Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-19/2021 07.10.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında 14 avqust 1997-ci ildə Salyan rayonunun Kürsəngi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, ali hərbi təhsilli, Salyan rayonunun Kürsəngi kəndində qeydiyyatda olmaqla, Culfa şəhərində hərbi hissənin subaylar yataqxanasında yaşayan, N №-li hərbi hissənin 1-ci taborunun minaatan batareyasının, idarəetmə taqım komandiri vəzifəsində xidmət edən, barəsində 19 avqust N0N1-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, kiçik leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olan MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə nizamnamə qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 5-ci taborunun minaatan batareyasının idarəetmə taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində nəzərdə tutulan “komandir (rəis)... tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini pozaraq 18 iyun N0N1-ci ildə, saat 09 radələrində tabor mərkəzinin yataqxanasında rütbəcə tabelik münasibətlərində olan MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs dəhlizdə danışması səbəbindən onunla mübahisə edib nalayiq ifadə işlədərək sol göz nahiyəsinə yumruqla vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və hərbi vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində 18 iyun N0N1-ci ildə sıradan sonra hamama gedəcək şəxsi heyəti yataqxananın içərisində dəhlizdə düzdüyünü, dəhlizdə səs-küyün çox olduğundan onlara “sakit olun” dediyini, həmin vaxt MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxslə MAHHXHQ əsgər ŞahidN dəhlizdə durub söhbət etdiyini, bu səbəbdən əsəbiləşib Zərərçəkmiş şəxs nalayiq ifadə işlədərək sakit ol dediyini, Zərərçəkmiş şəxs də ona həmin ifadəni təkrar edərək cavab verdiyini, Zərərçəkmiş şəxs sözündən əsəbiləşib ona tərəf getdiyini, yanlarında olan batareya komandiri kapitan Şahid1 qolundan tutub “artıq hərəkət etmək lazım deyil” dediyini, ona “qolumu burax heç nə etməyəcəm” cavabını verdiyini, həmin zaman Şahid1 onun qolunu buraxdığını, sonra Zərərçəkmiş şəxs tərəf gedib yaxınlaşan kimi sifətinin sol nahiyəsinə 1 yumruq zərbəsi vurduğunu, onun yumruğun təsirindən arxaya getdiyini, sonra orada olanların hər ikisini bir kənara çəkdiyini, sonra Zərərçəkmiş şəxs tabor komandirinə məruzə etmək üçün onun otağına getdiyini, Zərərçəkmiş şəxs vurması nəticəsində onun gözünün altında qızartı əmələ gəldiyini, etdiyi hərəkətlərə görə peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 18 iyun N0N1-ci ildə səhər vaxtı yataqxananın foyesində durduğunu, taborun minaatan batareyasının taqım komandiri kiçik leytenant Təqsirləndirilən şəxs şəxsi heyəti düzüb nəsə tapşırıqlarını verən zaman şəxsi heyətdən aralıda, sürücü MAHHXHQ əsgər ŞahidN yanında olduğunu, onunla söhbət etdiyini, təxminən saat 09 radələrində kiçik leytenant Təqsirləndirilən şəxs qəfildən ona nalayiq ifadə işlədərək sakit ol dediyini, Təqsirləndirilən şəxs nalayiq ifadə ilə cavab verdiyini, Təqsirləndirilən şəxs həmin ifadədən sonra ona tərəf gələn zaman kapitan Şahid1 onun qolundan tutub saxladığını, Təqsirləndirilən şəxs Şahid1 “söz deyəcəm məni burax” dediyini, Şahid1 onu buraxdığını, Təqsirləndirilən şəxs yaxınlaşıb qəfildən sağ yumruğu ilə onun sifətinin sol tərəfindən, gözünün altından bir yumruq zərbəsi vurduğunu, zərbənin təsirindən arxaya getdiyini, həmin vaxt orada olan baş leytenant Şahid3 Təqsirləndirilən şəxs tutub arxaya çəkdiyini, baş leytenant Şahid1 aralarına girdiyini, sonra Təqsirləndirilən şəxs hərəkətindən şikayət etmək üçün tabor komandiri, mayor Ceyhun Azayevin otağına getdiyini, tabor komandirinə Təqsirləndirilən şəxs onu təhqir etdiyini və yumruqla vurduğunu dediyini, Təqsirləndirilən şəxsla barışdığını, ondan şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 18 iyun N0N1-ci ildə kiçik leytenant Təqsirləndirilən şəxs şəxsi heyəti düzdüyünü, həmin zaman dəhlizdə səsküyün çox olduğunu, silah otağının qabağında olan zaman kiçik leytenant Təqsirləndirilən şəxs MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs nalayiq ifadə işlədərək sakit ol deməsini eşitdiyini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq ifadə ilə cavab verdiyini, Zərərçəkmiş şəxs bu sözləri dedikdən sonra Təqsirləndirilən şəxs əsəbiləşib ona tərəf gedərkən onun qolundan tutub saxladığını, ona “nəsə artıq hərəkət lazım deyil” dediyini, Təqsirləndirilən şəxs “məni burax ona söz deyəcəm” cavabını verdiyini, onun bu sözündən sonra qolunu buraxdığını, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəf gedib qəfildən onun sifətinin sol nahiyəsinə bir yumruq zərbəsi vurduğunu, həmin zaman onların arasına girib araladığını, Təqsirləndirilən şəxs yaxşı, intizamlı, verilən tapşırıqları layiqincə yerinə yetirən, şəxsi heyətə bilik və bacarığını öyrədən bir zabit olduğunu, Təqsirləndirilən şəxs barəsində baxılan cinayət işinə görə mənfi xarakterizə etdiyini, lakin Təqsirləndirilən şəxs intizamlı zabit olduğunu, verilən tapşırıqları vaxtında yerinə yetirdiyini, haliyədə onu müsbət xarakterizə etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində 18 iyun N0N1-ci il tarixdə saat 08:45 radələrində əsgər yataqxanasının dəhlizində səs-küyün çox olduğunu, kiçik leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək sakit ol dediyini, Zərərçəkmiş şəxs də ona eyni nalayiq ifadə ilə cavab verdiyini, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəf gəldiyini, Təqsirləndirilən şəxs yanında olan minaatan batareyasının komandiri kapitan Şahid1 Təqsirləndirilən şəxs qolundan tutub saxladığını, Təqsirləndirilən şəxs isə kapitan Şahid1 onu buraxmasını, Zərərçəkmiş şəxs heç bir şey etməyəcəyini, sadəcə söz deyəcəyini bildirdiyini, Şahid1 Təqsirləndirilən şəxs artıq heç bir hərəkət etməməsini deyib onu buraxmasını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşıb qəfildən onun sol göz nahiyəsindən bir dəfə yumruqla vurduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 18 iyun N0N1-ci ildə çantasını götürüb foyeyə çıxdıqda Təqsirləndirilən şəxs və MAHHX HQ kiçik çavuş Zərərçəkmiş şəxs mübahisə etdiyini, onların arasında kapitan Şahid1 durduğunu gördüyünü, Təqsirləndirilən şəxs arxaya çəkib zabitlər otağına apardığını, ondan nə baş verməsini soruşduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sakit olmasını söylədiyini, ancaq onun sakit olmadığını, bu zaman ona nalayiq ifadə işlətdiyini, Zərərçəkmiş şəxs də ona eyni nalayiq ifadəni işlətdiyini, bu zaman aralarında mübahisə yarandığını, Zərərçəkmiş şəxs sifətindən 1 yumruq zərbəsi vurduğunu dediyini göstərmişdir. Cinayət işinin 53-54-cü vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.N0N1-ci il tarixli rəyində Zərərçəkmiş şəxs bədən səthində xx.xx.N0N1-ci il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. xx.xx.N0N1-ci il tarixdə N №-li hərbi hissədə müayinə zamanı stomatoloq tərəfindən Zərərçəkmiş şəxs “Periorbital nahiyənin yumşaq toxumalarının küt travması” diaqnozu qoyulsa da, xəsarətin obyektiv əlamətləri təsvir olunmamış, şəxsin subyektiv şikayətləri əsasında qoyulduğu, küt travma-ümumi tibbi məfhum olub obyektiv əlamətləri olmadığından məhkəmə-tibbi nöqteyi nəzərindən xəsarət kimi qiymətləndirilmədiyi göstərilmişdir. Cinayət işinin 44-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş hərbi həkim komisiyasının NN iyun N0N1-ci il tarixli, 1708 №-li arayışda Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 155-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N avqust N0N1-ci il tarixli, 0103 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 1-ci motoatıcı taborun minaatan batareyasının idarəetmə taqımının komandiri vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs bölük komandiri Şahid1 tərəfindən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin N5-ci vərəqəsindən görünür ki, N №-li hərbi hissədə xidmət edən kiçik çavuş Zərərçəkmiş şəxs ilə kiçik leytenant Təqsirləndirilən şəxs arasında tabeçilik münasibətləri var. Cinayət işinin 41-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmağı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında bir ilədək hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə edib, onunla barışmasını və törətdiyi cinayət əməlini səmimi etiraf edib, peşman olması cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. "Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 10% dövlət nəfinə tutulmaqla 7 (yeddi) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-19/2021
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-19/2021
07.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver