Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-22/2021 05.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X5 oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin X16, hüquqi varisi: Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 iştirakları ilə xx xxxx 2000-ci ildə Babək rayonunun Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, “Naxçıvan” X8 sürücü vəzifəsində, MAHHXHQ- su kiçik çavuş rütbəsində xidmət edən, 01 sentyabr 2021-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 05 avqust 2021-ci il tarixdə saat 00:03 dəqiqədə sürücülük vəsiqəsi olmaqla idarə etdiyi atası X12 məxsus “KİA OPTİMA” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhər Nizami küçəsi ilə “Nigah Evi” istiqamətindən, Naxçıvan Şəhər Məscidi istiqamətində hərəkətdə olarkən “X28” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbini pozmuş və nəticədə Naxçıvan Şəhər Məscidinin yaxınlığında yolu sağdan sola keçən 2005-ci il təvəllüdlü Naxçıvan şəhər sakini piyada X18 idarə etdiyi avtomobilin sağ qabaq tərəfi ilə vuraraq, ehtiyatsızlıqdan Akşin Əhmədova alının sağ yarısından sağ qaş üstü nahiyəyə qədər davam edən yara, sağ gicgah təpə sümüklərinin xarici səthində əsas sümüyün kiçik qanadından keçərək əsas sümüyün cisminə qədər davam edən xətti sınıq, beyin toxumasının ödemi və beyin toxumasına qansızma ilə müşayiət olunan, sağlamlığına ağır dərəcəli xəsarətlər yetirməklə onun ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində MAHHXHQ-su kimi “Naxçıvan” X9 zenit artilleriya bölüyündə sürücü vəzifəsində, kiçik çavuş rütbəsində xidmət etdiyini, 04 avqust 2021-ci il tarixdə 23:50-də atası Eldənizə Abbasova məxsus “KİA OPTİMA” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilə minib evdən çıxdığını, Daxili İşlər Nazirliyinin yanından Nizami küçəsi ilə X32 istiqamətində təxminən saatda 60-70 km sürətlə hərəkət etdiyini, Park AVM-in qarşısından keçərkən yolun sağ zolağında hərəkəti davam etdirdiyini, həmin vaxt 05 avqust təxminən saat 1-ə 5 dəqiqə işlədiyini, həmin istiqamətdə hərəkət edərkən irəlidə gedən avtomobilin sağa dönmə işığını yandırdığını, onun sağa dönmə əməliyyatı edəcəyini bilib hərəkətinə davam etmək üçün onun arxasından sol zolağa çıxdığını, həmin vaxt təxminən 15-20 metr irəlidə 2 nəfər piyadanın normal hərəkətlə yolu sağdan sola keçdiklərini gördüyünü, həmin şəxslərin avtomobillə onlara yaxınlaşdığını görüb yolu qaçaraq getməyə başladıqlarını, həmin piyadaları vurmamaq üçün avtomobili sağa istiqamətləndirdiyini, həmin vaxt piyadalardan birinin hərəkəti davam etdirib yolu keçdiyini, digərinin isə yolun ortasından dönüb qaçaraq geri qayıtdığını, həmin şəxsin geri qayıtdığını görüb onu vurmamaq üçün idarə etdiyi avtomobili yenidən sola doğru istiqamətləndirdiyini, amma avtomobilin qabaq sağ tərəfi ilə həmin şəxsi vurduğunu, avtomobilin həmin şəxsin hansı nahiyəsinə dəyməsini bilmədiyini, özünü itirdiyini, nə edəcəyini bilmədiyindən təxminən 25-30 metr irəli getdikdən sonra avtomobili yolun ortasında saxladığını, 5-10 saniyə avtomobilin içərisində oturduğunu, özünə gəldikdən sonra avtomobildən yerə düşdüyünü, geriyə baxanda vurduğu piyadanın arxada yolun sağ kənarında, bardyorun dibində, asfaltın üzərində yerə uzanmış vəziyyətdə olmasını, onun yanında 2-3 nəfər əlavə şəxslərin də olduğunu gördüyünü, mobil telefonu ilə X38a zəng vurduğunu, lakin nömrə məşğul olduğundan X38la danışa bilmədiyini, bundan sonra həmin şəxsin yanına getdiyini, onun başından qan axdığını gördüyünü, ona tibbi yardım göstərmək üçün Xəstəxanaya çatdırılmasından ötrü təkrar avtomobilə qayıdaraq avtomobili geriyə doğru hərəkət etdirib piyadanın yanında saxlayaraq orada olan şəxslərdən həmin piyadanı avtomobilə qoyub xəstəxanaya aparmaqda ona kömək etmələrini xahiş etdiyini, orada olan şəxslərin ona yaralı şəxsin başından xəsarət aldığını, buna görə onu tərpətməyin təhlükəli olduğunu, X38 avtomobili çağırdıqlarını dediklərini, həmin şəxslərin kim olmasını bilmədiyini, onların dediyinə əməl edib X38 avtomobilinin gəlməsini gözlədiyini, bundan bir qədər sonra X33 əməkdaşlarının hadisə yerinə gəldiklərini, onların ardınca X38 avtomobilinin də oraya gəldiyini, orada olan şəxslərin köməyi ilə vurduğu piyadanı X38 avtomobilinə mindirib xəstəxanaya göndərdiklərini, polis əməkdaşları ilə hadisə yerində qaldığını, bir az sonra Naxçıvan Şəhər Polis İdarəsinin İstinaq və Təhqiqat bölməsinin rəisinin hadisə yerinə gəldiyini, onun iştirakı ilə hadisə yerinə baxış keçirildiyini, hadisə yerinə baxış keçirildikdən sonra idarə etdiyi atasına məxsus “KİA OPTİMA” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobili Naxçıvan Şəhər Polis İdarəsinin mühafizə olunan dayanacağına apardıqlarını, polis əməkdaşlarının sərxoş olub-olmamasını müəyyən etmək üçün onu X38 mərkəzinə aparıb həkim müayinəsindən keçirdiklərini, onda sərxoşluq halı müəyyən olunmadığını, gecə polis şöbəsində olarkən saat 05 radələrində polis əməkdaşlarından avtomobillə vurduğu şəxsin vəfat etdiyini eşitdiyini, hadisədən sonra onun Naxçıvan şəhər sakini X19 olmasını bildiyini, valideynlərinin hadisə nəticəsində vəfat etmiş Akşin Əhmədovun valideynlərinin yaşadığı evə gedərək üzrxahlıq etdiklərini, dəfn mərasiminin keçirilməsi üçün zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etdiklərini, törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və eləcə də məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X20 verdiyi ifadəsində Əhmədov Akşinin atası olduğunu, Akşinin 10 nömrəli orta məktəbin 9-cu sinifini bitirib 10-cu sinifə keçdiyini, 03 avqsut 2021-ci ildə Akşinin dostu olan qonşuları Sahilin Araz restoranında “qarson” işlədiyini, Akşinin də orada işləməsi üçün icazə istədiyini, ona “sənin ağır işlərdə işləməyini, ümumiyyətlə işləməyini istəmirəm, otur dərslərini oxu, instituta hazırlaş” dediyini, Akşinin yay tətili olduğunu, məktəblərin bağlı olduğunu bildirərək “icazə ver gedim bir gün işləyim, iş yüngül olsa məktəb açılana qədər işləyim” dediyini, ona icazə verib “get bax iş yüngül olsa işlə” dediyini, 04 avqust 2021-ci il tarixdə tezdən durub işə getdiyini, həmin gün saat 22 radələrində evə qayıtdığını, Akşinin evdə olmadığını görüb yoldaşından onun harada olmasını, işdən gəlib-gəlməməsini soruşduğunu, yoldaşının ona Akşinin dostu Sahillə birlikdə Araz restoranına işləməyə getdiyini, hələ gəlmədiyini dediyini, saat 23:30 radələrində Akşinin evə gəlmədiyini görüb onun mobil telefonuna zəng vurub harada olmasını soruşduğunu, onun dostu Sahillə birlikdə yolda olduqlarını, piyada evə gəldiklərini bildirdiyini, ona gözləyirəm bir az tez gəl dediyini, evdə oturub Akşini gözləyərkən saata baxıb 05 avqust 1-ə 5 dəqiqə işlədiyini gördüyünü, gec olduğuna görə yenidən Akşinə zəng vurduğunu, telefonu başqa bir şəxsin açdığını, həmin şəxsin “dayı oğlunuzu maşın vurub” dediyini, həmin şəxsi səsindən tanıyıb qardaşı Anar Əhmədovun qaynı Şahid3 olduğunu bildiyini, Arazın ona Akşini maşın vurduğunu, xəstəxanada olduqlarını, xəstəxanaya gəlməsini dediyini, Akşini maşın vurması barədə yoldaşına bildirdiyini, yoldaşı ilə birlikdə Respublika Xəstəxanasına getdiklərini, xəstəxanaya çatanda polis əməkdaşının X1 deyərək onları oraya apardığını, Reanimasiya Şöbəsinin qabağına gedib orada gözlədiklərini, bir qədər sonra həkimin çıxıb Akşinin vəziyyətinin ağır olduğunu dediyini, xəstəxanada Şahid3 də gördüyünü, Arazın ona Akşini Şəhər Məscidinin yaxınlığında yolu keçərkən maşın vurduğunu dediyini, xəstəxananın həyətində təxminən 2 saat gözlədiklərini, gecə saat təxminən 3-4 arasında xəstəxananın həyətində gözləyərkən polis əməkdaşının onu xəstəxananın içərisinə çağırıb Akşinin vəfat etdiyini dediyini, həmin gün Akşini kimin maşınla vurmasını maraqlanmadığını, Akşin dəfn olunduqdan sonra maraqlanıb Akşini Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs ad-soyadlı şəxsin Park AVM-in qabağında vurmasını bildiyini, həmin şəxsi tanımadığını, hadisədən sonra İlkinin valideynlərinin gəlib onlara başsağlığı verib üzrxahlıq etdiklərini, oğlunun dəfn mərasimində bütün maddi öhdəlikləri öz üzərlərinə götürdüklərini, lakin bütün bunlara baxmayaraq onun Təqsirləndirilən şəxs bağışlamadığını, ibtidai istintaq orqanı tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş onun guya Təqsirləndirilən şəxs bağışlamasına dair ərizəsinin onun həqiqi iradəsini ifadə etmədiyini, ibtidai istintaq zamanı özünün həmin ərizəni yazmadığını, həmin ərizənin qardaşı X21 tərəfindən yazıldığını, ona oxunduğunu, həmin vaxt da müstəntiqə “aramızda barışıq yoxdu, bağışlamaq yoxdur” deyə bildirdiyini, lakin bu ərizənin müstəntiq Samir Qənbərov tərəfindən ona imzalatdırıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində X17 həm qonşusu, həm məktəb yoldaşı, həm də yaxın dostu olduğunu, yay tətili ilə əlaqədar X26 keçirilən toy mərasimlərində qarson kimi işlədiyini, dostu Akşinin 03 avqust 2021-ci il tarixdə işləmək üçün onu da Şadlıq Sarayına aparmasını dediyini, ona razılıq verdiyini, işə düzəlməsi üçün 04 avqust 2021-ci il tarixdə saat 09 radələrində Akşini də özü ilə bərabər iş yerinə apardığını, administratorla danışdıqdan sonra Akşinin də işə başladığını, həmin gün keçirilən toy mərasimi başa çatdıqdan sonra işlərini qurtarıb saat təxminən 23:30-da işdən çıxıb piyada evlərinə getdiklərini, Naxçıvan şəhərində Park AVM-in qarşısından keçib Bazar gölünə tərəf getdiklərini, yolu keçib evlərinə tərəf getmək üçün yola baxdıqlarını, həmin vaxtı yolda avtomobil olmadığını görüb özünün irəlidə, Akşinin isə arxada piyada keçidi olmayan yerdən yolu çəpinə adi yerişlə keçməyə başladıqlarını, təxminən 3-4 addım getdikdən sonra yuxarı tərəfdən bir avtomobilin sürətlə onlara tərəf gəldiyini görüb yolu qaçaraq keçməyə başladıqlarını, özünün 2-ci zolaqdan 3-cü zolağa keçəndə arxada güclü taqqıltı səsi eşitdiyini, dönüb geriyə baxdıqda Akşini arxasında görmədiyini, sonra baxıb həmin sürətlə gələn avtomobilin Akşini vurub təxminən 20-25 metr irəlidə yolun sağ kənarında bardyorun dibinə atdığını gördüyünü, tez Akşinin yanına qaçdığını, sonra ətrafdan bir neçə şəxsin də oraya gələrək təcili yardım avtomobili çağırıb Akşini xəstəxanaya apardıqlarını, özünün də orada olan avtomobillərdən biri ilə xəstəxanaya getdiyini, bir qədər xəstəxanada gözlədikdən sonra təxminən saat 02 radələrində evlərinə getdiyini, səhəri gün Akşinin gecə xəstəxanada vəfat etdiyini eşitdiyini, Akşini həmin vəziyyətdə gördükdən sonra çox pis olduğunu, ona görədə orada olan şəxsləri xatırlamadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 04 avqust 2021-ci il tarixdə saat 23:30 radələrində Naxçıvan şəhər sakinləri olan dostları Fərid və İlkinlə birlikdə Naxçıvan şəhərində yerləşən PARK AVM kafesinə çay içməyə getdiklərini, orada çay içən vaxtı 05 avqust 2021-ci il tarixdə təxminən saat 00:05 radələrində güclü taqqıltı səsi eşitdiyini, həmin vaxt arxasının yola tərəf olduğunu, taqqıltı səsi gələn tərəfə dönüb aşağıya yola baxdığını, həmin yolda hərəkət edən avtomobilin yolu keçən piyadanı vurub yolun kənarına tulladığını gördüyünü, amma avtomobilin piyadanı vurması anını görmədiyini, yolun sağ tərəfində bardyorun dibində piyadanın yerə uzandığını, ondan bir az qabaqda isə KİA OPTİMA markalı avtomobilin dayandığını gördüyünü, buna görə KİA OPTİMA markalı avtomobilin yoldan keçən həmin piyadanı vurmasını bildiyini, dərhal aşağı düşərək həmin yerə qaçdığını, yolun sağ tərəfində bardyorun dibində bir nəfərin yerə uzanmasını, yerə uzanan şəxsin 15 yaşlarında bir oğlan uşağı olmasını gördüyünü, avtomobilin həmin uşağı vuraraq ona xəsarət yetirdiyini, həmin uşağın huşsuz vəziyyətdə olduğunu, başından qan axdığını, danışmadığını, hərəkətsiz olduğunu, həmin şəxsin üzünün yuxarıya tərəf olduğunu, KİA OPTİMA markalı avtomobilin isə ondan təxminən 15- 20 metr qabaqda yolun ortasında dayandığını, avtomobilin gilənar rəngli olmaqla dövlət nömrə nişanının ** BJ *** olduğunu, dərhal mobil telefonu ilə X38ın 103 xidmətinə zəng vurub hadisə barədə məlumat verərək təcili yardımdan həkim çağırdığını, bir az keçəndən sonra KİA OPTİMA markalı avtomobilin sürücüsünün avtomobildən düşüb vurulan şəxsin yanına gəldiyini, sonra dərhal geriyə qayıdıb avtomobilə minərək avtomobillə arxaya vurulan şəxsin yanına gəldiyini, onlara kömək edin yaralını avtomobilə qoyub xəstəxanaya aparaq dediyini, özünün və oradakı şəxslərin ona həmin şəxsin başından zərbə aldığını, onu tərpətməyin təhlükəli olacağını, X38a zəng vurub həkim çağırdıqlarını, həkimin gəlib baxmasını dediklərini, sürücünün onlarla razılaşıb gözlədiyini, bundan bir qədər sonra hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, polis əməkdaşlarının ardınca X38ın avtomobilinin hadisə yerinə gəldiyini, tanımadığı həkimin yaralıya tibbi yardım göstərdiyini, sonra yaralını X38ın avtomobilinə qoyub xəstəxanaya apardıqlarını, bundan sonra dostları Fərid və İlkinlə birlikdə xəstəxanaya getdiklərini, xəstəxanada həmin yaralı şəxsə qan lazım olduğundan Fəridlə özünün həmin şəxsə qan verdiklərini, bundan sonra xəstəxanada bir az gözləyib sonra evə getdiklərini, həmin gün səhər vaxtlarında axşam yolda vurulan piyadanın xəstəxanada öldüyünü eşitdiyini, vurulan piyadanın və avtomobilin sürücüsünün kim olmasını bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 04 avqust 2021-ci il tarixdə Naxçıvan şəhərində olarkən saat 23:40 radələrində Təhsil Nazirliyinin yanında dostu Raminə zəng vurub harada olmasını soruşduğunu, Raminin Göl kafeyə çay içməyə getdiyini deyərək onu da çay içməyə çağırdığını, yolda gedərkən Naxçıvan şəhərində Böyük Bağ deyilən yerdə yolun kənarında avtomobili saxlayıb bir az telefonla danışdığını, orada əvvəlcədən tanıdığı Hüseyn adlı şəxsi görüb onunla söhbət etdiyini, Hüseynlə söhbət edərkən İran Konsulluğu tərəfdən Kia Optima markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilin gəldiyini gördüyünü, həmin avtomobilin qırmızımtıl rəngli olduğunu, avtomobilin Daxili İşlər Nazirliyi istiqamətində hərəkəti davam etdirdiyini, bundan sonra Hüseynlə 1-2 dəqiqə söhbət edib sağollaşaraq oradan çıxıb Göl kafeyə getməyə başladığını, Park AVM-in qarşısından keçdikdən sonra, Şəhər Məscidinin yaxınlığında bir neçə nəfərin yolun kənarına yığılmasını, Kia Optima markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilin isə onlardan təxminən 30 metr qabaqda yolun ortasında dayanmasını gördüyünü, nə olmasını bilmək üçün avtomobilini sağa döndərib Göl kafeyə gedən yolun kənarında saxladığını, avtomobildən düşüb həmin şəxslərin yığıldığı yerə getdiyini, həmin şəxslərin yanına çatanda bir uşağı maşın vurmasını gördüyünü, həmin uşağın yolun sağ tərəfində bardyorun dibində üzü yuxarı şəkildə uzanılı vəziyyətdə olmaqla hərəkətsiz olduğunu, başından qan axdığını, həmin vaxt Kia Optima markalı avtomobili idarə edən şəxsin avtomobili hərəkət etdirərək arxaya vurulan uşağın yanına gətirdiyini, avomobildən düşüb “kömək edin uşağı avtomobilə qoyaq xəstəxanaya çatdırım” dediyini, avtomobilin sürücüsünün kim olmasını bilmədiyini, ona yaralı şəxsin başından xəsarət aldığını, onu tərpətməyin təhlükəli olduğunu, həkim çağırdıqlarını, həkimin gəlib baxmasını dediklərini, həmin şəxsin də gözlədiyini, bir az sonra X38ın avtomobilinin hadisə yerinə gəldiyini, vurulan uşağı X38ın avtomobilinə mindirdiklərini, bundan sonra orada olan başqa bir uşağın ona yaxınlaşıb “əmi vurulan uşaq sizin qohumdu” dediyini, ondan kim olmasını soruşduğunu, Akşin olmasını dediyini, Akşinin kim olmasını soruşduğunu, həmin uşağın Akşinin Vüsalın oğlu olmasını dediyini, həmin vaxt vurulan uşağın bacısının qaynı Vüsalın oğlu Akşin olmasını bildiyini, həmin uşağın ona bir ədəd smartfon tipli mobil telefon və bir ədəd çanta verib Akşinin olmasını dediyini, telefonla çantanı aldığını, 2-3 dəqiqə sonra uşağın ona verdiyi mobil telefona zəng gəldiyini, telefona zəng vuranın Vüsal olduğunu, telefonu açdığını, Vüsalın onun Araz olduğunu bilib “Akşinin telefonunu niyə sən açırsan” deyə soruşduğunu, ona Akşini maşın vurduğunu, xəstəxanaya getdiklərini, xəstəxanaya gəlməsini dediyini, Akşini xəstəxanada reanimasiya şöbəsinə yerləşdirdiklərini, bir az sonra Vüsalın yoldaşı ilə xəstəxanaya gəldiyini, Vüsalın onu görüb maşının Akşini necə vurmasını soruşduğunu, ona maşının Akşini vurmasını görmədiyini, amma Akşini Şəhər Məscidinin yaxınlığında yolu keçərkən maşın vurmasını dediyini, 05 avqust 2021-ci ildə xəstəxanada gözləyərkən təxminən saat 04 radələrində Akşinin vəfat etdiyini eşitdiyini, Kia Optima markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilin kimə məxsus olmasını bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Naxçıvan ŞPİ-nin DYPB-nin YPX inspektoru vəzifəsində işlədiyini, 04 avqust 2021-ci il tarixdən 05 avqust 2021-ci il tarixə qədər həmkarı X22 ilə birlikdə növbədə olmuduğunu, həmin gecə İqtisadiyyat Nazirliyinin yanında postda xidməti yerlərində olarkən, saat təxminən 00:05 radələrində Şəhər Məscidi tərəfdən güclü taqqıltı səsi eşitdiklərini, cəld həmin istiqamətə getdiklərini, ora çatanda Şəhər Məscidinin qarşısında KİA OPTİMA markalı avtomobilin yolun ortasında dayandığını, avtomobildən bir qədər arxada sağ tərəfdə yolun kənarında təxminən 10-15 nəfərin toplaşdığını gördüklərini, həmin yerə yaxınlaşanda bir nəfər yaralının huşsuz vəziyyətdə yerdə olmasını, ağzından və qulağından qan axdığını gördüyünü, təcili yardım çağrılmasını dedikdə orada olan şəxslərin artıq təcili yardım çağırdıqlarını dediklərini, özünün də polis idarəsinin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdiyini, bir qədər sonra hadisə yerinə təcili yardım avtomobilinin gəldiyini, orada olan şəxslərin köməyi ilə xəsarət almış piyadanı təcili yardım avtomobilinə qoyaraq xəstəxanaya göndərdiklərini, özlərinin hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxsla birlikdə hadisə yerində qaldıqlarını, sonra hadisə yerinə müstəntiqin gələrək sürücü Təqsirləndirilən şəxs göstərdiklərinə əsasən hadisə yerini müayinə etdiyini, hadisə yerinin müayinəsi qurtardıqdan sonra özünün hadisəni törətmiş KİA OPTİMA markalı avtomobili Naxçıvan Şəhər Polis İdarəsinin mühafizə olunan duracağına apardığını, sonra həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirmək üçün X38 Mərkəzinə apardığını, Təqsirləndirilən şəxs sərxoş olmadığının müəyyən edildiyi, bu barədə akt tərtib olunduğunu, həmin gecə saat 3-4 arasında hadisə nəticəsində xəsarət almış piyada X17 aldığı xəsarətlərdən xəstəxanada ölməsini eşitdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Naxçıvan şəhər X25 çağırışçı həkim vəzifəsində işlədiyini, sürücü Təqsirləndirilən şəxs və mərhum piyada X18 əvvəlcədən tanımadığını, Naxçıvan şəhər X25 növbədə olarkən 05 avqust 2021-ci il tarixədə saat 0005 dəqiqədə mərkəzə Naxçıvan şəhər Nizami küçəsində, Şəhər Məscidinin yaxınlığında piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olduğunu, X38 göstərmək üçün özünün başcılıq etdiyi həkim briqadası ilə hadisə yerinə getdiklərini, hadisə yerinə çatdıqda xəsarət almış piyadanın təxminən 15-16 yaşlarında olan oğlan uşağı olduğunu gördüyünü, hadisə nəticəsində həmin şəxsin açıq kəllə-beyin travması aldığını, koma vəziyyətində olduğunu, onun ağır vəziyyətdə olduğunu görüb vaxt itirmədən onu Respublika Xəstəxanasına təxliyyə etdiyini, yaralını Respublika Xəstəxanasının Reanimasiya Şöbəsinə təhvil verdiklərini, sonra Naxçıvan şəhər X23yıdaraq növbəsinə davam etdiyini, təxminən 3 saatdan sonra həmin piyadanın xəstəxanada öldüyünü eşitdiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokol, fotoşəkillər və sxemdən görünür ki, hadisə Naxçıvan şəhəri, Nizami küçəsində, Naxçıvan Şəhər Məscidinin yaxınlığında yaşayış məntəqəsində baş vermişdir. Baxış süni işıqlandırılmış havada aparılmış, yol örtüyü quru, asfalt, üfüqi və enişlidir, yol örtüyünün eni birtərəfli avtomobil yolu olmaqla 20.6 metr, hərəkət zolaqlarının sayı 4 (dörd) olmuşdur. Şin və tormozlanma izləri aşkar edilmir (i.v 6-15). İş materiallarına əlavə edilmiş “Video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, 05 avqust 2021-ci il tarixdə saat 00:02:55 saniyədə X17 yolun sağ tərəfindən adi yerişlə hərəkətə başlayaraq sol tərəfə doğru çəpinə istiqamətdə yolu keçməyə başlayır, dörd addım getdikdən sonra hərəkətinə adi qaçışla davam edərək İİ zolaqla İİİ zolağı ayıran bütöv nişanlanma xəttinə çatmasına az qalmış dayanaraq adi qaçışla geriyə doğru hərəkət edir, həmin anda saat 00:03:00 saniyədə Nizami küçəsi ilə “Park AVM” istiqamətində yolun İİ zolağı ilə gələn KİA OPTİMA markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən həmin avtomobilin ön sağ hissəsi ilə vurularaq zərbənin təsirindən öncə avtomobilin ön kapotunun üzərinə, oradan isə bir qədər irəlidə piyada keçidi zolağının sağ qabaq tərəfində asfaltın üzərinə çəkilmiş piyada keçidi yol nişanının yanına düşür, yerdə sürüşərək bir qədər irəli getdikdən sonra yolun sağ kənarında asfaltın üzərində yerdə uzanmış vəziyyətdə qalır (i.v 30; 61). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 meyitin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 33 saylı rəyindən görünür ki, X17 meyitinin məhkəmə-tibbi müaynəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətləralının sağ yarısından sağ qaşüstü nahiyəyə qədər davam edən cərrahi yara, sağ gözətrafı sahədə hematoma, çənə nahiyəsinin sağ tərəfində köndələn istiqamətdə yerləşmiş cərrahi yara, sağ çiyin nahiyəsinin bayır səthində sıyrıq, sol kürək nahiyəsində qançır, sağ dirsək nahiyəsinin arxa səthində sıyrıq, sağ qalça nahiyəsinin bayır səthində qalça darağının üzərində sıyrıq, bel nahiyəsində onurğanın sağ tərəfində qançır, onurğanın sol yarısına biri-birindən 1,5 sm aralıda yerləşmiş iki ədəd sıyrıq, sağ sağrı nahiyəsində sıyrıq, sağ budun yuxarı 1/3-nin bayır səthində sıyrıq, sağ diz oynağının bayır səthində qançır, sağ topuq nahiyəsində qançır, sol baldırın orta 1/3-də sıyrıq, başın dərialtı yumşaq toxuması altına geniş həcmli qansızma, sağ gicgah-təpə nahiyəsində dərialtı toxumaya geniş həcmdə qansızma, sağ gicgah əzələsinə qansızma, alın nahiyəsində dərialtı hematoma, sağ gicgah təpə sümüklərinin xarici səthində sınıq xətti olduğu, bu xəttin əsas sümüyün kiçik qanadından keçərək əsas sümüyün cisminə qədər davam etdiyi, A.V.Əhmədovun bədən səthi üzərindəki xəsarətlərin ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid olub onun ölümü ilə nətəcələndiyi, ölümün müddətinin meyitin müayinə gününə uyğun gəldiyi, ölümünə səbəb almış olduğu xəsarətlər hesabına yaranmış beyin toxumasının ödemi və beyin toxumasına qansızma olduğu, göstərilən xəsarətlərin həyati olduğu, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol-nəqliyyat hadisəsi nəticəsində yaranmağa xarakterik olduğu göstərilmişdir (i.v 53-59). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 227/21 saylı rəyindən görünür ki, “Kia Optima” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X28” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v 75-77). İş materiallarına əlavə edilmiş “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkilləridən görünür ki, «KİA OPTİMA minik» markalı, **-BJ-*** dövlət qeydiyat nişanlı avtomobil tünd albalı metallik rənglidir, avtomobilin qabaq sağ hissəsində əziklər aşkar edilmiş, avtomobilin arxa və qabaq sol hissələrində heç bir zədə izləri aşkar edilməmiş, ümumilikdə isə avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur (i.v 31-33). İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v 89-90; 95). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 105-107). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası X2 xx.xx.2021-ci il tarixli, 02 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır (i.v 18). İş materiallarına əlavə edilmiş AE seriyalı, 872152 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük vəsiqəsi vardır, vəsiqə xx.xx.2028-ci il tarixədək etibarlıdır (i.v 19). İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası DİN DYP QİTBŞ tərəfindən 16 noyabr 2020-ci il tarixdə verilmiş AD seriyalı 924020 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2011-ci il, «KİA OPTİMA minik» markalı, **-BJ-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi X13r (i.v 19). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X39 İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixinədək yol hərəkəti qayda pozuntularına görə xx.xx.2020-ci il tarixdə surət həddinin aşılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə, xx.xx.2021-ci il tarixdə dayanma qaydasının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə, xx.xx.2021-ci il tarixdə işıq çihazlarından düzgün istifadə edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə, xx.xx.2021-ci il tarixdə piyadaya yol verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, Təqsirləndirilən şəxs inzibati icraat qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v 124). İş materiallarına əlavə edilmiş “cinayət işi başlama və icraata qəbul etmək haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, hadisə nəticəsində ölmüş yetkinlik yaşına çatmayan piyada X19 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 1). İş materiallarına əlavə edilmiş “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında” xx.xx.2021-ci il tarixli, 58 nömrəli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum Akşin Əhmədovun atası X20 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (i.v 41). İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, hadisə nətəcəsində vəfat edən X17 valideyni olan X16 (Zərərçəkmiş şəxsin hüquqi varisi) Təqsirləndirilən şəxs qarşı heç bir tələb və ya şikayətləri yoxdur (i.v 73). Cinayət işi üzrə ibtidai araşdırma zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X20 tərəfindən Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Zahid Gözəlova ünvanlanmış 28.08.202-ci il tarixli ərizə ilə onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyətə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, həmin ərizə zərərçəkmiş şəxsin hüquqi varisi Vüsal Əhmədovun həqiqi iradə ifadəsinin nəticəsi olmadığından, onun məhkəmə istintaqında verdiyi ifadəsi ilə bu ərizədə qeyd olunan hallar inkar olunduğundan mötəbər sübut kimi qəbul edilməməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X16 məhkəmə istintaqında verdiyi ifadəsi isə onun iradə ifadəsinin nəticəsi olduğundan mötəbər sayılmalı və qəbul ediməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2020-ci il tarixli, 247 №-li əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatından gəlmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 3 (üç) il ərzində xidmət etmək üçün öhdəlik verməsi ilə əlaqədar “kiçik çavuş” hərbi rütbəsi verilməklə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul edilmiş və Zenit-artileriya bölüyü 1-ci taqım 2-ci manqasının sürücüsü vəzifəsinə təyin olunmuşdur (i.v 142). İş materiallarına əlavə edilmiş “Naxçıvan” X4 verilmiş xidməti xasiyyətnamədən görünür ki Təqsirləndirilən şəxs “Naxçıvan” X9 Zenit-artileriya bölüyünün komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur (i.v 144). İş materiallarına əlavə edilmiş 2255 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, verilmiş arayışda onun sağlam olmaqla hərbi xidmətə yararlı olduğu göstərilmişdir (i.v 130). İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 01/2436 və 01/2437 №-li arayışlardan görünür ki, Abbasov X14 şəhəri, Xətai məhəlləsi,döngə-1, ev-2A ünvanında qeydiyyatdadır və onun ailə üzvləri- 1973-cü il təvəllüdlü atası X3, 1978-ci il təvəllüdlü anası X5, 1997-ci il təvəllüdlü bacısı X6, 2007-ci il təvəllüdlü X7 ibarətdir (i.v 146-147). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). “X15 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə tərəflərin çəkişməsi prinsipini təmin etməklə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar vermişlər və sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır və onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin o, cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X28” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “X28” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “X28” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə saat 00:03 dəqiqədə sürücülük vəsiqəsi olmaqla idarə etdiyi atası X12 məxsus “KİA OPTİMA” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhər Nizami küçəsi ilə “Nigah Evi” istiqamətindən, Naxçıvan Şəhər Məscidi istiqamətində hərəkətdə olarkən “X28” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmuş və nəticədə Naxçıvan Şəhər Məscidinin yaxınlığında yolu sağdan sola keçən 2005-ci il təvəllüdlü Naxçıvan şəhər sakini piyada X18 idarə etdiyi avtomobilin sağ qabaq tərəfi ilə vuraraq, ehtiyatsızlıqdan Akşin Əhmədovun ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti mövcud olmuşdur. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozması və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, xidmət etdiyi “Naxçıvan” X9 Zenitartileriya bölüyünün komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, hadisədən dərhal sonra ailəsinin zərərçəkmiş şəxsin ailəsinə maddi və mənəvi cəhətdən dəstək göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 05 noyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığından, onun cəzaçəkmə müddətinin əvvəli də 05 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin materiallarına əlavə edilən hadisənin videogörüntüsü olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş X12 məxsus Naxçıvan Muxtar Respublikası DİN DYP QİTBŞ tərəfindən 16 noyabr 2020-ci il tarixdə verilmiş AD seriyalı 924020 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, o cümlədən Naxçıvan Şəhər Polis İdarəsinin mühafizə olunan duracağında saxlanılan X12 məxsus “KİA OPTİMA” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra X12 qaytarılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. İş üzrə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış- yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş materiallarına əlavə edilmiş X12 məxsus Naxçıvan Muxtar Respublikası DİN DYP QİTBŞ tərəfindən 16 noyabr 2020-ci il tarixdə verilmiş AD seriyalı 924020 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, o cümlədən Naxçıvan Şəhər Polis İdarəsinin mühafizə olunan duracağında saxlanılan X12 məxsus “KİA OPTİMA” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra X12 qaytarılsın. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-22/2021
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-22/2021
05.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver