Məhkəmə qərarları › İş №1-1(092)-2/2022

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-2/2022

25.02.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-2/2022 25.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin hüquqi varisi X3, onun nümayəndəsi vəkil Nümayəndə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, “Naxçıvan” X5 inzibati binasında xx xxxx 1996-cı ildə Babək rayonunun Babək qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, məhkum olunmayan, Babək rayonu, Babək qəsəbəsi, M.S.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, “Naxçıvan” X5 15-ci sərhəd zastavasında təminat qrup komandiri vəzifəsində xidmət edən, 30 oktyabr 2021-ci il tarixdə barəsində Naxçıvan MR Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Naxçıvan MR Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin İstintaq Təcridxanasında saxlınılan, MAHHXHQ baş çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci və 329.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Naxçıvan” X5 15-ci sərhəd zastavasında təminat qrup komandiri vəzifəsində xidmət edərkən mütəmadi olaraq nizamnamənin tələblərini pozaraq 2021-ci ilin avqust ayının əvvəllərində tabeliyində olan əsgər X11 qarşı çarpayısını səliqəli yığmadığına görə, gələn yoxlamanın ona irad tutduğundan, əsgər yoldaşlarına “N.Məmmədova görə irad tutuldu, xidmətdən gəldikdən sonra görəcək, onu belə-belə edəcəyəm, pasyak” deyərək xidmətdən gələndən sonra ona “şərəfsiz, cındır, pasyak, səni belə-belə edəcəyəm” deyərək nalayiq ifadələr işlətməklə, 2021-ci ilin avqust ayının ortalarında, yuyunma otağında əl-üz yuma yerində ayağını yuması səbəbindən “şəxsiyyətsiz, şərəfsiz, pasyak” deyərək ona qarşı nalayiq ifadələr işlədib çiynindən tutub çölə çıxartmaqla, 2021-ci ilin avqust ayının ortalarında, N.Məmmədovun işini düzgün görməməsi səbəbindən yataqxananın dəhlizində qışqırdığına görə ona etirazını bildirdiyindən ona qarşı kobud şəkildə nalayiq ifadələr işlətməklə, 2021-ci ilin avqust ayının ikinci yarısında, gecə saatlarında xidmətdə olduğundan istirahət etmədiyi üçün icazə istədikdə onun üzərinə qışqıraraq yatmağa icazə verməyib başqa iş tapşırmaqla, “yat” komandasına hazırlaşarkən əsgərlərə onu gecə xidmətə yazmaması üçün zastava rəisinə məruzə edəcəyini bildirib onu “eşşək kimi işlədəcəyini” deyərək ona qarşı nalayiq ifadələr işlətməklə, səhəri gün diviziya komandanlığı tərəfindən günün isti saatlarında ərazidə işlər görülməməsi barədə tapşırıq verilməsinə baxmayaraq idman şəhərciyində işlətməklə, sonrakı günlərdə də istirahət verməməklə, əsgərlər günortalar istirahət edərkən ona iş tapşırmaqla, 21 avqust 2021-ci ildə, axşam saatlarında əsgərlərin saçlarını qırxarkən onun saçını alayarımçıq, bir yerdən az, bir yerdən çox qırxaraq ələ salıb gülməklə, 2021-ci ilin avqust ayının 20-dən sonra, saat 09 radələrində yoxlama gələcəyi üçün yataqxananı təmizləyərkən tez işləməsini bildirib “şəxsiyyətsiz, şərəfsiz, pasyak” deyərək ona qarşı nalayiq ifadələr işlətməklə, 2021-ci ilin avqust ayının sonlarında, saat 19 radələrində səbəbsiz yerə “şərəfsiz, şəxsiyyətsiz, pasyak” deyib ona qarşı nalayiq ifadələr işlədərək çardaqda olarkən zastavada xidmətə yeni təyin olunmuş gənc əsgərlər gəldikdən sonra da onu hər işə göndərəcəyini, bütün işləri ona gördürəcəyini deməklə, 2021-ci ilin avqust ayının sonlarında, yataqxananın qarşısında ona qarşı nalayiq ifadələr işlədərək zastavada xidmətə yeni təyin olunmuş gənc əsgərlər gəldikdən sonra onu “pasyak”, “ziyan verən əsgər” kimi nümunə göstərəcəyini bildirməklə, 2021-ci ilin avqust ayının sonlarında, park təsərrüfat günü yeməkxanada olan ehtiyat ərzaqları çölə çıxarıb havalandıran zaman plastik materialdan olan qabdakı quru lobyanı yerə tökməsi səbəbindən “şərəfsiz, pasyak, sən həmişə beləsən, ziyan verirsən” kimi sözlər deyərək ona qarşı nalayiq ifadələr işlətməklə, 2021-ci ilin avqust ayında yeməkxanada əsgərlərə ayrılmış ərzaq payını yeməsi və anbardan icazəsiz quru ərzaq payını götürməsi səbəbindən kobud şəkildə irad tutaraq üzərinə qışqırıb oğurluq etməsini, oğru kimi yeməsini deməklə, yuxusuz olmasına baxmayaraq onu işlədib televizora baxmaması üçün sinif otağının qapısını bağlatmaqla, təmizlik edildiyi və hər yer təmiz olduğu halda onu təkrar işlətməklə, müraciət edərkən, çağırarkən “pasyak, heyvan” kimi sözlər deyərək ona qarşı nalayiq ifadələr işlətməklə, 05 sentyabr 2021-ci ildə, saat 16 radələrində yataqxananın arxa tərəfində zastavada xidmətə yeni təyin olunmuş gənc əsgərlər tərəfindən kartof təmizlənən zaman zibilləri atmaq üçün əl arabasını gətirərkən təkərini səki daşına sürtərək iz salması səbəbindən ona qarşı kobud şəkildə nalayiq ifadələr işlətməklə zastavada xidmətə yeni təyin olunmuş gənc əsgərlərə onu ziyan verən əsgər kimi nümunə göstərərək nüfuzunu aşağı salıb xidməti cəhətdən ondan asılı olan əsgər N.Ş.Məmmədovun şərəf və ləyaqətini mütəmadi olaraq alçaltmış, beləliklə əsgər N.Ş.Məmmədova qarşı mütəmadi olaraq alçaldıcı sözlər işlətməsi, söyüşlə təhqir etməsi, istirahət saatlarında işlətməsi, təmiz olan yerləri yenidən təmizlədərək incitməsi, gənc əsgərlərə pis nümunə kimi göstərməsi, hər balaca səhvinə görə təhqiramiz ifadələrlə çağırması, digər əsgər yoldaşlarının yanında söyərək alçaltması və bezdirməsi, həmçinin zastavaya gələn yoxlama barədə zastava növbətçisinə məlumat vermədiyi üçün xidməti saatı qurtardıqdan sonra əsgər yoldaşlarının və zastavaya gələn yeni əsgərlərin qarşısında yenidən təhqir olunacağını, əsgərlərə pis nümunə kimi göstəriləcəyini, xidmətindəki səhvə görə daha ağır cəza alacağını yəqin etməsi ilə bağlı hərəkətlər nəticəsində onu özünü öldürmə həddinə çatdırmış, bununla da əsgər X20 06 sentyabr 2021-ci il tarixdə, müşahidə məntəqəsində zastava gözətçisi xidmətində olarkən saat 09:50 radələrində xidməti istifadəsində olan «AK-74» markalı, «2429623» №-li avtomat silahdan alın nahiyəsinə bir atəş açaraq «giriş dəliyi qaşarası nahiyədə, çıxış dəliyi başın təpə-ənsə nahiyəsində olan, yara kanalı boyunca başın yumşaq toxumalarının geniş həcmdə zədələnmələri, üz skeleti və kəlləni təşkil edən sümüklərin çoxsaylı, qəlpəli və xətti, defektli sınıqları, baş beyinin bütün paylarının əzilib-dağılması ilə müşayiət olunan, öndən-arxaya, bir qədər yuxarıdan-aşağıya və sağdan-sola istiqamətli başın bir ədəd dəlib-keçən yarası» ilə müşayiət olunan, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarət yetirərək özünü öldürmüşdür. Bundan başqa MAHHXHQ baş çavuş Təqsirləndirilən şəxs “Naxçıvan” X5 15-ci sərhəd zastavasında təminat qrup komandiri vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində göstərilən “komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini pozaraq 2021-ci ilin avqust ayının əvvəllərində, saat 21 radələrində yeməkxanada əsgər yoldaşlarına paylarına düşən yemək norması olan ət konservasını kartof püresindən ayrılıqda verməsi səbəbindən tabeliyində olan əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib sinəsindən itələyərək sifətindən şillə ilə vurmaqla, təkrarən 2021-ci ilin avqust ayının əvvəllərində, saat 18 radələrində yeməkxanada təmizliklə bağlı tapşırdığı işi yerinə yetirməməsi səbəbindən irad tutarkən əlindəki qabın yerə düşüb qırılması səbəbindən ona qarşı nalayiq ifadə işlədib əli ilə sinəsindən itələməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrar olaraq zor tətbiq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş baş çavuş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 329.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində avqust ayının əvvəlləri Neman Məmmədov yerini yığmadığına görə ona irad tutulduğunu, Məmmədov gələndə yerinin yığmamasının səbəbini soruşduğunu, tələsik çıxdığı üçün vaxtının olmadığını dediyini, buna görə Məmmədova nalayiq ifadə işlətmədiyini, 21 avqust 2021-ci ildə zastava rəisi əsgərlərin saçının qırxılması ilə bağlı göstəriş verdiyini, özünün də onların səliqəli olmaları üçün saçlarını qırxmaq istədiyini, saat 7 radələrində əsgər N.Məmmədovdan saçını qırxdırmasını soruşduğunu, onunda yox dediyini, səbəbini soruşduqda, “gizir Ələkbərovun xidmətdə olduğunu” dediyini, əsgərlərdən də kimə desə də qırxmadığını, ona hazırlaş mən qırxaram dediyini, saçın qırxan zaman üst hissəsini 2 nömrə ilə, yanları 1 nömrə ilə qırxmağa başladığını, yan tərəfləri qırxan zaman yaxşı olmadığını gördüyünü, sonra Əhmədova N.Məmmədovun saçını düzəltməyi dediyini, saçının gülməli vəziyyətdə olmadığını, axşam saat 18 radələrində əsgər Hüseynov Davidə rezin çəkmələri yuyarsan xidmətə gedəcəyini dediyini, növbətçilikdən təzə çıxdığını yuya bilməyəcəyini dediyini, sonra Neman Məmmədovun gəldiyini görüb ona uzun boğaz çəkmələri yuyarsan dediyini, etiraz etdiyini, buna görə zastava rəisi Səddam İsayevə məruzə etdiyini, S.X24 çağırıb iradını bildirib şəxsi heyətin uzun boğaz çəkmələrini yuması barədə göstəriş verdiyini, N.Məmmədov yat komandasından sonra şəxsi heyətin bütün uzun boğaz çəkmələrini yuyub anbarın qabağına qoyduğunu, Məmmədovun yaxasından tutmadığını, ziyan verən əsgər heç vaxt demədiyini, onu balaca qardaşı kimi gördüyünü, ona görə də ona heç vaxt pis olmadığını, onun vaxtı-vaxtında yuxusunu verdiyini, ərazidə işləyərkən Məmmədovun arabanın təkərini daşa sürtdüyünü, ondan qabaq da paltaryuyanın qapağını sındırdığını, buna görə də Məmmədova dedim ki, “niyə ziyan verirsən”? ondan başqa heç nə demədiyini, ona qarşı nalayiq ifadə işlətmədiyini, onunla həmişə mehriban söhbətlər etdiyini, hər hansı çətinliyi olanda gəlib ona dediyini, soyuducudan ət götürüb yedikdən sonra özünün gəlib ona dediyini, ona yemədən əvvəl icazə almaq lazım olduğunu izah etdiyini, tarixini xatırlamadığını, axşamçağı vaxtı Məmmədova “orda 3 dənə tikan var onları təmizləyərsən" dediyini, səhərisi günü oranı təmizləmədiyini, N.Məmmədova “sənə dünən demişdim o işi gör, ona görə də get tikanları yol, heç 5 dəqiqə çəkməyəcək” dediyini, günorta saat 12-də gəlib dedi ki, yuxum var, gedib yatmağını dediyini, sonra istirahət edərsən dediyini, onun başının üstündə durub ərazini təmizlətdiyini, əsgər Əhmədova zor tətbiq etmədiyini, avqust ayının axırları Hüseynovla və Rəhimovun qabağında piconka pay doldurulub yediklərini, əsgər Məmmədovun bir balaca püre və piconka yediyini, əsgər Əhmədova niyə əsgərlərimə fərq qoyursan dediyini, onun da normasını vermişəm dediyini, ona “normadan artıq ver əsgər bütün günü işləyir” dediyini, Əhmədovun həmin vaxt əlindən qabın yerə düşdüyünü, Əhmədovun onu vurmasını düşünüb əlini qabağa verdiyini, qabı yerə salıb qırdığına görə Əhmədova hirsləndiyini, itələmədiyini, vurmadığını, 06 sentyabr 2021-ci ildə səhər vaxtlarında zastavaya yoxlama gəldiyini, polkovnik-leytenant Seyfəlovun “zastava gözətçisi hardadı, nə üçün məruzə etmədi” dediyini, cavabdeh Ələkbərliyə tapşırıq verdi get gözətçini məlumatlandır yerində olsun dediyini, Ələkbərovun gedib 20-25 dəqiqəyə qayıdıb gəlib Seyfəlova ayaqyolunda olması barədə məruzə etdiyini, 9:55 radələrində iki dəfə 4-5 saniyə fərqlə silah səsi gəldiyini, təcili zastava gözətçisi olan yerə qaçdığını, onun özünü silahla vurub öldürdüyünü gördüyünü, N.Məmmədovun normal əsgər olduğunu, tapşırılan işi vaxtında gördüyünü, hansısa intizamsızlığını görmədiyini göstərmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, ifadəsində əsgərlərə yemək verən zaman Neman Məmmədov çox yediyindən tuşonkanı kartof püresi ilə birlikdə yediyini, Şahid4la Şahid3 tək tuşonkanı yediklərini, axşam yeməyi verən zaman baş çavuş Təqsirləndirilən şəxs yeməkxanaya gəldiyini, əsgərlərin qabağında ancaq ət konservası olmasını gördüyünü, ona “niyə onlara sadəcə ət konservası vermisən, onlara ayrı seçkilik edirsən?” dediyini, ona “onların öz normasıdı vermişəm” cavabını verdiyini, həmin gün ət konservası ilə kartof püresi bişirdiyini, həmin əsgərlər kartof püresi yemədiyi üçün onlara öz payları olan ət konservası verdiyini, artıq ət konservası vermədiyini, baş çavuş Təqsirləndirilən şəxs ona “şərəfsiz, şəxsiyyətsiz” kimi nalayiq ifadələr işlədərək sinəsindən əli ilə itələdiyini, arxaya doğru getdiyini, sonra da sifətindən şillə ilə vurduğunu, ona “məni niyə vurdun?” dedikdə onun “sən əsgərlərə ayrı seçkilik edirsən” cavabını verdiyini, sonra yenə üstünə gəlib vurmaq istəyəndə Şahid4la Şahid3 onu tutub qoymadığını, çıxıb getdiyini, 2021-ci ilin avqust ayının əvvəllərində, Təqsirləndirilən şəxs ona yeməkxanada təmizliklə bağlı iş tapşırdığını, tək olduğundan çatdırıb işi yerinə yetirə bilmədiyini, buna görə baş çavuş Təqsirləndirilən şəxs yeməkxanaya gəlib işi yerinə yetirmədiyinə görə irad tutduğunu, əli köpüklü olduğu üçün plastik qənd qabının əlindən sürüşüb yerə düşərək qırıldığını, buna görə baş çavuş Təqsirləndirilən şəxs əli ilə sinəsindən sərt şəkildə itələdiyini, arxaya doğru getdiyini, ona “məni niyə itələyirsiniz” dedikdə baş çavuş Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadə işlədib “şərəfsiz, qabı niyə qırdın” dediyini, qabın əlindən sürüşüb yerə düşdüyünü dediyini, Təqsirləndirilən şəxs ona “maaşda pulundan tutular, ağlın başına gələr, alıb yerinə qoyarsan” dediyini, ona alıb yerinə qoyacağını bildirdiyini, lakin qabı alıb yerinə qoymadığını, 2021-ci ilin avqust ayının əvvəllərində, saat 20 radələrində baş çavuş Təqsirləndirilən şəxs əsgər Neman Məmmədovun saçını qırxdığını, yaxşı qırxmadığını, alayarımçıq qırxdığını, N.Məmmədovun saçının çox pis göründüyünü, baş çavuş Təqsirləndirilən şəxs da N.Məmmədova baxıb güldüyünü, buna görə N.Məmmədovun çox pis olub “bir də saçımı Təqsirləndirilən şəxs qırxdırmayacam” dediyini, N.Məmmədovun pis olmasını görüb yuyunma otağında N.Məmmədovun saçını qırxıb düzəltdiyini, 2021-ci ilin avqust ayının əvvəllərində, saat 16:30 radələrində əsgər N.Məmmədovla ərzaqları anbara yığan zaman lobya olan qabın əsgər N.Məmmədovun əlindən yerə düşüb qırıldığını, həmin vaxt lobyanın ətrafa dağıldığını, baş çavuş Təqsirləndirilən şəxs bunu görüb gedib həmin müddət zastava rəisi olan Məhəmməd Hüseynova məruzə etdiyini, 2021-ci ilin avqust ayının ortalarında, saat 16 radələrində əsgər Şahid2 ilə yeməkxanada oturub çay içərkən pəncərədən əsgər N.Məmmədovun isti havada idman şəhərciyində ot biçməsini gördüyünü, “Məmmədov bu istidə niyə işləyirsən, gəl dincəl” dediyini, onun “baş çavuş Təqsirləndirilən şəxs tapşırıb ki, indi biçməlisən” dediyini, onun da məcbur işlədiyini, baş çavuş Təqsirləndirilən şəxs əsgər N.Məmmədova istirahət vaxtlarında müxtəlif işlər tapşırdığını, 2021-ci ilin avqust ayının sonlarında, axşam yat komandasından əvvəlki istirahət vaxtında əsgər N.Məmmədovun rezin çəkmələri yuduğunu, ondan “niyə bu vaxt yuyursan” deyə soruşduqda onun “baş çavuş Təqsirləndirilən şəxs tapşırıb yuyuram” dediyini, əsgər N.Məmmədovun köhnə zastava rəisi Məhəmməd Hüseynova yaxınlaşıb yuxusunu ala bilməməsini dediyini, onun həmin gün N.Məmmədova istirahət verdiyini, həmin gün Təqsirləndirilən şəxs ona “yuxunu aldınsa işləyəcəksən, elə bilmə ki, yatdın dincəldin, gənc əsgərlər gələndən sonra da sən işləyəcəksən” dediyini, 2021-ci ilin avqust ayında, günorta saatlarında əsgər Neman Məmmədovun növbədən gəldiyini, istirahət vaxtı olduğundan televizora baxmaq istədiyini, ancaq Təqsirləndirilən şəxs N.Məmmədov televizora baxmasın deyə sinif otağının qapısını bağladığını, Təqsirləndirilən şəxs hər xırda şeyə görə əsgər Neman Məmmədovu danladığını, nalayiq ifadələr işlətdiyini, ona “sən yarıtmaz əsgərsən” dediyini, Təqsirləndirilən şəxs əsgər N.Məmmədova “zastavaya gənc əsgərlər gələndə sənin necə hörmətsiz, şəxsiyyətsiz, natəmiz əsgər olduğunu deyəcəyəm, onların yanında heç bir hörmətin olmayacaq” dediyini, 2021-ci il avqust ayının əvvəllərində 3-cü sərhəd komendantı polkovnik-leytenant Vüsal İsgəndərovun zastavaya gəldikdən sonra yataqxanada N.Məmmədovun yatdığı çarpayını düzəltməməsi səbəbindən baş çavuş Təqsirləndirilən şəxs irad tutduğunu, bundan sonra baş çavuş Təqsirləndirilən şəxs əsgərlərə “ona görə mənə söz deyirlər, xidmətdən gəlsin görəcək o, pasyak” dediyini, xidmətdən gələndən sonra baş çavuş Təqsirləndirilən şəxs bu səbəbdən N.Məmmədova qarşı nalayiq ifadələr işlətdiyini, başqa vaxtlarda baş çavuş Təqsirləndirilən şəxs N.Məmmədova “sən istirahət etməyəcəksən, eşşək kimi işləyəcəksən, yuxun çıxıbdır işləməlisən” dediyini, bir dəfə N.Məmmədovun əsgərlərin pendir payını yediyini, baş çavuş Təqsirləndirilən şəxs ona oğurluq etməsini dediyini, M.Hüseynova da məruzə etdiyini, onun “yeyib-yeyib da nolacaq ki” dediyini, əsgərə nəsə demədiyini, 05 sentyabr 2021-ci il tarixdə axşam “yat” komandasından əvvəl zastava rəisinin müavini, leytenant Əkbər Səfərovun mobil telefonu ilə N.Məmmədovun gedib telefonla danışdığını, sonra sinif otağına gəldiyini, ondan nəsə problem olub-olmamasını soruşduğunu, onun “hər şey yaxşıdır” dediyini, əvvəllər də danışan zaman soruşduqda problemi olmamasını, hər şeyin yaxşı olmasını dediyini, 06 sentyabr 2021-ci ildə, saat 07:45 radələrində N.Məmmədovu zastavanın binasının qarşısında gördüyünü, həmin vaxt sıra meydanının ətrafında gəzdiyini, əsgər N.Məmmədovla salamlaşdığını, bir qədər sonra zastava növbətçisi əsgər Şahid3 əsgər N.Məmmədovu gətirib onunla dəyişdiyini, N.Məmmədovun onu dəyişməyə gec gəldiyini, xidmətə çıxacağı vaxt yataqxanada təmizlik işləri gördüyünü, həmin vaxt onun əhvalının normal göründüyünü, bir az keçmişdi diviziyadan zastavaya yoxlama gəldiyini, bir müddət keçəndən sonra, saat 10 radələrində yatdığı zaman səs-küyə zastavanın həyətinə düşdüyünü, zabitlərdən kiminsə ona “müşahidə məntəqəsinə qaç kömək elə” dediyini, müşahidə məntəqəsinə tərəf qaçmağa başladığını, bir qədər getdikdən sonra müşahidədən aşağı düşən baş leytenant Şahid13 onu görüb geri qayıtmasını dediyini, geri qayıdıb rabitə otağı boş olduğundan rabitə otağında durduğunu, rabitəyə gələn zənglərə cavab verdiyini, rabitə otağında olan kameradan əsgər Neman Məmmədovun müşahidə məntəqəsi ərazisində yerə uzanmış formada göründüyünü, rabitə növbətçisi əsgər Şahid3 rabitə otağına gəldiyini, həmin vaxt da kameranın müşahidə məntəqəsini çəkdiyini, oradan çıxıb mətbəxə getdiyini, sonra N.Məmmədovun müşahidə məntəqəsində zastava gözətçisi naryadında olarkən xidməti silahından baş nahiyəsinə atəş açaraq özünü öldürməsini eşitdiyini göstərmişdir. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində oğlu Neman Məmmədovun 30 mart 2003-cü ildə Ağstafa rayonu Eynallı kəndində anadan olduğunu, 2009-cu ildə Ağstafa rayonu Eynallı kənd orta məktəbində birinci sinifə getdiyini, X21 kənd orta məktəbində 11-ci sinifə kimi təhsil alıb 2020-ci ildə həmin məktəbdən məzun olduğunu, anadan olduğu vaxtdan hərbi xidmətə gedənə kimi Ağstafa rayonu Eynallı kəndində yaşadığını, oğlunun hərbi xidmətə getməmişdən əvvəl mehriban və səmimi bir uşaq olduğunu, heç kimlə arasında mübahisə, dava-dalaş olmadığını, hərbi xidmətə gedənə kimi ona təsərrüfat işlərində kömək etdiyini, Nemanın həmişə zəhmətkeş bir uşaq olduğunu, onun kənddə hər kəslə münasibətinin yaxşı olduğunu, heç kimlə bir problemi olmadığını, oğlunun hərbi xidmətə getmək üçün 09 aprel 2021-ci ildə, səhər saat 05-də Bakıya yola düşdüyünü, orada müayinədən keçib müsbət rəy aldığını, sonra Naxçıvan Muxtar Respublikasına getdiyini, 2 ay “Naxçıvan” X6 təlim keçdiyini, 2 aydan sonra isə 15-ci zastavaya xidmətə təyin olunduğunu, xidmətdə olduğu müddətdə onlarla telefon vasitəsi ilə əlaqə saxladığını, çavuşun və ya gizirin telefonu ilə əlaqə saxladığını, sonuncu dəfə N.Məmmədovun 05 sentyabr 2021-ci il tarixdə, saat 21:43 radələrində istifadəsində olan (070) ***-**-** mobil nömrəsinə (099) ***-**-** mobil nömrədən zəng etdiyini, həmin vaxt onunla danışdıqlarını, oğlunun heç bir problemi olmamasını dediyini, N.Məmmədovun həmişə hərbi qulluqda olduğu yerdən razılıq etdiyini, heç vaxt bununla bağlı narazılıq etmədiyini, N.Məmmədovun hərbi xidmətlə bağlı hər hansı problemi, çətinliyi olmadığını, N.Məmmədovun xidmət yerində ona qarşı qanunsuz hərəkətlər edilməsi, habelə döyülüb-incidilməsi, təhqir edilməklə şəxsiyyətinin alçaldılması, xidmət yerinin dəyişilməsini istəməsi barədə heç nə demədiyini, N.Məmmədovun nə hərbi xidmətdən əvvəl, nə də hərbi xidmət dövründə ailəsi və ya başqa bir şəxslə heç bir problemi olmadığını, N.Məmmədovun hərbi xidmətə qarşı münasibətinin həmişə yaxşı olduğunu, hərbi xidmətə gedəcəyini bildikdə çox sevindiyini, həmişə hərbi ilə maraqlandığını, xidmət yerindən, zastavada xidmətlərə təyin olunması və digər işlərə cəlb olunması ilə bağlı narazılığının olmadığını, komandirlərinə, əsgər və çavuş yoldaşlarına qarşı münasibətinin hərbi xidmətə getdiyi vaxtdan axıradək yaxşı olduğunu, oğlu Neman Məmmədovun 06 sentyabr 2021-ci il tarixdə 15-ci sərhəd zastavasında hərbi xidmət borcunu yerinə yetirdiyi vaxt alın nahiyəsindən güllə yarası alıb öldüyünü, Təqsirləndirilən şəxs valideynləri barışıq üçün cəhd göstərsə də barışmadığını, ondan şikayətçi olduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində 06 sentyabr 2021-ci ildə polkovnik-leytenant Famil Babayev, mayor Elgiz Alməmmədov və gizir Xəzər Balaəhmədovla birlikdə ilkin olaraq 15-ci sərhəd zastavasına getdiklərini, zastavaya gəlmələrini zastava gözətçisinin görüb məruzə etməməsi səbəbindən onları heç kimin qarşılamadığını, maşından düşüb yataqxananın qarşısına getdiklərini, çavuş Şahid10 yanlarına gəlib məruzə etdiyini, onun həmin vaxt besetkanı yuduğunu, ondan zastava gözətçisinin harada olmasını soruşduğunu, onun “zastava gözətçisi var, hazırda xidmətdədir” dediyini, onun zastava gözətçisi ilə əlaqə saxlamaq üçün rabitə otağına getdiyini, təxminən 2-3 dəqiqə sonra yanlarına gəlib “gözətçi rabitəyə cavab vermir” dediyini, çavuş Şahid10 “qalx xidməti yerində yoxla, bax gör niyə yerində yoxdur?” dediyini, onun yataqxanadan çölə çıxdığını, sonra polkovnik-leytenant Famil Babayev və gizir X.Balaəhmədovla rabitə otağına getdiyini, baş çavuş Təqsirləndirilən şəxsla zastavanın ikinci mərtəbəsində yerləşən yataqxanalara və sinif otağına baxdığını, daha sonra isə yeməkxanaya düşdüyünü, oraya baxdıqdan sonra anbara keçib təmizliyə baxdığını, oradan da yataqxananın yan tərəfində olan besetkada əyləşdiyini, besetkada olarkən zastava rəisi baş leytenant Şahid13 sərhəd xidmətindən gəldiyini, polkovnikleytenant Famil Babayev və mayor Elgiz Alməmmədovla yataqxananın qarşısında söhbət edib onları 18-ci sərhəd zastavasına yola saldığını, daha sonra qatarla kapitan Şahid12lə gizir Elşad Məmmədəliyevin zastavaya gəldiyini, onların gəlib besetkada əyləşdiyini, həmin vaxt çavuş Şahid10 besetkaya gəlib “gedib zastava gözətçisi əsgər Neman Məmmədovu yoxladım, təlimatlandırdım gəldim” dediyini, ondan “xidmət niyə yerində yox idi” deyə soruşduqda onun “əsgər deyir su içdim, sonra ayaqyoluna getdim, ona görə zastavaya gələnləri görməmişəm” cavabını verdiyini, həmin vaxt besetkadan müşahidə yerinə baxanda əsgərin təpənin başında “göbələk” deyilən kölgəliyin yanında durmasını gördüyünü, onun sinədən yuxarı hissəsinin göründüyünü, çavuş Şahid10 xidməti yoxlayıb gəlməsinin təxminən 20-25 dəqiqə çəkdiyini, kapitan Şahid12 xidməti kitabı yazdığını, çay içdiklərini, həmin vaxt baş leytenant Şahid15 gənc əsgərləri xidmətdən gətirdiyini, onların silah boşaltma yerinin yanında düzüldüyünü, bu vaxt zastava gözətçisinin xidmət apardığı təpənin başından zəif tonda atəş səsi gəldiyini, təxminən 5-10 saniyə sonra ikinci dəfə atəş səsinin gəldiyini, besetkadan çölə çıxdıqlarını, həmin vaxt səsi eşidən baş çavuş Təqsirləndirilən şəxsla çavuş Şahid10 müşahidə yerinə tərəf qalxdığını, onların yolla deyil, birbaşa təpənin ətəyi ilə qalxdığını, onların yuxarı qalxdıqdan sonra oradan qışqırdıqlarını, ancaq nə dediklərini başa düşmədiyini, həmin vaxt yataqxanadan “kamerada görsənir” deyildiyini, kapitan Şahid12lə birlikdə rabitə otağına getdiyini, kameraya baxandan əsgər N.Məmmədovun böyrü üstə yerdə uzanmasını gördüyünü, həmin vaxt başqa heç nə görmədiyini, kameranın əsgərin üzərinə tərəf istiqamətləndiyini, çölə çıxıb baş leytenant Şahid15la birlikdə besetkanın yanından müşahidə yerinə qalxdığını, çatanda əsgərin hərəkətsiz yerdə uzanmasını görüb əli ilə əsgərin boyun nahiyəsindən nəbzinin vurubvurmamasını yoxladığını, onun bədəni isti olsa da, nəbzinin vurmadığını, onun öldüyünü, ağzı açıq halda başının arxa nahiyəsinin dağıldığını, ilkin olaraq əsgərin özünü ağız nahiyəsindən vurmasını düşündüyünü, sonradan alın nahiyəsindən vurmasını bildiyini, hadisə yerinə qalxanda Təqsirləndirilən şəxs, Şahid10 və Şahid4 orada olduğunu, Təqsirləndirilən şəxs N.Məmmədovun nəbzini yoxladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində 06 sentyabr 2021-ci il tarixdə komendantlığın birləşmiş anbarlar rəisi baş gizir Elşad Məmmədəliyevlə birlikdə 15-ci sərhəd zastavasına getdiyini, zastavanın giriş qapısında zastava rəisi baş leytenant Şahid13 onları qarşıladığını, birlikdə kurilkaya getdiklərini, polkovnik-leytenant Şahid11 da orada olduğunu, onun yoxlama aparmaq üçün gəlməsini öyrəndiyini, xidmətə çıxacağı üçün “X18” kitabına bununla bağlı qeydiyyat etdiyini, zastava rəisinə “mənə xidmət planlaşdırın, saat 10-a planlaşdırın” dediyini, kurilkada olarkən atəş səsi eşitdiklərini, atəş səsinin boğanaq çıxdığını, təxminən 7-10 saniyə sonra ikinci atəş səsinin gəldiyini, həmin səsin birinciyə nisbətən aydın olduğunu, ərazi dağlıq olduğundan səsin əks etdiyini, buna görə səsin haradan gəlməsinin aydın bilinmədiyini, gizirlərdən birinə “rabitə vasitəsilə zastava gözətçisi ilə əlaqə saxlayın görün nə səsdir, nə olubdur” dediklərini, həmin şəxsin gedib-gəldikdən sonra “3 dəfə əlaqə saxlamaq istədik, cavab verən olmadı” dediyini, baxan zaman da zastava gözətçisinin kölgəliyin yanında olmadığını gördüyünü, Şahid11la birlikdə E.Məmmədəliyevə “kameradan əraziyə baxın görün nə səsdir, nə olub” dediyini, rabitəyə cavab verilmədiyi üçün baş çavuş Təqsirləndirilən şəxs müşahidə məntəqəsinə getdiyini, onun müşahidəyə qalxdığını, E.Məmmədəliyevin “əsgər yıxılıb yerdədir” dediyini, ona “aşağı qaç, dəmiryol mühafizəsinin işçisinin maşını var, ona de gəlsin bura” dediyini, rabitə otağına getdiyini, otaqda rabitə növbətçisi əsgər Şahid3 olduğunu, komendantın rabitəçisinə məlumat verdikdən sonra kameradan baxanda əsgər N.Məmmədovun yerdə uzanıqlı halda olmasını gördüyünü, həmin vaxt orada kameradan baxarkən başqa şəxsin görünmədiyini, sonra otaqdan çıxıb müşahidəyə qalxdığını, müşahidə məntəqəsinə çatarkən əsgər Neman Məmmədovun yarı böyrü üstə uzanmasını, papağının içərisinin qan olmasını, başının arxasının açılıb beyninin çöldə olmasını, silahının dizinə dayanıqlı halda olmasını gördüyünü, əsgər Neman Məmmədovun avtomat silahla alın nahiyəsindən atəş açaraq özünü vurub öldürməsini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 06 sentyabr 2021-ci ildə zastavaya polkovnik-leytenant Şahid11, polkovnik-leytenant Famil Babayevin və mayor Elgiz Alməmmədovun yoxlamaya gəldiyini, onların zastavanı gəzdiyini, sonra polkovnik-leytenant F.Babayevin və mayor E.Alməmmədovun getdiyini, sonra komendaturadan kapitan E.Mehbaliyevlə baş gizir E.Məmmədəliyevin də zastavaya gəldiyini, onların besetkada oturduğunu, mətbəxdə su içən zaman çöldən iki dəfə silah səsi gəldiyini, cəld çölə çıxdığını, çölə çıxan zastava üzrə cavabdeh çavuş Şahid10, zastavada xidmət edən digər MAHHXHQ-lar və polkovnik-leytenant Şahid11 müşahidə yerinə qalxmasını gördüyünü, rabitə növbətçisi əsgər Şahid3 otağına getdiyini, onun otaqda olmadığını, rabitə aparatında müşahidə məntəqəsi ilə əlaqə saxlamaq istəsə də, heç kimin cavab vermədiyini, rabitə otağında olan müşahidə kamerasını çevirib ətrafa baxanda əsgər Neman Məmmədovun müşahidənin yanında yerdə uzanıqlı vəziyyətdə olmasını gördüyünü, onun üzündə qan olmasını, silahının yanında olmasını gördüyünü, həmin vaxt onun özünü avtomat silahdan atəş açaraq vurub öldürməsini bildiyini, hadisədən əvvəl besetkada olarkən baş çavuş Təqsirləndirilən şəxs əsgər Neman Məmmədovun icazəsiz anbardan peçenyə götürdüyünə görə üzərinə qışqırdığını, 2021-ci il avqust ayının ortalarında mətbəxin qarşısında olan yeməkxanada əsgər Şahid3la yemək yeyərkən baş çavuş Təqsirləndirilən şəxs mətbəxə gəldiyini, yeməkdə kartof püresi və ət konservi verildiyini, Şahid3la ət konservi yediklərini, püre yemədiklərini, baş çavuş Təqsirləndirilən şəxs yeməkxanaya girdikdən sonra püre yemədiklərini görüb aşpaza əsəbiləşdiyini, Təqsirləndirilən şəxs mətbəxə girib əsəbi şəkildə Zərərçəkmiş şəxs “şəxsiyyətsiz, sənə deməmişəm əsgərlərə fərq qoyma, nalayiq ifadə ilə hamıya eyni yeməyi ver” dediyini, Zərərçəkmiş şəxs “cənab gizir, söyüşlə danışmayın, nə fərqi varki, onlar püre yemir, ət yeyir, öz payokların yeyirlər” cavabını verdiyini, baş çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs “neyniyəssən mənə sənlə söyüşlə danışsam” deyib sinəsindən hər iki əli ilə arxaya doğru itələdiyini, Zərərçəkmiş şəxs əlini çəkməsini dedikdə Təqsirləndirilən şəxs onun sifətindən bir şillə zərbəsi vurduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətindən şillə ilə vuran zaman Şahid3la birlikdə stoldan durub onları araladığını, Təqsirləndirilən şəxs oradan getdiyini, Zərərçəkmiş şəxs bezdiyini, mətbəxdə işləmək istəmədiyini, “gənc əsgərlər gəlsəydi yeməkxanadan çıxardım, canım qurtarardı” dediyini, 2021-ci ilin avqust ayının ortalarında, saat 19 radələrində rabitə otağında olarkən Neman Məmmədovun yuyunma otağından çıxmasını gördüyünü, onun bikef olduğunu, ondan nə olmasını soruşduqda N.Məmmədovun bezməsini dediyini, nə üçün bezdiyini soruşanda N.Məmmədovun “ayağımı qaldırıb rakvinada yuyurdum, baş çavuş Zeynalov gəlib gördü, mənə şəxsiyyətsiz, şərəfsiz, pasyak ora ayaq yuma yeridir? dedi, səni məruzə edəcəm deyib məni çiynimdən tutub zastava rəisinin otağının qarşısına qədər apardı, ancaq məni orada buraxdı, rəisə məruzə etmədi” dediyini, N.Məmmədovun həm də “bezmişəm, mən də filanlığıma salıb gələn yoxlamaya məruzə edəcəm ki, baş çavuş Zeynalov məni vurur” dediyini, ona “özün bilərsən istəyirsənsə, məruzə et” dediyini, həmin vaxt N.Məmmədovun kefinin korlandığını, N.Məmmədovun Təqsirləndirilən şəxs hərəkətlərindən bezdiyini, nəsə çıxış yolu axtardığını, 2021-ci il avqust ayının 20-dən sonra, saat 09 radələrində Neman Məmmədovun əsgər yataqxanasını təmizlədiyini, əsgər yataqxanasının yanında olan gizirlərin istirahət otağını təmizləyərkən baş çavuş Təqsirləndirilən şəxs görülən işlərə nəzarət etmək üçün əsgər yataqxanasına girdiyini, uca səslə Neman Məmmədova “pasyak, şəxsiyyətsiz, şərəfsiz yoxlama gəlir, sən hələ bir iş görməmisən, cəld ol bir az” dediyini, Neman Məmmədovun ona cavab vermədiyini, Neman Məmmədovun kefinin pozulduğunu, 2021-ci il avqust ayının sonlarında, saat 19 radələrində siqaret çəkmək üçün kurilkaya getdiyini, həmin vaxt əsgərlər Neman Məmmədovun, Zərərçəkmiş şəxs, Şahid2 orada olduğunu, R.X14 danladığını, nalayiq ifadələr işlətdiyini, “şəxsiyyətsiz, şərəfsiz, pasyak” dediyini, 2021-ci ilin iyul ayında əsgərlər tərxis olub getdiyinə görə zastavada 5 nəfər əsgər qaldığından zastavanın işlərini onların gördüyünü, Təqsirləndirilən şəxs N.Məmmədova kurilkada olarkən “fikirləşmə ki, gənc əsgərlər gəlsin sən rahat olassan, yenə hər işə səni göndərəcəyəm, bütün işləri sən görəssən” dediyini, X25 Zeynalovun sözlərindən sonra başını aşağı saldığını, R.X1rın yanında elə sözlər dediyinə görə onun kefinin pisləşdiyini, sıxıntılı şəkildə kurilkada siqaret çəkdiyini, əsgər Şahid2 N.Məmmədova Təqsirləndirilən şəxs şəxsi heyətin rezin çəkmələrini yumağı tapşırmasını, lakin N.Məmmədov yadından çıxdığı üçün rezin çəkmələri yumamasını, həmin vaxt da Təqsirləndirilən şəxs buna görə zastava rəisinə məruzə etməsini eşitdiyini, saat 12:00-dan 17:00-dək komandanlıqdan havanın isti keçməsilə əlaqədar şəxsi heyətin ərazidə işlərə cəlb edilməməsi barədə tapşırıq verildiyini, 2021-ci ilin avqust ayında əsgər Zərərçəkmiş şəxs Neman Məmmədovun park təsərrüfat günündə quru ərzaqları anbardan çıxardarkən quru lobya olan qab qırıldığından içərisində olan lobyanın yerə töküldüyünü, Təqsirləndirilən şəxs buna görə ona nalayiq formada qışqırdığını, 2021-ci il avqust ayında komendant polkovnik-leytenant Vüsal İsgəndərovun zastavaya yoxlamaya gəldiyini, V.İsgəndərov yataqxanaya daxil olanda səsə oyandığını, həmin vaxt kiminsə yerinin yığılmadığını, komendantın irad tutduğunu, Təqsirləndirilən şəxs “əsgər N.Məmmədovun yeridir” dediyini, Təqsirləndirilən şəxs “o, şəxsiyyətsiz, pasyaka görə mənə söz deyildi” dediyini, Təqsirləndirilən şəxs ona dəfələrlə hər şeyə görə irad tutduğunu, N.Məmmədovun 06 sentyabr 2021-ci ildə gözətçi təyin olunandan təxminən bir saat otuz dəqiqədən sonra yoxlama gəldiyini, gələn yoxlamanı gözətçi görmədiyindən polkovnikleytenant Şahid11 Şahid10 müşahidə məntəqəsinə göndərdiyini, Şahid10 müşahidə məntəqəsinə qalxıb yenəndən sonra iki dəfə silah səsi eşitdiyini, hadisə yerinə getdiyini, Neman Məmmədovun meyitinə yaxından baxdığını, kapitan Mehbalıyevin “kənarlaşın” dediyini, ilk öncə hadisə yerinə Təqsirləndirilən şəxs qalxdığını, Təqsirləndirilən şəxs dizlərini yerə qoyub ağladığını, mərhum əsgər N.Məmmədovla bitişik çarpayıda alt-üst yatdıqlarını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində diviziyada sanitar təlimatçı kursuna cəlb olunduğunu, 06 sentyabr 2021-ci ildə kursa getməyə hazırlaşarkən zastavaya yoxlama gəlməsini gördüyünü, polkovnik-leytenant Şahid11, polkovnik-leytenant Famil Babayevin, mayor Elgiz Alməmmədovun, iki nəfər də gizir rütbəli şəxsin gəldiyini, istirahət otağında olarkən polkovnik-leytenant Şahid11 gəlib içəridə təmizliyi yoxladığını, yoxlama gələn zaman zastava gözətçisinin bu barədə məlumat verməməsini, yoxlamanı qarşılayan olmamasını eşitdiyini, həmin gün çavuş Şahid10 cavabdeh olduğunu, hazırlaşdıqdan sonra silah otağına gedib zastava növbətçisi əsgər Şahid3 tibbi çantanı təhvil alıb zastavadan çıxaraq dəmiryolu stansiyasına getdiyini, saat 09 radələrində qatara minib diviziyaya getdiyini, diviziyaya çatdıqdan sonra zastavada xidmət edən əsgər Neman Məmmədovun müşahidə məntəqəsində olarkən xidməti istifadəsində olan avtomat silahdan atəş açaraq alın nahiyəsindən vurub özünü öldürməsini eşitdiyini, zastavada olarkən bir dəfə N.Məmmədovun paltaryuyanın qapısının tutacağını qırmasını eşitdiyini, paltaryuyanın tutacağının bir dəfə də qırıldığını, onu düzəltdiklərini, lakin üzərində çat olduğunu, N.Məmmədov da açarkən həmin çat yerdən qırıldığını, bir dəfə Təqsirləndirilən şəxs zastava rəisinə məruzə edərək Neman Məmmədova rezin çəkmələri yumasını tapşırmasını, ancaq onun etməməsini dediyini, zastava rəisi baş leytenant Şahid13 əsgər N.Məmmədovdan nə üçün yumamasını soruşduqda N.Məmmədovun iş çox olduğu üçün yadından çıxıb yumamasını dediyini, baş leytenant Şahid13 “şəxsi heyətin rezin şəkmələrin təmizlə get yat” dediyini, N.Məmmədovun rezin çəkmələri yumağa getdiyini, “yat” komandası zamanı şəkmələri yuduğunu, 2021-ci ilin avqust ayının sonlarında, zastava gözətçisi xidmətindən qayıdandan sonra N.Məmmədovun ayağının ilişib quru lobyanı yerə tökməsini, buna görə həmin vaxt zastava rəisi olan kapitan M.Hüseynovun gəlib irad tutmasını eşitdiyini, 21 avqust 2021-ci il tarixdə, axşam saatlarında rabitə otağında olarkən Zərərçəkmiş şəxs yuyunma otağında əsgər N.Məmmədovun saçını keçəl vurmasını gördüyünü, həmin vaxt onun saçı pis vurulduğu üçün Zərərçəkmiş şəxs onun saçını düzəltdiyini, Təqsirləndirilən şəxs əsgər Neman Məmmədova qarşı “pasyak, heyvan” kimi ifadələr işlətdiyini, onu çağıranda “pasyak” dediyini, bir neçə dəfə də “heyvan” dediyini, 05 sentyabr 2021-ci ildə N.Məmmədovun axşam saatlarında leytenant Əkbər Səfərovdan danışmaq üçün telefonu aldığını, telefonu qaytaran zaman baş leytenant Şahid13 hər hansı problemi olubolmamasını soruşduğunu, N.Məmmədovun “heç bir problem yoxdur, hər şey qaydasındadır” dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 2021-ci ilin avqust ayının sonlarında, təxminən saat 20 radələrində yataqxananın qarşısına gələrkən baş çavuş Təqsirləndirilən şəxs əsgər N.Məmmədova “şəxsiyyətsiz, səhərdən sənə tapşırmışdım ki, rezin çəkmələri yu, nəyə görə yumamısan” dediyini, N.Məmmədovun da “bu gün iş çox olduğundan, vaxtım olmadı, çəkmələri yumaq yadımdan çıxdı” cavabını verdiyini, Təqsirləndirilən şəxs ona “necə yəni yadımdan çıxıb” deyərək əli ilə N.Məmmədovun kitelinin yaxasından tutub itələdiyini, Təqsirləndirilən şəxs N.Məmmədovun rezin çəkmələri yumaması barədə zastava rəisinə məruzə etdiyini, zastava rəisi N.Məmədovu yanına çağırıb şəxsi heyətin çəkmələrin yuması barədə göstəriş verdiyini, yat komandasından bir saatdan artıq vaxt keçdiyini oyanıb yataqxanadan siqaret çəkmək üçün çölə çıxarkən N.Məmmədov zastavanın həyətində olan su krantında rezin çəkmələri yumasını gördüyünü, 2021-ci ilin avqust ayının ikinci yarısında zastavanın ərazisində tapşırılan işləri N.Məmmədovun da onunla birlikdə gördüklərini, onun gecə naryadda olduğundan gün ərzində cəmi 4 saat yatdığını, ona görə də 4 saat da yuxu haqqı qaldığını, N.Məmmədovun Təqsirləndirilən şəxs yaxınlaşıb “cənab gizir, gecə naryadda olduğumdan 4 saat yuxu yatmışam, buna görə də əlavə 4 saat yuxu müddətim var, işləri qurtarmışıq, icazə verin gedim yatım” dediyini, Təqsirləndirilən şəxs onun üzərinə qışqıraraq “nə qədər yatırsınız? Mən özüm 3 saat yatmışam, heç demirəm yuxu vaxtım qalıbdır” dediyini, onun yatmasına icazə vermədiyini, başqa iş tapşırdığını, “yat” komandasına hazırlaşarkən Təqsirləndirilən şəxs zastavaya gəlib dəhlizdə onunla bərabər əsgərlər Zərərçəkmiş şəxsla Şahid4 “N.Məmmədov gəlib mənimlə yuxu söhbəti edir, bundan sonra görəcək o, zastava rəisinə məruzə edəcəm ki, onu gecə xidmətinə yazmasın, normal 8 saat yatsın ki, mən gündüz onu eşşək kimi işlədim” dediyini, səhəri gün N.Məmmədovun zastava gözətçisi xidmətindən qayıtdığını, havalar isti keçdiyindən diviziyadan saat 12-17 radələri arasında heç kəsin ərazidə işlədilməməsi barədə məlumat verildiyini, buna görə də həmin müddətdə şəxsi heyətə istirahət verildiyini, saat 17 radələrində yuxudan durub yeməkxanaya getdiyini, yeməkxananın pəncərəsindən çölə baxanda Təqsirləndirilən şəxs N.Məmmədovu idman şəhərciyində işlətməsini gördüyünü, ərazidəki alaq otlarını bel ilə təmizlətdiyini, Təqsirləndirilən şəxs N.Məmmədova istirahət vermədiyini, günortalar istirahət edərkən ona iş tapşırdığını, bir neçə dəfə günorta yataqxanada istirahət edəndə N.Məmmədovun işdən yayınıb onların yanına 5-10 dəqiqə istirahət etmək üçün gəldiyini, 2021-ci ilin avqust ayının sonlarında, park təsərrüfat günü yeməkxanada olan ehtiyat ərzaqları çölə çıxarıb havalandırdıqlarını, Zərərçəkmiş şəxs, N.Məmmədov və Şahid3la birlikdə işlədiyini, Təqsirləndirilən şəxs onlara rəhbərlik etdiyini, N.Məmmədovun plastik qabda olan quru lobyanı daşıyarkən qab qırıq olduğundan zorla tutarkən qabın qırılıb lobyaların anbarın içində yerə töküldüyünü, bunu görən Təqsirləndirilən şəxs N.Məmmədova kobud şəkildə qışqıraraq “şərəfsiz, pasyak, sən həmişə beləsən, ziyan verirsən” kimi sözlər dediyini, N.Məmmədovun pərt olduğunu, başını aşağı salıb dayandığını, həmin vaxt kapitan M.Hüseynovun “N.Məmmədovu işlətməyin, getsin” dediyini, onunla Zərərçəkmiş şəxs “lobyaları yerdən siz yığın, Nemanı işlətməyin” dediyini, 21 avqust 2021-ci il tarixdə axşam saçlarının qırxıldığını, saçını əsgər Zərərçəkmiş şəxs qırxdığını, Təqsirləndirilən şəxs “əsgər N.Məmmədovun saçını mən qırxacam” deyib saç maşınını əlinə alıb əsgər N.Məmmədovun saçını bir az ordan, bir az burdan, alayarımçıq qırxıb ələ salaraq güldüyünü, bir yerdən saçını az, bir yerdən çox qırxdığını, N.Məmmədovun yenə heç nə demədiyini, 2021-ci ilin avqust ayının əvvəllərində komendant polkovnik-leytenant Vüsal İsgəndərovun zastavaya gəldiyini, həmin vaxt yatmaq üçün yataqxanaya getdiyini, əsgər N.Məmmədovun xidmətdə olduğundan çarpayısını yığmadığını, polkovnik-leytenant V.İsgəndərovun Təqsirləndirilən şəxs “bu kimin yeridir, niyə yığmayıb?” dediyini, Təqsirləndirilən şəxs “əsgərin yeridir, xidmətə çıxıb” cavabını verdiyini, polkovnik-leytenant V.İsgəndərovun irad tutduğunu, Təqsirləndirilən şəxs o gedəndən sonra “ona görə mənə söz deyirlər, gəlsin Məmmədovu belə-belə edəcəm, gəlsin görəcək o, pasyak” dediyini, xidmətdən gələndən sonra Təqsirləndirilən şəxs N.Məmmədovu yataqxanada danladığını, ona “səni şərəfsiz, cındır, sən pasyaksan, səni belə-belə edəcəm, get yerini yığ” dediyini, N.Məmmədovun gedib yerini yığdığını, bir dəfə yeməkxanada N.Məmmədovun əsgərlərə ayrılmış pendir payını yediyini, bunu Təqsirləndirilən şəxs bildiyini, buna görə yeməkxanada Təqsirləndirilən şəxs əsgər N.Məmmədovu danladığını, ona “niyə özbaşına girib pendiri yeyirsən, oğurluq edirsən, oğru kimi yeyirsən” dediyini, N.Məmmədovun əvvəlki kimi başını aşağı salıb sakit dayandığını, N.Məmmədovun bezdiyindən “bir gün Təqsirləndirilən şəxs hərəkətlərini məruzə edəcəyəm” dediyini, Təqsirləndirilən şəxs onu həqiqətən bezdirdiyini, yuxusuz olmasına baxmayaraq onu işlətdiyini, əsgərlər televizora baxmasın deyə Təqsirləndirilən şəxs sinif otağının qapısını bağladığını, N.Məmmədov günorta saatlarında 5-10 dəqiqəlik televizora baxmağa qalxanda Təqsirləndirilən şəxs gəlib “durun başlayın işləməyə, təmizlik edin” dediyini, hər yer təmiz olduğu halda yenə də onun N.Məmmədovu işlətdiyini, bir dəfə Zərərçəkmiş şəxs ona “qab əlimdən yerə düşüb qırıldı, Təqsirləndirilən şəxs mənə nalayiq ifadə işlədib sinəmdən itələdi, dedi ki, qabı alıb yerinə qoyarsan” dediyini, 06 sentyabr 2021-ci il tarixdə əsgər N.Məmmədovun saat 08-də zastava gözətçisi naryadına təyin olunduğunu, yeməkxanada səhər yeməyini yeyərkən onun pəncərədən çağırıb su istədiyini, 2 litrlik plastik qabda ona su verdiyini, suyu aldıqdan sonra onun xidmətə getdiyini, həmin vaxt üzərində “AK-74” markalı avtomat silah olduğunu, zastavaya diviziyadan yoxlama gəldiyini, zastava gözətçisinin yoxlamanın gəlməsi barədə məlumat vermədiyini, buna görə də polkovnik-leytenant Şahid11 zastava gözətçisinin harada olması barədə maraqlanmağı tapşırdığını, çavuş Şahid10 müşahidəyə qalxmasını gördüyünü, az müddət sonra onun zastavaya qayıdaraq polkovnik-leytenant Şahid11 “əsgər N.Məmmədov ayaqyoluna getdiyindən yoxlamanın gəldiyini görməyib” dediyini, hamama yuyunmağa getdiyini, saat 10 radələrində oradan çıxarkən əsgərlərin qaçışmasını görüb nə olması barədə soruşanda “əsgər özünü vurub” əsgərlərdən kiminsə dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində 17 avqust 2021-ci il tarixdən 15-ci sərhəd zastavasında zastava rəisinin müavini, 27 avqust 2021-ci il tarixdən zastava rəisi vəzifəsində xidmət etdiyini, əsgərlərin bir hissəsi hərbi xidmətdən tərxis olunduğu üçün zastavada əsgər heyətinin az olduğundan qrup komandirlərinin, müavini leytenant Əkbər Səfərovun da xidmətlərə təyin olunduqlarını, “X7 haqqında” təlimata uyğun olaraq hər bir şəxsin gün ərzində 8 saat xidmətə təyin olunduğunu, şəxsi heyətin sayının azlığı ilə əlaqədar olaraq zastava gözətçisi xidmətinə bir nəfər şəxsin təyin olunduğunu, zastava gözətçisi xidmətinə çıxan şəxslərə iki ədəd birinci mərmisi təlim olan dolu daraq, bir ədəd silah, bir ədəd radiostansiya, bir ədəd batareyka, bir ədəd sursat çantası üzərində remenlə, bir ədəd binokl, bir ədəd müşahidə jurnalı, həmçinin onlara isti aylarda su da verildiyini, 06 sentyabr 2021-ci il tarixdə saat 06-dan saat 09-dək çavuş N.Məhərrəmovla birlikdə gözətçi dəstə-qarşılıqlı əlaqə xidmətində olduğunu, xidmətdən qayıtdıqdan sonra zastavaya yoxlama gəlməsini gördüyünü, yoxlamaya polkovnikleytenant Şahid11 və başqalarının gəldiyini, həmin gün cavabdehin çavuş Şahid10 olduğunu, onun harada olmasını soruşanda “qalxıb müşahidə məntəqəsinə, zastava gözətçisi yoxlamanın gəlməsini məruzə etməyib, Şahid10 yoxlama onu təlimatlandırmaq üçün yuxarı göndərib” deyildiyini, zastava binasının qarşısında olan polkovnik-leytenant Famil Babayevlə mayor Elgiz Alməmmədovun yanına getdiyini, onların tapşırıqlar verib irad tutaraq “biz gələn zaman zastava növbətçisi məlumat verməyib, bizi qarşılayan olmayıb” dediklərini, yeni təyin olunduğundan nəzarəti artırmağı ilə bağlı tapşırıqlar verdiklərini, ondan sonra kurilkada olan polkovnik-leytenant Şahid11 yanına getdiyini, kurilkada olarkən Şahid11 ona “problem yoxdur, olan işdir” dediyini, sonra xidməti otağından sənəd götürməyə getdiyini, bu vaxt Şahid10 xidməti otağına gəlib “problem yoxdur, əsgəri təlimatlandırdım, əsgər yerindədir” dediyini, kapitan Şahid12lə gizir Elşad Məmmədəliyevin zastavaya gəldiyini, gizir X.Baləhmədovun rabitə otağında rabitə vasitələrinə texniki qulluq göstərdiyini, kurilkada olarkən saat 09:50-09:55 radələrində müşahidə məntəqəsindən atəş səsi gəldiyini, həmin səsin zəif, boğuq səs olduğunu, kurilkadan çıxıb yuxarı baxdığını, Təqsirləndirilən şəxs kurilkadan çöldə dayandığını, onun “gözətçi oradadır” dediyini, təxminən 7-9 saniyə sonra ikinci atəş səsinin gəldiyini, yuxarı baxdıqda heç kimi görmədiyini, rabitə ilə əlaqə saxlanılması üçün tapşırıq verdiyini, lakin rabitəyə cavab verilmədiyini, Təqsirləndirilən şəxs “sən düz kəsə yolla müşahidəyə çıx, mən isə maşın yolu ilə yuxarı çıxacam” dediyini, yolda olanda zastava növbətçisi Şahid3 yanına gələrək “kamera ilə baxdıq, əsgər uzanıb yerdədir” dediyini, rabitə otağına qayıdıb kameradan baxarkən əsgərin hərəkətsiz uzanmasını gördüyünü, rabitəçiyə komendaturaya məlumat ötürməsini dediyini, həmin vaxt maşın lazım olacağını düşünüb “dəmiryol işçilərinə de, onların maşını var tez gəlsinlər” dediyini, oradan çıxıb kurilkaya getdiyini, oradan yuxarının göründüyünü, Təqsirləndirilən şəxs yuxarıda olduğunu, ona “nəbzini yoxla mənə de” dediyini, onun “başından vurub” dediyini, müşahidə məntəqəsinə getdiyini, müşahidənin yanında əsgər N.Məmmədovu yerə uzanmış halda gördüyünü, onun hərəkətsiz, silahı sol ayağına dayanmış halda yanında yerdə, əllərinin açıq, başının arxasında xəsarət, papağının içərisinin qanla dolu, alnında da xəsarət olduğunu, onun özünü silahla vurub öldürdüyünü, 2021-ci ilin avqust ayının sonlarında, təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs gəlib ona “Məmmədova rezin çəkmələri yumağı tapşırmışdım, lakin yumayıb” dediyini, N.Məmmədova “get şəxsi heyətin çəkmələrini yu, sonra get yat” dediyini, N.Məmmədovun rezin çəkmələri yumağa getdiyini, oradan çıxıb getdiyini, 2021-ci ilin avqust ayının sonlarında, park təsərrüfat günü xidmətdən qayıdandan sonra N.Məmmədovun ayağının ilişib quru lobyanı yerə tökməsini eşitdiyini, 21 avqust 2021-ci il tarixdə, axşam saatlarında əsgərlərin saçlarının qırxılmasının tapşırıldığını, buna təminat qrup komandiri Təqsirləndirilən şəxs nəzarət etdiyini, “yat” komandasından sonra əsgərlərin televizora baxmaması üçün sinif otağının qapısını bağlatdırdığını, “yat” komandasından başqa vaxtlarda sinif otağının qapısının açıq olduğunu, sinif otağının açarının təminat qrup komandiri kimi baş çavuş Təqsirləndirilən şəxs olduğunu, 05 sentyabr 2021-ci ildə N.Məmmədovun axşam saatlarında leytenant Əkbər Səfərovdan ailəsi ilə danışması üçün telefonu aldığını, gətirib telefonu verən zaman ondan problem olub-olmamasını soruşduğunu, onun “heç bir problem yoxdur, hər şey qaydasındadır” dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində 06 sentyabr 2021-ci il tarixdə Neman Məmmədovun saat 08-dən saat 12-dək zastava gözətçisi xidmətinə təyin olunduğunu, xidmət yerinin zastavanın yuxarısında, təpəlikdə olan müşahidə məntəqəsi olduğunu, zastava gözətçisinin vəzifəsinin müşahidə məntəqəsində olarkən qarşıdakı sərhəd zolağını, sağ və sol cinahları nəzarətdə saxlamaq, qarşı tərəfdə hərəkətlilik olduqda məlumat vermək, zastavaya gələn maşınlar barədə zastavaya məlumat vermək olduğunu, saat 10 radələrində zastavanın yanındakı “kurilkanı” təmizlədiyini, su ilə yuyub süpürdüyünü, baş çavuş Təqsirləndirilən şəxs da yaxınlıqda olduğunu, kiçik çavuş Şahid1 kurilkaya gəlib “gələn var çıx qarşıla, cavabdeh sənsən” dediyini, dərhal zastavanın qarşısına getdiyini, qapının ağzında polkovnik-leytenant Şahid11 görüb məruzə etdiyini, polkovnik-leytenant Famil Babayevlə polkovnik-leytenant Şahid11 zastavaya yoxlama məqsədi ilə gəldiyini, zastava gözətçisi məruzə etmədiyi üçün bundan məlumatı olmadığını, buna görə yoxlamaya gələn şəxsləri qarşılamadığını, polkovnik-leytenant Famil Babayevlə polkovnik-leytenant Şahid11 irad tutduğunu, polkovnik-leytenant Şahid11 kurilkanın yanına gəlib yuxarı baxıb “zastava gözətçiniz hanı” dediyini, ona “əlaqə saxlayım, dəqiqləşdirim gəlim” dediyini, rabitə otağına gedib rabitə ilə müşahidə məntəqəsinə zəng etdiyini, rabitəyə cavab verən olmadığını, bu barədə polkovnik-leytenant Şahid11 məruzə etdiyini, onun “çıx bax gör haradadır, denə, təlimatlandır görünən yerdə durub müşahidə etsin” dediyini, müşahidə məntəqəsi yaxın olduğu üçün ara yol ilə çıxdığını, müşahidə məntəqəsinə çıxanda Neman Məmmədovun üzü qarşı tərəfə durub, pilləkənə söykənməsini gördüyünü, qarşı tərəfi müşahidə etdiyini, ona yaxınlaşdığını, onun özünü təqdim etməli olduğu halda məruzə etmədiyini, silahının çiynində olduğunu, ona “gəl xidmət yerinə, kölgəliyin altına” dediyini, onunla kölgəliyin altında dayandıqlarını, ona “Məmmədov haradasan, niyə rabitəyə cavab vermirdin” dediyini, N.Məmmədovun “su içirdim, sonra dərəlikdə ayaqyoluna getdim” cavabını verdiyini, ona “diqqətli ol, zastavaya gələn yola, qarşı tərəfə bax, maşınları nəzarətdə saxla” dediyini, irad bildirib zastava gözətçisi xidməti ilə bağlı təlimatları ona çatdırdığını, orada təxminən 5-10 dəqiqə olduğunu, ondan nəsə problemi olub-olmamasını soruşduğunu, N.Məmmədovun heç bir problemi olmamasını, xidmət edə biləcəyini dediyini, “təhlükəsizlik qaydalarına əməl et, diqqətli ol” deyib aşağı düşdüyünü, N.Məmmədovun yanına zastava gözətçisi xidmətində olarkən başqa heç kimin getmədiyini, gedib polkovnik-leytenant Şahid11 “əsgər su içib, sonra ayaqyoluna gedib, yerindədir, narahatçılığı yoxdur” dediyini, sonra bu barədə zastava rəisinə məruzə etdiyini, yataqxanaya gedib üzünü qırxdığını, səs eşidib pəncərədən nə səs olmasına baxan zaman zastava rəisi baş leytenant Şahid13 N.Məmmədovu çağırmasını gördüyünü, “onunla əlaqə saxlayın” dediyini, sonra baş çavuş Təqsirləndirilən şəxsla kiçik çavuş Şahid1 müşahidə məntəqəsinə qalxdığını, sonra müşahidəyə qalxan zaman Təqsirləndirilən şəxs əlini dizlərinə vurmasını görüb ondan nə olmasını soruşduğunu, onun “N.Məmmədov özünü öldürübdür” dediyini, N.Məmmədova uzaqdan baxdığını, yaxına getmədiyini, onun özünü alın nahiyəsindən vurmasını, başının arxasında böyük ölçülü yara olmasını gördüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2021-ci ilin avqust ayının sonlarında yeməkxanada olarkən səs-küy gəlməsini eşidib çıxıb baxarkən Təqsirləndirilən şəxs koridorda N.Məmmədova əsəbiləşib ona “niyə qapağı qırmısan, niyə diqqətli olmursan” dediyini, 05 sentyabr 2021-ci ildə, saat 16 radələrində yataqxananın arxa tərəfində gənc əsgərlər kartofları təmizləyən zaman Neman Məmmədovun zibilləri daşıyıb atmaq üçün əl arabasını gətirən zaman arabanın təkərini səki daşına sürtüb qara ləkə saldığını, aşpaz olduğu üçün onlara nəzarət etdiyini, baş çavuş Təqsirləndirilən şəxs da orada olduğunu, Təqsirləndirilən şəxs N.Məmmədova “paltaryuyanın qapağını qırmısan, o, düzəlməmiş indi də buranı qaraltdın, oranla-buranla iş görürsən” dediyini, Təqsirləndirilən şəxs sonra gənc əsgərlərə “belə ziyan verən əsgər olmayın, zastava üçün xeyirli əsgər olun” dediyini, həmin vaxt N.Məmmədovun bu sözləri eşitdiyini, sonra Təqsirləndirilən şəxs “gedirəm yatam xidmətə çıxacağam” dediyini, həm də “axşam döyüş bölümü vaxtı sıra baxışı keçirdəcəm, Məmmədov patçivkanı düzəlt” dediyini, sonra getdiyini, 06 sentyabr 2021-ci il tarixdə, saat 09 radələrində zastavanın kurilkasında siqaret çəkib bitirdikdən sonra yataqxanaya daxil olarkən zastavaya yoxlama gəlməsini gördüyünü, iki nəfər polkovnik-leytenant, bir nəfər mayor və bir nəfər gizir rütbəli şəxslərin gəldiyini, sıra meydanının yanında onları qarşıladığını, yoxlamaya gələn polkovnikleytenant Şahid11 ona “zastava gözətçisi niyə gəlməyimizlə bağlı məlumat ötürməyib, zastava rəisi haradadır” dedikdə “zastava rəisi xidmətdədir” cavabını verdiyini, Şahid11 “müavin hardadır?” deyə soruşduqda ona “axşam naryadda olub, istirahət edir” dediyini, cavabdehin harada olmasını soruşduqda kurilkanı təmizləməsini bildirdiyini, onu çağırmasını tapşırdığını, gedib Şahid10 yoxlama gəldiyini deyib yeməkxanaya getdiyini, yoxlamaya gələn şəxslərin yeməkxananı yoxladığını, təmizliyə baxdığını, sonra çölə çıxdıqlarını, “kurilkanın” yanında polkovnik-leytenant Şahid11 Şahid10 “get zastava gözətçisinə təlimat ver, gələn-gedəni məruzə etsin” dediyini, Şahid10 müşahidə məntəqəsinə getdiyini, sonra qayıdıb gələrək Şahid10 “yoldaş polkovnik verdiyiniz tapşırığı yerinə yetirdim” dediyini, təkrar yeməkxanaya qayıtdığını, yeməkxanada işləyən zaman baş leytenant Şahid13 zastava gözətçisini çağırmasını eşitdib çölə çıxdığını, baş çavuş Təqsirləndirilən şəxs müşahidə məntəqəsinə göndərdiklərini, sonra Şahid11 ona “səndə çıx yuxarı” dediyini, müşahidə məntəqəsinə çıxdığını, arxasınca Şahid10 gəldiyini, müşahidə məntəqəsinə çıxan zaman N.Məmmədovun yerə uzanmasını, özünü silahla başından vurmasını gördüyünü, silahının yanında, dizinə söykənmiş halda olduğunu, başının arxasında böyük yara olduğunu, Təqsirləndirilən şəxs onu görüb əlini yerə vurduğunu, oturub yerdə ağladığını, özünü itirdiyindən ərazidə hərəkət etdiyini, Şahid10 yaxına gəlməyib kənardan baxdığını, yuxarıdan N.Məmmədovun özünü vurub öldürməsi barədə məlumat verdiklərini, sonra müşahidə məntəqəsinə polkovnik-leytenant Şahid11 və başqa zabitlərin gəldiyini, mələfə gətirmək üçün Şahid10 ilə birlikdə aşağı düşdüklərini, mələfəni götürüb təkrar yuxarı qalxdığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində 05 sentyabr 2021-ci il tarixdə, günortadan sonra saxlancın yanında kölgəlikdə işlədiklərini, N.Məmmədovun arabanı gətirərkən təkərini daşa sürtüb daşı qaraltdığını, Təqsirləndirilən şəxs ona “düzgün hərəkət edə bilmirsən, götünlə başınla iş görürsən, qapağı qırdın gəldin, indi təkəri sürtürsən” dediyini, sonra Təqsirləndirilən şəxs istirahətə getmək istəyərkən əsgər N.Məmmədovun “mən də gedim” dediyini, 06 sentyabr 2021-ci ildə qalx komandası verildiyini, qalxanda N.Məmmədovun yerində olduğunu, yuyunmağa gedib qayıdanda N.Məmmədovun yataqxanada pəncərəni örtüb yerinə girməsini gördüyünü, sonra “gənc əsgər”lərin səhər yeməyinə düşdüyünü, səhər yeməyindən sonra onlara boş silahla və daraq verildiyini, əraziyə tanışlıq üçün çıxdıqlarını, baş leytenant Şahid15 onları apardığını, ərazi ilə tanış olandan sonra saat 10 radələrində zastavaya qayıtdıqlarını, silahları yoxlayarkən bir atəş səsi gəldiyini, təxminən 5-6 saniyə sonra daha bir atəş səsi gəldiyini, ikinci atəş səsi gələndən sonra “gözətçi olan yerdən gəldi” deyildiyini, rabitə ilə əlaqə saxlamaq istədiklərini, cavab gəlmədiyini, zastava rəisi baş leytenant Şahid13 və Təqsirləndirilən şəxs oraya tərəf qaçdığını, arxasınca Şahid4 oraya getdiyini, sinif otağına getdiklərini, zastava rəisi koridora gəldikdən sonra “komendata məruzə et, əsgər özünü vurub” dediyini, əsgərin ölməsinin deyildiyini, hadisə baş verən ərəfədə diviziyadan polkovnik-leytenant Şahid11 orada olduğunu, cavabdeh çavuş Şahid10 hadisədən sonra sinif otağına gəldiyini, Şahid4 “səhər polkovnik-leytenant Seyfəlov zastavaya gəlib, həmin vaxt zastava gözətçisi olan əsgər Məmmədov Neman məruzə etməyib, mən onun yanına getdim, onu vurmadım, söymədim, əgər elə bir şey olsaydı deyərdim” dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində 05 sentyabr 2021-ci il tarixdə günortadan sonra saxlancın yanında kölgəlikdə işləyərkən əsgər Neman Məmmədovun arabanı gətirməsini gördüyünü, kiçik çavuş Şahid1lə baş çavuş Təqsirləndirilən şəxs da orada olduğunu, əsgər N.Məmmədov arabanın təkərini daşa sürtüb qara iz saldıqda Təqsirləndirilən şəxs ona “düzgün hərəkət edə bilmirsən, oranla buranla iş görürsən, qapağı qırdın gəldin, indi təkəri sürtürsən” dediyini, sonra onlara misal çəkib “zastavaya ziyan verən əsgər var, bir də xeyr verən əsgər, əsgər Məmmədov Neman zastavaya ziyan verən əsgərdir, o, bir dəfə anbara icazəsiz girib icazəsiz əsgərlərin paylarını yeyib, siz çalışın onun kimi ziyan verən əsgər olmayın, zastavaya yararlı əsgər olun” dediyini, 06 sentyabr 2021-ci ildə yuxudan oyandıqdan sonra “gənc əsgər”ləri baş leytenant Şahid15 xidmətə alışdırmaq üçün boş silah və boş daraqlarla zastavanın sağ tərəfinə sərhəd naryadına apardığını, saat 10 radələrində zastavaya qayıtdıqlarını, zastavanın silah boşaltma yerində silah boşaltma hərəkətini yoxlayarkən avtomat silahdan iki dəfə atəş səsi gəldiyini, birinci atəş səsi gələndən təxminən 10-15 saniyə sonra ikinci atəş səsinin gəldiyini, baş leytenant Şahid15 onları yataqxanaya apardığını, sonra əsgər Neman Məmmədovun müşahidə məntəqəsində zastava gözətçisi xidmətində olarkən xidməti istifadəsində olan avtomat silahdan alın nahiyəsinə atəş açaraq özünü öldürməsini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X17 ifadəsində 05 sentyabr 2021ci il tarixdə günorta saatlarında anbardan kartof götürüb yuyub təmizlədiklərini, baş çavuş Təqsirləndirilən şəxs üzərlərində böyük olduğunu, ancaq “gənc əsgər”lərin işlədiyini, köhnə əsgərlərin xidmətdə olduğunu, günortadan sonra N.Məmmədovun sinif otağına gəlib onlara “təzə gəlibsiniz, öyrəşəcəksiniz, bazar günləri zastava rəisinin telefonu ilə evlə danışırıq, zastava gözətçisi xidmətinə çıxırıq, bir də sağ-sol cinahlara xidmətə təyin edilirik, bəzi şeylər var özünüz zamanla görəcəksiniz” dediyini, 05 sentyabr 2021-ci ildə “yat” komandası veriləndən sonra N.Məmmədov Şahid4 telefonu ilə evlə danışdığını, Şahid4 ondan problem olub-olmamasını soruşduğunu, onun “yaxşılıqdır” dediyini, 06 sentyabr 2021-ci il tarixdə qalx komandası verildiyini, həmin vaxt N.Məmmədovun yatdığını, saat 07 radələrində baş leytenant Şahid15 “gənc əsgər”ləri tanış etmək üçün əraziyə apardığını, saat 09:45 radələrində zastavaya qayıtdıqlarını, zastavanın ərazisində giriş qapısının solunda silahları yoxlayan zaman müşahidə məntəqəsi tərəfdən bir atəş səsi gəldiyini, təxminən 10 saniyə sonra ikinci atəş açıldığını, rabitədə olan əsgərin “Məmmədov” deyib səsləndiyini, cavab gəlmədiyini, Təqsirləndirilən şəxsla zastava rəisinin müşahidə məntəqəsinə tərəfə qaçdığını, onlara sinif otağına getmələrinin tapşırıldığını, orada olarkən əsgər Neman Məmmədovun avtomat silahla baş nahiyəsinə atəş açaraq özünü öldürməsini eşitdiyini, sinif otağında olarkən çavuş Şahid10 ilə bağban çavuş N.Məhərrəmovun söhbət etdiyini, Şahid10 “bu gün yoxlama gələndə zastava gözətçisi əsgər Məmmədov Neman görməyib və məlumat verməyib ki, qarşılayaq, mən də onun yanına getdim, soruşdum ki, niyə məlumat verməyibsən, Məmmədov da dedi ki, su içməyə getmişdim, ona başqa söz deməmişəm” dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 ifadəsində 04 sentyabr 2021-ci il tarixdə 2021-ci ilin iyul ayında hərbi xidmətə çağırılmış “gənc əsgər”lərin bölündükdən sonra xidmət edəcəkləri zastavalarda xidmətə alışdırılmaları, uyğunlaşmaları ilə bağlı diviziyon komandirinin müvafiq əmri ilə 15-ci sərhəd zastavasına ezam olunduğunu, 04 sentyabr 2021-ci il tarixdə 10 nəfərdən ibarət “gənc əsgər” heyəti ilə birlikdə qatarla 15-ci sərhəd zastavasına getdiyini, həmin vaxt 15-ci sərhəd zastavasında 5 nəfər əsgərin xidmət etdiyini, 06 sentyabr 2021-ci il tarixdə “qalx” komandasından sonra “gənc əsgər”lərin onun rəhbərliyi ilə yeməklərini yeyib silah-sursatlarını götürüb zastavanın sağ cinahına getdiyini, orada onlara xidmətin təşkili qaydalarını çatdırdığını, saat 09:45- 09:50 radələrində zastavaya qayıtdıqlarını, silah doldurub-boşaltma yerinə çatanda atəş səsi eşitdiyini, boğuq səs gəldiyini, təxminən 10 saniyə aradan sonra ikinci atəş səsini eşitdiyini, nə olmasını bilmək üçün ətrafa baxdığını, heç nə görmədiyini, “gənc əsgər”lərdə təlaş yaratmamaq üçün onlara silahları doldurub-boşaltmalarını dediyini, sonra silahlarını aparıb silah otağına təhvil verdiyini, komanda verib “gənc əsgər”ləri sinif otağına göndərdiyini, çölə çıxıb kurilkanın yanına getdiyini, polkovnik-leytenant Şahid11 “yuxarı qalxaq, baxaq görək nə səsdir” dediyini, təpənin ətəyi ilə yuxarı qalxdıqdan sonra müşahidənin yanında əsgər N.Məmmədovun yerdə uzanıqlı halda, papağının içərisinin qan olmasını gördüyünü, silahının yanında yerdə olduğunu, dizinə dayandığını, N.Məmmədovun alın nahiyəsinə atəş açıb özünü öldürdüyünü, ona yaxınlaşmadığını, polkovnik-leytenant Şahid11 onun nəbzini yoxladıqdan sonra ölməsini dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində 15-ci sərhəd zastavasında texniki qrup komandirinin müavini vəzifəsində xidmət etdiyini, əsgər sayı az olduğu üçün sərhəd zastavasında təşkil olunan xidmətlərə zastava rəisi, müavini, qrup komandirlərinin də çıxdığını, əsgər Neman Məmmədovun qrup komandirləri kimi 8 saat xidmətlərə təyin olunduğunu, zastava gözətçisinin gündüz saatlarında zastavanın arxasında olan təpənin yuxarısında olan müşahidədə, gecə saatlarında isə zastavanın qarşısında olan ərazidə xidmət apardığını, bir dəfə əsgər Neman Məmmədovun ac olub soyuducudan pendir götürüb yediyini, xidmətdən gəlib silahını təhvil verib mətbəxə girərkən əsgər N.Məmmədovla baş çavuş Təqsirləndirilən şəxs söhbət etməsini gördüyünü, nə olmasını soruşduqda Təqsirləndirilən şəxs “əsgər N.Məmmədov əsgərlərin pendir payını yeyib” dediyini, ona “yeyib-yeyib də” dediyini, Təqsirləndirilən şəxs pendirin yeyilməsini biləndən sonra əsgərlərdən kimin yeməsini soruşduqda N.Məmmədovun yeməsini dediyini, texnikaya qulluq məqsədi ilə diviziyaya ezam olunduğundan 06 sentyabr 2021-ci ildə diviziyada olarkən əsgər N.Məmmədovun özünü xidməti silahı ilə atəş açaraq öldürməsini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaqda ona təsir edənin olmadığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, 2021-ci ilin avqust ayında, saat 18 radələrində rabitə növbətçisi naryadından çıxdığını, həmin gün saat 20 radələrində saçını qırxdırmaq üçün məişət otağına getdiyini, əsgərlərin saçını əksər vaxtlarda kiçik çavuş Fərid Ələkbərovun qırxdığını, həmin vaxt F.Ələkbərovun xidmətdə olduğuna görə Təqsirləndirilən şəxs əsgər Neman Məmmədovun saçını qırxdığını, baş çavuş Təqsirləndirilən şəxs əsgər N.Məmmədovun saçını yaxşı qırxmadığını, Təqsirləndirilən şəxs N.Məmmədova güldüyünü, buna görə N.Məmmədovun çox pis olduğunu, onun “birdə saçımı Təqsirləndirilən şəxs qırxdırmayacam” dediyini, Zərərçəkmiş şəxs N.Məmmədovun pis olmasını görüb ona təsəlli vermək üçün Təqsirləndirilən şəxs onun da saçını qırxmasını dediyini, bundan sonra Zərərçəkmiş şəxs N.Məmmədovun saçını qırxıb düzəltdiyini, 2021-ci ilin avqust ayının əvvəllərində, saat 21 radələrində Şahid4la yeməkxanaya getdiklərini, həmin vaxt yeməyə kartof püresi və ət konservası verildiyini, Şahid4la kartof püresi yemədiklərindən ət konservası paylarını istədiklərini, aşpaz Zərərçəkmiş şəxs ət konservası paylarını gətirdiyini, yemək yeyərkən Təqsirləndirilən şəxs yeməkxanaya girdiyini, ət konservası yemələrini görüb Zərərçəkmiş şəxs üstünə hirsləndiyini, ona “nəyə görə bu əsgərlərə kartof püresi vermirsən, ət konservası verirsən, əsgərlər arasında fərq qoyursan” dediyini, Zərərçəkmiş şəxs “cənab gizir mən əsgərlər arasında fərq qoymuram, onların öz payına düşən ət konservasını vermişəm, artıq ət konservası verməmişəm” dediyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “nalayiq ifadə ilə, şəxsiyyətsiz, yeməklərin bir yerdə çək, ayrı-ayrı vermə” dediyini, Zərərçəkmiş şəxs ona “niyə söyüş söyürsüz cənab gizir” dediyini, Təqsirləndirilən şəxs yaxşı etməsini deyərək onun üstünə gedib sifətinə bir şillə vurduğunu, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “nolsun mən əsgərəm, məni vurmalısan” dedikdə onu yenidən vurmaq istədiyini, lakin Şahid4la onu araladıqlarını, Təqsirləndirilən şəxs çıxıb getdiyini, 2021-ci ilin avqust ayında yeməkxanaya girərkən qənd qabının yerə düşüb qırılmasını gördüyünü, buna görə Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sinəsindən itələdiyini, Zərərçəkmiş şəxs arxaya doğru getdiyini, Zərərçəkmiş şəxs “bilə-bilə etmədim, əlimdən sürüşüb düşdü” dediyini, Təqsirləndirilən şəxs həmin vaxt ona “şərəfsiz” də dediyini, 2021ci ilin avqust ayının 20-dən sonra kiçik çavuş Şahid4 ona “Neman Məmmədov deyir ki, gizir Təqsirləndirilən şəxs onu incidir, buna görə o, sıxılır, yoxlama gələndə məruzə etmək istəyir” dediyini, səhəri gün Neman Məmmədovu görüb “eşitmişəm ki, gizir Zeynalov səni sıxışdırır, bu barədə gələn yoxlamaya məruzə etmək istəyirsən, amma əvvəlcə zastava rəisinə məruzə et, sonra yoxlamaya məruzə edərsən” dediyini, onun “gizir Zeynalov məni sıxışdırır, neynəməliyəm, məruzə etməliyəm da” dediyini, 2021-ci ilin avqust ayının ortalarında əsgər Zərərçəkmiş şəxs Neman Məmmədovun əlində quru lobya olan qabla qazanxananın qabağından ərzaq anbarına gedərkən yolda ayağının sürüşüb yerə yıxılmasını, lobyanın hamısının yerə tökülməsini, bu səbəbdən Təqsirləndirilən şəxs onun qolundan tutub həmin vaxt zastava rəisi olan kapitan Məhəmməd Hüseynovun yanına aparmasını, kapitan M.Hüseynovun N.Məmmədova “ehtiyatlı ol, yıxılırsan, başın dəyər yerə nəsə olar” deməsini eşitdiyini, təxminən 2-3 saat sonra M.Hüseynovun onu yanına çağırıb “Neman Məmmədov yıxılıb, lobya yerə tökülüb, ona nəzarət elə, onunla söhbət elə, başa sal, yolda gedəndə ehtiyatlı olsun” dediyini, sonra N.Məmmədovla söhbət edib ona “ehtiyatlı ol, gedəndə yola bax, yıxılarsan özünə nəsə olar” dediyini, 2021-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs yataqxananın dəhlizində N.Məmmədovun üstünə qışqırıb “niyə işi düzgün görmürsən” dediyini, N.Məmmədovun da Təqsirləndirilən şəxs “üstümə niyə qışqırırsız” dediyini, Təqsirləndirilən şəxs da “buna bax e, bunun da götü şişdi” deyib çıxıb getdiyini, 2021-ci ilin avqust ayının sonlarında yataqxananın qarşısında Təqsirləndirilən şəxs N.Məmmədova “gənc əsgərlər gəlsin onların gözünün qarşısında deyəcəm ki, sən kim olmusan, pasyaksan, zastavaya ziyan verirsən, onlara səni nümunə kimi göstərəcəm ki, belə əsgər olmayın” dediyini, buna görə N.Məmmədovun çox pis olduğunu, sıxıldığını, hadisədən təxminən 10 gün qabaq əsgər N.Məmmədovun paltaryuyanın qapağını qırdığını, həmin vaxt baş çavuş Təqsirləndirilən şəxs N.Məmmədova hirsləndiyini, ona “niyə zastavaya ziyan verirsən, ona biz pul verib almışıq” dediyini, onun heç nə deməyib başını aşağı saldığını, 06 sentyabr 2021-ci ildə saat 06:00dan saat 18:00-dək zastava növbətçisi olduğunu, zastava növbətçilərinin xidmət müddətində növbəni çıxarmaq və növbəni qarşılamaq, eyni zamanda rabitəyə cavab vermək, məlumatları ötürmək və zastavada olan kamera müşahidə otağındakı ekranlardan əraziyə nəzarət etmək kimi vəzifələri yerinə yetirdiyini, həmin vaxt zastava müşahidə qülləsində zastava gözətçisinin əsgər Neman Məmmədov olduğunu, onun saat 08-dən saat 12-dək xidmətdə olduğunu, eyni zamanda, zastava gözətçilərinin “AK-74” markalı avtomat silah, hər birində 1 təlim və 29 dolu mərmi olan iki daraqla xidmət apardıqlarını, saat təxminən 08:30 radələrində xidmətə getdiyini, kamera otağında oturub ətrafı müşahidə etdiyini, saat 09 radələrində yataqxanaya gedib qələm götürdüyü üçün kamera müşahidə otağında olmadığını, bu zaman diviziyadan polkovnik-leytenant Famil Babayevin, polkovnik-leytenant Şahid11, mayor Elgiz Alməmmədovun və gizir Xəzər Baləhmədovun yoxlama üçün zastavaya gəldiyini, onların gəlməsini kameradan görə bilmədiyini, eyni zamanda zastava müşahidə qülləsində olan əsgər Neman Məmmədovun onların gəlməsini görüb məruzə etmədiyini, buna görə də yoxlamanın birbaşa zastavanın ərazisinə daxil olduğunu, onları qarşılamadıqlarını, yataqxanadan çıxıb aşağı düşənə qədər polkovnik-leytenant Famil Babayevin rabitə otağına daxil olduğunu, ondan işləməyən fanarları gətirməsini istədiyini, daha sonra kiminsə “zastava gözətçisi niyə gəldiyimizi məruzə etmədi” deyə soruşduğunu, zastava üzrə cavabdeh çavuş Şahid10 polkovnik-leytenant Şahid11 yanında olduğunu, Şahid11 S.Ələkbərova “get bax görək zastava gözətçisi yuxarıda yatıbdı, bəlkə ilan vurubdu” dediyini, bundan sonra S.Ələkbərovun müşahidə məntəqəsinə qalxdığını, rabitə otağında digər yoxlamaların yanında olduğunu, zastava rəisi baş leytenant Şahid13 qarşılıqlı əlaqə xidmətindən yeni qayıtdığını, təxminən 10-12 dəqiqə sonra çavuş Şahid10 müşahidə məntəqəsindən aşağı düşdüyünü, zastavanın həyətində olan yoxlamalara nəsə məruzə etdikdən sonra zastavanın içərisinə daxil olduğunu, ondan müşahidədəki N.Məmmədovun nə etməsini soruşduqda onun ayaqyoluna getməsini və gəlib su içməsini, ona görə də yoxlamaların gəlməsini görməməsini dediyini, bundan sonra rabitə otağına gedib rabitənin işləyibişləməməsini yoxladığını, N.Məmmədovla rabitə əlaqəsi saxladığını, onun rabitəyə cavab verdiyini, ondan vəziyyətinin yaxşı olub-olmamasını soruşduğunu, onun yaxşı olmasını dediyini, niyə yoxlamaların gəlməsini deməməsini soruşduqda onun ayaqyoluna getməsini, sonra da su içməsini, buna görə də yoxlamaların gəlməsini görməməsini dediyini, ona “burdakılar bilirlər onsuz” dediyini, bundan sonra əmr vermə otağına gedib müvəqqəti istifadəyə vermə və əşya-əmlak kitablarını götürüb rabitə otağına qayıtdığını, yoxlamaya gələn gizir X.Baləhmədovun digər fanarları da göstərməsini istədiyini, bu vaxt N.Məmmədovun rabitə ilə zəng edib 29-cu sahədən qatar gəlməsini bildirdiyini, təxminən iki dəqiqə sonra kameradan qatardan yoxlama gəlməsini gördüyünü, çölə çıxıb baş leytenant Şahid13 yoxlama gəlməsini dediyini, içəri qayıdanda N.Məmmədovun yenə də rabitə əlaqəsinə çıxıb qatarla yoxlama gəlməsini dediyini, qatarla gələn yoxlamanın kapitan Şahid12lə baş gizir Elşad Məmmədəliyev olduğunu, həmin əlaqəni kitaba işlədikdən sonra Şahid10 ona “xidməti işlə, Şahid12 və leytenant Əkbər Səfərov xidmətə çıxır” dediyini, əmr vermə otağına girib sənədləri işlədiyini, daha sonra silah vermə otağına gedib silahın nömrəsinə baxdığını, silah otağından çıxıb nömrəsini işləməyə gedərkən çöldəki hərbi qulluqçuların içəriyə qaçıb müşahidə məntəqəsindən silah səsi gəlməsini, tez kameraya baxmasını dediklərini, gedib kameranı müşahidə məntəqəsinə tərəf çevirdiyini, N.Məmmədovun müşahidə məntəqəsinin yanında yerə yıxılmış vəziyyətdə olduğunu, bundan sonra içəridəki hər kəsin müşahidə məntəqəsinə doğru qaçdığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 oğlu ifadəsində zastavada xidmət etməyə yeni verilmiş “gənc əsgər”lərin 05 sentyabr 2021-ci ildə, saat 16 radələrində yataqxananın arxa tərəfində oturub kartofları təmizlədiklərini, baş çavuş Təqsirləndirilən şəxs, kiçik çavuş Şahid1 də orada olduqlarını, Neman Məmmədovun zibilləri daşıyıb atmaq üçün əl arabasını yanlarına gətirdiyini, həmin vaxt arabanı səki daşına, sürtdüyünü, baş çavuş Təqsirləndirilən şəxs ona “paltaryuyanın qapağını qırmısan, o düzəlməmiş indi də buranı dağıdırsan, götünlə-başınla iş görürsən, diqqətli ol” dediyini, N.Məmmədovun heç nə demədiyini, sonra baş çavuş Təqsirləndirilən şəxs “mən xidmətə çıxacağam, gedirəm yatam” dediyini, 06 sentyabr 2021-ci il tarixdə xidmətə alışdırma ilə əlaqədar olaraq xidmətə çıxacaqları üçün yuxudan oyandıqlarını, zastavada xidmətə yeni gəlmiş əsgərlərin səhər yeməyi yeyib silah otağından silah-sursatı alıb xidmətə çıxdıqlarını, zastavanın sağ cinahında xidmətə çıxdıqlarını, saat 10 radələrinədək xidmətin təşkili qaydalarının öyrədildiyini, sonra zastavaya qayıtdıqlarını, zastavanın həyətində təyin olunmuş yerdə silahları doldurub-boşaldan zaman atəş səsi eşitdiklərini, az müddət sonra ikinci atəş səsinin gəldiyini, atəş səsinin müşahidə məntəqəsi tərəfdən gəldiyini, MAHHXHQ baş çavuş Təqsirləndirilən şəxs, MAHHXHQ kiçik çavuş Şahid1, baş leytenant Şahid13 sıra ilə müşahidə məntəqəsinə qalxdıqlarını, sonra əsgər N.Məmmədovun müşahidə məntəqəsində olarkən avtomat silahdan atəş açaraq alın nahiyəsindən vurub özünü öldürməsini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində Nemanla 02:00-dan 04:00-a kimi xidmətə çıxdıqlarını, 01:30-da yuxudan qalxıb növbətçiliyə hazırlaşdıqlarını, Nemanla 2 saat bir yerdə olduqlarını, xidmət vaxtı söhbət etmədiklərini, Nemanla ara məsafə ilə getdiklərini, Nemanın qabaqda getdiyini, həmin vaxt Nemanda pis təəssürat hiss etmədiyini, 04:00-da xidmətdən qayıtdıqlarını, yolda qeyri-adi nəsə görmədiklərini, xidməti təhvil verəndən sonra zastavada qaldığını, Nemanın neçədə yatmağını bilmədiyini, xidmətdən sonra kurilkada kofe içdiyini, o vaxta kimi Nemanı tanımadığını, münasibətinin olmadığını, Nemanla fərdi söhbət apardığını, Nemanın çavuş kursuna getmək, xidmətdən sonra Fövqəladə hallarda işləmək istədiyini dediyini, Nemanın özünü öldürmə səbəbini bilmədiyini, Nemanın Zeynalov barəsində pis fikirdə olmadığını göstərmişdir. Məhkəmə istintaqında ekspert qismində çağırılmış X4 rəyində hadisə ilə bağlı qərar təyin olunduğunu, silahın, 2 gilizın, 2 patronun, paltarların təqdim olunduğunu, paltarlardan panamada mərmi çıxışının olduğunu, silahın AK 74 olduğunu, təqdim olunmuş papaqda çıxış zədəsinin olduğunu, giriş zədəsinin olmadığını, çıxış zədəsində sümük qırıntılarının olduğunu, sümük qırıntılarında barıt izinin olmadığını, digər paltarlarda da əlavə faktorların aşkar olunmadığını, tək əllə tutub atəş açmağın mümkün olduğunu, atış açılanda silahın necə tutulduğunun aşkar olunmadığı üçün gilizin hər istiqamətdə düşə biləcəyini, gilizin düşdüyü yerə görə atəş açılanın durduğu yeri müəyyən etməyin mümkün olmadığını, atəş açarkən gilizin sağ və arxaya getmə ehtimalını nəzərə alsaq arxaya gedib divara dəyib yerini dəyişmə ehtimalının da olduğunu, silahı tərsinə də tutub vurmağın mümkün olduğunu, silahın ağırlığının sandıqçayla birlikdə 7 kq-ı keçmədiyini, atəşin əsas faktorunun güllə yarası olmasını, bu ekspertizada əlavə faktorların aşkar olunmadığını, metal hissəciklərin aşkar olunmadığını, atəş məsafəsi yaxınlaşdıqca səpələnmə radiusunun azaldığını və əlavə faktorların yayılmasının azaldığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini özünü müdafiə xarakteri daşıdığı kimi qiymətləndirir. Belə ki, iş üzrə məhkəmə istintaqında ifadə vermiş zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, o cümlədən məhkəmə-tibbi, məhkəmə-ballistik, məhkəmə-daktiloskopik, məhkəmə-trasoloji, məhkəmə-ambulator psixiatrik, məhkəmə-psixoloji, komisiyon məhkəmə-psixoloji ekspertizalarının rəyləri ilə və iş üzrə digər zəruri sənədlərlə onun ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirliliyi tam sübuta yetirir. Cinayət işinin 4-cü cildinin 116-119-cu vərəqələrinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 03 nömrəli ekspert rəyində mərhum N.Ş.Məmmədovun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı «giriş dəliyi qaşarası nahiyədə, çıxış dəliyi başın təpə-ənsə nahiyəsində olan, yara kanalı boyunca başın yumşaq toxumalarının geniş həcmdə zədələnmələri, üz skeleti və kəlləni təşkil edən sümüklərin çoxsaylı, qəlpəli və xətti, defektli sınıqları, baş beyinin bütün paylarının əzilibdağılması ilə müşayiət olunan, öndən-arxaya, bir qədər yuxarıdan-aşağıya və sağdan-sola istiqamətli başın bir ədəd dəlib-keçən yarası» xəsarətlərinin aşkar olunduğu, qeyd edilən xəsarətin həyati, mərhumun ölümündən az əvvəl patronun mis tərkibli mərmi (güllə) ilə doldurulmuş, odlu silahdan açılmış bir atəş nəticəsində törəndiyi, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid olduğu, hazrıki hadisədə ölüm ilə nəticələndiyi, tibbi-kriminalistik laboratoriyanın müayinə aktında dəri parçasının (qaşarası nahiyədən götürülmüş) üzərində olan yaranın odlu silahgüllə yaralanmasının giriş yarası olduğu, patronu mis tərkibli mərmi (güllə) ilə doldurulmuş odlu silahdan, atəşin əlavə faktorlarının təsir etdiyi yaxın məsafənin birinci zonasından (dirənmiş vəziyyətdən 5 sm-dək məsafə hüdudunda) açılmış atəş nəticəsində törənməyə uyğun gəldiyi, yara kənarlarında tam büruzə olunan sıyrıq və çirklənmə həlqələrinin olmamasına görə, odlu silahın kalibri haqqında fikir söyləməyin mümkün olmadığı, çıxış yarası baş geyimi ilə örtülü nahiyə olduğundan odlu silahın kalibrinin təyinində hadisə vaxtı mərhumun əynində baş geyimi olmuşdursa, həmin paltarın kriminalistik tədqiqatının əhəmiyyət kəsb etdiyi, mərhum N.Ş.Məmmədovun ölümünə səbəb kəllə və üz skeleti sümüklərinin çoxqəlpəli və xətti, defektli sınıqları ilə müşayiət olunan baş beyinin geniş həcmdə əzilib dağılması olduğu, ilkin meyit əlamətlərinin inkişaf dinamikasına əsasən ölümün N.Ş.Məmmədovun xarici müayinəsindən 6-8 saat əvvəl baş verdiyi, mərhum N.Ş.Məmmədovun meyitinin xarici və daxili müayinəsinə, odlu silah-güllə yaralanmasının giriş dəliyinin yerləşdiyi nahiyəyə və xüsusiyyətlərinə, tibbi-kriminalistik müayinənin nəticələrinə əsasən hadisənin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitd törənməsinin istisna edilmədiyi, mərhum N.Ş.Məmmədovun məhkəmə-tibbi müayinəsi zamanı sağ baldırın aşağı 1/3-nin arxa səthində aşkar olunan sıyrığı – bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, müddətinin şəxsin ölümündən əvvəlki bir sutkaya qədər müddət ərzində törənməyə uyğun gəldiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı, ölümlə səbəbli əlaqəsinin olmadığı, bədən səthində digər hər hansı bir xəsarət və ya xəsarət izlərinin, o cümlədən əlbəyaxa mübarizəyə və zorakı öldürülməyə xarakterik xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı, məhkəmə-kimyəvi müayinə aktına əsasən N.Ş.Məmmədovun meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtlərinin, baribur turşusu törəmələrinin, alkaloidlərin (həmçinin tiryək qrupunun), fenotiazin, pirazolon, 1.4 benzodiazepin törəmələrinin və salisilatların aşkar olunmadığı, məhkəmə-tibbi bioloji müayinə aktına əsasən N.Ş.Məmmədovun meyitinin düz bağırsaq möhtəviyyatından hopdurularaq götürülmüş tamponun məhkəmə-tibbi bioloji müayinəsi zamanı tampon üzərində (düz bağırsaqdan götürülmüş) spermatozoidlərin aşkar olunmadığı göstərilmişdir.Cinayət işinin 4-cü cildinin 30-33-cü vərəqələrinə əlavə edilmiş məhkəmə-ballistik ekspertizası təyin edilmiş, 31 may 2021-ci il tarixli 107 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş silahın 7,62 mm kalibrli olmaqla 1963-cü ildə zavod üsulu ilə istehsal edilmiş, «ДT 5504» seriya və nömrəli «AKM» konstruksiyalı, yivli avtomatik tüfəng olduğu, odlu döyüş silahı hesab edildiyi, saz olmaqla atəş açmaq üçün yararlı olduğu, çaxmağının döyüş bölməsindən çıxması üçün tətiyinə normal hesab edilən qüvvənin (1,8-2 kQ) sərf olunduğu, həmin silahın tətiyini çəkmədən ondan öz-özünə atəşin açılmasının mümkün olmadığı, tədqiqata təqdim edilmiş bir ədəd gilizin 1943-cü il nümunəli olmaqla zavod üsulu ilə istehsal edilmiş «AK-47», «AKC-47», «AKM», «AKMC» konstruksiyalı avtomat silahlarda, «PПК», «PПКC» əl pulemyotlarında, «CKC» karabinlərində və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 7,62 mm kalibrli patronun hissəsi-gilizi olduğu, tədqiqat obyekti qismində təqdim edilmiş bir ədəd gilizin «ДT 5504» seriya və nömrəli «AKM» konstruksiyalı avtomat silahdan atıldığı, tədqiqata təqdim edilmiş bir ədəd patronun 7,62 mm kalibrli 1943-cü il nümunəli olmaqla zavod üsulu ilə istehsal edilmiş «AK-47», «AKC-47», «AKM», «AKMC» konstruksiyalı avtomat silahlarda, «PПК», «PПКC» əl pulemyotlarında, «CKC» karabinlərində və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı olduğu, tədqiqata təqdim edilmiş bir ədəd patronun səthindəki mexaniki zədələrin silah detallarının izləri (vurucunun izi, əksetdiricinin izi, sandıqça bükülmələrinin izi və.s) olmaqla zəruri əlamətlərə malik olmamaları səbəbindən eyniləşdirmə tədqiqatı üçün yararsız olduqları, həmin izlərin tədqiqata təqdim olunmuş «ДT 5504» seriya və nömrəli «AKM» konstruksiyalı avtomat tüfəngin detallarından qalmağa xarakterik olduğunu müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 198-199-cu vərəqələrinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 201 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində 2021-ci ilin avqust ayında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin 4-cü cildinin 49-55-ci vərəqələrinə əlavə edilmiş, məhkəmə-ballistik ekspertizasının 07 oktyabr 2021-ci il tarixli, 247-248 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş, bir ədəd silahın 5.45 mm kalibrli olmaqla, 1983-cü ildə zavod üsulu ilə istehsal edildiyi, “2429623” №-li “AK-74” konstruksiyalı yivli avtomatik tüfəng olduğu, odlu döyüş silahı hesab edildiyi, saz, atəş açmaq üçün yararlı olduğu, çaxmağının döyüş bölməsindən çıxması üçün tətiyinə normal hesab olunan qüvvənin (1.9 – 2.1 kq) sərf olunduğu, həmin silahın tətiyini çəkmədən ondan öz-özünə atəşin açılmasının mümkün olmadığı, tədqiqata təqdim edilmiş iki ədəd predmetin (“a” və “b” predmetləri) 1974-cü il nümunəli olmaqla zavod üsulu ilə istehsal edildiyi, “AK-74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomat silahlarda, “RPK-74” və “RPKS-74” əl pulemyotlarında və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulduğu, 5.45 mm kalibrli patronların hissələri - gilizləri olduğu, tədqiqat obyekti qismində təqdim edilmiş iki ədəd gilizin (“a” və “b” gilizləri) “2429623” №-li “AK-74” konstruksiyalı avtomat silahdan atıldığı, tədqiqata təqdim edilmiş iki ədəd patronun (“a” və “b” patronları) zavod üsulu ilə istehsal edildiyi, 1 (bir) ədədinin (“a” patronu) “AK-74”, “AKS-74”, “AKS-74U” konstruksiyalı avtomat silahlarda, “RPK-74”, “RPKS-74” əl pulemyotlarında və s. silahlarda döyüş sursatı kimi istifadə edilən 5.45 mm kalibrli, 1974-cü il nümunəli, digər 1 (bir) ədədinin (“b” patronu) isə həmin silahlarda atəş (səs) effekti yaratmaq üçün nəzərdə tutulduğu, döyüş sursatı hesab edilməyən, 5.45 mm kalibrli plastik gülləli (mərmili) patronlar olduğu, tədqiqata təqdim edilmiş iki ədəd patronun səthindəki mexaniki zədələrin silah detallarının izləri (vurucunun izi (yalnız “a” patronunda”), əksetdiricinin izi, sandıqça bükümlərinin izi və s.) olmaqla zəruri əlamətlərə malik olmamaları səbəbindən eyniləşdirmə tədqiqatı üçün yararsız olduğu və həmin izlərin tədqiqata təqdim olunmuş “2429623” №-li, “AK-74” konstruksiyalı avtomat tüfəngin detallarından qalmağa xarakterik olduğunu müəyyən etməyin mümkün olmadığı, tədqiqata təqdim edilmiş bir ədəd hərbi panamanın üzərində olan “a” zədəsinin odlu silahdan açılmış bir atəş nəticəsində yetirilməyə xarakterik çıxış zədəsi olduğu, eləcə də çıxış zədəsinin zəruri əlamətlərə malik olmaması səbəbindən zədəni yaratmış mərminin – güllənin diametrini (kalibrni) müəyyən etməyin mümkün olmadığı, tədqiqata təqdim edilmiş bir ədəd kitelin, bir ədəd qısaqol maykanın, bir ədəd hərbi şalvarın, bir ədəd qısa alt tumanının, bir cüt çəkmənin, bir çüt corabın və bir ədəd hərbi bel kəmərinin üzərlərində odlu silahdan açılan atəş nəticəsində yaranmağa xarakterik zədələr aşkar edilmədiyi göstərilmişdir. Cinayət işinin 4-cü cildinin 02-11-ci vərəqələrinə əlavə edilmiş məhkəmədaktiloskopik ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 246 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş 1 (bir) ədəd “AK-74” markalı, “2429623” №-li avtomat silahın səthində 3 (üç) ədəd və darağın səthində 2 (iki) ədəd papilyar naxış izləri vardır, tədqiqata təqdim edilmiş darağın üzərində aşkar edilən əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi tədqiqatı üçün yararlıdır, tədqiqata təqdim edilmiş darağın üzərində aşkar edilən əl-barmaq izi X9 daktiloxəritəyə köçürülmüş sağ əlinin çeçələ barmağından qalmışdır, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd “AK-74” markalı, “2429623” №-li avtomat silahın səthində 3 (üç) ədəd və darağın üzərində olan 1 (bir) ədəd papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığından, tam və aydın əks olunmadığından, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Cinayət işinin 4-cü cildinin 57-58-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-trasoloji ekspertizasının 06 oktyabr 2021-ci il tarixli, 251 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş N.Ş.Məmmədova məxsus olduğu qeyd edilən hərbi geyim əşyalarının üzərində hər hansı trasoloji zədə, o cümlədən əlbəyaxa mübarizəyə, fiziki zorakılıq edilməsinə xarakterik zədə(lər) və iz(lər) aşkar olunmadı, papağın üzərində olan zədə trasoloji ekspertizanın tədqiqat obyektinə aid olmadığı üçün tədqiqat aparılmadı. Cinayət işinin 3-cü cildinin 160-165-ci vərəqələrinə əlavə edilmiş məhkəməambulator psixiatrik ekspertizası təyin edilmiş, 27 sentyabr 2021-ci il tarixli, 84 №-li ekspert rəyində X10 nevrotik reaksiyanın müşahidə olunduğu, onda olan nevrotik reaksiyanın hərbi xidmət dövründə yarandığı, N.Ş.Məmmədovda olan nevrotik reaksiyanın onun 06 sentyabr 2021-ci il tarixdə avtomat silahdan atəş açaraq özünü öldürərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək imkanından məhrum etmədiyi, N.Ş.Məmmədovda nevrotik reaksiyanın qərarın təsviri hissəsində göstərilən ona qarşı edilmiş qanunsuz hərəkətlər, psixi sarsıntı nəticəsində yarandığı, N.Ş.Məmmədovun özünü öldürərkən anlaqlı olduğu göstərilmişdir. Cinayət işinin 4-cü cildinin 239-250-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-psixoloji ekspertizasının 27 oktyabr 2021-ci il tarixli, 275 №-li ekspert rəyində X9 fərdi-psixi xüsusiyyətlərində onun özünü öldürməsində təzahür etmiş olan bəzi psixogen-depresiv reaksiya əlamətlərinin müşahidə olunduğu, X9 özünü öldürməzdən əvvəlki dövrdə biabır olma və qorxu ilə müşayiət olunan emosional gərginlik halını keçirdiyi, X9 özünü öldürməzdən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının yaranmasının baş çavuş Təqsirləndirilən şəxs ona qarşı mütəmadi olaraq alçaldıcı sözlər işlətməsi, söyüşlə təhqir etməsi, istirahət saatlarında onu işlətməsi, təmiz olan yerləri yenidən təmizlədərək onu incitməsi, gənc əsgərlərə pis nümunə kimi göstərməsi, hər balaca səhvinə görə onu təhqiramiz ifadələrlə çağırması, digər əsgər yoldaşlarının yanında söyülərək alçaldılması və bezdirilməsi, həmçinin zastavaya gələn yoxlama barədə zastava növbətçisinə məlumat vermədiyi üçün, xidməti saatı qurtardıqdan sonra əsgər yoldaşlarının və zastavaya gələn yeni əsgərlərin qarşısında yenidən təhqir olunacağını, əsgərlərə pis nümunə kimi göstəriləcəyini, xidmətindəki səhvə görə daha ağır cəza alacağını yəqin etməsi ilə səbəblinəticə əlaqəsində olduğunu, X9 özünü öldürməzdən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının yaranmasının Şahid1 hərəkətləri, eləcə də onun hərbi xidmətə münasibəti, hərbi xidmətin çətinlikləri ilə səbəbli-nəticə əlaqəsində olmadığı göstərilmişdir. Cinayət işinin 5-ci cildinin 115-127-ci vərəqələrinə əlavə edilmiş komisyon məhkəmə-psixoloji ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 11/430 №-li ekspert rəyində X9 fərdi-psixoloji xüsusiyyətlərinin içərisində üstünlük təşkil edən “sakit”, “mülayim”, “başı aşağı”, “içinə qapanıq”, “fağır”, “utancaq” və “çəkingən” kimi əlamətlərin onun ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür edə biləcəyini, X9 ölümündən bilavasitə əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan emosional gərginlik halında olduğu, X9 ğlümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan emosional gərginlik halında olmasının onun qarşılaşdığı şəraitlə - 2021-ci ilin avqust ayının əvvəllərindən başlayaraq 15-ci sərhəd zastavasında təminat qrup komandiri vəzifəsində xidmət edən baş çavuş Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda şəxsi heyət qarşısında “şəxsiyyətsiz”, “şərəfsiz”, “pasyak”, “heyvan” kimi nalayiq ifadələr işlədərək onu təhqir etməsi, istirahət saatlarında belə onu işlətməsi, təmiz olan yerləri yenidən təmizlədərək onu incitməsi, günün isti vaxtlarında ərazidə işlər görülməməsi barədə tapşırıq verilməsinə baxmayaraq onu idman şəhərciyində işlətməsi, əsgərlərin saçları qırxılan zaman onun saçını alayarımçıq qırxaraq ələ salıb gülməsi, zastavaya yeni təyin olunmuş gənc əsgərlərə pis nümunə kimi göstərməsi, gənc əsgərlərin qarşısında onu hörmətdən, nüfuzdan salması, onu “zastavaya ziyan verən əsgər” adlandırması, baş çavuş Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlərdən bezdiyi üçün zastavaya gələcək yoxlamaya məruzə etmək istəməsi, lakin hadisədən bir neçə dəqiqə əvvəl zastavaya gələn yoxlama heyətinin gəldiyini görmədiyindən rabitəçiyə məruzə edə bilməməsi, müşahidə qülləsində zastava gözətçisi xidmət yerini tərk etdiyindən ona irad bildiriləcəyini, cəza alaçağını, yoxlama getdikdən sonra yenə də əvvəlki qaydada şəxsi heyətin qarşısında təhqir olunacağını yəqin etməsi ilə səbəbli-nəticə əlaqəsində olduğu, X9 ölümündən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının yaranmasının kiçik çavuş Şahid1 ona qarşı etmiş olduğu hərəkətlərlə birbaşa səbəbli-nəticə əlaqəsində olmadığı, X9 özünü öldürməzdən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının yaranmasının onun hərbi xidmətə münasibəti və sərhəd zastavasında xidmətin çətin olması ilə şərtlənmədiyi göstərilmişdir. Cinayət işinin 3-cü cildinin 17-ci vərəqəsinə əlavə edilmiş Təqsirləndirilən şəxs hərbi-həkim komissiyasından keçirilmiş, təqdim olunmuş 16 sentyabr 2021-ci il tarixli, 2319 №-li arayışda onun sağlam və hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 3-cü cildinin 82-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 237-ci vərəqəsinə əlavə edilmiş “Naxçıvan” X16 tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının sonlarında, saat 20 radələrində yataqxananın qarşısında N.Məmmədova tapşırıq verməsinə baxmayaraq rezin çəkmələri yumağı unutması səbəbindən ona qarşı nalayiq ifadə işlədib kitelinin yaxasından tutub itələyərək “yat” komandasından sonra da onu işlətməklə hissəsi onun tərəfindən törətməsi öz təsdiqini tapmır. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs, şahidlər Şahid2, Şahid13 və başqalarının ifadələrində Zeynalovun N.Məmmədova verdiyi göstərişi icra etmədiyinə görə zastava rəisi S.İsayevə məruzə etməsindən sonra həmin çəkmələri S.İsayevin göstərişi ilə N.Məmmədovun yat komandasından sonra yuduğu məlum olur. Bununla da məhkəmə hesab edir ki həmin hissə Təqsirləndirilən şəxs barəsində olan ittihamdan xaric edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan yuxarıda qeyd olunan halların xaric edilməsi əməlinin töfsifinə heç bir təsir göstərməmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 125-ci və 329.2.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 125-ci və 329.2.1-ci maddələri ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 329.2.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi üçün cəhd göstərməsi, xidmət müddəti müsbət xarakterizə edilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125ci və 329.2.1-ci maddələrilə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsində göstərilən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir tələbini rəhbər tutaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci və 329.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini, həmin cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin olunmasını ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlər az ağır cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəlini 30 oktyabr 2021-ci il tarixdən hesablamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan “Naxçıvan” X8 məsul saxlanca verilmiş bir ədəd “2429623” №-li, “AK-74” konstruksiyalı avtomat silah Sərhəd Diviziyasının istifadəsinə verilməli, bir ədəd 5.45 mm kalibrli patron, bir ədəd 5.45 mm kalibrli plastik güllə patronu, bir cüt çəkmə, bir ədəd hərbi bel kəməri “Naxçıvan” X8 istifadəsi üçün verilməli, iki ədəd 5.45 mm kalibrli patronun gilizi, bir cüt corab, bir ədəd panama, bir ədəd kitel, bir ədəd qısaqol mayka, bir ədəd üzərində bel kəməri olan hərbi şalvar, bir ədəd qısa alt tumanı istifadəyə yararsız olduğundan məhv edilməlidir. İş üzrə komisyon məhkəmə-psixoloji ekspertizası tədqiqatının dəyəri 180 (bir yüz səksən) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. Cinayət işi üzrə 5 ədəd DVD cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 355, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci və 329.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 125-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 30 oktyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan “Naxçıvan” X8 məsul saxlanca verilmiş bir ədəd “2429623” №-li, “AK-74” konstruksiyalı avtomat silah “Naxçıvan” X8 istifadəyə verilsin, Naxşıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan bir ədəd 5.45 mm kalibrli patron, bir ədəd 5.45 mm kalibrli plastik güllə patronu, bir cüt çəkmə, bir ədəd hərbi bel kəməri “Naxçıvan” X8 istifadəsi üçün verilsin. İki ədəd 5.45 mm kalibrli patronun gilizi, bir cüt corab, bir ədəd panama, bir ədəd kitel, bir ədəd qısaqol mayka, bir ədəd üzərində bel kəməri olan hərbi şalvar, bir ədəd qısa alt tumanı istifadəyə yararsız olduğundan məhv edilsin. İş üzrə komisyon məhkəmə-psixoloji ekspertizası tədqiqatının dəyəri 180 (bir yüz səksən) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə 5 ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar