobili etibarnamə əsasında idarə etməsi öz təsdiqini tapır. “Sədərək Rayon Mərkəzi Xəstəxanası” X30 tərəfindən verilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 06 oktyabr N0N3-cü il tarixli, N7 nömrəli aktdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır (i.v İ cild 13). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı nəqliyyat vasitəsini sərxoş halda idarə etməməsi öz təsdiqini tapır. “Əşyanın maddi sübut kimi tanınması haqqında” 0N dekabr N0N3-cü il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 03 yanvar N0N4-cü il tarixli qərarlardan görünür ki, X9 məxsus olan və hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Volqa Qaz-3110” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Sədərək Rayon Polis Şöbəsinə məsul saxlanca verilmiş, hadisənin baş verdiyi müddətdə mülki obyektlərin müşahidə kameraları ilə aparılmış videoçəkilişlərin olduğu 1 (bir) ədəd CD disk isə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir (i.v İ cild 84, N35-N43). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş cinayət hadisəsinin predmeti olan “Volqa Qaz-3110” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin və qəza anına aid olan video görüntülərin cinayət işi üzrə maddi sübut kimi tanınması, Volqa Qaz-3110” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin məsul saxlanca verilməsi, qəza anına aid olan video görüntülərin isə cinayət işinin materiallarına əlavə edilməsi öz təsdiqini tapır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.N0N3-cü il tarixli qərardan və müvafiq protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v İ cild 66-67; 71). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.N0N3-cü il tarixli qərardan və müvafiq protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa dəyişiklik edilərək, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v İ cild N15-N16, NN1). “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.N0N3-cü il tarixli qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v İ cild 80-8N). Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin “Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışının təyin edilməsi haqqında” xx.xx.N0N4-cü il tarixli, 1-1(09N)-17/N0N4 №-li qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir (i.v İİ cild N7). Məhkəmə hesab edir ki, bu sübutlarla sürücü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə ittiham elan edilməsi, cinayət işinin ibtidai istintaqı dövründə onun barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbirinin, məhkəmə icraatı dövründə isə “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Müvafiq sorğu əsasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X33 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33N.1-ci maddəsi ilə (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə), xx.xx.N0NN-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə (Dayanma və ya durma qaydalarını pozmağa görə), xx.xx.N0NN-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 3N7.N-ci maddəsi ilə (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə), xx.xx.N0N3-cü il tarixdə isə İnzibati Xətalar Məcəlləsinin 3N7.1-ci maddəsi ilə (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) inzibati məsuliyyətə cəlb edilmiş, Təqsirləndirilən şəxs inzibati icraat qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmişdir (i.v İİ cild 68). Məhkəmə hesab edir ki, bu sübutlarla sürücü Təqsirləndirilən şəxs əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən onun inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsi öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.N0N3-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 5N). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs məhkumluğunun olmaması öz təsdiqini tapır. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.N0N3-cü il tarixli qərardan görünür ki, hadisə nəticəsində ölmüş piyada X19 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 100). “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında” xx.xx.N0N3-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum X11 atası X15 onun hüquqi varisi qismində tanınmışdır (i.v İ cild 1N7). Məhkəmə hesab edir ki, bu sübutlarla cinayət işi üzrə mərhum zərərçəkmiş şəxsin və onun hüquqi varisinin kimliyi öz təsdiqini tapır. N №-li hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli, N8N №-li əmrindən edilmiş çıxarışdan görünür ki, XN0 Komandanının Şəxsi heyət üzrə müavininin 03 oktyabr N0NN-ci il tarixli, 0165 əç №-li əmri ilə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 3-cü motoatıcı taborunun maddi-texniki təminat taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edilmişdir (İ.v İ cild N0N). N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N3-cü il tarixli, N85 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs həmin tarixdən hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil taqımının N-ci manqasının sürücüsü vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 19N). N nömrəli hərbi hissə komandirinin N yanvar N0N4-cü il tarixli, 17 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil taqımının N-ci manqasının sürücüsü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq həmin tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır (i.v İİ cild 19). Məhkəmə hesab edir ki, bu sübutla hadisə zamanı sürücü Təqsirləndirilən şəxs hərbi qulluqçu olması və cinayət işinin məhkəmə baxışı dövründə onun hərbi xidmətdən ehtiyata buraxılması öz təsdiqini tapır. N15 №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs sonuncu xidmət yeri olan N15 №-li hərbi hissənin komandanlığı tərəfindən mənfi xarakterizə olunmuşdur (İ.v İ cild 193). Həmçinin Sədərək Rayon İHB-nın Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir (İ.v İ cild 157). Məhkəmə hesab edir ki, bu sübutlarla sürücü Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallar öz təsdiqini tapır. N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 08 dekabr N0N3-cü il tarixli, 1N88 №li arayışdan görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs 08 dekabr N0N3-cü il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs həmin dövr üçün sağlam olmaqla hərbi xidmətə yararlı hesab edilmişdir (i.v İ cild 195). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X8 və “Sədərək rayon Mərkəzi Xəstəxanası” X30 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış müvafiq olaraq xx.xx.N0N3-cü il tarixli, 1935 №-li və xx.xx.N0N3-cü il tarixli, 181 №-li cavab məktublarından görünür ki, Sədərək rayonunun Dəmirçi kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisələrində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatı olmamışıdır (i.v İ cild 165, 167). Məhkəmə hesab edir ki, bu sübutlarla sürücü Təqsirləndirilən şəxs sağlamlıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in N63.N-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “X16rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin N63.N-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin N-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin N-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri......, yaşayış zonalarında və həyət ərazilərində saatda N0 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar. Yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş, nişanlanmış yerlərdən kənarda saatda N0 kilometrdən artıq sürətlə hərəkət etmək, sürmə təlimi keçmək, mühərriki söndürmədən durmaq, habelə icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması qadağandır. “Yol hərəkəti haqqında” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Yusifli X17 Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun maddi-texniki təminat taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 06 oktyabr N0N3-cü il tarixdə, saat NN:45-də müvafiq sürücülük vəsiqəsi olmaqla, etibarnamə əsasında idarə etdiyi, atası X9 məxsus “Volqa Qaz-3110” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sədərək rayonunun Dəmirçi kəndinin mərkəzi istiqamətində hərəkətdə olarkən kəndin mərkəzi hissəsində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni “yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” və 50-ci maddəsinin N-ci hissəsinin 1-ci bəndinin, yəni “nəqliyyat vasitələri yaşayış zonalarında və həyət ərazilərində saatda N0 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” kimi tələblərini pozmuş və nəticədə asfalt yolun sağ kənarı ilə piyada hərəkət edən, 1993-cü il təvəllüdlü Sədərək rayonunun Dəmirçi kənd sakini X14 idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə vuraraq, ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, mərhum zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin N-ci hissəsinin 1-ci bəndinin tələblərini pozması nəticəsində zərərçəkmiş şəxs X11 ölümünə səbəb olması, onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş mərhum zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş ekspert rəyləri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozması və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi Az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin məhkəmə istintaqı dövründə verdiyi ifadəsi ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr N013-cü il tarixli 5 saylı qərarının N1-ci bəndində göstərilmişdir ki, .........Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə real çəkilməli olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 346.1.14-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirkar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəzanın təyin edilməsinin zəruri olub-olmadığı ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, təqsirkar Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı bu cəza növü də təqsirli bilindiyi maddənin sanksiyası həddində əlavə cəza kimi təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəzanın (azadlıqdan məhrum etmə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının N3-cü bəndində göstərilir ki, maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 6N-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin N63.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza ilə yanaşı təyin edilməsi məcburi olan əlavə cəzanın da təqsirkar şəxsə təyin edilməsi, istər “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr N013-cü il tarixli 5 saylı qərarının tələbləri baxımından, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının tələbləri baxımından yol veriləndir. Məhkəmə hesab edir ki, yalnız bu halda təqsirkar Təqsirləndirilən şəxs islah olunmasına və Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin qarşısı alınmaz və bərpa edilməz dərəcədə olması), o cümlədən onun hadisənin törədildiyi günədək olan təqribən 18 aylıq müddətdə müxtəlif yol hərəkəti qaydalarını pozmağa görə 4 (dörd) dəfə inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən kəndin mərkəzi hissələrində yüksək sürətlə avtomobil idarə etməsi ilə bağlı müxtəlif şəxslərin ona tutduqları iradlara məhəl qoymaması, bir qayda olaraq, onun sabit kriminal meyilliliyinə dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Həmçinin məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs hadisəni törətməzdən əvvəl yolun maşının hərəkət zolağına aid hissəsində iki piyadanın hərəkət etməsini təqribən 100-150 metr məsafədən görməsinə baxmayaraq hərəkət surətini azaltmadan gəldiyi surətlə hərəkət etməsi və yalnız həmin piyadalara təqribən 5-6 metr qalmış onları vurmamaq üçün idarə etdiyi avtomobilin sükanını sola çevirməsi, hərəkət üçün təhlükə yarandığını gördüyü andan nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək əvəzinə, hərəkət surətini azaltmadan gəldiyi surətlə hərəkət etməsi və yalnız zərərçəkmiş şəxsi vurduqdan sonra idarə etdiyi avtomobili dayandırmaq üçün əyləcdən istifadə etməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəmənin hazırlıq iclasının 19 yanvar N0N4-cü il tarixli qərarına əsasən seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hazırki hökmlə onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin icra edildiyi andan, yəni azadlığının faktiki olaraq məhdudlaşdırıldığı N3 aprel N0N4-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 158.N-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmçinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.N-ci maddəsinə əsasən, ....., məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr N013-cü il tarixli 5 saylı qərarının N3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.N-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirkar barəsində təyin olunacaq əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 13N, 346 və 353-cü maddələrinin tələbləri baxımından maddi sübutlarla bağlı məsələnin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sədərək Rayon Polis Şöbəsinə məsul saxlanca verilmiş və X9 məxsus “Volqa Qaz-3110” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil, o cümlədən iş materiallarına əlavə edilmiş X9 məxsus “AC 993436” nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” hökm qanuni qüvvəyə mindikdən sonra X9 qaytarılmalı, maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş hadisənin baş verdiyi müddətdə mülki obyektlərin müşahidə kameraları ilə aparılmış videoçəkilişlərin olduğu 1 (bir) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “AE 875845” nömrəli sürücülük vəsiqəsinin əsli və onun surəti, o cümlədən “ƏN-V 316488” nömrəli, xx.xx.N0NN-ci il tarixli etibarnamə təqsirkara təyin ediləcək əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə hökm qanuni qüvvəyə mindikdən sonra onun əsas cəzasını icra edən müəssisəyə göndərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 19 yanvar N0N4-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmiş, onun məhkəmədə hüquqlarının müdafiəsi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Şərur rayon Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirkar Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; XN5rşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə təqsirli bilinərək N (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli N3 aprel N0N4-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. İş üzrə maddi sübut kimi tanınaraq Sədərək Rayon Polis Şöbəsinə məsul saxlanca verilmiş və X9 məxsus “Volqa Qaz-3110” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil, o cümlədən iş materiallarına əlavə edilmiş X9 məxsus “AC 993436” nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” hökm qanuni qüvvəyə mindikdən sonra X9 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş hadisənin baş verdiyi müddətdə mülki obyektlərin müşahidə kameraları ilə aparılmış videoçəkilişlərin olduğu 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “AE 875845” nömrəli sürücülük vəsiqəsinin əsli və onun surəti, o cümlədən “ƏN-V 316488” nömrəli, xx.xx.N0NN-ci il tarixli etibarnamə Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə hökm qanuni qüvvəyə mindikdən sonra onun əsas cəzasını icra edən müəssisəyə göndərilsin. İş üzrə məhkəmə xərci-məhkum Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Şərur rayon Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar