Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-19/2023 24.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik–leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 1998-ci ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, orta təhsilli, məhkum olunmayan, N №-li hərbi hissədə xidmət edən, Şəmkir rayonunun Çinarlı qəsəbəsində daimi qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, 1 nömrəli hərbi şəhərcik, bina 38, mənzil 30-da yaşayan, 02 iyun N23-cü ildə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş kiçik gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissənin mühəndis-texniki bölüyünün baş çavuşu vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmət edərkən 03 aprel N23-cü il tarixdən 23 aprel N23-cü il tarixədək Naxçıvan şəhərində yerləşən “X3”ndə təşkil olunan “Mühəndis-istehkam birləşmə, hissə və bölmələr ilə çöl çıxışı”nda olarkən 16 aprel N23-cü il tarixində saat 07:30 radələrində N nömrəli hərbi hissədə xidmət edən MAHHXHQ-su kiçik çavuş Şahid3 ilə sözlü mübahisə etməsini tabelik münasibətlərində olduğu və ona rəis hesab edilən N nömrəli hərbi hissənin zabiti, mayor Zərərçəkmiş şəxs yuxarı komandanlığa məruzə etməsi səbəbindən 17 aprel N23-cü ildə saat 07:45 radələrində təlim mərkəzindəki kunqların qarşısında mayor Zərərçəkmiş şəxsla mübahisə edib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsində göstərilən «Tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır. Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar» və 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» tələblərini pozaraq sağ əli ilə tabelikdə olduğu və onun üçün rəis olan mayor Zərərçəkmiş şəxs çiynindən tutub sol əli ilə sifətinin sol tərəfinə yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol qaşüstü nahiyənin küt travması, sol gözətrafı nahiyənin sıyrılmış yarası” xəsarətini yetirməklə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar rəisə qarşı zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində ifadəsi alınmış kiçik gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla ozünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissənin mühəndis-texniki bölüyünün baş çavuşu, kiçik gizir hərbi rütbəsində, zərərçəkmiş şəxs mayor Zərərçəkmiş şəxs isə N nömrəli hərbi hissənin mühəndis xidməti rəisi vəzifəsində xidmət etdiyni, ordu komandanlığının əmri ilə 03 aprel N23-cü il tarixdən 23 aprel N23-cü il tarixədək 216, 217, 770, 050, 404, 405, N və N nömrəli hərbi hissələrin mühəndis istehkam bölmələrinin şəxsi heyətinin Təlim Mərkəzində mühəndis döyüş hazırlığı dərslərinə cəlb edildiklərindən xidmət etdiyi hərbi hissənin də həmin təlimlərdə iştirak etdiyini, N nömrəli hərbi hissənin mühəndis xidməti rəisi vəzifəsində xidmət edən mayor Zərərçəkmiş şəxs da həmin təlimlərdə iştirak etdiyini və onun zabit rütbəsində olduğundan təlim mərkəzində onun rəisi sayıldığını, təlimdə olduqları vaxt təlimdə olanlara özünün UAZ markalı avtomobili ilə ərzaq və yemək gətirdiyini, 16 aprel N23-cü ildə həmişəki kimi səhər saatlarında şəxsi heyətə təlim mərkəzində yemək paylayarkən N nömrəli hərbi hissənin əsgəri Xəyal Quliyevin quru yeməyini götürdüyünü, lakin sulu yeməyini götürmədiyini, ona görə həmin əsgərə öz iradını bildirdiyini, bu səbəbdən də həmin əsgərin manqa komandiri kiçik çavuş Şahid3la mübahisə etdiklərini, mübahisənin bir az da dərinləşdiyini, bundan sonra onunla mübahisə edə-edə yeməkxananın arxasına keçdiklərini, bunu görən MAHHXHQ-su əsgər Səday Məmmədovun gəlib onları sakitləşdirdiyini, bundan sonra həmin gün düşərgədə cavabdeh təyin edilən mayor Zərərçəkmiş şəxs haradansa onların mübahisəsini eşidib onu və Şahid3 yanına çağıraraq onları danlayıb guya onların dalaşdıqları barədə məlumatı olduğunu və bu barədə N nömrəli hərbi hissənin komandiri Faiq Süleymanova məruzə etdiyini dediyini, Zərərçəkmiş şəxs bu hərəkətinin ona çox pis təsir etdiyini, həmin gün saat 10:50 radələrində hərbi hissə komandiri onu yanına çağırıb niyə Şahid3la mübahisə etməsini soruşub məsələni araşdıracağını, əgər deyilənlər düz olarsa onu cəzalandıracağını dediyini, səhərsi gün səhər saatlarında hərbi hissə komandirinin müavini Tərlan Əliyevin onu və Şahid3 yanına çağırıb danlayaraq hər ikisini inzibati qaydada cəzalandıracağını dediyini, olanlardan bərk əsəbləşdiyini, olanları araşdırmaq üçün düşərgədə Zərərçəkmiş şəxs yanına gedərək “cənab mayor niyə olmayanları komandirə demisən, elə hərəkətlər insana hörmət qazandırmır” deyib onunla ciddi mübahisə edib oradan uzaqlaşarkən onun yenidən komandirin müavini T.Əliyevə zəng vurub bu barədə məruzə etdiyini, bundan 1-2 dəqiqə sonra T.Əliyevin onu yanına çağırıb cərgənin qabağında niyə Zərərçəkmiş şəxs yanına gedib o, formada onunla mübahisə etdiyini, niyə zabitə qarşı hörmətsizlik etdiyini soruşub onu cəzalandıracağını deyib ona sıraya keçməsini bildirdiyini, olanlardan bərk əsəbləşdiyini, özünün idarə olunmaz hala gəldiyini, əsəbi halda Zərərçəkmiş şəxs yanına gedərək niyə onun bu cürə hərəkət etdiyini, niyə olanları bu qədər böyütdüyünü deyərək sağ əli ilə onun sol çiynindən tutub, sol əli ilə onun sifətinə bir yumruq zərbəsi vurduğunu, bundan sonra Zərərçəkmiş şəxs da onun sifətinə üç yumruq və başından bir yumruq vurduğunu, orada olanların dərhal onları aralaşdırdıqlarını, törətdiyi əməldən son dərəcə peşiman olduğunu, Zərərçəkmiş şəxsla artıq barışdıqlarını, bir-birilərindən üzr istədiklərini, evli olmaqla himayəsində azyaşlı övladı olduğunu, məhkəmədən bunların nəzərə alınmasını xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş mayor Zərərçəkmiş şəxs ifadəsində N nömrəli hərbi hissənin mühəndis xidməti rəisi vəzifəsində xidmət etdiyini, N nömrəli hərbi hissədə xidmət edən kiçik gizir Təqsirləndirilən şəxs hərbi xidmətdə görüb tanıdığını, Təlim Mərkəzində rütbəcə ondan böyük olduğundan onun tabeçiliyində olan kimi sayıldığını, 03 aprel N23-cü il tarixdən Ordu Komandanlığının tabeliyində olan hərbi hissələrin mühəndis-istehkam bölmələrinin düşərgə toplanışı keçirilməyə başlandığını, özünün də həmin təlimlərə cəlb olunduğunu, təlimə cəlb edilən şəxsi heyətin yeməyini mütamadi olaraq kiçik gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədən UAZ markalı avtomobillə gətirdiyini, 16 aprel N23-cü ildə təlim mərkəzində cavabdeh təyin edildiyini, həmin gün səhər saatlarında düşərgədə yeməkxana kimi istifadə edilən çadırın yanında durub mayor Şahid4la söhbət edərkən kiçik gizir Təqsirləndirilən şəxsla gizir R.Bağırovun nəyə görəsə R.Bağırovla sözlü mübahisə edib çadırın arxasına keçdiklərini gördüyünü, hər ikisini yanına çağırıb onlardan nə olmasını soruşaraq hər ikisinə öz iradını bildirib onların dalaşdıqlarını fikirləşərək bu barədə düşərgə rəisi, N nömrəli hərbi hissənin komandiri Faiq Süleymanova zəng vurub məruzə etdiyini, komandirin də hər ikisini onun yanına göndərməsini tapşırdığını, səhərsi gün N nömrəli hərbi hissə komandirinin müavini Tərlan Əliyevin təlim mərkəzinə gəlib hadisə ilə maraqlandığını, olanları ona məruzə etdiyini, bir azdan Təqsirləndirilən şəxs onun yanına gələrək əsəbi halda qışqıra-qışqıra niyə olanları bir az da üstünə qoyub hərbi hissə komandirinə məruzə etdiyini soruşduğunu, onun bu hərəkətlərini özünə hörmətsizlik kimi qəbul edib bu barədə hərbi hissə komandirinin müavini T.Əliyevə məruzə etdiyini, təxminən 15 dəqiqə sonra, 50 nömrəli kunqun qarşısında durub zabit yoldaşları Şahid2 və Şahid1la söhbət edərkən Təqsirləndirilən şəxs onun yanına gələrək ona hədələyici tonda nələrsə deyib anidən onun sifətinin sol tərəfindən bir yumruq zərbəsi vurub çiyin nahiyəsindən tutub dartdığını, özünün də əsəblərini cilovlaya bilməyib onun sifətinə bir neçə dəfə yumruq atdığını, yumruqlardan birinin onun sifətinin sağ tərəfinə dəydiyini, digər yumruqların ona dəyib-dəyməməsini bilmədiyini, hadisədən sonra Təqsirləndirilən şəxs gəlib ondan üzr istədiyini, Təqsirləndirilən şəxs şikayəti və tələbi olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid1 ifadəsində N nömrəli hərbi hissənin mühəndis yol bölüyünün komandiri vəzifəsində xidmət etdiyini, təqsirləndirilən şəxsi və zərər çəkmiş şəxsi yaxından tanıdığını, 03 aprel N23-cü ildən Ordu Komandanlığının tabeliyində olan hərbi hissələrin döyüş hazırlığı ilə bağlı təlimlərə cəlb edildiyini, özünün də həmin təlimlərdə iştirak etdiyini, orada dərslərin və təlimlərin keçirilməsinə N nömrəli hərbi hissənin komandanlığının nəzarət etdiyini, mühəndis döyüş hazırlığı dərslərinə N nömrəli hərbi hissədə xidmət edən kiçik gizir Təqsirləndirilən şəxs və N nömrəli hərbi hissədə xidmət edən mayor Zərərçəkmiş şəxs da cəlb edildiklərini, Təlim Mərkəzində mayor Zərərçəkmiş şəxsla kiçik gizir Təqsirləndirilən şəxs arasında tabeçilik münasibətlərinin olduğunu, Təlim Mərkəzində şəxsi heyətin yeməyinin maşınla gətirilməsi kiçik gizir Təqsirləndirilən şəxs həvalə edildiyini, 17 aprel N23-cü ildə saat 07:30 radələrində düşərgə üzrə cavabdeh olan mayor Zərərçəkmiş şəxs və kapitan Şahid2la yemək çadırının yanında söhbət edərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına gələrək əsəbi halda ondan nəyisə komandirə məruzə etməsini soruşub onu hədələdiyini, orada olan kapitan Şahid2 mübahisəni böyütməmək üçün onu oradan uzaqlaşdırdığını, bir azdan Zərərçəkmiş şəxs N nömrəli hərbi hissə komandirinin müavini Tərlan Əliyevə zəng vurub Təqsirləndirilən şəxs ona hörmətsizlik etməsi barədə məruzə etdiyini, həmin mübahisədən təqribən 15-N dəqiqə sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına gələrək uca səslə və əsəbi şəkildə hirsli-hirsli nəsə deyərək anidən Zərərçəkmiş şəxs sifətinə bir yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs sifətindən üç dəfə yumruqla vurmasını gördüyünü, dərhal onları aralaşdırdıqlarını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid2 ifadəlsində N saylı hərbi hissənin zabiti olduğunu, hər iki şəxsi xidmət müddətindən tanıdığını, 03 aprel N23cü ildən Ordu Komandanlığının tabeliyində olan hərbi hissələrin mühəndis istehkam bölmələrinin şəxsi heyətinin təlimlərə cəlb olunduqlarını, özünün də N nömrəli hərbi hissənin mühəndis xidməti rəisi vəzifəsində xidmət etdiyindən həmin təlimlərdə iştirak etdiyini, 16 aprel N23-cü ildə təlim mərkəzində özünün cavabdeh köməkçisi, cavabdehin isə mayor Zərərçəkmiş şəxs təyin edildiyini, səhərsi gün səhər saatlarında Zərərçəkmiş şəxs və baş leytenant Şahid1la Təlim Mərkəzində kunqun qarşısında durub söhbət etdiklərini, kiçik gizir Təqsirləndirilən şəxs onların yanına gəlib əsəbi şəkildə Zərərçəkmiş şəxs “niyə məndən hərbi hissə komandirinə şikayət etmisən?” soruşub onunla mübahisə etdiyini, onların arasında olan mübahisənin böyüyəcəyini görüb Şahid1la birlikdə Təqsirləndirilən şəxs oradan uzaqlaşdırdıqlarını, Zərərçəkmiş şəxs düşərgənin qərargah rəisi, Tərlan Əliyevə zəng vurub Təqsirləndirilən şəxs ona hörmətsizlik etməsini məruzə etdiyini, Zərərçəkmiş şəxs oradan getdikdən bir az sonra Təqsirləndirilən şəxs yenidən onların yanına gələrək uca səslə hədələyici tonda niyə onunla olan mübahisəni komandirə deməsini soruşub anidən onun sol gözünün üstünə bir yumruq zərbəsi vurduğunu, həmin vaxt Zərərçəkmiş şəxs da bir neçə dəfə onun sifətinə yumruq atdığını gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su kiçik çavuş Şahid3 ifadəsində 03 aprel N23-cü ildə Ordu Komandanlığının tabeliyində olan hərbi hissələrin mühəndis istehkam bölmələrinin şəxsi heyətinin Təlim Mərkəzində təlimə cəlb edildiklərini, özünün də N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissədə xidmət etdiyidən həmin dərslərə cəlb edildiyini, Təlim Mərkəzində təşkil edilən mühəndis döyüş hazırlığı dərslərinə mayor Zərərçəkmiş şəxs və kiçik gizir Təqsirləndirilən şəxs da cəlb edildiklərini, Təqsirləndirilən şəxs dərslərə cəlb edilən şəxsi heyətin avtomobillə yeməyini gətirmək işinə ayrıldığından 16 aprel N23-cü ildə saat 07:N radələrində həmişəki kimi Təqsirləndirilən şəxs şəxsi heyətin səhər yeməyini gətirdiyini, həmin vaxt tabeliyində olan əsgər Xəyal Quliyevin birinci quru yemək, ikinci isə sulu yemək götürməsinə görə kiçik gizir Təqsirləndirilən şəxs ona hirsləndiyini görüb Təqsirləndirilən şəxs yaxınlaşıb əsgər X.Quliyevin bu barədə ondan icazə aldığını dediyini, lakin Təqsirləndirilən şəxs onu eşitmək istəməyib əsgəri danlamağı davam etdirdiyindən Təqsirləndirilən şəxsla sözlü mübahisə edərək yeməkxananın arxasına keçib orada onunla mübahisəni davam etdirdiklərini, həmin vaxt mayor Zərərçəkmiş şəxsla mayor Şahid4 yeməkxananın qarşısında durub söhbət etdiklərindən onların mübahisəsini görüb hər ikisini yanına çağırıb nə məsələ olmasını soruşduğunu, ona niyə mübahisə etdiklərini dediklərini, Zərərçəkmiş şəxs da onlara inanmayıb dalaşdıqlarını düşünərək bu barədə hərbi hissə komandirinə zəng vurub məruzə etdiyini, onların da oradan uzaqlaşdıqlarını, bir azdan hərbi hissə komandiri təlim mərkəzinə gəlib onları yanına çağıraraq nə olmasını soruşduğunu, hadisə barədə komandirə danışdığını, komandirin “hər ikiniz də cəzalandırılacaqsınız” dediyini, səhərsi gün də səhər saatlarında hərbi hissə komandirinin müavini Tərlan Əliyevin Təqsirləndirilən şəxsla onu yanına çağırıb aralarında nə baş verməsini soruşaraq hər ikisini də cəzalandıracağını dediyini, özünün bölməyə Təqsirləndirilən şəxs isə haraya getməsini bilmədiyini, səhər düzülüşündən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisə edib dalaşmalarını, mübahisə vaxtı onların bir-birinin sifətindən yumruqla vurduqlarını eşitdiyini, sonradan hadisənin necə baş verməsini öyrəndiyini göstərdi Məhkəmə istintaqında şahid qismində dindirilmiş mayor Şahid4 ifadəsində 03 aprel N23-cü ildən Ordu Komandanlığının tabeliyində olan hərbi hissələrin mühəndis istehkam bölmələrinin şəxsi heyətinin Təlim Mərkəzində çöl çıxışına çıxaraq mühəndis döyüş hazırlığı dərslərinə cəlb edildiklərini, 16 aprel N23-cü ildə səhər saatlarında təlim mərkəzində şəxsi heyətin yemək yediyi çadırın qarşısında mayor Zərərçəkmiş şəxsla durub söhbət edərkən kiçik gizir Təqsirləndirilən şəxs hansı səbəbdənsə kiçik çavuş Şahid3la mübahisə etdiklərini gördüyünü, onların mübahisə edərək danışa-danışa yeməkxananın arxasına keçdiklərini, mayor Zərərçəkmiş şəxs onların mübahisə etməsini fikirləşib onları yanına çağırıb nəyə görə mübahisə etmələrini soruşduğunu, Şahid3 Təqsirləndirilən şəxsla niyə mübahisə etməsini ona danışaraq dalaşmadıqlarını, sadəcə bu mövzuda mübahisə etdiklərini dediklərini, Zərərçəkmiş şəxs da onların dalaşmasını düşünüb düşərgə toplantısının rəisinə zəng vurub bu barədə məruzə etdiyini, komandirin də Zərərçəkmiş şəxs onlar yanına göndərməsini tapşırdığını, səhərsi gün səhər saatlarında düşərgəyə gedərkən orada onlar arasında mübahisə olduğunu, onların birbirinin sifətindən qarşılıqlı yumruqla vurduqlarını eşitdiyini göstərdi. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış mayor Zərərçəkmiş şəxs barəsində 21 aprel N23-cü il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilmiş, məhkəmə-tibb ekspertinin 25 aprel N23-cü il tarixli, 114 №-li rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sol qaşüstü nahiyənin küt travması, sol gözətrafı nahiyənin sıyrılmış yarası-bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənmələrinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin olunmadığı göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 18- də olan N saylı hərbi hissə komandirinin N nömrəli aryışında görünür ki, N saylı hərbi hissənin mühəndis xidmət rəisi Zərərçəkmiş şəxs ilə N nömrəli hərbi hissənin kiçik giziri Təqsirləndirilən şəxs oğliu arasında onlar Təlim Mərkəzində olduqlarından və orada Zərərçəkmiş şəxs yuxarı zabit heyyəti sayıldığından Təqsirləndirilən şəxs onunla tabelik münasibətləri olmuşdur. Cinayət işi üzrə iş vərəqə 22- də olan N nömrəli hərbi hissə komandanlığının verdiyi xidməti xasiyətnamədə görünür ki Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işi üzrə iş vərəqə 71-də olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissədə hərbi həkim komissiyasından keçirilmiş, təqdim edilmiş 401 №-li tibbi arayışda onun sağlam olmaqla hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. Cinayət işinin materialarından görünür ki, təqsirləndirilən şəxs İmanov X2 M.R Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnaməyə əsasən, əvvəllər məhkum olunmamışdır. Cinayət işi materialarından görünür ki, zərərçəkmiş şəxs mayor Zərərçəkmiş şəxs N №-li hərbi hissə komandirinin N oktyabr NN-ci il tarixli, 1N nömərli əmri ilə həmin hərbi hissənin mühəndis xidməti rəisi vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin N aprel N23-cü il tarixli 29 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə ezam olunmuş, N nömrəli hərbi hissə komandirinin N aprel N23-cü il tarixli 64 nömrəli əmri ilə çöl çıxışı toplantısında iştirak etmək üçün N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdi və o, xidmət etdiyi yerdə komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirici hallar törətdiyi əməli etiraf edib səmimi peşimançılıq çəkməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin onu bağışlaması, himayəsində azyaşlı uşağının olmasıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, himamayəsində azyaşlı övladının olmasını, məhkəmə istintaqının bütün prosessi dövründə özünü səmimi aparmasını nəzərə alaraq barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi lazım bilir ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığına həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsu üçün təqsirləndirilən şəxsə göstərilmiş 40(qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240(iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İttiham aktının elektron variantının olduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖКМ ЕТDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından 10 (on) faiz pul tutulmaqla 1(bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığına həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsu üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. İttiham aktının elektron variantının olduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunsun. Hökmdən N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-19/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-19/2023
24.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver