Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-23/2021 12.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X5 oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx N992-ci ildə Ordubad rayonunun Parağa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Ordubad rayonunun Parağa kəndində daimi qeydiyyatda olan, N nömrəli hərbi hissənin 2-ci tank bölüyünün, N-cü tank taqımının, N-ci heyətinin baş mexanik-sürücüsü vəzifəsində xidmət edən, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN0.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs rütbəcə ona rəis hesab olunan gizir Zərərçəkmiş şəxs hərbi xidmət üzrə öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar olaraq ona qarşı zorakı hərəkətlər etməklə sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Culfa şəhərində yerləşən N nömrəli hərbi hissənin 2-ci tank bölüyünün, N-cü tank taqımının, N-ci heyətinin baş mexanik-sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən 26 iyul 202N-ci il tarixdə, saat NN radələrində N nömrəli hərbi hissənin avtomobil parkının ərazisində olan, N nömrəli hərbi hissəyə məxsus əşya otağının qarşısında gizir Zərərçəkmiş şəxs ona maddi təlim yeşiklərini əşya otağına yığmağa kömək etməsini dedikdə o kömək etmədiyi üçün aralarında yaranmış mübahisə zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsində göstərilən “Tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır, tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar” və N8-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozub rütbəcə ona rəis hesab olunan Zərərçəkmiş şəxs kitelinin yaxasından tutub dartışdırmış, onlar aralaşdırıldıqdan sonra yenidən mübahisəni davam etdirərək Zərərçəkmiş şəxs kitelinin yaxasından tutub burun nahiyəsindən yumruq zərbəsi vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan ağırlıq dərəcəsinə görə yüngül zərər vurmaya aid “burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı” xəsarətini yetirməklə hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar rəisə qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN0.N-ci maddəsi ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, o, gizir Zərərçəkmiş şəxs hərbi xidmət müddətində görüb tanımış, rütbəcə ona rəis hesab olunur, onunla qohumluq münasibəti və ədavəti yoxdur. 26 iyul 202N-ci ildə saat N0:N0 radələrində hərbi hissədə şəxsi heyətə və maddi təlim bazalarına sıra baxışı keçirildikdən sonra baş leytenant Şahid4 şəxsi heyətə sıra baxışına çıxarılmış maddi təlim yeşiklərini və əşya kisələrini götürüb avtomobil parkının ərazisində yerləşən əşya otağına aparmağı tapşırmış, bölükdə olan bir neçə hərbi qulluqçu ilə birlikdə maddi təlim yeşiklərini və əşya kisələrini götürərək avtomobil parkının ərazisinə getmiş, həmin vaxt gizir Zərərçəkmiş şəxs, MAHHXHQ-larla birlikdə təlim yeşiklərini götürərək avtomobil parkının ərazisində olan əşya otağının qarşısına gəlmiş, o, gizir Zərərçəkmiş şəxs, ŞahidN, Şahid2, ŞahidN və baş leytenant Şahid4 əşya otağının qarşısında gözləmiş, digərləri isə əşya kisələrini parkın ərazisində olan kunqa yığmağa getmiş, əşya otağının qapısı bağlı olduğundan baş leytenant Şahid4 kiməsə zəng vurub açarı gətirməsini dedikdən sonra şəxsi heyətə açar gələnə qədər əşya otağının yanındakı kölgəlikdə gözləmələrini tapşırmış, bir az sonra kim olduğunu bilmədiyi bir əsgər əşya otağının açarını gətirib Şahid4 verərək oradan getmiş, Şahid4 qapını açdıqdan sonra şəxsi heyətə könüllü şəkildə yeşikləri içəri yığmağı tapşırmış, təxminən saat NN radələrində ŞahidN, Şahid2 və Şahid4 əşya otağına girmişlər, Zərərçəkmiş şəxs, ŞahidN və o isə çöldə olmuş, bu vaxt Zərərçəkmiş şəxs ona yeşikləri yığmağa kömək etməsini demiş, o da əgər köməyə ehtiyac olsa ona deyəcəklərini, kömək edəcəyini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs onun üzərinə qışqıraraq kobud şəkildə kömək etməsini demiş, bu vaxt bir az əsəbi olduğundan onun bu sözündən qıcıqlanıb o nə sözdür mənə deyirsən deyərək onun kitelinin boğaz hissəsindən yapışmış, Zərərçəkmiş şəxs də onun kitelinin boğaz hissəsindən yapışmış, dartışmağa başlamışlar, orada olan ŞahidN onların arasına girib aralaşdırmış, hər ikisi kənara çəkilmiş, bir neçə dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs “səninlə sonra söhbət edəcəyik” demiş, Zərərçəkmiş şəxs də ona “sən mənimlə nə söhbət edəcəksən? sözün varsa indi de” demiş, bundan sonra aralarında yenidən mübahisə yaranmış, bir-birilərinin yaxasından yapışaraq dartışmağa başlamışlar, bundan sonra o sağ əli ilə Zərərçəkmiş şəxs burun nahiyəsindən bir yumruq zərbəsi vurmuş, onun burnu qanamağa başlamış, orada olan ŞahidN və Şahid2 onları aralaşdırmışlar. Təqsirləndirilən şəxs hadisədən sonra gizir Zərərçəkmiş şəxs üzr istədiyini, etdiyi əmələ görə peşman olduğunu, gizir Zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və eləcə də məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş gizir Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs hərbi xidmət müddətində görüb, tanımış, rütbəcə ona rəis hesab olunur. 26 iyul 202N-ci ildə saat N radələrində N nömrəli həbi hissədə şəxsi heyətin sıra baxışı keçirilmiş, sıra baxışı zamanı eyni zamanda bölüklərin maddi təlim bazalarına da baxış keçirilmiş, təxminən saat N0:N0 radələrində sıra baxışı bitdikdən sonra bir neçə hərbi qulluqçu ilə birlikdə təlim yeşiklərini götürərək avtomobil parkının ərazisində olan əşya otağının qarşısına gəlmiş, əşya otağının qapısı bağlı olduğundan baş leytenant Şahid4 yeşikləri otağın qarşısına qoymağı, əşya otağının açarı gətirilənə qədər şəxsi heyətə həmin yerin yanındakı kölgəlikdə gözləməsini demiş, MAHHXHQ-lar Təqsirləndirilən şəxs, ŞahidN, ŞahidN, Şahid2 və baş leytenant Şahid4 əşya otağının yanında olan kölgəlikdə gözləmiş, digər hərbi qulluqçular isə təxminən 200 metr kənarda olan kunqun yanına gedib, orada olan əşya kisələrini həmin kunqa yığmış, bir az sonra kim olduğunu bilmədiyi bir əsgər əşya otağının açarını gətirib Şahid4 verib getmiş, Şahid4 əşya otağının qapısını açaraq könüllü olaraq hər taqımdan iki nəfərin təlim yeşiklərini götürüb içəri yığmasını tapşırmış, Təqsirləndirilən şəxs və ondan başqa hamı təlim yeşiklərini içəri yığmağa başlamış, təxminən saat NN radələrində, Təqsirləndirilən şəxs yeşikləri içəri yığmağa kömək etməsini demiş, Təqsirləndirilən şəxs köməyə ehtiyac olarsa onu çağıracaqlarını bildirmiş, Təqsirləndirilən şəxs kömək etməməsinə əsəbləşərək kobud şəkildə kömək etməsini demiş, Təqsirləndirilən şəxs da onun üzərinə yeriyib əli ilə kitelinin boğaz nahiyəsindən tutmuş, o da Təqsirləndirilən şəxs kitelinin boğaz nahiyəsindən tutmuş, onu özündən kənara itələməyə çalışmış, orada olan ŞahidN təz gəlib onları aralaşdırmış, Təqsirləndirilən şəxs kənara çəkmiş, bir neçə dəqiqə sonra əşya otağındakı iş bitdiyindən şəxsi heyətin düzülməsi və taqım komandiri Şahid4 gəlib şəxsi heyəti hərbi hissəyə aparması üçün komanda vermiş, bu zaman Təqsirləndirilən şəxs ona “sənlə daha sonra söhbət edəcəm” demiş, o da Təqsirləndirilən şəxs “sən mənimlə nə söhbət edəssən? sözün varsa gəl indi de” demiş, Təqsirləndirilən şəxs onun üzərinə gələrək kitelinin yaxasından tutub burun nahiyəsindən bir yumruq zərbəsi vurmuş, həmin zərbənin təsirindən burnu qanamağa başlamış, Təqsirləndirilən şəxs onun burun nahiyəsindən yumruq zərbəsi vurduğu üçün burun sümüyünün qapalı, yerdəyişməyən sınığı xəsarətini almışdır. Həmçinin Gizir Zərərçəkmiş şəxs verdiyi ifadəsində hadisədən dərhal sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onunla barışdığını, hal-hazırda ona qarşı heç bir şikayət və tələbinin olmadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində N №-li hərbi hissənin N-cü tank bölüyünün N-ci tank taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət etdiyini, gizir Zərərçəkmiş şəxs və MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissədə xidmət etdiyi müddətdə görüb tanıdığını bildirmiş, həmçinin qeyd etmişdir ki, 26 iyul 202N-ci ildə N №-li hərbi hissədə sıra baxışı keçirilmiş, sıra baxışı zamanı bölüklərin şəxsi heyəti və maddi təlim bazaları yoxlanıldıqdan sonra təxminən saat N0:N0 radələrində hərbi hissə komandiri polkovnikleytenant Aftandil Hüseynov bölük komandirlərinə əşya əmlakı hərbi hissənin avtomobil parkında yerləşən əşya otağına göndərilməsi barədə komanda vermiş, xidmət etdiyi bölüyün komandiri baş leytenant Fazil Fazilli toplantıda olduğundan bölük komandirinin vəzifələrini o, icra etmiş, bu səbəbdən də bölmənin şəxsi heyətinə maddi təlim bazalarını avtomobil parkına aparmalarını tapşırmış, şəxsi heyət maddi təlim bazalarını götürüb parkın ərazisinə gəlmiş, şəxsi heyətə özü başçılıq etmiş, əşya otağının qapısını açaraq şəxsi heyətə təlim yeşiklərini içəri yığmalarını tapşırmış, özü əşya otağının içərisinə girmiş, təlim yeşiklərini səliqə ilə yığılmasına nəzarət etmiş, təxminən saat NN radələrində çöldə nəsə səs-küy olduğunu eşitmiş, bir-iki dəqiqə sonra MAHHXHQ-su ŞahidN əşya otağına daxil olub ona gizir Zərərçəkmiş şəxslə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs dalaşdıqlarını demiş, tez çölə çıxmış, həmin vaxt Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralaşdırıldıqlarını, mübahisələrinin bitdiyini, lakin Zərərçəkmiş şəxs burnunun qanadığını görmüş, nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təlim yeşiklərini içəri yığmağa kömək etməsini deməsi səbəbindən aralarında mübahisə olduğunun və Təqsirləndirilən şəxs onun burun nahiyəsindən bir yumruq zərbəsi vurduğunu demiş, bundan sonra şəxsi heyəti düzüb hərbi hissəyə aparmış, baş verənlər barədə hərbi hissə komandirinə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN ifadəsində MAHHXHQ-su kimi N №-li hərbi hissənin 2-ci tank bölüyünün N-cü tank taqımının 2-ci heyətinin tuşlayıcıoperatoru vəzifəsində xidmət etdiyini, gizir Zərərçəkmiş şəxs və MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs hərbi xidmət müddətində görüb tanıdığını bildirmiş, həmçinin qeyd etmişdir ki, 26 iyul 202N-ci ildə saat N radələrində xidmət etdiyi hərbi hissədə şəxsi heyətə və bölüklərin maddi təlim bazalarına sıra baxışı keçirilmiş, təxminən saat N0:N0 radələrində sıra baxışı bitdikdən sonra baş leytenant Şahid4 şəxsi heyətə təlim yeşiklərini götürərək əşya otağına aparmasını tapşırmış, bir neçə hərbi qulluqçu ilə birlikdə təlim yeşiklərini götürərək avtomobil parkının ərazisində olan əşya otağının qarşısına gəlmiş, həmin vaxt gizir Zərərçəkmiş şəxs və MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs da onlarla birlikdə gəlmiş, əşya otağının qarşısına gəldikdə qapı bağlı olduğundan baş leytenant Şahid4 yeşikləri yerə qoyub kölgəyə keçmələrini tapşıraraq kiməsə zəng vurub əşya otağının açaranı gətirməsini demiş, bir az sonra bir əsgər əşya otağının açarını gətirmiş, bundan sonra Şahid4 əşya otağının qapısını açıb şəxsi heyətə təlim yeşiklərini götürüb içəri yığmalarını tapşırmış, şəxsi heyət təlim yeşiklərini əşya otağına yığmağa başlamış, o da əşya otağına keçib yeşikləri içəri yığmağa kömək etmiş, o, baş leytenant Şahid4, MAHHXHQ-su əsgər Şahid2 əşya otağının içərisində, gizir Zərərçəkmiş şəxs, MAHHXHQsu əsgər Təqsirləndirilən şəxs və MAHHXHQ-su əsgər ŞahidN çöldə olmuş, həmin vaxt o, içəridə təlim yeşiklərinin komplektliyini yoxlamış, təxminən saat NN radələrində çöldə səsküy olduğunu eşitmiş, nə baş verdiyini öyrənmək üçün çölə çıxanda gizir Zərərçəkmiş şəxs və MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs bir-birilərinin yaxasından tutub dartışdıqlarını, MAHHXHQ-su əsgər ŞahidN onları aralaşdırmağa çalışdığını görmüş, qaçaraq onların yanına gedib onları aralaşıdırmağa kömək etmiş, ŞahidN Təqsirləndirilən şəxs, o isə Zərərçəkmiş şəxs tutub kənara çəkmiş, Zərərçəkmiş şəxs burnunu tutduğundan Təqsirləndirilən şəxs onun burnundan vurduğunu başa düşmüş, sonradan Zərərçəkmiş şəxs nə baş verdiyini soruşanda o, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs onun burun nahiyəsindən bir yumruq zərbəsi vuraraq ona xəsarət yetirdiyini demişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən ŞahidN Xavvər oğlunun ibtidai istintaq zamanı vermiş olduğu, məhkəmə istintaqında elan olunaraq, tədqiq edilmiş ifadələrindən görünür ki, o, gizir Zərərçəkmiş şəxs və MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs hərbi xidmət müddətində görüb tanımış, onlarla qohumluq münasibəti və ədavəti olmamışdır. 26 iyul 202N-ci ildə saat N radələrində hərbi hissə komandiri polkovnikleytenant Aftandil Hüseynov şəxsi heyətin və bölüklərin maddi təlim bazalarına sıra baxışı keçirmiş, təxminən saat N0:N0 radələrində sıra baxışı bitdikdən sonra baş leytenant Şahid4 şəxsi heyətə təlim yeşiklərini götürməsini və avtomobil parkının ərazisində yerləşən əşya otağına aparmasını tapşırmış, bir neçə hərbi qulluqçu ilə birlikdə təlim yeşiklərini götürərək avtomobil parkının ərazisində olan əşya otağının qarşısına gəlmiş, qapı bağlı olduğundan Şahid4 yeşikləri yerə qoyub kölgəyə keçmələrini tapşırmış, kiməsə zəng vurub əşya otağının açaranı gətirməsini demiş, bir az sonra tanımadığı bir əsgər əşya otağının açarını gətirmiş, Şahid4 əşya otağının qapısını açıb şəxsi heyətə könüllü olaraq təlim yeşiklərini götürüb içəri yığmasını tapşırmış, şəxsi heyət təlim yeşiklərini əşya otağına yığmağa başlamış, həmin vaxt təxminən saat NN radələri olmuş, Təqsirləndirilən şəxs əşya otağının yanında olan kölgəlikdə dayanmış, gizir Zərərçəkmiş şəxs ona yeşikləri yığmağa kömək etməsini demiş, Təqsirləndirilən şəxs isə ehtiyac olarsa çağıracaqlarını deyib kömək etməmiş, bu vaxt Zərərçəkmiş şəxs əsəbləşərək “rədd ol get kömək elə” demiş, Təqsirləndirilən şəxs isə ona “ağzının danışığını bil” deyərək onun üzərinə getmiş, Zərərçəkmiş şəxs kitelinin boğaz hissəsindən yapışmış, Zərərçəkmiş şəxs də onun kitelinin boğaz hissəsindən yapışmış, onlar dartışmışlar, onların arasına girib aralaşdırmış, onlar bir-birini buraxaraq kənara çəkilmişlər, təxminən 5 dəqiqə sonra əşya otağındakı işlər bitdiyindən Zərərçəkmiş şəxs şəxsi heyətə düzülməsi üçün komanda vermiş, bu vaxt o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əşya otağından çöldə, digərləri isə əşya otağının içərisində olmuş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yenidən sözlü mübahisə etməyə başlamış, bir az kənarda olduğundan onların bir-birilərinə nə dediklərini eşitməmiş, sonra onlar bir-birilərinin yaxasından tutmuş, bu vaxt Təqsirləndirilən şəxs sağ əlini Zərərçəkmiş şəxs kitelinin yaxasından çəkərək onun burun nahiyəsindən bir yumruq zərbəsi vurmuş, dərhal qaçaraq onları aralaşdırmağa başlamış, Təqsirləndirilən şəxs tutaraq kənara çəkmiş, əşya otağında olan ŞahidN və Şahid2 da çölə çıxaraq onların yanına gəlib Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs aralaşdırmağa kömək etmiş, Zərərçəkmiş şəxs burnu qanamış, o yaxınlıqdakı su krantında burnunu yumuş, o da əşya otağına gedərək baş leytenant Şahid4 baş verənləri demiş, Şahid4 çölə çıxaraq şəxsi heyəti düzüb hərbi hissənin yataqxanasına aparmışdır. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu, məhkəmə istintaqında elan olunaraq, tədqiq edilmiş ifadələrindən görünür ki, o MAHHXHQ-su kimi N nömrəli hərbi hissənin 2-ci tank bölüyünün, N-ci tank taqımının, N-ci heyətinin baş mexanik-sürücüsü vəzifəsində xidmət edir, gizir Zərərçəkmiş şəxs və MAHHXHQ əsgər Təqsirləndirilən şəxs hərbi xidmət müddətində görüb tanımış, onlarla qohumluq münasibətləri və ədavəti olmamışdır. 26 iyul 202N-ci ildə saat N radələrində N №-li hərbi hissənin şəxsi heyətinə və həmin hərbi hissənin bölüklərinin maddi təlim bazalarına sıra baxışı keçirilmiş, sıra baxışı təxminən saat N0:N0 radələrində bitdikdən sonra bölük komandiri əvəzi olan N-ci tank taqım komandiri baş leytenant Şahid4 şəxsi heyətə təlim-yeşiklərini və həmin vaxt sıra baxışına çıxartdıqları əşya kisələrini götürərək hərbi hissənin avtomobil parkına aparmağı, əşya kisələrini orada olan kunqa, təlim yeşiklərini isə əşya otağına qoymağı tapşırdı. O, gizir Zərərçəkmiş şəxs, MAHHXHQ-lar Təqsirləndirilən şəxs, ŞahidN, ŞahidN, Elçin Aslan, Oruc Arzumanov, Valeh Zamanov, gizir Şamil Zeynalov və baş leytenant Şahid4 əşya kisələrini və təlim yeşiklərini götürərək avtomobil parkına gəldiklərini, o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, ŞahidN, ŞahidN və Şahid4 təlim yeşikləri ilə birlikdə əşya otağının qarşısına gəldiklərini, digərləri isə kunqun yanında qalıb əşya kisələrini ora yığdıqlarını, əşya otağının qarşısına gələn zaman oranın qapısı bağlı olduğundan Şahid4 kölgəlikdə gözləmələrini tapşırdığını, bir az sonra tanımadığı bir əsgərin əşya otağının açarını gətirib verib getdiyini, Şahid4 əşya otağının qapısını açaraq təlim yeşiklərini könüllü olaraq içəri yığmağı tapşırdığını, bundan sonra o, ŞahidN və ŞahidN yeşikləri əşya otağına yığmağa başladıqlarını, Şahid4 əşya otağının içərisində olduğunu, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs isə əşya otağından çöldə olduqlarını, ŞahidN də təlim yeşiyini əşya otağına qoyduqdan sonra çölə çıxdığını, Şahid4 və Kənan Hüseynov əşya otağında təlim yeşiklərinin komplektliyini yoxladıqlarını, təxminən saat NN radələrində işi qurtardığından çölə çıxdığını, çölə çıxarkən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birilərinin kitelinin boğaz nahiyəsindən yapışıb dartışdıqlarını gördüyünü, qaçıb onları aralayana qədər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burun nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs bir təpik atdığını, həmin təpiyin Təqsirləndirilən şəxs dəyibdəymədiyini görmədiyini, onun, ŞahidN və oraya sonradan gələn Kənan Hüseynovun onları aralaşdırdığını, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tutub kənara çəkdiklərini, bundan sonra onların mübahisəni davam etdirmədiklərini, Zərərçəkmiş şəxs burnu qanadığını, o yaxınlıqda olan su krantında burnunu yuduğunu, kimsə gedib Şahid4 olanları xəbər verdiyini o çölə çıxıb bizim yanımıza gəldiyini, nə baş verdiyini soruşduğunu, Zərərçəkmiş şəxs ona baş verənləri danışdığını, bundan sonra Şahid4 şəxsi heyəti düzüb hərbi hissəyə apardığını, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hərbi hissə komandirinə təqdim etdiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N24-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş X5 Məhkəmə-Tibbi Ekspertizasının N0 avqust 202N-ci il tarixli N7N №-li ekspert rəyindən belə müəyyən olunur ki, Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - burun sümüyünün qapalı, yerinidəyişməyən sınığı - bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə (xx.xx.202N) və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (i.v İ cild 67). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N5 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N №-li hərbi hissənin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu” kursunu bitirmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin müavini X7 Komandanının xx.xx.2020-ci il tarixli 050 əç №-li əmrinə əsasən 2-ci tank bölüyünün N-cü tank taqımının N-ci heyətinin baş mexanik-sürücüsü vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir (i.v İ cild N2). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş arayışda gizir Zərərçəkmiş şəxs MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs rəis hesab olunduğu göstərilmişdir (i.v İ cild N7). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.202N-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 56). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdən Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edən N nömrəli hərbi hissənin 2-ci tank bölüyünün N-cü tank taqımının N-ci heyətinin baş mexanik-sürücüsü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (i.v İ cild N4). Həmçinin iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ordubad rayon Parağa kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş N №-li hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.202N-ci il tarixli, N964 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs sağlam olmaqla, hərbi xidmətə yararlıdır (i.v İ cild 64). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ordubad rayon Parağa kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli 44 və 45 nömrəli arayışlardan görünür ki, Xıdırov X6 rayon Parağa kəndində qeydiyyatda olmaqla yaşayır və onun himayəsində olan ailə üzləri N999-cu il təvəllüdlü arvadı XN, 20N8-ci il təvəllüdlü qızı X2 və 2020-ci il təvəllüdlü oğlu XN ibarətdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.202N-ci il tarixli qərardan görünür ki, gizir Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı olan əməllərində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibi həyata keçirilməmiş, onun yol verdiyi hərbi qulluqçuya yaraşmayan hərəkətlərinə görə intizam məsuliyyətinə cəlb edilməsi üçün xidmət etdiyi hərbi hissə komandanlığına təqdimat verilmişdir (i.v İ cild N98). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, eləcə də tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekpertizasının N0 avqust 202N-ci il tarixli N7N №-li rəyi ilə və eləcə də işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN0.N-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin NN0.N-ci maddəsinə əsasən rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmə və ya zor tətbiq etməklə müqavimət göstərmə-iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələbinin olmamasını, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6N-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 200N-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 200N-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin N-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N75.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. İş üzrə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş şahidlər ŞahidN Xavvər oğlunun və Şahid2 videoçəkilişlə alınmış ifadələrinin olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N44-N47, N49, N5N-N5N, N56, N58, N8N, N84 və N85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN0.N-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından N0% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. İş materiallarına əlavə edilmiş şahidlər ŞahidN Xavvər oğlunun və Şahid2 videoçəkilişlə alınmış ifadələrinin olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-23/2021
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-23/2021
12.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver