Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-18/2025 17.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili MüdafiəçiN iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx N006-cı il tarixdə Sabirabad rayonunun Qaragüney kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən, Sabirabad rayonunun Nizami kəndində qeydiyyatda olmaqla yaşayan, 06 fevral N0N5-ci il tarixdə barəsində komandanlığın müşahidəsi altına vermək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 yanvar N0N4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tabeliyində olan, N91 nömrəli hərbi hissənin N-ci bölüyünün N-ci qrupunda kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən 11 noyabr N0N4-cü il tarixdə saat 10 radələrində xidmət etdiyi bölüyün şəxsi heyəti ilə birlikdə yataqxananın məişət otağında keçirilən dərsdə iştirak edən zaman, bölüyün MAHHXHQ çavuşu Şahid3 onu yerə uzandıraraq yaralanmalar zamanı ayağa juqut qoyulmasını göstərərkən əynində olan səhra şalvarının cibindən bir ədəd qatlanan bıçaq aşkar edərək bıçağı dərsə rəhbərlik edən həmin bölüyün zabiti, baş leytenant Şahid4 təqdim etdiyini və sonuncu şəxsi heyəti düzüb hərbi xidmət zamanı qadağan olunmuş əşyaların istifadə edilməməsi barədə söhbət apardıqdan sonra hamının üst-başını, yataq yerlərini və dolablarını yoxladığını, yoxlanışdan sonra həmin bölüyün 3-cü qrupunun kəşfiyyatçı istehkamçısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ona üzərində bıçaq gəzdirməsini nəzərdə tutub, nöqsana yol verdiyinə görə şəxsi heyətin əziyyət çəkdiyini, yəni onun etdiyi səhvə görə əsgərlərin üzərlərinin, yataq yerlərinin, dolablarının yoxlanıldığını deyərək həmin gün saat N0 radələrində əsgər yataqxanasının yan tərəfində bu zəmində aralarında yaranmış mübahisə zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 4N, 138-ci maddələrinin “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini pozaraq, əsgər Zərərçəkmiş şəxs sifətinə bir yumruq zərbəsi vurub, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “gözətrafı nahiyənin qançırı, sol gözün aşağı qapağının sıyrılmış yarası, yuxarı qapağın dərialtı hematoması ilə müşayiət olunan qaşüstü nahiyənin əzilmiş yarası” xəsarətini yetirməklə sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində 08 yanvar N0N4-cü il tarixdə SHXÇDX-in Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq gənc əsgərlər kursunu bitirdikdən sonra N0N4-cü il dekabr ayından N nömərli hərbi hissənin tərkibində olan N91 nömrəli hərbi hissənin 3-cü taborunda, əsgər hərbi rütbəsində xidmət etdiyini, əsgər yoldaşı Zərərçəkmiş şəxs hərbi xidmət müddətində görüb tanıdığını, onunla eyni taborda xidmət etdiyini, 09 noyabr N0N4-cü il tarixdə park-təsərrüfat günü olduğu üçün hərbi hissənin əşya otağında olan əşyaları təmizləyərkən bölüyün rabitə yeşiyinin içindən bir ədəd qatlanan mülkü cib bıçağı olduğunu görüb həmin bıçağı rabitə yeşiyinin içindən götürüb bölük komandirinə təhvil vermək üçün əynində olan səhra şalvarının cibinə qoyduğunu, lakin düzülüş olduğundan yadından çıxdığı üçün verə bilmədiyini, sonrakı günlərdə də bıçağın cibində olmasını unutduğunu, 11 noyabr N0N4-cü il tarixdə saat 10 radələrində bölüyün şəxsi heyəti ilə baş leytenant Şahid4 rəhbərliyi ilə birlikdə yataqxananın məişət otağında dərs keçərkən onunla eyni bölükdə xidmət edən MAHHXHQ çavuş Şahid3 şəxsi heyətə yaralanmalar zamanı əyani olaraq juqut qoyulmasını məşq etdirərkən nümunə üçün ona yerdə uzanmağını deyib ayağa necə juqut qoyulmasını göstərərkən həmin vaxt onun əynində olan səhra şalvarının cibində nəsə olduğunu görüb ondan həmin yad əşyanın çıxarmasını tələb etdiyini, onun da bıçağı cibindən çıxararaq ona verdiyini, Şahid3 də heç nə soruşmadan həmin bıçağı baş leytenant Şahid4 verib onun cibindən çıxdığı barədə məruzə etdiyini, bundan sonra Şahid4 da onunla söhbət edərək həmin bıçağı haradan aldığını və nəyə görə bıçağı üzərində saxladığını soruşduqda hadisəni olduğu kimi ona danışdığını, bundan sonra Şahid4 bölüyün şəxsi heyətini düzərək kimdəsə qadağan olunan əşya olub-olmamasını soruşaraq şəxsi heyətin üst-başlarını, dolablarını və yataq yerlərini yoxlayıb qadağan olunmuş əşyaların saxlanılmaması barədə göstəriş verdiyini, həmin gün saat 13 radələrində dərs vaxtı bitdiyi üçün sərbəst buraxıldıqlarından siqaret çəkməkdən ötrü çölə çıxıb yataqxananın yan tərəfinə getdiyini, siqaret çəkən vaxt əsgər yoldaşı Zərərçəkmiş şəxs ona nəyə görə cibində icazəsiz bıçaq olduğunu soruşub ondan ötrü şəxsi heyətin hamısının əziyyət çəkdiyini bildirdiyini, əsəbi olduğu üçün həmin vaxt onunla mübahisə etmək istəmədiyindən ona sonra söhbət edərik deyərək oradan çıxıb getdiyini və öz xidməti işləri ilə məşğul olduğunu, həmin gün saat 19 radələrində axşam yeməyinə getdiyini, saat 19:40 radələrində yeməkdən qayıdıb yataqxananın qarşısına gəldikdən sonra yataqxananın yan tərəfində siqaret çəkmək üçün təyin olunmuş yerə gedərkən əsgər Zərərçəkmiş şəxs də orada olduğunu görüb gündüz ona dediyi söz yadına düşdüyündən, nəyə görə o, cürə hərəkət etməsini soruşmaq üçün onu yataqxananın arxasına çağırdığını, onunla birlikdə yataqxananın arxa tərəfinə gəldiyini, onlarla eyni bölükdə xidmət edən əsgərlər Şahid1 və ŞahidN da onların yanına gəldiyini, orada Zərərçəkmiş şəxs həmin vaxt nə demək istədiyini soruşduqda Zərərçəkmiş şəxs ona cibində bıçaq olduğu üçün bütün bölüyün əziyyət çəkdiyini, ona görə hamının üstbaşının yoxlanıldığını dediyini, həmin sözləri deyərkən Zərərçəkmiş şəxs sağ əl barmağı ilə onun sinəsinə yavaşca bir-iki dəfə toxundurduğundan Zərərçəkmiş şəxs əl-qol hərəkətləri ilə danışmasından əsəbləşərək sağ əli ilə onun sol göz nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs yumruqla vurandan sonra onun qaş nahiyəsinin qanadığını və qaraldığını, səhərsi gün sol gözətrafı nahiyəsində qızartılar və göyərmələr olduğunu, törətdiyi əməldən peşman olduğunu, zərərşəkmiş şəxsdən üzr istədiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində N91 saylı hərbi hissənin 3-cü taborunda, əsgər hərbi rütbəsində xidmət etdirdiyini, əsgər Təqsirləndirilən şəxs da onunla eyni bölükdə xidmət etdiyini, 11 noyabr N0N4-cü il tarixdə xidmət etdiyi bölüklə saat 10 radələrində bölüyün şəxsi heyəti ilə birlikdə dərs keçdiyini, həmin vaxt üzərlərində böyük kimi baş leytenant Şahid4 olduğunu, MAHHXHQ çavuş Şahid3 isə şəxsi heyətə yaralanmalar zamanı juqut qoyulmasını əyani göstərdiyindən əsgər Təqsirləndirilən şəxs yerdə uzanmasını dediyini, Şahid3 Təqsirləndirilən şəxs ayağının juqutla bağlanmasını göstərmək istəyəndə onun cibində bir ədəd qatlanan bıçaq olduğunu görüb həmin bıçağı götürərək baş leytenant Şahid4 verdiyini və Təqsirləndirilən şəxs cibindən çıxdığını dediyini, bundan sonra Şahid4 bölüyün bütün şəxsi heyətinin yataqxananın məişət otağında düzülməsini tapşırıb əsgər Təqsirləndirilən şəxs həmin bıçağı haradan aldığını soruşduqda Təqsirləndirilən şəxs də həmin bıçağı necə tapmasını ona dediyini, bundan sonra Şahid4 bütün şəxsi heyətin ciblərini boşaltmasını deyib, onların üst-başlarını yoxladığını, heç kəsdən qadağan olunmuş əşya aşkar edilmədiyini, Şahid4 xidmətdə qadağan olunmuş əşyalardan istifadə edilməməsi barədə bir az söhbət etdikdən sonra bir-bir şəxsi heyətin dolablarını yolxlayıb yataq yerlərinə baxsa da hər hansı qadağan olunmuş əşya aşkar edilmədiyini, saat təqribən 13 radələrində nahar yeməyinə az qaldığı üçün Şahid4 şəxsi heyətə asudə vaxt verərək yeməyə hazırlaşmalarını dediyindən siqaret çəkmək üçün xidmət etdiyi bölüyün yataqxanasının yan tərəfinə getdiyini, orada siqaret çəkən vaxt Təqsirləndirilən şəxs də oraya gəldiyini, Şahid4 bütün şəxsi heyəti bir-bir yoxlamasından əsəbləşdiyi üçün əsgər Təqsirləndirilən şəxs nəyə görə qadağan olunmuş əşya gəzdirdiyini, ona görə bölüyün digər şəxsi heyətinin əziyyət çəkdiyni dediyini, Təqsirləndirilən şəxs ona əsəbi olduğunu, danışmaq istəmədiyini, sonra danışmalarını deyib oradan uzaqlaşdığını, ona başqa söz demədiyini, həmin gün saat 19:40 radələrində xidmət etdiyi bölüyün şəxsi heyəti ilə yeməkdən qayıdıb asudə vaxt olduğu üçün yataqxananın yan tərəfində siqaret çəkməyə getdiyini, yanında əsgər yoldaşları da olduğunu, bu vaxt Təqsirləndirilən şəxs onun yanına gəlib ona yataqxananın arxasına keçmələrini dediyini, oraya gedəndə əsgər yoldaşları Şahid1 və ŞahidN da onlarla birlikdə gəldiyini, yataqxananın arxasında olan vaxt Təqsirləndirilən şəxs günorta əsəbi olduğu üçün onunla söhbət etmədiyini deyib, həmin vaxt nə demək istədiyini soruşduğunu, Təqsirləndirilən şəxs niyə qadağan olunmuş əşya gəzdirdiyini, buna görə onların da əziyyət çəkdiklərini bildirdiyini, həmin sözləri deyərkən sağ əlinin işarət barmağını bir neçə dəfə Təqsirləndirilən şəxs sinəsinə toxunurduğundan Təqsirləndirilən şəxs anidən onun əlini geriyə itələyib sağ əli ilə sifətinə bir yumruq zərbəsi vurduğunu, əvvəlcə gözünün qaraldığını, həmin vaxt yanlarında olan əsgər yoldaşları Şahid1 və ŞahidN onların arasına girdiyini, bir-birilərinə qarşı başqa zorakı hərəkət etmədən kənarlaşdıqlarını, əlini sol gözünə tərəf aparanda göz nahiyəsinin qanadığını, yataqxanaya gedib bölük üzrə cavabdeh olan baş leytenant Eyyub Kərimova hadisə barədə məruzə etdiyini, səhərsi gün isə hərbi hissədə araşdırma başlanıldığını, Təqsirləndirilən şəxs barəsində hər hansı şikayəti və ya tələbi olmadığını, hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəyib peşman olduğunu dediyindən, onu bağışladığını, ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N91 nömrəli hərbi hissənin əsgəri Şahid1 ifadəsində 11 noyabr N0N4-cü il tarixdə saat 10 radələrində xidmət etdiyi hərbi hissənin N-ci bölüyünün silah otağında onunla eyni bölükdə xidmət edən baş leytenant Eyyub Kərimovla birlikdə silah otağının səliqə-səhmanına baxarkən bölükdə xidmət edən baş leytenant Şahid4 onu yataqxanaya şəxsi heyətin yanına çağırıb o da daxil olmaqla bölüyün bütün əsgər heyətini düzüb üst-başlarını, dolablarını və yataq yerlərini yoxlayıb kimdəsə hər hansı qadağan olunmuş əşya olub-olmamasını soruşaraq axtardığını, həmin vaxt əsgər Təqsirləndirilən şəxs cibindən bir ədəd bıçaq çıxdığını sonradan bildiyini, əsgər yoldaşlarından eşitdiyinə görə Təqsirləndirilən şəxs həmin bıçağı bölüyün əşya otağında olan rabitə yeşiyində görüb götürdüyünü, Şahid4 şəxsi heyəti yoxladıqdan sonra hər hansı qadağan olunmuş əşya tapmadığını, bundan sonra gündəlik fəaliyyətləri ilə məşğul olduğunu, həmin gün saat 18:00-da bölük növbətçisi naryadına təyin olunduğunu, saat 19:40 radələrində yataqxananın arxa tərəfində siqaret çəkən əsgər yoldaşlarının yanına getdikdə əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs yataqxananın arxasında sözlü mübahisə etdiklərini gördüyünü, həmin vaxt Zərərçəkmiş şəxs əlinin barmağı ilə Təqsirləndirilən şəxs sinəsinə toxunaraq sənə görə bütün bölük əziyyət çəkir dediyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla əli ilə danışmamasını bildirdikdə Zərərçəkmiş şəxs eyni qaydada barmağını Təqsirləndirilən şəxs sinəsinə toxunduraraq ona heç nə edə bilməyəcəyini dediyini, bu vaxt Təqsirləndirilən şəxs sol əli ilə Zərərçəkmiş şəxs əlini geriyə itələyib sağ əli ilə onun sifətindən bir yumruq zərbəsi vurduğunu, əsgər ŞahidNla birlikdə tez araya girərək onların bir-birilərinə başqa zərbə vurmasına imkan vermədiklərini, onların arasında başqa mübahisə olmadığını, Zərərçəkmiş şəxs qaşının qanadığını, onu bölük üzrə cavabdeh baş leytenant Eyyub Kərimovun yanına apardığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N91 nömrəli hərbi hissənin əsgəri ŞahidN ifadəsində 11 noyabr N0N4-cü il tarixdə N91 nömrəli hərbi hissənin N-ci bölüyündə xidmət edən vaxt saat 10 radələrində baş leytenant Eyyub Kərimovla birlikdə silah otağında olan əşyaların üzərinə pilka yapışdırdığını, həmin vaxt dərs keçən şəxsi heyətin üzərində isə onunla eyni bölükdə xidmət edən baş leytenant Şahid4 olduğunu, saat 10 radələrində silah otağında olan vaxt bölüyün bütün əsgər heyətinin yataqxananın içərisində düzülməsi komandası verildiyindən işini yarımçıq qoyub düzülüşə getiyini, düzülüşü baş leytenant Şahid4 keçirdiyini, sırada olarkən əsgər Təqsirləndirilən şəxs cibindən bir ədəd qatlanan bıçaq aşkar olunduğunu öyrəndiyini, bundan sonra Şahid4 bütün şəxsi heyətin üst-başını, ciblərini, dolablarını və yataq yerlərini yoxlayıb hər hansı qadağan olunmuş əşya olub-olmamasına baxdığını, Təqsirləndirilən şəxs cibində aşkar olunmuş bıçaqdan başqa hər hansı qadağan olunmuş əşya tapılmadığını, saat 13 radələrində dərs vaxtı bitdiyindən şəxsi heyəti sərbəst buraxdığını, bundan sonra öz xidməti işləri ilə məşğul olduqlarını, həmin gün saat 19 radələrində bölük üzrə cavabdeh qalmış baş leytenant Eyyub Kərimovun şəxsi heyəti şam yeməyinə apardığını, yeməkdən sonra təxminən saat 19:40 radələrində E.Kərimovun şəxsi heyətə siqaret çəkmələri üçün asudə vaxt verib özü isə bölüyün yataqxanasına getdiyini, yataqxananın yan tərəfində siqaret çəkən vaxt əsgər Şahid1la birlikdə yataqxananın arxa tərəfinə getdikdə əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs yataqxananın arxasında sözlü mübahisə etdiklərini gördüyünü, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sinəsinə barmağı ilə bir neçə dəfə toxunaraq sənə görə bütün bölük əziyyət çəkir kimi sözlər dediyini, Təqsirləndirilən şəxs ona əlini aşağı salmasını desə də Zərərçəkmiş şəxs həmin hərəkəti təkrar etdikdə Təqsirləndirilən şəxs sağ əli ilə onun sifətinindən bir yumruq zərbəsi vurduğunu, zərbənin təsirindən onun qaşının qanadığını gördüyünü göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış üzrlü səbəblərdən məhkəmə istintaqında iştirak etməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid3 ifadəsində, 11 noyabr N0N4-cü il tarixdə saat 08 radələrində xidmət etdiyi N91 nömrəli hərbi hissəyə getdiyini, səhər düzülüşündən sonra dərs vaxtı olduğundan xidmət etdiyi bölüyün şəxsi heyəti ilə birlikdə dərslərə getdiyini, hava soyuq olduğu üçün dərslərin yataqxananın məişət otağında keçirildiyini, şəxsi heyətin üzərində böyük kimi bölüyün N-ci qrup komandiri baş leytenant Şahid4 olduğunu, saat 10 radələrində şəxsi heyətə ilk tibb yardım zamanı ayaq nahiyəsinə juqut qoyulmasını göstərdiyini, həmin vaxt bölükdə xidmət edən əsgər Təqsirləndirilən şəxs yerdə uzanmasını onun üzərində nümunə göstərəcəyini dediyini, juqutu onun ayağına bağlayan zaman Təqsirləndirilən şəxs cibində nəsə olduğunu görüb çıxarmasını bildirdiyini, o, cibindən bir ədəd qatlanan bıçaq çıxardığını, bıçağı Şahid4 verib əsgər Təqsirləndirilən şəxs üzərindən çıxdığını bildirdiyini, Şahid4 Təqsirləndirilən şəxs bıçağın qadağan olunmuş əşya olduğunu deyib hardan aldığını və nəyə görə üzərində saxladığını soruşduqda o, rabitə yeşiyindən tapdığını, yadından çıxıb cibində qaldığını bildirdiyini dediyini, bundan sonra Şahid4 şəxsi heyəti düzüb üst-başlarını ciblərini yoxlayıb daha sonra şəxsi heyətin dolablarına və yataq yerlərinə baxdığını, başqa hər hansı qadağan olunmuş əşya tapmadığını, dərsdən sonra öz gündəlik fəaliyyəti ilə məşğul olub saat 18:30-da iş vaxtı bitdiyindən evə getdiyini, sonradan eşitdiyinə görə əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiklərini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu, onun da qaşının yaralandığını və gözaltı nahiyəsinin qaraldığını göstərmişdi. İbtidai istintaq zamanı ifadəsi alınmış üzrlü səbəblərdən məhkəmə istintaqında iştirak etməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmi şahid baş leytenant Şahid4 ifadəsində 11 noyabr N0N4-cü il tarixdə saat 10 radələrində bölüyün şəxsi heyətinə yaralanmalar zamanı ilk tibbi yardımın göstərilməsi mövzusunda dərs keçdiyini, həmin vaxt dərsdə iştirak edən MAHHXHQ çavuş Şahid3 əsgərlərdən birinin üzərində ayağa juqut qoyulmasını göstərməsini tapşırdığını, Şahid3 əsgər Təqsirləndirilən şəxs yerdə uzadıb ayağına juqut qoyulmağı göstərəndə onun cibindən bir ədəd qatlanan bıçaq olduğunu görüb götürərək ona verdiyini, bundan sonra əsgər Təqsirləndirilən şəxs cibindən bıçaq çıxdığını gördüyü üçün bölüyün bütün şəxsi heyətinin yataqxananın məişət otağında düzülməsi tapşırığını verdiyini, şəxsi heyətin hamısı düzüldükdən sonra Təqsirləndirilən şəxs cibindən qadağan olunmuş əşya, bıçaq çıxdığını deyib ondan həmin bıçağı haradan aldığını soruşduğunu, onun da həmin bıçağı necə ələdə etməsini ətraflı ona danışdığını və niyə təhvil verə bilmədiyini dediyini, bundan sonra şəxsi heyətlə qadağan olunmuş əşyaların saxlanılmaması mövzusundə bir az söhbət edib bölüyün bütün əsgər heyətinin ciblərini boşaltmasını deyib onların üst-başlarını yoxladığını, daha sonra şəxsi heyətin yataq yerlərinə və dolablarına baxsa da hər hansı qadağan olunan başqa əşya tapmadığını, saat 13 radələrində dərs vaxtı bitdiyindən şəxsi heyəti sərbəst buraxıb Təqsirləndirilən şəxs üzərindən çıxan bıçaq barədə bölük komandiri kapitan Kənan Muradova məlumat verərək bıçağı ona təhvil verdiyini, bundan sonra öz xidməti fəaliyyəti ilə məşğul olduğunu, səhərsi gün xidmətə gələndə əsgər Təqsirləndirilən şəxs həmin bölükdə xidmət edən əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsindən bir yumruq zərbəsi vuraraq ona xəsarət yetirdiyini onun da zərbənin təsirindən qaşının yaralandığını öyrəndiyini göstərmişdi. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 63-də olan Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izlərinin olub-olmamasının müəyyən edilməsindən ötrü məhkəmə-tibb ekspertizası təyin edilmiş, N6 noyabr N0N4-cü il tarixli, 603 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-gözətrafı nahiyənin qançırı, sol gözün aşağı qapağının sıyrılmış yarası, yuxarı qapağın dərialtı hematoması ilə müşayiət olunan qaşüstü nahiyənin əzilmiş yarası-bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilmiş tarixdə (11 noyabr N0N4-cü il tarixdə) və şəraitdə, yəni yumruqla vurulma nəticəsində törənməsinin istisna olunmadığı, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 79-də olan cinayət işinin materiallarına əlavə edilmiş 03 dekabr N0N4-cü il tarixli, 1031 nömrəli arayışdan görünür ki, hərbi xidmətə yararlı olub-olmamasını müəyyən etmək məqsədilə əsgər Təqsirləndirilən şəxs hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir Cinayət işi üzrə 1-ci cild iş vərəqə N8-də olan cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 14 noyabr N0N4-cü il tarixli arayışa və istintaq materiallarına əsasən müəyyən olunmuşdur ki, cinayət törədilən vaxt N91 nömrəli hərbi hissənin N-ci xüsusi təyinatlı bölüyünün 3-cü xüsusi təyinatlı qrupunun kəşfiyyatçı-istehkamçısı vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxs ilə N91 nömrəli hərbi hissənin N-ci xüsusi təyinatlı bölüyünün N-ci xüsusi təyinatlı qrupunun kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır Cinayət işi üzrə 1-ci cild iş vərəqə 67-də olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat olmadığı göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild səifə 19-da olan xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunub. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 100-də olan “Respublika Psixiatriya Xəstəxanası” X3 tərəfindən verilən məktubda Təqsirləndirilən şəxs xəstəxananın “Əsəb-ruhi və narkoloji” kabinetində qeydiyyatda olmadığı göstərilmişdir. Beləliklə məhkəmə belə hesab edir ki,Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı”, 4N-ci maddəsində göstərilən “hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli”, 138-ci bəndlərində göstərilmiş “əsgər hərbi nizamnamələrin tələblərini möhkəm bilməli və vicdanla yerinə yetirməlidir” kimi tələblərini kobud surətdə pozaraq əsgər Zərərçəkmiş şəxs sifətinə bir yumruq zərbəsi vurub, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “gözətrafı nahiyənin qançırı, sol gözün aşağı qapağının sıyrılmış yarası, yuxarı qapağın dərialtı hematoması ilə müşayiət olunan qaşüstü nahiyənin əzilmiş yarası” xəsarətini yetirməklə sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qanunla müəyyən edilmiş qaydada cəzalanmalıdr. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin hüquqi tövsifi ondan ibarətdir ki, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmadır və həmin maddənin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.N-ci maddəsinə əsasən törədilmiş əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını, törətdiyi əməli səmimi etraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, barəsində törətdiyi əməli nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədə müvafiq sayır. Hökmün icrası N saylı hərbi hissənin komandirinə həvalə olunmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs N saylı hərbi hissəyə təhvil verildiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə 67 (altmış yeddi) manat məhkəmə-ballistik, 40 (qırx) manat məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə ümumilikdə 107 (yüz yeddi) manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ88NABZ******************** hesabına ödənilməlidir Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili MüdafiəçiN ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsini və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Hökmün icrası N saylı hərbi hissənin komandirinə həvalə olunsun. Hökmün icrası Təqsirləndirilən şəxs N saylı hərbi hissəyə təhvil verildiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə 67 (altmış yeddi) manat məhkəmə-ballistik, 40 (qırx) manat məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə ümumilikdə 107 (yüz yeddi) manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZE 88 NABZ ******************** hesabına ödənilsin. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili MüdafiəçiN ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul köçürülsün. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-18/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-18/2025
17.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver