Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-20/2021 01.10.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının müdiri Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, X7-Tədris Mərkəzinin inzibati binasında xx xxx 1994-cü ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmayan, Astara rayonunun Şiyəkəran kəndində daimi qeydiyyatda olan, N №-li hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etmiş, 03 iyun N-ci ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olan əsgər X5 qarşı təkrarən zor tətbiq etməklə nizamnamə qaydalarını pozmuşdur. Belə ki, baş leytenant Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 3-cü taqımın komandiri vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən "hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar" və 47-ci maddəsində göstərilən "komandir (rəis)... tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir" tələblərini pozaraq N-ci ilin mart ayının əvvəllərində, saat 12 radələrində əsgər yoldaşı ilə mübahisə etməsi səbəbindən yataqxananın qarşısında öz tabeliyində olan əsgər X3 yaxasından yapışıb sifətinə şillə zərbələri vurmaqla, təkrarən N-ci ilin mart ayının ortalarında, saat 15 radələrində fincanında manqa komandirinin çay içməsinə etirazını bildirməsi səbəbindən yataqxanada ona qarşı nalayiq ifadə işlədib qulağından tutaraq sifət və boyun nahiyəsinə şillə zərbələri vurmaqla, N-ci ilin mart ayının sonlarında, saat 23 radələrində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavininin yataqxanada səs salaraq onu yatmağa qoymamasını bildirməsi səbəbindən zabitə hörmətsizlik etdiyini bəhanə edərək qolundan tutub yeməkxanaya apararaq orada sifətinə şillə zərbəsi vurmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrar zor tətbiq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində N-ci ilin fevral ayının sonlarında əsgər Aqil İsmayılovla əsgər Şahid2 arasında mübahisə olduğunu, buna görə N-ci ilin mart ayının əvvəllərində saat 12 radələrində postun əsgərlərini yataqxananın qarşısında düzdüyünü, A.İsmayılovun yaxasından yapışdığını, N-ci ilin mart ayının ortalarında A.İsmayılova evlərindən bağlama ilə fincan göndərildiyini, həmin fincanda əsgər Arzuman Məmmədlinin manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid5 çay verdiyini, A.İsmayılovun bunu görüb gedib fincanı onun qabağından götürdüyünü, bu barədə Şahid5 ona bildirdiyini, günortadan sonra yataqxanada Aqil İsmayılovu yanına çağırıb danlayıb qulağından yapışıb Şahid5 ondan böyük olduğunu, etdiyi hərəkətin tərbiyəsizlik olduğunu, sonra onun çiyni ilə boynunun birləşdiyi yerdən 2 dəfə əlinin içi ilə vurduğunu, həmin vaxt A.İsmayılovun yataqxanadan çıxıb qaçdığını, onun arxasınca yataqxanadan çıxdığını, yanına gedib onunla söhbət etdiyini, N-ci ilin mart ayının sonlarında bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Ülvi Hüseynovun “Qarabağ” postuna gəldiyini, axşam “yat” komandasından sonra yataqxanada oturub televizora baxaraq söhbət etdiklərini, Ü.Hüseynovun ucadan danışıb güldüyünü, buna görə Aqil İsmayılovun yata bilməyib yeməkxanaya getdiyini, MAHHXHQ-su kiçik çavuş Hüseyn Qəribovun onlara A.İsmayılovun baş leytenant Ü.Hüseynovun səsindən yata bilməyib yeməkxanaya getdiyini dediyini, A.İsmayılovu yataqxanaya çağırdıqlarını, baş leytenant Ü.Hüseynova onun səsindən yata bilmədiyini dediyini, həmin hərəkətinə görə A.İsmayılovun qolundan tutub yeməkxanaya apardığını, orada A.İsmayılovdan niyə sifət etdiyini soruşduqda heç nə demədiyini, sonra baş leytenant Ü.Hüseynovun da yeməkxanaya gəldiyini, əsgərlə özünün söhbət edəcəyini dediyi üçün oradan çıxıb getdiyini, onların yeməkxanada qalıb söhbət etdiklərini, sonra A.İsmayılovun gəlib yataqxanada yatdığını, etdiyi hərəkətlərə görə peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, zərər çəkmiş şəxsin hüquqi varisinin elan olunaraq tədqiq edilmiş ifadəsi ilə həmçinin, işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şahid5 ifadəsində N-ci ilin mart ayının ortalarında əsgər Aqil İsmayılova evlərindən qara rəngli fincan göndərildiyini, günortadan sonra əsgər Arzuman Məmmədlinin həmin fincanda ona çay gətirdiyini, yataqxanaya gələn Aqil İsmayılovun fincanında ona çay süzüldüyünü görüb gəlib fincanı onun qabağından götürüb apararaq ona başqa stəkanda çay gətirdiyini, Arzuman Məmmədlidən bunun səbəbini soruşduqda onun stəkanında başqası çay içəndə iyrəndiyini dediyini, Aqil İsmayılovun həmin hərəkəti barədə baş leytenant Təqsirləndirilən şəxs dediyini, baş leytenant Təqsirləndirilən şəxs də yataqxanada Aqil İsmayılovu danlayaraq sifətindən şillə ilə 2 dəfə vurduğunu, N-ci ilin mart ayının əvvəllərində əsgərlər Şahid2la Aqil İsmayılovun xidmətdən gəldikdən sonra mübahisə etdiklərini, baş leytenant Təqsirləndirilən şəxs buna görə postun şəxsi heyətini yataqxananın qarşısında düzərək Aqil İsmayılovu sıradan çıxarıb yaxasından yapışıb sifətindən şillə ilə 2 dəfə vurduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində N-ci ilin mart ayının ortalarında baş leytenant Təqsirləndirilən şəxs yataqxanada əsgər Aqil İsmayılovu stəkanında başqasının çay içməsinə etiraz etdiyi üçün sifətinə şillə ilə 2 dəfə vurduğunu, həmin vaxt A.İsmayılovun yataqxanadan çıxıb qaçdığını, bir dəfə də əsgərlər Şahid2la Aqil İsmayılovun mübahisə etdiklərini, N-ci ilin mart ayının ortalarında baş leytenant Təqsirləndirilən şəxs buna görə əsgərləri düzüb Aqil İsmayılovu sıranın qarşısına çağırıb sifətindən şillə ilə 2 dəfə vurduğunu, N-ci ilin mart ayının sonlarında bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Ülvi Hüseynovun posta gəldiyini, axşam “yat” komandasından sonra onun səs-küy saldığını, uca səslə danışdığına görə Aqil İsmayılovun yata bilməyib yeməkxanaya getdiyini, MAHHXHQ-su kiçik çavuş Hüseyn Qəribovun yeməkxanada A.İsmayılovu görüb onun yata bilmədiyini baş leytenant Ü.Hüseynova dediyini, baş leytenant Ü.X4 yanına çağırıb onun səsindən yata bilmədiyini soruşduqda A.İsmayılovun da yata bilmədiyini dediyini, bundan sonra baş leytenant Təqsirləndirilən şəxs Aqil İsmayılovun qolundan tutub yeməkxanaya apardığını, sonra baş leytenant Ü.Hüseynovun da yeməkxanaya getdiyini, lakin orada nə olmasını bilmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid7 ifadəsində N-ci ilin mart ayının ortalarında əsgər Aqil İsmayılova evlərindən göndərilən stəkanda MAHHXHQsu Şahid5 çay içdiyini, A.İsmayılovun bunu görüb onun qabağından stəkanı götürdüyünü, buna görə baş leytenant Təqsirləndirilən şəxs yataqxanada A.İsmayılovun sifətinə şillə ilə 2 dəfə vurduğunu, bir dəfə əsgərlər Şahid2la Aqil İsmayılovun mübahisə etdiklərini, baş leytenant Təqsirləndirilən şəxs əsgərləri düzüb Aqil İsmayılovu sıranın qarşısına çıxarıb sifətindən şillə ilə 2 dəfə vurduğunu, tarixini xatırlamadığını bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Ülvi Hüseynovun bir dəfə “Qarabağ” postunda olduğunu, axşam “yat” komandasından sonra baş leytenant Ülvi Hüseynovun səs-küy saldığı üçün Aqil İsmayılovun ona yata bilmədiklərini dediyini, baş leytenant Təqsirləndirilən şəxs də Aqil İsmayılova əsəbiləşib yeməkxanada onun sifətinə şillə ilə 1 dəfə vurduğunu eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid6 ifadəsində əsgərlər X6 Yadigarovun arasında N-ci ilin mart ayında mübahisə olduğunu, baş leytenant Təqsirləndirilən şəxs postun şəxsi heyətini düzüb Aqil İsmayılovu sıradan bir qədər qabağa çıxarıb yaxasından tutaraq şillə ilə sifətindən 2 dəfə vurduğunu, N-ci ilin mart ayının ortalarında günortadan sonra ərazidən gələrkən əsgər Aqil İsmayılovun yataqxanadan çıxıb qaçdığını gördüyünü, Aqil İsmayılovu saxlayıb yataqxananın yanına gətirdiklərini, baş leytenant Təqsirləndirilən şəxs onu orada bir qədər danladığını, sonra əsgərlərdən kimdənsə əsgər X8 İsmayılova məxsus mülki stəkanda manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid5 çay apardığını, Aqil İsmayılovun onun stəkanında manqa komandirinə çay verilməməsini dediyini, həmin səbəbdən taqım komandiri baş leytenant Təqsirləndirilən şəxs yataqxanada Aqil İsmayılovu üzündən şillə ilə 2 dəfə vurduğunu eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində N-ci ilin fevral ayının sonlarında saat 04-dən 06-dək Aqil İsmayılovla posta xidmətə çıxdıqlarını, həmin vaxt və xidmətdən sonra müşahidə məntəqəsində A.İsmayılovun çox xidmət aparmasına görə mübahisə etdiklərini, N-ci ilin mart ayının əvvəllərində saat 12 radələrində baş leytenant Təqsirləndirilən şəxs yataqxananın qabağında Aqil İsmayılovun sifətinə şillə ilə 2 dəfə vurduğunu, N-ci ilin mart ayının sonlarında saat 23 radələrində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Ülvi Hüseynov postda olarkən yataqxanada baş leytenant Təqsirləndirilən şəxslə uca səslə danışıb-güldüklərini, A.İsmayılovun yerindən durub yeməkxanaya getdiyini, manqa komandiri MAHHXHQ-su kiçik çavuş Hüseyn Qəribovun yeməkxanaya gedərək A.İsmayılovu baş leytenant Ü.Hüseynovun yanına aparıb səslərindən əsgərin yata bilmədiyini dediyini, bir neçə dəqiqə sonra baş leytenant Təqsirləndirilən şəxs A.İsmayılovun qolundan yapışıb yeməkxanaya apardığını, özünün həmin vaxt ayıq növbə olduğunu, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs yeməkxanada A.İsmayılova hirslənərək sifətindən şillə ilə 2 dəfə vurduğunu, sonra baş leytenant Ü.Hüseynovun oraya gəlib baş leytenant Təqsirləndirilən şəxs əsəbi olduğu üçün getməsini, əsgərlə özünün söhbət edəcəyini dediyini, onun bir neçə dəqiqə A.İsmayılovla söhbət etdikdən sonra çıxıb getdiyini, N-ci ilin mart ayında Aqil İsmayılova evlərindən mülki stəkan göndərildiyini, həmin stəkanda əsgər Arzuman Məmmədlinin manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid5 çay apardığını, A.İsmayılovun buna əsəbiləşib gedib onun qabağından stəkanı götürdüyünü, baş leytenant Təqsirləndirilən şəxs də buna görə yataqxanada Aqil İsmayılovun sifətindən şillə ilə bir neçə dəfə vurub mülki stəkanda çay içməyi qadağan etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində əsgər Aqil İsmayılova evlərindən bağlama gəldiyini, bağlamanın içərisində mülki stəkan olduğunu, əsgər Arzuman Məmmədlinin həmin stəkanda manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid5 çay verdiyini, Aqil İsmayılovun Şahid5 başqa stəkanda çay süzərək stəkanını onun qabağından götürdüyünü, buna görə baş leytenant Təqsirləndirilən şəxs Aqil İsmayılova irad bildirib şillə ilə onu yataqxanada vurduğunu, özünün həmin vaxt çöldə olduğunu, onların səsini eşitdiyini, bir neçə dəqiqə sonra Aqil İsmayılovun yataqxanadan çıxıb qaçdığını, N-ci ilin mart ayında əsgərlər Şahid2la Aqil İsmayılovun arasında mübahisə olduğunu, baş leytenant Təqsirləndirilən şəxs şəxsi heyəti düzərək Aqil İsmayılovu sifətindən şillə ilə 2 dəfə vurduğunu, sonra sıranın dağıldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində N-ci ilin mart ayının ortalarında, saat 15 radələrində əsgər Aqil İsmayılova evlərindən bağlama ilə stəkan göndərildiyini, əsgər Arzuman Məmmədlinin həmin stəkanda manqa komandiri MAHHXHQsu kiçik çavuş Şahid5 çay apardığını, A.İsmayılovun bunu gördükdə gedib stəkanı götürüb aparıb boşaldaraq Şahid5 başqa stəkanda çay verdiyini, həmin məsələni taqım komandiri baş leytenant Təqsirləndirilən şəxs eşidərək A.İsmayılovu yataqxanaya çağırdığını, Təqsirləndirilən şəxs A.İsmayılova “qudurmusan, nə olar stəkanında başqası çay içəndə” deyib onun sifətindən şillə ilə 2 dəfə vurduğunu, A.İsmayılovun da bayıra qaçdığını, N-ci ilin mart ayının əvvəllərində əsgərlər Şahid2la Aqil İsmayılovun arasında mübahisə olduğunu, baş leytenant Təqsirləndirilən şəxs postun əsgərlərini yataqxananın qabağında düzdüyünü, Aqil İsmayılovu sıradan qabağa çıxardaraq yaxasından tutub sifətindən şillə ilə 2 dəfə vurduğunu göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxsin hüquqi varisi X1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmişdir. O ifadəsində oğlu Aqil İsmayılovun 16 may 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldığını, onun hərbi xidmətə getməsi ilə bağlı narazılığı olmadığını, öz istəyi ilə hərbi xidmətə yollandığını, A.İsmayılovun hərbi xidmətə Naxçıvan MR-də yerləşən hərbi hissədə başladığını, sonra Şərur rayonunun Havuş kəndində yerləşən hərbi hissəyə göndərildiyini, Aqil İsmayılovun hərbi xidmətə getdikdən sonra 2-3 gündən bir onunla və digər ailə üzvləri ilə mobil telefonla əlaqə saxladığını, bütün bu müddət ərzində hər hansı problemi olmasını və ya narahatçılığını bildirmədiyini, səhhətinin normal olduğunu, sonuncu dəfə A.İsmayılovun 01 may N-ci ildə zəng edib onunla və digər ailə üzvləri ilə danışdığını, danışıq zamanı 06 may N-ci ildə məzuniyyətə buraxılacağını, evə gələcəyini dediyini, danışıq zamanı hər zaman olduğu kimi heç nədən şikayətlənmədiyini, hər hansı problemi olmasını bildirmədiyini, əhval-ruhiyyəsinin qaydasında olduğunu, nə özünün, nə də başqa ailə üzvlərinin ona hər hansı məyusedici xəbər bildirmədiklərini, A.İsmayılovun xidmətdə olduğu müddətdə ona xidmət yerinin dəyişilməsini istəməsi barədə heç nə demədiyini, özünün ondan bu barədə soruşduqda şəraitin yaxşı olduğunu deyərək xidmət yerinin dəyişdirilməsindən imtina etdiyini, hər şeyin qaydasında olduğunu bildirdiyini, hər hansı problemi olmasını heç vaxt demədiyini, A.İsmayılovun hər hansı psixi xəstəliyinin olmadığını, onun hərbi xidmətə çağırılmazdan əvvəl özünə xəsarət yetirməsi, özünü öldürməyə cəhd etməsi hallarının baş vermədiyini, A.İsmayılovun hərbi xidmətə getməzdən əvvəl səhhətinin yaxşı olduğunu, heç nədən şikayətlənmədiyini, hər hansı dərman qəbul etmədiyini, nə ailələrində, nə də yaxın qohumları arasında intihara cəhd edənin, intihar edənin, psixi xəstəlikdən əziyyət çəkənin olmadığını, 03 may N-ci ildə komandirlərdən birinin ona zəng edərək oğlu Aqil İsmayılovun ölməsi xəbərini verdiyini göstərmişdir. Cinayət işinin 2-ci cild 166-170-ci vərəqələrində olan 03 may N-ci il tarixli, 01 №-li ekspert rəyində mərhum A.A.İsmayılovun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda “giriş dəliyi qaşarası nahiyədə, çıxış dəliyi başın təpə-ənsə nahiyəsində olan, yara kanalı boyunca başın yumşaq toxumalarının geniş həcmdə zədələnmələri, üz skeleti və kəlləni təşkil edən sümüklərin çoxsaylı, qəlpəli və xətti, defektli sınıqları, baş beyinin bütün paylarının əzilib dağılması ilə müşayiət olunan, öndən-arxaya istiqamətli başın bir ədəd dəlib-keçən yarası” xəsarətinin olduğu, qeyd edilən xəsarətin həyati olduğu, A.A.İsmayılovun ölümündən az əvvəl patronu mis tərkibli mərmi (güllə) ilə doldurulmuş, odlu silahdan açılmış bir atəş nəticəsində törəndiyi, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid olub, hazırki hadisədə ölümlə nəticələndiyi, tibbi-kriminalistik laboratoriyanın 24/tkb nömrəli, xx.xx.N-ci il tarixli müayinə aktından göründüyü kimi dəri və sümük parçalarının üzərinə his hissəciklərinin hopmasını nəzərə alaraq, yaranın odlu silah güllə yaralanmasının giriş yarası kimi qiymətləndirildiyi, yaranın patronu mis tərkibli mərmi (güllə) ilə doldurulmuş odlu silahdan, atəşin əlavə faktorlarının təsir etdiyi yaxın məsafənin birinci zonasından (dirənmiş vəziyyətdən 5 sm-dək məsafə hüdudunda) açılmış atəş (atəşlər) nəticəsində törənməyə uyğun gəldiyi, təqdim edilmiş dəri parçasının üzərində olan yara kənarı xarakterli olduğundan, yara kənarında tam büruzə olunan sıyrıq və çirklənmə həlqələri olmadığından odlu silahın kalibri haqqında fikir söyləməyin mümkün olmadığı, çıxış yarası baş geyimi ilə örtülü nahiyə olduğundan odlu silahın kalibrinin təyinində hadisə vaxtı A.A.İsmayılovun əynində baş geyimi olmuşdursa həmin paltarın kriminalistik tədqiqatının əhəmiyyət kəsb edə biləcəyi, A.A.İsmayılovun ölümünə səbəb kəllə və üz skeleti sümüklərinin çoxqəlpəli və xətti, defektli sınıqları ilə müşayiət olunan baş beyinin geniş həcmdə əzilib dağılması olduğu, ilkin meyit əlamətlərinin inkişaf dinamikasına əsasən ölümün A.A.İsmayılovun meyitinin xarici müayinəsindən 6-8 saat əvvəl baş verdiyi, A.A.İsmayılovun meyitinin xarici və daxili müayinəsinə, odlu silah güllə yaralanmasının giriş dəliyinin yerləşdiyi nahiyəyə və xüsusiyyətlərinə, tibbi kriminalistik müayinənin nəticələrinə əsasən hadisənin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna edilmədiyi, A.A.İsmayılovun məhkəmə-tibbi müayinəsi zamanı sol dirsək nahiyəsində aşkar olunan sıyrığın bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, müddətinin şəxsin ölümündən 7-11 gün əvvəl törənməyə uyğun gəldiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı, ölümlə səbəbli əlaqəsinin olmadığı, bədən səthində digər hər hansı xəsarət və ya xəsarət izləri, o cümlədən əlbəyaxa mübarizəyə və zorakı öldürülməyə xarakterik xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı, məhkəmə kimyəvi müayinə aktından göründüyü kimi A.A.İsmayılovun meyitindən götürülmüş qanda etil spirti, narkotik vasitələr, psixotrop, güclü təsiredici və zəhərləyici maddələrin aşkar olunmadığı, məhkəmə-tibbi bioloji müayinə aktından göründüyü kimi A.A.İsmayılovun meyitinin düz bağırsaq möhtəviyyatından hopdurularaq götürülmüş tamponun məhkəmə-tibbi bioloji müayinəsi zamanı tampon üzərində (düz bağırsaqdan götürülmüş) spermatozoidlərin aşkar olunmadığı, ekspertizaya təqdim edilmiş fotoşəkillərdən birində müşahidə olunan sol qaşaltı nahiyənin şişkinliyi və sol gözaltı nahiyənin qırmızımtıl rəngli ləkəsinin xüsusiyyətləri dəqiq görünmədiyindən onların xəsarət olub-olmaması barədə fikir söyləməyin mümkün olmadığı, ümumiyyətlə “şişkinlik” və “ləkə”nin məhkəmə təbabətində xəsarət kimi qiymətləndirilmədiyi göstərilmişdir. Cinayət işinin 1-ci cild 241-ci vərəqəsinə əlavə edilmiş N №-li-hərbi hissə komandanlığı tərəfindən verilmiş hərbi həkim komisiyasının 17 may N-ci il tarixli, 1547 №-li arayışda Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cild 183-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli 147 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 1-ci taborun 3-cü bölüyünün 1-ci taqımının komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 2-ci cild 93-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cild 240-cı vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmağı haqda heç bir məlumat yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin elan olunmuş ifadəsi və şahidlərin ifadələri, eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə də məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edib, törətmiş olduğu əməldən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təyin ediləcək cəza ilə bağlı məhkəmə qısa şərh verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinin tələbinə əsasən intizam xarakterli hərbi hissədə saxlama cəzası hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs zabit olduğu üçün ona həmin cəzanın tətbiq edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə zalından həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 01 oktyabr N-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 01 oktyabr N-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-20/2021
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-20/2021
01.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver