Məhkəmə qərarları › İş №1-1(092)-18/2021

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-18/2021

05.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-18/2021 05.10.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakimlər İbrahimov İlham Sadət oğlunun (sədrliyi), Hüseynov Səxavət Səməd oğlu və Orucəliyev Abil Elmar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə mayoru Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi Nümayəndə, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, X7-Tədris Mərkəzinin inzibati binasında xx xxxxxx 1998-ci ildə Gəncə şəhərinin Kəpəz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov 119 b, mənzil 34-də daimi qeydiyyatda olan, N №-li hərbi hissədə heyət nəfəri - atıcı vəzifəsində xidmət edən, 12 iyun 2021-ci ildə barəsində Naxçıvan MR Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan, əsgər Əliquzuyev Muraz Alim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Əsgər Təqsirləndirilən şəxs 11 iyul 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb N №-li hərbi hissənin 17-ci bölüyünün, 1-ci taqımın, 2-ci manqasında heyət nəfəriatıcı vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq tabelik münasibətlərində olmayan əsgər X6 2021-ci ilin yanvar ayının əvvəllərində, saat 15 radələrində yeməkxanada zarafat edib ələ salarkən ona zarafat etməməsini bildirməsi səbəbindən qolunu boynuna salaraq sıxıb saxlamaqla, təkrarən 2021-ci ilin fevral ayının sonlarında, saat 20 radələrində odun damında onu yerə yıxıb ayaqlarının üzərində oturaraq sinəsinə və böyrünə yumruq zərbələri vurmaqla, 2021-ci ilin fevral ayının sonlarında, günorta saatlarında yeməkxanada nalayiq ifadə işlətməsi səbəbindən qolundan tutub çəkərək boynunun arxasına şillə zərbələri vurmaqla, 2021-ci ilin mart ayının ortalarında, saat 15 radələrində yeməkxanada onun fincanında manqa komandirinin çay içməsinə etirazını bildirməsi səbəbindən başının arxasına şillə zərbələri vurmaqla, 2021-ci ilin mart ayının ortalarında, saat 16 radələrində yeməkxanada xəmir kündəsini atıb-tutması səbəbindən başının arxasına şillə zərbələri vurmaqla, 2021-ci ilin aprel ayının əvvəllərində, saat 15 radələrində, silah doldurub-boşaltma yerinin yanında əsgər yoldaşı ilə etdiyi söhbətə müdaxilə etməsi səbəbindən başına şillə zərbəsi vurmaqla, 2021-ci ilin aprel ayının ortalarında, saat 17 radələrində yeməkxanada onun yanından keçərkən stulu qabağa çəkməsi üçün başının arxasına şillə ilə vurduqda buna etiraz etməsi səbəbindən yenidən başının arxasına şillə zərbələri vurmaqla, 2021-ci ilin aprel ayının sonlarında, saat 13 radələrində yeməkxanadan çıxarkən arxasına təpik zərbəsi vurmaqla, 2021-ci ilin aprel ayının sonlarında, saat 14 radələrində silah doldurubboşaltma yerinin yanında yaxasından tutub sifətinə şillə zərbələri vurmaqla, 2021-ci ilin may ayının 02-də, saat 19 radələrində yeməkxananın qarşısında sifətinə şillə ilə vurub ona qarşı nalayiq ifadə işlətməklə, birlikdə xidmət etdiyi müddətdə silah doldurub-boşaltma yerinin yanında başına şillə zərbəsi vurmaqla, bundan başqa hər hansı nöqsana yol verdikdə mütəmadi olaraq başına və boynuna şillə zərbələri vurmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuş, ona qarşı alçaldıcı, təhqiramiz ifadələr işlətməsi, mütəmadi olaraq döyməsi, nizamnamədən kənar hərəkətlərə yol verməsi nəticəsində A.Nümayəndə emosional gərginlik halı keçirərək may ayının 03-də, saat 06:00-dan 08:00-dək müşahidə məntəqəsində döyüş növbətçiliyi xidmətində olarkən saat 06:30 radələrində ona təhkim edilmiş “AKM” markalı, “ДT 5504” nömrəli avtomat silahdan alın nahiyəsinə bir atəş açaraq özünə “giriş dəliyi qaşarası nahiyədə, çıxış dəliyi başın təpə-ənsə nahiyəsində olan, yara kanalı boyunca başın yumşaq toxumalarının geniş həcmdə zədələnmələri, üz skeleti və kəllə nahiyəsini təşkil edən sümüklərin çoxsaylı, qəlpəli və xətti, defektli sınıqları, baş beyinin bütün paylarının əzilib dağılması ilə müşayiət olunan, öndən-arxaya istiqamətli başın bir ədəd dəlib-keçən yarası” ilə müşayiət olunan, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarət yetirərək özünü öldürmüş, Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən pozaraq törətdiyi əməllər ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində 2020-ci ilin noyabr ayının 16-dan “Qarabağ” postunda xidmət etdiyini, əsgər Aqil İsmayılovla münasibətinin normal olduğunu, Nümayəndə evlərindən göndərilmiş stəkanda manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid15 çay süzülməsinə etirazını bildirib gedib stəkanı onun qabağından götürdüyünü, özünün buna görə Nümayəndə “stəkandır da nə olacaq başqası çay içəndə” dediyini, 02 may 2021-ci ildə əsgər Faiq Xudaverdiyevin və başqa bir neçə əsgərin ad günü tədbirinin keçirildiyini, Şərur rayonunun Axura kəndində yerləşən mağazadan ərzaqlar aldırdıqlarını, özünün kabab bişirəcəyini, həmin gün saat 17 radələrində bir qədər kabab bişirdikdən sonra Nümayəndə yeməkxanada olduğunu görüb yanına çağıraraq şişləri tutmasını, manqalın yerini düzəldəcəyini dediyini, onun da gəlib şişləri tutduğunu, sonra Nümayəndə yataqxanaya tərəf getdiyini, həmin gün Nümayəndə müəyyən işlər tapşırmadığını, amma Nümayəndə ona istirahət növbəsi olduğunu demədiyini, həmin gün saat 19:30 radələrində kababı bişirib qurtardıqdan sonra yeməkxanaya apararaq yeməyə başladıqlarını, lakin Aqil İsmayılovun orada olmadığını görüb kiçik çavuş Şahid15 əsgər Şahid1 onu çağırmağa göndərdiyini, lakin Şahid1 gəlib Aqil İsmayılovun gəlmək istəmədiyini dediyini, sonra Faiq Xudaverdiyevin gedib Nümayəndə çağıraraq birlikdə yeməkxanaya gəldiklərini, Aqil İsmayılovun bir az oturduqdan sonra əlini stola çırpıb yeməkxanadan çıxdığını, İsmayılov döyüş növbətçiliyində olanda Hacıyevlə birlikdə növbə çəkdiklərini, həmin vaxtı onları dəyişən əsgərlər Şahid5lə, Xudaverdiyev Faiq olduğunu, may ayının 3-də onlar dəyişiləndə saat 6-da yuxudan oyandığını, həmin müddət Şahid5lə, Xudaverdiyev Faiqin gəlib Şahid6 oyatdıqlarını, həmin vaxtı İsmayılovun postda tək olduğunu, “qalx” komandası verildikdən sonra özünün rabitənin yanında oturduğunu, saat 06:20 radələrində çöldə qışqırıq səsi eşitdiyini, çölə çıxaraq nə olduğunu əsgər yoldaşlarından soruşduğunu, bu barədə yataqxananın yanında olan əsgərlər Şahid6 müşahidədən qışqırıb əsgər Aqil İsmayılovun özünü silahdan atəş açıb vurub öldüyünü dediklərini, əsgər və çavuşların həmin yerə tərəf qaçdığını, lakin özünün getmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində yeməkxanada əsgər Təqsirləndirilən şəxs Aqil İsmayılovla zarafat edib onu ələ saldığını, lakin tarixini xatırlamadığını, Nümayəndə ona zarafat etməməsini dedikdə Təqsirləndirilən şəxs ayağa qalxıb onun yanına gedərək arxadan yaxınlaşıb boynunu qolunun arasına salıb sıxdığını, 2021-ci ilin fevral ayında döyüş növbətçiliyindən qayıdarkən Təqsirləndirilən şəxs Nümayəndə odun damına apardığını gördüyünü, özünün silah-sursatı təhvil vermək üçün yataqxanaya getdiyini, sonrakı günlərdə söhbət zamanı Təqsirləndirilən şəxs odun damında Nümayəndə niyə döyməsini soruşduqda onun cavab qaytardığı üçün Nümayəndə “dərsini verdiyini”, onu başa saldığını dediyini, 2021-ci ilin aprel ayının ortalarında Nümayəndə yeməkxanada stulda oturduğunu, Təqsirləndirilən şəxs oradan keçəndə Nümayəndə başının arxasından şillə ilə 1 dəfə vurub çəkilməsini dediyini, Nümayəndə da çəkilsə də əli ilə onu vurmamasına işarə etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs onun başının arxasından yenidən şillə ilə 2 dəfə vurduğunu, ad günü tədbirinə hazırlaşarkən Təqsirləndirilən şəxs Nümayəndə sifətindən şillə ilə vurduğunu, ona qarşı “var-yox” soyüşü söydüyünü hadisədən sonra eşitdiyini, Təqsirləndirilən şəxs Nümayəndə səhv hərəkətinə görə hər dəfə döydüyünü, ələ saldığını, 03 may 2021-ci ildə buraxılışdan qayıdıb tabor mərkəzində olarkən Aqil İsmayılovun ona təhkim edilmiş “DT 5504” nömrəli avtomat silahdan atəş açaraq başından vurub özünü öldürdüyünü eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 2021-ci ilin fevral ayında, axşam saatlarında Nümayəndə ağladığını gördüyünü, əsgərlərdən əsgər Təqsirləndirilən şəxs odun damında onu döyməsi səbəbindən ağladığını dediyini, Nümayəndə evlərindən gələn bağlamanın içərisindən çıxmış stəkanda Şahid9 kiçik çavuş Şahid15 çay süzdüyünü, Nümayəndə gedib öz stəkanını götürüb başqa stəkanda Şahid15 çay verdiyini, günortadan sonra buna görə Təqsirləndirilən şəxs yeməkxanada Nümayəndə başının arxasından şillə ilə 2-3 dəfə vurub “niyə elə hərəkət edirsən?” dediyini, Nümayəndə da “mən istəmirəm kimsə mənim stəkanımdan istifadə etsin” cavabını verdiyini, 2021-ci ilin mart ayında günorta yeməyi ərəfəsində yeməkxanada oturub çay içərkən Nümayəndə xəmir yoğurduğunu, həmin vaxt onun xəmir kündəsini havaya atıb tutduğu üçün Təqsirləndirilən şəxs “çörəyi atıb tutmazlar“ deyib Nümayəndə başının arxasından şillə ilə bir neçə dəfə vurduğunu, 02 may 2021-ci ildə postun 4 əsgərinə ad günü tədbiri keçirildiyini, axşamüstü yeməkxanada olanda çöl tərəfdən səsküy, həmçinin kiməsə şillə vurulması səsi eşidib çölə çıxanda Təqsirləndirilən şəxslə Aqil İsmayılovun mübahisə etdiklərini gördüyünü, Təqsirləndirilən şəxs ona “var-yox” söyüşü söydüyünü, Nümayəndə ona “məni niyə vurursan?” dediyini, Təqsirləndirilən şəxs də “döyülmək, söyülmək sənə palojnadır” bildirdiyini, Nümayəndə elə deməsindən Təqsirləndirilən şəxs onu vurmasını bildiyini, bir qədər sonra yeməkxanada oturub yeməyə başladıqlarını, lakin Nümayəndə yeməyə əlini vurmadığını, onun bikef olduğunu, ona yeməyini yeməsi deyilsə də durub yeməkxanadan çıxdığını, 03 may 2021-ci ildə səhər saat 06-da “qalx” komandası verildikdən 5-10 dəqiqə sonra Nümayəndəla birlikdə döyüş növbəsində olan əsgər Şahid6 qışqıraraq yataqxanadakıları çağırdığını, Aqil İsmayılovun özünü vurduğunu dediyini, MAHHXHQ kiçik çavuş Şahid15 və əsgərlərdən bəzilərinin qaçıb müşahidə mövqeyinə getdiklərini, Şahid15 oradan qayıdıb telefonla məruzə edərkən Nümayəndə müşahidə mövqeyində silahından başına atəş açaraq özünü öldürdüyünü eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 2021-ci ilin aprel ayının sonlarında, yeməyə gedərkən əsgər Təqsirləndirilən şəxs silah doldurubboşaltma yerinin qarşısında əsgər Aqil İsmayılovun yaxasından tutaraq sifətindən şillə ilə 3 dəfə vurduğunu, 2021-ci ilin aprel ayının ortalarında yeməkxanada Nümayəndə stulda oturan zaman Təqsirləndirilən şəxs onun yanından keçəndə başının arxasından şillə ilə bir dəfə vurub keçə bilməsi üçün stulu qabağa çəkməsini dediyini, Nümayəndə stulu qabağa çəksə də gülərək əl hərəkəti ilə ona öz etirazını bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs şillə ilə Nümayəndə başının arxasından 2 dəfə də vurduğunu, 2021-ci ilin aprel ayının əvvəllərində, saat 15 radələrində silah doldurub-boşaltma yerinin yanında özünün Şahid8la, Təqsirləndirilən şəxs isə əsgər Şahid12lə söhbət etdiklərini, özünün arxasının Təqsirləndirilən şəxslə Şahid12 tərəf olduğunu, həmin vaxt Nümayəndə “başıma vurma ağrıyır” dediyini eşidib arxaya döndükdə onun Təqsirləndirilən şəxs yanında olmasını gördüyünü, Nümayəndə “başıma vurma ağrıyır” deməsindən Təqsirləndirilən şəxs onu vurmasını bildiyini, 02 may 2021-ci ildə postun 4 əsgərinin ad günü tədbirinin keçirildiyini, saat 20:00-da yeməyə oturduqlarını, əsgərlər Şahid6lə Aqil İsmayılovun orada olmadıqlarını görüb yataqxanada istirahət etdiklərini düşündüyünü, çağırılan zaman Şahid6 yeməkxanaya gəlsə də Nümayəndə gəlmədiyini, daha sonra əsgər Şahid7 onu təkrar çağırmaq üçün yataqxanaya getdiyini, bir az sonra Nümayəndə yeməkxanaya gəlib stolda otursa da heç nə yemədiyini, onun kefinin olmadığını, heç nə danışmadığını, ondan niyə yemək yemədiyini, niyə kefinin olmadığını soruşduqda heç nə olmadığını dediyini, Nümayəndə bir neçə dəqiqə oturduqdan sonra təkrar çölə çıxdığını, onun arxasınca getdiklərini, bir az sonra Nümayəndəla birlikdə yeməkxanaya gəldiklərini, Nümayəndə yemək istəmədiyini, iştahının olmamasını dediyini, 02 may 2021-ci ildə ad günü tədbiri üçün hazırlıqlar görülən zaman Təqsirləndirilən şəxs Nümayəndə bir neçə dəfə iş buyurduğunu, Nümayəndə da istirahət vaxtı olduğunu deyərək ona etiraz etdikdə aralarında mübahisə yarandığını, 03 may 2021-ci ildə saat 06:00-da qalx komandası zamanı yuxudan durub hazırlaşarkən Şahid6 postdan uca səslə çağırıb Nümayəndə özünü vurduğunu dediyini, sonra posta getdiyini, Nümayəndə səngərin içində arxası üstə yerdə uzandığını, qaşlarının arasında güllə yarası olduğunu, üzünün qan içində olmasını gördüyünü, başının arxasından qan axıb yerə töküldüyünü, qoruyucu jiletinin və dəbilqəsinin üzərində olmadığını, avtomat silahının yanında olduğunu gördüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2021-ci ilin fevral ayının sonlarında, saat 20 radələrində postun katel telefonu ilə çardaqda danışarkən odun damından səs-küy gəldiyini, səs gələn tərəfə getdiyini, odun damına əlindəki batareyadan işıq salanda Təqsirləndirilən şəxs Nümayəndə yerə yıxıb, ayaqlarının üzərində oturaraq sinəsindən və böyründən yumruqlarla vurmasını, Nümayəndə isə ağlamasını gördüyünü, Təqsirləndirilən şəxs qollarından tutub arxaya çəkib “nə edirsən, onu niyə döyürsən” soruşduqda onun da gülərək “sən gəlib əlimdən almasaydın bunu öldürəcəkdim” dediyini, həmin vaxt Təqsirləndirilən şəxs gedib manqa komandirinə bu barədə deyəcəyini bildirdikdə onun da “heç kimə demə, bir də onu döyməyəcəyəm” dediyini, sonra Nümayəndə götürüb yataqxanaya gətirdiyini, Nümayəndə “niyə səni döyür?” deyə soruşduğunu, onun da “əşi boş ver” cavabını verdiyini, 2021-ci ilin aprel ayının ortalarında, saat 17 radələrində yeməkxanada olarkən Təqsirləndirilən şəxs Nümayəndə yanından keçərkən ona “stulu qabağa çək keçim” deyib boynundan şillə ilə bir dəfə vurduğunu, Nümayəndə ona “niyə məni vurursan” dedikdə Təqsirləndirilən şəxs onun boynundan yenidən iki dəfə şillə ilə vurduğunu, 2021-ci ilin yanvar ayının əvvəllərində, günorta saatlarında yeməkxanada Təqsirləndirilən şəxs Nümayəndə boynunu əli ilə tutub sıxdığını, bir müddət buraxmadığını, sonra buraxdığını, 02 may 2021-ci ildə əsgərlərin ad günləri ilə bağlı tədbir olduğunu, kababı əsgərlər Təqsirləndirilən şəxs, Faiq Xudaverdiyevin bişirdiyini, yeməkxanada olarkən səs-küy gəlməsini eşidib çölə çıxdığını, yeməkxananın qarşısında Təqsirləndirilən şəxs Nümayəndə sifətindən şillə ilə bir dəfə vurub ona “var-yoxunu belə-belə edim” dediyini, əsgər Nümayəndə ondan “məni niyə vurursan?” soruşduqda Təqsirləndirilən şəxs ona “yaxşı edirəm döyülmək, söyülmək sənin palojnandı” dediyini, Nümayəndə həmin vaxt küsüb oradan getdiyini, yeməkxanada olarkən Təqsirləndirilən şəxs Nümayəndə çağırıb ona iş tapşıraraq “get qazanları gətir, get soğan doğra, şişləri gətir” dediyini, əsgər Nümayəndə “mən istirahət növbəsiyəm, gedirəm istirahət etməyə” dediyini, bir az keçəndən sonra Nümayəndə yatmadığını gördüyünü, hər şey hazır olduğundan yeməkxanaya yığışdıqlarını, döyüş növbətçisi və rabitəçidən başqa hər kəsin orada olduğunu, ancaq Nümayəndə yeməyə gəlmədiyini, MAHHXHQ Şahid15 ona “get gör Nümayəndə haradadır, çağır gəlsin yeməyə” dediyini, gedib Nümayəndə axtaranda onun hamamın qarşısında yerləşən səngərin girişində tək oturub siqaret çəkdiyini gördüyünü, ona “dur gəl yeməyə” dedikdə “mən gəlmirəm, yemək yeməyəcəyəm” cavabını verdiyini, özünün yeməkxanaya qayıtdığını, MAHHXHQ Şahid15 ona Nümayəndə haradadır dedikdə səngərdə tək oturub siqaret çəkdiyini, yeməyə gəlməyəcəyini dediyini, F.Xudaverdiyevin Nümayəndə çağırmağa getdiyini, 5 dəqiqə sonra Nümayəndəla birlikdə yeməkxanaya gəldiyini, Nümayəndə yeməyini çəkib qabağına qoyduğunu, ancaq bir-iki dəqiqə oturduqdan sonra Nümayəndə əlini stola vurub çölə çıxdığını, 03 may 2021-ci ildə, səhər “qalx” komandasından sonra yataqxanadan səs-küy gəldiyini, əsgər Şahid12 nə olmasını soruşduqda əsgər Şahid6 xidmət etdiyi yerdən qışqıraraq Nümayəndə özünü avtomat silahdan atəş açaraq vurduğunu dediyini, Nümayəndə səngərdə, qumbaraatan sektorunun yanında avtomat silahdan bir atəş açaraq alın nahiyəsindən vurub özünü öldürdüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində 2021-ci ilin fevral ayının sonlarında əsgər Təqsirləndirilən şəxs əsgər Aqil İsmayılovu odun damına apardığını gördüyünü, lakin orada nə olmasını bilmədiyini, 2021-ci ilin mart ayının ortalarında yeməkxanada olarkən Təqsirləndirilən şəxs Nümayəndə ona məxsus mülki stəkanda MAHHXHQ-su kiçik çavuş Şahid15 çay içməsinə etiraz etdiyi üçün başının arxasından şillə ilə 2-3 dəfə vurduğunu, vuranda Nümayəndə ona “vurma başım ağrıyır” dediyini, Muraz X1 yanından keçəndə stulu qabağa çəkməsi üçün onun başının arxasından şillə ilə vurmasını postun əsgərlərindən eşitdiyini, 03 may 2021-ci ildə buraxılışdan qayıdıb tabor mərkəzində olarkən Aqil İsmayılovun postda xidmətdə olarkən vəfat etməsini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində 03 may 2021ci ildə saat 06:00-da “qalx” komandası verildikdən 20-25 dəqiqə sonra yataqxanada olarkən əsgər Aqil İsmayılovun müşahidədə xidmətdə olarkən avtomat silahdan atəş açaraq özünü öldürdüyünü eşitdiyini, 2021-ci ilin mart ayının ortalarında əsgər Təqsirləndirilən şəxs Aqil İsmayılovu yeməkxanada xəmiri əlində oynatdığına görə başının arxasından şillə ilə 2 dəfə vurduğunu, 2021-ci ilin aprel ayının ortalarında saat 17 radələrində yeməkxanada olarkən Muraz X1 yanından keçərkən stulu qabağa çəkməsini deyib boynundan şillə ilə 1 dəfə vurduğunu, əsgər Aqil İsmayılov ona etirazını bildirdikdə Təqsirləndirilən şəxs yenidən onun boynundan şillə ilə 2 dəfə vurduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində 02 may 2021ci ildə özü də daxil olmaqla postdan 4 əsgərin ad gününün qeyd edildiyini, saat 20:20 radələrində yeməkxanada yemək yeməyə başladıqlarını, həmin vaxt əsgər Aqil İsmayılovun olmadığını, Nümayəndə çağırsalar da gəlmədiyini, əsgərlərin gedib onu gətirdikdən bir az sonra da yeməkxanada əsəbiləşib çıxıb getdiyini, əsgər Faiq Xudaverdiyevin gedib onunla söhbət etdikdən sonra yeməkxanaya gəldiyini, əsgər Təqsirləndirilən şəxs Aqil İsmayılovu yeməkxanada xəmiri əlində oynatdığı üçün başının arxasından şillə ilə 2 dəfə vurduğunu gördüyünü, 03 may 2021-ci ildə 06:00-da “qalx” komandası verildikdən 20 dəqiqə sonra ayaqyoluna gedərkən Şahid6 müşahidədən qışqıraraq əsgər Aqil İsmayılovun özünü vurduğunu dediyini, müşahidə yerinə qalxdığını, ondan əvvəl əsgər Şahid12 oraya getdiyini, orada Nümayəndə hərəkətsiz vəziyyətdə arxası üstə yerdə uzandığını gördüyünü, Şahid6 Nümayəndə atəş açaraq özünü öldürdüyünü dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 ifadəsində “Qarabağ” postunda manqa komandiri vəzifəsində xidmət etdiyini, 2021-ci ilin mart ayının ortalarında əsgər Aqil İsmayılova evlərindən bağlama göndərildiyini, bağlamada bir ədəd qara rəngli fincan olduğunu, günortadan sonra saat 17 radələrində əsgər Şahid9 həmin fincanda ona çay gətirdiyini, yataqxanaya gələn Nümayəndə fincanında ona çay süzüldüyünü görüb fincanı götürüb apararaq ona başqa stəkanda çay gətirdiyini, Şahid9 bunun səbəbini soruşduqda onun stəkanında başqası içəndə iyrəndiyini dediyini, 02 may 2021-ci ildə postun 4 əsgərinə ad günü tədbiri keçirildiyini, saat 20 radələrində ad günü tədbiri ilə əlaqədar yemək yeməyə başladıqlarını, kiminsə Nümayəndə küsdüyünü dediyini, bundan sonra əsgərlərdən kiminsə gedib onu yeməkxanaya gətirdiyini, lakin Nümayəndə yemək yeməyərək oturduğunu, əlini stola çırparaq durub getdiyini gördüyünü, həmin vaxt əsgər Faiq Xudaverdiyevin Nümayəndə təkrar yeməkxanaya gətirdiyini, ona yemək çəkdiklərini, 03 may 2021-ci ildə saat 06:20 radələrində yataqxanada olarkən Aqil İsmayılovun özünü silahdan atəş açıb vurduğunu eşitdiyini, bu barədə tabor komandirinin müavininə məlumat verdikdən sonra hadisə baş verən yerə qaçdığını, Nümayəndə səngərin qumbaraatan sektoru tərəfində özünü ona təhkim edilmiş “AKM” markalı silahdan atəş açıb başından, qaşlarının arasından vuraraq öldürdüyünü, onun silahının dizləri üstünə düşdüyünü, hadisədən sonra əsgər Şahid1 əsgər Təqsirləndirilən şəxs Nümayəndə müxtəlif vaxtlarda döydüyünü eşitdiyini, əsgərlər döyüş növbətçiliyinə çıxarkən 4 ədəd maqazin verildiyini, maqazinlərin icazəsiz silahın üzərinə birləşdirilməsinə icazə verilmədiyini, maqazinlərin hamısı gödəkcənin üzərində sıra ilə olduğunu, həmişə 1-ci maqazinin silaha taxılmasına icazə verildiyinin, 1-ci maqazinin 1-ci gülləsi təlim mərmisi olduğunu, ancaq Nümayəndə silahının üzərində 2-ci maqazinin olduğunu eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində həmin postda manqa komandiri vəzifəsində xidmət etdiyini, əsgər Aqil İsmayılovun xidmətə münasibətinin yaxşı olduğunu, 02 may 2021-ci ildə saat 22-dən saat 24-dək Nümayəndə əsgər Şahid6lə döyüş növbətçiliyi xidmətində olduqlarını, saat 02-dək ayıq növbə xidmətində olmaqla bir saatdan bir dəyişilməklə yataqxananın mühafizəsini təşkil etdiklərini, saat 02-dən 04-dək yenidən onların döyüş növbətçiliyində xidmətdə olduqlarını, saat 06-dək bir saatdan bir dəyişilərək ayıq növbəni təşkil etdiklərini, saat 06-dan 08-dək yenidən Nümayəndəla Şahid6 döyüş növbətçiliyinə təyin edildiklərini, saat 06:20 radələrində yataqxanada olarkən əsgər Şahid6 qışqıraraq Aqil İsmayılovun özünü vurduğunu dediyini, tez müşahidə məntəqəsinə qaçdığını, çatanda Aqil İsmayılovun səngərdə avtomat silahdan atəş açıb özünü başından vurub öldürdüyünü, silahının dizləri üstünə düşdüyünü, başının arxasından qan axdığını, onun güllə ilə özünü hər iki qaşının ortasından vurduğunu gördüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində 2021-ci ilin mart ayının ortalarında əsgər Aqil İsmayılova evlərindən bağlama göndərildiyini, bağlamanın içərisində bir ədəd çay stəkanı olduğunu, əsgər Şahid9 həmin stəkanda manqa komandiri kiçik çavuş Şahid15 çay apardığını, Nümayəndə bunu gördükdə gedib stəkanı götürüb aparıb boşaldaraq Şahid15 başqa stəkanda çay verdiyini, əsgər Təqsirləndirilən şəxs bu səbəbdən yeməkxanada Nümayəndə başının arxasından şillə ilə 2 dəfə vuraraq “nə olar sənin stəkanında başqasına çay verəndə” dediyini, 2021-ci ilin mart ayının ortalarında saat 16 radələrində Şahid9 yaxşı xəmir yoğura bilmədiyi üçün Nümayəndə ona kömək etdiyini, Nümayəndə xəmiri kündələyəndən sonra atıb-tutmağa başladığını, həmin vaxt Təqsirləndirilən şəxs buna görə Nümayəndə hirslənərək onun başının arxasından şillə ilə 2 dəfə vurduğunu, 2021-ci ilin may ayının 02-dən 03-nə keçən gecə əsgərlər X10 Hacıyevin 2-ci növbə döyüş növbətçiliyinə təyin edildiklərini, həmin gün postun dörd əsgərinə ad günü tədbirinin keçirildiyini, saat 20-də özünün postdan yataqxanaya gəlib əlini yumaq üçün getdikdə Nümayəndə hamam tərəfdə siqaret çəkdiyini görüb ondan niyə şəxsi heyətə qoşulmamasını soruşduqda səsinin titrəyərək “sən get gəlirəm” dediyini, ondan nə olduğunu bir neçə dəfə soruşsa da heç nə demədiyini, sonra yeməkxanaya getdiklərini, oturub yemək yeməyə başladıqlarını, əsgərlər nə olmasını soruşduqda Nümayəndə heç nə demədən yumruğunu stola çırpıb yeməkxanadan bayıra çıxdığını, onun arxasınca əsgər Faiq Xudaverdiyevin də çölə çıxdığını, bir neçə dəqiqə sonra onun Nümayəndə içəri gətirdiyini, 03 may 2021-ci ildə saat 06-da Nümayəndəla əsgər Şahid6 gəlib onu postda dəyişdiklərini, yataqxanaya gəldikdən sonra “qalx” komandası verildiyini, bir qədər sonra səs-küy düşdüyünü, müşahidə məntəqəsi tərəfdən Şahid6 “İsmayılov özünü atəş açıb vurub, köməyə gəlin” deyə qışqıraraq dediyini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxsin hüquqi varisi Nümayəndə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmişdir. O ifadəsində oğlu Aqil İsmayılovun 16 may 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldığını, onun hərbi xidmətə getməsi ilə bağlı narazılığı olmadığını, öz istəyi ilə hərbi xidmətə yollandığını, Nümayəndə hərbi xidmətə Naxçıvan MR-da yerləşən hərbi hissədə başladığını, sonra Şərur rayonunun Havuş kəndində yerləşən hərbi hissəyə göndərildiyini, Aqil İsmayılovun hərbi xidmətə getdikdən sonra 2-3 gündən bir onunla və digər ailə üzvləri ilə mobil telefonla əlaqə saxladığını, bütün bu müddət ərzində hər hansı problemi olmasını və ya narahatçılığını bildirmədiyini, səhhətinin normal olduğunu, sonuncu dəfə Nümayəndə 01 may 2021-ci ildə zəng edib onunla və digər ailə üzvləri ilə danışdığını, danışıq zamanı 06 may 2021-ci ildə məzuniyyətə buraxılacağını, evə gələcəyini dediyini, danışıq zamanı hər zaman olduğu kimi heç nədən şikayətlənmədiyini, hər hansı problemi olmasını bildirmədiyini, əhval-ruhiyyəsinin qaydasında olduğunu, nə özünün, nə də başqa ailə üzvlərinin ona hər hansı məyusedici xəbər bildirmədiklərini, Nümayəndə xidmətdə olduğu müddətdə ona xidmət yerinin dəyişilməsini istəməsi barədə heç nə demədiyini, özünün ondan bu barədə soruşduqda şəraitin yaxşı olduğunu deyərək xidmət yerinin dəyişdirilməsindən imtina etdiyini, hər şeyin qaydasında olduğunu bildirdiyini, hər hansı problemi olmasını heç vaxt demədiyini, Nümayəndə hər hansı psixi xəstəliyinin olmadığını, onun hərbi xidmətə çağırılmazdan əvvəl özünə xəsarət yetirməsi, özünü öldürməyə cəhd etməsi hallarının baş vermədiyini, Nümayəndə hərbi xidmətə getməzdən əvvəl səhhətinin yaxşı olduğunu, heç nədən şikayətlənmədiyini, hər hansı dərman qəbul etmədiyini, nə ailələrində, nə də yaxın qohumları arasında intihara cəhd edənin, intihar edənin, psixi xəstəlikdən əziyyət çəkənin olmadığını, 03 may 2021-ci ildə komandirlərdən birinin ona zəng edərək oğlu Aqil İsmayılovun ölməsi xəbərini verdiyini göstərmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən iş üzrə Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmişdir. O ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 02 may 2021-ci ildə “Qarabağ” postunda 4 əsgərin ad günü tədbirinin keçirildiyini, 03 may 2021-ci ildə saat 06-da əsgər Aqil İsmayılovla müşahidə mövqeyinə xidmətə getdiklərini, Nümayəndə özünə təhkim olunmuş “AKM” markalı avtomat silahı və 4 ədəd dolu daraq götürdüyünü, Nümayəndə səngərdə marşrut üzrə hərəkət etməyə başladığını, 15 dəqiqə sonra müşahidə məntəqəsinin içərisində olarkən səngərdən bir atəş səsi eşidib İsmayılov deyə qışqıraraq çölə çıxıb həmin istiqamətə qaçdığını, səngərin sola dönən hissəsində Nümayəndə yerdə arxası üstə uzandığını gördüyünü, onun hərəkət etmədiyini, avtomat silahının ayaqlarının üstündə olduğunu, üstünə daraq birləşdirildiyini, onun alnında güllə yarası olduğunu, sifətinin qan olmasını gördüyünü, yanına getmədiyini, qorxub səngərlə yataqxanaya tərəf qaçaraq əsgər yataqxanası görünən yerdən qışqıraraq bu barədə dediyini, 2021-ci ilin aprel ayının sonlarında, saat 13 radələrində Nümayəndə yeməkxananın qapısından bayıra çıxmaq istəyərkən onun arxasınca bayıra çıxmaq istəyən əsgər Təqsirləndirilən şəxs Nümayəndə arxasından, arxa nahiyəsindən təpiklə bir dəfə vurduğunu, bir dəfə də yeməkxanada oturanda stullar divara yaxın olduğundan və Nümayəndə oturduğu stulu arxaya çəkdiyindən Təqsirləndirilən şəxs oradan keçə bilmədiyini, buna görə onun Nümayəndə başının arxasından şillə ilə vurduğunu, Nümayəndə əlini qaldırıb özünü qorumaq istəyəndə Təqsirləndirilən şəxs 1 dəfə də onu şillə ilə vurduğunu göstərmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən iş üzrə Şahid12 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmişdir. O ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 2021-ci ilin aprel ayının ortalarında günortadan sonra olduğunu, əsgər Aqil İsmayılovun yeməkxanada stulda oturduğunu, onun stulu arxaya əydiyini, əsgər Təqsirləndirilən şəxs onun yanından keçəndə başının arxasından şillə ilə vurub çəkilməsini dediyini, Nümayəndə da stulu qabağa çəkdiyini, 2021-ci ilin mart ayında əsgərlərdən yeməkxanada Nümayəndə xəmir kündəsini atıb tutduğu üçün Təqsirləndirilən şəxs onu şillə ilə vurduğunu eşitdiyini, lakin Təqsirləndirilən şəxs Nümayəndə necə vurduğunu bilmədiyini, 02 may 2021-ci ildə postda əsgərlərin ad günü tədbirinin keçirildiyini, saat 14-dən 16-dək Nümayəndəla əsgər Şahid6 posta xidmətə təyin edildiklərini, özünün saat 17:30 radələrində işini qurtarıb odun damına getdiyini, Təqsirləndirilən şəxs odun damında kabab bişirdiyini, sonra yemək yeməyə başladıqlarını, bir qədər sonra Nümayəndə kiminsə yeməkxanaya gətirdiyini, onun stulda otursa da yemək yemədiyini, bir neçə dəqiqə sonra çölə çıxdığını, əsgər Faiq Xudaverdiyevin onun arxasınca getdiyini, sonra Nümayəndə içəri gəldiyini, ona yemək çəksələr də könülsüz yediyini, 03 may 2021-ci ildə saat 06-dan 08-dək X10 Hacıyevin posta döyüş növbəsinə təyin edildiklərini, saat 06:20 radələrində Şahid6 müşahidədən qışqıraraq Aqil İsmayılovun özünü silahla vurduğunu dediyini, sonra müşahidəyə qaçdıqlarını, Nümayəndə qumbaraatan sektorunda arxası üstə yerdə uzandığını, üz-gözünün qana bulaşdığını, onun özünə təhkim edilmiş “AKM” markalı avtomat silahdan atəş açaraq özünü başından vurduğunu, silahının dizləri üzərində olduğunu gördüyünü göstərmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən iş üzrə Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmişdir. O ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində məhkəmə istintaqında şahid qismində dindirilmiş, 03 may 2020-ci ildə saat 06 radələrində əl-üzünü yumağa gedərkən müşahidə tərəfdən bir atəş səsi eşitdiyini, həmin vaxt müşahidədə xidmətdə olan əsgər Şahid6 “Qarabağ” deyə çağırdığını, əsgər Aqil İsmayılovun postda xidmətdə olarkən səngərdə avtomat silahdan atəş açaraq baş nahiyəsindən özünü vurub öldürdüyünü eşitdiyini, Nümayəndə əsgər Təqsirləndirilən şəxs onunla rəftarına görə özünü öldürdüyünü, çünki Təqsirləndirilən şəxs onunla postda yaxşı rəftar etmədiyini, onu tez-tez acıladığını, nalayiq ifadələr işlətdiyini, 2021-ci ilin aprel ayının ortalarında, saat 17 radələrində yeməkxanada M.X1 yanından keçərkən başından şillə ilə vurub “stulu çək keçim” dediyini, Nümayəndə əli ilə başını tutub “vurma başım ağrıyır” dediyini, buna görə Təqsirləndirilən şəxs təkrar onun başından şillə ilə 2 dəfə vurduğunu, 2021-ci ilin mart ayının ortalarında Nümayəndə evlərindən bağlama gəldiyini, bağlamanın içərisində “Berqa” yazılan qara rəngli mülki stəkan olduğunu, manqa komandiri kiçik çavuş Şahid15 həmin stəkanda çay aparılarkən Nümayəndə stəkanı başqa stəkanla dəyişdiyini, buna görə Təqsirləndirilən şəxs ona “stəkandır da nolacaq ki” deyib şillə ilə 2-3 dəfə başının arxasından vurduğunu, 2021-ci ilin mart ayının ortalarında Nümayəndə yeməkxanada xəmir yoğurub kündələyərkən xəmiri atıb-tutduğunu, bunu görən Təqsirləndirilən şəxs onun başının arxasından şillə ilə 2 dəfə vurub “bərəkətdir etmə” dediyini, 2021-ci ilin aprel ayının əvvəllərində saat 15 radələrində silah doldurub-boşaltma yerinin yanında dayanıb özünün əsgər Şahid3lə, Təqsirləndirilən şəxs əsgər Şahid12lə söhbət etdiyini, həmin vaxt orada dayanmış Nümayəndə onların söhbətinə müdaxilə etdiyini, buna görə Təqsirləndirilən şəxs onun başından şillə ilə vurduğunu, Nümayəndə da ona “vurma başım ağrıyır” dediyini göstərmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən şahidlər Şahid7 və Şahid9 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri məhkəmə istintaqında elan olunaraq tədqiq edildi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini özünü müdafiə xarakterli, işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Belə ki, iş üzrə məhkəmə istintaqında dinlənilmiş və elan edilərək tədqiq edilmiş şahid ifadələri, o cümlədən məhkəmə-tibbi, məhkəmə-ballistik, məhkəmə-daktiloskopik, məhkəmə-trasoloji, məhkəmə-ambulator psixiatrik, məhkəmə-psixoloji, komisiyon məhkəmə-psixoloji ekspertizalarının rəyləri ilə və iş üzrə digər zəruri sənədlərlə onun ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirliliyi tam sübuta yetirir. Cinayət işinin 4-cü cildinin 173-177-ci vərəqələrinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 03 may 2021-ci il tarixli, 01 №-li ekspert rəyində mərhum A.Nümayəndə meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda “giriş dəliyi qaşarası nahiyədə, çıxış dəliyi başın təpə-ənsə nahiyəsində olan, yara kanalı boyunca başın yumşaq toxumalarının geniş həcmdə zədələnmələri, üz skeleti və kəlləni təşkil edən sümüklərin çoxsaylı, qəlpəli və xətti, defektli sınıqları, baş beyinin bütün paylarının əzilib dağılması ilə müşayiət olunan, öndən-arxaya istiqamətli başın bir ədəd dəlib-keçən yarası” xəsarətinin olduğu, qeyd edilən xəsarətin həyati olduğu, A.Nümayəndə ölümündən az əvvəl patronu mis tərkibli mərmi (güllə) ilə doldurulmuş, odlu silahdan açılmış bir atəş nəticəsində törəndiyi, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid olub, hazırki hadisədə ölümlə nəticələndiyi, tibbi-kriminalistik laboratoriyanın 24/tkb nömrəli, xx.xx.2021-ci il tarixli müayinə aktından göründüyü kimi dəri və sümük parçalarının üzərinə his hissəciklərinin hopmasını nəzərə alaraq, yaranın odlu silah güllə yaralanmasının giriş yarası kimi qiymətləndirildiyi, yaranın patronu mis tərkibli mərmi (güllə) ilə doldurulmuş odlu silahdan, atəşin əlavə faktorlarının təsir etdiyi yaxın məsafənin birinci zonasından (dirənmiş vəziyyətdən 5 sm-dək məsafə hüdudunda) açılmış atəş (atəşlər) nəticəsində törənməyə uyğun gəldiyi, təqdim edilmiş dəri parçasının üzərində olan yara kənari xarakterli olduğundan, yara kənarında tam büruzə olunan sıyrıq və çirklənmə həlqələri olmadığından odlu silahın kalibri haqqında fikir söyləməyin mümkün olmadığı, çıxış yarası baş geyimi ilə örtülü nahiyə olduğundan odlu silahın kalibrinin təyinində hadisə vaxtı A.Nümayəndə əynində baş geyimi olmuşdursa həmin paltarın kriminalistik tədqiqatının əhəmiyyət kəsb edə biləcəyi, A.Nümayəndə ölümünə səbəb kəllə və üz skeleti sümüklərinin çoxqəlpəli və xətti, defektli sınıqları ilə müşayiət olunan baş beyinin geniş həcmdə əzilib dağılması olduğu, ilkin meyit əlamətlərinin inkişaf dinamikasına əsasən ölümün A.Nümayəndə meyitinin xarici müayinəsindən 6-8 saat əvvəl baş verdiyi, A.Nümayəndə meyitinin xarici və daxili müayinəsinə, odlu silah güllə yaralanmasının giriş dəliyinin yerləşdiyi nahiyəyə və xüsusiyyətlərinə, tibbi kriminalistik müayinənin nəticələrinə əsasən hadisənin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna edilmədiyi, A.Nümayəndə məhkəmə-tibbi müayinəsi zamanı sol dirsək nahiyəsində aşkar olunan sıyrığın bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, müddətinin şəxsin ölümündən 7-11 gün əvvəl törənməyə uyğun gəldiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı, ölümlə səbəbli əlaqəsinin olmadığı, bədən səthində digər hər hansı xəsarət və ya xəsarət izləri, o cümlədən əlbəyaxa mübarizəyə və zorakı öldürülməyə xarakterik xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı, məhkəmə kimyəvi müayinə aktından göründüyü kimi A.Nümayəndə meyitindən götürülmüş qanda etil spirti, narkotik vasitələr, psixotrop, güclü təsiredici və zəhərləyici maddələrin aşkar olunmadığı, məhkəmə-tibbi bioloji müayinə aktından göründüyü kimi A.Nümayəndə meyitinin düz bağırsaq möhtəviyyatından hopdurularaq götürülmüş tamponun məhkəmətibbi bioloji müayinəsi zamanı tampon üzərində (düz bağırsaqdan götürülmüş) spermatozoidlərin aşkar olunmadığı, ekspertizaya təqdim edilmiş fotoşəkillərdən birində müşahidə olunan sol qaşaltı nahiyənin şişkinliyi və sol gözaltı nahiyənin qırmızımtıl rəngli ləkəsinin xüsusiyyətləri dəqiq görünmədiyindən onların xəsarət olub-olmaması barədə fikir söyləməyin mümkün olmadığı, ümumiyyətlə “şişkinlik” və “ləkə”nin məhkəmə təbabətində xəsarət kimi qiymətləndirilmədiyi göstərilmişdir. Cinayət işinin 4-cü cildinin 30-33-cü vərəqələrinə əlavə edilmiş məhkəmə-ballistik ekspertizası təyin edilmiş, 31 may 2021-ci il tarixli 107 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş silahın 7,62 mm kalibrli olmaqla 1963-cü ildə zavod üsulu ilə istehsal edilmiş, «ДT 5504» seriya və nömrəli «AKM» konstruksiyalı, yivli avtomatik tüfəng olduğu, odlu döyüş silahı hesab edildiyi, saz olmaqla atəş açmaq üçün yararlı olduğu, çaxmağının döyüş bölməsindən çıxması üçün tətiyinə normal hesab edilən qüvvənin (1,8-2 kQ) sərf olunduğu, həmin silahın tətiyini çəkmədən ondan öz-özünə atəşin açılmasının mümkün olmadığı, tədqiqata təqdim edilmiş bir ədəd gilizin 1943-cü il nümunəli olmaqla zavod üsulu ilə istehsal edilmiş «AK-47», «AKC-47», «AKM», «AKMC» konstruksiyalı avtomat silahlarda, «PПК», «PПКC» əl pulemyotlarında, «CKC» karabinlərində və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 7,62 mm kalibrli patronun hissəsi-gilizi olduğu, tədqiqat obyekti qismində təqdim edilmiş bir ədəd gilizin «ДT 5504» seriya və nömrəli «AKM» konstruksiyalı avtomat silahdan atıldığı, tədqiqata təqdim edilmiş bir ədəd patronun 7,62 mm kalibrli 1943-cü il nümunəli olmaqla zavod üsulu ilə istehsal edilmiş «AK-47», «AKC-47», «AKM», «AKMC» konstruksiyalı avtomat silahlarda, «PПК», «PПКC» əl pulemyotlarında, «CKC» karabinlərində və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı olduğu, tədqiqata təqdim edilmiş bir ədəd patronun səthindəki mexaniki zədələrin silah detallarının izləri (vurucunun izi, əksetdiricinin izi, sandıqça bükülmələrinin izi və.s) olmaqla zəruri əlamətlərə malik olmamaları səbəbindən eyniləşdirmə tədqiqatı üçün yararsız olduqları, həmin izlərin tədqiqata təqdim olunmuş «ДT 5504» seriya və nömrəli «AKM» konstruksiyalı avtomat tüfəngin detallarından qalmağa xarakterik olduğunu müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Cinayət işinin 4-cü cildinin 35-37-ci vərəqələrinə əlavə edilmiş, məhkəmə-ballistik ekspertizasının 31 may 2021-ci il tarixli 113 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş bir ədəd hərbi yun papağın üzərində olan «a» zədəsinin formasını, ölçüsünü, morfoloji quruluşunu, zədə kənarlarının xüsusiyyətlərini, zədə kənarlarında atəşin əlavə faktorları olan mis metalı və his izinin aşkar olunmamasını, həmçinin bir neçə ədəd tam yanmamış tüstüsüz barıt hissəciyinin aşkar olunmasını əsas götürməklə həmin zədənin odlu silahdan açılmış bir atəş nəticəsində yetirilməyə xarakterik çıxış zədəsi olduğu, müvafiq giriş zədəsi olmadığından atəşin məsafə və istiqamətini, eləcə də çıxış zədəsinin zəruri əlamətlərə malik olmaması səbəbindən zədəni yaratmış mərminin-güllənin diametrini (kalibrini) müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Cinayət işinin 3-cü cildinin 34-35-ci vərəqələrinə əlavə edilmiş məhkəmədaktiloskopik ekspertizasının 20 may 2021-ci il tarixli 106 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş «AKM» markalı silahın və darağın səthində aşkar edilmiş papilyar naxış izləri yayıldığından, tam və aydın əks olunmadığından, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsız olduğu, tədqiqata təqdim edilmiş «AKM» markalı silahın və darağın səthində əks olunmuş papilyar naxış izləri şəxsiyyəti eyniləşdirmə tədqiqatı üçün yararsız olduğundan, A.Nümayəndə adına olan daktiloxəritəyə köçürülmüş 10 ədəd əl-barmaq və ovuc izlərinin tədqiqatının aparılmadığı göstərilmişdir. Cinayət işinin 4-cü cildinin 8-11-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, 25 may 2021-ci il tarixli, 108 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş mərhum Aqil İsmayılova məxsus şalvarın və isti alt tumanının üzərində olan zədələrin istismar prosesində yaranmağa xarakterik olduğu, mərhum Aqil İsmayılova məxsus paltarların (N ədəd qış səhra gödəkcəsinin, N ədəd kitelin, N ədəd sviterin, N ədəd uzunqol maykanın, 1 cüt çəkmənin və 1 cüt corabın) üzərində isə gözlə görünən heç bir zədə olmadığı göstərilmişdir. Cinayət işinin 4-cü cildinin 20-23-cü vərəqələrinə əlavə edilmiş məhkəmə-ambulator psixiatrik ekspertizasının 28 may 2021-ci il tarixli 37 №-li ekspert rəyində X3 nevrotik reaksiyanın müşahidə olunduğu, onda olan nevrotik reaksiyanın hərbi xidmət dövründə yarandığı, A.Nümayəndə olan nevrotik reaksiyanın onun 03 may 2021-ci il tarixdə odlu silahdan atəş açıb özünü öldürərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək imkanından məhrum etmədiyi, A.Nümayəndə müşahidə olunan nevrotik reaksiyanın psixi sarsıntı və ya stres amilinin təsiri nəticəsində yarandığı, A.Nümayəndə özünü öldürərkən anlaqlı olduğu göstərilmişdir. Cinayət işinin 4-cü cildinin 205-211-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-psixoloji ekspertizasının 11 iyun 2021-ci il tarixli, 138 №-li ekspert rəyində X4 fərdi-psixi xüsusiyyətlərində onun özünü öldürməsində təzahür etmiş olan bəzi psixogen-depressiv reaksiya əlamətlərinin müşahidə olunduğu, A.Nümayəndə özünü öldürməzdən əvvəlki dövrdə emosional gərginlik halını keçirdiyi, həmin halın yaranma səbəblərinin rəyin tədqiqat prosesinin təsviri hissəsində təhlil edildiyi, A.Nümayəndə özünü öldürməzdən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının əsgər Təqsirləndirilən şəxs ona qarşı alçaldıcı sözlər işlətməsi, mütəmadi olaraq döyməsi, təhqiramiz ifadələr, nizamnamədən kənar, həmçinin rəyin tədqiqi hissəsində göstərilən hərəkətlərə yol verməsi ilə səbəbli-nəticə əlaqəsində olduğu, A.Nümayəndə özünü öldürməzdən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının yaranması X5, Şahid10, Şahid13, Şahid12, Şahid8 hərəkətləri, eləcə də onun hərbi xidmətə münasibəti, hərbi xidmətin çətinlikləri ilə səbəbli-nəticə əlaqəsində olmadığı göstərilmişdir. Cinayət işinin 4-cü cildinin 91-97-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-psixoloji ekspertizasının 26 iyul 2021-ci il tarixli 45 №-li ekspert rəyində X4 fərdi-psixi xüsusiyyətlərində onun özünü öldürməsində təzahür etmiş olan bəzi psixogen-depressiv və nevrotik reaksiya əlamətlərinin müəyyən olunduğu, A.Nümayəndə özünü öldürməzdən əvvəlki dövrdə emosional gərginlik halını keçirdiyi, həmin halın yaranma səbəblərinin rəyin tədqiqi hissəsində təhlil edildiyi, A.Nümayəndə özünü öldürməzdən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının yaranmasının Təqsirləndirilən şəxs mütəmadi olaraq onu döyməsi və hadisədən bir neçə saat əvvəl də sifətindən şillə ilə vurub ona qarşı nalayiq ifadələr işlətməsi ilə şərtləndiyi, A.Nümayəndə özünü öldürməzdən əvvəl keçirmiş olduğu emosional halın yaranmasının onun hərbi xidmətə münasibəti və mövqedə xidmətin çətinlikləri, o cümlədən X5, Şahid10, Şahid13, Şahid12, Şahid8 və Şahid2 ona qarşı etdikləri hərəkətlər ilə səbəbli-nəticə əlaqəsində olmadığı göstərilmişdir. Cinayət işinin 6-cı cildinin 167-173-cü vərəqələrinə əlavə edilmiş komisyon məhkəmə-psixoloji ekspertizasının 12 avqust 2021-ci il tarixli 11/296 №-li ekspert rəyində X4 özünü öldürməzdən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan emosional gərginlik halında olduğu, həmin halın yaranma səbəblərinin rəyin tədqiqi hissəsində təhlil edildiyi, A.Nümayəndə ölümündən əvvəlki dövrdə emosional gərginlik halının yaranmasının əsgər Təqsirləndirilən şəxs mütəmadi olaraq onu döyməsi və hadisədən bir neçə saat əvvəl də sifətinə şillə ilə vurub ona qarşı nalayiq ifadələr işlətməsi ilə şərtləndiyi, A.Nümayəndə özünü öldürməzdən əvvəl keçirmiş olduğu emosional halın yaranmasının onun hərbi xidmətə münasibəti və hərbi xidmətin çətinlikləri, həmçinin X5, Şahid10, Şahid13, Şahid12, Şahid8 və Şahid2 ona qarşı etdikləri hərəkətlər ilə səbəbli-nəticə əlaqəsində olmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 201-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissənin hərbi-həkim komissiyasının 17 may 2021-ci il tarixli 1545 №-li arayışında Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 3-cü cildinin 16-cı vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 93-cü və 99-cu vərəqələrinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə Təqsirləndirilən şəxs və mərhum əsgər X8 müsbət xarakterizə olunmuşlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışması, zərər çəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmadığını, xidmət müddəti müsbət xarakterizə edilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlər ağır cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəlini 12 iyun 2021-ci il tarixdən hesablamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan N №-li hərbi hissəyə məsul saxlanca verilmiş bir ədəd “DT 5504” seriya və nömrəli “AKM” markalı avtomat silah, N ədəd vurucu hissəsində 270/74 rəqəmləri həkk olunmuş patron, N ədəd daraq, həmin hərbi hissənin istifadəsinə verilməli, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan N ədəd vurucu hissəsində 270/74 rəqəmləri həkk olunmuş 1ədəd giliz, N ədəd hərbi yun papaq, N ədəd şalvar, N ədəd isti alt tumanı, N ədəd qış səhra gödəkcəsi, N ədəd kitel, N ədəd sviter, N ədəd uzunqol mayka, 1 cüt çəkmə, 1 cüt corab istifadəyə yararsız olduğundan məhv edilməlidir. İş üzrə məhkəmə-psixoloji ekspertizanın keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat, komisyon məhkəmə-psixoloji ekspertizanın keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. Cinayət işi üzrə 9 (doqquz) ədəd CD cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 12 iyun 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan N №-li hərbi hissəyə məsul saxlanca verilmiş bir ədəd “DT 5504” seriya və nömrəli “AKM” markalı avtomat silah, N ədəd vurucu hissəsində 270/74 rəqəmləri həkk olunmuş patron, N ədəd daraq, həmin hərbi hissənin istifadəsinə verilsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan N ədəd vurucu hissəsində 270/74 rəqəmləri həkk olunmuş 1ədəd giliz, N ədəd hərbi yun papaq, N ədəd şalvar, N ədəd isti alt tumanı, N ədəd qış səhra gödəkcəsi, N ədəd kitel, N ədəd sviter, N ədəd uzunqol mayka, 1 cüt çəkmə, 1 cüt corab istifadəyə yararsız olduğundan məhv edilsin. İş üzrə məhkəmə-psixoloji ekspertizası tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat, komisyon məhkəmə-psixoloji ekspertizası tədqiqatın dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə 9 (doqquz) ədəd CD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlham İbrahimov Hakimlər: Səxavət Hüseynov Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar