Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-23/2024 28.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X6 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ümumi orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının 2-ci manqasında atıcıqumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, barəsində 08 yanvar 2024-cü il tarixində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının 2-ci manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 16 noyabr 202N-cü il tarixdə saat 19 radələrində həmin bölüyün şərti olaraq “Kiçik Soyuq” adlandırılan döyüş mövqeyinin yataqxanasında tabelik münasibətlərində olmadığı, həmin taborun rabitə taqımının radio manqasında radiotelefonçu vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs ilə söhbət edən zaman sonuncu onun ünvanına zarafatla “şərəfsiz” ifadəsini işlətmiş, bu zaman o, əsgər Novruzovun ünvanına “var yox” söyüşü söydükdə əsgər Zərərçəkmiş şəxs onun çənəsindən bir yumruq zərbəsi vurmuş, yaranmış mübahisə zamanı o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, N8, 42, 1N8-ci bəndlərində göstərilmiş «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidir» tələblərini kobud surətdə pozaraq, əsgər Zərərçəkmiş şəxs sifətinə bir yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid “burun sümüklərinin qapalı, az yerdəyişmiş sınığı” xəsarətini yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 16 noyabr 202N-cü il tarixdə, saat 19:00 radələrində N nömrəli hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımın 2ci manqasının xidmət apardığı şərti olaraq “Kiçik Soyuq” adlanan döyüş mövqeyində yataqxananda sobanın yanında oturub əsgər yoldaşı Zərərçəkmiş şəxsla söhbət etmiş, söhbət əsnasında o, hərbi xidmətə gəlməzdən əvvəl başına gələn bir hadisə barədə məlumat verərkən əsgər Zərərçəkmiş şəxs ona “şərəfsiz” ifadəsini işlətmiş, bu zaman o, Zərərçəkmiş şəxs ona zarafatla dediyi bu sözünü ciddi qəbul edərək cavabında ona nalayiq ifadə işlətmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs ayağa qalxaraq sağ əli ilə onun çənəsindən bir yumruq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs bu hərəkətinə əsəbləşərək o, da sağ əli ilə əsgər Zərərçəkmiş şəxs burnundan bir dəfə yumruqla vurmuşdur. Həmin vaxt əsgərlər Şahid1 ilə Şahid2 onların səsini eşidib yataqxanaya gələrək onları aralaşdırmışlar. Əsgər Zərərçəkmiş şəxs burnu qanadığınıdan yataqxanadan çıxıb əl-üz yuma yerinə gedərək burnunu yumuş, sonra bu barədə öz taqım komandiri baş leytenant Şahid4 məruzə etmiş, bu hadisə ilə əlaqədar olaraq onlar 17 noyabr 202N-cü il tarixdə hərbi hissəyə endirilmiş, hərbi hissədə olarkən o, əsgər Zərərçəkmiş şəxs üzr istəyib bağışlanmasını xahiş etmiş, əsgər Sahib Novruziv da onu bağışlamışdır. Həmçinin əsgər Təqsirləndirilən şəxs ifadəsində əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyini, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 16 noyabr 202N-cü il tarixdə, saat 19 radələrində əsgər Təqsirləndirilən şəxslə yataqxanada sobanın qarşısında taburetkada oturub isinirərək söhbət edirmişlər. Söhbət zamanı əsgər Təqsirləndirilən şəxs xidmətə gəlməzdən əvvəl başına gələn bir əhvalatı danışmış, sonra onunla gülməyə başlamışlar. Həmin vaxt o, əsgər Təqsirləndirilən şəxs zarafatla “şərəfsiz” ifadəsini işlətmiş, əsgər Təqsirləndirilən şəxs isə onun zarafatla dediyi həmin ifadəni ciddi qəbul edərək və ona “var-yoxunu belə-belə edim” deyə cavab vermiş, bu zaman o, reaksiya olaraq ayağa qalxıb Təqsirləndirilən şəxs sifətinə sol əli ilə yumruq atmış, yumruğu onun çənəsinə dəymişdir. Əsgər Təqsirləndirilən şəxs də həmin vaxt onun burnundan bir dəfə yumruqla vurmuş, buna görə onun burnu qanamağa başlamışdır. Bu zaman əsgər yoldaşları Şahid1 və Şahid2 araya girib onları aralamışlar. Sonra əl-üz yuma yerinə gedib burnunun qanını yumuş, sonra bu barədə taqım komandiri baş leytenant Şahid4 məruzə etmişdir. Hadisədən sonrakı günlərdə hərbi hospitalda müayinə zamanı onun burnunda sınıq olması aşkar edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində hadisədən sonra əsgər Təqsirləndirilən şəxslə qarşılıqlı şəkildə yol verdikləri əməllərinə görə bir-birlərindən üzr istədiklərini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o,16 noyabr 202N-cü il tarixdə, təxminən saat 19:00 radələrində bölüyün ayaqyolusunda olarkən həmin vaxt yataqxanadan səs gəldiyini eşitmiş, ayaqyolundan çıxıb yataqxanaya daxil olmuş, həmin vaxt sobanın yanında əsgərlər Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir-biri ilə mübahisə etmələrini görmüşdür. Həmin vaxt əsgər Şahid2 ilə tez yataqxanaya gedib onları aralamışlar. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs burnu qanamışdır. Onlardan nə baş verməsini, nə səbəbə mübahisə etmələrini soruşsa da, onlar cavab verməmişlər. Əsgər Zərərçəkmiş şəxs əl-üz yuma yerinə gedib burnunun qanını yumuş, daha sonra əsgər Zərərçəkmiş şəxs bu barədə taqım komandiri baş leytenant Şahid4 məruzə etmiş, sonra onların dalaşmaları barədə taborun qərargah rəisi mayor ŞahidN məruzə edilmişdir. Həmin gün əsgərlər Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs yataqxanada söhbət edərkən mübahisə etdiklərini, mübahisə zamanı bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərini və dalaşdıqlarını, əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs çənəsindən bir yumruq vurduğunu, əsgər Təqsirləndirilən şəxs də onun burnundan bir dəfə yumruqla vurduğunu öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər baş leytenant Şahid4 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, 16 noyabr 202N-cü il tarixdə saat 19 radələrində taqımında xidmət edən əsgər Zərərçəkmiş şəxs onun otağına gələrək 17-ci bölükdə xidmət edən əsgər Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini bildirmişdir. Ondan nə səbəbə əsgər Təqsirləndirilən şəxslə mübahisə etdiyini soruşduqda əsgər Zərərçəkmiş şəxs ona yataqxanada oturub əsgər Təqsirləndirilən şəxslə sobanın yanında söhbət edərkən ona zarafatla “şərəfiz” ifadəsini işlətdiyini, Təqsirləndirilən şəxs də bu sözü ciddi qəbul edib ona nalayiq ifadə işlətdiyini, bu zaman özünün əsgər Təqsirləndirilən şəxs sifətinə yumruq atdığını, yumruğunun onun çənəsindən dəydiyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs də yumruqla onun burnundan vurduğunu və burnunun qanadığını deməsindən sonra o, bu barədə tabor komandirinin birinci müaviniqərargah rəisi mayor ŞahidN məruzə etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər mayor ŞahidN verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, 16 noyabr 202N-cü il tarixdə, saat 19 radələrində “Kiçik Soyuq” mövqeyində xidməti otağında olarkən taborun rabitə taqım komandiri baş leytenant Şahid4 ona 17-ci bölükdə xidmət edən əsgər Təqsirləndirilən şəxslə rabitə taqımında xidmət edən əsgər Zərərçəkmiş şəxs mübahisə edib bir-birinə zor tətbiq etdiklərini məruzə etmişdir. Daha sonra ilk əvvəl əsgər Təqsirləndirilən şəxs otağına çağıraraq ondan nə səbəbə əsgər Sahib Novurozvla mübahisə etdiyini soruşmuş, əsgər Təqsirləndirilən şəxs ona yataqxanada sobanın yanında Zərərçəkmiş şəxsla söhbət edərkən Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətdiyini, onun da əsgər Zərərçəkmiş şəxs nalayiq ifadə işlətdiyini, buna görə əsgər Zərərçəkmiş şəxs yumruqla onun çənəsindən vurduğunu, bu zaman onun da yumruqla bir dəfə Zərərçəkmiş şəxs burun nahiyəsindən vurduğunu demişdir. Daha sonra əsgər Zərərçəkmiş şəxs bu barəsində ondan soruşanda o, da əsgər Təqsirləndirilən şəxs ona dediklərini təsdiq etmişdir. Daha sonra bu barədə hərbi hissə komandanlığına məruzə etmiş, həmin vaxt hava şəraiti əlverişli olmadığından həmin gün əsgərləri hərbi hissəyə endirmək mümkün olmamış, 18 noyabr 202N-cü il tarixdə onlar hərbi hissəyə endirilmişdir. Sonrakı günlərdə əsgər Zərərçəkmiş şəxs hərbi hospitalda müayinə olunarkən onun burun nahiyəsində sınıqlar aşkar olunduğunu, əsgər Təqsirləndirilən şəxs isə praktiki sağlam olmaqla onun hər hansı xəsarətinin olmadığını öyrənmişdir. Daha sonra əsgər Təqsirləndirilən şəxs zor tətbiq edib vurmasına görə əsgər Zərərçəkmiş şəxs hərbi hissə komandirinin əmri ilə N sutka həbs verilməsini, əsgər Təqsirləndirilən şəxs barəsində isə cinayət işi başlanmasını eşitmişdir. Şahid əsgər Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xidmət etdiyi hərbi hissə komandanlığı vasitəsilə məlumatlandırılmasına baxmayaraq, onun məhkəmə iclaslarında iştirakı müvafiq hərbi hissə komandanlığı tərəfindən təmin edilməmişdir. Bununla əlaqədar olaraq N №-li hərbi hissə komandiri tərəfindən məhkəməyə ünvanlanmış 26 fevral 2024-cü il tarixli, 175 №-li, 1N mart 2024-cü il tarixli, 2N2 №-li və 28 mart 2024-cü il tarixli, 284 №-li məktublarda əsgər Şahid2 xidmət etdiyi mövqedə əlverişsiz hava şəraiti olduğundan onun məhkəmə iclasında iştirakını təmin etməyin mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmə, Şahid2 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək və onun ifadəsinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmadığını nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadəsinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onun ifadəsinə istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin N17 və N29-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 16 noyabr 202N-cü il tarixdə, təxminən saat 19:00 radələrində bölüyün rabitə qovşağında olarkən yataqxananın içərisindən səs gəldiyini eşitmiş, rabitə qovşağı yerləşən otaqdan çıxıb əsgər Şahid1 ilə birlikdə yataqxanaya daxil olmuş, həmin vaxt yataqxanada sobanın yanında əsgərlər Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir-biri ilə mübahisə etdiklərini görmüşlər. Əsgər Şahid1 ilə tez onlara yaxınlaşıb onları aralayaraq kənara çəkmişlər. Bu zaman əsgər Zərərçəkmiş şəxs burnunun qanadığını görmüşdür. Əsgər Şahid1 onlardan nə baş verməsini, nə səbəbə mübahisə etmələrini soruşsa da, onlar cavab verməmiş, əsgər Zərərçəkmiş şəxs əl-üz yuma yerinə gedib burnunun qanını yumuş, əsgər Təqsirləndirilən şəxs isə yataqxanada qalmışdır. O da rabitə qovşağına getmiş, sonra nə baş verməsini bilməmişdir. Bir az sonra əsgər Zərərçəkmiş şəxs bu barədə taqım komandiri baş leytenant Şahid4 məruzə etdiyini, onun da taborun qərargah rəisi mayor ŞahidN məruzə etdiyini öyrənmişdir. Həmin gün əsgər yoldaşlarından əsgərlər Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs yataqxanada söhbət edərkən mübahisə etdiklərini, mübahisə zamanı bir-birilərinə nalayiq ifadə işlətdiklərini və dalaşıqlarını, əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs çənəsindən bir yumruq vurduğunu, əsgər Təqsirləndirilən şəxs də onun burnundan bir dəfə yumruqla vurubdur (i.v İ cild 98-101). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə istintaqında dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ibtidai araşdırma dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsini, o cümlədən istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 19 dekabr 202N-cü il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 84). “Məhkəmə-Tibbi Ekspertizası”nın 28 noyabr 202N-cü il tarixli, 1661 №-li rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət-“burnun arxa səthində qançır, burun sümüklərinin sınığı”-küt əşyanın təsiri nəticəsində törənmişdir, zərərçəkmiş şəxsin dediyi şəraitdə (yumruq zərbəsi vurulması nəticəsində) və qərarda göstərilən tarixdə (16 noyabr 202N-cü il tarixdə) törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir (i.v İ cild 56- 58). N nömrəli hərbi hissə komandirinin N0 oktyabr 202N-cü il tarixli, N05 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin hərbi hissənin 5-ci motoatıcı taborunun 17-ci motoatıcı bölüyünün 1-ci motoatıcı taqımının 2-ci manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin təyin edilmişdir (i.v İ cild 18). N nömrəli hərbi hissə komandirinin N0 oktyabr 202N-cü il tarixli, N05 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin hərbi hissənin 5-ci motoatıcı taborunun rabitə taqımının radio manqasında radiotelefonçu vəzifəsinə təyin təyin edilmişdir (i.v İ cild 19). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 22 noyabr 202N-cü il tarixli, 1101 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır (i.v İ cild 28). 216№-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.202N-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur (İ.v İ cild 22). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş N0 noyabr 202N-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 67). N №-li hərbi hissə tərəfindən təqdim edilmiş 05 dekabr 202N-cü il tarixli 1272 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin tarixdə N №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir, əsgər Təqsirləndirilən şəxs sağlam olmaqla, hərbi xidmətə yararlıdır (i.v İ cild 70). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.202N-cü il tarixli, 20NN9 №li cavab məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışdır (İ.v İ cild 154). “XN” X7 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.202N-cü il tarixli, 18-1-19/2-1N12/202N №-li cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tibb müəssisəsinin tabeliyində olan 1 №-li poliklinikasında psixiatrın ruhi-əsəb dispanser müşahidəsində deyildir (İ.v İ cild 162). “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə əsgər Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 140-141). “Sübutların qiymətləndirilməsi haqqında” 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 16 noyabr 202N-cü il tarixdə, saat 19:00 radələrində əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında baş verən mübahisə zəminində əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs qarşı yol verdiyi nizamnamədən kənar hərəklətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun inzibati məsuliyyətə cəlb olunması üçün cinayət işindən müvafiq material ayrılmışdır (İ.v İ cild 19N-199). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in NN2.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in N49.N-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N51.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N9-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 1N yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 14N-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin NN2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin N8-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər..... Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; ...............döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməlidir. Həmin Nizamnamənin 5-ci maddəsinə əsasən hərbi qulluqçu ..........., əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır. Həmin Nizamnamənin 42-ci maddəsinə əsasən hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini ləyaqətlə aparmalıdırlar. Həmin Nizamnamənin 1N8-ci maddəsinə əsasən isə ..... igid və intizamlı olmaq; nalayiq hərəkətlər etməmək və yoldaşlarını da belə hərəkətlərdən çəkindirmək; ..... hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına ciddi riayət etmək;....əsgərin vəzifəsidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, əsgər Əliyev X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının 2-ci manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 16 noyabr 202N-cü il tarixdə saat 19 radələrində həmin bölüyün şərti olaraq “Kiçik Soyuq” adlandırılan döyüş mövqeyinin yataqxanasında tabelik münasibətlərində olmadığı, həmin taborun rabitə taqımının radio manqasında radiotelefonçu vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs ilə söhbət edən zaman sonuncu onun ünvanına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərinə zidd olaraq zarafatla “şərəfsiz” ifadəsini işlətmiş, bu zaman o, da Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 2, 5, N8, 42, 1N8-ci maddələrinin tələblərini kobud surətdə pozaraq əsgər Novruzovun ünvanına “var yox” söyüşü söydükdə əsgər Zərərçəkmiş şəxs onun çənəsindən bir yumruq zərbəsi vurmuş, yaranmış mübahisə zamanı o, da əsgər Zərərçəkmiş şəxs sifətinə bir yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid “burun sümüklərinin qapalı, az yerdəyişmiş sınığı” xəsarətini yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da əsgər Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş müvafiq ekspert rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, onun sağlamlığına qəsdən yüngül zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N9 və N5N-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.8, 59.1.12 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş N0 noyabr 202N-cü il tarixli tələbnamə, o cümlədən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 201N-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 200N-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 200N-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının N-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.N-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəza ilə bağlı qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin NN2.1-cü maddəsinin sanksiyasında-bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi, o cümlədən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.8 və 59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.1N-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətdiyindən və zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni bir il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.N-cü maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin NN2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının Təqsirləndirilən şəxs təyin edilməməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 50.4-cü maddəsinə tələblərinə görə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası-müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmadığından bu cəza növünün hazırda ordu sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən əsgər Təqsirləndirilən şəxs təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin NN2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Belə ki, məhkəmə Cinayət Məcəlləsinin NN2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, Təqsirləndirilən şəxs şəxsiyyətinə, əməlinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs barəsində intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması və hərbi intizamın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Məhkəmə təqsirli bilinən şəxsə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7N.1 və 7N.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 08 yanvar 2024-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N5N.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə qəbul edildiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, N46 və N5N-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 1N fevral 2024-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduğundan və onun müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 19N.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.N-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, N1 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 19N.2 və 19N.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N44-N47, N49, N51-N5N, N56, N58, N81, N84 və N85-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə qəbul edildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-23/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-23/2024
28.03.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver