Məhkəmə qərarları › İş №1-1(092)-18/2022

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-18/2022

23.06.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-18/2022 23.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X5 oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1996-cı ildə Xanlar rayonunun Balçılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, Göygöl rayonunun Balçılı kəndində yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla, N №-li hərbi hissənin yataqxanasında yaşayan, N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun 11-ci bölüyünün 3-cü motoatıcı taqımının komandiri vəzifəsində xidmət etmiş, halhazırda N №-li hərbi hissə komandirinin sərəncamında olan, 14 aprel 2022-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə qarşı silah tətbiq etməklə və təkrarən zor tətbiq etmişdir. Belə ki, o, N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun 11-ci bölüyünün 3-cü motoatıcı taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edərkən 2021-ci ilin oktyabr ayının ortalarında saat 19 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid5lə yüksək səslə danışıb mübahisə etdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərini pozaraq yataqxanada əlləri ilə əsgər Zərərçəkmiş şəxs boğazından tutaraq boğub yerə yıxmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2021-ci ilin oktyabr ayının 27-də saat 21 radələrində əsgər Zərərçəkmiş şəxs ona xəstə olmasını bildirib onun tibb məntəqəsinə göndərilməsini istədikdə əli ilə əsgər Zərərçəkmiş şəxs sinə nahiyəsindən hərarətini yoxlamış, əsgər Zərərçəkmiş şəxs hərarətinin olmadığını görüb Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərini pozaraq yataqxanada onun sviterinin boğaz hissəsindən tutaraq silkələyib boğazına yumruq zərbələri vurmaqla, bir qədər sonra yataqxananın qapısında eyni səbəbdən əsgər Zərərçəkmiş şəxs arxadan ombasına bir təpik zərbəsi vurmaqla və ona qarşı nalayiq ifadələr işlətməklə, həmçinin 2021-ci ilin oktyabr ayının 28-də saat 06 radələrində yataqxanada «qalx» komandası vaxtı əsgər Zərərçəkmiş şəxs çarpayısından durmadığı üçün onun sağ böyrünə bir təpik zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2021-ci ilin dekabr ayının əvvəllərində saat 10 radələrində ona məxsus dəmir möhürü götürməsindən şübhələndiyindən döyüş növbəsindən qayıdan əsgər Zərərçəkmiş şəxs silahını götürüb onun yanına gəlməsini tapşırmış, Zərərçəkmiş şəxs gəldikdə onu postun ərazisində yerləşən dəmir yolu xəttinin yanına aparmış, orada psixi təsir göstərməklə möhürün yerini öyrənmək məqsədilə əsgər Zərərçəkmiş şəxs təhkim edilmiş «BP 2032» nömrəli «AKM» markalı avtomat silahı ondan alaraq əvvəlcədən silah otağından götürdüyü patronla dolu darağı silaha birləşdirib qoruyucunu açmış, çaxmaq çərçivəsini geri çəkib buraxmaqla patron yuvasına patron yeridərək silahı doldurub atəşə hazır vəziyyətə gətirmiş, silahı döyüş vəziyyətində əlində saxlamış, əsgər Zərərçəkmiş şəxs möhürün yerini öyrənmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərini pozaraq israrla möhürün yerini deməsini tələb etmiş, onu qorxutmaqla həyacanlandırıb ağlatmış, ona psixi təsir və təzyiq göstərməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı silah tətbiq etməklə təkrarən zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.4-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində 2021-ci ilin oktyabr ayının ortalarında manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid5 ona müşahidə məntəqəsində siqaret külü gördüyünü, oradakı telefon aparatının altından siqaret kötüyü tapdığını, həmin vaxt döyüş növbəsində əsgər Zərərçəkmiş şəxs olduğu üçün onun siqaret çəkməsindən şübhələndiyini dediyini, həmin gün saat 19 radələrində yataqxanada kiçik çavuş Şahid5lə əsgər Zərərçəkmiş şəxs buna görə mübahisə etdiklərini, onların bir-biri ilə qışqıraraq danışdıqlarını, özünün Zərərçəkmiş şəxs bir neçə dəfə sakitləşməsini, sakit dayanmasını dediyini, lakin onun əhəmiyyət vermədiyini, Zərərçəkmiş şəxs hərəkətinə əsəbləşib ona yaxınlaşaraq boğazından əlləri ilə tutub sıxaraq yerə yıxdığını, sonra özünün də onun üzərinə yıxıldığını, yerə yıxıldıqdan sonra Şahid5 onu əsgər Zərərçəkmiş şəxs araladığını, ayağa qalxdığını, sonra əsgər Zərərçəkmiş şəxs da ayağa qalxdığını, həmin gün əsgər Zərərçəkmiş şəxs qarşı əlavə heç bir zorakı hərəkətlərə yol vermədiyini, 2021-ci ilin oktyabr ayının 27-də əsgər Zərərçəkmiş şəxs postda xidmətdən qayıtdıqdan sonra saat 21 radələrində yataqxanaya gəldiyini, ona hərarətinin olduğunu, özünü narahat hiss etdiyini dediyini, əlini onun boğazına yaxınlaşdırıb arxa hissəsi ilə hərarətini yoxladıqda onun hərarətinin olmadığını gördüyünü, bundan sonra əsgər Zərərçəkmiş şəxs “ayıltmaq, özünə gətirmək üçün” onun sviterinin boğazından yapışıb onu bir neçə dəfə möhkəm silkələdiyini, sviterinin boğazından tutub silkələyərkən yumruğunun 2-3 dəfə onun boğazına dəydiyini, sonra Zərərçəkmiş şəxs isti çay içməsini, istirahət etməsini dediyini, həmin vaxt onun hərarəti olmadığından onu tibb məntəqəsinə göndərmədiyini, bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs ona yenidən yaxınlaşıb onu tibb məntəqəsinə göndərməsini dedikdə yataqxananın qapısını açdırdığını, Zərərçəkmiş şəxs ombasına 1 dəfə təpiklə vuraraq nalayiq sözlərlə “s....r tibb məntəqəsinə get” dediyini, bundan başqa 28 oktyabr 2021-ci ildə saat 06-da “qalx” komandasının verildiyini, lakin Zərərçəkmiş şəxs yuxudan həmişə olduğu kimi gec qalxdığını görüb onun çarpayısının yanına getdiyini, bir neçə dəfə ona “qalx” komandası verdiyini, onun oyanmadığını görüb çarpayısına bir dəfə təpiklə vurduğunu və bu zaman təpiyinin əsgər Zərərçəkmiş şəxs sağ böyrünə dəydiyini, bundan başqa 2021-ci ilin dekabr ayının əvvəllərində ona təhkim olunmuş metal möhürün itdiyini, mövqenin şəxsi heyəti ilə birlikdə bir gün səhərdən axşama qədər möhürü axtarsalar da tapa bilmədiklərini, əsgər Zərərçəkmiş şəxs digər əsgərlər kimi möhürün axtarılmasına can yandırmadığını, onun möhürün kiminsə tərəfindən ayaqyoluna atıla biləcəyinə dair fikir irəli sürməsindən sonra möhürü onun götürməsindən şübhələndiyini, sabahısı gün saat 10 radələrində əsgər Zərərçəkmiş şəxs döyüş növbəsindən düşəndə yanına çağırdığını, Zərərçəkmiş şəxs onun yanına gələndə ona gedib silahını da götürüb gəlməsini dediyini, özünün əvvəlcədən silah otağından bir ədəd dolu avtomat darağı götürdüyünü, Zərərçəkmiş şəxs onun yanına qayıtdıqdan sonra postun ərazisində olan dəmir yoluna tərəf getdiklərini, yolda olan zaman Zərərçəkmiş şəxs “AKM” markalı silahını ondan alıb özündə olan dolu avtomat darağını silaha taxıb qoruyucunu açaraq çaxmaq çərçivəsini geri çəkib buraxmaqla silahı doldurduğunu, silahı əlində üzü aşağıya doğru döyüşə vəziyyətində saxladığını, təqribən yataqxanadan 100 metr ayrıldıqdan sonra dayandıqlarını, orada əsgər Zərərçəkmiş şəxs möhürün itməsinin onun üçün biabırçılıq olduğunu, bunu bir zabit kimi qəbul edə bilmədiyini, zabit üçün çox alçaldıcı bir şey, zabit şərəfini ləkələyən hadisə, ölümdən də betər olduğunu dediyini, lakin nə qədər söhbət etsə də əsgər Zərərçəkmiş şəxs möhürü götürməsini etiraf etmədiyini, bir qədər sonra kiçik çavuş Şahid5 onların yanına gələrək silahı ondan alıb apardığını, sonra onların da yataqxanaya tərəf getməyə başladıqlarını, bu zaman kiçik çavuş Şahid5 ayaqyolunu qazdığını gördüklərini, əsgər Zərərçəkmiş şəxs “gedib kiçik çavuş Şahid5 kömək edək” dediyini, bundan sonra özünün ayaqyolunun çuxurunu qazdığını və möhürü ayaqyolundan tapdıqlarını, əsgər Zərərçəkmiş şəxsla söhbət edərkən silahın əlində olmasına baxmayaraq lüləsini Zərərçəkmiş şəxs tərəf tutmadığını, məqsədinin onu qorxutmaq olduğunu, başqa hər hansı məqsədinin olmadığını, əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməllərindən peşiman olduğunu, ondan üzr istəyərək onunla barışdığını, 4 illik zabitlik fəaliyyəti ərzində heç kəsə qarşı bu cürə hərəkətlərə yol vermədiyini bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş, N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun 11-ci bölüyünün 3-cü motoatıcı taqımının 1-ci manqasında atıcı-sanitar vəzifəsində şərti adı “Ağdam” olan mövqedə xidmət etmiş əsgər Zərərçəkmiş şəxs verdiyi ifadəsində 2021-ci ilin oktyabr ayının ortalarında manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid5 müşahidə məntəqəsini yoxlayarkən oradan siqaret kötüyü və külü aşkar etdiyini, siqareti onun çəkməsindən şübhələndiyini, kiçik çavuş Şahid5 onunla bu barədə söhbət etdiyini, söhbət zamanı Şahid5 onun orada siqaret çəkmədiyini dediyini, bunun üzərinə kiçik çavuş Şahid5 müşahidə məntəqəsində siqaret çəkənin ünvanına söyüş söydüyünü, həmin gün saat 19 radələrində yataqxanada müşahidə məntəqəsində kimin siqaret çəkməsinin yenə də müzakirə edildiyini, bu zaman kiçik çavuş Şahid5 ona müşahidə məntəqəsində siqaret çəkənin o olduğunu bildirdiyini, müşahidə məntəqəsində siqaret çəkənin ünvanına daha əvvəl söyüş söyüldüyündən, kiçik çavuş Şahid5 bu sözlərinə əsəbləşdiyini və Şahid5 uca səslə cavab verdikdə tağım komandiri baş leytenant Təqsirləndirilən şəxs onun üzərinə gələrək boğazından əlləri ilə tutub sıxıb boğaraq onu yerə yıxdığını, yerə yıxılanda baş leytenant Təqsirləndirilən şəxs də onun üzərinə yıxıldığını, kiçik çavuş Şahid5 baş leytenant Təqsirləndirilən şəxs ondan araladığını, onun bir daha özündən yüksək rütbəli şəxslə uca səslə danışmamağı deyib çıxıb getdiyini, bundan başqa 2021-ci ilin oktyabr ayının 27-də saat 18-dən 20-dək əsgər Şahid1la döyüş növbəsində olarkən özünü pis hiss etdiyini, bir dəfə ayağının büdrədiyini və yerə yıxıldığını, xidmət vaxtı başa çatdıqdan sonra yataqxanaya getdiyini və baş leytenant Təqsirləndirilən şəxs özünü pis hiss etməsini, onun tibb məntəqəsinə göndərilməsini, sabahısı gün mövqeyə yoxlama gələrkən onda nöqsan aşkar olunmasını istəmədiyini dediyini, bundan sonra baş leytenant Təqsirləndirilən şəxs onun hərarətini yoxlamaq üçün əlini boynuna saldığını, bu zaman Qarazadənin əli soyuq olduğundan özünün biraz arxaya çəkildiyini, bu zaman baş leytenant Təqsirləndirilən şəxs onun sviterinin yaxasından tutub möhkəm silkələdiyini və bu zaman yumruğu ilə 3-4 dəfə onun boğazından vurduğunu, həmin vaxt hərarəti olmasa da, özünü yaxşı hiss etmədiyini, keçib sobanın yanında oturduğunu, 5-10 dəqiqə sonra yataqxanada yenə baş leytenant Təqsirləndirilən şəxs yaxınlaşıb onu tibb məntəqəsinə göndərməsini dedikdə baş leytenant Təqsirləndirilən şəxs yataqxananın qapısını açaraq onun arxa tərəfindən sağ ombasına 1 dəfə təpiklə vurub nalayiq sözlərlə tibb məntəqəsinə getməsini dediyini, Təqsirləndirilən şəxs həmin gecə onu xidmətdən azad etdiyini, özünün sobanın yanında oturaraq isti çay içdiyini, demək olar ki həmin gecə ağrıdığından yatmadığını, səhərə yaxın təqribən saat 5 radələrində yatdığından 28 oktyabr 2021-ci ildə saat 06-da “qalx” komandasının verilən zaman yerindən qalxa bilmədiyini, yuxudan oyanıb yerində bir neçə saniyə oturduqdan sonra yenidən mürgülədiyini, bu zaman baş leytenant Təqsirləndirilən şəxs ona yaxınlaşıb sağ böyründən təpiklə 1 dəfə vuraraq niyə vaxtında hamı kimi yerindən durmadığını dediyini, bundan sonra ayağa qalxaraq xidməti ilə məşğul olmağa başladığını, bundan başqa 2021-ci ilin dekabr ayının əvvəllərində baş leytenant Təqsirləndirilən şəxs dəmir möhürünün itdiyini, baş leytenant Təqsirləndirilən şəxs ondan şübhələndiyini, həmin gün əsgər Şahid6la saat 08-dən 10-dək döyüş növbəsində olduqlarını, saat 10 radələrində xidməti başa vurduqdan sonra yataqxanaya gedəndə baş leytenant Təqsirləndirilən şəxs onu yanına çağırdığını, qoruyucu jiletini və silahını yerə qoyub onun yanına getdiyini, baş leytenant Təqsirləndirilən şəxs də ona nə üçün yanına elə getdiyini deyib gedib silahını da götürüb yanına qayıtmasını tapşırdığını, silahını gedib götürdükdən sonra baş leytenant Təqsirləndirilən şəxs yanına qayıtdığını, sonra baş leytenant Təqsirləndirilən şəxs ilə birlikdə dəmir yolu istiqamətində getməyə başladıqlarını, yolda baş leytenant Təqsirləndirilən şəxs ondan silahını istəyib aldığını, baş leytenant Təqsirləndirilən şəxs silahını verdikdən sonra onun özündə olan dolu darağı silaha birləşdirib qoruyucunu açıb çaxmaq çərçivəsini geri çəkib buraxmaqla silahı doldurduğunu, postdan biraz aralandıqdan sonra dayandıqlarını və Təqsirləndirilən şəxs itmiş möhürü barəsində söhbət etdiklərini, söhbət zamanı Təqsirləndirilən şəxs israrla möhürü onun götürdüyünü bildirdiyini, möhürün itməsinin onun üçün biabırçılıq olduğunu, bunu bir zabit kimi qəbul edə bilmədiyini, zabit üçün çox alçaldıcı bir şey, zabit şərəfini ləkələyən hadisə, ölümdən də betər olduğunu, möhürün itməsinin onun sonu olduğunu dediyini bundan sonra baş leytenant Təqsirləndirilən şəxs möhürdən xəbərinin olmadığını dediyini lakin baş leytenantın ona inanmadığını və sözlərini dəfələrlə təkrar etdiyini, bu zaman baş leytenant Təqsirləndirilən şəxs əlində olan silahla onu vurub öldürəcəyindən qorxaraq ağlamağa başladığını, Təqsirləndirilən şəxs əlində olan silahı ona tərəf yönəltmədiyini, silahın lüləsinin üzü aşağı vəziyyətdə saxlanıldığını, bir neçə dəqiqədən sonra kiçik çavuş Şahid5 onların yanına gəldiyini və silahı baş leytenant Təqsirləndirilən şəxs əlindən aldığını, sonra onun silahı götürüb getdiyini, baş leytenant Təqsirləndirilən şəxs telefonunu ona verib möhürün yerini yazmasını dediyini, ona bir daha möhürün yerini bilmədiyini dediyini, bir neçə dəqiqə sonra onunla yataqxanaya tərəf gedəndə kiçik çavuş Şahid5 ayaqyolunu qazdığını gördüklərini, baş leytenant Təqsirləndirilən şəxs gedib Şahid5 kömək etmələrini dediyini, ayaqyolunu bir qədər qazdıqdan sonra möhürü tapdıqlarını, baş leytenant Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlərə görə ondan üzr istədiyini, özünün onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, baş leytenant Təqsirləndirilən şəxs normalda çox yaxşı insan olduğunu, bir zabit kimi əsgərlərinə daim qayğı göstərdiyini, hətda özünün şərti adı “Ağdam” olan mövqeyə yeni getdiyi zaman forması xarab olduğundan baş leytenant Təqsirləndirilən şəxs özünə məxsus hərbi formanı ona verdiyini, baş leytenant Təqsirləndirilən şəxs bundan əvvəl nə onunla, nə də digər əsgərlərə pis rəftar etmədiyini bildirərək, baş leytenant Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun 11-ci bölüyünün 3-cü motoatıcı taqımının 1-ci manqasında baş-atıcı vəzifəsində şərti adı “Ağdam” olan mövqedə xidmət edən əsgər Şahid4 verdiyi ifadəsində 2021-ci ilin oktyabr ayının ortalarında yataqxananın qapısının qarşısında əsgər Zərərçəkmiş şəxs MAHHXHQ-su kiçik çavuş Şahid5lə yüksək səslə danışdığını, onların müşahidə məntəqəsində siqaret çəkilməsi ilə bağlı mübahisə etdiyini, baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sakit danışmasını dediyini, lakin əsgər Zərərçəkmiş şəxs sakitləşmədiyini, baş leytenant Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs boğazından tutub onu əlləri ilə boğaraq yerə yıxdığını, Zərərçəkmiş şəxs yerə yıxılanda baş leytenant Təqsirləndirilən şəxs də onun üzərinə yıxıldığını, bundan başqa 2021-ci ilin oktyabr ayının 27-də əsgər Zərərçəkmiş şəxs döyüş növbəsində özünü pis hiss etdiyini, yataqxanaya gələndə ona hərarətini ölçməsi üçün termometr verdiyini, əsgər Zərərçəkmiş şəxs hərarətinin 36.4- normal olduğunu, amma Zərərçəkmiş şəxs yenə də özünü narahat hiss etdiyini bildirdiyini, sonra Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs məruzə edib özünü narahat hiss etdiyini dediyini, baş leytenant Təqsirləndirilən şəxs onun sviterinin boğazına əlini salıb hərarətini yoxlayıb sonra sviterinin boğaz hissəsindən tutub möhkəm silkələdiyini, sviterinin boğazından tutub silkələyərkən Təqsirləndirilən şəxs yumruğunun Zərərçəkmiş şəxs boğazına 2-3 dəfə dəydiyini, həmin vaxt saatın 21 radələri olduğunu, özünün siqaret çəkmək üçün bayıra çıxdığını və bundan sonra yataqxanada əlavə nə baş verdiyini görmədiyini, həmçinin 28 oktyabr 2022-ci ildə saat 06:00-da “qalx” komandasında Zərərçəkmiş şəxs yuxudan gec qalxdığını, baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə uca səslə çağırıb oyatmaq istəsə də onun yuxudan oyanmadığını, baş leytenant Təqsirləndirilən şəxs də onun yatdığı çarpayının yanına gedib əvvəl çarpayını silkələdiyini, sonra yerindən durmadığı üçün ona tərəf 1 təpik atdığını, bu təpiyin Kənana dəyib dəymədiyini görmədiyini, bundan sonra Zərərçəkmiş şəxs yerindən qalxaraq paltarlarını geyinib bayıra çıxdığını, bundan başqa 2021-ci ilin dekabr ayının ortalarında mövqedə baş leytenant Təqsirləndirilən şəxs metal möhürünün itdiyini, möhürü axtarsalar da tapa bilmədiklərini, sabahısı gün istirahət edən vaxt yuxudan ayıldıqda şəxsi heyətin sevindiyini görüb nə olmasını soruşduqda möhürün tapıldığını dediklərini, haradan tapıldığını soruşduqda manqa komandiri Şahid5 ayaqyolunu qazıb oradan tapdığını dediklərini, həmin vaxt əsgərlərdən baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs silahını alaraq özündə olan dolu darağı silaha birləşdirib sonra silahı doldurub döyüş vəziyyətinə gətirib Zərərçəkmiş şəxs möhürün yerini soruşduğunu eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun 11-ci bölüyünün 3-cü motoatıcı taqımının 1-ci manqasında plemyotçu vəzifəsində şərti adı “Ağdam” olan mövqedə xidmət etmiş əsgər Şahid1 verdiyi ifadəsində 2021-ci ilin oktyabr ayının ortalarında manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid5 müşahidə məntəqəsində rabitə aparatının altından siqaret kötüyü aşkar etdiyini, bununla bağlı həmin gün saat 19 radələrində yataqxanada düzüldüklərini, Şahid5 siqaret çəkənin əsgər Zərərçəkmiş şəxs olmasından şübhələndiyini, çünki həmin vaxt Zərərçəkmiş şəxs müşahidədə olduğunu, bu səbəbdən də onların uca səslə mübahisə etdiklərini, Zərərçəkmiş şəxs Şahid5lə qışqıraraq danışdığını, həmin vaxt tağım komandiri baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sakitləşməsini dediyini, lakin Zərərçəkmiş şəxs ona qulaq asmadığını, baş leytenant Təqsirləndirilən şəxs əsəbləşib Zərərçəkmiş şəxs yanına gələrək onun boğazından əlləri ilə tutaraq boğub sonra onu yerə yıxdığını, baş leytenant Təqsirləndirilən şəxs özünün də onunla birlikdə yerə yıxıldığını, kiçik çavuş Şahid5 baş leytenant Qarazadəni Zərərçəkmiş şəxs araladığını, onun Zərərçəkmiş şəxs daha nəsə etmədiyini, Zərərçəkmiş şəxs yerdən qalxıb üst-başını düzəltdiyini, bundan başqa 2021-ci ilin oktyabr ayının 27-də saat 18-dən 20-dək Zərərçəkmiş şəxsla birlikdə döyüş növbəsində olduğunu, növbədə olarkən Kənanın özünü pis hiss etdiyini, sonradan yataqxanada olarkən Zərərçəkmiş şəxs özünü müşahidə məntəqəsində pis hiss etməsini baş leytenant Təqsirləndirilən şəxs məruzə etdiyini, onun Zərərçəkmiş şəxs mövqeyə gələn yoxlamadan sonra tibb məntəqəsinə göndərəcəyini dediyini, Zərərçəkmiş şəxs yenə də yataqxanada baş leytenant Təqsirləndirilən şəxs onu tibb məntəqəsinə göndərməsini, qızdırması olduğunu dediyini, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs əlini Kənanın sviterinin boğazından içəri salıb onun hərarətinə baxdıqdan sonra sviterin boğaz hissəsindən yapışıb onu silkələməyə başladığını, baş leytenant Qarazadənin Kənanın sviterinin boğazından möhkəm silkələdiyini, bu zaman yumruğunun onun boğazına bir neçə dəfə dəydiyini, həmin vaxt saatın 21 radələri olduğunu, baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oturmasını və çay içməsini dediyini, lakin Zərərçəkmiş şəxs bir neçə dəqiqə sonra yataqxanada yenidən baş leytenant Qarazadəyə müraciət edib onu tibb məntəqəsinə göndərməsini dediyini, özünün həmin vaxt yataqxananın qarşısında olduğunu, onların səsini eşitdiyini, həmin vaxt yataqxananın qapısının açıldığını, baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxadan ayağının yuxarı hissəsinə təpiklə 1 dəfə vurub çıxıb getməsini dediyini, həm də ona qarşı nalayiq sözlər işlətdiyini, 2021-ci ilin dekabr ayının əvvəllərində baş leytenant Təqsirləndirilən şəxs dəmir möhürünün itdiyini, möhürü axtarsalar da tapa bilmədiklərini, baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şübhələndiyini, sabahısı gün özünün Şirarxı mövqeyinə işləməyə getdiyini, Ağdam mövqeyinə qayıdanda əsgər Şaban Məmmədsaatovdan baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs silahını alıb özündə olan daraqla doldurub onunla söhbət edərək dəmir yolu istiqamətində getdiklərini, ondan möhürün yerini soruşduğunu, kiçik çavuş Şahid5 gedib silahı baş leytenant Təqsirləndirilən şəxs alıb gətirdiyini, ayaqyolunu qazanda möhürü oradan tapdıqlarını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun 11-ci bölüyünün 3-cü motoatıcı taqımının 1-ci manqasında atıcı vəzifəsində şərti adı “Ağdam” olan mövqedə xidmət edən əsgər Şahid2 verdiyi ifadəsində 2021-ci ilin oktyabr ayının 27-də döyüş növbəsindən sonra ayıq növbə olduğunu, əsgər Zərərçəkmiş şəxs həmin vaxt döyüş növbəsində olduğunu, müşahidə məntəqəsində Zərərçəkmiş şəxs halının pis olduğunu görüb bu barədə baş atıcı əsgər Şahid4 məlumat verdiyini, onun da tağım komandiri baş leytenant Təqsirləndirilən şəxs məruzə etdiyini, lakin Zərərçəkmiş şəxs döyüş növbəsindən çıxarılmadığını, xidmət başa çatdıqdan sonra yataqxanaya daxil olan zaman Zərərçəkmiş şəxs yataqxanada baş leytenant Təqsirləndirilən şəxs ilə söhbət etdiyini, söhbət zamanı baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sviterinin boynundan tutub möhkəm silkələdiyini, silkələyəndə bir neçə dəfə yumruğunun onun boğazına dəydiyini gördüyünü, bundan sonra özünün su gətirmək üçün yataqxanadan çıxdığını və yataqxanada nə baş verdiyini görmədiyini, bundan əlavə 2021-ci ilin dekabr ayının əvvəllərində mövqedə tağım komandirinin dəmir möhürünün itdiyini, baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şübhələndiyini, sabahısı gün möhürün ayaqyolundan tapıldığını, sonradan baş leytenant Təqsirləndirilən şəxs özündən Kənan Ələkbərovu qorxutmaq üçün onun silahını alıb doldurub və ona dəmir möhürün yerini deməsini eşitdiyini, bundan əlavə 2021-ci ilin oktyabr ayının 28-də səhər “qalx” komandası vaxtı bayırda hava müşahidəsini həyata keçirdiyini, həmin vaxt yataqxanadan baş leytenant Təqsirləndirilən şəxs uca səslə qışqırıb Əkbərov deməsini eşitdiyini, sonradan bu barədə Zərərçəkmiş şəxs soruşduqda Zərərçəkmiş şəxs yuxudan gec durduğu üçün baş leytenant Təqsirləndirilən şəxs onu böyründən təpiklə 1 dəfə vurduğunu dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun 11-ci bölüyünün 3-cü motoatıcı taqımının 1-ci manqasında qumbaraatan vəzifəsində şərti adı “Ağdam” olan mövqedə xidmət edən əsgər Şahid6 verdiyi ifadəsində 2021-ci ilin dekabr ayının əvvəllərində tağım komandiri baş leytenant Təqsirləndirilən şəxs dəmir möhürünün itdiyini, möhürü axtarsalar da tapa bilmədiklərini, sabahısı gün əsgər Zərərçəkmiş şəxsla özünün saat 08-dən 10-dək döyüş növbəsinə təyin edildiyini, 2 saat xidmət apardıqdan sonra dəyişdirici MAHHXHQ-su kiçik çavuş Şahid5 onları dəyişdiyini, silah doldurub-boşaltma yerində silahlarını yoxladıqdan sonra baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına getməsini dediyini, Zərərçəkmiş şəxs da silahını təhvil verib gedəcəyini dedikdə baş leytenant Təqsirləndirilən şəxs ona silahını təhvil verməməsini, silahı ilə birlikdə onun yanına getməsini dediyini, Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs yanına, özünün isə silahını təhvil vermək üçün yataqxanaya getdiyini, silahını təhvil verdikdən sonra ayıq növbə olduğundan rabitənin yanında oturduğunu, bir qədər sonra kiçik çavuş Şahid5 Zərərçəkmiş şəxs silahı ilə yataqxanaya gələrək silahı piramidaya qoyduğunu, bundan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs yataqxanaya gələrək onu köməyə çağırdığını, bayıra çıxdıqdan sonra ayaqyolunun yanına getdiklərini, manqa komandiri Şahid5lə baş leytenant Təqsirləndirilən şəxs orada olduqlarını, Şahid5 baş leytenant Təqsirləndirilən şəxs möhürünü axtarmaq məqsədilə ayaqyolunu qazdığını, onlara kömək etdiklərini, bir qədər sonra baş leytenant Təqsirləndirilən şəxs möhürünün ayaqyolundan tapıldığını, həmin gün Zərərçəkmiş şəxsla yenidən postda xidmətdə olarkən Zərərçəkmiş şəxs ona baş leytenant Təqsirləndirilən şəxs möhürü onun götürdüyündən şübhələnərək onu yanına çağırdıqdan sonra dəmir yolunun yanına getdiklərini, baş leytenant Təqsirləndirilən şəxs ondan silahını alaraq, silaha daraq birləşdirdiyini və ondan möhürün yerini deməsini tələb etdiyini dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun 11-ci bölüyünün 3-cü motoatıcı taqımının 1-ci manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində şərti adı “Ağdam” olan mövqedə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid5 verdiyi ifadəsində “Ağdam” mövqeyində manqa komandiri vəzifəsində xidmət etdiyini, 2021-ci ilin oktyabr ayının ortalarında müşahidə məntəqəsini yoxlayarkən yerdə siqaret külü olduğunu, telefon aparatını qaldıranda onun altında siqaret kötüyü gördüyünü, həmin vaxt əsgər Zərərçəkmiş şəxs müşahidə məntəqəsində xidmət apardığından ondan şübhələndiyini, lakin Zərərçəkmiş şəxs siqaret çəkib-çəkməməsini soruşduqda onun siqaret çəkmədiyini dediyini, bunun üzərinə siqaret çəkənin ünvanına Zərərçəkmiş şəxs söyüş söydüyünü, daha sonra mövqenin yataqxanasında müşahidə məntəqəsində kimin siqaret çəkməsini araşdırdığını, bu barədə tağım komandiri baş leytenant Təqsirləndirilən şəxs də məruzə etdiyini, yataqxanada müzakirə aparanda həmin vaxt Zərərçəkmiş şəxs onunla yüksək səslə danışdığını, ona yüksək səslə cavab qaytardığını, bunu baş leytenant Təqsirləndirilən şəxs eşidib əsəbləşdiyini, Zərərçəkmiş şəxs üzərinə gedib onun boğazından əlləri ilə tutub boğaraq yerə yıxdığını, Zərərçəkmiş şəxs yerə yıxılanda baş leytenant Təqsirləndirilən şəxs də onun üzərinə yıxıldığını, özünün baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs araladığını, həmin vaxt saat 19 radələri olduğunu, 27 oktyabr 2021-ci ildə Zərərçəkmiş şəxs müşahidə məntəqəsində döyüş növbəsində olarkən telefonla ona müraciət edib hərarətinin olduğunu, özünü narahat hiss etdiyini dediyini, onun dediklərini baş leytenant Təqsirləndirilən şəxs məruzə etdiyini, döyüş növbəsindən düşdükdən sonra baş leytenant Təqsirləndirilən şəxs yataqxanada Zərərçəkmiş şəxsla söhbət etdiyini, onun hərarətini yoxladığını, səhəri gün onu tibb məntəqəsinə göndərəcəyini dediyini, lakin Zərərçəkmiş şəxs onu həmin gün tibb məntəqəsinə göndərməsini dediyini, baş leytenant Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs paltarının boğaz hissəsindən tutub onu möhkəm silkələdiyini, silkələyəndə yumruğunun bir neçə dəfə Zərərçəkmiş şəxs boğazına dəydiyini, özünün həmin vaxt siqaret çəkmək üçün bayıra çıxdığını və yataqxanada əlavə olaraq nə baş verdiyini görmədiyini, həmin gecə Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs göstərişi ilə xidmətdən azad olunduğunu, sabahısı gün saat 06:00-da “qalx” komandası vaxtı Zərərçəkmiş şəxs yerindən qalxmadığını, baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yuxudan oyatmaq üçün çarpayısının yanına getdiyini, əsəbi halda onun yatdığı çarpayıya tərəf 1 təpik atdığını, 2021-ci ilin dekabr ayının ortalarında baş leytenant Təqsirləndirilən şəxs dəmir möhürünün itdiyini, möhürü mövqenin hər yerində axtarsalar da tapa bilmədiklərini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şübhələndiyini, sabahısı gün saat 10-da özünün əsgərlər Zərərçəkmiş şəxsla Şahid6 döyüş növbəsindən dəyişdiyini, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına çağırdığını, özünün həmin vaxt silahları döyüş növbəsindən çıxan əsgərlərdən təhvil alıb piramidaya qoyduğunu, Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs çağırdığından onun silahının özündə olduğunu, baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla söhbət edərək mövqenin ərazisində olan dəmir yolu tərəfə getdiklərini, silahları təhvil alandan sonra Zərərçəkmiş şəxs silahla baş leytenant Təqsirləndirilən şəxs yanına getməsindən narahat olub onların olduğu tərəfə baxdıqda üz-üzə dayanıb söhbət etdiklərini, baş leytenant Təqsirləndirilən şəxs əlində silah olduğunu gördüyünü, onların yanına getdiyini, çatanda baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs zabit şərəfindən danışdığını, dəmir möhürünün itməsini özünə sığışdıra bilmədiyini, zabit üçün alçaldıcı bir şey olduğunu dediyini, Zərərçəkmiş şəxs həmin vaxt qorxduğunu, çox həyacanlı olduğunu, ağladığını gördüyünü, baş leytenant Təqsirləndirilən şəxs əlində olan silahının üzərində daraq olduğunu, lakin silahın lüləsinin Zərərçəkmiş şəxs tərəf olmadığını, sonra baş leytenant Təqsirləndirilən şəxs əlindən silahı aldığını, onların yanından uzaqlaşdığını, silahı silah doldurub-boşaltma yerində yoxlayarkən patron yuvasında patron olduğunu gördüyünü, silahı boşaltdıqdan sonra patronu yerdən götürüb yenidən darağa qoyub darağı və silahı silah otağına aparıb qoyduğunu, mövqedə ayaqyoluna baxmadıqlarından möhürü axtarmaq üçün ayaqyolunu qazmağa başladığını, bir neçə dəqiqə sonra baş leytenant Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs da birlikdə onun yanına gəldiklərini, ayaqyolunu qazıb axtarıb möhürü oradan tapdıqlarını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun 11-ci bölüyünün 3-cü motoatıcı taqımının 1-ci manqasında tuşlayıcı vəzifəsində şərti adı “Ağdam” olan mövqedə xidmət etmiş əsgər Şahid3 verdiyi ifadəsində 2021-ci ilin oktyabr ayının ortalarında axşam saatlarında yataqxanada əsgər Zərərçəkmiş şəxsla MAHHXHQ-su kiçik çavuş Şahid5 mübahisə etdiklərini, Şahid5 Zərərçəkmiş şəxs müşahidə məntəqəsində siqaret çəkməsini bildiyini, Şahid5 Zərərçəkmiş şəxs nə üçün orada siqaret çəkməsini dedikdə onun da çəkmədiyini dediyini, onların bir-biri ilə qışqıraraq uca səslə mübahisə etdiklərini, Zərərçəkmiş şəxs heç kimə əhəmiyyət verməyib qışqırdığını, tağım komandiri baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə yavaş danışmasını, sakit durmasını dediyini, lakin Zərərçəkmiş şəxs ona fikir vermədiyini, baş leytenant Təqsirləndirilən şəxs də buna əsəbləşib onun üzərinə gedərək boğazından əlləri ilə tutub onu boğaraq yerə yıxdığını, sonra baş leytenant Təqsirləndirilən şəxs özünün də Zərərçəkmiş şəxs üzərinə yıxıldığını, həmin vaxt Şahid5 onu tutub Zərərçəkmiş şəxs araladığını, sonra Zərərçəkmiş şəxs da ayağa qalxdığını, 2021-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs özünü müşahidə məntəqəsində xidmətdə olarkən yaxşı hiss etmədiyindən yataqxanada baş leytenant Təqsirləndirilən şəxs hərarətinin olmasını və onu tibb məntəqəsinə göndərməsini dediyini, baş leytenant Təqsirləndirilən şəxs də əlini Zərərçəkmiş şəxs boynuna salıb istiliyini yoxlayıb hərarətinin olmadığını dediyini, sonra baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs paltarının boğazından tutub onu möhkəm silkələdiyini, silkələyəndə yumruqla Zərərçəkmiş şəxs boğazından 2-3 dəfə vurduğunu, Zərərçəkmiş şəxs gedib sobanın yanında oturduğunu, özünün siqaret çəkmək üçün bayıra çıxdığını və yataqxanada əlavə olaraq nə baş verdiyini görmədiyini, bundan başqa 2021-ci ilin dekabr ayının əvvəllərində baş leytenant Təqsirləndirilən şəxs dəmir möhürünün itdiyini, möhürü axtarsalar da tapılmadığını, sabahısı gün özünün saat 10-dan 12-dək əsgər Şaban Məmmədsaatovla döyüş növbəsinə təyin olunduğunu, onlardan əvvəl döyüş növbəsində Zərərçəkmiş şəxsla Şahid6 olduğunu, döyüş növbəsində olarkən baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla dəmir yolu olan istiqamətə getdiklərini, müşahidə məntəqəsinin yanından keçəndə baş leytenant Təqsirləndirilən şəxs onlara qapını bağlamalarını dediyini, qapını örtdüyünü, lakin müşahidənin yuxarı hissəsində olan açıq hissədən onlara baxdığını, onların dəmir yolunun yanında dayanıb söhbət etdiklərini, həmin yerə gedərkən Zərərçəkmiş şəxs silahının özündə olduğunu, lakin sonra baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs silahını ondan aldığını, silahın üzərinə daraq birləşdirib çaxmaq çərçivəsini geri çəkib buraxmaqla silahı doldurduğunu, Zərərçəkmiş şəxs nəsə dediyini, bir qədər sonra kiçik çavuş Şahid5 onların yanına getdiyini, baş leytenant Təqsirləndirilən şəxs əlindən silahı aldığını, Şahid5 sonra onlardan aralanıb yataqxanaya gəldiyini, bir neçə dəqiqə sonra baş leytenant Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs da ayaqyolu istiqamətində gəldiklərini, sonradan Şahid5 ayaqyolunu qazıb möhürü oradan tapdığını eşitdiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” 26 fevral 2022-ci il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). X6 “Məhkəmə-Tibbi Ekspertizası”nın 03 fevral 2022-ci il tarixli 25 №-li ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs bədən səthində 2021-ci ilin oktyabr ayında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır (İ.v İ cild 71-72). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “məhkəmə-ballistik ekspertizası”nın 07 fevral 2022-ci il tarixli, 24 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş bir ədəd silahın 7,62 mm kalibrli olmaqla 1969-cu ildə zavod üsulu ilə istehsal edilmiş, «BP 2032» seriya və nömrəli, «AKM» konstruksiyalı, yivli avtomatik tüfəng olduğu, saz olmaqla atəş açmaq üçün yararlı olduğu, çaxmağının döyüş bölməsindən çıxması üçün tətiyinə normal hesab edilən qüvvənin (1,9-2,0 kQ) sərf olunduğu, həmin silahın tətiyini çəkmədən ondan öz-özünə atəşin açılmasının mümkün olmadığı göstərilmişdir (İ.v İ cild 67-68). Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2018-ci il tarixli, 0460 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 2018-ci ilin iyun ayında 500-cü X5 (500 №-li hərbi hissə) nəzdində təşkil olunmuş “Zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, kursant Təqsirləndirilən şəxs “Leytenant” hərbi rütbəsi verilməklə, bağlaşma əsasında 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilmiş, o, 500-cü X5 (500 №-li hərbi hissə) Qərargah bölüyünün mühafizə taqımının komandiri-bölük komandirinin müavini vəzifəsinə təyin edilmişdir (İ.v İİ cild 89). N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 220 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs Müdafiə nazirinin müavini-X14 Komandanının xx.xx.2021-ci il tarixli 0111 №-li əmrinə əsasən 4-cü motoatıcı taborun 11-ci bölüyünün 3-cü motoatıcı taqımının komandiri vəzifəsinə təyin edildiyinə görə N nömrəli hərbi hissədən gəldiyi üçün xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir (İ.v İ cild 41). N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 118 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 4-cü motoatıcı taborun 11-ci bölüyünün 3-cü motoatıcı taqımının komandiri baş leytenant Təqsirləndirilən şəxs həmin tarixdən N №-li hərbi hissə komandirinin sərəncamına çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 185 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Əkbərov X12 Ümumqoşun Ordu Komandanının birinci müavini– qərargah rəisinin xx.xx.2021-ci il tarixli, 02 №-li sərəncamı ilə N nömrəli hərbi hissədən gəldiyi üçün həmin tarixdən hərbi hissənin 4-cü motoatıcı taborun 11-ci bölüyünün 3-cü motoatıcı taqımının 1-ci manqasında atıcı-sanitar vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişdir (İ.v İ cild 213). N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 359 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xidməti zərurətlə əlaqədar olaraq 4-cü taborun 11-ci bölüyünün 3-cü taqımının 1-ci manqasında atıcı-sanitar vəzifəsindən azad edilərək, 4cü taborun 14-cü bölüyünün 1-ci taqımının 3-cü manqasında atıcı-sanitar vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 44). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş arayışda baş leytenant Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir (i.v İ cild 51). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 82). N №-li hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 139 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs sağlam olmaqla, hərbi xidmətə yararlıdır (i.v İ cild 69). “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İİ cild 125-126). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxs baş leytenant Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs mənfi xarakterizə olunmuşlar (İ.v İ cild 43, 46). Göygöl rayon İcra Hakimiyyəti Başçısının Balçılı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli N-201 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonunun Balçılı kəndində daimi qeydiyyatda olmaqla onun ailə üzləri -1976-cı il təvəllüdlü anası X2, 1997-ci il təvəllüdlü qardaşı X4 və 2002-ci il təvəllüdlü qardaşı X3 ibarətdir və onun atası X10 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir (İ.v İİ cild 189). “Ambulator-stasionar xəstənin tibbi kartasından çıxarış”dan görünür ki, Təqsirləndirilən şəxs 1976-cı il təvəllüdlü anası X8 onkoloji xəstədir (İ.v İİ cild 188). xx.xx.2022 tarixli “Silah-sursatın maddi sübut kimi tanınması və məsul saxlanca verilməsi haqqında” qərardan görünür ki, 1 ədəd AKM markalı, BP 2032 №-li avtomat silah, 1 ədəd 7,62 mm kalibrli patronun gilizi və 1 ədəd daraq cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınaraq, N №-li hərbi hissəyə məsul saxlanca verilmişlər (İ.v İ cild 146-147). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələrlə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə CM-in 329.2.1 və 329.2.4-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X11rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 329.2.1 və 329.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun 11-ci bölüyünün 3-cü motoatıcı taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edərkən 2021-ci ilin oktyabr ayının ortalarında saat 19 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid5lə yüksək səslə danışıb mübahisə etdiyi üçün yataqxanada əlləri ilə əsgər Zərərçəkmiş şəxs boğazından tutaraq boğub yerə yıxmış, bundan başqa 2021-ci ilin oktyabr ayının 27-də saat 21 radələrində əsgər Zərərçəkmiş şəxs ona xəstə olmasını bildirib onun tibb məntəqəsinə göndərilməsini istədikdə əli ilə əsgər Zərərçəkmiş şəxs sinə nahiyəsindən hərarətini yoxlamış, əsgər Zərərçəkmiş şəxs hərarətinin olmadığını görüb yataqxanada onun sviterinin boğaz hissəsindən tutaraq silkələyib boğazına yumruq zərbələri vurmuş, bir qədər sonra yataqxananın qapısında eyni səbəbdən əsgər Zərərçəkmiş şəxs arxadan ombasına bir təpik zərbəsi vurmaqla və ona qarşı nalayiq ifadələr işlətmiş, həmçinin 2021-ci ilin oktyabr ayının 28-də saat 06 radələrində yataqxanada «qalx» komandası vaxtı əsgər Zərərçəkmiş şəxs çarpayısından durmadığı üçün onun sağ böyrünə bir təpik zərbəsi vurmuş, bundan başqa 2021-ci ilin dekabr ayının əvvəllərində saat 10 radələrində ona məxsus dəmir möhürü götürməsindən şübhələndiyindən döyüş növbəsindən qayıdan əsgər Zərərçəkmiş şəxs silahını götürüb onun yanına gəlməsini tapşırmış, Zərərçəkmiş şəxs gəldikdə onu postun ərazisində yerləşən dəmir yolu xəttinin yanına aparmış, orada psixi təsir göstərməklə möhürün yerini öyrənmək məqsədilə əsgər Zərərçəkmiş şəxs təhkim edilmiş «BP 2032» nömrəli «AKM» markalı avtomat silahı ondan alaraq əvvəlcədən silah otağından götürdüyü patronla dolu darağı silaha birləşdirib qoruyucunu açmış, çaxmaq çərçivəsini geri çəkib buraxmaqla patron yuvasına patron yeridərək silahı doldurub atəşə hazır vəziyyətə gətirmiş, silahı döyüş vəziyyətində əlində saxlamış, əsgər Zərərçəkmiş şəxs möhürün yerini öyrənmək üçün israrla möhürün yerini deməsini tələb etmiş, onu qorxutmaqla həyacanlandırıb ağlatmış, ona psixi təsir və təzyiq göstərmiş, beləliklə də baş leytenant Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə qarşı silah tətbiq etməklə və təkrarən zor tətbiq etmişdir. Beləliklə də, baş leytenant Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti mövcud olduğundan onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.4-cü maddələrində nəzərdə tutulmuş – hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etməsi və silah tətbiq etməklə zor tətbiq etməsi kimi qiymətləndirilməlidir və o, həmin əməllərə nisbətdə təqsirli bilinməlidir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertizası”nın 03 fevral 2022-ci il tarixli 25 №-li, “məhkəmə-ballistik ekspertizası”nın 07 fevral 2022-ci il tarixli, 24 №-li rəyləri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə qarşı silah tətbiq etməklə və təkrarən zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.4-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, anasının onkoloji xəstə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsinin tələbnaməsi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş müvafiq “Ambulator-stasionar xəstənin tibbi kartasından çıxarış” ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halların olmadığını və cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəza ilə bağlı qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.4-cü maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin epizodlarının çoxluğunu, bir epizod üzrə zor tətbiq etmə zamanı atəşə hazır vəziyyətə gətirilmiş silahdan istifadə olunmasını nəzərə alaraq, hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Əlavə olaraq qeyd etmək lazımdır ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etsəydi belə, bu Təqsirləndirilən şəxs zabit olması səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinin tələblərinə görə də, mümkün olmayacaqdı. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələbləri baxımından işin faktiki hallarını müvafiq qaydada iş materialları və qanunun prinsipləri ilə müqayisəli şəkildə təhlil edərək, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını və cəzanı yüngülləşdirən halların mövcudluğunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, anasının onkoloji xəstə olmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini qanunvericiliyin tələblərinə uyğun hesab edir, həmçinin Təqsirləndirilən şəxs barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinin təmin edilməsi, o cümlədən sosial ədalətin bərpası baxımından da məqsədəmüvafiq hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddətdə xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132 və 346-cı maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınmış və N №-li hərbi hissəyə məsul saxlanca verilmiş 1 (bir) ədəd AKM markalı, BP 2032 №-li avtomat silah və 1 (bir) ədəd daraq hökm qanuni qüvvəsini aldıqdan sonra N №-li hərbi hissənin istifadəsinə verilməli, 1 (bir) ədəd 7,62 mm kalibrli patronun gilizi isə məhv edilməlidir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid5, Şahid1, Şahid3, X1 və Şahid4 ibtidai istintaq dövründə dindirilməsi zamanı aparılmış video yazıların olduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. İş üzrə təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddətdə xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və N №-li hərbi hissəyə məsul saxlanca verilmiş 1 (bir) ədəd AKM markalı, BP 2032 №-li avtomat silah və 1 (bir) ədəd daraq hökm qanuni qüvvəsini aldıqdan sonra N №-li hərbi hissənin istifadəsinə verilsin, 1 (bir) ədəd 7,62 mm kalibrli patronun gilizi isə məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid5, Şahid1, Şahid3, X1 və Şahid4 ibtidai istintaq dövründə dindirilməsi zamanı aparılmış video yazıların olduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar