Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-18/2024 16.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxsN, Müdafiəçisi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili MüdafiəçiN, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1, Müdafiəçisi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Şərur rayonunun Qıvraq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı övladı olan), əvvəllər məhkum olunmamış, Kəngərli rayonunun Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, MAHHXHQ-su kimi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyündə baş sürücü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş,15 sentyabr N0N3-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1, 177.N.N, 177.N.3 və N9, 177.N.N-ci maddələri ilə, xx xxx 1995-ci il tarixdə Babək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan N ünvanda yaşayan, MAHHXHQ-su kimi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 4-cü taborunun 1N-ci bölüyünün 1-ci tağımının 1-ci manqasında sürücü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, 15 sentyabr N0N3-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxsN tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmiş və həmçinin eyni yolla təkrarən oğurluq etməyə cəhd etmişdir. Belə ki, Həsənov XN8 Nazirliyinin Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün baş sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N0N3-cü ilin may ayının ortalarında aralarında yaxın münasibət olan, həmin taborun 1N-ci bölüyünün 1-ci tağımının 1-ci manqasının sürücü vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 ilə söhbət edən zaman ona vətəndaş Zərərçəkmiş şəxs məxsus olan "xxxx" ASC-nin Babək rayonunun Araz kəndi yaxınlığında yerləşən saxlanc yerlərində saxlanılan dəmir çəlləkləri birlikdə oğurlayıb, sataraq pul əldə etməyi təklif etmiş, Təqsirləndirilən şəxs1 təklifi qəbul etdikdən sonra aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 oğurlayacaqları dəmir çəlləkləri satın alan Babək rayonu Nehrəm kənd sakini ŞahidN ilə əlaqəyə girərək, onunla çəlləklərin hər birini 6 manatdan ona satacağını razılaşdırmış, Təqsirləndirilən şəxsN isə həmin çəlləkləri oğurladıqdan sonra X17 evinin həyətyanı sahəsinə daşıması üçün özünə məxsus “Qazel” markalı avtomobillə yük daşımaqla məşğul olan Kəngərli rayonu Xok kənd sakini Şahid1 ilə razılıq əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs1 ilə birlikdə N0 may N0N3-cü il tarixdə saat N0:30-da qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nin Babək rayonunun Araz kəndi yaxınlığında yerləşən saxlanc yerlərinə gəlib, giriş qapısına bağlanmış məftili açmaqla qanunsuz olaraq həmin saxlanc yerlərinə daxil olaraq oradan hər birinin dəyəri 17 manat olan 143 ədəd N00 litrlik dəmir çəlləyi, hər birinin dəyəri 180 manat olan, plastik materialdan hazırlanmış N ədəd N tonluq su çənini, dəyəri 90 manat olan, plastik materialdan hazırlanmış N1Nx9N sm ölçülü bir tağlı qapını, dəyəri 90 manat olan 150x150 sm ölçülü və dəyəri 50 manat olan 137x57 sm ölçülü plastik materialdan hazırlanmış N ədəd pəncərəni, saxlanc yerinin qarşısında saxlanılmış, istifadəyə tam yararsız vəziyyətdə olan “Qazel” markalı avtomobilin üzərindən isə hər birinin dəyəri 60 manat olan 3 ədəd “Lassa” markalı N05*95*16 ölçülü və dəyəri 60 manat olan 1 ədəd “Nexen” markalı N15*95*16 ölçülü avtomobil təkərini götürüb, həmin əşyaları daha sonra sataraq zərərçəkmiş şəxsə ümumilikdə 3N61 manat məbləğində maddi ziyan vurmuş, bununla da Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxsN həmin vəzifədə və rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən vətəndaş Zərərçəkmiş şəxs məxsus olan "xxxx"ASC-nin Babək rayonunun Araz kəndi yaxınlığında yerləşən saxlanc yerindən yenidən oğurluq etmək qərarına gələrək, bu məqsədlə N0N3-cü ilin iyun ayının əvvəllərində saat 17 radələrində özünə məxsus Vaz N1099 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə həmin saxlanc yerinin qarşısına gəlib, giriş qapısına bağlanmış məftili açıb qanunsuz olaraq saxlanc yerinə daxil olmuş və oradan hər birinin dəyəri 40 manat olan N ədəd arxasında mühərriki olan ventilyatoru və ümumi dəyəri 8 manat, ümumi uzunluğu isə 40 metr olan müxtəlif uzunluqlarda N,5 sm diametrli plastik boruları götürdükdən sonra oradan ayrılaraq özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxsN həmin vəzifədə və rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 17 iyul N0N3-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs məxsus olan "xxxx"ASC-nin Babək rayonunun Araz kəndi yaxınlığında yerləşən saxlanc yerlərinin qarşısında saxlanılan, əvvəllər həmin ASC-nin istifadəsində olmaqla, daha sonra yararsız vəziyyətə düşmüş “Qazel” markalı avtomobilin diferini və resorunu oğurlayıb sataraq qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə əvvəlcədən tanıdığı, “Qazel” markalı avtomobil sürücüsü, Kəngərli rayonu Xok kənd sakini Şahid1 bir müddət əvvəl boş çəlləkləri və digər əşyaları daşıdıqları ərazidə olan yararsız vəziyyətdəki “Qazel” markalı avtomobilin diferini və resorunu 50 manata ona sata biləcəyini demiş, Şahid1 razılaşdıqdan sonra onlar həmin gün saat NN radələrində oraya getmişlər. Onlar saxlanc yerlərinin qarşısına gəlib istifadəyə yararsız vəziyyətdə olan “Qazel” markalı avtomobilin diferinə və resoruna baxdıqdan sonra Şahid1 avtomobilin qeyd edilən detallarının yararsız vəziyyətdə olduğunu deyərək onları satın almaqdan imtina etdiyi üçün hər ikisi oradan ayrılmış, bununla da Təqsirləndirilən şəxsN öz iradəsindən asılı olmayan səbəblərə görə həmin cinayət əməlini başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1, 177.N.N, 177.N.3 və N9, 177.N.N-ci maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N018-ci ilin mart ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında xidmətə başlamışdır. N №-li hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün qərargahının baş sürücüsü vəzifəsində xidmət etmişdir. N0NN-ci ilin təxminən may ayında hərbi hissədən şəxsi heyət Babək rayonunun Araz kəndi yaxınlığında çöllük ərazidə olan köhnə tikili binanın söküntüsünə cəlb edilmişlər. Həmin vaxt orada təxminən 10-a yaxın hərbi qulluqçu və texnika cəlb olunmuş, N0-N5 gün orada söküntü işləri aparmışlar. Həmin ərazidə əlavə tikililər də olmuş, yay vaxtı olduğundan nahar fasilələrində həmin binaların kölgəsində yemək yemişlər, orada işləyən vaxt Təqsirləndirilən şəxs1 da onunla birlikdə işləmiş, münasibətləri yaxın olmuş, həmin binaların yanında yemək yeyəndə orada olan yağ sexi binasının içərisində çoxlu boş çəlləklər, həm də içi yağ dolu çəlləklər olduğunu görmüşlər. Həm də orada yararsız “Qazel” markalı maşın görmüşlər. N0NN-ci ilin təxminən iyun ayında orada olan söküntü işləri başa çatmış, hərbi hissəyə qayıdıb başqa təsərrüfat işlərinə cəlb olunmuşlar. N0N3-cü ilin may ayının təxminən ortalarında gündüz vaxtı hərbi hissədə olarkən Təqsirləndirilən şəxs1yla söhbət edərkən bir-birinə pula ehtiyacları olduğunu bildirmişlər, söhbət zamanı o, Təqsirləndirilən şəxs1 "xxxx" ASC-nin Babək rayonunun Araz kəndi yaxınlığında yerləşən saxlanc yerlərində saxlanılan dəmir çəlləkləri birlikdə oğurlayıb, sataraq pul əldə etməyi təklif etmiş, Təqsirləndirilən şəxs1 təklifi qəbul etdikdən sonra Musa çəlləkləri satın alacaq adam tapıb xəbər edəcəyini bildirmişdir. Təxminən bundan 1 həftə sonra, N0N3-cü ilin may ayının N0-də Musa ona zəng edib adam tapdığını, çəlləklərin birini 6 manatdan alacağını, Nehrəm kəndində yaşadığını, adının Abbas olduğunu demişdir. Musa ona maşını da onun tapmasını, maşınla gedib boş çəlləklərdən götürüb aparıq satmağı demişdir. Bundan sonra o, əvvəlcədən tanıdığı Kəngərli rayon Xok kənd sakini Tağı adlı “Qazel” sürücüsünə zəng vurub üzərində diski olan təkər olduğunu, istəyib-istəməməsini soruşmuş, Tağı istədiyini bildirmiş, ona 1 ədədini N0 manata satdığını demiş, Tağı razılaşmışdır. Tağıya “axşam zəng edəcəm gələrsən verərəm” demiş, həmin gün axşam saat N0 radələrində özünə məxsus VAZ N1099 markalı, göy rəngli ** BA *** nömrəli maşınla Babək şəhərinə getmiş, Musanı evlərindən götürüb çəlləkləri oğurlayacaqları həmin tikiliyə getmişlər, həmin vaxt tikilinin qapısında qıfıl olmamış, qapı məftil ilə bağlanmışdır. Onlar oraya çatan kimi köhnə tikilinin qapısında olan məftili açıb içəriyə girmişlər, orada olan boş dəmir çəlləkləri tikilinin qapısı dar olduğundan qapının yanındakı pəncərədən qapının qarşısına çıxartmışlar. Orada olan bəzi çəlləklərin içərisində yağa oxşar maye olmuş, ağır olmuşlar. Ancaq orada olan boş çəlləkləri götürəcəklərini əvvəlcədən razılaşdırdıqlarından həmin dolu çəlləklərə dəyməmişlər. Sonra maşınla Tağının qabağına çıxmış, yolda qarşılayıb onu həmin yerə gətirmişlər. Tağı “bu nə çəlləklərdi?” deyə soruşmuş, bu çəlləkləri Nehrəm kəndinə daşımaq lazım olduğunu, 10 dəqiqəlik məsafə olduğunu demişdir. Tağı “buralar nə yerdir?” deyə soruşanda “narahat olma, problem yoxdur, sahibi burda deyil, bizə tapşırıb çəlləkləri satıb pulunu ona göndərəcəyik” demişlər, Tağı nə üçün axşam vaxtı çəlləkləri daşıdıqlarını soruşanda hər ikisinin hərbiçi olduğunu, işdən axşam çıxdıqlarını, ancaq axşam vaxtlarının olduqlarını bildirmişlər. Tağıya oğurluq etdiklərini bildirməmişlər, orada olan tikilinin yanındakı yararsız “Qazel” markalı maşının təkərlərini göstərib həmin təkərlər olduğunu deyib, sökə biləcəyini demişdir. Tağı təkərləri sökən zaman onlar çəlləkləri Qazelə yükləmişlər, Tağıya həmin çəlləkləri aparıb Nehrəm kəndinə boşaldacaqlarını deyib hər reysin qiymətini 10 manatdan razılaşmışlar. Çəlləkləri Tağıya məxsus “Qazel” markalı maşının yük yerinə doldurduqdan sonra Musa Tağı ilə birlikdə həmin çəlləkləri Nehrəm kəndinə Abbas adlı şəxsin həyətinə daşımış, çəlləklər Abbasın həyətinə daşınarkən özü hadisə yerində qalmış, Abbas əvvəlcədən çəllək gətirəcəklərini bilmiş, çəlləkləri Abbasgilin həyətinə boşaldanda Abbas nə çəlləklər olmasını soruşduqda Musa ona heç bir problemi yoxdur, narahatçılıq yoxdur, özümüzündür demişdir. Çəlləkləri boşaldandan sonra Musagil yenə oğurluq etdikləri əraziyə qayıtmışlar, beləcə həmin gün təxminən Abbasgilə Qazellə 4 reys çəllək aparmışlar. Onlar hər reysdə təxminən N5 ədəd çəllək olmaqla Abbasgilə ümumilikdə 108 ədəd çəllək aparmışlar. Çəlləkləri Abbas saymış, 6 manatdan pulunu Musaya vermişdir, həmin pulu Musa ilə bölmüşlər, bundan sonra da oradan bir reys də boş çəllək yığıb Musagilin Babək şəhərində olan həyətinə aparıb boşaltmışlar. Yenə həmin yerə qayıtmışlar, Tağı çəlləklərdən 15 dənəsini ona satmalarını xahiş etmiş, ona 5 manatdan 15 ədəd çəllək satmışlar, ümumilikdə 75 manat pul almışlar. Bundan sonra yağ çəlləkləri götürdükləri binadan aralıda olan digər binaya getmişlər, məftili açıb içəri girərək oradan 1 ədəd plastik böyük pəncərə, 1 ədəd plastik kiçik pəncərə, 1 ədəd plastik qapı, N ədəd böyük plastik su çəni götürüb onu da aparıb Musagilin həyətinə boşaltmışlar. Tağı ilə hər reysin qiymətini 10 manatdan razılaşmışlar, ancaq Tağı daşıma xərcinin əvəzinə təkərləri ona pulsuz verməsini demiş, razılaşmışlar, Tağıya çəlləkləri və digər əşyaları daşıma xərcinin əvəzinə 4 ədəd diski ilə birlikdə təkər vermişlər, təkərlər köhnə olmuşdur. Bundan sonra Tağıya satdıqları 15 çəlləyi və təkərləri onun maşınına yükləmişlər, oradan çıxıb getmişlər. Bundan təxminən 5-10 gün sonra Musa hərbi hissədə həyətinə yığdığı çəlləklərin ona lazım olmadığını, Abbasa satmaq istədiyini, maşın tapmasını deyib aparıb onları da satmağı razılaşmışlar. Bundan sonra Xok kəndində yaşayan Cabir adlı Qazel sürücüsünə Babəkdə bir həyətdə əşyaları olduğunu, onları Nehrəmə aparmaq lazım olduğunu demiş, axşamtərəfi işdən çıxıb Babək rayonuna Musagilin həyətinə getmiş, oradan Cabirə zəng etmiş, onu qarşılayıb Musagilin həyətinə aparmış, çəlləkləri oradan Cabirin Qazelinə yığıb aparıb Abbasgilə boşaltmışlar. N0 ədəd çəlləyi 1N0 manata satmışlar, Abbasdan aldıqları pulun 30 manatını Cabirə daşıma xərci vermişlər, qalanını da bərabər şəkildə Musa ilə bölmüşlər. Onlar ümumilikdə ŞahidN 1N8 ədəd çəllək satmışlar. Bundan bir neçə gün sonra Musa Abbasla danışıb oğurladıqları N ədəd plastik su çənini, plastik qapını və plastik pəncərələri ona N manata satmış, Abbas öz “Qazel” markalı maşını ilə gedib Musagilin həyətindən həmin əşyaları götürüb aparmışdır. Həmin pulu Musa ilə yarı bölmüşlər. Bundan sonra N0N3-cü ilin iyun ayının təxminən əvvəllərində saat 17 radələrində özünə məxsus maşınla təklikdə oğurluq etdiyi yerə getmiş, plastik qapı, pəncərə və su çənlərini götürdükləri binanın içərisindən təxminən ümumi uzunluqları 30-40 metr olan bir neçə plastik borunu və N ədəd böyük ventilyatoru götürüb maşınına qoymuş, sonra çıxıb evə getmiş, plastik boruları evdə “əl damına” qoymuş, ventilyatorlar isə maşının baqajında qalmışdır. Həmin günün sabahısı Naxçıvan şəhərində qonaq evinin arxasında olan Nicat adlı şəxsin yanına getmiş, ventilyatorları ona göstərib satdığını bildirmiş, Nicat adlı şəxs ventilyatorun birinə N5 manat verə biləcəyini dedikdən sonra onunla razılaşıb ventilyatorları ona 50 manata satmışdır. Bundan başqa N0N3-cü ilin iyul ayının təxminən ortalarında Xok kəndində yolun kənarında görüşən zaman “Qazel” sürücüsü Tağıya çəllək daşıdıqları yerdə “Qazel” diferi və resoru da olduğunu, onları sata biləcəyini demiş, N0N3-cü ilin iyul ayının təxminən 17-də axşam saat N1:30 radələrində Tağı ilə danışıb həmin yerə getmişlər, Tağı həmin açıq ərazidə olan yararsız Qazel markalı avtomobilin difer və resoruna baxmış, lakin xoşu gəlməmiş, yararsız olduğunu, almaq istəmədiyini bildirmişdir. Bundan sonra oradan çıxmışlar, hərəsi öz maşını ilə yola düşüb getmək istədikdə bir maşınının oraya gəlməsini görmüşlər, həmin vaxt Tağıya “tez min maşına qaç” demiş, maşınlara minib getmişlər, Tağı oradan aralanandan sonra nəsə problem olduğunu hiss edib nə üçün oradan qaçdıqlarını soruşmuş, ona oradan oğurluq etdiyini demişdir. Musa ilə birlikdə ümumilikdə 143 ədəd boş çəllək, N ədəd plastik N tonluq su çəni, 1 plastik qapı, 1 kiçik plastik pəncərə, 1 böyük plastik pəncərə, 4 ədəd “Qazel” markalı maşının təkərlərini oğurlamışlar. Bundan əlavə də ayrılıqda, Musadan xəbərsiz oraya N0N3-cü ilin iyun ayının əvvəlləri gedərək oradan N ədəd ventilyator, 30-40 metr müxtəlif uzunluqlu plastik borular oğurlamış, başqa heç nə oğurlamadığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxsN ifadəsində törədilən əməl nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə aradan qaldırıldığını, etdiyi əməllərə görə peşman olduğunu, himayəsində bir azyaşlı övladının olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.3-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N019-cu ilin aprel ayında MAHHXHQ əsgər kimi N saylı hərbi hissədə sürücü kimi xidmətə başlamış, həmin hərbi hissədə xidmət etdiyi vaxtlarda Təqsirləndirilən şəxsN görüb tanımış, münasibətləri yaxşı olmuş, yoldaşlıqları olmuşdur. N0NN-ci ilin yay aylarında hərbi hissədən işçi qrup ayrılmış, komandanlığın göstərişi ilə Babək rayonunun Araz kəndi yaxınlığında yerləşən ərazidə olan tikililərdə söküntü işləri aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxsNla orada işləmişlər. Bundan əlavə orada hərbi hissənin texnikaları olduğuna görə mühafizə xidmətinə qalmışlar. Həmin vaxtlarda nahar fasilələrində Anarla birlikdə orada olan digər tikililərə baxmışlar, orada müxtəlif avadanlıqlar görmüşlər. Həmçinin orada olan tikilidə çoxlu sayda dəmir çəlləklərin olmasını, orada yararsız hala düşmüş Qazel markalı maşının, əlavə plastik qapı-pəncərənin olmasını da görmüşlər. Təxminən 15-N0 gün söküntü işləri apardıqdan sonra işlərini bitirib hərbi hissəyə qayıtmışlar, başqa təsərrüfat işlərinə cəlb olunmuşlar. Onlar həmin ərazidə söküntü işlərinə cəlb olunduqları vaxt tanımadığı bir mülki şəxs qaldırıcı kran və tır gətirərək, oradakı dəmir reysləri, dəmir tərəziləri tıra yükləyərək aparmışdır. Uzun müddət keçdikdən sonra N0N3-cü ilin may ayında hərbi hissədə olarkən Təqsirləndirilən şəxsNla söhbət edəndə Anar ona həmin tikilidə olan dəmir çəlləklər, qapı-pəncərələri xatırlatmış, söhbət edib həmin yerə gedib oradan dəmir çəlləklər, plastik qapı-pəncərəni oğurlayıb satmağı razılaşdırmışlar. Pula ehtiyacları olduğundan həmin əşyaları oğurlayıb sataraq qazanc əldə etməyi düşünüb razılaşmışlar. Bundan sonra o, Anara çəlləkləri satın alacaq bir adam tapacağını demiş və əvvəlcədən tanıdığı Nehrəm sakini ŞahidN şəxsə zəng edib dəmir çəlləkləri olmasını bildirərək, satmaq istədiyini bildirmiş, Abbas dəmir çəlləklərin birini 6 manatdan ala biləcəyini demişdir. Abbasla çəlləyin birini 6 manatdan razılaşdıqdan sonra Anara zəng edib bir nəfərlə danışdığını, çəlləklərin birini 6 manatdan alacağını demişdir. Bundan sonra Anar Qazel markalı maşın tapacağını, birlikdə gedib çəlləkləri götürəcəklərini demişdir. Bir müddət sonra Anar zəng edib bir Qazel tapdığını, gedib çəlləkləri götürməyi demişdir. Təxminən may ayının N0-də axşam saat N0:30 radələrində Anarla əvvəlcədən danışdıqları kimi Babək rayonunun mərkəzi küçəsinə çıxmış, Anar öz maşını ilə gəlib onu götürmüş, birlikdə oğurluq edəcəkləri yerə getmişlər. Maşını aralıda saxlayıb düşüb çəlləklər olan binanın qapısına yaxınlaşmışlar, qapı məftillə bağlı olduğundan məftili çıxarıb qapını açıb içəri girərək orada olan boş çəlləkləri binanın qabağına çıxarmağa başlamışlar. Qapı dar olduğundan qapının yanındakı pəncərədən çəlləkləri çıxarıb çölə düzmüşlər. Sonra Tağı adlı şəxs Qazel markalı avtomobili ilə gələndə Anarın maşını ilə Tağının qabağına gedib onu qarşılayıb oğurluq etdikləri yerə aparmışlar. Tağı adlı həmin sürücüyə oğurluq edəcəklərini bildirməmiş, ona bu barədə heç nə deməmişdir. Tağı onların oğurluq edəcəyini bilməmişdir. Tağı onlardan çəlləkləri soruşmuş, ona bunları Nehrəm kəndinə daşımaq lazım olduğunu demişlər. Tağı nə məsələdir, qorxulu bir şey yoxdur? deyə soruşanda Anarla onu heç bir qorxulu şey olmadığına arxayın etmişlər. Tağı nə üçün axşam vaxtı daşımaqlarını soruşduqda isə xidmətdə olduqlarını, ancaq axşam vaxtları boş olduqlarını demişlər. Tağının hər reysinə 10 manat verəcəklərinə razılaşmışlar. Sonra Qazel markalı maşını Tağı çəlləklərin yanına vermiş, Anarla birlikdə çəlləkləri Qazel markalı maşının arxasına yığmışlar. Tağının Qazelinə N0-dən yuxarı, təxminən N0-N5 ədəd çəllək yığmışlar. Bundan sonra yığdıqları çəlləkləri Nehrəm kəndinə Abbasın yaşadığı evin həyətinə aparmışlar, onun həyətinə boşaltmışlar. Sonra növbəti reys edib yenə həmin çəlləklərdən yığıb Abbasın yaşadığı evə aparmışlar. Hər dəfə aparanda təxminən N0-N5 çəllək aparmışlar, təxminən 4-5 dəfə çəllək daşımışlar. Abbasın evinə 108 çəllək aparmışlar, o da hesablayıb pulunu vermişdir. Bundan sonra yenə həmin əraziyə qayıtmışlar, Anara çəlləklərdən N0 dənəsini də özünə götürəcəyini deyərək N0 ədəd çəlləyi Tağının Qazelinə yükləyib aparıb həyətlərinə boşaltmışlar. Anar əvvəlcədən Qazel sürücüsü Tağı ilə hər reys daşıma üçün 10 manat pul verəcəklərinə razılaşmışlar, ancaq sonradan orada yararsız halda olan “Qazel” markalı maşının təkərlərini ona pulsuz verəcəyinə, bununla da ona olan borclarını ödəyəcəklərinə, yəni daşıma xərci olaraq ona təkər verəcəklərinə razılaşmışlar, Təqsirləndirilən şəxsN Tağıya Qazelin təkərlərini ona verdiklərini, söküb götürməsini demiş, Tağı da 4 ədəd təkəri diski ilə birlikdə söküb götürmüşdür. Bundan əlavə Tağı 15 ədəd çəllək istəmiş, ona 15 ədəd çəlləyi birinin qiyməti 5 manatdan olmaqla satıb 75 manat pul almışlar. Bundan sonra Təqsirləndirilən şəxsNla ərazidəki digər tikiliyə girərək orada olan N ədəd N tonluq plastik su çənini, 1 ədəd plastik pəncərəni, 1 ədəd kiçik plastik pəncərəni, 1 ədəd isə plastik qapını götürüb Qazelin arxasına qoymuşlar. Tağıya satdığı çəlləkləri və verdiyi təkərləri də yığıb oradan çıxmışlar. Bundan sonra ilk əvvəl onların həyətinə gedib plastik pəncərələri, su çənlərini, plastik qapını oraya endirmişlər, sonra Anarla sürücü çıxıb getmişlər. Bundan 5-10 gün sonra həyətinə yığdığı çəlləklərin lazım olmayacağını düşünüb həmin N0 çəlləyi də Abbasa satmaq fikrinə gəlmiş, Anara hərbi hissədə həyətə yığdığı çəlləklərin ona lazım olmayacağını bildirərək, maşın tapmasını, həmin çəlləkləri də aparıb Abbasa satmağı demişdir. Anar razılaşaraq axşam işdən çıxandan sonra onun yaşadığı həyətə gəlmiş, oradan Cabir adlı Qazel sürücüsünə zəng etmiş, həmin şəxs maşını ilə gəlmiş, N0 ədəd çəlləyi yükləmişlər. Abbasla danışmış, N0 dənə də çəlləyi olduğunu bildirmiş, o əvvəl almaq istəməmiş, ancaq sonradan razılaşmış, çəlləkləri Abbasgilin həyətinə aparıb 1N0 manata Abbasa satmışlar, həmin puldan 30 manatını Cabir adlı sürücüyə daşıma xərci vermişlər. Abbasa ümumilikdə 1N8 ədəd çəllək satmışlar, bundan bir neçə gün sonra Abbasla danışıb razılaşaraq su çənlərini, qapını və pəncərələri ona N manata satmış, Abbas öz Qazel markalı maşını ilə gəlib həmin əşyaları yığıb aparmışdır. Sonra Anara zəng edərək çənləri, pəncərələri və qapıları N manata satdığını bildirmiş, növbəti gün hərbi hissəyə gedəndə N manat pulu yarı bölmüşlər. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində törədilən əməl nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənildiyini, etdiyi əməllərə görə peşman olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, eləcə də məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, N014-cü il tarixdən Babək rayon Araz kəndi ərazisində yerləşən "xxxx" ASC-nin səhmlərini alqı-satqı yolu ilə satın almışdır, həmin ASC-də ilkin olaraq mozaik daşların istehsalı işini qurmuş, sonradan orada broyler sexi qurmuş, daha sonra isə orada işlənmiş yağların yenidən emalı sexini qurmuşdur. N017-ci ilin yay aylarında həmin ASC-nin fəaliyyəti dayandırılmış, həmin vaxtdan müəssisə tam fəaliyyətsiz olaraq qalmışdır. Həmin ASC-nin ərazisində heyvandarlıq təsərrüfatı qurmuş, N0NN-ci ilin may ayının N5-də Naxçıvan MR Nazirlər Kabineti həmin müəssisənin bir hissəsinin ondan alınaraq Energetika Nazirliyinə verilməsi barədə müvafiq sərəncam vermişdir. N1 iyul N0N0-ci ildə həmin müəssisənin müşahidə şurasının sədri təyin edilmiş, müəssisənin səhmləri həyat yoldaşının və oğlunun adına olmuşdur. Nazirlər kabinetinin sərəncamından əvvəl müəsisəyə hərbinin texnika və işçiləri gələrək söküntü işləri aparmışlar, müəsisənin mühafizə olunması nəzarətindən çıxmışdır. xx.xx.N0NN-ci il tarixdə gedib müəssisənin ərazisində işləyən müəyyən texnikaların, müəyyən şəxslərin şəklini çəkmiş, bu zaman ona bildirmişlər ki, ordudan göstəriş verilib ki, buranı təmizləyək. Ona əraziyə girməyə icazə verməmişlər. Bundan sonra o, İqtisadiyyat Nazirliyinə getmiş, orada ona bildirmişlər ki, müəssisə qanuni formada Energetika Nazirliyinə verilib. Ordu oradan çıxdıqdan sonra müəssisənin dağılmış, ittiham aktında qeyd olunmayan bir çox əmlakın yerində olmadığını görmüşdür. Həmçinin Zərərçəkmiş şəxs verdiyi ifadəsində qeyd etmişdir ki, ibtidai araşdırma müddətində talama hadisəsinin baş vermə tarixləri, baş vermə sayları yanlış müəyyən olunmuşdur. Belə ki, o, xx.xx.N0N3-cü il tarixdə bir fəhlə ilə müəssisəyə getmiş və orada talama olduğunu görmüşdür. Lakin onun fikrincə müəssisədə buna qədər də ən azı N dəfə talama hadisələri olmuşdur. Əsas talama hadisələri N0NN-ci ilin may-avqust aylarında işçi qüvvənin həmin ərazidə olduğu müddətlərdə olmuşdur. O, bu barədə Babək rayon Polis Şöbəsinə də məlumat vermiş, onlar da əməliyyat gedişatı pozulmasın deyə işi məxfi şəkildə apardıqlarını, oğruların tutulacağını ona bildirmişlər. Müəssisə sərhəd zonasında yerləşdiyindən kənar şəxslərin rahat giriş-çıxışı mümkün deyildir. Bu səbəbdən talama hadisələri əsasən işçi qüvvə kimi işlədikləri müddətdə baş vermişdir. Bundan əlavə zərəçəkmiş şəxs ona dəymiş ziyan ödnilmədiyindən təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, təqsirləndirilən şəxslərə təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Kəngərli rayonu Xok kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, atasına məxsus Qazel markalı maşınla yük daşımaqla qazanc əldə edir. Təxminən N0N3-cü ilin may ayının N0-də Qıvraq qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsN ona zəng vuraraq Qazel təkəri lazım olubolmamasını soruşmuş, ona təkərlərinin köhnəldiyini demişdir. Təqsirləndirilən şəxsN təkərlərin Babək rayonunda olduğunu, onun maşınına yerləşmədiyini, gedib oradan açıb gətirməli olduğunu demişdir. Qiymətini soruşduqda N0 manata satacağını bildirmişdir. Onunla razılaşıb nə vaxt gedəcəklərini soruşmuş, Anar həmin gün gedəcəklərini demişdir. N0 may N0N3-cü il tarixdə saat N0-N1 radələrində «Qazel» markalı **-BB-*** nömrəli maşını ilə Anarın dediyi kimi Babək rayonun Araz kəndi yoluna tərəf getmiş, yolu tam tanımadığına görə Anar qabağa gəlmiş, onun maşınını görüb arxasınca hərəkət etmiş, birlikdə zavoda oxşar bir yerə getmişlər, hava qaranlıq olmuşdur. Maşından enəndə Təqsirləndirilən şəxs1 da maşından enmiş, onu əvvəldən tanımamış, orada görüb tanımışdır. Anar tikilinin yanında sökülmüş «Qazel» markalı maşını göstərib təkəri həmin maşından sökəcəklərini demiş, maşın yararsız vəziyyətdə olmuşdur, üzərində təkərləri olmuşdur. Anar “burada olan çəlləkləri Nehrəm kəndində bir ev var, oraya daşımaq lazımdır” demişdir. Reysini 10 manata daşımağa razılaşmışlar. Ancaq sonradan Təqsirləndirilən şəxsN çəlləkləri daşıması əvəzində təkərləri pulsuz verəcəyini demişdir. Anarla Musadan “bura haradır, bu nə çəlləklərdir daşıyırsınız?” deyə soruşmuş, onlar “buranın müdiri Bakı şəhəridə yaşayır, pula ehtiyacı var, bizə tapşırıb ki, burdakı əşyaları satıb ona göndərək” demişlər. Həmin vaxt Anar və Musa özlərini çox rahat şəkildə aparmış, öz yerləri kimi davranmışlar. Nə üçün axşam vaxtı daşımaqlarını soruşduqda isə gündüz vaxtı hərbi hissədə olduqlarını, işdən çıxa bilmədiklərini, ona görə də ancaq axşam vaxtları boş olduqlarını demişlər. Sonra o, maşını orada çəlləklər yığılmış tikilinin qarşısına vermiş, onlar çəlləkləri maşına doldurmağa başlamışlar. X44 maşınının üzərində olan 4 ədəd arxa təkəri sökməyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 çəlləkləri daşıyıb «Qazel»ə yükləmişdir. Musa «Qazel»i yükləyib işini bitirəndə ona demiş, maşını işə salıb çəlləkləri Nehrəm qəsəbəsində yaşayan Abbas adlı şəxsin həyətinə aparıb boşaltmışlar. Təxminən 10 dəqiqəlik yol olmuş, həmin axşam təxminən 4 reys etməklə 100-dən yuxarı çəlləyi Abbasgilə daşımışdır. Oraya gedib gəldikcə Anarla birlikdə təkərləri söküb qurtarmışlar. Bundan sonra 1 reys də çəlləklərdən Təqsirləndirilən şəxs1 Babək rayonundakı həyətinə aparmışlar. Həm də orada olan digər tikilidən Musa ilə Anar N ədəd plastik su çəni, N ədəd plastik pəncərə, 1 ədəd plastik qapı çıxarıb onun maşınına yükləmişlər, onu da Musagilin həyətinə aparmışdır. Özü də kənd yerində yaşadığından və bu cür çəlləklərin kənddə lazım olduğundan Anara “çəlləklərdən satırsınız?” deyə soruşmuş, Anar “satırıq, qiyməti 7 manatdır” demiş, ona “5 manata verirsənsə 15 dənə alaram” demişdir. Anarla razılaşdıqdan sonra ona 15 ədəd çəllək vermişlər, Anara 75 manat pul vermişdir. 15 ədəd çəlləyi satın almış, 4 ədəd təkəri isə çəlləkləri daşıma xərci kimi ona vermişlər. Axırda həmin əşyaları maşınına yükləyib getmişdir. Növbəti gün həmin çəlləklərdən həmkəndlisi Rahilə 3 ədədini 60 manata, qonşusu Eldənizə 1 ədədini N0 manata və qohumu Samir Zellabdinova 1 ədədini N0 manata satmışdır. 10 ədədini isə həyətinə yığmışdır. Bundan sonra təxminən N0N3-cü ilin iyul ayının 17-də Anar axşam saatlarında ona zəng vurub orada olan «Qazel»in diferini və resorunu birlikdə 50 manata satdığını, almaq istəsə ona sata biləcəyini demişdir. Anara alacağını demiş, həmin gün Anarla saat N1:30 radələrində “zavodun” həyətində görüşmüşlər, birlikdə «Qazel»in olduğu yerə getmişlər, maşının diferinə işıq salıb baxanda «Qazel»in diferinin yararsız olduğunu görmüş, sonra ona diferin yararsız olduğunu, almaq istəmədiyini bildirmişdir. Oradan çıxanda zavod istiqamətində maşın işığı düşdüyünü, maşınla kiminsə onlara tərəf gəldiyini görmüşlər. Anar bunu görüb ona “tez elə qaç” demişdir. Qaçıb maşına minib çıxıb getmişdir. Oradan uzaqlaşıb Anara zəng vurub “biz niyə oradan qaçırdıq?” deyə soruşmuş, Anar sabah danışarıq demişdir. Bundan sonra onların həmin yerdən oğurluq etdiklərini başa düşmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, təxminən N0N3-cü ilin may ayında Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edərək dəmir çəlləklər satdığını demiş, iş yerinə onun içərisində yağ gəldiyini, boşaldandan sonra qaldığını demişdir. Ondan qiymətini soruşduqda 6 manata satdığını demişdir. Təsərrüfatla məşğul olduğundan içərisinə arpa-buğda yığa biləcəyini düşünmüşdür. Bundan 1-N gün sonra Təqsirləndirilən şəxs1 zəng edib axşamüstü çəlləkləri gətirəcəyini demişdir. Həmin gün saat N0:30 radələrində Musa nömrəsini xatırlamadığı Qazel markalı maşınla onun evinə gəlmiş, o, Qazel markalı maşının sürücüsünü tanımamışdır. Musa gələndə yanında tanımadığı bir şəxs də olmuşdur. Musanın Qazellə gətirdiyi çəlləkləri oğlu Rüzgar Əliyevlə köməkli həyətdə olan yardımçı tikiliyə yığmışlar. Həmin gün ümumilikdə Musa təxminən 4 reys dəmir çəllək gətirmiş, gətirilən çəlləklərin təxminən ümumi sayı 100-dən artıq olmuşdur. Musaya hər reysdə gətirdiyi çəlləklərin pulunu hər biri 6 manatdan olmaqla nağd şəkildə vermişdir. Bundan təxminən bir neçə gün sonra Musa yenidən zəng edib çəllək olduğunu demiş, razılaşmış, gətirməsini demişdir. Musa saat N1 radələrində Qazel markalı maşınla çəlləkləri həyətinə gətirmiş, 1 reys olmaqla N0 ədəd çəllək gətirmişdir. N0 ədəd çəlləyə 1N0 manat vermişdir. Onunla yenə əvvəl gələn Təqsirləndirilən şəxsN gəlmişdir. Sonradan evdə oğlu ilə danışanda birinci dəfə təxminən 100-dən artıq çəllək aldığını, bundan bir neçə gün sonra isə təxminən N0 ədəd çəllək aldığını xatırlamışdır. Musadan ümumilikdə 1N8 ədəd çəllək almışdır. Buna görə də cəmi 768 manat pul vermişdir. Həmin gündən 10- 15 gün sonra Musa zəng edərək plastik qapı, pəncərə və su çəni olduğunu demiş, özünə məxsus ** BC *** nömrə nişanlı Qazel markalı yük maşını ilə Musanın Babək şəhərində yerləşən evinə getmiş, 1 ədəd plastik pəncərəyə, 1 ədəd plastik qapıya, N ədəd plastik N tonluq su çəninə və 1 ədəd balaca plastik pəncərəyə ümumilikdə N manat pul verib alaraq maşınına yığıb evinə qayıtmışdır. Sonradan 1 ədəd N tonluq su çənini tanımadığı və haradan olmasını bilmədiyi şəxsə 150 manata satmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, qeydiyyatda olmaqla yaşadığı ünvan 4 ünvanında metal alqı-satqısı fəaliyyəti ilə məşğuldur. Gündəlik olaraq vətəndaşlar tərəfindən müxtəlif metallar gətirilir, alıb-satmaqla pul qazanır. Təqsirləndirilən şəxsN təxminən N0 may N0N3-cü il tarixindən sonra VAZ N1099 markalı 74 seriya ilə olan göy rəngli maşını ilə gələrək iki ədəd motorlu ventilyator gətirmiş və onları satdığını bildirmişdir. Bundan sonra hər iki motorlu ventilyatora hər birinə N5 manat olmaqla ümumilikdə 50 manata razılaşıb, Anara 50 manat pul verib, onları almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq hesab edir ki, hadisələrin təqsirləndirilən şəxslər tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. Təqsirləndirilən şəxslərə istinad edilən cinayət hadisəsinin (birgə törətdikləri hadisənin) müxtəlif vaxtlarda törədilməsi, o cümlədən təqsirləndirilən şəxslərə qarşı verilmiş ittihamda qeyd olunmayan əlavə əşyaların da onlar tərəfindən oğurlanması ilə bağlı zərərçəkmiş şəxsin mövqeyi məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmur. Həmçinin təqsirləndirilən şəxslərə istinad edilən cinayət hadisələrinin ittiham aktının məzmununa uyğun olaraq olaraq törədilməsi ilə bağlı ittiham tərəfinin (dövlət ittihamçısının) mövqeyi məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri ilə yanaşı, iş materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokolları, müvafiq ekspert rəyi, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları ilə də təkzib olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 14 avqust N0N3-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.3-cü maddələri ilə cinayət işi başlanmış, vətəndaş Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-N). “Əməlin tövsif edilməsi haqqında” N6 dekabr N0N3-cü il tarixli qərardan, “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” N7 dekabr N0N3-ci il tarixli və N9 dekabr N0N3-cü il tarixli qərarlardan, o cümlədən müvafiq protokollardan görünür ki, N6 dekabr N0N3-cü il tarixdə Təqsirləndirilən şəxsN əməlləri Azərbaycan Respublikası CM-in 177.N.1, 177.N.N, 177.N.3 və N9, 177.N.N-ci maddələrinə tövsif edilərək N9 dekabr N0N3-cü il tarixdə ona həmin maddələr ilə yenidən ittiham elan edilmiş, N7 dekabr N0N3cü il tarixdə isə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.N.1 və 177.N.3-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir (i.v İİİ cild 143- 145, 150, 146-147, 166-168, 171). “Baxış keçirilməsi haqqında” 18 iyul N0N3-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Babək rayonunun Araz kəndi ərazisində yerləşən "xxxx" travertin-mərmər zavodu MMC-nin Daş Məhsulları istehsalat sexindən 3N0 metr məsafədə olan və Naxçıvan şəhər sakini X1N məxsus 3 (üç) ayrı-ayrı anbarlardır (i.v İ cild 10-N0). “Baxış keçirilməsi haqqında” 18 iyul N0N3-cü il tarixli, 8NN №-li protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsN yaşadığı Kəngərli rayonu Qıvraq qəsəbə mərkəzindən 3N0 metr məsafədə yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı oğurlanmış ümumi uzunluğu 40 metr plastik boru oradan aşkar edilərək müvafiq qaydada götürülmüşdür (i.v İ cild N9-33). “Baxış keçirilməsi haqqında” 18 iyul N0N3-cü il tarixli, 8N3 №-li protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Şahid1 Kəngərli rayonu Xok kəndində yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinin həyətindən 10 ədəd boş çəllək və ümumilikdə 4 ədəd təkər aşkar edilərək müvafiq qaydada götürülmüşdür (i.v İ cild 37-41). “Baxış keçirilməsi haqqında” 18 iyul N0N3-cü il tarixli, 8N4 №-li protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən və ŞahidN məxsus fərdi yaşayış evinin həyətinə və yardımçı tikililərinə baxış keçirilmiş, baxış zamanı yardımçı tikilidən 1N8 ədəd boş dəmir çəllək, fərdi yaşayış evinin həyətindən isə N ədəd plastik pəncərə, 1 ədəd plastik qapı, 1 ədəd N tonluq plastik su çəni aşkar edilərək müvafiq qaydada götürülmüşdür (i.v İ cild 45- 51). “Baxış keçirilməsi haqqında” 19 iyul N0N3-cü il tarixli, 8N6 №-li protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən görünür ki, həmin tarixdə Kəngərli rayonu Xok kəndində yerləşən və vətəndaş X9 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinin həyətindən 1 (bir) ədəd dəmir çəllək aşkar edilərək müvafiq qaydada götürülmüşdür (i.v İ cild 55-59). “Baxış keçirilməsi haqqında” 19 iyul N0N3-cü il tarixli, 8N7 №-li protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən görünür ki, həmin tarixdə Kəngərli rayonu Xok kəndində yerləşən və vətəndaş X10 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evin yardımçı tikilisindən 3 (üç) ədəd dəmir çəllək aşkar edilərək müvafiq qaydada götürülmüşdür (i.v İ cild 63-67). “Baxış keçirilməsi haqqında” 19 iyul N0N3-cü il tarixli, 8N8 №-li protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Kəngərli rayonu Xok kəndində yerləşən və vətəndaş X3 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinin həyətindən 1 (bir) ədəd dəmir çəllək aşkar edilərək müvafiq qaydada götürülmüşdür (i.v İ cild 71-75). “Baxış keçirilməsi haqqında” 19 iyul N0N3-cü il tarixli, 830 №-li protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə ünvan 5 ünvanında yerləşən, vətəndaş X5 məxsus və Şahid3 yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinin həyətindən Təqsirləndirilən şəxsN oğurlayaraq X1 N ədəd ventilyator aşkar edilərək müvafiq qaydada götürülmüşdür (i.v İ cild 79-84). “İfadənin yerində yoxlanılması haqqında” N3 dekabr N0N3-ci il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkətləri keçirilmişdir. Həmin istintaq hərəkətlərinin keçirilməsi zamanı təqsirləndirilən şəxslər ifadələrində göstərdikləri xüsusatları, konkret olaraq haradan, hansı əşyaları götürdüklərini hadisə yerində də əyani şəkildə göstərərək törətdikləri hadisələri etiraf etmişlər (i.v İİİ cild 110-116, 117-1N3). “Əşyaların maddi sübut kimi tanınması və cinayət işinə əlavə olunması haqqında” 18 noyabr N0N3-cü il tarixli qərardan və Babək rayon Polis İdarəsinə ünvanlanmış 18 noyabr N0N3-cü il tarixli məktubdan görünür ki, cinayət işi üzrə oğurluq yolu ilə əldə edilmiş 1) 1 ədəd eni 57 sm, hündürlüyü 137 sm olan plastik pəncərə, N) 1 ədəd eni 150 sm, hündürlüyü 150 sm olan plastik pəncərə, 3) 1 ədəd eni 9N sm, hündürlüyü N1N sm olan plastik bir tağlı qapı, 4) 3 ədəd “LASSA” markalı N05*95*16 ölçülü istifadə olunmuş, üzərində 16 ölçülü dəmir diski olan avtomobil təkəri, 5) 1 ədəd “NEXEN” markalı N15*95*16 ölçülü istifadə olunmuş, üzərində 16 ölçülü dəmir diski olan avtomobil təkəri, 6) N ədəd arxasında motor olan ventilyator, 7) ümumi uzunluğu 40 metr, diametri N,5 sm olan plastik boru, 8) 143 ədəd diametri 60 sm, hündürlüyü 88 sm olan dəmir çəllək, 9) 1 ədəd diametri 1 metr, uzunluğu N metr, hündürlüyü 1 metr olan N tonluq plastik su çəni maddi sübut kimi tanınaraq, Babək rayon Polis İdarəsinə məsul saxlanca verilmişdir (i.v İİ cild 64-65, 66). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 avqust N0N3-cü il tarixli, 716 №-li “Məhkəmə -əmtəəşünaslıq ekspertizasının” rəyindən görünür ki, tədqiqata təqdim edilmiş eni 57 sm, hündürlüyü 137 sm olan, istifadə edilmiş plastik materialdan hazırlanmış pəncərənin qiyməti 50 manat, eni 150 sm, hündürlüyü 150 sm olan, istifadə edilmiş plastik materialdan hazırlanmış pəncərənin qiyməti 90 manat, eni 9N sm, hündürlüyü N1N sm olan, istifadə edilmiş plastik materialdan hazırlanmış bir tağlı qapının qiyməti 90 manat, Lassa markalı, N05*95*16 ölçülü, istifadə edilmiş, üzərində 16 ölçülü dəmir diski olan avtomobil təkərlərinin bir ədədinin dəyəri 60 manat olmaqla 3 ədədinin ümumilikdə dəyəri 180 manat, Nexen markalı, N15*95*16 ölçülü istifadə edilmiş, üzərində 16 ölçülü dəmir diski olan 1 ədəd avtomobil təkərinin qiyməti 60 manat, arxasında motoru olan, istifadə edilmiş N ədəd ventilyatorun ümumi qiyməti 80 manat, ümumi uzunluğu 40 metr, diametri N,5 sm olan və müxtəlif uzunluqlarda kəsilmiş plastik boruların ümumi qiyməti 8 manat, diametri 60 sm, hündürlüyü 88 sm olan, istifadə edilmiş N00 litr su tutumlu 1 ədəd dəmir çəlləyin qiyməti 17 manat olmaqla 143 ədəd dəmir çəlləyin ümumi qiyməti N431 manat, N000 litr su tutumlu, plastmas materialdan hazırlanmış, istifadə edilmiş 1 ədəd su çəninin qiyməti 180 manat, həmçinin ekspertizaya təqdim edilməmiş N000 litr su tutumlu plastmas materialdan hazırlanmış, istifadə edilmiş 1 ədəd su çəninin qiymətinin 180 manat olması, ekspertizaya təqdim edilmiş 9 adda tədqiqat obyektlərinin istifadə edilməsi nəzərə alınmaqla orta bazar qiyməti ilə 3169 (üç min yüz altmış doqquz) manat, digər təqdim edilməyən istifadə edilmiş su çəninin qiyməti isə 180 (bir yüz səksən) manat müəyyən edilmişdir (i.v İ cild 104-105). “Dəymiş maddi ziyanın geri qaytarılması haqqında” N9 dekabr N0N3-cü il tarixli protokoldan və “Sübutların qiymətləndirilməsi haqqında” 03 yanvar N0N4-cü il tarixli qərardan görünür ki, cinayət nəticəsində oğurlanmış 1 ədəd N tonluq plastik su çəni istisna olmaqla aşkar edilərək götürülmüş və maddi sübut kimi tanınaraq, Babək rayon Polis İdarəsinə məsul saxlanca verilmiş, iş üzrə keçirilən məhkəmə-əmtəəşünaslıq ekspertizası zamanı ekspertə təqdim edilmiş 09 adda əşyaların ümumi dəyəri müvafiq ekspert rəyi ilə 3169 manat olaraq qiymətləndirilmiş, oğurlanmış 1 ədəd N tonluq plastik su çəni satıldığından və faktiki yeri müəyyən olunmadığından həmin su çəninin dəyəri əmtəəşünas ekspert tərəfindən 180 manat dəyərində qiymətləndirilmiş, tapılması mümkün olmayan su çəninin ekspert rəyi ilə müəyyən olunmuş dəyəri olan 180 manat pul təqsirləndirilən şəxslər tərəfindən N9 dekabr N0N3-cü il tarixdə zərərçəkmiş şəxsə ödənilmişdir (i.v İİİ cild 165, N09-NN7). “Nömrə məlumat sistemindən edilmiş çıxarışlara baxış keçirilməsi haqqında” N5 dekabr N0N3-cü il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN istifadə etdiyi ***-***-**-** və Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrələrindən ötürülmüş məlumatların ələ keçirilməsi ilə bağlı Naxçıvan MR Hərbi Məhkəməsinə təqdimat verilmiş, "xxxx" MMC və "xxxx" MMC-dən qeyd olunan mobil telefonlardan ötürülən məlumatlar alınaraq cinayət işinə əlavə edilmişdir. Həmin məlumatlara baxış zamanı Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 arasında müxtəlif vaxtlarda qarşılıqlı zənglərin və danışıqların olması müəyyən edilmişdir (i.v İİİ cild 1N7-1N8). “İstintaq eksperimenti aparılması haqqında” N3 dekabr N0N3-cü il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı N3 dekabr N0N3-cü il tarixində Şahid1 məxsus “Qazel” markalı avtomobilin yük yerinə 1 dəfəyə hansı sayda N00 litrlik boş dəmir çəlləyin yerləşməsini dəqiqləşdirmək və yoxlamaq üçün istintaq eksperimenti keçirilmiş, eksperimentlə qeyd olunan avtomobilin yük yerinə 1 dəfəyə 30 ədəd boş dəmir çəlləyin yerləşdirilməsinin mümkün olması müəyyən edilmişdir (i.v İİİ cild 1N4-1N6). N №-li hərbi hissə komandirinin N9 yanvar N0NN-ci il tarixli, 30 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su əsgər Həsənov XN3 Ümumqoşun Ordu Komandanının birinci müavini-qərargah rəisinin N7 yanvar N0NN-ci il tarixli, N əç №-li əmri ilə hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün bölük qərargahının baş sürücüsü vəzifəsinə təyin edildiyinə görə N9 yanvar N0NN-ci il tarixdən etibarən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır (İ.v İ cild 96). N nömrəli hərbi hissə komandirinin N6 iyul N0N3-cü il tarixli, N03 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün bölük qərargahının baş sürücüsü MAHHXHQ-su əsgər Həsənov XN3 Ümumqoşun Ordu XN5 Üzrə müavinin 19 iyul N0N3-ci il tarixli, 06N əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, N6 iyul N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır (İ.v İİ cild 59). N №-li hərbi hissə komandirinin 0N iyul N019-cu il tarixli, 186 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 Müdafiə nazirinin müavini-X30 Komandanının 01 iyul N019-cu il tarixli, N əç №-li əmri ilə hərbi hissənin 4-cü motoatıcı taborunun 1N-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının sürücüsü vəzifəsinə təyin edildiyinə görə 0N iyul N019-cu il tarixdən etibarən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır (İ.v İ cild 95). N nömrəli hərbi hissə komandirinin N6 iyul N0N3-cü il tarixli, N03 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 X30 XN5 Üzrə müavinin 19 iyul N0N3-ci il tarixli, 063 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, N6 iyul N0N3cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır (İ.v İİ cild 17). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsindən alınmış xx.xx.N0N3-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar (i.v İ cild 18N-183). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş N0 iyul N0N3-cü il tarixli xidməti xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 xidmət müddətləri ərzində müvafiq hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmuşlar (i.v İ cild 97-98). Təqsirləndirilən şəxsN yaşayış yeri üzrə Kəngərli rayon İHB-nın Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsN yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v İV cild). Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Babək rayon İHB-nın Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v İV cild). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X11 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış N6 oktyabr N0N3-cü il tarixli 1553, 1554 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 həmin tibb müəssisəsində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatları olmamışıdır (i.v İ cild NN7, NN9). Həmçinin Kəngərli rayon X16 Hüquqi Şəxsi tərəfindən verilmiş N8 iyun N0N4-cü il tarixli X40 Vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxsN X41 həkim komissiyası tərəfindən tibbi müayinədən keçirilmiş, müayinə nəticəsində onun sağlam olduğu müəyyən edilmişdir (i.v İV cild). Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 15 iyul N0N4-cü il tarixli, 8348 №-li tibbi yoxlama protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tibb müəssisəsində tibbi müayinədən keçirilmiş, müayinə nəticəsində onun sağlam olduğu müəyyən edilmişdir (i.v İV cild). Kəngərli rayon İHB-nın Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli, 738 və 739 №-li arayışlardan, Təqsirləndirilən şəxsN məxsus AA******* №-li şəxsiyyət vəsiqəsinin sürətindən, XN7 məxsus AA4906748 №-li şəxsiyyət vəsiqəsinin sürətindən, o cümlədən AZ-İİ 514N87 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs Həsənov XN4 rayonunun Qıvraq qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanında yaşayır və onun ailə üzvləri arvadı-1997-ci il təvəllüdlü X7 və oğlu-N018-ci il təvəllüdlü X18 ibarətdir (i.v İV cild). Babək rayon İHB-nın Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli, 817 və 1/817 №-li arayışlardan, Təqsirləndirilən şəxs1 məxsus AA******* №-li şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanında yaşayır və onun ailə üzvləri atası-1967-ci il təvəllüdlü X8, anası-1968-ci il təvəllüdlü X4, bacısı-1993-cü il təvəllüdlü XN, qardaşı-1997-ci il təvəllüdlü X6 ibarətdir (i.v İV cild). “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 sentyabr N0N3-cü il tarixli, 587 və 590 qeydiyyat nömrəli qərarlardan görünür ki, 15 sentyabr N0N3-cü il tarixdə Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 146-147, 176-177). Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxslərə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə təqsirləndirilən şəxslərin təqsirləndirildikləri Cinayət Məcəlləsinin müvafiq maddələrinin (Təqsirləndirilən şəxsN nəzərən CM-nin 177.N.1, 177.N.N, 177.N.3 və N9, 177.N.N-ci madələrinin, Təqsirləndirilən şəxs1 nəzərən CM-nin 177.N.1 və 177.N.3-cü maddələrinin) tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxslərə təyin olunacaq cəzaları yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “XNNrşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsN törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1, 177.N.N, 177.N.3 və N9, 177.N.N-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər isə 177.N.1 və 177.N.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart N005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarının N-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarının 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarının 17-ci bəndində isə qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 18N, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin N13-3, N17, NN7, N3N və N35-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallarda oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Həmin qərarının 18-ci bəndinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.N-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.N.N, 180.N.N və ya 181.N.N-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Həmin qərarının 10-cu bəndinə görə özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, CM-nin 34.N-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 3N.N-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 3N-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarının 17-ci bəndində isə qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 18N, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin N13-3, N17, NN7, N3N və N35-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallarda oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Həmin qərarının 18-ci bəndinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.N-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.N.N, 180.N.N və ya 181.N.N-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Həmin qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarının N0-ci bəndinə görə anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Həmin qərarının N6-cı bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.N.1-177.N.3-N, 177.N.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsN MAHHX HQ-su kimi Müdafiə Nazirliyinin N №-li hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün bölük qərargahının baş sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan (3N61 manat) vurmaqla törətdiyi oğurluq əməllərində, təkbaşına zərərçəkmiş şəxsə maddi ziyan (88 manat) vurmaqla təkrarən törətdiyi oğurluq əməllərində, həmçinin eyni yolla təkrarən oğurluq etməyə cəhd etdiyi əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1, 177.N.N, 177.N.3 və N9, 177.N.N-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti, Təqsirləndirilən şəxs1 isə MAHHX HQ-su kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 1N-ci bölüyünün 1-ci tağımının 1-ci manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət edərkən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan (3N61 manat) vurmaqla törətdiyi oğurluq əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti mövcud olmuşdur. Zərərçəkmiş şəxsin ona məxsus Babək rayonunun Araz kəndində yerləşən "xxxx" ASC-dən müxtəlif vaxtlarda oğurluq hadisələrinin törədilməsi, o cümlədən təqsirləndirilən şəxslərə qarşı verilmiş ittihamda qeyd olunmayan əlavə əşyaların da oğurlanması ilə bağlı fikirlərinə nəzərən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N1.N və 145.3-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin xeyrinə həll edilməlidir. Yəni, zərərçəkmiş şəxsin ifadəsində qeyd olunan hallarla bağlı, əsaslı şübhələr mövcud olsa belə, nə qədər ki bu şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün deyil, bu şübhələr təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N1.N-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olmaları onların həmin cinayəti məhkəmə iclasında tam etiraf etmələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş müvafiq ekspert rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmələri, həmçinin Təqsirləndirilən şəxsN tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi və həmçinin eyni yolla təkrarən oğurluq etməyə cəhd etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 cinayət əməllərini qəsdən törətmişlər. Təqsirləndirilən şəxsN tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan (3N61 manat) vurmaqla etdiyi oğurluq əməli, həmçinin təkbaşına zərərçəkmiş şəxsə maddi ziyan (88 manat) vurmaqla təkrarən törətdiyi oğurluq əməli başa çatmış, onun tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla təkrarən talamaqla oğurluq etməyə cəhd etməsi ilə müşayiət olunan əməlləri isə başa çatmamış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1-ci, 177.N.N-ci, 177.N.3-cü və N9, 177.N.N-ci maddələri az ağır cinayətlər kateqoriyasına daxildirlər. Həmçinin Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan (3N61 manat) vurmaqla etdiyi oğurluq əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1-ci, 177.N.3-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxsN himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, cinayət işinin ibtidai araşdırması zamanı oğurlanmış, lakin aşkar edilərək götürülməsi mümkün olmayan 1 ədəd N tonluq plastik su çəni ilə bağlı zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, Təqsirləndirilən şəxsN məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin ifadəsi, “Dəymiş maddi ziyanın geri qaytarılması haqqında” N9 dekabr N0N3-cü il tarixli protokol, Kəngərli rayon İHB-nın Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə, Kəngərli rayon İHB-nın Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli, 739 №-li arayış, və AZ-İİ 514N87 №-li nikah haqqında şəhadətnamənin surəti ilə öz təsdiqini tapır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq cinayət işinin ibtidai araşdırması zamanı oğurlanmış, lakin aşkar edilərək götürülməsi mümkün olmayan 1 ədəd N tonluq plastik su çəni ilə bağlı zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin ifadəsi, “Dəymiş maddi ziyanın geri qaytarılması haqqında” N9 dekabr N0N3-cü il tarixli protokol və Babək rayon İHB-nın Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə ilə öz təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrinin onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxslərin hər birini xarakterizə edən iki xasiyyətnamə vardır. Bunlardan biri təqsirləndirilən şəxslərin hərbi qulluqçu kimi fəaliyyət göstərmiş olduqları N №-li hərbi hissənin komandanlığı tərəfindən, digəri isə onların yaşayış yerləri üzrə müvafiq olaraq Kəngərli rayon İHB-nın Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə və Babək rayon İHB-nın Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikləri tərəfindən verilmişdir. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş N0 iyul N0N3-cü il tarixli xidməti xasiyyətnamələrdə Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 xidmət etdikləri müddət ərzində özlərini intizamsız və işgüzar keyfiyyətləri aşağı olan hərbi qulluqçu kimi göstərdikləri, vəzifə borclarını səthi yerinə yetirdikləri, onlara təhkim olunmuş texnika və silahı zəyif öyrəndikləri,....., böyük rəislərin əmrlərini kobud şəkildə pozaraq hərbi hissənin ərazisinə istifadəsi qadağan olunan əşya (smartfon tipli mobil telefon) gətirdikləri, xidmət etdikləri hərbi kollektivin hörmətini qazana bilmədikləri qeyd olunmuşdur. Kəngərli rayon İHB-nın Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə isə Təqsirləndirilən şəxsN qəsəbədə yaşadığı müddət ərzində qəsəbə sakinlərinin hörmət və rəğbətini qazandığı, onun ictimai işlərdə yaxından iştirak etdiyi, şəxsi keyfiyyətlərinə görə qəsəbə sakinləri arasında fərqləndiyi, qəsəbə sakinləri arasında səmimi və mehriban bir insan kimi tanındığı .....və.s qeyd olunmuşdur. Həmçinin Babək rayon İHB-nın Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 şəhərdə yaşadığı müddət ərzində heç bir nalayiq hərəkətə yol vermədiyi, Babək şəhər sakinlərinin hörmətini qazandığı, onun ictimai işlərdə yaxından iştirak etdiyi... və.s qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, cəzanın təyini zamanı nəzərə alınmalı mühüm hallardan biri də cinayət törətmiş şəxsin şəxsiyyətidir. Məhz elə bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslərin şəxsiyyətlərini xarakterizə edən xasiyyətnamələrin məzmununu cəzanın müəyyən edilməsinə təsiri baxımından təhlil edərək, hesab edir ki, yaşayış yerləri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş xasiyyətnamələrdə təqsirləndirilən şəxslərin şəxsiyyətlərinin gerçək cizgiləri müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxslərin şəxsiyyətləri barədə məlumatlı mənbədən verilmiş bu xasiyyətnamələrdə onların şəxsiyyətləri yaşadığımız cəmiyyətin bir fərdi, bir insan, bir vətəndaş kimi qiymətləndirilmiş, onun əxlaqa, mənəviyyata və sosial dəyərlərə münasibətini səciyələndirən hallara yer verilmişdir. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş N0 iyul N0N3-cü il tarixli xidməti xasiyyətnamədə isə Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 şəxsiyyətləri bir hərbi qulluqçu kimi qiymətləndirilmiş, onların şəxsiyyətlərinin cizgiləri xidməti fəaliyyətləri ilə əlaqələndirilmişdir. Təqsirləndirilən şəxslərin hal-hazırda hərbi qulluqçu olmadıqlarını, N6 iyul N0N3-cü il tarixdən etibarən onların xidmət etdikləri N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq ehtiyata buraxıldıqlarını, törədilmiş cinayət hadisəsinin hərbi xidmət əleyhinə olan cinayətlərdən olmadığını nəzərə alaraq, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 barəsində yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş xasiyyətnamələr onlar barəsində N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdən üstün tutulmaqla, onların cəzalarını yüngülləşdirən hallardan biri kimi nəzərə alınmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 barəsində onların cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3-cü bəndində isə göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzaların növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxsN təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1, 177.N.N, 177.N.3 və N9, 177.N.N-ci maddələrinin, o cümlədən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.3-cü maddələrinin sanksiyasında-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzalarını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onlara təqsirli bilindikləri maddənin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, təqsirləndirilən şəxslərin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Başqa sözlə, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslərə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onların öz ailələri ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxslərin özləri və ailələrini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumların islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə bilməz. Məhkəmə təqsirli bilinən şəxslərə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.N-ci maddələrinin şərh edilməsinə dair” N5 iyul N0NN-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Həmçinin məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxsN tərəfindən törədilən əməllər başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsif edildiyindən ona cəza da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli Qərarının 15-ci bəndinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalıdır. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1 və 66.N-ci maddələrinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edilməli və təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsN qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; X37rşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələbə cavab verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 5N-1.N-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-N.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsN üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşadığı evini axşam saat NN:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri; Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, yaşayış yeri üzrə Babək şəhəri, M.Hüseynzadə küçəsi, döngə N, mənzil 3 ünvanını axşam saat NN:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırki hökmün icrası təqsirli bilinən Təqsirləndirilən şəxsN nəzərən onun yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kəngərli rayon İcra və Probasiya bölməsinə, Təqsirləndirilən şəxs1 nəzərən isə onun yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətlərinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-N.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış qətimkan tədbirləri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 barəsində 15 sentyabr N0N3-cü il tarixində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq onlara təyin olunmuş cəzlar icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 13N, 346 və 353-cü maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar– Babək rayon Polis İdarəsində saxlanılan 1) 1 ədəd eni 57 sm, hündürlüyü 137 sm olan plastik pəncərə; N) 1 ədəd eni 150 sm, hündürlüyü 150 sm olan plastik pəncərə; 3) 1 ədəd eni 9N sm, hündürlüyü N1N sm olan plastik bir tağlı qapı; 4) 3 ədəd “LASSA” markalı N05*95*16 ölçülü istifadə olunmuş, üzərində 16 ölçülü dəmir diski olan avtomobil təkəri; 5) 1 ədəd “NEXEN” markalı N15*95*16 ölçülü istifadə olunmuş, üzərində 16 ölçülü dəmir diski olan avtomobil təkəri; 6) N ədəd arxasında motor olan ventilyator; 7) ümumi uzunluğu 40 metr, diametri N,5 sm olan plastik boru; 8) 143 ədəd diametri 60 sm, hündürlüyü 88 sm olan dəmir çəllək; 9) 1 ədəd diametri 1 metr, uzunluğu N metr, hündürlüyü 1 metr olan N tonluq plastik su çəni zərərçəkmiş şəxsə qaytarılmalıdır. Həmçinin cinayət nəticəsində oğurlanmış, lakin tapılması mümkün olmayan 1 ədəd N tonluq plastik su çəninin ekspert rəyi ilə müəyyən olunmuş dəyərinin (180 manat) təqsirləndirilən şəxslər tərəfindən N9 dekabr N0N3-cü il tarixdə zərərçəkmiş şəxsə ödənilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilən, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişlərin olduğu 1 (bir) ədəd DVD-R tipli disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs tərəfindən cinayət işi üzrə ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsinə dair mülki iddia verilmişdir. Məhkəmə mülki iddianı cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdıraraq zərərçəkmiş şəxsin tələbi Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin müddəalarına əsasən mümkün olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 184-cü maddəsinə əsasən iddia ərizəsinin icraata qəbulundan imtina etmişdir. Belə ki, zərərçəkmiş şəxs iddia ərizəsində Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 tərəfindən ona məxsus müəssisədə törədilmiş oğurluq əməlləri nəticəsində müəssisədən talanmış, təqsirləndirilən şəxslərə qarşı verilmiş ittihamda qeyd olunan və həmin ittihamla əhatə olunmayan əlavə əşyalarla bağlı (ümumilikdə 4N adda əşya) ona ümumilikdə 78434.40 (yetmiş səkkiz min dörd yüz otuz dörd manat, qırx qəpik) manat məbləğində ziyan dəydiyini bildirmiş və ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə belə hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 181.1-ci maddəsinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki və ya hüquqi şəxs cinayət mühakimə icraatı zamanı yalnız ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Bu halda mülki iddia tələbi vurulmuş ziyandan artıq ola bilməz. Mülki iddianın əsası vurulmuş ziyanın xarakterinə, tələbin məbləği isə ziyanın dərəcəsinə uyğun olmalıdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan cinayət işi üzrə oğurluq yolu ilə əldə edilmiş 9 adda əmlakın-1) 1 ədəd eni 57 sm, hündürlüyü 137 sm olan plastik pəncərə, N) 1 ədəd eni 150 sm, hündürlüyü 150 sm olan plastik pəncərə, 3) 1 ədəd eni 9N sm, hündürlüyü N1N sm olan plastik bir tağlı qapı, 4) 3 ədəd “LASSA” markalı N05*95*16 ölçülü istifadə olunmuş, üzərində 16 ölçülü dəmir diski olan avtomobil təkəri, 5) 1 ədəd “NEXEN” markalı N15*95*16 ölçülü istifadə olunmuş, üzərində 16 ölçülü dəmir diski olan avtomobil təkəri, 6) N ədəd arxasında motor olan ventilyator, 7) ümumi uzunluğu 40 metr, diametri N,5 sm olan plastik boru, 8) 143 ədəd diametri 60 sm, hündürlüyü 88 sm olan dəmir çəllək, 9) 1 ədəd diametri 1 metr, uzunluğu N metr, hündürlüyü 1 metr olan N tonluq plastik su çəni) cinayət işinin ibtidai araşdırılması zamanı aşkar edilərək götürülməsi, həmçinin oğurluq yolu ilə əldə edilmiş, lakin aşkar edilməyən 1 adda əmlakın (1 ədəd N tonluq plastik su çəninin) müvafiq ekspert rəyi ilə müəyyən olunmuş dəyərinin zərərçəkmiş şəxsə tamamilə ödənilməsi yolu ilə aradan qaldırıldığından və məhkəmə hazırki cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız məhkəməyə verilən ittiham daxilində baxdığından, zərərçəkmiş şəxsin mülki iddia tələbi Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin müddəalarına əsasən mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cinayət işinin məhkəmə istintaqı dövründə Zərərçəkmiş şəxs cinayət işi üzrə ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsinə dair iddia ərizəsinin məhkəmə tərəfindən icraata qəbul edilməsindən imtina edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 184-cü maddəsinə əsasən isə cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxsN Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.N.1, 177.N.N, 177.N.3 və N9, 177.N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.N.1, 177.N.N, 177.N.3-cü maddələri ilə N (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin N9, 177.N.N-ci maddəsi ilə N (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsN təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza olaraq N (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxsN üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşadığı evini axşam saat NN:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxsN nəzərən hazırki hökmün icrası onun yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kəngərli rayon İcra və Probasiya bölməsinə həvalə olunsun. Təqsirləndirilən şəxsN cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsN barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.3-cü maddələri ilə təqsirli bilinib N (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, yaşayış yeri üzrə Babək şəhəri, M.Hüseynzadə küçəsi, döngə N, mənzil 3 ünvanını axşam saat NN:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 nəzərən hazırki hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Zərərçəkmiş şəxs cinayət işi üzrə ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsinə dair iddia ərizəsinin məhkəmə tərəfindən icraata qəbul edilməsindən imtina edilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar-Babək rayon Polis İdarəsində saxlanılan 1) 1 ədəd eni 57 sm, hündürlüyü 137 sm olan plastik pəncərə; N) 1 ədəd eni 150 sm, hündürlüyü 150 sm olan plastik pəncərə; 3) 1 ədəd eni 9N sm, hündürlüyü N1N sm olan plastik bir tağlı qapı; 4) 3 ədəd “LASSA” markalı N05*95*16 ölçülü istifadə olunmuş, üzərində 16 ölçülü dəmir diski olan avtomobil təkəri; 5) 1 ədəd “NEXEN” markalı N15*95*16 ölçülü istifadə olunmuş, üzərində 16 ölçülü dəmir diski olan avtomobil təkəri; 6) N ədəd arxasında motor olan ventilyator; 7) ümumi uzunluğu 40 metr, diametri N,5 sm olan plastik boru; 8) 143 ədəd diametri 60 sm, hündürlüyü 88 sm olan dəmir çəllək; 9) 1 ədəd diametri 1 metr, uzunluğu N metr, hündürlüyü 1 metr olan N tonluq plastik su çəni Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət nəticəsində oğurlanmış, lakin tapılması mümkün olmayan 1 ədəd N tonluq plastik su çəninin ekspert rəyi ilə müəyyən olunmuş dəyərinin (180 manat) təqsirləndirilən şəxslər tərəfindən N9 dekabr N0N3-cü il tarixdə zərərçəkmiş şəxsə ödənilməsi nəzərə alınsın. İş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişlərin olduğu 1 (bir) ədəd DVD-R tipli disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-18/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-18/2024
16.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver