Məhkəmə qərarları › İş №1-1(092)-20/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-20/2025

16.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-20/2025 16.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin X9, yaxın qohumu olan hüquqi varisi: Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi N iştirakları ilə xx xxxxxx NNN1-ci il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, hal-hazırda Müdafiə Nazirliyinin N №li hərbi hissəsinin tibb məntəqəsinin feldşeri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən, NN yanvar NNN5-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ehtiyatsızlıqdan əsgər X1N ölümünə səbəb olmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin Culfa şəhərində yerləşən N №-li hərbi hissəsinin tibb məntəqəsinin rəisi-feldşer vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinin N oktyabr NNN4-cü il tarixli N78 №-NR nömrəli əmri ilə xx.xx.NNN4-cü il saat N9:NN-dan xx.xx.NNN4-cü il saat N9:NN-dək Müdafiə Nazirliyinin Culfa şəhərində yerləşən N nömrəli hərbi hissəsinin tibb məntəqəsinə növbətçi həkim təyin edilmiş, xx.xx.NNN4-cü il tarixdə saat N1 radələrində tibb məntəqəsində olarkən N5 iyul NNN4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Naxçıvan şəhərində yerləşən N №-li hərbi hissədə “gənc əsgər” hazırlığını keçməklə, xidmət etməsi üçün həmin gün N №-li hərbi hissəyə təyin edilmiş əsgər X17 hərbi hissəyə gəldikdən bir neçə saat sonra, yəni saat N1 radələrində halsızlığı və yüksək bədən temperaturu olduğu üçün hərbi hissənin tibb məntəqəsinə müraciət edən zaman “Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi təminatın dinc dövrdə təşkili haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NNN4-cü il tarixli 67 №-li qərarının 1N.3.1.1 bəndinin (kəskin xəstəlik, travma və zəhərlənmələr zamanı ehtiyacı olanların hamısına təxirəsalınmaz tibbi yardım göstərilməsi), 1N.3.1.6 bəndinin (vəziyyətinin ağır olması səbəbindən təxliyə oluna bilməyən xəstələrin vəziyyətləri yaxşılaşana və onlar tibb müəssisənə köçürülənə qədər lazaretdə stasionar müalicəsi), 1N.3.1.8 bəndinin (infeksion xəstələrin və xəstəliyinin yoluxucu olması ehtimal edilən şəxslərin müalicə müəssisəsinə göndərilənə qədər müvəqqəti izolyasiyası), 1N.3.11 bəndinin (tibb məntəqəsinin növbətçi feldşeri vəziyyəti təxirəsalınmaz tibbi yardım tələb edən, yoluxucu xəstəliyi, yüksək bədən temperaturu, aşkar ümumi zəifliyi olan şəxsləri birinci növbədə həkimin qəbuluna göndərir), 1N.3.13 bəndinin (xəstənin diaqnozunun təyin edilməsində və müalicə taktikasının seçilməsində hərbi hissənin həkimi yaxınlıqdakı müalicə-profilaktika müəssisəsinin həkim mütəxəssislərinin konsultativ köməyindən istifadə etmək üçün xəstəni ora göndərə bilər), 1N.3.8 bəndinin (hərbi hissənin tibb heyəti orqanizmin həyati vacib funksiyalarının bərpa edilməsi və saxlanılması metodlarını bacarmalıdır), 1N.4.N bəndinin (hərbi qulluqçulara yoluxucu və kəskin xəstəliklər, komatoz və terminal hallar, zəhərlənmələr zamanı tibbi yardım göstərdikdə hərbi hissənin feldşeri; 1N.4.N.1 bəndinin (ən çox xəstəlikləri, o cümlədən kəskin infeksiyaları tanımalıdır), 1N.4.N.N bəndinin (təxirəsalınmaz tibbi yardım göstərməyi bacarmalıdır), 1N.4.4.N bəndinin (birinci səviyəli (qoşun xidmətində göstərilən yardımı) düzgün və vaxtında göstərməli, ehtiyacı olan xəstələrin təcili hospitala (əlahiddə tibb taboruna) çatdırılmasını təşkil etməlidir), həmçinin Hərbi hissənin tibb məntəqəsində müalicə diaqnostika işinin təşkilinə dair Təlimatın-(hərbi hissənin feldşeri xəstələnmə, zədələnmə və zəhərlənmələrin diaqnozunu müəyyənləşdirməyi və lazımi səviyyədə həkiməqədər tibbi yardım göstərməyi bacarmalıdır; xəstələnmə, zədələnmə və zəhərlənmələrin xüsusiyyətlərindən asılı olaraq təxirəsalınmaz tibbi yardımı tibb məntəqəsinin təyinat və ya sarğı otağında həkim, o, gələnədək isə (iş vaxtından kənar və gecə vaxtı növbətçi feldşer yardım göstərir) tələbləri ilə qanunla ona həvalə edilən səlahiyyətlər, eyni zamanda vəzifə borcları səviyyəsində əsgər Ə.F.Əsədli xx.xx.NNN4-cü il tarixdə müraciət edərkən onun vəziyyətinin ağırlığını düzgün qiymətləndirməklə, diaqnozu təyin etməli, xəstəni stasionara qəbul edərək həkim müayinəsinə təqdim etməli, xəstəlik tarixi açılmaqla, qəbulun tarixini, şikayətlərini, xəstəliyin anamnezini, obyektiv müayinə nəticələrini (temperatur, nəbz, tənəffüs hərəkətlərinin sayı, arterial təzyiq, döş qəfəsinin auskultasiyası) göstərilməklə, müalicə təyinatlarını yazaraq imzalamalı, sonda xəstənin vəziyyətinin ağırlığını düzgün qiymətləndirərək xəstəyə təxirəsalınmaz tibbi yardım göstərməli və İİ səviyəli tibbi yardımı, (təxirəsalınmaz cərrahi və terapevtik yardımı) və İİİ səviyəli tibbi yardımı (ixtisaslaşmış və yüksək texnologiyalı yardımı) həyata keçirən tibb müəssisələrinə təxliyə olunması barədə müvafiq tədbirlər görülməli olduğu halda, bu tələblərini pozaraq Ə.F.Əsədlinin bədən temperaturunun 4N.5 dərəcə olmasını müəyyən etdikdən sonra heç kimə məlumat verməyərək ona “yuxarı tənəffüs yollarının katarı” diaqnozu qoyub ambulator müalicə təyin etməklə, 5NN ml natriumxlor məhluluna N,N ml analqin, 1,N ml dimidrol, N,N ml deksametazon, N,N ml C vitamini əlavə edib Ə.Əsədlinin sol dirsək çuxurundan venadaxili inyeksiya etmiş, sonra Ə.Əsədliyə 5NN mg paracetamol tabletka verərək ağrısı olduğuna görə ona 3,N ml diklofenak iynəsi inyeksiya etmiş, ikin tibbi yardım göstərdikdən sonra onu stasionara qəbul etməyərək, həmçinin ixtisaslı həkim müayinəsinə təqdim olunması üçün təcili hospitala (əlahiddə tibb taboruna) çatdırılmasını təşkil etmək əvəzinə, lazımi tədbirlər görməyərək N oktyabr NNN4-cü il tarixdə saat N3 radələrində bölməsinə göndərmişdir. Öz bölməsinə göndərildiyi üçün tibbi müdaxilədən kənarda qalmaqla Ə.F.Əsədlinin vəziyyəti daha da ağırlaşmış, gecə saatlarında onda qusma və halsızlıq halları olmuş, səhər saat N7 radələrində vəziyyətinin daha da ağırlaşması ilə bağlı təkrar tibb məntəqəsinə aparıldıqda gizir Təqsirləndirilən şəxs onu ixtisaslı həkim müayinəsinə təqdim olunması üçün təcili hospitala təxliyə etmək əvəzinə 5NN ml ringel məhluluna N,N ml analqin, 1,N ml dimidrol, N,N ml deksametazon, N,N ml C vitamini əlavə edib Ə.Əsədliyə venadaxili inyeksiya etmiş, sistem təxminən 1N-15 dəqiqə gedəndən sonra əsgər Ə.Əsədli özünü narahat hiss etmiş, nəfəs almaqda çətinlik çəkdiyinə görə gizir Təqsirləndirilən şəxs venadan iynəni çıxarıb onu çarpayıda oturtmuş, ilıq suya NN damcı korvalol məhlulu qarışdırıb ona içirsə də Ə.F.Əsədli huşsuz vəziyyətə düşüb çarpayıda hərəkətsiz uzanmışdır. Ə.F.Əsədlinin vəziyyəti daha da ağırlaşdığından ixtisaslı həkim müayinəsindən keçirilməsi üçün saat N9:N5-də “UAZ 6N39” markalı, “C NN8 MR” hərbi qeydiyyat nömrə nişanlı hərbi təcili tibbi yardım avtomobili ilə N nömrəli hərbi hospitala təxliyə olunmuş, ancaq təxliyəsi gecikdirildiyi üçün Ə.F.Əsədli keçirmiş olduğu “İnfeksion toksiki şok, kəskin infeksion toksiki miokardit, kəskin hemorragik pnevmoniya, trombohemorragik sindrom və poliorqan çatışmazlığı ilə ağırlaşmış kəskin infeksiya” xəstəliyindən saat N9:35-də yolda ölmüş, bununla da gizir Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ehtiyatsızlıqdan əsgər X1N ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş gizir Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, NN18-ci ilin avqust ayında Naxçıvan tibb kollecinə daxil olmuş, NNN1-ci ilin iyun ayında həmin məktəbi hərbi feldşer ixtisası üzrə bitirmiş, N6 noyabr NNN3-cü il tarixdən N №-li hərbi hissənin gizir hazırlıq kursunu bitirib gizir rütbəsi alaraq N №-li hərbi hissənin tibb mənətəqəsinin rəisi-feldşeri vəzifəsinə təyin olunmuşdur. Bir müddət həmin vəzifədə xidmət etmiş, NNN4-cü ilin dekabr ayında N №-li hərbi hissəyə göndərilmişdir. Hazırda həmin hərbi hissənin tibb məntəqəsində feldşer vəzifəsində xidmətini davam etdirir. N №-li hərbi hissə N №-li hərbi hissənin təlim-tədris mərkəzində yerləşdiyindən orada ona xidməti otaq verilmiş, həmin otaqdan iş otağı kimi istifadə etmiş, sənədləşmə işlərini orada aparmış, lakin tibbi fəaliyyətini N №-li hərbi hissənin tibb məntəqəsində icra etmişdir. Ayda bir neçə dəfə N №-li hərbi hissənin tibb məntəqəsində növbətçi həkim naryadına təyin olunmuş, növbəyə səhər saat N9:NN-da girmiş, növbəti gün saat N9:NN-da növbədən çıxmış, növbədə olan vaxt bir sutka ərzində orada qalmışdır. Naryadda olan vaxt gündüz saatlarında N №-li hərbi hissənin tibb məntəqəsində ondan başqa da həkimlər və ya feldşerlər olmuş, saat 18:3N-da zabit-gizir heyəti evlərinə buraxıldıqdan sonra isə N №-li hərbi hissənin tibb məntəqəsində təkcə növbətçi həkim və növbətçi maşının sürücüsü qalmışdır. İşlədiyi müddət ərzində fərqli xəstələr görüb, həmin gün də məntəqədə NN-dən artıq xəstə olmuş və hamısı qızdırma, halsızlıq şikayəti ilə müraciət etmişdir. Əlində olan dərman vasitələri ilə hamısına köməklik gösrtərib. Heç bir qızdırmalı xəstəyə stasionar müalicə yazılmadığı üçün o da gördüyünü tətbiq edib. Mərhum əsgəri xx.xx.NNN4-cü il tarixdə saat N1 radələrində xəstəni tabor növbətçisi gətirmiş, xəstə heç nə deməmiş, heç bir şikayəti olmamışdır. Onu əvvəldən tanımayıb, onda fərqli bir şey hiss etmədiyi və xəstənin istiliyi yendikdən sonra onu yataqxanaya yola salmışdır. Belə ki, mövsümi yoluxucu xəstəliklə əlaqələndirmiş, xəstənin 4N.5 dərəcə istiliyi olmuş, lakin boğazı təmiz olmuşdur. Xəstə elə də halsız olmamış vəziyyəti normal olmuşdur. Müvafiq tədbirləri görmüş, sistem qoşmuş, analqin dimederol, dekzametazol, C vitamini vurmuş, bundan sonra temperaturu 38 dərəcəyə düşmüşdür. Qızdırma iltihabla əlaqəli olur, buna görə də qızılca, suçiçəyi kimi xəstəliklərə qarşı tədbir kimi dekzametazol vurmuş, qızdırmasına, soyuqdəyməsinə qarşı paraçitromol tableti vermiş, irəliləyən saatlarda N-3 stəkan qaynar su içirmiş, ümumi tədbir kimi duzlu su ilə boğazını yumuş, saat NN:3N-da temperaturu 37.3 dərəcəyə düşmüşdür. xx.xx.NNN4-cü il tarixdə səhər saat 8-ə işləmiş yenidən gətirilmiş və xəstə gecə qusduğunu demişdir. Xəstənin 37.5 dərəcə istiliyi olmuşdur. Şahidi olmadığı üçün məntəqə həkimi Şahid1 xəstənin vəziyyəti barədə məruzə etməmişdir, çünki travmalı xəstə gələndə məruzə edilir. Hissə növbətçisi Fərhad Hacıyevə qızdırmalı xəstə olduğunu məlumat verəndə “özün məşğul ol” demişdir. Səhər xəstənin istiliyinin olduğunu həkim Şahid1 məruzə etdiyində “sistem qoş gəlib baxacam” demişdir. Gecə axırıncı dəfə xəstənin istiliyini ölçəndə 36.6 olduğunu görmüş və onu növbətçi Şahid1N təhvil verərək saat 3-ə qalmış bölməsinə-yataqxanaya göndərmişdir, çünki məntəqədə xəstə saxlanılmır. Əvvəllər əsgər özünü məntəqədə asdığı üçün xəstə daha məntəqədə saxlanılmır. O da gördüyünü tətbiq etmişdir. Əsgər Əsədlidən başqa məntəqədə daha bir əsgər olmuş və Ə.Əsədlidən bir qədər az vaxt məntəqədə qalmışdır. Bölmənin növbətçisi olduğu üçün əsgəri bölməsinə göndərəndən sonra onunla maralanmamışdır. Xəstəni səhər saat N8:1N-da növbə rəisi Şahid4 məntəqəyə gətirmiş, növbətçi heç nə deməmiş, özü isə “gecə saat 4-dən sonra qaytarmışam, ayağım ağrıyır” demiş, növbətçi Şahid4 niyə məlumat vermədiklərini soruşduğunda o da xəbərinin olmadığını demişdir. Xəstədə heç bir dəyişiklik hiss etməmiş, xəstə ayaqyoluna getmək istədiyini demiş, xəstəni ayağı sürüşər deyə ordakı digər xəstə əsgərin birinə qoşaraq ayaqyoluna aparmasını tapşırmış, Ə.Əsədlidən 1N dəqiqə əvvəl gəlmiş həmin əsgəri tanımamışdır. Xəstənin temperaturu 37.5 olduğu üçün diklofenat vurmuş, ayaqyoluna getdikdən 1 saat sonra sistem qoşmuşdur. 5NN ml-lik sistemin 3NN ml-i getmiş, bu təqribən NN dəqiqə çəkmiş, xəstə uzanmaq istəməyib, oturmaq istədiyi üçün sistemi çıxarmış, sistemi çıxardıqdan 5-6 dəqiqə sonra xəstə özündə olmamışdır. Mərhumla söhbət edəndə “gecə mədəm bulandı, qaytardım. Növbətçi baxıb gedi” demişdir. Saat 9-a işləmiş müqavimətinin artması üçün təkrar sistem qoşmuşdur. Elə xəstə olur ki, bir gün ərzində 3 dəfə sistem qoşulur, sistem 6-7 saat aralığı ilə qoşula bilər. Səhər saat 8-də Şahid1lə danışaraq gecə salamatçılıq olduğunu, xəstənin ayağının ağrıdığını demiş, o da gəlib baxacağını demişdir. Şahid1 “Gəlirəm, yoldayam” dediyi üçün xəstənin qaytardığını deməmişdir. Hadisə şənbə-bazar günü baş vermiş, yeni əsgərlər gəldiyi üçün Şahid1 yoxlamada olmuş, Şahid1lə danışanda Tağıyev ona “istəyirsənsə bir ringer qoş, gəlib baxacam” demişdir. Xəstəyə sistem qoşduğunda sistem normal getmiş, mərhum uzana bilmədiyini, oturmaq istədiyini dediyi üçün onu qaldırmış, narahatçılığı olduğu üçün hospitala aparılması nəticəsinə gəlmişdir. Sürücü həmişə məntəqədə, maşın isə parkda olduğu üçün sürücüyə “maşını gətir gedək hospitala” demiş, sürücü zəng vuraraq “maşın böyüyü gəlməlidir ki, maşını çıxara bilsin” demiş, saat 9-a qalmış maşını parkdan gətirmişlər. Həkimə zəng vuraraq “xəstəni aparıram” dediyi vaxt Şahid1 də gəlib çatmışdır. Ürəyində zəifləmə olmuş, döyüntüsü zəif olmuş, E.Şirinov əli ilə nəbzini yoxlamış, xəstəyə adrenalin vurulmalı olsa da, məntəqədə yox imiş. Aeroport yolunu keçdikdən sonra hospitala çatmağa az qalmış xəstə ölmüşdür. Keçinənə qədər xəstədə heç bir dəyişiklik hiss etməmişdir. Bilmədən xəstənin təxliyyəsini gecikdirmişdir, həkim çağırmalı olsa da, ancaq çağırmamışdır. Təxliyyəsi gecə olmalı idi, həkim çağırmalı idi. Hərbi hissə növbətçisinə deyib xəstəni hospitala göndərə bilərdi. Növbətçiyə “narahatçılığı olsa gətir” demişdir. Məntəqədə xəstə üçün çarpayı var. Yazılı əmr olmasa da, əsgər məntəqədə saxlanılmır, bunu ondan əvvəlki həkimlər deyib. Təlimatda bu barədə nə yazıldığını bilmir. Şahid1 bununla bağlı tapşırığı olmayıb. NN18-NNN1-ci illərdə tibb kollecində təhsil alıb. xx.xx.NNN3-cü il tarixdən işləyir, hadisəyə qədər 11 aylıq stajı olub, fərqli günlərdə, ay ərzində 1N dəfə növbəyə çıxıb. Xəstənin vəziyyəti ağır olanda həkimə məruzə edir, mərhum məntəqəyə gəldiyi vaxtdan 5.5 saat orada qalmışdır, elə xəstə var ki, məntəqədə 1.5 saat, digər xəstə 3 saat qalır. Ümumiyyətlə bu vaxt hər xəstə üçün dəyişir, 37 dərəcədən yuxarı olanda qızdırmalı sayılır, 4N.5 yüksək bədən temperaturu sayılır. Mərhuma qoşduğu sistemin axarını zəif qoymuş, bu 4N-5N dəqiqə çəkmiş, əlavə olaraq qaynar su içirmiş, sonra istiliyi 37.5 olmuşdur. İltihab əleyhinə diklofenak vurmuş, 4-5 dəfə istiliyini ölçmüşdür. O, gördüyü təcrübəyə istinad etmişdir, belə ki, bu kimi xəstələr dəfələrlə olmuşdur. Keçən ilin mart ayı növbətçi olanda məntəqəyə 4N.5 istiliklə xəstə gəlmiş və onun da müalicəsini eyni qaydada aparmışdır. İstiliyin qalxması hər hansı patoloji halın olduğunu göstərir. Qızdırmanın düşdüyünü müşahidə etdiyi üçün həkimə məruzə etməmişdir. İş prinsipini yazılı təlimatdan oxumamışdır. Məntəqədə 3N nəfərlik çarpayı var. Xəstəni məntəqədə yatızdırsa idi,əsgərin burada niyə yatdığı barədə heç nə deyilməzdi, buna görə töhmət verilə bilməzdi. Əsasnamədə qeyd edilən tələblərə əməl etməmiş, orta-ixtisas təhsilli olduğuna görə bəzi şeyləri tam bilməmiş, ona görə səhvlik etmiş, ancaq heç nəyi qəsdən etməmiş, bilməyərək bu hərəkəti eləmişdir. Təqsirləndirilən şəxs özünün baş vermiş hadisədə günahkar olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Belə ki, məhkəmə iclasında mərhum zərərçəkmiş şəxs X1N hüquqi varisi X18 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, təqsirləndirilən şəxsin qanuni şəkildə cəzalandırılmasını istəyir, çünki hadisə onun laqeyidliyi, səhlənkarlığı səbəbindən baş verib. Oğlu N5 iyul NNN4-cü ildə hərbi xidmətə çağırılıb. N5 oktyabr NNN4-cü il tarixində N №-li hərbi hissədə bölgü olduğundan oğlu N №-li hərbi hissəyə düşmüşdür. N oktyabr NNN4-cü ildə saat 1N:NN radələrində N №-li hərbi hissənin zampaliti onun mobil nömrəsinə zəng vurub “oğlunuzun qızdırması var, hospitala gətirilir, sizdə oraya gəlin” demişdir. O, telefonla danışandan 1N dəqiqə sonra evə getmiş, həyat yoldaşım Rima Əsədova ilə hazırlaşıb çıxmaq istəyəndə həmin şəxs yenə zəng vurub “hospitala yox, X4 gəlin” demişdir. Oraya gedəndə oğlunun öldüyünü, xəstəxananın morquna yerləşdirildiyini öyrənmişdir. Oğlunun əvvəldən hər hansı narahatçılığı, şikayəti olmamışdır. Sonuncu dəfə bölgü olmamışdan 5-6 gün qabaq oğlu onlarla əlaqə saxlamış, həmin vaxt o, qızdırması olması ilə bağlı heç nə deməmişdir. Təqsirləndirilən şəxslə barışmayıb. Əgər təqsirləndirilən şəxsin valideyni yasa gəlsəydi, onun nə çəkdiyini görsəydi onda bağışlayardı. Ümumiyyətlə təqsirləndirilən şəxsin valideyni yasa, başsağlığına gəlməmişdir. Baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs bağışlamır və ona ən ağır cəzanın verilməsini istəyir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin Ansteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinin ordinatoru vəzifəsində xidmət etdən tibb xidməti kapitanı Şahid3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, NN15-ci ilin iyul ayından hərbi həkim kimi ordu sıralarında xidmət edir. NNN1-ci ilin dekabr ayından NN5 №-li hərbi hospitalın Ansteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinin ordinatoru vəzifəsində xidmət edir. N №-li hərbi hissənin əsgəri Əsədli Əsgəri N oktyabr NNN4-cü ildə görüb tanımış, onunla qohumluğu, ədavəti olmamışdır. Hadisənin baş verdiyi tarix və saatlar tam olaraq xatırlamır, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. İstirahət günü səhər saatlarında mobil telefonuna xəstə olması ilə bağlı zəng gəlmiş, xəstənin nəbzinin hiss olunmadığı, təzyiqinin ölçülmədiyi deyilmişdir. Bunu eşidən kimi tez hazırlaşıb, çantasını götürüb evdən çıxmış, hospitalın maşını ilə getmiş, yolda xəstəni hospitala aparan avtomobillə rastlaşıb həmin maşına minmişdir. Gördüyündə ŞahidN xəstənin ürəyini masaj edirdi, tibbi personal orda idi. Yardımla məşğul idilər deyə çox söz soruşmadım Yoxladıqda xəstənin ürək tonları eşidilmirdi, nəbzi əllənmirdi, göz bəbəkləri genişlənmişdi. Bütün bu əlamətlər bioloji ölümü təsdiqləyirdi. Komandirlə mobil telefon vasitəsilə əlaqə saxlayıb vəziyyəti məruzə etmiş, sonra iş yerinə qayıtmışdır. Reanimasyon tədbirlər tam yerinə yetirilməyib, adrenalin vurulmalı idi. Hər hansı xəstəlik bir başa ölümə səbəb olmur, ağırlaşma olmalıdır ki, ölüm baş versin. Ölümə müxtəlif hallar səbəb ola bilər. O an onu müşahidə etmək olmur. Qızdırmanın nəticəsində də ola bilər. O, nadir hallarda xəstəni orta ağır və ağır hallarda qəbul edir. Bildiyi qədəri ilə xəstənin qızdırması 37 dərəcə və ondan yuxarı olduqda hərbi hissədə qala bilməz. NN15-ci ildən xidmət edir, yazılı və ya şifahi tapşırığın olmasını bilmir, ancaq tapşırılmışdı ki, xəstə hərbi hissənin tibb məntəqəsində saxlanılmasın. Çünki əvvəl də belə hadisə olub. hərbi hissələrə təlimat verilib ki, qızdırmalı xəstə hospitala göndərilsin. Xəstədə erkən meyit əlamətlərinə rast gəlməyib, ölümü bioloji ölüm idi. ŞahidN verdiyi məlumat onun üçün 1NN% düzgünlük daşımır, çünki buna cavabdeh şəxs reanimotoloqdur. Qızdırmalı xəstə hospitala göndərilir. Orada xəstəyə ambulator, stasionar müalicə yazılır. Tibb işçisi temperaturu yendirə bilər, səbəbi araşdırılmalıdır. Əgər xəstənin temperaturu bir neçə saat ərzində yenib-qalxırsa bu o deməkdir ki, o xəstə hospitala göndərilməlidir. Təcrübəsinə dayanaraq deyə bilər ki, həmin xəstə bölməyə qaytarılmalı deyildi, hospitala göndərilməli idi. 37 dərəcədən yuxarı temperaturu olan xəstənin hospitala göndərilməsi barədə göstəriş yoxdur. Müalicə protokolları həkim üçün keçərlidir. 67 №-li qərarın tələblərini tibb xidmət rəisləri bilməlidir. Feldşer məntəqə rəisinə məruzə etmədən xəstəni hospitala göndərə bilər. Qızdırma varsa, maye itkisi varsa sistem qoşula bilər. Xəstənin dili qurudursa, qaytarıbsa maye köçürülməsi mütləqdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin tibb məntəqəsinin feldşeri vəzifəsində xidmət edən, gizir ŞahidN verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N4 sentyabr NNN1-ci il tarixdən N №-li hərbi hissənin tibb məntəqəsinin feldşeri vəzifəsində xidmət edir. Hadisənin baş verdiyi tarix olduğu kimi yadında deyil. İbtidai istintaq dövründə verdiyim ifadəmi təsdiq edir. Bazar günü o, növbətçi naryadı olduğundan və N №-li hərbi hissə üzrə tibb məntəqəsinin N9:NNda növbəni təhvil götürəcəyi üçün saat N8:5N radələrində hərbi hissəyə gəlmişdir. Həmin vaxt xəstəni hospitala təxliyyə üçün hazırlayırdılar. O, xəstəyə qapalı masaj üçün süni nəfəsə başlamışdır. Xəstəni çölə çıxarmışlar. İlk tibbi yardımlar göstərilmişdir. Şahid3 zəng edib məlumat vermiş, o da yardımı dayandırmamalarını tapşırmışdır. Müayinədən sonra xəstənin öldüyü məlum olmuşdur. O gördüyü vaxt xəstə tam hərəkətsiz idi, gözləri yumulu idi, suallara cavab vermirdi, nəbzi yox idi, nəfəs yox idi. Xəstəni təkrar yoxlamış, qarnından da yoxlamış, lakin xəstənin vəziyyəti eyni qaydada davam edirdi. Temperaturunun 37.1 olduğu deyilmişdir. Feldşer orta tibb işçisi olaraq həkimin tapşırıqlarını yerinə yetirməlidir, müalicəyə ixtiyarı yoxdur, ilk tibbi yardım edə bilər. 37 dərəcədən yuxarı temperatur olan xəstələri tibb məntəqəsində saxlamaq mümkün deyil. Temperatur yuxarı olanda göstərişə ehtiyac yoxdur. Ancaq bütün hallarda həkimin rəyi soruşulur. Xəstə vaxtında təxliyyə olunmalı idi. Əgər o, Təqsirləndirilən şəxs yerinə olsa idi tibb məntəqəsinin rəisinə məruzə edərdi. İlkin olaraq temperatur salıcılar istifadə olunur, temperaturun dərəcəsi və hansı səbəbdən qalxması yoxlanılır, ilkin diaqnoz qoymaq üçün bu halın nəyin təsirindən baş verdiyi müəyyən edilir, qızdırmalı xəstəyə stasionar müalicə yazılıbsa, göstəriş varsa orada qalır. Yuxarı tənəffüs orqanlarının katarı soyuqdəymə deməkdir. Xəstəni növbətçi həkim yoxlayır, təyinatı həkim verir. Həkim yoxdursa feldşer ilkin diaqnoz qoya bilər, ancaq müalicə tətbiq edə bilməz. Bəzi hallarda həkim olmayanda məntəqə rəisi vəzifəsini feldşer apara bilər. İlk yardım üçün icazəyə ehtiyac yoxdur, müalicə üçün həkimin rəyi olmalıdır. O, belə vəziyyətdə olan xəstəni tibb məntəqəsində saxlamır. 67 №-li qərarda vəzifəsinə aid olan hissəni bilir, lakin məntəqədə həmin qərarı görməyib. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsində xidmət edən, tibb xidməti leytenantı Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, NNN3-cü ilin iyul ayında N №-li hərbi hissənin tibb məntəqəsində həkim vəzifəsində xidmətə başlamış, hərbi hissənin tibb xidməti rəisi və tibb məntəqə rəisi vəzifələri boş olduğundan həmin şəxslərin vəzifələrini qismən icra etmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Hadisə zamanı istirahət günü olduğundan, o, evdə istirahətdə olmuşdur. Səhər saat N9:1N radələrində Təqsirləndirilən şəxs zəng edərək xəstənin 37.5 dərəcə istiliyinin olduğunu demiş və nə edəcəyini soruşmuş, o da sistem qoşmağı təklif etmiş və hazırlaşıb məntəqəyə yollanmışdır. Yolda olanda Təqsirləndirilən şəxs bir daha zəng edib yolda olduğunu demişdir. Xəstənin vəziyyətini soruşduğunda “özünüz baxsanız yaxşı olar” demişdir. Məntəqəyə çatanda ŞahidN xəstənin təzyiqini ölçdüyünü görmüş, ŞahidN xəstənin ürək ritminin olmadığını demişdir. Nəfəsinə baxmaq üçün güzgü tutmuş, hospitala zəng edərək xəstə gətirəcəklərini demişdir. Adrenalin vurmaq istəsə də məntəqədə olmamışdır. ŞahidN “bizdə var” demiş, lakin baxdıqda qapının bağlı olduğunu görmüşlər. Pəncərənin şüşəsini sındırmış, ancaq həmin vaxt artıq xəstəni məntəqədən çıxarıb hospitala apardıqları üçün o da öz maşını ilə arxalarınca getmişdir. Tibb məntəqəsinin növbətçi həkimi təxliyyə qərarı verə bilər, hospitala təxliyyə üçün hissə növbətçisinə məruzə edilir. Ona səhər saatlarına qədər bu barədə məruzə edilməyib. 4N dərəcədən yuxarı ciddi bir vəziyyət deməkdir ki, Təqsirləndirilən şəxs xəstənin vəziyyətini normallaşdırıb təxliyyə etməli idi. 67 №-li qərarda temperatur aralığı yazılmayıb. Təqsirləndirilən şəxs xəstəni hərbi hissəyə göndərməli deyildi. Hissə növbətçisinə məruzə edib çıxara bilərdi, ona zəng edib məsləhət ala da bilərdi, ancaq bu şərt deyil. Təqsirləndirilən şəxs tibb təcrübəsi yetərli idi. Onun xəstələrə qarşı laqeyidliyi olmayıb. Təqsirləndirilən şəxs ona xəstənin temperaturunun 37.5 olduğunu və qaytardığını demiş, o da bunun ilkin vəziyyət olduğunu zənn etdiyi üçün sistem qoşmasını tapşırmışdır. Təqsirləndirilən şəxs xəstə haqqında ona N8:N8-də məlumat vermiş, “xəstənin temperaturu 37.5 dərəcədir, qaytarır” demiş, ona “mən gələnə qədər yardım et” göstərişi vermişdir. Təqsirləndirilən şəxs ona xəstənin ağır və təcili olması barədə heç nə deməmişdir. O, xəstənin ağır vəziyyətdə olduğunu bilməmişdir. Gecə ərzində xəstənin vəziyyəti barədə məlumatım olsa idi, əlbəttə ki gələdi. Həmin gecə saatı xatırlamasa da təqribən NN:NN, NN:3N arası Təqsirləndirilən şəxslə telefon danışığı olmuşdur. Əgər xəstə qaytarırsa vəziyyətini yaxşılaşdırmaq üçün sistem qoşula bilər. Təxliyyə gecikdirilib. Temperatur xəstənin vəziyyətini təyin edən yeganə vəziyyət deyil. İstiliyi olan xəstə hospitala göndərilə bilməz deyə göstəriş yoxdur. Əgər xəstənin temperatutu 5 saat ərzində yenirsə demək ki, vəziyyətində nəsə var. Temperatur xəstənin vəziyyətini təyin edən yeganə vəziyyət deyil. Hərbi hissə növbətçisi “tədbir gör” deyirsə, xəstə ilkin yardım göstəilib təxliyyə olunur. İstiliyi olan xəstə hospitala göndərilə bilməz deyə göstəriş yoxdur. Təxliyyə gecikdirilib. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 3-cü taborunun Artilleriya batareyasının 1-ci tağımının N-ci manqasının komandiri vəzifəsində xidmət edən MAHHX HQ əsgər Şahid4 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, NNNN-ci ilin oktyabr ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi N №-li hərbi hissənin 3-cü taborunun Artilleriya batareyasının 1-ci tağımının N-ci manqasının komandiri vəzifəsində xidmət edir. İbtidai istintaq zamanı verdiyim ifadəsini təsdiq edir. Hadisənin üzərindən müəyyən vaxt keçdiyi üçün təbii olaraq tarixlər tam formada yadında deyil. Hadisə vaxtı 6-cı gün idi. O, 3-cü tabora tabor növbətçisi idi. İş rejmi sutkalıq olur. Saat N1 radələrində tabor üzrə cavabdeh Şahid5 yataqxanadakı əsgərin tibb məntəqəsinə aparılması barədə tapşırıq vermiş, əsgəri tibb məntəqəsində aparanda yolda olarkən əsgər istiliyinin olduğunu demiş, başqa probleminin olub-olmaması barədə heç nə deməmişdir. Əsgəri tibb məntəqəsində feldşer gizir Təqsirləndirilən şəxs təhvil vermiş, onun barəsində xəstələrin qeydiyyat kitabında qeyd aparılmışdır. Feldşerə əsgəri səhhəti ilə bağlı gətirdiyini demiş, feldşer xəstənin istiliyini termometrlə ölçmüş, bədən temperatorunun 37.1 olduğu məlum olmuş, səhhəti ilə bağlı suallar vermiş, xəstə bədəninin ağrıdığını demişdir. Feldşer xəstəni yoxlamış, heç bir problem çıxmamışdı. Buna görə də əsgəri geri qaytarmış və bu barədə Şahid5 məruzə etmişdir. Xəstənin bədəni əsirdi, bir az üşütməsi var idi, hərəkətləri fərqli idi. Başqa heç bir problem görməmişdir. Əsgəri feldşerə təhvil verib 1N-15 dəqiqə gözləmiş, xəstə əvvəl oturmuş, sistem qoşanda uzanmış, feldşer sistem qoşmuş, bəzi tədbirlər görmüşdür. Onun sistemə nə vurması barədə məlumatı olmamışdır. Temperaturu 37.4 dərəcə olmuş, ürəyi bir az tez-tez döyünürdü. Təqsirləndirilən şəxs ona “get, mən sənə xəbər edəcəm” demişdir. Həmin vaxt Mustafayevin kiminləsə danışaraq məlumat verdiyini görməmişdir. Əlavə olaraq tibb məntəqəsində olan əsgər də tibb təhsili aldığı üçün o da tədbir görürmüş. Tabor növbətçisi günün nizam qaydalarına uyğun olaraq hərəkət etməlidir. O, növbətçiliyi vaxtı N-ci mərtəbədə silah otağı olan yerdə olmuşdur. 3-cü taborun yarısı 1-ci, digər yarısı isə N-ci mərtəbədə olduğu üçün hər iki mərtəbəyə baxırdı. Mərhum da N-ci mərtəbədə yatırmış, bütün əsgərlərə nəzarət etdiyində əsgərlərin hamısının yatdığını, heç bir narahatçılığın olmadığını görmüşdür. O, əsgərin qaytarmağını görməmiş, xəstə həkimə qaytardığını demişdir. Yatmamış, oyaq olsa da, əsgərin qusduğu vaxtı görməmişdir. Təqsirləndirilən şəxs 1-ci dəfə əsgərə sistem qoşmasını xatırlamır. 1-ci dəfə tibb məntəqəsinə iki əsgər aparmış, 1-ci əsgəri tez gətirmiş, N-ci əsgərə sistem qoşuldu, sonra gətirmişdir. Təqsirləndirilən şəxs “gecə maraqlanarsan, nəzarətdə saxla” demiş, bu barədə Eyvazova təhvil verib məruzə etmişdir. O da əsgəri nəzarətdə saxlamış, bir neçə dəfə baxmış, Ə.Əsədlidə inilti, zarıma, problem yox idi. Növbətçi olduğu üçün əsgəri tibb məntəqəsindən özünün gətirməli olsa da, lakin Şahid1N 1-ci mərtəbədə olduğundan əsgəri özü gətirmiş, Təqsirləndirilən şəxs çağırdığını Dadaşov ona deməmiş, onun zəngdən xəbəri olmamış, çünki zəng 1-ci mərtəbəyə gəldiyi üçün o cavabdehlik daşımamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 3-cü taborunun Minaatan batareyasının komandiri vəzifəsində xidmət edən kapitan Şahid5 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, NN avqust NNN4-cü ildən N №-li hərbi hissənin 3-cü taborunun Minaatan batareyasının komandiri vəzifəsində xidmət edir, Əsədli Əsgəri N №-li hərbi hissənin 3-cü taboruna xidmətə verildikdən sonra tanımış, onunla qohumluğu, ədavəti olmamışdır. Tarixlər tam olaraq yadında deyil. Hadisə vaxtı gənc əsgərlər gəldiyi gün həm bölməyə, həm də əsgərlərə tabor üzrə cavabdeh olmuş, gün növbətçisi tabor növbətçisinə, tabor növbətçisi də ona tabe olmuş, növbətçi “narahat olan əsgər var” demiş, əlini əsgərin alnına vurub istiliyinin olduğunu görmüş, əsgər axşam yeməyə qədər heç nəyinin olmadığını demiş, əsgərləri tibb məntəqəsinə göndərmiş, bunu Şahid4 tapşırmış, əsgər gecə saatlarında digər bölmənin növbətçisi ilə yataqxanaya geri qaytarılmışdı. Həmin əsgərin səhhətində problem olduğu üçün səhər N-ci dəfə yeməkdən əvvəl yenidən tibb məntəqsinə göndərilmişdir. Təxliyə vaxtı mərhum özünü çox narahat hiss edirdi, nəfəs və nəbz var idi. Həmçinin Şahid5 verdiyi ifadəsində bildirmişdir ki, ona “qalx” komandasına qədər heç bir məlumat verilməmiş, o da tibb məntəqəsinə zəng edib xəstə əsgərlər barədə maraqlanmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 3-cü tabor, 9cu bölüyünün tuşlayıcısı vəzifəsində xidmət edən, əsgər Şahid9 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N5 iyul NNN4-cü ildə SHXÇDX-nın Şərur şəhər şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, ilk xidmət yeri N №-li hərbi hissənin 3-cü tabor 8-ci bölüyü olmuş, 18 avqust NNN4-cü ildə andiçmədən sonra yenidən bölgü olmuş, həmin vaxt 3-cü tabor 9-cu bölük, 5-ci taqımda PK silahı üzrə tuşlayıcı vəzifəsinə təyin edilmiş, N №-li hərbi hissəyə xidmətə verilən vaxtdan əsgər X13 tanımış, onunla hərbi hissənin 9-cu bölüyündə də birlikdə xidmət etmiş, elə bir yaxınlıqları olmamışdır. Hadisə vaxtı N №-li hərbi hissəyə yeni gəlmişlər. Gecə saat 3-4 radələrində ayaqyoluna getdiyində Ə.Əsədlini ayaqyolunda görmüşdür. Yanına gedib nə olduğunu soruşduğunda “indi gəlmişəm” demiş, ona “narahatçılığın varsa növbətçiyə deyim” dediyində o da cavabında “gedirəm yatam” demişdir. Müddət keçdiyi üçün hadisələri tam olaraq xatırlamır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Səhər ağrısı olduğu üçün Ə.Əsədlinin tibb məntəqəsinə aparılmasını eşitmişdir. Həmçinin Şahid9 verdiyi ifadəsində bildirmişdir ki, əsgərlər bölük növbətçisinə boğazlarının ağrıdığını dediyində Nurlan Rzayev əsgərlərə herslənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin rabitə bölüyünün, KRS taqımının, telefon manqasında radiotelefonçu vəzifəsində xidmət edən əsgər Şahid1N verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 3N aprel NNN4-cü ildə SHXÇDX-nın Xaçmaz şəhər şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N ay N №-li hərbi hissədə kurs keçmiş, NNN4-cü ilin iyun ayının sonlarında N №-li hərbi hissəyə göndərilmiş, həmin tarixdən N nömrəli hərbi hissənin rabitə bölüyünün, KRS taqımının, telefon manqasında radiotelefonçu vəzifəsində xidmət edir. Hadisə vaxtı bölük növbətçisi olmuş, yataqxanaya girib “probleminiz var?” deyə soruşmuş, əsgərlərdən biri eşiyə çıxmış, əsgər titrədiyi üçün gün növbətçisinə isti su verməsini demiş, N-ci mərtəbəyə qalxıb Eyvazova “əsgərlər Sizinlə görüşmək istəyir” deyə məruzə etmişdir. Gecə saat 3-ə 1N dəqiqə işləmiş tibb məntəqəsindən zəng edilərək “gəlin əsgəri götürün” deyilmiş, gün növbətçisi bu barədə ona demiş, o da məruzə etmək üçün N-ci mərtəbəyə qalxmış, həmin vaxt Nurlan Rzayevin və Şahid4 stolun arxasında yatmış formada görmüş, 15 dəqiqə sonra məntəqədən N-ci dəfə zəng gəldiyində yataqxananın qarşısında siqaret çəkən cavabdeh kiçik çavuşa məruzə etmiş, cavabdeh Nurlan Rzayev “kim getsin?” soruşduğunda ona “İstəyirsizsə mən gedib gətirim. Gələndə məruzə edərəm” demişdir. Tibb məntəqəsinə gedəndə növbətçi feldşer Təqsirləndirilən şəxs görmüş, xəstənin vəziyyətini soruşduğunda xəstənin 4N dərəcə istiliklə daxil olduğunu demiş, Təqsirləndirilən şəxs ona əlavə tapşırıq verməmiş, sadəcə “apar yatır” demiş, əsgərdən necə olduğunu soruşduğunda yaxşı olduğunu demiş, ancaq əsgərin titrəyirdiyini görmüşdür. Yataqxanaya çatdıqlarında foyedə əsgərə “yatdığın yeri bilirsən?” deyə soruşmuş, o da bildiyini demiş, əsgəri məntəqədən gətirməyi barədə 3-ə 15 dəqiqə qalmış gün növbətçisinə məruzə etmişdir. Saat 3N-4N dəqiqə sonra təbii ehtiyacını ödəmək üçün yataqxanaya girmiş, tualetə girəndə əsgərlərdən birinin qaytardığını görmüş, əsgərdən nəyinin olduğunu soruşduğunda o da “tək qalmaq istəyirəm” demişdir. Gün növbətçiləri ona qışqıraraq “sən bu yataqxanaya daxil ola bilməzsən” demiş, Rüfət Məmmədov ona herslənmiş və “səni və digər 4 əsgəri məruzə edəcəm. Onlar niyə gecə üzünü qırxır?” demişdir. O, rabitə bölüyünün növbətçisi olduğu üçün hissə növbətçisinə tabe olmuş, tabor növbətçisinə tabe olmamış, gün növbətçisi ona tabe olmuşdur. Həmçinin Şahid1N verdiyi ifadəsində bildirmişdir ki, yeni gələn əsgərlərin yatdığı bölmədə ayaqyoluna getdiyi üçün kiçik çavuş Nurlan Rzayev ona hersləndiyindən, buna görə də əsgərin qaytarması barədə heç bir cavabdehə heç nə deməmişdir. Ayaqyolunda qaytaran əsgərin üzünü görmədiyi üçün onun məntəqədən gətirdiyi əsgər olmasını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 3-cü tabor, 9cu bölüyünün pulemyotçusu vəzifəsində xidmət edən, əsgər Şahid6 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 15 iyul NNN4-cü ildə SHXÇDX-nın Xırdalan şəhər şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, ilk xidmət yeri N №-li hərbi hissənin N-ci tabor 5-ci bölüyü olmuş, 18 avqust NNN4-cü ildə and içmədən sonra yenidən bölünmüş, həmin vaxtda 3-cü tabor 9-cu bölük, 6-cı taqımda pulemyotçu vəzifəsinə təyin edilmiş, N №-li hərbi hissəyə xidmətə verilən zamandan əsgər X13 tanımış, münasibətləri yaxşı olmuş, onunla hərbi hissənin 5-ci bölüyündə də, 9-cu bölüyündə də birlikdə xidmət etmişdir. Tarixi tam xatırlamır. Mərhumun əvvəldən heç bir xəstəliyi olmamış, bədən yoxlanışından keçdiklərində mərhumun bədən temperaturunun yoxlanıldığını görməmiş, yoxlanıldığını zənn etmişdir. Hadisə günü “Yat” komandası vaxtı mərhum tibb məntəqəsində olmuş, sonradan onlar yatdıqdan sonra gəldiyini eşitmiş, gecə saat 3-4 radələrində onu ayaqyolunda gördüyündə üzü aşağı durub qaytaran formada görmüş, kömək etmək istəmiş, ancaq mərhum imkan verməmişdir. Ayaqyolundan çıxmaq istəyəndə çiynindən tutmaq istədiyində çiynini ataraq “Tək burax” demişdir. Hansı bölüyün növbətçisi olduğunu bilmədiyi Şahid1N çağırmış, Şahid7 da yuxulu vəziyyətdə orada olmuş, Araz Əliyev isə səhər gəlmişdir. İlk getdikləri gün olduğu üçün heç kimi tanımırmış. Şahid1N “necə kömək edək?” deyə soruşduğunda o da əlini “boş ver” deyər kimi yelləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 3-cü tabor, 9cu bölüyünün pulemyotçusu vəzifəsində xidmət edən, əsgər Şahid8 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N6 iyul NNN4-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətə çağırıldıqdan sonra N №-li hərbi hissəyə göndərilmiş, N №-li hərbi hissədə 3-cü taborun 9-cu bölüyündə gənc əsgər kursu keçmiş, əsgər Əsədli Əsgəri N №-li hərbi hissədə xidmət edərkən görüb tanımış, onunla qohumluğu, ədavəti olmamış, onunla birlikdə 3-cü taborun 9-cu bölüyündə xidmət etmişdir. N5 oktyabr NNN4-cü ildə axşam tərəfi saat NN-N1 radələrində asudə vaxtı Ə.Əsədli ilə söhbət etmiş, Əsədli “bir az halsızam” dediyində tibb məntəqəsinə getməyi təklif etdiyində istəməmiş, sonradan onun tibbə aparıldığını öyrənmiş, özünün də boğazı ağrıdığı üçün tibbə aparılmış, tibb məntəqəsinə gedəndə “yat” komandasına 3-5 dəqiqə qalırmış. Tibb məntəqəsinə çatanda Əsədlini sistem qoşulmuş vəziyyətdə görmüş, Əsgər Əsədli ilə bir az söhbət etmiş, Ə.Əsədli ona “gələndən bəri sistem qoşublar, dərman verirlər” demiş, Ə,Əsədliyə “gəlmə, burada qal” dediyində o da cavabında “deyirlər ki, qızdırma düşəndə göndərəcəklər” demişdir. Onu 15-NN dəqiqə sonra yataqxanaya qaytarmışlar. Səhər Əsədlini yenidən tibb məntəqəsinə aparıldığını eşitmişdir. Həmçinin Şahid8 verdiyi ifadəsində bildirmişdir ki, Ə.Əsədliyə “burada qal” deyəndə yanlarında heç kim olmamış, Ə.Əsədli tibbdə olanda bölmə cavabdehinin kim olduğunu xatırlamır, həmin cavabdehin məntəqəyə zəng edib “Əsədlinin vəziyyəti düzələndə qaytarın” demiş, Ə.Əsədlinin vəziyyəti pis olanda heç bir cavabdeh vecinə almamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 3-cü tabor, 9cu bölüyünün tuşlayıcısı vəzifəsində xidmət edən, əsgər Şahid7 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N5 iyul NNN4-cü ildə SHXÇDX-nın Şərur rayon bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N №-li hərbi hissənin 3-cü tabor 9-cu bölüyündə olmuş, həmin bölükdə xidmət edərkən əsgər X13 tanımış, aralarında qohumluq, düşmənçilik olmamış, normal əsgər yoldaşı kimi münasibəti olmuşdur. Tarixləri tam olaraq xatırlamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. xx.xx.NNN4-cü ildə bölgü olmuş və N №-li hərbi hissəyə düşmüşlər. Bölgü vaxtı Əsgər Əsədlinin bədən baxışı keçirilməsini, bədən temperaturunun ölçülüb-ölçülmədiyini görməmişdir. Yeməkdən sonra siqaret çəkib yataqxanaya qayıdanda Əsgər Əsədlinin tibb məntəqəsinə aparılmasını eşitmişdir. Gecə saatlarında ayaqyoluna gedəndə əsgərlərdən birinin ayaqyolunda qaytardığını görmüş, həmin vaxt Şahid6 də orada imiş, sonra Şahid1N da gəlmişdir. Qaytaran əsgərin kim olduğunu soruşduğunda Əsədli olduğunu demişlər, Əsədli ilə heç bir kontaktı olmamış, yuxulu olduğu üçün əlavə heç nə soruşmamış, səhər - “Qalx” komandasına oyananda Əsgər Əsədlinin yenidən tibb məntəqəsinə aparıldığını eşitmişdir. Məhkəmə istintaqında məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində çağırılaraq dindirilmiş N nömrəli hərbi hissənin 3-cü tabor artileriya batareyasının N-ci taqım, 3-cü manqasının komandiri vəzifəsində, MAHHX HQ kiçik çavuş hərbi rütbəsində xidmət edən X11 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, tarixləri tam xatırlamır, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əsgər Əsədlini tanımamış, hərbi hissədə 18N-NNN əsgər olmuş, gənc əsgərlər yataqxanada 1-ci mərtəbədə yerləşdirilmiş, cavabdehləri saatlıq olaraq bölgü apararaq nəzarət üçün ayırmışlar. Cavabdeh şəxs Şahid5 imiş, gecə saat N-4 arası Eyvazovun istirahət vaxtı olmuş, o, həmin gecə saat N-4 arası gizir Elvin birlikdə növbətçi olmuş və saat N-də xidmətə başlamışdır. Elvin Ələsgərov N-ci, o isə 1-ci mərtəbəyə cavabdeh olmuşdur. Xidmətə başlayanda Əsgər Əsədlinin məntəqədə olduğunu bilmişdir. Mərhumu tibb məntəqəsinə Əbülfəz Əsgərov aparmışdır. Məntəqənin növbətçisinə zəng edilərək “əsgərin istiliyi yenib. Aparın”deyilmiş, və Ə.Əsədli tibb məntəqəsindən gecə saat 3-də qaytarılmışdır. O, ümumi foyedə, 1-ci mərtəbədə olmalı imiş, lakin N-ci mərtəbədə də onların əsgərləri olduğu üçün ora da baxmışlar. Əsədli məntəqədən qayıdan vaxt o, N-ci mərtəbədə oturmuş vəziyyətdə olmuş, ora su içmək üçün çıxmış, Ə.Əsədlini məntəqədən növbətçi gətirməli olduğundan elə növbətçi Şahid1N gətirmiş, ona məruzə edərək “gətirdim” demiş, N-ci mərtəbədə olduğu üçün Əsədlinin tibb məntəqəsindən gəlməsini görməmiş, növbətçinin “əsgəri gətirib yatızdırdım” deməsi ilə kifayətlənmişdir. Xidmət dövründə dəfələrlə yataqxanaya girib ümumi baxmış, əsgərlərin yatdığını, oyaq əsgər olmadığını görmüş, Əsgər Əsədli ilə maraqlanmamış, onu ayaqyolunda görməmiş, əsgərlər görübsə, gəlib məruzə etməli imiş. Saat 4-də növbəni digər cavabdehə təhvil vermiş, təhvil vaxtı heç nə deməmiş, heç nə məruzə etməmişdir. Şahid1N 1-ci mərtəbənin növbətçisi olmuş, Şahid1N ümumi nəzarət aparmalı olduğundan gənc əsgərlər olan bölməyə keçməyə ixtiyarı olmuşdur. Şahid1N yalan ifadə vermişdir, çünki o, Şahid1N “niyə maraqlanırsan?” deməmişdir. Xidmət yeri 1-ci mərtəbə olsa da, oturmağa yer olmadığı üçün, bəzən pilləkəndə oturmuş, bəzən də ayaq üstə durmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi və şahid qismində dindirilmiş şəxslərin ifadələrindən, o cümlədən məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq olunmuş X5, X8 və X1 şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə ifadələrin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə istintaqında dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ibtidai araşdırma dövründə şahid qismində dindirilmiş X5, X8 və X1 ifadələrini, o cümlədən istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlanılması və istintaq qrupunun yaradılması haqqında” xx.xx.NNN4cü il tarixli qərardan görünür ki, əsgər X17 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-N). “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında” xx.xx.NNN4-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs XN atası X18 onun hüquqi varisi qismində tanınmışdır (i.v İİ cild 1N3-1N4). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxsin və onun yaxın qohumu olan hüquqi varisinin kimliyi öz təsdiqini tapır. N №-li hərbi hissə komandirinin N6 noyabr NNN3-cü il tarixli, 14N №-li əmrindən edilmiş çıxarışdan görünür ki, “Gizir hazırlığı kursu”nu bitirmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-X15 Komandanının birinci müaviniqərargah rəisinin xx.xx.NNN3-cü il tarixli, N119 gm №-li əmri ilə 5NN nömrəli hərbi hissə komandirinin xx.xx.NNN3-cü il tarixli N33 nömrəli təyinat vərəqəsi ilə tibb məntəqəsinin rəisi-feldşer vəzifəsinə təyin edildiyindən, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin sıyahısına və bütün növ təminatlara daxil edilmişdir (i.v İİİ cild 58). N №-li hərbi hissə komandirinin 1N dekabr NNN4-cü il tarixli, N33 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq N №-li hərbi hissənin hərbi qulluqçusu Təqsirləndirilən şəxs həmin tarixdən N №-li hərbi hissənin tibb məntəqəsinin rəisi-feldşer vəzifəsinə təyin təyin edilmişdir (i.v İİİ cild 57). N №-li hərbi hissə komandirinin N5 iyul NNN4-cü il tarixli, N №-li əmrindən edilmiş çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün X14 “əsgər” hərbi rütbəsi verilməklə, o, həmin tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmaqla, hərbi hissənin N-ci təlim taborunun 5-ci təlim bölüyünün N-ci taqımının 1-ci manqasında xidmətə başlamışlar (İ.v İİ cild 8N). N №-li hərbi hissə komandirinin N5 oktyabr NNN4-cü il tarixli, N87 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər X17 hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədəm gəldiyinə görə, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmaqla, hərbi hissənin 3-cü motoatıcı taborunun 7-ci motoatıcı bölüyünün 1-ci motoatıcı taqımının 3-cü manqasında pulemuyotcu vəzifəsinə təyin edilmişdir (İ.v İİİ cild N44). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs və mərhum zərərçəkmiş şəxs X1N hərbi qulluqçu olmaları öz təsdiqini tapır. “Məhkəmə-tibbi ekspertizası”nın N oktyabr NNN4-cü il tarixli, N nömrəli ekspert rəyindən görünür ki, mərhum Ə.F.Əsədlinin ölümünə kəskin hemorragik sindrom nəticəsində yaranan poliorqan çatışmazlığı səbəb olmuşdur, bunu histoloji müayinədə aşkar olunan ürəkdə diffuz qansızma ocaqları, kardomiositlərdə nekroz ocaqları ilə, stromada kəskin ödem, ağ ciyərlərdə stromal qansızma ocaqları, kəskin ödem əlamətləri, qaraciyərdə zəif dərəcələi steatoz, ödem, pankreasda kəskin ödem, stromal qansızma ocaqları ilə, digər müayinə olunan obyektlərdə kəskin venoz doluqanlılıq və ödem əlamətləri sübut edir. İlkin meit əlamətlərinə əsasən ölümün N oktyabr NNN4-cü il tarixdə saat N9:35-də baş verməsi istisna edilmir. Histoloji müayinənin nəticəsində qeyd olunan dəyişikliklər trombohemorragik sindroma xarakterik olub patoloji dəyişikliklərdir. Müayinələrin nəticələrinə və qərarda göstərilənlərə əsasən Ə.F.Əsədlinin çox sürətli inkişaf edən patoloji proses nəticəsində ölməsi istisna edilmir. XN meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində əlbəyaxa mübarizəyə, zorakı öldürülməyə məxsus hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamış, digər aşkar olunan xəsarətləri – dirsək büküşlərinin və sağrı nahiyələrinin çoxsaylı kiçik ölçülü deşilmiş yaraları – tibbi inyeksiya yerləri, onların ətrafında olan hematoma və qançırlar isə inyeksiya yerlərindən xaric olan qanın hesabına yaranmışdır. Ölümlə səbəbli əlaqəsi yoxdur. Gövdənin arxa səthində aşkar olunan qansızmalar patoloji proseslə əlaqədar damar keçiriciliyinin pozulmasından törənməyə xarakterikdir (i.v İİİ cild 3-7). “Komisyon məhkəmə-tibbi ekspertizası”nın N6 dekabr NNN4-cü il tarixli, K/3N9- NNN4 nömrəli ekspert rəyindən görünür ki, X17 N5 iyul NNN4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan zaman, müvafiq HHK-sı tərəfindən düzgün şəhadətləndirilmişdir, təqdim olunan tibbi sənədlərə əsasən həmin dövrdə həqiqi hərbi xidmətə yararlı olmuşdur. X1N hərbi xidmət dövründə ölümünə səbəb olan xəstəlik N5 iyul NNN4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan zaman onda olmamışdır, xəstəlik hərbi xidmət dövründə inkişaf etmişdir. Ə.F.Əsədli ölümündən əvvəl və son müraciətləri dövründə ixtisaslı və kompleks müayinələrdən keçmədiyinə görə ölümə səbəb olan xəstəliyin həmin dövrdə hansı kliniki əlamətlərlə inkişaf etməsi barədə retrospektiv olaraq fikir yürütmək mümkün olmasa da, komissiyon məhkəmə-tibbi ekspertizanın icrası zamanı diaqnostikanın hüceyrə səviyyəsini təşkil edən təkrar histoloji müayinə ilə aşkar olunan göstəricilərə əsasən Ə.F.Əsədlinin ölümünə səbəb olan xəstəlikləri “İnfeksion toksiki şok, kəskin infeksion toksiki miokardit, kəskin hemorragik pnevmoniya, trombohemorragik sindrom və poliorqan çatışmazlığı ilə ağırlaşmış kəskin infeksiyası” diaqnozu formasında göstərmək olar. Ölümdən əvvəl tibbi müayinələr aparılmadığına görə infeksiyanın növü barədə fikir yürütmək mümkün deyildir, lakin məhkəmə-histoloji tədqiqat nəticələrinə əsasən əsas xəstəliyin respirator virus infeksiyası olmasını güman etmək olar. Ə.F.Əsədli xəstəliyi ilə əlaqədar müraciət edərkən hərbi hissənin tibb məntəqəsində ətraflı müayinə olunduğu halda, onun təxirəsalınmaz qaydada təxliyəyə ehtiyacının olması tibb personalı tərəfindən xx.xx.NNN4-cü il tarixdə və həmçinin 5NN nömrəli hərbi hissədə xidmətdə olarkən müraciət etdiyi halda müəyyən edilə bilərdi və təxliyə olunduğu təqdirdə ixtisaslı tibb müəssisələrində ölümə səbəb olan əsas xəstəliyin və onun ağırlaşmalarının diaqnozunu tam formada təyin etmək mümkün olardı. Ə.F.Əsədlinin ölümünə səbəb olan xəstəliklərin patogenetik zənciri ondan ibarətdir ki, o, ilkin olaraq kəskin infeksiyaya yoluxmuş və bundan sonra ağırlaşma kimi infeksion toksiki şok, kəskin hemorragik pnevmoniya, trombohemorragik sindrom və kəskin miokardit kimi ağırlaşmalar inkişaf edərək son mərhələdə ürək-damar və tənəffüs çatışmazlığı ilə onun ölümünə səbəb olmuşdur. Konkret olaraq əsas xəstəliyin miokarditlə ağırlaşması ölümün baş verməsində mühüm əhəmiyyət kəsb etməklə, Ə.F.Əsədlinin vəziyyətinin kritik ağırlaşmasına səbəb olmuşdur. Ə.F.Əsədlinin meyitinin N oktyabr NNN4cü il tarixdə ilkin məhkəmə-tibbi ekspertizası zamanı təyin edilmiş və ölümün səbəbi kimi göstərilən “Tez baş verən ölüm əlamətləri. Trombohemorragik sindrom. Kəskin poliorqan çatışmazlığı” diaqnozu düzgündür və komissiyon məhkəmə-tibbi ekspertizanın gedişində aparılan təkrar histoloji müayinə ilə tam olaraq müəyyən edilən “İnfeksion toksiki şok, kəskin infeksion toksiki miokardit, kəskin hemorragik pnevmoniya, trombohemorragik sindrom və poliorqan çatışmazlığı ilə ağırlaşmış kəskin infeksiya” diaqnozu ilə ziddiyət təşkil etmir, ilkin histoloji müayinənin nəticəsinə əsasən əsaslıdır. Ə.F.Əsədlinin ölümünə səbəb olan “İnfeksion toksiki şok, kəskin infeksion toksiki miokardit, kəskin hemorragik pnevmoniya, trombohemorragik sindrom və poliorqan çatışmazlığı ilə ağırlaşmış kəskin infeksiya” diaqnozlu xəstəliyin inkişaf müddətini meyitin məhkəmə-tibbi müayinəsindən təxminən 7-1N gün əvvələ uyğun olmasını təxmin etmək olar, yəni xəstəlik o, hələ 5NN nömrəli hərbi hissədə olarkən aydın kliniki əlamətlərlə təzahür etməyə başlamışdır. Səhiyyə Nazirliyinin hazırda qüvvədə olan kliniki protokoluna əsasən Ə.F.Əsədli ilkin olaraq hərbi hissənin tibb məntəqəsində müayinə olunarkən bədən hərarətinin 4N,5oC olması onun düçar olduğu kəskin respirator virus infeksiyasının ağır gedişli və hipertoksik olmasını göstərir. Xəstədə ağırlaşma kimi ikincili miokardit xəstəliyinin inkişaf etməsi xəstənin vəziyyətinin kritik ağırlaşmasına səbəb olmaqla, ölümün baş verməsini tezləşdirmişdir. İkincili miokarditlər nozoloji vahid olmayıb, bir sıra xəstəliklərin əlamət və ya ağırlaşması kimi inkişaf edir. İnfeksion etiologiyalı miokarditlər virus, bakterial və irinli septiki səbəblərdən də inkişaf edir. Döş qəfəsinin sol yarısında yayılmış xarakterli ağrı, döş qəfəsində ağırlıq, ürək ritmində pozğunluq, təngənəfəslik, baş ağrısı, bayılma ilə nəticələnən başgicəllənmə, bədən hərarətinin yüksəlməsi miokardit xəstəliyinin kliniki əlamətlərini təşkil edir. Ə.F.Əsədlinin ölümünə səbəb olan xəstəliklər hərbi xidmət dövründə inkişaf etmişdir. Ə.F.Əsədli ilkin olaraq N5 oktyabr NNN4-cü il tarixdə saat N1 radələrində N nömrəli hərbi hissənin tibb məntəqəsinə müraciət edərkən onda artıq ölümə səbəb olan “İnfeksion toksiki şok, kəskin infeksion toksiki miokardit, kəskin hemorragik pnevmoniya, trombohemorragik sindrom ilə ağırlaşmış kəskin infeksiya” diaqnozlu xəstəliklərin aydın kliniki əlamətləri mövcud olmaqla, vəziyyəti ağır olmuşdur və onun İİ səviyyəli tibbi yardıma, (təxirəsalınmaz cərrahi və terapevtik yardıma ) və İİİ səviyyəli tibbi yardıma ( ixtisaslaşmış və yüksək texnologiyalı yardıma) ehtiyacı olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi təminatın dinc dövrdə təşkili haqqında Əsasnamənin» təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NN14-cü il tarixli 67№-li qərarının 1N.3.1.1. (kəskin xəstəlik, travma və zəhərlənmələr zamanı ehtiyacı olanların hamısına təxirəsalınmaz tibbi yardımın göstərilməsi); 1N.3.1.6. (vəziyyətinin ağır olması səbəbindən təxliyə oluna bilməyən xəstələrin vəziyyətləri yaxşılaşana və onlar tibb müəssisəsinə köçürülənə qədər lazaretdə stasionar müalicəsi, 1N.3.1.8. (infeksion xəstələrin və xəstəliyinin yoluxucu olması ehtimal edilən şəxslərin müalicə müəssisəsinıə göndərilənə qədər müvəqqəti iziolyasiyası, 1N.3.11. (tibb məntəqəsinin növbətçi feldşeri vəziyyəti təxirəsalınmaz tibbi yardım tələb edən, yoluxucu xəstəliyi, yüksək bədən temperaturu, aşkar ümumi zəifliyi olan şəxsləri birinci növbədə həkimin qəbuluna göndərir ), 1N.3.13. (xəstənin diaqnozunun təyin edilməsində və müalicə taktikasının seçilməsində hərbi hissənin həkimi yaxınlıqdakı müalicə-profilaktika müəssisəsinin həkim mütəxəssislərinin konsultativ köməyindən istifadə etmək üçün xəstəni ora göndərə bilər) kimi tələblərinə uyğun olaraq, xəstə müraciət etdikdən sonra dərhal təxirəsalınmaz tibbi yardım göstərilməli və İİ səviyyəli tibbi yardımı, (təxirəsalınmaz cərrahi və terapevtik yardımı ) və İİİ səviyyəli tibbi yardımı (ixtisaslaşmış və yüksək texnologiyalı yardımı) həyata keçirən tibb müəssisələrinə təxliyə olunmalı idi. Lakin N nömrəli hərbi hissənin tibb məntəqəsinin növbətçi feldşeri gizir Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NN14cü il tarixli 67№-li qərarının 1N.3.8. bəndinin (hərbi hissənin tibb heyəti orqanizmin həyati vacib funksiyalarının bərpa edilməsi və saxlanılması metodlarını bacarmalıdır) tələblərinə və 1N.4.N. (hərbi qulluqçulara yoluxucu və kəskin xəstəliklər, komatoz və terminal hallar, zəhərlənmələr zamanı tibbi yardım göstərdikdə hərbi hissənin feldşeri: 1N.4.N.1 (ən çox xəstəlikləri, o cümlədən kəskin infeksiyaları tanımalıdır); 1N.4.N.N bəndinin (təxirəsalınmaz tibbi yardım göstərməyi bacarmalıdır); 1N.4.4.N. birinci səviyyəli (qoşun xidmətində göstərilən yardımı) düzgün və vaxtında göstərməli, ehtiyacı olan xəstələrin təcili hospitala (əlahiddə tibb taboruna) çatdırılmasını təşkil etməlidir; Hərbi hissənin tibb məntəqəsində müalicə diaqnostika işinin təşkilinə dair Təlimatın- (hərbi hissənin feldşeri xəstələnmə, zədələnmə və zəhərlənmələrin diaqnozunu müəyyənləşdirməyi və lazımı səviyyədə həkiməqədər tibbi yardım göstərməyi bacarmalıdır; xəstələnmə, zədələnmə və zəhərlənmələrin xüsusiyyətlərindən asılı olaraq təxirəsalınmaz tibbi yardımı tibb məntəqəsinin təyinat və ya sarğı otağında həkim, o gələnədək isə (iş vaxtından kənar və gecə vaxtı növbətçi feldşer yardım göstərir kimi) tələbləri ilə qanunla ona həvalə edilən səlahiyyətlər, eyni zamanda vəzifə borcları səviyyəsində əsgər Ə.F.Əsədli xx.xx.NNN4-cü il tarixdə müraciət edərkən onun vəziyyətinin ağırlığını düzgün qiymətləndirməklə, diaqnozu təyin etməli, xəstəni stasionara qəbul edərək, xəstəni həkim müayinəsinə təqdim etməli, xəstəlik tarixi açılmaqla, qəbulun tarixini, şikayətlərini, xəstəliyin anamnezini, obyektiv müayinə nəticələrini (temperatur, nəbz, tənəffüs hərəkətlərinin sayı, arterial təzyiq, döş qəfəsinin auskultasiyası) göstərilməklə, müalicə təyinatlarını yazaraq imzalamalı, sonda xəstənin vəziyyətinin ağırlığını düzgün qiymətləndirərək xəstəyə təxirəsalınmaz tibbi yardım göstərməli və təxliyyə barədə müvafiq tədbirlər görülməli idi. Lakin Ə.F.Əsədli xidmət etdiyi, N №-li hərbi hissədə olarkən halsızlıq və yüksək bədən temperetaruru-4N.5 dərəcə ilə bağlı hərbi hissənin tibb məntəqəsinə müraciət edərkən xəstə stasionara qəbul edilməmiş, ambulator olaraq feldşer tərəfindən müayinə olunmuş, ixtisaslı həkim müayinəsinə təqdim olunması üçün tədbirlər görülməyərək, xəstə ağır vəziyyətdə öz bölməsinə qaytarılmış və nəticədə tibbi müdaxilədən kənarda qalmaqla, vəziyyəti daha da ağırlaşmışdır. Ə.F.Əsədli ilkin olaraq N5 oktyabr NNN4-cü il tarixdə saat N1 radələrində N nömrəli hərbi hissənin tibb məntəqəsinə müraciət edərkən gizir Təqsirləndirilən şəxs tərəfindən ona təyin olunan “Kəskin respirator xəstəlik” diaqnozu xəstədə olan patologiyaları tam əhatə etməsə də qoşun xidməti səviyyəsində təyin olunan diaqnoz kimi qismən düzgün hesab edilə bilər, lakin xəstənin vəziyyətinin ağır olması və təcili qaydada hospitalizasiyaya göstərişin olması müəyyən edilməmişdir. Gizir Təqsirləndirilən şəxs tərəfindən xəstəyə 5NN ml natrium xlor məhluluna N,N ml analgin, 1,N ml dimedrol, N,N ml deksametazon, N,N ml C vitamini əlavə edib sol dirsək çuxurundan venadaxili inyeksiya etməsi, 5NN mg paracetamol tabletka verərək, ağrısı olduğuna görə 3,N ml diklofenak iynəsi inyeksiya etməsi və təkrar olaraq xx.xx.NNN4-cü il tarixdə saat N7 radələrində əzələdaxili 3 ml diklofenak, 5NN ml ringer məhlulunda N,N ml analqin, 1 ml dimedrol, N ml deksametazon, N ml C vitamini əlavə edib venadaxili inyeksiya edərək, ilıq suya NN damcı korvalol məhlulu əlavə edərək xəstəyə verməsi xəstənin vəziyyətinə əks göstəriş olmasa da, onun düçar olduğu xəstəliklərin və patoloji ağırlaşmaların müalicəsi üçün yetərli olmamışdır. Bununla da əsgər Ə.F.Əsədlinin təxliyəsi hərbi hissə səviyyəsində gecikdirilmiş hesab edilir. Təxliyənin hərbi hissə səviyyəsində gecikdirilməsi ilə xəstəliyin kliniki ağırlaşmaları arasında səbəbli əlaqə vardır. Bütün xəstəliklərin müalicəsinin erkən başlanması müsbət nəticənin əldə olunması üçün zəmin yaradır, belə ki, Ə.F.Əsədlinin vəziyyətinin ağırlığı xx.xx.NNN4-cü il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət edərkən ətraflı müayinə olunduğu halda düzgün qiymətləndirilərək, təxliyəsi vaxtında icra olunduğu təqdirdə, müvafiq müalicə tədbirlərinin aparılması nəticəsində xəstənin vəziyyətinin stabilləşməsi və sağalması mümkün olardı. Halhazırda ölümün baş verməsinin əsasını təxliyənin gecikdirilməsi təşkil edir və buna görə N nömrəli hərbi hissənin tibb məntəqəsinin növbətçisi, gizir Təqsirləndirilən şəxs məsuliyyət daşıyır (i.v İİİ cild 6N-1N3). “Məhkəmə-trasoloji ekspertizası”nın 31 oktyabr NNN4-cü il tarixli, 1N67 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Ə.Əsədliyə məxsus geyim əşyalarının üzərində hər hansı trasoloji zədə, o cümlədən əlbəyaxa mübarizəyə, zorakılıq yetirməyə xarakterik zədə(lər) və iz(lər) aşkar olunmadı (i.v İİİ cild 11-1N). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş hadisə nəticəsində zərərçəkmiş şəxs X1N ölməsi və onun təxliyənin hərbi hissə səviyyəsində gecikdirilməsi ilə xəstəliyin kliniki ağırlaşmaları arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapır. X3 Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v İİİ cild 47). Məhkəmə hesab edir ki, bu sübutla gizir Təqsirləndirilən şəxs məhkumluğunun olmaması və ona residivə görə cəza təyin etmək üçün əsasların olmaması öz təsdiqini tapır. NN5 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 915 №-li arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N5 noyabr NNN4-cü il tarixdə NN5 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, tibbi müayinə zamanı gizir Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir (i.v İİİ cild 56). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” XN4 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.NNN5-ci il tarixli, 3-N8- N9/N-999/NNN5 №-li cavab məktubundan görünür ki, yaşayış yeri üzrə Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olan xx.xx.NNN1-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində psixi xəstə kimi xəstəxanada müalicədə olmamışdır (i.v İİİ cild N47). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” XN4 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.NNN5-ci il tarixli, xx/xx- 1NN3 №-li cavab məktubundan görünür ki, yaşayış yeri üzrə Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olan xx.xx.NNN1-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində narkoloji qeydiyyatda olmadığı göstərilmişdir. (i.v. İİİ cild N49). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.NNN4-cü il tarixli N78-NR №-li əmrindən çıxarışdan görünür ki, N №-li hərbi hissənin feldşeri, gizir Təqsirləndirilən şəxs xx.xx.NNN4-cü il tarixdə N №-li hərbi hissənin tibb məntəqəsində növbətçi həkim kimi sutkalıq naryada təyin edilmişdir. (i.v. İ cild 197-198). N №-li hərbi hissənin “Tibb məntəqəsində növbətçiliyin təhvili və qəbulu” kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.NNN4-cü il tarixdə növbəni təhvil almışdır. (i.v. İ cild NN4-NN6). N №-li hərbi hissənin “Ambulator xəstələrin qeydiyyatı” kitabından çıxarışdan görünür ki, X17 xx.xx.NNN4-cü il tarixdə 4N.5 dərəcə temperaturla hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir (i.v. İ cild 186-188). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs gizir Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur (İ.v İİ cild 18N). Məhkəmə hesab edir ki, bu sübutla gizir Təqsirləndirilən şəxs hadisə baş verən zaman N №-li hərbi hissənin tibb məntəqəsində növbətçi həkim kimi sutkalıq naryada olması, mərhum zərərçəkmiş şəxsin həmin gün tibb məntəqəsinə müraciət etməsi, o cümlədən gizir Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və xidmətə münasibətini xarakterizə edən hallar öz təsdiqini tapır. “Qətimkan tədbirinin seçilməsi haqqında” NN yanvar NNN5-ci il tarixli qərardan görünür ki, həmin tarixdə gizir Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. İİİ cild 187-191, NN5-N11). Məhkəmə hesab edir ki, bu sübutla gizir Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların verilən ittihamın hüdudlarında araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 34N.1-1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 6N-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” N9 sentyabr NNN5-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.NN11-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə tərəflərin çəkişməsi prinsipini təmin etməklə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və ya müdafiəçisi vasitəsilə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar vermişlər və sərbəst şəkildə müdafiə hüquqlarını həyata keçirmişlər. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” N9 sentyabr NNN5-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart NN11-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 34N.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin müddəalarına müvafiq olaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin ifadəsi və N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul NN13-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun NNN3-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun NNN3-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 1N fevral NN17-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, gizir Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsinin sanksiyasında-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.N-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq, X6 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə hesab edir ki, yalnız bu halda təqsirkar Təqsirləndirilən şəxs islah olunmasına və Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanının NN yanvar NNN5-ci il tarixli qərarı ilə seçilmiş və məhkəmənin müvafiq hazırlıq iclasının qərarı ilə dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hazırki hökmlə onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin icra edildiyi andan, yəni azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 16 may NNN5-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 158.N-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmçinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.N-ci maddəsinə əsasən, ....., məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-“Məhkəmə-trasoloji ekspertizası” üzrə aparılmış tədqiqatın dəyərindən ibarətdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə -“Məhkəmə-trasoloji ekspertizası” nın keçirilməsi üçün-9N (doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:14N33N, Büdcə səviyyəsinin kodu:N, Adı: X16 MR İdarəsi, Kodu:5NN9N6, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SFİFT BİK:NAXCAZN1, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZN1NABZ********************) köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 may NNN5-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə xərci-“Məhkəmə-trasoloji ekspertizası” nın keçirilməsi üçün-9N (doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:14N33N, Büdcə səviyyəsinin kodu:N, Adı: X16 MR İdarəsi, Kodu:5NN9N6, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZN1, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZN1NABZ********************) köçürülsün. Hökmdən elan olunduğu andan, həbs edilmiş şəxsə isə hökmün surətinin verildiyi andan NN gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm NN (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar