Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-19/2025 22.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, XN məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx N998-ci il tarixdə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuş, Cəlilabad rayonunun Üçtəpə kəndində daimi qeydiyyatda olmaqla ünvan N ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, (Fin № xxxxxxx), subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət etmiş, hazırda Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində qrup komandiri-operator vəzifəsində xidmət edən gizir, N8 fevral 2N25-ci il tarixdə barəsində başqa yerə getməmək haqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci xüsusi təyinatlı bölüyünün 4-cü xüsusi təyinatlı qrup komandirinin müavini, eyni zamanda hərbi hissə komandirinin N oktyabr 2N24-cü il tarixli N3N nömrəli əmri ilə təyin olunduğu, N nömrəli hərbi hissədən həmin hərbi hissəyə ezamiyyətə gəlmiş şəxsi heyət üçün müvəqqəti yaradılmış toplantı bölüyünün 4-cü taqımının komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən NN noyabr 2N24-cü il tarixdə, saat N6:3N-da hərbi hissənin ərazisində olan zaman tabeliyində olan, toplantı bölüyünün 4-cü taqımında top heyət nəfəri vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs2 və tabeliyində olan, həmin taqımda atıcı-zenitçi vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxsN bir neçə gün əvvəl, yəni 26 oktyabr 2N24-cü il tarixdə hərbi hissənin ərazisində keçirilən valideyn görüşü zamanı birlikdə hərbi geyimdə çəkdirdikləri və əsgər Zərərçəkmiş şəxsN qohumu X6 tərəfindən “Tiktok” sosial şəbəkəsində paylaşılan fotoşəkillərini qeyd edilən sosial şəbəkədə görüb, həmin şəkillərin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN özlərinin paylaşdıqlarını zənn edərək əsəbiləşib əsgər yataqxanasında onlara yaxınlaşmış və bu səbəbdən də əvvəlcə əsgər Zərərçəkmiş şəxsN sifətinə iki sillə zərbəsi vuraraq ünvanına nalayiq ifadə işlətmiş, ardınca əsgər Zərərçəkmiş şəxs2 sifətinə iki sillə zərbəsi vurub, bir qədər sonra, yəni həmin gün saat NN:NN-da hərbi hissənin ərazisində yerləşən idman meydançasında bölüyün şəxsi heyətinə idman tədbirləri keçirilən zaman cinayətkar əməlini davam etdirərək eyni səbəbdən hər iki əsgəri cəzalandırmaq məqsədilə həm əsgər Zərərçəkmiş şəxs2, həm də əsgər Zərərçəkmiş şəxsN N5 kiloqramlıq çəki daşı verib eni 44 metr, uzunluğu 228 metr olan idman meydançasını bir dövrə qaçmağa, daha sonra isə 6 dövrə adi yerişlə hərəkət etməyə məcbur edərək onlara güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.2 və 329.2.6-cı maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində hərbi xidmətə N №-li hərbi hissənin 2-ci bölüyünün 4-cü qrup komandirinin müavini vəzifəsində başladığını, təqribən N8 dekabr 2N24-cü il tarixdə xidmət yerinin N №-li hərbi hissəyə dəyişdirildiyini, əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN N №-li hərbi hissədə xidmət edərkən gördüyünü və oradan da tanıdığını, həmin əsgərlərin N №-li hərbi hissəyə 2N24-cü il oktyabr ayının əvvəllərində ezam kimi gəldiklərini, sonradan onların xidmət yerlərinin N №li hərbi hissəyə dəyişdirildiyini, onların N №-li hərbi hissədə ezamda olarkən toplantı bölüyünün komandiri kimi onun tabeliyində xidmət etdiklərini, NN noyabr 2N24-cü ildə N №-li hərbi hissədə xidmət edərkən toplantı bölüyü üzrə cavabdeh təyin olunduğunu, həmin gün saat N radələrində hərbi hissənin giziri Şahid3 hərbi hissədə olarkən onunla söhbət əsnasında əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN valideyn görüşündə olarkən hər ikisinin valideyinləri ilə hərbi formada şəkil çəkdirdiklərini və həmin şəkilləri hansınınsa valideyini “Tiktok” sosial şəbəkəsində paylaşdığını, kiçik çavuş Vüqar Ağamalıyevin də bunu “Tiktok” sosial şəbəkəsində, mobil telefonunda görüb ona atdığını və həmin şəkilləri ona göstərdiyini, hərbi formada sosial şəbəkədə şəkil paylaşmanın qadağan olunduğunu və bu barədə nəinki onlara bütün şəxsi heyyətə qəti xəbərdarlıq edildiyindən bərk əsəbləşərək saat N6:3N-da əsgərləri istirahət etdikləri yataqxanaya gedib ilk əvvəl əsgər Zərərçəkmiş şəxsN yataqxanada istirahət etdiyi yataq otağında, Zərərçəkmiş şəxsN gizir Şahid3 mobil telefonundan götürdüyü həmin şəkili ona göstərərək niyə hərbi formada şəkilləri “Tiktok” sosial şəbəkəsində paylaşmasını soruşduqda Zərərçəkmiş şəxsN ona bu barədə məlumatı olmadığını bildirdikdə əsəbləşərək onun sifətindən sağ əli ilə 2 sillə vuraraq ona qarşı nalayiq ifadələr işlətdiyini, oradan çıxaraq daha sonra əsgər Zərərçəkmiş şəxs2 istirahət etdiyi yataq otağına gedərək eyni səbəblərə görə Zərərçəkmiş şəxs2 da niyə hərbi formada şəkil paylaşdığını soruşduqda onun da həmin şəkili sosial şəbəkədə kim tərəfindən paylaşılmasınıdan xəbərinin olmamasını desə də onun sifətinin sol tərəfindən sağ əli ilə 2 sillə vurub əsəbi halda oradan çıxıb getdiyini, elə həmin gün saat NN:NN-da idman vaxtı olduğundan ezam olunmuş şəxsi heyəti idman şəhərciyinə apararaq əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN “Tiktok” sosial şəbəkəsində paylaşdıqları şəkillərə görə onları cəzalandırmaq fikirinə düşdüyünü, bu məqsədlə hər birinin əlinə N5 kq ağırlığında dəmir çəki daşı verib hərbi hissənin idman meydançasını N dövrə qaçmaları barədə göstəriş verdiyini, onlar da idman meydançasını əllərində N5 kqlıq çəki daşı N dövrə qaçdıqdan sonra yorulduqlarından əllərində daş yavaş-yavaş 6 dövrə yeridikdən sonra onları saxlayaraq yataqxanaya göndərdiyini, sonradan eşitdiyinə görə hər ikisi 2N24-cü il oktyabr ayının axırlarında birlikdə valideyn görüşünə gedərkən orada Zərərçəkmiş şəxs2 qardaşı onların birlikdə şəkilini çəkdiyini və həmin şəkili Zərərçəkmiş şəxsN qardaşının telefonuna göndərdiyini, Zərərçəkmiş şəxsN atası isə həmin şəkili “votsap” statusuna qoyduğunu, Zərərçəkmiş şəxsN dostu isə həmin şəkili atasının “votsap” statusundan götürüb “Tiktok” sosial şəbəkəsində paylaşdığını, həmin vaxt çox əsəbi olduğundan onları vurduğunu, lakin idman şəhərciyində onları qaçırtmaqda məqsədinin heç də onlara qarşı işgəncə vermək olmadığını, hadisədən dərhal sonra onlarla birlikdə hərbi hissənin çayxanasına gedərək orada hər iki zərərçəkmiş şəxsdən üzr istədiyini, zərərçəkmiş şəxslərin də onu bağışladığını, məhkəmə zalında da zərərçəkmiş şəxslərdən bir daha üzr istədiyini, vətən müharibəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyini, bir çox orden və medallarla təltif olunduğunu, səhətində müəyyən problemler olduğunu, əməlindən peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxsN ifadəsində N6 iyul 2N24-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq N №-li hərbi hissəyə xidmətə verildiyini, oradan da N №-li hərbi hissəyə ezam göndərildiyini, N6 dekabr 2N24-cü il tarixdən N №-li hərbi hissədə xidmət etdiyini, gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissədə xidmət edərkən tanıdığını və onunla aralarında tabelik münasibətlərinin olduğunu, 26 oktyabr 2N24-cü il tarixdə əsgər yoldaşı Zərərçəkmiş şəxs2 anası və qardaşı Əliabbasla görüşə gələrkən, Zərərçəkmiş şəxs2 onu da valideyinləri ilə görüşə apardığını, NBM-nin yanında olan görüş yerində görüşdükdən sonra Zərərçəkmiş şəxs2 qardaşının onlarin xatirə üçün telefonu ilə foto şəkilini çəkdiyini, onunda Zərərçəkmiş şəxs2 qardaşına öz qardaşının möbil nömrəsini verərək xatirə şəkilini onun qardaşının da “votsapına” göndərməsini xahiş etdiyini, bir müddət sonra, NN noyabr 2N24-cü il tarixdə, saat N6:3N-da hərbi hissənin yataqxanasında yataq otağında istirahət edən zaman gizir Təqsirləndirilən şəxs oraya gəlib ona smartfon tipli telefonda əsgər yoldaşı Zərərçəkmiş şəxs2la birlikdə çəkdirdikləri şəkili ona göstərərək niyə “Tiktok” sosial şəbəkəsində əsgər formasında şəkil paylaşmasını soruşaraq əsəbi halda ona nələrsə dediyini, ona həmin şəkilin kim tərəfindən paylaşılmasından xəbərinin olmadığını təkidlə desə də ona inanmayıb əsəbi halda onun sifətinin sol tərəfindən sağ əli ilə 2 sillə vurub ona qarşı nalayiq ifadə işlədərək oradan çıxıb getdiyini, sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs onun yanından çıxaraq Zərərçəkmiş şəxs2 yatdığı yerə gedərək onu da eyni səbəbə görə vurduğunu ondan eşitdiyini, elə həmin gün saat NN:NN-da hərbi hissənin idman şəhərciyində idman vaxtı gizir Təqsirləndirilən şəxs onunla əsgər Zərərçəkmiş şəxs2 əlinə N5 kq ağırlığı olan dəmir çəki daşı verib həmin daşı götürüb idman meydançasını N dövrə qaçmaları barədə göstəriş verdiyini, Zərərçəkmiş şəxs2la idman meydançasında N dövrə daşla qaçdıqdan sonra yorulduqları üçün daha qaça bilməyib həmin çəki daşı ilə 6 dövrə yavaş –yavaş yeridiklərini, bu səbəbdən də bərk yorulduqlarını, gizir Təqsirləndirilən şəxs sosial şəbəkədə şəkilləri paylaşdıqları üçün onunla Zərərçəkmiş şəxs2 cəza məqsədilə dəmir çəki daşı ilə qaçırdıb sonra yeritdiyini, həmin vaxt daş ağır olduğundan qolları, ayaqları ağrıdığını, sonradan qardaşı və atası ilə danışanda həmin şəkilləri atası Xubalı Tomarovun qardaşının telefonundan götürüb onun ad günündə “votsap” statusunda paylaşdığını, atasının da “votsap” statusundan dostu və uzaq qohumu Alqış İbişovun həmin şəkili götürüb “Tiktok” sosial şəbəkəsində paylaşdığını, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində 25 iyul 2N24-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq N5 oktyabr 2N24-cü il tarixdən N №-li hərbi hissədə xidmətə başladığını, hadisə olan günü N №-li hərbi hissədə ezamda olduğunu, N №-li hərbi hissədə xidmətə verildikdən sonra top komandiri vəzifəsini icra edən gizir Təqsirləndirilən şəxs orada xidmət edərkən tanıdığını, sonradan gizir Təqsirləndirilən şəxs da N №-li hərbi hissəyə ezam gəldiyini, N №-li hərbi hissədə xidmət edərkən gizir Təqsirləndirilən şəxs onun tağımına komandir verdiklərini, onunla aralarında tabelik münasibətlərinin olduğunu, 26 oktyabr 2N24-cü il tarixdə N №-li hərbi hissədə xidmət edərkən anası Pərvanə Səfərova ilə qardaşı Uğur Səfərov onunla görüşə gəldiklərini, görüşə gedərkən özü ilə əsgər yoldaşı Zərərçəkmiş şəxsN da apardığını, görüş otağında qardaşı Uğurun smartfon tipli telefonu ilə onların xatirə şəkilini çəkdiyini, əsgər yoldaşı Zərərçəkmiş şəxsN qardaşının “votsap” nömrəsini Uğura verərək həmin şəkili qardaşına da göndərməsini xahiş etdiyini, qardaşı da elə oradaca şəkili Zərərçəkmiş şəxsN qardaşının “votsapına” göndərdiyini, NN noyabr 2N24-cü il tarixdə saat N6:3N-da istirahət vaxtı olduğu üçün yataqxanadakı yataq otağında yatarkən gizir Təqsirləndirilən şəxs oraya gələrək əsəbi halda onun özünə məxsus smartfon tipli telefonda Zərərçəkmiş şəxsNla hərbi formada birlikdə çəkdirdikləri şəkili ona göstərib niyə həmin şəkili “Tiktok” sosial şəbəkəsində paylaşmalarını ondan soruşduqda ona hərbi formada heç bir şəkil paylaşmadığını və bu barədə də məlumatının olmadığını deməsinə baxmayaraq onun sifətinin sol tərəfindən sağ əli ilə 2 sillə vuraraq nəsə deyərək çıxıb getdiyini, şəkil məsələsinə görə əsgər Zərərçəkmiş şəxsN yatdığı yataq otağına gedərkən Zərərçəkmiş şəxsN da həmin şəkil məsələsinə görə gizir Təqsirləndirilən şəxs onu da sifətindən sillə ilə 2 dəfə vurduğunu dediyini, həmin gün saat NN:NN-da idman vaxtı olduğu üçün xidmət etdikləri 4-cü tağımın şəxsi heyəti ilə birlikdə gizir Təqsirləndirilən şəxs göstərişi ilə idman şəhərciyində getdiklərini, idman şəhərciyində gizir Təqsirləndirilən şəxs onunla Zərərçəkmiş şəxsN N5 kq ağırlığında dəmir çəki daşı verib şəkilləri sosial şəbəkədə paylaşıldığı üçün cəza məqsədilə onlara N dövrə idman meydançasını qaçmalarını tapşırdığını, Zərərçəkmiş şəxsNla idman meydançasında N dövrə daşla qaçdıqdan sonra yorulduqlarından daha daşla qaça bilmədikləri üçün 6 dövrə də əllərində həmin çəki daşı ilə birlikdə addımladıqlarını, dəmir çəki daşı ilə qaçdıqlarına görə və daş ağır olduğundan bədənləri, qolları, ayaqları ağrıdığını, sonradan öyrəndiyinə görə əsgər yoldaşı Zərərçəkmiş şəxsNla çəkdirdikləri şəkili onun qardaşının qohumları və dostlarının mobil telefonuna atdığını, onların da həmin şəkili “Tiktok” sosial şəbəkəsində paylaşdığını, gizir Təqsirləndirilən şəxs isə həmin şəkili gizir Şahid3 həmin şəkili “Tiktok” sosial şəbəkəsində görüb ona göstərdiyini, gizir Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN ifadəsində N5 oktyabr 2N24-cü il tarixdə N №-li hərbi hissədən N №-li hərbi hissəyə ezam olunduğunu, N6 dekabr 2N24-cü ildən N №-li hərbi hissədə baş tuşlayıcı vəzifəsində xidmət etdiyini və onları da oradan tanıdığını, əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN da onunla eyni vaxtda N №-li hərbi hissəyə ezam olunduqlarını, gizir Təqsirləndirilən şəxs isə N №-li hərbi hissədə xidmət edərkən tanıdığını, onun N №-li hərbi hissəyə ezam edilmiş əsgərlərə nəzarət etdiyini, əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN onun tabeliyində olduqlarını, NN noyabr 2N24-cü il tarixdə, saat N6:3N-da N №-li hərbi hissənin yataqxanasında əsgərlər Zərərçəkmiş şəxs2la istirahət edərkən həmin vaxt gizir Təqsirləndirilən şəxs yataqxanaya gələrək Zərərçəkmiş şəxs2 əsəbi halda “Tiktok” sosial şəbəkəsində hərbi geyimdə niyə şəkil paylaşdığını soruşduqda Zərərçəkmiş şəxs2 da ona bu barədə məlumatının olmadığını, hərbi formada heç bir şəkil paylaşmadığını dedikdə gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yalan danışdığını deyib sifətinin sol tərəfindən sağ əli ilə 2 silə vurduğunu və sonra otağı tərk edib getdiyini, elə həmin gün saat NN:NN-da idman vaxtı hərbi hissənin idman şəhərciyində olan zaman gizir Təqsirləndirilən şəxs göstərişi ilə əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN əllərinə N5 kq ağırlığında olan dəmir çəki daşı götürüb qaçmağa başladıqlarını, Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxsN idman meydançasında N dövrə həmin dəmir çəki daşı ilə qaçdıqdan sonra əllərində həmin daşlarla meydançada yeriməyə başladıqlarını, sonradan Zərərçəkmiş şəxsN özündən eşitdiyinə görə onun şəkilini “Tiktok” sosial şəbəkəsində hərbi formada kiminsə paylaşıldığı üçün gizir Təqsirləndirilən şəxs da həmin şəkili görüb onu döyərək əlində daş idman meydançasında qaçırdığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində Təqsirləndirilən şəxs N №-li hərbi hissədə ezamda olarkən tanıdığını, əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN da onunla eyni vaxtda N №-li hərbi hissəyə ezam olunduqlarını, gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissəyə ezam olunmuş əsgərlərə nəzarət etdiyini, ezam edilmiş əsgərlərin onun tabeliyində xidmət etdiklərini, NN noyabr 2N24-cü il tarixdə, saat N6:3N-da istirahət vaxtı olduğu üçün yataqxanada əsgərlər Zərərçəkmiş şəxs2 və ŞahidNlə istirahət edərkən də həmin vaxt gizir Təqsirləndirilən şəxs yataqxanaya gələrək əsgər Zərərçəkmiş şəxs2 əsəbi halda “Tiktok” sosial şəbəkəsində niyə hərbi formada şəkil paylaşdığını deyərək əsəbi halda onun sifətinin sol tərəfindən sağ əli ilə 2 silə vuraraq oradan çıxıb getdiyini, həmin gün saat NN:NN-da xidmət etdikləri taqımın şəxsi heyəti idman vaxtı olduğu üçün idman şəhərciyində idman edərkən gizir Təqsirləndirilən şəxs göstərişi ilə əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN əllərinə N5 kq ağırlığında olan dəmir çəki daşı götürüb idman meydançasında N dövrə qaçdıqlarını, sonra isə həmin çəki daşı ilə yeriyərək bir neçə dövrə idman meydançasında dövrə vurduqlarını eşitdiyini, sonradan əsgər Zərərçəkmiş şəxsN eşitdiyinə görə hərbi formada şəkili paylaşıldığı üçün gizir Təqsirləndirilən şəxs onu da yataqxanada sillə ilə sifətindən 2 dəfə vurduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid3 ifadəsində Təqsirləndirilən şəxsi N №-li hərbi hissədə xidmət edərkən tanıdığını, əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN N №-li hərbi hissəyə 4N4 saylı hərbi hissədən ezam gəldiklərini, N №-li hərbi hissədə xidmət edərkən ezam olunan həmin şəxsi heyətə gizir Təqsirləndirilən şəxs nəzarət etdiyini, həmin əsgərlərin onun tabeliyində xidmət apardıqlarını, NN noyabr 2N24-cü il tarixdə saat N radələrində smartfon tipli mobil telefonunun “votsapına” N66 hərbi hissədə xidmət edən kiçik çavuş Vüqar Ağamalıyev tərəfindən şəkil göndərildiyini, həmin vaxt onun hərbi formada göndərdiyi şəkildəki şəxslərin əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN olduğunu gördüyünü, V.Ağamalıyevdən şəkilin onda haradan olması barədə soruşan zaman onun da şəkilin “Tiktok” sosial şəbəkəsində paylaşıldığını və oradan götürdüyünü dediyini, bundan sonra hərbi hissəyə gedərək gizir Təqsirləndirilən şəxsla söhbət edib ona həmin şəkili göstərərək tabeçiliyində olan əsgərlərinə nəzarət etməsi barədə tapşırıq verdiyini, NN noyabr 2N24cü il tarixdə, saat NN:2N-də hərbi hissəyə getdikdən sonra gizir Təqsirləndirilən şəxs NN noyabr 2N24-cü il tarixdə, saat N6:3N-da əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN sosial şəbəkədə hərbi formada şəkil paylaşdıqları üçün yataqxanada hərəsinin sifətindən sillə ilə iki dəfə vuraraq döyməsi barədə məlumatı olduğunu, gizir Təqsirləndirilən şəxsla da bu barədə söhbət edərkən həmin əsgərləri hərbi formada şəkil paylaşdıqları üçün əsəbləşərək vurduğunu öyrəndiyini, gizir Təqsirləndirilən şəxs NN noyabr 2N24-cü il tarixdə, saat NN radələrində əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN N5 kq ağırlığında çəki daşı ilə hərbi hissənin idman meydançasında N dövrə qaçırtması və 6 dövrə həmin daşlarla yeritməsini də NN noyabr 2N24-cü il tarixdə əsgərlərdən eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid4 ifadəsində N №-li hərbi hissədə tabor komandirinin müavini-qərargah rəisi vəzifəsində xidmət etdiyini gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissədə xidmət edərkən tanıdığını, əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN N №-li hərbi hissəyə 2N24-cü ilin oktyabr ayının əvvəllərində ezam gəldiklərini, gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissəyə ezam edilmiş əsgərlərin üzərində digər zabit və gizirlərlə birlikdə böyük təyin edildiyini, NN noyabr 2N24-cü il tarixdə saat N8-də hərbi hissəyə gələrkən gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissəyə ezam edilmiş əsgərlər Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs2 “Tiktok” sosial şəbəkəsində hərbi formada şəkil paylaşdıqları üçün NN noyabr 2N24-cü il tarixdə saat N radələrində yataqxanada hər birinin sifətindən sillə ilə 2 dəfə vurmaqla onları döydüyünü, həmin gün qeyd olunan iki əsgərin əlinə N5 kq ağırlığında çəki daşı verib hərbi hissənin idman meydançasında N dövrə qaçırtdığını və 6 dövrə həmin daşlarla yeritdiyini eşitdiyini göstərdi. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxxxx 2NN5-ci il tarixdə Masallı rayonunun Qədirli kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış Zərərçəkmiş şəxsN və xx xxxx 2NN6-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Kəngərli rayonunun Şahtaxtı kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxslər kimi tanınmışlar. Cinayət işinin materiallarına əlavə olunmuş N-cild iş vərəqə 86-da olan zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxsN bədən səthi üzərinə hər hansı xəsarət olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. 23 noyabr 2N24-cü ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, N3 noyabr 2N24-cü il tarixli, 6N5 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxsN məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində NN noyabr 2N24-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilsə də, ekspert müayinəsi zamanı əsgər Zərərçəkmiş şəxsN gizir Təqsirləndirilən şəxs NN noyabr 2N24cü il tarixdə ona zor tətbiq etdiyini göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş N-cild iş vərəqə 8N-də olan Zərərçəkmiş şəxs2 bədən səthi üzərinə hər hansı xəsarət olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. 23 noyabr 2N24-cü ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, N3 noyabr 2N24-cü il tarixli, 6N6 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində NN noyabr 2N24-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilsə də, ekspert müayinəsi zamanı əsgər Zərərçəkmiş şəxs2 gizir Təqsirləndirilən şəxs NN noyabr 2N24-cü il tarixdə ona zor tətbiq etdiyini göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışa və istintaq materiallarına əsasən müəyyən olunmuşdur ki, NN noyabr 2N24-cü il tarixdə təqsirləndirilən şəxs, qrup komandirinin müavini vəzifəsində xidmət edən, gizir Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər, atıcı-zenitçi vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxsN və top heyət nəfəri vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs2 bilavasitə rəis hesab olunduğu üçün onların aralarında tabelik münasibətləri olduğu göstərilmişdir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs X2 Respublikası Müdafiə Nazirliyinin 3N dekabr 2N2N-ci il tarixli, N53N nömrəli qərarı ilə “Şücaətə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N iyun 2N2N-ci il tarixli 2NN2 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2N2N-ci il tarixli 23NN nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Baş nazirinin 2N aprel 2N2N-ci il tarixli 25N nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2NNN-ci il tarixdən hərbi qulluqçu statusunu daşıyır və xidmət etdiyi müddət ərzində dəfələrlə hərbi hissə komandanlığı tərəfindən təşəkkürnamə və fəxri fərmanlarla təltif olunmuşdur. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs heç bir halda hərbi hissə komandanlığı tərəfindən cəzalandırılmayıb. Cinayət işi üzrə ittiham aktında Təqsirləndirilən şəxs cinayət işi üzrə N-ci cild iş vərəqə N8 və 55-də olan hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə görünür ki, o müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxsN N №-li hərbi hissə komandirinin N oktyabr 2N24-cü il tarixli, N3N №-li əmri ilə Toplantı bölüyünün 4-cü taqımına atıcı-zenitçi vəzifəsinə təyin edilmişdir. Zərərçəkmiş şəxs2 N №-li hərbi hissə komandirinin N oktyabr 2N24-cü il tarixli, N3N №-li əmri ilə Toplantı bölüyünün 4-cü taqımına top heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissə komandirinin N iyun 2N22-ci il tarixli, N38 №-li əmri ilə hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün, 4-cü xüsusi təyinatlı qrup komandirinin müavini vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin N oktyabr 2N24-cü il tarixli, N3N nömrəli əmri ilə N nömrəli hərbi hissədən həmin hərbi hissəyə ezamiyyətə gəlmiş şəxsi heyət üçün müvəqqəti yaradılmış toplantı bölüyünün 4-cü taqımının komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 3N noyabr 2N24-cü il tarixli, NN2N №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş məktubda Təqsirləndirilən şəxs həmin Xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən daxil olmuş məktubda Təqsirləndirilən şəxs həmin Mərkəzdə narkoloji qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, Cəlilabad rayon Mərkəzi Xəstəxanasından daxil olmuş məktubda Təqsirləndirilən şəxs həmin Xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.2 və 329.2.6-cı maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 6N-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.N-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.N-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 35N.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” N9 sentyabr 2NN5-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N44-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N45-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N39-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N26.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N46-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.N-ci maddəsinin şərh edilməsinə dair” NN mart 2NNN-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” N3 yanvar 2NN9-cu il, “Xirvisari Finlandiyaya qarşı” 2N sentyabr 2NNN-ci il, “X4rşı” N9 dekabr N994cü il və “Hacianastassion Yunanıstana qarşı” N6 dekabr N992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” N8 mart 2NNN-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N43-N46-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 329.2.2 və 329.2.6cı maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs gizir hərbi rütbəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 4N-ci maddəsində nəzərdə tutulan “komandir (rəis) tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini kobudluqla pozaraq öz tabeliyində olan şəxslərə qarşı rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı iki şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.2 və 329.2.6-cı (Tabeçilikdə olan hərbi qulluqçuya qarşı zoraki hərəkətlər) maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N5.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Beləliklə, məhkəmə toplanaraq tədqiq edilmiş sübutlara qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.2 və 329.2.6-cı maddələri ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslərin onu bağışlamasını, törətdiyi əməli səmimi etiraf edib əməlindən peşman olmasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.2 və 329.2.6-cı maddələrinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzası Təqsirləndirilən şəxs gizir rütbəsi daşıdığından mövcud qanunvericiliyə əsasən onun barəsində tətbiq edilməsi mümkün sayılmır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3N dekabr 2N2N-ci il tarixli, N53N nömrəli qərarı ilə “Şücaətə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N iyun 2N2Nci il tarixli 2NN2 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2N2N-ci il tarixli 23NN nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Baş nazirinin 2N aprel 2N2N-ci il tarixli 25N nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur) cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab etmir. Azərbaycan Respublikası CM-nin 62.N-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimaii təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, cəzanı ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikasının ərazisi uğrunda gedən 44 günlük döyüşlərdə iştirakını müstəsna hal kimi qəbul edərək onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.2 və 329.2.6-cı maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəza növünün hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının onun barəsində təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 5N.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası CM-nin 5N.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N5N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” NN fevral 2NNN-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında ”25 iyun 2NN3-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında ”3N mart 2NN6-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına 2NN (iki yüz yetmiş) manat miqdarında pul köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdr və iş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 35N-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.2 və 329.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə aylıq pul təminatından dövlət nəfinə N8 (on səkkiz) faiz məbləğində pul tutulsun. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N5N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına 2NN (iki yüz yetmiş) manat miqdarında pul köçürülsün. İş üzrə mülki iddia verilməmişdir. Xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdr. İş üzrə maddi sübut yoxdur. Hökmdən 2N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-19/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-19/2025
22.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver