Məhkəmə qərarları › İş №1-1(092)-21/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-21/2023

24.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-21/2023 24.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1991-ci ildə Yardımlı rayonunun Nisəkələ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan evli, ali hərbi təhsilli, N №-li hərbi hissəsinin mühəndis xidməti rəisi vəzifəsində xidmət edən, Yardımlı rayonunun Nisəkələ kəndində daimi qeydiyyatda olmaqla, Kəngərli rayonu, Qıvraq qəsəbəsi, hərbi şəhərcik, bina 1, mənzil 13-də yaşayan, 14 iyun N23-cü il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş mayor Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : Yunusov X3 Nazirliyinin N №-li hərbi hissəsinin mühəndis xidməti rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət edərkən N aprel N23-cü il tarixdən 23 aprel N23-cü il tarixədək Naxçıvan şəhərində yerləşən “X4”ndə təşkil olunan “Mühəndis-istehkam birləşmə, hissə və bölmələr ilə çöl çıxışı”nda olarkən 16 aprel N23-cü il tarixində saat 07:30 radələrində N nömrəli hərbi hissədə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid3 ilə N nömrəli hərbi hissədə xidmət edən, kiçik gizir Zərərçəkmiş şəxs sözlü mübahisə etməsini yuxarı komandanlığa məruzə etməsindən narazı qalan Zərərçəkmiş şəxs 17 aprel N23-cü ildə saat 07:45 radələrində təlim mərkəzindəki kunqların qarşısında onunla mübahisə edib ona zor tətbiq edərək yumruqla sifətindən vurduqdan sonra o, da hər iki əli ilə tabeliyində olan kiçik gizir Zərərçəkmiş şəxs sifətindən və başından yumruq zərbələri vurmaqla ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan “təpə, sağ gözətrafı, sol almacıq nahiyələrinin əziyi, alının sağ yarısının cızılmış yarası” xəsarətlərini yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində ifadəsi alınmış mayor Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 03 aprel N23-cü il tarixdən 23 aprel N23-cü il tarixədək Ordu Komandanlığının tabeliyində olan hərbi hissələrin mühəndis-istehkam bölmələrinin şəxsi heyətinə “X4”ndə düşərgə toplantısı keçirildiyini, təlimlərə nəzarət N nömrəli hərbi hissə komandanlığına həvalə olunduğunu, özünün də xidmət etdiyi hərbi hissədə mühəndis xidməti rəisi olduğundan həmin təlimlərə cəlb olunduğunu, Təlim mərkəzində Zərərçəkmiş şəxs rütbəcə ondan aşağı olduğundan ona tabe olduğunu, təlimlərə cəlb edilən şəxsi heyətin yeməyini kiçik gizir Zərərçəkmiş şəxs UAZ markalı avtomobillə gətirdiyini, 16 aprel N23-cü ildə düşərgədə cavabdeh təyin edildiyini, həmin gün səhər saatlarında düşərgəyə gedərək yeməkxana kimi istifadə edilən çadırın yanında durub mayor Şahid4la söhbət etdiyini, kiçik gizir Zərərçəkmiş şəxs təlimdə iştirak edən şəxsi heyyətə yemək payladığını, bu arada onun tanımadığı bir əsgərə yeməyini tam götürmədiyi üçün irad tutduğuna görə N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissədə xidmət edən MAHHXHQ-su kiçik çavuş Şahid3la mübahisə etdiyini gördüyünü, sonra onların sözlü mübahisə edərək çadırın arxasına keçdiklərini, dərhal cavabdeh kimi hər ikisini yanına çağırıb nəyə görə mübahisə etmələrini soruşduğunu, Şahid3 da niyə mübahisə etdiklərini ətraflı ona danışdığını, onların dalaşmasını fikirləşdiyindən düşərgə rəisi, N nömrəli hərbi hissənin komandiri Faiq Süleymanova zəng vurub bu barədə ona məruzə etdiyini, komandirin də hər ikisini onun yanına göndərməsini tapşırdığını, onları hərbi hissə komandirinin yanına göndərdiyini, səhərsi gün saat 07 radələrində N nömrəli hərbi hissə komandirinin müavininin düşərgəyə gəldiyini, cavabdeh olduğundan onu qarşılayaraq olanlar barədə ona məruzə etdiyini, sonra öz işləri ilə məşğul olmağa başladığını, saat 07:30 radələrində düşərgədə 50 nömrəli kunqun qarşısında Şahid1la və kapitan Şahid2la durub söhbət edərkən Zərərçəkmiş şəxs onun yanına gələrək əsəbi halda qışqıra-qışqıra onu hədələyici tonda hədələyib niyə dünənki gün olanları komandirə dediyini soruşduğunu, onu nə qədər sakitliyə dəvət etsə də sakitləşmədiyini, bundan sonra məcbur qalıb yenə polkovnik-leytenant Tərlan Əliyevə zəng vurub olanları ona məruzə etdiyini, təxminən 15 dəqiqə sonra, 50 nömrəli kunqun qarşısında durub kapitan Şahid2 və baş leytenant Şahid1la söhbət edərkən Zərərçəkmiş şəxs yenə onun yanına gələrək uca səslə, əsəbi halda niyə onu satdığını deyib anidən gözləmədiyi halda onun sifətinin sol tərəfindən bir yumruq zərbəsi vurduğunu, sonra sağ çiyin nahiyəsindən tutub dartdığını, özünü qorumaq və onu özündən kənarlaşdırmaq üçün Zərərçəkmiş şəxs bir neçə dəfə yumruq atdığını, yumruqlardan birinin onun sifətinin sağ tərəfinə dəydiyini, digər yumruqların ona dəyib-dəyməməsini bilmədiyini, orada olanların onları aralaşdırdıqlarını, Zərərçəkmiş şəxs onu vurması nəticəsində sol gözünün ətrafının qızardığını və sıyrıldığını, hadisədən sonra Zərərçəkmiş şəxs gəlib ondan üzr istədiyini, özünün də ondan üzr istədiyini, onunla barışdığını, Zərərçəkmiş şəxs şikayəti və tələbi olmadığını, evli olmaqla iki azyaşlı övladı olduğunu, əməlindən peşman olduğunu göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş kiçik gizir Zərərçəkmiş şəxs ifadəsində 03 aprel N23-cü il tarixdən 23 aprel N23-cü il tarixədək Ordu Komandanlığının tabeliyində olan hərbi hissələrin mühəndis istehkam bölmələrinin şəxsi heyətinin X2 təlimdə olduqlarını, özünün və N saylı hərbi hissənin zabiti, mühəndis xidmət rəisi mayor Təqsirləndirilən şəxs da həmin dərslərə cəlb edildiyini, düşərgədə dərslərin keçirilməsinə N nömrəli hərbi hissənin komandanlığının nəzarət etdiyini, Təlim Mərkəzində mühəndis döyüş hazırlığı dərslərinə cəlb edilmiş şəxsi heyətin yeməyini hər gün özünün N nömrəli hərbi hissədən UAZ markalı avtomobillə gətirdiyini, 16 aprel N23-cü ildə saat 07:30 radələrində yenə şəxsi heyətin səhər yeməyini düşərgəyə gətirib paylananda N nömrəli hərbi hissənin əsgəri Xəyal Quliyevin sulu yeməyini götürməməsinə görə kiçik çavuş Şahid3la mübahisə etdiyini, mübahisə böyüdüyündən Şahid3la mübahisəni davam etdirmək üçün uca səslə danışa-danışa yeməkxananın arxasına keçib eyni mövzuda sözlə mübahisə etdiklərini, həmin gün üçün düşərgədə cavabdeh təyin edilən N nömrəli hərbi hissənin zabiti, mayor Təqsirləndirilən şəxs hər ikisini yanına çağıraraq niyə dalaşmalarını soruşub bu barədə N nömrəli hərbi hissənin komandiri Faiq Süleymanova zəng vurub məruzə etdiyini, həmin gün saat 10:50 radələrində hərbi hissə komandiri onu yanına çağırıb onu danlayaraq cəzalandıracağını dediyini, səhərsi gün saat 07:30 radələrində N nömrəli hərbi hissə komandirinin müavini Tərlan Əliyevin onu və Şahid3 yanına çağırıb nəyə görə dalaşdıqlarını soruşduğunu, olanları ona danışdıqlarını, T.Əliyevin də hər ikisini cəzalandırıb həbsə göndərəcəyini bildirdiyini, buna görə çox əsəbləşdiyini, Təqsirləndirilən şəxs onların mübbahisə etməsini niyə komandirə məruzə etdiyini öyrənmək üçün onun yanına gedərək ona yaxınlaşıb onu hədələyici şəkildə “sən mənim barəmdə komandirə nə məruzə etmisən” deyə soruşaraq nə vaxtsa mülküdə görüşəcəklərini dediyini, sonra oradan çıxıb gedərkən Təqsirləndirilən şəxs T.Əliyevə zəng vurub bu barədə yenə nəsə məruzə etdiyini, bundan 1-2 dəqiqə sonra T.Əliyevin ona zəng vurub yanına çağırdığını, düşərgədə T.Əliyevin yanına getdiyini, T.Əliyevin ondan “mayor Yunusovun yanına nəyə getmişdin, nə razborka edirsən” deyə soruşduğunu, olanları ona məruzə etdiyini, onun da “onsuz da cəzalanacaqsan” deyib sıraya keçməsini bildirdiyini, sıraya keçmədiyini, əsəbi olduğundan uca səslə Təqsirləndirilən şəxs “gəl bura” deyərək onun yanına gedib ona çatan kimi sağ əli ilə onun sol çiynindən tutub, sol əli ilə sifətinin sol tərəfinə bir yumruq zərbəsi vurduğunu, bundan sonra Təqsirləndirilən şəxs da onun sifətinin hər iki tərəfində ümumilikdə üç yumruq və başından bir yumruq zərbəsi vurduğunu, kapitan Şahid2la baş leytenant Şahid1 dərhal onları aralaşdırdıqlarını, artıq onunla barışdığını, bir-birilərindən üzr istədiklərini, ondan şikayəti və tələbi olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid1 ifadəsində 03 aprel N23-cü ildən Ordu Komandanlığının tabeliyində olan hərbi hissələrin mühəndis istehkam bölmələrinin şəxsi heyətinin nəzərdə tutulmuş Təlim Mərkəzində çöl çıxışına cəlb edilərək təlimdə olduqlarını, özünün də həmin təlimlərdə iştirak etdiyini, təlimlərə N nömrəli hərbi hissənin komandanlığının nəzarət etdiyini, mühəndis döyüş hazırlığı dərslərinə N nömrəli hərbi hissədə xidmət edən kiçik gizir Zərərçəkmiş şəxs və N nömrəli hərbi hissədə xidmət edən mayor Təqsirləndirilən şəxs da cəlb edildiklərini, Təqsirləndirilən şəxs mayor hərbi rütbəsində olduğundan kiçik gizir Zərərçəkmiş şəxs rəis hesab edildiyini, Təlim Mərkəzində şəxsi heyətin yeməyini Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədən avtomobillə gətirdiyini, 17 aprel N23-cü ildə saat 07:30 radələrində düşərgə üzrə cavabdeh olan mayor Təqsirləndirilən şəxs və N nömrəli hərbi hissənin zabiti kapitan Şahid2la düşərgədə, kunqun qarşısında durub söhbət edərkən kiçik gizir Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanına gəlib qışqıra-qışqıra uca səslə nələrsə deyib nəyisə niyə komandirə məruzə etdiyini soruşub onunla mübahisə etdiyini, həmin vaxt kapitan Şahid2 Zərərçəkmiş şəxs oradan uzaqlaşdırdığını, onun da oradan, getdiyini, Təqsirləndirilən şəxs da N nömrəli hərbi hissə komandirinin müavini-düşərgənin qərargah rəisi Tərlan Əliyevə zəng vurub Zərərçəkmiş şəxs ona hörmətsizlik etməsini dediyini, T.Əliyevin də onu yanına çağıraraq onu cəzalandıracağını dediyini, Zərərçəkmiş şəxs da cəzalanacağından qorxaraq dahada əsəbləşdiyini, sonra əsəbi halda onun Təqsirləndirilən şəxs yanına çatıb “komandirə nə məruzə etmisən” deyərək anidən onun sifətinin sol tərəfinə bir yumruq zərbəsi vurduğunu, bundan sonra Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs sifətindən üç dəfə yumruqla vurmasını gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid2 ifadəsində 03 aprel N23-cü ildən Ordu Komandanlığının tabeliyində olan hərbi hissələrin mühəndis istehkam bölmələrinin şəxsi heyətinin mühəndis hazırlığı dərslərinə cəlb olunmaqla çöl çıxışına çıxdıqlarını, özünün də N nömrəli hərbi hissənin mühəndis xidməti rəisi vəzifəsində xidmət etdiyindən həmin dərslərə cəlb edildiyini, şəxsi heyətin yeməyini Zərərçəkmiş şəxs avtomobillə gətirdiyini, 16 aprel N23-cü ildə düşərgə üzrə cavabdeh köməkçisi təyin edildiyini, düşərgə üzrə cavabdehin isə N nömrəli hərbi hissənin mühəndis xidməti rəisi mayor Təqsirləndirilən şəxs olduğunu, 17 aprel N23-cü il tarixdə saat 07:30 radələrində Təqsirləndirilən şəxs və baş leytenant Şahid1la düşərgədə kunqun qarşısında durub söhbət edərkən kiçik gizir Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanına gəlib əsəbi halda nələrsə deyib onu təhdid etdiyini, onun aqressiv hərəkətlərini görüb onu oradan uzaqlaşdırdıqlarını, Təqsirləndirilən şəxs da onun bu hörmətsiz hərəkətləri barədə yuxarı komandanlığa məruzə etdiyini, saat təqribən 07:45 radələrində Zərərçəkmiş şəxs uca səslə Təqsirləndirilən şəxs yanına gələrək “niyə şeytançılıq edirsən, şeytanlara yaxşı baxmırlar” deyib“ anidən onun sol gözünün üstünə bir yumruq zərbəsi vurduğunu, tez onları aralaşdırdıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs da bir neçə dəfə Zərərçəkmiş şəxs yumruq atdığını, lakin yumuruqların ona dəyib dəyməməsini görmədiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kiçik çavuş Şahid3 ifadəsində 03 aprel N23-cü ildə Ordu Komandanlığının tabeliyində olan hərbi hissələrin mühəndis istehkam bölmələrinin şəxsi heyətinin təlimlərə cəlb edildiklərini, özünün də N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissədə xidmət etdiyidən həmin təlimlərdə olduğunu, həmçinin təlimlərdə mayor Təqsirləndirilən şəxs və kiçik gizir Zərərçəkmiş şəxs da iştirak etdiklərini, Zərərçəkmiş şəxs şəxsi heyətin avtomobillə yeməyini gətirmək işinə ayrıldığını, onun həmişə olduğu kimi 16 aprel N23-cü ildə saat 07:N radələrində şəxsi heyətin səhər yeməyini gətirdiyini, həmin vaxt tabeliyində olan əsgər Xəyal Quliyevin sulu yeməyi götürməməsi səbəbindən Zərərçəkmiş şəxsla sözlü mübahisə edərək yeməkxananın arxasına keçdiklərini gördüyünü, həmin vaxt yaxınlıqda olan cavabdeh mayor Təqsirləndirilən şəxs mübahisə etmələrini görüb onları yanına çağıraraq onlardan nə məsələ olmasını soruşduğunu, ona hadisənin necə baş verməsini danışdığını, Təqsirləndirilən şəxs da onların dalaşdıqlarını düşünüb bu barədə hərbi hissə komandirinə məruzə etdiyini, polkovnik-leytenant Faiq Süleymanova zəng vurub məruzə etdiyini, bir azdan komandirin düşərgəyə gəlib Zərərçəkmiş şəxs və onunla söhbət edib ondan nə olmasını soruşduğunu, onun da olanları komandirə danışdığını, komandirin “hər ikiniz cəzalandırılacaqsınız” deyin hərbi hissəyə qayıtdığını, səhərsi gün hərbi hissə komandirinin müavini Tərlan Əliyevin Zərərçəkmiş şəxsla onu yanına çağırıb aralarında nə baş verməsini soruşaraq onlara cəzalanacaqlarını deyin xidmət yerlərinə getmələrini dediyini, səhər düzülüşündən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla mübahisə edib dalaşmalarını və mübahisə zamanı bir-birinin sifətindən yumruqla vurduqlarını eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş mayor Şahid4 məhkəmə istintaqı zamanı dindirilmiş digər şahidlərin ifadələrinə uyğun ifadə verdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış kiçik gizir Zərərçəkmiş şəxs barəsində 21 aprel N23-cü il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilmiş, 25 aprel N23-cü il tarixli 112 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-təpə, sağ gözətrafı, sol almacıq nahiyələrinin əziyi, alının sağ yarısının cızılmış yarası-bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin olunmadığı göstərilmişdir. Cinayət işinin materialların, o cümlədən N nömrəli hərbi hissədən verilmiş arayışla kiçik gizir Zərərçəkmiş şəxs ilə mayor Təqsirləndirilən şəxs arasında tabelik münasibətlərinin olması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs rəis hesab edilməsi müəyyən edilmişdir Təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs N №-li hərbi hissədə hərbi həkim komissiyasından keçirilmiş, təqdim edilmiş 28 aprel N23-cü il tarixli, 413 №-li tibbi arayışda onun sağlam olmaqla hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. N nömrəli hərbi hissədə xidmət edən mayor Təqsirləndirilən şəxs N №-li hərbi hissə komandirinin N oktyabr NN-ci il tarixli, 1N nömərli əmri ilə həmin hərbi hissənin mühəndis xidməti rəisi vəzifəsinə təyin edilmişdir. Mayor Yunusov X3 nazirinin 06 noyabr N21-ci il tarixli, 0305rt nömrəli əmri ilə vaxtından əvvəl mayor hərbi rütbəsi verilmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N aprel N23-cü il tarixli 29 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə, Təlim mərkəzinə ezam olunmuş və N nömrəli hərbi hissə komandirinin N aprel N23-cü il tarixli 64 nömrəli əmri ilə çöl çıxışı tolplantısında iştirak etmək üçün N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirici hallar törətdiyi əməli etiraf edib səmimi peşimançılıq çəkməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və onunla barışması, zərərçəkmiş şəxsin onu bağışlaması, himayəsində iki azyaşlı uşağının olmasıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, himamayəsində iki azyaşlı övladının olmasını, məhkəmə istintaqının bütün prosessi dövründə özünü səmimi aparmasını nəzərə alaraq barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi lazım bilir ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığına həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 43 (qırx üç) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 258 (iki yüz əlli səkkiz) manat miqdarında pul köçürülməlidir. İttiham aktının elektron variantının olduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖКМЕТDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından 10 (on) faiz pul tutulmaqla 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığına həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 43 (qırx üç) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 258 (iki yüz əlli səkkiz) manat miqdarında pul köçürülsün. İttiham aktının elektron variantının olduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunsun. Hökmdən N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar