Məhkəmə qərarları › İş №1-1(092)-2/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-2/2024

31.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-2/2024 31.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakimlər: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Həsənov Polad Vəli oğlu və Hüseynov Səxavət Səməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X36 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, X3, Zərərçəkmiş şəxsin X8, hüquqi varisi: Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1, Müdafiəçisi: ”Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili MüdafiəçiN, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxsN, Müdafiəçisi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Saatlı rayonunun Dəllər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış, Saatlı rayonun Dədəqorqud kəndində yaşayış yeri üzrə qeydiyyatda оlmaqla, Naxçıvan şəhəri, 1 nömrəli hərbi şəhərcik, subaylar yataqxanasında yaşamış, N nömrəli hərbi hissənin N-ci taborunun 5-ci bölüyünün 1-ci taqımının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət etmiş, 04 iyul N0N3-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N5, 3N9.3 və 341.3-cü maddələri ilə, 10 avqust N003-cü il tarixdə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda оlmaqla, həmin ünvanda yaşamış, N nömrəli hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının heyət nəfəri-atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, 09 iyul N0N3-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan HƏMZƏYEV ŞAHMALİ ELÇİN OĞLUNUN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı clasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə təkrarən zor tətbiq etməsi, ondan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxslə amansız rəftar etməsi, ləyaqətini alçaltması, ona hədə-qorxu gəlməsi, habelə rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, X17 Şahbuz rayonundа dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin 4-cü taborunun həmin rayonun Şada kəndi ərazisində yerləşdirilmiş 1N-ci bölüyünün, qeyd edilən kəndi istiqamətində, dağlıq ərazidə, düşmənlə həmsərhəddə yerləşən “Düz” şərti adlı mövqeyində bölük komandiri, eyni zamanda mövqe başçısı vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən N0N3-cü ilin yanvar ayının ortalarında, günorta vaxtı intizamsızlıq etməsinə əsəbləşib həmin mövqeyin yataqxanasında tabeliyində olan X4n başına N şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifə və rütbədə xidmət edərkən N0N3-cü ilin yanvar ayının ortalarında, axşam saatlarında həmin bölükdə atıcı-qumbaraatan vəzifəsində xidmət edən, xidməti zərurətlə əlaqədar, gücləndirmə məqsədilə həmin mövqeyə ezam edilmiş, öz tabeliyində olan, əsgər Zərərçəkmiş şəxs8 silahını yaxşı təmizləməməsi səbəbindən mövqenin yataqxanasında sonuncuya təhkim edilmiş həmin avtomat silahın qundağı ilə onun kürəyinə zərbə vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifə və rütbədə xidmət edərkən N0N3-cü ilin yanvar ayının ortalarında, qeyd edilən hadisədən bir neçə gün sonra həmin mövqedə heyət nəfəri vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxsN əvəzinə onu patrul xidmətinə çıxarmasına etiraz etməsinə görə əsgər Zərərçəkmiş şəxs8 iradəsini sındırıb qorxu altında saxlamaqla onu öz şəxsi mülahizəsinə görə, bu yolla «cəzalandırmaq» qərarına gəlmiş və bu məqsədlə, qeyri-qanuni оlan, hər-hansı nizamnamədə nəzərdə tutulmayan cəza tədbiri kimi, sonuncunun əyninə üst-üstə N (iki) ədəd zirehli gödəkçə və dəbilqə geyindirərək axşam saat N0-dən səhər saat 04-dək patrul xidmətində, açıq havada, kəskin soyuq hava şəraitində çöldə qalmağa məcbur etmiş, Zərərçəkmiş şəxs8 atası Calal Calalova zəng edib ondan şikayət etməsinə görə hərbi hissəyə düşürüldükdən sonra orada “şərəfsizsən, mama uşağısan, niyə evə şikayət etmisən” və 16 fevral N0N3-cü il tarixdə “Gərməçataq” mövqeyində olarkən yenidən ona “sən şərəfsizlik etmisən, məni şikayət etmişdin, imkanım olsaydı gülləni doldurardım qarnına, sən 5.45 mərmisini götür, çənənin altından vur, başın partlasın, yaşama” deyərək onu təhqir edərək rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı işgəncə verməklə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə kapitan Təqsirləndirilən şəxs1 həmin vəzifə və rütbədə xidmət edərkən N0N3-cü ilin fevral ayının əvvəllərində, saat N3 radələrində tabeliyində olan X48 “Düz” mövqeyində patrul xidmətində olarkən hava soyuq olduğu üçün isinmək məqsədilə mövqenin hamam otağına girməsi səbəbindən ona qarşı nalayiq ifadə işlədib təhqir edərək onun şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa o, həmin vəzifə və rütbədə xidmət edərkən N0N3-cü ilin mart ayında tabeliyində olan X48 patrul xidmətinə çıxmağa gecikdiyindən onu yataq dəstləri ilə patrul xidmətinə çıxarıb bir müddət həmin vəziyyətdə ayaqüstə saxlatmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı işgəncə verməklə təkrarən zor tətbiq etmişdir. Bundan başqa kapitan Təqsirləndirilən şəxs1 həmin vəzifə və rütbədə xidmət edərkən N0N3-cü ilin mart ayının əvvəllərində, günorta saatlarında X48a ona çay hazırlamasını tapşırmış, lakin sonuncu unutduğundan çayı hazırlamamış, buna görə Təqsirləndirilən şəxs1 X48 başını həmin mövqenin yataqxanasının pəncərəsindən çölə çıxaran zaman yumruqla onun başına zərbə vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Həmçinin kapitan Təqsirləndirilən şəxs1 həmin vəzifə və rütbədə xidmət edərkən öz cinayətkar hərəkətlərini davam etdirərək rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, özünü yuxarı komandanlıq qarşısında tələbkar, xidməti vəzifələrini nümunəvi yerinə-yetirən komandir kimi göstərmək məqsədilə, N0N3-cü ilin mart ayının əvvəllərində, günorta saatlarında, mövqeyə yoxlama gələcəyindən şəxsi heyətdən vəzifə borclarını və onlara təhkim edilmiş silahların taktiki və texniki xüsusiyyətlərin soruşarkən zəif cavab vermələri səbəbindən həmin mövqedə xidmət edən, öz tabeliyində olan X48a, o cümlədən əsgərlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 Seydalı oğluna və Zərərçəkmiş şəxs5, hər birinə bir ədəd dəbilqə və bir ədəd zirehli gödəkçə geyindirib yataqxanada bir-iki saat ayaqüstə saxlatdırıb həmin vəziyyətdə onları nizamnamə oxumağa məcbur etməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Bundan əlavə kapitan Təqsirləndirilən şəxs1 həmin vəzifə və rütbədə xidmət edərkən rəis kimi özünə yüngül xidmət şəraiti yaratmaqla qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin mövqedə heyət nəfəri vəzifəsində xidmət edən, vəzifə və rütbəsinə görə digər əsgərlərlə tabelik münasibətləri olmayan əsgər Təqsirləndirilən şəxsN, qanunla və nizamnamə ilə nəzərdə tutulmadığı halda onu əsgərlərin təsərrüfat işlərinə və gündəlik fəaliyyətinə nəzarət etməsini tapşırmaqla, həmçinin digər əsgərlərə nəzərən ona daha çox istirahət vaxtı verib, bəzi hallarda döyüş nöbəsindən azad etməklə qanunsuz üstünlük yaratmış, buna görə Təqsirləndirilən şəxsN özünü əsgərlər üzərində “böyük” kimi aparıb, yaranmış əlverişli şəraitdən istifadə etməklə, kollektivdə imtiyazlı mövqeyə malik olmaq, özünün həmin mövqedə xidmət edən, onunla tabelik münasibətlərində olmayan, əsgərlər X15, Zərərçəkmiş şəxs3, Şahid3 və Zərərçəkmiş şəxs8 üzərində üstünlüyünü nümayiş etdirib onları özünə tabe etdirmək məqsədilə, müxtəlif vaxtlarda onlara qarşı zor tətbiq edib qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuş, həmçinin N0N3-cü ilin yanvar ayının ortalarında, saat 16 radələrində yataqxananın qarşısında heç bir səbəb olmadan X40 yaxasından yapışıb onu itələyib kürəyini üst-üstə qoyulmuş təkərlərdən ibarət divara çırpdığından Nail Yaqubov mövqenin hamam otağına girib ağlamış, sonra bölük komandiri Təqsirləndirilən şəxs1 xidməti otağına gedərək ona “ya Həmzəyevi buradan düşürün, ya məni düşürün, onun əlindən bezmişəm, yoxsa özümə xəsarət yetirəcəyəm” dedikdə Təqsirləndirilən şəxs1 ona “get işinlə məşğul ol” cavabını vermişdir. Bununla belə N0N3-cü ilin fevral ayının əvvəllərində birlikdə döyüş növbəsində olarkən saat N3 radələrində müşahidə məntəqəsində Təqsirləndirilən şəxsN Nail Yaqubova zor tətbiq etməsindən sonra sonuncu bölük komandiri Təqsirləndirilən şəxs1 xidməti otağının pəncərəsinə tərəf qaçaraq “cənab kapitan Həmzəyev məni dodda döydü, başıma-başıma şillə vurdu, təpiklə bədənimə vurdu” deməklə Təqsirləndirilən şəxsN ona qarşı zor tətbiq edib qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması barədə məlumat vermiş, lakin Təqsirləndirilən şəxs1 qeyd edilən hallara görə qanuna müvafiq tədbir görmək əvəzinə Təqsirləndirilən şəxsN qanunsuz hərəkətlərinə göz yummuşdur. Bundan sonra X48 N0N3cü ilin fevral ayının əvvəllərində, patrul xidmətində olarkən “Düz” postunun müşahidə məntəqəsinə gedib yerə çökərək, silaha daraq taxıb lüləsini çənəsinin altına tutub ağlamış, əsgər Zərərçəkmiş şəxs5 bunu görüb onu yanına çağıraraq silahını alıb dolu mərmini silahdan çıxarıb nə üçün belə etməsini soruşduqda Nail Yaqubov “özümü öldürmək istəyirəm, Həmzəyev məni çox qısnayır, sıxır, pis-pis sözlər deyir, buna görə də əsgərlər mənə pis baxırlar, sıxırlar, onun-bunun yanında məni alçaldır” cavabını vermiş, Zərərçəkmiş şəxs5 bu barədə bölük komandirinə məruzə etdikdə Təqsirləndirilən şəxs1 “əşi boş ver, yalan deyir, o özünü vurammaz, şeyimə kimi, qeyrət damarı olsa vurur, amma vurmayacaq” demiş, Zərərçəkmiş şəxs5 bu barədə ona məlumat verdikdən sonra əsgər X1 Yaqubovu çağırıb ondan özünü vurmaq istəməsinin səbəbini soruşmuş, Nail Yaqubov “mənimlə pis rəftar edirlər, evdən pul göndərməyə imkanları yoxdur, siqaret alanmıram, sıxılıram, buraxılışa çıxa bilmirəm” cavabını vermiş, əsgər Məhəmməd Abbaslı öz növbəsində həmin halı Təqsirləndirilən şəxs1 məruzə etdikdə Təqsirləndirilən şəxs1 Nail Yaqubovu nəzəratədə saxlamalarını, xidmətə çıxanda ehtiyatlı olmalarını, nəyə ehtiyacı olarsa onun adına yazıb almasını bildirməklə kifayətlənib müvafiq tədbirlərin görülməsini təmin etməmiş, bununla rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq qulluq mənafeyi tələb etdiyi halda öz səlahiyyətlərindən istifadə etməmişdir. Həmçinin kapitan Təqsirləndirilən şəxs1 həmin vəzifə və rütbədə xidmət edərkən öz qanunsuz və nizamnamədən kənar hərəkətlərini davam etdirərək rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni əsgərlərin iradəsini sındırıb оnları qorxu altında saxlamaqla özünü tabeliyində olan şəxsi heyət arasında prinsipial komandir kimi göstərmək məqsədi ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, qeyriqanuni olan, hər-hansı nizamnamədə nəzərdə tutulmayan cəza tədbiri kimi, N0N3-cü ilin yanvar ayının əvvəllərindən həmin ilin mart ayının N7-dək olan müddətdə ayrı-ayrı vaxtlarda “qalx komandası”da əsgərlər X15, Zərərçəkmiş şəxs1 Seydalı oğlunun, X9, Zərərçəkmiş şəxs7 və X3 yuxudan gec oyanmalarını görüb bundan qəzəblərək, onlara yataq dəstlərini götürüb yataqxananın qapının girişində və yataqxananın qarşısında bir saata yaxın müddətdə ayaqüstə dayanmağa məcbur edib, bəzi hallarda növbəyə çıxanda yemək yeməyə icazə verməyib xidmətə göndərərək, o cümlədən yol verdiyi intizamsızlıqlarına davam edərsə Nail Yaqubovu hərbi biletinin ləkələyəcəyi, xidmət yerini xidmət şəraiti ağır olan “Kəlbəcər” mövqeyinə dəyişdirəcəyi ilə hədələyib, postda ən aşağı səviyyəli əsgər olduğunu, heç bir işə yaramadığını bildirib, bununla Nail Yaqubov və adı çəkilən əsgərlərlə amansız rəftar etməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrarən işgəncə verməklə zor tətbiq etmişdir. Bundan başqa kapitan Təqsirləndirilən şəxs1 həmin vəzifə və rütbədə xidmət edərkən rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni özünü yuxarı komandanlıq qarşısında tələbkar, xidməti vəzifələrini nümunəvi yerinə-yetirən komandir kimi göstərmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə öz qərəzli münasibətini və amansız rəftarını davam etdirərək X48u “Düz” postunda xidmət etdiyi müddətdə, müxtəlif vaxtlarda mütəmadi olaraq vəzifəsi radio-telefonçu olduğu halda, onu öz vəzifəsinə uyğun xidmətə deyil, döyüş növbəsinə təyin edib döyüş növbəsindən gəldikdən sonra istirahət etməli vaxtlarda qanunsuz olaraq müxtəlif təsərrüfat işləri gördürməklə ardıcıl istirahət vaxtını kəsmiş, buna görə yorğun olan və yuxusuzluğa dözə bilməyən Nail Yaqubov növbəti növbələrində yatmaqla, divara söykənməklə və.s hərəkətlərlə növbə çəkmə qaydalarını pozmuş, həmin halları aşkar edən Təqsirləndirilən şəxs1 onu dəfələrlə intizam qaydasında cəzalandırmış, eyni zamanda döyüş növbəsi qaydalarını pozmasını məruzə edib hərbi hissə komandiri tərəfindən Nail Yaqubova N0N3cü ilin yanvar ayının 10-dan 13-dək 3(üç) sutka müddətində həbs verilməsinə, N0N3-cü ilin yanvar ayının 5-də və fevral ayının N8-də onun intizamsızlıqları ilə bağlı atası X8 hərbi hissəyə çağrılmasına və buna görə buraxılışdan məhrum edilməsinə nail olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 qanunla və nizamnamə ilə nəzərdə tutulmadığı halda, Nail Yaqubovun istifadə edərkən ehtiyatsızlıqdan qırdığı, hərbi əmlak hesab edilməyən stəkan, termometr, ayna və.s əşyaları almasını tələb etmiş, buna görə Nail Yaqubov ailəsinin maddi vəziyyəti aşağı olsa da, məcbur olaraq onlara borcu olmasını bildirərək valideynlərindən müxtəlif məbləğlərdə, ümumilikdə 90 manat pul istəyib alaraq bölük komandirinin sifarişi ilə mövqeyə gətirilmiş həmin əşyaların pullarını ödəmişdir. Bundan əlavə kapitan Təqsirləndirilən şəxs1 həmin vəzifə və rütbədə xidmət edərkən X48a qarşı öz qərəzli münasibətini davam etdirirək N7 mart N0N3-cü il tarixdə Nail Yaqubov əsgər Zərərçəkmiş şəxs3 ilə həmin mövqedə saat 18-dən saat N0-dək döyüş növbətçiliyində olarkən sonuncudan tabor mərkəzi ilə danışıb adının buraxılışa gəlibgəlməməsini dəqiqləşdirmək üçün rabitə avadanlığını verməsini istəməsi səbəbindən, müşahidə məntəqəsində quraşdırılmış rabitə avadanlığından digər məqsədlər üçün istifadə olunmasını qadağan etməsini bəhanə edərək Nail Yaqubovu xidməti otağına çağırıb ona irad bildirməklə Nail Yaqubovun yenidən hərbi hissəyə aparılaraq həbs olunacağını və atasının oraya gələcəyini düşünərək psixoji gərginlik keçirməsinə səbəb olmuşdur. Bununla da, kapitan Təqsirləndirilən şəxs1 “Düz” mövqeyində xidmət etdiyi müddətdə mütəmadi olaraq vəzifəsi radio-telefonçu olduğu halda, onu öz vəzifəsinə uyğun xidmətə deyil, döyüş növbətçiliyinə təyin edib döyüş növbəsindən gəldikdən sonra istirahət etməli olduğu vaxtlarda qanunsuz olaraq müxtəlif təsərrüfat işləri gördürməklə ardıcıl istirahət vaxtını kəsməsi, onun yuxarıda qeyd edilən qanunsuz və nizamnamədən kənar davranışlarından və psixoloji basqılarından bezməsi, bununla yanaşı, eyni zamanda bölük komandiri Təqsirləndirilən şəxs1 yaratdığı imtiyazlı şəraitdən istifadə edən əsgər Təqsirləndirilən şəxsN mütəmadi zorakılığına və şərəf və ləyaqətini alçaltmasına məruz qalması, bunlara görə ona qarşı hamıda mənfi fikrin yaranmasını düşünməsi, eləcə də onunla amansız rəftar edilməsi, ləyaqətinin mütəmadi olaraq alçaldılması, ona hədə-qorxu gəlinməsi nəticəsində Nail Yaqubov frustrasiya halını, yəni insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması, arzu və istəyinə çata bilməməsi vəziyyətini keçirərək özünü öldürmək qərarına gəlmişdir. Nail Yaqubov bu vəziyyətdə N0N3-cü ilin fevral ayının əvvəllərində, patrul xidmətində olarkən “Düz” postunun müşahidə məntəqəsinə gedib yerə çökərək, silaha daraq taxıb lüləsini çənəsinin altına tutub ağlamış, həmin mövqedə xidmət edən Zərərçəkmiş şəxs5 bunu görüb onu yanına çağıraraq silahını alıb dolu mərmini silahdan çıxarmış, Zərərçəkmiş şəxs5 və digər əsgər yoldaşları onunla söhbət etdikdən sonra bu fikrindən daşınsa da bir müddət sonra yenidən özünü öldürmək qərarına gəlmiş, N8 mart N0N3-cü il tarixdə, saat 10:00-dan 1N:00-dək döyüş növbəsinə təyin edilmiş Nail Yaqubov öncə başına dəmir dəbilqə və əyninə zirehli gödəkçəsini geyinərək mövqenin silah saxlama otağına daxil olmuş və oradan özünə təhkim edilmiş xidməti istifadəsində olan, bölüyə məxsus AK-74” markalı “3090181” №-li avtomat silahını, hər birinin içərisində 1 (bir) ədəd boş (təlim) və N9 (iyirmi doqquz) ədəd döyüş patronu olan 4 (dörd) ədəd patron darağını götürərək, silah otağından çıxıb döyüş növbəsinə təyin edildiyi əsgər Zərərçəkmiş şəxs4 ilə birlikdə dəyişdirici, baş atıcı əsgər Zərərçəkmiş şəxs1 Seydalı oğlunun müşayiəti və rəhbərliyi ilə mövqenin silah doldurub-boşaltma yerinə yaxınlaşıb silahın boş olmasını yoxlayıb dəqiqləşdirdikdən sonra qoruyucunu bağlamış və döyüş növbətçiliyinin aparıldığı istiqamətdə hərəkət etmişdir. Daha sonra müəyyən edilmiş qaydalara uyğun olaraq əsgər Zərərçəkmiş şəxs4 mövqenin müşahidə məntəqəsində dayanmış, Nail Yaqubov isə səngərdə maşrut üzrə hərəkətə başlamışdır. Nail Yaqubov döyüş növbəsində xidmət apararkən əvvəlcədən yazdığı, “özümü vurmağımın səbəbi artıq bezmişdim, artıq heç neyi fikirləşmirdim, həyatdan yaşamaqdan bezmiş heç nəyi fikirləşmirdim. Heç kim məni istəmirdi, özümü ən axırıncı adam kimi hiss edirəm. heç kim məni yaxşı görüb baxmırdı, bu şəraiti mən özüm yaratmışdım, nə qədər deyib gülsəm də məni tpoy kimi fikirləşirdim, nə qədər səbr etsəm də alınmırdı, mən bir neçə adama demişdim ki, bu postda Kurqan məsələsi olacaq, deyirdim heç kim inanmırdı. Və o gün bu gün imiş, mən elədiyim intizamsızlığa özüm bezib aşağıya düşüb atamı briqadaya çağırmaqdan utanırdım. Buna görə evdəkilərə, burda olan bölük komandirimə tabe olduqlarıma yük olmaq istəmirəm, bölük komandirim bir çox intizamsızlığıma dözüb mənə tövsiyə vermişdi, bu gün etdiyim intizamsızlıq yenə məni aşağı briqada gedəcəm və yüz faiz atamı çağıracaqlar, mən də bu şey olmasın, həbsə getməyim deyə intihar edirəm, mən azərbaycan əhalisi 10 miliyon olsun deyə doğulmuşam, mənim yaşamağımın heç kimə faydası yoxdur, buna görə özümə qəsd edirəm. mənə dedim kimin mənim yaşamağım heç kimə faydam olmadığı kimi ölməyim heç kimə ziyana düşməyəcək, mənim istədiyim ailəmi görmək (186) gün altı aya başa vuracaq idi o istədiyim də mənə qismət olmadı....” məzmunlu məktubu cibinə qoyub xidmətin başa çatmasına bir qədər qalmış döyüş növbətçiliyinin təşkil edildiyi müşahidə məntəqəsindən 160 metr aralıda yerləşən səngərə doğru hərəkət edib, saat 11:30 radələrində orada dizləriüstə yerə çökərək zirehli gödəkçəsinin üzərində olan 4 rəqəmi ilə nömrələnmiş birka yapışdırılmış darağı götürüb içərisində olan 1 (bir) ədəd boş (təlim) patronunu çıxarıb həmin darağı xidməti istifadəsində olan “AK-74” markalı, “3090181” №-li avtomat silaha birləşdirmiş, silahın qorucuyusunu açıb silahı tək-tək atış rejiminə qoyub silahı atəşə hazır vəziyyətə gətirərək, əvvəlcə kənara bir atəş açmış, bir dəqiqə sonra yenidən silaha 1 (bir) ədəd dolu patron yeridib darağı silahdan ayıraraq əvvəlcədən çıxardığı təlim patronunu yerinə qoyub darağı zirehli gödəkçəsinin üzərinə keçirmiş, sonra dizləri üstə çöməlmiş vəziyyətdə, avtomat silahın sandıq yuvası çölə doğru olmaqla, qundaq hissəsini ayaqlarının arasından yerə qoyub lüləsinin ön kəsiyini öz çənəaltı nahiyəsinə dirməmiş və bu vəziyyətdə sağ əlinin barmağı ilə tətiyi qəsdən çəkib bir atəş açaraq özünə qəsdən ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid olan “giriş dəliyi çənəaltı nahiyədə, çıxış dəliyi təpə nahiyəsində olan, yara kanalı boyunca başın yumşaq toxumalarının geniş həcmdə zədələnmələri, kəlləni təşkil edən sümüklərin çoxsaylı, qəlpəli və xətti, defektli sınıqları, baş beyinin ağır dərəcəli əzilib dağılması ilə müşayiət olunan, aşağıdan-yuxarıya, bir qədər öndən-arxaya istiqamətli başın bir ədəd dəlib-keçən yarası” xəsarətlərini yetirmiş və aldığı xəsarətlərdən ölmüş, bununla da Təqsirləndirilən şəxs1 rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən, öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etməsi, ondan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxslə amansız rəftar etməsi, ləyaqətini alçaltması, ona hədə-qorxu gəlməsi, habelə rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi ağır nəticələrə səbəb olmuşdur. Təqsirləndirilən şəxsN onunla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən pozması ağır nəticələrə səbəb olmuşdur. Belə ki o, 15 oktyabr N0N1-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılıb X17 Şahbuz rayonundа dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin 4-cü taborunun həmin rayonun Şada kəndi ərazisində yerləşdirilmiş 1N-ci bölüyünün, qeyd edilən kənd istiqamətində, dağlıq ərazidə, düşmənlə həmsərhəddə yerləşən, şərti olaraq “Düz” adlandırılan mövqeyində heyət nəfəri vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» tələblərini pozaraq yuxarı çağırışçı olmasından və bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 ona yaratdığı əlverişli şəraitdən istifadə edərək, kollektivdə imtiyazlı mövqeyə malik olmaq, həmin mövqedə radio-telefonçu vəzifəsində xidmət edən, onunla tabelik münasibətlərində olmayan, X4n üzərində üstünlüyünü nümayiş etdirib onu özünə tabe etdirmək məqsədilə, N0NN-ci ilin dekabr ayının sonlarında, saat 14 radələrində hamamı təmizləyən zaman ora daxil olmamasını bildirməsi səbəbindən ona “peysər” deyib, sonra sinəsindən itələdiyindən Nail Yaqubovun başı divara dəymiş, Nail Yaqubov ona “sən kimsən məni itələyirsən” dedikdə Təqsirləndirilən şəxsN “peysər Dəmirçili” deyərək yaxasından yapışıb özünə tərəf çəkib yumruqla başına bir neçə zərbə vurub yenidən sinəsindən arxaya itələyib, onu yerə yıxaraq, yerdə ayaqlarına təpik zərbələri vurub “bir də mənə qarşı çıxıb söz desən sənin ananı belə-belə edəcəm” nalayiq ifadələrini işlədərək ona qarşı zor tətbiq edib şərəf və ləyaqətini alçalmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozmuşdur. Bundan başqa o, həmin mövqedə, eyni vəzifə və rütbədə xidmət edərkən N0N3-cü ilin yanvar ayının əvvəllərində, saat 10 radələrində hamama gəlib X48a “sən peysərsən, çıx çölə, mən üzümü qırxım, sən sonra gəl” demiş, Nail Yaqubov ona “bundan sonra mənə həmin sözü deyənin özüdür peysər” cavabını verdikdə Təqsirləndirilən şəxsN “peysər sənin nəslindir” deyib onun qarnına yumruq zərbəsi vurmuş, həmin gün Təqsirləndirilən şəxsN saat 10-dan saat 1N-dək döyüş növbətçiliyində olarkən öz qanunsuz və nizamnamədən kənar hərəkətlərini davam etdirərək yataqxananın yaxınlığında yerləşən müşahidə məntəqəsindən uca səslə “o peysərə deyin gəlsin bura” deyərək X48u yanına çağırıb yumruqla sinəsinə, sonra başını əyməsini tələb edib dirsəyi ilə başından vurub ona qarşı zor tətbiq etməklə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Həmçinin Təqsirləndirilən şəxsN həmin vəzifə və rütbədə xidmət edərkən X48a qarşı öz qərəzli münasibətini və amansız rəftarını davam etdirirək, N0N3-cü ilin yanvar ayının sonlarında, saat 15 radələrində ağır yük götürəndə ağrıdığını bildirib 10 litrlik su qablarını daşımaqdan imtina etməsi səbəbindən həmin mövqedə yerləşən anbarın içərisində Nail Yaqubovun sifətinə şillə zərbəsi vurub onu su qablarının üzərinə yıxmaqla ona qarşı zor tətbiq edib qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən pozmuşdur. Bundan əlavə o, eyni rütbə və vəzifədə xidmət edərkən N0N3-cü ilin yanvar ayında, gecə saat 1N radələrində Nail Yaqubovun xidmətdə olarkən hava soyuq olduğu üçün hamamın sobasının yanında dayanıb qızışmaq istəməsinə görə həmin mövqedə yerləşən hamam otağının qarşısında başına yumruq zərbələri vurmaqla ona qarşı zor tətbiq etməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını təkrarən pozmuşdur. Eləcə də Təqsirləndirilən şəxsN həmin vəzifə və rütbədə xidmət edərkən N0N3-cü ilin yanvar ayının ortalarında, axşam saatlarında mövqenin şəxsi heyətinin yaşaması üçün nəzərdə tutulan yataqxanasında səbəbsiz yerə X48a nalayiq ifadələr işlətməklə ondan çay süzməsini tələb etmiş, sonuncu söyüş söyməsinə görə bundan imtina etdikdə sifətinə şillə zərbəsi vurmaqla ona qarşı zor tətbiq edərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını təkrarən pozmuşdur. Bundan başqa Təqsirləndirilən şəxsN həmin mövqedə, eyni rütbə və vəzifədə xidmət edərkən N0N3-cü ilin yanvar ayının ortalarında, saat 16 radələrində yataqxananın qarşısında səbəbsiz yerə Nail Yaqubovun yaxasından yapışaraq onu itələyib kürəyini üstüstə qoyulmuş təkərlərdən ibarət divara çırpmaqla yenidən ona qarşı zorakı hərəkətlər etməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını təkrarən pozmuşdur. Həmçinin Təqsirləndirilən şəxsN həmin rütbə və vəzifədə xidmət edərkən N0N3-cü ilin yanvar ayının sonlarında, saat N1 radələrində “Düz” mövqeyində patrul xidmətində olarkən divara söykənməsi səbəbindən X40 başına və sifətinə yumruq zərbələri vurmaqla ona qarşı zor tətbiq edərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən pozmuşdur. Bundan əlavə o, həmin mövqedə, eyni rütbə və vəzifədə xidmət edərkən N0N3-cü ilin yanvar ayının sonlarında, səhər saatlarında döyüş növbəsində onu gec dəyişməsi səbəbindən yataqxananın silah otağında Nail Yaqubova “peysər niyə məni 3 dəqiqə gec dəyişdin?” deyib sifətinə şillə, qarnına təpik zərbələri vurub başını qolunun altına salıb yenidən başına yumruq zərbələri vurmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozmuşdur. Bundan başqa Təqsirləndirilən şəxsN həmin rütbə və vəzifədə xidmət edərkən N0N3cü ilin fevral ayının əvvəllərində, saat N3 radələrində X48 “Düz” mövqeyində patrul xidmətində olarkən hava soyuq olduğundan isinmək üçün mövqenin hamam otağına girmiş, sonra orada çıxmaq istədikdə Təqsirləndirilən şəxsN ona şirniyyat və yemək gətirəcəyini deyib hamama geri göndərək bölük komandiri, kapitan Təqsirləndirilən şəxs1 X40 hamamda olmasını xəbər vermiş, buna görə sonuncu Nail Yaqubova qarşı nalayiq ifadə işlədərək xidmətini davam etdirməsini tələb etmiş, bundan sonra X39 Həmzəyevdən nə üçün onu xəbərləməsini soruşduqda sonuncu “mənim hərəkətlərimi, divijeniyamı üstünə götürənin var-yoxunu belə-belə edim” deyib Nail Yaqubovun sifətinə şillə zərbəsi vurub onu yerə yıxmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını təkrarən pozmuşdur. Həmçinin Təqsirləndirilən şəxsN qeyd edilən vəzifə və rütbədə xidmət edərkən N0N3-cü ilin fevral ayının əvvəllərində “Düz” mövqeyində birlikdə döyüş növbəsində olarkən saat N3 radələrində müşahidə məntəqəsində, özünə məlum olan səbəbə görə X40 başına şillə, bədəninə təpik zərbələri vurmaqla ona qarşı bir daha zor tətbiq edərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını təkrarən pozmuşdur. Bundan başqa Təqsirləndirilən şəxsN “Düz” mövqeyində göstərilən vəzifə və rütbədə xidmət edərkən qarşılıqlı münasibətlərin nizamnamə qaydarını pozaraq özünün qanunsuz və nizamnamədən kənar hərəkətlərini davam etdirməklə müxtəlif vaxtlarda ondan qorxmasından istifadə edərək, öz iradəsinə tabe etdirdiyi X48dan hədə-qorxu tətbiq etməklə özünə siqaret almaq üçün 3-5 manat məbləğlərində pul istəyib almış, habelə müxtəlif vaxtlarda Nail Yaqubova “posta xidmətə çıxmırsan, get atana, anana de səni övladlıqdan silsinlər, get özünü öldür, sən bu 10 milyonluq əhaliyə artıqsan, boşuna gəlmisən bu dünyaya” deyib onun şərəf və ləyaqətini alçaltmaqla, ayrı-ayrı vaxtlarda tualetə gedəndə ondan aftafada isti su, dəsmal gətirməsini tələb etməklə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozmuşdur. Beləliklə də, əsgər Təqsirləndirilən şəxsN onunla amansız rəftar edib ona qarşı mütəmadi olaraq zor tətbiq edib nalayiq ifadələr işlətməklə, onu şəxsi heyət arasında nüfuzdan salıb şərəf və ləyaqətini alçaldaraq qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmasından bezməsi, əsgər Təqsirləndirilən şəxsNlə yanaşı, eyni zamanda bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətlərinə məruz qalması, eləcə də bu iki şəxs tərəfindən onunla amansız rəftar edilməsi, ləyaqətinin mütəmadi olaraq alçaldılması, ona hədə-qorxu gəlinməsi nəticəsində X48 frustrasiya halını, yəni insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması, arzu və istəyinə çata bilməməsi vəziyyətini keçirərək özünü öldürmək qərarına gəlmişdir. Nail Yaqubov bu vəziyyətdə N0N3-cü ilin fevral ayının əvvəllərində, patrul xidmətində olarkən “Düz” postunun müşahidə məntəqəsinə gedib yerə çökərək, silaha daraq taxıb lüləsini çənəsinin altına tutub ağlamış, həmin mövqedə xidmət edən Zərərçəkmiş şəxs5 bunu görüb onu yanına çağıraraq silahını alıb dolu mərmini silahdan çıxarıb nə üçün belə etməsini soruşduqda Nail Yaqubov “özümü öldürmək istəyirəm, Həmzəyev məni çox qısnayır, sıxır, pis-pis sözlər deyir, buna görə də əsgərlər mənə pis baxırlar, sıxırlar, onun-bunun yanında məni alçaldır” cavabını vermiş, Zərərçəkmiş şəxs5 və digər əsgər yoldaşları onunla söhbət etdikdən sonra o, bu fikrindən daşınsa da bir müddət sonra yenidən özünü öldürmək qərarına gəlmiş, N8 mart N0N3-cü il tarixdə, saat 10:00-dan 1N:00-dək döyüş növbəsinə təyin edilmiş Nail Yaqubov öncə başına dəmir dəbilqə və əyninə zirehli gödəkçəsini geyinərək mövqenin silah saxlama otağına daxil olmiş və oradan özünə təhkim edilmiş xidməti istifadəsində olan, bölüyə məxsus AK-74” markalı “3090181” avtomat silahını, hər birinin içərisində 1 (bir) ədəd boş (təlim) və N9 (iyirmi doqquz) ədəd döyüş patronu olan 4 (dörd) ədəd patron darağını götürərək, silah otağından çıxıb döyüş növbəsinə təyin edildiyi əsgər Zərərçəkmiş şəxs4 ilə birlikdə dəyişdirici, baş atıcı əsgər Zərərçəkmiş şəxs1 Seydalı oğlunun müşayiəti və rəhbərliyi ilə mövqenin silah doldurub-boşaltma yerinə yaxınlaşıb silahın boş olmasını yoxlayıb dəqiqləşdirdikdən sonra qoruyucunu bağlamış və döyüş növbətçiliyinin aparıldığı istiqamətdə hərəkət etmişdir. Daha sonra müəyyən edilmiş qaydalara uyğun olaraq əsgər Zərərçəkmiş şəxs4 mövqenin müşahidə məntəqəsində dayanmış, X48 isə səngərdə maşrut üzrə hərəkətə başlamışdır. Nail Yaqubov döyüş növbəsində xidmət apararkən əvvəlcədən yazdığı, “özümü vurmağımın səbəbi artıq bezmişdim, artıq heç neyi fikirləşmirdim, həyatdan yaşamaqdan bezmiş heç nəyi fikirləşmirdim. Heç kim məni istəmirdi, özümü ən axırıncı adam kimi hiss edirəm. heç kim məni yaxşı görüb baxmırdı, bu şəraiti mən özüm yaratmışdım, nə qədər deyib gülsəm də məni tpoy kimi fikirləşirdim, nə qədər səbr etsəm də alınmırdı, mən bir neçə adama demişdim ki, bu postda Kurqan məsələsi olacaq, deyirdim heç kim inanmırdı. Və o gün bu gün imiş, mən elədiyim intizamsızlığa özüm bezib aşağıya düşüb atamı briqadaya çağırmaqdan utanırdım. Buna görə evdəkilərə, burda olan bölük komandirimə tabe olduqlarıma yük olmaq istəmirəm, bölük komandirim bir çox intizamsızlığıma dözüb mənə tövsiyə vermişdi, bu gün etdiyim intizamsızlıq yenə məni aşağı briqada gedəcəm və yüz faiz atamı çağıracaqlar, mən də bu şey olmasın, həbsə getməyim deyə intihar edirəm, mən azərbaycan əhalisi 10 miliyon olsun deyə doğulmuşam, mənim yaşamağımın heç kimə faydası yoxdur, buna görə özümə qəsd edirəm. mənə dedim kimin mənim yaşamağım heç kimə faydam olmadığı kimi ölməyim heç kimə ziyana düşməyəcək, mənim istədiyim ailəmi görmək (186) gün altı aya başa vuracaq idi o istədiyim də mənə qismət olmadı....” məzmunlu məktubu cibinə qoyub xidmətin başa çatmasına bir qədər qalmış döyüş növbətçiliyinin təşkil edildiyi müşahidə məntəqəsindən 160 metr aralıda yerləşən səngərə doğru hərəkət edib, saat 11:30 radələrində orada dizləriüstə yerə çökərək zirehli gödəkçəsinin üzərində olan 4 rəqəmi ilə nömrələnmiş birka yapışdırılmış darağı götürüb içərisində olan 1 (bir) ədəd boş (təlim) patronunu çıxarıb həmin darağı xidməti istifadəsində olan “AK-74” markalı, “3090181” №-li avtomat silaha birləşdirmiş, silahın qorucuyusunu açıb silahı tək-tək atış rejiminə qoyub silahı atəşə hazır vəziyyətə gətirərək, əvvəlcə kənara bir atəş açmış, bir dəqiqə sonra yenidən silaha 1 (bir) ədəd dolu patron yeridib darağı silahdan ayıraraq əvvəlcədən çıxardığı təlim patronunu yerinə qoyub darağı zirehli gödəkçəsinin üzərinə keçirmiş, sonra dizləri üstə çöməlmiş vəziyyətdə, avtomat silahın sandıq yuvası çölə doğru olmaqla, qundaq hissəsini ayaqlarının arasından yerə qoyub lüləsinin ön kəsiyini öz çənəaltı nahiyəsinə dirəmiş və bu vəziyyətdə sağ əlinin barmağı ilə tətiyi qəsdən çəkib bir atəş açaraq özünə qəsdən ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid olan “giriş dəliyi çənəaltı nahiyədə, çıxış dəliyi təpə nahiyəsində olan, yara kanalı boyunca başın yumşaq toxumalarının geniş həcmdə zədələnmələri, kəlləni təşkil edən sümüklərin çoxsaylı, qəlpəli və xətti, defektli sınıqları, baş beyinin ağır dərəcəli əzilib dağılması ilə müşayiət olunan, aşağıdan-yuxarıya, bir qədər öndən-arxaya istiqamətli başın bir ədəd dəlib-keçən yarası” xəsarətlərini yetirmiş və aldığı xəsarətlərdən ölmüşdür. Bununla da Təqsirləndirilən şəxsN onunla tabelik münasibətlərində olmayan X48a hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən pozması ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N5, 3N9.3 və 341.3-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, ön postlarda günün nizam qaydası müəyyən dərəcədə fərqli olur, gün ərzində 8 saat yuxuya, döyüş növbətçiliyinə və görüləcək işlərə ayrılır. Səngərlərin təmizlənməsi, yataqxananın təmizlənməsi və digər işlər postda olan bütün əsgərlər tərəfindən yerinə yetirilir. İşlər bütün əsgərlər arasında növbəli şəkildə bölünmüşdü və hər hansısa əsgərə ayrı-seçkilik edilmirmiş. Postda hər səhər “qalx” komandası şəxsən onun tərəfindən verilirmiş, bədən baxışı və digər hərəkətlər edildikdən sonra əsgərlər hamısı bir nəfər kimi işlərə bölünürmüş. Yaqubov radiotelefonçu olsa da, ona görə döyüş növbətçiliyinə çıxırmış ki, tabor mərkəzində onun vəzifəsini yerinə yetirən hərbi qulluqçular var imiş. Bəzi əsgərlərin guya ki, Həmzəyevin onun tərəfindən “starşı” kimi təyin olunması barədə dedikləri tamamilə əsassızdır. Ola bilsin ki, Həmzəyev döyüş növbətçiliyi zamanı yatan əsgərləri məruzə etdiyinə görə digər əsgərlər onun “starşılıq” etməsi barədə ifadə vermişlər. O, dekabr ayında məzuniyyətdən qayıtdıqdan sonra Həmzəyev mütəmadi olaraq döyüş növbətçiliyində yatan əsgərlər barəsində, hansı ki, kim olduqlarını tam xatırlamır ona məruzə etmiş, özünün döyüş növbətçiliyində olarkən gördüyü halları da əsasən sonradan ona bildirmişdir. Həmzəyevin gedib əsgərləri yoxlamaq kimi səlahiyyəti olmamışdır. Həmzəyevin niyə döyüş növbətçiliyində yatan əsgərlər barəsində ona məlumat verməsinin səbəbini bilməmişdir. Həmzəyevin bu etdiklərinə görə onun barəsində həvəsləndirmə tədbirləri olmamışdı, ona təşəkkür filan etməmişdi. Musayev Sübhanın döyüş növbətçiliyində yatmasını özü aşkar etmiş, bu barədə yuxarı komandanlığa məruzə etmişdir. Həmzəyevin aşkar etdiyi şəxslərdən isə Yaqubov xaric digər əsgərləri həmin hal ilk dəfə olduğuna görə yuxarı komandanlığa məruzə etməmişdi. Onlarla fərdi söhbət aparmış, intizam qaydasında cəzalandırmışdı. Yaqubov döyüş növbətçiliyində yatdığına görə həbsə göndərilmişdi, bu halı da özü aşkar etmişdi. Yaqubov bir dəfə döyüş növbətçiliyində yatdığına görə həbsə göndərilmişdi. Həmin vaxt atasının hərbi hissəyə çağırılıb-çağırılmamasını bilmir. İkinci dəfə isə təhlükəli mövqedə təkərlərin üzərinə çıxmışdı, bu barədə bölüyün baş çavuşu məruzə etmişdi, hərbi hissəyə düşürülmüşdü, atası çağırılmışdı. İşlər görüldükdən sonra əsgərlər tərəfindən bu barədə ona məruzə olunmuş, o da görülən işləri şəxsən yoxlamışdır. Manqa komandiri olmadığına görə, baş atıcı da əsgər olduğuna görə ona etibar etməyib postda görülən işlərə özü birbaşa nəzarət etmişdir. Həmzəyev ona 1-N dəfə “ata” deyə müraciət etmiş, o, da ona irad tutub “müraciət qaydasını pozma, bundan sonra düzgün müraciət elə” dedikdən sonra bu hal təkrarlanmamışdı. O, Həmzəyevə “oğul” deyə müraciət etməmiş, qeyd olunan qanunsuz əməllərin də heç birini törətməmiş, sadəcə ondan asılı olmayan digər səbəblərdən hadisə baş vermişdir. Təqsirləndirilən şəxsN hər hansı əsgəri döyüb, söyüb, incitməsi barədə heç bir hərbi qulluqçu ona müraciət etməmişdir. Həmzəyev də postda digər bütün əsgərlər kimi işlər görmüş, xidmətə çıxmış, ona ayrı-seçkilik edilməsi, onun da “starşılıq” etməsi qeyri-mümkün olmuşdur. Postda əgər hər hansı bir qanunsuz əmməllər baş versəydi əsgərlər posta mütəmadi olaraq gələn və ona rəis hesab olunan Ordu Komandanının müavini, tabor komandiri, tabor komandirinin müavini və digər yüksək rütbəli və vəzifəli hərbi qulluqçulara nə üçün əsgərlər müraciət edərdilər. Təqsirləndirilən şəxs1 həmçinin verdiyi ifadəsində özünün əsgər Cəlalovu silahın qundağı ilə vurmadığını, özünün onu təhqir etmədiyini bildirərək, qeyd etmişdir ki, özünün əsgər Həmzəyevə “daydaylıq” etməyi, onu döyüş növbətçiliyinə çıxarmamağı ilə bağlı deyilənlər yalandır. döyüş növbətçiliyinin təşkili ilə bağlı kitabda hansı əsgərin nə qədər döyüş növbətçisi çıxdığı qeyd olunmuşdur. Əsgərlərin zirehli gödəkçə və dəbilqə ilə saxlanmağı, onlara zorakılıq edilməsi ilə bağlı ifadələr yalandır,belə hadisələr olsa belə, bu hallar barədə məlumat verilməməsi məntiqə uyğun deyildir. Postda heç kim bir-birinin əvəzinə heç vaxt döyüş növbətçiliyinə çıxmamış, döyüş növbətçiliyi dəftərində kimin adı yazılırdısa, o da döyüş növbətçiliyinə çıxmışdır. O, heç kəsi əziyyət vermək məqsədilə zirehli gödəkçə və dəbilqə ilə saxlamamışdır. Abbaslı Məhəmməd əsgər Yaqubovun maddi sıxıntılara görə siqaret ala bilmədiyini ona bildirmiş, bundan sonra o, Yaqubovla fərdi qaydada söhbət etmiş və Yaqubovla söhbət zamanı o, bu halı təsdiq etmişdi. O, da ona onun adından siqaret ala biləcəyini bildirmişdi, o da almışdı. Bu söhbət səhv eləmirsə ikisinin arasında olmuşdu. Yaqubov ayağının axsadığını deyəndə onu tabora göndərmiş ki, tibb məntəqəsinə getsin. O da taborda valideynləri ilə görüşdükdən sonra tibb məntəqəsinə getdiyini bildirmişdi. Lakin həkimdən soruşduqda o, Yaqubovun tibb məntəqəsinə gəlmədiyini bildirmişdi. Fətullayev Yaqubovun buraxılışa gedibgetməyəcəyini öyrənmək üçün taborla əlaqə saxlamaq istədiyini bildirəndə, Yaqubovu çağırıb “bu gün həftənin 1-ci günüdür, indidən kimin buraxılışa gedib-getməyəcəyini taborda olan əsgərlər bilməz, buraxılış xəbəri 3-cü, 4-cü gün gələ bilər” demişdi. Yaqubov da həbsə getdiyi üçün buraxılışdan narahat olduğunu bildirdikdə o, da tabor komandirindən xahiş edib adını buraxılışa yazdıracağını bildirmişdi. Bunun üçün Yaqubova N dəst yeni forma da gətirtmişdi. Yaqubovun niyə özünü öldürməsini bilmir, onun əvvəllər özünü öldürməyə cəhd etməsi ilə bağlı da kimsə ona müraciət etməmişdir. Yaqubovun ölümündə özünü ona görə günahkar bilir ki, onu qoruya bilməmişdir. Onun özünü öldürmək niyyəti barədə ona məruzə olunsaydı, bu barədə dərhal aidiyyatı qaydada məruzə edərmiş. Əgər Yaqubovun özünü öldürməsində onun günahı olsaydı bu barədə məktubunda qeyd edərmiş. Bölük komandiri olaraq heç bir əsgərə pis olmamış, əsgərlərin onun etmədiyi qanunsuz əməllər barədə şikayət etməsi ona da maraqlıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.3-cü maddəsi ilə barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərmişdir ki, o, X40 özünü vurmasından bir ay əvvəl işçi qüvvəyə düşürülmüş, orada olarkən N nömrəli hərbi hissədə Yaqubov Nail adlı əsgərin özün öldürməsini eşitmiş, bundan sonra onu prokurorluğa çağırmışlar. Prokurorluqda olarkən müstəntiq ondan xalxın uşağını niyə öldürdüyünü soruşmuş, onunla pis rəftar etmiş, cavabında isə o, müstəntiqə “46 gündü düşmüşəm aşağı xəbər gəlibki əsgər özün öldürübdü. Deyirlərki sən onu ölüm həddinə çatdırmısan, nə deyib çatdırmışam” deyə cavab vermişdir. Hadisə ilə bağlı özünün heç bir günahının yoxdur, o, heç nə etməmiş, heç kimə çıtmaq vurmamışdır. O postda ondan çox işləyən olmamış, su krantı qırılıb düzətmiş, əlimdən gələni etmişdir. Xidməti xasiyyatnaməsində bir dənə də ləkə yoxdur. O, Məmmədzadiyə bir dəfə ata demiş, buna görə bölük komandiri onu cəzalandırmış, bundan sonra o. heç kimə ata deməmişdir. Bölük komandiri nə onun tərəfində durmamış, nədəki “get hansısa əsgərə iş tapşırmışam üstündə dur” deməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələrinə dair məhkəmə istintaqında verdikləri ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittihamda özlərini təqsirli bilməmələri ilə bağlı ifadələrinə tənqidi yanaşır və təqsirləndirilən şəxslərin qeyd edilən ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq, eləcə də öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, mərhum zərərçəkmiş şəxs X15 hüquqi varisi X18 məhkəmə istintaqında verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, mərhum zərərçəkmiş şəxs onun övladı olmuş, övladı Nail Yaqubov N0NN-ci ilin aprel ayında hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissəyə, N aydan sonra isə Şahbuz rayonunda yerləşən N nömrəli hərbi hissəyə verilərək “Düz” adlanan posta göndərilmişdir. O, “Düz” postunda xidmət etdiyi müddətdə sentyabr və noyabr ayılarında buraxılışa gəlmiş, N0NNci ilin dekabr ayının sonlarında Naillə danışdıqda “Yeni İl” bayramında evə gələcəyini bildirmiş, lakin Nailin evə gəlmədiyini görüb onunla əlaqə saxladıqda evə çox əsgərin buraxılmadığını, bu səbəbdən yanvar ayının əvvəllərində evə gələcəyini bildirmişdir. Lakin yanvar ayının əvvəllərində də evə gəlməmiş və əlaqə saxladıqda Nail bölük komandiri Təqsirləndirilən şəxs1 ona yeni hərbi forma verib onunla evə göndərəciyini bildirmişdir, bu səbəbdən mart ayında evə gələ biləcəyini qeyd etmişdi. Əvvəllər demək olar ki, Nailin şikayətləri olmamış, yanvar ayından başlayaraq şikayətlər etməyə başlamışdı, posta yeni gələn şəxsi heyəti bəyənmirdi. Mart ayı çatdıqda yenə evə gəlmədiyindən Naillə əlaqə saxlamış, yanvar ayında həbsə göndərildiyindən, habelə evə gəldikdə digər rayonlardan olan əsgərləri də özü ilə evə gətirməyin məcburi olduğunu bildirərək gələ bilmədiyini bildirmişdir. Naildən həbsə getməyinin səbəbini soruşmuş, istirahət etmədiyi üçün postda yatdığını, bu səbəbdən həbsə getdiyini bildirmişdi. Daha sonra mart ayında yenə əlaqə saxlamış, Nail də onların gəlməyini istəmiş, Kəlbəcərə göndəriləciyini, hərbi biletinə ləkə salınacağını və 1 ay artıq xidmət edəcəyini bildirmişdir. Nail istirahətlərinin kəsilib ərazini təmizlədiklərindən, işlədiklərindən yaxşı istirahət edə bilmədiyini, buna görə postda olanda yatdığını, yatdığına görə irad tutulduğunu, töhmət verildiyini bildirmişdir. Hər dəfə danışanda Nailin şikayət edib “yuxusuz qaldığını, istirahətinin kəsildiyini, işlədiyini, yorulduğunu, buna görə postda yatdığını, rabitəçi olmağına baxmayaraq rabitəyə baxmadığını, növbəyə çıxdığını, bölük komandiri məzuniyyətdə olanda rabitəyə baxdığını, qayıdandan sonra onu uzaqlaşdırıldığını” deyirmiş. Ondan hansı səbəbə rabitədən uzaqlaşdırıldığını soruşduqda postda yatdığı zaman baş atıcının bunu görüb məruzə etdiyini, həm də postda əsgər az olduğunu, bu səbəbdən rabitədən uzaqlaşdırıldığını bildirmişdir. Nail, həmçinin postda olarkən 3 nəfərin ona tərəf gəldiyini görüb olduğu yerdə aydın görə bilmədiyindən yerini dəyişib təkərlərin üzərinə çıxıb baxdığını, baş atıcının da bu vəziyyəti görüb məruzə etdiyini bildirmişdir. Həmin hadisəyə görə də Nail həbsə göndərilmişdir. Ağrılarına görə xidmət edə bilmirdi və Təqsirləndirilən şəxs1 də onun bu vəziyyətdə xidmət edə bilməyəcəyini bildirib tibb məntəqəsinə düşürmüşdü, lakin tibb məntəqəsində sağlam olduğu bildirilmişdi. Nail borcu olduğunu bildirərək, ayda N-3 dəfə ondan pul istəmiş, Naillə telefonla əlaqə saxladıqda onu orada döydüklərini, ona pis gözlə baxdıqlarını, onu qısnadıqlarını bildirmiş, özünü öldürəcəyini deməmişdir. O, bu barədə şikayətlər etsə də, konkret olaraq onu kimin döydüyünü, söydüyünü, əziyyət verdiyini deməmiş, xidmətdən bezdiyini bildirmiş, lakin onu kimin bezdirdiyini deməyərək “telefonda çox şey deyə bilmirəm, desəm, başımız ağrıyacaq” demişdir. XN məhkəmə istintaqında verdiyi ifadəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs5 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, gənc əsgər kursunu keçdikdən sonra N №-li hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünə verilmiş, əvvəl bölüyün “Qaya” postuna, N0NN-ci ilin dekabr ayının sonlarında “Düz” postuna göndərilmişdir. Bölük komandirləri kapitan Təqsirləndirilən şəxs1 olmuş, onlar posta qalxanda Nail Yaqubov da orada olmuş, həmin vaxtadək o, Yaqubovu tanımamışdır. Onlar posta yeni gedəndə hər şey qaydasında olmuş, Yaqubov daha çox onunla, Abbaslı və Şahid1la yaxınlıq etmişdir. Həmin vaxt Yaqubov əvvəlki heyətdən narazılıq etməmiş, lakin evə getmək istədiyini, anasının xəstə olduğunu bildirmişdir. N0N3-cü ilin yanvar ayından mart ayınadək ayrı-ayrı vaxtlarda bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 istirahət vaxtlarını kəsib onları işlətmiş. Demək olar ki, bütün əsgərlərin yuxusu kəsmiş. Yorğun olduqları üçün, yuxularını tam ala bilmədikləri üçün səhərlər bəzən vaxtında qalxa bilməmişlər. Saat 04:00-06:00 arasında növbədə olanlar demək olar ki, istirahət edə bilməmiş. Bir dəfə də yorğun olduqlarına görə “qalx” komandası olanda oyanmaqda çətinlik çəkərək 1-N dəqiqə gec durmuşlar. Təqsirləndirilən şəxs1 onu, əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Məhəmməd Abbaslını və Nail Yaqubovu gec durduqları üçün yataq dəstlərini götürüb qapının girişində, yalnız belyoda soyuqda 40 dəqiqə, 1 saat müddətində ayaqüstə saxlatdırıb əziyyət vermişdir. Bəzən də növbəyə çıxanda yemək yemədən, ac-susuz döyüş növbəsinə göndərilmişlər. Vəzifə borcu və digər tələb olunan təlimatlar uzun olduğuna görə, o, onları əzbərləməkdə çətinlik çəkmiş. Bölük komandiri onlara vəzifə borcunu və digər tələb olunan təlimatları bilmədikdə “erməninin N cürü olur: sərhəddən keçən və vəzifə borcunu bilməyən” deyirmiş, həmçinin onları cəzalandıranda yemək yeməyə və su içməyə də buraxmamışdır. N0N3-cü ilin mart ayında vəzifə borclarını, silahın taktiki-texniki xüsusiyyətlərini tam bilmədiklərindən kapitan Təqsirləndirilən şəxs1 istirahətlərini kəsmiş, yataqxanada ona, Zərərçəkmiş şəxs4, Nail Yaqubova, Zərərçəkmiş şəxs1 zirehli gödəkçə və dəbilqə geyindirmiş ayaqüstə saxlatmışdı. Samiq X11rşı da belə hərəkətlər edirmiş. Dəfələrlə məruzə etsələr də, Təqsirləndirilən şəxs1 onlara dözümlü və səbrli olmağı deyirmiş, ona görə məruzənin heç bir xeyri olmurmuş. Komandanlıqdan gələnlər və digər yuxarı rəislər tərəfindən anonim sorğular keçirilsə də, bütün əsgərlər bir-birlərinin kağızlarını gördüklərinə görə demək olar ki, heç kəs şikayətlər barədə nəsə yazmamışdır. X48 əvvəllər radio-telefonçu vəzifəsində olduğu üçün döyüş növbəsi xidmətinə çıxmamış, əsgər Təqsirləndirilən şəxsN da Yaqubovun niyə döyüş növbəsinə çıxmadığını bildirərək bu barədə bölük komandirinə məruzə etmişdi. Bundan sonra Nail Yaqubovun posta çıxmış, onun istirahət vaxtları kəsilmişdir. Sonralar Yaqubov şikayət etməyə başlamışdı ki, “mən radiotelefonçuyam, niyə posta çıxıram” lakin nəticəsiz qalmışdı. Bölük komandiri Nail Yaqubova “burada ən aşağı səviyyəli əsgər sənsən, heç bir poxa yaramırsan, gedib postda da yatırsan, sənin burada olmağın heç kim üçün nəyisə dəyişmir, çünki normal xidmət etmirsən, işə yaramırsan, burda xidmət etməyə layiq deyilsən, məruzə edəcəyəm xidmət yerin dəyişdirilsin” demişdi. Biz əsgərlər də bölük komandirinin məruzə etməsi ilə xidmət yerimizin dəyişdirilə biləcəyini düşünmüşdük. Zərərçəkmiş şəxs8 silahı çirkli olduğundan Təqsirləndirilən şəxs1 silahın qundağı ilə onun kürək nahiyəsindən zərbə ilə vurmuşdu. Zərərçəkmiş şəxs8 da bölük komandirinin iki zirehli gödəkçəni geyindirib onu patrulda saxlatmasını demişdi. Sonra o kapitan Təqsirləndirilən şəxs1 öz adından danışmaq istədiyini deyib mobil telefonu almış, telefonu gətirib Zərərçəkmiş şəxs8 vermiş, o, da dediyinə görə zəng vurub atasına kapitan Təqsirləndirilən şəxs1 onu vurması barədə demişdi. Buna görə Zərərçəkmiş şəxs8 bir müddət sonra hərbi hissəyə endirilmişdi, sonra “Gərməçataq” bölük mərkəzinə göndərilmişdi. Postda Həmzəyev özünü əsgərlərin başçısı kimi görürdü və onlar iş görəndə başlarının üzərində durub nəzarət edirdi. Şahmalı XN9 məruzə etmişdi və Nail Yaqubov da həbsə göndərildiyindən onlar da ondan çəkinirmiş. Təqsirləndirilən şəxsN də Fətullayevə “gördünüz, adamı belə həbsə göndərirlər, işləməsəniz, belə olacaq” demişdi. Yaqubov bir sıra hallarda Həmzəyevin dediyi işləri görməmiş və ona “sən mənə əmr verən şəxs deyilsən” demişdir. Həmzəyev də ona “sən 10 milyonluq əhaliyə artıqsan, valideynlərinə de, səni övladlıqdan çıxarsınlar” demiş, həmçinin onu işlərdən boyun qaçırması barədə bölük komandirinə məruzə etmişdi. Həmzəyev Yaqubova və Fətullayevə tualetə gedəndə ona su gətirmələrini demiş, onlar da ona su aparmışdı. Həmzəyev bütün əsgərlərə, yəni Musayev, Abbaslı, Həsənov kimi əsgərlərə yox, özündən zəif bildiyi əsgərlərə tapşırıq vermişdir. Bir dəfə də Həmzəyev onlara tapşırıq verəndə onlar bölük komandirindən belə bir tapşırıq verib-vermədiyini soruşmuş, o da vermədiyini dedikdə onlar həmin tapşırığı icra etməmişlər. Onlar Həmzəyevin verdiyi tapşırıqları icra etməyəndə, o da gedib bölük komandirinə məruzə etmiş, bölük komandiri də onları cəzalandırmış, ona görə onlar da onun dediyi tapşırıqları edirlərmiş. Həmzəyevin onlara tapşırıq verməsinə bölük komandiri şərait yaratmış, onu bu hərəkətlərinə görə cəzalandırmamışdı. Bir dəfə Nail Yaqubov zəif olduğundan və 10 litrlik su qablarını daşıya bilmədiyindən 5 litrlik su qablarında su daşıyıb anbara aparanda, Təqsirləndirilən şəxsN bunu görüb “sən bizdən artıq oğlansan 5 litrlik götürmüsən?” demiş, Nail Yaqubov “o birilər ağırdı daşıya bilmirəm” cavabını verdikdə Təqsirləndirilən şəxsN onu anbarın içinə dəvət edib orada sifətinə bir sillə vurmuş, buna görə Nail Yaqubov da suların üstünə yıxılmışdı. Bir epizod üzrə bölük komandiri Məmmədzadə televizorun yanında birlikdə stolda oturub çay içərkən yanında olan X40 başından iki sillə zərbəsi vurmuşdu, lakin onu nə üçün vurmağının səbəbini bilməmişdi. Başqa epizod üzrə kapitan XN3 çay hazırlamasını tapşırmışdı, Nail Yaqubovun isə yadından çıxıb hazırlamadığına görə Təqsirləndirilən şəxs1 çöldə olarkən yataqxananın pəncərəsindən başını çıxararkən Nail Yaqubovun başından yumruqla bir dəfə vurmuşdu. Daha bir epizod üzrə Nail Yaqubov postun ərazisindəki hamamı təmizlərkən əsgər Təqsirləndirilən şəxsN gəlib hamama girmək istəmiş, bu vaxt Nail Yaqubov ona “içəri girmə hamamı təmziliyirəm, bölük komandirinə təhvil verəcəm” demiş, Şahmalı XN8 nalayiq ifadə işlətmiş, əli ilə onun yaxasından yapışıb geri itələmişdi, Nail Yaqubov geri doğru getmiş başı divara dəymişdi, daha sonra Təqsirləndirilən şəxsN əli ilə Nail Yaqubovun yaxasından yapışıb özünə tərəf çəkərək başından yumruqla N-3 dəfə vurmuşdu, sonra əli ilə onu yenidən sinəsindən arxaya itələmiş Nail Yaqubov arxası üstə gedib müvazinətini itirərək yerə yıxılmışdı. X34 hamamda üzünü qırxarkən Təqsirləndirilən şəxsN oraya gəlmiş Nail Yaqubova nalayiq ifadə işlədərək “çıx çölə, mən üzümü qırxım sən sonra gəl” demişdi, Nail Yaqubov da ona cavab qaytaranda Təqsirləndirilən şəxsN onun üstünə gedərək qarnından yumruqla bir dəfə vurmuşdu. Həmin gün Təqsirləndirilən şəxsN nalayiq ifadə işlədərək Nail Yaqubovu yanına çağırmış sinəsindən yumruqla bir dəfə vurmuşdu, sonra başını əyməsini tələb etmiş, dirsəyi ilə onun başından vurmuşdu. X44 patrul xidmətində olarkən hava soyuq olduğu üçün N-3 dəqiqəlik qızınmaq üçün hamama girmiş, Təqsirləndirilən şəxsN bunu görüb ona “içəridə ol, yemək, şirniyyat gətirirəm yeyək” demiş, Təqsirləndirilən şəxs1 gəlib Nail Yaqubovu hamamda görmüşdü, X49 Məmmədzadəyə Təqsirləndirilən şəxsN dediyi üçün hamama girdiyini bildirmişdi, Təqsirləndirilən şəxs1 Nail Yaqubovun ünvanına nalayiq ifadə işlətmiş, çölə çıxıb xidmətini davam etdirməsini tələb etmişdi. Həmin vaxt Şahmalı XN8 “məni niyə satdın” demiş, Nail Yaqubov da “sən məni satanda olurdu, mən səni edəndə pis oldu” cavabını vermişdi, Təqsirləndirilən şəxsN də nalayiq ifadə işlədərək “mənim hərəkətlərimi, divijeniyamı üstünə götürəni belə-belə edim” demiş sillə ilə sifətinə vurmuşdu, Nail Yaqubov yerə yıxılmış, sonda Təqsirləndirilən şəxsN ona nalayiq ifadə işlədib getmişdi. Bir dəfə də XN7 Həmzəyev birlikdə döyüş növbəsində olarkən Nail Yaqubov müşahidə məntəqəsinin içərisindən bölük komandirinin pəncərəsinə tərəf qaçaraq “cənab kapitan Həmzəyev məni döydü, başıma-başıma sillə vurdu, təpiklə bədənimə vurdu” demiş, Təqsirləndirilən şəxs1 də çölə çıxaraq müşahidə məntəqəsinə gedib Təqsirləndirilən şəxsN Nail Yaqubovu niyə vurmasını soruşmuş, Təqsirləndirilən şəxsN isə Nail Yaqubovun səhv anladığını, onun yatdığından durması üçün silkələdiyini bildirmişdi, Təqsirləndirilən şəxs1 də Nail Yaqubova yatmamasını deyib getmişdi. Başqa epizod üzrə silah otağında olarkən XN8 nalayiq ifadə işlədərək “niyə məni 3 dəqiqə gec dəyişdin?” demişdi. Nail Yaqubov da “sən də məni 3 dəqiqə gec dəyişərsən” cavabını verdikdə Təqsirləndirilən şəxsN nalayiq ifadə işlədərək sillə ilə Nail Yaqubovun sifətinə, təpiklə qarnına vurub başını qolunun altına salıb yumruqla başına dəfələrlə vurmuşdu. Bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxsN bir-birlərinə ataoğul deyə müraciət edirmişlər, Məmmədzadə onlara hansısa işi görməyi tapşıranda Həmzəyev də başlarının üzərində durub onlara nəzarət edirmiş, “starşı”lıq edirmiş. Məsələn, bir dəfə əsgər Fətullayevlə o tibb məntəqəsindən getmişlər, Təqsirləndirilən şəxsN də onlara müəyyən işlər görməli olduqlarını demiş, onlar da yorğun olduqlarından etməmiş, o da bu barədə bölük komandirinə məruzə etmişdi. Bölük komandiri də onları çağırıb “niyə işləmirsiniz, işləməsəniz sizi məruzə edəcəyəm” deyə bildirmişdi, onlar da məcbur qalıb işləməyə getmişlər. Təqsirləndirilən şəxsN bir sıra hallarda Nail Yaqubovdan özünə siqaret almaq üçün N-3 manat pul istəyib alırmış, Nail Yaqubov da çəkindiyindən ona etiraz edə bilməyib pulu verirmiş. Həmzəyev bir dəfə də əsgər Fətullayevdən 35 manat borc adı ilə alıb qaytarmamış, Fətullayev da bunu bölük komandirinə deyəcəyini bildirdikdə bir müddət keçdikdən sonra pulu gətirib onun yanında Fətullayevin üzərinə atmışdı. Həmzəyev Calalovdan 10 manat almışdı, lakin onu döyməyini görməmişdim. Nail Yaqubov “Düz” postunda xidmət etdiyi müddətdə 1 ədəd termometri, 1 ədəd stəkanı, hamamdakı aynanı, telefonun trubkasını qırmışdı, qırılan əşyaların əvəzinə də daha çoxu alındığından N ədəd termometr, 1 bağlam stəkan və nəlbəki seti almış, taksi pulu ilə birlikdə bunların pulunu vermişdi. 10 manat taksi pulu, 8 manat N ədəd termometrin borcu olmuş, stəkan-nəlbəki seti N0 manat tutmuş, aynanın pulu isə N8 manat etmiş, bölük komandiri Nailə həmin vaxt aynanın N8 manata şəhərdən alınacağını, 15 manat isə taksi pulu tutduğunu demişdi. Bir dəfə Nail Yaqubov döyüş növbəsində olarkən müşahidə məntəqəsinə getmiş, pəncərədən baxanda Nail Yaqubovun yerə çöküb, silaha daraq taxıb, lüləsini çənəsinin altına tutmasını görmüş, həmin vaxt diksinib qorxub özünə nəsə edər deyə səsini çıxarmamış, yataqxananın yanına gedib oradan onu çağırmış, Nail Yaqubov da ağlamalı səslə cavab verəndə “gətirirəm sənə siqaret verəm, aşağı düşəndə çəkərsən” deyib yanına getmişdir. Ayaqlarını tappıldadaraq onun yanına getmiş, silahını götürüb darağını ayırmış. silahın çaxmaq çərçivəsini çəkəndə içindən dolu patron düşmüşdür. Nail Yaqubovdan niyə belə etdiyini, nə etmək istədiyini soruşmuş, o, da “özümü öldürmək istəyirəm, məni çox qısnayırlar, mənə pis baxırlar, döyürlər, söyürlər, Həmzəyev də məni incidir” cavabını vermişdir. Həmçinin o, bölük komandirinə bu barədə nəsə deməməyi tapşırmışdır. Səbəbini soruşduqda deməmişdi. O də qayıtdıqda bölük komandiri ilə qarşılaşmış, Yaqubovun deməməyi ona tapşırsa da, o, bölük komandirinə bu barədə məruzə etmişdir. Ona olanlar barədə məlumat verdikdə Təqsirləndirilən şəxs1 “əşi boş ver, o özünü vurammaz, qeyrət damarı olsa vurar” cavabını verib buna əhəmiyyət verməmişdir. Sonra o, bu barədə baş atıcı əsgər Zərərçəkmiş şəxs1 və əsgər Abbaslı Məhəmmədə danışmış, Zərərçəkmiş şəxs1 da bölük komandirinə yenə bu barədə deyəndə Təqsirləndirilən şəxs1 Həsənova “onunla kimsə xidmətə çıxsa ehtiyatlı olsun, birdən özünü vurar” demişdi. Abbaslı ilə birlikdə Yaqubovla danışanda Yaqubov ailəsinin maddi imkanının yaxşı olmadığını, ona tez-tez pul göndərə bilmədiklərini deyərək, siqareti olmayıb istəyəndə onunla nalayiq formada danışıldığını bildirmişdir. O, da Abbaslı ilə özünə nəsə eləməyin çox yanlış olduğunu, ailəsinin pis vəziyyətə düşəcəyini bildirmişlər. Nail Yaqubov fikrindən müəyyən qədər daşınmışdı. O da artıq onun bu fikrindən yayındığını düşünmüşdür. Nail Yaqubov ilk dəfə özünü vurmaq istəyəndə Həmzəyev onlarla birlikdə xidmət etmiş, işçi qüvvəyə düşürülməmişdi. Yaqubovun özünü vurmaq istəməsini bölük komandirinə məruzə etsə də, Həmzəyev bu söhbəti bilməmişdi. Yaqubov da bu söhbəti təkcə onun və Abbaslının bildiyini zənn etmişdir. Həmzəyev işçi qüvvəyə getdikdən sonra Nail Yaqubov onu o qədər də incidənin olmadığını demiş, lakin niyə tam olaraq Həmzəyev getdikdən sonra özünü vurmağını bilməmişdi. Həmin ərəfələrdə o, bəzən yenə postda yatmış, lakin əvvəlki qədər də yatmamışdır. Bölük komandirinə yenidən rabitəçi kimi xidmət etmək istədiyini bildirmiş, bölük komandiri də xidmətində düzəliş edərsə, bunu edəcəyini bildirmişdi. Hadisə baş verən günü Nail Yaqubovun bikef və fikirli olduğunu görmüş, lakin ondan bunun səbəbini soruşmamışdı. Bir müddət keçdikdən sonra bir əsgər bölük komandirinə “Çay” postu istiqamətində atış var, güllə səsi gəldi? demiş, Təqsirləndirilən şəxs1 orada atış olmadığını bildirmişdi. Onlar postu dəyişməyə gedəndə müşahidədə yalnız Zərərçəkmiş şəxs4 olmuş, ondan Nail Yaqubovun harada olmasını soruşduqda səngərdə olduğunu bildirmiş, əsgər Zərərçəkmiş şəxs1 bu barədə kapitan Təqsirləndirilən şəxs1 məruzə etdikdə səngərə baxmağımızı tapşırmış, bundan sonra Abbaslı, Məmmədov və Həsənov Yaqubovu axtarmağa getmişlər, bir neçə dəqiqə sonra onlar qaçaraq geri qayıtmış, Nail Yaqubovun özünü silahdan atəş açıb vurmağını demişlər. Müşahidədən çıxıb səngərlə aşağıya getdikdə Nail Yaqubovun dizüstə yerə düşməsini, üzü və paltarlarının qana bulaşmasını, silahının əlində, qoruyucusunun tək atəş vəziyyətində olmasını, qanının laxtalanmasını görmüş. Bölük komandiri Təqsirləndirilən şəxs1 hadisədən sonra onlara “soruşan olsa deyin ki, güllə səsini eşitməmişik”, prokurorluğa çağırılan əsgərlərə də “orda soruşduqda deyin ki, Yaqubov intizamsız əsgər olub, postda yatırdı” demişdir. Həmçinin Zərərçəkmiş şəxs5 məhkəmə istintaqında verdiyi ifadəsində cinayət işi üzrə ibtidai istintaqda verdiyi bütün ifadələrini təsdiq etdiyini, ifadə verərkən heç bir təzyiq və təsirə məruz qalmadığını, ibtidai istintaqda verdiyi ifadələrində hadisələrinin baş vermə vaxtlarını dəqiq göstərdiyini, özünün kapitan Məmmədzadədən şikayəti və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, onların heyəti N0NN-ci ilin dekabrından “Düz” mövqeyinə qalxmış, onlar gedəndə kapitan Məmmədzadə və X48 da orada olmuşlar. X40 digər əsgərlərlə yox, əsasən Həmzəyevlə münasibətləri pis olmuşdur. Həmzəyevin əlindən hər iş gəlmiş, lakin davranışlarına görə pis əsgər olmuş, döyüş növbətçiliyi qaydalarını da pozurmuşdur. Həmzəyevin xidməti onlardan çox olduğuna görə özünü onlardan üstün hesab etmiş, Həmzəyev onlara atasının Gəncədə polis mayoru olduğunu, arxası güclü olduğunu, onu məruzə etsələr də, nəticəsinin olmayacağını demişdir. Təqsirləndirilən şəxsN müxtəlif vaxtlarda ona qarşı da zor tətbiq etmiş, bölük komandiri də yuxudan gec oyanan əsgərləri yorğan-döşək qucaqlarında foyedə ayaqüstə saxladırmış, istirahət vaxtlarında istirahətləri kəsilmiş, işlər görmüşlər, bu səbəbdən yuxularını da tam ala bilməmişlər. Bölük komandiri onların istirahətini kəsəndə, onları ayaqüstə saxladanda əziyyət çəkmişlər, lakin bəzən onların da səhvləri olduğuna görə nəsə deyə bilməmişlər. Bölük komandirinin Məhəmməd Abbaslını, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Nail Yaqubovu 1 saat, 1 saata yaxın müddətə ayaqüstə saxlamağını görmüşdür. Həmçinin bəzən 10 dəqiqə, bəzən də yarım saat saxladırmış. Bu zaman əsgərlər də “belyo” deyilən alt paltarında olurmuşlar. Bundan başqa posta yoxlama gələcəyindən bölük komandiri onlardan vəzifə borclarını və silahlarının taktiki xüsusiyyətlərini soruşmuş, onlar da yaddaşlarının zəif olduğundan onları əzbərləyə bilməmiş, bölük komandiri də bunları onlara əzbərlətmək üçün onu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Nail Yaqubovu və Zərərçəkmiş şəxs4 günorta saat 15:30-dan sonra düzmüş, zirehli gödəkçə və dəbilqədə ayaqüstə saxlatdırmış, bunları əzbərlətdirmişdir. Həmin vaxt Nail Yaqubovla istirahət etməli olduqları halda 1 saat ayaqüstə qalmış, daha sonra yarım saat istirahət edib xidmətə getmişlər. X48 bir neçə dəfə döyüş növbəsində yatmışdı, bölük komandiri də N0NN-ci ilin dekabr ayında Nail Yaqubovun yenə postda yatmasını tutub məruzə etmişdi, buna görə də Nail Yaqubov da həbsə göndərilmişdi. Bu zaman onun yatmasını Təqsirləndirilən şəxsN bölük komandirinə məruzə etmişdi. Həmzəyev Yaqubovu onun yanında məruzə etməmişdi, lakin özü yanında məruzə etdiyini demişdi. N0N3-cü ilin fevral ayında bölüyün baş çavuşu gizir X41 Yaqubovun mövqenin ərazisində olan təkərlərin üstünə çıxıb düşmənə görüntü verməsini tutub məruzə etmişdi. Nail Yaqubov hərbi hissəyə aparılmışdı, Nail Yaqubovun atası da hərbi hissəyə çağırılmışdı. Təqsirləndirilən şəxsN əsgərlərə bölük komandirinin adı ilə işlər tapşırmış. O, özünü “starşı” kimi aparmış, əsgərlər də problem olmaması üçün, çəkindiklərindən, hər şeyi gedib bölük komandirinə məruzə etdiyindən və bölük komandiri də ona inandığından Təqsirləndirilən şəxsN dediklərini etmişlər. Əsgərlər Həmzəyevə etiraz edəndə o, da deyirmiş ki, siz özünüzdən qabaq xidmətə gələnə hörmət etməlisiniz. Həmzəyev həmçinin özünə tapşırılan işləri də bölük komandirinin onlara tapşırdığını deyirdi. Bir dəfə də o, həqiqətən də bölük komandirinin belə bir tapşırıq verdiyini öyrənmək üçün bölük komandirinə Həmzəyevin onlara onun adından tapşırıq verdiyini bildirmiş, o isə elə bir tapşırıq vermədiyini bildirmişdir. Həmzəyev bölük komandirinə yaltaqlanaraq ona “ata” deyə müraciət etmiş, özünü əsgərlərə başçı kimi hesab edirmiş. Bölük komandiri də onun bu sözünə və hərəkətlərinə mənfi reaksiya göstərmirmiş. Həmzəyevin verdiyi tapşırıqları demək olar ki, hamı icra edirmiş. Əsasən də tapşırıqları bölük komandirinin adından verirmiş. Yaqubov bəzi işləri tam görə bilmədiyinə görə Həmzəyev ona “sən 10 milyona artıqsan, bir işə yaramırsan, bir dəfə səni məruzə edib həbsə göndərdim, yenə edəcəm” deyirmiş. Həmzəyev işçi qüvvəyə getdikdən sonra Yaqubov biraz düzəlmiş, lakin həmin ərəfələrdə də təkərlərin üzərinə çıxdığına görə həbsə göndərilmişdi. Yaqubov özünü N8 mart N0N3cü il tarixdə vurmuşdur. N7 mart N0N3-cü il tarixdə isə o, Nail Yaqubovla birlikdə 1-ci növbə döyüş növbətçiliyinə təyin edilmiş, xidmət zamanı Nail Yaqubov yarım saat tez gəlmiş və müşahidə məntəqəsinin qapısında, çöldə dayanıb ona “rabitəni ver mənə, taborun rabitəçisi ilə danışacam görüm buraxılış üçün adımı hərbi hissəyə veriblər, ya yox?” demiş, o, da əsgərlərin tabor mərkəzindən buraxılışa gedib-getməmələrini maraqlanmalarına icazə verilmədiyindən rabitəni ona verməmiş, bundan sonra isə bölük komandirinə “cənab kapitan, Yaqubov müşahidədə olanda gəlib məndən rabitəni istəmişdi ki, buraxılışı maraqlana, mən də vermədim” demiş, kapitan Təqsirləndirilən şəxs1 isə “sən xidmətinlə məşğul ol, mən Nail Yaqubovla danışaram” demişdir. Bölük komandiri həmin vaxt Nail Yaqubova onu buraxılışa göndərəcəyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında verdiyi ifadəsində cinayət işi üzrə ibtidai istintaqda verdiyi bütün ifadələrini təsdiq etdiyini, ifadə verərkən heç bir təzyiq və təsirə məruz qalmadığını, özünün kapitan Məmmədzadədən şikayəti və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, O, 16 fevral N0N3-cü ildə gücləndirmə məqsədilə ehtiyat əsgər kimi hərbi hissənin “Düz” adlanan mövqeyinə göndərilmişdir. “Düz” mövqeyinə qalxana qədər “Gərməçataq” bölük mərkəzindəxidmət etmiş, o, əsgər Yaqubovu “Düz” adlanan mövqeyə qalxdıqdan sonra tanımışdır. O, “Düz” mövqeyinə qalxanda artıq Həmzəyev orada olmamış, Həmzəyev onlar “Qaya” mövqeyinə gedəndə onlara işlər gördürürmüşdür. “Qaya” mövqeyində olarkən Həmzəyevin kapitan Məmmədzadəyə “ata”, onun isə Həmzəyevə “oğul” deməsini eşitmiş, habelə “Gərməçataq” bölük mərkəzində xidmət edərkən əsgər Zərərçəkmiş şəxs8 “Düz” mövqeyindən qayıdıb ora gələndə Həmzəyevin ondan 10 manat pul aldığını demiş və ayağını açıb göyərmiş yaranı göstərmiş, Həmzəyevin onu təpiklə vurmasını demişdi. Yaqubov yuxuya meyilli imiş, postda xidmətdə olarkən yatmağa çalışırmış, həmçinin səliqə-sahmanı da tam qaydasında olmurmuş. Yoxlama gələcəyindən çox işləyirmişlər, yuxunu tam ala bilmirmişlər, qaydasında istirahət edə bilmirmişlər. Bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 posta yoxlama gələcəyindən hamıdan vəzifə borclarını, silahın taktiki xüsusiyyətlərini soruşanda o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Nail Yaqubov və Zərərçəkmiş şəxs5 zəif bildiklərindən onlara zirehli gödəkçə və dəbilqə geyindirmiş, N saat ayaqüstə saxlamış, vəzifələrimizi əzbərlətdirmişdir. Orta məktəbi 9-cu sinifə qədər oxumuş, yaddaşı da zəif olduğundan bir çox şeyi əzbərləməkdə çətinlik çəkirmiş. Onlar vəzifə borclarını əzbərləyə bilmədiklərini deyəndə nəticəsi olmurmuş, əksinə bölük komandiri bir dəfə bu səbəbdən əsgər Xəlilovu məruzə etmişdi, ona görə heçnə demirlərmiş. Bölük komandiri vəzifə borcunu bilmədiklərinə görə səhv xatırlamırsa, mart ayının 10-u onlara əziyyət vermişdi. Bölük komandiri onlara zirehli gödəkçə və dəbilqə geyindirib saxlayanda bir müddətlik, təxminən 10 dəqiqəlik beli ağrımışdı. Həmin vaxt Zərərçəkmiş şəxsN su istəyəndə bölük komandiri vəzifə borcunu öyrənib sonra içərsən demişdi. Bir dəfə də səhər “qalx” komandasına gec qalxdıqlarından bölük komandiri əsgərlər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 cəza verərək yataq dəstlərini götürüb artırma otaqda ayaq üstə durmalarını deyib 1 saat ayaqüstə saxlatmışdı. Bölük komandiri əsgərlər gec oyandığı zaman cəza və əziyyət verdiyindən, oyanmaq vaxtı çatanda yorğun olsalar da, bir-birilərini oyanmağa məcbur edirlərmiş. Bölük komandiri Məmmədzadə Yaqubovun istirahətini kəsib işlətdiyindən, o da yuxusunu ala bilmədiyindən, yuxusuzluğa dözümsüz əsgər olduğundan növbəyə çıxanda yatmaq istəyirmiş. Səhv xatırlamırsa, fevral ayının əvvəllərində, ya mart ayının əvvəllərində Yaqubovun ayağı burxulmuşdu və axsayırdı, bu səbəbdən də tibb məntəqəsinə düşürülmüşdü. Həmzəyevin Yaqubova qarşı pis rəftarını, onu təhqir etməsini, döyməsini, həmçinin əsgər Şeydayevlə dava etməsini görməmiş, eşitmiş, başqa qanunsuz əməlləri barədə eşitməyibmiş. Yaqubovun birinci dəfə özünü vurmaq istəməsi ilə bağlı nəsə eşitməyibmiş. N7 mart tarixində, axşam saatlarında yerində uzanarkən Fətullayev yataqxananın pəncərəsini döyüb bölük komandirinə “Yaqubov məndən rabitəni istəyirdi ki, taborla əlaqəyə çıxıb bilsin ki, adı buraxılışa gəlib ya yox?” demişdi. Bundan sonra bölük komandirinin otaqda Yaqubova nə deməsini bilməmiş, daha sonra da Yaqubov onun yanından çıxmışdır. N8 mart N0N3-cü ildə Nail Yaqubovla 3-cü növbə döyüş növbətçiliyinə təyin edilmişdir. Müşahidə məntəqəsi ilə yataqxananın arasında N0-N5 metr məsafə olmuş, növbəni Zərərçəkmiş şəxs5 və Məhəmməd Abbaslıdan təhvil almışlar. Bölük komandirinin tapşırığı ilə gündüz vaxtları dəyişilməklə döyüş növbəsində olan əsgərlərdən biri müşahidə məntəqəsinin içərisində, digəri isə səngərin içi ilə səngər boyu hərəkət edərək xidmət apardığından birinci Nail Yaqubov müşahidə məntəqəsinin içərisində, özü səngərdə xidmət aparmış, bir saatdan sonra dəyişərək xidməti davam etdirmişlər. Bundan sonra Nail Yaqubov səngərin içərisində hərəkət edərək xidmət aparmağa başlamış, müşahidə məntəqəsi ilə səngərin içərisində hərəkət etdikləri yer arasında təxminən 150- N00 metr məsafə olmuşdur. Həmin vaxt N.Yaqubov səngərə gedib qayıtmamış, saat 1N:00-da Zərərçəkmiş şəxs1 Məhəmməd Abbaslı ilə Zərərçəkmiş şəxs5 müşahidə məntəqəsinə xidmətə gətirəndə Nail Yaqubov orada olmamışdır. Zərərçəkmiş şəxs1 ondan Nail Yaqubovun harada olmasını soruşmuş, ona “səngərə gedib gəlməyib”cavabını vermişdir. Zərərçəkmiş şəxs1 bu barədə məruzə etdikdə bölük komandiri “gedin səngərə baxın, bəlkə orada yuxluyub yatıb” demişdir. Sonra Zərərçəkmiş şəxs1 və M.Abbasli ilə birlikdə səngərin içi ilə gedib Nail Yaqubovu axtarmış, müşahidə məntəqəsindən 150 metr aralıda səngərin qurtaracağında Zərərçəkmiş şəxs1 “Nail Yaqubov özünü vurub” demiş, Nail Yaqubovu səngərin içində dizi üstə bükülmüş vəziyyətdə, başı səngərin divarına dayanmış, başından qan axmış vəziyyətdə görmüşdür. Bu vəziyyət ona pis təsir etmiş, dili tutulmuş, danışa bilməmiş, yerdə neçə mərmi olmağını filan görməmişdir. Buna görə hər üçü qayıdıb yataqxanaya çatanda Zərərçəkmiş şəxs1 bölük komandirini çağırıb “Nail özünü vurub” demiş, bundan sonra bölük komandiri və digər əsgərlər Nail Yaqubovun özünü vurduğu yerə getmiş, Nail Yaqubovu xərəyin üstündə gətirib yataqxananın sol tərəfində yerə qoymuşlar. Nail Yaqubov özü-özünü vurub öldürmüş, məktubunda göstərdiyi bir gün əvvəlki intizamsızlığı rabitə ilə bağlı olan məsələ olmuşdur. Hadisədən sonra əsgər yoldaşlarından əsgər Təqsirləndirilən şəxsN Nail Yaqubovla pis rəftar edib onu söyüb vurmasını eşitmişdir. Həmçinin Zərərçəkmiş şəxs4 məhkəmə istintaqında verdiyi ifadəsində cinayət işi üzrə ibtidai istintaqda verdiyi bütün ifadələrini təsdiq etdiyini, ifadə verərkən heç bir təzyiq və təsirə məruz qalmadığını, özünün kapitan Məmmədzadədən şikayəti və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs8 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, O, yanvar ayının 1N-də “Düz” postuna göndərilmiş, həmin vaxta qədər “Qaya” postunda xidmət etmişdir. Həmzəyevi də “Qaya” postundan tanımışdır. O, “Düz” postuna gedəndə Nail Yaqubov orada radiotelefonçu vəzifəsində xidmət etmiş. Həmzəyev heyət nəfəri-atıcı, o, isə atıcı-qumbaraatan vəzifəsində olmuş, bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 şəxsi heyətlə maraqlanmayıb bütün günü telefonda oyun oynamaqla vaxt keçirmiş, işləri böldükdən sonra işlərin görülməsinə nəzarət edilməsini əsgər Təqsirləndirilən şəxsN həvalə etmişdir. Buna görə Təqsirləndirilən şəxsN özü əsgər olduğu halda digər əsgərlərə iş tapşırıb gördürmüş, öz işlərini də başqa əsgərlərə elətdirmiş, dediyi edilməyəndə bölük komandirinə demiş, bölük komandiri əsgərlərə irad tutmuşdur. Bölük komandiri Təqsirləndirilən şəxs1 Həmzəyevə “daydaylıq” etmiş, onlar də Həmzəyevdən çəkinmişlər. Həmzəyev əsgərləri vurmuş, bu barədə məruzə ediləndə bölük komandiri heç nə eləməmiş, Həmzəyev döyüş növbətçiliyi qaydalarını pozanda da onun barəsində tədbir görüləmişdir. Bundan istifadə edən Təqsirləndirilən şəxsN özünü əsgərlərin üzərində “starşı”(böyük) kimi aparıb hər şeyə qarışmış, hamını özünə tabe etdirib dediklərini etdirməyə çalışmışdır. “Düz” posuntda olduğu müddətdə əsgər Təqsirləndirilən şəxsN X48la pis rəftar etməsini, adi vəziyyətdə hər gün onu söyüb təhqir etməsini, ona “peysərsən, ananı, var-yoxunu belə belə edərəm, nəslində oturub işiyənləri belə edərəm” deməsini, N.Yaqubov ondan uzaq durmasını deyəndə Təqsirləndirilən şəxsN “mənim sözümə baxmayanın, dil qaytaranın bacısını gözünün qabağında belə-belə edərəm” deməsinin şahidi olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxsN “mən aprel və iyul prizivlərinin qənimiyəm, mən sizin babanızam, mən çox xidmət etmişəm, mən iş görməməliyəm, nəvələrim mənim işimi görməlidir” demişdir. N0N3-cü ilin yanvar ayında, günorta saatlarında əsgər Təqsirləndirilən şəxsNlə“Düz” postunun müşahidə məntəqəsində döyüş növbətçiliyində olarkən bir saatdan bir növbəli şəkildə xidmət aparmaqla bağlı aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxsN ayağı ilə, çəkməsinin alt hissəsi ilə sağ ayağının biləyinin üst hissəsindən, dizaltı nahiyəsinə bir təpik zərbəsi vurmuş, buna görə ayağı sıyrılıb yara olmuş və göyərmişdir. N0N3-cü ilin yanvar ayının ortalarında axşam saatlarında yataqxanada olarkən əsgər Təqsirləndirilən şəxsN X48a “dur,belə ol, mənə çay süz” demiş, Nail Yaqubov “ mən çay süzən deyiləm, əsgər yoldaşı kimi xahiş etsən, süzərəm” dedikdə Təqsirləndirilən şəxsN “ay peysər” deyib şillə ilə onun sifətinə bir dəfə vurmuşdur. Həmzəyev Yaqubovu sillə ilə vuranda yataqxanada olan “ZRAB”-ın əsgərlərinin ikisi yatmışdı, ikisi də xidmətdə idi, orada təkcə üçü olmuşlar. Bundan təxminən 3-4 gün sonra, N0N3-cü ilin yanvar ayının ortalarında saat 16 radələrində Həmzəyev yataqxananın qarşısında Nail Yaqubovun yaxasından bir əlli yapışıb onu itələyib kürəyini üst-üstə qoyulmuş təkərlərdən ibarət divara çırpmış, Həmzəyevin etdiklərinə görə Nail Yaqubov hamama girib orada ağlamağa başlamışdı. Hadisədən sonra O, əlini onun kürəyinə qoyub “narahat olma, boş şeydi, istəyirsən bölük komandirinə de” demiş. Yaqubov ona postda onu bezdirdiklərini, Həmzəyevin əlindən bezdiyini, özünü öldürəcəyini demiş, lakin o, bu hərəkəti edəcəyinə inanmadığından heç kimə heç nə deməmiş, bundan sonra Nail Yaqubov bölük komandirinin otağına gedərək kapitan Məmmədzadəyə “ya Həmzəyevi buradan düşürün, ya məni düşürün, onun əlindən bezmişəm, yoxsa özümə xəsarət yetirəcəyəm”, Təqsirləndirilən şəxs1 isə ona “get işinlə məşğul ol” demiş, o, də pəncərədən deyilənləri eşitmişdir. “Düz” mövqeyində olduğu 1N gün müddətində Həmzəyev Yaqubovun yanından hər keçəndə demək olar ki, onu söymüş, vurmağını isə, N epizod üzrə görmüşdür. Bir dəfə də yataqxanada bölük komandiri Məmmədzadənin göstərişi ilə silahları təmizləyərkən o, silahını götürüb lüləsinə baxıb çirkli olmasını bildirmiş, bu vaxt əyilib silahın hissələrini götürəndə sılahının qundağı ilə kürəyindən möhkəm bir zərbə vurmuş, həmin zərbədən gözü qaralıb narahat olmuşdur. Həmin hadisədən bir neçə gün sonra, N0N3-cü ilin yanvar ayının ortlarında kapitan Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxsN əvəzinə patrul çıxmasını demiş, ona “heç kim burada yetim-yesir deyil, ayrı-seçkilik salırsınız” dedikdə Təqsirləndirilən şəxs1 “sən Şəkidən gəlib burada baş qaldıra bilmərsən, get iki zirehli jileti üst-üstə geyin, iki dəbilqəni üst-üstə qoy, çıx patrula” demiş, Təqsirləndirilən şəxs1 onu axşam saat N0-dən səhər saat 4-dək həmin vəziyyətdə çöldə patrul xidmətində saxlayıb əziyyət vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxsN yanına gəlib “sən kimsən bölük komandiri ilə dilləşirsən, nəslində nə qədər uzun saçlı varsa belə-belə edərəm” demişdir. Həmin gün saat 04-dən 06-dək istirahət etmədən döyüş növbəsinə getmiş, döyüş növbəsində narahat olub çökmüş, Təqsirləndirilən şəxs1 bunu görüb nə üçün oturmasını soruşaraq ona cinayət işi açdırıb tutduracağını demişdir. Buna görə atasına zəng edib “məni postda bezdirirlər, bölük komandiri məni vurub bronjilet geyindirib xidmətə çıxarır, burda qalmsam özümə nəsə edəcəyəm” demişdir. Bundan sonra hərbi hissə komandirinə məlumat verilərək hərbi hissəyə düşürülmüş, aşağı düşürüləndə taborun şəxsi heyətlə iş üzrə müavini ondan bu barədə soruşmuş, lakin aşağıda çox şeyə “pis” baxarlar deyə deməmişdir. Məmmədzadə ilə aşağıda qarşılaşdıqda ona “sən, şərəfsizsən, mama uşağısan, məni şikayət elədin, sən vətənə lazımsızsan, silahı götür özünü vur” demişdir. Daha sonra “Gərməçataq” bölük mərkəzində olanda “Düz” mövqeyində əsgərin özünü vurmağını eşitmiş və bilmiş ki, özünü vuran yüz faiz Nail Yaqubovdur. Tabor mərkəzində Yaqubovla birlikdə qalanda da o demişdi ki, Həmzəyevin əlindən bezmişəm. Həmçinin Zərərçəkmiş şəxs8 məhkəmə istintaqında verdiyi ifadəsində cinayət işi üzrə ibtidai istintaqda verdiyi bütün ifadələrini təsdiq etdiyini, ifadə verərkən heç bir təzyiq və təsirə məruz qalmadığını, özünün kapitan Məmmədzadədən şikayəti və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs7 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, O, N №-li hərbi hissənin 1N-ci bölüyündə xidmət etdiyi müddətdə bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 olmuş, sonra onun xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. 1N-ci bölükdə xidmət etdiyi müddətdə 10 mart N0N3-cü ildə “Düz” mövqeyinə ezam olunmuş, X48u həmin mövqeyə gedəndən sonra görüb tanımışdır. N.Yaqubovun vəzifəsi radiotelefonçu olmuş, lakin döyüş növbətçiliyinə təyin olunmuşdur. Nail Yaqubov intizamsızlıq etdiyindən, döyüş növbəsində yatdığından ona həbs verilmiş, həmçinin buna görə atası hərbi hissəyə çağırıb oğlunun intizamsızlıqları barədə məlumat verilmişdir. “Gərməçataq” bölük mərkəzində olan zaman onunla eyni manqada xidmət edən əsgər yoldaşlarından- Xəlilov və Calalovdan əvvəllər bölüyün şəxsi heyətinin xidmət apardığı “Qaya”, sonra “Düz” mövqeyində xidmət edən əsgər Təqsirləndirilən şəxsN bir çox qanunsuz hərəkətlərini eşitmiş, Təqsirləndirilən şəxsN “borzu, adamı ilişdirən, “starşılıq” edən əsgər” olmasını eşitmiş, lakin Həmzəyevin kimisə döyməsi, zorakılıq etməsi barədə nəsə eşitməmişdir. “Düz” mövqeyinə veriləndən sonra, N0N3-cü ilin mart ayının 17-18-də səhər “qalx” komandası verilən zaman o, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 yuxudan gec qalxmış, buna görə bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 foyedə onların hər üçünə yorğan və döşəklərini əllərində tutub ayaqüstə qalmalarını demiş, 1 saat yarım həmin vəziyyətdə qalmışlar. Həmin vaxt əlləri yorulduğundan dizləri ilə yorğan-döşəyi saxlayıb əllərini dincəltmiş, əsgər yoldaşları onları belə görüb gülmüşlər. N0N3-cü ilin mart ayının ortlarında, səhər “qalx” komandasında Nail Yaqubov vaxtında durmadığından bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 ona zirehli gödəkçə və dəbilqə geyinib yataq dəstlərini götürüb yataqxananın qarşısında durmasını demiş, N.Yaqubov 10 dəqiqəyə yaxın durduqdan sonra bölük komandirinə birdə olmayacağını bildirib yataq dəstlərini aparıb yerinə qoymuşdur. Həmçinin “Düz” postunda xidmət edərkən X48 stəkan, hamamın aynasını, telefonun trubkasını qırmış, bölük komandiri Təqsirləndirilən şəxs1 ona qırdıqlarını alıb yerinə qoymasını demişdir. Hadisə günü səhər saatlarında Yaqubovu görmüş, lakin əhval-ruhiyyəsində fərqli nəsə hiss eləməmiş. Hadisə günü təxminən günorta saatlarında yataqxananın yanından keçərkən ZRAB-da xidmət edən əsgər ona “bölük komandirindən soruş gör Çay postunda atış var, oradan atəş səsləri gəlir” demişdi. O də buna görə kapitan Məmmədzadəni səsləyib “ZRAB-ın əsgəri deyir ki, çay postu istiqamətdən atəş səsləri gəldi, atış deyil?” deyə soruşmuş, O da “xeyr, oranın post böyüyü məzuniyyətə gedəcəkdi, yəqin ona görə havaya atəş açır, yəqin artıq mərmisi var, ona görə atəş açır” cavabını vermişdi. Daha sonra zenitraket artilleriya batareyasında xidmət edən ad-soyadını bilmədiyi MAHHXHQ-su “səngərdə Yaqubov Nail özünü vurub” demişdi. Buna görə o, də qaça-qaça yataqxanaya getmişdi. Daha sonra əsgər yoldaşları Nail Yaqubovu “Çay” postu istiqamətində olan köhnə müşahidənin səngərində özünü vurmuş vəziyyətdə aşkar etmişlər. Həmçinin Zərərçəkmiş şəxs7 məhkəmə istintaqında verdiyi ifadəsində cinayət işi üzrə ibtidai istintaqda verdiyi bütün ifadələrini təsdiq etdiyini, ifadə verərkən heç bir təzyiq və təsirə məruz qalmadığını, özünün kapitan Məmmədzadədən şikayəti və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, 30 iyun N0NN-ci ildə xidməti zərurətlə əlaqədar olaraq xidmət yeri hərbi hissənin N nömrəli hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünə dəyişdirilməklə şərti olaraq “Qaya” adlanan mövqeyə göndərilmişdir. N0NN-ci ilin dekabr ayının N4-N5-də mövqelər arası yerdəyişmə olduğundan manqanın şəxsi heyəti şərti olaraq “Düz” adlanan mövqeyə getmiş, post böyüyü bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 olmuşdur. X4 hərbi xidmətdə görüb tanımışdır. N.Yaqubov döyüş növbəsində, ayıq növbədə olarkən yatmış, düşmənə görüntü vermiş, bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 bu barədə hərbi hissəyə məlumat vermiş, buna görə N.Yaqubova həbs verilmişdir. Bundan əlavə N0N3-cü ilin yanvar ayında əsgər Təqsirləndirilən şəxsN bir dəfə X48u, bir neçə dəfə Zərərçəkmiş şəxs3 vurmasını görmüşdür. Təqsirləndirilən şəxsN N0N3-cü ilin yanvar ayında, saat N4 radələrində N.Yaqubov patrul xidmətində olarkən hava soyuq olduğu üçün hamamın sobasının yanında dayanmaq istəyəndə onu tutub hamamın qarşısında başından iki dəfə yumruqla vurmuş, həmçinin Təqsirləndirilən şəxsN başqa vaxtlarda da N.Yaqubovu vurmasını eşitmişdir. N0N3-cü ilin yanvar ayının sonları-fevral ayının əvvəllərində saat N1 radələrində N.Yaqubov patrulda olarkən divara söykəndiyindən Təqsirləndirilən şəxsN onun başından və sifətindən yumruqla vurmuşdur. Bundan başqa N0N3-cü ilin fevral ayının əvvəllərində, saat N3 radələrində yataqxanada olarkən N.Yaqubov Təqsirləndirilən şəxsNlə birlikdə müşahidədə olarkən qaçaraq gəlib bölük komandirinə şikayətlənərək “Həmzəyev məni vurur, döyür, başıma bədənimə şillə-təpik vurub” demiş, bölük komandiri Təqsirləndirilən şəxsN “sən kimsən ki, əsgəri vurursan” dedikdə “vurmamışam, yatırdı deyə silkələdim ki, oyansın” cavabını vermiş,Təqsirləndirilən şəxs1 buna görə Təqsirləndirilən şəxsN irad tutmuşdur. Bundan başqa Təqsirləndirilən şəxsN bölük komandirinə “ata”, o, Təqsirləndirilən şəxsN “oğul” deyə müraciət etmişdir. N.Yaqubovun xidmətə münasibəti pis olmamış, həbsdə olduğuna görə bayramlarda buraxılışa gedə bilməmişdir. N0N3-cü ilin fevral ayının sonlarında əsgər Zərərçəkmiş şəxs5 ona N.Yaqubovun müşahidə məntəqəsinin içərisində silahı doldurub özünü vurmaq istədiyini, onu özünü vurmağa qoymadığını, bu barədə bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 məruzə etdiyini, onun nəzarət etmələrini, xidmətə çıxanda ehtiyatlı olmalarını demiş, bunu biləndən sonra N.Yaqubovla söhbət edib səbəbini soruşduqda “heç kim mənimlə yola getmir, heç kim mənə yaxşı davranmır, istəmir, yatmağı məruzə edirlər, cəzalanıram, bezmişəm” demişdir. Nail Yaqubovdan özünü vurmaq istəməsinin səbəbini soruşduqda həmçinin onunla pis rəftar edildiyini, evdən pul göndərməyə imkan olmadığını, siqaret ala bilmədiyini, sıxıldığını, buraxılışa çıxa bilmədiyini, “mən Kurqan mövqeyində olan hadisəni təkrar edəcəm” demişdir. Bölük komandiri bu barədə dedikdə kantinə düşəndə bir blok siqaret götürüb çəkməsini, nəyə ehtiyacı olarsa almasını bildirmişdir. N.Yaqubovu başa salıb bu fikrindən yayındırmağa çalışmış, onunla söhbət etdikdən sonra bu fikrindən yayınmış, əhvalı düzəlmişdir. Bundan əlavə N0N3-cü ilin yanvar ayının ortalarında, “Düz” mövqeyində olarkən nahar yeməyindən sonra, yataqxanada olarkən oturub stolda çay içdikləri vaxt N.Yaqubov intizamsızlıq etmiş, buna görə kapitan Təqsirləndirilən şəxs1 onun başından şillə ilə iki dəfə vurmuşdur. Həmçinin N0N3-cü ilin mart ayının əvvəllərində, günorta saatlarında yataqxanadan çöldə silahları təmizləyərkən N.Yaqubovun çayı qaynatmaq yadından çıxdığından başını pəncərədən çölə çıxaran zaman Təqsirləndirilən şəxs1 yumruqla onun başından bir dəfə vurmuşdur. Təqsirləndirilən şəxs1 yuxudan gec oyananda yorğan-döşəklə onları 40 dəqiqə, 1 saat foyedə ayaqüstə saxlatdırmış, vəzifə borclarını zəif bildiklərindən zirehli gödəkcə və dəbilqədə ayaqüstə saxlayıb vəzifə borcunu əzbərlətdirmişdir. N0N3-cü ilin mart ayında yuxudan gec oyandığı üçün əlində yorğan-döşəklə ayaqüstə qalmış, N0N3-cü ilin mart ayında Nail Yaqubov patrul xidmətinə çıxmağa gecikdikdə kapitan Təqsirləndirilən şəxs1 onu əlində yorğan-döşəklə patrul xidmətinə çıxarmışdır. Bölük komandiri mövqedə smartfon telefonda oyun oynamış, Təqsirləndirilən şəxsN yuxarı çağırışçı olduğuna görə işləri tapşırıb işləri bölmüşdür. Ş.XN9 sıxıb incitmiş, “aprel və iyul prizivlərinin qənimiyəm” demişdir. Bundan başqa N0N3-cü ilin mart ayının əvvələrində, günorta saatlarında yataqxanada kapitan Təqsirləndirilən şəxs1 əsgərlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, N.Yaqubova və Zərərçəkmiş şəxs5 zirehi gödəkçə və dəbilqə geyindirib vəzifə borclarını, silahın taktiki-texniki xüsusiyyətlərini oxutdurmuşdur. N8 mart N0N3-cü ildə saat 1N-dən saat 14-dək əsgər Zərərçəkmiş şəxs5la birlikdə döyüş növbətçiliyinə təyin olunmuş, dəyişdirici baş atıcı əsgər Zərərçəkmiş şəxs1 onları növbəni əsgərlər Zərərçəkmiş şəxs4 və Nail Yaqubovdan təhvil almaq üçün yataqxananın arxasında olan müşahidə məntəqəsinə aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs4 müşahidə məntəqəsində olmuş, Nail Yaqubov orada olmadığından dəyişdirici bu barədə bölük komandirinə məruzə etmiş, bölük komandiri “səngərə baxın yəqin ki oradadır, yatıbdır”demişdir. Əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4la birlikdə səngərə doğru getmiş, Zərərçəkmiş şəxs5 səngərlə N.Yaqubovu səsləmiş, səs verən olmamışdır. Köhnə müşahidə məntəqəsinə çatanda N.Yaqubovun dizi üstə çökməsini, başının səngərin divarına söykənməsini, silahının yerdə, əlinin silahın üzərində, yer qan olmasını görüb məlumat vermək üçün yataqxanaya tərəfə qaçmışdırlar. Bölük komandirinə məlumat verib yenidən hadisə yerinə qayıtmış, bundan sonra N.Yaqubovu götürüb xərəyə qoymuşlar. Həmin vaxt onda heç bir həyati əlamət olmamış, həkim onu yoxladıqda öldüyünü demişdir. N.Yaqubov çənəsinin altından atəş açmış, güllə başından çıxmışdır. Hadisədən sonra həmin vaxt ZRAB bölməsinin müşahidəçi əsgəri gəlib yataqxanada kiməsə “köhnə müşahidə məntəqəsi istiqamətindən, “Çay” postu istiqamətindən atəş səsi gəldi” deməsini eşitmişdir. Həmçinin zərərçəkmiş şəxs X6 məhkəmə istintaqında verdiyi ifadəsində cinayət işi üzrə ibtidai istintaqda verdiyi bütün ifadələrini təsdiq etdiyini, ifadə verərkən heç bir təzyiq və təsirə məruz qalmadığını, özünün kapitan Məmmədzadədən şikayəti və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, oğlum Yaqubov Nail gün ərzində mənnən 3-4 dəfə danışırdı. Hər dəfə danışdıqca mənə əziyyət verirlər deyirdi. Məndə xəstəxanada müalicə olunduğumdan gedə bilmirdim. Uşağım guyaki çıxıb akobun üstünə, erməni tərəfə baxıb. Oğlumda dediki ana mən müşahidədən baxmışam, ordan baxmaq üçün nərdivan lazımdı çıxmamışam ora. Uşağımı döyüblər ayağından vurublar. Uşağımı söyüblər. Dedi ana Təqsirləndirilən şəxs1 birdə Təqsirləndirilən şəxsN məni söyür mənə əziyyətlər verirlər. Məni söyürlər şərəfsiz, pezəvəy, Naxçıvanlılar peysərdi, Naxçıvanlılar belədi elədi deyirlər. Deyirdi Təqsirləndirilən şəxsN ona deyirdi ki, Təqsirləndirilən şəxs1 “ata” deyessən, məndə dedimki sənin öz atan var. Uşağımın əlindən nə almışam, nə göndərmişəm əlindən alıblar bu ikisi. Onun yuxu rejimini alıblar, nə vaxt zəng edirdi mənə deyirdi ana kazarma təmizliyirəm, ana dedi qabları yuyuram. Dedim səndən başqa əsgər yoxdu orda, oda deyirdiki komandir deyib səndən başqa bunu heç kim eləmiyəcək. Uşağım zəng elədi dedi mənə paltarlarımı hazırla elə olar gələrəm, telfonumun internetini düzət instaqramı, vatcapı düzəlt gələcəm. Sonra dedi buraxmadılar, Təqsirləndirilən şəxs1 deyibki Kərəm Mustafayevdə gəlsə səni buraxmayacam evə. Hər ikisi oğluma təhqiredici sözlər deyiblər. Oğlum postan gəlirdi yemək istəyirdi deyirdilər yemək əvəzi flan şeyi verəciyik sənə. Uşaq telefonla mənnən danşırdı Şahmalı deyirdi, danışma peysər telefonu qoy yerə. Təqsirləndirilən şəxsN oğluma tərbiyəsiz tərbiyəsiz sözlər deyirdi, mən buları telefonda özüm eşidirəm. Ana deyir mənə kontur pul göndər mən sizinən danışım. Biz ayda 60-70 manat pul göndərirdik, deyirdim nenirsən pulu, deyirdi ana yanıma gələndə danışarıq. Uşağımın ayağını açdım mən şişibdi ayağı, topuğu şişibdi. Ayağın çıxardım çorabı suyun içində deyirlərə patinka alıbdı komandir, yalandı uşağımın əlindən alıbdı patinkasını veribdi əsgərə. Mən uşağıma remen aldım cibimin puluynan. Mən uşağıma dedim ay oğul sənin patinkan hanı dedi, alıb verib əsgərə. Dedim niyə veribki mənim uşağımı öldürüblər. Mənim uşağıma tərbiyəsiz tərbiyəsiz sözlər deyiblər. Uşağımının ayağından Təqsirləndirilən şəxs1 təpiyinən vurub. Zampalitə zəng edib deyibki Yaqubov yatır. Uşaq deyir ana mənim yuxu vaxtım dan N saat yatacamsa 1 saat verir. Yuxumdan kesir cəzalandırır uşağı. Uşağın əynini deyir uşaq özünə təmiz baxmır, zampalitə şikayet edibdi bu barədə. Deyir ay ana mən necə baxım postan gəlirəm o işi gördürür bu işi gördürür. Mənim oğlum başqa başqa sözlər dedi, dedim qoy gedim Samiqinən, Şahmalını çağrım aşağı danışım paqonların sökdürərəm. Dedi ana sən nə danşırsan sən getdin sənin arxanca məni öldürüb üstünə göndərəllər. Ana dedi bir söz deyən kimi deyirlər sən sukasan, sən nəm nəsən dedi. Samiq opuskaya getmişdi Yaqubov Nail rabitədə otururdu. Dedi ana kaş gəlmiyə, dedi rahatçılıqdı o burda olanda mənim günüm qara olacaq. Samiq opuskadan gələn günü Nailin günü qara oldu. Posta qaldırdı, Naili döydü. Noyabr ayı Nail tək gəlmişdi buraxılışa. Posta qalxannan sonra Nail dedi başıma oyun açdılar. Dedi deyirlər sən niyə öz başına gedirsən, səni niyə tapşıtdırıllar, bundan belə Kərəm Mustafayevdə gəlsə belə sənə izin vermiyəcəm. Nail dedi ana birdə mən tək gələnmərəm. Dedim bala gətirmə Bakı əsgəri gətirmə, dediki gətirmiyəcəm bizim ev köhnədi gətirəm əsgərlər lağ edir. Mən də dedim gətirmə mənim evdə qızım var mən Bakı əsgərinə hörmət qoymuram. Nail dedi gətirməsəm buraxmıyacaqlar məni dedi. Danşannan sonra üstünnən N-N saat keçənnən sonra Nail zəng elədi ana dedi iş qarışıb işə, məni qubbağa aparıllar dedi. Dedim oğul səni niyə aparıllar dedi ana posta yatdığıma görə. Məndə ona sənin yuxu rejimi kəsəndən sonra səndə yatacasan, get məruzə et dedim dedi ana kim baxacaq. Şahmalı yanvar ayından o posta gedən bir günnən mənim uşağımın günü qaradı. Mən ayın 19 bazar günü uşağımın yanına getdim veş tutmuşdum, əlimə keçəni tutmuşdum dedi ana bunları aparacam hamsın tutub əlimdən alacaqlar. Dedim kim alacaq dedi ki, şərəfsiz Samiqinən, Şahmalı. Gedənnən N saat uşağınan söhbət elədim ancaq bu ikisindən şikayət elədi. Hansı vaxt uşağım zəng edirdi ana əski yuyuram, oraları silirəm, kazarmanı təmizdəyirəm uşaq bu sözü deyirdi axşama qədər. Uşaq zəng edib deyib ana mənə pul göndər dedim hardan alım sənə pul, 18-i 60 manat pul göndərmişəm, 19-u yanına gəlib N5 manat cibinə pul qoymuşam. Hardan alım gecə vaxtı pulu dedim, deyir komandir deyir pul göndərsin, mənim telefonuma kontur göndərsin. Dedim oğlum mənə vizv atırsan mən zəng edirəm. Həmçinin Şahid6 məhkəmə istintaqında verdiyi ifadəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, N0NN-ci ilin oktyabr ayının əvvəllərində N №-li hərbi hissənin 1N-ci bölüyünə verilmişdir. Bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 olmuş, N0N3-cü ilin yanvar ayının əvvəlində “Düz” postuna aparılmışdır. N0N3-cü ilin fevral ayının ortalarında xidmət yeri “Kurqan” postuna dəyişdirilmişdir. Bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 bir neçə dəfə N.Yaqubovu döyüş növbəsində yatdığı yerdə tutub bu barədə hərbi hissəyə məlumat verməsini, ona buna görə həbs verilməsini eşitmişdir. Bundan başqa əsgərlərdən Yaqubovla Həmzəyev dodda xidmətdə olarkən Həmzəyevin ona nəsə etməsini, Yaqubovun qaçıb bölük komandirinə bu barədə deməsini, həmçinin hadisədən sonra Zərərçəkmiş şəxs5 N.Yaqubovun özünü bir dəfə əvvəl öldürməyə cəhd etməsini, Zərərçəkmiş şəxs5 bu barədə bölük komandirinə məruzə etməsini eşitmişdir. N0N3-cü ilin mart ayının sonlarında Kurqan postunda turnikdə dartınarkən yıxıldığından sağ qolu biləkdən sınmış, tibb məntəqəsində olarkən orada Düz postunda rabitəçi vəzifəsində xidmət edən X50in özünü avtomat silahdan atəş açaraq öldürməsini öyrənmişdir. Həmçinin Şahid1 məhkəmə istintaqında verdiyi ifadəsində cinayət işi üzrə ibtidai istintaqda verdiyi bütün ifadələrini təsdiq etdiyini, ifadə verərkən heç bir təzyiq və təsirə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid5 Şadman oğlu verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N nömrəli hərbi hissənin ZRAB-na verilməklə “Düz” mövqeyinə göndərilmiş, O “Düz” mövqeyində 3 həftə olmuş, sonra xəsarət alıb aşağı düşmüşdür. Orada xidmət edərkən əsgər Təqsirləndirilən şəxsN X48la əl-qol atıb zarafat etməsinin, zarafatla ona “liftçiybaş, peysər” nalayiq sözlərini deməsinin, həmçinin onun, Abbaslı Məhəmmədin, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxsN bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 “ata” demələrinin şahidi olmuşdur. Hərbi hissədə olarkən bir dəfə Nail Yaqubovun ora gətirilməsini görüb səbəbini soruşduqda təkərlərin üstünə çıxdığını, “starşı”nanın görüb görüntü verməsini bildirdiyini demiş, həmin gün həbsə göndərilmişdir. N.Yaqubovun intizamsızlıqlarına görə atasının da bir neçə dəfə çağrılmasını eşitmişdir. Zərərçəkmiş şəxs5dən əsgər Təqsirləndirilən şəxsN N.Yaqubovu incitməsini, ona başını əyməsini deyib vurmasını, onu söyüb pulunu almasını eşitmişdir. N8 mart N0N3-cü il tarixdə günorta vaxtı idarəetmə məntəqəsinə olarkən X40 özünü öldürməsini öyrənmişdir. Həmçinin Şahid5 Şadman oğlu məhkəmə istintaqında verdiyi ifadəsində cinayət işi üzrə ibtidai istintaqda verdiyi bütün ifadələrini təsdiq etdiyini, ifadə verərkən heç bir təzyiq və təsirə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1N verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, mən yanvar ayından düz postunda xidmət edirəm. Hadisə baş verən vaxtı mən toplantıda olmuşam. Məm Zrab-ın əsgəri olmuşam əsgər Yaqubovun xidmət etdiyi bölüyün əsgəri deyildim. Əsgər Yaqubov normal əsgər kimi tanımışam ancaq özünə qapanan əsgəriydi. Mən ondan özünə qapanmağı barədə heçnə soruşmamışam. Mən orda olduğum müddətdə kiminsə əsgər Yaqubova qarşı zor tətbiq etməsini görməmişəm. Vəzifə borclarını bilmədiklərinə görə əsgər Yaqubov və başqa xatırlamıram dəqiq kimləriydi kaska bronjilet geymişdilər. Çox qalmırdılar kaska bronjilet geyinəndə və mən bir dəfə görmüşəm elə vəziyyətdə. Kaska bronjilet geyinərek vəzifə borcların öyrənirdilər. Kaska bronjilet geyinən əsgərlər bu halı normal qəbul edirdilər, heçnə demirdilər. Mən o posta gedəndə Həmzəyevlə Yaqubov o posta xidmət edirdi. Mən Yaqubovun posta yatmağın eşitmişəm. Əsgər Yaqubovun özünü oldürməyə cəhd etməsini eşitməmişəm. Bölük komandirinə əsgərlərin ata deyə müraciət etmələrini 1-N dəfə eşitmişəm. Əsgərlərin yuxudan gec durduqlarına görə yorqan döşəkdə saxlaması halları, əsgərlərin stirahət vaxtları kəsilmə halları olubdur. Həmçinin Şahid1N məhkəmə istintaqında verdiyi ifadəsində cinayət işi üzrə ibtidai istintaqda verdiyi bütün ifadələrini təsdiq etdiyini, ifadə verərkən heç bir təzyiq və təsirə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid13 və əsgər Şahid11 oxşar məzmunlu ifadə verərək, şahid qismində dindirilmiş əsgər Şahid1N ifadəsində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqında məhkəmə-tibbi eksperti qismində dindirilmiş X16 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, cinayət işi Məhkəmə Ekspertiza Mərkəzinə 4 cild şəklində göndərilmişdir. Yaqubovun intihar edərkən hansı emosional halda olması, onun intiharı ilə hansı hərəkətlərin səbəbli əlaqədə olması kimi suallar qoyulmuşdu. Yaqubov intihar edərkən üzərindən çıxan məktub da cinayət işinin materiallarında bizə göndərilmişdi. Bizə təqdim olunmuş məktubun tamlığı yerində idi. Uzun müddət keçdiyinə görə tam xatırlamasam da, vərəqdə hardansa çıxarıldığına görə qatlanmalar, əzilmələr var idi. Yaqubovun özünü öldürməsində təzahür edən amillər bölük komandiri Məmmədzadə və əsgər Təqsirləndirilən şəxsN tərəfindən mütəmadi olaraq döyülməsi, digər əsgər yoldaşlarının yanında söyülərək alçaldılması, nüfuzunun aşağı salınması, istirahət vaxtları kəsildiyi üçün döyüş növbətçiliyində yatması, düşmən tərəfə icazə verilməyən istiqamətdən baxması səbəbindən ona həbs verilməsi, intizamsızlığa yol verməsinə görə buraxılışa gedə bilməməsi, bunun üçün atasının hərbi hissəyə bir neçə dəfə çağırılması, yenidən hərbi hissəyə aparılaraq həbs olunacağı və atasının oraya gəlməsini yəqin etməsi, olanlara görə hamıda ona qarşı mənfi fikrin yaranmasını düşünməsi ilə səbəbli nəticə əlaqəsində olmuşdur. Məktubda qeyd olunmuş “Mən 10 milyon azərbaycan əhalisinə artığam”, “yaşamağımın və ölməyimin heç kimə faydası yoxdur” kimi fikirlər ona mütəmadi deyildiyi üçün şüuruna yeriyib və ölümünə səbəb olan əsas cümlələrdəndir. Məktubda yazdığı ifadələr ona mütəmadi deyilən sözlər olub, sırf intizamsızlığa görə intihar etsəydi, həmin ifadələri qeyd etməzdi. Məktubunda qeyd etdiyi “valideynlərim bilsin istəmirəm” dedikdə əsasən hərbi xidmətdə ona qarşı olan neqativ halları nəzərdə tutur. Yaqubovun məktubda qeyd etdiyi cümlələrin əksər hissəsi psixoloji müdafiə mexanizmindən irəli gəlir. Hər hansı şəxs özünü öldürmək istəsə belə, özünü müdafiə edir şüuraltı olaraq. Yaqubov özünü öldürdükdən sonra ona görə kiminsə əziyyət çəkməsini istəməyib. O da fərdi-insani xüsusiyyətlərindən irəli gəlir. Bu nəticəyə cinayət işinin materialları əsasında gəldim. Cinayət işinin materiallarına istinadən deyə bilərəm ki, frustrasiya halı təkcə Həmzəyevin hərəkətləri ilə yaranmamışdı, bu səbəbdən Həmzəyev postdan getsə də belə, frustrasiya halı davam edirdi. Frustrasiya halını belə izah etmək olar ki, şəxs düşdüyü vəziyyətdə çıxış yolunu tapa bilmir. Bu hal həmçinin şəxsə qarşı ictimai qınaq olduqda, onun şəxsiyyəti alçaldıldıqda, şəxsin yaxınlarına qarşı təhqir olduqda və s. bu kimi hallarda yaranır. Frustrasiya hal saatlar, həftələr, hətta aylarla çəkə bilər. Şəxs düşdüyü vəziyyətdən nə vaxt çıxırsa, bu zaman həmin haldan çıxmış sayılır. Şəxsin vəziyyəti mütəmadi olaraq davam edirsə, frustrasiya halı bitmir. Yaqubov postda demək olar ki, tam olaraq təcrid olunmuşdu, psixoloji travma keçirmişdi, ümid yeri, gedə biləcəyi yer də yox idi. Əsgərlər arasında da belə bir formalaşmış düşüncə var idi ki, bölük komandiri barəsində şikayət edən “şeytançılıq” edən kimi qəbul ediləcəkdi. Emosional gərginlik halında isə kollektiv arasında hər hansı münasibətlərin pozulmasına görə bu şərait yaranır, lakin burada müddət olmur, bir neçə saat, maksimum bir gün ərzində şəxsdə artıq fikir formalaşır. Frustrasiya halı isə günlərlə, həftələrlə çəkə bilir, ona görə Yaqubovun düşdüyü vəziyyət frustrasiya halı kimi qiymətləndirilib. Həmzəyev hərəkətləri ilə Yaqubovu postda nüfuzdan salmışdı. Həmzəyev orada olsa da, olmasa da, artıq nüfuzdan düşmüşdü. Psixoloji təsir birdəfəlik olub bitmir, qalıcı olur. Yaqubov ona deyilən təhqiramiz sözləri özü üçün qəbuledilən hesab edirdi. Ona görə o, həqiqətən artıq və yararsız şəxs olduğunu düşünürdü. Bu səbəbdən də intizamsızlıqları get-gedə artırdı. Birinci dəfə də özünü öldürməyə cəhd edəndə Həmzəyevin onu incitdiyini, əsgərlərin ona pis baxdığını bildirmişdi. Bu hal da davam edirdi. Bu hal həmin vəziyyətdən çıxana qədər davam edirdi. Bu vəziyyətdən də çıxmaq üçün ona dəstək olmaq, həmin postdan aşağı endirmək lazım idi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar teleqram ilə (Zərərçəkmiş şəxs1 xx.xx.N0N3, xx.xx.N0N3, xx.xx.N0N3 və xx.xx.N0N3, Zərərçəkmiş şəxsN isə xx.xx.N0N3, xx.xx.N0N3, xx.xx.N0N3 və xx.xx.N0N3-cü il tarixli teleqramlar ilə) məhkəməyə müraciət edərək maddi vəziyyətləri ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiklərini, ibtidai araşdırma dövründə verdikləri ifadələrini təsdiq etdiklərini bildirərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN məhkəmə iclaslarına gəlmələrini istisna edən halı üzrlü səbəb hesab edərək və onların ifadələrinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmadığını nəzərə alaraq, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadələrinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onların ibtidai istintaq zamanı verdikləri ifadələrinə istinad olunmasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315 və 3N9-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində göstərmişdir ki, o, N4 dekabr N0NN-ci ildən N №-li hərbi hissənin 4-cü taborun “Düz” postunda baş atıcı vəzifəsində xidmət etmiş, “Düz “postunun böyüyü bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 olmuşdur. N0N3-cü ilin yanvar ayında X48 döyüş növbətçiliyində olarkən yatdığından ona hərbi hissə komandiri tərəfindən N sutka həbs verilmişdir. “Düz” postunda xidmət etdiyi müddətdə kapitan Təqsirləndirilən şəxs1 30-40 dəqiqə istirahət vaxtında silahını təmizlətdirdiyindən Nail Yaqubovun istirahəti kəsilmişdir. Bundan başqa Nail Yaqubov rabitənin başında dəfələrlə yatdığına görə Təqsirləndirilən şəxs1 onu rabitədən çıxarıb döyüş növbəsinə yazmağa başlamışdır. Bundan başqa N0N3-cü ilin mart ayının əvvəlləri, günorta vaxtı yataqxanada sənəd yazarkən X48 pəncərədən çölə baxmış, həmin vaxt şəxsi heyət və bölük komandiri Təqsirləndirilən şəxs1 çöldə olmuşdur. Həmin vaxt o, Nail Yaqubovun əlini alnına tutub gəlməsini görmüş, ondan nə olmasını soruşduqda gülümsəyib əlini yumruq şəkildə alnına aparıb bölük komandirinin yumruqla alnından vurmasını bildirmişdir. N0N3-cü ilin mart ayının əvvələrində, saat 16-dan sonra vəzifə borclarını zəif bildiklərinə görə Təqsirləndirilən şəxs1 onu, Nail Yaqubovu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Şahid3 zirehli gödəkçə və dəbilqə ilə yataqxanada düzüb 30-40 dəqiqə ayaqüstə saxlatmışdır. N7 mart N0NN-ci ildə Nail Yaqubovla əsgər Zərərçəkmiş şəxsN saat 18-dən N0-dək döyüş növbətçiliyinə xidmətə təyin edilmiş, onlar xidmətdən gəldikdən sonra Zərərçəkmiş şəxs3 yataqxanada bölük komandirinə postda xidmətdə olarkən rabitəyə zəng gəldiyini, Yaqubovun ondan trupkanı almaq istəsə də, ona vermədiyini demişdir. N8 mart N0N3-cü il tarixdə Nail Yaqubov əsgər Zərərçəkmiş şəxs4la saat 10-dan 1N-dək postda döyüş növbətçiliyinə təyin edilmiş, həmin gün o. saat 10:00-da onları döyüş növbətçiliyinə aparmışdır. Onların hər ikisində özlərinə təhkim edilmiş avtomat silah və 4 ədəd dolu daraq olmuş, Nail Yaqubov özünə təhkim edilmiş ******* nömrəli AK-74 markalı silahı götürmüşdür. Saat 1N:00-da yeni növbə olan əsgərlər XN4 Xəlilovu postu dəyişmək üçün səngərə aparmış, həmin vaxt Nail Yaqubov müşahidə məntəqəsində olmamışdır. Nail Yaqubovu səngərdən səslədikdə cavab verməmiş, bölük komandirinə bunu məruzə etdikdə səngərə baxmalarını tapşırmışdır. Bundan sonra Nail Yaqubovu axtarmağa başlamış, 16-cı atəş sektoruna çatanda onun dizləri üstə yerə düşüb, başı səngərin divarına söykənmiş, sağ əli ilə silahdan yapışmış halda görmüşdür. Nail Yaqubovun silahı tək atəş vəziyyətində olmuş, üzərində daraq olmamış, ona verilmiş 4 ədəd dolu daraq onun zirehli gödəkçəsinin ön ciblərində olmuş, dəbilqəsi arxa tərəfində bir qədər aralıda yerə düşmüş, dəbilqənin üst hissəsi deşilib dəmiri yuxarıya qalxmışdır. Bölük komandirinə məlumat veriib Nail Yaqubovu köməkli xərəyə uzadıb yataqxananın yan tərəfinə gətirmişlər (i.v İ cild 4N-46,17N-177, İİ cild 159-163, İİİ cild 6-11, V cild 143- 147). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxsN ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində göstərmişdir ki, o, 18 yanvar N0NN-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb N nömrəli hərbi hissəyə göndərilmiş, N9 iyun N0NN-ci il tarixdə N hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün “Düz” adlandırılan mövqeyinə verilmişdir. X48 “Düz” postunda xidmət etdiyi müddətdə döyüş növbəsində yatdığından həbsə getmiş, bununla bağlı atası hərbi hissəyə çağrılmışdır. Orada xidmət etdikləri müddətdə növbədən çıxanda bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 səhərlər “qalx” komandasına gec durduqda onları yataq dəstləri ilə ayaqüstə saxlatdırmış, N0N3-cü ilin fevral ayında gec durduğundan onu da həmin vəziyyətdə saxlatdırmış, X4N Xəlilovun həmin vəziyyətdə qalmasını görmüşdür. Bundan başqa əsgər Təqsirləndirilən şəxsN bölük komadirinə “ata” deməsini eşitmiş, Təqsirləndirilən şəxsN bir neçə dəfə döyüş növbəsindən düşüb iş görmüş, Təqsirləndirilən şəxs1 bunu bilib ona heç nə deməmişdir. Bundan başqa əsgər Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxsN onu döyməsini eşitmiş, əsgər Zərərçəkmiş şəxs8 patrul xidmətində artıq qalmasını görmüş, həmin gün döyüş növbəsində olanda oturmuş, bölük komandiri gedib onu tutmuş, sonra Zərərçəkmiş şəxs8 hərbi hissəyə düşürülmüş, daha posta qayıtmamışdır. N0N3-cü ilin mart ayının əvvələrində, günorta saatlarında yataqxanada kapitan Təqsirləndirilən şəxs1 vəzifə borclarını bilmədiklərindən əsgərlər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Nail Yaqubova və Zərərçəkmiş şəxs1 zirehli gödəkçə və dəbilqə geyindirib vəzifə borclarını, silahın taktiki-texniki xüsusiyyətlərini ayaqüstə saxladıb oxutdurmuşdur. “Düz” postunda xidmət edəndə əsgər Məhəmməd Abbaslı ona Nail Yaqubovun sıxılmasını demiş, o, bunu bölük komandiri Təqsirləndirilən şəxs1 də bildirmiş, bölük komandiri çağırıb Naillə söhbət eləmiş, sonra Təqsirləndirilən şəxs1 ona siqaret lazım olsa onun adından kantindən almasını deməsini eşitmişdir. N8 mart N0N3-cü ildə, saat 10:00-dan saat 16:00-dək istirahət vaxtım olsa da posta yoxlama gələcəyindən yatmamış, yataqxanada silahını təmizləyib, söküb yığmağı məşq etmiş, dərsi kapitan Təqsirləndirilən şəxs1 keçmişdir. Saat 11:30 radələrində əsgərlərdən kimsə bölük komandirini çöldən səsləmiş, bölük komandiri pəncərəyə çıxıb danışmış, hadisədən sonra ZRAB-ın əsgərinin atəş səsləri eşidib gəlib bunu bölük komandirinə deməsini eşitmişdir. Həmin gün saat 1N radələrində əsgər Zərərçəkmiş şəxs1 qaçaraq yataqxanaya gəlib bölük komandiri Təqsirləndirilən şəxs1 X40 özünü vurduğunu demiş, səngərə gedəndə onun dizi üstə yerə çökmüş, çənəsi AK-74 silahının lüləsinə söykənmiş, başı səngərin ön divarına dayanmış vəziyyətdə görmüşdür. Güllə çənəsinin altından girib başında olan dəmir dəbilqəni deşib çölə çıxmış, qoruyucu jileti əynində olmuş, silahda daraq olmamış, qoruyucu jiletindəki daraqları çıxarıb baxanda daraqların birində patron az olmasını görmüşdür. Nail Yaqubov özünü vurduqdan sonra Təqsirləndirilən şəxs1 onun nəyə görə özünü vurduğunu, buna nəyin səbəb ola biləcəyini soruşmuş, bu vaxt əsgər Zərərçəkmiş şəxs3 bölük komandirinə “bəlkə bizim axşamkı söhbətimizə görə özünü vurub” demiş, Təqsirləndirilən şəxs1 “axşam aranızda elə bir böyük hadisə də olmadı axı” cavabını vermişdir. Sonra Zərərçəkmiş şəxs3 axşam Nail Yaqubovla aralarında nə söhbət olmasını soruşanda saat 18-dən saat N0-dək müşahidə mövqeyində olarkən Nail Yaqubovun rabitə ilə tabora zəng vurub buraxılışa adının gəlib-gəlməməsini soruşmaq istəməsini, onun rabitənin məşğul olmasını deyib danışmasına icazə vermədiyini, bu barədə Təqsirləndirilən şəxs1 məruzə etdiyini, Təqsirləndirilən şəxs1 də Nail Yaqubovu yanına çağırıb söhbət etdiyini demişdir (i.v İ cild i.v.87-93, İİ cild 34-38, İİİ cild 48-53, V cild 134-138). Şahidlər Şahid3, ŞahidN, Şahid4, Şahid7, Şahid8, Şahid9, Şahid10 və Şahid14 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar ərizə, teleqram və müvafiq telefonoqramlarla (ŞahidN xx.xx.N0N3-cü il tarixli ərizə ilə, Şahid3 xx.xx.N0N3, Şahid4 xx.xx.N0N3, Şahid7 xx.xx.N0N3, Şahid8 xx.xx.N0N3, Şahid9 xx.xx.N0N3, Şahid14 isə xx.xx.N0N3-cü il tarixli teleqramlarla, Şahid10 isə xx.xx.N0N3-cü il tarixli telefonoqramla) məhkəməyə müraciət edərək müvafiq olaraq ailə və sağlamlıq vəziyyətləri, o cümlədən ölkə ərazisində olmamaları ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiklərini, ibtidai araşdırma dövründə verdikləri ifadələrini təsdiq etdiklərini bildirərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, şahidlər Şahid3, ŞahidN, Şahid4, Şahid7, Şahid8, Şahid9, Şahid10 və Şahid14 məhkəmə iclaslarına gəlmələrini istisna edən halları proses iştirakçılarının razılığı ilə üzrlü səbəb hesab edərək və onların ifadələrinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmadığını nəzərə alaraq, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadələrinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onların ifadələrinə istinad olunmasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 3N9-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində göstərmişdir ki, o, 30 iyun N0NN-ci ildən N nömrəli hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyündə qumbaraatan vəzifəsində xidmət etmiş, bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 olmuşdur. N0N3-cü ilin fevral ayının sonlarında bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 toplantıya getmiş, həmin müddətdə Nail Yaqubov mövqenin ərazisində səngərlərin üstündə olan təkərlərin üstünə çıxıb düşmən tərəfə görüntü vermiş, gizir E.Vəliyev bunu bilib bölük komandirinə məruzə etmiş, Nail Yaqubov hərbi hissəyə aparılmış, bir neçə gün sonra posta qayıtmışdır. N0N3cü ilin yanvar ayının N7-də saat 14 radələrində yataqxanada əsgər Eliz Əliyevdən söz soruşmaq üçün onu oyatmaq istədikdə əsgər Təqsirləndirilən şəxsN qışqıraraq onu oyatmamasını dediyindən aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxsN onu yataqxananın dəhlizinə dəvət edib yumruqla çənəsinə, təpiklə sol buduna vurub əlləri ilə boğazından yapışaraq sıxıb sonra buraxmışdır. Bölük komandiri Təqsirləndirilən şəxs1 səhər “qalx” komandasına gec qalxan əsgərlər olduqda onları yataq dəstləri ilə ayaqüstə saxlatdırıb cəzalandırmış, həmin cəzaya məruz qalanlardan əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 yadında qalmışdır. Bundan başqa vəzifə borclarını bilmədiklərindən kapitan Təqsirləndirilən şəxs1 əsgərlər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 zirehli jilet və dəbilqə geyindirib ayaqüstə saxlatdırıb onlara vəzifə borclarını öyrətməsini görmüşdür. N0N3-cü ilin mart ayının əvvələrində, günorta saatlarında yataqxanada kapitan Təqsirləndirilən şəxs1n Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Nail Yaqubova, Zərərçəkmiş şəxs1 zirehli gödəkçə və dəbilqə geyindirib vəzifə borclarını, silahın taktiki-texniki xüsusiyyətlərini tam bilmədiklərindən istirahətlərindən kəsib onları ayaqüstə saxladıb oxutdurmuş, həmin vaxt Zərərçəkmiş şəxsN su istəyəndə bölük komandiri ona su verməsinə icazə verməmişdir. Nail Yaqubov rabitəçi olmuş, lakin Düz postuna gedəndən onun döyüş növbətçisi çıxmasını görmüşdür. N8 mart N0N3-cü ildə saat 1N radələrində baş atıcı əsgər Zərərçəkmiş şəxs1 qaçaraq yataqxanaya gəlib bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 X50in özünü silahdan atəş açaraq vurmasını demiş, Nail Yaqubov özünü səngərin 16-cı atəş sektorunun yanında vurmuş, o dizləri üstə yerə düşmüş, silahı əlində olmuş, üst-başı, üzü qana bulaşmışdır (i.v İ cild 161-167, İİ cild N35-N41, V cild 168-170). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş ŞahidN ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində göstərmişdir ki, o, 16 fevral N0N3-cü ildən “Düz” postunda xidmət etmiş, bölük komandiri və post böyüyü kapitan Təqsirləndirilən şəxs1 olmuşdur. N0N3-cü ilin mart ayında posta yoxlama gələcəyindən vəzifə borclarını bilmədiklərinə görə Təqsirləndirilən şəxs1 əsgər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Nail Yaqubova və Zərərçəkmiş şəxs5 zirehli gödəkcə və dəbilqə geyindirib vəzifə borclarını oxutdurmuşdur. N0N3-cü ilin mart ayının əvvəllərində 3-cü növbə olduğundan səhər “qalx” komandasında əsgərləri özü oyatmış, həmin vaxt bəzi əsgərlər gec qalxmış, kapitan Təqsirləndirilən şəxs1 bunu görüb onlara yataq dəstlərinini götürüb ayaqüstə durmalarını bildirmiş, həmin əsgərlərdən Zərərçəkmiş şəxs1, Abbaslı Məhəmməd yadında qalmış, Nail Yaqubovun da gec durmasına görə yataq dəstləri ilə ayaqüstə durmasını görmüşdür (i.v İ cild 179-186, İİİ cild 1N8-131). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün N-ci taqımının 1-ci manqasında xidmət etmiş, xidmət etdiyi manqa ehtiyat manqa olmuş və “Gərməçataq” bölük mərkəzində xidmət aparmışdır. O, N0NN-ci ilin noyabr ayının sonlarında “Qaya” mövqeyinə ezam olunmuş və təqribən 5-6 gün həmin mövqedə ezam qalmışdır. N0NN-ci ilin dekabr ayının sonlarında “Qaya” mövqeyinə kompleks yoxlama gəlmiş, həmin postda çoxsaylı nöqsanlar aşkar olunduğundan orada xidmət edən şəxsi heyətlə “Düz” postunda xidmət edən şəxsi heyətin yeri dəyişdirilmiş, “Düz” postunda X48 rabitəçi olduğundan təkcə o, öz yerində qalmışdır. Şahid4 həmçinin ifadəsində qeyd etmişdir ki, “Qaya” mövqeyində olarkən əsgər Təqsirləndirilən şəxsN çox vaxt işini başqalarına gördürmüş, N0NN-ci ilin dekabr ayında ərazini təmizləyərkən əsgər Təqsirləndirilən şəxsN onu, əsgərlər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 çağırıb “gəlin buraları təmizləyin” demiş, həmin vaxt o, Təqsirləndirilən şəxsN yanına getməmiş, əsgərlər Zərərçəkmiş şəxs8la və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxsN yanına gedərək onun işini görmüşlər, Təqsirləndirilən şəxsN isə onların üstündə duraraq işləməmişdir. N0N3-cü ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs8 “Düz” mövqeyində ezam olunub qayıdandan sonra Təqsirləndirilən şəxsN əsgərləri sıxışdırmasını, hədə-qorxu gəlməsini, bölük komandirinin onun üçün şərait yaradıb hərəkətlərinə göz yumduğunu, həmçinin Təqsirləndirilən şəxsN ondan pul almasını dediyini, Bundan başqa Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxsN Zərərçəkmiş şəxs3 əlindən vurduğundan əlinin zədələnərək şişməsini, onu, Nail Yaqubovu öz növbəsinə xidmətə çıxarıb sıxışdırmasını, yerli-yersiz hər şeyi bölük komandirinə məruzə etməsini, buna kapitan Təqsirləndirilən şəxs1 şərait yaratmasını, vəzifəsi olmadığı halda əsgərlərə iş gördürməsini bildirmişdir. N0NN-ci ilin dekabr ayında “Qaya” mövqeyində olarkən Təqsirləndirilən şəxsN “buranın ən böyük prizivi mənəm, hamınız mənə hörmət eləməlisiniz, nə iş deyirəmsə etməlisiniz”, “mən aprellərlə iyulların qənimiyəm” demişdir. “Düz” mövqeyindən yemək gətirməyə gedəndə hər dəfə Təqsirləndirilən şəxsN, Məhəmməd Abbaslının, Zərərçəkmiş şəxs1 kapitan Təqsirləndirilən şəxs1 “ata” deyə müraciət etmələrini görmüş, Təqsirləndirilən şəxs1 onların “ata” deyə müraciət etmələrinə etiraz etməmişdir. N0N3-cü ilin fevral ayının 14-də “Düz” mövqeyindən “Qaya” mövqeyinə yemək gətirməyə gedəndə X30 Həmzəyevin postdan getməsinə sevinməsini görmüşdür. N0N3-cü ilin yanvar ayının əvvəllərində tabor mərkəzinə xəstəliklə bağlı düşən zaman orada Nail Yaqubovu görmüş, söhbət edən zaman Nail Yaqubov “mən rabitəçiyəm, amma müşahidəyə çıxıram, bezmişəm” demişdir. N8 mart N0N3-cü ildə “Gərməçataq” bölük mərkəzində saat 1N radələrində Nail Yaqubovun özünü öldürməsini öyrənmişdir (i.v İİ cild 98-105). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, N0NN-ci ilin dekabr ayının N4-də “Düz” postuna verilmiş, N0N3-cü ilin yanvar ayının N5-dək həmin postda xidmət etmişdir. N0NN-ci ilin noyabr ayında buraxılış olacağından Nail Yaqubovla birlikdə buraxılışa getmişdir. Nailin ailəsi ona mehriban davranmış, onun əhval-ruhiyyəsi yaxşı olmuşdur. Nail Yaqubov rabitəçi olduğundan gündüzləri istirahət edib axşamları rabitəyə baxmış, sonradan yol verdiyi intizamsızlıqlara görə bölük komandiri Təqsirləndirilən şəxs1 onu rabitədən çıxarıb döyüş növbəsinə cəlb etmişdir. N0N3-cü ilin yanvar ayının əvvəllərində Nail Yaqubov döyüş növbəsində olduğu müddətdə yatdığından bölük komandiri onu məruzə etmiş, buna görə N sutka həbsə getmiş, atası hərbi hissəyə çağırılmışdır. “Düz” postunda xidmət etdiyi müddətdə əsgər Təqsirləndirilən şəxsN Nail Yaqubovla pis rəftar etmiş, onu mütəmadi olaraq söymüş, ona “peysər, çumo” kimi nalayiq sözlər demişdir. Təqsirləndirilən şəxsN özünü “starşı” kimi aparmış, əsgərlərin işlərinə nəzarət etmişdir. Təqsirləndirilən şəxsN əsgərlərin ən xırda səhvlərini belə bölük komandirinə məruzə etmiş, bölük komandiri digər əsgərlərə münasibətdə onu fərqləndirmiş, işlərə nəzarət etməyi ona tapşırmışdır. Bundan başqa Təqsirləndirilən şəxsN bölük komandiri Təqsirləndirilən şəxs1 ata, bölük komandiri isə ona oğul demişdir. Bölük komandiri Təqsirləndirilən şəxs1 döyüş növbəsindən gəlib istirahət etməli olduğu halda N.Yaqubovu işlədib hər dəfə ən az 1 saat istirahət vaxtlını kəsmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 bir dəfə əsgər Zərərçəkmiş şəxsN gec qalxması səbəbindən onu yataq dəstləri ilə ayaqüstə saxlatmasını görmüşdür. N8 mart N0N3-cü il tarixdə döyüş növbəsində olarkən günorta vaxtı rabitə ilə məruzə ediləndə Nail Yaqubovun döyüş növbəsində öz silahdan atəş açaraq özünü öldürməsini eşitmişdir (i.v. İİİ cild 100-108). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Nail Yaqubovu “Düz” postuna veriləndən sonra tanımışdır. Nail Yaqubov bir neçə dəfə döyüş növbəsində yatmış, bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 onu məruzə edib həbsə göndərmişdir. Düz postunda xidmət etdiyi müddətdə rabitəçi olduğu halda Nail Yaqubovun döyüş növbəsinə çıxarılmasını, istirahət vaxtının kəsməsini görmüşdür. Bundan başqa bir dəfə “qalx” komandası vaxtı gec duran əsgərləri yataq dəstləri ayaqüstə saxlatdırmasını görmüş, həmin əsgərlərin arasında N.Yaqubovun, Zərərçəkmiş şəxs5 olması yadında qalmışdır. Təqsirləndirilən şəxsN postda xidmət etdiyi müddətdə Təqsirləndirilən şəxs1 onunla digər əsgərlər arasında fərq qoymuş, Təqsirləndirilən şəxsN bölük komandiri ilə yaxınlıq etmək istəmiş, postda hansısa əsgər səhv etdikdə tez gəlib bölük komandirinə məruzə etmiş, bölük komandirinə ata demişdir. Bölük komandiri intizamsızlıqlarına görə N.Yaqubovu teztez intizam qaydasında cəzalandırıb ona iradlar tutmuş, digər əsgər yoldaşları ilə Nail Yaqubovun arasında soyuq münasibət olmuş, əsgərlər və bölük komandirinin yanında hörməti olmamışdır. Təqsirləndirilən şəxs1 etdiyi intizamsızlıqlara görə N.Yaqubova bütün intizamsızlıqlarının xidməti vərəqəsinə yazıldığını, hərbi biletinin korlandığını demişdir. N8 mart N0N3-cü ildə günorta saat 1-ə işləmiş N.Yaqubovun özünü vurmasını eşitmişdir (i.v. İİİ cild 139-144). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid9 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində göstərmişdir ki, o, N8 mart N0N3-cü ildə saat 08-dən 14-dək əsgər Şahid11la birlikdə yataqxananın qarşı tərəfində yerləşən ZRAB-ın müşahidə mövqeyinə döyüş növbəsinə çıxmış, saat 11:30 radələrində müşahidə məntəqəsində olarkən “Çay” postu istiqamətində əvvəlcə bir atəş səsi, bir dəqiqə sonra ikinci atəş səsi gəlmişdir. Həmin vaxt müşahidədən çıxıb bir az aralanıb yataqxanaya tərəf gəlib oradan keçən 1N-ci bölüyün əsgəri Zərərçəkmiş şəxs7 çağırıb “Çay” postu tərəfdən iki atəş səsi gəldiyini, gedib bölük komandirinə deməsini bildirmişdir. Bundan 30 dəqiqə sonra postda səs-küy düşmüş, Nail Yaqubovun özünü “Çay” postu istiqamətində olan səngərin qurtacağında silahdan atəş açıb özünü öldürrməsini öyrənmiş, bundan sonra eşitdiyi atəş səslərinin N.Yaqubovun həmin səs olmasını başa düşmüşdür i.v. İİİ cild 146-150, İV cild 139-141). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, əsgər yoldaşları Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxsN postda olan əsgərləri sıxışdırmasını, növbəyə gec gəlməsini, hər şeyi bölük komandirinə məruzə edib əsgərləri bölük komandirinin yanında pis etməsini, özünü gözə soxub onları gözdən salmasını, ehtiyat manqadan gedən əsgərləri ərazidə öz yerində işlətməsini, özünü ehtiyat xidmətə yazdırmasını eşitmişdir. Həmçinin Təqsirləndirilən şəxsN bölük komandirinə ata demişdir. Zərərçəkmiş şəxs8 “Düz” mövqeyində olanda bölük komandiri ilə arasında problemi olmuş, xidmətə çıxmaq üstündə problem yaşamış, bölük komandiri zirehli gödəkçə və dəbilqə ilə onu ayaqüstə ayıq növbədə bir neçə saat artıq saxlamış, sonra döyüş növbətçiliyinə getmişdir. Bundan başqa Nail Yaqubov radiotelefonçu olduğu halda döyüş növbətçiliyinə çıxarılmışdır. Təqsirləndirilən şəxsN postda “starşılıq” etmiş, döyüş növbətçiliyini özü bölmüş, özünü istədiyi adamla istədiyi vaxta salmış, bölük komandiri buna göz yummuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 əsgərlərin istirahət vaxtını müxtəlif səbəblərdən kəsməsini, istirahət vaxtı kəsildiyi üçün “Düz” mövqeyinin əsgərlərinin yatmasını, buna görə N.Yaqubovun tutulmasını, həbsə getməsini, bundan başqa onun yuxudan gec duran əsgərləri yataq dəstləri ayaqüstə saxlatdırmasını eşitmişdir. N8 mart N0N3-cü ildə “Qaya” mövqeyində saat 1N-dən saat 14-dək döyüş növbətçiliyində olarkən Nail Yaqubovun özünü öldürməsini eşitmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8 “Nail Yaqubovu postda əsgər Təqsirləndirilən şəxsN söyüb, təhqir edib, döyüb, sıxışdırmasını demişdir (i.v. İİİ cild 173-176). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid14 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 17 yanvar N0NN-ci il tarixdə SHXÇDX-nın Ağdaş rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N0NN-ci ilin aprel ayının əvvəllərində N nömrəli hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünə verilmişdir. N0N3-cü ilin yanvar ayının 4-də əsgər Qafur Cəlalovla birlikdə günləndirmə məqsədilə bölüyün döyüş şəraitində yerləşən “Düz” postuna göndərilmiş, yanvar ayının N0-dək həmin postda xidmət edib sonra “Gərməçataq” mövqeyinə qayıtmışdır. “Düz” postunda xidmət edən əsgər Təqsirləndirilən şəxsN kobud, özündən razı, mərdiməzar, hamıya ilişən, ağzının danışığını bilməyən, yekəxana əsgər olmuşdur. Bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 onu müdafiə etmiş, Ş.Həmzəliyev kim nə edirdisə tez bölük komandirinə çatdırmış, iş görəndə hər şeyə qarışmış, hamıya necə iş görmələri barədə göstəriş vermiş, özü isə heç bir iş görməmişdir. Təqsirləndirilən şəxsN özünü hamıdan yuxarıdan aparmış, ən kiçik bir şeydə əsgərlərə ilişmiş, postda “dedofşina” yaratmışdır. “Düz” postunda olduğu müddətdə onun X48la pis rəftarını, onunla söyüşlə danışıb təhqir etməsini görmüşdür.Təqsirləndirilən şəxsN N.Yaqubovun danışığına, hərəkətlərinə lağ edib ələ salmış, ən xırda səhvində söyüb təhqir etmiş, onu əsgərlər arasında hörmətdən salmışdır. Təqsirləndirilən şəxs1 özü xidmətlə çox maraqlanmamış, bütün günü mobil telefonunda oyun oynamış, bu səbəbdən işləri Həmzəyevə tapşırmışdır. Təqsirləndirilən şəxsN çox vaxt döyüş növbəsinə çıxanda özbaşına gəlib yeməkxanada oturmuş, bölük komandirinə ata demişdir. Bundan başqa bölük komandiri əsgər Cəlalov Qafuru da sıxışdırmış, Qafur bölük komandirinin ona ilişdiyini bildirmişdir. Zərərçəkmiş şəxs8 bölük komandirindən zəng edib evlərinə şikayət etmiş, bundan sonra onu hərbi hissəyə düşürülmüş, bir neçə gün sonra bölük komandiri də hərbi hissəyə getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs8 “Gərməçataq” mövqeyinə göndərilmişdir. N8 mart N0N3-cü ildə “Gərməçataq” mövqeyində olarkən X40 özünü silahdan atəş açıb vuraraq öldürməsini öyrənmişdir (i.v. İİ cild 110-117). Məhkəmə istintaqı zamanı zərərçəkmiş və şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, hadisələrin baş vermə tarixləri ilə bağlı onların xatirələrində müəyyən müxtəliflik olsa belə, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə onların ifadələrinin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin ittiham tərəfindən təqdim olunan təsviri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiq olunur. Müdafiə tərəfinin mövqeyi iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə təkzib olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” N8 mart N0N3-cü il tarixli qərardan görünür ki, N №-li hərbi hissənin əsgəri X15 özünü öldürməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N5-ci maddəsi ilə cinayət işi başlanmış, mərhum əsgər XN5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında” 06 aprel N0N3-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum X15 atası X18 onun hüquqi varisi qismində tanınmışdır (i.v İ cild 98). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” N1 iyun N0N3 və N3 iyun N0N3 -cü il tarixli qərarlardan görünür ki, əsgərlər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, X6, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar (i.v V cild 60- 65, 11N-1N1). “Əməlin tövsif edilməsi və cinayət təqibinin başlanması haqqında” N1 iyun N0N3-cü il tarixli qərardan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 iyul və N iyul N0N3-cü il tarixli qərarlardan, müvafiq protokollardan, həmçinin “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” N iyul N0N3-cü il tarixli qərardan, “Axtarışda olan şəxsin tutulması barədə” 08 iyul N0N3-cü il tarixli və “Axtarışda olan şəxsin təhvil verilməsi barədə” 08 iyul N0N3-cü il tarixli protokollardan görünür ki, istintaqın sonrakı gedişində Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N5, 3N9.3 və 341.3-cü maddələrinin, Təqsirləndirilən şəxsN əməllərində isə Cinayət Məcəlləsinin 33N.3-cü maddəsinin tərkibi olması müəyyən edildiyindən N1 iyun N0N3-cü il tarixdə onların əməlləri Cinayət Məcəlləsinin qeyd edilən maddələrinə tövsif edilərək barələrində cinayət təqibi başlanmış, 03 iyul N0N3-cü il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və elə həmin gün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N5, 3N9.3 və 341.3-cü maddələri ilə ittiham elan edilmiş, N iyul N0N3-cü il tarixdə isə Təqsirləndirilən şəxsN təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxsN çağırışa gəlməkdən qəsdən boyun qaçırıb istintaq orqanından gizlədiyindən barəsində N iyul N0N3-cü il tarixdə axtarış elan edilmiş, Təqsirləndirilən şəxsN 08 iyul N0N3-cü il tarixdə, saat 1N:00-da Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə gətirilərək tutulmuş, 09 iyul N0N3-cü il tarixdə Naxçıvan Hərbi Prokurorluğuna gətirilərək təhvil verilmiş və elə həmin gün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.3-cü maddəsi ilə ittiham elan edilmişdir (i.v V cild 40-5N, 18N-189, 196, Vİ cild 19-N4, N6-30, 64-65). “Hadisə yerinə baxış keçirilməsi haqqında” N8 mart N0N3-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, hadisə Şahbuz rayonu, Şada kəndi yaxınlığında yerləşən, şərti olaraq “Düz” adlanan mövqenin ərazisində baş vermişdir. Baxış zamanı “Düz” mövqeyi dağlıq ərazidə, düşmənlə təmas xəttində yerləşdiyi, mövqenin ərazisində yataqxana, ayaqyolu və digər zəruri xidməti otaqlarının olduğu, mövqenin yataqxanasının sol arxa hissəsində müşahidə məntəqəsi yerləşdiyi, müşahidə məntəqəsinin beton materialdan olmaqla qapısının dəmir materialdan olduğu, müşahidə məntəqəsində sutkalıq döyüş növbətçiliyinin təşkil edilib aparıldığı, ətrafının təkərlərlə çəpərləndiyi müəyyən edilmişdir. Həmçinin baxış zamanı iştirakçı əsgər əsgər Zərərçəkmiş şəxs1 döyüş növbətçiliyində olan X48u dəyişən zaman onun müşahidə məntəqəsində olmadığını, bu barədə bölük komandirinə məlumat verdiyini, bölük komandirinin patrulda ola biləcəyinini, əraziyə baxmalarını tapşırdığını, buna görə müşahidə məntəqəsindən səngərboyu hərəkət etdiyini, onu səslədiyini, ancaq səs gəlmədiyini, onunla birlikdə Məhəmməd Abbaslı və Zərərçəkmiş şəxs4 da getdiyini, səngərin içərisində olan atəş sektorlarına və ehtiyat sığınacağa baxdığını, 16 nömrəli atəş sektoruna çatan zaman X48u dizi üstə çökmüş şəkildə, başı səngərin torpaq divarına dayanmış halda, əli ilə silahını tutmuş vəziyyətdə gördüyünü, bundan sonra köməkli şəkildə X40 yataqxananın yanına aparıldıqlarını demişdir. Baxış zamanı iştirakçı əsgər Zərərçəkmiş şəxs1 dediyi istiqamətdə, müşahidə məntəqəsindən səngər boyu hərəkət etdikdə yerdə qanabənzər ləkələr müəyyən edilmiş, müşahidə məntəqəsi ilə hadisənin baş verdiyi yerin arasındakı məsafənin 160 metr olduğu, səngərin yan divarlarının daşlarla hörülü şəkildə olduğu, səngərin düşmənlə təmas xəttinə düşən hissəsinin təkərlərlə çəpərlənmiş halda olduğu, səngərdə atəş sektorları və ehtiyat sığınacaq, səngərin son hissəsində isə köhnə müşahid məntəqəsinin yerləşdiyi, əsgər Zərərçəkmiş şəxs1 X48u gördüyü yerdə 16 nömrəli atəş sektorunun yerləşdiyi, 16 nömrəli atəş sektorundan köhnə müşahidə məntəqəsin istiqamətdə, 4 metr aralıda yerdə, lülə hissəsi səngərin torpaq divarına dayanmış, qundaq hissəsi yerdə olan, üzü yuxarı istiqamətli avtomat silahın müəyyən edildiyi, avtomat silahın qundağının səngərin divarından N8 sm aralıda olduğu, avtomat silahın üzərində darağın olmadığı, silahın üzərinə kəmər keçirildiyi, silahın və kəmərin üzərinə qanabənzər maye və torpaq bulaşdığı, silahın qoruyucusu sonacan açılmaqla tək atəş vəziyyətində olduğu, silahın üzərinə daraq birləşdirildiyi, təhlükəsizlik məqsədilə avtomat silahın çaxmaq çərçivəsi geri çəkilib buraxıldıqda içərisinin boş olduğunun müəyyən edildiyi, silahın qoruyucusunun bağlandığı, həmçinin silahın ətrafında, torpaqlıq yerdə qeyri müəyyən şəkilli, axıntı formalı, NN0x78 sm ölçülü qanabənzər mayenin olduğu, avtomat silahın qundağından 58 sm aralıda, səngərin divarının yanında yerdə, torpağa bulaşmış halda bir ədəd giliz olduğu (giliz 1 rəqəmi ilə nömrələndi), avtomat silahın qundağından köhnə müşahidə məntəqəsi istiqamətə, 1N0 sm aralıda, 1 rəqəmi ilə nömrələnmiş gilizdən 10N sm aralıda, yerdən 60 sm hündürdə, səngərin 16 nömrəli atəş sektoru ilə üz-üzə torpaq divarının üzərində bir ədəd gilizin aşkar olunduğu (gizil N rəqəmi ilə nömrələndi), avtomat silahın qundağından 3N0 sm aralıda, 16 nömrəli atəş sektoru istiqamətində, atəş sektoru ilə üz-üzə səngərin torpaq divarından 8N sm aralıda yerdə, üzəri qanabənzər ləkələrə və torpağa bulaşmış, üst orta hissəsi 1.NxN sm ölçülü qeyri-müəyyən formalı çırılmış halda deşik olan dəmir materiallı, yaşıl rəngli bir ədəd dəbilqənin aşkar edildiyi, dəbilqənin içəri hissəsinə baxan zaman kəmərinin açılmış halda olduğu, içərsinin də qanabənzər mayeyə bulaşdığı müəyyən edilmişdir (i.v İ cild 18-N8). “Meyitə baxış keçirilməsi haqqında” N8 mart N0N3-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum X10 meyitinin xarici müayinəsi zamanı Şərti olaraq “Düz” adlanan mövqenin yataqxanasının sağ tərəfində, pilləkənin üzərində xərəkdə meyitin uzadıldığı, meyitin üzərinə göy rəngli mələfə ötrüldüyü, mələfənin yuxarı hissəsinin qırmızı rəngli qanabənzər maddəyə bulaşdığı, mələfə götürüldükdən sonra xərəyin üzərində əynində səhra forması, zirehli gödəkçə olan meyit olduğunun aşkar edildiyi, zirehli gödəkçənin ön hissəsinin qanabənzər maddə və torpağa bulaşdığı, zirehli gödəkçənin ön hissəsində iki ədəd cibin olduğu, hər cibdə iki ədəd olmaqla ümumilikdə ciblərdə 4 ədəd dolu daraq olduğu, zirehligödəkçənin üzərinə “əsgər Yaqubov.N.N” birkasının tikildiyi, zirehli gödəkçənin ön hissəsində olan hissəyə metal lövhə yerləşdirildiyi, zirehli gödəkçə çıxarıldıqda meyitin üzərində isti səhra gödəkçəsinin olduğu, səhra gödəkçəsinin yuxarı çırmalandığı, bir düyməsinin bağlı olduğu, zəncirbəndinin və digər düymələrinin açıq oluğu, səhra gödəkçəsinin sol döş cibində bir ədəd qara rəngli pul qabının olduğu, pul qabının içərisində üzərində müxtəlif rəqəmlər yazılmış bir ədəd kağız parçasının olduğu, səhra gödəkçəsinin sol yan cibində bir ədəd qara rəngli blaknot olduğu, blaknotun içərisində müxtəlif yazıların olduğu, müxtəlif şəxslərin adları və nömrələrinin yazıldığı, bundan başqa həmin cibdə iki ədəd, qırmızı və yaşıl rəngli alışqan, bir ədəd göy rəngli sadə qələm olduğu, səhra gödəkçəsinin digər döş cibinin boş olduğu, yan cibin cırıq olduğu, səhra gödəkçəsini açdıqda isti səhra geyiminin üst forması, kitel olduğu, kitelin ciblərinin boş olduğu, şalvarın sol yuxarı cibində bir ədəd kağız parçasının olduğu, kağız parçasının qatlanmış halda olduğu, kağız parçasının qatları açıldıqdan sonra kağızda “özümü vurmağımın səbəbi artıq bezmişdim, artıq heç neyi fikirləşmirdim, həyatdan yaşamaqdan bezmiş heç nəyi fikirləşmirdim. Heç kim məni istəmirdi, özümü ən axırıncı adam kimi hiss edirəm. heç kim məni yaxşı görüb baxmırdı, bu şəraiti mən özüm yaratmışdım, nə qədər deyib gülsəm də məni tpoy kimi fikirləşirdim, nə qədər səbr etsəm də alınmırdı, mən bir neçə adama demişdim ki, bu postda Kurqan məsələsi olacaq, deyirdim heç kim inanmırdı. Və o gün bu gün imiş, mən elədiyim intizamsızlığa özüm bezib aşağıya düşüb atamı briqadaya çağırmaqdan utanırdım. Buna görə evdəkilərə, burda olan bölük komandirimə tabe olduqlarıma yük olmaq istəmirəm, bölük komandirim bir çox intizamsızlığıma dözüb mənə tövsiyə vermişdi, bu gün etdiyim intizamsızlıq yenə məni aşağı briqada gedəcəm və yüz faiz atamı çağıracaqlar, mən də bu şey olmasın, həbsə getməyim deyə intihar edirəm, mən azərbaycan əhalisi 10 miliyon olsun deyə doğulmuşam, mənim yaşamağımın heç kimə faydası yoxdur, buna görə özümə qəsd edirəm. mənə dedim kimin mənim yaşamağım heç kimə faydam olmadığı kimi ölməyim heç kimə ziyana düşməyəcək, mənim istədiyim ailəmi görmək (186) gün altı aya başa vuracaq idi o istədiyim də mənə qismət olmadı bu düz postunda olan əsgər, zabit heyətlərim heç bir günahları yoxdu məni özümü vurmağımı heç biri bilməsin bilsələr əminəm ki evdəkilər çox pis olacaqlar” sözlərin yazıldığı, şalvarın digər yuxarı cibində bir ədəd “Milano” markalı siqaretin olduğu, şalvarın sağ yan cibində bir ədəd dəsmalın, bir ədəd şevronun olduğu, şalvarın digər ciblərinin boş olduğu, şalvarın üzərində müxtəlif qanabənzər ləkələrin olduğu, meyitin çənəsinin altında ətrafında geniş sahədə qaramtıl ləkə olan kiçik ölçülü nisbi oval formalı yaranın olduğu, meyitin sifətinin sol yarısı və alın nahiyəsinin qanabənzər maddə ilə bulaşdığı, ağzının qapalı olduğu, burun dəliklərində qurumuş qan olduğu, başında isti qış papağı olduğu, meyitin təpə nahiyəsində böyük ölçülü yara olduğu, yaranın mənfəzində sümük və beyin toxumasının görsəndiyi, papağın əksər hissəsinin qanabənzər maddə ilə bulaşdığı müəyyən olunmuşdur (i.v İ cild 5-17). “Məhkəmə-Tibbi Ekspertizası”nın N8 mart N0N3-cü il tarixli, 1 №-li rəyində Nail Yaqubovun meyitində “giriş dəliyi çənəaltı nahiyədə, çıxış dəliyi təpə nahiyəsində olan, yara kanalı boyunca başın yumşaq toxumalarının geniş həcmdə zədələnmələri, kəlləni təşkil edən sümüklərin çoxsaylı, qəlpəli və xətti, defektli sınıqları, baş beyinin ağır dərəcəli əzilib dağılması ilə müşayiət olunan, aşağıdan-yuxarıya, bir qədər öndən-arxaya istiqamətli başın bir ədəd dəlib-keçən yarası” xəsarətlərinin aşkar olunduğu, qeyd edilən xəsarətlərin həyati olmaqla mərhumun ölümündən az əvvəl patronu mis tərkibli mərmi (güllə) ilə doldurulmuş, odlu silahdan açılmış bir atəş nəticəsində törəndiyi, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aid olub, hazırki hadisədə ölümlə nəticələndiyi, çənəaltı nahiyədən götürülmüş dəri parçasının üzərində bir ədəd dəlib-keçən yaranın aşkar edildiyi, bu yaranın odlu silah yaralanmasının giriş yarası olduğu, patronu mis tərkibli mərmi (güllə) ilə doldurulmuş silahdan, atəşin əlavə faktorlarının təsir etdiyi yaxın məsafənin birinci zonasından (dirənmiş vəziyyətdən 5 sm-dək məsafə hüdudunda) açılmış atəş nəticəsində törənməyə uyğun gəldiyi, təqdim olunmuş dəri parçasının üzərində tam büruzə olunan sıyrıq və çirklənmə həlqələrinin olmamasına görə odlu silahın kalibri haqqında fikir söyləməyin mümkün olmadığı, çıxış dəliyi baş geyimi ilə örtülü nahiyə olduğundan odlu silahın kalibrinin təyininə hadisə vaxtı mərhumun əynində baş geyimi olmuşdursa, həmin paltarın kriminastik tədqiqatının əhəmiyyət kəsb edə biləcəyini, mərhum Nail Yaqubovun ölümünə kəllə sümüklərinin çoxqəlpəli və xətti, defektli sınıqları və massiv qanitirmə ilə müşayiət olunan baş beyinin geniş həcmdə əzilib-dağılmasının səbəb olduğu, ölümün Nail Yaqubovun meyitninin müayinəsindən 5-7 saat əvvəl baş verdiyi, hadisənin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə baş verməsinin istisna edilmədiyi, mərhum Nail Yaqubovun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində digər hər hansı xəsarət və ya xəsarət izlərinin, o cümlədən əlbəyaxa mübarizəyə və zorakı öldürməyə xarakterik xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı, Nail Yaqubovun meyitindən götürülmüş qanda etil spirti, narkotik vasitələr, psixatrop, güclü təsiredici və zəhərləyici maddələrin aşkar edilmədiyi, Nail Yaqubovun meyitinin düz bağırsaq möhtəviyyatından hopdurularaq götürülmüş tamponun üzərində spermatozoidlərin aşkar olunmadığı göstərilmişdir. (i.v İİİ cild 116-1N0). “Kompleks məhkəmə-ballistik və trasoloji ekspertizası”nın 05 may N0N3-cü il tarixli, 36N-363-364 nömrəli rəyində tədqiqata təqdim edilmiş bir ədəd silahın 5,45 mm kalibrli olmaqla 1984-cü ildə zavod üsulu ilə istehsal edilmiş, «3090181 » nömrəli “AK-74” konstruksiyalı yivli avtomatik tüfəng olduğu, odlu silah hesab edildiyi, silahın saz, atəş açmaq üçün yararlı olduğu, çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyinə normal hesab olunan qüvvə (1,9-N,1 kq) sərf olunduğu, həmin silahın tətiyini çəkmədən öz-özünə atəşin açılmasının mümkün olmadığı, təqdim edilmiş iki ədəd predmetin 1974-cü il nümunəli olmaqla zavod üsulu ilə istehsal edilmiş, “AK-74”, “AKC-74”, “AKC-74Y” və.s konstruksiyalı avtomat silahlarda, “RPK-74” və “RPKS-74” əl pulemyotlarında və.s silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 5,45 kalibrli patronun hissələri-gilizləri olduğu, təqdim edilmiş iki ədəd gilizin «3090181 » nömrəli “AK-74” konstruksiyalı avtomat silahdan atıldığı, təqdim edilmiş bir ədəd hərbi dəbilqənin və bir ədəd yunaoxşar hərbi papağın üzərində olan “a” zədələrinin odlu silahdan açılmış bir atəş nəticəsində yetirilməyə xarakterik çıxış zədəsi olduğu, müvafiq giriş zədəsi olmadığından atəşin məsafə və istiqamətini, eləcə də çıxış zədəsinin zəruri əlamətlərə malik olmaması səbəbindən zədəni yaratmış mərminin-güllənin diametrini (kalibrni) müəyyən etməyin mümkün olmadığı, təqdim edilmiş bir ədəd hərbi zirehli jiletin, bir ədəd hərbi gödəkçənin, bir ədəd kitelin, bir ədəd hərbi cemperin, bir ədəd uzunqol maykanın, bir ədəd hərbi şalvarın, bir ədəd alt tumanının, bir cüt çəkmənin və bir cür corabın üzərinlərində odlu silahdan açılan atəş nəticəsində yaranmağa xarakterik zədələr aşkar edilmədiyi, təqdim edilmiş bir ədəd hərbi dəbilqənin, bir ədəd yunaoxşar hərbi papağın, bir ədəd zirehli jiletin, bir ədəd hərbi gödəkcənin, bir ədəd kitelin üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin olduğu, bir hərbi cemperin, bir ədəd uzunqol maykanın, bir ədəd hərbi şalvarın, bir ədəd alt tumanının, bir cüt çəkmənin və bir cüt corabın üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin olmadığı, təqdim edilmiş N.Yaqubova məxsus paltarların üzərində heç bir trasoloji zədə, o cümlədən əlbəayaxa mübarizəyə, zorakıllıqla yetirilməyə xarakterik zədə(lər) və iz(lər)in müəyyən edilmədiyi göstərilmişdir (i.v İİİ cild 88-94). “Məhkəmə daktiloskopik ekspertizası”nın 1N aprel N0N3-cü il tarixli, 340 nömrəli ekspert rəyində cinayət işi üzrə tədqiqata təqdim edilmiş AK-74 markalı, ******* №-li silahın səthində heç bir əl-barmaq və papilyar naxış izlərinin aşkar edilmədiyi göstərilmişdir (i.v İİ cild 47-49). “Məhkəmə-xətşünaslıq ekspertizası”nın N7 aprel N0N3-cü il tarixli, 4/636 və 5/55N nömrəli rəylərində ekspertizaya təqdim olunmuş, üz tərəfində “Özümü vurmağımın səbəbi artıq bezmişdim...”sözləri ilə başlayıb, arxa tərəfdə “...bilsələr bundan əminəm ki, evdəkilər çox çox pis olacaqlar” sözləri ilə bitən 01 ədəd məktubdakı əlyazmalar ilə üz tərəfində “Gecə öz dillərindi Pulun çox olsa...” sözləri ilə bağlayıb, arxa tərəfdə “...Şu dağlarda kor olsaydım Tək adamsan bu gedər” sözləri ilə bitən 01 vərəqdəki, 11x7,5 sm ölçülü qara üzlüklü cib dəftərçəsindəki, N8 fevral N0N3-cü il tarixli N nömrəli hərbi hissənin komandirinə yazılmış izahatdakı və 15 noyabr N0N1-ci il tarixli Tərcümeyi-haldakı yazıların eyni şəxs tərəfindən icra olunduğu, tədqiqata təqdim edilmiş üzərində “X15 meyitinə baxış keçirilən zaman üzərindən götürüldüyü” qeyd edilən bir cüt qoşa vərəqdə əks olunmuş əlyazılarının, təqdim edilmiş diyircəkli qələmlə ekspert tərəfindən icra edilmiş mətndəki cizgilərin rəngləyici maddələrinin kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunduqları göstərilmişdir (i.v İİ cild N4N-N45). Əlavə “Məhkəmə-xətşünaslıq ekspertizası”nın N3 may N0N3-cü il tarixli, 468 nömrəli rəyində ekspertizaya təqdim olunmuş N5Nx186-mm ölçülü damalı qoşa dəftər vərəqəsinin bir tərəfində “Özümü vurmağımın səbəbi artıq bezmişdim...” sözləri ilə başlayıb, “...yük olmaq istəmirəm Bölük komandirim” sözləri ilə bitən, digər tərəfində isə “bir çox intizamsızlığıma dözüb mənə...” sözləri başlayıb, “...bundan əminəm ki evdəkilər çox pis olacaqlar” sözləri ilə bitən əlyazmalarda yazının qeyri-adi psixofizioloji vəziyyətdə (həyəcanlı, yorğun, sərxoş, psixoloji gərgin vəziyyət və s.) icra olunmasını xarakterizə edən əlamətlərin müşahidə edilmədiyi göstərilmişdir (i.v İİİ cild 178-180). “Məhkəmə-psixatrik ekspertizası”nın 15 may N0N3-cü il tarixli, 114 saylı rəyində X15 hər hansı psixi xəstəliyə tutulmadığı, N8 mart N0N3-cü il tarixdə avtomat silahdan çənəaltı nahiyəsinə atəş açıb özünü öldürərkən öz hərəkətlərinin ölçüb-biçmək və onları idarə etmək imkanında olduğu göstərilmişdir (i.v İİİ cild 188-194). “Məhkəmə-psixoloji ekspertizası”nın 1N iyun N0N3-cü il tarixli, 549 nömrəli rəyində X15 fərdi-psixi xüsusiyyətlərində onun özünü öldürməsində təzahür etmiş bəzi psixogendepressiv reaksiya əlamətlərinin müşahidə olunduğu, Nail Yaqubovun özünü öldürməzdən əvvəlki dövrdə frustrasiya (insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması, arzu və istəyinə çata bilməməsi) halını keçirdiyi, Nail Yaqubovun özünü öldürməzdən əvvəlki dövrdə keçirdiyi frustrasiya halının qarşılaşdığı şəraitlə-bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 və əsgər Təqsirləndirilən şəxsN tərəfindən mütəmadi olaraq döyülməsi, digər əsgər yoldaşlarının yanında söyülərək alçaldılması, nüfuzdan düşməsi, istirahət vaxtlarından kəsildiyi üçün döyüş növbəsində yatması, xidmət zamanı düşmən tərəfə icazə verilməyən mövqelərdən baxması səbəbindən ona həbs verilməsi və intizamsızlığa yol verməsinə görə buraxılışa gedə bilməməsi, bunun üçün atasının hərbi hissəyə bir neçə dəfə çağrılması, yenidən hərbi hissəyə aparılaraq həbs olunacağını, atasının oraya gəlməsini yəqin etməsi, olanlara görə ona qarşı hamıda mənfi fikrin yaranmasını düşünməsi ilə səbəbli-nəticə əlaqəsində olduğu göstərilmişdir (i.v İV cild 185-19N). “Məhkəmə-Tibbi Ekspertizası”nın N0 aprel N0N3-cü il tarixli, 108 №-li, N5 aprel N0N3-cü il tarixli, 113 №-li, 16 iyun N0N3-cü il tarixli, 171, 17N, 173, 174, 175 və 176 №-li rəylərindən görünür ki, əsgərlər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, X6, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizasından keçirilmiş, müvafiq ekspert rəylərində onların bədən səthlərində müvafiq qərarların təsviri hissəsində göstərilmiş hadisələrlə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir (i.v İİ cild N01, NN8, İV cild NN7- N3N). N5, N6 aprel N0N3-cü il tarixli, 06 iyul N0N3-cü il tarixli, 1N iyul N0N3-cü il tarixli “Üzləşdirmə haqqında” protokollardan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs1 ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Seydalı oğlu, X6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 arasında, Təqsirləndirilən şəxsN ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Şahid3 üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı həmin şəxslər ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək təqsirləndirilən şəxslərin X48a zor tətbiq etmələrini, onun şərəf və ləyaqətini alçaltmalarını və digər qanunsuz hərəkətlərini onların üzlərinə qarşı da demişlər (i.v Vİ cild 38-39, 40-43, 44-46, 47-49, 50- 5N, 167-168, 169-171, İİ cild 195-199). N №-li hərbi hissə komandiri tərəfindən verilmiş aprel N0N3-cü il tarixli, 479 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin "Düz" mövqeyi düşmənlə təmas xəttində olmaqla döyüş şəraitində yerləşir və "Düz" mövqeyi düşmənin "Təkər" mövqeyi ilə 600-700 metr məsafədədir (i.v İİ cild N). N №-li hərbi hissə komandirinin N iyul N0NN-ci il tarixli, 197 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kapitan Təqsirləndirilən şəxs1 hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir (i.v İİ cild 14). N15 №-li hərbi hissə komandirinin 1N aprel N0N3-cü il tarixli, 5 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kapitan Təqsirləndirilən şəxs1 hərbi hissənin N-ci taborunun, 5-ci bölüyünün, 1-ci taqımının komandiri vəzifəsinə təyin edilmişdir (i.v V cild 105). N №-li hərbi hissə komandirinin N iyul N0NN-ci il tarixli, 185 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxsN hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün 1-ci taqımının N-ci manqasının heyət nəfəri vəzifəsinə təyin edilmişdir (i.v İİİ cild N16). N15 №-li hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli, 4N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxsN hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının heyət nəfəri-atıcısı vəzifəsinə təyin edilmişdir (i.v İİ cild 79). N15 №-li hərbi hissə komandirinin N aprel N0N3-cü il tarixli, 117 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxsN həmin tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır (i.v V cild 110). N №-li hərbi hissə komandirinin N iyul N0NN-ci il tarixli, 188 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər XN5 hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün radiotelefonçusu vəzifəsinə təyin edilmişdir ( i.v İİ cild 8). N №-li hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli, N81 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, əsgər Zərərçəkmiş şəxs5 hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün 1-ci taqımının N-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs8 hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün N-ci taqımının 1-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs4 hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün N-ci taqımının 1-ci manqasının heyət nəfəri vəzifəsinə təyin edilmişlər (i.v İİİ cild NN3, İV cild N41, N46). N №-li hərbi hissə komandirinin N iyul N0NN-ci il tarixli, 185 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, əsgər Zərərçəkmiş şəxsN hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün 1-ci taqımının N-ci manqasının tuşlayıcı vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs1 Seydalı oğlu hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün 1-ci taqımının N-ci manqasının baş atıcı vəzifəsinə, əsgər X6 hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün 1-ci taqımının N-ci manqasının pulemyotçu vəzifəsinə təyin edilmişlər (i.v İV cild 110, N49, V cild 3). N №-li hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli, N90 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, əsgər Zərərçəkmiş şəxs7 hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün N-ci taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs3 hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının atıcı-sanitarı vəzifəsinə təyin edilmişlər (i.v İİ cild 15, V cild N). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş 18 aprel və 0N iyun N0N3-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN əvvəllər məhkum olunmamışlar (i.v İİ cild N03, İV cild NNN). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 10 aprel N0N3-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur (i.v İİ cild 16). N15 №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 13 aprel N0N3-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsN xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur (i.v İİ cild 80). N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 07 iyun N0N3-cü il tarixli, 670 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 07 iyun N0N3-cü il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və onun həmin dövr üçün hərbi xidmətə yararlı olduğu müəyyyən edilmişdir (i.v İV cild 197). N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş N8 aprel N0N3-cü il tarixi, 414 №-li arayışdan görünür ki, təqsirləndirilən şəxs X1N N8 aprel N0N3-cü il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və onun həmin dövr üçün hərbi xidmətə yararlı olduğu müəyyyən edilmişdir (i.v İİİ cild 110). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X45 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0N3-cü il tarixli, 9485 №-li cavab məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.N003-cü il təvəllüdlü X1N həmin tibb müəssisəsində müalicədə olmamışlar. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X7 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış müvafiq olaraq xx.xx.N0N3-cü il tarixli, 88N №-li cavab məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 həmin tibb müəssisəsində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatı olmamışıdır (i.v V cild N41). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər Psixiatriya Xəstəxanası” tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0N3-cü il tarixli, 154 №-li cavab məktubundan görünür ki, xx.xx.N003-cü il təvəllüdlü X1N həmin tibb müəssisəsində müalicədə olmamışdır (i.v İX cild). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər Narkoloji Dispanseri” tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0N3-cü il tarixli, NN9 №-li cavab məktubundan görünür ki, xx.xx.N003-cü il təvəllüdlü X1N həmin tibb müəssisəsində qeydiyyatda olmamışdır (i.v Vİ cild 161). Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 04 iyul N0N3-ci il tarixli, 4- 1(09N)-3/N0N3 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 04 iyul N0N3-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v Vİ cild 1-10). Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 09 iyul N0N3-ci il tarixli, 4- 1(09N)-4/N0N3 №-li qərarından görünür ki, təqsirləndirilən şəxs X1N barəsində əvvəli 08 iyul N0N3-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v Vİ cild 15N-159). “Maddi sübut kimi tanınma haqqında” 11 may N0N3-cü il tarixli və N5 may N0N3-cü il tarixli qərarlardan görünür ki, cinayət işi üzrə Cinayət işi üzrə 1 ədəd «3090181 » nömrəli “AK-74” konstruksiyalı avtomat silah, iki ədəd giliz, bir ədəd hərbi dəbilqə, bir ədəd yunaoxşar hərbi papaq, bir ədəd hərbi zirehli jilet, bir ədəd hərbi gödəkçə, bir ədəd kitel, bir ədəd hərbi cemper, bir ədəd uzunqol mayka, bir ədəd hərbi şalvar, bir ədəd alt tumanı, bir cüt çəkmə və bir cüt corab, həmçinin N.N.Yaqubovun meyitinin xarici müayinəsi zaman götürülmüş və üzərində onun tərəfindən icra edilmiş latın qrafikalı əlifba ilə mətn yazılmış vərəq, həmin yazıları icra etdiyi göy rənglə yazan qələm maddi sübut kimi tanınmışdır (i.v İİİ cild 95-96, 181-183). Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxslərə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə təqsirləndirilən şəxslərin təqsirləndirildikləri Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxslərə təyin olunacaq cəzaları yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “XN0rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsN törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, əsgər Təqsirləndirilən şəxsN N nömrəli hərbi hissəsinin 4-cü taborunun Şahbuz rayonunun Şada kəndi ərazisində yerləşdirilmiş 1N-ci bölüyünün dağlıq ərazidə, düşmənlə həmsərhəddə yerləşən şərti olaraq “Düz” adlandırılan mövqeyində heyət nəfəri vəzifəsində xidmət edərkən yuxarı çağırışçı olmasından və bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 ona yaratdığı əlverişli şəraitdən istifadə edərək, kollektivdə imtiyazlı mövqeyə malik olmaq, həmin mövqedə radio-telefonçu vəzifəsində xidmət edən, onunla tabelik münasibətlərində olmayan, X4n üzərində üstünlüyünü nümayiş etdirib onu özünə tabe etdirmək məqsədilə ona qarşı etdiyi amansız rəftarında və zorakı əməllərində, o cümlədən əsgər Təqsirləndirilən şəxsNlə yanaşı bölük komandiri kapitan Təqsirləndirilən şəxs1 da qanunsuz hərəkətlərinə məruz qalması nəticəsində X4n frustrasiya halını, yəni insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması, arzu və istəyinə çata bilməməsi vəziyyətini keçirərək ilk dəfə N0N3-cü ilin fevral ayının əvvəllərində, patrul xidmətində olarkən özünü öldürməyə cəhd etməsi, o cümlədən N8 mart N0N3-cü il tarixdə, təqribən saat 11:30 radələrində döyüş növbəsində olarkən xidməti istifadəsində olan “AK-74” markalı, “3090181” №-li avtomat silahla özünü öldürməsi ilə nəticələnən əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda) mövcud olmuşdur. Həmçinin məhkəmə iş materiallarını təhlil edərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsN törətdiyi əməllər Azərbaycan Respublikası CMnin 33N.3-cü maddəsi ilə düzgün tövsif edilsə də, həmin cinayətin bir epizodu üzrə (Təqsirləndirilən şəxsN müxtəlif vaxtlarda ondan qorxmasından istifadə edərək, öz iradəsinə tabe etdirdiyi X48dan hədə-qorxu tətbiq etməklə özünə siqaret almaq üçün 3-5 manat məbləğlərində pul istəyib özgənin xeyli miqdarda əmlakını tələb edib almış,....) cinayətin yolu ilə əldə edilmiş əmlakın məbləği ilə bağlı yalnış qənaətə gəlinmişdir. Belə ki, müxtəlif vaxtlarda əsgər Təqsirləndirilən şəxsN öz iradəsinə tabe etdirdiyi X48dan hədəqorxu ilə tələb edərək aldığı 3-5 manat məbləğlərində pul istintaq orqanı tərəfindən xeyli miqdar kimi qiymətləndirildiyindən, məhkəmə hesab edir ki, dövlət ittihamçısının məhkəmə baxışı zamanı bu barədə çıxışı (təklifi) də nəzərə alınmaqla, həmin epizod üzrə X48dan hədə-qorxu ilə alınan pulun miqdarı ilə bağlı hissə Təqsirləndirilən şəxsN qarşı verilmiş ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.3-cü maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 33N.1-1-ci maddəsində “xeyli miqdar” dedikdə yüz manatdan yuxarı, lakin min manatdan artıq olmayan məbləğ, 33N.1-N-ci maddəsində “külli miqdar” dedikdə min manatdan yuxarı məbləğ başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittihamın bu hissədə əsassız hesab edilməsinə dair məhkəmənin gəldiyi nəticə cinayətin tövsifinin dəyişməsinə, faktiki hallar baxımından ittihamın həcminin genişləndirilməsinə, dolayısıyla təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmur. Cinayət işi üzrə digər təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs1 törətdiyi əməllərin Azərbaycan Respublikası CM-in 1N5, 3N9.3 və 341.3-cü maddələri tövsif edilməsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən, öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etməsi, ondan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxslə amansız rəftar etməsi, ləyaqətini alçaltması, ona hədə-qorxu gəlməsi, habelə rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi və onun bu əməllərinin ağır nəticələrə səbəb olması (X4n frustrasiya halını keçirərək İlk dəfə N0N3-cü ilin fevral ayının əvvəllərində, patrul xidmətində olarkən özünü öldürməyə cəhd etməsi, o cümlədən N8 mart N0N3-cü il tarixdə, təqribən saat 11:30 radələrində döyüş növbəsində olarkən xidməti istifadəsində olan “AK-74” markalı, “3090181” №-li avtomat silahla özünü öldürməsi) İlə müşayiət olunan əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.3 və 341.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin dispozitiv şərti (CM-nin 3N9.3-cü maddəsinə nəzərən-hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda; CMnin 341.3-cü maddəsinə nəzərən-döyüş şəraitində rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) mövcud olmasına, onun rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən, öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etməsi, ondan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxslə amansız rəftar etməsi, ləyaqətini alçaltması, ona hədə-qorxu gəlməsi və onun bu hərəkətlərinin ağır nəticələrə səbəb olması ilə bağlı əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N9.3 ilə tamamilə əhatə olunmasına baxmayaraq, onun bu əməlləri istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 3N9.3-cü maddəsi ilə yanaşı əlavə olaraq həmin Məcəllənin 1N5-ci maddəsi ilə də tövsif edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməllərinin istintaq orqanı tərəfindən səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunması ittihamın əsassız olaraq ağırlaşdırılmasına, dolayısıyla təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına şərait yaratmış olur. Bu səbəbdən də məhkəmə hesab edir ki, dövlət ittihamçısının məhkəmə baxışı zamanı bu barədə çıxışı (təklifi) də nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N9.3 və 341.3-cü maddələri ilə tamamilə əhatə olunduğundan, Təqsirləndirilən şəxs1 əməllərinə düzgün şamil edilməmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N5-ci maddəsi ona qarşı verilmiş ittihamdan çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» N4 dekabr N0N1-ci il tarixli 15 №li Qərarının 37-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Həmin Qərarın 38-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittihamın bu hissədə əsassız hesab edilməsinə dair məhkəmənin gəldiyi nəticə cinayətin tövsifinin dəyişməsinə, faktiki hallar baxımından ittihamın həcminin genişləndirilməsinə, dolayısıyla təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmur. Eyni zamanda məhkəmə tərkibi təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 tabeliyində olan şəxsi heyətə qarşı yol verdiyi əməllərində işgəncə olmadığı ilə bağlı müdafiə tərəfinin fikrinə mübasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N93-cü maddəsinin qeyd hissəsində göstərilir ki, bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumi adla işgəncə qadağası, geniş çeşidli rəftar və cəzaları əhatə edir. Avropa İnsan Hüquqları Məhkəməsinin bəyan etdiyinə görə, rəftarın və ya cəzanın 3-cü maddəni pozan rəftar və ya cəza kimi tövsif edilməsi üçün: “pis rəftar minimum ağırlıq dərəcəsinə çatmalıdır... Bu minimumun qiymətləndirilməsi istər-istəməz nisbi xarakter daşıyır; bu, işin bütün hallarından, məsələn, rəftarın müddətindən, onun fiziki və ruhi nəticələrindən və bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır”. Məhkəmə tərkibi bu məsələ ilə bağlı belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəza tədbiri kimi tabeliyində olan əsgərlərə müxtəlif vaxtlarda zirehli gödəkçə və dəbilqə geyindirərək və ya yataq dəstləri ilə onları kəskin soyuq hava şəraitində çöldə patrul xidmətində qalmağa və ya yataqxanada bir neçə saat ayaqüstə dayanmağa məcbur etməsi, bəzən də növbəyə çıxanda yemək yemədən, ac-susuz döyüş növbəsinə göndərməsi-mərhum zərərçəkmiş şəxs Nail Yaqubovda yaratdığı psixoloji fəsadlara görə işgəncə kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsləri, mərhum zərərçəkmiş şəxsin hüquqi varisini, o cümlədən şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olmaları iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş müvafiq ekspert rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN onlara istinad edilən cinayət əməllərini törətmələri mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.3 və 341.3-cü maddələri və Təqsirləndirilən şəxsN təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.3-cü maddəsi Ağır cinayətlər kateqoriyasına daxildirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN barəsində onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN xidmət etdikləri hərbi hissə komandanlıqları tərəfindən müsbət xarakterizə edilmələri ilə bağlı halın onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alınmaması ilə bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 10 aprel N0N3-cü il tarixli xidməti xasiyyətnamə onun şəxsiyyətinin gerçək cizgilərini özündə əks etdirmədiyindən, Təqsirləndirilən şəxsN barəsində N15 №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 13 aprel N0N3-cü il tarixli xidməti xasiyyətnamə isə məlumatlı mənbədən əldə edilmədiyinə görə məhkəmə tərkibi həmin xasiyyətnamələri onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 barəsində N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 10 aprel N0N3-cü il tarixli xidməti xasiyyətnamənin məzmununa nəzər saldıqda görərik ki, həmin xasiyyətnamədə Təqsirləndirilən şəxs1 xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunaraq, qeyd olunmuşdur ki, kapitan Təqsirləndirilən şəxs1 hərbi hissədə xidmət etdiyi müddətdə özünü intizamlı bir zabit kimi göstərmiş, bölük komandiri kimi tabeçiliyində olan şəxsi heyətə nəzarət etməkdə, bölüyün şəxsi heyətinin uçotunun aparılmasını, ........döyüş sursatını və maddi vəsaitlərin miqdarını və vəziyyətini öyrənməyə çalışır. Azərbaycan Respublikası Silahlı qüvvələrinin nizamnamələrini və xidməti üzrə rəhbər sənədləri bilir. Bölükdə olan şəxsi heyətin təliminə və tərbiyəsinə rəhbərlik etməyi zəyif bacarır,.....şəxsi heyətin nizam intizama riayət etməsinə nəzarəti zəyifdir, ...və.s. Məhkəmə tərkibi hazırki cinayət işi üzrə kapitan Təqsirləndirilən şəxs1 tabeliyində xidmət edən 9 əsgərin onun tərəfindən yol verilmiş müxtəlif zorakılıq hərəkətləri nəticəsində zərərçəkmiş şəxs qismində tanınmalarını, zərərçəkmiş şəxs X4n özünü öldürməsini və həmin əsgərin özünü öldürməsinə münasibətdə onun bölük komandiri olmuş kapitan Təqsirləndirilən şəxs1 rolunu, o cümlədən kapitan Təqsirləndirilən şəxs1 xidməti vərəqəsindən çıxarışı (İ.v. İİ cild N0) nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 10 aprel N0N3-cü il tarixli xidməti xasiyyətnamə onun şəxsiyyətinin gerçək cizgilərini özündə əks etdirmədiyindən, bu hal onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz. Qeyd etmək zəruridir ki, kapitan Təqsirləndirilən şəxs1 xidməti vərəqəsindən çıxarışa nəzər saldıqda görərik ki, kapitan Təqsirləndirilən şəxs1 xidmət müddəti zamanı son 4 ay üçərisində yol verdiyi müxtəlif xidməti pozuntulara görə 3 dəfə (xx.xx.N0NN, xx.xx.N0N3, xx.xx.N0N3-cü il tarixlərdə) şiddətli töhmət cəzası almış, və onun barəsində müvafiq hərbi hissə komandanlığı tərəfindən xidmət müddəti ərzində heç vaxt həvəsləndirmə tədbiri tətbiq edilməmişdir (İ.v. İİ cild N0). Məhkəmə tərkibi Təqsirləndirilən şəxsN barəsində N15 №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 13 aprel N0N3-cü il tarixli xidməti xasiyyətnamə ilə bağlı isə qeyd etməyi zəruri hesab edir ki, əsgər Təqsirləndirilən şəxsN təqsirli bilindiyi hazırki cinayət işinin obyektiv halları (onun əsgər yoldaşı XN1 qarşı etdiyi nizamnamədən kənar qanunsuz hərəkətləri) onun N fevral N0N3-cü il tarixədək xidmət etdiyi N №-li hərbi hissədə baş vermişdir. Bu səbəbdən də, məhkəmə tərkibi hesab edir ki, əsgər Təqsirləndirilən şəxsN şəxsiyyətinin gerçək cizgilərini özündə əks etdirən xidməti xasiyyətnamə N15 №-li hərbi hissədən yox, onun xidmət etdiyi və təqsirli bilindiyi cinayət işi üzrə cinayətin obyektiv hallarının cərəyan etdiyi N №-li hərbi hissədən, yəni onun şəxsiyyəti barədə məlumatlı mənbədən əldə edilməli idi. Məhkəmə tərkibi əsgər Təqsirləndirilən şəxsN təqsirli bilindiyi hazırki cinayət işi üzrə X4n özünü öldürməsini və həmin əsgərin özünü öldürməsinə münasibətdə əsgər Təqsirləndirilən şəxsN rolunu, o cümlədən onun şəxsiyyəti barədə 13 aprel N0N3-cü il tarixli xidməti xasiyyətnamənin məlumatlı mənbədən əldə edilmədiyini nəzərə alaraq belə hesab edir ki, əsgər Təqsirləndirilən şəxsN barəsində N15 №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 13 aprel N0N3-cü il tarixli xidməti xasiyyətnamə onun şəxsiyyətinin gerçək cizgilərini özündə əks etdirmədiyindən, bu hal onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin kapitan Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələblərinin olmadığına gəldikdə isə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı dindirilərkən onlara qarşı törətdiyi cinayət əməllərini etiraf etməmiş və onlardan bu hərəkətlərinə görə üzr istəməmiş, barışıq üçün hər hansı cəhd etməmişdir. Lakin buna baxmayaraq zərərçəkmiş şəxslər (Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7 və X6) öz mərhəmətlərinə əsaslanaraq onu bağışladıqlarını bildirmişlər. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsi bağışlamalarında Təqsirləndirilən şəxs1 hər hansı rolu olmamış, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsi bağışlamaları onların öz şəxsi keyfiyyətlərindən, o cümlədən Təqsirləndirilən şəxs1 qarşı rəhmlərindən törəmişdir ki, bu hal da onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzaların növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.3-cü maddəsinin sanksiyasında-üç ildən səkkiz ilədək, 341.3-cü maddəsinin sanksiyasında isə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, o cümlədən Təqsirləndirilən şəxsN təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.3-cü maddəsinin sanksiyasında- üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzalarını yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan həddə real çəkilməli olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.3 və 341.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayətlərin məcmusunu yaradır və ona həmin məcəllənin 66.1 və 66.3cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edilməli və təyin edilmiş cəzaları qismən toplamaq yolu ona qəti cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, yalnız bu halda onların islah olunmasına və Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə nail olmaq olar. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN törətdikləri cinayət əməllərinin epizodlarının çoxluğu, ictimai təhlükəlilik dərəcəsi (zərərçəkmiş şəxslərin sayının çoxluğu (Təqsirləndirilən şəxs1 münasibətdə), vurulmuş zərərin qarşısı alınmaz və bərpa edilməz dərəcədə olması) onların kriminal meyilliliyinə dəlalət edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; X33rşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələbə cavab verir. Məhkəmə cəzaçəkmə müəsissəsinin növünü müəyyən edərkən belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CM-in 3N9.3, 33N.3 və 341.3-cü maddələri ağır cinayətlər kateqoriyasına aid olduqlarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə müvafiq olaraq onlara təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirli bilinən şəxslər barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış qətimkan tədbirləri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində 04 iyul N0N3-cü il tarixdə, Təqsirləndirilən şəxsN barəsində isə 09 iyul N0N3-cü il tarixdə seçilmiş “həbs” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq onlara təyin olunmuş cəzlar icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə tərkibi həmçinin cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması ilə bağlı məsələsini də müzakirə edərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 04 iyul N0N3-cü il tarixdən etibarən həbsdə saxlanıldığı müddət, o cümlədən Təqsirləndirilən şəxsN 08 iyul N0N3-cü il tarixdən etibarən təqsirləndirilən şəxs qismində tutulduğu müddət və 09 iyul N0N3-cü il tarixdən etibarən həbsdə saxlanıldığı müddətlər müvafiq olaraq onların cəzaçəkmə müddətlərinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 04 iyul N0N3-cü il tarixdən, Təqsirləndirilən şəxsN cəzaçəkmə müddətinin əvvəli isə 08 iyul N0N3-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 158.N-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 13N, 346 və 353-cü maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar-N №-li hərbi hissəyə məsul saxlanca verilmiş 1 (bir) ədəd «3090181» nömrəli “AK-74” konstruksiyalı avtomat silah, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan bir ədəd hərbi dəbilqə və bir ədəd hərbi zirehli jilet hökm qanuni qüvvəsini aldıqdan sonra N №-li hərbi hissənin istifadəsinə verilməli, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan iki ədəd giliz, bir ədəd yunaoxşar hərbi papaq, bir ədəd hərbi gödəkçə, bir ədəd kitel, bir ədəd hərbi cemper, bir ədəd uzunqol mayka, bir ədəd hərbi şalvar, bir ədəd alt tumanı, bir cüt çəkmə və bir cüt corab məhv edilməli, mərhum Nail Yaqubovun meyitinin xarici müayinəsi zaman götürülmüş və üzərində onun tərəfindən icra edilmiş latın qrafikalı əlifba ilə mətn yazılmış vərəq cinayət işinin materiallarında saxlanılmalı, mərhum Nail Yaqubovun həmin yazıları icra etdiyi göy rənglə yazan qələm mərhum Nail Yaqubovun hüquqi varisi olan atası X13 verilməlidir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan, mərhum Nail Yaqubovun meyitinin xarici müayinəsi zaman götürülmüş 1 ədəd cib dəftərçəsi və mərhum Nail Yaqubovun atası X18 tərəfindən təqdim edilən vərəq Nail Yaqubovun hüquqi varisi olan atası X13 qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə hadisə yerinə baxış, dindirmə və üzləşdirmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 5 (beş) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxsN məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan və “Məhkəmə-xətşünaslıq ekspertizası” üzrə aparılmış tədqiqatın dəyərindən ibarətdir. Belə ki, cinayət işi üzrə 10 avqust N0N3-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxsN müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N001ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata uyğun olaraq 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə “Məhkəmə-xətşünaslıq ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci -N30 (iki yüz otuz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:14N595, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X5, Kodu:N10005, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZNN, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N9.3 və 341.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 3N9.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 04 iyul N0N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsN təqsirləndirilən şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddətlər cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 08 iyul N0N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsN cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsN barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar-N №-li hərbi hissəyə məsul saxlanca verilmiş 1 (bir) ədəd «3090181» nömrəli “AK-74” konstruksiyalı avtomat silah, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan bir ədəd hərbi dəbilqə və bir ədəd hərbi zirehli jilet hökm qanuni qüvvəsini aldıqdan sonra N №-li hərbi hissənin istifadəsinə verilsin, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan iki ədəd giliz, bir ədəd yunaoxşar hərbi papaq, bir ədəd hərbi gödəkçə, bir ədəd kitel, bir ədəd hərbi cemper, bir ədəd uzunqol mayka, bir ədəd hərbi şalvar, bir ədəd alt tumanı, bir cüt çəkmə və bir cüt corab məhv edilsin, mərhum Nail Yaqubovun meyitinin xarici müayinəsi zaman götürülmüş və üzərində onun tərəfindən icra edilmiş latın qrafikalı əlifba ilə mətn yazılmış vərəq cinayət işinin materiallarında saxlanılsın, mərhum Nail Yaqubovun həmin yazıları icra etdiyi göy rənglə yazan qələm mərhum Nail Yaqubovun hüquqi varisi olan atası X13 verilsin. İş materiallarına əlavə edilmiş, mərhum Nail Yaqubovun meyitinin xarici müayinəsi zaman götürülmüş 1 ədəd cib dəftərçəsi və mərhum Nail Yaqubovun atası X18 tərəfindən təqdim edilən vərəq Nail Yaqubovun hüquqi varisi olan atası X13 qaytarılsın. İş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə hadisə yerinə baxış, dindirmə və üzləşdirmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 5 (beş) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci- məhkum Təqsirləndirilən şəxsN göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul ödənilsin. İş üzrə “Məhkəmə-xətşünaslıq ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci -N30 (iki yüz otuz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:14N595, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X5, Kodu:N10005, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZNN, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxsN isə hökmün surətinin verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abil Orucəliyev Hakimlər: Polad Həsənov Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar