Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-23/2025 04.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Nərmin Fərəməz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 15 avqust 1989-cu il tarixdə Tərtər rayonu Bəyimsarov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli (himayəsində 3 azyaşlı uşaq olan), məhkum olunmayan, Şərur rayonu Püsyan kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, N nömrəli hərbi hissəsinin 3-cü taborunun minaatan batareyasının 1-ci taqımının 1-ci minaatan komandiri vəzifəsində, MAHHXHQ çavuş hərbi rütbəsində olan, 05 fevral N0N5-ci il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdi ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin 1-ci taborunun minaatan batareyasının 1-ci taqımının 3-cü manqasının minaatan komandiri vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N nömrəli hərbi hissə komandirinin N0 noyabr N0N4-cü il tarixli, 3N8 nömrəli əmri ilə müayinə, zərurət olarsa müalicə olunması, eyni zamanda hərbi-həkim komissiyasından keçirilməsi üçün həmin tarixdə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Baş Klinik Hospitalına göndərilmiş, 04 dekabr N0N4-cü il tarixdə müayinə və müalicəsi başa çataraq şəhadətləndirilməsinə, eyni zamanda həmin tarixdə Naxçıvan Muxtar Respublikasına qayıtmasına baxmayaraq, xidmət yerinə getməmiş və yalnız N dekabr N0N4-cü il tarixdə xidmət yeri olan N nömrəli hərbi hissəyə gəlməklə üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidməti yerinə vaxtında qayıtmamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissənin 3-cü taborunun minaatan batareyasının 1-ci minaatan taqımının 1-ci minaatan komandiri vəzifəsində MAHHXHQ çavuş kimi xidmət etdiyini, N0N4-cü ilin əvvəllərində bağırsağında müəyyən ağrılar olduğunu, uzun müddət bağırsaqlarından müalicə alsa da heç bir xeyrinin olmadığını, bu səbəbdən də N05 nömrəli hərbi hospitalda müayinə olunarkən daha ixtisaslı müayinəyə ehtiyac olduğundan müalicə almaq üçün Bakı şəhərində yerləşən Baş Klinik Hospitala göndərildiyini, buna görə 19 noyabr N0N4-cü il tarixdə Bakı şəhərində yerləşən Baş Klinik Hospitalda qeydiyyata düşüb şikayəti ilə bağlı hərbi həkim komissiyasından keçdiyini və bir müddət orada müalicə olunduqdan sonra artıq sağaldığını, əlavə müalicəyə ehtiyacı olmadığını dediklərini, 0N dekabr N0N4-cü il tarixdə ona Baş Klinik Hospitalda hərbi xidmətə yararlı olması barədə arayış təqdim edildiyini, onun elə həmin gün mülkü müalicə müəssəsində də yoxlanılaraq müalicə təyin olunduğunu, 04 dekabr N0N4-cü il tarixdə Hospitaldan xaric olunaraq xidmət yerinə göndərildiyini, 04 dekabr N0N4-cü il tarixdə saat 14 radələrində Naxçıvan MR gələrək, lakin onun xidmət etdiyi hərbi hissəyə yox, birbaşa yaşadığı, Şərur rayonu, Püsyan kəndində olan evlərinə getdiyini, ona təyin olunmuş müalicəsini yaşadığı evdə aparmaq qərarına gəldiyini, bununla bağlı nə hərbi hissə komandanlığına, hərbi hospitala, nə də xidmət yoldaşlarına məlumat vermədiyi, bu səbəbdən hərbi hissə komandanlığının da məlumatı olmadığını, evlərində arvadı və anasına da bir müddət evdə qalaraq müalicə alacağını dediyini, hərbi hissə komandanlığının onun qayıtma vaxtından məlumatları olmamasından istifadə edərək icazəsiz 04 dekabr N0N4-cü il tarixdən N dekabr N0N4-cü il tarixədək yaşadığı evdə qaldığını, evdə olarkən həkim tərəfindən təyin olunmuş dərman preparatlarını istifadə etdiyini, yaşadığı evdə olduğu müddətdə xidmət yerinə getmədiyini, N dekabr N0N4-cü il tarixdə, səhər iş vaxtı xidmət yerinə gedərək qayıtması ilə bağlı təqdim olunmuş, ezamiyyət vəsiqəsini təqdim edən zaman hərbi hissə komandanlığı tərəfindən onun 04 dekabr N0N4-cü il tarixdə Baş Klinik Hospitaldan xaric olunaraq xidmət yerinə N17 saylı hərbi hissəyə göndərilməsinin müəyyən olunduğu, ondan niyə vaxtında hərbi hissəyə gəlməməsinin səbəbləri soruşulduqda onlara yaşadığı evdə müalicə almasını dediyini, bundan sonra hərbi hissə komandanlığı tərəfindən raportla yuxarı komandanlığa müraciət etdiyini və barəsində cinayət işi qaldırıldığını, artıq törətdiyi cinayət əməlinin məsuliyyətini başa düşdüyünü və əməlindən peşman olduğunu, üç azyaşlı övladının olduğunu nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində Təqsirləndirilən şəxs anası olduğunu, Şərur rayonu, Püsyan kəndində yaşadığını, əri Vidadi Babayevin N016-cı il tarixdə vəfat etdiyini, Kərəm və Kamil adlı iki oğlu olduğunu, oğlu Kərəmin N nömrəli hərbi hissədə MAHHXHQ kimi xidmət etdiyini, Kərəmin onun yanında yaşadığını və ailəli olmaqla 3 azyaşlı övladının olduğunu, Kərəmin bir müddət bağırsağından müalicə aldığını və əməliyyat olunsa da onun ağrılarının davam etdiyini, buna görə 19 noyabr N0N4-cü il tarixdə müalicə məqsədi ilə xidmət etdiyi hərbi hissədən Bakı şəhərində olan hospitala göndərildiyini, orada bir müddət müalicə olunduqdan sonra 04 dekabr N0N4-cü il tarixdə Şərur rayonu, Püsyan kəndində olan evlərinə gəldiyini, evdə onlara “mülki xəstəxanada mənə müalicə yazıblar, buna görə də bir müddət evdə müalicə olunacağam, sonra xidmət yerimə gedəcəyəm” deyərək evdə müalicəsini davam etdirdiyini, Kərəmin 04 dekabr N0N4-cü il tarixdən N dekabr N0N4-cü il tarixədək yaşadığı evdə müalicə olduğunu, həmin müddətlərdə xidmət yerinə, hərbi hissəyə getmədiyini, təqribən N dekabr N0N4-cü il tarixdə xidmət yerinə getdiyini, bundan sonra oğlu Kərəmin icazəsiz olaraq evdə qalmasını, xidmət yerinə çıxmamasını bildiyini, hərbi hissənin Kərəmin qayıtmasından məlumatı olmadığını, oğlu Kərəmin xidmət yerinə çıxmamasına görə barəsində cinayət işi açıldığını öyrəndiyini, məhkəmədən oğluna yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində N nömrəli hərbi hissənin tibb xidməti rəisi vəzifəsində xidmət etdiyini, həmin hərbi hissənin MAHHXHQ çavuşu Təqsirləndirilən şəxs bağırsaqlarında babasil aşkar edilərək müalicə məqsədi ilə N05 nömrəli hərbi hospitala göndərildiyini, lakin ağrıları keçmədiyindən yenidən N05 nömrəli hərbi hospitala oradan isə yüksək ixtisaslı müayinə, müalicə olunması üçün 19 noyabr N0N4-cü il tarixdə Bakı şəhərində olan Baş Klinik Hospitala göndərildiyini, ona ilkin olaraq 3 günlük ezamiyyət verildiyini, sonrakı günlərdə onun müalicəsinə uyğun olaraq ezamiyyət müddəti bitdikdən sonra yeni əmr verilməklə stasionar müalicədə olan xəstələrin siyahısına salındığını, sonraki günlərdə onun müalicəsi ilə maraqlandıqda Baki şəhərində müalicəsinin davam etdiyini dediyini, Təqsirləndirilən şəxs müalicəsinin bitmə tarixini bilmədiyini, N dekabr N0N4-cü il tarixdə MAHHXHQ çavuş Təqsirləndirilən şəxs hərbi hissəyə gələrək müalicəsi yekunlaşdığı üçün qayıtmasını bildirdikdə onun ezamiyyət vərəqəsinə baxan zaman 04 dekabr N0N4-cü il tarixdə müalicəsinin bitməsini və şəhadətləndirilərək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından xaric olunmasını gördüyünü, ondan hərbi hissəyə nə üçün gec gəlməsini soruşduqda onun, “Baş Kliniki Hospitalda məni əsaslı müalicə etmədilər, ağrılarım çox olduğuna görə məcbur qalıb Bakıda mülki xəstəxanada müayinə olundum və evdə müalicəmə davam etdim, buna görə xidmət yerimə çıxmamışam” dediyini, onun 04 dekabr N0N4-cü il tarixdə xidmətə qayıtmalı olduğu halda evində qalaraq üzürlü səbəblər olmadan N dekabr N0N4-cü il tarixdə xidmət yerinə, hərbi hissəyə qayıtdığını göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində N17 saylı hərbi hissənin minaatan batareyasının 1-ci atəş taqımının komandiri vəzifəsində xidmət etdiyini, MAHHXHQ çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə görüb tanıdığını, MAHHXHQ çavuş Təqsirləndirilən şəxs N8 noyabr N0N4-cü il tarixdə hərbi hissə komandirinin əmri ilə batareyanın 1-ci taqımının 1-ci minaatan komandiri vəzifəsinə təyin edildiyini, lakin həmin vaxt onun bağırsaqlarında olan müalicəsi ilə ələqadar Bakı şəhərinə Baş Klinik Hospitalda ezam olunduğunu, onun nə vaxt xidmət yerinə qayıdacağı ilə bağlı məlumat verilmədiyini, N dekabr N0N4-cü il tarixdə MAHHXHQ çavuş Təqsirləndirilən şəxs xidmət yerinə gələrək təqdim olunduğunu, həmin vaxt onun xidmət yerinə gec qayıtması barədə yuxarı komandanlıqdan ona məlumat verildiyini, Təqsirləndirilən şəxs 19 noyabr N0N4-cü il tarixdə Baş Klinik Hospitala getdiyini, 04 dekabr N0N4-cü il tarixdə müalicəsi qurtardıqdan sonra hərbi hissədə olmalı olduğu halda xidmət yerinə N dekabr N0N4-cü il tarixdə qayıtdığını, bundan sonra tabor komandiri əvəzi kapitan Şahid5 onun üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında çıxmaması ilə bağlı raportla yuxarı komandanlığa müraciət etdiyini və onun barəsində cinayət işi qaldırıldığını öyrəndiyini göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində hal-hazırda N nömrəli hərbi hissədə xidmət etdiyini, MAHHXHQ çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə görüb tanıdığını və həmin vaxt onun tabor komandiri olduğunu, Təqsirləndirilən şəxs N0N4-cü ilin noyabr ayının sonlarında 3-cü taborun minaatan batareyasına xidmətə verildiyini, N dekabr N0N4-cü il tarixdə taborun qərargah rəisi məzuniyyətdə olduğundan tabor komandiri vəzifələrini icra edərkən həmin vaxt hərbi hissə komandanlığı tərəfindən MAHHXHQ çavuş Təqsirləndirilən şəxs N0N4-cü ilin noyabr ayında bağırsağında olan xəstəliklə bağlı müayinə olunması üçün Baş Klinik Hospitala göndərildiyini, onun Baş Klinik Hospitaldan 04 dekabr N0N4-cü il tarixdə buraxılmasına baxmayaraq xidmət yerinə yalnız N dekabr N0N4-cü il tarixdə qayıtdığını, araşdırma zamanı onun 04 dekabr N0N4-cü il tarixdən N dekabr N0N4-cü il tarixədək olan müddət ərzində xidmət yerində olmadığını göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə baxışı iclaslarında iştirak edə bilməyən ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs ilə ailəli olduğunu, onların üç azyaşlı övladları olduğunu, əri Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə MAHHXHQ çavuş kimi xidmət etdiyini, ailəsi ilə birlikdə Şərur rayonu, Püsyan kəndində yaşadıqlarını, Kərəmin bir müddət N05 nömrəli hərbi hospitalda bağırsağında olan problemlə bağlı müalicə alsa da ağrılarının keçmədiyini, bundan sonra Kərəmi əsaslı müalicə alması üçün Bakı şəhərində yerləşən Baş Klinik Hospitala müayinəyə göndərdiklərini, Kərəmin 19 noyabr N0N4-cü il tarixdə Bakı şəhərinə getdiyini, Bakı şəhərində olduğu müddətdə əri Kərəmin onunla danışarkən orada müayinə olunduğunu dediyini, 04 dekabr N0N4-cü il tarixdə əri Kərəm yaşadıqları, Şərur rayonu, Püsyan kəndində olan evlərinə gələrək bir müddət evdə qalıb mülki xəstəxanada ona yazılmış müalicəni davam etdirdiyini, müalicəsini bitirdikdən sonra xidmət yerinə gedəcəyini dediyini, müalicəsi bitdikdən sonra əri Kərəm N dekabr N0N4-cü il tarixdə xidmət yerinə, hərbi hissəsinə qayıtdığını, bundan sonra bildiyinə görə əri Kərəmin icazəsiz olaraq evdə qalıb müalicə almasını, onun evdə olub müalicə almasından hərbi hissənin məlumatı olmadığını öyrəndiyini, onun 04 dekabr N0N4-cü il tarixdə Bakı şəhərindən qayıtdıqdan sonra icazəsiz evdə qalaraq 14 gündən sonra N dekabr N0N4-cü il tarixdə xidmət yerinə qayıtdığını bildiyini göstərmişdi. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 9-10-da olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 19 noyabr N0N4-cü il tarixli, 175 nömrəli ezamiyyət vəsiqəsində həmin gün MAHHXHQ çavuş Təqsirləndirilən şəxs müayinə və müalicə olunması üçün Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Baş Klinik Hospitalına ezam olunduğu, 19 noyabr N0N4-cü il tarixdə Baş Klinik Hospitala daxil olduğu, 04 dekabr N0N4-cü il tarixdə Baş Klinik Hospitaldan xaric olunduğu, N dekabr N0N4-cü il tarixdə N nömrəli hərbi hissəyə qayıtdığı qeyd olunmuşdur. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 11-də olan N nömrəli hərbi hissə komandirinin N0 noyabr N0N4-cü il tarixli, 3N8 nömrəli əmrindən çıxarışda həmin tarixdə MAHHXHQ çavuş Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına ezamiyyətə göndərildiyi göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 18N-də olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin 19 noyabr N0N4-cü il tarixli, N9N nömrəli əmrindən çıxarışda həmin tarixdə N nömrəli hərbi hissədə xidmət edən MAHHXHQ çavuş Təqsirləndirilən şəxs müayinə və müalicə məqsədilə Baş Klinik Hospitala ezamiyyətə gəldiyi göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 14-də olan N nömrəli hərbi hissə komandirinin N dekabr N0N4-cü il tarixli, 356 nömrəli əmrindən çıxarışda MAHHXHQ çavuş Təqsirləndirilən şəxs həmin tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından gəldiyi və xidməti vəzifələrinin icrasına başladığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, “X10” MMC-yə sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs 04 dekabr N0N4-cü il tarixdə, saat 13:10 dəqiqədə Bakı şəhərindən Naxçıvan şəhərinə gəldiyi göstərilmiş, həmin fakt məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “771 **********” nömrəli təyyarə uçuş bileti ilə də təsdiqini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 0N dekabr N0N4-cü il tarixli, 11N04 nömrəli və N4 yanvar N0N5-ci il tarixli, 414 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X6 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada psixi xəstə kimi müalicə almadığı göstərilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada narkoloji xəstə kimi müalicə almadığı göstərilmişdir. “X9 Mərkəzi” X6 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada hər hansı bir xəstəliklə bağlı müalicə almadığı göstərilmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 1N yaşlı X3, 6 yaşlı X4 və 1 yaşlı XN adlı övladları var. Beləliklə, məhkəmə yuxarıda şərh olunan sübutların cəminə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özünün səmimi etirafı ilə yanaşı şahid ifadələri eləcə də cinayət işinə əlavə edilmiş digər istintaq sənədləri ilə də təqsiri tam sübuta yetir və onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət məsuliyyətindən azad etmək üçün əsaslar olmadığından təqsirləndirilən şəxs yuxarıda göstərilən əsaslarla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcürbəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, törətdiyi cinayəin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, əvvəllər məhkum olunmamasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar yoxdur Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən onun şəxsiyyətini, törətdiyi cinayətin xarekterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterize olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandanlığına həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖКМ ЕТDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından 10 (on) faiz pul tutulmaqla 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandanlığına həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-23/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-23/2025
04.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver