Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-24/2022 08.09.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: XXXXXXqızının katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1985-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, Şərur rayonunun Çərçiboğan kəndində yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, N №li hərbi hissənin 1-ci taborunun N-ci bölüyünün 1-ci tağımının N-ci manqasında mexanik-sürücü vəzifəsində xidmət edən, 15 iyul N0N-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş MAHHXHQ-su, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmamış, onun üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmamışdır. Belə ki, o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi N №-li hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün N-ci taqımının N-ci manqasının mexanik-sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən N may N0N-ci il tarixdə xidmət vaxtı bitdikdən sonra hərbi hissədən yaşadığı evə buraxılmış, N may N0N-ci ildə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda, yalnız N iyun N0N-ci il tarixdə saat 15:30-da xidmət yerinə qayıtmış, onun üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində N009-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında xidmətə başladığını, N009-cu ildən N0N-ci ilin yanvar ayınadək N №-li hərbi hissədə xidmət etdiyini, N0N-ci ilin yanvar ayında aylıq məvacibi yüksək olduğundan öz xahişi ilə xidmət yerinin N №-li hərbi hissəyə dəyişdirildiyini, həmin hərbi hissədə mexanik-sürücü vəzifəsində xidmət etdiyini, N №-li hərbi hissədə xidmət edərkən N may N0N-ci ildə saat 19:30-da xidmət yerindən evə buraxıldığını, N may N0N-ci il tarixdə saat 08:00-da səhər yoxlanışı vaxtı xidməti yerində olmalı olduğu halda, xidmət yerinə getmədiyini, həmin gün taqım komandiri baş leytenant Şahid4, taborun qərargah rəisi kapitan ŞahidN onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq xidməti yerinə hansı səbəbdən gəlmədiyini soruşduqlarını, onlara Culfa rayonuna qonaq gəldiyini dediyini, komandirlərinin onun hərbi hissəyə xidməti yerinə qayıtmalı olduğunu dediklərini, onlara “taksi çağırmışam, gələcəm” dediyini, həmin gün xidmət yerinə getmədiyini, sonrakı günlərdə xidməti yerinə getmədiyi müddətlərdə komandir heyətinin ona hər gün zəng edib xidmət yerinə qayıtmağını dediklərini, bəzi vaxtlarda telefonunu bağlı saxladığını, bəzi vaxtlarda onların zənginə cavab verib “gələcəyəm” deyib xidmət yerinə getmədiyini, hər dəfə də onlara Culfa rayonuna qonaq gəldiyini, taksi çağırdığını və ya Naxçıvan şəhərində olduğunu, birazdan gələcəyini dediyini, müxtəlif bəhanələr gətirdiyini, xidmət yerinə getmədiyini, atası və qardaşı Nuralın ona zəng vurub hərbi hissədən komandirlərin onu axtardığını, xidmət yerinə getməli olduğunu bildirdiklərini dediklərini, narahat olmasınlar deyə yalandan atasına və qardaşına hərbi hissəyə, yəni xidmət yerinə gedəcəyini dediyini, N may N0N-ci il tarixdən N iyun N0N-ci il tarixədək xidmət yerinə getmədiyini, N iyun N0N-ci il tarixdə saat 14 radələrində Naxçıvan şəhərində olarkən atasının ona zəng edərək harada olduğunu soruşduğunu, yaşadıqları Çərçiboğan kəndinə Hərbi Polisin gəldiyini bildirdiyini, dərhal kəndə qayıtdığını, atasıgilin yaşadığı evin həyətində Hərbi Polis əməkdaşlarının onun gəldiyini görüb hərbi hissəyə xidməti yerinə qayıtmalı olduğunu bildirdiklərini, onlarla birgə həmin gün saat 15:30-da N №-li hərbi hissəyə xidməti yerinə qayıtdığını, hərbi polis əməkdaşlarının onu hərbi hissə növbətçisinə təhvil verdiklərini, N iyun N0N-ci il tarixdə saat 15:30-da xidməti yerində olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində xidmət yerinə vaxtında çıxmamasını şəxsi problemlərinin olması, yəni müxtəlif şəxslərə borcunun olması, həmin şəxslərin hərbi hissəyə gələrək bu barədə hərbi hissə komandirinə şikayət etmələrindən qorxması, bunu özünə sığışdırmaması ilə əlaqələndirərək törətdiyi əməlindən peşman olduğunu, xidmət yerinə çıxmadığı dövrdə xidmətdən yayınmaq məqsədinin və niyyətinin olmadığını, hadisə baş verən dövrədək xidməti fəaliyyəti ilə əlaqədar olaraq komandir heyətinin ondan hər hansı bir narazılığının olmadığını, borcları səbəbindən bir ildən artıqdır ki, ailəsindən faktiki ayrı yaşadığını, himayəsində N (iki) azyaşlı övladının olduğunu, onlara aliment ödədiyini, hazırda Naxçıvan şəhərində bibisigilin evində yaşadığını və xırda-xırda borclarını qaytarmağa başladığını, layiqincə xidmətinə davam etmək istədiyini, bir daha bu cür hərəkətlərə yol verməyəcəyini, özünü doğrultmağa çalışacağını, hazırda N №-li hərbi hissədə xidmət etdiyini, xidmət yerinə vaxtında getdiyini, xidmət yerinə getməmə, gecikmə hallarına yol vermədiyini bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş mayor Şahid1 ifadəsində N №-li hərbi hissənin 1-ci taborun komandiri vəzifəsində xidmət etdiyini, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N0N-ci ilin yanvar ayından N №-li hərbi hissənin 1-ci tabor 1-ci bölük N-ci taqımında mexanik-sürücü vəzifəsində xidmət etməyə başladığını, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N may N0N-ci il tarixdə səhər saat 08 radələrində xidmət yerinə çıxmadığını, tağım komandiri baş leytenant Şahid4 sıranı yoxlayarkən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs xidmət yerinə gəlmədiyini gördüyünü, Təqsirləndirilən şəxs xidmət yerində olmaması barədə ona məruzə etdiyini, sonra taborun qərargah rəisi kapitan ŞahidN MAHHXHQ əsgər Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmaması barədə məruzə etdiyini, tağım komandiri baş leytenant Şahid4 Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsi barədə raport yazmasını tapşırdığını, həmin gün səhər saatlarında hərbi hissə komandirinə bu barədə məruzə etdiyini, daha sonra hərbi hissə komandiri qarşısında MAHHXHQ əsgər Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmaması haqqında vəsatət qaldırdığını, baş leytenant Şahid4 MAHHXHQ əsgər Təqsirləndirilən şəxs harada olubolmaması ilə maraqlanıb məlumat verməsini tapşırdığını, baş leytenant Şahid4 MAHHXHQ əsgər Təqsirləndirilən şəxs telefonuna zəng vurub ona xidmət yerinə qayıtmasını dediyini, Təqsirləndirilən şəxs cavab olaraq Culfa rayonuna qonaq gəldiyini, gələcəyini dediyini, lakin onun xidmət yerinə qayıtmadığını, kapitan ŞahidN Təqsirləndirilən şəxsla, atası və qardaşı ilə mobil telefonla əlaqə saxladığını,ona xidmət yerinə qayıdacağını bildirsələr də, Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmadığını, sonrakı günlərdə də Təqsirləndirilən şəxs xidmət yerinə çıxmadığını, Təqsirləndirilən şəxs telefonuna bəzən zəng çatmadığını, bəzən də zənglərə cavab verəndə “gələcəyəm” deyib xidmət yerinə gəlmədiyini, Təqsirləndirilən şəxs N may N0N-ci ildə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda, onun yalnız N iyun N0N-ci il tarixdə saat 15:30 radələrində Hərbi Polisin əməkdaşlarının müşayiəti altında xidmət yerinə qayıtdığını, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi dövrdə xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir probleminin olmadığını, onun xidmət yerinə vaxtında çıxmamasının şəxsi problemləri, yəni müxtəlif şəxslərə borcunun olması ilə bağlı olduğunu, MAHHXHQ əsgər Təqsirləndirilən şəxsla əvvəllər N nömrəli hərbi hissədə də birlikdə xidmət etdiklərini, onun zəhmətkeş bir hərbi qulluqçu olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid3 ifadəsində N №-li hərbi hissənin 1-ci taborunun 1-ci bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etdiyini, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N0N-ci ilin yanvar ayından N №-li hərbi hissədə mexanik-sürücü vəzifəsində xidmət etdiyini, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N may N0N-ci ildə saat 19:30-da hərbi hissədən evə buraxıldığını, N may N0N-ci il tarixdə səhər saat 08:00-da onun xidmət yerində olmalı olduğu halda xidmət yerinə çıxmadığını, taqım komandiri baş leytenant Şahid4 sıranı yoxlayarkən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs xidmət yerinə çıxmadığını görüb bu barədə ilk öncə tabor komandiri mayor Şahid1 məruzə etdiyini, bu barədə taborun qərargah rəisi, kapitan ŞahidN məruzə etdiyini, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs xidmət yerinə hansı səbəbdən gəlməməsini öyrənmək üçün onun mobil telefonuna zəng vurduğunu, onunla əlaqə saxladığını, Təqsirləndirilən şəxs xidmət yerinə hansı səbəbdən gəlmədiyini soruşduğunu, Təqsirləndirilən şəxs “Culfa rayonunda olduğunu, gələcəyəm” dediyini, kapitan ŞahidN da MAHHXHQ Təqsirləndirilən şəxs mobil telefonuna zəng vurduğunu, ondan harada olmasını, xidmət yerinə niyə gəlməməsinin səbəbini soruşduğunda Təqsirləndirilən şəxs “taksi çağırmışam, gələcəm” desə də həmin gün xidmət yerinə gəlmədiyini, sonra dəfələrlə onun mobil telefonuna zəng vurmalarına baxmayraq əlaqə saxlaya bilmədiklərini, telefonunu söndürdüyünü, kapitan ŞahidN Təqsirləndirilən şəxs atasının və qardaşının telefonlarına zəng vurub Təqsirləndirilən şəxs xidmət yerinə gəlmədiyini dediyini, atası və qardaşının onun xidmət yerinə çıxmaması, harada olması barədə məlumatlarının olmadığını bildirdiklərini, sonrakı günlərdə də Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmadığını, Təqsirləndirilən şəxs N may N0N-ci il tarixdən N iyun N0N-ci il tarixdək xidmət yerinə qayıtmadığını, bu barədə hərbi hissə komandanlığı tərəfindən Hərbi Polisə məlumat verildiyini, N iyun N0N-ci il tarixdə saat 15:30 radələrində Hərbi Polis tərəfindən Təqsirləndirilən şəxs hərbi hissəyə gətirildiyini, Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmamasına səbəbin onun ailə-məişət problemlərinin olduğunu, xidməti müddətində ona qarşı nizamnamədən kənar hərəkətlərə yol verilmədiyini, onun xidmətlə bağlı probleminin, çətinliyinin olmadığını, Təqsirləndirilən şəxs ailə-məişət problemləri ilə bağlı bir neçə dəfə onunla söhbət etdiyini, söhbət zamanı onun ailəsində arvadı ilə problemlərinin olduğunu, ailəsindən ayrı yaşadığını, övladlarına görə hər ay aliment pulu ödədiyini, müxtəlif şəxslərə borcu olduğunu öyrəndiyini, bu barədə ona aylıq məvacibinin məqsədyönlü xərclənilməsi ilə bağlı məsləhətlər verdiyini, hazırda Təqsirləndirilən şəxs N №-li hərbi hissədə xidmət etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 1-ci taborunun qərargah rəisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmət etmiş ŞahidN və N №-li hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün N-ci taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən Şahid4 oxşar məzmunlu ifadələr verərək, şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadələrində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində MAHHXHQ əsgər Təqsirləndirilən şəxs onun övladı olduğunu, oğlu Təqsirləndirilən şəxs N009-cu ildən etibarən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etməyə başladığını, onun əvvəllər Naxçıvan şəhərində yerləşən N №-li hərbi hissədə xidmət etdiyini, N0N-ci ilin yanvar ayından isə Kəngərli rayonunda yerləşən N №li hərbi hissədə xidmətini davam etdirdiyini, N0N-ci ilin may ayının N-də yaşadığı Şərur rayonunun bazarında olarkən mobil telefonuna zəng gəldiyini, zəng edən şəxsin özünü təqdim edərək kapitan ŞahidN olduğunu, oğlu İsanın xidməti yerinə gəlmədiyini, hər-hansı bir problemin olub-olmamasını soruşduğunu, ona cavab olaraq heç bir probleminin olmamasını, onun onlarla yaşamadığını, harada olmasını dəqiqləşdirib məlumat verəcəyini bildirdiyini, bundan sonra dərhal oğlu İsaya zəng edərək harada olmasını və niyə xidməti yerinə getmədiyini soruşduğunu, İsanın “narahat olma gedəcəm, dünən biraz işim çox olub” kimi müxtəlif bəhanələr gətirdiyini, bir-iki gün sonra yenə də hərbi hissədən ona zəng vurulub oğlu İsanın xidmət yerinə qayıtmadığının bildirildiyini, N iyun N0N-ci il tarixdə isə saat 14:10 radələrində evlərinə Hərbi polisin əməkdaşlarının gəldiyini və onların İsanın harada olduğunu soruşduqlarını, İsanın onlarla birgə yaşamadığını dediyini, oğlu İsaya zəng edərək harada olduğunu, evə Hərbi polisin gəldiyini dediyini, oğlunun ona “narahat olma indi qayıdıram kəndə” dediyini, biraz keçmiş oğlu İsanın gəldiyini, Hərbi Polislə birgə onu hərbi hissəyə apardığını, hərbi hissə növbətçisinə təhvil verdiklərini, N iyun N0N-ci il tarixdən oğlu İsanın xidmət yerinin N №-li hərbi hissəyə dəyişdirildiyini, hazırda oğlunun N №-li hərbi hissədə xidmət etdiyini, oğlu Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmamasına onun ailə-məişət problemlərinin, yəni müxtəlif şəxslərə borcunun olmasının səbəb olduğunu, xidməti fəaliyyəti ilə bağlı onun heç bir probleminin, çətinliyinin olmadığını, oğlu Təqsirləndirilən şəxs hazırda ailəsindən ayrı Naxçıvan şəhərində bibisigildə yaşadığını və onun iki azyaşlı övladının olduğunu, ailəsi ilə birgə yaşadıqları dövrdə oğlu Təqsirləndirilən şəxs aldığı aylıq məvacibini düzgün xərcləmədiyini, onun arvadı və özü tərəfindən israfçılığa yol verildiyini, yaşadıqları ərazidə yerləşən mağazalardan tez-tez nisyə ərzaq məhsulları aldıqlarını, onların səhər yeməyində çay əvəzinə ”Fanta“, “Cola” içdiklərini, gəlininin evdə paltar yumadığını, çirklənən paltarları zibilliyə atdığını, nəticədə də oğlunun müxtəlif şəxslərə borcunun yarandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N №-li hərbi hissə komandirinin N yanvar N0N-ci il tarixli, N0 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov X5 Ümumqoşun Ordu Komandanının birinci müavini-qərargah rəisinin xx.xx.N0N-ci il tarixli, 010 əç №-li əmri ilə 1-ci motoatıcı taborun 1-ci motoatıcı bölüyünün N-ci taqımının N-ci manqasının mexanik-sürücüsü vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N yanvar N0N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır (İ.v İ cild 8). N №-li hərbi hissənin 1-ci bölüyünün N-ci taqımının komandiri, baş leytenant Şahid4 N may N0N-ci il tarixli raportundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə gəlməmişdir (İ.v İ cild 4). N №-li hərbi hissə komandirinin N may N0N-ci il tarixli, 146 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 1-ci motoatıcı taborun 1-ci motoatıcı bölüyünün N-ci taqımının N-ci manqasının mexanik-sürücüsü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N may N0N-ci il tarixdə xidmət yerinə gəlmədiyi üçün qazan təminatından çıxarılmışdır (İ.v İ cild 9). N №-li hərbi hissənin 1-ci taborunun komandiri, mayor Şahid1 N iyun N0N-ci il tarixli raportundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə qayıtmışdır. (İ.v İ cild 33). N №-li hərbi hissə komandirinin N iyun N0N-ci il tarixli, 161 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 1-ci motoatıcı taborun 1-ci motoatıcı bölüyünün N-ci taqımının N-ci manqasının mexanik-sürücüsü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N iyun N0N-ci il tarixdə xidmət yerinə gəldiyi üçün qazan təminatına qoyulmuşdur (İ.v İ cild 34). N №-li hərbi hissə komandirinin N iyun N0N-ci il tarixli, 161 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su əsgər Məmmədov X5 Ümumqoşun Ordu X6 üzrə müavininin N4 may N0N-ci il tarixli, 088 əç №-li əmri ilə 1-ci taborun N-ci bölüyünün 1-ci taqımının N-ci manqasının mexanik-sürücüsü vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N17 nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N iyun N0N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır (İ.v İ cild 50). N №-li hərbi hissənin 1-ci taborunun komandanlığı tərəfindən verilmiş N4 may N0Nci il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur (İ.v İ cild 1N). N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 801 №-li arayışdan görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs 13 iyun N0N-ci il tarixdə N05 №-li hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir, Təqsirləndirilən şəxs sağlam olmaqla, hərbi xidmətə yararlıdır (i.v İ cild 5N). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş 04 iyun N0N-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 59). “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 iyun N0N-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 170-17N). ”Qüsursuz Xidmətə Görə” 3-cü Dərəcəli medal vəsiqəsinin surətindən görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.N018-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən ”Qüsursuz Xidmətə Görə” 3-cü Dərəcəli medalla təltif olunmuşdur (i.v İİ cild 58). Şərur rayon icra hakimiyyəti başçısının Çərçiboğan kənd İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.N0N-ci il tarixli 490 və 491 №-li arayışlardan, o cümlədən AZ-İ 419945 №-li nikah haqqında şəhadətnamənin və AA3358889, AA3358888, AA ******* №-li şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayonunun Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, onun himayəsində olan ailə üzvləri-199N-ci il təvəllüdlü arvadı X1, N009-cu il təvəllüdlü qızı XN, N011-ci il təvəllüdlü oğlu X3 ibarətdir (i.v İ cild N0, 41-43, İİ cild 56-57). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 333.3-cü maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə cinayət tərkibinin yaranmasına səbəb olur. Həmçinin “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 noyabr N001-ci il tarixli qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, cinayət məsuliyyətinə səbəb olan xidmət yerinə vaxtında gəlməmə ondan ibarətdir ki, hərbi qulluqçu qanuni əsaslarla hissənin mövqeyindən və ya xidmət yerindən getdikdən sonra üzürlü səbəblər olmadan müəyyən olunmuş müddətdə hissəyə və ya xidmət yerinə qayıtmamış olsun. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün N-ci taqımının Nci manqasının mexanik-sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən N may N0N-ci il tarixdə xidmət vaxtı bitdikdən sonra hərbi hissədən yaşadığı evə buraxılmış, N may N0N-ci ildə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda, yalnız N iyun N0N-ci il tarixdə saat 15:30-da xidmət yerinə qayıtmış, onun üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmamışdır. Bununla da Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş N may N0N-ci il və N iyun N0N-ci il tarixli raportlar, N №-li hərbi hissə komandirinin N may N0N-ci il tarixli, 146 nömrəli və N iyun N0N-ci il tarixli, 161 nömrəli əmrlərindən edilmiş çıxarışlar, o cümlədən işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsinə əsasən ağır şərait zəminində bu Məcəllənin 333.1—333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 noyabr N001-ci il tarixli Qərarının 15-ci bəndində əsasən qanunun mənasına görə «ağır şərait» anlayışına hərbi qulluqçunun yaxın qohumlarının gözlənilməz ağır xəstəliyi, ciddi ailə münaqişələri, hərbi qulluqçunun yaxın qohumlarının yaşadığı yerdə baş vermiş təbii fəlakət və bu kimi hallar daxildir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanuni əsaslarla xidmət yerindən getdikdən sonra xidmət yerinə vaxtında qayıtmamasına səbəb olan halları (müxtəlif şəxslərə borclu olmasını) onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasə ola biləcək “ağır şərait zəmini” kimi qiymətləndirərək, onu cinayət məsuliyyətindən azad etmək olmaz. Bununla da, məhkəmədə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, evli və himayəsində aliment ödədiyi N (iki) azyaşlı uşağının olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsinin tələbnaməsi, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş Şərur rayon icra hakimiyyəti başçısının Çərçiboğan kənd İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.N0N-ci il tarixli 490 və 491 №-li arayışlardan, o cümlədən AZ-İ 419945 №-li nikah haqqında şəhadətnamənin və AA3358889, AA3358888, AA ******* №-li şəxsiyyət vəsiqələrinin surətləri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; X9rşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında- iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Başqa sözlə, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan soyuq münasibətlərinə daha da mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 15 iyul N0N-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. İş üzrə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 10% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-24/2022
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-24/2022
08.09.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver