Məhkəmə qərarları › İş №1-1(092)-20/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-20/2023

26.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-20/2023 26.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1993-cü ildə Babək rayonunun Didivar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, Babək rayonunun Didivar kəndində daimi qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət edən, N iyun 2023-cü ildə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə, sağlamlığına qəsdən az ağır zərər vuraraq nizamnamə qaydalarını pozmuşdur. Belə ki, Eylazov X1 Nazirliyinin N №-li hərbi hissəsinin 3-cü ağır yükdaşıma bölüyünün, 1-ci ağır yükdaşıma taqımının komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən N aprel 2023-cü il tarixdə saat 13:45 radələrində Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin yeməkxanasının dəhlizində N №-li hərbi hissədə xidmət edən tabeliyində olan əsgər Zərərçəkmiş şəxs tərəf gedərək zarafat etmək məqsədi ilə yumruğu ilə çiynindən onu arxaya itələmiş, bu səbəbdən aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs yeməkxananın qarşısına dəvət edib orada başı ilə burun nahiyəsindən bir zərbə, sol göz nahiyəsindən isə sağ əli ilə yumruqla iki dəfə vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan “sağ gözaltı nahiyənin qançırı ilə müşayiət olunan sol gözün ağlı qişasının qansızması” və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərər vuran “burun belinin əzilmiş yarası ilə müşayiət olunan burun sümüyünün açıq, yerini dəyişən sınığı” xəsarətlərini yetirərək rəis kimi tabeliyində olan şəxsin sağlamlığına qəsdən az ağır zərər vuraraq zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs gizir Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində 22 aprel 2023-cü ildən N aprel 2023-cü il tarixədək hərbi hissənin avtomobil parkına park növbətçisi təyin edildiyini, N aprel 2023-cü ildə saat 13:45 radələrində hərbi hissənin ərazisində olan yeməkxanada nahar edib çıxan zaman yeməkxananın girişində olan dəhlizdə əsgər Zərərçəkmiş şəxs gördüyünü, həmin zaman üzərinə gedib onunla əl-qol zarafatı etmək istədiyini, zarafatla onu sağ çiynindən yumruğu ilə arxaya itələdiyini, o, kənara çəkilib etməməyini bildirdiyini, Zərərçəkmiş şəxs çiynindən əli ilə tutmaq istəyən zaman onun kənara çəkildiyini, çiynindən tuta bilmədiyini, Zərərçəkmiş şəxs tərəf gedib üz-üzə dayanıb əlini ona tərəf aparan zaman o, əlini tutub kənara itələdiyini, Zərərçəkmiş şəxs niyə tərbiyəsizlik etməsini dediyini, Zərərçəkmiş şəxs qarşılığında ona tərbiyəsizlik etdiyini dediyini, Zərərçəkmiş şəxs nə üçün ona tərbiyəsiz deməsini soruşanda etdiyi hərəkətin tərbiyəsizlik olduğunu bildirdiyini, Zərərçəkmiş şəxs tərbiyəsiz deməsindən əsəbləşib onu yeməkxananın qarşısına dəvət etdiyini, birlikdə yeməkxanadan çölə çıxdıqlarını, yeməkxananın qarşısında Zərərçəkmiş şəxs sözünü geri götürməsini bildirdiyini, Zərərçəkmiş şəxs sözünü geri götürməyəcəyini bildirdiyini, bu zaman əsəbləşib qəfildən onun burun nahiyəsindən başı ilə bir zərbə vurduğunu, daha sonra sol göz nahiyəsindən bir yumruq zərbəsi vuraraq onu əli ilə özündən kənara itədiyini, Zərərçəkmiş şəxs özündən kənarlaşdırmaq istəyən zaman Zərərçəkmiş şəxs sol göz nahiyəsinə yenə bir yumruq zərbəsi vurduğunu, sonra bir-birilərinin yaxasından yapışdıqlarını, onların dalaşmalarını görən əsgər Şahid1 cəld gəlib onları aralaşdırdığını, vurduğu zərbələrin təsirindən Zərərçəkmiş şəxs burnundan qan gəldiyini, Şahid1 Zərərçəkmiş şəxs yaxınlıqda olan tibb məntəqəsinə apardığını, sonra etdiyi hərəkətlərə görə peşman olduğunu, hərbi hissənin tibb məntəqəsinə getdiyini, Zərərçəkmiş şəxs üzr istədiyini, bütün günahın özündə olduğunu bildirdiyini, Zərərçəkmiş şəxs burnunun üzərində çapıq olmasını və sol gözünün qızarıb şişdiyini gördüyünü, Zərərçəkmiş şəxs müayinə üçün hərbi hospitala aparıldığını, müayinə zamanı burnunun sındığı müəyyən edildiyini eşitdiyini göstərmişdir. Təqsirləndirilən şəxs gizir Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində 22 aprel 2023-cü ildən N aprel 2023-cü il tarixədək hərbi hissənin qərargahında çapar naryadına təyin edildiyini, N aprel 2023-cü ildə saat 13:45 radələrində günorta yeməyi üçün hərbi hissənin tibb məntəqəsinin yanında yerləşən əsgər yeməkxanasına getdiyini, yeməkxananın girişində olan dəhlizdə gizir Təqsirləndirilən şəxs ona tərəf gəldiyini gördüyünü, əvvəllər də əl-qol zarafatı etdiyindən yenə zarafat edəcəyini düşündüyünü, yeməkxanada olan zaman Təqsirləndirilən şəxs ona tərəf gəlib sol yumruğu ilə çiynindən arxaya itələdiyini, arxaya çəkilib ona etməməsini bildirdiyini, yenə ona tərəf gəlib əli ilə çiynindən tutmağa çalışarkən yan tərəfə çəkildiyindən Təqsirləndirilən şəxs əli boşa getdiyini, onunla üz-üzə dayanıb sağ əlini ona tərəf qaldırarkən əli ilə Təqsirləndirilən şəxs əlini özündən uzaqlaşdırdığını, Təqsirləndirilən şəxs “Həsənov niyə tərbiyəsizlik edirsən?” deyərkən cavabında onun tərbiyəsizlik etdiyini dediyini, Təqsirləndirilən şəxs “sən mənə tərbiyəsiz dedin?” deyə soruşanda ona etdiyi hərəkətin tərbiyəsiz olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs onu yeməkxananın qarşısına çağırdığını, Təqsirləndirilən şəxs arxasınca yeməkaxanadan çıxdığını, yeməkxananın qarşısında Təqsirləndirilən şəxs ona sözünü geri almağını dediyini, ona sözünü geri almayacağını dediyini, həmin zaman Təqsirləndirilən şəxsla üz-üzə dayandığını, qəfildən Təqsirləndirilən şəxs burun nahiyəsindən başı ilə bir zərbə vurduğunu, sol göz nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, Təqsirləndirilən şəxs özündən uzaqlaşdırmaq üçün sinəsindən əli ilə itələyən zaman Təqsirləndirilən şəxs yenidən sol göz nahiyəsindən bir yumruq zərbəsi də vurduğunu, sonra Təqsirləndirilən şəxs kitelinin yaxasından tutduğunu, həmin zaman əsgər Şahid1 gəlib onları aralaşdırdığını, zərbənin təsirindən burnundan qan gəldiyini, tibb məntəqəsinə getdiyini, tibb məntəqəsində əl-üzünü yuyan zaman burnunun üzərində çapıq yarandığını və burnundan qan axdığını gördüyünü, sonra növbətçi həkim gizir Şahid2 məntəqəyə gəlib ona ilkin tibbi yardım göstərdiyini, müayinə üçün hospitala aparıldığını, hospitalda müayinə zamanı burnunun zərbənin təsirindən sındığı müəyyən edildiyini, tibbi yardım göstərildikdən sonra hərbi hissəyə qaytarıldığını, tibb məntəqəsində olan zaman gizir Təqsirləndirilən şəxs gəlib günahın özündə olduğunu bildirərək üzr istədiyini, onu bağışladığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində N aprel 2023-cü ildə saat 13:45 radələrində günorta yeməyinin düzülüşünə az qalmış əl-üzünü yumaq üçün yeməkxananın qarşısından keçib ayaqyoluna getdiyini, həmin zaman yeməkxananın qarşısında əsgər Zərərçəkmiş şəxsla gizir Təqsirləndirilən şəxs üz-üzə durub nəsə danışdıqlarını gördüyünü, bir az aralı keçdiyindən nə danışdıqlarını eşitmədiyini, danışıqlarından nəsə aralarında mübahisə olmasını hiss etdiyini, söhbətlərinə əhəmiyyət verməyib əl-üzünü yumaq üçün ayaqyoluna getdiyini, əl-üzünü yuduqdan sonra ayaqyolundan çölə çıxdığını, yataqxananın qarşısına düzülüşə gedən zaman gizir Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs əsgər yeməkxananın qarşısında birbirilərinin yaxasından tutduqlarını gördüyünü, tez onlara tərəf gedib aralarına girib aralaşdırdığını, həmin zaman Zərərçəkmiş şəxs burnundan qan axdığını, gözünün altı qızarıb şişmiş vəziyyətdə olduğunu gördüyünü, gizir Təqsirləndirilən şəxs hər hansı xəsarət olmasını görmədiyini, cəld Zərərçəkmiş şəxs tibb məntəqəsinə apardığını, tibb məntəqəsində Zərərçəkmiş şəxs gizir Şahid2 ilkin tibbi yardım göstərib hospitala göndərdiyini, sonradan gizir Təqsirləndirilən şəxs vurması nəticəsində Zərərçəkmiş şəxs burnunun sınmasını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid2 ifadəsində N aprel 2023-cü ildə hərbi hissə üzrə tibb məntəqəsinin növbətçisi təyin edildiyini, saat 14 radələrində yeməkxanadan tibb məntəqəsinə getdiyini, tibb məntəqəsinə daxil olan zaman girişdə əsgər Zərərçəkmiş şəxs əl-üzünü yuduğunu gördüyünü, Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərən zaman burnunun üzərində çapıq, sol göz nahiyəsində qançır və şiş olduğunu gördüyünü, müayinə zamanı ondan hansı şəraitdə xəsarət almasını soruşduğunu, Zərərçəkmiş şəxs yeməkxananın qabağında Təqsirləndirilən şəxsla aralarında mübahisə yarandığını, Təqsirləndirilən şəxs onun burun nahiyəsindən başı ilə bir zərbə, sol göz nahiyəsinə isə iki yumruq zərbəsi vurduğunu dediyini, hadisə barədə komandanlığa məruzə etdiyini, Zərərçəkmiş şəxs ixtisaslı həkim müayinəsi üçün hərbi hospitala apardığını, hərbi hospitalda Zərərçəkmiş şəxs “burun nahiyəsinin çapılmış yarası, burun sümüyü cisminin cuzi yeri dəyişən sınığı, sol periorbital nahiyənin dərialtı hematoması-qançırı” diaqnozu qoyulduğunu, ambulator müalicədən sonra hərbi hissəyə qaytarıldığını göstərmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 46-cı vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 06 may 2023-cü il tarixli 125 №-li rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sağ gözaltı nahiyənin qançırı ilə müşayiət olunan sol gözün ağlı qişasının qansızması və burun belinin əzilmiş yarası ilə müşayiət olunan burun sümüyünün açıq, yerini dəyişən sınığıbərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə törənmələri istisna olunmadığı, dərəcəsinə görə sağ gözaltı nahiyənin qançırı ilə müşayiət olunan sol gözün ağlı qişasının qansızması sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcələrinin təyin olunmadığı, burun belinin əzilmiş yarası ilə müşayiət olunan burun sümüyünün açıq, yerini dəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 04-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissənin növbətçi həkimi Naxçıvan Hərbi Prokurorluğuna vermiş olduğu N aprel 2023-cü il tarixli telefon məlumatından məlum olur ki, N №-li hərbi hissənin giziri Təqsirləndirilən şəxs həmin hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs “burun nahiyəsinin çapılmış yarası, burun sümüyü cisminin cüzi yer dəyişən sınığı, sol periorbital nahiyənin dərialtı hematomasıqançırı” diaqnozu ilə ambulator müalicəyə qəbul edilməsi faktı ilə bağlı məlumat verilmişdir. Cinayət işinin 1-ci cildinin 39-cu vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 11-ci maddəsinə əsasən gizirlər xidmət etdikləri hərbi hissənin əsgərləri üçün rəis hesab edildiyindən, N nömrəli hərbi hissənin tərkibində olan N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir Təqsirləndirilən şəxs ilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 23-cu vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, gizir Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 42-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədə hərbihəkim komissiyası tərəfindən verilmiş olan 02 may 2023-cü il tarixli, 421 №-li arayışda Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 78-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistika bölməsindən verilmiş tələbnamədə gizir Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs gizir Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin gizir Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında gizir Təqsirləndirilən şəxs onunla tabeliyində olan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, onun sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddələrinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsi və törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşiman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs gizir Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxs gizir Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, gizir Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən daha yüngül cəza növü təyin olunması daha ədalətli olar. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrumetmə cəzalarının təyin edilməsini ədalətli və məqsədə uyğun hesab etmir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrumetmə cəzalarının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olmaları qənaətinə gəlir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirli bilinən şəxsə intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi onun ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirli bilinən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunması məqsədinə xidmət edə, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, yuxarıda sadalanan və təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu (gizir Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını) müstəsna hal hesab edərək, təqsirkar gizir Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsinin sanksiyasında müəyyən edilən cəza növlərindən daha yüngül cəza növünün-hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, müstəsna hal kimi qiymətləndirilmiş cəzanı yüngülləşdirən halların məcmusu təqsirli bilinən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, gizir Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrumetmə cəzaları tətbiq edilmədən də, onun islah olunması və bununla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində qeyd olunur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmçinin “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 8ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Cinayət Məcəlləsinin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar Cinayət Məcəlləsinin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Məhkəmə gizir Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 04 iyul 2023cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, gizir Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxsin hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Cinayət iş üzrə məhkəmədə təqsirləndirilən şəxs gizir Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs gizir Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 15% (on beş) məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 2 (iki) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olaraq təqsirləndirilən şəxs gizir Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar