Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-19/2024 15.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Şərur rayonunun Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı uşaq atası, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəngərli rayonunun Qıvraq qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, işsiz, N oktyabr 2023-cü il tarixdən barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cu bölüyünün 2-ci taqımının 3-cü manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 11 oktyabr 2023-cü il tarixdə yaşadığı Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən evdən çıxaraq qəsəbənin mərkəzindəki kafeyə gedən zaman qonşuluqda yerləşən, Şahid1 məxsus fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb, evdə heç kimin olmadığını başa düşərək, evə daxil olub oğurluq etmək qərarına gəlmiş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, saat 20:15-də evin həyətyanı sahəsi boyunca çəkilmiş daş hasarın üzərindən tullanaraq həyətə daxil olmuşdur. O, hasardan tullanıb həyətə daxil olduqdan sonra birmərtəbəli yaşayış evinin sol tərəfinə gəlib orada olan pəncərəni əli ilə itələyərək açmış və qanunsuz olaraq yaşayış sahəsi olan evə daxil olaraq otaqları axtarmağa başlamışdır. O, evin yataq otağına daxil olduqdan sonra oradakı dolabın üzərində olan Şahid1 arvadı Zərərçəkmiş şəxs məxsus ümumi çəkisi 6,46 qram olan, 585 əyarlı, üzərində kiçik qaşları olan 549 (beş yüz qırx doqquz) manat dəyərində 1 (bir) ədəd qızıl üzüyü, ümumi çəkisi 13,00 qram olan, 585 əyarlı, üzərində kiçik qaşlar olan 1105 (bir min yüz beş) manat dəyərində qızıl üzük və sırğa dəstini və dolabdakı əl çantasında olan 50 (əlli) manat nağd pulu götürmüş və evə daxil olduğu pəncərədən çölə çıxıb oradan ayrılaraq ümumilikdə 1704 (bir min yeddi yüz dörd) manat məbləğində özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində hadisəni törədən vaxt N nömrəli hərbi hissənin 3-cü taborunda, kiçik çavuş hərbi rütbəsində xidmət etdiyini, hal-hazırda isə oğurluq əməlinə görə hərbi xidmətdən ehtiyata buraxıldığını, hərbi xidmətdə olduğu vaxtlar bankdan götürdüyü kreditə görə təxminən 1600-1700 manata yaxın borcu yarandığını, həmin borcları ödəmək üçün müxtəlif yollar axtardığını, 11 oktyabr 2023-cü il tarixdə saat təqribən 19 radələrində xidmət yerindən Kəngərli rayonunun Qıvraq qəsəbəsinə, evlərinə qayıdaraq paltarını dəyişib bir az dincəldikdən sonra qəsəbədə yerləşən kafeyə getmək fikirinə düşdüyünü, yaşadığı məhlə ilə kafeyə gedən zaman qonşularında yaşayan, Şahid1 məxsus fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığına əmin olaraq həmin evdən oğurluq etmək, müəyyən miqdarda pul götürmək qərarına gəldiyini, bu məqsədlə də saat 20:15 radələrində Şahid1 məxsus olan yaşayış evinin hasarından tullanaraq həyətə düşüb evin sağ tərəfində olan pəncərənin qarşısında heç bir maneə olmadığından əmin olub əli ilə pəncərəni möhkəm itələyib açıldıqdan sonra ayağını divara qoyaraq evin içərisinə daxil olduğunu, pəncərədən daxil olduğu otağa baxan zaman otaqda iki ədəd uşaq çarpayısının olduğunu görüb həmin otağın uşaq otağı olmasını bildiyini, uşaqların otağında hər hansı bir dəyərli əşya olmayacağını düşünüb digər otaqlara baxmaq qərarına gəldiyini, evin salonuna keçərək, salondan sağ tərəfdə yerləşən otağa daxil olaraq otağa göz gəzdirən zaman otağın yataq otağı olduğunu bildiyini, yataq otağına daxil olduqdan sonra sol tərəfdə yerləşən bəzək əşyaları yığılan güzgülü şkafın olduğunu görüb şkafın alt gözlərini açıb paltar olmasını görüb dolabçanı bağlayaraq yataq çarpayısı ilə üzbəüz olan digər paltar şkafına yaxınlaşaraq onun qapısını tam aça bilmədiyindən sol əlini qapıdan içəri uzatdıqda zəncirli əl çantasını görüb onu götürərək içərisinə baxdıqda çantanın içərisində 50 (əlli) manat olduğunu görüb həmin pulu götürərək cibinə qoyduğunu, sonra əl çantasını götürdüyü paltar şkafının gözünə ataraq paltar şkafının qapısını örtüb arxaya dönən zaman bəzək əşyaları yığılan güzgülü şkafın üzərində qızıl-zinət əşyalarını görüb götürdüyünü, orada olan və nələrin olmasını bilmədiyi qızılları da cibinə qoyaraq yataq otağından salona çıxan zaman sağ tərəfdə küncdə yerləşən başqa otağın olduğunu görüb həmin otağa yaxınlaşaraq otağın qapısını açmaq istəsə də aça bilmədiyini, gəldiyi yerdən, uşaq otağının pəncərəsindən həyətə düşərək telefonunu yandırıb oğurladığı qızıllara baxdıqda1 ədəd üzərində qaşları olan yumru halqalı qızıl üzük, 1 ədəd uzunsov formada olan qızıl üzük və eyni formalı qızıl sırğa olduğunu gördüyünü, tez həmin əşyaları cibinə qoyub divara çıxaraq yola düşdüyünü, oradan isə kafeyə getdiyini, bir müddət orada olduqdan sonra yaşadığı evə gələrkən yolda və evlərinin yanında polislərin oılduğunu gördüyünü, onlarda şübhə yaratmamaq üçün evlərinə gedib oğurladığı qızıl-zinət əşyalarını həyətində olan yarımtikilinin üzərində gizlətdiyini, elə həmin gecə Şahid1 məxsus olan yaşayış evində baş vermiş oğurluq hadisəsinə görə Kəngərli Rayon Polis Şöbəsinə aparıldığını, polis şöbəsində həmin oğurluq əməlini törəməyini etiraf etdiyini və oğurladığı qızıl-zinət əşyalarını və 50 manat pulu polis əməkdaşlarına təqdim etdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən və onun ailə üzvülərindən üzr istədiyini, zərərçəkmiş şəxsin və ailə üzvülərinin də onu bağışladığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ailəsi ilə birlikdə Qıvraq qəsəbəsində, əri Şahid1 məxsus fərdi yaşayış evində yaşadığını, Təqsirləndirilən şəxs isə onun qonşuluğunda ailəsi ilə birlikdə qaldığını, yaşadığı ev bir mərtəbəli olmaqla 3 otaqdan, mətbəx, salon, hamam və tualetdən ibarət olduğunu, otaqlardan birində uşaqların, birində əri ilə özünün, digərində isə qaynanası Şahid4 yaşadığını, evin çöl ətrafının kərpiclə hasarlandığını, hadisə olan gün, yəni 11 oktyabr 2023-cü il tarixdə, saat 16:30 radələrində uşaqları və qaynanası ilə birlikdə həmin kəntdə yaşayan qohumugilə, ad gününə qonaq getdiklərini, evdən çıxarkən yaşadığı evin qapılarını, darvaza və fərdi yaşayış evinin giriş qapısını, pəncərələri bağladıqlarını, həyat yoldaşı Siracətin isə iş üçün Naxçıvan şəhərinə getdiyini, qonaqlıq qurtardıqdan sonra təqribən saat 21:15 radələrində qaynı Elzami Məmmədova zəng edərək onları evlərinə aparmasını xahiş etdiyini, onun da oraya gələrək onları yaşadıqları evə gətirdiyini, evin giriş qapısını açıb darvaza qapısını açdıqdan sonra uşaqları, Əli və Filizin qabaqda evə girdiklərini, qaynının isə evlərinə getdiyini, birdən uşaqlarının qışqırıq səsini eşidib tez evə qalxdığını, qızı Filizin evdə nəsə oğurluq olduğunu dediyini, tez oğlu Əlinin və qızı Filizin yatdıqları uşaq otağına baxan zaman pəncərənin bir gözünün açıq olduğunu və yerdə çirkli ayaq izlərinin olduğunu, uşaqların yataq otağında olan balaca şkafların üzərində olan əşyaların isə dağınıq vəziyyətdə olduğunu gördüyünü, sanki uşaq otağında kiminsə nələrsə axtardığını, tez öz yataq otaqlarına getdiyini, otaqda balaca şkafların açıldığını və paltarların yerə dağıldığını, paltar şkafının qapısının isə açıq olduğunu gördüyünü, paltar şkafının dördüncü gözündə olan yaşıl rəngli əl çantasının içərisinə baxan zaman 50 manat pulunun əl çantasında olmadığını gördüyünü, başqa yerlərə baxarkən qızı Filizin bəzək əşyalarını düzdüyü şkafın üzərinə qoyduğu qızılların da götürüldüyünü dediyini, oraya baxarkən şkafın üzərinə qoyduğu 1 ədəd, üzərində kiçik qaşları olan, yumru formalı üzüyünün, üzərində kiçik qaşları olan, qismən uzunsov formalı qızıl üzük və qızıl sırğa dəstinin yerində olmadığını gördüyünü, artıq tam əminliklə həmin əşyaların və 50 manat pulun oğurlandığını dəqiqləşdirdiyini, oğurluq edən şəxsin qaynanası Şahid4 qaldığı otaq bağlı olduğundan oraya girə bilmədiyini, tez qaynı Elzami Məmmədova və əri Siracətə zəng vurub evdən oğurluq olması barədə onlara məlumat verdiyini, bir azdan Elzaminin evə gələrək oğurluq barədə polisə məlumat verdiyini, polis əməkdaşları onun yaşadığı evə gələrək baxış keçirdiklərini, sonra bu hadisə ilə bağlı araşdırma aparıldığını, sonraki araşdırmalar zamanı oğurluq edən şəxsin onlarla eyni məhlədə yaşayan Təqsirləndirilən şəxs olduğunu bildiklərini, onun oğurluq yolu ilə evdən götürdüyü və ona məxsus 50 manat pulu və qızıl-zinət əşyalarını polis əməkdaşlarına təhvil verdiyini bildiyini, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə onların evinə gələrək ondan və həyat yoldaşı Siracətdən üzr istədiyini, iki azyaşlı övladı olduğuna görə həm də qonşu olduqlarına görə onu bağışladığını, ondan hər hansı bir şikayət və tələblərinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Qıvraq qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadığını, yaşadığı ev bir mərtəbəli olmaqla 3 otaqlı, salon, mətbəx, hamam və tualetdən ibarət olduğunu, otaqlardan birində özlərinin, birində uşaqların, digərində isə isə anası Solmazın yataq otağı olduğunu, 11 oktyabr 2023-cü il tarixdə, saat 16:30 radələrində ailə üzvləri ilə birlikdə Qıvraq qəsəbəsində yaşayan qohumu Pənah Niftəliyevgilə qonaq getdiklərini, oradan isə işi ilə bağlı Naxçıvan şəhərinə getməli olduğunu, saat təqribən 21:45 radələrində arvadı Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng vuraraq yaşadıqları evdən oğurluq olduğunu dediyini, ondan evdən nələrin oğurlandığını soruşduqda çantasından 50 manat pulunun, 1 ədəd üzərində kiçik qaşları olan yumru formalı üzüyünün, üzərində kiçik qaşları olan qismən uzunsov formalı qızıl üzük və qızıl sırğa dəstinin oğurlandığını, oğurluq edən şəxsin evə uşaqların yataq otağında olan pəncərədən daxil olduğunu bildirdiyini, təcili evlərinə gəldiyini, evə gələn zaman polis əməkdaşlarının evlərində olduğunu gördüyünü, sonraki araşdırma zamanı oğurluq edən şəxsin onların qonşularında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildiyini, Təqsirləndirilən şəxs azyaşlı uşaqları olmasına görə bağışladığını göstərdi. Məhkəmə istintaqında dindirilmiş şahid X4 ifadəsində Şahid1 qardaşı, Zərərçəkmiş şəxs isə qardaşı arvadı olduğunu, 11 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində qardaşı Siracətin arvadı Elnarənin ona zəng edərək ad günündə, qonaqlıqda olduqlarını, Siracətin orada olmadığını, onları yaşadıqları evə aparmalarını xahiş etdiyini, evdən çıxıb onların olduqları yerə gedərək qardaşı arvadı Elnarəni, anası Solmazı, qardaşı uşaqları Filizi və Əlini götürüb onların yaşadıqları evlərinə apardığını, maşını darvazanın yanında saxlayaraq onları yerə düşürdüyünü, Elnarənin darvaza qapısını açıb həyətə girdikdən sonra oradan çıxıb öz evlərinə getdiyini, evlərinə çatdıqdan bir az sonra Elnarənin ona zəng vurub tez oraya gəlməsini, evlərində oğurluq olduğunu dediyini, heç nəyə əl vurmamalarını deyib təkrar onlara getdiyini, evə daxil olarkən uşaq otağının pəncərəsinin açılmasını gördüyünü, Elnarədən nə oğurlamalarını soruşduqda onun da evə kiminsə oğurluq məqsədi ilə girərək evdən 50 manat pul və bir də şkafın üstündə olan ona məxsus qızıllarını götürdüklərini dediyini, evin içərisinə baxdıqda torpaqlı ayaq izlərinin olduğunu gördüklərini, tez qardaşı Siracətə zəng edib olanları ətraflı ona dediyini, həmin vaxt kimin oğlurluq etməsini bilməsələr də səhərsi gün qardaşıgilin evindən oğurluq edən şəxsin onların qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs olmasını bildiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 11 oktyabr 2023cü il tarixdə, saat 19 radələrində təhsili ilə bağlı hazırlıqdan çıxdıqdan sonra ailə üzvləri ilə birlikdə qohumlarına, ad gününə getdiklərini, ad günü qurtardıqdan sonra əmisi Elzami Məmmədovun maşını ilə saat 21:15 radələrində evlərinə gəldiklərini, anası Elnarənin qapını açdıqdan sonra tez evə girib qardaşı ilə birlikdə yatdıqları yataq otağına daxil olarkən yerdə zığlı ayaq izlərinin olmasını, pəncərənin bir gözünün açıq olmasını və şkafların üzərində olan əşyaların dağınıq vəziyyətdə olduğunu görüb tez nəsə oğurluq olmasından şübhələnərək anasını oraya çağırdığını, anası da onun otağına gələrək tez onlara otaqdan çıxmalarını bildirib öz yataq otaqlarına getdiyini, özünün də anasının arxasınca onların otağına getdiyini, anası otağa baxan zaman şkafa qoyduğu əl çantasının içərisində olan 50 manat pulun olmadığını bildirdiyini, özünün isə tez bəzək əşyaları yığılan güzgülü şkafin üzərinə baxdıqda anasına məxsus olan qızılların yerində olmamasını görüb anasına bu barədə dediyini, anasının qızıllar olan yerə baxdıqda 1 ədəd üzərində qaşları olan yumru halqalı qızıl üzüyünün, 1 ədəd uzunsov formada olan qızıl üzüyünün, bir cüt uzunsov formada olan qızıl sırğanın yerində olmamasını gördüyünü, artıq evlərinə kiminsə oğurluq üçün girdiyini dəqiqləşdirdiklərini, bir azdan oraya polis işçilərinin də gəldiklərini, sonradan evlərindən oğurluq edən şəxsin qonşularında yaşayan Təqsirləndirilən şəxs olmasını bildiklərini göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid4 ifadəsində Qıvraq qəsəbəsində, oğlu Siracətə məxsus evdə onunla və ailəsi ilə birlikdə yaşadığını, 11 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində ailə üzvüləri ilə birlikdə qohumlarının ad gününə getdiklərini, evdən çıxarkən özünə məxsus otağın qapısını açarla kilidlədiyini, elə həmin gün saat təqribən 21 radələrinədək ad günündə olduqlarını, sonra digər oğlu Elzaminin gəlib onları evlərinə apadığını, gəlini Elnarənin darvaza qapısını açdıqdan sonra qabaqda nəvələri, Əli və Filizin öz otaqlarına getdiklərini, bir neçə dəqiqə keçmiş uşaqlar qışqıraraq onların otağına kiminsə girdiyini dediklərini, tez onların otağına gedib baxanda otağın pəncərəsinin açıq olmasını və yerdə polun üstündə torpaqlı ayaq izlərinin olmasını gördüklərini, otağa baxdıqda otaqdakı şkaflarda paltarların tamami ilə dağıldığını şahidi olduğunu, sonra gəlini Elnarənin öz yataq otaqlarına getdiyini, Elnarənin də şkafda olan çantasından 50 manat pulun və istifadə etdiyi, qızıl üzüyü, digər qızıl üzük və sırğa dəstinin də oğurlanmasını dediyini, oğurluq edən şəxsin öz otağının qapısını açarla bağladığı üçün aça bilmədiyindən oradan heç nə götürə bilmədiyini gördüyünü, növbəti gün evlərindən oğurluq edən şəxsin qonşuluqda qalan Təqsirləndirilən şəxs olmasını bildiklərini göstərdi. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 9-12-də olan iş üzrə tərtib olunmuş 11 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Kəngərli rayonu, Qıvraq qəsəbəsi ərazisində yerləşən, Qıvraq qəsəbə sakini Şahid1 məxsus olan fərdi yaşayış evidir. Evin eni 3 m, uzunluğu 3.95 m olan şabalıd rəngli iki tağlı darvaza qapısı vardır. Darvaza qapısının içərisində uzunluğu 1.90 m, eni isə 0,90 m olan balaca giriş qapısı vardır. Balaca giriş qapısından içəri daxil olduqda yaşayış evinin həyətyanı sahəsi görünür. Darvaza qapısından sağ tərəfdən 15 m aralıda fərdi yaşayış evi yerləşir. Yaşayış evinin eni 11 metr, uzunluğu isə 18 metrdir. Yaşayış evinə daxil olmaq üçün eni 1.60, uzunluğu 0.30 metr olan 4 ədəd pilləkən vardır. Pilləkanlardan yuxarı qalxdıqda sol tərəfdə qara və ağ rəngdən ibarət olan eni 1.10 metr, uzunluğu 2 metr olan dəmir metaldan ibarət giriş qapısı vardır. Giriş qapısından içəri daxil olduqda uzunluğu 8.50, eni 6 metr olan yaşayış evinin salon otağı yerləşir. Yaşayış evinin salonunun sağ künc tərəfində hamam otağı, uşaq otağı vardır. Salonun sol künc tərəfində mətbəx otağı vardır. Salon ilə üzbəüz iki ədəd yataq otağı vardır. Salonun sağ künc tərəfində yerləşən uşaq otağının girişində sarımtıl rəngdə, taxta materialdan ibarət olan eni 1 metr, uzunluğu 2 metr olan qapı vardır. Qapının üzərində hər hansı bir sındırılma və dağıdılma izlərinə rast gəlinmədi. Qapıdan içəri daxil olduqda sol və sağ tərəfdə göy və çəhrayı rəngdə uşaq çarpayısı və dolablar vardır. Uşaq otağına baxış aparan zaman otaqda 1 ədəd plastik materialdan ibarət olan 1.50x1.50 metr ölçüdə üç gözlü pəncərə vardır. Pəncərənin gözünün tam açıq olduğu müşahidə edilir. Pəncərəyə baxış aparan zaman pəncərənin gözünün güc tətbiq olunaraq zorla açıldığını, lakin pəncərənin iki cəftəsinin də yerində olduğu və sındırılmadığı müşahidə edilir. Uşaq otağından sağ tərəfdə yataq otağı yerləşir. Yataq otağına daxil olmaq üçün 2x1 metr ölçüdə, sarımtıl rəngli taxta materialdan ibarət olan qapı vardır. Qapıdan içəri daxil olduqda otaqda ağ və sarı rənglərdən ibarət olan yataq və mebel dəsti vardır. Otağa daxil olduqdan sonra sol tərəfdə üzərinə bəzək əşyaları yığılan güzgülü, 1.20x0.80 metr ölçüdə ağ və sarı rənglərdən ibarət olan üç gözlü şkaf vardır. Yataq otağında yerləşən ağ və sarı rənglərdən ibarət olan çarpayının yanında olan dolabçanın açıq vəziyyətdə olduğu və dolabçanın içərisində olan paltarların dağınıq vəziyyətə gətirildiyi müşahidə edilir. Yataq çarpayısı ilə üzbəüz ağ və sarı rənglərdən ibarət olan, 2.60x2.11 mer ölçüdə üç gözlü paltar şkafı vardır. Paltar şkafının orta gözünün güzgülü olan qapısının açıq olduğu görsənir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 46-48-də olan istintaq zamanı Təqsirləndirilən şəxs oğurladığı qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi məqsədilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. Ekspertin 14 oktyabr 2023-cü il tarixli, 1019 nömrəli rəyindən görünür ki, üzərində kiçik qaşları olan, kürə formalı 585 əyarlı, xalis çəksi 6,46 qram olan 1 (bir) ədəd qızıl üzük 549 (beş yüz qırx doqquz) manat, üzərində kiçik qaşları olan, 585 əyarlı, ümumi çəkisi 13.00 qram olan qızıl üzük və qızıl sırğa dəsti 1105 (bir min yüz beş) manat dəyərindədir, təqdim edilmiş qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri 1654 (bir min altı yüz əlli dörd) manatdır. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 129-130-da olan maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cu il tarixli qərardan görünür ki, üzərində kiçik qaşlar olan, kürə formalı, 585 əyarlı, çəkisi 6,46 qram 1 (bir) ədəd üzük, üzərində kiçik qaşlar olan, 585 əyarlı, ümumi çəkisi 13,00 qram qızıl üzük və qızıl sırğa dəsti və 50 manat pul əsginası maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Azərbaycan Respublikası Mərkəzi X7 Respublikası İdarəsində məsul saxlanca verilmişdir Cinayət işi üzrə 1-ci cild iş vərəqə 163-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 20 oktyabr 2023-cü il tarixli, 3-13-11/2-12931/2023 nömrəli məktubda göstərilmişdir ki, 11 oktyabr 2023-cü il tarixdə Kəngərli rayonu, Qıvraq qəsəbəsində baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin müqayisəli tədqiqatı zamanı əl izlərindən 03 ədədinin xx.xx.1989-cu il tarixdə Şərur rayonu, Qıvraq kəndində anadan olmuş Zərərçəkmiş şəxs sol əlinin şəhadət (02 dəfə) (iz N-21, şkafın qapısından götürülmüş iz N- 20) və orta (şkafın qapısından götürülmüş iz N-20) barmaqlarının əksləri ilə, 02 ədədi isə xx.xx.1993-cü il tarixdə Şərur rayonu, Qıvraq qəsəbəsində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük (02 dəfə) (pəncərənin çöl hissəsindən götürülmüş iz N-14, kravatın sol tərəfindəki tumbuçkadan götürülmüş iz N-19) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 1-də olan cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 98-100-də olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında N oktyabr 2023-cü il tarixli qərardan görünürki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 49-50-də olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, X6 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 112-113-də olan qətimkan tədbirinin seçilməsi haqqında N oktyabr 2023-cü il tarixli qərardan görünürki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 192-də olan N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli, 119 nömrəli əmrindən çıxarışda N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunu bitirmiş kiçik çavuş Təqsirləndirilən şəxs N may N-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edildiyi və vəzifəsinin icrasına başladığı göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 200-də olan N nömrəli hərbi hissə komandirinin N oktyabr 2022-ci il tarixli, 282 nömrəli əmrindən çıxarışda MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 2-ci taqımının 3-cü manqasının komandiri vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 249-də olan N nömrəli hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli, 295 nömrəli əmrindən çıxarışda hərbi hissənin 3-cü taborunun 9cu bölüyünün 2-ci taqımının 3-cü manqasının komandiri, MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs hərbi xidmətdən ehtiyata buraxıldığı göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 221-də olan Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına Naxçıvan MR X1 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xəstəxanada psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadıqları göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 124 və 125-də olan Kəngərli rayon Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayışlarda Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla yaşadığı göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 79-da olan cinayət işinin materiallarında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat olmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsaslar yoxdur. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 250-də olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ”09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-nin 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla,yaxud onları aldatmaq yolu ilə vəya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan,maqnitdən,öyrədilmiş heyvanlardan,habelə anlaqsız, azyaşlı vəya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s.aiddir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığına görə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası,məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM -nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən,cəzanı yüngülləşdirən və ağırlaşdıran halları,habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən vəya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını,şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının 10.3-cü bəndinin və (Törədilən əməlin ictimai təhlükəliliyi, maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə ələqadar olmayan qətimkan tədbirinin tədbiri və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında ”25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında ”30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlini səmimi etraf edib peşman olmasını, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edirki Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Kəngərli rayonunun Qıvraq qəsəbəsidə yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hərbir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həmdə hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Mərkəzi X7 Respublikası İdarəsində məsul saxlancda saxlanılan üzərində kiçik qaşlar olan, kürə formalı, 585 əyarlı, çəkisi 6,46 qram 1 (bir) ədəd üzük, üzərində kiçik qaşlar olan, 585 əyarlı, ümumi çəkisi 13,00 qram olan qızıl üzük və qızıl sırğa dəsti və 50 manat pul əsginası hökm qanuni qüvvəsin aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kəngərli rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiyə etmiş Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul ödənilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs N oktyabr 2023-cü ildə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İttiham aktının elektron variantı olan bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 353, 356,358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Kəngərli rayonunun Qıvraq qəsəbəsidə yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kəngərli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Mərkəzi X7 Respublikası İdarəsində məsul saxlancda saxlanılan üzərində kiçik qaşlar olan, kürə formalı, 585 əyarlı, çəkisi 6,46 qram 1 (bir) ədəd üzük, üzərində kiçik qaşlar olan, 585 əyarlı, ümumi çəkisi 13,00 qram qızıl üzük və qızıl sırğa dəsti və 50 manat pul əsginası hökm qanuni qüvvəsin aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul ödənilsin. İttiham aktının elektron variantı olan bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunsun. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-19/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-19/2024
15.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver