Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-2/2023 18.01.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalova Nuray Hikmət qızının katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərərçəkmiş hüquqi "xxxx" MMC-nin Naxçıvan Regional Xidmət şəxsin vəkalətli nümayəndəsi: Mərkəzinin rəhbəri Qanuni nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1, Müdafiəçisi: Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxsN, Müdafiəçisi: Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili MüdafiəçiN, Təqsirləndirilən şəxs: XNN, Müdafiəçisi: Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxxxx NNN1-ci il tarixdə Qusar rayonunun Suvacal kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Suvacal kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, N saylı hərbi hissənin yataqxanasında yaşayan, N saylı hərbi hissənin N-ci bölük N-ci qrupunda kəşfiyyatçı-pulemyotçu vəzifəsində xidmət etmiş, hal-hazırda N №-li hərbi hissə komandirinin sərəncamında olan, 13 avqust NNNN-ci il tarixində barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və N9, 177.N.1, 177.N.N, 177.N.3, 177.N.4-cü maddələri ilə, xx xxxx 1998-ci ildə Babək rayonunun Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, Babək rayonunun Nehrəm qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, N saylı hərbi hissənin N-ci bölük 4-cü qrupunda kəşfiyyatçıistehkamçı vəzifəsində xidmət etmiş, hal-hazırda N №-li hərbi hissə komandirinin sərəncamında olan, 16 avqust NNNN-ci il tarixində barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3 və 177.N.4-cü maddələri ilə, xx xxx 1995-ci ildə Babək rayonunun Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Babək rayonunun Nehrəm qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, N saylı hərbi hissənin 1-ci bölük N-ci qrupunda kəşfiyyatçıpulemyotçu vəzifəsində xidmət etmiş, hal-hazırda N №li hərbi hissə komandirinin sərəncamında olan, 13 avqust NNNN-ci il tarixində barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş MAHHXHQ-su, əsgər XNN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3 və 177.N.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmiş və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla təkrar oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 N №-li hərbi hissədə kəşfiyyatçı-pulemyotçu vəzifəsində xidmət edərkən tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 18 iyul NNNN-ci il tarixdə gecə saat NN radələrində əvvəllər kirayə yaşadığı və Naxçıvan şəhər, Xətai küçəsi, döngə-9 ünvanında yerləşən fərdi yaşayış evinin hasar qapısından içəri daxil olub divardan aşaraq həmin evin qonşuluğunda olan, Zərərçəkmiş şəxs yaşadığı, ünvan N ünvanında yerləşən evin həyətinə düşmüş, evin açıq olan giriş qapısından içəri daxil olmuş və evin içərisində olan masanın üzərindən Zərərçəkmiş şəxs məxsus 5N manat dəyərində 1 ədəd “Samsung GT S61N” markalı mobil telefonu, həmçinin otaqdakı şifonerin yanında olan və içərisində 43 manat pul, 1 ədəd 15 manat dəyərində "xxxx" ASC tərəfindən verilmiş 6768 6755 7836 5N8N nömrəli, N ədəd NN manat dəyərində "xxxx" ASC tərəfindən verilmiş 41N7 NN44 4571 5814 və 676N 6111 NN9N N163 nömrəli plastik bankomat kartları, Zərərçəkmiş şəxs məxsus 75 manat dəyərində 1 ədəd Azərbaycan Respublikası ümumvətəndaş pasportu, 1 ədəd 3N manat dəyərində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, 1 ədəd 31 manat 7N qəpik dəyərində Türkiyə Respublikası şəxsiyyət vəsiqəsi, 1 ədəd 3N manat dəyərində nəvəsi Şahid9 məxsus Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi, N ədəd hər biri NN manat dəyərində olan elektrik və qaz sayğacı kartları, 3 ədəd hər biri 1 manat dəyərində olan təsbeh və 1 ədəd 5N qəpik dəyərində dırnaq tutan qayçı olan NN manat dəyərindəki qadın çantasını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 338 ( üç yüz otuz səkkiz) manat NN (iyirmi) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə N nömrəli hərbi hissədə xidmət edən MAHHXHQ-lar, Babək rayon, Nehrəm qəsəbə sakinləri Təqsirləndirilən şəxsN və X36 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bu məqsədlə NNNN-ci ilin iyul ayının 18-dən 19-na keçən gecə, saat NN:43 radələrində Babək rayon, Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”nin qarşısına gəlmiş, ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra qabaqcadan əlbir olduğu İmran Novruzov əynindəki köynəyini çıxarıb üzünü bağlaması üçün qrupun digər üzvü olan Təqsirləndirilən şəxsN vermiş, İmran Novruzovun özü isə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq ətrafı gözətləmək və hər hansı bir vəziyyətdə digərlərinə məlumat vermək üçün “Məişət evi”nin binasının qarşısındakı ağaclıq ərazidə gizlənərək ətrafa nəzarət etmiş, bu zaman qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN aralarında olan rol bölgüsünə uyğun olaraq əvvəlcədən Naxçıvan şəhərində yerləşən “Sizin Market”dən aldıqları iki cüt əlcəyi əllərinə geyərək, “Məişət evi”nin binasının sağ yan hissəsinə keçmişlər, Təqsirləndirilən şəxs1 “Məişət evi”nin plastik materialdan olan pəncərəsinin açılan tağını Təqsirləndirilən şəxsN məxsus bıçaqla açmış, hər ikisi həmin pəncərədən “Məişət evi”nin içərisinə daxil olaraq dəhlizdə qoyulmuş "xxxx" MMC-yə məxsus “Milliön” ödəmə terminalının kassa qapısını və monitor hissəsini qeyd olunan bıçaqla, həmin bıçaq qırıldıqdan sonra isə oradan tapdıqları digər bıçaqla açmağa çalışsalar da, ödəmə terminalının kassasını aça bilməmiş, ödəmə terminalında pul olmadığını düşünərək birlikdə hadisə yerindən uzaqlaşmışlar. Beləliklə də, qrup üzvləri "xxxx" MMC-yə məxsus “Milliön” ödəmə terminalının kassa qapısının və monitor hissəsinin zədələnməsi nəticəsində zərərçəkmiş hüquqi şəxs-"xxxx" MMC-yə N5N manat məbləğində maddi ziyan vurmaqla, planlaşdırdıqları oğurluğu öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişlər. Bununla da Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla təkrar oğurluq etməyə cəhd etmişdir. MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN və MAHHXHQ-su əsgər X36 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etməyə cəhd etmişlər. Belə ki, Təqsirləndirilən şəxsN N №-li hərbi hissədə kəşfiyyatçı-istehkamçı vəzifəsində, X1-pulemyotçu vəzifəsində xidmət edərkən həmin hərbi hissədə kəşfiyyatçıpulemyotçu vəzifəsində xidmət edən MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 ilə birlikdə 14-18 iyul NNNN-ci il tarixlərində aralarında olan söhbətlər zamanı borclarını ödəmək üçün xeyli miqdarda (ən azı 1NNNN-15NNN manat miqdarında) pul əldə etmək məqsədilə Babək rayon, Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”ndəki “Milliön” ödəmə terminalından birlikdə oğurluq etmək barədə XNN təklifi ilə razılığa gəlmiş, aralarında rol bölgüsü apararaq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”nin binasına daxil olub ödəmə terminalının kassasını açaraq pulu götürüb çıxacağı, həmin müddətdə İmran Novruzovun binanın qarşısında durub ətrafı gözətləyərək onlara məlumat verəcəyi, oğurluq nəticəsində əldə edilmiş pulun öz aralarında bərabər bölünəcəyi barədə razılaşmışlar. Beləliklə də, Təqsirləndirilən şəxsN, X36 və Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədi ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə NNNN-ci ilin iyul ayının 18-dən 19na keçən gecə, saat NN:43 radələrində Babək rayon, Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”nin qarşısına gəlmişlər, ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra İmran Novruzov əynindəki köynəyini çıxarıb üzünü bağlaması üçün qrupun digər üzvü olan Təqsirləndirilən şəxsN vermiş, İmran Novruzovun özü isə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq ətrafı gözətləmək və hər hansı bir vəziyyətdə digərlərinə məlumat vermək üçün “Məişət evi”nin binasının qarşısındakı ağaclıq ərazidə gizlənərək ətrafa nəzarət etmiş, bu zaman qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN aralarında olan rol bölgüsünə uyğun olaraq əvvəlcədən Naxçıvan şəhərində yerləşən “Sizin Market”dən aldıqları iki cüt əlcəyi əllərinə geyərək, “Məişət evi”nin binasının sağ yan hissəsinə keçmiş, Təqsirləndirilən şəxs1 “Məişət evi”nin plastik materialdan olan pəncərəsinin açılan tağını Təqsirləndirilən şəxsN məxsus bıçaqla açmış, hər ikisi həmin pəncərədən “Məişət evi”nin içərisinə daxil olaraq dəhlizdə qoyulmuş "xxxx" MMC-yə məxsus “Milliön” ödəmə terminalının kassa qapısını və monitor hissəsini qeyd olunan bıçaqla, həmin bıçaq qırıldıqdan sonra isə oradan tapdıqları digər bıçaqla açmağa çalışsalar da, ödəmə terminalının kassasını aça bilməmiş, ödəmə terminalında pul olmadığını düşünərək birlikdə hadisə yerindən uzaqlaşmışlar. Beləliklə də, qrup üzvləri "xxxx" MMC-yə məxsus “Milliön” ödəmə terminalının kassa qapısının və monitor hissəsinin zədələnməsi nəticəsində zərərçəkmiş hüquqi şəxs-"xxxx" MMC-yə N5N manat məbləğində maddi ziyan vurmaqla, planlaşdırdıqları oğurluğu öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişlər. Bununla da Təqsirləndirilən şəxsN və XN Məhəmməd Sahib oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etməyə cəhd etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və N9, 177.N.1, 177.N.N, 177.N.3, 177.N.4-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, o, NNN1-ci ilin iyun ayından MAHHXHQ kimi N nömrəli hərbi hissəsinin N-ci bölüyündə kəşfiyyatçı-pulemyotçu vəzifəsində xidmət etmiş, borcları yarandığından maddi sıxıntı çəkmiş, əvvəllər Naxçıvan şəhəri, Xətai məhəlləsində yerləşən evdə kirayə qalmış, daha sonra isə həmin evdən çıxaraq hərbi hissənin yataqxanasında yaşamağa başlamışdır. NNNN-ci ilin iyul ayının 14-də hərbi hissənin besetkasında olarkən iş yoldaşı MAHHXHQ-su əsgər İmran Novruzovla etdiyi söhbət əsnasında İmran Novruzov ona öz borcları barədə danışmış, bu zaman o, da İmrana özünün və iş yoldaşı Təqsirləndirilən şəxsN də çoxlu borclarının olmasını bildirmişdir. Maddi vəziyyətləri pis olduğundan İmran Novruzovun təklifi əsasında Təqsirləndirilən şəxsNlə birlikdə oğurluq etmək qərarına gəlmişlər. O, haradan oğurluq edəcəkləri ilə bağlı İmran Novruzovdan soruşduqda İmran Nehrəm qəsəbəsində “Məişət evi”ndə “Milliön” aparatı quraşdırıldığını bildirərək, həmin aparatı aça biləcəyini soruşmuş, ona “bilmirəm, bəlkə də aça bilərəm” deyə cavab vermişdir. İmran Novruzovla etdiyi bu söhbətdən bir-iki gün sonra Vüsalı hərbi hissənin besetkasında görüb kənara çəkib İmran Novruzovun oğurluqla bağlı ona nəsə deməsini dəqiqləşdirdikdə, Vüsal bu barədə İmranla danışdığını və onların fikirləri ilə razı olduğunu bildirmişdir. Vüsalla söhbət zamanı həftənin 1-ci günü işdən çıxdıqdan sonra oğurluq etməyi planlaşdırmışlar. Daha sonra o, 15 iyul NNNN-ci ildə iş yoldaşı MAHHXHQ Şahid5la birlikdə Əliabad qəsəbəsində yanacaq doldurma məntəqəsinin yanında olan kafeyə gedib orada pivə içmiş, bu zaman kənara çəkilib ***-***- **-** mobil nömrəsindən Vüsala və İmrana zəng edərək, həmin gün oğurluq etməyi təklif etmiş lakin onlar onun fikri ilə razılaşmamışlar. 17 iyul NNNN-ci il tarixdə o, Şahid5la “Həyat Club” deyilən kafeyə gedib spirtli içki qəbul etmiş, bu zaman o, Naxçıvan şəhəri Xətai məhəlləsində əvvəllər kirayə qaldığı evin qonşuluğunda yaşayan qoca arvadın evinə girib oğurluq etməyi planlaşdırmış, lakin həmin vaxt bu barədə Şahid5 heç nə deməmiş, təqribən saat N1:NN-N1:3N radələrində “Həyat Club”dan çıxaraq “Əyləncə Mərkəzi”nin qarşısına getdikdə, o, Şahid5 kirayə qaldığı evdən paltarlarını götürməli olduğunu bildirdikdən sonra onlar bu məqsədlə “VAZ-N1N7” markalı taksiyə minmişlər, yolda o, taksi şöferinə “Sizin Marketə” sürməsini demiş, Şahid5 siqaret alacağını bildirərək, taksidən düşmüş və marketə girib oradan bir cüt rezin fəhlə əlcəyi almışdır. Daha sonra elə həmin taksi ilə əvvəl kirayə yaşadığı Naxçıvan şəhəri, Xətai məhəlləsinə getmiş, həmin məhəllədə olan “Yaz market”in yanında taksidən düşərək piyada əvvəl kirayə yaşadığı həyət evinin qarşısına gəlmişlər. Evə yaxınlaşarkən o, Şahid5 “burada bir ev var, bəlkə ora girib oğurluq edək” demiş, lakin Şahid5 onun bu təklifi ilə razılaşmayaraq onu azarlamışdır. Bu barədə Şahid5 fikrini bildikdən sonra o, gülüb “zarafat edirəm, paltarımı götürərəm, 5 dəqiqəyə çıxam...sən məni gözlə gəlirəm” dedikdən sonra Şahid5 onu çöldə gözləmiş, bu zaman o, özünün əvvəl kirayə yaşadığı evin qapısından həyətə girərək, marketdən aldığı əlcəkləri əllərinə geyinmiş və divardan aşaraq qonşuluqda olan evin həyətinə düşmüşdür. Həmin vaxt təqribən gecə saat NN radələri olmuş, evin qapısı açıq olduğundan, o, pərdəni aralayanda yaşlı qadının çarpayıda yatmasını, otaqda olan stolun üstündə bir ədəd mobil telefon olduğunu görmüş, stolun üzərindəki sadə, metal, boz rəngli “Samsung” markalı telefonu götürüb arxa cibinə qoyduqdan, sonra otaqda olan şifonerin yanındakı qara qadın çantasını içərisinə baxmadan götürərək gəldiyi kimi də çölə çıxmışdır. Əvvəllər kirayə yaşadığı evin qapından çölə çıxan zaman Elşənin ona tərəf gəldiyini görmüş, yaxınlaşdıqda Elşən onun əlində qadın çantası olduğunu görərək bu barədə soruşmuş, cavabında ona oğurluq etdiyini bildirmişdir. Bu zaman Şahid5 onu məzəmmət edərək ondan uzaqlaşmış və təqribən NN-3N metr ondan irəlidə getməyə başlamışdır. Onlar “Yaz Market”in yanına qədər gedib oradan ara yollarla hərəkət edib təcili tibbi yardım maşınlarının olduğu xəstəxanın yanına gəlib çıxdıqda, yolun kənarında olan zibil qutularının birindən qara torba götürüb çantanı içərisinə qoymuş, Şahid5 irəlidə, özünün isə onun arxasınca avtovağzala qədər getmişlər. Avtovağzalın yanında birlikdə taksiyə minərək Əliabad qəsəbəsindəki “yaşıl zaprafka”nın yanına qədər getmiş və burada hər ikisi taksidən düşmüşlər. Elşən “əlillərin binası” deyilən binada kirayə yaşadığı evə getmiş, özü isə binanın yanındakı ağaclığa keçib çantanı açıb içərisini yoxlamışdır. O, çantadan N ədəd NN manatlıq və N ədəd 1 manatlıq olmaqla cəmi 4N manat, 3 ədəd bankomat kartları olmasını görərək, onları götürüb cibinə qoymuş, çantanın özünü isə zibil qabına atdıqdan sonra Şahid5 yaşadığı evə gedərək orada yatmışdır. Həmin gün yəni, 18 iyul NNNN-ci il tarixdə səhər saat 7 radələrində yuxudan durub hərbi hissəyə getmiş, iş vaxtının sonunda danışdıqları kimi hərbi hissədə Təqsirləndirilən şəxsN və İmran Novruzovla görüşüb əvvəlcədən razılaşdıqları qaydada oğurluğa getmək üçün mülki paltarlarını geyinmişlər.Təqribən axşam saat N1:1N radələrində hərbi hissədən çıxıb Əliabad qəsəbəsinə doğru piyada gedərkən yolda cibində olan, gecə oğurladığı çantadan götürdüyü 3 ədəd bonkamat kartını çıxarıb Vüsalla İmrana göstərmiş və onlara gecə etdiyi oğurluq barədə danışmış, onların yanında bankomat kartlarını qıraraq Əlibadad qəsəbəsində “5 qardaş” deyilən yerin yaxınlığında yolun kənarına tullamışdır. Daha sonra onlar birlikdə Naxçıvan şəhərində yerləşən “Xəyal” kafesinə getmişlər. Həmin vaxt kafedə oğurluq etmək barədə yenə də söhbət etmiş, söhbət zamanı o və Vüsal Naxçıvan şəhərində oğurluq etməyi təklif etdikdə İmran Nehrəm qəsəbəsindəki “Məişət evi”nin içərisindəki “milliön” aparatında daha çox pul olacağını bildirib oradan oğurluq etməyi təklif etmişdir. Onlar İmranın bu təklifi ilə razılaşıb edəcəkləri oğurluğu planlaşdırmışlar. Plana uyğun hərəkət edərək birlikdə taksi ilə Naxçıvan şəhərində yerləşən “Sizin market” adlı marketə gedərək oradan iki cüt sarı rəngli fəhlə əlcəyi alaraq, elə həmin taksi ilə də Nehrəm qəsəbəsinə getmişlər. Nehrəm qəsəbəsində avtomobildən düşən zaman yaxınlıqda polis əməkdaşlarının olduğundan birlikdə yaxınlıqdakı “Ticarət mərkəzi”nə getmiş, bir müddət orada vaxt keçirdikdən sonra “Ticarət Mərkəzi”nin içərisində olan çayxanadan oğurluq edib-edə bilməyəcəklərinə baxmaq üçün çayxanaya getmişlər, lakin sonradan orada pulun az ola biləcəyini düşünüb bu fikirlərindən daşınmışlar. Həmin vaxt İmran Nehrəm qəsəbəsindəki “million” aparatında təqribən 1N,NNN-15,NNN manat arası pul olduğunu bildirmişdir. Bundan sonra Vüsal və İmranın “Ticarət Mərkəzində” adlarını bilmədiyi iki nəfər ilə bir qədər söhbət etmiş, bir neçə dəqiqədən sonra onlar “Məişət evi”nə tərəf getmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra Vüsal təhlükəsizlik kamerasında bilinməsin deyə İmrandan əynindəki köynəyi çıxarıb ona verməsini istəmiş, İmran köynəyini çıxarıb ona vermiş, Vüsal həmin köynəyi başına keçirib üzünü bağlamışdır. Həmin vaxt onun başında kepka papaq, əynində göy cins şalvar, ayağında makasin ayaqqabı, naxışları olan uzunqol köynəyi olmuş, əvvəlcədən aralarında əldə etdikləri razılığa əsasən İmran yolun əks tərəfinə keçib ağaclıq yerdə gözləmiş, bu zaman o, Vüsal ilə “Məişət evi”nin sol tərəfindəki pəncərəyə yaxınlaşmış və pəncərənin qarşısında əlcəkləri geyindikdən sonra pəncərəni açmaq üçün Vüsalın cibindən çıxarıb ona verdiyi bıçaqla pəncərəni açmış, həmin pəncərədən Vüsal ilə birlikdə içəri girərək, dəhlizdə giriş qapısı ilə üzbəüz qoyulmuş “million” ödəmə terminalına tərəf yaxınlaşıb, terminalın ekran hissəsindəki karton kağızı ekrandan aralamış, ekran işlək vəziyyətdə olduğu üçün işıq düşdüyündən yerdə olan kabeli çəkib işığı söndürmüş, əlində olan bıçaqla aparatın kassa hissəsini açmağa çalışansa da bu zaman bıçaq qırılmışdır. Bu zaman aparatı açmaq üçün dəmir əşya axtaranda giriş qapısının arxa hissəsində dəstək hissəsi qəhvəyi rəngdə olan, uzun nazik meyvə bıçağı tapmış, həmin bıçağı götürərək yenidən aparatın ön sol hissəsindəki dəmir hissəni bıçaqla açmağa çalışmış, bu ərəfədə İmran Vüsala zəng edərək, vəziyyətin nə yerdə olmasını soruşduqda Vüsal hələ kassanı aça bilmədiklərini İmrana bildirmişdir. Daha sonra birlikdə terminalın monitoru çıxarıb aşağıya sallanmış vəziyyətdə buraxmış, özünə məxsus telefonun işığını terminalın içərisinə salıb baxdıqda aparatın içərisində dəmir qutu olmasını görmüşlər. Bu zaman dəmir qutunu açmağa çalışsalar da bunu bacarmamışlar.Terminalı açmağa çalışan zaman onun mobil telefonu aparatın kabellərinə ilişib terminalın içərisinə düşmüş, bu səbəbdən də o, telefonu çıxarmaq üçün Vüsalla birlikdə terminalı tərsinə çevirmiş və Vüsal aparatın alt hissəsindən əlini salaraq telefonu götürmüşdür. Bundan sonra onlar pəncərədən girdikləri qaydada çölə çıxıb İmranın yanına gedərək, ona terminalda pul olmadığını, heç nə götürə bilmədiklərini deyərək oradan uzaqlaşmış, ara küçələrlə kənddən çıxıb piyada Naxçıvan şəhərinə doğru getmişlər. Yolda əlcəkləri çıxarıb yolun kənarındakı zibil qabına tullamış, yol uzaq olduğundan taksi fəaliyyəti göstərən Şahid11 adlı şəxsə zəng etsə də, Nəcəf onların arxasınca gəlməmişdir. Bu səbəbdən Tumbul kəndinin içərisi ilə “X41 Sənaye Kompleksinin” yanındakı “Şüşə qablar” deyilən yerə qədər piyada gələrək, həmin yerdə tanımadıqları “Vaz N1N7” markalı avtomobilə əl edib saxladaraq sürücüyə onları hərbi hissəyə aparmasını bildirmiş, saat N4:3N radələrində Əliabaddakı “yaşıl” yanacaqdoldurma məntəqəsi deyilən yerdə yolun kənarında avtomobildən düşüb iş yoldaşlarının kirayədə yaşadığı evə gedib yatmışdır. İmranla Vüsal isə hərbi hissəyə getmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs1 o və qrupun digər üzvləri tərəfindən törədilən əməllər nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənildiyini, etdiyi əməllərə görə peşman olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3, 177.N.4-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissədə kəşfiyyatçı istehkamçı vəzifəsində xidmət etmiş, borcları yarandığından maddi sıxıntı çəkmiş, bir dövrdən sonra borclarını ödəyə bilməz hala düşmüşdür. Xidmət etdiyi hərbi hissədə borcları barədə söhbət edən zaman iş yoldaşı MAHHXHQ-su İmran Novruzov da 18NNN (on səkkiz min) manata yaxın borcunun olduğunu demiş, bundan sonra 14-15 iyul NNNN-ci ildə səhər saatlarında hərbi hissədə İmran Novruzov onun yanına gələrək “sənin də borcun var, Həcəliyevlə mənim də, yer tapaq, girək, oğurluq edək, nə qədər pul və ya qızıl olsa götürüb aramızda bölüb borclarımızı ödəyək” demişdir. Borclarını ödəyə bilmədiyindən İmran Novruzovun təklifi ilə razılaşmış, haradan oğurluq etməyi soruşduqda X5N qəsəbəsində yerləşən “Məişət evi”ndəki “Milliön” aparatından oğurluq etməyi təklif etmişdir. Həmin gün və sonrakı günlərdə bu barədə Təqsirləndirilən şəxs1 və İmran Novruzovla məsləhətləşmiş, edəcəkləri oğurluğu planlaşdırmışlar. 15 iyul NNNN-ci il tarixdə saat NN:3N radələrində Təqsirləndirilən şəxs1 onun ***-***-**-** mobil nomrəsinə zəng vuraraq İmranı da götürüb gəlməsini, Naxçıvan şəhərində bir yer tapıb oğurluq etmələrini bildirmiş, buna görə də o, İmranın mobil telefonuna zəng vurub Məhəmmədin dediklərini ona bildirmiş, lakin İmran qayınanasıgilin onu qonaq çağırdığını bildirərək, gələ bilməyəcəyini demişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs1 zəng vuraraq gəlmədiklərini bildirmişdir. Daha sonra 18 iyul NNNN-ci il tarixində İmran və Məhəmmədlə əvvəlcədən danışdıqları kimi iş vaxtının sonunda hərbi hissədə görüşüb razılaşdırdıqları qaydada oğurluğa getmək üçün mülki paltarlarını geyinərək təqribən axşam saat N1:1N radələrində hərbi hissədən çıxıb Əliabad qəsəbəsinə doğru piyada gedərkən Təqsirləndirilən şəxs1 cibindən 3 ədəd bankomat kartı çıxarıb onlara göstərmiş və əvvəlki gün kirayə qaldığı evin qonşuluğunda olan, yaşlı bir qadının yaşadığı evə girib bir çanta götürüb çıxdığını, çantada mobil telefon, 4N manat pul və həmin kartların olduğunu demiş, Təqsirləndirilən şəxs1 bankomat kartlarının şifrəsini bilmədiyindən onları əzib yolun qırağındakı ağacların altına atmışdır. Daha sonra onlar birlikdə Naxçıvan şəhərində yerləşən “Xəyal” kafesinə getmişlər. Orada onlar pivə içmiş, söhbət zamanı İmran yenə Nehrəm qəsəbəsindəki “Məişət evin”də olan “Milliön” aparatından oğurluq etməyi təklif etmiş, bundan sonra oğurluq edərkən əl-barmaq izlərinin düşməməsi üçün marketdən əlcək almaq, oğurluğa girəndə birinin çöldə gözləyib ətrafı gözətləməsi, digərlərinin girib oğurluq etməsi barədə razılığa gəlmişlər. Daha sonra plana uyğun hərəkət edərək birlikdə taksi ilə Naxçıvan şəhərində yerləşən “Sizin market” adlı marketə gedərək oradan iki cüt sarı rəngli fəhlə əlcəyi alaraq, elə həmin taksi ilə də Nehrəm qəsəbəsinə getmişlər. Onlar Nehrəm qəsəbəsindəki “Elsever” restoranının yanında taksidən düşmüş, restoranın yaxınlığındakı əczaxananın yanında polis əməkdaşları olmasını gördüklərindən, həmçinin tez olduğuna və ətrafda adamlar olduğuna görə sakitlik olanda “Məişət evi”nə girməyi düşünmüşlər. Bu səbəbdən piyada “Ticarət Mərkəzi”nə gedib həmkəndlisi İlkanla görüşüb söhbət etmişlər. Həmin vaxt Kameraman Şahin də İlkanın yanında olmuş, İlkanla söhbət edən zaman o, Həcəliyevi göstərib onun kim olmasını soruşmuş, ona iş yoldaşı olduğunu, pivə içməkdən gəldiklərini, hərbi hissəyə qayıdacaqlarını deyib qardaşına və başqa kiməsə orada olmasını deməməsini tapşırmışdır. Sonra oradan çıxıb Nehrəm qəsəbəsində yerləşən “Ticarət Mərkəzi”nin içərisində olan çayxanadan oğurluq edib-edə bilməyəcələrinə baxmağa getmişlər, lakin sonradan orada pulun az ola biləcəyini düşünüb bu fikirlərindən daşınmışlar. Həmin vaxt İmranın Nehrəm qəsəbəsindəki “million” aparatında təqribən 1N,NNN-15,NNN manat arası pul olduğunu bildirmişdir. Buna görə birlikdə piyada yaxınlıqda olan “Məişət evi”nin qarşısına gəlmişlər. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra o, təhlükəsizlik kamerasında bilinməsin deyə İmrandan əynindəki köynəyi çıxarıb ona verməsini istəmiş, İmran köynəyini çıxarıb ona vermiş, o, həmin köynəyi başına keçirib üzünü bağlamışdır. Həmin vaxt Məhəmmədin başında kepka papaq, əynində göy cins şalvar, ayağında makasin ayaqqabı, naxışları olan uzunqol köynəyi olmuş, əvvəlcədən aralarında əldə etdikləri razılığa əsasən İmran yolun əks tərəfinə keçib ağaclıq yerdə gözləmiş, bu zaman o, Məhəmməd ilə “Məişət evi”nin sol tərəfindəki pəncərəyə yaxınlaşmış və pəncərənin qarşısında əlcəkləri geyindikdən sonra pəncərəni açmaq üçün cib bıçağını çıxarıb Məhəmmədə vermiş, Məhəmməd həmin bıçaqla pəncərəni açmış, həmin pəncərədən onlar içəri girərək, dəhlizdə giriş qapısı ilə üzbəüz qoyulmuş “million” ödəmə terminalına tərəf yaxınlaşmışlar. Məhəmməd bıçağı aparatın aşağı hissəsindəki pul ödəmə yerinə salıb açmağa çalışmış, lakin aça bilməmiş, bu vaxt bıçağın uc hissəsinin biraz qırılmış, Təqsirləndirilən şəxs1 həmin yerdə pəncərədən dəstək hissəsi qəhvəyi rəngdə olan nazik meyvə bıçağı tapıb götürərək yenidən həmin aparatın monitor hissəsini bıçaqla açmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 yorulanda o, bıçağı alıb ekranı çıxarmağa kömək etmiş, meyvə bıçağından aparatın ekran hissəsini çıxarmaqda istifadə etdiklərindən uc hissəsinin əzilib əyildiyini, aparatın ekran hissəsi aralandıqdan sonra aparatın içərisində dördbucaq formada olan kassanın olduğunu görmüşlər. Telefonun işığını salıb açacaqları yerə baxarkən çöldə dayanan İmran onun mobil telefonuna üç dəfə zəng vurmuş, ilk zəngi həyəcanlı olduğundan aça bilməmiş, sonra yenə zəng edəndə telefonu açmış, danışıq zamanı İmran işığın çöldən göründüyünü bildirmiş, bundan sonra onlar işığı söndürmüş, daha sonra İmran ona yenə zəng edib nə olmasını soruşmuş, kassanı açmağa çalışdıqlarını,hələ orada olduqlarını demişdir. Məhəmməd onun verdiyi bıçağın qırılmış ucluğu ilə kassanın qaynaq yerini bir az araladıqdan sonra özünə məxsus telefonun işığını salıb baxaraq kassanın içərisində pul olmadığını bildirmiş, həmin zaman telefon aparatın içərisindəki kabelə ilişdiyindən onun əlindən çıxaraq aparatın içərisinə düşmüşdür. Telefonu orada qoyub getmək istəmədiklərindən Məhəmmədlə aparatı tərs çevirib telefon yerə düşəndən sonra götürüb gəldikləri yerlə qayıdıb pəncərədən çıxaraq yolun əks tərəfinə keçib İmranın yanına gedərək, ona terminalda pul olmadığını, heç nə götürə bilmədiklərini deyərək oradan uzaqlaşmış, ara küçələrlə kənddən çıxıb piyada Naxçıvan şəhərinə doğru getmişlər.Bu zaman Təqsirləndirilən şəxs1 öz telefonu ilə kiməsə zəng etmiş, zəng etdiyi şəxsin taksi sürücüsü olduğunu deyib onunla danışmış, lakin həmin taksi onların arxasınca gəlməmişdir. Bundan sonra onlar Nehrəm qəsəbəsinin xəstəxanasının arxası ilə “Alaqapı” deyilən magistral yolu istiqamətində çıxıb Tumbul kəndinin içərisi ilə “X41 Sənaye Kompleksi”nin yanına qədər piyada gəlmiş, həmin yerdə tanımadıqları ağ rəngli "Vaz N1N7” markalı avtomaşının onlara tərəf gəlməsini görüb saxladaraq sürücüdən onları Əliabad qəsəbəsinə, Yol Polis İdarəsinin yanındakı hərbi hissəyə aparmasını xahiş etmişlər. Həmin maşına minib Əliabad qəsəbinəsinə gəlmişlər. “Yaşıl” yanacaq doldurma məntəqəsinin qarşısında Məhəmməd maşından düşüb xidmət yoldaşının kirayə qaldığı evə getmiş, onunla İmranla isə hərbi hissəyə getmişlər. Bundan əlavə Təqsirləndirilən şəxsN o və qrupun digər üzvləri tərəfindən törədilən əməl nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənildiyini, etdiyi əməllərə görə peşman olduğunu, özünün “44 günlük vətən müharibəsi”nin iştirakçısı olduğunu, iki azyaşlı övladının olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X36 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3, 177.N.4-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində son bir il ərzində Təqsirləndirilən şəxsNlə xeyli borclarının yarandığını, gündəlik olaraq borcunu necə ödəcəyini düşündüyünü, çıxış yolu tapa bilmədiyini, Təqsirləndirilən şəxs1 də xeyli borcu olduğunu, hərbi hissədə söhbət edəndə Vüsalın hərdən zarafatla “belə getsə bu borcları ödəmək üçün oğurluq edəcəyəm” dediyini, ona “bir yerdə edərik” cavabını verdiyini, oğurluq etməmişdən 3-4 gün əvvəl yenə hərbi hissədə Vüsalla borclarını necə ödəyəcəkləri ilə bağlı söhbət etdiklərini, həmin vaxt Vüsalın oğurluq etməklə borclarını ödəyə biləcəklərini dediyini, ona “onsuz da batmışıq, tutulsaq da, qalsaq da bir yerdəyik, birlikdə oğurluq edək” cavabını verdiyini, Vüsal ilə bu söhbətdən sonra Təqsirləndirilən şəxs1 borcu olduğunu bildiyindən gedib Vüsalla aralarında olan söhbəti Məhəmmədə danışdığını, Məhəmmədin ona özünün də oğurluq etmək istədiyini, oğurluq etmək üçün nələr etmək lazım olduğunu bildiyini dediyini, 15 iyul NNNN-ci il tarixdə işdən çıxıb evə getdiyini, həmin gün axşam Təqsirləndirilən şəxs1 zəng edib Naxçıvan şəhərində yerləşən boş evlərdən birinə oğurluğa girməyi təklif etdiyini, qaynatasıgilə qonaq çağırıldığından şəhərə gələ bilməyəcəyini bildirdiyini, 1-N gün sonra hər üçünün hərbi hissənin besetkasında söhbət edərkən yenə oğurluq etmək barədə danışdıqlarını, özünün Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”ndə quraşdırılmış “milliön” aparatından oğurluq etmək barədə təklif verdiyini, hərbi hissəyə mülki paltar gətirib iş vaxtı bitdikdən sonra gedib oğurluq etməyi razılaşdırdıqlarını, xx.xx.NNNN-ci il tarixdə iş vaxtı bitdikdən sonra mülki paltarını geyinib hərbi hissədən çıxıb piyada Əliabad qəsəbəsi istiqamətində getməyə başladıqlarını, yolda Təqsirləndirilən şəxs1 cibindən üç ədəd plastik bankomat kart çıxardıb əvvəl kirayə qaldığı evin qonşuluğundakı yaşlı bir qadının evinə girib çantasını oğurladığını, həmin çantada 4N manat, 1 ədəd mobil telefon və həmin kartlarların olduğunu bildirdiyini, onun kartları Əliabad qəsəbəsində “5 qardaş” deyilən yerdə əzib yolun kənarına tulladığını, taksiyə minib “Xəyal” adlı kafeyə gedib orada danışıb Nehrəm qəsəbəsindəki “Məişət evi”nə girib “milliön” aparatından oğurluq etməyi qərarlaşdırdıqlarını, sonra oğurluq barədə plan qurduqlarını, Təqsirləndirilən şəxs1 onun çöldə gözləməsini, gələn olsa xəbər etməsini, Vüsalla özünün içəri girib oğurluq edəcəklərin dediyini, Vüsal bunun qorxulu olmasını, tapıla biləcəklərini bildirdikdə Məhəmmədin əlcək alsalar əl izlərinin düşməcəyini dediyini, aralarında razılaşdıqdan sonra Naxçıvan şəhərində yerləşən "Sizin market”ə getdiklərini, ikisinin içəri girib oğurluq edəcəyi, birinin isə çöldə dayanmaqla ətrafı gözətləyib hər hansı vəziyyət olarsa digərlərini xəbardar edəcəyi barədə danışdıqlarından marketdən iki cüt rezin fəhlə əlcəyi alıb taksi ilə Nehrəm qəsəbəsinə getdiklərini, həmin vaxt “Elsevər” restoranının yaxınlığında yerləşən əczaxananın yanında polis əməkdaşlarının olduğunu gördüklərini, tez olduğundan və küçədə adamların olduğunu görüb vaxt keçməsini və adamların getməsini gözləyib sonra “Məişət evi”nə girməyi qərarlaşdırdıqlarını, “Ticarət mərkəzi”ndə bərbər işləyən həmkəndlisi İlkan, kameraman Şahinlə görüşüb söhbət etdiklərini, həmin vaxt XN8 kim olmasını soruşduqa iş yoldaşları olmasını dediklərini, sonra Vüsalın “Ticarət mərkəzi”ndəki çayxanaya girib oğurluq etməyi deyəndə orda az pul olacağını, “Milliön” aparatında çox pul olduğunu deyib onunla razılaşmadıqlarını, bütün qəsəbə sakinləri həmin “Məişət evi”ndəki “milliön” aparatı ilə ödəmələr etdiyindən orada üçünün arasında bölməyə daha çox pul olacağını düşündüklərini, nə qədər olsa aralarında bərabər şəkildə bölüşdürməyi razılaşdırdıqlarını, “Məişət evi”nə tərəf asfalt yolla gedib avtobus dayanacağının yanında 5-1N dəqiqə gözlədiklərini, sonra birlikdə “Məişət evi”nin qarşısına getdiklərini, həmin vaxt orada heç kimin olmadığını, yolun əks tərəfinə ağacların arxasında köynəyini çıxarıb Vüsala verdiyini, Vüsalın əynində qoluqısa köynək, şalvar, Məhəmmədin əynində uzunqol köynək, şalvar və başında kepka papaq olduğunu, Vüsalın “Məişət evi”nə tərəf keçdiyini, özünün arxa tərəfə çəkilib ağacların arasında gizlənib ətrafa baxmağa başladığını, Vüsalla Məhəmmədin “Məişət evi”nin sol tərəfdə yerləşən pəncərəsinə tərəf gedib həmin yerdən içəri girdiklərini, onlar içəri girdikdən bir qədər sonra içəridən işıq gəldiyini görüb Vüsalın mobil telefonuna 3 dəfə zəng vurduğunu, Vüsalın birinci zəngini açmadığını, sonra zəng edəndə açıb danışanda içəridə işıq saldıqlarından göründüyünü, işığı söndürmələrini dediyini, bundan sonra onların işığı söndürdüyünü, sonra yubandıqlarını görüb həmin yerdən tez çıxmaları üçün Vüsalın mobil telefonuna yenidən zəng vurub nə olduğunu soruşduğunu, Vüsalın kassanı sökdüklərini bildirdiyini, bir müddət keçdikdən sonra Vüsalla Məhəmmədin qaça-qaça yanına gəldiklərini, Təqsirləndirilən şəxsN köynəyini ona qaytardığını, onlardan nə olduğunu soruşduqda Vüsalın “milliön” aparatının içərisində heç nə olmadığını dediyini, Tumbul kəndinin içərisi ilə “X41 Sənaye Kompleksinin” yanına qədər piyada getdiklərini, yolun kəsişməsində Məhəmmədin tanımadıqları ağ rəngli “Vaz N1N7” markalı avtomobilə əl edib saxladaraq sürücüdən onları Əliabad qəsəbəsinə, oradan isə hərbi hissəyə aparmasını xahiş etdiyini, həmin maşınla gedib Məhəmmədin Əliabadda yolun kənarında endiyini, sonra Vüsalla onun hərbi hissəyə getdiklərini, saat N4:3N radələrində hərbi hissəyə çatdıqdan sonra saat N6:3N radələrinə qədər istirahət etdiyini, Vüsalın buraxılışda olduğu üçün saat N6 radələrində hərbi hissədən çıxıb Nehrəm qəsəbəsinə getdiyini, daha sonra həmin yerdən oğurluq etmələri ortaya çıxdığından Bəbək rayon Polis İdarəsinə çağırıldıqlarını göstərmişdir. Bundan əlavə təqsirləndirilən şəxs X36 qrupun digər üzvləri ilə birlikdə törətdiyi əməllər nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənildiyini, etdiyi əməllərə görə peşman olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, eləcə də məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində aylıq 18N manat təqaüd aldığını, ünvan N ünvanında yerləşən evdə tək yaşadığını, son zamanlar alergik problemləri olduğundan dərman qəbul etdiyini, həmin dərmanların həm də yuxu verdiyini, buna görə gecə dərin yatdığını, yay vaxtları isti olduğundan sərin olması üçün qapını açıq qoyduğunu, həmin müddətdə salonda yatdığını, NNNN-ci ilin iyul ayının 17-də, həftənin bazar günü axşam saat NN radələrində hasar qapısını açarla bağlayıb evin giriş qapısını hava gəlməsi üçün açıq qoyub salonda çarpayıda uzanıb yatdığını, həmişə oyananda evdəki əşyalara diqqət etdiyini, çantasını salonun sol tərəfində kreslonun yuxarı hissəsinə, telefonunu isə salonda olan bir nəfərlik çarpayının yanındakı taburetkanın üstünə qoyduğunu, iyul ayının 18-də səhər saat N4 radələrində oyananda evin giriş qapısının pərdəsinin aralı olmasını, həmçinin ayaqqabı qutusunun aşıb evin içinə düşməsini gördüyünü, külək olduğundan belə olmasını düşündüyünü, sonra baxanda çantanın qoyduğu yerdə olmadığını gördüyünü, mobil telefonunu axtaranda onun da olmadığını bildiyini, NN iyul NNNN-ci ildə Babək rayon Polis İdarəsinin əməkdaşlarının gəlib onun evindən oğurluq edildiyini, evindən 18 iyul NNNN-ci ildə gecə vaxtı tanımadığı Təqsirləndirilən şəxs1 adında bir hərbiçinin oğurluq etməsini dediklərini, həmin şəxsin onun 1 ədəd “Samsung GT S61N” markalı mobil telefonunu, içərisində 43 manat pul, 1 ədəd "xxxx", N ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik bankomat kartlarının, 1 ədəd özünün Azərbaycan Respublikası ümumvətəndaş pasportunun, 1 ədəd Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin, 1 ədəd Türkiyə Respublikası şəxsiyyət vəsiqənin, 1 ədəd nəvəsi Şahid9 Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin, 1 ədəd elektrik və 1 ədəd qaz sayğacı kartlarının, 3 ədəd təsbehinin və 1 ədəd dırnaq tutan qayçısının olduğu qadın çantasının oğurladığını, oğurluq nəticəsində ona cəmi 338 manat NN qəpik məbləğdə ziyan dəydiyini, hadisədən sonra ona vurulmuş bütün ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs1 yazığı gəldiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin (Pashapay”MMC-nin) vəkalətli nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində N4 dekabr NNN1-ci ildən "xxxx" MMC-nin Naxçıvan RXM-nin rəhbəri vəzifəsində işlədiyini, Naxçıvan Muxtar Respublikasının bölgələrində 59 ədəd ödəmə terminalı quraşdırıldığını, Babək rayon Nehrəm qəsəbəsindəki “Məişət evi”ndə quraşdırılmış aparatın 5NN36 nömrəli ödəmə terminalı olduğunu, 19 iyul NNNN-ci ildə Nehrəm qəsəbəsindəki “Məişət evini” işlədən Şahid1 onun mobil telefonuna zəng vuraraq naməlum şəxslərin “Milliön” aparatından oğurluq etməyə cəhd etdiklərini bildirdiyini, buna görə dərhal Nehrəm qəsəbəsinə getdiyini, həmin zaman polis əməkdaşlarının orada olduğunu, “Milliön” aparatının “Məişət evi”nin ortasında üzü üstə yerə uzadıldığını, aparatı qaldırıb düz qoyduqdan sonra ekranın yerindən çıxarıldığını, sağ hissəndə yerləşən kassa qapısına müdaxilə edildiyini və kassa qapısının zədələndiyini gördüyünü, ekranın çıxarıldığı hissədən aparatın içərisinə də müdaxilə edilməyə çalışıldığını, kassa hissəsinin aça bilmədiklərindən içərisində olan pulların götürülmədiyini, sonradan kassa hissəsini açarla açdıqda pullar yığılmış kasetin yerində olduğunu gördüyünü, bütün terminalların eyni şəbəkəyə bağlandığını, həmin şəbəkə vasitəsi ilə mərkəzdən terminallarda nə qədər pul olmasını gördüklərini, sistemə baxan zaman 5NN36 nömrəli ödəmə terminalında 68N3 manat pul olmalı olduğunu bildiklərini, ödəmə terminalından çıxarılan kasetdə olan pulları saydıqdan sonra 68N3 manat pulun yerində olduğunu gördüklərini, terminalın zədələnməsinə görə N5N manat dəyərində maddi ziyan dəydiyini, bu ziyanın təqsirləndirilən şəxslər tərəfindən onlara ödənildiyini, hal-hazırda zərərçəkmiş hüquqi şəxs Pashapay”MMC-nin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Babək rayon, Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”ndəki ərzaq mağazasında satıcı işlədiyini, 19 iyul NNNN-ci il tarixdə həmişəki kimi saat N7 radələrində “Məişət evinin”giriş qapısını açıb içəri girdiyini, həmin vaxt məişət evinin giriş hissəsi ilə üz-üzə quraşdırılmış “Milliön”aparatının üzü üstə aşmış vəziyyətdə olduğunu, aparatın manitor hissəsinin yerindən çıxarıldığını, “Məişət evi”nin sol yan pəncərəsinin açıq olmasını gördükdə oğurluq olmasını bildiyini, ərzaq mağazasının qapısını yoxladıqda qapının bağlı olmasına əmin olub əczəxananın qarşısında xidmət aparan polis əməkdaşını ora çağırıb baş verənlər barədə məlumat verdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis baş serjantı ŞahidN ifadəsində 19 iyul NNNN-ci il tarixdə saat N7:N5 radələrində Nehrəm qəsəbəsinin mərkəzində yerləşən “Məişət evi”nin yaxınlığında xidmətdə olan zaman “Məişət evi”ndə ərzaq mağazasının satıcısı işləyən Nehrəm qəsəbə sakini Şahid1 onu oraya çağırıb pəncərənin açıq, dəhlizdə quraşdırılmış “Milliön” aparatının aşmış vəziyyətdə olduğunu göstərdiyini, bundan sonra özünün kənar şəxslərin hadisə yerinə daxil olmaması üçün tədbir görüb Babək rayon Polis İdarəsinin növbətçi hissəsinə məlumat verdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Nehrəm qəsəbəsində fotoqraflıqla, həm də toylarda video çəkilişləri aparmaqla məşğul olduğunu, İmran Novruzov və Təqsirləndirilən şəxsN qəsəbədən tanıdığını, 18 iyul NNNN-ci ildə saat N3:5N radələrində Nehrəm qəsəbəsində Ticarət mərkəzində işlətdiyi mağazada olduğunu, bir az keçdikdən sonra həmkəndliləri Vüsal, İmran və yanlarında tanımadığı başında qara rəngli kepkası olan arıq cılız, 1.65 m boylarında olan bir nəfər oğlanın yanına gəldiklərini, söhbət zamanı yeyib-içməkdən gəldiklərini dediklərini, Vüsalla İmrandan spirtli içki iyi gəldiyini, Vüsalın onu orada görməsini valideyinlərinə deməməsini tapşırdığını, ondan səbəbin soruşduqda “içki içmək üçün valideyinlərimə yalandan naryadda olduğumu demişəm” cavabını verdiyini, Vüsal və İmrandan yanlarındakı şəxsin kim olduğunu soruşduğunu, onların həmin şəxsin Bakı tərəfdən olduğunu və birlikdə xidmət etdiklərini dediklərini, İmranı toy çəkilişinin görüntülərinə baxmaq üçün iş yerinə dəvət etdiyini, Vüsal, İmran və tanımadığı 3-cü şəxsin iş otağına gəldiklərini, onların toy kasetindəki fraqmentə baxdıqdan sonra yanından çıxıb getdiklərini, növbəti gün saat N9 radələrində işə gələndə mülki geyimdə olan cavan bir polis əməkdaşının əlində telefon Ticarət Mərkəzindəki mağazaları gəzdiyini, həmin vaxt gecə Məişət evində olan “Milliön” ödəmə terminalından oğurluq olmasını bildiyini, oğurluq edən şəxslər orada quraşdırılan müşahidə kamerasına düşdüyünü, polis əməkdaşının həmin görüntünü telefona köçürüb, Ticarət Mərkəzindəki şəxslərə göstərib onları tanıyıb-tanımadıqlarını soruşduğunu, görüntüdə oğurluq edən iki şəxsin düşdüyünü, birinin başında papaq, digərinin isə köynəklə üzü tanınmasın deyə maskalamış olduğunu, görüntülərə diqqətlə baxsa da, həmin şəxsləri tanıya bilmədiyini, sonra həmin oğurluq hadisəsinin İmran, Vüsal və yanlarında olan tanımadığı mülki geyimdə olan şəxs tərəfindən törədildiyini bildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Nehrəm qəsəbəsində Ticarət Mərkəzində bərbər işlədiyini, Təqsirləndirilən şəxsN uşaqlıqdan, XN3 isə qəsəbədən tanıdığını, Təqsirləndirilən şəxs1 isə tanımadığını, 18 iyul NNNN-ci ildə saat təxminən N3:4N radələrində Nehrəm qəsəbəsində “Elsevər” adlanan kafedən çıxıb yaxınlıqda olan Ticarət mərkəzinə ərzaq mağazasına getdiyini, ərzaq mağazasının qabağında olanda Vüsalın, İmranın və yanlarında tanımadığı bir şəxsin ora gəldiyini, onlarla görüşüb hal-əhval etdikdən sonra yanlarında olan tanımadığı şəxsin kim olmasını soruşduğunu, Vüsalın iş yoldaşı olduğunu, Nehrəmə içməyə, qonaq gətirdiklərini dediyini, onlardan spirtli içki qoxusu gəldiyini, Vüsalın söhbət zamanı qardaşı Əmiralıya və ya başqa kiməsə onu görməsini deməməsini tapşırdığını, yanlarında olan şəxsin 1.7N metr boylarında, əynində uzunqol köynək, cins şalvar olduğunu, 1N dəqiqə söhbət etdikdən sonra onlardan ayrılıb yaşadığı evə getdiyini, sonrakı gün saat 1N radələrində Ticarət Mərkəzində işlətdiyi bərbərxanaya gedən zaman yolda əsgər yoldaşı olan polisi gördüyünü, onun Məişət Evindən axşam oğurluq olduğunu və çəkilən videonu göstərdiyini, videoda iki nəfər şəxsin Milliön aparatını sökməyə çalışdıqlarının görsəndiyini, şəxslərdən birinin başında kepka olduğunu, digərinin isə başına paltar keçirdiyini, üzlərinin görsənmədiyini, həmin vaxt onları tanımadığını, 4-5 gün keçdikdən sonra əsgər yoldaşı olan polislə danışan zaman oğruların kimlər olmasını deyəndə, videodakı başına paltar keçirən şəxsin Vüsalın, digərinin isə yanlarında olan tanımadığı şəxs olduğunu bildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid5 ifadəsində N nömrəli hərbi hissənin N-ci bölüyündə xidmət etdiyini, Təqsirləndirilən şəxs1 N5N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə birlikdə xidmət etdiyi müddətdən tanıdığını, Təqsirləndirilən şəxs1 əvvəl Naxçıvan şəhərində kirayədə yaşadığını, bir dəfə onun dəvəti ilə kirayə yaşadığı evə gedib pivə içib söhbət etdiklərini, həmin evin Naxçıvan şəhəri, Xətai məhəlləsində yerləşdiyini, iki mərtəbəli həyət evi olduğunu, Məhəmmədin həmin evin birinci mərtəbəsində kirayə qaldığını, N-ci mərtəbədə isə qadın ev sahibəsinin yaşadığını, sonradan borcları olduğundan kirayə pulunu verə bilmədiyindən kirayədən çıxaraq hərbi hissədə yaşamağa başladığını, həmin vaxtdan sonra hərbi hissədə birlikdə vaxt keçirdiklərini, NNNN-ci ilin iyul ayının əvvəllərində bir neçə dəfə onunla birlikdə Əliabad qəsəbəsindəki kafeyə getdiklərini, Təqsirləndirilən şəxs1 çoxlu borcları olmasını dediyini, "xxxx"-dan “online” şəkildə 3NNN manat borc götürdüyünü, həmçinin nisiyə ərzaq götürdüyündən borcu yarandığını, təqribən NNNN-ci ilin iyul ayının ortalarında Məhəmmədlə birlikdə hərbi hissədən çıxıb Əliabad qəsəbəsində yerləşən kafeyə gedib pivə içdiklərini, orada olanda Məhəmmədin Vüsala zəng edib danışdığını, danışanda kənara çəkildiyini, İmranın adını eşitdiyini, nə deməsini bilmədiyini, 17 iyul NNNN-ci ildə axşam Təqsirləndirilən şəxs1lə şəhərə gəzməyə çıxdıqlarını, əvvəl Əliabad qəsəbəsində yerləşən kafedə əyləşib N-3 bakal pivə içdiklərini, daha sonra Naxçıvan şəhərində yerləşən “Saat Meydanı”nda konsertə getdiklərini, oradan çıxıb birlikdə “Türk konsulluğunun” yaxınlığında yerləşən bərbərə gedib saçlarını qırxdırdıqlarını, Məhəmmədin “Seval” mağazasının yanındakı telefon mağazalarının birinə girib smartfon tipli telefonunu satdığını, bundan sonra Naxçıvan şəhərindəki “Park AVM”-nin altında yerləşən “Həyat Klub” deyilən kafəyə getdiklərini, sonra oradan çıxıb piyada “Əyləncə Mərkəzi”nin yanına qədər getdiklərini, yolda Məhəmmədin “gedək əvvəl kirayə qaldığım evdə paltarlarım qalıb, onu götürək” dedikdə onunla razılaşdığını, piyada gəlib “Əyləncə Mərkəzi”nin qarşısında tanımadığı bir taksiyə mindiklərini, Təqsirləndirilən şəxs1 sürücüyə “Sizin Marketə” sürməsini dediyini, ora çatanda ona siqaret alıb gələcəyini deyib taksidən düşüb marketə girdiyini, bir neçə dəqiqə sonra geri qayıdıb sürücüyə “Savedabad”a sürməsini dediyinə görə taksinin həmin istiqamətdə sürdüyünü, taksi “Uşaq şəhərciyi” deyilən yerdən İdman Kompleki istiqamətdə gedərkən işıqforun yanında Məhəmmədin taksi sürücüsünə “geri qayıt, o biri yolla gedək, bir az da gəzək” dediyinə görə taksinin dönüb Hüseyn Cavid məqbərəsi istiqamətində gedib sola döndüyünü, ondan niyə döndüklərini soruşduqda “özüm istəyirəm, biraz gəzək” dediyini, taksi ilə ara yollarla gedib “Yaz Marketin” yanına çatanda Məhəmmədin maşını saxlatdırdığını, orada düşüb piyada onun kirayə qaldığı ev tərəfə getdiklərini, döngəyə girəndə, evə çatmağa az qalmış Məhəmmədin “burada bir ev var, bəlkə ora girib oğurluq edək” dediyini, onun içkili olduğundan belə deməsini düşünüb “nə gicləyirsən, məzələnirsən mənlə, mən elə şey etmərəm” cavabını verdiyini, onun gülüb “zarafat edirəm, paltarımı götürərəm, 5 dəqiqəyə çıxam” dediyini, Məhəmmədin ondan qabaqda gedib hasar qapısını açıb içəri girdiyini, özünün isə digər tərəfə, işıqlıq olan yerə keçib siqaret yandırıb telefonda internətə girib başını qatmağa başladığını, biraz gözlədikdən sonra yubandığını görüb qapını açıb “Məhəmməd” deyə bir neçə dəfə çağırdığını, onun səs vermədiyini, yubandığını görüb taksi olub-olmamasına baxmaq üçün “Yaz Marketə” tərəf getdiyini, taksi olmadığını görüb geri qayıdıb yenə həmin ev istiqamətdə getdiyini, döngəyə girəndə Məhəmmədin gəldiyini gördüyünü, onun çiyninə çanta asdığını, qaranlıq olduğundan fikir vermədiyini, paltarlarını yığdığı çanta olmasını düşündüyünü, bir qədər qabağa gedəndə işıqlıq yerdə çiynindəkinin qadın çantası olduğunu görüb bu barədə soruşduqda oğurladığını dediyini, haradan oğurladığını soruşduqda getdiyi yerdən oğurlamasını dediyini, ona “nə danışırsan, mənə demişdin paltar götürməyə gedirsən” dediyini, onun paltarları götürmədiyini, çantanı götürdüyünü bildirdiyini, əsəbləşib çantanı aparıb yerinə qoymasını tələb etdikdə Məhəmmədin “arvad yatmışdı, yenə girsəm oyanıb görəcək” cavabını verdiyini, nə qədər təkid etsə də aparmadığından dönüb qabaqda getməyə başladığını, Təqsirləndirilən şəxs1 arxadan gəlib ona çatıb, “gəl səni qısa yolla aparım” dedikdə tez çatmaq üçün onun dediyi ara yolla getdiyini, Naxçıvan MR Mərkəzi Xəstəxananın arxasına gəlib çıxdıqlarını, onun xəstəxananın arxasından qara salofan torba götürüb çantanı onun içinə qoyduğunu, onunla mübahisələşərək avtovağzalın yanına qədər gəldiklərini, orada taksi saxlatdırıb oturanda, Təqsirləndirilən şəxs1 qapını açıb arxaya əyləşib “mən də Əliabad qəsəbəsinə qədər gəlim” dediyini, daha sürücünün yanında başqa heç nə demədiyini, maşınla gəlib “Əlillərin binası” deyilən yerdə düşdüklərini, əvvəl kirayədə qaldığı xidmət yoldaşlarının yaşadığı evə getdiyini, Məhəmmədin isə başqa istiqamətdə, zibil yeşiklərinin olduğu yerə tərəf getdiyini, evə gedib çimib çıxanda Məhəmmədin gəlib mətbəxdə oturmasını gördüyünü, Təqsirləndirilən şəxs1 səhər işə gəldiyini, oğurladığı çantanı özü ilə hərbi hissəyə gətirmədiyini, deməsinə görə zibilə atdığını, komandirlərinə bu barədə demək istəsə də Məhəmmədin üzünə baxanda yazığı gəldiyindən heç kimə onun oğurluğu barədə demədiyini, hadisədən təqribən 3-4 gün sonra Təqsirləndirilən şəxs1 Babək rayon Polis şöbəsinə aparıldığını, Polis şöbəsindən Məhəmmədin əşyaları, həmçinin mobil telefonu istənildiyindən hərbi hissə komandirinin müavininin göstərişi ilə Təqsirləndirilən şəxs1 əşyalarını axtaranda onun iş çantasından əvvəldən olan, işlətmədiyi sadə telefonunu tapdığını, həmin vaxt bölükdə xidmət edən MAHHXHQ kiçik çavuş Şahid8 da yanında olduğunu, onun çantasına baxanda orada daha bir metalik rəngli, “Samsung” markalı, sadə telefon gördüyünü, həmin telefonu əvvəl görmədiyini, Rəhman məzuniyyətdən təzə gəldiyi üçün telefonu olmadığını, “artıq telefondursa götürüm, müvəqqəti işlədim, qaytararam” deyib əlini atıb telefonu götürdüyünü, bundan bir neçə gün sonra, N3 iyul NNNN-ci il tarixdə hərbi polisin gəlib onu Babək rayon Polis şöbəsinə apardığını, orada Vüsal, Məhəmməd və İmranın Nehrəm qəsəbəsindəki “Məişət evi”ndə olan “milliön” aparatından oğurluq etmək istədiyi, bundan bir gün əvvəl isə Məhəmmədin Naxçıvan şəhəri, Xətai məhəlləsində bir qadının evinə girib oğurluq etdiyi deyilərək həmin vaxt orada olması barədə soruşulduğu, baş verənləri polis əməkdaşlarına bildirdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ kiçik çavuş Şahid8 və Şahid1N oxşar məzmunlu ifadələr verərək, şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid5 ifadəsində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yaşadığını, **-BH-*** dövlət nömrə nişanlı, ağ rəngli VAZ- N1N7 markalı avtomobilini kreditlə aldığından etibarnamə ilə idarə etdiyini, 19 iyul NNNNci ildə gecə maşınla şəhəri gəzməyə çıxdığını, şəhər mərkəzində maşınla vaxt keçirdikdən sonra saat N4 radələrində “Əyləncə Mərkəzi”nin qabağında dostunu götürüb onu “X41 Sənaye Kompleksi”nin yaxınlığında olan yaşayış binasına apardığını, dönüb gəldiyi yolla qayıtmaq istəyərkən “X41 Sənaye Kompleksi”nə dönən yol ayrımında 3 nəfər tanımadığı şəxsin maşına əl etdiklərini, saxladıqda onlardan birinin yaxınlaşıb hansı istiqamətdə getdiyini soruşduğunu, ona Əliabad qəsəbəsinə getməsi dedikdə həmin şəxsin “biz də Əliabada gedirik, bizi də apara bilərsənmi?” deyə soruşduğunu, onların hər üçünün, cavan, arıq oğlanlar, təxminən N5-N7 yaşlarında olduqlarını, həmin vaxt hava qaranlıq olduğundan üzlərini tam görə bilmədiyini, içlərindən birinin “kepka” papaq taxdığını, onlardan birinin qabağa əyləşdiyini, digər ikisinin isə arxa oturacağa oturduqlarını, bundan sonra gəldiyi yolla qayıdıb avtovağzalın dairəsindən Əliabad qəsəbəsi istiqamətdə dönüb Naxçıvan-Şərur yolu ilə hərəkət etdiyini, ora dönəndən sonra həmin şəxslərdən birinin qabaqda saxlamasını, bir nəfərin düşəcəyini, 3 manat verəcəklərini, onları X6N İdarəsinin qarşısına aparmasını dediyini, “Yaşıl zaprafkanın” qarşısında maşını saxladığını, qabaqda oturan şəxsin düşüb binalar olan istiqamətdə getdiyini, maşını sürüb “X6N İdarəsi”nə tərəf gedib həmin idarənin qarşısında, yolun sağ tərəfində, poliqon istiqamətində saxladığını, digər iki nəfərin 3 manat pul verib düşüb getdiklərini, onların həmin yerdə düşdüklərindən hərbiçi olduqlarını, hərbi hissəyə getdiklərini bildiyini, bundan sonra həmin şəxsləri görmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində Zərərçəkmiş şəxs onun ata nənəsi olduğunu, onun təqaüdçü olmaqla ünvan 3 ünvanında tək yaşadığını, özü kirayədə qaldığından sənədlərini saxlaması üçün nənəsi Niyar Abbovaya verdiyini, həmçinin ona məxsus Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini saxlaması üçün nənəsinə verdiyini, NNNN-ci ilin iyul ayının NN-də nənəsinin ona çantasının itməsini, şəxsiyyət vəsiqəsinində onun içində olmasını dediyini, bundan N-3 gün sonra nənəsinin evdən bir hərbiçinin oğurluq etməsini, polislərin onu tapmasını, həmin şəxsin onun “Samsung” markalı telefonunu, içərisində Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi, Türkiyə Respublikasının vətəndaşı olduğundan oradan verilmiş şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasından verilmiş pasportu, onun şəxsiyyət vəsiqəsi, 3 ədəd bankomat kartı, qazın və işığın kartları, 43 manat pul olan qadın çantasını oğurlamasını bildirdiyini, nənəsinin ona 3N manat pul verdiyini, həmin pulla gedib özünə yenidən şəxsiyyət vəsiqəsi aldığını, Təqsirləndirilən şəxs1 tanımadığını, oğurluqdan sonra nənəsinin Azərbaycan Respublikası və Türkiyə Respublikası şəxsiyyət vəsiqələrini, bankomat kartlarını, işığın və qazın kartlarını yenidən aldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid1N ifadəsində N nömrəli hərbi hissənin N-ci bölüyündə N-ci qrup komandirinin müavini vəzifəsində xidmət etdiyini, MAHHXHQ-lar Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs1 və İmran Novruzovun N nömrəli hərbi hissədə xidmət etdiklərini, Təqsirləndirilən şəxs1 onun rəhbərlik etiyi qrupda olduğunu, Təqsirləndirilən şəxs1 əvvəl Naxçıvan şəhəri, Əliabad qəsəbəsində, sonradan isə bir müddət “Savedabat” deyilən məhəllədə kirayədə yaşadığını, qrupunda olduğundan həmişə Təqsirləndirilən şəxs1 vəziyyəti ilə maraqlandığını, onun atası ilə də əlaqə saxlayanda atası Məhəmmədin evə pul göndərdiyini dediyini, sonradan Məhəmmədin bacısının xəstələnməsinə görə pul lazım olmasını, borclarının yaranmasını dediyini, onun kirayədən çıxaraq hərbi hissənin yataqxanasında qalmağa başladığını, idmana çıxarkən mülki paltarda çıxdıqlarını, lakin Təqsirləndirilən şəxs1 hərbi paltarda idmana gəldiyini, ondan bir neçə dəfə nə üçün formada çıxdığını soruşduqda paltarlarının əvvəl kirayədə yaşadığı evdə qalmasını, gedib götürəcəyini dediyini, NNNN-ci ilin iyul ayının N1-də Təqsirləndirilən şəxsN səhər hərbi hissəyə gəlmədiyini, maraqlandıqda Babək rayon, Nehrəm qəsəbəsində oğurluq hadisəsi olduğundan onun Polis İdarəsinə çağırıldığını öyrəndiklərini, bundan bir-iki gün sonra X33 Həcəliyevin də Polis İdarəsinə aparıldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində NNNN-ci ildən NNNN-ci ilin iyun ayının 1-dək MAHHXHQ kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyini, sonuncu xidmət yerinin 4N4 nömrəli xüsusi təyinatlı briqada olduğunu, NNNN-ci ilin iyun ayından təqaüdə buraxıldığını, təqaüdə çıxandan sonra özünə məxsus “Lada-N9” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı maşınla taksi fəaliyyəti göstərdiyini, adətən Əliabad qəsəbəsində, “4 yol” deyilən yerdə və yaşadığı evin yaxınlığında yerləşən “Araz” restoranının yanında duraraq müştəri olduqda getdiyi yerə aparıb gediş haqqını aldığını, şəxsi maşını ilə taksi fəaliyyəti göstərdiyindən əsasən gecə vaxtları tanışlarını və həmin saatlarda düşən müştəriləri getdikləri ünvanlara apardığını, əvvəl hərbi qulluqçu olduğundan maşınından daha çox hərbi qulluqçuların taksi kimi istifadə etdiyini, ən çox isə Əliabad qəsəbəsində yaşayan hərbiçilərin onun maşınından istifadə etdiyini, N nömrəli hərbi hissənin hərbi qulluqçusu Təqsirləndirilən şəxs1 taksi fəaliyyətinə başlayandan sonra tanıdığını, onun müxtəlif vaxtlarda taksidən istifadə etdiyini, onu bir neçə dəfə gecə vaxtı Araz restoranının qabağından götürüb Əliabad qəsəbəsinə aparıb “Əlillərin binası” deyilən yerdə ərzaq mağazasının qarşısında düşürdüyünü, həmçinin həmin yerdən götürüb Araz restoranına apardığını, bir neçə dəfə isə onu Əliabad qəsəbəsində həmin yerdən götürüb X6N İdarəsinin qarşısında yerləşən N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin qarşısında düşürdüyünü, gecə vaxtları fəaliyyət göstərdiyindən Təqsirləndirilən şəxs1 və digər hərbi qulluqçuların gecə saatlarında zəng edib onları götürməyini bildirdiyini, sonuncu dəfə NNNN-ci ilin iyul ayının ortalarında gecə vaxtı Təqsirləndirilən şəxs1 ona zəng edərək ona taksi lazım olduğu bildirdiyini, lakin həmin vaxt gec olduğundan özünün Məhəmmədə artıq evdə olduğundan gələ bilməyəcəyini dediyini və onun arxasınca getmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid13 ifadəsində MAHHXHQ-lar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və İmran Novruzovu N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə görüb tanıdığını, NNNN-ci ilin iyul ayının 18-dən 19-dək hərbi hissə növbətçisi xidmətinə təyin edildiyini, buna görə iyul ayının 18-də axşam saat 19 radələrinə növbəni təhvil-təslim edib xidmətə başladığını, şəxsi heyətin axşam saat 19:3N–da evə buraxıldığını, saat NN radələrində hərbi hissəsinin ərazisində gəzəndə besetkanın yanından keçərkən MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxsN mülki paltarda gördüyünü, ondan nə üçün mülki paltarda olmasını, evə getmədiyini soruşduqda şəhərdə uşaqlarla görüşəcəyini, ona görə formasını dəyişib mülki paltar geyindiyini bildirdiyini, həmin günlərdə heç bir “həyəcan” komandası və çağırış olmadığını, 19 iyul NNNN-ci il tarixdə saat N6:45 radələrində səliqə-səhmanına baxmaq üçün əraziyə çıxanda İmran Novruzovun mülki paltarda besetkada uzanmasını gördüyünü, ondan “sən burada nə edirsən, niyə tez gəlmisən?” deyə soruşduqda “məni gətirən maşının sürücüsünün işi olduğundan bugün tez gəlmişəm, formam da buradadır” cavabını verdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində Naxçıvan şəhərində yaşamaqla özünə məxsus Lifan-6NN markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, 18 iyul NNNN-ci il tarixdə saat N3:NN radələrində “Sizin Market”in sol tərəfində dayandığını, bu zaman N5 yaşlarında 3 nəfər kişi cinsli şəxsin onun avtomobilinə yaxınlaşdığını, onlardan birinin Nehrəm qəsəbəsinin girəcəyinə neçə aparacağını soruşub 9 manat verməyi təklif etdiyini, razılaşdıqda onların hər üçünün maşına əyləşdiklərini, öndə oturanın N5-N6 yaşlarında, balcaboy, ağbəniz, yumrusifətli oğlan olduğunu, arxada oturan sərnişinlərə fikir vermədiyini, bundan sonra Nehrəm qəsəbəsinə Naxçıvan-Culfa magistral yolu ilə Alaqapı deyilən istiqamətdən getdiyini, öndə oturanın Nehrəm qəsəbəsinin girişində olan əczəxananın yaxınlığında maşını saxladırıb hər üçünün maşından düşdüklərini, bundan sonra yenidən gəldiyi yolla Naxçıvan şəhərinə qayıtdığını göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” N9 avqust NNNN-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Təqsirləndirilən şəxsN, X36 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9,177.N.1 və 177.N.3cü maddələri ilə cinayət işi başlanmış, “Milliön” ödəmə terminalının məxsus olduğu "xxxx" MMC cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-N). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” N1 sentyabr NNNN-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsN, X36 və Təqsirləndirilən şəxs1 barəsində olan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9,177.N.1 və 177.N.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs da zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İİİ cild 69). “İttihama əlavə və düzəliş edilməsi haqqında” N7 sentyabr NNNN-ci il tarixli qərardan, “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” N7 sentyabr NNNN-ci il tarixli, 3N sentyabr NNNN-ci il tarixli qərarlardan, o cümlədən müvafiq protokollardan görünür ki, Təqsirləndirilən şəxsN və XNN əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3 və 177.N.4-cü, Təqsirləndirilən şəxs1 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3, N9, 177.N.1, 177.N.N, 177.N.3 və 177.N.4-cü maddələrinə tövsif edilərək, onlara həmin maddələrlə yenidən ittiham elan edilmişdir (i.v İİİ cild 99-1N7, 115-119,176-18N). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 iyul NNNN-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Babək rayon Nehrəm qəsəbəsinin mərkəzindəki iki mərtəbədən ibarət olan “Məişət evinin” birinci mərtəbəsidir. Baxış zamanı “Məişət evi”nə giriş qapısından daxil olduqda 3.1N metr məsafədə yerdə, tərs istiqamətdə aşmış vəziyyətdə olan qırmızı rəngli, metal materialından olan “milliön” ödəmə terminalının olduğu, ödəmə terminalının monitor hissəsinin çıxarılmış vəziyyətdə olduğu, lakin monitorun ödəmə terminalına bağlandığı kabellərdən qoparılmamış vəziyyətdə olduğu, ödəmə terminalının qarşısında durduqda terminalın sol tərəfində yerləşən kassa qapısının sol alt hissəsinin kənar müdaxilə nəticəsində əyilməsi və açılmasına cəhd olunmasının müşahidə edildiyi, ödəmə terminalının aşırdılaraq olduğu yerdən sol tərəfdə, məişət evinin qarşısında durduqda sol yan hissədə yerləşən ağ rəngli, plastik materialdan hazırlanmış pəncərənin açıq vəziyyətdə olduğu, həmin pəncərəyə nəzər saldıqda pəncərənin iç hissəsində kənar müdaxilə nəticəsində izlərin olmasının müəyyən edildiyi, məişət evinə giriş qapısından daxil olub sol tərəfdə yerləşən pəncərə istiqamətinə getdikdə 1.4N metr məsafədə sol divarın künc hissəsində daş döşəmənin üzərində qara rəngli, dəmir materialından olan tiyə hissəsi qırılmış bıçaq olduğu, həmin dəmir materialdan hazırlanmış bıçağın bir tərəfinin boz rəngli olub üzərində qara rəngli naxışları olduğu, digər tərəfinin isə qara rəngli olub, üzərində qara naxışları olduğu, bıçağın olduğu yerdən məişət evinin pəncərəsi istiqamətində 1.1N metr məsafədə bıçağın 5 sm ölçüdə olan qırılmış kəsici hissəsi olan tiyəsinin aşkar edildiyi, məişət evində giriş hissədən sağda yerləşən mağazanın qapısının bağlı vəziyyətdə olduğu, qapıda zorlama və sındırma əlamətlərinin müşahidə edilmədiyi, məişət evinin girişi ilə üzbəüz yerləşən üzərində Çempion Araz yazılmış taxta materialından hazırlanmış qapının bağlı vəziyyətdə olduğu və qapıda hər hansı bir zorlama və ya sındırma izlərinin müşahidə edilmədiyi, hadisə yerinə baxış zamanı qeyd olunanlardan əlavə məişət evinin heç bir pəncərə və qapısında və məişət evinin giriş hissəsində olan digər əşyalarda sındırma izlərinin və digər izlərin aşkar edilmədiyi müəyyən edilmişdir (i.v İ cild 1N-18). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 iyul NNNN-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 4 ünvanında yerləşən və Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, qara rəngli əl çantası və “Samsung” markalı mobil telefonu oğurlanmışdır. Həmin qara rəngli əl çantasının içərisində ona məxsus 3 ədəd plastik bank kartı, ümumvətədaş pasportu, şəxsiyyət vəsiqəsi, onun adına verilmiş Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsi, “Naxçıvan Qaz” İB-yə məxsus plastik kart, “Naxçıvan Elektrik” şəbəkəsinə məxsus plastik kart, 43 manat pul, 1 ədəd dırnaq kəsmək üçün qayçı, 3 ədəd təsbeh və nəvəsi Şahid9 məxsus şəxsiyyət vəsiqəsi olmuşdur (i.v İ cild 47-53). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” N4 iyul NNNN-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən “Samsung GT S-561N” markalı mobil telefonu digər telefonlar içərisindən tanıyaraq, həmin mobil telefonun ona məxsus olduğunu bildirmişdir (i.v İ cild 7N-73). “İfadənin yerində yoxlanılması haqqında” NN sentyabr NNNN-ci il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN, X36 və Təqsirləndirilən şəxs1 ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə ifadənin yerində yoxlanılması istintaq hərəkətləri keçirilmişdir. Həmin istintaq hərəkətlərinin keçirilməsi zamanı təqsirləndirilən şəxslər ifadələrində göstərdikləri xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək törətdikləri hadisələri etiraf etmişlər (i.v İİ cild 11N-116,117-1N1,13N- 139). “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” NN sentyabr NNNN-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 əvvəlcədən onun xarici görkəmi və əlamətləri, habelə onu gördükləri hallar barədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 eyni cinsdən və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birlikdə, Şahid1N isə fotoşəkillər üzrə tanımaya təqdim edilmiş, onlar həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs1 tanımışlar (i.v İİ cild 1NN-1N4, 1N5-1N7, İV cild 39-4N). “Videogörüntülərin tanınmaya təqdim edilməsi haqqında” N6, N7 avqust NNNN-ci il tarixli və NN sentyabr NNNN-ci il tarixli protokollardan görünür ki, 18 iyul NNNN-ci il tarixdə “Sizin Market”in, 19 iyul NNNN-ci il tarixdə isə Babək ayon Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”nin müşahidə kameraları ilə qeydə alınmış videogörüntülər təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxsN, XN4 və Təqsirləndirilən şəxs1 təqdim edilmiş (nümayiş etdirilmiş), onlar həmin istintaq hərəkətləri zamanı videogörüntülərdə olan şəxslərin özləri olduğunu etiraf etmişlər (i.v İİ cild 44,61,85). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin N6 oktyabr NNNN-ci il tarixli 3/1N53 №-li məhkəmə-portret ekspertizasının rəyindən görünür ki, rəyin təsviri hissəsində “Məişət evi”nin müşahidə kameraları ilə qeydə alınmış videogörüntülərə baxış keçirilərkən birisi papaqlı, digəri isə başı örtülü olmaqla iki nəfər kişi cinsli şəxsin qaranlıqda bağlı məkanda hərəkət etmələri, nəisə götürərək oradan uzaqlaşmaları və.s müşahidə edildiyi,“Sizin Market” Təhlükəsizlik kameraları vasitəsilə qeydə alınmış görüntülərə baxış keçirilərkən birisi açıq mavi rəngli qısaqol köynəkdə, digər birisi qara rəngli qısaqol köynəkdə,digər birisi isə göy rəngli uzunqol köynəkdə olmaqla, antropoloji tipinə görə cənubi avropeidə oxşar üç nəfər kişi cinsli şəxsin marketə girərək içəridə hərəkətdə olmaları, nəisə alıb kassaya yaxınlaşması və.s müşahidə edildiyi, rəyin nəticə hissəsində tədqiqata təqdim edilmiş üzərlərində “Məişət evinin” müşahidə kamerasının videogörüntüləri” və “Sizin Marketin” təhlükəsizlik kameralarının görüntüləri” yazı qeydləri olan disklərdəki videogörüntülərdən çıxarılmış fotoşəkillərdə şəxslərin xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, qaşları, burnu, dodağı, çənəsi, qulaq seyvanları və.s) tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsız olduğu göstərilmişdir (i.v İV cild 1-8). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin N1 avqust NNNN-ci il tarixli 194-195 №-li məhkəmə-trasoloji və daktiloskopik ekspertizasının rəyində tədqiqata təqdim edilmiş bıçağın üzərində əlbarmaq və papilyar naxış izləri aşkar edilmədiyi, “Məişət evi”nin pəncərəsinin və ödəmə terminalının üzərindəki zədələrin təqdim edilmiş bıçağın ölçüləri ilə uyğun gəldiyi göstərilmişdir (i.v İ cild 1N7-11N). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin N8 sentyabr NNNN-ci il tarixli, N64-N65 №-li məhkəmə-trasoloji və daktiloskopik ekspertizasının rəyində tədqiqata təqdim edilmiş bıçağın səthində əl-barmaq və papilyar naxış izlərinin aşkar edilmədiyi, təqdim edilmiş bıçağın bir tərəfinin kəsici, ucu batıcı xassəyə malik təsərrüfat-məişət təyinatlı deşici-kəsici bıçaq olduğu, bıçağın üzərində sonradan heç bir əlavə və dəyişiklik edilmədiyi və soyuq silah hesab edilmədiyi, tiyənin üzərindəki zədələrin hər hansı bərk bir predmetlə təması nəticəsində yarandığı göstərilmişdir (i.v İİİ cild 194-196). Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin N5 sentyabr NNNN-ci il tarixli, 5-1(N9N)-3/NNNN saylı qərarı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş Nömrə məlumat sistemindən edilmiş çıxarışlardan görünür ki, xx.xx.NNNN-ci il tarixdə, saat N1:NN-də İ.Novruzovun (N6N)55N-5N-51 mobil nömrəsindən Təqsirləndirilən şəxs1 (N6N)4NN-56-1N mobil nömrəsinə zəng edilməklə N45 saniyə, həmin gün saat N1:N9-da Təqsirləndirilən şəxs1 (N6N)4NN-56-1N nömrəsindən Təqsirləndirilən şəxsN istifadə etdiyi (N6N)4N1-3N-16 mobil nömrəsinə zəng edilməklə 63 saniyyə, saat N1:5N-də İ.Novruzovun (N6N)55N-5N-51 mobil nömrəsindən Təqsirləndirilən şəxs1 (N6N)4NN-56- 1N nömrəsinə zəng edilməklə 55 saniyə, saat NN:N9-da Təqsirləndirilən şəxs1 (N6N)4NN-56-1N nömrəsindən Təqsirləndirilən şəxsN istifadə etdiyi (N6N)4N1-3N-16 mobil nömrəsinə zəng edilməklə 53 saniyə danışılmış, xx.xx.NNNN-ci il tarixdə saat N6:47-də İ.Novruzovun (N6N)55N-5N-51 mobil nömrəsindən Təqsirləndirilən şəxs1 (N6N)4NN-56-1N nömrəsinə SMS göndərilmiş, saat NN:41-də İ.Novruzovun (N6N)55N- 5N-51 mobil nömrəsindən Təqsirləndirilən şəxs1 (N6N)4NN-56-1N nömrəsinə zəng edilməklə 5 saniyə, həmin gün saat N1:17-də Təqsirləndirilən şəxs1 (N6N)4NN-56-1N nömrəsindən İ.Novruzovun (N6N)55N-5N-51 mobil nömrəsinə zəng edilməklə 8 saniyə, saat N1:NN-də Təqsirləndirilən şəxs1 (N6N)4NN-56-1N nömrəsindən İ.Novruzovun (N6N)55N-5N-51 mobil nömrəsinə zəng edilməklə 15 saniyə danışılmışdır. xx.xx.NNNN-ci il tarixdə saat N8:56-da Təqsirləndirilən şəxs1 (N6N)4NN-56-1N nömrəsindən Təqsirləndirilən şəxsN (N6N)4N1-3N-16 mobil nömrəsinə cavabsız zəng edilmiş, saat N9:NN-da Təqsirləndirilən şəxsN (N6N)4N1-3N-16 mobil nömrəsindən Təqsirləndirilən şəxs1 (N6N)4NN-56-1N nömrəsinə zəng edilməklə NN saniyə danışılmışdır. Həmçinin xx.xx.NNNN-ci il tarixdə saat N1:N9-da İ.Novruzovun (N6N)55N-5N-51 nömrəsindən Təqsirləndirilən şəxsN (N6N)4N1-3N-16 mobil nömrəsinə zəng edilməklə N9 saniyə danışılmış, xx.xx.NNNN-ci il tarixdə, saat N1:13-də İ.Novruzovun (N6N)55N-5N-51 nömrəsindən Təqsirləndirilən şəxsN (N6N)4N1-3N-16 mobil nömrəsinə cavabsız zəng edilmiş, saat N1:19-də İ.Novruzovun (N6N)55N-5N-51 nömrəsindən Təqsirləndirilən şəxsN (N6N)4N1-3N-16 mobil nömrəsinə zəng edilməklə 16 saniyə, saat N1:N6-da İ.Novruzovun (N6N)55N-5N-51 nömrəsindən Təqsirləndirilən şəxsN (N6N)4N1-3N-16 mobil nömrəsinə zəng edilməklə 8 saniyə danışılmışdır (i.v İİİ cild NNN-N5N). "xxxx" MMC-nin Naxçıvan Regional Xidmət Mərkəzinin rəhbəri Qanuni nümayəndə tərəfindən təqdim edilmiş N3 iyul NNNN-ci il tarixli, N/N3 nömrəli məktubdan görünür ki, 19 iyul NNNN-ci il tarixdə hadisə baş verən vaxt (NN:4N-da) Babək rayon, Nehrəm qəsəbəsində quraşdırılmış İD nömrəsi 5NN36 olan “Milliön” ödəmə terminalının kassasında 68N3 manat pul olmuşdur (i.v İ cild 68). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin N1 avqust NNNN-ci il tarixli, 196 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, ekspertizaya təqdim edilmiş “Samsung” markalı, GT-S561N model mobil telefonun satış üçün komplekləşdirilməsinə daxil olan aksesuarlarının olmaması, istifadə olunduğu və xüsusiyyətləri nəzərə alınmaqla, orta bazar qiymətinin təxminən 5N,NN (əlli) manat olduğu müəyyən edilmişdir (i.v İ cild 111-113). “Sübutların qiymətləndirilməsi haqqında” NN oktyabr NNNN-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN, X36 və Təqsirləndirilən şəxs1 tərəfindən Babək rayon, Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”ndə quraşdırılmış “Milliön” ödəmə terminalından oğurluğa cəhd edilərkən həmin aparat zədələndiyindən "xxxx" MMC-yə N5N (iki yüz əlli) manat miqdarında, Təqsirləndirilən şəxs1 tərəfindən isə Zərərçəkmiş şəxs evindən oğurluq edildiyinə görə Zərərçəkmiş şəxs ümumilikdə 338 (üç yüz otuz səkkiz) manat NN (iyirmi) qəpik məbləğində maddi ziyan vurulmuşdur (i.v İV cild 118-161). Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin 3N sentyabr NNNN-ci il tarixli, KO- N8/N854/NNNN №-li və 3N noyabr NNNN-ci il tarixli, KO-NN/1N71/NNNN №-li məktublarından görünür ki, cəmiyyətə dəymiş N5N (iki yüz əlli) manat miqdarında maddi ziyan N7 sentyabr NNNN-ci il tarixində Təqsirləndirilən şəxsN, X36 və Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. "xxxx" MMC-yə dəymiş maddi ziyan tam ödənildiyindən, onun həmin şəxslərə qarşı hər hansı bir şikayəti yoxdur (i.v İİİ cild 189, V cild 78 ). Zərərçəkmiş şəxs N1 sentyabr NNNN-ci il və N8 dekabr NNNN-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona məxsus yaşayış evindən edilmiş oğurluq nəticəsində ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən onun Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur (i.v İİİ cild 8N, V cild 8N). N5 sentyabr NNNN-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” və NN oktyabr NNNN-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”ndəki 5NN36 saylı ödəmə terminalı, Təqsirləndirilən şəxs1 xx.xx.NNNN-ci il tarixdə evdən oğurladığı “Samsung” markalı, GT- S561N model mobil telefon və 3 ədəd plastik bankomat kartları, xx.xx.NNNN-ci il tarixdə “Məişət evi”ndə oğurluq zaman istifadə edilmiş 1 ədəd tiyə hissəsi qırılmış bıçaq və 1 ədəd təsərrüfat-məişət təyinatlı deşici-kəsici bıçaq, həmin vaxt İmran Novruzovun əynində olmuş 1 ədəd üzərində “DOLCE&GABBANA” sözləri olan qara rəngli qısaqol köynək, Təqsirləndirilən şəxsN əynində olmuş 1 ədəd üzərində “Good HTMF” yazısı olan açıq mavi rəngli qısaqol köynək, 1 ədəd qara rəngli cins şalvar, 1 cüt alt hissəsi qara rəngdə olan idman ayaqqabısı, Təqsirləndirilən şəxs1 əynində olmuş 1 ədəd qara rəngli kepka papaq, 1 ədəd tünd göy rəngli üzərində ağ rəngdə naxışları olan və ön hissədə düymələri olan uzunqol köynək, 1 ədəd üzərində yarıqları olan boz rəngli cins şalvar, 1 ədəd qara rəngli bel kəməri və 1 cüt qara rəngli ayaqqabı, o cümlədən Naxçıvan şəhərində yerləşən “Sizin Market”in təhlükəsizlik və Babək rayon, Nehrəm qəsəbəsində yerləşən “Məişət Evi”ndə quraşdırılmış müşahidə kameraları, həmçinin “Təhlükəsiz şəhər” kameraları vasitəsilə qeydə alınmış görüntülərin köçürüldüyü elektron daşıyıcılar (3 ədəd DVD) cinayət işi üzrə maddi sübut kimi tanınmış, zərərçəkmiş hüquqi şəxsin vəsatəti nəzərə alınaraq, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin mülkiyyətində olan 5NN36 saylı ödəmə terminalı şirkətin Naxçıvan Regional Xidmət Mərkəzinin istifadəsinə verilmişdir (i.v İİ cild NN4-NN5, İV cild 118-166). N №-li hərbi hissə komandirinin N oktyabr NNN1-ci il tarixli, N19 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 X4N Komandanının birinci müavini–qərargah rəisinin 1N oktyabr NNN1-ci il tarixli, N171 əç №li əmri ilə hərbi hissənin N-ci xüsusi təyinatlı bölüyünün N-ci xüsusi təyinatlı qrupunun kəşfiyyatçı-pulemyotçusu vəzifəsinə təyin edildiyinə görə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır (İ.v İİ cild 141). N №-li hərbi hissə komandirinin N9 avqust NNN1-ci il tarixli, 174 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su əsgər X4 Ümumqoşun Ordu Komandanının birinci müavini–qərargah rəisinin N7 avqust NNN1-ci il tarixli, N133 əç №-li əmri ilə hərbi hissənin 1-ci xüsusi təyinatlı bölüyünün N-ci xüsusi təyinatlı qrupunun kəşfiyyatçıpulemyotçusu vəzifəsinə təyin edildiyinə görə, xidmətini davam etdirmək üçün N66 №-li hərbi hissədən gəldiyi üçün N9 avqust NNN1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır (İ.v İİ cild 14N). N №-li hərbi hissə komandirinin NN iyul NN19-cu il tarixli, 138 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su əsgər Əliyev XNN nazirinin müavini-X4N Komandanının N1 iyul NN19-cu il tarixli, N84 əç №-li əmri ilə hərbi hissənin N-ci xüsusi təyinatlı bölüyünün 4-cü xüsusi təyinatlı qrupunun kəşfiyyatçı-istehkamçısı vəzifəsinə təyin edildiyinə görə, NN iyul NN19-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır (İ.v İİ cild 143). N №-li hərbi hissə komandirinin N8 noyabr NNN1-ci il tarixli, N33 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, X4N Komandanının birinci müavini–qərargah rəisinin N8 noyabr NNN1-ci il tarixli, N184 əç №-li əmri ilə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxsN “Kiçik çavuş” hərbi rütbəsi verilmişdir (İ.v İİ cild 146). N №-li hərbi hissə komandirinin NN noyabr NNNN-ci il tarixli məktubundan və N №li hərbi hissə komandirinin N9 avqust NNNN-ci il tarixli, 19N nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, X4N Komandanının şəxsi Heyət üzrə müavininin N7 avqust NNNN-ci il tarixli, N145 əç №-li əmri ilə MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 və MAHHXHQ-su əsgər X36 N9 avqust NNNN-ci il tarixdən N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişlər (i.v V cild 45-48). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş 1N avqust NNNN-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs1 və X36 əvvəllər məhkum olunmamışlar (i.v İ cild 137-139). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş N1 avqust NNNN-ci il tarixli xidməti xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 və MAHHXHQ-su əsgər X36 xidmət müddətləri ərzində mənfi xarakterizə olunmuşlar (i.v İİ cild 155-157). NN5 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 1NN4, 1NN5 və 1NN6 №-li arayışlardan görünür ki, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs1 və X36 31 avqust NNNN-ci il tarixdə NN5 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişlər və onların hər biri sağlam olmaqla, hərbi xidmətə yararlıdırlar (i.v İİ cild N36-N38). “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 avqust NNNN-ci il tarixli və 16 avqust NNNN-ci il tarixli qərarlardan görünür ki, 13 avqust NNNN-ci il tarixdə Təqsirləndirilən şəxs1 və X36 barəsində, 16 avqust NNNN-ci il tarixdə isə Təqsirləndirilən şəxsN barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 165-166,19N-191, N18-N19 ). Babək rayon icra hakimiyyəti başçısının Nehrəm qəsəbə İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş N9 dekabr NNNN-ci il tarixli, 458N və 4583 №-li arayışlardan, o cümlədən AZ-İ 945544 №-li nikah haqqında və AZ-İV 6N793N, AZ-İV 168718 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxsN Babək rayonunun Nehrəm qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır və onun ailə üzvləri- 1997-ci il təvəllüdlü arvadı XN1, NN19-cu il təvəllüdlü oğlu XN5, NNN1-ci il təvəllüdlü oğlu XN6, atası X9 və anası X6 ibarətdir (i.v İİ cild 173-175, V cild 1NN-1N1). NN5 №-li hərbi hissə tərəfindən təqdim edilmiş N843 №-li arayışdan, N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş müvafiq məlumat-arayışdan və medal vəsiqələrinin surətlərindən görünür ki, MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN xx.xx.NNNN-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət (partlayış travması) almışdır və o, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr NNNN-ci il tarixli, N349 №-li Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə, N9 dekabr NNNNci il tarixli, N37N №-li Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə, 3N dekabr NNNN-ci il tarixli, N374 №-li Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə, N6 iyun NNN1-ci il tarixli, N711 və N71N №-li Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur (i.v İİ cild 168- 17N, V cild 1N9). Babək rayon icra hakimiyyəti başçısının Nehrəm qəsəbə İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş 13 dekabr NNNN-ci il tarixli, 46N4 №-li, 11 yanvar NNN3-cü il tarixli, 187 №-li arayışlardan, o cümlədən AZ-İİ 158411 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 rayonunun Nehrəm qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır və onun ailə üzvləri- atası X15, 1977-ci il təvəllüdlü anası X1N, 1996-cı il təvəllüdlü qardaşı X16, NNNN-ci il təvəllüdlü qardaşı X17 və NNN4-cü il təvəllüdlü arvadı Novruzova (İbrahimova) Qülcan Zamin qızından ibarətdir (i.v İİ cild 18N, V cild 99,138). X59 X34 Şəxsinin baş həkimi tərəfindən verilmiş 11 yanvar NNN3-cü il tarixli, N35 №-li tibbi arayışdan görünür ki, XNN arvadı Novruzova (İbrahimova) Qülcan Zamin qızı N7 həftəlik hamilədir (i.v V cild 139). Qusar rayon icra hakimiyyəti başçısının Xuray kənd İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş 1N dekabr NNNN-ci il tarixli, 4N6 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qusar rayonunun Suvacal kəndində yaşayış yeri üzrə qeydiyyatdadır və onun ailə üzvləri- 1979-cu il təvəllüdlü atası-X7, 1983-cü il təvəllüdlü anası X3, NNN3-cü il təvəllüdlü bacısı X8, NNN5-ci il təvəllüdlü X1N, NNN7-ci il təvəllüdlü bacısı X5 və NN1N-cu il təvəllüdlü qardaşı X13 ibarətdir (i.v V cild 13N). Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxslərə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə təqsirləndirilən şəxslərin təqsirləndirildikləri Cinayət Məcəlləsinin müvafiq maddələrinin (Təqsirləndirilən şəxs1 nəzərən CM-in 177.N.3 və N9, 177.N.1, 177.N.N, 177.N.3, 177.N.4-cü madələrinin, Təqsirləndirilən şəxsN və XN4 nəzərən N9, 177.N.1, 177.N.3, 177.N.4-cü maddələrinin) tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxslərə təyin olunacaq cəzaları yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 6N-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” N9 sentyabr NNN5-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart NN11-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar NNN9-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr NNN1-ci il, “X37rşı” N9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart NN1N-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və N9, 177.N.1, 177.N.N, 177.N.3, 177.N.4-cü maddələri ilə, Təqsirləndirilən şəxsN və XNN törətdiyi əməllər isə N9, 177.N.1, 177.N.3, 177.N.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N3 mart NNN5-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarının N-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarının 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarının 1N-cu bəndinə görə özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, CM-nin 34.N-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 3N.N-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 3N-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarının 17-ci bəndində isə qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 18N, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 18N, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin N13-3, N17, NN7, N3N və N35-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallarda oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Həmin qərarının 18-ci bəndinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.N-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.N.N, 18N.N.N və ya 181.N.N-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Həmin qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarının NN-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Həmin qərarının N6-cı bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.N.1-177.N.3-N, 177.N.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin N-ci bəndini rəhbər tutmalıdırlar. Həmin qərarının N7-ci bəndinə görə özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.N.4, 18N.N.5, 181.N.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə olsun və qəsdin məhz xeyli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Oğurluq, soyğunçuluq, quldurluq edən şəxsin məqsədi xeyli miqdarda özgə əmlakını ələ keçirmək olduğu halda, onun iradəsindən asılı olmayan səbəblərdən faktiki ələ keçirilən əmlak xeyli miqdardan az olarsa, müvafiq olaraq əməllər Cinayət Məcəlləsinin N9-cu maddəsinə istinad olunmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluğa cəhd kimi Cinayət Məcəlləsinin 177.N.4-cü maddəsi ilə tövsif edilməlidir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə yaşayış sahəsinə (Zərərçəkmiş şəxs yaşadığı, ünvan N ünvanında yerləşən evə) qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan (338 ( üç yüz otuz səkkiz) manat NN (iyirmi) qəpik məbləğində) vurmaqla etdiyi oğurluq əməlində və tamah niyyəti ilə MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN və MAHHXHQ-su əsgər X36 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya (Babək rayon, Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”nə) qanunsuz daxil olub, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla təkrar oğurluq etməyə cəhd etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və N9, 177.N.1, 177.N.N, 177.N.3, 177.N.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti, MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN və MAHHXHQ-su əsgər XNN tamah niyyəti ilə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya (Babək rayon, Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”nə) qanunsuz daxil olub, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etməyə cəhd etmələri ilə müşayiət olunan əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.1,177.N.3, 177.N.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, o cümlədən şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olmaları onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etmələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş müvafiq ekspert rəyləri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla təkrar oğurluq etməyə cəhd etməsi, həmçinin MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN və MAHHXHQ-su əsgər XNN tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etməyə cəhd etmələri mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1, MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN və MAHHXHQ-su əsgər X36 cinayət əməllərini qəsdən törətmişlər. MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə yaşayış sahəsinə (Zərərçəkmiş şəxs yaşadığı, ünvan N ünvanında yerləşən evə) qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan (338 ( üç yüz otuz səkkiz) manat NN (iyirmi) qəpik məbləğində) vurmaqla etdiyi oğurluq əməli başa çatmış, onun tamah niyyəti ilə MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN və MAHHXHQ-su əsgər X36 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya (Babək rayon, Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”nə) qanunsuz daxil olub, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla təkrar oğurluq etməyə cəhd etməsi ilə müşayiət olunan əməlləri isə başa çatmamış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və N9,177.N.1, 17N.N.N, 177.N.3, 177.N.4-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildirlər. Həmçinin MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN və MAHHXHQ-su əsgər XNN tamah niyyəti ilə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya (Babək rayon, Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”nə) qanunsuz daxil olub, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etməyə cəhd etmələri ilə müşayiət olunan əməlləri də başa çatmamış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9,177.N.1, 177.N.3, 177.N.4-cü maddələri də az ağır cinayətlər kateqoriyasına daxildirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 6N-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" NN aprel NN1N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, o cümlədən zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin 3N sentyabr NNNN-ci il tarixli, KO-N8/N854/NNNN №-li və 3N noyabr NNNN-ci il tarixli, KO-NN/1N71/NNNN №-li məktubları, həmçinin Zərərçəkmiş şəxs N1 sentyabr NNNN-ci il və N8 dekabr NNNN-ci il tarixli ərizələri ilə öz təsdiqini tapır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.13 və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Təqsirləndirilən şəxsN əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində N (iki) azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək xəsarət (partlayış travması) almasını və Azərbaycan Respublikası Prezidentinin 15 dekabr NNNN-ci il tarixli, N349 №-li Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə, N9 dekabr NNNN-ci il tarixli, N37N №-li Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə, 3N dekabr NNNN-ci il tarixli, N374 №-li Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə, N6 iyun NNN1-ci il tarixli, N711 və N71N №-li Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, o cümlədən zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin 3N sentyabr NNNN-ci il tarixli, KO-N8/N854/NNNN №-li və 3N noyabr NNNN-ci il tarixli, KO- NN/1N71/NNNN №-li məktubları, Babək rayon icra hakimiyyəti başçısının Nehrəm qəsəbə İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş N9 dekabr NNNN-ci il tarixli, 458N və 4583 №-li arayışlar, o cümlədən AZ-İ 945544 №-li nikah haqqında və AZ-İV 6N793N, AZ-İV 168718 №li doğum haqqında şəhadətnamələrin surətləri, NN5 №-li hərbi hissə tərəfindən təqdim edilmiş N843 №-li arayış, həmçinin N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş müvafiq məlumat-arayış ilə öz təsdiqini tapır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, təqsirləndirilən şəxs XNN əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, arvadının N7 həftəlik hamilə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, o cümlədən zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin 3N sentyabr NNNN-ci il tarixli, KO-N8/N854/NNNN №-li və 3N noyabr NNNN-ci il tarixli, KO- NN/1N71/NNNN №-li məktubları, Babək rayon icra hakimiyyəti başçısının Nehrəm qəsəbə İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş 13 dekabr NNNN-ci il tarixli, 46N4 №-li, 11 yanvar NNN3-cü il tarixli, 187 №-li arayışlar o cümlədən AZ-İİ 158411 №-li nikah haqqında şəhadətnamənin surəti və X59 X34 Şəxsinin baş həkimi tərəfindən verilmiş 11 yanvar NNN3cü il tarixli, N35 №-li tibbi arayış ilə öz təsdiqini tapır. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və XNN barəsində onların cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul NN13-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun NNN3-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun NNN3-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 1N fevral NN17-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzaların növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və N9,177.N.1, 17N.N.N, 177.N.3, 177.N.4-cü maddələrinin, o cümlədən MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN və MAHHXHQsu əsgər XNN təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9,177.N.1, 177.N.3, 177.N.4-cü maddələrinin sanksiyasında-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində müəyyən edilmiş və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.1N—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun NNN3-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 9-cu bəndində göstərilmişdir ki, başa çatmamış cinayətə görə CM-nin 6N-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirli bilinən şəxslər tərəfindən törətdikləri cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyan onlar tərəfindən könüllü olaraq tamamilə ödənildiyindən və məhkəmədə onların cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədiyindən MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və N9,177.N.1, 17N.N.N, 177.N.3, 177.N.4-cü maddələrinin, o cümlədən MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN və MAHHXHQ-su əsgər XN4 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9,177.N.1, 177.N.3, 177.N.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni beş il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçünün dörddə üçündən artıq cəza təyin edilməməlidir. MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1, MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN və MAHHXHQ-su əsgər XNN təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi təsbit edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təqsirli bilinən şəxslər barəsində tətbiqi ilə bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N-1.6-cı maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması cəzası hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirli bilinən şəxslər hal-hazırda ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiklərindən onlara bu cəzanın təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzalarını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onlara təqsirli bilindikləri maddənin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının da təyin edilməsini ədalətli və məqsədə uyğun hesab etmir. Belə ki, məhkəmə azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, təqsirləndirilən şəxslərin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 5N-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olmaları özü-özlüyündə onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün şərtsiz əsas ola bilməz. Məhkəmənin gəldiyi bu nəticə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun NNN3-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 5N-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda, müəyyən olunmuş hallar isə təqsirləndirilən şəxsə daha ağır növ cəzanın təyin edilməsinə əsas vermədikdə, həmin hallar cəzanın Cinayət Məcəlləsinin 6N-ci maddəsinə müvafiq olaraq, yəni Cinayət Məcəlləsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsinə əsas verən müstəsna hallar kimi qiymətləndirilə bilər. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, yuxarıda sadalanan və təqsirli bilinən şəxslərin cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və XNN barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsinin tətbiq olunmasını, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.N.3 və N9,177.N.1, 17N.N.N, 177.N.3, 177.N.4-cü maddələrinin, Təqsirləndirilən şəxsN və XNN təqsirli bilindikləri Cinayət Məcəlləsinin N9,177.N.1, 177.N.3, 177.N.4-cü maddələrinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növünün-hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, müstəsna hal kimi qiymətləndirilmiş cəzanı yüngülləşdirən halların məcmusu təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onların şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və N9,177.N.1, 17N.N.N, 177.N.3, 177.N.4-cü maddələrinin, Təqsirləndirilən şəxsN və XN4 isə təqsirli bilindikləri Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3, 177.N.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası tətbiq edilmədən də onların islah olunması və bununla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsində qeyd olunur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmçinin “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun NNN3-cü il tarixli, 4 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Cinayət Məcəlləsinin 6N-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.N-ci maddələrinin müddəalarına riayət etməklə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 197N-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə N1 oktyabr 198N-ci il tarixli qərar; X49rşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və X36 barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələbə cavab verir. Məhkəmə təqsirli bilinən şəxslər barəsində məhkəməyədək icraat zamanı 13 avqust NNNN-ci il və 16 avqust NNNN-ci il tarixlərində seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirləri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, 13 avqust NNNN-ci il tarixdə Təqsirləndirilən şəxs1 və X36 barəsində, 16 avqust NNNN-ci il tarixdə isə Təqsirləndirilən şəxsN barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən onlara təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxslərin hazırda xidmət etdikləri 4N4 nömrəli hərbi hissənin komandirinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, XNN və Təqsirləndirilən şəxsN cəzaçəkmə müddətinin əvvəli onların aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 13N və 346cı maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar – Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan “Samsung” markalı, GT-S561N model mobil telefon və 3 ədəd plastik bankomat kartları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs; -Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan və Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd qara rəngli kepka papaq, 1 ədəd tünd göy rəngli üzərində ağ rəngdə naxışları olan və ön hissədə düymələri olan uzunqol köynək, 1 ədəd üzərində yarıqları olan boz rəngli cins şalvar, 1 ədəd qara rəngli bel kəməri və 1 cüt qara rəngli ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1; - Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan və Təqsirləndirilən şəxsN məxsus 1 ədəd üzərində “Good HTMF” yazısı olan açıq mavi rəngli qısaqol köynək, 1 ədəd qara rəngli cins şalvar, 1 cüt alt hissəsi qara rəngdə olan idman ayaqqabısı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxsN; - Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan və təqsirləndirilən şəxs XN4 məxsus 1 ədəd üzərində “DOLCE&GABBANA” sözləri olan qara rəngli qısaqol köynək XN4 qaytarılmalı; - Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan 1 ədəd tiyə hissəsi qırılmış bıçaq və 1 ədəd təsərrüfat-məişət təyinatlı deşici-kəsici bıçaq məhv edilməli; - İş üzrə maddi sübut kimi tanınmış Naxçıvan şəhərində yerləşən “Sizin Market”in təhlükəsizlik və Babək rayon, Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”ndə quraşdırılmış müşahidə kameraları, həmçinin “Təhlükəsiz şəhər” kameraları vasitəsilə qeydə alınmış görüntülərin köçürüldüyü 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı; -İş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin mülkiyyətində olan 5NN36 saylı ödəmə terminalı şirkətin Naxçıvan Regional Xidmət Mərkəzinə qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməlidir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş N4 ədəd eksperimental fotoşəkil, dindirmələr və ifadələrinin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişlərin olduğu N (iki) ədəd DVD disk, eksperimental fotoşəkillərin və videoçəkilişlərin olduğu 1 (bir) ədəd DVD disk, maliyyə əməliyyatlarının ələ keçirilməsi ilə bağlı "xxxx" ASC-dən əldə edilmiş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, CPM-nin 353.4.1N-cu maddəsinə əsasən iş üzrə “məhkəmə- portret ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci -146 (bir yüz qırx altı) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və X18 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:14N595, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X14, Kodu:N1NNN5, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZNN, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.N.3 və N9, 177.N.1, 177.N.N, 177.N.3, 177.N.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 6N-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 1N% (on iki faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 7 (yeddi) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 xidmət etdiyi 4N4 nömrəli hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3, 177.N.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 6N-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 1N% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 7 (yeddi) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsN barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsN cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxsN xidmət etdiyi 4N4 nömrəli hərbi hissənin komandirinə həvalə olunsun. X36 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3, 177.N.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 6N-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 1N% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il N (iki) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. X36 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. XNN cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası XNN xidmət etdiyi 4N4 nömrəli hərbi hissənin komandirinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan “Samsung” markalı, GT-S561N model mobil telefon və 3 ədəd plastik bankomat kartları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan 1 ədəd qara rəngli kepka papaq, 1 ədəd tünd göy rəngli üzərində ağ rəngdə naxışları olan və ön hissədə düymələri olan uzunqol köynək, 1 ədəd üzərində yarıqları olan boz rəngli cins şalvar, 1 ədəd qara rəngli bel kəməri və 1 cüt qara rəngli ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan 1 ədəd üzərində “Good HTMF” yazısı olan açıq mavi rəngli qısaqol köynək, 1 ədəd qara rəngli cins şalvar, 1 cüt alt hissəsi qara rəngdə olan idman ayaqqabısı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxsN qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan 1 ədəd üzərində “DOLCE&GABBANA” sözləri olan qara rəngli qısaqol köynək XN4 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan 1 ədəd tiyə hissəsi qırılmış bıçaq və 1 ədəd təsərrüfat-məişət təyinatlı deşici-kəsici bıçaq məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin mülkiyyətində olan 5NN36 saylı ödəmə terminalı şirkətin Naxçıvan Regional Xidmət Mərkəzinə qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış Naxçıvan şəhərində yerləşən “Sizin Market”in təhlükəsizlik və Babək rayon, Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”ndə quraşdırılmış müşahidə kameraları, həmçinin “Təhlükəsiz şəhər” kameraları vasitəsilə qeydə alınmış görüntülərin köçürüldüyü 3 ədəd DVD disk, həmçinin iş materiallarına əlavə edilmiş N4 ədəd eksperimental fotoşəkil, dindirmələr və ifadələrinin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişlərin olduğu N (iki) ədəd DVD disk, eksperimental fotoşəkillərin və videoçəkilişlərin olduğu 1 (bir) ədəd DVD disk, maliyyə əməliyyatlarının ələ keçirilməsi ilə bağlı "xxxx" ASC-dən əldə edilmiş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə “məhkəmə- portret ekspertizası”nın dəyəri olan -146 (bir yüz qırx altı) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və X18 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:14N595, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X14, Kodu:N1NNN5, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZNN, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu andan NN gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm NN (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-2/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-2/2023
18.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver