Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-22/2023 27.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Qalib oğlunun, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: X2 iştirakları ilə xx xxx 2004-cü ildə Neftçala rayonu, Astanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Neftçala rayonu, Astanlı kəndində daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət edən, N iyun 2023-cü il tarixdə barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş, əsgər X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 manqa komandiri Zərərçəkmiş şəxs2 və ona rəis hesab olunan baş leytenant Zərərçəkmiş şəxs1 Qalib oğluna qarşı zor tətbiq etməklə, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisə qarşı təkrar zor tətbiq etməklə nizamnamə qaydalarını pozmuşdur. Belə ki, əsgər X1 Nazirliyinin N №-li hərbi hissəsinin 4-cü taborunun minaatan batareyasının 2-ci taqımının 2-ci manqasının heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, 2022-ci ilin noyabr ayının əvvəllərində, saat 11 radələrində həmin batareyanın sıra meydanında ona siqaret çəkməsinə icazə vermədiyi üçün bilavasitə rəisi, manqa komandiri olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs2 sinəsindən bir yumruq zərbəsi vurub yerə yıxmaqla ona qarşı zor tətbiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs təkrarən 2023-cü ilin aprel ayının 8-də saat 14 radələrində həmin batareyanın yataqxanasının ön tərəfində sıranın qarşısından keçərkən düzgün icazə almadığından ona irad tutduğu üçün rütbəcə ona rəis hesab olunan baş leytenant Zərərçəkmiş şəxs1 Qalib oğlunun çənəsinin sol tərəfindən bir yumruq zərbəsi vurub ona qarşı nalayiq ifadə işlətməklə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisə qarşı təkrar zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs X2 törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, baş leytenant Zərərçəkmiş şəxs1 Qalib oğlunun ondan 50 manat pul istədiyini, bu barədə atasına dediyini, atasının maddi imkanı olmadığından həmin pulu göndərə bilmədiyini, bu barədə baş leytenant Zərərçəkmiş şəxs1 dedikdə ona hədə qorxu gələrək icəşməyə başladığını, baş leytenant Həsənovun ona hədə qorxu gəldiyindən ondan 50 manat pul istəməsini istintaq orqanına bildirmədiyini, manqa komandiri MAHHXHQ əsgər Zərərçəkmiş şəxs2da ondan 3-4 manatlıq kontur istədiyini, lakin yaşadıqları yerdən NAXTEL operatoruna kontur yükləməsi mümkün olmadığından onun telefonuna kontur yüklətdirə bilmədiyini, buna görə də Zərərçəkmiş şəxs2 onunla icəşdiyini, evlə danışmaq üçün telefon vermədiyini, baş leytenant Zərərçəkmiş şəxs1 Qalib oğluna və MAHHXHQ əsgər Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etmədiyini, onları vurmadığını bildirərək özünü müdafiə xarakterli ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edildiyini o, həmin ifadəsində - N nömrəli hərbi hissənin 11-ci bölüyünün 2-ci taqımının 3-cü manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət etdiyini, baş leytenant Zərərçəkmiş şəxs1 Qalib oğlunu və MAHHXHQ əsgər Zərərçəkmiş şəxs2 N nömrəli hərbi hissənin 4-cü taborunun minaatan batareyasında xidmət etdiyi müddətdə görüb tanıdığını, 4-cü taborun minaatan batareyasında xidmət etdiyi müddətdə MAHHXHQ əsgər Zərərçəkmiş şəxs2 onun manqa komandiri, bilavasitə rəisi, baş leytenat Zərərçəkmiş şəxs1 isə həmin batareyanın atəş dəstək qrupunun komandiri olduğunu, 2022-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 manqa komandiri kimi onun xidmətinin üzərində nəzarət həyata keçirdiyini, nəsə lazım olanda manqa komandiri Zərərçəkmiş şəxs2 icazə istədiyini, harasa gedəndə ondan icazə aldığını, onun da çox vaxt ona icazə vermədiyini, bir neçə dəfə ailələri ilə telefonla danışmaq üçün ondan telefon istədiyini, lakin onun telefonu vermədiyini, başqa şəxsdən də telefon alanda ona hirsləndiyini, ona səni həbsə göndərəcəm kimi sözlər dediyini, 2022-ci ilin noyabr ayının əvvəllərində səhər yeməyindən sonra yataqxanada təmizlik işləri gördüyünü, həmin müddət siqaret çəkmədiyini, işləri qurtarıb dərs keçmək üçün atəş mövqeyinə getməyə hazırlaşdığını, siqaret çəkmək üçün çölə çıxıb sıra meydanının yanında olan Zərərçəkmiş şəxs2 yaxınlaşıb icazə istədiyini, o da ona siqaret çəkmək üçün icazə vermədiyini, bir neçə dəfə icazə verməsini desə də yenə də icazə vermədiyini, icazə vermədiyi üçün Zərərçəkmiş şəxs2 nə istəyirsən məndən əl çək deyib əli ilə sinəsindən geriyə itələdiyini, onu itələdiyi üçün Zərərçəkmiş şəxs2 arxaya doğru gedib bardura ilişib yerə yıxıldığını, həmin vaxt orada olan baş leytenant Zərərçəkmiş şəxs1 onların yanına gəlib onları batareya komandiri baş leytenant Şahid7 yanına apardığını, baş verənləri ona məruzə etdiyini, Şahid7da onu danladığını, 08 aprel 2023-cü ildə Təqsirləndirilən şəxs patrul naryadında olduğunu, günorta yeməyi zamanı digər naryadı dəyişəcəyi üçün yeməyə tez getdiyini, saat 14 radələrində yeməkdən çıxıb növbəni dəyişməyə getdiyini, bu vaxt baş leytenant Zərərçəkmiş şəxs1 şəxsi heyəti yataqxananın qarşısında düzdüyünü, sıraya yaxınlaşb Zərərçəkmiş şəxs1 arxa tərəfindən keçmək üçün icazə istədiyini, Zərərçəkmiş şəxs1 ona cavab vermədiyini, bir az gözləyib təkrar icazə istədiyini, yenə də cavab vermədiyini, təxminən 4-5 dəfə icazə istədikdən və Zərərçəkmiş şəxs1 cavab vermədikdən sonra icazə verdiyini fikirləşib onun arxa tərəfindən keçib bir az aralandığını, bu vaxt Zərərçəkmiş şəxs1 qışqıraraq “əsgər mən sənə icazə verdim ki, belə-belə edib keçirsən” deyərək ona qarşı nalayiq ifadə işlətdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 heç bir cavab qaytarmadan geriyə qayıtdığını, bu vaxt Zərərçəkmiş şəxs1 ona təkrar qışqıraraq əl qol hərəkətləri ilə “nəyə sifət edirsən” dediyini, Zərərçəkmiş şəxs1 əsəbi şəkildə qışqıraraq əl-qol hərəkətləri ilə danışdığı üçün onu vuracağını fikirləşdiyini, ona görə də özündən kənarlaşması üçün əli ilə onu geriyə itələyən zaman əli Zərərçəkmiş şəxs1 sifətindən dəydiyini, Zərərçəkmiş şəxs1la bir-birilərinin yaxasından yapışdığını, bu vaxt orada olan şəxslər onu və Zərərçəkmiş şəxs1 tutub kənara çəkdiyini, bölüyün baş çavuşu gizir Şahid5 onu bir az kənara apardığını, daha sonra batareya komandiri Şahid7 onu öz otağına aprıb baş verənləri soruşduğunu, o da hər şeyi olduğu kimi danışdığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş çəxs qismində dindirilmiş baş leytenant Zərərçəkmiş şəxs1 Qalib oğlu ifadəsində 2022-ci ilin noyabr ayının əvvəlləri səhər saatlarında atəş mövqeyində olarkən əsgər Təqsirləndirilən şəxs MAHHXHQ əsgər Zərərçəkmiş şəxs2 üzərinə gəlib sinəsindən bir yumruq zərbəsi vurduğunu, həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs2 arxaya tərəf gedib ayağı bardura ilişdiyi üçün yerə yıxıldığını, Təqsirləndirilən şəxs onu yenə vurmaq üçün üzərinə gedərkən onu tutaraq başqa zərbə vurmasına mane olduğunu, əsgər Təqsirləndirilən şəxs batareya komandirinin otağına apardığını, hadisə barədə batareya komandiri Şahid7 məruzə etdiyini, 2023-cü ilin aprel ayının 8-də xidmət etdiyi batereyada olduğunu, nahar yeməyi vaxtı şəxsi heyətə yataqxananın qarşısında düzülmələri üçün komanda verdiyini, təxminən saat 14 radələrində şəxsi heyəti düzüb təlimatlandırdığını, şəxsi heyəti təlimatlandıran zaman əsgər Təqsirləndirilən şəxs onun arxa tərəfindən keçmək üçün icazə istədiyini, arxası ona tərəf olduğundan onun üzünü görməyərək səsini eşitdiyini, ön tərəfə gəlib normal icazə istəyib keçməsi üçün cavab vermədiyini, Təqsirləndirilən şəxs təkrar keçmək üçün icazə istədiyini, yenə də sözünü kəsmədən şəxsi heyəti təlimatlandırmağa davam edib onun ön tərəfə gəlib icazə istəməsini gözlədiyini, ona cavab vermədiyini, bundan sonra Təqsirləndirilən şəxs onun cavab verməsini gözləmədən arxa tərəfindən keçdiyini, bu vaxt Təqsirləndirilən şəxs geri qayıtmasını, qarşısına gəlib icazə istəməsini dediyini, Təqsirləndirilən şəxs da geriyə qayıtdığını, qayıdan zaman narazılığın bildirdiyini, ona nəyə görə düzgün müraciət etmirsən, nəyə görə ufuldayırsan dediyini, həmin vaxt Təqsirləndirilən şəxs onun qarışısında üzbəüz dayandığını, anidən onun sifətindən bir yumruq zərbəsi vurduğunu, həmin yumruq çənəsinin sol tərəfindən dəydiyini, yumruq zərbəsinin təsirindən arxaya tərəfə getdiyini, bu vaxt sırada olan şəxlərin onu tutduqlarını, eyni zamanda Təqsirləndirilən şəxs da tutub kənara apardıqlarını, aralarında başqa mübahisə olmadığını, Təqsirləndirilən şəxs ona başqa zərbə vurmadığını, kənara çəkilib sakitləşdiyini, batareyanın baş çavuşu gizir Təvvəkkül Abbasov Təqsirləndirilən şəxs tutub kənara apardığını, sonradan həmin vaxt orada olan şəxslərdən kiminsə Təqsirləndirilən şəxs “sən kimsən zabitə yumruq atırsan” dediyini, Təqsirləndirilən şəxs da “zabitin varyoxunu belə-belə edim” deyərək nalayiq ifadə işlətdiyini eşitdiyini, Təqsirləndirilən şəxs şəxsi heyətin içəisində onun barəsində o cür nalayiq ifadə işlətdiyi üçün özünü təhqir olunmuş hesab etdiyini, Təqsirləndirilən şəxs bağışlamadığını, qanuni cəza verilməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ əsgər Zərərçəkmiş şəxs2 ifadəsində 2022-ci ilin noyabr ayının əvvəlləri səhər saatlarında sıra meydanının yanında olarkən əsgər Təqsirləndirilən şəxs siqaret çəkmək üçün ondan icazə istədiyini, ona istirahət vaxtlarında, günün nizam qaydalarına uyğun olaraq siqaret çəkməsinə icazə verəcəyini bildirdiyini, bu vaxt Təqsirləndirilən şəxs heç nə demədən onun üzərinə gəlib sinəsindən bir yumruq zərbəsi vurduğunu, həmin zərbənin təsirindən arxaya tərəf gedib ayağı bardura ilişdiyi üçün yerə yıxıldığını, Təqsirləndirilən şəxs onu yenə vurmaq üçün üzərinə gələrkən orada olan baş leytenant Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tutaraq ona başqa zərbə vurmasına mane olduğunu, Zərərçəkmiş şəxs1 əsgər Təqsirləndirilən şəxs növbətçi otağına apardığını, ayağa durub üst-başını təmizləmək üçün yataqxanaya getdiyini, yataqxanaya girən zaman Təqsirləndirilən şəxs onu görüb yenidən üzərinə getdiyini, Zərərçəkmiş şəxs1 onu tutub kənara çəkdiyini, 08 aprel 2023-cü ildə günorta yeməyinə düzülüş olduğunu, yataqxananın qarşısında şəxsi heyətlə birlikdə düzüldüyünü, baş leytenat Zərərçəkmiş şəxs1 sıranın qarşısında olduğunu, əsgər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 arxa tərəfindən keçmək üçün icazə istədiyini, Zərərçəkmiş şəxs1 heç nə demədiyini, lakin Təqsirləndirilən şəxs sıraya keçdiyini, bu vaxt Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “mən sənə icazə vermişəm sən niyə özbaşına keçirsən” dediyini, Təqsirləndirilən şəxs deyinərək geri qayıtdığını, Zərərçəkmiş şəxs1 “niyə deyinirsən əsgər?” dediyini, bu vaxt Təqsirləndirilən şəxs anidən Zərərçəkmiş şəxs1 çənə nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, dərhal Təqsirləndirilən şəxs tutub kənara çəkdiklərini, gizir Şahid5 Təqsirləndirilən şəxs kənara apardığını, Təqsirləndirilən şəxs gedərkən “zabitin var-yoxunu belə-belə edim” dediyini, bu vaxt gizir Şahid5 söyüş söyməsin deyə əli ilə Təqsirləndirilən şəxs ağzını tutduğunu, yataqxanaya gedib Zərərçəkmiş şəxs1 su gətirdiyini, Təqsirləndirilən şəxs ona qarşi etdiyi hərəkətlərə görə onu bağışlamadığını, qanuni cəza verilməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində 2023-cü ilin aprel ayının 8 saat 14 radələrində batareyanın zabiti baş leytenant Zərərçəkmiş şəxs1 Qalib oğlu şəxsi heyəti nahar yeməyinə getmək üçün yataqxananın qarşısında sıraya düzdüyünü, Zərərçəkmiş şəxs1 onlara yeməkxanada davranış qaydalarını izah edərkən naryadda olan əsgər Təqsirləndirilən şəxs da sıraya gəldiyini, o, baş leytenant Zərərçəkmiş şəxs1 arxa tərəfindən hərbi salam verərək icazə olar deyib cavab gözləmədən sıraya keçdiyini, Zərərçəkmiş şəxs1 da ona icazə vermədiyini, niyə sıraya dayandığını, sıradan çıxıb düzgün müraciət etməsini dediyini, bundan sonra Təqsirləndirilən şəxs narazı şəkildə sıradan çıxdığını, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “mənə niyə sifət edirsən” dediyini, bu zaman Təqsirləndirilən şəxs anidən Zərərçəkmiş şəxs1 üzərinə gedib onun sifətindən bir yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs1 arxaya doğru getdiyini, tez onların arasına girdiklərini, batareyanın baş çavuşu gizir Şahid5 Təqsirləndirilən şəxs tutaraq kənara çəkdiyini, bundan sonra batareya komandiri baş leytenant Şahid7 da oraya gələrək Təqsirləndirilən şəxs içəriyə apardığını, gizir Şahid5 əsgər Təqsirləndirilən şəxs tutub kənara çəkən zaman kimsə ona “sən kimsən zabitə yumruq atırsan” dediyini, Təqsirləndirilən şəxs da “zabitin var-yoxunu belə-belə edim” dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid4 ifadəsində 2022-ci ilin noyabr ayının əvvəllərində saat 14 radələrində Zərərçəkmiş şəxs1 zabit gizirləri və əsgərləri batareyanın qarşısında düzüb söhbət etdiyini, bu zaman əsgər Təqsirləndirilən şəxs baş leytenant Zərərçəkmiş şəxs1 arxasından sıraya keçməsini gördüyünü, sonra isə onun arxaya qayıdıb baş leytenant Zərərçəkmiş şəxs1 üzərinə gedib onun sol üz nahiyəsindən yumruqla vurduğunu, sırada olanların onları aralaşdırdığını gördüyünü, rabitə otağında olduğundan bunların hamısını tamamilə gördüyünü, rabitə otağından çıxaraq baş leytenant Zərərçəkmiş şəxs1 besetkaya apardığını, sonra batareya komandiri gəlib əsgər Təqsirləndirilən şəxs otağına apardığını, əsgər Təqsirləndirilən şəxs intizamsız əsgər olduğunu, əsgər Təqsirləndirilən şəxs MAHHXHQ əsgər Zərərçəkmiş şəxs2 yumruqla vurmasını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində batareyanın atəş idarə edilməsi taqım komandiri baş leytenant Zərərçəkmiş şəxs1 şəxsi heyəti nahar yeməyinə düzdüyünü, yataqxanada olan zaman səs eşitdiyini, səs-küyə çölə çıxanda əsgərlərdən bir qurupun baş leytenant Həsənovun, bir qurupun isə əsgər Ağalarovun yanında olduqlarını gördüyünü, əsgərlərdən nə olduğunu soruşduğunu, əsgərlər Ağalarovun baş leytenant Həsənovu yumruq ilə vurduğunu dediklərini, tez əsgər Ağalarovun yanına gederək onu sakitləşdirmək isdəyəndə əsgər Ağalarov o, “zabitin varyoxunu belə belə edim” nalayiq ifadə işlətdiyini, əlimlə onun ağzını tutaraq başqa söyüş söyməsinə mane olduğunu, batareya komandiri Şahid7 gəlib əsgər Ağalarovu otağına, oradan isə hərbi hissəyə göndərdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində nahar vaxtı olduğunu, baş leytenant Zərərçəkmiş şəxs1 şəxsiyyəti nahar yeməyinə düzdüyünü, sol tərəfdə durduğunu, birdən səs küy gəldiyini, şəxsi heyətin baş leytenant Həsənovla əsgər Ağalarovu aralaşdırdıqlarını gördüyünü, nə üsdündə mübahisə etdiklərini bilmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində 2022-ci ilin noyabr ayının əvvəllərində, baş leytenant Zərərçəkmiş şəxs1 əsgər Təqsirləndirilən şəxs MAHHXHQ əsgər Zərərçəkmiş şəxs2 üzərinə gedib sinəsindən yumruqla vurduğunu, buna görə hər ikisin çağırıb araşdırdığını, hadisə barədə tabor komandirinə məruzə etdiyini, 08 aprel 2023-cü il tarixində xidməti otağında olduğunu, baş leytenant Həsənova şəxsi heyəti nahar yeməyinə düzməsi barədə tapşırıq verdiyini, çöldən səs-küy gəldiyini eşidib çölə çıxdığını, bu zaman bölüyün baş çavuşu Şahid5 əsgər Ağalarovu tutduğunu, onlara tərəf gedəndə Təqsirləndirilən şəxs o, “zabitin var-yoxunu belə belə edim” nalayiq ifadə işlətdiyini, əsgər Ağalarovun yanına gedib sən kimsən belə söz işlədirsən zabitə qarşı soruşduğunu, onun heç bir cavab vermədiyini, onu otağına apardığını, bir neçə dəfə nə baş verdiyini soruşduğunu, ancaq mənə heç bir cavab vermədiyini, sonra baş leytenant Həsənlini çağırıb nə baş verdiyini soruşanda o, mənə əsgər Ağalarovun icazəsiz sıraya durduğuna görə geri çağırıb irad tutduğum üçün sifətimdən bir yumruq zərbəsi vurduğunu dediyini göstərmişdir. Məhkəmə, şahidlər Şahid3 və Şahid1 məhkəmə iclasına gəlməmələrini istisna edən halı üzrlü səbəb hesab edərək, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən şahidlər Şahid3 və Şahid1 ibtidai istintaq zamanı vermiş olduqları ifadəsi məhkəmə istintaqında elan olunaraq tədqiq edildi. Şahid3 və Şahid1 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri məhkəmə iclasında ifadə vermiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə eyni məzmunda olduğu təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında ifadələri elan olunaraq tədqiq edilmiş şahidlər Şahid3 və Şahid1 həmin ifadələrində 08 aprel 2023-cü ildə saat 14 radələrində xidmət etdikləri bölmənin yataqxanasının qarşısında düzülüş olduğunu, düzülüşü baş leytenant Zərərçəkmiş şəxs1 keçirdiyini, şəxsi heyətin çox hissəsi, o cümlədən onlarında da sırada oduğunu, bu vaxt onlarla eyni batareyada xidmət edən əsgər Təqsirləndirilən şəxs da sıraya gəldiyini, o, Zərərçəkmiş şəxs1 araxa tərəfindən icazə alıb, cavab gözləmədən sıraya keçdiyini, Zərərçəkmiş şəxs1 da “mən sənə icazə verdim sən keçdin?” deyib onu geri qaytardığını, Təqsirləndirilən şəxs geriyə qayıdanda ufuldadığını, Zərərçəkmiş şəxs1 da ona “niyə sifət edirsən” dediyini, Təqsirləndirilən şəxs anidən Zərərçəkmiş şəxs1 bir yumruq vurduğunu, həmin yumruq Zərərçəkmiş şəxs1 üz nahiyəsinə dəydiyini, tez araya girib onları kənara çəkdiklərini, həmin vaxt orada olan gizir Şahid5 Təqsirləndirilən şəxs tutub kənara çəkəndə kimsə Təqsirləndirilən şəxs “sən kimsən zabiti vurursan” dediyini, Təqsirləndirilən şəxs da zabitin var yoxunu belə-belə edim” deyə cavab verdiyini, daha sonra Şahid5 və batareya komandiri baş leytenant Şahid7 Təqsirləndirilən şəxs içəri apardıqlarını bildirmişlər. Cinayət işinin 1-ci cildinin 72-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 27 aprel 2023-cü il tarixli 117 №-li ekspert rəyində Zərərçəkmiş şəxs1 bədən səthində 08 aprel 2023-cü ildə törənməyə uyğun gələn hər hansı xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 92-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 10 may 2023-cü il tarixli 129 №-li ekspert rəyində Zərərçəkmiş şəxs2 bədən səthində 2022-ci ilin noyabr ayında törənməyə uyğun gələn hər hansı xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 71-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 27 aprel 2023-cü il tarixli 116 №-li ekspert rəyində Təqsirləndirilən şəxs bədən səthində 2022-ci ilin noyabr ayının 08-də törənməyə uyğun gələn, yəni qərarın təsviri hissəsində göstərilən hadisələrlə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. Həmçinin, həmin qərarın təsviri hissəsində hadisə barədə Təqsirləndirilən şəxs ekspert həkimə vermiş olduğu izahatında 8 aprel 2023-cü il tarixdə saat 14 radələrində batareyanın şəxsi heyətini nahar yeməyi üçün batareyanın yataqxana binasının qarşısında düzüldüyünü, batareyanın zabiti baş leytenant Zərərçəkmiş şəxs1 Qalib oğlunun sıranın önünüdə olduğunu, keçmək üçün baş leytenant Həsənovun ona icazə vermədiyini, icazəsiz sıranın arxasına keçdiyini, baş leytenant Zərərçəkmiş şəxs1 onun qarşısında dayandığını, özünü qorumaq üçün əlini qabağa verdiyini, baş leytenant Zərərçəkmiş şəxs1 onun sol çənə nahiyəsindən 1 yumruq vurduğunu, onları aralaşdıran zaman gizir Şahid5 onun boynunu sıxdığını göstərmişdir. Məhkəmə əsgər Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini özünü müdafiə xarakteri daşıdığı kimi qiymətləndirir. Belə ki iş üzrə məhkəmə istintaqında dinlənilmiş zərər çəkmiş şəxslərin, şahidlərin və ibtidai istintaq zamanı ifadə vermiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahid ifadələri, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyləri və iş üzrə digər zəruri sənədlərlə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetir. Cinayət işinin 1-ci cildinin 38-ci və 90-cı vərəqələrinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışlarda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs rəis hesab olunurlar. Cinayət işinin 1-ci cildinin 65-ci vərəqəsinə əlavə edilmiş Təqsirləndirilən şəxs N №li hərbi hissədə hərbi həkim komissiyasından keçirilmiş, təqdim edilmiş 28 aprel 2023-cü il tarixli, 407 №-li tibbi arayışda onun sağlam olmaqla hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. Cinayət işinin 1-ci cildinin 63-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 17-ci vərəqəsinə əlavə edilmiş əsgər Təqsirləndirilən şəxs xidmət vərəqəsindən və N №-li hərbi hissə tərəfindən məhkəməyə göndərilmiş həbs kağızının surətindən görünür ki, Təqsirləndirilən şəxs rəisə qarşı zor tətbiq etdiyindən X6 Komandanının xx.xx.2023-cü il tarixli əmri ilə 10 sutka həbs cəzası verilmişdir. Cinayət işinin 1-ci cildinin 38-ci və 90-cı vərəqələrinə əlavə edilmiş N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş arayışlardan məlum olur ki, 4-cü taborun minaatan batareyasının atəş dəstək qurupunun komandiri baş leytenant Zərərçəkmiş şəxs1 Qalib oğlu və 4-cü taborun minaatan batareyasının 2-ci taqımının 2-ci manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Zərərçəkmiş şəxs2 ilə həmin taborun minaatan batareyasının 2-ci taqımının 2-ci manqasının heyət nəfəri əsgər Təqsirləndirilən şəxs arasında tabelik münasibətləri vardır. Cinayət işinin 1-ci cildinin 15-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 330.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs ona rəis hesab olunan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Qalib oğluna hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisə qarşı təkrar zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini və gəncliyini cəzanı yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama cəza növünün təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Naxçıvan Qarnizonu Hərbi Polis rəisinin 13 aprel 2023-cü il tarixli 56 №-li əmrindən çıxarışdan görünür ki, N №-li hərbi hissənin N aprel 2023-cü il tarixli 18 №-li həbs kağızına əsasən əsgər Təqsirləndirilən şəxs intizam qaydasında həbs cəzasını çəkmək üçün 10 sutka müddətinə Naxçıvan Qarnizonu Hərbi Polisin haubvaxtasında qazan təminatına qoyulmuş, 23 aprel 2023-cü il tarixli 65 nömrəli əmrdən çıxarışda isə əsgər Təqsirləndirilən şəxs qazan təminatından çıxarılaraq həmin tarixdə getmiş hesab edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” qərarın 21-ci bəndinə əsasən Təqsirləndirilən şəxs intizam qaydasında həbsdə saxlandığı 10 gün ona təyin olunmuş intizam xarakterli hərbi hissədə saxlama müddətinə hesablanaraq qəti olaraq 1 (bir) il 1 (bir) ay 20 (iyirmi) gün müddətini isə intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 10 gün həbs müddəti intizam xarakterli hərbi hissədə saxlama cəzasının günə-gün hesabı ilə hesablanır. Hökmün icrası N №-li hərbi hissənin komandirinə həvalə olunmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Cinayət iş üzrə məhkəmədə təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat miqdarında pul köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2-ci maddəsi ilə 01 (bir) il 2 (iki) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Bu iş üzrə Təqsirləndirilən şəxs intizam qaydasında haupvaxtda həbsdə saxlandığı 10 (on) sutka təyin olunmuş cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 1 (bir) ay 20 (iyirmi) gün müddətinə intizam xarakterli hərbi hissədə cəza çəkmə cəzasına məhkum edilsin. Hökmün icrası N №-li hərbi hissənin komandirinə həvalə olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Cinayət iş üzrə məhkəmədə təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-22/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-22/2023
27.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver