Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-22/2025 07.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi X1N, varisi (mülki iddiaçı): Zərərçəkmiş şəxsin Naxçıvan şəhər ASAN Vəkil Bürosunun vəkili hüquqi varisinin (mülki iddiaçının) Nümayəndə, nümayəndəsi Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, (mülki cavabdeh): Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta-ixtisas təhsilli, evli (himayəsində N azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, MAHHXHQ-su kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının kəşfiyyatçıistehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, 19 fevral N5-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin Babək rayonu Vayxır kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci bölüyünün 1-ci qrupunun kəşfiyyatçı-istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 07 dekabr N4-cü il tarixdə saat 07:35-də sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi, Babək rayon Şəkərabad kənd sakini X6 məxsus “Mercedes Benz S3N0” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri Ə.Əliyev küçəsi ilə təxminən 50 km saat sürətlə hərəkətdə olan zaman “X3N” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinin “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələbləri pozub, həmin küçədə yerləşən Cahan Ticarət Mərkəzinin qarşısında yolun piyada üçün qadağan olunmuş hissəsində yolu soldan sağa düzünə keçən piyada, 16 dekabr 1961-ci il tarixdə ünvan N ünvanında qeydiyyatda olan X7 yolu keçməsinə fikir verməyib avtomobilin ön sağ tərəfi ilə vuraraq, ona ehtiyatsızlıqdan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “burunda iki ədəd yara, sağ göz ətrafında hematoma, hematoma üzərində yara, alının sağ yarısında əzilmiş yara, sağ gicgah nahiyəsində yara, təpə nahiyəsinin sağ yarısında iki ədəd yaralar, sağ gicgah təpə nahiyəsində yara, sağ əlin İİ barmağında hematoma, sol baldırında sıyrıq, sol diz oynağında yara, sağ ayaqüstü nahiyədə yara, sağ qalçatini nahiyəsində yara, başın dərialtı yumuşaq toxuması altına, sol təpə gicgah və ənsə nahiyəsində qansızma, gicgah nahiyəsinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınıqları, beyin toxumasının əzilməsi və qansızması” xəsarətlərini yetirməklə sonuncunun aldığı bədən xəsarətlərindən həmin gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Cinayət işi üzrə ittiham tərəfinin (zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin) məhkəmənin elektron kabinetinə ünvanladığı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi 17 mart N5-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183-cü maddəsinin tələbinə əsasən mümkün hesab edilərək icraata qəbul edilmiş və məhkəmənin xx.xx.N5-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X17 mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs barəsində elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, mülki iddianı isə qismən qəbul edərək (N5390 (iyirmi beş min üç yüz doxsan manat məbləğində maddi ziyanın bir hissəsi ilə bağlı)) verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N016-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edir. N1-ci ildən N4-cü ilin dekabr ayının sonlarınadək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci bölüyünün 1-ci qrupunun kəşfiyyatçıistehkamçısı vəzifəsində xidmət etmiş, N4-cü ilin dekabr ayının sonlarından isə N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının kəşfiyyatçıistehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətini davam etdirir. X1 baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl tanımamış, onunla aralarında hər hansı qohumluq, düşmənçilik münasibətləri və ya ədavət olmamışdır. N4-cü ilin avqust ayında Babək rayonun Şəkərabad kəndində yaşayan X4 Mercedes Benz S3N0 markalı, **-BL-*** dövlət qeydiyyat nişanı olan avtomobilini kredit şərtləri ilə satın almış, aralarında olan razılığa əsasən Fikrət Məhərrəmov ona sürücülük hüququnun verilməsi haqqında etibarnamə vermiş, maşını həmin etibarnamə əsasında idarə etmişdir. O, N nömrəli hərbi hissəsinin 1ci bölüyünün 1-ci qrupunun kəşfiyyatçı-istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 07 dekabr N4-cü il tarixdə səhər tezdən yuxudan durub xidmət yerinə getmək üçün hazırlaşmışdır. Xidmət yeri Babək rayonun Vayxır kəndində yerləşdiyindən 4- 5 ildir ki, hər gün eyni yolla yaşadığı Naxçıvan şəhər Tumbul kəndindən oraya avtomobillə təxminən 30-35 dəqiqə müddətə gedilir. Xidmət vaxtı saat 08:30-da başladığından saat 07:N5-də Mercedes Benz S3N0 markalı, **-BL-*** dövlət qeydiyyat nişanı olan avtomobili özü idarə etməklə evdən çıxıb Naxçıvan şəhər Koroğlu dairəsi istiqamətində hərəkətə başlamış, saat 07:35-də Mercedes Benz S3N0 markalı, **-BL-*** nömrəli avtomobillə Əziz Əliyev küçəsində yerləşən Cahan Ticarət Mərkəzinin qarşısından keçərkən hava alatoranlıq olmuş, yolu avtomobilin işıqları ilə işıqlandırmışdır. Avtomobili orta zolaqda, 50- 5N km/saat sütətlə idarə etmiş, Cahan Ticarət Mərkəzinin qarşısına çatanda N nəfərə piyada keçidində yol verdiyi zaman təqribən 30 metr irəlidə qaraltı sezmiş, təqribən N-3 metr irəlidə piyadanı görmüş, həmin vaxt anidən avtomobilin qarşısına sonradan adının Abbas İsmayılov olduğunu öyrəndiyi bir nəfər piyada çıxmışdır. Abbas İsmayılov piyada üçün qadağan olan yerdən yolu soldan sağa doğru keçmək istəmiş, onu qəfildən görəndə dərhal avtomobilin sükanını sola doğru döndərərək avtomobili sola qaçırtmış və əyləci sıxmışdır, mərhumu vurmamışdan əvvəl tormoz vermiş, lakin buna baxmayaraq avtomobilin ön sağ hissəsi Abbas İsmayılova dəymiş, o, avtomobilin ön hissəsinə düşmüş, maşının ön şüşə və sağ stoykasına dəyərək yerə yıxılmışdır. Mərhum arxa qapı ilə paralel 3-4 metr aralıya üzü üstə düşdüyündən onun burnunun, dişinin qırıla biləcəyini düşünmüş, dərhal yerə düşərək Abbas İsmayılovun yanına gəlmiş və qışqıraraq kömək istəmişdir. Həmin vaxt ətrafda olan tanımadığı bir nəfər taksi sürücüsü də onların yanına gəlmiş, birlikdə Abbas İsmayılovu idarə etdiyi avtomobilin arxa oturacağına uzatmışdırlar. Başından qan gəldiyini görüb əli ilə başının qanamasını saxlamaq üçün özünün papağı ilə qan gələn nahiyəyə sıxmış, həmin vaxt Abbas İsmayılov özündə olmamış, sadəcə nəfəs alıb vermişdir. Tanımadığı taksi sürücüsü isə avtomobili idarə edərək onları Naxçıvan MR Mərkəzi Xəstəxanasına çatdırmışdır. Hadisə saat 07:35 də baş vermiş, 07:44-də xəstəxanaya çatmışlar, saat 07:45-də isə xəstəxana polisi hadisə barədə Şöbəyə məlumat vermişdir. Gec gəldikləri üçün hadisə yerinə təcili tibbi yardıma zəng edib çağırmamışdır. Xəstəxanaya çatanda yaralı şəxsi sedyeye qoymuşlar, xəstəxana işçiləri ilə birlikdə UZİ-yə aparmışdır. Abbas İsmayılov xəstəxananın təcili yardım bölməsinə yerləşdirildikdən sonra o, saat 10-a işləmişə qədər xəstəxanada ölmuş, daha sonra hadisə yerinə qayıtmışdır. Saat 09:00-da polis gələrək ona “hadisə yerinə getməliyik” demiş, təxminən saat 10 radələrində hadisə yerində ölçü-biçi aparılan vaxt Abbas İsmayılovun baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən vəfat etdiyini öyrənmişdir. Hadisədən əvvəl Abbas İsmayılovun yolu keçməsini görməmiş, onu son anda görmüş, hadisənin qarşısını almaq üçün cəhd etsə də maşını kənarlaşdıra bilməmişdir. Hadisə baş verməzdən əvvəl hava şəraiti quru və sakit, görmə məsafəsi geniş olmuş, Abbas İsmayılovu görməsini məhdudlaşdıracaq heç nə olmamışdır. Hava az işıqlanmış, avtomobillər süni işıq vasitəsi ilə hərəkət etmiş, yol örtüyü quru olmuşdur. Hadisədən əvvəl Mercedes Benz S3N0 markalı, **-BL-*** dölət qeydiyyat nişanlı avtomobil texniki baxışdan keçirilmiş, onun hadisədən öncə hər hansı texniki nasazlığı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu, hadisənin ehtiyyatsızlıqdan baş verdiyini, həmin vaxt zərərçəkmiş şəxsi əvvəlcədən görmədiyini, fikirli, yuxulu olduğundan mərhumu qoşaxəttin üzərində ona N-3 metr qalmış gördüyünü, hadisə zamanı avtomobilin işıqlarının yanılı halda olduğunu, avtomobilin işıqları ilə 5-10 metr məsafəni görməyin mümkün olduğunu, hadisədən sonra elə həmin gün ailə üzvlərinin və qohumlarının üzrxahlıq etmək üçün dərhal mərhum zərərçəkmiş şəxsin müalicə aldığı xəstəxanaya, onun yas mərasiminə getdiklərini, lakin yas mərasiminin N-ci günü qohumlarının zərərçəkmiş şəxsin ailə üzvləri tərəfindən oradan qovulduqlarını, ailə üzvlərinin zərərçəkmiş şəxsin ailəsi ilə barışmaq, üzrxahlıq etmək üçün çoxsaylı cəhdlər etdiklərini, lakin cədhlərinin nəticəsiz qaldığını, zərərçəkmiş şəxsin ailə üzvlərinin ondan 50000 (əlli min) manat pul istədiklərini, bundan sonra özünün kredit götürmək üçün bütün banklara müraciət etdiyini, lakin müsbət nəticə əldə edə bilmədiyini, maddi imkanının zəif olduğunu, atasının 1-ci qrup əlil olduğunu, hadisədən sonra özünün xidmət etdiyi hərbi hissədə yaşaması səbəbindən bu hərəkətləri şəxsən icra edə bilmədiyini, özünün baş vermiş hadisədə günahkar olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi əmələ görə özünü tam təqsirli bilməsinə dair ifadəsinin “hadisənin baş verməsinə səbəbin mərhumu vurduğu yerdə isə işıqlanmanın zəif olması” ilə bağlı hissəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə, hətta məhkəmə istintaqında özünün verdiyi ifadəsinin ...“Cahan Ticarət Mərkəzinin qarşısına çatanda N nəfərə piyada keçidində yol verdiyi zaman təqribən 30 metr irəlidə qaraltı sezdiyi”... hissəsi ilə, o cümlədən hadisənin baş verdiyi müddətdə mülki obyektlərin müşahidə kameraları ilə aparılmış videoçəkilişlərlə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsinə tənqidi yanaşır və ifadənin həmin hissəsini mötəbər sübut hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş mərhum zərərçəkmiş şəxsin hüquqi varisinin, o cümlədən şahidin ifadəsi, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında mərhum zərərçəkmiş şəxs X7 hüquqi varisi qismində tanınaraq məhkəmə istintaqında şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində ölmüş şəxs mərhum X16 onun doğma atasıdır. Yol nəqliyyat hadisəsini törədən şəxs Təqsirləndirilən şəxs tanımır, onunla və onun ailəsi ilə heç bir ədavəti, düşmənçiliyi və qohumçuluğu yoxdur. X31 H.Əliyev adına Hərbi Liseydə tarix müəllimi işləmiş, onun 6N yaşı olmuşdur. XN da 14 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimidir. 07 dekabr N4cü il tarixdə səhər saatlarında anası Şərəbanu onu yuxudan oyadaraq X31un saat 8-in yarısından bazar gedib qayıtmadığını, ona görə narahat olduğunu deyərək harda olmasını öyrənməsini demişdir. Atasının mobil telefonu evdə qaldığından xatırladığı qədəri ilə ürəyinə damdığı üçünmü, yoxsa məntiqi olaraq atasına nəsə olduğunu düşünüb, əvvəl bazar istiqamətinə getdiyini, orada taksi sürücülərindən yol nəqliyyat hadisəsinin olubolmamasını soruşduğunu, sonra Naxçıvan MR Xəstəxanasına getdiyini, xəstəxanada olan vaxt atasını avtomobil vurduğunu və aldığı xəsarətlərlə Naxçıvan MR Xəstəxanasına daxil olduğunu öyrənmişdir. Həmin vaxt hərbi qulluqçu Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz S3N0 markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobillə atasını vurduğunu bilmişdir. Həmin gün atası XNN MR Xəstəxanasında aldığı xəsarətlərə görə vəfat etmişdir. Atası Naxçıvan şəhər qəbirstanlığında dəfn edilmişdir. X3 ifadəsində hadisəni, anasının, özünün çəkdiyi iztirabı unuda bilmədiyini, anasının səhhətində problem yarandığını, qarşı tərəfin hadisəni “olub keçib” deməsinin ona pis təsir etdiyini, bunu qəbul edə bilmədiyini, qarşı tərəflə hər hansı barışıq əldə edilmədiyini, qarşı tərəfin yasda düzgün iştirak etmədiyini, onun zənni ilə düzgün iştirak etməyin istər yas dövrü, istərsə də yasdan sonra qarşı tərəfin ümumiyyətlə şəxsən onunla əlaqə qurmadığını, üz-üzə danışmadıqlarını, qarşı tərəfə qarşı müsbət fikrinin olmadığını bildirmişdir. N.İsmayılov mülki iddianı müdafiə etdiyini, eyni zamanda baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs bağışlamadığını, ona ən ağır cəzanın verilməsini xahiş etmişdir. Daha sonra məhkəmə çıxışları zamanı N.İsmayılov qarşı tərəflə məhkəmədən kənar razılığa gəldiklərini, belə ki, Təqsirləndirilən şəxs atası tərəfindən ona maddi ziyan olaraq 15000 (on beş min) manat pul ödənildiyindən mülki iddiadan imtina etdiyini, təqsirləndirilən şəxslə barışdığını, hal-hazırda ondan hər hansı bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək, mülki iddia üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq dövründə verdiyim ifadəsini təsdiq edərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Yol nəqliyyat hadisəsi nəticəsində ölən şəxs X13 və Mercedes Benz S3N0 minik markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tanımır, onlarla heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Naz Lifan markalı **-TA-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərir. Hadisə baş verən gün də səhər tezdən evdən çıxıb Cahan Ticarət Mərkəzinin qarşısında taksilərin dayanacağında öz avtomobilində oturub müştəri gözlədiyi zaman tappıltı səsi eşidib avtomobildən aşağı düşdüyündə Mercedes Benz S3N0 minik markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilin yolda dayandığını, bir nəfər piyadanın vurulduğunu, piyadanın yaralı olduğunu və başının qanadığını, piyadanın vuran avtomobilin sürücüsünün həyəcandan əllərinin əsdiyini görmüşdür. Ona kömək edərək yaralı piyadanı Mercedes Benz S3N0 minik markalı, **-BL- *** dövlət nömrə nişanlı avtomobilə mindirmişdir. Sürücü arxada oturmuş, yaralı piyada nəfəs alıb verirdi. Sükan arxasına keçib avtomobili idarə edərək piyadanı təcili svetaforun işığını gözləmədən N-3 dəqiqəyə saat 8-yə qalmış xəstəxanaya çatmışlar. Həmin saatda hava azca işıqlanmış olmuş, sedyəyə qoyana qədər yaralı sağ imiş, zarıyırmış. Həmçinin Şahid ifadəsində bildirmişdir ki, avtomobildə üzü yuxarı oturduğu üçün hadisənin baş vermə anını görməmiş, hadisə baş verən yerdə tormoz izinin qalıbqalmamasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisənin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən Cahan Ticarət Mərkəzinin qarşısındakı avtomobil yolunda, yaşayış məntəqəsində baş vermişdir, Hadisə yeri küçə işıqları ilə işıqlandırılmışdır, yolun hərəkət hissəsi düzdür, asfaltbetondur və qurudur. Hadisə olan yerdə piyada keçidi yoxdur, həmin yolda avtomobillərin və piyadaların hərəkətləri svetoforla nizamlanmır. Yol birtətəfli avtomobil yoludur, bir tərəfli yolda iki istiqamət mövcuddur, yol örtüyünün hər iki istiqaməti üçün ümumi eni N8.60 metrdir, avtomobilin hərəkət etdiyi yolun hissəsinin eni 14.30 metr, hərəkət zolağının eni isə 4.40 metrdir. Naxçıvan şəhəri Ə.Əliyev küçəsindəki yolun hərəkət zolaqlarının sayı 6-dır. X34 S3N0 minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında, orta zolaqda baş vermişdir. Avtomobilin dayandığı yerdən piyadanın düşdüyü yerə qədər məsafə 8,1 metrdir, yolun orta zolağından sol zolağına tərəf 1N,70 metr uzunluğunda görünən tormozlama izi mövcuddur. (i.v İ cild 5-8). “Video görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında” xx.xx.N4-cü il tarixli protokol və kompakt diskdəki görüntüdən aydın olur ki, yaddaş diskində bir video görüntü və dörd ədəd fotoşəkil var. Video görüntülərə baxış zamanı müəyyən edilir ki, bir nəfər şəxs yolu soldan sağa keçir, həmin şəxs qoşa xətti keçir, orta zolağa yaxınlaşır, əks istiqamətli yoldan orta zolaqla avtomobil gəlir, həmin avtomobilin işıqları parlayır. Orta zolaqla gələn avtomobil yolu keçən piyadanı öz zolağında orta zolaqda vurur, piyada göyə qalxır və yerə düşür. Avtomobil sola isyiqamətlənir və sol zolaqda dayanır. Ondan sonra həmin hadisə yerinə ətrafda olan şəxslər gəlib kömək edirlər (i.v İ cild 88-89). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş yol-nəqliyyat hadisəsinin törədilmə yeri, vaxtı və şəraiti, o cümlədən yol nəqliyyat hadisəsinin baş verdiyi ərazinin yaşayış məntəqəsi olması, hadisənin qəsdən törədilməməsi, sürücü Təqsirləndirilən şəxs hadisə yerindən qaçmaması və.s kimi hallar öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 “Meyitin məhkəmə-tibbi ekspertizası”na dair N0 dekabr N4-cü il tarixli, 83 №-li rəyindən görünür ki, X1n məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində -“burunda iki ədəd yara, sağ göz ətrafında hematoma, hematoma üzərində yara, alının sağ yarısında əzilmiş yara, sağ gicgah nahiyəsində yara, təpə nahiyəsinin sağ yarısında iki ədəd yaralar, sağ gicgah təpə nahiyəsində yara, sağ əlin İİ barmağında hematoma, sol baldırında sıyrıq, sol diz oynağında yara, sağ ayaqüstü nahiyədə yara, sağ qalçatini nahiyəsində yara, başın dəri altı yumuşaq toxuması altına, sol təpə gicgah və ənsə nahiyəsində qansızma, gicgah nahiyəsinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınıqları, beyin toxumasının əzilməsi və qansızması” xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlərin həyati olub hər hansı bir güclü küt alətin təsirindən törəndiyi, xəsarətlərin yetirilmə müddətinin meyitin müayinə gününə (07 dekabr N4-cü il tarixə) uyğun gəldiyi, göstərilən xəsarətlərin avtomobil qəzası nəticəsində törənməyə xarakterik olduğu, dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır dərəcəli zərər vurmaya aid olduğu və X7 ölümü ilə nəticələndiyi, onun ölümünə səbəbin avtoqəza nəticəsində almış olduğu xəsarətlər hesabına baş beyin toxumasına əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq sınığı olduğu, ölümün müddətinin meyitin müayinə gününə uyğun olduğu göstərilmişdir. (i.v İ cild 80-87). “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” xx.xx.N4-cü il tarixli qərardan görünür ki, hadisə nəticəsində ölmüş piyada X16 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında” xx.xx.N4-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X1n övladı X17 onun hüquqi varisi qismində tanınmışdır (i.v İ cild 38). Məhkəmə hesab edir ki, bu sübutlarla cinayət işi üzrə mərhum zərərçəkmiş şəxsin və onun yaxın qohumu olan hüquqi varisinin kimliyi, zərərçəkmiş şəxs X1n ölümü və onun ölümü ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası”nın N7 yanvar N5-ci il tarixli, 45 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən göstərilən vəziyyətdə Mercedes Benz S3N0 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X3N” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanı olmuşdur (i.v İ cild 117-119). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs tərəfindən «X3N» Qanunun tələblərinin pozulması və bu pozuntunun konkret nədə ifadə olunması, baş vermiş hadisənin qarşısını almağa onun texniki cəhətdən imkanının olması öz təsdiqini tapır. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 11 dekabr N4-cü il tarixli protokoldan görünür ki, avtomobilə baxış zamanı “Mercedes Benz S3N0” markalı, **-BL-*** dövlət qeydiyat nişanlı avtomobilin sol farası, kapotun sol ön hissəsi, ön şüşəsinin sol tərəfi və sol qanadın ön hissəsi əzilmiş, ümumilikdə isə avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur (i.v İ cild 33-34). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş cinayət hadisəsinin predmetinin məhz “Mercedes Benz S3N0” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil olması və onun texniki vəziyyəti ilə bağlı məlumatlar öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N5-cü il tarixli, 18-1-9N-1/187/N5 №-li cavab məktubundan görünür ki, X16 xx.xx.N4-cü il tarixdə saat 09:00 radələrində “Açıq kəllə beyin zədələnməsi ağır dərəcəli beyin əzilməsi beyin koması İİİ-İV dərəcə” diaqnozu ilə Xəstəxananın reanimasiya şöbəsinə daxil olmuş və həmin gün saat 09:N0 radələrində şöbədə vəfat etmişdir (i.v İİ cild 57-61). Azərbaycan Respublikası Naxçıvan MR X5 Birliyi phş Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.N5-cü il tarixli məktubunda göstərilmiş mərhumun xəstəxanaya çatdırılma və ölməsi saatlarında olan anlaşılmazlığı, saat fərqlərini aydınlaşdırmaq üçün məhkəmə tərəfindən dəqiqləşdirilmə aparılmış, verilən suallara cavab olaraq təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs bir daha qeyd etmişdir ki, hadisə saat 07:35 də baş vermiş, 07:44-də xəstəxanaya çatmışlar, saat 07:45-də isə xəstəxana polisi hadisə barədə Şöbəyə məlumat vermişdir. Bu faktı şahid qismində dindirilmiş Şahid ifadəsində də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, bu sübutlarla zərərçəkmiş şəxsin tibb müəssisəsinə çatdırılması vaxtı və onun vəfat etmə vaxtı kimi hallar öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası DİN DYP QİTBŞ tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.N4-cü il olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, buraxılış ili 1998-ci il olan “Mersedes Benz” markalı, S3N0 model, Sedan tipli **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9r (i.v İ cild NN). “AE 863537” nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük vəsiqəsi vardır, vəsiqə xx.xx.N6-cı il tarixədək etibarlıdır (i.v İ cild NN). “ƏN-Vİİ 186808” nömrəli, xx.xx.N4-cü il tarixli etibarnamənin surətindən görünür ki, Yasinov X19 Benz S3N0 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir və etibarnamə xx.xx.N6-cı il tarixədək qüvvədədir (i.v İ cild N4). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş cinayət hadisəsinin predmeti olan Mercedes Benz S3N0 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Təqsirləndirilən şəxs məxsus olmaması, sürücü Təqsirləndirilən şəxs sürücülük hüququnun olması, o cümlədən onun həmin avtomobili etibarnamə əsasında idarə etməsi kimi hallar öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin yoxlanılması ilə bağlı xx.xx.N4-cü il tarixdə saat 10:53-də cihazdan alınmış çıxarışdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır (i.v İ cild N1). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı nəqliyyat vasitəsini sərxoş halda idarə etməməsi öz təsdiqini tapır. “Avtomobilin maddi sübut kimi tanınması haqqında” 19 fevral N5-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” N0 fevral N5-ci il tarixli qərarlardan görünür ki, X6 məxsus olan və hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz S3N0 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Naxçıvan Şəhər Polis İdarəsinə məsul saxlanca verilmişdir (i.v İ cild 17N). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş cinayət hadisəsinin predmeti olan Mercedes Benz S3N0 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və qəza anına aid olan video görüntülərin cinayət işi üzrə maddi sübut kimi tanınması, Mercedes Benz S3N0 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin məsul saxlanca verilməsi, qəza anına aid olan video görüntülərin isə cinayət işinin materiallarına əlavə edilməsi öz təsdiqini tapır. Müvafiq sorğu əsasında Azərbaycan Respublikası DİN Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X36 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 04 aprel N5-ci il tarixli, 3-13-43-14/N-856/N5 №-li məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N017-ci il, xx.xx.N4-cü il, xx.xx.N4cü il və xx.xx.N4-cü il tarixlərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N9.3-cü maddəsi ilə (İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə), xx.xx.N018-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 3N7.N-ci maddəsi ilə (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə), xx.xx.N0-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 3N7.1-ci maddəsi ilə (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X3N” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə), xx.xx.N1-ci il, xx.xx.NN-ci il, xx.xx.NN-ci il, xx.xx.N3-cü il, xx.xx.N3-cü il və xx.xx.N3-cü il tarixlərdə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə (Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “X3N” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə), xx.xx.N4-cü il tarixdə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N9.1-ci maddəsi ilə (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) inzibati məsuliyyətə cəlb edilmiş, Təqsirləndirilən şəxs inzibati icraat qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmişdir (i.v İİ cild 6N-78). Məhkəmə hesab edir ki, bu sübutlarla sürücü Təqsirləndirilən şəxs əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən onun inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsi öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.N4-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 5N). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs məhkumluğunun olmaması və ona residivə görə cəza təyin etmək üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissə komandirinin N iyul N1-ci il tarixli, 154 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, XN6 Komandanının birinci müavini-qərargah rəisinin 17 iyul N1-ci il tarixli, 0115 əç №-li əmri ilə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 1-ci bölüyün, 1-ci qrupunun kəşfiyyatçı-istehkamçısı vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən (Culfa rayonu) gəlmiş hesab edilərək N iyul N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlar qoyularaq vəzifələrinin icrasına başlamışdır (i.v İ cild 100). N №-li hərbi hissə komandirinin N dekabr N4-cü il tarixli, N96 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə müvafiq olaraq MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının kəşfiyyatçı-istehkamçısı vəzifəsinə təyin edilmişdir (i.v İ cild 193). Məhkəmə hesab edir ki, bu sübutla hadisə zamanı sürücü Təqsirləndirilən şəxs hərbi qulluqçu olması öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən, o cümlədən Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxs MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs xidmət və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (İ.v İ cild 105, 109). Məhkəmə hesab edir ki, bu sübutlarla sürücü Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallar öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X14 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış müvafiq olaraq xx.xx.N4-cü il tarixli, N3N6 №-li cavab məktubundan görünür ki, Naxçıvan şəhər Tumbul kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisələrində psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatı olmamışıdır (i.v İ cild 63). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N5-ci il tarixli 36 və 37 №-li arayışlardan, o cümlədən AZ-V 041788 №-li doğum haqqında şəhadətnamənin surətindən, o cümlədən EMİS-dən əldə edilmiş məlumatdan görünür ki, təqsirləndirilən şəxs Yasinov XN0 şəhəri, Tumbul Ərazi Dairəsi Tumbul kəndi, 4-cü küçə, döngə-1, ev 6 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və onun ailə üzvləri: 1997-ci il təvəllüdlü həyat yoldaşı X10, N0-ci il təvəllüdlü oğlu X18, N4-cü il təvəllüdlü oğlu X15 ibarətdir (i.v İ cild 103-108, İİ cild 89-9N). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs rəsmi nikahda olması, himayəsində iki azyaşlı uşağının olması kimi hallar öz təsdiqini tapır. “Qətimkan tədbirinin dəyişdirilməsinə haqqında” 19 fevral N5-ci il tarixli qərardan görünür ki, N7 yanvar N5-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri 19 fevral N5-ci il tarixdə dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir (i.v İ cild 166). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən Təqsirləndirilən şəxs qarşı pul tələbi barədə verilmiş iddia ərizəsindən görünür ki, o, baş vermiş cinayət hadisəsi nəticəsində atasının ölümü ilə əlaqədar olaraq ona vurulmuş maddi və mənəvi ziyanın əvəzi olaraq ümumilikdə 75390 manat məbləğində pulun (N5390 manat maddi, 50000 manat mənəvi ziyan) cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir (i.v İİ cild NN-N5). Zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq olunmuş xx.xx.N5-ci il tarixli ərizədən görünür ki, o, mülki iddiası ilə əlaqədar olaraq təqsirləndirilən şəxslə məhkəmədən kənar öz aralarında razılaşmış, təqsirləndirilən şəxsin atası Yasinov Elnur Yasin oğlu tərəfindən ona maddi ziyan olaraq 15000 manat məbləğində pul ödənilmişdir. Bu səbəbdən də, o, cinayət işi üzrə verdiyi mülki iddiasından imtina edir və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur (i.v İİ cild 100, 107). Məhkəmə hesab edir ki, bu sübutlarla cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən mülki iddianın verilməsi, cinayət işinin sonrakı gedişatı dövründə tərəflərin məhkəmədən kənar barışması, mülki iddiaçının iddiasından imtina etməsi kimi hallar öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında dindirilmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə onun öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin N63.N-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “X3N” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin N-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “X3N” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “X3N” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin N-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. “X3N” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Yasinov XN4 Nazirliyinin Babək rayonu Vayxır kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci bölüyünün 1-ci qrupunun kəşfiyyatçı-istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 07 dekabr N4-cü il tarixdə saat 07:35-də sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi, Babək rayon Şəkərabad kənd sakini X6 məxsus “Mercedes Benz S3N0” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasından ibarət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.Nci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti mövcud olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozması və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.1N və 59.Nci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs himayəsində N (iki) azyaşlı uşağının olmasını, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, xidmət və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, mərhum zərərçəkmiş şəxsin yaxın qohumu (oğlu) olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət işi üzrə hüquqi varis tərəfindən verilmiş mülki iddia ilə bağlı hüquqi varislə razılığa gələrək, barışıq əldə etdiyini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin məhkəmə istintaqı dövründə verdiyi ifadəsi, Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N5-ci il tarixli 36 və 37 №-li arayışlar, o cümlədən AZ-V 041788 №-li doğum haqqında şəhadətnamənin surəti və EMİS-dən əldə edilmiş məlumat, zərərçəkmiş şəxsin yaxın qohumu (oğlu) olan hüquqi varisinin məhkəməyə ünvanlandığı xx.xx.N5-ci il tarixli və xx.xx.N5-ci il tarixli ərizələri ilə öz təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxsin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi müvafiq tibb məntəqəsinə çatdırması ilə bağlı halı iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N003-cü il tarixli 4 №-li qərarının 5-1-ci bəndində göstərilmişdir ki, CM-nin 59.1.11-ci maddəsinin mənasına görə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardımın göstərilməsi o halda qeyd edilən maddədə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməklə təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsinin tətbiqi üçün əsas ola bilər ki, belə yardım zərərçəkmişin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına səbəb olsun. Lakin cinayət işi materiallarından da göründüyü kimi, hadisə xx.xx.N4-cü il tarixdə saat 07:35 də baş vermiş, zərəçəkmiş şəxs avtomobil onu vurduğu andan sonra özündə olmamış, sadəcə nəfəs alıb-vermiş, sedyəyə qoyulduğu vaxtda zarımış, qısa müddət sonra da aparıldığı tibb müəssisəsində vəfat etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi müvafiq tibb məntəqəsinə çatdırması ilə bağlı hal zərərçəkmişin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması ilə nəticələnmədiyindən, bu hal iş üzrə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr N013-cü il tarixli 5 saylı qərarının N1-ci bəndində göstərilmişdir ki, .........Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə real çəkilməli olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 346.1.14-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirkar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəzanın təyin edilməsinin zəruri olub-olmadığı ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, təqsirkar Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı bu cəza növü də təqsirli bilindiyi maddənin sanksiyası həddində əlavə cəza kimi təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəzanın (azadlıqdan məhrum etmə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının N3-cü bəndində göstərilir ki, maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 6N-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin N63.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza ilə yanaşı təyin edilməsi məcburi olan əlavə cəzanın da təqsirkar şəxsə təyin edilməsi, istər “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr N013-cü il tarixli 5 saylı qərarının tələbləri baxımından, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının tələbləri baxımından yol veriləndir. Məhkəmə hesab edir ki, yalnız bu halda təqsirkar Təqsirləndirilən şəxs islah olunmasına və Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cəzların İcrası Məcəlləsinin 67.N-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə CPM-nin 346.1.N0-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məsələyə də baxaraq, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanının 19 fevral N5-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr N013-cü il tarixli 5 saylı qərarının N3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.N-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirkar barəsində təyin olunacaq əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 13N, 346 və 353-cü maddələrinin tələbləri baxımından maddi sübutlarla bağlı məsələnin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Naxçıvan Şəhər Polis İdarəsinə məsul saxlanca verilmiş və X6 məxsus “Mercedes Benz S3N0” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil, o cümlədən iş materiallarına əlavə edilmiş X6 məxsus “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” hökm qanuni qüvvəyə mindikdən sonra X6 qaytarılmalıdır. Həmçinin cinayət işinin iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus AE 863537 nömrəli sürücülük vəsiqəsinin əsli, o cümlədən ƏN-Vİİ 186808 nömrəli, xx.xx.N4-cü il tarixli etibarnamə təqsirkara təyin ediləcək əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə hökm qanuni qüvvəyə mindikdən sonra onun əsas cəzasını icra edən müəssisəyə göndərilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X17 tərəfindən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı verilmiş mənəvi ziyanla bağlı 50000 (əlli min) manat, maddi zərərlə bağlı N5390 (iyirmi beş min üç yüz doxsan) manat, ümumilikdə 75390 (yetmiş beş min üç yüz doxsan) manat məbləğində pul tələbi barədə mülki iddia üzrə icraata zərərcəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) məhkəməyə təqdim etdiyi xx.xx.N5-ci il tarixli ərizəsi nəzərə alınmaqla xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıların iddia tələblərindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 186.N-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan və “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası” üzrə aparılmış tədqiqatın dəyərindən ibarətdir. Belə ki, cinayət işi üzrə 17 mart N5-ci il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmiş, onun məhkəmədə hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq N5 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N75 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilməlidir. Həmçinin iş üzrə “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası” nın keçirilməsi üçün-80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:14N330, Büdcə səviyyəsinin kodu:N, Adı: XN7 MR İdarəsi, Kodu:50N906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZN1, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZN1NABZ********************) köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirkar Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə təqsirli bilinərək N (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddiaçının (zərərçəkmiş şəxsin hüquqi varisinin) iddiadan imtinası qəbul edilsin və cinayət işi üzrə mülki iddia ilə bağlı icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınaraq Naxçıvan Şəhər Polis İdarəsinə məsul saxlanca verilmiş və X6 məxsus “Mercedes Benz S3N0” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil, o cümlədən iş materiallarına əlavə edilmiş X6 məxsus “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” hökm qanuni qüvvəyə mindikdən sonra X6 qaytarılsın. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus AE 863537 nömrəli sürücülük vəsiqəsinin əsli, o cümlədən ƏN-Vİİ 186808 nömrəli, xx.xx.N4-cü il tarixli etibarnamə Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə hökm qanuni qüvvəyə mindikdən sonra onun əsas cəzasını icra edən müəssisəyə göndərilsin. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N75 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilsin. İş üzrə “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci- 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 14N330, Büdcə səviyyəsinin kodu: N, Adı: XN7 MR İdarəsi, Kodu: 50N906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SFİFT BİK:NAXCAZN1, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZN1NABZ********************) köçürülsün. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-22/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-22/2025
07.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver