Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-22/2022 19.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: XXXX qızının katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx N00N-ci ildə Babək rayonunun Didivar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmayan, Babək rayonunun Didivar kəndində yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, N №-li hərbi hissənin tank əleyhinə artilleriya batareyasının 1-ci tank əleyhinə artilleriya taqımının 3-cü manqasında sürücü vəzifəsində xidmət edən, barəsində N8 iyun N0NN-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, MAHHXHQsu əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi texnikanın idarəetmə və istismar qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, N nömrəli hərbi hissədə tank əleyhinə batareyada sürücü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edərkən, 10 may N0NN-ci ildə saat 08:30 radələrində hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli, 7 nömrəli əmrinə əsasən ona təhkim olunmuş, texniki cəhətdən saz vəziyyətdə olan “MAZ 531N05” markalı B 773 MR hərbi nömrə nişanlı hərbi texnikaya qulluq göstərilməsi məqsədi ilə N №-li hərbi hissənin avtomobil parkında həmin hərbi texnikanı idarə edərək saxlancdan çıxararkən “X7” Azərbaycan Respublikası Qanununun 3N-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində müəyyən edilən “sürücü yol hərəkəti iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır” tələbini, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin 15 sentyabr N014-cü il tarixli N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Avtomobil Xidməti haqqında Təlimat”ın 5.9.4-cü və 5.9.7-ci maddələrində göstərilən “yol hərəkəti qaydalarına və kalonnada maşının sürülməsi qaydalarına dəqiq riayət edilməsi, maşınların təyin edilmiş istismar qaydalarına və parkda daxili xidmət tələblərinə ciddi riayət edilməsi” tələblərini pozaraq avtomobilin sürətlər qutusunun ayrıcısıyla qaz pedalını ayağı ilə düzgün tənzimləmədiyindən avtomobil qabağa sıçramış, idarəetməni itirib avtomobilin qabaq tərəfində geriyə doğru hərəkət edərək ona manevr üçün istiqamət verən həmin batareyanın komandiri baş leytenant Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə qarın boşluğundan vurub qarşıda dayanmış vəziyyətdə olan “KAMAZ 43101” markalı B 7N1 MR hərbi nömrə nişanlı avtomobilin sağ arxa təkərinə sıxmış, nəticədə ehtiyatsızlıqdan baş leytenant Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “bədənin müxtəlif nahiyələrinin sıyrıq, qançır və yumşaq toxumalarının əzikləri ilə müşayiət olunan, qarın boşluğu orqanlarının döş boşluğuna keçməsi və sol ağciyərin sıxılması ilə fəsadlaşmış diafraqmanın sol künbəzinin cırılması” kimi xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində 10 may N0NN-ci ildə saat 08 radələrində səhər yerbəyeri qurtardıqdan sonra texnikalarda görüləcək işlərə davam etmək üçün avtomobil parkına getdiyini, plana uyğun olaraq saxlancda “MAZ 531N05” markalı B 773 hərbi nömrə nişanlı avtomobilin arxasında saxlanılan “MAZ 531N05” markalı B 774 hərbi nömrə nişanlı avtomobilə texniki qulluq göstəriləcəyini, bu səbəbdən B 773 hərbi nömrə nişanlı avtomobilin 31 nömrəli saxlancdan çıxarılaraq saxlancların qarşısında saxlanılmalı olduğunu, baş leytenant Zərərçəkmiş şəxs göstərişi ilə avtomobili saxlancdan çıxarmaq üçün avtomobilin sükanına əyləşdiyini, sürətlər qutusunun boşda olmasını yoxladıqdan sonra “zamok” adlanan nöqtəni vurub sistemə elektrik ötürdüyünü, açarı burub avtomobili işə saldığını, təxminən avtomobili işə saldıqdan sonra hava yığması üçün yerində 10 dəqiqə işlətdiyini, sürücünün qarşısında olan göstərici löhvəyə baxıb avtomobilin hava yığdığına tam əmin olduqdan sonra Zərərçəkmiş şəxs göstərişi ilə sürətlər qutusunu 1-ci sürətlər pilləsinə keçirib, əl əyləcini buraxdığını, yavaş-yavaş avtomobili önə doğru sürdüyünü, saxlancın qarşısında iki sıra üç cərgədə hərbi hissəyə məxsus “Kamaz” markalı avtomobillərin saxlanıldığını, saxlancla həmin park edilmiş avtomobillər arasında təxminən 15 metr məsafə olduğunu, avtomobili saxlancdan çıxardıqdan sonra yer palçıq olduğundan Zərərçəkmiş şəxs bir az avtomobili sol tərəfdə saxlamağı dediyini, bu səbəbdən avtomobili arxaya verib yenidən önə hərəkət etdirən zaman Zərərçəkmiş şəxs avtomobilin ön hissəsində arxa-arxaya getdiyini, “Kamaz” markalı avtomobilə çatıb əli ilə istiqamət verərək avtomobili saxlancların qarşısında saxlamağına kömək etdiyini, avtomobili önə doğru verib “Kamaz” markalı avtomobilə çatmamış saxladığını, həmin zaman “Kamaz” markalı avtomobillə idarə etdiyi avtomobil arasında təxminən 1-N metr məsafə qaldığını, bu zaman özünün Zərərçəkmiş şəxs gördüyünü, baş leytenant Zərərçəkmiş şəxs əli ilə işarə edərək avtomobili bir az da önə doğru hərəkət etdirməyi dediyini, həmin zaman avtomobilin sürətlər qutusunun 1-ci sürətlər pilləsində olduğunu, ayağı ilə qaz pedalını sıxdığını, sürətlər qutusunun ayırıcı pedalını ayağı ilə düzgün tənzimləmədiyindən avtomobilin qəfildən önə doğru sıçradığını, avtomobilin ön hissəsinin qarşıda duran “Kamaz” markalı avtomobilin sağ arxa təkərlərinə dəydiyini, bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə qarşıdakı “Kamaz 43101” markalı B 7N1 hərbi nömrə nişanlı avtomobilin sağ arxada olan iki təkərinin arasında qalaraq xəsarət aldığını, lakin həmin vaxt özünün bu hadisəni görmədiyini, sadəcə olaraq həmin vaxt qışqırtı səsi gəldiyini, səs gələn kimi ayağını tormoz pedalına atdığını, orada olan MAHHXHQ-su əsgər Ayxan Qənbərovun tez avtomobilin yanına gəlib avtomobili arxaya verməyini dediyini, tez sürətlər qutusunu arxa sürətlər pilləsinə keçirib arxaya verib mühərriki söndürüb avtomobili saxladığını, avtomobildən yerə düşən zaman Zərərçəkmiş şəxs avtomobilin ön hissəsində yerə uzandığını, burun hissəsindən qan axdığını gördüyünü, hadisə baş verdikdən sonra avtomobil parkında olan hərbi qulluqçuların oraya yığışdığını, Zərərçəkmiş şəxs cəld parkda olan tibb xidmət maşınına qoyulub hərbi hospitala aparıldığını, hadisənin ehtiyatsızlıqdan baş verdiyini, törətdiyi əməldən peşman olduğunu, baş leytenant Zərərçəkmiş şəxs üzr istədiyini, Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin avtomobil xidmət rəisi vəzifəsində xidmət edən mayor Şahid3 verdiyi ifadəsində 10 may N0NN-ci il tarixdə, saat təxminən 08:00-da səhər yerbəyerindən sonra şəxsi heyətin gündəlik müəyyən edilmiş plana uyğun yenə texnikalarda görüləcək işlərə davam etmək üçün hərbi hissənin avtomobil parkına getdiyini, özünün avtomobil parkında texniki nəzarət məntəqəsinə getdiyini, orada xidməti sənədləri işləyən zaman təxminən saat 08:30 radələrində parkdan nəsə səslər gəlməsini eşitdiyini, hər kəsin tank əleyhinə batareyanın texnikalarının saxlandığı saxlanclara tərəf qaçdığını gördüyünü, oraya gedəndə baş leytenant Zərərçəkmiş şəxs yerdə uzandığını gördüyünü, bir az keçdikdən sonra hərbi hissənin tibb maşının oraya gəlib Zərərçəkmiş şəxs götürüb təcili hərbi hospitala apardığını, həmin zaman MAHHXHQ-su Təqsirləndirilən şəxs sürücüsü olduğu “MAZ 531N05” markalı, B 773 MR hərbi nömrə nişanlı avtomobilin saxlancın qarşısında dayandığını, Təqsirləndirilən şəxs deməsindən onun sürətlər qutusunun ayırıcı və qaz pedalını ayağı ilə düzgün tənzimləmədiyindən avtomobilin qəfildən sıçrayaraq saxlancın qarşısında park edilmiş “Kamaz 43101” markalı B 7N1 MR hərbi nömrə nişanlı avtomobilimin sağ arxa tərəfinə çırpılan zaman Zərərçəkmiş şəxs həmin iki avtomobilin arasında qalaraq xəsarət aldığını öyrəndiyini, qəza nəticəsində B 773 MR hərbi nömrə nişanlı avtomobilin sol ön farasının üzərində olan qoruyucu dəmir çəpərinin cuzi əzildiyini, B 7N1 MR hərbi nömrə nişanlı avtomobilin isə hər hansı zədə almadığını, hadisənin baş verməsinə səbəbin Təqsirləndirilən şəxs avtomobilin sürətlər qutusunun ayırıcı və qaz pedalını ayağı ilə düzgün tənzimləməməsi və avtomobilin idarəetmədən çıxması olduğunu, hadisədən əvvəl və hadisə zamanı “MAZ 531N05” markalı, B 773 MR hərbi nömrə nişanlı avtomobilin əyləc və ötürücü sistemlərində hər hansı texniki nasazlıq olmadığını, avtomobilin tam saz və istismara yararlı olduğunu, hadisə baş verməmişdən əvvəl təxminən aprel ayının sonlarında Təqsirləndirilən şəxs həmin avtomobillə dərs keçirilməsi üçün reysdə olduğunu, hadisə nəticəsində “Kamaz 43101” markalı B 7N1 MR hərbi nömrə nişanlı və Təqsirləndirilən şəxs idarə etdiyi “MAZ 531N05” markalı B 773 MR hərbi nömrə nişanlı avtomobillərə hər hansı maddi ziyan dəymədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin tank əleyhinə artilleriya batareyasının N-ci tank əleyhinə artilleriya taqımının 1-ci manqasında sürücüsü vəzifəsində xidmət edən MAHHXHQ-su əsgər Şahid1 verdiyi ifadəsində 10 may N0NN-ci il tarixdə əvvəlcədən hazırlanan plana uyğun olaraq yenə də texnikalarda görüləcək işlərə davam etmək üçün səhər yerbəyerindən sonra təqribən saat 08:30 radələrində hərbi hissənin avtomobil parkına getdiyini, avtomobil parkında texnikaların çardağın altında arxa-arxaya iki cərgədə saxlanıldığını, həmin gün “MAZ” markalı B 773 MR hərbi nömrə nişanlı avtomobilə texniki xidmət göstərilməli olduğunu, B 774 MR hərbi nömrə nişanlı avtomobilin isə yük hissəsində olan mərmilərə qulluq göstərilməli olduğunu, B 773 hərbi nömrə nişanlı avtomobilin 31 nömrəli saxlancda çardağın altında B 774 MR hərbi nömrə nişanlı avtomobilin qarşısında saxlanıldığını, saat 08:30 radələrində batareya komandiri baş leytenant Zərərçəkmiş şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs onun adına təhkim olunmuş MAZ markalı B 773 MR hərbi nömrə nişanlı avtomobili saxlancdan çıxarmasını tapşırdığını, Təqsirləndirilən şəxs avtomobili işə saldığını, avtomobili bir qədər yerində işlədib hava yığdıqdan sonra düz sürərək saxlancdan çıxardığını, həmin zaman avtomobilin yanında durduğunu, Təqsirləndirilən şəxs avtomobili idarə edə bilməsi üçün Zərərçəkmiş şəxsla birlikdə əli ilə işarələrlə kömək etdiyini, Zərərçəkmiş şəxs avtomobilin qarşısıyla hərəkət edərək Təqsirləndirilən şəxs işarə verdiyini, saxlancın qarşısından bir az aralıda isə hərbi hissənin digər bölmələrinə aid olan N ədəd “Kamaz” markalı avtomobillərin dayandığını, Təqsirləndirilən şəxs idarə etdiyi “MAZ” markalı avtomobili saxlancdan çıxarıb saxlancın qarşısında olan “Kamaz” markalı avtomobilə çatmamış saxladığını, avtomobili düz saxlamadığından arxaya verib düzəldəcəyini düşündüyündən sürücü tərəfdən bir qədər avtomobilin arxa hissəsinə keçdiyini, arxa hissədə çardağın dirəkləri olduğundan Təqsirləndirilən şəxs görməyib avtomobili həmin dirəklərə vurmasın deyə arxadan durub işarə verdiyini, həmin zaman baş leytenant Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi MAZ markalı B 773 MR hərbi nömrə nişanlı avtomobil ilə saxlancın qarşısında saxlanılan “Kamaz” markalı avtomobilin arasında olduğunu, birdən Təqsirləndirilən şəxs idarə etdiyi MAZ markalı avtomobilin qəflətən önə doğru sıçrayaraq qarşısında dayanmış vəziyyətdə olan “Kamaz” markalı avtomobilin sağ arxa təkərlərinə dəydiyini, cəld avtomobilin qarşısına qaçdıqda baş leytenant Zərərçəkmiş şəxs hər iki avtomobilin arasında qaldığını gördüyünü, Təqsirləndirilən şəxs qışqıraraq avtomobili arxaya verməsini dediyini, Təqsirləndirilən şəxs avtomobili arxaya verdikdən sonra Zərərçəkmiş şəxs yerə yıxıldığını, onun qarın və sinə nahiyəsinin Təqsirləndirilən şəxs idarə etdiyi “MAZ” markalı avtomobilin ön hissəsi ilə saxlancın qarşısında dayanmış “Kamaz” markalı avtomobilin sağ arxa təkərləri arasında qaldığını, həmin zaman səs-küyə parkda işləyən şəxsi heyətin ora gəldiyini, təcili Zərərçəkmiş şəxs parkda olan hərbi tibbi yardım avtomobilinə qoyulub hərbi hospitala aparıldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin maddi texniki təminat bölüyünün N-ci taqımının N-ci manqasında sürücü-akumulyatorçu vəzifəsində xidmət edən MAHHXHQ-su kiçik çavuş ŞahidN verdiyi ifadəsində 10 may N0NN-ci il tarixdə gündəlik plana uyğun olaraq texnikalarda görüləcək işlərə davam etmək üçün səhər yerbəyerindən sonra, təxminən saat 08:30 radələrində hərbi hissənin avtomobil parkına getdiyini, paltarlarını dəyişmək üçün parkda yerləşən “qədəmə” adlandırılan yerə getdiyini, paltarını dəyişib qurtaran zaman parkdan nəsə səs-küy gəldiyini eşitdiyini, tez botinkalarını geyinib səs gələn yerə gedən zaman baş leytenant Zərərçəkmiş şəxs xərəkdə tibb maşınına qoyub apardıqlarını, orada MAHHXHQ əsgər Təqsirləndirilən şəxs idarə etdiyi B 773 MR hərbi nömrə nişanlı avtomobilin sürücüsü olduğu “Kamaz 43101” markalı B 7N1 MR hərbi nömrə nişanlı avtomobilin sağ arxa təkərinə vurmasını eşitdiyini, həmin zaman Təqsirləndirilən şəxs avtomobili idarə etməsinə əli ilə işarə edərək kömək edən baş leytenant Zərərçəkmiş şəxs həmin avtomobillərin arasında qalması nəticəsində xəsarət aldığını eşitdiyini, sürücüsü olduğu B 7N1 MR hərbi nömrə nişanlı avtomobilin qəza nəticəsində hər hansı zədə almadığını göstərmişdir. Zərərçəkmiş şəxs N №-li hərbi hissənin tank əleyhinə artilleriya batareyasının komandiri baş leytenant Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, xx.xx.N0NN-ci il tarixli telefonoqramla məhkəməyə müraciət edərək sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olduğunu, məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadələrini təsdiq etdiyini, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını, onu bağışladığını bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin bununla bağlı N nömrəli hərbi hissənin komandiri Şəhadət İbrahimov tərəfindən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış N №-li hərbi hissənin 4-cü taborunun N-ci artilleriya batareyasının komandiri baş leytenant Zərərçəkmiş şəxs xx.xx.N0NN-ci il tarixdən etibarən “Eksudativ” və “Perikordit” xəstəliklərindən Müdafiə nazirliyinin Baş Klinik Hospitalında müalicə almasına dair müvafiq arayış da məhkəməyə təqdim edilmişdir. Məhkəmə, Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.N-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş baş leytenant Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 10 may N0NN-ci ildə, saat 08:30 radələrində hərbi hissənin avtomobil parkında batareyanın avtomobilləri saxlanılan saxlanclardan 31 nömrəli saxlancda olan “MAZ 531N05” markalı B 773 MR hərbi nömrə nişanlı avtomobilə qulluq göstərilməsi üçün saxlancdan çıxarılmalı olduğunu, bu səbəbdən həmin avtomobilin təhkim olunduğu sürücü MAHHXHQ əsgər Təqsirləndirilən şəxs avtomobili işə salmasını tapşırdığını, saxlancların qarşısında əvvəlcədən qulluq göstərilməsi üçün hərbi hissənin digər bölmələrindən N ədəd KAMAZ markalı avtomobilin dayandığını, Təqsirləndirilən şəxs avtomobili saxlancdan çıxaran zaman əl ilə işarə verərək kömək etdiyini, o, avtomobili saxlancdan çıxarıb bir qədər sola meyilli saxlayan zaman ona bir qədər də qabağa verməsini dediyini, həmin vaxt avtomobilin üzərinə sıçradığını, həmin an Təqsirləndirilən şəxs idarə etdiyi “MAZ” markalı B 773 MR nömrəli avtomobillə onu vurduğunu, həmin avtomobillə arxada olan Kamaz markalı avtomobilin arxa sağ təkəri arasında qaldığını, sonradan Təqsirləndirilən şəxs avtomobili arxaya verdiyini, həmin zaman huşunu itirib yerə yıxıldığını, özünə gəldikdə hərbi tibbi yardım avtomobilində hərbi hospitala aparıldığını, hadisə nəticəsində bədəninin müxtəlif yerlərinin əzildiyini, müayinələrdən sonra ağ ciyərinin sol tərəfinin əzildiyini və diafraqmanının cırılması aşkar olunduğundan cərrahi əməliyyat olunduğunu, Təqsirləndirilən şəxsla aralarında hər hansı ədavət və ya düşmənçilik olmadığını, “MAZ” markalı avtomobilin əyləc və ötürücü sisteminin saz olduğunu, hər hansı problem olmadığını, maşında sıçramanın ötürücü sistemindən və qaz pedalından düzgün istifadə edilməmə nəticəsində baş verdiyini, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə arasında təxminən 1,5 metr məsafə olduğunu, Təqsirləndirilən şəxs onu gördüyünü, çünki ona göstərişlər verib, əl işarəsi ilə maşını idarə etməsinə köməklik etdiyini, xəsarət alması ilə bağlı Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbinin olmamasını göstərmişdir (i.v İ cild 79-81). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.N0NN-ci il tarixli protokol, fotoşəkillər və sxemdən, o cümlədən “Texnikanın yoxlanılması və texniki baxış haqqında” xx.xx.N0NN-ci il tarixli aktdan görünür ki, hadisə Şahbuz rayonunda, N №-li hərbi hissənin avtomobil parkında baş vermişdir. Parkın örtüyü şeben daşlıqdır. Avtomobil parkında hərbi hissəyə məxsus avtomobil və digər texnikalar saxlanılır. Avtomobil parkının giriş hissəsində texniki-nəzarət məntəqəsi və qaravul evi yerləşir. Avtomobil parkının hər iki sağ və sol tərəfləri dəmir çardaqla örtülmüşdür. Texnikalar həmin çardaqların altında saxlanılır. Avtomobillər və texnikalar ön və arxada olmaqla sıra ilə düzülmüşlər. Hadisə avtomobil parkının giriş hissəsindən 8N metr məsafədə sol tərəfdə baş vermişdir. Həmin hissədə N cərgədə 3 sırada olmaqla “Kamaz” markalı avtomobillər dayanmışdır. N-ci cərgədə sağda “Kamaz 43101” markalı, “B 7N1 MR” hərbi qeydiyyat nömrə nişanlı avtomobil dayanmışdır. Avtomobilin sağ arxa təkərindən 39 sm aralıda, 38xN3 sm ölçüdə damcı formalı qanabənzər ləkələr olmuşdur. Qeyd olunan avtomobilin sağ arxa təkərindən N metr sağda (avtomobilin ön buferinə qədər olan məsafə) “MAZ 531N05” markalı “B 773 MR” hərbi qeydiyyat nömrə nişanlı avtomobil dayanmışdır. Qeyd olunan avtomobilin ön hissəsi “Kamaz” markalı avtomobilin sağ hissəsi istiqamətində olmuşdur. Qeyd olunan avtomobilin ön buferindəki faranın üzərində olan dəmir barmaqlıq əzilərək içəri batmışdır. Avtomobilin qabaq təkərləri azacıq sağa dönmüş vəziyyətdə olmuşdur. Avtomobilin arxasında 31 №-li saxlanca qədər olan məsafə 3.9 m-dir. Saxlancda arxada eyni markalı B 774 MR hərbi qeydiyyat nömrə nişanlı avtomobil dayanmışdır. Yandakı saxlanclarda N sırada hərbi təyinatlı müxtəlif avtomobillər dayanmışdır. Hər iki avtomobildə göstərilən zədələrdən başqa zədə aşkar olunmamışdır. Ümumilikdə isə “MAZ 531N05” markalı “B 773 MR” hərbi qeydiyyat nömrə nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur (i.v İ cild 10-N0, NN-N5). X1 “Məhkəmə-Tibbi Ekspertizası”nın N1 may N0NN-ci il tarixli 9N №-li ekspert rəyində baş leytenant Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- bədənin müxtəlif nahiyələrinin sıyrıq, qançır və yumşaq toxumalarının əzikləri ilə müşayiət olunan, qarın boşluğu orqanlarının döş boşluğuna keçməsi və sol ağciyərin sıxılması ilə fəsadlaşmış diafraqmanın sol künbəzinin cırılmasının bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna edilmədiyi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olduğu göstərilmişdir (i.v İ cild N8). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə Yol Nəqliyyat Hadisələri Ekspertizası”nın xx.xx.N0NN-ci il tarixli, 1N9 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən göstərilən vəziyyətdə MAZ 51031N markalı B 773 MR hərbi qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X7” Azərbaycan Respublikası Qanunun 3N-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v İ cild 73-74). N №-li hərbi hissədən verilmiş xx.xx.N0NN-ci il tarixli, 159N №-li arayışda Təqsirləndirilən şəxs 10 may N0NN-ci ildə ona təhkim olunan “MAZ 531N05” markalı B 773 hərbi qeydiyyat nişanlı avtomobillə hərbi hissənin avtomobil parkında yol-nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikası Müdafiə nazirinin 15 sentyabr N014-cü il tarixli N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Avtomobil xidməti haqqında Təlimatın” 5.9.4-cü və 5.9.7-ci maddələrində göstərilən “yol hərəkəti qaydalarına və kalonnada maşının sürülməsi qaydalarına dəqiq riayət edilməsi, maşınların təyin edilmiş istismar qaydalarına və parkda daxili xidmət tələblərinə ciddi riayət edilməsi” tələblərini pozması göstərilmişdir (i.v İ cild 75) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.N0NN-ci il tarixli qərardan müəyyən olunur ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v İ cild 148-149). “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.N0NN-ci il tarixli qərardan görünür ki, həmin gün MAHHXHQ əsgər Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v İ cild 1N3-1N4). AE seriyalı, 87957N nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük vəsiqəsi vardır, vəsiqə xx.xx.N030-cu il tarixədək etibarlıdır (i.v İ cild 3N). N nömrəli hərbi hissə komandirinin N yanvar N0NN-ci il tarixli, 15 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N №-li hərbi hissənin tədris taborunun “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu hazırlığı kursu”nu bitirmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N yanvar N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyularaq, tank əleyhinə artilleriya batareyasının 1-ci tank əleyhinə artilleriya taqımının 3-cü manqasının sürücüsü vəzifəsinin icrasına başlanmışdır (i.v İ cild 38). N nömrəli hərbi hissə komandirinin N0 yanvar N0NN-ci il tarixli, 7 nömrəli əmrindən görünür ki, "MAZ 531N05" markalı B 773 MR hərbi qeydiyyat nişanlı avtomobil MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs təhkim olunmuşdur (i.v İ cild 39). N №-li hərbi hissədən verilmiş arayışda “MAZ 531N05” markalı B 773 MR hərbi nömrə nişanlı avtomobilin hərbi texnika hesab edildiyi göstərilmişdir (i.v İ cild 5N). N №-li hərbi hissədən verilmiş arayışda Təqsirləndirilən şəxs 10 may N0NN-ci ildə ona təhkim olunan “MAZ 531N05” markalı “B 773” hərbi qeydiyyat nişanlı avtomobili “KAMAZ 43101” markalı B 7N1 hərbi nömrə nişanlı avtomobilə vurması ilə törətdiyi yolnəqliyyat hadisəsi ilə bağlı hərbi hissəyə maddi ziyan dəyməməsi göstərilmişdir (i.v İ cild 111). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 İdarəsinin xx.xx.N0NN-ci il tarixli, 1/7N9 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixinədək yol hərəkəti qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb edilməmiş, o, inzibati icraat qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.N0NN-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 99). “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” xx.xx.N0NN-ci il tarixli qərardan görünür ki, baş leytenant Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). N nömrəli hərbi hissə komandirinin 1N iyul N0NN-ci il tarixli, 197 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, baş leytenant Qasımov X3 nazirinin müavini-X4 Komandanının 01 iyul N0N1-ci il tarixli 08N №-li əmri ilə tank əleyhinə artilleriya batareyasının komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəldiyi üçün 1N iyul N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir (i.v İ cild 37). Zərərçəkmiş şəxs baş leytenant Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N0NN-ci il tarixli, AZ11147/********** nömrəli teleqramdan görünür ki, zərərçəkmiş şəxs baş leytenant Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir tələb və ya şikayəti yoxdur. N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş N7 may N0NN-ci il tarixli, 711 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs sağlam olmaqla, hərbi xidmətə yararlıdır (i.v İ cild 70). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (İ.v İ cild 43). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, hərbi texnikanın idarəetmə və istismar qaydalarının yol verilmiş pozuntusu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, törədilmiş əməlin əlamətləri ilə CM-in 351.1-1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının N0-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının N.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1NN.N-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 14N-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “XNrşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 1N dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-14N-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 351.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “X7” Azərbaycan Respublikası Qanununun N-cı maddəsinin N-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 3N-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “X7” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “X7” 19N8-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Həmçinin Azərbaycan Respublikası Müdafiə nazirinin 15 sentyabr N014-cü il tarixli N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Avtomobil Xidməti haqqında Təlimat”ın 5.9.4-cü və 5.9.7-ci bəndlərinə əsasən yol hərəkəti qaydalarına və kalonnada maşının sürülməsi qaydalarına dəqiq riayət edilməsi, maşınların təyin edilmiş istismar qaydalarına və parkda daxili xidmət tələblərinə ciddi riayət edilməsiavtomobil texnikası ilə hadisələrin qarşısının alınmasının əsas tədbirlərindəndir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs 10 may N0NN-ci ildə saat 08:30 radələrində hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli, 7 nömrəli əmrinə əsasən ona təhkim olunmuş, texniki cəhətdən saz vəziyyətdə olan “MAZ 531N05” markalı B 773 MR hərbi nömrə nişanlı hərbi texnikaya qulluq göstərilməsi məqsədi ilə N №-li hərbi hissənin avtomobil parkında həmin hərbi texnikanı idarə edərək saxlancdan çıxararkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozaraq avtomobilin sürətlər qutusunun ayrıcısıyla qaz pedalını ayağı ilə düzgün tənzimləmədiyindən avtomobil qabağa sıçramış, idarəetməni itirib avtomobilin qabaq tərəfində geriyə doğru hərəkət edərək ona manevr üçün istiqamət verən həmin batareyanın komandiri baş leytenant Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə qarın boşluğundan vurub qarşıda dayanmış vəziyyətdə olan “KAMAZ 43101” markalı B 7N1 MR hərbi nömrə nişanlı avtomobilin sağ arxa təkərinə sıxmış, nəticədə ehtiyatsızlıqdan baş leytenant Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Cinayət Məcəlləsinin 351.1-ci maddəsində nəzərdə tutulmuş əməl (döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, şahidləri dinləyərək, o cümlədən zərərçəkmiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “X7” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmiş bədən xəsarətləri yetirməsi onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə iptidai istintaq dövründə dindirilmiş zərərəkmiş şəxsin və məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş ekspert rəyləri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs hərbi texnikanın idarəetmə və istismar qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, xidmət etdiyi N №-li hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsinin tələbnaməsi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş xx.xx.N0NN-ci il tarixli, AZ11147/********** nömrəli teleqram ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr N013-cü il tarixli 5 saylı qərarının N1-ci bəndində göstərilmişdir ki, .........Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; XNrşı iş üzrə NN oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-1-ci maddəsinin sanksiyasında- iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Başqa sözlə, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.N0NN-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. İş üzrə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 35N, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 10% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-22/2022
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-22/2022
19.08.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver