Məhkəmə qərarları › İş №1-1(092)-21/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-21/2025

21.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-21/2025 21.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Şəki rayonunun Qayabaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali hərbi təhsilli, Şəki rayonunun Qayabaşı kəndində daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 17 fevral N0N5-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etməklə onu qulluq vəzifəsini pozmağa məcbur etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisində yerləşən N-ci divizionunun radiotexniki batareyasında qəbuledici-ötürücü qurğular bölməsinin rəisi vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 13 noyabr N0N4-cü il tarixdə N-ci divizionun “start” mövqeyində döyüş heyət rəisi kimi döyüş növbətçiliyinə təyin olunmuş və növbəyə gələrkən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N9-cu il tarixli 10 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkil və təmin edilməsi barədə təlimat”ın 587.7-ci bəndinin (hərbi qulluqçu şəxsi istifadəsində olan audio, video, foto, kino, çoxaltma-surətçıxarma, radioötürücü və qəbuledici aparatları, həmçinin smartfon tipli, internet şəbəkəsinə qoşulma, səsyazma, video və foto şəkil aparma imkanına malik telefonları və smart saatları hərbi hissələrin ərazisinə, o cümlədən məxfilik rejiminin şamil olunduğu sahələrə gətirməməlidir) kimi tələblərini pozaraq növbədə olarkən yemək və çay saatlarında sosial şəbəkələrə qoşulmaq məqsədilə özünə məxsus smartfon tipli “Samsung A3N” markalı mobil telefonu özü ilə döyüş növbətçiliyi çəkdiyi mövqeyə gətirmişdir. Həmin gün, yəni 13 noyabr N0N4-cü il tarixdə saat N radələrində o, növbədə olan zaman hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant ŞahidN və hərbi hissənin dövlət sirrinin mühafizəsi üzrə bölmənin rəisi, kapitan Zərərçəkmiş şəxs hərbi hissə komandirinin şifahi əmrinə əsasən döyüş hazırlığı və məxfiçilik rejiminin yoxlanılması məqsədilə “start” mövqeyinə gəldiyini görüb üzərində olan smartfon tipli mobil telefonu mövqenin ərazisində olan, mühafizə üçün əsgərlərin altında durduğu metal predmetin üzərinə quraşdırılmış dəmir şkafda gizlətməyə çalışarkən kapitan Zərərçəkmiş şəxs tərəfindən aşkar olunmuş və sonuncu məxfiçilik rejiminin tətbiq edildiyi ərazidə smartfon tipli mobil telefon işlətməsini yuxarı komandanlığa məruzə edəcəyini dedikdə o, bu barədə heç kimə məruzə etməməsini xahiş edərək telefonu özünə qaytarmasını istəmişdir. Həmin vaxt kapitan Zərərçəkmiş şəxs telefonu qaytarmayaraq bu barədə yuxarı komandanlığa məruzə edəcəyini dediyi üçün o, məruzə etməməsi, eyni zamanda telefonu qaytarması üçün kapitan Zərərçəkmiş şəxs sinə nahiyəsinə iki yumruq zərbəsi, sağ ayağına isə bir təpik zərbəsi vuraraq, yerə yıxması üçün badalaq verməklə ona sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “sol əlin arxa səthinin sıyrığı” xəsarətini yetirmiş, bununla da o, hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etməklə onu qulluq vəzifəsini pozmağa məcbur etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.N-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində, 13 noyabr N0N4-cü il tarixdə xidmət apardığı N-ci divizionun ərazisində Kamaz markalı maşının arxasına quraşdırılmış kunqun içərisində yerləşən “Start” mövqeyində döyüş növbətçisi təyin edildiyini, həmin gün növbəyə gedəndə özüylə bərabər “Samsung” markalı smartfon tipli mobil telefonunu da apardığını, növbədə olan zaman səhər saat N radələrində hərbi hissənin qərargah rəisi polkovnik-leytenant ŞahidN və hərbi hissədə dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi kapitan Zərərçəkmiş şəxs mövqedəki məxfiçilik rejimini və məxfi sənədlərin düzgün işlənib-işlənməməsini yoxlamaq məqsədilə mövqeyə gəldiyini, orada olanda kapitan Zərərçəkmiş şəxs döyüş növbətçiliyinə aid məxfi sənədləri yoxladığını, həmin vaxt sənədlərdə hər hansı nöqsan olmadığını, daha sonra onlar mövqedə olan divizion komandirinin məxfi sənədlərinə baxmaq istədiklərini, ancaq həmin sənədlər seyfdə olduğundan, seyf isə kilidli və möhürlənmiş vəziyyətdə olduğundan qərargah rəisi və kapitan Allahyarov ona divizion komandirini çağırmasını tapşırdığından çölə çıxdığını, həmin vaxt üzərində olan smartfon tipli telefonun aşkar edilməməsi üçün onu mövqenin yan tərəfində olan göbələk deyilən dəmir predmetə bərkidilmiş şkafa qoyduğunu, sonra divizion komandirinə zəng vursa da zəng çatmadığını, daha sonra mövqenin girişinə tərəf gəldiyini, bu vaxt qərargah rəisi və kapitan Zərərçəkmiş şəxs mövqedən çölə çıxdıqlarını gördüyünü, onlar ondan haradan gəldiyini soruşduqda onun divizion komandirini çağırmaqdan gəldiyini, ona zəng vursa da zəng çatmadığını desə də, ŞahidN və Zərərçəkmiş şəxs ona inanmadığını, hərbi hissənin qərargah rəisi mövqenin ətrafında olan sığınacağa tərəf getdiyini, kapitan Zərərçəkmiş şəxs isə onun gəldiyi tərəfə getdiyini, bir az sonra kapitan Zərərçəkmiş şəxs həmin göbələk deyilən yerə tərəf gedib oradakı şkafa baxanda gizlətdiyi smartfon tipli telefonu aşkar etdiyini, telefonun aşkar edildiyini görüb bir neçə dəfə Zərərçəkmiş şəxs heç kimə məruzə etməməsini xahiş etdiyini, ancaq kapitan Zərərçəkmiş şəxs həmin telefonu məruzə edəcəyini bildirdiyini, söhbət edə-edə kunqun giriş qapısının yanına gəldiklərində birinci əlini atıb onun əlindəki telefonu almaq istədiyini, ancaq Zərərçəkmiş şəxs əlini arxaya çəkdiyindən telefonu ala bilmədiyini, həmin vaxt həyəcanlı olduğundan telefonu almaq üçün nə edəcəyini bilməyərək telefonun əlindən yerə düşməsi üçün onun sinəsindən N dəfə yumruqla vurduğunu, ancaq Allahyarov telefonu bərk-bərk tutduğu üçün yerə düşmədiyini, sonra onu qucaqlayıb telefonu almaq istədiyini, ala bilmədiyini görüb onun ayağına badalaq verdiyini, Zərərçəkmiş şəxs olanlar barədə qərargah rəisi H.Qazıyevə məlumat verdiyini, onun da hərbi hissə komandirinə bu barədə məruzə etdiyindən barəsində araşdırma aparıldığını, sonradan barəsində cinayət işi başlandığını, elədiyi hərəkətdən peşman olduğunu, səhv addım atdığını başa düşüb kapitan Zərərçəkmiş şəxs üzr istəyib onunla barışdığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü tam təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş kapitan Zərərçəkmiş şəxs ifadəsində, haliyədə xidmət yeri dəyişilərək N nömrəli hərbi hissənin dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edildiyini, baş leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə görüb tanıdığını, onunla münasibəti xidməti olduğunu, aralarında qohumluq və ya ədavət olmadığını, 13 noyabr N0N4-cü ildə saat 08:30-da hərbi hissənin səhər düzülüşündə hərbi hissə komandiri polkovnik Şahid1 hərbi hissənin N-ci divizionunda məxfiçilik rejimi yoxlanılması ilə bağlı şifahi qaydada əmr verdiyini, ona görə onun və qərargah rəis polkovnik-leytenant ŞahidN Naxçıvan şəhəri, Əliabad qəsəbəsi ərazisində yeləşən N-ci diviziona getdiyini, oraya çatanda məxfiçilik rejimini yoxlamaq üçün qərargah rəisi ilə birlikdə hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyinin aparıldığı Kamaz markalı maşının arxasında quraşdırılmış kunqun içərisindəki start mövqeyinə girdiyini, həmin vaxt növbətçi döyüş heyət rəisi baş leytenant Təqsirləndirilən şəxs və bir nəfər əsgərin içəridə olduğunu gördüyünü, qərargah rəisi Təqsirləndirilən şəxs növbətçi döyüş heyət rəisinin məxfi sənədlərini təqdim etməsini istədikdə onun həmin sənədləri təqdim etdiyini, həmin sənədləri yoxladığını, heç bir problem olmadığını, daha sonra divizion komandirinin seyfdə olan məxfi sənədlərini yoxlamaq üçün onun və qərargah rəisi Təqsirləndirilən şəxs divizion komandirini çağırmasını tapşırdığını, Təqsirləndirilən şəxs yaxşı deyib kunqdan aşağı enərək divizion komandirini çağırmağa getdiyini, bir müddət sonra onun gəlmədiyini görüb, qərargah rəisi ilə birlikdə kunqdan çölə çıxdığını, çölə çıxanda Təqsirləndirilən şəxs start mövqeyinin arxa tərəfindəki sığınacaq tərəfdən gəldiyini gördüyünü, ondan divizion komandirini çağırıb-çağırmamasını soruşduqda o, çağırdığını dediyini, qərargah rəisi ona “biz buraya gələndə divizion komandiri başqa istimatə getmişdi, sən isə başqa istiqamətdən gəlirsən, onu necə çağırdın” dedikdə onun duruxduğunu, zəng vurduğunu ancaq zəng çatmadığını dedikdə onun döyüş növbətçiliyinə smartfon telefon gətirdiyindən, həmin telefonu mövqenin ərazisində gizlədib gəldiyindən şübhələndiyini, qərargah rəisi də şübhələndiyi üçün onun sığınacaq tərəfə getdiyini, Təqsirləndirilən şəxs həmin vaxt ona tərəf gəldiyini, həmin vaxt ona heç nə deməyib onun telefonu olsa mövqenin ətrafında olan mühafizə üçün əsgərlərin durduğu göbələk dedikləri metal predmetin üzərinə quraşdırılmış dəmir şkafa qoymasını ehtimal etdiyini, ona görə onun yanından ayrılıb həmin dəmir şkafa baxmağa getdiyini, şkafı açanda içərisində bir ədəd smartfon telefon olduğunu görüb götürdüyünü, Təqsirləndirilən şəxs də həmin telefonu götürdüyünü gördüyünü, telefonu götürüb kunqun yanına gəldiyini, qərargah rəisini tapıb mobil telefonu məruzə etməyi düşündüyünü, həmin vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşıb “qurban olum heç kimə məruzə eləmə” dedikdə, telefonun ona məxsus olduğunu bildiyini, həmin vaxt ona “bu mənim vəzifəmdir, telefonu məruzə edəcəm, içərisinə baxış keçiriləcək” dediyini, bu zaman Təqsirləndirilən şəxslə söhbət edə-edə kunqun yanına gəldiyini, kunqun pilləkənlərinə qalxıb qapını açıb içəri baxdıqda qərargah rəisinin orada olmadığını gördüyünü, pilləkənlərlə aşağı düşdüyünü, Təqsirləndirilən şəxs ona təkidlə telefonu məruzə etməməyini xahiş etdiyini, Təqsirləndirilən şəxs məruzə edəcəyini, məruzə etməyin onun vəzifəsi olduğunu dediyini, həmin vaxt kunqun pilləkənlərinin yanında durduğunu, telefon və iş dəftəri sol əlində olduğunu, bu vaxt Təqsirləndirilən şəxs üzbəüz durduğu vəziyyətdə telefonun əlindən yerə düşməsi üçün iki dəfə onun sinəsinin sol tərəfindən yumruqla vurduğunu, həmin vaxt iş dəftəri və içərisində olan ruçkası yerə düşdüyünü, ancaq telefonu əlindən salmadığını, Təqsirləndirilən şəxs telefonun yerə düşmədiyini görüb onun üstünə tullanıb telefonu almaq istədiyini, bu vaxt Təqsirləndirilən şəxs telefonu ala bilməməsi üçün əlini göyə qaldırdığını, Təqsirləndirilən şəxs onun yıxılması və telefonu alması üçün onun sağ ayağının bükümündən təpiklə vurub badalaq verdiyini, həmin vaxt büdrədiyini, ancaq yıxılmadığını, hərbi hissəyə gələndən sonra raport yazıb olanlar barədə hərbi hissə komandirinə məruzə elədiyini, bu barədə araşdırma aparılmağa başlandığını, Təqsirləndirilən şəxs onun sinəsindən iki dəfə yumruqla vurduğunu, yıxılması üçün bir dəfə isə sağ ayağından təpiklə vurub badalaq verdiyini, Təqsirləndirilən şəxs onu vurması nəticəsində sinəsində qızartı olduğunu, sol əlinin üstündə sıyrıq əmələ gəldiyini, MAHHX HQ Şahid3 mübahisə vaxtı orada olduğunu, Təqsirləndirilən şəxs onu vurmasını gördüyünü, hadisədən sonrakı günlərdə baş leytenant Təqsirləndirilən şəxs ondan üzr istədiyini, elədiyi əmələ görə peşman olduğunu bildirdiyini, ondan üzr istədiyi üçün onu bağışladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin komandiri, polkovnik Şahid1 verdiyi ifadəsində 13 noyabr N0N4-cü ildə səhər saatlarında şifahi əmrinə əsasən hərbi hissənin Naxçıvan şəhəri Əliabad qəsəbəsində yerləşən N-ci divizionunun “Start” mövqeyində məxfiçilik rejiminin yoxlanılması ilə bağlı hərbi hissənin dövlət sirri üzrə bölmə rəisi kapitan Zərərçəkmiş şəxs ilə hərbi hissənin qərargah rəisi polkovnik-leytenant ŞahidN həmin mövqeyə getdiyini, həmin gün saat 10:N0 radələrində ŞahidN onun mobil telefonuna zəng edib “Start” mövqeyinə getdiklərini, orada kapitan Zərərçəkmiş şəxs həmin gün döyüş növbəsində olan baş leytenant Təqsirləndirilən şəxs məxsus smartfon tipli mobil telefon aşkar etdiyini, baş leytenant Təqsirləndirilən şəxs kapitan Zərərçəkmiş şəxs əlindən telefonu almaq istədiyinə görə aralarında mübahisə yarandığını bildirdikdə ona orada növbətçilik pozulmasın, kapitan Zərərçəkmiş şəxs özüylə götürüb hərbi hissəyə gətirməsini dediyini, onunla danışdıqdan bir müddət sonra polkovnik-leytenant ŞahidN və kapitan Zərərçəkmiş şəxs hərbi hissəyə gəldiyini, hadisənin necə baş verdiyini soruşduqda kapitan Zərərçəkmiş şəxs “Start” mövqeyində məxfiçilik rejimini yoxlayan zaman rabitə vasitələrinin saxlanıldığı qutunun içərisindən smartfon telefon tapdığını, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs yaxınlaşıb telefonu heç kimə verməməyimi, məruzə etməməyimi istədiyini, ona məruzə edəcəyini dedikdə Təqsirləndirilən şəxs onun sinə nahiyəsindən iki dəfə yumruqla vurub ayağına badalaq verməsini dediyini, baş leytenant Təqsirləndirilən şəxs növbədən çıxandan sonra hərbi hissəyə gəldiyini, ondan nə üçün qanunsuz hərəkətlərə yol verdiyini soruşduqda onun səhv etdiyini bildirdiyini, ona iradlarını bildirdikdən sonra hadisənin qanuni qaydada araşdırılması barədə göstəriş verdiyini, daha sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparıldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin qərargah rəisi vəzifəsində xidmət edən, polkovnik-leytenant ŞahidN ifadəsində N0N4-cü ilin aprel ayından N №-li hərbi hissənin qərargah rəisi vəzifəsində xidmət etdiyini, kapitan Zərərçəkmiş şəxs və baş leytenant Təqsirləndirilən şəxs N №-li hərbi hissədə görüb tanıdığını, aralarında hər hansı qohumluq və ya ədavət olmadığını, 13 noyabr N0N4-cü il tarixdə hərbi hissə komandirinin şifahi əmrinə əsasən N-ci divizionda döyüş növbətçiliyinin, məxfi sənədlərin və divizion ərazisində məxfiçilik rejimini yoxlamaq məqsədilə onun və kapitan Zərərçəkmiş şəxs onun xidməti maşını ilə döyüş növbətçiliyinin aparıldığı Start mövqeyinə getdiklərini, oraya gedən zaman onları divizion komandiri vəzifələrini müvəqqəti icra edən kapitan Sakit Salmanov qarşıladığını, onu yataqxanaya göndərdikdən sonra onun və Zərərçəkmiş şəxs döyüş növbətçiliyi aparılan kabinanın içərisinə girdiyini, içəridə növbətçi baş leytenant Təqsirləndirilən şəxs və növbətçi əsgər olduğunu, onun içəridə Təqsirləndirilən şəxs məxfi sənədləri çıxar yoxlayaq dediyini, sənədləri yoxladıqdan sonra Təqsirləndirilən şəxs get kapitan S.Salmanovu içəri çağır dedikdə onun çölə çıxdığını, ancaq geri qayıtmadığını, onun geri gəlmədiyini görüb kabinadan çölə çıxdığını, həmin vaxt kapitan Zərərçəkmiş şəxs da çölə çıxdığını, çölə çıxanda baş leytenant Təqsirləndirilən şəxs sığınacaq tərəfdən gəldiyini görüb ondan niyə içəri gəlmədiyini soruşduqda o, divizion komandirini çağırmağa getdiyini dediyini, ona divizion komandiri başqa istiqamətə getmişdi, sən isə başqa istiqamətdən gəlirsən dedikdə onun konkret cavab verə bilmədiyini, sonra ona yataqxanaya gedən yol bu istiqamətdə, sən isə sığınacaq tərəfdən gəlirsən? sualını verdikdə onun heç nə deyə bilmədiyini, onun nəsə gizlətdiyindən şübhə etdiyini, onun sığınacaq tərəfdən çıxdığını gördüyü üçün, sığınacaqda ondan gizlətdiyi nəsə ola biləcəyini düşündüyünü, ona görə kabinadan təxminən 40-50 metr aralıda yerin altında olan sığınacağa getdiyini, gedəndə Təqsirləndirilən şəxs sən get kabinaya dediyini, onun sığınacağa düşəndə kapitan Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs gəldiyi istiqamətdə çöldə olduğunu, sığanacağa girib içəridə şəxsi heyətin keçdiyi dərsi, dərs sənədlərini, oradakı şəraiti yoxladığını, təxminən 10-15 dəqiqə sığınacaqda olduqdan sonra çölə çıxdığını, çölə çıxıb kabinaya tərəf gedəndə kapitan Zərərçəkmiş şəxs kabinanın qarşısında durduğu yerdən ona tərəf gəlib smartfon telefon aşkar etdiyini, məruzə etmək üçün onu axtardığını, ancaq tapa bilmədiyini, baş leytenant Təqsirləndirilən şəxs telefonu ona məruzə etməməsi üçün xahiş etdiyini, ona məruzə edəcəyini dedikdə telefonu ondan almaq üçün onun sinəsindən yumruqla vurub, sonra badalaq verdiyini dediyini, həmin vaxt olanları hərbi hissə komandiri polkovnik Şahid1 məruzə elədiyini, komandir ona çalış orada heç nə olmasın, kapitan Zərərçəkmiş şəxs götür hərbi hissəyə gəlin, aidiyyəti üzrə məruzə edərəm araşdırarlar dediyini, ona görə də kapitan Zərərçəkmiş şəxs hərbi hissəyə gətirib komandirə təqdim elədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin mühafizə manqasının sürücüsü vəzifəsində xidmət edən MAHHX HQ əsgər Şahid3 ifadəsində N0N1-ci ilin iyun ayından N №-li hərbi hissənin mühafizə manqasında sürücü vəzifəsində xidmət etdiyini, N0N4-cü ilin yay aylarından hərbi hissənin qərargah rəisi polkovnikleytenant ŞahidN sürücüsü kimi xidmət etdiyini, kapitan Zərərçəkmiş şəxs və baş leytenant Təqsirləndirilən şəxs N №-li hərbi hissədə görüb tanıdığını, aralarında hər hansı qohumluq və ya ədavət olmadığını, 13 noyabr N0N4-cü ildə saat 09 radələrində qərargah rəisi ŞahidN və kapitan Zərərçəkmiş şəxs xidməti maşınla Naxçıvan şəhərinin Əliabad qəsəbəsində yerləşən N-ci divizionun olduğu yerə apardığını, oraya çatanda qərargah rəisi ŞahidN və kapitan Zərərçəkmiş şəxs Start mövqeyinin yanında düşdüyünü, orada kamaz markalı maşının arxasına quraşdırılmış kabinanın içərisində döyüş növbətçiliyi aparıldığından, maşını kamazın qarşısında saxlayıb maşından enib onları gözlədiyini, bir müddət sonra kapitan Zərərçəkmiş şəxs və baş leytenant Təqsirləndirilən şəxs arxa tərəfdən gəlib kabina tərəfə getdiyini gördüyünü, maşının yanında olanda kabina tərəfdən səs-küy gəldiyini eşitdiyini, onların mübahisə etdiyini düşünüb onların yanına getmək qərarına gəldiyini, bundan sonra kamazın ön sağ tərəfindən kabina tərəfə gedəndə baş leytenant Təqsirləndirilən şəxs kapitan Zərərçəkmiş şəxs sinəsindən iki dəfə yumruqla, ayağından isə bir dəfə təpiklə vurduğunu gördüyünü, bundan sonra onlar aralaşdıqlarını, Zərərçəkmiş şəxs olanlar barədə hərbi hissənin qərargah rəisi, H.Qazıyevə məlumat verdiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında N4 dekabr N0N4-cü il tarixli qərardan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanıb və icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 30-cu vərəqəsinə əlavə edilmiş, N №-li hərbi hissə komandirinin N iyul N9-cu il tarixli N05 №-li əmrindən çıxarışa əsasən Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 3-cü divizionunun radiotexniki batareyasının qəbuledici-ötürücü qurğular bölməsinin heyət rəisi vəzifəsinə təyin edildiyinə görə N iyul N9-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin 1-ci cildinin 31-ci vərəqəsinə əlavə edilmiş, N №-li hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli N7N №-li əmrindən çıxarışa əsasən Təqsirləndirilən şəxs N №-li hərbi hissənin N-ci divizionunun radiotexniki batareyasının qəbuledici-ötürücü qurğular bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 3N-ci vərəqəsinə əlavə edilmiş, N №-li hərbi hissə komandirinin N1 noyabr N0N4-cü il tarixli 335 №-li əmrinə əsasən baş leytenant Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 3-cü divizionunun radiotexniki batareyasının qəbuledici-ötürücü qurğular bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 33-cü vərəqəsinə əlavə edilmiş, N №-li hərbi hissə komandirinin N may N0N0-ci il tarixli 1N4 №-li əmrindən çıxarışa əsasən Zərərçəkmiş şəxs N №-li hərbi hissənin dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi vəzifəsinə təyin edildiyinə görə N may N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin 1-ci cildinin 34-cü vərəqəsinə əlavə edilmiş 18 noyabr N0N4-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, baş leytenant Təqsirləndirilən şəxs, N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən mənfi xarakterizə edilmişdir. Cinayət işinin 1-ci cildinin 35-ci vərəqəsinə əlavə edilmiş 18 noyabr N0N4-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, kapitan Zərərçəkmiş şəxs, N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən müsbət xarakterizə edilmişdir. Cinayət işinin 1-ci cildinin 38-ci vərəqəsinə əlavə edilmiş xidmət vərəqəsindən çıxarışdan görünür ki, təqsirləndirilən şəxs baş leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin komandanlığı tərəfindən həvəsləndirilmədiyi, lakin xx.xx.N0N4-cü il tarixdə komandir hazırlığı toplantısı zamanı Azərbaycan Ordusu haqqında şəxsi heyət arasında qeyri etik ifadələr işlətdiyinə görə xx.xx.N0N4-cü il tarixdə (şifahi) “Şiddətli töhmət”, xx.xx.N0N4-cü il tarixdə verilmiş tapşırığın icrasına laqeyid yanaşdığına görə xx.xx.N0N4cü il tarixdə (şifahi) “Şiddətli töhmət” və təyin edilmiş əl çantası daşımadığına görə xx.xx.N0N4-cü il tarixli 143 №-li əmrlə “Töhmət” cəzaları ilə cəzalandırılmışdır. Cinayət işinin 1-ci cildinin 39-cu vərəqəsinə əlavə edilmiş xidmət vərəqəsindən çıxarışdan görünür ki, zərər çəkmiş şəxs kapitan Zərərçəkmiş şəxs hərbi hissədə məxfiçilik rejiminə əməl olunmasında mütəmadi olaraq ciddi nəzarətdə saxladığına görə xx.xx.N0N4-cü il tarixdə (şifahi) qaydada N nömrəli hərbi hissənin komandiri tərəfindən “Təşəkkür” həvəsləndirmə növü ilə həvəsləndirilmiş və cəzalandırılmamışdır. Cinayət işinin 1-ci cildinin 40-cı vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli 307 №-li arayışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs həqiqətən medal ilə təltif olunmamış və döyüş əməliyyatlarında iştirak etməmişdir. Cinayət işinin 1-ci cildinin 41-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli 308 №-li arayışdan görünür ki, kapitan Zərərçəkmiş şəxs həqiqətən “Azərbaycan Ordusunun 100 illiyi (1918-N8)” Azərbaycan Respublikasının yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuş və döyüş əməliyyatlarında iştirak etməmişdir. Cinayət işinin 1-ci cildinin 4N-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli N №-li arayışa əsasən hərbi hissənin dövlət sirrindən mühafizəsi üzrə bölmə rəisi kapitan Zərərçəkmiş şəxs ilə N-ci divizionun radiotexniki batareyasının qəbuledici-ötürücü qurğular bölməsinin rəisi baş leytenant Təqsirləndirilən şəxs arasında baş vermiş qarşılıqlı münasibətlərin pozulmasına görə intizam cəzası ilə cəzalandırılmadıqları göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 46-cı vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli 313 №-li arayışdan görünür ki, hərbi hissənin dövlət sirrindən mühafizəsi üzrə bölmə rəisi kapitan Zərərçəkmiş şəxs ilə N-ci divizionun radiotexniki batareyasının qəbuledici-ötürücü qurğular bölməsinin rəisi baş leytenant Təqsirləndirilən şəxs arasında tabelik münasibəti yoxdur. Cinayət işinin 1-ci cildinin 69-cu vərəqəsinə əlavə edilmiş 1011 №-li arayışdan görünür ki, N9 noyabr N0N4-cü il tarixdə təqsirləndirilən şəxs baş leytenant Təqsirləndirilən şəxs N05 nömrəli hərbi hissənin Qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 71-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 73-ci vərəqəsinə əlavə edilmiş 14 noyabr N0N4-cü il tarixli, 610 №-li məhkəmə-tibbi ekspert rəyində kapitan Zərərçəkmiş şəxs almış olduğu xəsarət sol əlin arxa səthinin sıyrığı - bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı, kapitan Zərərçəkmiş şəxs bədən səthində qeyd olunan hadisə ilə bağlı digər hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 77-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli N №-li arayışdan, hərbi hissənin dövlət sirrindən mühafizəsi üzrə bölmə rəisi vəzifəsində xidmət edən kapitan Zərərçəkmiş şəxs hərbi hissənin idarə heyətinin zabiti olduğu üçün və rütbəcə baş leytenant Təqsirləndirilən şəxs böyük olduğu üçün N-ci divizionun start mövqeyinə məxfiçilik rejiminin yoxlanılması məqsədilə göndərildiyinə görə N-ci divizionun radiotexniki batareyasının qəbuledici-ötürücü qurğular bölməsinin rəisi baş leytenant Təqsirləndirilən şəxs ilə arasında tabelik münasibətləri olduğu görünür. Cinayət işinin 1-ci cildinin 116-cı vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 7 yanvar N0N5-ci il tarixli 3-N8- N9/N-118/N0N5 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 1-ci cildinin 118-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 xx.xx.N0N5-ci il tarixli 19/51 - 7N №-li məktubuna əsasən Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 159-cu vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N fevral N0N5-ci il tarixli 43 №-li əmrinə əsasən kapitan Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edildiyinə görə N fevral N0N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarıldığı və xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyi göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.N-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N1-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “XNrşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 330.N-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsinə əsasən tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır. Rəislər tabelikdə olanlara əmr vermək hüququna malikdirlər və verdikləri əmrlərin yerinə yetirilməsini yoxlamalıdırlar. Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar. Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən isə hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, baş leytenant Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisində yerləşən N-ci divizionunun radiotexniki batareyasında qəbuledici-ötürücü qurğular bölməsinin rəisi vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 13 noyabr N0N4-cü il tarixdə N-ci divizionun “start” mövqeyində döyüş heyət rəisi kimi döyüş növbətçiliyinə təyin olunmuş və növbəyə gələrkən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N9-cu il tarixli 10 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkil və təmin edilməsi barədə təlimat”ın 587.7-ci bəndinin (hərbi qulluqçu şəxsi istifadəsində olan audio, video, foto, kino, çoxaltma-surətçıxarma, radioötürücü və qəbuledici aparatları, həmçinin smartfon tipli, internet şəbəkəsinə qoşulma, səsyazma, video və foto şəkil aparma imkanına malik telefonları və smart saatları hərbi hissələrin ərazisinə, o cümlədən məxfilik rejiminin şamil olunduğu sahələrə gətirməməlidir) kimi tələblərini pozaraq növbədə olarkən yemək və çay saatlarında sosial şəbəkələrə qoşulmaq məqsədilə özünə məxsus smartfon tipli “Samsung A3N” markalı mobil telefonu özü ilə döyüş növbətçiliyi çəkdiyi mövqeyə gətirmişdir. Həmin gün, yəni 13 noyabr N0N4-cü il tarixdə saat N radələrində o, növbədə olan zaman hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant ŞahidN və hərbi hissənin dövlət sirrinin mühafizəsi üzrə bölmənin rəisi, kapitan Zərərçəkmiş şəxs hərbi hissə komandirinin şifahi əmrinə əsasən döyüş hazırlığı və məxfiçilik rejiminin yoxlanılması məqsədilə “start” mövqeyinə gəldiyini görüb üzərində olan smartfon tipli mobil telefonu mövqenin ərazisində olan, mühafizə üçün əsgərlərin altında durduğu metal predmetin üzərinə quraşdırılmış dəmir şkafda gizlətməyə çalışarkən kapitan Zərərçəkmiş şəxs tərəfindən aşkar olunmuş və sonuncu məxfiçilik rejiminin tətbiq edildiyi ərazidə smartfon tipli mobil telefon işlətməsini yuxarı komandanlığa məruzə edəcəyini dedikdə onun bu barədə heç kimə məruzə etməməsini xahiş edərək telefonu özünə qaytarmasını istəmişdir. Həmin vaxt kapitan Zərərçəkmiş şəxs telefonu qaytarmayaraq bu barədə yuxarı komandanlığa məruzə edəcəyini dediyi üçün onun məruzə etməməsi, eyni zamanda telefonu qaytarması üçün kapitan Zərərçəkmiş şəxs sinə nahiyəsinə iki yumruq zərbəsi, sağ ayağına isə bir təpik zərbəsi vuraraq, yerə yıxması üçün badalaq verməklə ona sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “sol əlin arxa səthinin sıyrığı” xəsarətini yetirmiş, bununla da o, hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etməklə onu qulluq vəzifəsini pozmağa məcbur etmişdir. Bununla da baş leytenant Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərər çəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertizası”nın 14 noyabr N0N4-cü il tarixli 610 №-li rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs tabelikdə olan şəxs kimi xidmət üzrə öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar olaraq rəisə qarşı zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.N-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1N-ci maddəsinin müddəasına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü tam təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərər çəkmiş şəxsin onu bağışlamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə də öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 330.N-ci maddəsinin sanksiyasında- iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, zərər çəkmiş şəxslə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1N-ci maddəsində müəyyən edilmiş və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni üç il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Başqa sözlə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin bir epizod üzrə törədilməsi, cinayətin törədilmə üsulu, baş vermiş nəticənin ağırlıq dərəcəsi və.s kimi hallar təqsirləndirilən şəxsin sabit kriminal meyilliliyinə və nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə dəlalət etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrum etmə cəzalarının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olmaları qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, baş leytenant Təqsirləndirilən şəxs barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 17 fevral N0N5-ci il tarixində seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirkar Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 1N mart N0N5-ci il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı CPM-nin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Asan Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.N-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 1N% (on iki) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il N (iki) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yeri dəyişilərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan MR Vəkillər Kollegiyasının üzvi, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili, Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan MR Vəkillər Kollegiyasının hesabına N40 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar