Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-23/2023 31.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik–leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis qismində X1 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 2002-ci ildə Astara rayonunun Pəlikəş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan N №-li hərbi hissədə xidmət edən, Astara rayonunun Pəlikəş kəndində daimi qeydiyyatda olan, 20 iyun 2023cü ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : Təqsirləndirilən şəxs N №-li hərbi hissəsinin 5-ci taborunun 16-cı bölüyünün 2-ci taqımının 3-cü manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edərkən, 17 aprel 2023-cü ildə yuxarı komandanlıq tərəfindən keçirilən anonim sorğu zamanı tabeliyində olan əsgər Zərərçəkmiş şəxs onun növbəni gec dəyişməsi barədə məlumat verdiyindən şəxsi heyətin yanında “hansısa tərbiyəsizin balası anonim sorğuda növbəni gec dəyişdiyimi yazıb” demiş, 25 aprel 2023-cü il tarixində, saat 11 radələrində şərti olaraq “Şahin 2” adlandırılan mövqenin yataqxanasının qarşısında şəxsi heyəti düzüb təlimatlandıran zaman Zərərçəkmiş şəxs anonim sorğu zamanı növbəni gec dəyişdirməsini özünün yazdığını, tərbiyəsiz özü olduğunu dediyinə görə aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs baş və sinə nahiyələrindən yumruq zərbələri, sol ayağının topuq nahiyəsindən təpik zərbəsi vurub badalaq verərək yerə yıxdıqdan sonra müvazinətini itirib üzərinə düşməklə ona “sol qamış sümüyünün içəri və arxa oynaq çıxıntısının qapalı, yerdəyişmiş sınığı” xəsarətini yetirərək sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində ifadəsi alınmış MAHHXHQ əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində N saylı hərbi hissənin 5-ci taborunun “Şahin 2” mövqeyində manqa komandiri vəzifəsində xidmət etdiyini, Zərərçəkmiş şəxs onun manqasın əsgəri olduğunu, 17 aprel 2023-cü ildə “Şahin 2” mövqeyində taqım komandiri toplantıya cəlb olunduğu üçün onun yerinə tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Vurğun Mursaquliyev müvəqqəti onu əvəzləmək üçün həmin mövqeyə gəldiyini, həmin gün də şəxsi heyətin arasında anonim sorğu keçirdiyini, sorğu keçirilərkən bəzi əsgərlərin ondan narazılıqlarını bildirərək bu barədə anonim sorğuda öz qeydlərini etdiklərini, bu barədə sonradan öyrəndiyini, V.Mursaquliyevin bu barədə ona heç nə deməyərək 23 aprel 2023-cü il tarixdə tabora qayıdarkən onu da özü ilə tabor mərkəzinə apardığını, tabora gedərkən artıq bu barədə məlumatının olduğunu, orada tabor komandirinin anonim sorğuya görə ona öz ciddi iradını bildirib əgər növbəti dəfə təkrarlanarsa onu cəzalandıracağını dediyini, 24 aprel 2023-cü ildə xidmət yerinə qayıdaraq günorta saatlarında mövqeyin şəxsi heyətini düzüb əsgərlərlə söhbət edərək niyə anonim sorğuya o, formada şikayət yazdıqlarını soruşduğunu və əsəbi halda “hansısa tərbiyəsizin balası tərbiyəsiz yazıb ki, güya mən növbəni gec dəyişirəm, guya mən nələrsə qanunsuz hərəkətlər edirəm” deyib kimin bu sözləri yazdığını soruşduğunu, heç kəsin dinmədiyini, səhərsi gün saat 11 radələrində döyüş növbəsində olmayanları çöldə düzərkən manqanın əsgəri Zərərçəkmiş şəxs ona yaxınlaşaraq niyə sıranın qabağında əsgərlərin içində özü olmadığı vaxt ona “tərbiyəsizin balası” dediyini soruşduqda həmin sözləri ona demədiyini, anonim sorğuya yazana dediyini ona dedikdə onun da “onu mən yazmışdım, tərbiyəsizin balası özünüzsünüz” cavabını qaytardığını, əsəbindən nə edəcəyini bilmədiyini, cərgənin dağılmasını bildirib Zərərçəkmiş şəxs postun giriş hissəsinə apararaq orada ona əsəbi halda niyə əsgərlərin qarşısında elə danışdığını soruşaraq əlini onun çiyninə qoyduğunu, Zərərçəkmiş şəxsnin da əsəbi halda nələrsə dediyini, onun aqressiv hərəkətlərinə dözməyib əsəblərini cilovlaya bilməyərək bir yumruq zərbəsi baş nahiyəsindən, bir yumruq zərbəsini də sinə nahiyəsindən vurub, sağ ayağı ilə onun sol ayağının topuq nahiyəsindən bir təpik vurduğunu, Zərərçəkmiş şəxs üzü üstə yerə yıxıldığını, özünün də müvazinətini saxlaya bilməyib onun üzərinə düşdüyünü, onun ”deyəsən ayağıma nəsə oldu, ayağım ağrıyır” dediyini, həmin vaxt bir təhər ayağa qalxıb orada olan əsgərlərlə birlikdə Zərərçəkmiş şəxs kömək edərək ayağa qaldırdıqlarını, onun sol ayağının topuq nahiyəsindən şişdiyini və göyərdiyini gördüyünü, köməkli onu yataqxanaya apardıqlarını, orada taqım komandirinə baş verənləri ətraflı ona danışdığını, Zərərçəkmiş şəxs müayinə olunmaq üçün hərbi hospitala apardıqlarını, müayinə zamanı onun sol ayağının topuq nahiyəsindən sındığını öyrəndiyini, onun sağalaraq hərbi hissəyə qayıtdıqdan sonra dəfələrlə onun yanına gedərək ondan üzr istədiyini, etdiyi əməldən son dərəcə peşiman olduğunu, Zərərçəkmiş şəxs da onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını, əsgərlərin anonim sorğuya yazdıqları kimi heç də intizamsız MAHHXHQ əsgər olmadığını, həmişə qayda-qanunları sevən bir şəxs olduğunu, bir az gecikmələr olsa da döyüş növbətçiliyini heç vaxt pozmadığını, vaxtlı vaxtında xidməti dəyişdiyini, gecikmələrin də əsas səbəbi kimi, postlararası məsafələrin uzaq olduğunu, təpiklə onun ayağına vurarkən məqsədinin heç də ona xəsarət yetirmək olmadığını, ailənin yeganə qazanc gətirəni olduğunu, məhkəmədən bütün bunları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə ələqadar olmayan cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində N saylı hərbi hissənin 5-ci taborunun “Şahin 2” adlandırılan döyüş mövqeyində xidmət etdiyini, hal-hazırda xidmətdən tərxis olunduğunu, xidmətdə olarkən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs onun manqa komandiri olduğunu, 17 aprel 2023-cü ildə təqribən saat 17 radələrində tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Vurğun Mursaquliyevin onların mövqeyinə gəldiyini, gəlməsinin səbəbi də, taqım komandiri Emin Musayevin aşağıya, toplantıya getməsi olduğunu, V.Mursaquliyevin şəxsi heyətlə söhbət aparıb anonim sorğu keçirdiyini, əsgər yoldaşları ilə məsləhətləşib anonim sorğu keçirilərsə post böyüyü, manqa komandiri MAHHXHQ əsgər Təqsirləndirilən şəxs şikayət edəcəkləri barədə əvvəlcədən razılaşdıqlarını, buna görə də anonim sorğuda həmin məsələləri qeyd etdiklərini, V.Mursaquliyevin bir neçə gün sonra taqım komandiri gəldikdən sonra tabora qayıdarkən həmin sorğunun nəticələrinə görə Təqsirləndirilən şəxs da özü ilə tabora apardığını, 24 aprel 2023-cü ildə Təqsirləndirilən şəxs yenidən mövqeyə gəldiyini, həmin gün axşam saatlarında əsgər yoldaşı Şahid2 ona Təqsirləndirilən şəxs şəxsi heyətin yanında, cərgədə “hansısa tərbiyəsizin balası anonim sorğuda yazıb ki, guya mən növbəni vaxtında dəyişmirəm” deməsini dediyini, həmin sözləri özü yazdığından özünə götürərək onunla bu barədə söhbət edəcəyini fikirləşdiyini, səhərsi gün saat 11:00 radələrində Təqsirləndirilən şəxs şəxsi heyəti yataqxanın qarşısında düzərkən orada Qasımova, sorğunun nəticələrinə görə niyə tərbiyəsiz sözlər işlətdiyini deyərək o, sözlərin kimə aid olduğunu ondan soruşaraq ona “anonim sorğuda növbənin vaxtında dəyişdirilmədiyini mən yazmışdım, tərbiyəsizin balası özünüzsünüz” dediyini, bu vaxt Təqsirləndirilən şəxs şəxsi heyətə dağılmasını deyib onu yataqxandan bir az kənara çəkərək əsəbi halda “sən kimsən ki, mənimlə elə danışırsan?” deyərək, hirsli-hirsli anidən onun başından və sinəsindən bir yumruq vurduğunu, daha sonra isə botinka ilə sol ayağının topuq nahiyəsindən bir təpik zərbəsi də vurub badalaq verməklə onu yerə yıxdığını, yerə yıxılarkən Qasımovun da müvazinətini saxlaya bilməyərək onun üzərinə yıxıldığını, ayağı topuq nahiyəsindən bərk ağrıdığını, Təqsirləndirilən şəxs ayağa qalxaraq onu da bir təhər ayağa qaldırdıqlarını, ayağa qalxanda sol ayağının topuq nahiyəsinin şişdiyini gördüyünü, əsgər Şahid1 və Şahid3 onu yataqxanaya apardıqlarını, yataqxanada taqım komandirinə baş verənləri danışdığını, onun da olanları tabora məruzə etdiyini, elə həmin gün 205 nömrəli hərbi hospitala göndərildiyini, hospitalda müayinə olunduqdan sonra sol ayağının topuq nahiyəsindən sınıq xəsarəti olduğu aşkar olunduğunu, hal-hazırda sağaldığını, gəzməsində heç bir problem olmadığını, Təqsirləndirilən şəxs hərbi hissədə olarkən dəfələrlə onun yanına gələrək ondan üzr istədiyinə görə onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını, əsgər yoldaşlarından eşitdiyinə görə Təqsirləndirilən şəxs ailəsində kiminsə xəstə olduğunu, cərgənin qabağında, əsgərlərin içində ona “tərbiyəsizin balası özünsən” deməsinə görə peşiman olduğunu, sonralar həmin sözə görə ondan üzr istədiyini, postların dəyişilməsində gecikmələr onun tərəfindən olmadığını, postlararası məsafələrin aralı olduğunu, bu səbəbdən də bəzən yubanmalar olduğunu, bölükdə bir az sərbəstlik olmasını istədiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində N saylı hərbi hissənin hərbi 5-ci taborunda əsgər hərbi rütbəsində xidmət etdiyini, taqım komandiri toplantıya getdiyi üçün 17 aprel 2023-cü ildə tabor komandirinin şəxsi heyətlə iş üzrə müavininin posta gəldiyini və gələrkən əsgərlərin arasında anonim sorğu keçirdiyini, sorğuda bəzi əsgərlərin manqa komandiri MAHHXHQ əsgər Təqsirləndirilən şəxs şikayət formasında çatışmazlıqları yazdıqlarını, taqım komandiri xidmət yerinə gəldikdən sonra V.Mursaquliyevin yazılanları yoxlamaq üçün Təqsirləndirilən şəxsla birlikdə tabor mərkəzinə getdiyini, 24 aprel 2023-cü ildə Təqsirləndirilən şəxs yenidən xidmət yerinə qayıdaraq axşam saatlarında əsgərlərin yanında əsəbi halda ‘“hansısa tərbiyəsizin balası anonim sorğuda mənim növbəni güya gec dəyişdirdiyimi və nələrsə etdiyimi yazmışdır” deyərək, cərgədə olan əsgərlərə əsəbləşdiyini, həmin vaxt cərgədə olan əsgərlərdən kiminsə bu barədə əsgər Zərərçəkmiş şəxs məlumat verdiyini, Zülfüqarlının da səhərsi gün saat 11 radələrində yataqxananın qarşısında düzülüşdə olarkən Təqsirləndirilən şəxs niyə dünən cərgənin qabağında o, cürə ona ünvanlanmış şəkildə, söyüş söydüyünü soruşaraq sorğuya həmin sözləri özünün yazdığını və tərbiyəsiz də onün özünün olduğunu dediyini, bundan sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs cərgədən kənara çəkərək birbirləri ilə nəsə mübahisə etdiklərini, anidən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başından və sinəsindən yumuruqla vuraraq sağ ayağı ilə onun sol ayağının topuq hissəsindən bir təpik vurub yerə yıxdığını, özünün də müvazinətini saxlaya bilməyərək onun üstünə yıxıldığını, tez onları aralaşdırdıqların, Zərərçəkmiş şəxs ayağa qalxdıqda onun ayağının topuq hissədən şişdiyini və qaraldığını gördüyünü, əsgər Elimdar Əliyevlə birlikdə onun qoluna girib yataqxanaya apardıqlarını, yataqxanada taqım komandirinin onları görüb nə olduğunu soruşduqda hadisəni olduğu kimi ona danışdıqlarını, sonradan Zərərçəkmiş şəxs ayağının qırıldığını eşitdiklərini, Qasımovun həmişə onlara münasibətinin yaxşı olduğunu, heç də anonim sorğuya yazdıqları kimi olmadığını, bir az Qaımovun nizam-intizamı sevən şəxs olduğunu göstərdi Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində xidmət yerinin şərti olaraq “Şahin-2” adlandığını, 17 aprel 2023-cü il tarixdə tabor komandirinin şəxsi heyətlə iş üzrə müavininin həmin posta gələrək əsgərlərin arasında anonim sorğu keçirdiyini, əsgər yoldaşları ilə anonim sorğu vasitəsi ilə Təqsirləndirilən şəxs əvvəlcədən razılığa gələrək şikayət formasında nələrsə yazdıqlarını, sorğuda Qasımovdan mənfi fikirlər yazan əsgərlərdən birinin də əsgər Zərərçəkmiş şəxs olduğunu, keçirilmiş anonim sorğuya görə tabor komandiri tərəfindən ona ciddi xəbərdarlıq olunduğunu, Təqsirləndirilən şəxs da 24 aprel 2023-cü ildə axşam saatlarında onu, əsgər Şahid4 və əsgər Şahid3 cərgəyə düzüb təlimat verdikdən sonra anonim sorğuya o, cürə yazanları hədələyərək təhqiramiz sözlər işlətdiyini və həmin sözləri yazanların tərbiyəsizlərin balaları olduqlarını dediyini, sorğuda o, cürə yazanlardan birinin də əsgər Zərərçəkmiş şəxs olduğundan onunla söhbət zamanı Zülfüqarlının bu barədə Təqsirləndirilən şəxsla danışacağını bildirdiyini, səhərsi gün saat 11 radələrində Təqsirləndirilən şəxs onu, əsgərlər Z.Zülfiqarılını və digər bir neçə əsgəri yataqxananın qarşısında düzdüyünü, bu vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs anonim sorğuya görə niyə elə tərbiyəsiz sözlər işlətdiyini soruşaraq onunla mübahisə etdiyini, Təqsirləndirilən şəxs da onu cərgədən qırağa çəkərək bir yumuruq sifətinə, bir yumuruq da sinəsinə vurub sonra təpiklə onun topuğuna çırpdığını, zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxıldığını, tez onları aralaşdırdıqlarını, Zərərçəkmiş şəxs ayağa durmağına kömək etdiklərini, Zərərçəkmiş şəxsnin ayağının bərk ağrıdığını bildirdiyini, onun yeriyə bilmədiyini, ona kömək edib yataqxanaya aprdıqlarını, orada Zərərçəkmiş şəxs baş verənləri taqım komandirinə danışdığını, sonradan Zərərçəkmiş şəxs hospitala aparılıb yoxlanıldığını, Təqsirləndirilən şəxs onun topuğundan vurması səbəbindən ayağının qırıldığını eşitdiyini, cərgənin qabağında Z.Zülfüqarlının ona “ tərbiyəsizin balası özünsən” deməsinin ona pis təsir etdiyini, deyilən sözü özünə sığışdırmayıb onu vurduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 ifadəsində 17 aprel 2023-cü ildə tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini onların xidmət etdikləri mövqeyə gələrək orada anonim sorğu keçirdiyini, sorğuda bəzi əsgərlərin manqa komandiri Təqsirləndirilən şəxs nizamnamədən kənar hərəkətlərindən şikayət yazdıqlarını, bu səbəbdən də onun tabor komandiri tərəfindən danlandığını, 24 aprel 2023-cü ildə Təqsirləndirilən şəxs xidmət yerinə qayıdaraq, xidmətdə olan əsgərlərdən başqa digər əsgərləri düzüb anonim sorğu zamanı niyə elə sözlər yazmalarının səbəbini soruşub onları danlayaraq bəzi lazımsız sözlər işlətdiyini, səhərsi gün saat 11 radələrində Təqsirləndirilən şəxs yenə həmin səbəbdən əsgərlər Zərərçəkmiş şəxs, Şahid3, Şahid1 və Şahid2 yataqxananın qarşısında düzərək danladığını, bu zaman əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “ mənə tərbiyəsizin balası deyənin özü tərbiyəsizin balasıdır” dediyini eşitdiyini, bundan sonra Təqsirləndirilən şəxs onlara dağılmalarını deyərək Zərərçəkmiş şəxs kənara çəkdiyini, özünün yemək bişirmək üçün yataqxanaya getdiyini, bir az sonra çöldə bərk səs-küy gəldiyini eşidib çölə qaçdığını, çöldə Təqsirləndirilən şəxs yataqxananın sağ tərəfində Zərərçəkmiş şəxs yerə yıxıldığını gördüyünü, tez qaçıb onları aralaşdırmağa kömək etdiyini, Zərərçəkmiş şəxs ayağa qaldırsalar da çətinliklə ayağa qalxdığını, ayağının ağrıdığını dediyini, ayağına baxdıqda ayağının topuq hissədən qaraldığını və şişdiyini gördüklərini, Təqsirləndirilən şəxsla birlikdə ona köməklik edib ehtiyatla yataqxanaya apardıqlarını, sonradan Zərərçəkmiş şəxs hərbi hospitalda müayinə olunduğunu, müayinə zamanı ayağının qırıldığını eşitdiyini, Qasımovun heç də intizamsız şəxs olmadığını, həmişə qayda qanunlara riayət edən bir şəxs olduğunu göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid əsgər Şahid3 ifadəsində 2023-cü ilin aprel ayının 25-də Təqsirləndirilən şəxs mövqedə xidmət edən əsgərləri mövqenin yataqxanasının qarşısında düzərək əsgərlər Zərərçəkmiş şəxs anonim sorğuda yazılmış hansısa sözə görə əsəbləşdiyini, bu zaman əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “o, sözləri mən yazmışam tərbiyəsizin balası özünsən” dediyini, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs cərgədən kənara çəkərək nəsə onunla əsəbi halda söhbət edərək anidən onun sifətindən və başından iki yumruq vuraraq ayağının topuq hissəsindən bir təpik vurub yerə yıxdığını, özünün də müvazinətini saxlaya bilməyərək onun üstünə yıxıldığını, tez onları aralaşdıraraq Zərərçəkmiş şəxs ayağa qaldırdıqlarını, onun ayağının bərk ağrıdığını dediyini, ayağına baxdıqda ayağı şişmiş və göyərmiş olduğunu gördüklərini, ona köməklik edib yataqxanaya apardıqlarını, sonradan öyrəndiklərinə görə həmin vaxt Zərərçəkmiş şəxs ayağınin sındığını eşitdiyini göstərmişdi. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış əsgər Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsi keçirilmiş, 06 may 2023-cü il tarixli 127 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sol qamış sümüyünün içəri və arxa oynaq çıxıntısının qapalı, yerini dəyişmiş sınığı-küt mexanizmdən, aşıq-baldır oynağının fizioloji imkanlarından artıq hərəkəti nəticəsində törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışlara və istintaq materilallarına əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs biləvasitə rəisi olmuşdur. Təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissədə hərbi həkim komissiyasından keçirilmiş, təqdim edilmiş 10 may 2023-cü il tarixli, 457 №-li tibbi arayışda onun sağlam olmaqla hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Tİİ-dən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. N №-li hərbi hissə komandirinin N oktyabr 2022-ci il tarixli, 280 nömərli əmri ilə Təqsirləndirilən şəxs həmin hərbi hissənin 5-ci taborunun 16-cı bölüyünün 2-ci taqımının 3cü manqasının heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs N nömrəli hərbi hissə komandirinin N oktyabr 2022-ci il tarixli 281 nömrəli əmrinə əsasən həmin hərbi hissənin 5-ci taborunun 16-cı bölüyünün 2-ci taqımının 3-cü manqasının pulemyotçusu vəzifəsinə təyin edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına həmçinin iş üzrə toplanılmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün tam etirafı ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi, cinayət işində olan istintaq sənədləri və protokolları və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir və törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsində göstərilir ki, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla törədildikdə- bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs və şahidlər ibtidai istintaq zamanı eləcə də məhkəmə istintaqında verdikləri ifadələrində heç də xidmət yerlərində anonim sorğuda yazdıqları kimi qanunsuzluqlar və çatışmasızlıqlar olmadığını, Təqsirləndirilən şəxs tələbkar MAHHXHQ əsgər olduğundan bölükdə bir az sərbəst olmaq istədiklərini, heç vaxt döyüş növbətçiliyinin pozulmadığını, postlarda dəyişmələrin 5-10 dəqiqə gecikmələrlə olmasınin da onun bir başa səhvi nəticəsində olmadığını, postlararası məsafələr uzaq olduğundan həmin yubanmaların baş verdiyini göstərmişlər. Məhkəmə gələcəkdə hökm çıxararsa işin bu hallarını və hadisənin baş verməsinə səbəb şəraiti, təqsirləndirilən şəxsin şəxsiyyətini, və ictimai təhlükəliliyini qiymətləndirən zaman nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib əməlindən peşiman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, hadisədən sonra dəfələrlə Z.Zülfüqarlının yanına gedərək ondan üzr istəməsini, zərərçəkmiş şəxsin ondan hər hansı bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi, lakin Təqsirləndirilən şəxs əməlində yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını və onun islah olunmaq yolunda olması kimi qiymətləndirir və özünün daxili inamına əsasən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edib sınaq müddəti verilməklə azadlıqdan məhrum etmə növündə cəzaya şərti məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nın 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən də islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nın 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissə komandanlığı, hərbi xidmətdən tərxis olunarsa daimi yaşadığı və qeydiyyatda olduğu yer üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, tərxis olunarsa davranışına nəzarət edən orqana, daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 ( yüz səksən) manat miqdarında pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və onun barəsində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətininin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissə komandanlığı, hərbi xidmətdən tərxis olunarsa daimi yaşadığı yer üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətində xidmət etdiyi hərbi hissə komandanlığına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, hərbi xidmətdən tərxis olunarsa davranışına nəzarət edən orqana, daimi yaşadığı və qeydiyyatda olduğu yer üzrə icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək bir vəzifə olaraq Təqsirləndirilən şəxs tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət işı üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-23/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-23/2023
31.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver