Məhkəmə qərarları › İş №1-1(092)-20/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-20/2024

15.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-20/2024 15.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2004-cü il tarixdə Rusiya Federasiyası, Ryazan vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, məhkumluğu olmayan, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində daimi qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, 16 yanvar 2024-cü ildə barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Əsgər Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri, Nizami rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün 3-ci taqımının 3-cü manqasında pulemyotçu vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 29 noyabr 2023-cü il tarixdə, saat 06 radələrində taborun şəxsi heyəti ilə birlikdə sıra şəklində hərəkət edib hərbi hissədən bir qədər aralıda yerləşən hərbi hissənin təsərrüfat bazasında işləməyə gedən zaman həmin taborun 7-ci bölüyünün 1-ci taqımının 3-manqasında atıcıqumbaraatan vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs avtomobil yolunu keçən zaman onun sıradan çıxmasına, sıranı doldurmamasına irad tutması səbəbindən aralarında yaranmış mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci bəndlərində göstərilmiş «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidir» tələbləri kobud surətdə pozub, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin yanında avtomobil yolunda əvvəlcə əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətmiş, ardınca sifətinə bir yumruq zərbəsi endirərək, ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “hər iki gözaltı nahiyənin qançırı ilə müşayiət olunan burun sümüklərinin sınıqları” xəsarətini yetirməklə sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 29 noyabr 2023-cü il tarixdə, saat 06:00 radələrində “Baza” deyilən yerə təsərrüfat işlərini görmək üçün şəxsi heyətlə birlikdə N nömrəli hərbi hissənin yaxınlığında yerləşən avtomobil yolunun kənarına gəldiyini, həmin avtomobil yolunu keçmək üçün yolun kənarında düzülüb gözlədiklərini, həmin vaxt ondan arxada duran əsgər Zərərçəkmiş şəxs ona “ya kalona keç, ya da imkan ver, biz kalonu dolduraq” dediyini, o isə həmin vaxt ona nalayiq ifadə işlədib “işinlə məşğul ol, sən mənə irad tutan şəxs deyilsən” dediyini, sonra şəxsi heyət avtomobil yolunu keçdiyini, Ağır Cinayətlər Məhkəməsinin yanında sırada gedərkən əsgər Zərərçəkmiş şəxs həmin vaxt ona “mənim vaxtıma az qalıb, mərdimazarçılıq eləmə” dediyini, o isə əsgər Zərərçəkmiş şəxs “bir var-yoxunu belə-belə etdiyim məni vura bilməz” dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs onun sol göz nahiyəsinə bir dəfə yumruqla vurduğunu, buna görə də əsəbiləşib sol əli ilə əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə bir yumruq zərbəsi vurduğunu, həmin vaxt əsgərlər Şahid1la Şahid2 araya girib onları araladığını, sonra sıraya keçərək MAHHXHQ kiçik çavuş Elçin Quliyevin rəhbərliyi ilə bazaya doğru hərəkət etməyə başladıqlarını, “Baza” adlanan yerə çatdıqdan sonra o, əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb ondan üzr istəyərək bağışlanmasını xahiş etdiyini, əsgər Zərərçəkmiş şəxs də onu bağışladığını bildirərək barışdıqlarını, mübahisə edib dalaşmaları barədə heç kimə bildirmədiyini, sonra həmin gün təsərrüfat işlərinə ayrıldıqlarını, 01 dekabr 2023-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs gözünün altında qaraltı aşkarlandığı üçün həmin gün axşam təsərrüfat bazasından gəldikdən sonra tabor komandiri mayor Şahid3 taborun şəxsi heyətini düzdüyünü, əsgər Zərərçəkmiş şəxslə kimin mübahisə etdiyini soruşan zaman sıradan çıxaraq əsgər Zərərçəkmiş şəxslə mübahisə edib yumruqla vurduğunu etiraf etdiyini, bu barədə hərbi hissə komandanlığına məruzə edildiyini, hərbi hissədə araşdırma başlandığını, sonra Təhqiqat Xidmətində araşdırma aparılaraq izahatı alındığını, Hərbi Hospitalda həkim müayinəsindən keçirilən zaman əsgər Zərərçəkmiş şəxs burnunda sınıqlar aşkar edildiyini eşitdiyini, tutduğu əməldən peşman olduğunu, zərər çəkmiş şəxsdən üzr istəyərək onunla barışdığını, 16 iyul 2022-ci ildə hərbi xidmətə gəldiyini, 16 yanvar 2024-cü il tarixdə qanunla müəyyən olunmuş xidmət müddətini bitirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş mayor Şahid3 ifadəsində 01 dekabr 2023-cü il tarixdə, saat 18:50 radələrində qərargahda olarkən 7-ci bölük komandirinin şəxsi heyət üzrə müavini, həmçinin bölük komandiri vəzifəsini icra edən kapitan Şahid4 həmin bölükdə xidmət edən əsgər Zərərçəkmiş şəxs gözünün altının qaralmasını, onun bir əsgərlə dalaşdığını dediyini, buna görə əsgər Zərərçəkmiş şəxs yanına çağırıb onun hansı şəraitdə xəsarət almasını soruşan zaman əsgər Zərərçəkmiş şəxs ona 29 noyabr 2023-cü il tarixdə saat 06 radələrində “Baza” deyilən təsərrüfat bazasına gedərkən yolda bir əsgərlə mübahisə etdiyini, həmin əsgərin ona nalayiq ifadə işlətdiyini, buna görə onun sifətinə yumruqla vurduğunu, həmin əsgərin də yumruqla bir dəfə onun burnudan vurduğunu və xəsarət aldığını, həmin əsgərin kim olmasını, adsoyadını bilmədiyini, lakin işçi qüvvənin əsgəri olduğunu dediyini, daha sonra 3-cü taborun təsərrüfat işlərinə ayrılmış şəxsi heyəti gəldikdən sonra şəxsi heyətin düzülməsi barədə tapşırıq verdiyini, saat 20 radələrində 3-cü taborun şəxsi heyəti düzüldükdən sonra əsgər Zərərçəkmiş şəxs sıranın qarşısına çıxarıb kimin onunla mübahisə elədiyini soruşduğunu, həmin vaxt əsgər Təqsirləndirilən şəxs sıranın önünə çıxaraq əsgər Zərərçəkmiş şəxslə mübahisə etdiyini, ona zor tətbiq edib vurduğunu etiraf etdiyini, daha sonra bu barədə hərbi hissə komandanlığına məruzə etdiyini, sonrakı günlərdə həmin hadisə ilə bağlı araşdırma aparıldığını, sonrakı günlərdə hərbi hospitalda müayinə olunarkən əsgər Zərərçəkmiş şəxs burnunda sınıqlar aşkar edilməsini, buna görə də əsgər Təqsirləndirilən şəxs barəsində X4 xidmətində cinayət işi başlanmasını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid4 ifadəsində 01 dekabr 2023-cü il tarixdə, saat 18:10 radələrində 3-cü taborun 8-ci bölük komandiri baş leytenant İlnam Məmmədovla birlikdə hərbi hissədə söhbət edən zaman onun telefonuna zəng gəldiyini, telefonda danışan MAHHXHQ əsgər Şahid5 İ.Məmmədova 7-ci bölüyün əsgəri Zərərçəkmiş şəxs gözünün altının qaraldığını dediyini, sonra baş leytenant İ.Məmmədov telefonu ona verdiyini, Şahid5 telefonda ona “sizin bölükdə xidmət edən əsgər Zərərçəkmiş şəxs gözünün altı qaralıb, ancaq nə səbəbdən qaralmasını bilmirəm, əsgərdən soruşuram, deyir ki, səhər gözüm dolaba dəyib” dediyini, bundan sonra tabor komandiri mayor Şahid3 bu barədə məruzə etdiyini, əsgər Zərərçəkmiş şəxs hərbi hissəyə gəldikdən sonra ondan necə xəsarət almasını soruşduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs bir əsgərlə dalaşdığını, buna görə xəsarət aldığını, lakin həmin əsgərin kim olmasını, yəni ad-soyadını bilmədiyini dediyini, sonra əsgər Zərərçəkmiş şəxs tabor komandirinin yanına apardığını, daha sonra taborun şəxsi heyətini düzərək əsgər Zərərçəkmiş şəxslə kimin dalaşmasını, həmin şəxsin sıranın önünə çıxmasını dediyini, lakin heç kim boynuna almayaraq sıranın önünə çıxmadığını, daha sonra tabor komandiri mayor Şahid3 şəxsi heyətlə söhbət aparan zaman əsgər Təqsirləndirilən şəxs sıradan çıxıb əsgər Zərərçəkmiş şəxslə dalaşdığını bildirdiyindən bu barədə aidiyyəti üzrə məruzə edilərək araşdırma başlandığını, sonrakı günlərdə N nömrəli hərbi hissədə müayinə olunan zaman əsgər Zərərçəkmiş şəxs burnunda sınıq aşkar olunduğundan əsgər O.Nəzərliyevin barəsində cinayət işi başlandığını öyrəndiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid5 ifadəsində 01 dekabr 2023-cü il tarixdə, saat 18:00 radələrində Naxçıvan Təlim Mərkəzinin yaxınlığında yerləşən “Paliqon Gülçülük” adlanan “X3”nda işləyən şəxsi heyəti düzərkən 7ci bölükdə xidmət edən əsgər Zərərçəkmiş şəxs gözaltı nahiyəsinin qaraldığını gördüyünü, ondan gözünün altının nə üçün qaraldığını soruşan zaman əsgər Zərərçəkmiş şəxs ona ləvazimat dolabının qapısını açan zaman dolabın qapısının gözünə dəydiyini dediyini, əsgər Zərərçəkmiş şəxs inanmadığı üçün bu barədə bölük komandiri baş leytenant İlnam Məmmədova zəng vuraraq əsgər Zərərçəkmiş şəxs gözünün altının qaralması barədə bildirdiyini, daha sonra 7-ci bölük komandiri olan kapitan Şahid4la danışaraq telefonda ona əsgər Zərərçəkmiş şəxs gözaltı nahiyəsində olan xəsarət izi ilə bağlı məruzə etdiyini, həmin gün axşam hərbi hissəyə apardıqdan sonra yaşadığı evə getdiyini, sonrakı günlərdə əsgər Zərərçəkmiş şəxs 29 noyabr 2023-cü il tarixdə əsgər Təqsirləndirilən şəxslə mübahisə etdiyini, nəticədə əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs burnundan yumruqla vurmasını öyrəndiyini, sonrakı günlərdə həmin halla bağlı araşdırma aparıldığını, Təhqiqat xidmətində izahat verdiyini, daha sonra əsgər Təqsirləndirilən şəxs barəsində cinayət işi açıldığını öyrəndiyini göstərmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclasında iştirak edib xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmamasını, ibtidai istintaq zamanı vermiş olduğu ifadələri tam təsdiq etdiyini, xidmət müddətini artıq başa vurduğunu, onun iştirakı olmadan məhkəmə baxışı iclaslarının keçirilməsini xahiş etmiş, Şahid1 xx.xx.2024cü il tarixli və Şahid2 xx.xx.2024-cü il tarixli teleqramlarla məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs X1 barəsində olan cinayət işi üzrə şahid qismində tanındıqlarını, hərbi xidmətlərini başa vurduqlarını, səhətlərilə əlaqədar məhkəməyə gələ bilmədiklərini, istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini, məhkəməni onların iştirakları olmadan keçirilməsini xahiş etmişdirlər. Məhkəmə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasına gəlməməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 315-ci və 317-ci maddələrinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 29 noyabr 2023-cü il tarixdə, saat 06 radələrində təsərrüfat işlərinə ayrılmış şəxsi heyətlə birlikdə “Baza” adlanan yerə getmək üçün N nömrəli hərbi hissənin yaxınlığından keçən avtomobil yolunun kənarına gəldiyini, həmin yolu keçmək üçün yolun kənarında şəxsi heyətlə birgə düzüldüklərini, bu zaman ondan öndə sırada duran əsgər X2 “ya kalona keç, ya da imkan ver, biz kalonu dolduraq” dediyini, bu zaman əsgər Təqsirləndirilən şəxs ona cavabında nalayiq ifadə işlədib “işinlə məşğul ol, sən mənə irad tutan şəxs deyilsən” dediyini, həmin vaxt ona heç nə deməyərək şəxsi heyətlə birlikdə avtomobil yolunu keçdiyini, yolu keçdikdən sonra Ağır Cinayətlər Məhkəməsinin yanında sıranın arxasında hərəkət edən əsgər Təqsirləndirilən şəxs yaxınlaşıb “mənim tərxis vaxtıma az qalıb, məni poxa salma, mərdimazarçılıq eləmə” dediyini, bu zaman əsgər Təqsirləndirilən şəxs “bir var-yoxunu belə-belə etdiyim məni vura bilməz” dediyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs onunla söyüşlə danışmasına dözə bilməyib əsəbiləşmiş və sağ əli ilə onun sifətinə bir dəfə yumruq atdığını, yumruğu əsgər Təqsirləndirilən şəxs sol gözündən dəydiyini, bu zaman əsgər Təqsirləndirilən şəxs isə sol əli ilə onun burun nahiyəsinə bir dəfə yumruqla vurduğunu, əsgər Şahid1 və əsgər Şahid2 onları aralaşdırdığını, sonra sıraya durduğunu, həmin vaxt burnundan bir az qan gəldiyini, sonra şəxsi heyətlə birlikdə “Baza” adlanan yerə getdiklərini, oraya çatdıqdan sonra əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşıb üzr istədiyini, onun da Təqsirləndirilən şəxs bağışladığını, MAHHXHQ əsgər Şahid5 onun gözünün altının qaralmasını gördüyünü, bu barədə hərbi hissəyə məruzə etdiyini, sonrakı günlərdə N nömrəli hərbi hospitala göndərildiyini, orada müayinə zamanı burnunda sınıq aşkar olunduğunu, Təqsirləndirilən şəxs bağışladığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadələri elan olunaraq tədqiq olunmuş şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı vermiş olduqları ifadələrlə də X1 törətmiş olduğu cinayət əməli sübuta yetir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən zərər çəkmiş şəxsin, şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə zərər çəkmiş şəxsin, şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olur ki, onlar CPM-nin 329, 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmçinin qeyd olunan Plenum qərarında şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər CPM-nin yuxarıda qeyd olunan maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması tövsiyyəsilə edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 16-cı vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli, 277 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs 3-cü taborun 7-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının atıcıqumbaraatan köməkçisi, əsgər Təqsirləndirilən şəxs 3-cü taborun 8-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının pulemyotçusu vəzifəsinə təyin edildikləri göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 21-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 23-24-cü vərəqələrinə əlavə edilmiş xidmət vərəqədən çıxarışlardan görünür ki, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib, lakin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il, tarixdə geyim formasını pozduğuna görə töhmət, xx.xx.2023-cü il tarixdə şəxsi gigiyena qaydalarına riayət etmədiyinə görə şiddətli töhmət cəzası ilə və Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə geyim formasını pozduğuna görə töhmət, xx.xx.2023-cü il tarixdə şəxsi gigiyena qaydalarına riayət etmədiyinə görə şiddətli töhmət cəzası ilə cəzalandırılmışdırlar. Cinayət işinin 1-ci cildinin 45-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli, 496 №-li arayışda N nömrəli hərbi hissənin əsgərləri Zərərçəkmiş şəxs 3-cü taborun 7-ci bölüyünün 1-ci taqımının 3-cü manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət etdiyindən, Təqsirləndirilən şəxs 3-cü taborun 8-ci bölüyün 3-cü taqımın 3-cü manqasının pulemyotçusu vəzifəsində xidmət etdiyindən onların arasında tabeçilik münasibətləri olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 59-cu vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 14 dekabr 2023-cü il tarixli, 432 №-li ekspert rəyində zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət - hər iki gözaltı nahiyənin qançırı ilə müşayiət olunan burun sümüklərinin sınıqları - bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi itisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 60-cı vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 14 dekabr 2023-cü il tarixli, 433 №-li ekspert rəyində təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xx.xx.2023-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı, “Küt travma” ümumi tibbi məfhum olub obyektiv kriteriyaları olmadığından məhkəmə-tibbi nöqteyi-nəzərdən xəsarət kimi qiymətləndirilmədiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 65-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 69-cu vərəqəsinə əlavə edilmiş 21 dekabr 2023-cü il tarixli, 1325 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 173-cü vərəqəsinə əlavə edilmiş “Sumqayıt Tibb Mərkəzi” X7 19 yanvar 2024-cü il tarixli, 18-1-66/2-101/2024 nömrəli məktubundan görünür ki, təsirləndirilən şəxs O.R.Nəzərliyev və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan tibb müəssisələrinin psixatrik kabinetlərində, o cümlədən Narkoloji Dispanserə müraciət etmədikləri və qeydiyyatda olmadıqları göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə Səfərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon idarəsi tərəfindən xidmətə çağırıldığı göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin əsgər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzası Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət qulluqçularına tətbiq edilmir. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən intizam xarakterli hərbi hissədə saxlama cəza növü höküm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini bitirmiş müddətli həqiqi hərbi xidmət qulluqçusuna tətbiq edilə bilməz. Belə ki, iş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılıb, 16 yanvar 2024-cü il tarixdə 1 il 6 ay xidmət müddətini bitirmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətləri nəticəsində cinayət əməlini törətməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar