Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-22/2024 10.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X13 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2002-ci il tarixdə Neftçala rayonunun Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Neftçala rayonunun Həsənabad qəsəbəsində qeydiyyatda olmaqla, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun yataqxanasında yaşayan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün, 2-ci taqımının, 2-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, barəsində 25 dekabr 2023-cü il tarixində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Belə ki, o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün, 2-ci taqımının, 2-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 2023-cü ilin avqust ayının ortalarında saat N radələrində hərbi hissənin Babək rayonunun Aşağı Buzqov kəndi ərazisində yerləşən, şərti adı “Mina” olan döyüş mövqeyinin yataqxanasında komandiri olduğu manqada qunbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs yanına yaxınlaşıb bir söz demədən səbəbsiz yerə hər iki əli ilə onun qollarından bir neçə yumruq zərbəsi vurmuş, sonra əsgər Zərərçəkmiş şəxs sol ayağından badalaq verib arxası üstə yerə yıxdıqdan sonra yerdə ayağından, qolundan və qarnından hər iki əli ilə çox sayda yumruq zərbələri vuraraq, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2023-cü ilin avqust ayının ortalarında saat 13:30 radələrində hərbi hissənin Babək rayonunun Aşağı Buzqov kəndi ərazisində yerləşən, şərti adı “Mina” olan döyüş mövqeyinin yataqxanasının qarşısında heç bir söz demədən əsgər Zərərçəkmiş şəxs sol ayağından badalaq verib arxası üstdə yerə yıxmış, yerdə olan zaman onun ayağından, qarnından, belindən çox saylı təpik zərbələri vuraraq, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 10 sentyabr 2023cü ildə saat N radələrində hərbi hissənin Babək rayonunun Aşağı Buzqov kəndi ərazisində yerləşən, şərti adı “Mina” olan döyüş mövqeyinin yataqxanasının giriş qapısının yanında əli ilə əsgər Zərərçəkmiş şəxs sol çiynindən tutub sol ayağına badalaq verərək arxası üstə yerə yıxmış, yerdə olan zaman onun qolundan, çiynindən ayağından yumruq və sillə zərbələri vurmuş, sonra arxa nahiyəsini əsgər Zərərçəkmiş şəxs başına qoyub nalayiq hərəkət edərək (qaz buraxaraq), rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 30 sentyabr 2023cü ildə saat 20:30 radələrində hərbi hissənin Babək rayonunun Aşağı Buzqov kəndi ərazisində yerləşən, şərti adı “Mina” olan döyüş mövqeyinin yataqxanasında əsgər Zərərçəkmiş şəxs istirahət etdiyi çarpayısının yanına çağırmış, əsgər Zərərçəkmiş şəxs onun yanına gedəndə çarpayıdan qalxaraq heç bir söz demədən hər iki əli ilə onun çiyinlərindən tutaraq sol ayağından badalaq verərək onu arxası üstə yerə yıxmış, yerə yıxılan zaman onun üstündə oturaraq çiyin və ayaq hissələrindən çox sayda yumruq və sillə zərbələri vurmuş, sonra isə əli ilə qasıq nahiyəsindən tutub sıxaraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən 2021-ci ilin avqust ayında N №-li hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində xidmətə başlayıb, şərti adı “Mina” olan mövqedə xidmət etdiyini, tabeliyində əsgərlər Zərərçəkmiş şəxs, Şahid1, Şahid3, Əliyev Tunarın, Babayev Samuralın və Şahid2 xidmət etdiyini, “Mina” mövqeyində olan zaman təqribən 2023-cü ilin avqust ayının ortalarında saat N radələrində əsgər Zərərçəkmiş şəxs və əsgər Şahid1 ayıq növbə olarkən əsgər Zərərçəkmiş şəxs yataqxanada rabitənin başında olduğunu, əsgər Şahid1 isə yataqxananın qarşısında patrul gəzdiyini, yataqxanada olarkən əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb bir söz demədən hər iki əli ilə qollarından bir neçə yumruq vurduğunu, sol ayağından badalaq verib onu arxası üstə yerə yıxdığını, yerdə ayağından, qolundan, qarnından hər iki əli ilə çox sayda yumruq zərbələri vurduğunu, sonra üzərindən qalxıb çarpayısında uzanıb mobil telefonu ilə oynamağa başladığını, həmin vaxt onu vurduğunu əsgər Şahid1 gördüyünü, həmin hadisədən bir neçə gün sonra 2023-cü ilin avqust ayının ortalarında əsgər Zərərçəkmiş şəxs saat 12:00-dan 14:00-dək əsgər Şahid2la mövqedə döyüş növbəsində olduğu zaman təxminən saat 13:30 radələrində onu səsləyərək mövqedən yataqxanaya gəlməsi barədə göstəriş verdiyini, onun silah-sursatıyla birlikdə postdan düşüb yataqxananın qarşısına gəldiyini, əsgər Şahid2 mövqedə qalıb növbəni davam etdirdiyini, əsgər Zərərçəkmiş şəxs silah-sursatını silah otağına qoyduqdan sonra yataqxananın qarşısına gəldiyini, əsgər Zərərçəkmiş şəxs yataqxananın qarşısına gəldiyi zaman ona heç bir söz demədən səbəbsiz yerə sol ayağından badalaq verib arxası üstə yerə yıxdığını, yerdə olan zaman başından başqa bədəninin müxtəlif nahiyələrindən, ayağından, belindən və qarnından yavaş vəziyyətdə çox saylı təpik zərbələri vurduğunu, bundan başqa 10 sentyabr 2023-cü ildə saat N radələrində əsgər Zərərçəkmiş şəxs ayıq növbə olduğu zaman yataqxanada olduğunu, o, siqaret çəkmək üçün yataqxanadan çıxdığında yataqxanada uzandığı çarpayıdan qalxıb Zərərçəkmiş şəxs arxasınca gedərək onu yataqxananın qapısının yanında içəri tərəfdə səbəbsiz yerə əli ilə sol çiynindən tutub sol ayağına badalaq verərək arxası üstə yerə yıxdığını, yerdə olan zaman onun qolundan, çiynindən və ayağından yumruq və sillə zərbələri vurduğunu, sonra arxa nahiyəsini onun başına qoyub nalayiq hərəkət etdiyini (qaz buraxdığını) və üstündən durub getdiyini, bundan əlavə 30 sentyabr 2023-cü il tarixdə saat 20:30 radələrində yataqxanada olan zaman əsgər Zərərçəkmiş şəxs yataqxananın yuxarı hissəsində olan istirahət etdiyi çarpayının yanına çağırdığını, yanına gələndə çarpayıdan qalxaraq heç bir söz demədən səbəbsiz yerə hər iki əli ilə çiyinlərindən tutaraq sol ayağından badalaq verib onu arxası üstə yerə yıxdığını, yerə yıxılan zaman üstündə oturaraq çiyin və ayaq hissələrindən çox sayda yumruq və sillə zərbələri vurduğunu sonra isə əli ilə xayalarından tutaraq möhkəm sıxdığını, həmin vaxt Zərərçəkmiş şəxs qışqırdığını, bundan sonra onun üstündən qalxdığını və heç nə etmədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməllərindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi bütün hərəkətlərini zarafatla və postda başı qarışsın deyə etdiyini bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi əməllərə görə özünü tam təqsirli bilməsinə dair ifadəsinin “əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi bütün hərəkətlərini zarafatla və postda başı qarışsın deyə etməsi” ilə bağlı hissəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin həmin hissəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq, eləcə də öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi bütün hərəkətlərini zarafatla (qeyri-ciddi) etdiyini bildirsə də, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs və şahidlər öz ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs səbəbsiz yerə vurduğunu, vurandan sonra “zarafat edirəm” desə də əsgər Zərərçəkmiş şəxs onunla zarafat etmədiyini, onun hərəkətlərini zarafat kimi qəbul etmədiyini, sadəcə olaraq ondan qorxduğundan heç kəsə bu barədə demədiyini, Təqsirləndirilən şəxs tərəfindən əsgər Zərərçəkmiş şəxs qarşı törədilən əməllərin digər əsgərlər tərəfindən zarafat kimi qəbul edilmədiyini, Təqsirləndirilən şəxs bu cürə hərəkətləri nəticəsində əsgər Zərərçəkmiş şəxs özünü pis hiss etdiyini bildirmişlər. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində və ona verilmiş sualları cavablandırarkən N №-li hərbi hissənin 4-cü taborunun 12-ci bölük, 2-ci taqım, 2-ci manqasında atıcı qumbaraatan köməkçisi vəzifəsində “Mina” mövqeyində xidmət etdiyi zaman manqa komandirinin və post böyüyünün MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs olduğunu, özünün onun tabeliyində xidmət etdiyini, “Mina” mövqeyində olan zaman MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs onu bir neçə dəfə zarafatla döydüyünü, belə ki, 2023-cü ilin avqust ayının ortalarında saat N radələrində o və əsgər Şahid1 ayıq növbə olduğunu, digər iki əsgərin yatdığını, ikisi isə yataqxanadan təxminən 40-50 metr aralıda olan mövqedə döyüş növbəsində olduğunu, yataqxanada rabitənin başında olan zaman əsgər Şahid1 yataqxananın qarşısında patrul gəzdiyini, yataqxanada olarkən MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşıb bir söz demədən səbəbsiz yerə hər iki əli ilə qollarından bir neçə yumruq vurduğunu, sonra sol ayağından badalaq verib onu arxası üstə yerə yıxdığını, yerdə bədəninin müxtəlif nahiyələrindən, yəni ayağından, qolundan, qarnından hər iki əli ilə çox sayda yumruq zərbələri vurduğunu, sonra heç nə olmamış kimi üzərindən qalxıb çarpayısında uzanıb mobil telefonu ilə oynamağa başladığını, həmin vaxt qollarında güclü ağrı hiss etdiyini, yumruqların təsirindən qolları bir neçə saat ərzində ağrıdığını və hərəkət edəndə ağrını hiss etdiyini, həmin vaxt əsgər Şahid1 çöldə olsa da, onun səsinə içəri girdiyini, Təqsirləndirilən şəxs onu döyməsini gördüyünü, həmin hadisədən bir neçə gün sonra 2023-cü ilin avqust ayının ortalarında saat 12:00-dan 14:00dək əsgər Şahid2la mövqedə döyüş növbəsində olan zaman təxminən saat 13:30 radələrində post böyüyü MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs onu səsləyərək mövqedən yataqxanaya gəlməsi barədə göstəriş verdiyini, silah-sursatıyla birlikdə postdan düşüb yataqxananın qarşısına gəldiyini, əsgər Şahid2 mövqedə qalıb növbəni davam etdirdiyini, Təqsirləndirilən şəxs tapşırığına əsasən silah-sursatı silah otağına qoyduqdan sonra yataqxananın qarşısına gəldiyini, Təqsirləndirilən şəxs yataqxananın qarşısında onu görən kimi heç bir söz demədən sol ayağından badalaq verib onu arxası üstə yerə yıxdığını, yerdə olan zaman başından başqa bədəninin müxtəlif nahiyələrindən çox saylı təpik zərbələri vurduğunu, mövqe yataqxanaya yaxın məsafədə yerləşdiyindən həmin vaxt mövqedə olan əsgərlər Babayev Samuralın və Şahid1 bunu gördüyünü düşündüyünü, bundan başqa 10 sentyabr 2023-cü ildə saat N radələrində ayıq növbə olduğu zaman yataqxanada rabitəyə baxdığını, həmin vaxt digər ayıq növbə olan əsgər Şahid1 yataqxanaya gəldiyini, o, siqaret çəkmək üçün yataqxanadan çıxdığını, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs çarpayısından qalxıb arxasınca gələrək onu yataqxananın qapısının yanında içəri tərəfdə əli ilə sol çiynindən tutub səbəbsiz yerə sol ayağına badalaq verib onu arxası üstə yerə yıxdığını, yerdə olan zaman bədəninin müxtəlif nahiyələrindən yumruq və sillə zərbələri vurduğunu, sonra arxa nahiyəsini başına qoyub nalayiq hərəkət etdikdən sonra üstündən durub getdiyini, həmin vaxt hadisəni əsgər Şahid1 gördüyünü, bundan əlavə 30 sentyabr 2023-cü il tarixdə saat 20:30 radələrində o, yataqxanada olan zaman Təqsirləndirilən şəxs onu yataqxananın yuxarı hissəsində olan istirahət etdiyi çarpayısının yanına çağırdığını, onun yanına getdiyində Təqsirləndirilən şəxs çarpayıdan qalxaraq heç bir söz demədən hər iki əli ilə çiyinlərindən tutaraq sol ayağından badalaq verərək onu arxası üstə yerə yıxdığını, yerə yıxılan zaman Təqsirləndirilən şəxs onun üstündə oturaraq çiyin və ayaq hissələrindən çox sayda yumruq və sillə zərbələri vurduğunu, Təqsirləndirilən şəxs yumruğunun onun xayalığına dəyməsi səbəbindən ağrıdığını, ağrının təsirindən möhkəm qışqırdığını, Təqsirləndirilən şəxs bundan sonra onun üstündən qalxdığını, bu vaxt əsgər Şahid1 olanları gördüyünü, digər əsgərlərin onun qışqırmağını eşitdiyini, ondan niyə qışqırdığını soruşanda olanları onlara da dediyini bildirmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs ifadəsində MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs hər dəfə onu vurduqdan təqribən 15-20 dəqiqə sonra ona yaxınlaşaraq onu zarafatla vurmasını dediyini, lakin ona zor tətbiq olunduğu zaman özünün bunu zarafat kimi qəbul etmədiyini, Təqsirləndirilən şəxs “sənlə zarafat edirəm” deməsi səbəbindən özünün bu barədə heç kəsə məlumat vermədiyini, baş vermiş bu hadisələrdən sonra MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən 2023-cü ilin sentyabr ayının əvvəllərində MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs səhər saatlarında yataqxanada əsgər Zərərçəkmiş şəxs çiynindən tutub badalaq verib yerə yıxdığını, daha sonra bədəninə bir neçə sillə və yumruq vurduğunu, arxasını əsgər Zərərçəkmiş şəxs başını qoyaraq ona qarşı nalayiq hərəkət etdiyini (qaz buraxdığını), həmin vaxt özünün Təqsirləndirilən şəxs “yoldaş MAXE bu nə hərəkətdi edirsiz” deyə bildirdiyini, lakin Təqsirləndirilən şəxs ona cavab vermədiyini və gülərək hadisə yerindən çıxıb getdiyini, bundan sonra 2023-cü ilin sentyabr ayının sonlarında axşam vaxtı yataqxanada olarkən Təqsirləndirilən şəxs yenə səbəbsiz yerə əsgər Zərərçəkmiş şəxs badalaq verib yerə yıxdığını, daha sonra onun xayasından tutub sıxdığını, əsgər Zərərçəkmiş şəxs qışqırdığına görə onu buraxdığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs səbəbsiz yerə vurduğunu, vurandan sonra “zarafat edirəm” desə də əsgər Zərərçəkmiş şəxs onunla zarafat etmədiyini, Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs başqa heç bir digər əsgərə qarşı bu cürə hərəkətlərə yol vermədiyini, onun hər kəsə qarşı münasibətinin yaxşı olduğunu, onun tabeliyində olan əsgərlərin qeydinə qaldığını, əsgərlərinə qarşı qardaş kimi olduğunu bildirmişdir. X1 verdiyi ifadəsində həmçinin onu da qeyd etmişdir ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə bu cürə davranışından sonra əsgər Seyfullayev əsgər Şahid1 “keyfsizəm, həvsələm yoxdu” demiş, Şahid1 da ona “istəyirsən zəng vurum Prokurorluğa deyim” dedikdə Seyfullayev etiraz etməmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda qeyd olunan hərəkətlərin baş verdiyi zaman o, da şərti olaraq “Mina” adlandırılan mövqedə tuşlayıcı vəzifəsində və əsgər rütbəsində xidmət etmiş, manqa komandiri MAHHXHQ-su Təqsirləndirilən şəxs olmuşdur. Təqribən 2023-cü ilin avqust ayında mövqedə xidmət edən əsgərlərlə söhbət edərəkən əsgər Şahid1 MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs mövqedə gizli istifadə etdiyi smartfon tipli mobil telefonununda yarı çılpaq qadın şəklini əsgər Zərərçəkmiş şəxs göstərib “sənin anandır, xalandır” dediyini, əsgər Zərərçəkmiş şəxs isə ona cavab vermədiyini bildirmiş, bu zaman o, “MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs mənə qarşı belə hərəkət etmiş olsaydı onun cavabını verərdim demiş, lakin əsgər yoldaşları ilə aralarında etdikləri bu söhbət zamanı orada olan əsgər Zərərçəkmiş şəxs məsələ ilə bağlı heç nə deməmişdir. Şahid X4 verdiyi ifadəsində həmçinin qeyd etmişdir ki, o, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs döydüyünü görməsə də, əsgər Zərərçəkmiş şəxs özündən və mövqedə xidmət edən əsgərlərdən eşitmişdir ki, Təqsirləndirilən şəxs bir neçə dəfə əsgər Zərərçəkmiş şəxs vurub, hətta bir dəfə də onu vurduqdan sonra başına qaz buraxıb. Həmçinin bir dəfə o, təxminən avqust ayında əsgər Şahid1la birlikdə döyüş növbəsində olarkən, yataqxananın qarşısından əsgər Zərərçəkmiş şəxs qışqırıq səsi gəlmiş, bu zaman o başa düşmüşdür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs yenə onu döyür, həmin vaxt əsgər Zərərçəkmiş şəxs bölük komandirinin olduğu mövqeyə doğru qaçmış, lakin bir qədər sonra mövqenin ətrafına dolanaraq mövqeyə geri qayıtmış, əsgər Zərərçəkmiş şəxs mövqeyə qayıdarkən onların onu görə biləcəyi yerdən keçmiş, bu zaman o, Zərərçəkmiş şəxs heç nə soruşmamış, lakin növbədən qayıtdıqdan sonra əsgər Zərərçəkmiş şəxs niyə qışqırdığını soruşanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu vurduğunu bildirmişdir. Şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar müvafiq teleqramlarla (Şahid2 xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli, Şahid3 xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli teleqramlarla) məhkəməyə müraciət edərək maddi vəziyyətləri ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiklərini, ibtidai araşdırma dövründə verdikləri ifadələrini təsdiq etdiklərini bildirərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Həmçinin qeyd etmək lazımdır ki, əsgər Şahid1 və əsgər Şahid2 müddətli həqiqi hərbi xidmətdən təxris olunmalarına dair müvafiq hərbi hissə komandanlıqları tərəfindən, o cümlədən Şahid1 ölkə ərazisində olmaması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən də məhkəməyə məlumat (xx.xx.2024-cü il tarixli, 223 №-li arayışla və xx.xx.2024-cü il tarixli, 89 №-li və xx.xx.2024-cü il tarixli, 71 №-li məktublarla) verilmişdir. Məhkəmə, şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclaslarına gəlmələrini istisna edən halları proses iştirakçılarının razılığı ilə üzrlü səbəb hesab edərək və onların ifadələrinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmadığını nəzərə alaraq, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadələrinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onların ifadələrinə istinad olunmasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin oktyabr ayının əvvəllərində N №-li hərbi hissəyə göndərilmiş, həmin tarixdən “Mina” mövqeyində xidmət etmişdir. Mövqedə N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün, 2-ci tağım 2ci manqası xidmət aparır. MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs “Mina” mövqeyinin post böyüyü olan zaman əsgər Zərərçəkmiş şəxs qarşı qanunsuz hərəkətlər etmişdir. Belə ki, 2023-cü ilin avqust ayının ortalarında təxminən saat 13:30 radələrində post böyüyü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs yataqxananın qarşısında əsgər Zərərçəkmiş şəxs yerə yıxmış, yerdə olan zaman onun bədəninin müxtəlif nahiyələrindən çox saylı təpik zərbələri vurmuşdur. Həmin vaxt o, və əsgər Babayev Samural mövqedə olmuş, mövqe yataqxanaya yaxın məsadə yerləşdiyindən bu hadisəni görmüşdür. Bundan başqa, 2023-cü ilin sentyabr ayının təxminən 10-u səhər saat N radələrində yataqxanaya girəndə Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs döydüyünü görmüş, Təqsirləndirilən şəxs yumruq və sillə ilə Zərərçəkmiş şəxs vurmuş, sonra o, Zərərçəkmiş şəxs başına arxasını tutub nalayiq hərəkət etmişdir. Bundan əlavə 30 sentyabr 2023-cü ildə saat 20:00-da əsgər Zərərçəkmiş şəxslə döyüş növbəsini əsgərlər X12 Mahmudova təhvil verib yataqxanaya gəlmiş, Təqsirləndirilən şəxs da, yataqxanada olmuş, həmin gün qab naryadı olduğuna görə növbədən düşüb axşam yeməyindən sonra qalan çirkli qabları əl-üz yuma yerində yuyub bitirdikdən sonra saat 20:30 radələrində yataqxanaya girmişdir. Yataqxanaya girəndə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yerə yıxıb üstünə çıxıb onu sillə və yumruqla bədəninin hər tərəfinə vurduğunu görmüş, Təqsirləndirilən şəxs sonra Zərərçəkmiş şəxs xayasından tutub sıxmış, Zərərçəkmiş şəxs də buna görə qışqırmış, gözləri dolmuşdur. Bundan başqa 2023-cü ilin avqust ayının ortalarında saat N radələrində də MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb bir söz demədən səbəbsiz yerə hər iki əli qollarından bir neçə yumruq vurduğunu, sonra sol ayağından badalaq verib onu arxası üstə yerə yıxmış, yerdə bədəninin müxtəlif nahiyələrindən, yəni ayağından, qolundan, qarnından hər iki əli ilə çox sayda yumruq zərbələri vurmuşdur. Zərərçəkmiş şəxs fiziki cəhətdən zəif olduğuna görə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs postda təkcə ona qarşı zor tətbiq etmişdir (i.v İ cild 66-70). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 10 aprel 2023-cü il tarixdə şərti adı “Mina” olan mövqeyə göndərilmiş, əsgər Zərərçəkmiş şəxs və MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs xidmət müddətində görüb, tanımış, aralarında qohumluq və ya ədavət olmamışdır. 24 oktyabr 2023-cü ildə xidməti yeri N №-li hərbi hissəyə dəyişdirilmişdir. MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı bir neçə dəfə qanunsuz hərəkətlər etmişdir.Təxminən 2023-cü ilin avqust ayının ortalarında saat 12:00-dan 14:00-dək o, əsgər Zərərçəkmiş şəxs ilə döyüş növbəsində olarkən təxminən növbənin qurtarmağına yarım saat qalmış post böyüyü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs yataqxananın qarşısında durub əsgər Zərərçəkmiş şəxs aşağı düşməsini demiş, bundan sonra əsgər Zərərçəkmiş şəxs aşağı yataqxanaya düşmüş, o, isə döyüş növbəsini davam etdirmişdir. Bundan sonra onu əsgər Şahid1la əsgər Samral Babayev dəyişmiş, o, yataqxananın qarşısına gələndən sonra Təqsirləndirilən şəxs onu səngərdə işə ayırmış, əsgər Zərərçəkmiş şəxs isə yataqxananın qarşısında olmuş, bir müddət sonra Zərərçəkmiş şəxs qışqırıq səsi gəlmiş, Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs döydüyünü başa düşmüşdür. Bir az sonra əsgər Zərərçəkmiş şəxs qayıdıb onun yanına səngərə qumbaraatanın sektoruna gəlmiş, onunla təkərlərin içərisini torpaqla doldurmuş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs kefi olmadığından ondan bir söz soruşmamış, Təqsirləndirilən şəxs onu döydüyünü başa düşmüşdür. Bundan başqa avqust ayının ortalarında yataqxanada olan zaman, axşam saatlarında MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs yataqxanada rabitə masasının yanında səbəbsiz yerə əsgər Zərərçəkmiş şəxs arxası üstə yerə yıxıb üzərində oturaraq bədəninin müxtəlif nahiyələrindən yumruqla vurmuş, sonra Təqsirləndirilən şəxs ayağa qalxıb çarpayısında uzanmışdır. 30 sentyabr 2023-cü il tarixdə saat 20:00-dan 22:00-dək əsgər Şahid3 ilə döyüş növbəsində olmuş, təxminən saat 20:30 radələrində səngərdə olan əsgər Şahid3 yataqxanadan qışqırıq səsi gəldiyini demiş, saat 22:05 radələrində növbədən qayıtdıqdan sonra əsgər Şahid3 yataqxanada onun yanında əsgər Zərərçəkmiş şəxs kimin qışqırdığını soruşduqda o, özünün qışqırdığını, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs onun xayasını sıxdığını demişdir. Əsgər Zərərçəkmiş şəxs fiziki cəhətdən digər əsgərlərdən zəif olduğu üçün, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs onunla belə hərəkətlər etdiyini düşünür (i.v İ cild 112-116). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki,o, 24 iyul 2023-cü il tarixdə “Mina” adlanan mövqeyə verilmiş, əsgər Zərərçəkmiş şəxs və MAHHX HQ əsgər Təqsirləndirilən şəxs xidmət müddətində görüb tanımış, aralarında qohumluq və ya ədavət olmamış, xidməti münasibətdə olmuşlar. Bundan əlavə 2023-cü ilin sentyabr ayının sonlarında ayıq növbədə rabitəyə baxarkən yataqxanada əsgər Zərərçəkmiş şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs badalaq verib yerə yıxmış, yerdə onun çiynindən və ayaqlarından sillə və yumruqla vurmuş, daha sonra onun xayasından tutaraq sıxmış, əsgər Zərərçəkmiş şəxs qışqırdığından onu buraxmışdır (i.v İ cild 159-162). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunsa, da onun zərərçəkmiş şəxsi zarafatla vurması faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq olunmur. Həmçinin ittiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 56-57). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxsin kimliyi öz təsdiqini tapır. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2022-ci il tarixli, 280 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, X8 X6 Üzrə müavininin 03 oktyabr 2022-ci il tarixli, 0163 əç nömrəli əmri ilə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun 12-ci motoatıcı bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 25). N №-li hərbi hissə komandirinin N oktyabr 2022-ci il tarixli, 281 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs X8 Komandanının birinci müavini–qərargah rəisinin xx.xx.2022-ci il tarixli, 03 №-li sərəncamı ilə N nömrəli hərbi hissədən gəldiyi üçün həmin tarixdən hərbi hissənin 4-cü taborun 12-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişdir (İ.v İ cild 26). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli, 1409 №-li arayışdan görünür ki, MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmuş, əsgər Zərərçəkmiş şəxs MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs tabeliyində xidmət etmişdir (i.v İ cild 31). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hərbi qulluqçu olmaları və onlar arasında tabelik münasibətlərinin olması öz təsdiqini tapır. X3 “Məhkəmə-Tibbi Ekspertizası”nın 17 oktyabr 2023-cü il tarixli 379 №-li ekspert rəyindən görünür ki, ekspert müayinəsi zaman əsgər Zərərçəkmiş şəxs bədən səthində hadisə ilə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. (İ.v İ cild 43). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş hadisələr nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurulmaması öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 48). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs məhkumluğunun olmaması öz təsdiqini tapır. N №-li hərbi hissə tərəfindən təqdim edilmiş 1077 №-li arayışdan görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə N №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və MAHHXHQsu əsgər Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlıdır (i.v İ cild 44). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 17812 №-li və xx.xx.2023-cü il tarixli, 18330 №-li cavab məktublarından görünür ki, Neftçala rayonunun Həsənağa qəsəbəsində yaşayış yeri üzrə daimi qeydiyyatda olan, xx.xx.2002-ci təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışıdır (i.v İ cild 72,132). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X17 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli, xx/xx- 13246 №-li cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tibb mərkəzində narkoloji xəstə kimi qeydiyyatda yoxdur (i.v İ cild 130). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur (İ.v İ cild 27). Məhkəmə hesab edir ki, bu sübutla MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və işə münasibətini xarakterizə edən hallar öz təsdiqini tapır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 150). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 329.2.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi Az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında-bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş, real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının minimum həddə təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (cinayətin epizodlarının çoxluğu, bir epizod üzrə zərərçəkmiş şəxsə qarşı zor tətbiq etdikdən arxa nahiyəsini onun başına qoyaraq qaz buraxması, bu faktın şəxsi heyətdə yarada biləcəyi psixoloji fəsadlar) onun sabit kriminal meyilliliyinə dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla yüngül olması qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi işin faktiki hallarına, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla yanaşı, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması və hərbi intizamın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı nəticəyə gələrkən dövlət ittihamçısının da bu barədə təklifini nəzərə almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Məhkəmə cəzaçəkmə müəsissəsinin növünü müəyyən edərkən belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 25 dekabr 2023-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 10 may 2024cü il tarixdən məhdudlaşdırıldığından, onun cəzaçəkmə müddətinin əvvəli də 10 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 12 fevral 2024-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 may 2024-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-22/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-22/2024
10.05.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver