Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-2/2021 11.01.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, Seyidov Eyvaz Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə mayoru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, evli, üç uşaq atası, orta təhsilli, Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, N №-li hərbi hissənin giziri və barəsində N4 sentyabr 2N2N-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissədə “gizir” hərbi rütbəsində xidmət edərkən 2N19-cu ilin dekabr ayının 15-də saat 11 radələrində Şərur rayonunun Yengicə kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs mağazasının qarşısında dayanan sonuncuya məxsus ** BD *** dövlət nömrə nişanlı,“VAZ 21N74” markalı avtomobilin yük yerini açarla açıb ordakı çantada 4NNN (dörd min) AZN, təkrarən həmin gün gecə saatlarında Zərərçəkmiş şəxs məxsus Şərur rayonunun Yengicə kəndində yerləşən yaşayış evinin həyətinə hasardan aşaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin önündə saxlanılmış həmin avtomobilin yük yerini əvvəlcədən özündə olan açarla açıb oradan 6NNN (altı min) AZN, bundan sonra da dekabr ayında müxtəlif vaxtlarda bir neçə dəfə, gecə saatlarında eyni qaydada Zərərçəkmiş şəxs həyətinə daxil olaraq evin önündə olan müşahidə kamerasının görüntüsünə düşməməsi üçün kameranı ağacla yuxarı qaldırıb avtomobilin yük yerindən, həmçinin 2N19-cu ilin dekabr ayından 2N2N-ci ilin aprel ayınadək müxtəlif vaxtlarda bir neçə dəfə, gecə saatlarında Zərərçəkmiş şəxs Şərur rayonunun Yengicə kəndində yerləşən mağazasının anbarının çöl tərəfdən divarına qalxaraq oradakı elektrik açarından mağazaya gedən elektrik enerjisini ayırıb sonra mağazanın həyətinə daxil olmuş, mağazanın arxa tərəfindəki plastik pəncərənin önünə vurulmuş dəmir barmaqlığı yerindən çıxartmış, sonra pəncərənin torunu açıb tağını əvvəlcədən özü ilə götürdüyü vint açan (otvyortka) ilə sıxıb açaraq oradan mağazaya qanunsuz daxil olub dolab çəkməcəsindən hər dəfə təxminən 4NN (dörd yüz) AZN-dən 5NNN (beş min) AZN-dək müxtəlif məbləğlərdə, sonuncu dəfə isə iyul ayının 26-da gecə saat N3 radələrində Zərərçəkmiş şəxs Şərur rayonunun Yengicə kəndində yerləşən mağazasına eyni qaydada qanunsuz daxil olmaqla dolab çəkməcəsindən 148N (bir min dörd yüz səksən) AZN, ümumilikdə isə 3148N (otuz bir min dörd yüz səksən) AZN-ni gizli yolla talayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs gizli yolla pul talamaq məqsədi ilə 2N19-cu ilin dekabr ayının 26-da gecə saat N3 radələrində Zərərçəkmiş şəxs məxsus Şərur rayonunun Yengicə kəndində yerləşən yaşayış evinin həyətinə hasardan aşıb qanunsuz daxil olaraq evin önündə saxlanılmış və sonuncuya məxsus ** BD *** dövlət nömrə nişanlı, “VAZ 21N74” markalı avtomobilin yük yerini açarla açmış, lakin avtomobilin yük yerində pul olmadığı üçün iradəsindən asılı olmayan səbəblərə görə həmin cinayət əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verməmək hüququndan istifadə edərək sərbəst şəkildə ifadə verməmiş, lakin verilən suallara cavab verərək törətdiyi əməlləri səmimi etiraf etmiş, ona qarşı irəli sürülmüş ittihamla razılaşdığını bildirərək, həmin ittiham üzrə özünü tam təqsirli bilmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən son dərəcə peşman olduğunu, törətdiyi oğurluq hərəkətinə görə utandığını və bir daha belə halların təkrarlanmayacağına söz verdiyini göstərərək, həmçinin ilk dəfə cinayət törətməsini və üç azyaşlı övladının olmasını nəzərə alaraq ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissədə “gizir” hərbi rütbəsində xidmət edərkən 2N19-cu ilin dekabr ayının 15-də saat 11 radələrində Şərur rayonunun Yengicə kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs mağazasının qarşısında dayanan sonuncuya məxsus ** BD *** dövlət nömrə nişanlı,“VAZ 21N74” markalı avtomobilin yük yerini açarla açıb ordakı çantada 4NNN (dörd min) AZN, təkrarən həmin gün gecə saatlarında Zərərçəkmiş şəxs məxsus Şərur rayonunun Yengicə kəndində yerləşən yaşayış evinin həyətinə hasardan aşaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin önündə saxlanılmış həmin avtomobilin yük yerini əvvəlcədən özündə olan açarla açıb oradan 6NNN (altı min) AZN, bundan sonrada dekabr ayında müxtəlif vaxtlarda bir neçə dəfə, gecə saatlarında eyni qaydada Zərərçəkmiş şəxs həyətinə daxil olaraq evin önündə olan müşahidə kamerasının görüntüsünə düşməməsi üçün kameranı ağacla yuxarı qaldırıb avtomobilin yük yerindən, həmçinin 2N19-cu ilin dekabr ayından 2N2N-ci ilin aprel ayınadək müxtəlif vaxtlarda bir neçə dəfə, gecə saatlarında Zərərçəkmiş şəxs Şərur rayonun Yengicə kəndində yerləşən mağazasının anbarının çöl tərəfdən divarına qalxaraq oradakı elektrik açarından mağazaya gedən elektrik enerjisini ayırıb sonra mağazanın həyətinə daxil olmuş, mağazanın arxa tərəfindəki plastik pəncərənin önünə vurulmuş dəmir barmaqlığı yerindən çıxartmış, sonra pəncərənin torunu açıb tağını əvvəlcədən özü ilə götürdüyü vint açan (otvyortka) ilə sıxıb açaraq oradan mağazaya qanunsuz daxil olub dolab çəkməcəsindən hər dəfə təxminən 4NN (dörd yüz) AZN-dən 5NNN (beş min) AZN-dək müxtəlif məbləğlərdə, sonuncu dəfə isə iyul ayının 26-da gecə saat N3 radələrində Zərərçəkmiş şəxs Şərur rayonunun Yengicə kəndində yerləşən mağazasına eyni qaydada qanunsuz daxil olmaqla dolab çəkməcəsindən 148N (bir min dörd yüz səksən) AZN, ümumilikdə isə 3148N (otuz bir min dörd yüz səksən) AZN-ni gizli yolla talayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, bundan başqa Təqsirləndirilən şəxs gizli yolla pul talamaq məqsədi ilə 2N19-cu ilin dekabr ayının 26-da gecə saat N3 radələrində Zərərçəkmiş şəxs məxsus Şərur rayonunun Yengicə kəndində yerləşən yaşayış evinin həyətinə hasardan aşıb qanunsuz daxil olaraq evin önündə saxlanılmış və sonuncuya məxsus ** BD *** dövlət nömrə nişanlı, “VAZ 21N74” markalı avtomobilin yük yerini açarla açmış, lakin avtomobilin yük yerində pul olmadığı üçün iradəsindən asılı olmayan səbəblərə görə həmin cinayət əməlini başa çatdıra bilməyərək təkrar oğurluq etməyə cəhd etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Şərur rayonunun Yengicə kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxsla həm qohum həm də qonşudurlar. Kəndin girişində olan mağazanı işlədir və hər axşam mağazadan işdən çıxanda pulları ona məxsus ağ rəngli VAZ 21N74 markalı, ** BD *** dövlət nömrə nişanlı maşının yük yerinə qoyurmuş. Sabahı gün isə mağazaya mal verən şirkətlərin pulunu ödəyirmiş. 2N19-cu ilin dekabr ayında bir neçə dəfə ona məxsus mağazadan və maşının yük yerindən pullar oğurlanmışdır. Mağazanın içərisində və ətrafında bir neçə yerdə mühafizə kameraları quraşdırmışdır. 2N19-cu ilin dekabr ayının 15-də qardaşı Şahid1 maşının açarını qaynı Təqsirləndirilən şəxs verərək ona maşının yük yerindəki, içərisində pul olan çantanı gətirməsini demişdir. Həmin çantada 1NNNN (on min) manat pul olmuşdur. Lakin çantanı maşından götürüb baxanda içərisində 4NNN (dörd min) manatın olmadığını görmüşlər. Həmin çantanı maşından qardaşına Təqsirləndirilən şəxs gətirdiyinə görə ondan şübhələnərək mağazanın ön tərəfindəki yola tərəf olan kamera görüntülərinə baxmışlar və Təqsirləndirilən şəxs maşının yük yerini açıb oradan çantanı götürən zaman çantadakı pulun bir qismini oraya boşaldıb sonra çantanın ağzını bağlayıb aparıb qardaşı Şahid1 verdiyini görmüşlər. Sonra Təqsirləndirilən şəxs maşının açarını istəyib maşını götürüb pullarla birlikdə getmişdir. Onu çağırıb pulları maşından onun götürdüyünü dedikdə çantadan 6NN manat pul götürdüyünü demiş, 4NNN manatı götürdüyünü etiraf etməmişdir. Həmin günün axşamı maşınını gətirib yaşadığı evin həyətində saxlamış, yük yerində olan çantada 6NNN manat, çantanın digər gözündə 7-8 min pul olmuşdur. Həmin axşam çantada olan 6NNN manat da yoxa çıxmışdır, ancaq çantanın digər gözündə olan 7-8 min məbləğində pullara dəyilməmişdir. 2N19-cu ilin dekabr ayı ərzində yenidən bir neçə dəfə maşının yük yerindən olan pullar kəsir gəlməyə başlamış və buna görə həyətdə mühafizə kamerası quraşdırmışdır. Buna baxmayaraq maşının arxasından yenə də pullar oğurlanmış, hərdən 3-4 min manat pulu kəsir gəlmişdir. Bir neçə dəfə həyətdə olan kameranın baş tərəfinin yuxarı qalxdığını görmüş, 2N19-cu ilin dekabr ayının 26-da gecə ona məxsus tableti videoçəkmə rejimini qoyub içəri tərəfdən pəncərəyə yerləşdirmiş, maşına tərəf yönləndirmiş, ancaq həmin gecə maşına pul qoymamışdır. Sabahısı gün mağazada olarkən həyat yoldaşı Şahid6 ona zəng edib Təqsirləndirilən şəxs tabletin kamerasına düşdüyünü demişdir. Evə gedib tabletə baxanda gecə yarısı Təqsirləndirilən şəxs həyətə daxil olub maşının yük yerini açdığını, orada qurdalandıqdan sonra getdiyini görmüşdür. Həmin vaxt onda da maşının açarının olduğunu bilmişdir. Təqsirləndirilən şəxs maşının açarının üzünü çıxartdırıb özündə saxlayibmış. Sonra Təqsirləndirilən şəxs və atası Nurəddin İbrahimovu mağazaya çağırmış, onlara polis çağıracağını dedikdən sonra Emin və Nurəddin İbrahimovların ona polis çağırmamağı, aparıb qaramallarını satıb onun pulunu hissə-hissə ödəyəcəklərini bildirmişlər. Qohum olduqları üçün şikayət etməmişdir. 2N2N-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs oğurladığı pullardan 1NNN manatını vermişlər, lakin sonrakı aylarda verməmişlər. Zəng vurub pulunu istədikdə verməyəcəklərini demişlər, buna görə gedib polis idarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxsla N.İbrahimov bunu bilib oraya gəlmişlər, şikayət etməməsini, pulları hissə-hissə ödəyəcəklərini demişlər. Buna görə şikayət etməmiş, atası Qafar Vəliyev araya girib şikayəti geri götürtdürmüşdür. 2N2N-ci ilin aprel ayında notariusa gedərək orada Təqsirləndirilən şəxsla maşınından və mağazasından oğurladığı 3NNNN manat pulu hissə-hissə, hər ay ona 7NN manat ödəyəcəyi ilə bağlı borc müqaviləsi bağlamışlar. Təqsirləndirilən şəxs may, iyun, iyul aylarında ona hər ay 7NN manat, avqust ayında 69N manat pul ödəmişdir. Təqsirləndirilən şəxs ona məxsus mağazadan 2N19-cu ilin dekabr, 2N2N-ci ilin yanvar, fevral, mart və aprel aylarında bir neçə dəfə müxtəlif məbləğlərdə pul oğurlamışdır. 2N2N-ci ilin iyul ayının 26-da səhər saat N5:3N radələrində mağazaya gedərkən işıqların yanmadığını, mağazanın kassasında axşam qoyub getdiyi pulların olmadığını görmüş, sonra kamera görüntülərinə baxmağa başlamışdır. Bütün kameraların mağazanın işığına qoşulmuş, ancaq 2N2N-ci ilin iyul ayında mağazanın arxa həyətinə 1 ədəd gizli kamera quraşdırmışdır ki, həmin kamera enerjini UPS aparatından götürürmüş. Elektrik kəsilsə belə həmin kamera işləmişdir. Oğru mağazaya girməzdən əvvəl elektrik açarından bütün işıqları söndürdüyündən kameralar işləməmişdir. Ancaq UPS-ə qoşulan kameraya baxanda gecə saat 3 radələrində bir nəfər şəxsin mağazanın arxa həyətinə girib mağazanın kassa tərəfdən olan pəncərəsinin dəmir barmaqlığını çıxardıb sonra pəncərəni açaraq içəri girdiyini görmüşdür. Həmin şəxsin başında maska kimi papaq olmuş, onu üzünə çəkmiş, əlinə əlcək geyinmiş vəziyyətdə olmuşdur. Bir neçə dəqiqə sonra sellofan paketə yığılmış pulu pəncərədən çölə atmış, sonra özü də çıxaraq pəncərəni örtüb dəmir barmaqlığı yerinə qoymuş, yerdən paketi götürüb gedəndə gizli kameranı görmüşdür. Sonra ora-bura baxıb çıxıb getmişdir. Həmin görüntüləri görəndə bədən qurluşundan və hərəkətlərindən həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş və buna görə də polisə zəng etmişdir. Onlar gəlib baxıb, bir gün sonra Təqsirləndirilən şəxs çağırtdırıb mağazaya gətirmişlər. Təqsirləndirilən şəxs gecə gəlib elektrik açarından elektriki söndürdüyünü və gətirdiyi vint açan (otviyortka) ilə mağazanın kassa tərəfdən olan pəncərəsini sıxıb açıb mağazaya girib oradan pul götürməsini etiraf etmişdir. Həmin gün onun kassadan götürdüyü pul 148N (bir min dörd yüz səksən) manat məbləğində olmuşdur. Təqsirləndirilən şəxs ittihamda verilmiş 3148N (otuz bir min dörd yüz səksən) manatdan əlavə 2N2N-ci ilin may ayında 22NNN (iyirmi iki min) bir, tarixini xatırlamadığı vaxtlarda 8NN (səkkiz yiz) bir, 1NNN (bir min) manat bir, təxminən 2NNN (iki min) manat dəyərində azercell və naxtell konturları və 2N2N-ci ilin iyul ayının 17-də gecə mağazadan 17NN (bir min yeddi yüz) manat məbləğində pul oğurlamışdır. Təqsirləndirilən şəxs 2N19-cu ilin noyabr-dekabr aylarında özünə ev tikməyə başlamış, evi tikib təmir etdirmişdir. Təqsirləndirilən şəxs ondan oğurladığı pulları həmin evin tikintisinə xərcləmiş və iri buynuzlu mallar almışdır. Dəymiş ziyanın ittihamda göstərilən 3148N (otuz bir min dörd yüz səksən) manatı ödənilmiş qalan ziyan isə ödənilməmişdir. Təqsirləndirilən şəxsla barışmamış və onun qanun çərçivəsində cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, 2N2N-ci ilin mart ayından Şərur rayonunun Yengicə kənd sakini Zərərçəkmiş şəxs məxsus mağazada işləyir. Mağaza 1 mərtəbəli olmaqla arxa tərəfinə doğru pəncərələri var. Pəncərələr plastik materialdan düzəldilib və üzərlərinə dəmir barmaqlıqlar vurulmuşdur. Mağazanın içəri və çöl tərəfinə müşahidə kameraları quraşdırılmışdır. 2N2N-ci ilin iyul ayının sonlarında günortadan bir qədər əvvəl mağazanın arxa tərəfində olan həyətdə polis işçilərinin olduğunu görüb nə olması ilə maraqlandıqda Zərərçəkmiş şəxs gecə mağazanın kassasından kənd sakini Təqsirləndirilən şəxs pul oğurladığını, onu kameraların çəkdiyini demişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs telefonunda olan videonu onlara göstərib kamera aparatından çəkdiyini bildirmişdir. Videoda gecə saatlarında əynində hərbi şalvar, açıq qəhvəyi rəngli mayka, başında maska olan bir şəxsin mağazanın arxa tərəfində olan pəncərənin dəmir barmaqlığını çıxardaraq pəncərəni açıb içəri düşdüyünü görünmüş, onun dəmir barmaqlığı çıxartdıqdan sonra otviyortka ilə pəncərəni sıxıb açmış, həmin şəxsin bədən quruluşundan və hərəkətlərindən həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Bir gün sonra Təqsirləndirilən şəxs oraya gəlmiş, həmin videogörüntünü ona göstərdikdə mağazadan bir gün əvvəl gecə oğurluq etdiyini, videodakı şəxsin özü olduğunu, tanınmamaq üçün başına maska taxdığını etiraf etmişdir. Eşitdiyinə görə E.Təqsirləndirilən şəxsVəliyevə məxsus mağazadan əvvələr də oğurluq etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs maşınından da bir neçə dəfə pul oğurlamış, maşın Zərərçəkmiş şəxs həyətində olarkən Təqsirləndirilən şəxs bir neçə dəfə divardan aşıb həyətə düşüb maşının yük yerindən pul oğurlamış, lakin onun maşından nə qədər pul oğurladığını bilməmişdir. Bunların hamısını sonradan eşitmişdir. Maşının açarları Zərərçəkmiş şəxs də olmuş, lazım olduqda maşının açarlarını qardaşı Şahid1 də vermiş, maşının açarlarının başqa kimdəsə olmasını görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs maşınından və mağazasından əvvəllər etdiyi oğurluğa görə aralarında notariusda borc müqaviləsinin bağlandığını da sonradan eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Şərur rayonunun Yengicə kəndində yerləşən ərzaq mağazasında satıcı işləmişdir. Orada işlədiyi dövrdə kənd sakini Zərərçəkmiş şəxs həmin mağazanın müdiri olmuşdur. Təqsirləndirilən şəxs həmin mağazadan oğurluq etməsini 2N2N-ci ilin iyul ayının sonlarında eşitmişdir. Mağazanın arxa tərəfə olan, kassaya daha yaxın pəncərəsinin dəmir barmaqlıqlarını yerindən çıxardaraq oradan mağazaya daxil olub kassadan pul oğurlayaraq pəncərədən çıxıb barmaqlıqları yerinə qoyaraq getdiyini öyrənmişdir. Mağazaya polislər gəlib içəriyə baxmış, bundan sonra mağazaya hərbi polis gəlmiş, Təqsirləndirilən şəxs da onlarla oraya gəlmiş, mağazanın içərisindəki ekranda kamera görüntülərinə baxmışlar. Videodakı şəxsin bədən quruluşundan və hərəkətlərindən Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt ağlamış, sonra o hərbi polisin işçiləri ilə birlikdə getmişdir. Təqsirləndirilən şəxs mağazaya daxil olaraq oradakı kassadan bir neçə dəfə pul oğurladığını da sonradan Zərərçəkmiş şəxs eşitmişdir. Lakin pulun məbləğini bilməmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs mağazaya girdikdən sonra videogörüntüyə baxdıqda Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs əvvəllər onun maşınından da bir neçə dəfə oğurluq etdiyini demişdir. Təqsirləndirilən şəxs qohum olduğu üçün tez-tez Zərərçəkmiş şəxs maşınını idarə etmək üçün götürmüş, bazar günlərində onun maşını aparıb yudurmuş, bəzən Zərərçəkmiş şəxs, bəzən də qardaşı Şahid1 maşının açarını ona verdiyini görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Şərur rayonunun Muğanlı kəndində yaşayır. Özünə məxsus olan “Mercedes” markalı, ** BB *** dövlət nömrə nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Bəzi hərbi qulluqçuları günün müxtəlif vaxtlarında xidmət yerlərinə və digər yerlərə aparıb-gətirirmiş. N №-li hərbi hissədə xidmət edən Şərur rayonunun Yengicə kəndində yaşayan gizir Təqsirləndirilən şəxs da onun müştərisi olmuşdur. Təqsirləndirilən şəxs hər gün yaşadığı Şərur rayonunun Yengicə kəndindən götürüb hərbi hissəyə aparmış, işdən çıxan vaxtlarda isə evlərinə gətirmişdir. Təqsirləndirilən şəxs ona bir neçə dəfə, müxtəlif vaxtlarda 4-5 dəfə gecə saatlarında zəng edərək gəlib onu hərbi hissəyə aparmasını demiş, bu gecə saat 4-5 radələrində olmuşdur. Təqsirləndirilən şəxs gecə hərbi hissəyə tək aparmış, amma bunun nə vaxt olduğunu xatırlamır. Həmin vaxtlarda Təqsirləndirilən şəxs Şərur rayonunun Yengicə kəndindən, kənd qəbirstanlığı tərəfdən götürüb heç kim olmadan tək hərbi hissəyə aparmışdır. Ondan niyə hərbi hissəyə tez getməsinin səbəbini soruşanda çıxışa çıxacaqlarını, postlara çörək aparacaqlarını demişdir. Təqsirləndirilən şəxs hərbi hissənin girişində maşından düşürtdükdən sonra getmişdir. Gecə Təqsirləndirilən şəxs hərbi hissəyə apararkən onun əlində hər zamankı kimi hərbiçilərə aid əl çantası olmuşdur. Gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından pul oğurlamasını, onun kamera ilə videogörüntüsünü çəkdiklərini sonradan eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Təqsirləndirilən şəxs onların qonşusu və həmdə qaynının qaynıdır. Əvvəl Təqsirləndirilən şəxs yaşadığı evlə onların evi arasında təxminən 2 metr hündürlüyündə hasar olmuş, sonradan həmin hasarı söküb yerində daha hündür hasar tikmişlər. Həyat yoldaşı Zərərçəkmiş şəxs Yengicə kəndinin girişində mağazası vardır. Yoldaşının əvvəl “VAZ 21N74” markalı minik maşını da olmuşdur. Lakin 2N2N-ci ilin iyul ayında onu başqa şəxsə satmışdır. Zərərçəkmiş şəxs həmişə evə gəldikdən sonra maşını həyətdə olan çardaqda saxlayırdı. 2N19-cu ilin dekabr ayının əvvəllərindən həyətdə saxladıqları maşının yük yerindən pul oğurlandığından şübhələnirdilər. Zərərçəkmiş şəxs mağazadan da bir neçə dəfə pul oğurlandığını ona demişdir. 2N19-cu ilin dekabr ayının ortalarında səhər yuxudan durub həyətə çıxanda evin qarşısında olan çardaqda yerdə palçıqlı ayaq izləri olduğunu görmüşdür. Evin küncündə müşahidə kamerası olmuş, həmin kamera darvaza qapısından girişi çəkirmiş. Həmin vaxt müşahidə kamerasının da yuxarı qaldırıldığını görmüşdür. Kamera olan divarın aşağısına ağac söykənmiş, ağacla kameranın yuxarı qaldırıldığını düşünmüşdür. Həmin vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs maşını həyətdə olmuş, onun özünü də çağırmış, Zərərçəkmiş şəxs maşınının yük yerində hər zaman pul olurmuş. Həmin vaxt baxdıqda yük yerində pulların olmadığını görmüşlər. Maşından pul oğurlandığını və müşahidə kamerasının yuxarı qaldırıldığını bildikdən sonra evin çardağa tərəf baxan pəncərəsinə içəri tərəfdən hər gecə tablet qoyaraq çardağı çəkməsi üçün işə salmışlar. Hər gün səhər tabletin gecə çəkdiyi videoya baxıb silib yenidən gecə pəncərəyə qoymuşlar. 2N19-cu ilin dekabr ayının axırlarında səhər saat 1N radələrində həyətlərinin yan tərəfindəki Təqsirləndirilən şəxs evi tərəfdə hasarın üzərində iki ədəd ağ və qara rəngli qadın corabı, qara ip və 2 ədəd şrub görmüş, həyətə yenə kiminsə girməsindən şübhələnərək onları da götürüb evə gəlmişdir. Həmin gün Dekabrın 25-dən 26-na keçən gecə yenə də pəncərəyə tablet qoyaraq çəkiliş aparması üçün işə salmışdır. Tableti götürüb baxdıqda qonşuları Təqsirləndirilən şəxs gecə saatlarında öz evləri tərəfdə olan hasar divarından aşıb onların həyətinə düşdüyünü, həyat yoldaşı Zərərçəkmiş şəxs çardağın altında saxladığı maşına yaxınlaşıb özündə olan açarla maşının yük yerini açaraq arxasına bir qədər baxdıqdan sonra qapısını örtüb gəldiyi istiqamətdə də çıxıb getdiyini, 1-2 dəqiqə sonra onun yenidən qayıdaraq maşının qapısını sıxıb bağladığından əmin olduqdan sonra çıxıb getdiyini görmüşdür. Bu barədə Zərərçəkmiş şəxs zəng vurub bildirdikdən sonra o da evə gəlmiş, tabletdəki görüntüyə baxdıqdan sonra maşının yük yerindən bir neçə dəfə pul oğurlayan şəxsin qonşuları Təqsirləndirilən şəxs olduğuna əmin olmuşlar. Sonradan Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs çağırıb maşından oğurluğu onun etdiyini, görüntüyə baxdıqdan sonra maşından bir neçə dəfə, həmçinin mağazadan da pul oğurladığını etiraf etdiyini demişdir. Təqsirləndirilən şəxs körpə uşaqları olduğundan, həm də onun bacısı Zərərçəkmiş şəxs qardaşı Şahid1 həyat yoldaşı olduğundan Zərərçəkmiş şəxs polisə müraciət etməmiş, sonradan gedib notariusda Təqsirləndirilən şəxsla oğurladığı pulların əvəzində 3NNNN manatlıq borc müqaviləsi bağlamışlar. Zərərçəkmiş şəxs maşınının açarlarından qardaşı Şahid1 də olmuş, onun bəzən ailəsini harasa aparması üçün Təqsirləndirilən şəxs maşının açarını vermişdi. 2N2N-ci ilin mart ayının əvvəllərində Bakı şəhərinə gedərək avqust ayının 19-da Naxçıvana qayıtmışdır. Qayıdarkən Zərərçəkmiş şəxs ona iyul ayının axırlarında mağazaya əlavə müşahidə kamerası quraşdırdığını, Təqsirləndirilən şəxs yenidən mağazadan gəlib pul oğurladığını demişdir. Təqsirləndirilən şəxs qonşuluqda yaşadığından həyətlərində son vaxtlarda ev tikib başa çatdırdığını görmüş, onun mağazadan və maşından oğurladığı pulları həmin evin tikintisinə xərclədiyini, özünə malheyvan aldığını göstərmişdir. Məhkəmə istintaqında iştirak etməyən Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini bildirmiş və cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan edilərək cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşının qardaşıdır. Şərur rayonunun Yengicə kəndində olan mağazanı qardaşı Zərərçəkmiş şəxs işlədir. Özü də həmin mağazada işləyir. Mağazadan çıxan pulları axşam işdən sonra Zərərçəkmiş şəxs məxsus ağ rəngli “VAZ 21N74” markalı ** BD *** nömrə nişanlı maşının yük yerində çantaya qoymuşlar. 2N19-cu dekabr ayında bir neçə dəfə qardaşı Zərərçəkmiş şəxs məxsus maşının yük yerindəki çantadan pulların oğurlandığını görmüşlər. Mağazadan pulların oğurlanması halları baş verəndə mağazanın ətrafında quraşdırılmış kameralardakı görüntülərə baxmağa başlamışlar. 2N19-cu ilin dekabr ayının 15-də Zərərçəkmiş şəxs maşınına 1NNNN manat pul qoymuşlar, sonradan həmin pulun 4NNN manatının olmadığını görüb kameraya baxdıqda Təqsirləndirilən şəxs maşının yük yerindən içərisində pul olan çantanı götürüb mağazaya gətirəndə bir az yubanmış, həm də çantadakı pulun bir qədərini yük yerinə boşaldıb sonra ağzını bağlamasını görmüşlər. Həmin 4NNN manatı onun götürdüyünü bilmişlər. Maşının açarı bəzən Təqsirləndirilən şəxs olurmuş, o tez-tez açarı alıb ailəsini harasa aparırmış, həmin vaxt çantanı onlara verəndən sonra maşını istəyib alıb pullarla birlikdə getmişdir. Sonra Təqsirləndirilən şəxs yanlarına çağırıb maşının arxasındakı çantadan 4NNN manat kəsir gəldiyini deyərək video görüntünü ona göstərmişlər. Bir az söhbət edəndən sonra Təqsirləndirilən şəxs çantadan 6NN manat pul götürdüyünü deyərək, ancaq yenə də götürdüyü 4NNN manatı boynuna almamışdır. Bundan sonra Zərərçəkmiş şəxs ona axşam maşını aparıb evin həyətində saxlamasını bildirmiş, maşının yük yerində 6NNN manat pul olmuş, həmin puldan əlavə çantanın digər gözündə 7-8 min məbləğində əlavə də pul olmuş, ancaq həmin axşam çantada olan 6NNN manat da yoxa çıxmışdır. Çantanın digər gözündə olan 7-8 min məbləğində pulun yerində olduğunu demişdir. 2N19-cu ilin dekabr ayı ərzində yenidən bir neçə dəfə maşının yük yerində olan pullar kəsir gəlməyə başlamış, buna görə də qardaşı Zərərçəkmiş şəxs həyətlərində müşahidə kamerası quraşdırmış, buna baxmayaraq maşınının arxasından yenə pulların oğurlanması halları baş vermiş, amma nə qədər oğurlanmasını bilməmişdir. Zərərçəkmiş şəxs ona həyətlərində olan kameranın baş tərəfinin yuxarı qalxdığını, kiminsə kameranı yuxarı qaldırdığını demişdir. 2N19-cu ilin dekabr ayının axırlarında qardaşı Zərərçəkmiş şəxs ona gecə evin pəncərəsinə tablet qoyub kamerasını açıb maşın istiqamətində qoyaraq işə saldıqlarını deyərək sonra çəkilmiş həmin videonu ona göstərmişdir. Videoda Təqsirləndirilən şəxs həyətə daxil olub maşının yük yerini açdığı, orada qurdalandıqdan sonra getməsini görünmüşdür. Təqsirləndirilən şəxs onların həyətinə divardan aşaraq daxil olub həyətdə olan kameranı yuxarı qaldırmışdır. Təqsirləndirilən şəxs və atası Nurəddin İbrahimovu mağazaya çağırmışlar, ona həyətə düşüb maşının arxasından pulları götürüb getmiş, bunun bir neçə dəfə təkrar olunduğunu demişlər, sonra videogörüntünü ona göstərmişlər. Təqsirləndirilən şəxs maşının yük yerindən pulları götürməsini etiraf etmiş, bazar günü aparıb qaramallarını satıb pulunu hissə-hissə ödəyəcəklərini demişllər. Qohum olduğu üçün ondan şikayət etməmişlər. 2N2N-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs oğurladığı pullardan 1NNN manat qaytarmışılar. 2N2N-ci ilin fevral ayında pul ödəməməmişlər, sonradan qardaşı Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs notariusa gedərək Təqsirləndirilən şəxs oğurladığı pullara görə 3NNNN manat məbləğində borc müqaviləsi bağlamışlar, Təqsirləndirilən şəxs hər ay ona 7NN manat pul ödəyəcəkmiş. 2N2N-ci ilin iyul ayının axırlarında səhər mağazaya gələndə kassadan pul oğurlandığını görmüşlər. UPS-ə qoşulan kameraya baxanda gecə saat 3 radələrində bir şəxsin mağazanın arxa həyətinə girib mağazanın kassa tərəfdə olan pəncərəsinin dəmir barmaqlığını çıxardıb pəncərəni açaraq içəri girmiş, o başında olan papağı üzünə çəkmiş, əlinə əlcək geyinmiş, bir neçə dəqiqə sonra selofan paketə yığılmış pulu pəncərədən çölə atmış, özü də çıxmış, pəncərəni örtüb barmaqlığı yerinə qoymuş, sonra yerdən paketi götürüb çıxanda gizli kameranı görüb oraya-buraya baxıb çıxıb getdiyini görmüşlər. Həmin görüntüləri görəndə bədən qurluşundan və hərəkətlərindən Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Təqsirləndirilən şəxs hərbi hissəyə getmiş, bir gün sonra onu çağırtdırıb mağazaya gətirmişlər, Təqsirləndirilən şəxs görüntüləri görəndə gecə gəlib elektrik açarından işığı keçirtdiyini, gətirdiyi otviyortka ilə mağazanın kassa tərəfdən olan pəncərəsini sıxıb açıb mağazaya girib oradan pul götürdüyünü etiraf etmişdir. Həmin gün kassadan 148N manat pul götürülmüşdür. Məhkəmə istintaqında iştirak etməyən Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini bildirmiş və cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid4 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan edilərək cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmişdir. Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Nurəddin İbrahimovun oğludur və hərbi hissədə xidmət edir. Qardaşı qızı Şahid1lə evlidir. 2N19-cu ilin dekabr ayının axırlarında Şahid1 ona Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs həyətinə düşərək onun maşınından pul oğurladığını, onu tabletlə çəkdiklərini demişdir. O, onun maşından nə qədər pul oğurlamasını soruşmamışdır. Təqsirləndirilən şəxs etdiyi hərəkətə görə həyat yoldaşı ilə Şahid1 arasında soyuqluq yaranmış, dostu Şahid1 ailəsinin dağılmaması üçün ona zəng etmiş, Şahid1lə görüşmüş, sonra Şahid1 onun evinə getmişdir. Qardaşı N.İbrahimovla onun həyat yoldaşı Yeganə İbrahimovanı da oraya çağırmışdır. Məqsədinin iki ailə arasında olan münaqişəni həll edib onları barışdırmaq olmuşdur. Təqsirləndirilən şəxs oğurladığı pulları qaytarmalarını və qarşı tərəfin də şikayət etməməsini xahiş etmişdir. Sonra qardaşı N.İbrahimov və onun həyat yoldaşı Y.İbrahimova ilə danışmış, onların Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs gedib aralarında notariusda 3NNNN manatlıq borc müqaviləsi bağlamaları ilə bağlı razılığa gəlmişlər. Təqsirləndirilən şəxs hər ay maaş alanda Zərərçəkmiş şəxs 7NN manat pul verəcəkdi. Şahid1 sonra bu barədə qardaşı Zərərçəkmiş şəxslə də telefonla danışmışdır. Həmin günün sabahı qardaşı oğlu Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs Şərur rayon notariusuna gedərək aralarında 3NNNN manatlıq borc müqaviləsi bağlamışlar. 2N2N-ci ilin iyul ayının sonlarında eşitmişdir ki, qardaşı oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mağazasından pul oğurlamış, onu oğurluq edərkən mağazaya quraşdırılmış kameralar çəkmişdir. Cinayət işi üzrə N8 sentyabr 2N2N-ci ildə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, 16 sentyabr 2N2N-ci il tarixli, 152/2N №-li ekspert rəyində mağazanın pəncərəsi üzərində sıxma nəticəsində yaranmağa xarakterik alət izlərinin olduğu, pəncərənin çərçivəsində və tağında yaranmış zədələrin xaricdən sıxılma nəticəsində əmələ gəldiyi, pəncərə və tağının üzərində olan zədələrin (izlərin) eyni alətlə qoyulmasının istisna edilmədiyi, pəncərə və çərçivənin üzərində olan zədələrin (izlərin) bərk, küt, ucu iti predmetin təsirindən yaranmağa xarakterik olduğu, belə predmetə vint açanın (otvyortkanın) da aid olduğu göstərilmişdir. Cinayət işi üzrə N8 sentyabr 2N2N-ci ildə məhkəmə-portret ekspertizası təyin edilmiş, 25 sentyabr 2N2N-ci il tarixli, 3/1N83 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş “4 GB TOSHİBA” markalı fleş-kartdakı 2N191215_19N9N4 və 2N191215_191143 adlı videogörüntülərdən çıxarılmış fotoşəkillərdə əks olunmuş, istintaq üçün zəruri olan kişi cinsli şəxsin xarici görünüşünün bir sıra element və əlamətlərinin müqayisəli tədqiqat üçün yararlı olduğu, tədqiqata təqdim edilmiş “4 GB TOSHİBA” markalı fleş-kartdakı digər videogörüntülərdən çıxarılmış fotoşəkillərdə əks olunmuş şəxslərin sifət elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, burnu, qaşları, qulaq seyvanı, çənəsi və.s) tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsız olduğu, tədqiqata təqdim edilmiş “4 GB TOSHİBA” markalı fleş-kartdakı 2N191215_19N9N4 və 2N191215_191143 adlı videogörüntülərdən çıxarılmış fotoşəkillədə və doqquz ədəd eksperimental fotoşəkillərdə kişi cinsinə mənsub eyni bir şəxsin əks olunduğu gösərilmişdir. Cinayət işi üzrə N8 sentyabr 2N2N-ci ildə məhkəmə komputer-texniki ekspertizası təyin edilmiş, N8 oktyabr 2N2N-ci il tarixli, 5/637 №-li ekspert rəyində təqdim edilmiş bir ədəd “MultiStar” markalı “85N8” modelli “S/N **********119N” seriya nömrəli N8 kanallı, bir ədəd “MultiStar” markalı “8516” modelli “S/N **********N257” seriya nömrəli 16 kanallı və bir ədəd “MultiStar” markalı “MS 63N8” modelli “S/N MS**********9N” seriya nömrəli N8 kanallı “DVR” tipli cihazların yaddaşlarında 3N iyul 2N2N-ci il tarixdə və həmin tarixdən əvvəlki günlərdə qeydə alınmış videogörüntülərin müəyyən olunmadığı, təqdim edilmiş bir ədəd sensor ekranlı “HUAWEİ” markalı planşetin hal-hazırki vəziyyətdə təyinatı üzrə istifadəyə yararlı olmadığı, təqdim edilmiş bir ədəd sensor ekranlı “HUAWEİ” markalı planşet hal-hazırki vəziyyətdə təyinatı üzrə istifadəyə yararlı olmadığından həmin planşetin yaddaşında hər hansı məlumatın olub-olmaması və pozulub-pozulmaması üzrə tədqiqat işlərinin mümkün olmadığı göstərilmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, cinayəti törətdiyini etiraf etmişdir ki, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməllərini törətməsinə dair etirafları zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Bütün bunlarla yanaşı məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan 2N19-cu ilin dekabr ayının 15-də saat 11 radələrində Zərərçəkmiş şəxs mağazasının qarşısında dayanan sonuncuya məxsus ** BD *** dövlət nömrə nişanlı,“VAZ 21N74” markalı avtomobilin yük yerini açarla açıb saxlanc yerinə qanunsuz daxil olması ilə bağlı epizod üzrə “qanunsuz daxil olma” ilə bağlı əlamət ittihamdan xaric edilməlidir. Belə ki, istər cinayət işinin ibtidai araşdirması zamanı, istərsə də məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ** BD *** dövlət nömrə nişanlı,“VAZ 21N74” markalı avtomobilin saxlanc yerinə Zərərçəkmiş şəxs qardaşı Şahid1 istəyi ilə (maşının açarını ona verərək) maşının yük yerində içində pul olan çantanı gətirmək üçün daxil olmuşdur. Belə olan halda isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ** BD *** dövlət nömrə nişanlı,“VAZ 21N74” markalı avtomobilin saxlanc yerinə daxil olması qanunsuz daxil olma kimi qiymətləndirilə bilməz. Həmin əlamətin ittihamdan xaric edilməsi Təqsirləndirilən şəxs törətdiyi əməllərin tövsifinə təsir etmir. Bundan əlavə Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ittihamda verilmiş 3148N (otuz bir min dörd yüz səksən) manatdan əlavə 2N2N-ci ilin may ayında 22NNN (iyirmi iki min) manat bir, tarixini xatırlamadığı vaxtlarda 8NN (səkiiz yiz) manat bir, 1NNN (bir min) manat bir, təxminən 2NNN (iki min) manat dəyərində azercell və naxtell konturları və 2N2N-ci ilin iyul ayının 17-də gecə mağazadan 17NN (bir min yeddi yüz) manat məbləğində pul oğurlamsını göstərmişdir ki, həmin xüsusatlar nə cinayət işinin ibtidai istintaqı zamanı, nə də ki, məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Bütün bu sadalananlara görə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməllərdə cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Cinayət əməllərini Təqsirləndirilən şəxs qəsdən törətmişdir. Onun törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Onun bu əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, ibtidai araşdirma mərhələsindən başlayaraq törədiyi cinayətləri səmimi etiraf etməklə cinayətin sübuta yetirilməsində yaxından köməklik göstərməsini, himayəsində üç azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalı və ona təqsirli bilindiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun, ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Tİİ-dən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün hec bir əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını-törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət müddətində müsbət xarakterizə olunmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı çəkməməsi üçün heç bir əsas yoxdur. Məhkəmə cəzaçəkmə müəsissəsinin növünü müəyyən edərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs əlavə cəzaların təyin edilməsinə zərurət yoxdur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 26 avqust 2N2N-ci il tarixli 14/1367 nömrəli göndərişi ilə 28 avqust 2N2N-ci il tarixdə 2N5 saylı hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və komissiya onun sağlam və hərbi xidmətə yararlı olduğu qərarına gəlmişdir. Məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. İşdə mülki iddia yoxdur və işin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, ittihamda göstərilmiş 3148N (otuz bir min dörd yüz səksən) manat ziyan zərərçəkmiş şəxsə işin ibtidai istintaqı zamanı ödənilmişdir. Məhkəmə iş üzrə məhkəmə məsrəfləri məsələsini müzakirə edərək belə qənaətə gəlmişdir ki, məhkəmə-portret ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri 146 (bir yüz qırx alti) manat və məhkəmə kompüter-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatin dəyəri 53 (əlli üç manat), 65 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142593, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X1, Kodu:21NNN5, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlmişdir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut 1 ədəd yaddaş diski (fleş-kart) cinayət işinin materiallarına əlavə edilməli, 1 ədəd qisaqol hərbi mayka, 1 ədəd hərbi şalvar, 1 ədəd qara rəngli gödəkcə və 1 ədəd qara rəngli şalvar isə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən N4 sentyabr 2N2N-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qəvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin cəza çəkilmə müddətinin hansı tarixdən başlanılmalı məsələsini də müzakirə edərək belə nəticəyə gəlmişdir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onu həbsə alındığı N4 sentyabr 2N2N-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356 və 381-384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və 2 (iki) il, 7 (yeddi) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli N4 sentyabr 2N2N-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan 2N19-cu ilin dekabr ayının 15də saat 11 radələrində Zərərçəkmiş şəxs mağazasının qarşısında dayanan sonuncuya məxsus ** BD *** dövlət nömrə nişanlı,“VAZ 21N74” markalı avtomobilin yük yerini açarla açıb saxlanc yerinə qanunsuz daxil olmasına dair epizod üzrə “qanunsuz daxil olma” əlaməti ittihamdan xaric edilsin. İş üzrə məhkəmə məsrəfləri olan məhkəmə-portret ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri 146 (bir yüz qırx altı) manat və məhkəmə kompütertexniki ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatin dəyəri 53 (əlli üç manat), 65 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142593, Büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) hesabı, Adı: X1, Kodu:21NNN5, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan 1 ədəd yaddaş diski (fleş-kart) cinayət işinin materiallarına əlavə edilsin, 1 ədəd qısaqol hərbi mayka, 1 ədəd hərbi şalvar, 1 ədəd qara rəngli gödəkcə və 1 ədəd qara rəngli şalvar isə Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən N4 sentyabr 2N2N-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qəvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə, hüququ olan şəxslər tərəfindən elan olunduğu, Təqsirləndirilən şəxs tərəfindən isə ona təqdim olunduğu andan 2N (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədr Polad Həsənov
Məhkəmə qərarları › İş №1-1(092)-2/2021
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-2/2021
11.01.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver