Məhkəmə qərarları › İş №1-1(092)-24/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-24/2023

28.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-24/2023 28.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, hakimlər Həsənov Polad Vəli oğlu və Orucəliyev Abil Elmar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1N, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, müdafiəçilər – Naxçıvan Şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1, MüdafiəçiN və Müdafiəçi4 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 1987-ci ildə Sumqayıt şəhəri, Corat qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı övladı olan), ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 73, ev-77də yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, N saylı hərbi hissənin 3-cü taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsində, mayor hərbi rütbəsində xidmət edən, barəsində 01 aprel N0N3-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N və 341.3-cü maddələri ilə, xx xxxxxx 1987-ci ildə Şərur rayonu, Kosacan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı övladı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Kosacan kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, MAHHXHQ-su kimi N saylı hərbi hissənin 4-cü motoatıcı taborunun rabitə taqımının radio manqasının komandiri vəzifəsində, “Çavuş” hərbi rütbəsində xidmət etmiş, hal-hazırda işsiz, barəsində 14 iyun N0N3-cü il tarixdə “polisin nəzarəti altına vermək” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 311.3.N-ci maddəsi ilə xx xxxx 199N-ci ildə Şərur rayonu, Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı övladı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Kərimbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, MAHHXHQ-su kimi N saylı hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 1-ci taqımının, 1-ci manqasında baş atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, hal-hazırda işsiz, barəsində 16 iyun N0N3-cü il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 311.3.N-ci maddəsi ilə, xx xxxxxxx 1988-ci ildə Şərur rayonu, Tumaslı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı övladı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Tumaslı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, MAHHXHQ-su kimi N saylı hərbi hissənin 3-cü avtomobil bölüyünün, 1-ci avtomobil taqımının, 1-ci avtomobil manqasında sürücü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, barəsində 19 iyun N0N3-cü il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 311.3.N-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin Sədərək rayonunun Dəmirçi kəndi ərazisində yerləşən 3-cü taborunun komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmət edərkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar tabeliyində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu heyətinin sıradan, dərslərdən, naryadlardan azad edilərək onlara daha yüngül xidmət şəraitinin yaradılması, yəni bir qismini “çöl odun” adlandırdıqları taborun ərazisindən kənarda yaşayış sahələrindən odunların kəsilib tabor mərkəzinə daşınması, “içəri odun” adlandırdıqları həmin odunların tabor mərkəzində doğranıb yığılaraq mövqelərə göndərilməsi, Sədərək rayonu ərazisində olan şərti olaraq “dəhnə” adlanan mövqenin, tabor ətrafı və Dəmirçi kəndi ərazisində yerləşən “meyvə bağları” nın mühafizə edilməsi ilə bağlı təsərrüfat işlərinə cəlb edilmələri müqabilində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Təqsirləndirilən şəxsN ilə cinayət əlaqəsinə girərək onun vasitəsilə həmin işlərə ayrılacaq şəxslərdən özü üçün dolayı yolla aylıq 100-1N manat arası pul vermələrini istəmiş, təsərrüfat işlərinə gedənlər də, təsərrüfat işində olarkən yüngül xidmət şəraitində olduqları üçün hər ay pul verəcəkləri barədə razılaşmış, bundan sonra o, “çöl odun” təsərrüfat işində olanlarla birbaşa təmasda olmamaq üçün “çöl odun” təsərrüfat işində işləyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Təqsirləndirilən şəxs4 ilə cinayət əlaqəsinə girib onu orada işləyənlərin üzərində böyük təyin edərək pulların yığılıb verilməsini ona tapşırıb N0NN-ci ilin yanvar ayında onun özündən və onun vasitəsilə “çöl odun” təsərrüfat işinə cəlb edilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, kiçik çavuş Şahid14, əsgər Şahid16 və əsgər Şahid11 100 manat olmaqla ümumilikdə 400 manat, təkrarən N0NN-ci ilin fevral ayında Təqsirləndirilən şəxs4 özündən və onun vasitəsilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər Şahid16, Şahid11 və kiçik çavuş Şahid14 100 manat olmaqla ümumilikdə 400 manat, N0NN-ci ilin mart ayında Təqsirləndirilən şəxs4 özündən və onun vasitəsilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, kiçik çavuş Şahid15, əsgər Şahid16, Şahid11 və kiçik çavuş Şahid14 100 manat olmaqla ümumilikdə 500 manat, N0NN-ci ilin aprel ayında Təqsirləndirilən şəxs4 özündən və onun vasitəsilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid16, Şahid11, kiçik çavuş Şahid14 100 manat olmaqla ümumilikdə 400 manat, N0NN-ci ilin may ayında Təqsirləndirilən şəxs4 özündən və onun vasitəsilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid16, Şahid11, kiçik çavuş Şahid14 və Şahid15 100 manat olmaqla ümumilikdə 500 manat, N0NN-ci ilin iyun ayında Təqsirləndirilən şəxs4 özündən və onun vasitəsilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid16, Şahid11, kiçik çavuş Şahid14 və Şahid15 100 manat olmaqla ümumilikdə 500 manat alaraq vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla vasitəçidən istifadə etməklə ümumilikdə onlardan N0NN-ci ilin yanvar ayından iyun ayınadək N700 manat pul istəyərək almışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 Sədərək rayonu ərazisində olan şərti olaraq “dəhnə” adlanan mövqenin, həmçinin tabor ətrafı və Dəmirçi kəndi ərazisində yerləşən “meyvə bağları”nın mühafizə edilməsi və “içəri odun” təsərrüfat işlərinə ayrılanlarla birbaşa təmasda olmamaq üçün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxsN ilə cinayət əlaqəsinə girərək orada işləyənlərdən pulların yığılıb verilməsini ona tapşırıb onun vasitəsilə “dəhnə” mövqeyi adlanan ərazidəki əşya və əmlakın, tikinti materiallarının mühafizəsi işinə ayrılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid1N Tahar oğlundan N0N1-ci ilin dekabr ayında 1N manat, təkrarən N0NN-ci ilin yanvar ayında əsgər Şahid1N Tahar oğlundan 1N manat, əsgər Şahid13 300 manat, əsgər Şahid6, əsgər Şahid8 və əsgər Şahid9 100 manat olmaqla ümumilikdə 7N manat, N0NN-ci ilin fevral ayında əsgər Şahid6, əsgər Şahid8, əsgər Şahid9, əsgər Şahid18 və əsgər ŞahidN3 100 manat, əsgər Şahid13 və əsgər ŞahidN6 1N manat olmaqla ümumilikdə 800 manat, N0NN-ci ilin mart ayında əsgər Şahid6, əsgər Şahid8, əsgər Şahid9, əsgər Şahid18 və əsgər ŞahidN3 100 manat, əsgər ŞahidN6 1N manat olmaqla ümumilikdə 6N manat, N0NN-ci ilin aprel ayında əsgər Şahid6, əsgər Şahid8, əsgər Şahid9, əsgər Şahid18 və əsgər ŞahidN3 100 manat, əsgər ŞahidN6 1N manat olmaqla ümumilikdə 6N manat, N0NN-ci ilin may ayında əsgər Şahid18 və əsgər ŞahidN3 100 manat, əsgər ŞahidN6 və kiçik çavuş Şahid19 1N manat olmaqla ümumilikdə 500 manat, N0NN-ci ilin iyun ayında əsgər Şahid18 və əsgər ŞahidN3 100 manat olmaqla ümumilikdə N00 manat, habelə N0NN-ci ilin aprel ayında tabor ətrafı və Dəmirçi kəndi ərazisində yerləşən “meyvə bağları”nın mühafizə edilməsi ilə bağlı təsərrüfat işlərinə ayrılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər S. Həsənov və əsgər Şahid1N 1N manat, əsgər Şahid17 100 manat olmaqla ümumilikdə 400 manat, təkrarən N0NN-ci ilin may ayında əsgər Şahid10 və əsgər Şahid1N 1N manat, əsgər Şahid17 100 manat olmaqla, ümumilikdə 400 manat, həmçinin “içəri odun” təsərrüfat işinə ayrılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər ŞahidN7 N0NN-ci ilin yanvar ayında 100 manat alaraq vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla vasitəçidən istifadə etməklə ümumilikdə onlardan N0N1-ci ilin dekabr ayından N0NN-ci ilin iyun ayınadək 4600 manat pul istəyərək almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 “içəri odun” təsərrüfat işində olanlarla birbaşa təmasda olmamaq üçün həmin təsərrüfat işində işləyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib onu “içər odun” təsərrüfat işində işləyənlərin üzərində böyük təyin edərək pulların yığılıb verilməsini ona tapşırıb N0NN-ci ilin yanvar ayında onun özündən və onun vasitəsilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər ŞahidN0, əsgər ŞahidNN, kiçik çavuş ŞahidN4 və əsgər ŞahidN5 80 manat olmaqla ümumilikdə 400 manat, təkrarən N0NN-ci ilin mart ayında Təqsirləndirilən şəxs3 özündən N manat, onun vasitəsilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər ŞahidNN, əsgər ŞahidN0, kiçik çavuş ŞahidN4, əsgər ŞahidN5 və əsgər Şahid7 Vəliyəddin oğlundan 100 manat, kiçik çavuş ŞahidN1 80 manat olmaqla ümumilikdə 630 manat, N0NN-ci ilin may ayında Təqsirləndirilən şəxs3 özündən və onun vasitəsilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular əsgər ŞahidN0, əsgər ŞahidNN, kiçik çavuş ŞahidN4, əsgər ŞahidN5 və əsgər Şahid7 100 manat, kiçik çavuş ŞahidN1 80 manat olmaqla ümumilikdə 680 manat, N0NN-ci ilin iyun ayında Təqsirləndirilən şəxs3 özündən və onun vasitəsilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular əsgər, ŞahidN0, əsgər ŞahidNN, kiçik çavuş ŞahidN4 və əsgər ŞahidN5 100 manat olmaqla ümumilikdə onlardan 500 manat pul alaraq vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla vasitəçidən istifadə etməklə ümumilikdə onlardan N0NN-ci ilin yanvar ayından iyun ayınadək NN10 manat pul istəyərək almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin döyüş şəraitində yerləşən 4-cü taborunun komandiri vəzifəsində mayor hərbi rütbəsində xidmət edərkən N0NN-ci ilin avqust ayında taborun inzibati binasında yerləşən qazanxanadakı xarab olan reduktorun əvəzinə yenisinin alınması və quraşdırılması, həmçinin taborda istifadə etmək üçün yaddaş diski və su nasosunun alınması üçün lazım olan pulu hərbi hissənin vəsaiti hesabına təmin etmək əvəzinə rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni özünü yuxarı komandanlıq qarşısında yaxşı, nüfuzlu komandir kimi göstərmək üçün xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək taborda xidmət edən şəxsi heyətə pul yığılması barədə göstəriş verib pulun yığılmasını tabeliyində xidmət edən kapitan Zərərçəkmiş şəxs1 tapşıraraq N0NN-ci ilin avqust ayında onun özündən, habelə mayor Zərərçəkmiş şəxs17, baş leytenant Zərərçəkmiş şəxs6, leytenant X1N və leytenant Zərərçəkmiş şəxs7 100 manat, polkovnik-leytenant Zərərçəkmiş şəxs15 və kapitan Zərərçəkmiş şəxs4 1N manat, gizir Zərərçəkmiş şəxs3 80 manat, baş leytenant Zərərçəkmiş şəxsN və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Zərərçəkmiş şəxs8 N manat, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular çavuş Zərərçəkmiş şəxs14 və çavuş Zərərçəkmiş şəxs10 N5 manat, əsgər Zərərçəkmiş şəxs16 30 manat olmaqla ümumilikdə 1060 manat yığaraq yuxarıda sadalanan xərclərə istifadə etməklə rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissəsinin döyüş şəraitində yerləşən 4-cü taborunun komandiri vəzifəsində mayor hərbi rütbəsində xidmət edərkən təkrarən N0NN-ci ilin sentyabr ayında istifadəsində olan “Mitsubishi L N00” markalı, “B 411 MR” hərbi qeydiyyat nişanlı xidməti avtomobilinin mühərrikinin təmiri və taborda istifadə olunması məqsədilə printer alınması üçün lazım olan pulu hərbi hissənin vəsaiti hesabına təmin etmək əvəzinə rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni özünü yuxarı komandanlıq qarşısında yaxşı, nüfuzlu komandir kimi göstərmək üçün xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək taborda xidmət edən şəxsi heyətə pul yığılması barədə göstəriş verib pulun yığılmasını tabeliyində xidmət edən kapitan Zərərçəkmiş şəxs1 tapşıraraq N0NN-ci ilin sentyabr ayında onun özündən və kapitan X5 140 manat, mayor Zərərçəkmiş şəxs17 və baş leytenant Zərərçəkmiş şəxs6 100 manat, mayor Zərərçəkmiş şəxs19 40 manat, baş leytenant Zərərçəkmiş şəxsN, leytenant Zərərçəkmiş şəxs7, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular əsgər Zərərçəkmiş şəxs8, əsgər Zərərçəkmiş şəxs1N, çavuş Zərərçəkmiş şəxs9, əsgər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs11 N manat, çavuş Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs10 N5 manat olmaqla 9N0 manat pul yığaraq yuxarıda sadalanan xərclərə istifadə etməklə rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. İttiham aktından görünür ki, digər Təqsirləndirilən şəxsN təqsirləndirilir ondan ötrü ki, o, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin Sədərək rayonunun Dəmirçi kəndi ərazisində yerləşən 3-cü taborunun rabitə taqımının radio manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər rütbəsində xidmət edərkən həmin taborun komandiri vəzifəsində xidmət edən, mayor Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar tabeliyində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların bir qismini Sədərək rayonu ərazisində olan şərti olaraq “Dəhnə” adlanan mövqenin, həmçinin tabor ətrafı və Dəmirçi kəndi ərazisində yerləşən “meyvə bağları”nın mühafizə edilməsi, çöl odun və “içəri odun” təsərrüfat işlərinə ayırarkən N0N1-ci ilin dekabr ayının əvvəllərində onu xidməti otağına çağırıb onun özünə də yüngül xidmət şəraiti yaradacağını bildirib təsərrüfat işində olanlarla danışmasını, onlara sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində həmin işlərə ayrılacaq şəxslərdən özü üçün dolayı yolla aylıq 100-1N manat arası pul vermələrini bildirməsini istədikdə onunla cinayət əlaqəsinə girərək təsərrüfat işinə ayrılanlarla danışıb onlara təsərrüfat işinin yüngül xidmət şəraiti sayıldığını bildirərək orada işlədiklərinə görə Təqsirləndirilən şəxs1 hər ay ona pul vermələrini istədiyini bildirmiş, təsərrüfat işinə gedənlər də, təsərrüfat işində olarkən yüngül xidmət şəraitində olduqları üçün hər ay pul verəcəkləri barədə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs1 həmin təsərrüfat işində olanlarla birbaşa təmasda olmamaq üçün hərbi qulluqçulardan pulların yığılıb verilməsini ona tapşırmışdır. Bundan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxsN “Dəhnə” mövqeyi adlanan ərazidəki əşya və əmlakın, tikinti materiallarının mühafizəsinə ayrılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şahid1N Tahar oğlundan N0N1-ci ilin dekabr ayının sonlarında 1N manat aldıqdan sonra həmin pulu aparıb tabor ərazisində təklikdə Təqsirləndirilən şəxs1 verərək sonuncunun vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxsN təkrarən N0NN-ci ilin yanvar ayının sonlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, yəni təsərrüfat işində olanların sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində “Dəhnə” mövqeyi adlanan ərazidəki əşya və əmlakın, tikinti materiallarının mühafizəsinə ayrılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid1N Tahar oğlundan 1N manat, əsgər Şahid13 300 manat, əsgər Şahid6, əsgər Şahid8 və əsgər Şahid9 100 manat, habelə “içəri odun” təsərrüfat işinə ayrılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər ŞahidN7 100 manat olmaqla ümumilikdə 8N manat pulu aldıqdan sonra aparıb tabor ərazisində təklikdə Təqsirləndirilən şəxs1 verərək sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxsN təkrarən N0NN-ci ilin fevral ayının sonlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, yəni təsərrüfat işində olanların sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində “Dəhnə” mövqeyi adlanan ərazidəki əşya və əmlakın, tikinti materiallarının mühafizəsinə ayrılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid6, əsgər Şahid8, əsgər Şahid9, əsgər Şahid18 və əsgər ŞahidN3 100 manat, əsgər Şahid13 və əsgər ŞahidN6 1N manat olmaqla ümumilikdə 800 manat pulu aldıqdan sonra aparıb tabor ərazisində təklikdə Təqsirləndirilən şəxs1 verərək sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxsN təkrarən N0NN-ci ilin mart ayının sonlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, yəni təsərrüfat işində olanların sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində “Dəhnə” mövqeyi adlanan ərazidəki əşya və əmlakın, tikinti materiallarının mühafizəsinə ayrılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid6, əsgər Şahid8, əsgər Şahid9, əsgər Şahid18 və əsgər ŞahidN3 100 manat, əsgər ŞahidN6 1N manat olmaqla ümumilikdə 6N manat pulu aldıqdan sonra aparıb tabor ərazisində təklikdə Təqsirləndirilən şəxs1 verərək sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Bunlardan əlavə Təqsirləndirilən şəxsN təkrarən N0NN-ci ilin aprel ayının sonlarında əvvəlcədən razılaşdıqları kimi “Dəhnə” mövqeyi adlanan ərazidəki əşya və əmlakın, tikinti materiallarının mühafizəsinə ayrılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid6, əsgər Şahid8, əsgər Şahid9, əsgər Şahid18 və əsgər ŞahidN3 100 manat, əsgər ŞahidN6 1N manat, habelə tabor ətrafı və Dəmirçi kəndi ərazisində yerləşən “meyvə bağları”nın mühafizəsinə ayrılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid10 və əsgər Şahid1N 1N manat, əsgər Şahid17 100 manat olmaqla ümumilikdə 10N manat pulu aldıqdan sonra aparıb tabor ərazisində təklikdə Təqsirləndirilən şəxs1 verərək sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Bunlardan başqa, Təqsirləndirilən şəxsN təkrarən N0NN-ci ilin may ayının sonlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, yəni təsərrüfat işində olanların sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində “Dəhnə” mövqeyi adlanan ərazidəki əşya və əmlakın, tikinti materiallarının mühafizəsinə ayrılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid18 və əsgər ŞahidN3 100 manat, əsgər ŞahidN6 və kiçik çavuş Şahid19 1N manat, habelə tabor ətrafı və Dəmirçi kəndi ərazisində yerləşən “meyvə bağları”nın mühafizəsinə ayrılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid10 və əsgər Şahid1N 1N manat, əsgər Şahid17 100 manat olmaqla ümumilikdə 900 manat pulu aldıqdan sonra aparıb tabor ərazisində təklikdə Təqsirləndirilən şəxs1 verərək sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Həmçinin, Təqsirləndirilən şəxsN təkrarən N0NN-ci ilin iyun ayının sonlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, yəni təsərrüfat işində olanların sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində “Dəhnə” mövqeyi adlanan ərazidəki əşya və əmlakın, tikinti materiallarının mühafizəsinə ayrılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid18 və əsgər ŞahidN3 100 manat olmaqla ümumilikdə N00 manat pulu aldıqdan sonra aparıb tabor ərazisində təklikdə Təqsirləndirilən şəxs1 verərək sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. İttiham aktından görünür ki, cinayət işi üzrə digər Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin Sədərək rayonunun Dəmirçi kəndi ərazisində yerləşən 3-cü taborunun 7-ci bölüyünün 1-ci taqımının, 1-ci manqasında baş atıcı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər rütbəsində xidmət edərkən həmin taborun komandiri vəzifəsində xidmət edən, mayor Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar tabeliyində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların bir qismini “içəri odun” adlandırılan tabor daxilində odun doğrama təsərrüfat işinə ayrılmaları, həmin işlərə ayrılmış şəxslərin sıradan, dərslərdən, naryadlardan azad edilərək onlara daha yüngül xidmət şəraiti yaradılması müqabilində tabeliyində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxsN vasitəsilə özü üçün aylıq pul vermələrini istədikdə təsərrüfat işinə gedənlər də, təsərrüfat işində olarkən yüngül xidmət şəraitində olduqları üçün hər ay pul verəcəkləri barədə razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs1 “içəri odun” təsərrüfat işində olanlarla birbaşa təmasda olmamaq üçün onun özünə də yüngül xidmət şəraiti yaradacağını bildirib “içəri odun” təsərrüfat işində işləyənlərin üzərində böyük təyin edərək pulların yığılıb verilməsini ona tapşırdıqda Təqsirləndirilən şəxs1lə cinayət əlaqəsinə girərək onunla razılaşmışdır. Bundan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs3 N0NN-ci ilin yanvar ayının sonlarında “içəri odun” təsərrüfat işində işləyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər ŞahidN0, əsgər ŞahidNN, kiçik çavuş ŞahidN4 və əsgər ŞahidN5 80 manatdan alaraq özü də həmin pulun üzərinə 80 manat qoyub ümumilikdə 400 manat pulu aparıb xidməti otağında təklikdə Təqsirləndirilən şəxs1 verməklə sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs3 təkrarən N0NN-ci ilin mart ayının sonlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, yəni təsərrüfat işində olanların sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində “içəri odun” təsərrüfat işində işləyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər ŞahidNN, əsgər ŞahidN0, kiçik çavuş ŞahidN4, əsgər ŞahidN5 və əsgər Şahid7 Vəliyəddin oğlundan 100 manat, kiçik çavuş ŞahidN1 80 manatdan aldıqdan sonra özü də həmin pulun üzərinə N manat qoyaraq ümumilikdə 630 manat pulu aparıb xidməti otağında təklikdə Təqsirləndirilən şəxs1 verməklə sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs3 təkrarən N0NN-ci ilin may ayının sonlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, yəni təsərrüfat işində olanların sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində “içəri odun” təsərrüfat işində işləyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular əsgər ŞahidN0, əsgər ŞahidNN, kiçik çavuş ŞahidN4, əsgər ŞahidN5 və əsgər Şahid7 100 manat, kiçik çavuş ŞahidN1 80 manat alaraq özü də həmin pulun üzərinə 100 manat qoyaraq ümumilikdə 680 manat pulu aparıb xidməti otağında təklikdə Təqsirləndirilən şəxs1 verməklə, sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Bunlardan başqa, Təqsirləndirilən şəxs3 təkrarən N0NN-ci ilin iyun ayında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, yəni təsərrüfat işində olanların sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində “içəri odun” təsərrüfat işində işləyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular kiçik çavuş ŞahidN4, əsgər ŞahidN0, əsgər ŞahidNN və əsgər ŞahidN5 100 manatdan alaraq özü də həmin pulun üzərinə 100 manat qoyaraq ümumilikdə 500 manat pulu aparıb xidməti otağında təklikdə Təqsirləndirilən şəxs1 verməklə sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. İttiham aktından görünür ki, cinayət işi üzrə digər Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, o, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin Sədərək rayonunun Dəmirçi kəndi ərazisində yerləşən 3-cü taborunun artilleriya batareyasında sürücü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər rütbəsində xidmət edərkən həmin taborun komandiri vəzifəsində xidmət edən, mayor Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar tabeliyində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların bir qismini “çöl odun” adlandırılan taborun ərazisindən kənarda yaşayış sahələrindən odunların kəsilib tabor mərkəzinə daşınması ilə bağlı təsərrüfat işlərinə ayrılmaları, həmin işlərə ayrılmış şəxslərin sıradan, dərslərdən, naryadlardan azad edilərək onlara daha yüngül xidmət şəraiti yaradılması müqabilində tabeliyində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxsN vasitəsilə özü üçün aylıq pul vermələrini istədikdə təsərrüfat işinə gedənlər də, təsərrüfat işində olarkən yüngül xidmət şəraitində olduqları üçün hər ay pul verəcəkləri barədə razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs1 “çöl odun” təsərrüfat işində olanlarla birbaşa təmasda olmamaq üçün onun özünə də yüngül xidmət şəraiti yaradacağını bildirib “çöl odun” təsərrüfat işində işləyənlərin üzərində böyük təyin edərək pulların yığılıb verilməsini ona tapşırdıqda Təqsirləndirilən şəxs1lə cinayət əlaqəsinə girərək onunla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs4 N0NN-ci ilin yanvar ayının sonlarında “çöl odun” təsərrüfat işinə cəlb edilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, kiçik çavuş Şahid14, əsgər Şahid16 və əsgər Şahid11 100 manatdan yığaraq özü də həmin pulun üzərinə 100 manat qoyub ümumilikdə 400 manatı aparıb taborun ərazisində təklikdə Təqsirləndirilən şəxs1 verərək sonuncunun vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 təkrarən N0NN-ci ilin fevral ayının sonlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, yəni təsərrüfat işində olanların sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində “çöl odun” təsərrüfat işində işləyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid16, əsgər Şahid11 və kiçik çavuş Şahid14 100 manatdan yığaraq özü də həmin pulun üzərinə 100 manat qoyub ümumilikdə 400 manatı aparıb taborun ərazisində təklikdə Təqsirləndirilən şəxs1 verərək sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs4 təkrarən N0NN-ci ilin mart ayının sonlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, yəni təsərrüfat işində olanların sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində “çöl odun” təsərrüfat işində işləyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid16, əsgər Şahid11, kiçik çavuş Şahid14 və kiçik çavuş Şahid15 100 manatdan yığaraq özü də həmin pulun üzərinə 100 manat qoyub ümumilikdə 500 manatı aparıb taborun ərazisində təklikdə Təqsirləndirilən şəxs1 verərək sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs4 təkrarən N0NN-ci ilin aprel ayının sonlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, yəni təsərrüfat işində olanların sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində “çöl odun” təsərrüfat işində işləyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid16, əsgər Şahid11 və kiçik çavuş Şahid14 100 manatdan yığaraq özü də həmin pulun üzərinə 100 manat qoyub ümumilikdə 400 manatı aparıb taborun ərazisində təklikdə Təqsirləndirilən şəxs1 verərək sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs4 təkrarən N0NN-ci ilin may ayının sonlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, yəni təsərrüfat işində olanların sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində “çöl odun” təsərrüfat işində işləyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid16, əsgər Şahid11, kiçik çavuş Şahid14 və kiçik çavuş Şahid15 100 manatdan yığaraq özü də həmin pulun üzərinə 100 manat qoyub ümumilikdə 500 manatı aparıb taborun ərazisində təklikdə Təqsirləndirilən şəxs1 verərək sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Bunlardan başqa, Təqsirləndirilən şəxs4 təkrarən N0NN-ci ilin iyun ayının sonlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, yəni təsərrüfat işində olanların sıradan, dərslərdən və naryadlardan azad edilərək daha yüngül xidmət şəraiti yaradılması müqabilində “çöl odun” təsərrüfat işində işləyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, əsgər Şahid16, əsgər Şahid11, kiçik çavuş Şahid14 və kiçik çavuş Şahid15 100 manatdan yığaraq özü də həmin pulun üzərinə 100 manat qoyub ümumilikdə 500 manatı aparıb taborun ərazisində təklikdə Təqsirləndirilən şəxs1 verərək sonuncunun vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq və laqeydlilik müqabilində özü üçün dolayı yolla maddi neməti almasına vasitəçilik etməklə köməklik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş mayor Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N–ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəasi ilə elan edilmiş ittiham üzrə isə özünü təqsirli bilməyərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən ordu komandanlığının müvafiq əmri ilə N0N1-ci ilin noyabr ayının N0-dən N0NN-ci ilin iyul ayınadək N saylı hərbi hissənin 3-cü taborunda, N0NN-ci ilin iyul ayından isə xidmət yerinin dəyişdirilərək N №-li hərbi hissənin 4-cü taborunda, tabor komandiri olduğunu, N0N3-cü ilin mart ayından N №-li hərbi hissənin 3-cü taborunun qərargah rəisi vəzifəsinə təyin edildiyini və hazırda həmin vəzifədə xidmətini davam etdirdiyini, N №-li hərbi hissənin 3-cü taborunun komandiri olarkən orada, taborda müxtəlif təmir işləri görmək fikirinə düşdüyünü, həmin işlərə tualetin təmiri, taborun içinin təmiri və digər işlərin olduğunu, bu səbəbdən də bir az pula ehtiyac yarandığını, həmin taborda, müxtəlif təyinatlı bir növ imtiyazlı rahat təsərrüfat işləri olduğundan və həmin təsərrüfat işlərinə ayrılmış şəxsi heyətin də onun səlahiyyətində olduğundan kimləri isə həmin rahat təsərrüfat işinə göndərmək üçün ona lazım olanda həmin şəxslərin adına hərbi hissəyə raport göndərdiyini və həmin raport əsasında da hərbi hissə komandirinin həmin iş üçün müvafiq əmrlər verdiyini, MAHHXHQ əsgərlər arasından həmin təsərrüfat işində kimlərin işləyənlərin əksəriyyətinin də seçimini özünün etdiyini, həmin rahat təsərrüfat işləri “çöl odun”, “içəri odun”, “dəhnə mövqeyindəki əşya-əmlakın mühafizəsində” və “Dəmirçi kəndi və tabor ətrafı meyvə bağlarının mühafizəsi” işlərindən ibarət olduğunu, həmin işlərə təyin olunacaq şəxslərə rəhbərlik edəni özünün təyin etdiyini, həmin işdə işləyən bütün şəxslərin MAHHXHQ-əsgər və çavuşlardan ibarət olduğunu, həmin vaxt orada rabitəçi kimi işləyən və yaxından tanıdığı MAHHXHQ əsgər Təqsirləndirilən şəxsN taborda çoxdan xidmət etdiyindən və şəxsi heyəti yaxşı tanıdığından təsərrüfat işinə ayrılan şəxsləri onunla məsləhətləşərək onun vasitəsi ilə seçdiyini, seçmiş çəxslərlə birbaşa təmasda olmamaq üçün “içəri oduna” MAHHXHQ Təqsirləndirilən şəxs3, “çöl odun”a MAHHXHQ Təqsirləndirilən şəxs4 təyin etdiyini, “yuxarı və aşağı Dəhnə mövqeyinə və meyvə bağlarına” nəzarəti Təqsirləndirilən şəxsN həvalə etdiyini, həmin təsərrüfat işlərinin asanlığı da ondan ibarət olub ki, həmin təsərrüfat işinə gedənlər gündəlik olaraq hərbi hissədə dərslərdən, naryadlardan, sıradan və digər bu kimi işlərdən azad edildiklərinə görə də həmin işlərə ayrılan şəxslərlə müəyyən miqdarda aylıq pul vermələri barədə razılığa gəldiklərini, həmin vaxt taborda müəyyən təmir işləri getdiyindən yığılan pullardan bir qismini taborun təmirinə xərcləmək, bir qismini isə digər ortalığa çıxan cari xərclərə xərcləmək məqsədinin olduğunu və həmin pulların bir “Çöl odun” da işləyənlərin pulunu Təqsirləndirilən şəxs4, “içəri odun” təsərrüfat işində işləyənlərin pulunu Təqsirləndirilən şəxs3, “Dəhnə və meyvə bağlarındakı mühafizə”nin pulunu isə Təqsirləndirilən şəxsN hər ayın sonunda maaş veriləndən sonra yığıb taborun ərazisində və ya xidməti otağında ona verdiklərini, yadında qalan N0NN-ci ilin yanvar ayından iyun ayınadək “çöl odun” təsərrüfat işinə cəlb edilmiş MAHHXHQ əsgər Təqsirləndirilən şəxs4 və onun vasitəsilə Şahid14, Şahid16, Şahid11 hər ay üçün 100 manat olmaqla 6 ay, Şahid15 məzuniyyətə buraxılan şəxsi əvəz edib həmin işdə işləyərkən 3 dəfə, cəmi 600 manat aldığını, ümumilikdə isə “çöl odun” da işləyən şəxslərdən N700 manat pulu üzərlərinə böyük kimi təyin etdiyi Təqsirləndirilən şəxs4 vasitəsi ilə taborun ərazisində müxtəlif vaxtlarda təklikdə ondan aldığını, Təqsirləndirilən şəxs4 özünün də həmişə yanında işləyən digər şəxslər kimi həmin pulların üzərinə pul qoyaraq verdiyini, “İçəri odun” da işləyən MAHHXHQ Təqsirləndirilən şəxs3 N0NN-ci ilin yanvar - iyun ayında ondan 330 manat, onun vasitəsilə onun yanında işləyənlərdən Şahid7 hər ay 100 manat olmaqla ümumilikdə N00 manat, ŞahidN0 N0NN-ci ilin yanvar ayında 80 manat, fevral, mart və may aylarında hər ay 100 manat olmaqla 380 manat, ŞahidN1 160 manat, ŞahidNN ümumilikdə 380 manat, ŞahidN4 N0NN-ci ilin yanvar ayında 80 manat, mart ayında 100, may ayında 100 manat, iyun ayında 100 manat olmaqla ümumilikdə 380 manat, ŞahidN5 N0NN-ci ilin yanvar ayında 80 manat, mart ayında 100, may ayında 100 manat, iyun ayında 100 manat olmaqla ümumilikdə 380 manat olmaqla Təqsirləndirilən şəxs3 vasitəsi ilə onlardan ümumilikdə NN10 manat pul aldığını, həmin vaxt Zülfüqarlının da aylıq pul verdiyini, “Dəhnə” mövqeyinin mühafizəsi adlandırılan təsərrüfat işinə ayrılmış şəxslərdən pulları Təqsirləndirilən şəxsN yığaraq ona verdiyini, lakin heç vaxt Təqsirləndirilən şəxsN ona pul vermədiyini, özünün də ondan pul almaq istəmədiyini, çünki tabordaki işlərin əksəriyyətini onun vasitəsi ilə gördüyünü, yadında qalan Şahid6 4 ay, hər ay 100 manat olmaqla ümumilikdə 400 manat, Şahid8 4 ay, hər ay 100 manat olmaqla ümumilikdə 400 manat, Şahid9 da 400 manat, Şahid1N Tahar oğlundan 300 manat, Şahid13 4N manat, MAHHXHQ əsgər Şahid18 500 manat, Şahid19 1N manat, ŞahidN3 500 manat, ŞahidN6 600 manat olmaqla ümumilikdə cəmi 3700 manat pulu Təqsirləndirilən şəxsN vasitəsi ilə aldığını, Dəmirçi kəndi ərazisində yerləşən meyvə bağlarının mühafizə edilməsi ilə bağlı MAHHXHQ əsgərlər Şahid10 300 manat, Şahid1N 300 manat, Şahid17 N00 manat olmaqla, ümumilikdə cəmi 800 manat pul həmin şəxslərdən Təqsirləndirilən şəxsN yığaraq taborda ona verdiyini, həmin pullardan əksəriyyətini taborun cari təmirlərinə xərclədiyini, N0NN-ci ilin iyun ayının sonlarında pul yığmağı ilə bağlı taborun leytenant Rövşən Alməmmədovun ondan şikayət etdiyindən onun barəsində araşdırma aparıldığını, lakin pul yığma halı öz təsdiqini tapmasa da MAHHXHQ əsgər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 ordu sıralarından tərxis edildiyini, Təqsirləndirilən şəxs4 isə xidmət yerinin dəyişdirildiyini, N0NN-ci ilin iyul ayının sonunda özünün də xidməti yerinin dəyişdirilərək N №-li hərbi hissənin 4-cü taboruna komandir vəzifəsinə təyin edildiyini, N0NN-ci ilin avqust ayında taborun qazaxanasının operatoru Tağı Abbasovun ona məruzə edərək qazanxananın reduktorunun işləmədiyini bildirdiyini, qazpaylayıcı reduktorun əsas funksiyasının taborun əsgər yataqxanasına subaylar və ailəlilər üçün nəzərdə tutulmuş yataqxanasına isti suyun vurulması olduğunu, bu barədə taborun MTT rəisini yanına çağıraraq bu barədə hərbi hissənin mənzil istismar xidmətinə məruzə etməsini tapşırdığını, sonradan həmin xidmətdən gəlsələr də reduktoru düzəldə bilmədiklərini, sonradan özünün də şifahi olaraq yuxarı komandanlığa və N saylı hərbi hissənin Mənzil İstismar Xidmətinin rəisi Şahid1 məruzə etdiyini, qazpaylayıcı reduktorun işləməməsinin taborda və ailəlilər üçün yataqxanada çox ağır bir vəziyyət yaratdığını, N saylı hərbi hissənin MİX rəisi Şahid1 bir ədəd reduktor taparaq tabora gətirdiyini, reduktorun qiymətinin deyəsən 700 manat olduğunu, bundan başqa həmin ay taborun su nasosunun da xarab olduğunu, həmçinin əlavə olaraq taborda istifadə etmək üçün yaddaş diskinə və printerə ehtiyac olduğundan taborun zabit və digər şəxsi heyətə kimin nəyə gücü çatırsa həmin avadanlıqların alınmasına müəyyən miqdarda pul köməklik etmələrini xahiş etdiyini, pulların da yığılmasını kapitan Ağakişiyevə həvalə etdiyini, özü də daxil olmaqla taborda xidmət edən zabit, gizir MAHHXHQ-çu heyəti də N0NN-ci avqust ayında həmin avadanlıqların alınmasına görə müəyyən miqdarda pul verdiklərini, kimlərin nə qədər pul verməsini dəqiq xatırlamadığını, deyəsən yadında qalanlardan 100 manat leytenant Zərərçəkmiş şəxs7, MAHHXQHQ-əsgər Zərərçəkmiş şəxs16 30 manat, ZRAB-ın taqım komandirinin hərəsinin 70-80 manat, Zərərçəkmiş şəxs4 1N manat, Zərərçəkmiş şəxsN N manat həmçinin hərbi hissə komandirinin müavini polkovnik-leytenant T.Abidinovun 1N manat pul, reduktorun quraşdırılmasına isə 30 manat pul verdiklərini, bundan başqa N0NN-ci ilin sentyabr ayında xidməti maşınının motorunun xarab olduğunu, həmin xidməti maşınının tək onun yox bütün taborun postlarına gedəcək yeganə maşın olduğundan həmin maşının tez düzəldilməsinə çalışdığını, həmin maşının taborda postlara gedən maşınlardan biri olduğundan təcili həmin maşının düzəldilməsinə ehtiyac yarandığını, çağırılmış mülki ustanın isə ehtiyat hissələrin siyahısını yazıb verərək bunlara ehtiyac olduğunu dediyini, ehtiyat hissələrlə bağlı hərbi hissəyə müraciət olunsa da ancaq həmin ehtiyat hissələrin anbarda olmadığından sürücüsü MAHHXHQ Bünyamin Rzayev vasitəsi ilə Bakı şəhərindən maşının ehtiyat hissələrini gətirtdiyini, ehtiyat hissələrin ümumi dəyərinin 648 manat, 300 manat da usta əl xərci etdiyini, usta xərci olan 300 manat pulu isə özünün cibindən verdiyini, yerdə qalan 648 manat pulu isə onun xahişi ilə taborda xidmət edən sürücü heyəti, MTT taqım komandiri vasitəsi ilə toplayıb verdiklərini, kimin nə qədər pul verməsi yadında qalmadığını, xidmət etdiyi taborun düşmənlə üz-üz mövqeləri döyüş mövqeyi sayılsa da taborun ərazisinin döyüş mövqeyi sayılmadığını, həmin çatışmayan avadanlıqları tabora alarkən yuxarı komandanlıq tərəfindən özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədinin olmadığını, sadəcə məqsədinin çatışmasızlıqları aradan qaldırmaq olduğunu, taborun şəxsi heyyətinin və orada yaşayan ailələrin isti suya olan təlabatlarını ödəmək üçün bunları etdiyini ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində günahının olmadığını, sonradan həmin pullar hesablanaraq hərbi qulluqçulara geri qaytarıldığını, törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsN ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 311.3.N-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən hal-hazırda ordu sıralarından tərxis olunduğunu, N018-ci ilin yay aylarından MAHHXHQ-əsgər kimi N nömrəli hərbi hissənin Dəmirçi kəndində yerləşən 3cü taborunun rabitə taqımına radio manqasının komandiri təyin edildiyini, orada xidmət etdiyi müddətdə mayor Təqsirləndirilən şəxs1 3-cü taborun komandiri kimi görüb tanıdığını, onunla münasibətlərinin xidməti olduğunu, adətən taborda yüngül, çox da zəhmət tələb etməyən təsərrüfat işləri olduğundan, həmin işlərdə işləyən şəxslərin dərslərdən, naryaddan, sırada düzülüşdən uzaq olduqlarını, təsərrüfat işinə mülki geyimdə getdiklərini, təqribən N0N1-ci ilin dekabr ayının əvvəllərində tabor komandiri Təqsirləndirilən şəxs1 onu yanına çağıraraq həmin təsərrüfat işlərinə könüllü cəlb edilən MAHHXHQ-əsgərlərdən həmin təsərrüfatlarda işləmələrinə cəlb edilmələrinə görə hər aylıq müəyyən miqdarda taborun təmiri və müxtəlif xərclər üçün pul verməli olacaqlarını dediyini, həmin vaxt doğurdanda taborda müxtəlif işlərin getdiyini, verəcəkləri pulun da miqdarının təqribən 100-1N manat arası olacağını, pulların hər ay müəyyən hissəsinin onun vasitəsi ilə yığılacağını və ciddi şəkildə heç kəsin bunları bilməməli olduğu və həmin pulları taborun təmiri üçün xərcləyəcəkləri barədə onlara xəbərdarlıq etdiyini, Təqsirləndirilən şəxs1 ona deməkdə əsas məqsədinin həm onun şəxsi rabitəçisi olduğunu, həm də uzun müddətdir həmin taborda işlədiyindən şəxsi heyyəti yaxşı tanıması olduğunu, bu işlərin ona sərf etdiyini, ona görə ki, istədiyi vaxt Təqsirləndirilən şəxs1 ona müəyyən yerlərə və evlərinə getmək üçün icazələr verdiyini, həmin təsərrüfat işlərinin “içəri odun”, “çöl odun”, “Dəhnə mühafizə və tabor ətrafı meyvə bağlarının mühafizəsi” olduğunu, Tağıyevin dediyini təsərrüfat işlərinə cəlb edilənlərə çatdırdığını, onların da razılaşdıqlarını, “Dəhnə” mövqeyinin mühafizəsi adlandırılan təsərrüfat işinə ayrılmış MAHHXHQ əsgərlərdən Şahid6 N0NN-ci ilin yanvar, fevral, mart, aprel aylarında hər ay 100 manat olmaqla ümumilikdə 400 manat, Şahid8 N0NN-ci ilin yanvar, fevral, mart və aprel aylarında hər ay 100 manat olmaqla ümumilikdə 400 manat, Şahid9 N0NN-ci ilin yanvar, fevral, mart və aprel aylarında hər ay 100 manat olmaqla ümumilikdə 400 manat, Şahid1N Tahar oğlundan N0N1-ci ilin dekabr və N0NN-ci ilin yanvar ayında 1N manat olmaqla ümumilikdə 300 manat, Şahid13 N0NN-ci ilin yanvar ayında 300 manat, mart ayında 1N manat olmaqla ümumilikdə 4N manat, Şahid18 N0NN-ci ilin fevral, mart, aprel, may və iyun aylarında hər ay 100 manat olmaqla ümumilikdə 500 manat, Şahid19 N0NNci ilin may ayında 1N manat, ŞahidN3 N0NN-ci ilin fevral, mart, aprel, may və iyun aylarında hər ay 100 manat olmaqla ümumilikdə 500 manat, ŞahidN6 N0NN-ci ilin fevral, mart, aprel və may aylarında hər ay 1N manat olmaqla ümumilikdə 600 manat pul yığaraq tabor komandiri Təqsirləndirilən şəxs1 verdiyini, həmin hərbi qulluqçuların rahat işləri üçün pulları könüllü verdiklərini və heç vaxt da bunun mübahisə doğurmadığını, Bundan başqa N0NN-ci ilin aprel ayında “meyvə bağları”nın mühafizə edilməsi ilə bağlı təsərrüfat işlərinə ayrılmış MAHHXHQ əsgərlərdən Şahid10 və əsgər Şahid1N 1N manat, əsgər Şahid17 100 manat olmaqla ümumilikdə 400 manat, təkrarən N0NN-ci ilin may ayında əsgər Şahid10 və əsgər Şahid1N 1N manat, əsgər Şahid17 100 manat olmaqla, ümumilikdə 400 manat, pul yığaraq Təqsirləndirilən şəxs1 verdiyini, həmçinin “içəri odun” təsərrüfat işinə ayrılmış MAHHXHQ əsgərlər ŞahidN7 N0NN-ci ilin yanvar ayında 100 manat alıb Təqsirləndirilən şəxs1 verdiyini, ümumilikdə ona 3700 manat pul verdiyini, özünün isə həmin pul yığmalara görə tabor komandirinə heç vaxt pul vermədiyini, tabor komandiri Təqsirləndirilən şəxs1 ortaya çıxan bəzi xidmətlərin ödənilməsi üçün ona müəyyən miqdarda pul verdiyini, özünün də həmin müəyyən xərcləri ödədiyini, bildiyinə görə tabor komandirinin MAHHXHQ-əsgər Təqsirləndirilən şəxs4 “çöl oduna” ayrılan şəxsi heyətdən, MAHHXHQ-əsgər Təqsirləndirilən şəxs3 isə “içəri oduna” ayrılan şəxsi heyətdən aylıq pulları yığıb ona verməsini tapşırdığını, onlar həmin işlərə Təqsirləndirilən şəxs1 tərəfindən böyük təyin edildiklərini və hər birinin sərancamında 10 nəfər əsgərin olduğunu, pullar Təqsirləndirilən şəxs1 hər ay maaş verilən günün səhərsi gün onun xidməti otağında yaxud da onun münasib bildiyi yerdə ona verildiklərini, iki az yaşlı övladının olmağını, törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alınıb məhkəmədən ona köməklik edilməsini xahiş etdiyini göstərdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 311.3.N-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən özünün N №-li hərbi hissənin 3-cü taborunda MAHHX HQ əsgər kimi xidmətə başladığını, hal-hazırda xidmətdən tərxis olunduğunu, mayor Təqsirləndirilən şəxs1 N saylı hərbi hissənin 3-cü taborun komandiri olarkən tanıdığını və onun tabeliyində xidmət etdiyini, N №-li hərbi hissənin 3-cü taborunda xidmt edərkən “içəri odun” təsərrüfat işində işlədiyini, onunla birlikdə içəri odunda MAHHX HQ-lar ŞahidNN, ŞahidN0, ŞahidN5 və ŞahidN4 də işlədiyini, “içəri odun” işində işlərinin başqa yerlərdən kəsilib gətirilən odunları doğrayıb postlara göndərmək olduğunu, bir dəfə yadında qalmayan tarixdə tabor komandiri Təqsirləndirilən şəxs1 rabitəçisi MAHHX HQ əsgər Təqsirləndirilən şəxsN onların yanına gələrək “içəri odun”da işləyənlərə tabor komandiri Təqsirləndirilən şəxs1 əmək haqqlarından aylıq 100 manat pul taborun təmiri üçün köməklik məqsədi ilə verməli olduqlarını dediyini, səbəbi də təsərrüfat işlərinin digər xidmətlərdən daha münasib və rahat olduğunu, naryada və gündəlik xidmətlərə çıxmadıqlarını, bir növ nizamnamədən kənar xidmət olduğundan onunla razılaşdıqlarını, içəri odunda əvvəllər də böyük olduğuna görə yenə onu həmin xidmətə böyük təyin etdiklərini, həmin xidmətə starşı olduğu üçün tabor komandiri Təqsirləndirilən şəxs1 təsərrüfat işində olanlardan pulun yığılıb verilməsini ona həvalə etdiyini, ona görə də N0NN-ci ilin yanvar ayında içəri odunda işləyən ŞahidN0, ŞahidNN, ŞahidN4, ŞahidN5 və özü də daxil olmaqla 80 manatdan pul yığaraq ümumilikdə 400 manat pulu taborda Təqsirləndirilən şəxs1 xidməti otağında təklikdə özünə verdiyini, sonralar taborlar arası yerdəyişmələr olduğundan başqa tabora dəyişilsə də sonradan təqribən N0NN-ci ilin mart ayının əvvəllərində yenə 3-cü tabora qayıdaraq əvvəlki işinə, yəni odun doğramaq işini qaytarıldığını, N0NN-ci ilin mart ayında ŞahidNN, ŞahidN0, ŞahidN4, ŞahidN5 və Şahid7 100 manat, ŞahidN1 80 manat alaraq özü də həmin pulun üzərinə N manat qoyaraq ümumilikdə 630 manatı pulu taborda Təqsirləndirilən şəxs1 xidməti otağında təklikdə özünə verdiyini, təxminən bir neçə ay başqa tabora dəyişilsə də yenidən N0NN-ci ilin aprelin axırından 3-cü tabora qayıdaraq may və iyun ayları yenə odunda işlədiyini və yenə də həmin aylar üçün pul yığdıqlarını, həmin ilin may ayından ŞahidN0, ŞahidNN, ŞahidN4, ŞahidN5 və Şahid7 100 manat, kiçik çavuş ŞahidN1 80 manat alaraq özü də həmin pulun üzərinə 100 manat qoyaraq ümumilikdə 680 manatı, iyun ayında MAHHX HQ əsgərlər ŞahidN0, ŞahidNN, ŞahidN4 və ŞahidN5 100 manatdan alaraq özü də həmin pulun üzərinə 100 manat qoyaraq ümumilikdə 500 manat pulu tabor komandiri Təqsirləndirilən şəxs1 verdiyini, bu barədə hərbi hissə komandanlığı tərəfindən heç kəsin məlumatının olmadığını, törətdiyi əməldən peşiman olduğunu, iki azyaşlı övladının olduğunu, məhkəmədən peşmançalığını nəzərə alıb ona köməklik edilməsini xahiş etdiyini göstərdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHX HQ əsgər Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 311.3.N-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən özünün N №-li hərbi hissənin 3-cü taborunda MAHHX HQ əsgər kimi xidmətə başladığını, hal-hazırda N saylı hərbi hissədə xidmət etdiyini, mayor Təqsirləndirilən şəxs1 N saylı hərbi hissənin 3-cü taborun komandiri olarkən tanıdığını və həmin vaxt onun tabeliyində xidmət etdiyini, N №-li hərbi hissənin 3cü taborunda xidmət edərkən “Çöl odun” təsərrüfat işində işlədiyini, taborda rahat və müəyyən mənada MAHHXHQ-əsgərlər üçün bir növ münasib təsərrüfat işlərinin olduğunu, təsərrüfat işlərinə gedənlər naryadlardan və bütün xidmətlərdən azad olduqlarını, həmin təsərrüfat işinə onunla birlikdə MAHHXHQ-əsgərlər Rəfayıl Əliyev, Şahid15, Şahid16, Şahid11, Şahid14 də işlədiklərini “çöl odunda” olanlar hər gün iş vaxtında Dəmirçi kəndində olan meyvə bağlarından qurumuş ağacları kəsərək maşınlarla tabora daşıdıqlarını, ona da həmin işi rabitəçi MAHHX HQ Təqsirləndirilən şəxsN təşkil etdiyini, həmin təsərrüfat işinin onun üçün çox rahat və əlverişli olduğunu, orada işləyən zaman N0NN-ci ilin yanvar ayından iyun ayınadək tabor komandiri Təqsirləndirilən şəxs1 göstərişi ilə hər ay maaşlarından özü də daxil olmaqla 100 manatdan pul yığıb ona verdiklərini, Təqsirləndirilən şəxs1 hər kəslə tək-tək təmasda olmamaq üçün, “çöl odunda” olanların pulunun yığılmasını ona həvalə etdiyini, Təqsirləndirilən şəxs1 dediyi ilə razılaşıb, orada işləyənlərdən pulu özünün yığdığaraq müxtəlif yerlərdə ona verdiyini, həmişə özünün də yığılan pulların üzərinə iş yoldaşları nə qədər pul qoyurlarsa özünün də bir o, qədər pul qoyduğunu, ilk dəfə onun yanında işləyənlərdən N0NN-ci ilin yanvar ayının sonlarında maaşlarını alandan sonra M. Seyidovdan, Şahid11 və Şahid14 100 manatdan yığıb, özü də həmin pulun üzərinə 100 manat qoyaraq təklikdə tabor ərazisində Təqsirləndirilən şəxs1 verdiyini, bundan başqa N0NN-ci ilin fevral-iyun aylarında Şahid16, Şahid11 və Şahid14, N0NN-ci ilin mart, may və iyun aylarında isə Şahid15 100 manatdan yığıb özü də hər ay yığılan pulun üzərinə 100 manat qoyaraq Təqsirləndirilən şəxs1 verdiyini, sonralar həmin əməllərə görə özünün xidmət yerinin N №-li hərbi hissəyə dəyişdirildiyini, etdiyi əməldən peşman olduğunu, iki azyaşlı övladının olduğunu, səmimi peşmançılığını, nəzərə alıb məhkəmədən ona köməklik göstərilməsini xahiş etdiyini göstərdi. Məhkəmə təqsirləndirilən şəxslərin törətdilmiş cinayət əməlləri ilə bağlı məhkəmə istintaqında özlərini qismən təqsirli bilmələrinə dair ifadələrini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 311.3.N-ci maddəsi ilə, həmçinin cinayət işi üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 3N.5, 311.3.N-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları, onların məhkəmə istintaqı zamanı verdikləri qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxslərinin törətdikləri əməllərə görə öz təqsirlərini qismən etiraf etmələri iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Həmçinin Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 341.3-cü maddəsi ilə elan olunmuş ittihamdakı bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 341.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi yoxdur və ona həmin ittiham üzrə bəraət verilməlidir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş kapitan Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0NN-ci ilin iyul ayının N5-dən N nömrəli hərbi hissənin 4-cü taborunun qərargah rəisinin artilleriya üzrə köməkçisi vəzifəsində xidmət etdiyini, Təqsirləndirilən şəxs1 N0NN-ci ilin iyul ayının axırlarından N №-li hərbi hissənin 4-cü taborunun komandiri vəzifəsinə təyin edildiyi vaxtdan tanıdığını, N0NN-ci ilin avqust ayında tabor mərkəzinin qazanxanasının qazpaylayıcı reduktoru xarab olduğuna görə taborun hamamına və tualetinə eləcə də ailəlilər üçün nəzərdə tutulmuş yataqxanasına isti su vurmaq mümkün olmadığını, bir müddət sonra su nasosunun xarab olduğunu, taborun yaddaş diskinin və printerin də olmadığını, ustaların dediyinə görə həmin qazpaylayıcı reduktorun təqribən dəyərinin 730 manat olduğunu, bu barədə tabor komandiri Təqsirləndirilən şəxs1 məlumat verdikdə onun da köməklik məqsədi ilə “ tabor mərkəzində yaşayan zabit-gizir və MAHHXHQ heyəti və tabor mərkəzində yaşayanlardan reduktorun, su nasosunun, yaddaş diskinin, printerin alınmasına kimin gücü nəyə çatırsa köməklik məqsədi ilə yardım etsinlər” deyib taborda pulların yığılmasını ona həvalə etdiyini, tabor komandiri Təqsirləndirilən şəxs1 xahişini şəxsi heyyətə çatdırdığını, bunlara görə siyahı tutulmaqla taborda kimin gücü nəyə çatırsa müxtəlif məbləğlərdə pullar verilməsini xahiş etdiyindən taborda yaşayan şəxsi heyyətin demək olar ki, hamısının da siyahı tutularaq həmin avadanlıqların alınmasına müxtəlif miqdarda pul köməkliyi etdiklərini, N0NN-ci ilin sentyabr ayında tabor komandirinin xidməti maşını olan “Mitsubishi L-N00” markalı avtomaşının mühərriki sıradan çıxdığından maşın ustasının qiymətləndirməsinə görə həmin matorun təmir xərci üçün 948 manat pula ehtiyac olduğu, yenə maşının matorunun yığılması üçün pul yığılması barədə Təqsirləndirilən şəxs1 ondan xahiş etdiyini, N0NN-ci ilin avqust sentyabr aylarında şəxsi heyyətdən 1980 manat pul yığıldığını, özü də həmin xidmətlər üçün N40 manat verdiyini, Təqsirləndirilən şəxs1 özü də həmin çatışmamazlıqların aradan qaldırılması üçün 300 manat pul qoyduğunu, ümumilikdə taborda olan xərclərə N315 manat yığıldığını, yığılan pulların tamamı göstərilən xərclərə sərf olunduğunu, pullar yığıldıqdan sonra N manatı hərbi hissənin mənzil istismar xidmət rəisi kapitan Şahid1 verdiyini, o, isə bilmədiyi mənbədən ikinci əl reduktoru gətirib tabora təhvil verdiyini, sonradan həmin çatışmayan hissə yerinə qoyulduqdan sonra tabora və ailəlilər yataqxanasına isti suyun verilməsinə başlandığını, yığılan puldan 948 manat pulu isə tabor komandirinin əvvəlki sürücüsü Bünyaminə verdiyini, həmin puldan 300 manatı maşın ustasının zəhmət haqqına digər məbləğ isə maşının dəyişdirilən ehtiyyat hissələrinə xərcləndiyini, printeri tabor komandiri Təqsirləndirilən şəxs1 özü aldığından 300-3N0 manat pulu ona verdiyini, kənar xərclər üçün bir manat da xərclənmədiyini, sonraki araşdırmalar dövrü həmin xidmətlər üçün qoyduğu N40 manat pulu ona qaytardıqlarını, özünün də ailəlikcə həmin taborda qaldığından həmin xidmətlərdən istifadə etdiyindən və həmin pulu könüllü olaraq verdiyindən tabor komandirinin barəsində olan cinayət işi üzrə özünü zərərçəkmiş şəxs kimi tanımadığını və bu səbəbdən də Təqsirləndirilən şəxs1 hər hansı şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş gizir Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N nömrəli hərbi hissənin MTT bölüyünün təsərrüfat taqımında təminatçı aşpaz vəzifəsində xidmət etdiyini, tabor komandiri mayor Təqsirləndirilən şəxs1 N0NN-ci ilin iyul ayından tabor komandiri təyin edildiyini, N0NN-ci ilin avqust ayında tabor mərkəzində yerləşən qazanxananın reduktorunun xarab olduğunu, buna görə tabor komandiri mayor Təqsirləndirilən şəxs1 axşam düzülüşü zamanı zabit, gizir və MAHHXHQ-lara qazanxananın reduktorunun xarab olmasını bildirib onlardan həmin və digər xərclər üçün “ taborda yaşayan zabit, gizir və MAHHXHQ-lara kimin gücü nəyə çatırsa köməklik etsin, taborda acınacaqlı bir vəziyyət yaranıb, təcili həmin hissə düzəldilməlidir, pullarda kapitan Zərərçəkmiş şəxs1 verilsin” dediyini, taborda su olmadığından ailəlikcə orada yaşadığından vəziyyət çox pis olduğundan, bu səbəbdən də Ağakişiyevə köməklik məqsədi ilə 80 manat verdiyini, tabeliyində xidmət edən aşpaz, qadın hərbi qulluqçu Zərərçəkmiş şəxs16 da qazanxananın təmiri üçün ondan N manat borc pul alaraq Ağakişiyevə N manat verdikdə Ağakişiyev ondan 30 manat götürüb, N0 manatını isə özünə qaytardığını, N0NN-ci ilin sentyabr ayının təxminən NN-də xidmət yerinin hərbi hissənin özünə dəyişdirildiyini, həmin işlə bağlı araşdırma dövründə verdiyi 80 manatı özünə qaytardıqlarını, həmin pulu könüllü verdiyindən özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də mayor Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş kapitan Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N saylı hərbi hissənin 4-cü taborunda xidmət edən zaman xidmət yerinin Düz postu olduğunu, tez-tez yuyunmaq üçün tabor mərkəzinə getdiyini, yadında qalmayan tarixdə kapitan Ağakişiyevin ona zəng vurub “yeməkxananın reduktoru xarab olub ona pul yığırıq, nəyə gücün çatırsa köməklik məqsədi ilə pul verə bilərsənmi?” deyə soruşduqda çalışaram köməyim dəysin dediyini, N0NN-ci ilin avqust ayının sonlarında buraxılışda olan zaman kapitan Zərərçəkmiş şəxs1 kartına 1N manat reduktora görə, 30 manat da tabor mərkəzində yerləşən kantinə olan borcuna görə 180 manat pul göndərdiyini, sonradan tabora gedərkən reduktorun düzəldildiyini eşitdiyini, bir müddət sonra bununla bağlı aparılmış araşdırma zamanı ondan reduktorun təmiri üçün alınmış 1N manat pul hərbi hissədə özünə qaytardıqlarını, özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ əsgər Zərərçəkmiş şəxs5 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0NN-ci ilin iyul ayından N nömrəli hərbi hissənin 4-cü taborunun tibb məntəqəsində sürücü-sanitar vəzifəsində xidmət dərkən tabor komandirinin mayor Təqsirləndirilən şəxs1 olduğunu, N0NN-ci ilin sentyabr ayında tabor komandirinin Mitsubishi L-N00 markalı avtomobilinin matoru sıradan çıxdığına görə maşının matorunun yığılması üçün tabordakı zabit və digər şəxsi heyyətindən həmin maşının təmiri üçün müəyyən miqdarda pul yığıldığını eşitdiyini, həmin vaxt pulun yığılması Zərərçəkmiş şəxs1 həvalə olunduğundan buna görə özünün də sürücü yoldaşına köməklik olsun deyə Zərərçəkmiş şəxs1 N manat könüllü pul verdiyini, sonralar bildiyinə görə matoru mülküdən gəlmiş ustanın köməkliyi ilə təmir edib yerinə qoyduqlarını, həmin maşının tabor üçün mühüm əhəmiyyətə malik olduğunu, demək olar ki, əksər mövqelərə həmin maşınla getdiklərini, xəstələrin həmin maşınla daşındığını, onun sürücüsü olduğu sanitarkadan yalnız ağır güllə yaralanmaları və atış keçirilməsi zamanlarında istifadə olduğunu, Mitsubishi L-N00 markalı avtomobil ilə hərdən bölmələr üçün ərzaq da daşındığını, sonralar tabor komandirinin barəsində araşdırma aparılarkən onun xidməti maşınının təmiri üçün verdiyi N manat pulun özünə qaytarıldığını, özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş baş leytenant Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N nömrəli hərbi hissənin 4-cü taborunun 14-cü bölük komandiri vəzifəsində xidmət etdiyini, həmin vaxt mayor Təqsirləndirilən şəxs1 4-cü taborun komandiri olduğunu, N0NN-ci ilin avqust ayında qazanxanın reduktoru və su nasosu xarab olduğunu, həmçinin tabora yaddaş diskinin alınmasına ehtiyac olduğundan, sentyabr ayında isə tabor komandirinin xidməti avtomobilinin matoru xarab olduğundan matorun da təmir olunduğunu, həmçinin tabora printer alındığını, buna görə düzülüşlərin birində tabor komandiri mayor Təqsirləndirilən şəxs1 həmin işlərin görülməsi üçün müəyyən miqdarda pula ehtiyac olduğunu, həmin çatışmasızlıqların aradan qaldırılması üçün kimin gücü nəyə çatırsa həmin avadanlıqların alınmasına və təmirinə köməklik etmələri barədə göstəriş verdiyini, yığılan pulları isə kapitan Zərərçəkmiş şəxs1 verilməsini dediyini, N0NN-ci ilin avqust və sentyabr aylarında həmin xərclər üçün 100 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 köməklik məqsədi ilə N00 manat pul verdiyini, pul yığılandan sonra qazanxananın reduktorunun dəyişdirildiyini, tabora printer və harddisk alındığını, maşının matorunu isə düzəltdiklərini, özünün də həmin pulları könüllü olaraq verdiyini, taborda yaranmış bu kimi işlərlə bağlı xərclərin hərbi qulluqçular tərəfindən ödənilməməli olduğunu bilsələr də, bunun bir ehtiyac olduğunu və bu səbəbdən də pulları könüllü olaraq verdiyini, eşitdiyinə görə mayor Təqsirləndirilən şəxs1 özün də həmin işlər üçün 300 manat verdiyini, sonralar aparılmış araşdırma zamanı hamının olduğu kimi, onun da N00 manatının özünə qaytarıldığını, özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş leytenant Zərərçəkmiş şəxs7 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N nömrəli hərbi hissənin 4-cü taborunun qərargah rəisinin rabitə üzrə köməkçisi vəzifəsində xidmət etdiyini, tabor komandirlərinin mayor Təqsirləndirilən şəxs1 olduğunu, N0NN-ci ilin avqust ayında 4-cü taborda yerləşən qazanxananın reduktoru xarab olduğundan tabora və hərbi şəhərcikdəki mənzillərə isti su verilmədiyindən bu barədə kapitan Zərərçəkmiş şəxs1 bunun səbəbini soruşduqda onun da bu çatışmasızlıqlarla bağlı taborda kimin gücü nəyə çatırsa pul yığdıqlarını dediyini, ailəsinin də taborun ərazisində qaldığından həmin çətinliklərin ona da aidiyyatı olduğundan kapitan Ağakişiyevə köməklik məqsədi ilə 100 manat pul verdiyini, digər zabit, gizir və MAHHXHQ-lardan dəqiq kimin, nə qədər pul verməsini bilmədiyini, pullar verildikdən sonra qazanxananın reduktorunu dəyişdiklərini, N0NN-ci ilin sentyabr ayının əvvəllərində tabor komandirinin L-N00 markalı xidməti maşının da matoru xarab olduğundan eyni qaydada yenə matorun düzəldilməsi üçün köməklik edilməsi deyildiyindən matorun yığılmasına N manat pulu kapitan Ağakişiyevə verdiyini, N0NN-ci ilin sentyabr ayında tabor komandirinin ona “sənin adına karqo vasitəsilə printer göndəriləcək, gedib götürərsən” dediyini, bir müddət sonra “Surətkarqo” vasitəsi ilə onun adına həmin printer gəldiyindən onun da gedib oradan götürərək printeri tabora verdiyini, sonraki araşdırmalar zamanı onun da verdiyi verdiyi 1N manat pulu onun özünə qaytardıqlarını, verdiyi pulları könüllü və tabora köməklik məqsədilə verdiyindən özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ əsgər Zərərçəkmiş şəxs8 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N №-li hərbi hissəsinin 4-cü taborunda xidmət etdiyini, N0NN-ci ilin avqust ayında taborda qazpaylayıcı reduktor xarab olduğundan tabora və ailəlilər üçün yataqxanaya isti suyun vurulmadığını, bu səbəbdən də, tabor komandiri sıranın qarşısında “kimin nəyə gücü çatırsa reduktorun təmiri üçün pul köməkliyi etsin, reduktoru təmir elətdirək, xərclər çoxdur, bunları da aradan qaldırmaq çətindir” dediyini, pulların yığılmasını isə kapitan Ağakişiyevə həvalə etdiyini, bu səbəbdən də N0NN-ci ilin avqust ayının maaşında kapitan Ağakişiyevə köməklik məqsədi ilə N manat pul verdiyini, bundan başqa N0NN-ci ilin sentyabr ayında tabor komandirinin maşınının matoru xarab olduğuna görə də taborda yenə pul yığıldığını, yenə həmin ayda N manat pulu kapitan Ağakişiyevə verdiyini, sonraki araşdırmalar dövründə həmin işlər üçün verdiyi pulları geri qaytardıqlarını, verdiyi pulları könüllü və tabora köməklik məqsədilə verdiyindən özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ çavuş Zərərçəkmiş şəxs9 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N №-li hərbi hissənin Şada kəndi ərazisində yerləşən 4-cü taborunda rabitəçi kimi xidmət edərkən həmin vaxt tabor komandirlərinin mayor Təqsirləndirilən şəxs1 olduğunu, həmin taborda xidmət etdiyi zaman N0NN-ci ilin sentyabr ayında tabor komandirinin xidməti maşının matoru xarab olduğuna görə həmin maşının təmiri üçün tabordan pul yığıldığını, onun xidməti üçün ayrıca bir nəqliyyat vasitəsi ayrılmadığından, özünün də taborun ərazisində olan rabitə xətlərinin bərpası məqsədilə tabor komandirinin L-N00 markalı xidməti maşınından istifadə etdiyi üçün maşının matorunun yığılmasına köməklik məqsədi ilə kapitan Ağakişiyevə könüllü olaraq iki dəfə hər birində N5 manat olmaqla, cəmi N manat pul verdiyini, yığılan pulların maşının matorunun təmirinə xərcləndiyini, sonraki araşdırma dövründə ondan alınan N manat pulun geri qaytardıqlarını, verdiyi pulları könüllü və tabora köməklik məqsədilə verdiyindən özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ çavuş Zərərçəkmiş şəxs10 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N №-li hərbi hissənin 4-cü taborunda xidmət edərkən tabor komandirlırinin Mayor Təqsirləndirilən şəxs1 olduğunu, N0NN-ci ilin avqust ayında taborun yeməkxanasının reduktor xarab olduğunu, sentyabr ayında isə tabor komandirinin xidməti maşının matorunun sıradan çıxdığını, bu səbəbdən də onların təmiri üçün taborun zabit və digər aşağı heyyətindən pul yığıldığından, özünün də həmin təmirlər üçün Ağakişiyevə köməklik məqsədi ilə könüllü N manat verdiyini, sonralar araşdırma zamanı təmir üçün verdiyi N manatı özünə qaytardıqlarını, verdiyi pulları könüllü və tabora köməklik məqsədilə verdiyindən özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs11 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N №-li hərbi hissənin 4-cü taborunda sürücü-xətt nəzarətçisi kimi xidmət etdiyini, mayor Təqsirləndirilən şəxs1 onun taborunun komandiri olarkən N0NN-ci ilin sentyabr ayında tabor komandirinin xidməti maşının matoru tökdüyünə görə taborda onun təmiri üçün pul yığıldığını, özünün də sürücü olması səbəbindən təmir üçün kapitan Ağakişiyevə könüllü olaraq, köməklik məqsədi ilə N manat pul verdiyini, pul yığılması barədə göstərişi tabor komandiri mayor Təqsirləndirilən şəxs1 verdiyini eşitdiyini, araşdırma zamanı onun da pulunun qaytarıldığını, verdiyi pulu könüllü və tabora köməklik məqsədilə verdiyindən özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ əsgər Zərərçəkmiş şəxs1N verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N №-li hərbi hissənin 4-cü taborunda xidmət edərkən tabor komandirlərinin Təqsirləndirilən şəxs1 olduğunu, N0NN-ci ilin sentyabr ayında tabor komandirinin xidməti maşının matoru xarab olduğundan və matorun yığılmasına çox xərc tələb olunduğundan tabor komandirinin xahişi ilə taborda həmin matorun təmiri üçün pul yığıldığını, öz xidməti ilə əlaqıdar olaraq özünün də L-N00 markalı avtomobildən istifadə etdiyini, həmin avtomobilin işləməməsinin onların xidmətlərinə təsir etdiyini bu səbəbdən də özünün də matorun təmiri üçün N manat könüllü köməklik məqsədi ilə pul verdiyini, taborda xidmət edən zabir, gizir MAHHXHQ heyətinin printer, hard disk, su nasosunun alınmasına və reduktorun təmirinə görə də pul verdiklərini eşitdiyini, ancaq özünün həmin əşyalara görə pul vermədiyini, sonraki araşdırmalar dövrü onun N manat pulunu geri qaytardıqlarını, verdiyi pulu könüllü və tabora köməklik məqsədilə verdiyindən özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş leytenant Zərərçəkmiş şəxs13 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0N1-ci ilin noyabr ayından N №-li hərbi hissənin Şada kəndi ərazisində yerləşən 4-cü taborunda xidmət etdiyini, ailəli olduğunu və taborun ailəlilər üçün nəzərdə tutulmuş şəhərciyində yaşadığını, tabor komandirlərinin mayor Təqsirləndirilən şəxs1 olduğunu, N0NN-ci ilin avqust ayında postda olarkən kapitan Ağakişiyevin ona zəng vuraraq taborda isti su yoxdur, reduktor xarab olub, ona görə tabor komandirinin xahişi ilə həmin avadanlığın düzəldilməsi üçün pul yığdıqlarını dediyini, o, da ailəsiylə birlikdə taborun yataqxanasında qaldığı üçün Ağakişiyevə könüllü olaraq 100 manat pul verdiyini, sonradan araşdırmalar dövrü təmir üçün verdiyi 100 manat pulu onun özünə qaytardıqlarını, verdiyi pulu könüllü və öz ailəsinin rahatçılığı üçün verdiyindən özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ çavuş Zərərçəkmiş şəxs14 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0N1-ci ilin sentyabr ayından N0NN-ci ilin sentyabr ayınadək N saylı hərbi hissənin 4-cü taborda xidmət etdiyini, həmin vaxt mayor Təqsirləndirilən şəxs1 onun tabor komandiri olduğunu, N0NN-ci ilin avqust ayında taborun qazanxanasında reduktor xarab olduğundan, tabora və yaşayış binasına isti su vurulmadığından onu dəyişdirmək üçün taborda xidmət edən zabit, gizir MAHHX HQ-ların könüllü pul yığıdıqlarını, pulları da kapitan Ağakişiyevin yığdığını, özünün ailəlikcə taborun yaşayış binasında yaşadığından reduktorun təmiri üçün Ağakişiyevə N5 manat pul verdiyini, bundan başqa N0NN-ci ilin sentyabr ayında tabor komandirinin xidməti maşınının matoru tökdüyünə görə taborda pul yığıldığını, maşının matoruna görə də N5 manat pul verdiyini, sonraki araşdırma dövründə N manat pulu onun özünə qaytardıqlarını, verdiyi puları könüllü və tabora köməklik məqsədilə verdiyindən özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş polkovnik-leytenant Zərərçəkmiş şəxs15 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0NN-ci ilin may ayının NN-dən N №-li hərbi hissə komandirinin müavini-əməliyyat qərargahının rəisi vəzifəsində xidmət etdiyini, xidməti yeri Şada kəndi ərazisində yerləşən 4-cü taborda yerləşdiyinə görə ailəsi ilə birlikdə Şada kəndi ərazisində yerləşən hərbi şəhərcikdə yaşadıqlarını, həmin vaxt mayor Təqsirləndirilən şəxs1 4-cü taborun komandiri olduğunu, 4-cü taborda tabor komandiri olarkən onun çalışqan bir zabit kimi tanıdığını, N0NN-ci ilin avqust ayında taborun qazanxanasında reduktor xarab olduğundan tabora və ərazidə olan yaşayış binalarına isti suyun verilmədiyini, çox ağır bir şəraitin olduğunu, üstəlik bir müddət sonra su nasosunun da işləmədiyini, sıradan çıxdığını, özünün də ailəlikcə taborun ərazisində yaşadığından suyun gəlməməsinin onun ailəsinə və digər yaşayanlara da pis təsir etdiyini, hərbi hissəyə və orduya da bu barədə məlumat verildiyini, lakin həmin hissənin orada da olmadığını, bir müddət reduktor tapılmadığından taborun ərazisində isti suyun olmadığını, xatırlamadığı bir gündə postları yoxlayıb tabora qayıdanda tabor komandirindən isti suyun yenə olub-olmadığını soruşduqda, onun reduktor tapa bilmədiklərini, kiminsə bir reduktor tapdığını qiymətinin də 700 manat olduğunu “istəyirik öz aramızda könüllü həmin pulu yığaq ki, reduktoru gətirib yerinə salsınlar” dediyini, həmin vaxt reduktor məsələsini həll etmələri üçün onun da 1N manat pulu könüllü, köməklik məqsədi ilə verdiyini, sonradan eşitdiyinə görə taborda printer, hard disk və su nasosu da alınması üçün və onun xidməti maşının təmirinə görə də köməklik məqsədi ilə pul yığıldığını, həmin vaxt postlarda olduğundan Təqsirləndirilən şəxs1 həmin avadanlıqlar üçün pul yığmasından xəbərinin olmadığını, əgər xəbəri olsayıdı yenə pul köməkliyi edəcəyini, özünün bildiyinə görə şəxsi heyyətin həmin pulları könüllü verdiklərini, Təqsirləndirilən şəxs1 həmin çatışmamazlıqların şəxsi heyət vasitəsi ilə aradan qaldırılması Təqsirləndirilən şəxs1 üçün heç bir üstünlük vermədiyini, hətda bu hadisənin üzə çıxacağı təqdirdə Təqsirləndirilən şəxs1 cəzalandırılacağını, onun da bizim kimi ailəsinin taborun ailəlilər üçün nəzərdə tutulmuş yataqxanada yaşadığını, həmin vaxt taborun şəxsi heyyətinin və orada digər yaşayanların çətinlik çəkdiklərini, göstərilən çatışmamazlıqların aradan qaldırılmasında taborda heç kəsə təzyiq olunmadığını, hamı kimi onun da 1N manat pulunun geri qaytardıqlarını, verdiyi pulu könüllü və öz ailəsinin məişət şəraitinin yaxşılaşdırılması, onların rahatçılığı məqsədilə verdiyindən özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Zərərçəkmiş şəxs polkovnik-leytenant Zərərçəkmiş şəxs15 həmçinin ifadəsində taborun postlarının düşmənlə üz-üzə durduğunu, tabor mərkəzinin ehtiyat bölmə olduğunu, onun yerləşdiyi ərazinin isə döyüş şəraitində olmadığını, yalnız N saylı hərbi hissənin düşmənlə üz-üzə dayanmış postlarının və müvqelərinin döyüş şəraitində olduğunu göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXQHQ əsgər Zərərçəkmiş şəxs16 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən 4-cü taborunun MTT taqımında aşbaz vəzifəsində xidmət etdiyini, tabor komandirlərinin mayor Təqsirləndirilən şəxs1 olduğunu, N0NN-ci ilin avqust ayında taborun qazanxanasında reduktor xarab olduğuna görə taborda və hərbi şəhərcikdə isti su olmadığından reduktor alınması üçün hərbi şəhərcikdə yaşayan zabit, gizir, MAHHXHQ-lardan kimin gücü nəyə çatırsa pul yığılmasını eşitdiyini, özünün də ailəsi ilə birlikdə taborun ərazisində yaşadığından onunda reduktorun düzəldilməsi üçün gizir Zərərçəkmiş şəxs3 N manat pul borc alaraq könüllü olaraq kapitan Ağakişiyevə verdiyini, Ağakişiyevin N manat pulun 30 manatını götürərək N0 manatını onun özünə qaytardığını, N0NN-ci ilin noyabr ayında reduktora görə verdiyi 30 manat pulun ona qaytardığıını, verdiyi puları könüllü və tabora köməklik məqsədilə verdiyindən özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş mayor Zərərçəkmiş şəxs17 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N nömrəli hərbi hissənin 4-cü tabor komandirinin müavini vəzifəsində xidmət etdiyini, 4-cü taborda xidmət etdiyi müddətdə taborda bəzi avandanlıqların alınması üçün pul şəxsi heyətin könüllü olaraq yığdığını, taborun qazanxanasında reduktor xarab olduğundan tabora və ərazidə olan yaşayış binalarına isti suyun verilmədiyini, çox ağır bir şəraitin olduğunu, özünün də ailəlikcə taborun ərazisində yaşadığından suyun gəlməməsinin onun ailəsinə və digər yaşayanlara da pis təsir etdiyini, həmçinin tabor komandirinin xidməti maşınından postlara gedərkən özünün də istifadə etdiyini, əgər bu maşın olmadığı təqdirdə onun məcburən həmin postlara piyada getməli olduğunu, bu səbəbdən də könüllü olaraq həmin avadanlıqların alınması üçün kapitan Zərərçəkmiş şəxs1 hərdən 100 manat olmaqla iki dəfə yəni N00 manat pul verdiyini, taborda sıradan çıxmış texnikaların yenisi ilə əvəz olunması üçün sifariş qanunvericiliyin tələbinə uyğun olaraq verildiyi təqdirdə, bu ehtiyat hissələrinin bəzən X16, bəzən Moskovadan və ya digər ölkələrdən təmin edildiyini, bunun da çox zaman apardığını bildirdi. Zərərçəkmiş şəxs mayor Zərərçəkmiş şəxs17 həmçinin ifadəsində sonraki araşdırmalar dövründə onun da yuxarıda qeyd etdiyi xidmətlər üçün verdiyi N00 manat pulunun özünə qaytarıldığını, verdiyi pulları könüllü və tabora köməklik məqsədilə verdiyindən özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş kapitan Zərərçəkmiş şəxs18 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N №-li hərbi hissənin 4-cü taborun komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində xidmət etdiyini, mayor Təqsirləndirilən şəxs1 4-cü taborun komandiri olarkən onun tabeliyində xidmət etdiyini, N0NN-ci ilin sentyabr ayında tabor komandirinin maşının matoru tökdüyündən taborda tabor komandirinin göstərişi ilə həmin maşının təmiri üçün kapitan Ağakişiyev vasitəsi ilə pul yığıldığını, özünün də həmin məqsədlə Ağakişiyevə 100 manat pul verdiyini, bundan başqa da əlavə olaraq taborda printer və hard disk alınmasına görə də yenə ona əlavə 40 manat verdiyini, həmin xidmətlər üçün verdiyi 140 manat pulu da özünə qaytarıldığını, verdiyi puları könüllü və tabora köməklik məqsədilə verdiyindən özünü zərərçəkmiş şəxs kimi tanımadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Zərərçəkmiş şəxs kapitan Zərərçəkmiş şəxs18 həmçinin ifadəsində taborda olan bu çatışmazlıqlar barəsində yuxarı komandanlığa müvafiq raportun yazıldığını, tabor komandiri Təqsirləndirilən şəxs1lə söhbət edərkən tabor komandirinin çatışmazlıqlar barədə yuxarı komandanlığa məlumat verildiyini, lakin aradan qaldırmadığı üçün özlərinin köməklik etməli olduqlarını bildirdiyini də göstərmişdir. Məhkəmədə dindirilməsi üçün dəvət edilmələrinə və onların iştirakı üçün görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, zərərçəkmiş şəxslər tibb xidməti baş leytenantı Zərərçəkmiş şəxsN və mayor Zərərçəkmiş şəxs19 məhkəmədə iştirakları təmin olunmamışdır. Eyni zamanda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxsN müvafiq olaraq xx.xx.N0N3-cü il və xx.xx.N0N3-cü il tarixli ərizələr ilə məhkəməyə müraciət edərək, məzuniyyətə buraxılmaları ilə əlaqədar Bakı şəhərində olduqlarından məhkəmə iclaslarına gələ bilmədiklərini, ibtidai araşdırma dövründə verdikləri ifadərini təsdiq etdiklərini, təqsirləndirilən şəxsləri bağışladıqlarını, onlardan şikayət və tələblərinin olmadıqlarını, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs19 ifadələrinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmadığını nəzərə alaraq, həmçinin cinayət prosesi tərəflərin razılığı ilə onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadələrinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onların ifadələrinə istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315 və 3N9-cu maddələrinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş baş leytenant Zərərçəkmiş şəxsN ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində N №-li hərbi hissənin tibb məntəqə rəisi vəzifəsində xidmət etdiyini, Təqsirləndirilən şəxs1 onun tabor komandiri olduğunu, təqribən N0NN-ci ilin avqust ayında tabor mərkəzinin qazanxanasının reduktoru xarab olduğuna görə taborda və tabor ərazisində yerləşən yaşayış binasında hamama və tualetə isti suyun vurulması mümkün olmadığını, həmin reduktor maraqlanıldıqda dəyəri usta xərci ilə birlikdə 730 manat olduğunu, bu səbəbdən də tabor komandiri mayor Təqsirləndirilən şəxs1 tabor şəhərciyində yaşayan şəxsi heyətə reduktor alınmasına görə, həmçinin su nasosu xarab olduğundan su nasosu alınması üçün, bundan əlavə “harddisk” alınmalı üçün kimin gücü nəyə çatırsa pul vermələri barədə göstəriş verdiyini eşitdiyini, pulların yığılmasını isə kapitan Ağakişiyevə həvalə etdiyini, özünün də ailəlikcə tabor mərkəzində qaldığı üçün həmin avadanlıqların alınmasına görə könüllü olaraq N manat verdiyini, həmin ilin yadında qalmayan aylarında tabor komandirinin xidməti maşını olan “Mitsubishi L-N00” markalı avtomaşının mühərriki sıradan çıxdığını, həmin mühərrikin təmir xərci üçün, həmçinin tabor mərkəzinin printeri olmadığından və printer alınması üçün də pul yığılması barədə tabor komandirinin xahişi olduğunu, həmin avadanlıqlar üçün yenə də N manat verdiyini, ümumilikdə 100 manat pulu həmin xidmətlər üçün kapitan Ağakişiyevə verdiyini, sonraki araşdırma dövründə 100 manat pulu özlərinə qaytardıqlarını, özünü zərərçəkmiş şəxs kimi tanımadığını, ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərmişdir (İ.v İİİ cild 70-74) Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş zərərçəkmiş şəxs mayor Zərərçəkmiş şəxs19 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində N0NN-ci ilin avqust ayından N №-li hərbi hissənin 4-cü tabor komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində xidmət etdiyini, tabor komandirlərinin Təqsirləndirilən şəxs1 olduğunu, onun tabor komandiri olarkən 4-cü taborda pul yığma halları olduğunu, N0NN-ci ilin avqustsentyabr aylarında taborda reduktor, printer, hard disk alınmasına tabor komandirinin göstərişi ilə pul yığıldığını, Təqsirləndirilən şəxs1 göstərişi ilə pulu kapitan Ağakişiyevin yığdığını, özünün də ona həmin işlər üçün 40 manat pul verdiyini, sonradan araşdırma dövrü həmin pulu özünə qaytardıqlarına görə Təqsirləndirilən şəxs1 hər hansı şikayət və tələbinin olmadığını göstərmişdir (İ.v İV cild 139-14N). Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0N1-ci ilin noyabr ayından N №-li hərbi hissənin mənzil istismar xidmətinin rəisi vəzifəsində xidmət etdiyini, N0NN-ci ilin avqust ayında tabor komandiri mayor Təqsirləndirilən şəxs1 ona zəng vurub “4-cü taborun qazanxanası işləmir, tabora və yaşayış binasına isti suyun vurulması mümkün deyil, demək olar ki, isti su yoxdur, çətin bir vəziyyət yaranıb, imkan varsa gəlib baxarsız” dediyini, təcili öz birbaşa rəisinə də bu barədə məlumat verib 4-cü tabora gedərək qazanxanaya baxış keçirdiyini, baxış zamanı qaz reduktorunun istifadə müddəti bitdiyindən reduktorun qaz klapanının xarab olduğunu, reduktorun tamami ilə sıradan çıxdığını gördüyünü, sıradan çıxmış bu hissəni özündə olan digər bir köhnə klapan ilə əvəz etdiyini, lakin bu hissənin də işləmədiyini, bu barədə yuxarı xidmət rəisi polkovnik İlqar İsgəndərova məruzə etdiyini, İlqar İsgəndərovun ona bu barədə Ordunun anbardarına müraciət etməsi barədə tapşırıq verdiyini, bu tapşırıq əsasında özünün anbar rəisi ilə əlaqə saxladığını, lakin bu ehtiyat hissənin anbarda da olmadığının bildirildiyini, anbardar Nəcəfqulunun ona “tapa bilirsinizsə, özünüz tapın” dediyini, bu barədə xidmət rəisi İlqar İsgəndərova məruzə etdiyini, onun da həmin ehtiyat hissə ilə bağlı digər hərbi hissələrdən maraqlanılaraq tapılıb yerinə qoyulması barədə göstəriş verdiyini, lakin nə qədər maraqlansalar da bu hissənin digər hərbi hissələrdə də olmadığını, Ordunun təhcizat xidmətindən hələlik gözləmələrinin bildirildiyini, bir müddət sonra isə Ordunun təhcizat xidmət rəisi İlqar İsgəndərovun ona qaz reduktorunu kənarda axtarmalarını dediyini, bu səbəbdən də onu kənarda axtardıqlarını, “Baymak” adlı mağazadan bu barədə maraqlananda reduktorun qiymətinin NN00 manat olduğunu öyrəndiyini, baha olduğu üçün internet vasitəsilə elanlar üzərindən işlənmiş reduktor axtarmağa başladığını və birini Culfadan 700 manata tapdıqlarını, həmin şəxsin rediktoru quraşdırmaqla birlikdə 730 manat alacağını dediyini, onunla razılaşaraq həmin avadanlığı 730 manata usta xərci ilə birlikdə quraşdıraraq getdiyini, bu pulun tabor komandiri Təqsirləndirilən şəxs1 tərəfindən ona ödəndiyini, tabor komandiri Təqsirləndirilən şəxs1 həmin reduktorun pulunu tabeliyində olan zabit, gizir, MAHHXHQ-lardan kimin gücü nəyə çatırsa könüllü yığmasını bildiyini, sonradan ordu komandanın tapşırığı ilə reduktor üçün şəxsi heyətdən yığılan pulların özlərinə qaytarıldığını göstərdi. Şahid qismində dindirilmiş kapitan Şahid1 həmçinin ifadəsində N №-li hərbi hissənin mənzil istismar xidmətinin rəisi vəzifəsində xidmət etdiyini müddət ərzində (N0N1ci ilin noyabr ayından bugünədək) Ordunun təhcizat xidmətindən ona xidmətə dair heç bir təminatın verilmədiyini, xidmət rəisi keçdiyi gündən bugünədək ona yalnız 360 ədəd elektrik lampasının verildiyini, qazanxana ilə bağlı heç bir avadanlığın verilmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHX HQ kiçik çavuş X6 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən mayor Təqsirləndirilən şəxs1 4-cü taborun komandiri olan zaman onun sürücüsü olduğunu, onun xidməti maşını Mitsubishi L N00 markalı, B 014 nömrəli avtomobil olduğunu, N0NN-ci ilin sentyabr ayında xidməti maşının matoru xarab olduğundan Rövşən adlı ustanı çağırıb maşına baxdırdığını, usta matorun tökdüyünü bildirib ehtiyat hissələrinin adını yazıb bunların alınmasını tapşırdığını, maşının matorunun xarab olması ilə bağlı tabor komandiri Təqsirləndirilən şəxs1 hərbi hissəyə məruzə etdiyini, ancaq həmin maşının ehtiyyat hissələrinin anbarda olmadığına görə də tabor komandirinin başqa yerdən maraqlanması barədə göstəriş verdiyini, onun da, Bakı şəhərində Mitsubishi ehtiyat hissələri satan “Cəliloğlu” adlı şirkət ilə danışdığını, həmin ehtiyat hissələrin usta xərci ilə birlikdə 948 manat etdiyini bildirdiklərini, bu barədə tabor komandirinə məruzə etdikdə onun da həmin pulu ödəməyə gücü çatmayacağını dediyini, tabor komandiri də taborda olan sürücülərə həmin pula köməklik etmələrini tapşırdığını, pulu da tabor komandirinin tapşırığı ilə kapitan Ağakişiyevin yığdığını, ustanın pulu olan 300 manatı Təqsirləndirilən şəxs1 özünün verdiyini, qalan 648 manatı isə taborda xidmət edən sürücülərin yığıb verdiyini, yığılmış pulları kapitan Ağakişiyevin gətirib ona verdiyini, onun da ardıcıl olaraq həmin pulları Bakıya həmin şirkətə göndərdiyini, onlar da kargo vasitəsilə ehtiyat hissələri göndərdiklərini, ehtiyat hissələr gələndən sonra Rövşən adlı ustanın maşının matorunu yığdığını, sonradan hərbi hissədə olanda Təqsirləndirilən şəxs1 barəsində pul yığmağa görə araşdırma getdiyini eşitdiyini, Mitsubishi L N00 markalı, B 014 nömrəli avtomobili təkcə tabor komandirinin xidməti maşını olmadığını, həmin maşınla tez-tez taborun dayaq məntəqələrinə ərzaq, tibbi ləvəzimat aparıldığını buna görə də həmin maşının mühüm əhəmiyyətə malik bir maşın olduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polkovnik Şahid5 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N1 aprel N019-cu ildən N №-li hərbi hissənin komandiri vəzifəsində xidmət etdiyini, mayor Təqsirləndirilən şəxs1 N0NN-ci ilin iyul ayından N0N3-cü ilin mart ayınadək komandiri olduğu hərbi hissənin 4-cü taborunun komandiri olduğunu, onunla münasibətləri xidməti olduğunu, onun xidməti dövründə taborun qazpaylayıcı reduktorunun xarab olması barədə şifahi olsa da məlumatının olduğunu, həmin qazpaylayıcı reduktorun əsas funksiyasının taborun mərkəzinə və ailəlilər üçün nəzərdə tutulmuş yataqxanaya isti suyun vurulmasından ibarət olduğunu, bu səbəbdən də təcili reduktorun düzəldilməsi barədə göstəriş versə də onu hərbi hissədə və ordunun anbarlarında tapa bilmədiklərini, ordudan isə sifariş verilməsi səbəbindən bir müddət gözləmələrini dediklərini, onda olan məlumata görə həmin xarab olan hissəni digər yerdə axtardıqlarını, sonradan taborun şəxsi heyyətinin Təqsirləndirilən şəxs1 də daxil olmaqla öz aralarında pul yığaraq reduktoru haradansa, mülkü şəxslərdən taparaq yerinə qoymaları barədə və çatışmasızlıqların aradan qaldırılması barədə məlumatının olduğunu, N0NN-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs1 tabeliyində olan şəxsi heyətdən pul yığıb tabora müəyyən əşyalar alması barədə Orduya məlumat verildiyini, buna görə 4-cü taborda xidmət edən zabit, gizir və MAHHX HQ-ları təhqiqat xidmətinə çağırılıb dindirildiyini, araşdırma zamanı taborda reduktor, printer, su nasosu, hard disk alınmasına və tabor komandirinin xidməti maşının matorunun yığılmasına görə yaranan xərclərə görə də tabor komandirinin taborun şəxsi heyyətindən könüllü olaraq pul yığması müəyyən olunduğunu, Təqsirləndirilən şəxs1 həmin əşyaların alınması və maşının təmiri üçün ona yazılı müraciət etmədiyini, tabor komandiri kimi həmin halları özü aradan qaldırmaq istədiyini, bu hal Ordu Komandanına məruzə edildikdən sonra o, şəxsi heyətdən yığılan pulun özlərinə qaytarılması barədə göstəriş verdiyini, sonraki araşdırma dövründə şəxsi heyyətdən alınan pulları geri, özlərinə qaytardıqlarını, həmin pul yığma hallarına görə 4-cü tabor komandiri Təqsirləndirilən şəxs1 intizam qaydasında cəzalandığını, bir hərbi hissə komandiri olaraq onun fikirincə tabor komandiri Təqsirləndirilən şəxs1 həmin çatışmamazlıqları aradan qaldırarkən özü və ya üçüncü şəxslər üçün heç bir qanunsuz üstünlük əldə etmədiyini, qeyd olunan çatışasızlıqların aradan qaldırılmasının taborda xidmət edən zabitlərin özlərinin şəxsi təşəbbüsləri ilə həyata keçirildiyini, əvəllər 4-cü taborda printer və yaddaş kartı olsa da sonralar onların və su nasosunun xarab olması barədə də xəbərinin olduğunu, tabor komandirinə məxsus maşının xarab olması ilə bağlı da ona şifahi məlumat verdiklərini, həmin maşının hissənin də hərbi hissədə olmadığını, sonradan həmin çatışmasızlıqları da eyni qaydada pul yığaraq aradan qaldırılması barədə məlumatının olduğunu bildirdi. Şahid5 ifadəsində həmçinin “Şada” tabor mərkəzinin “döyüş şəraitində” olması ilə bağlı onun tərəfindən verilən və iş materiallarına əlavə edilən arayışa münasibət bildirərkən bildirdi ki, N saylı hərbi hissənin düşmənlə birbaşa təmasda olan bölmələri olduğundan Nazirlər kabinetinin qeyri-məxfi qərarına əsasən ümumilikdə N saylı hərbi hissən “döyüş şəraitində” olan hərbi hissə kimi xarakterizə olunur. Lakin N saylı hərbi hissənin nə “Batabat” taborunun mərkəzi, nə “Şada” taborun mərkəzi, nə də N saylı hərbi hissənin Şahbuz şəhərində yerləşdiyi ərazi düşmənlə birbaşa üzbəüz durmadığından və faktiki döyüş əməliyyatları həyata keçirmədiklərindən onların “döyüş şəraitində” olan ərazi kimi sayılmadığını, bu halın Nazirlər kabinetinin qeyri-məxfi qərarında və Müdafiyə Nazirliyinin məxfi qərarlarında da öz əksini tapdığını, döyüş şəraitində yerləşən mövqelərin daim silah əllərində həmin şəraitdə xidmət etdiklərini, lakin Şada taborunun şəxsi heyyətinin gündəlik iş rejimində işlədiklərini, gündəlik naryada çıxanlardan başqa digər şəxsi heyyətin hər gün axşam iş vaxtından sonra normal olaraq evə getdiklərini və istirahət etdiklərini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHX HQ əsgər Şahid6 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0N0-ci ilin iyul ayından N0NN-ci ilin iyul ayınadək N nömrəli hərbi hissənin 3-cü taborunun maddi-texniki təminat taqımının 3-ci manqasında sürücü vəzifəsində xidmət etdiyini, taborda xidməti işlərdən başqa təsərrüfat işlərinin də görüldüyünü, şəxsi heyətin bəzisi Dəhnə adlanan yerdə mühafizədə olduqlarından növbəli şəkildə N nəfərdən ibarət sutkalıq mühafizə apardıqlarını, mühafizəyə MAHHXHQ-lar Şahid9, Şahid8, Şahid7, Şahid1N, Zərərçəkmiş şəxs11 və Urfan Şəfiyevin ayrıldıqlarını, onun da, Dəhnənin aşağı hissəsində olan yerə mühafizəyə çıxdığını, mühafizəyə ayrılmış şəxsləri tabor komandirinin özünün böldüyünü, oraya xidmətə çıxarkən MAHHX HQ əsgər Təqsirləndirilən şəxsN onu yanına çağıraraq “tabor komandirinin göstərişidir bu işdə işləyirsənsə sən də ayda 100 manat pul tabora aparılan işlərə köməklik məqsədi ilə verməlisən ki, mühafizəyə gedəsən və orada, mühafizədə qalasan” dediyinə görə N0NN-ci ilin yanvar, fevral, mart və aprel ayları olmaqla ümumilikdə 4 ay mühafizədə işlədiyini, orada işlədiyinə görə Təqsirləndirilən şəxsN tabora köməklik məqsədilə, könüllü şəkildə hər ay 100 manat olmaqla cəmi 400 manat pul verdiyini, Dəhnə adlanan yerdə mühafizədə olmadığı vaxtlarda da imkanı daxilində taborun işlərinə köməklik etdiyini, həmin vaxt həqiqətən də taborda müxtəlif işlərin getdiyini, bildiyinə görə Təqsirləndirilən şəxsN da ondan aldığı pulu aparıb mayor Təqsirləndirilən şəxs1 çatdırdığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ kiçik çavuş Şahid8 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən mayor Təqsirləndirilən şəxs1 3-cü tabor komandiri olan zaman N0NN-ci ilin yanvar və fevral aylarında yuxarı Dəhnə deyilən yerdə mühafizədə xidmət apardığını, orada tikinti ləvazimatları olduğu üçün həmin ləvəzimatların qorunması üçün oraya mühafizəyə çıxdığını, həmin vaxtlarda onunla birlikdə oraya Şahid9 da çıxdığını, MAHHXHQ-əsgər Təqsirləndirilən şəxsN ona “mühafizədə duranlar bir gün işdə olub bir gün evdə qaldığına görə, mühafizədə duranların xidmət şəraiti yüngül olduğuna görə tabor komandiri deyir ki, taborda gedən işlərə kömək məqsədi ilə dəhnədə mühafizəyə təyin olunanlar hər ay maaşlarından 100 manat pul verməlidir” dediyini, iki ay orada olduğu üçün S. Cəfərova hər ay 100 manat olmaqla N00 manat pul verdiyini, bundan başqa N0NN-ci ilin mart və aprel aylarında yenidən 15 gün Dəhnədə mühafizəyə çıxdığını, həmin aylarda da tabor komandirinə çatması üçün Təqsirləndirilən şəxsN 100 manat olmaqla N00 manat, ümumilikdə Təqsirləndirilən şəxsN 400 manat kömək məqsədi ilə pul verdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid9 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0NN-ci ilin yanvar ayında tabor komandiri onunla MAHHXHQ əsgər Şahid8 Dəhnədə olan mühafizəyə ayırdığını, Şahid8 ilə eyni növbədə olduqlarını, təxminən 4 ay, N0NN-ci ilin may ayınadək mühafizədə olduğunu, mühafizədə işləyərkən Təqsirləndirilən şəxsN ona tabor komandirinin adından mühafizədə işləməsi üçün taborun təmirinə müəyyən miqdarda pul verilməli olduğunu dediyini, bir gündən bir növbədə olduğundan, mühafizədə işinin rahat olduğundan taborda gedən işlərə kömək məqsədi ilə təqribən 4 ay müddətində hər ay 100 manat olmaqla, ümumilikdə 400 manat pulu MAHHXHQ Təqsirləndirilən şəxsN verdiyini, Təqsirləndirilən şəxsN verdiyi pulların mayor Təqsirləndirilən şəxs1 çatdığını bildiyini, bildiyinə görə Dəhnədə mühafizəyə çıxan şəxslərin hamısının orada xidmətdə olduqları üçün taborda gedən işlərə kömək məqsədi ilə Təqsirləndirilən şəxsN pul verdiklərini, lakin nə qədər verdiklərini bilmədiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid7 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0N1-ci ilin sentyabr ayından N №-li hərbi hissənin 3-cü taborunda xidmət etdiyini, mayor Təqsirləndirilən şəxs1 3-cü tabora gələndən sonra içəri odunda işləməyə ayrıldığını, N0NN-ci ilin fevral və mart ayları içəri odunda işlədiyini, həmin vaxt odunda işləyəndə üzərlərində böyük MAHHX HQ əsgər Təqsirləndirilən şəxs3 olduğunu, içəri odunda işləyən zaman bir gün Zülfüqarlının orada işləyənlərə taborda gedən işlərlə əlaqədar olaraq həmin heyətin tabora maddi köməklik göstərmələri ilə bağlı tabor komandiri Təqsirləndirilən şəxs1 təklifini çatdırdığını, həmin vaxt taborda müxtəlif təmir işlərinin getdiyini, ona görə də N0NN-ci ilin mart və may aylarında maaşını alandan sonra tabora köməklik məqsədilə tabor komandirinə çatdırması üçün Təqsirləndirilən şəxs3 N dəfə, yəni hər dəfəsində 100 manat olmaqla cəmi N00 manat pul verdiyini, həmin işin rahat olmaqla ona münasib olduğu üçün həmin pulları Təqsirləndirilən şəxs3 könüllü olaraq verdiyini, Təqsirləndirilən şəxs3 özünün də pul verməsi barədə məlumatının olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid10 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0N1-ci ilin oktyabr ayından N nömrəli hərbi hissənin 3-cü taborunda pulemyotçu vəzifəsinə təyin edildiyini, təxminən N0NN-ci ilin mart ayının sonu, aprel ayının əvvəllərində taborun qarşısında olan bağa və Dəmirçi kəndinin girişindən yolboyu olan ağaclıq yerə mühafizə ayrıldığını, həmin ayın sonunda MAHHXHQ Təqsirləndirilən şəxsN onun işlədiyi yerə gəlib taborda gedən işlərə köməklik məqsədi ilə tabor komandirinə müəyyən miqdarda pul verməli olduğunu, aylıq pulun isə 1N manat olduğunu dediyini, onun da razılaşaraq aylıq hər ay 1N manat olmaqla N ay ərzində cəmi 300 manat pulu rahat olması, o cümlədən taborda gedən işlərə köməklik üçün Təqsirləndirilən şəxsN verdiyini, onunla mühafizəyə tabordan MAHHXHQ Şahid17 və Şahid1N da ayrıldığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid1N Tahar oğlu və MAHHX HQ əsgər Şahid17 oxşar məzmunlu ifadələr verərək, şahid qismində dindirilmiş MAHHX HQ əsgər Şahid10 ifadəsində göstərilənləri təsdiq etmişlər. MAHHX HQ əsgər Şahid1N Tahar oğlu ifadəsində tabora köməklik məqsədilə cəmi 600 manat pulu, MAHHXHQ əsgər Şahid17 isə cəmi N00 manat pulu tabora köməklik məqsədilə MAHHXHQ Təqsirləndirilən şəxsN verdiklərini bildirdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid13 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən mayor Təqsirləndirilən şəxs1 3-cü taborun komandiri olarkən onun taborunda xidmət etdiyini, o, tabor komandiri olarkən N0N1-ci ilin dekabr ayında 15 gün dəhnə deyilən yerdə mühafizəyə çıxdığını, həmin mühafizəyə getmək üçün Təqsirləndirilən şəxsN ondan 1N manat taborun təmiri üçün pul istədiyini və bunun tabor komandirinin göstərişi olduğunu dediyini, dəhnəyə mühafizəyə gedəndə günün nizam qaydası ilə təyin olunan xidmətdən, dərslərdən uzaq və rahat olduqlarını, orada işlədiyi 3 ay üçün ümumilikdə Təqsirləndirilən şəxsN taborda gedən işlərə köməklik məqsədilə, könüllü olaraq 4N manat pul verdiyini bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ kiçik çavuş Şahid14 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N saylı hərbi hissənin 3-cü taborda xidmət edərkən həmin taborda xidməti işlərlə yanaşı həm də təsərrüfat işlərinin olduğunu, taborun şəxsi heyyətinin bir qisminin təsərrüfat işlərinə, bir qisminin çöl odunda, bir qisminin içəri oduna, bir qisminin isə Sədərək rayonu ərazisində olan Dəhnə mövqeyinin mühafizəsi və taborun əraizisində və Dəmirçi kəndi ərazisində olan meyvə bağlarının mühafizəsi cəlb olunduqlarını, təsərrüfat işlərinə taborda xidmət edən MAHHXHQ-ların ayrıldıqlarını, özünün çöl odunda işləyən şəxsi heyətin tərkibində 6 ay işlədiyini, üzərlərində böyük MAHHXHQ-əsgər Təqsirləndirilən şəxs4 olduğunu, onlarla birlikdə çöl odunda Şahid16, Şahid11, R.Əliyevin və Şahid15 olduqlarını, özünün həmin təsərrüfat işində N0NN-ci ilin yanvar ayından oktyabr ayınadək işlədiyini, MAHHXHQəsgər Təqsirləndirilən şəxs4 taborda gedən təmir işləri ilə əlaqədar olaraq onların köməklik göstərmələri barədə tabor komandirinin təklifi olmasını onların nəzərinə çatdırdığını, bunun üzərinə orada işlədiyi 6 ay ərzində, hər ay 100 manat olmaqla ümumilikdə 600 manat pulu tabor komandirinə çatdırılması üçün Təqsirləndirilən şəxs4 verdiyini bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ kiçik çavuş Şahid15 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən mayor Təqsirləndirilən şəxs1 taborunda xidmət etdiyini, Təqsirləndirilən şəxs1 3-cü tabor komandiri olan zaman tabordan kənarda odun kəsmək işinə cəlb edildiyini, məzuniyyətə gedənləri onun əvəz etdiyini və sonradan orada qalıb işlədiyini və hər dəfə odun işində ayrılanda aylıq maaşından 100 manat pulu üzərlərində böyük olan Təqsirləndirilən şəxs4 taborun təmiri üçün verdiyini, bildiyinə görə Təqsirləndirilən şəxs4 özünün də tabor komandirinə pul verdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid16 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0N0-ci ilin iyul ayından N nömrəli hərbi hissənin 3-cü taborunda xidmət etdiyini, həmin vaxt tabor komandirlərinin Təqsirləndirilən şəxs1 olduğunu, onun, tabor komandiri olduğu müddətdə taborda təsərrüfat işlərinə müəyyən MAHHXHQ-ların ayrıldığını, onun özünün də N0NN-ci ilin yanvar ayından N0NN-ci ilin iyun ayınadək “Çöl odun” işində işlədiyini, həmişə üzərlərində “Böyük” kimi Təqsirləndirilən şəxs4 olduğunu, həmin işdə olarkən Təqsirləndirilən şəxs4 ona tabora köməklik məqsədi ilə tabor komandiri Təqsirləndirilən şəxs1 pul verməli olduğunu dediyini, N0NN-ci ilin yanvar-iyun aylarında 6 ay ərzində hər ay 100 manat olmaqla ümumilikdə 600 manat pulu Təqsirləndirilən şəxs4 verdiyini, o, olmadığı vaxtlarda isə pulu Təqsirləndirilən şəxsN verdiyini, təsərrüfat işi rahat olduğundan işinin xətrinə problem olmasın deyə, o cümlədən tabora köməklik məqsədilə bu pulu verdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid18 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N №-li hərbi hissənin 3-cü taborda xidmət edən zaman N0NN-ci ilin təxminən fevral ayında MAHHX HQ əsgər Təqsirləndirilən şəxsN onu taborda yanına çağıraraq “istəyirsənsə səni Dəhnə deyilən yerdəki mühafizəyə yazım, ancaq hər ay maaşdan tabor komandirinə taborun təmiri üçün 100 manat verəcəksən” dediyini, dəhnəyə gedənlərin düzülüşdən, naryaddan, dərslərdən azad olduğundan, bir növ xidmətlərinin rahat olduğundan, onunla razılaşaraq həmin aydan dəhnəyə mühafizəyə getdiyini, N0NN-ci ilin iyun ayı da daxil olmaqla 5 ay Dəhnədə mühafizədə işlədiyini, oraya getdiyi 5 ay ərzində hər ay 100 manat olmaqla ümumilikdə 500 manat pulu Təqsirləndirilən şəxsN verdiyini, onun da həmin pulu tabor komandiri Təqsirləndirilən şəxs1 verdiyini bildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ kiçik çavuş Şahid19 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N nömrəli hərbi hissənin 3-cü taborunda xidmət edərkən taborda bir neçə adda müxtəlif təsərrüfat işlərinin olduğunu, onlar “çöl odun”, “içəri odun”, “Dəhnənin mühafizəsi” və “meyvə bağlarının mühafizəsi” kimi adlandığını, 17-18 may N0NN-ci ildə Sədərək rayonu ərazisində yerləşən “Dəhnə” mövqeyinin yuxarı hissəsində mühafizəyə ayrılarkən MAHHXHQ Şahid7la birlikdə eyni təsərrüfatda işlədiklərini, təsərrüfat işinə ayrılan zaman Təqsirləndirilən şəxsN ona taborun təmiri üçün “mühafizə işində işlədiyinə görə aylıq 1N manat pul verməli olduğunu dediyini, pulların da tabor komandirinə çatacağını bildirdiyini, pulların da mayor Təqsirləndirilən şəxs1 çatdığını bildiyinə görə onunla razılaşdığını, N0NN-ci ilin may ayının sonlarında əməkhaqqı alınan zaman tabora köməklik məqsədi ilə 1N manat pulu MAHHXHQ Təqsirləndirilən şəxsN verdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər ŞahidN0 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N №-li hərbi hissənin 3-cü taborunda xidmət edərkən N0NN-ci ilin yanvar, mart, may və iyun ayında tabor ərazisində olan içəri odunda doğrama işinə ayrıldığını, onunla birlikdə içəri odunda MAHHXHQ-lar ŞahidNN, ŞahidN5, ŞahidN1 və Təqsirləndirilən şəxs3 da həmin xidmətə ayrıldıqlarını, əsas işlərinin bağlardan və ətraf ərazilərdən gətirilən quru odunları doğrayıb postlara göndərmək olduğunu, təsərrüfat işində olarkən Təqsirləndirilən şəxsN onun yanına gəlib Təqsirləndirilən şəxs1 adından təsərrüfat işinə gedənlərin aylıq pul verməli olduqlarını deyərək pulu da üzərlərində böyük kimi təyin olunan şəxsə verməli olduqlarını, ona görə də onların da aylıq pulu yığıb üzərlərində böyük olan Təqsirləndirilən şəxs3 verdiklərini, içəri odunda işlədiyi müddət üçün ümumilikdə 380 manat pulu Təqsirləndirilən şəxs3 verdiyini, bu pulu tabora köməklik məqsədilə verdiyini, Təqsirləndirilən şəxs3 da onlarla birlikdə tabor komandirinə hər ay pul verdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ kiçik çavuş ŞahidN1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0N1-ci ildən N0NN-ci ilin may ayının sonlarına qədər N №-li hərbi hissənin 3-cü taborunda xidmət etdiyini, həmin vaxt tabor komandirinin mayor Təqsirləndirilən şəxs1 olduğunu, Təqsirləndirilən şəxs1 tabor komandiri olduğu zaman MAHHX HQ-ların bəzi təsərrüfat işinə ayrıldıqlarını, özünün də N0NN-ci ilin mart və may aylarında hər ay 15 gün olmaqla içəri odun təsərrüfat işində işlədiyini, bu işdə işləmək üçün özünə 160 manat dəyərində motopila (motorlu odun kəsən) aldığını, bu işdə işləmək üçün heç kəsə pul vermədiyini, hazırki cinayət işi üzrə ibtidai istintaq dövründə müstəntiq tərəfindən ifadəsi alınarkən bu barədə müstəntiqə də bildirdiyini, həmçinin ibtidai istintaq dövründə müstəntiq tərəfindən yazılan ifadəsini oxumadan imzaladığını bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər ŞahidN3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N №-li hərbi hissənin. 3-cü taborda xidmət edən zaman N0NN-ci ilin təxminən fevral ayında MAHHXHQ əsgər Təqsirləndirilən şəxsN onu taborda yanına çağırıb “təsərrüfatda işləmək istəyirsənsə səni Dəhnə deyilən yerdəki mühafizəyə göndərim” dediyini, özünün Sərxanla razılaşıb bu işə getdiyini, dəhnəyə gedənlərin düzülüşdən, naryaddan, dərslərdən azad olduğundan, oranın bir növ rahat xidmət yeri olduğundan oraya gedənlərin bir gün evdə, bir gün mühafizədə olduğundan özünün orada işlədiyi 5 ay ərzində hər ay 100 manat olmaqla ümumilikdə 500 manat pulu Təqsirləndirilən şəxsN verdiyini, bu pulu taborda gedən təmir işlərinə köməklik məqəsdilə verdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər ŞahidN6 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N №-li hərbi hissənin 3-cü taborunda xidmət edərkən mayor Təqsirləndirilən şəxs1 həmin taborun komandiri olduğundan onun tabeliyində xidmət etdiyini, Təqsirləndirilən şəxs1 tabor komandiri olandan sonra taborda xidmət edən MAHHXHQ-lar pul verib çöl odun, içəri odun, tabor ətrafı meyvə bağlarının mühafizəsi, Dəhnə deyilən yerin mühafizəsi təsərrüfat işlərinə getdiklərini, Dəhnə mühafizədə olanlar bir gün mühafizədə, bir gün işdə olduqlarından və oraya xidmətə gedənlər işə mülki geyimdə getdiklərindən, həmçinin bütün dərslərdən, düzülüşdən, naryaddan azad olunduqlarından N0NN-ci ilin fevral ayında taborda Təqsirləndirilən şəxsN yaxınlaşıb Dəhnə mühafizəyə getmək istədiyini dediyini, onun da “ora getmək istəyirsənsə aylıq 1N manat taborun təmiri üçün tabor komandiri Təqsirləndirilən şəxs1 pul verməlisən” dediyini, onunla razılaşaraq N0NN-ci ilin fevral, mart, aprel və may aylarında Aşağı Dəhnə deyilən yerdə mühafizədə olduğunu, həmin aylarda 1N manatdan olmaqla ümumilikdə Təqsirləndirilən şəxsN 600 manat pul verdiyini bildirmişdir. ŞahidN6 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmə istintaqında tədqiqi zamanı müəyyən olunmuşdur ki, ŞahidN6 ibtidai istintaq zamanı verdiyi ifadəsində də N0NN-ci ilin fevral, mart, aprel və may aylarında Aşağı Dəhnə deyilən yerdə mühafizədə olduğunu, həmin aylarda aylıq 1N manatdan olmaqla ümumilikdə Təqsirləndirilən şəxsN 600 manat pul verdiyini bildirmişdir. Lakin ŞahidN6 xx.xx.N0N3-cü il tarixdə məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxsN ümumilikdə verdiyi 600 manat pulun 1N manatını taborun təmiri üçün, yerdə qalan 4N manatını isə Təqsirləndirilən şəxsN aldığı telefona görə ona aylıq verdiyini bildirməsinə baxmayaraq, xx.xx.N0N3-cü il tarixdə məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxsN ümumilikdə verdiyi 600 manat pulun 1N manatını taborun təmiri üçün, yerdə qalan məbləğin 3N manatını Təqsirləndirilən şəxsN aldığı telefona görə, yerdə qalan 100 manatını isə Təqsirləndirilən şəxsN borc məqsədilə verdiyini göstərmişdir. Məhkəmə tərkibi ŞahidN6 bu təzadlı ifadələrini nəzərə alaraq, onun ibtidai istintaqda verdiyi ifadəsininin işin faktiki hallarına uyğun, digər şahid ifadələri ilə uzlaşan və inandırıcı hesab etməklə, onun ibtidai istintaqda verdiyi ifadəsini sübut kimi qəbul edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş mayor ŞahidN8 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən X14 Ordusunun Xüsusi Təhlükəsizlik Xidmətində Təhlükəsizlik İdarəsinin müavini vəzifəsində xidmət etdiyini, N0NN-ci ilin iyun ayında N №-li hərbi hissənin 3-cü taborunda xidmət edən leytenant Rövşən Alməmmədovun xidmət etdiyi taborda olan pul yığmalara görə şikayət etdiyindən göstərilən faktların ətraflı araşdırılması barədə ona göstəriş verildiyini, onun da həmin zabitdən izahat alarkən N saylı hərbi hissənin 3-cü taborda tabor komandiri mayor Təqsirləndirilən şəxs1 şəxsi heyətdən pul yığmasını izahatında göstərdiyini, həmçinin o, izahatında təsərrüfat işlərinə və mühafizəyə ayrılan hərbi qulluqçulardan da aylıq 100-1N manat pul yığdığını göstərdiyini, Alməmmədovun əlavə olaraq izahatında tabor komandirinə ümumi pulları MAHHXHQ Təqsirləndirilən şəxsN yığdığını, içəri odunun böyüyünə rəhbərliyi MAHHX Təqsirləndirilən şəxs3, çöl odunun böyüyünə rəhbərliyi MAHHXHQ Təqsirləndirilən şəxs4 olduğunu göstərdiyini, həmin vaxt bu halları araşdırmaq üçün təsərrüfat işinə və mühafizəyə gedən şəxslərlə şəxsən söhbət etdiyini, bəzilərinin izahatının alındığını, ancaq həmin vaxt R.Alməmmədovun izahatında göstərdikləri xüsusatların öz təsdiqini tapmadığını, sonraki araşdırma dövründə göstərilən xüsusatların öz təsdiqini tapdığını, bunla belə həmin dövrdə həmin şəxslərin hər birinin ayrı-ayrılıqda müəyyən intizam cəzası aldıqlarını göstərdi. Məhkəmədə dindirilməsi üçün dəvət edilmələrinə və onların iştirakı üçün görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, şahidlər Şahid4, ŞahidN7, ŞahidN5, ŞahidN4, ŞahidNN, Şahid11 və X7 məhkəmədə iştirakları təmin olunmamışdır. Məhkəmə şahidlər Şahid4, ŞahidN7, ŞahidN5, ŞahidN4, ŞahidNN, Şahid11 və X7 ifadələrinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmadığını nəzərə alaraq, həmçinin cinayət prosesi tərəflərin razılığı ilə onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadələrinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onların ifadələrinə istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 3N9-cu maddələrinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş MAHHXHQ əsgər ŞahidNN ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində N nömrəli hərbi hissənin 3-cü taborunda xidmət edən zaman N0NN-ci ilin yanvar ayında taborda aparılan təsərrüfat işlərinə cəlb edildiyini, həmin vaxt taborda “çöl odun”, “içəri odun”, “Dəhnə mühafizə” təsərrüfat işləri, sonra meyvə bağlarının mühafizəsi işi olduğunu, özünün “içəri odun” işinə ayrıldığını, təxminən 6 nəfərin həmin işdə işlədiyini, üzərlərində “böyük” kimi MAHHXHQ Təqsirləndirilən şəxs3 olduğunu, “İçəri odun”da ondan başqa MAHHXHQ- əsgərlər Təqsirləndirilən şəxs3, ŞahidN5, ŞahidN0, ŞahidN1 və ŞahidN4 işlədiyini, şəxsi heyətin təsərrüfat işlərinə tabor komandiri mayor Təqsirləndirilən şəxs1 ayrıldığını, əvvəllər də içəri odunda işlədiyi üçün yenidən bu işə ayrıldığını, Təqsirləndirilən şəxs1 dövründə “İçəri odun” təsərrüfat işinə ayrılan zaman MAHHXHQ Təqsirləndirilən şəxsN “bu işə görə pul verməlisiz, tabor komandiri deyir” dediyindən və təsərrüfat işi bir növ rahat olduğundan, növbəyə, xidmətə ayrılmadıqlarından, düzülüş olmadığından onunla razılaşaraq N0NN-ci ilin yanvar ayında 80 manat, N0NN-ci ilin mart, may və iyun aylarında hər ay 100 manat olmaqla ümumilikdə ona 380 manat pulu Təqsirləndirilən şəxs3 vasitəsi ilə tabor komandirinə verdiyini, Zülfüqarlının özünün də onlarla birlikdə eyni qaydada pul verdiyini, lakin əvvəlki tabor komandirlərinin vaxtında bu işlər üçün pul yığılmadığını göstərmişdi (i.v İİ cild 54-57, İV cild 3-6). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş MAHHX HQ kiçik çavuş Şahid11 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində N №-li hərbi hissənin 3-cü taborunda xidmətə başlamış, hazırda yenə 3cü taborun artilleriya batareyasında xidmətini davam etdirdiyini, mayor Təqsirləndirilən şəxs1 N0NN-ci ilin yanvar ayından iyul ayınadək 3-cü taborun komandiri olduğunu, taborda olan zaman çöl odun deyilən yerdə işləməyə başladığını, əsas işlərinin yaxın kəndlərdə həyətyanı sahələrdən odun kəsərək tabora gətirmək olduğunu, onunla birlikdə çöl odunda MAHHX HQ-çular Təqsirləndirilən şəxs4, Qərib Hüseynov, Şahid15, Şahid16 və Rəfayıl Əliyevin də olduğunu, qruppa rəhbərliyi MAHHX HQ Təqsirləndirilən şəxs4 etdiyini, Çöl odunda işləyən zaman Təqsirləndirilən şəxs4 “tabor komandiri Təqsirləndirilən şəxs1 göstərişidir, hər ay maaş veriləndə hər birimiz 100 manatdan pul yığıb ona verməliyik” dediyini, ona heç nə deməyib, işləri rahat olduqlarına görə onunla razılaşdıqlarını, odunda işləmək rahat olduğundan N0NN-ci ilin yanvar ayından iyun ayınadək 6 ay ərzində hər ay maaşında 100 manat olmaqla, ümumilikdə 600 manat pulu tabor komandiri Təqsirləndirilən şəxs1 verməsi üçün təklikdə Təqsirləndirilən şəxs4 verdiyini, orada işlədiyi aylarda Təqsirləndirilən şəxs4 özünün də həmişə tabor komandirinə pul verməsinin şahidi olduğunu göstərmişdi (i.v İ cild 196-199). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş XN0 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Naxçıvan şəhərində yaşadığı ünvanda özünün sexi var, orada maşın matorlarının təmiri işini görür. MAHHX HQ Bünyamin Rzayevi də tanıdığını, N0NN-ci ilin sentyabr ayında Bünyamin ona zəng vurub xidməti maşını olan “Mitsubishi L N00” markalı avtomobilinin mühərrikində problem olduğunu dedikdə həmin maşına baxmağını istədiyini, ona görə də Şada kəndində yerləşən tabora gedib maşına baxdığını, həmin maşın bildiyinə görə Şada kəndində yerləşən tabor komandirinin xidməti maşını olduğunu, tabor komandirini şəxsən tanımasa da adının Amil olduğunu bildiyini, maşına baxanda matorunun xarab olduğunu gördüyünü, matora lazım olan ehtiyat hissələrinin adını yazıb onlara verdiyini, ondan maşının matorunu neçəyə yığacağını soruşduqda həmin işə görə 300 manat alacağını dediyini, bir neçə gün sonra onlar ehtiyat hissələri bildiyinə görə Bakı şəhərindən alıb gətirəndən sonra maşının matorunu təmir etdiyini və buna görə də onlardan usta xərci kimi 300 manat pul aldığını göstərmişdi (i.v V cild 43-45). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş mayor Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs1 N №-li hərbi hissəsinin 4-cü taborun komandiri olarkən tabora reduktor, printer, su nasosu və hard disk şəxsi heyyətdən pul yığaraq aldığını bildiyini, bu məsələni kimsə Ordu Komandanına məruzə etdiyini, komandanlıqdan da ona bu məsələni araşdırıb məruzə etməsi tapşırıldığına görə taborda xidmət edən zabit, gizir və MAHHX HQ-ları təhqiqat xidmətinə çağırıb şifahi söhbət elədiyini, onlar da ona taborda reduktor, printer, su nasosu, hard disk alınmasına və tabor komandirinin xidməti maşının matorunun yığılmasına görə yaranan xərclərə görə tabor komandirinin onlardan pul köməkliyi edilməsini istədiyini, buna görə pul verdiklərini dediklərini, sonradan pul yığılan şəxslərin adlı siyahısını yazıb, komandanlığa verdiyini, komandanlıqdan şəxsi heyətin pullarının təcili özlərinə qaytarılması barədə göstəriş gəlmiş verildiyindən verilmiş göstərişin dərhal yerinə yetirildiyini göstərmişdi (i.v V cild N-5). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş ŞahidN4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, N019-cu ildə N №-li hərbi hissədə MAHHX HQ əsgər kimi xidmətə başlamış, N0N0-ci ilin sentyabr ayının N7-dən noyabr ayının 10-dək işğal altında olan torpaqların, xüsusən Fizuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, 09 noyabr N0N0-ci ildə Laçın rayonu ərazisində gedən döyüşlərdə yaralandığı üçün hospitala təxliyə edilmiş, “Fizulinin azad olunmasına görə, Şuşanın azad olumasına görə, Xocavəndin azad olunmasına görə, döyüşdə fərqlənməyə görə, şücayətə görə” medalları ilə təltif edilmişdir. Müharibədən sonra N №-li hərbi hissədə xidmətini davam etdirmiş, 08 oktyabr N0NN-ci ildə ordu sıralarından ehtiyata buraxılmışdır. Mayor Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır, onlarla arasında qohumluq və ya ədavət olmamışdır. N №-li hərbi hissənin 3-cü taborunda xidmət edərkən Təqsirləndirilən şəxs1 tabor komandiri olmuş, Təqsirləndirilən şəxs3 da 3-cü taborda xidmət edən zaman tanımış, o, “İçəri odun” adlanan təsərrüfat işində işləyərkən üzərində böyük olmuşdur. O, tabor komandirinin göstərişi ilə içəri odunda işləməyə təyin edilmiş, N0NN-ci ilin yanvar ayında içəri odunda işləmiş, sonra N0NN-ci ilin fevral ayına yerdəyişmə olduğundan 5-ci tabora getmiş, mart ayında içəri odunda işləmiş, aprel ayı yenə yerdəyişmə olmuş, sonra yenə may və iyun aylarında içəri odun təsərrüfat işində işləmişdir. “İçəri odun” adlanan taborda odun doğrama təsərrüfat işində ondan başqa MAHHX HQ-lar Təqsirləndirilən şəxs3, ŞahidN5, ŞahidNN, ŞahidN0, Vüqar Əhmədzadə işləmiş, orada işləməkləri ilə əlaqədar onlardan hər ay pul yığılmış, pulu üzərlərində böyük olan Təqsirləndirilən şəxs3 vermiş, o, da tabor komandiri Təqsirləndirilən şəxs1 vermişdir. N0NN-ci ilin yanvar ayında 80 manat, mart, may və iyun aylarında isə 100 manat olmaqla ümumilikdə 380 manat pul vermişdir (i.v İİİ cild 107-111). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş MAHHXHQ əsgər ŞahidN5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, N0N0-ci ilin arel ayından N0N3-cü ilin fevral ayınadək N №-li hərbi hissədə MAHHX HQ əsgər kimi xidmət etmiş, xx.xx.N0N3-cü ildə xidməti yeri N №-li hərbi hissəyə dəyişdirilmişdir. Mayor Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır, onlarla arasında qohumluq və ya ədavət olmamışdır. N №-li hərbi hissənin 3-cü taborunda xidmət edərkən Təqsirləndirilən şəxs1 tabor komandiri olmuş, Təqsirləndirilən şəxs3 da 3-cü taborda xidmət edən zaman tanımış, o, “İçəri odun” adlanan təsərrüfat işində işləyərkən üzərində böyük olmuşdur. O, tabor komandirinin göstərişi ilə içəri odunda işləməyə təyin edilmiş, N0NN-ci ilin yanvar ayında içəri odunda işləmiş, sonra N0NN-ci ilin fevral ayına yerdəyişmə olduğundan 5-ci tabora getmiş, mart ayında içəri odunda işləmiş, aprel ayı yenə yerdəyişmə olmuş, sonra yenə may və iyun aylarında içəri odun təsərrüfat işində işləmişdir. “İçəri odun” adlanan taborda odun doğrama təsərrüfat işində ondan başqa MAHHXHQ-lar Təqsirləndirilən şəxs3, ŞahidN5, ŞahidNN, Vüqar Əhmədzadə işləmiş, orada işləməkləri ilə əlaqədar onlardan hər ay pul yığılmış, pulu üzərlərində böyük olan Təqsirləndirilən şəxs3 vermiş, o, da tabor komandiri Təqsirləndirilən şəxs1 vermişdir. N0NN-ci ilin yanvar ayında 80 manat, mart, may və iyun aylarında isə 100 manat olmaqla ümumilikdə 380 manat pul vermişdir (i.v İİİ cild N01-N04). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş MAHHXHQ əsgər XN1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, göstərmişdir ki, N0N0-ci ilin iyul ayında N №-li hərbi hissənin 3cü taborunda MAHHXHQ-çu kimi xidmətə başlamış, N0NN-ci ilin sentyabr ayında xidməti yeri hərbi hissənin divizionunun 1-ci batareyasına dəyişdirilmiş, hazırda 1-ci batareyasında sürücü vəzifəsində xidmət edir. Mayor Təqsirləndirilən şəxs1 tanıyır, o, 3-cü taborun komandiri olarkən onun tabeliyində xidmət etmişdir. Tağıyevin dövründə taborda xidmət edən MAHHXHQ-lar təsərrüfat işinə ayrılmış, həmin hərbi qulluqçular içəri odun, çöl odun, tabor ətrafı meyvə bağlarının və Dəhnə deyilən yerin mühafizəsi təsərrüfat işinə ayrılmış, N0NN-ci ilin qış aylarında, 1 ay içəri odun təsərrüfat işində olmuş, həmin vaxt onu içəri oduna MAHHXHQ Təqsirləndirilən şəxsN göndərmiş, buna görə ondan 100 manat pul almışdır (i.v İV cild N17-N19). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisənin təqsirləndirilən şəxslər tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mayor Təqsirləndirilən şəxs1 rəis kimi vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşması ilə bağlı mövqeyi şahid və zərərçəkmiş şəxslərin ifadələri ilə təkzib olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: BPM**********061 №-li ödəniş tapşırığından və xx.xx.N0N3-cü il tarixli müvafiq qəbzdən görünür ki, cinayət işi üzrə müəyyən edilmiş 9510 (doqquz min beş yüz on) manat məbləğində rüşvətin predmeti olan pul vəsaiti Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına qoyulmuşdur (i.v V cild 173-174). N №-li hərbi hissə komandirinin N0 noyabr N0N1-ci il tarixli, 0148 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 hərbi hissənin 3-cü taborunun komandiri vəzifəsinə təyin edilmişdir (i.v İ cild N01). N №-li hərbi hissə komandirinin N6 iyul N0N3-cü il tarixli, N10 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, mayor Təqsirləndirilən şəxs1 Müdafiə nazirinin müavini-X3N Komandanının 18 iyul N0NN-ci il tarixli, N №-li əmri ilə hərbi hissənin 4-cü taborunun komandiri vəzifəsinə təyin edilmişdir (i.v İ cild N01). N №-li hərbi hissə komandirinin N mart N0N3-cü il tarixli, 63 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, mayor Təqsirləndirilən şəxs1 həmin tarixdən hərbi hissənin 3-cü taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilmişdir (i.v İİ cild 61). N №-li hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli, NNN nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su kiçik çavuş Cəfərov XNN nazirinin müavini- X3N Komandanının 07 avqust N018-ci il tarixli, N əç №-li əmri ilə hərbi hissənin 4-cü motoatıcı taborunun rabitə taqımının radio manqasının komandiri vəzifəsinə təyin edilmişdir (İ.v İİ cild 158). N №-li hərbi hissə komandirinin N6 iyun N0N1-ci il tarixli, 179 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, X3N Komandanının birinci müavini–qərargah rəisinin N6 iyun N0N1-ci il tarixli, 0103 əç №-li əmri ilə MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN “Çavuş” hərbi rütbəsi verilmişdir (İ.v İİ cild 159). N №-li hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli, NN0 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su çavuş Təqsirləndirilən şəxsN “Çavuş” hərbi rütbəsindən məhrum edilməklə, “əsgər” hərbi rütbəsində hərbi xidmətdən ehtiyata buraxılmışdır (İ.v İİ cild 161). N №-li hərbi hissə komandirinin N iyul N0N0-ci il tarixli, 189 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs3 hərbi hissənin 3-cü motoatıcı taborunun 7-ci bölüyünün, 1-ci taqımının, 1-ci manqasında baş atıcı vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin 0N fevral N0N3-cü il tarixli, 33 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs3 hərbi hissənin 1-ci motoatıcı taborunun N-ci bölüyünün, 1-ci taqım, 1-ci manqasında baş atıcı vəzifəsinə təyin edilmişdir (İ.v İİ cild N14). N №-li hərbi hissə komandirinin N1 iyul N0N3-cü il tarixli, N04 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci motoatıcı taborunun N-ci bölüyünün, 1-ci taqım, 1-ci manqasının baş atıcı MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs3 N1 iyul N0N3-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N17№-li hərbi hissə komandanlığı tərəfindənn məhkəməyə ünvanlanmış N6 sentyabr N0N3-cü il tarixli, N9N1 №-li məktubdan görünür ki, MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs4 16 may N019-cü il tarixdən 0N avqust N0NN-ci il tarixədək hərbi hissənin 3-cü taborunun artilleriya batareyasının N-ci taqımının sürücüsü vəzifəsində xidmət etmişdir. N №-li hərbi hissə komandirinin 0N avqust N0N3-cü il tarixli, 154 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs4 hərbi hissənin 3-cü avtomobil bölüyünün, 1-ci avtomobil taqımının, 1-ci avtomobil manqasında sürücü vəzifəsinə təyin edilmişdir (İ.v İİİ cild 18). N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 14 mart N0N3-cü il tarixli 308 №-li, 09 iyun N0N3-cü tarixli 679 və 680 №-li arayışlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hərbi xidmətə yararlıdırlar (i.v İİ cild 58, V cild 169-170). Şərur rayon X17 Hüquqi Şəxsi tərəfindən verilmiş 14 iyun N0N3-cü il tarixli, 454 №li tibbi arayışda Təqsirləndirilən şəxsN sağlam olduğu göstərilmişdir (i.v V cild 80). 050, N15 və N №-li hərbi hissə komandanlıqları tərəfindən verilmiş xidməti xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 xidmət etdiyi N17, N və N saylı hərbi hissə komandanlıqları tərəfindən müsbət xarakterizə olunmuşdur. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli, N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli və N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli xidməti xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hərbi hissə komandanlıqları tərəfindən müsbət xarakterizə olunmuşlar (i.v İİ cild NN5, İİİ cild 15). Şərur rayon İHB-nın Kosacan kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Kosacan kənd sakini Təqsirləndirilən şəxsN yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v V cild 78). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.N0N3 və xx.xx.N0N3-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxsN əvvəllər məhkum olunmamışlar (i.v İİ cild 78, İİİ cild N-4). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli N №-li arayışda hərbi hissənin 4-cü taborunun döyüş şəraitində yerləşdiyi göstərilmişdir (i.v V cild 6). X15 Ordu Komandanının birinci müavini–qərargah rəisi genral-leytenant XN3 Hərbi Məhkəməsinin ünvanlandığı N0 sentyabr N0N3-cü il tarixli 4080 nömrəli məktubdan görünür ki, N saylı hərbi hissənin 4-cü taboru döyüş mövqelərindən, bölüklərin dayaq məntəqələrindən və tabor mərkəzindən ibarətdir. Taborun döyüş mövqelərin və bölüklərin dayaq məntəqələri bilavasitə düşmənlə üzbə-üz olduğu üçün “döyüş şəraitində” yerləşir, lakin tabor mərkəzi isə Şada kəndində yerləşdiyi üçün həmin ərazi “döyüş şəraitində” hesab edilmir. Təqsirləndirilən şəxs1 haqqında "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan, N №-li hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.N0N3-cü il tarixli, N61 №-li, X18, Naxçıvan Şəhər Şöbəsindən alınmış xx.xx.N0N3-cü il tarixli N19 №li, arayışlardan, o cümlədən AZ- İİ 045846 №-li nikah haqqında və AZ-İİİ 756N18 №-li, AZ-İV 507373 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri Corat qəsəbəsi,73-cü məhəllə, ev 77 ünanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşayır, onun himayəsində olan ailə üzvləri-1994-cü il təvəllüdlü arvadı Tağıyeva (Mikayılova) Səidə Elxan qızından, N016-cı il təvəllüdlü qızı X13, N0N0-ci il təvəllüdlü oğlu Tağızadə Mehman Amil oğlundan ibarətdir, onun arvadı Tağıyeva (Mikayılova) X38 və XN7 işsiz kimi qeydiyyatda durur. Təqsirləndirilən şəxsN Əgər oğlu haqqında "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan, Şərur rayon X4N Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış xx.xx.N0N3-cü il tarixli 150 №-li arayışdan, o cümlədən AZ-İİ 85NN37 №-li, AZ- İİİ 303N58 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxs Cəfərov X36 rayonunun Kosacan kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, onun himayəsində olan ailə üzvləri- 1991-ci il təvəllüdlü arvadı X8, N01N-ci il təvəllüdlü oğlu X9, N014-cü il təvəllüdlü oğlu XN ibarətdir. Təqsirləndirilən şəxs3 haqqında "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan, o cümlədən Təqsirləndirilən şəxs3 məxsus AZE ******** №-li şəxsiyyət vəsiqənin surətindən, AZ- İ 88N97N №-li nikah haqqında və AZ- İİİ 75N150 №li, AZ- İİ 164356 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 Şərur rayonunun Kərimbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, onun himayəsində olan ailə üzvləri-1996-cı il təvəllüdlü arvadı Zülfüqarlı (Nəzərova) Aysun Əli qızından, N017-ci il təvəllüdlü oğlu X3, N019-cu il təvəllüdlü oğlu X10 ibarətdir. Təqsirləndirilən şəxs4 haqqında "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan, o cümlədən AZ- İ 4N0958 №-li nikah haqqında şəhadətnamənin surətindən, XN8 oğluna məxsus AZE 1N046545 №-li, X11 məxus AA ******* №-li şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs4 Şərur rayonunun Tumaslı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, onun himayəsində olan ailə üzvləri-1990-cı il təvəllüdlü arvadı Məmmədova (Xəlilova) Ülkər Məhəmməd qızından, N011-ci il təvəllüdlü oğlu XN8 oğlundan, N016-cı il təvəllüdlü qızı X4 ibarətdir. İş materiallarına əlavə edilmiş Fəxri Fərman və medal vəsiqələrinin surətlərindən görünür ki, xidmət müddəti ərzində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Müdafiə nazirinin 059t №-li, N6 iyun N008-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley medalı ilə, 0160t №-li, N6 iyun N018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi” Yubiley medalı ilə, 0N0Nt №-li, N6 iyun N018-ci il tarixli əmri ilə ”Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medal ilə, 0176t №-li, N6 iyun N0N1-ci il tarixli əmri ilə ”Qüsursuz Xidmətə Görə” N-ci dərəcəli medal ilə, xx.xx.N011-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Ən yaxşı gənc zabit” adına layiq görülməsinə dair diplomla, döyüş və ictimai-siyasi hazırlıq məşğələlərində yüksək nailiyyətlər əldə etdiyinə görə xx.xx.N014-cü il tarixdə və xx.xx.N016-cı il tarixdə N16 №-li hərbi hissə komandiri tərəfindən, xx.xx.N018-ci il tarixdə N №-li hərbi hissə komandiri tərəfindən,o cümlədən Silahlı Qüvvələrin yaranması 103-cü il dönümü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə, yüksək intizamına və vətən torpaqlarının mühafizə və müdafiəsində göstərdiyi nailiyyətə görə xx.xx.N0N1-ci il tarixdə N №-li hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanlarla, Azərbaycan Respublikası Silahlı XN9 Komissiyası tərəfindən 163/09№-li, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası xarici dil və tərəfdaşlıq mərkəzi tərəfindən A 354/N1№-li, Azərbaycan Respublikası Silahlı Qüvvələri Təlim və Tədris Mərkəzi tərəfindən “zabit heyətinin təkmilləşdirmə kursunu bitirmə” haqqında sertifikatlarla təltif edilmiş, həmçinin Təqsirləndirilən şəxs1 15 iyul-13 dekabr N019-cu il tarixləri arasında X19 Taktiki Məktəbində “Təməl Qərargah” və “Taktiki” kurslarını müvəffəqiyyətlə bitirməsi Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinin 01 aprel N0N0-ci il tarixli məktubunda göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin Sədərək rayonunun Dəmirçi kəndi ərazisində yerləşən 3-cü taborunun komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmət edərkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar tabeliyində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu heyətinin sıradan, dərslərdən, naryadlardan azad edilərək onlara daha yüngül xidmət şəraitinin yaradılması, yəni bir qismini “çöl odun” adlandırdıqları taborun ərazisindən kənarda yaşayış sahələrindən odunların kəsilib tabor mərkəzinə daşınması, “içəri odun” adlandırdıqları həmin odunların tabor mərkəzində doğranıb yığılaraq mövqelərə göndərilməsi, Sədərək rayonu ərazisində olan şərti olaraq “dəhnə” adlanan mövqenin, tabor ətrafı və Dəmirçi kəndi ərazisində yerləşən “meyvə bağları” nın mühafizə edilməsi ilə bağlı təsərrüfat işlərinə cəlb edilmələri müqabilində MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxsN ilə, o cümlədən “çöl odun” təsərrüfat işində işləyənlərin üzərində böyük təyin edilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs4 ilə, “içəri odun” təsərrüfat işində işləyənlərin üzərində böyük təyin edilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək onların vasitəsilə həmin işlərə ayrılmış şəxslərdən “taborda gedən təmir işlərinə köməklik” adı altında özü üçün dolayı yolla N0N1-ci ilin dekabr ayından N0NN-ci ilin iyun ayınadək adambaşına aylıq 100-1N manat olmaqla ümumilikdə 9360 manat pul istəyərək almışdır. Eyni zamanda ibtidai istintaq orqanının MAHHX HQ kiçik çavuş ŞahidN1 N0NN-ci ilin mart və may aylarında iki ay “içəri odunda” işləməsinə görə mayor Təqsirləndirilən şəxs1 çatdırılması üçün hər ay 80 manat olmaqla cəmi 160 manat miqdarında pulu Təqsirləndirilən şəxs3 verməsi ilə bağlı mövqeyi məhkəmədə dindirilmiş və tədqiq edilmiş şəxslərin ifadələri ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə tərkibi hesab edir ki, həmin epizod Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsi ilə irəli sürülmüş ittihamdan çıxarılmalıdır. Bununla da Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin Sədərək rayonunun Dəmirçi kəndi ərazisində yerləşən 3-cü taborunun komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmət edərkən törətdiyi əməllərində Azərbaycan Respublikası CM-in 311.3.N-ci maddəsinin, həmin əməllərinin həyata keçirilməsində ona köməklik etmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxsN, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs4 və MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs3 əməllərində isə Azərbaycan Respublikası CM-in 3N.5, 311.3.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi əlamətləri mövcud olmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 N №-li hərbi hissəsinin Sədərək rayonunun Dəmirçi kəndi ərazisində yerləşən 3-cü taborunun komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmət edərkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar tabeliyində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulardan onların müxtəlif təsərüffat işlərinə ayrılmaları müqabilində müxtəlif məbləğlərdə pul istəyərək alması ilə müşaiət olunan əməlləri Azərbaycan Respublikası CM-nin 311.3.N-ci maddəsi ilə, bu işdə ona köməklik göstərmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxsN, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs4 və MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs3 əməlləri isə Azərbaycan Respublikası CMin 3N.5, 311.3.N-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi müxtəlif təsərrüfat işlərinə ayrılmış tabeliyində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu heyətinə göstərdiyi “xidmətə” görə onlardan “taborda gedən təmir işlərinə köməklik” adı altında özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə rüşvət alması, yəni verilən rüşvəti qəbul etməsi və bu rüşvətin verilməsi zamanı rüşvətin müxtəlif təsərrüfat işlərinə ayrılmış tabeliyində xidmət edən hərbi qulluqçuların mənafeyinin təmin edilməsi məqsədi ilə, yəni onların yüngül xidmət şəraiti olan işlərə cəlb edildikləri üçün verildiyini dərk etməsi birbaşa onu göstərir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxsN, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs4 və MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1 cinayətkar niyyətinin həyata keçilməsində vasitəçilik etməklə ona köməklik etmişlər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Məhkəmə tərkibi təqsirləndirilən şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olmaları onların həmin cinayəti məhkəmə iclasında qismən etiraf etmələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi müxtəlif təsərrüfat işlərinə ayrılmış tabeliyində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu heyətinə göstərdiyi “xidmətə” görə onlardan “taborda gedən təmir işlərinə köməklik” adı altında özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə rüşvət alması və bu cinayətkar niyyətin həyata keçilməsində onun tabeliyində xidmət edən MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxsN, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs4 və MAHHXHQsu əsgər Təqsirləndirilən şəxs3 vasitəçilik etməklə ona köməklik etmələri mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Onlar, törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslərin Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin Sədərək rayonunun Dəmirçi kəndi ərazisində yerləşən 3-cü taborunda törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Həmçinin Məhkəmə tərkibi cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə irəli sürülmüş digər ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, mayor Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və Təqsirləndirilən şəxs1 əməllərində Cinayət Məcəlləsinin 341.3-cü maddəsinin tərkibi yoxdur və ona həmin maddə ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsinə nəzər saldıqda görərik ki, müharibə vaxtı və ya döyüş şəraitində rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.N0N1-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən mayor Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsinin həlli üçün, ilk növbədə, şərh olunan cinayətin ictimai təhlükəliliyi və onun tərkib əlamətləri nəzərdən keçirilməlidir. Cinayət Məcəlləsinin 341-ci maddəsində göstərilən əməlin ictimai təhlükəliliyi hərbi hüquq qaydasının, Azərbaycan Respublikası silahlı qüvvələrinin nizamnamə qaydalarının pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma ilə müşayiət olunan əməllər nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunur. Qeyd olunan cinayətin obyektini hərbi idarəetmə orqanlarının Azərbaycan Respublikası silahlı Qüvvələrinin möhkəmləndirilməsinə yönəlmiş normal fəaliyyəti təşkil edir. Həmin cinayət obyektiv cəhətdən rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsində və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsində və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsində, həmin əməllərin fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında, sadalanan əməllərlə mühüm zərər arasında səbəbli əlaqədə ifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.N0N1-ci il tarixli qərarında da qeyd olunduğu kimi əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Həmçinin qeyd olunmalıdır ki, cinayət hüquq nəzəriyyəsində müvafiq əməlin ictimai təhlükəlilik dərəcəsindən və xarakterindən asılı olaraq cinayət tərkibləri N qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlər qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur və belə cinayət tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 341.3-cü maddəsində nəzərdə tutulmuş əməl maddi tərkibli cinayət olmaqla, müvafiq maddə ilə məsuliyyətin yaranması üçün rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi ilə yanaşı ictimai təhlükəli nəticə, yəni həmin əməllərin fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması da maddənin dispozisiyasına daxil edilməklə zəruri əlamət kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Bu baxımdan məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən mayor Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasında duran əməllər, yəni onun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun komandiri vəzifəsində mayor hərbi rütbəsində xidmət edərkən N0NN-ci ilin avqust ayında taborun inzibati binasında yerləşən qazanxanadakı xarab olan reduktorun əvəzinə yenisinin alınması və quraşdırılması, həmçinin taborda istifadə etmək üçün yaddaş diski və su nasosunun alınması, həmçinin N0NN-ci ilin sentyabr ayında özünün xidməti istifadəsində olan “Mitsubishi L N00” markalı, “B 411 MR” hərbi qeydiyyat nişanlı xidməti avtomobilinin mühərrikinin təmiri və taborda istifadə olunması məqsədilə printer alınması üçün lazım olan pul vəsaitinin taborda xidmət edən şəxsi heyətdən toplanılması işin mübahisəsiz halıdır. Qeyd etmək lazımdır ki, ibtidai istintaq orqanı tərəfindən mayor Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun komandiri vəzifəsində mayor hərbi rütbəsində xidmət edərkən yol verdiyi həmin hərəkətləri tövsif edilərkən iş üçün əhəmiyyət kəsb edən bütün hallar tam araşdırılmamış, ziddiyyətli məqamlar nəzərə alınmamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsinin mahiyyətindən irəli gəlməyən genişləndirici tövsifə yol verilərək həmin əməllərin mayor Təqsirləndirilən şəxs1 tərəfindən rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni özünü yuxarı komandanlıq qarşısında yaxşı, nüfuzlu komandir kimi göstərmək üçün törədildiyi və həmin əməllər nəticəsində fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması kimi qiymətləndirilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, mayor Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını ibtidai istintaq dövründə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri təşkil etmişdir. Məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxslərin həmin ifadələrinə qiymət verilməsi və həmin ifadələrin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə diqqət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxslərin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadələrin ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadələrin ziddiyyətli olub-olmaması, həmin ifadələrin digər mötəbər sübutlarla təsdiq edilib-edilməməsi aydınlaşdırılmalıdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən mayor Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun komandiri vəzifəsində mayor hərbi rütbəsində xidmət edərkən yol verdiyi hərəkətləri tövsif edilərkən ifadələri ittihamın əsasını təşkil edən zərərçəkmiş şəxslərin ifadələrinə düzgün qiymət verilməmiş, həmin ifadələrin ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirib-etdirməməsi araşdırılmamışdır. Belə ki, ifadələri ittihamın əsasını təşkil edən zərərçəkmiş şəxslərin məhkəmə istintaqında dindirilmələri zamanı onların hamısı onlardan yığılan pullar əsasında alınan avadanlıqların (taborda istifadə edilən yaddaş diski və su nasosunun və printerin) onların gündəlik xidməti fəaliyyətlərində zəruri rol oynadıqlarını, gündəlik işləri zamanı mütəmadi olaraq müxtəlif sənəd və materiallar hazırladıqlarını və bu materialların saxlanılması üçün yaddaş diskinə zəruri ehtiyaclarının olduğunu, bu yaddaş disklərinin dövlət təhlükəsizliyi xidməti tərəfindən qeydiyyatının aparıldığını və tabora aid sənədləri bu yaddaş diskindən başqa bir yerdə saxlamaqlarına icazə verilmədiyini, həmçinin taborda gündəlik bütün sənədlərin sözügedən printerdə çıxarıldığını, xidməti fəaliyyətləri ilə əlaqədar olaraq məxfiliyin qorunması məqsədilə gündəlik sənədlərinin başqa bir yerdə çıxarılmasının onlara qadağan edildiyini, mühərriki təmir olunan “Mitsubishi L N00” markalı, “B 411 MR” hərbi qeydiyyat nişanlı avtomobilin tabor komandirinin xidməti maşını olmasına baxmayaraq, demək olar ki, taborda bütün zəruri işlərin həmin avtomobil vasitəsilə həyata keçirildiyini, həmin avtomobil taborun bütün postlarına getmək qabiliyyətinə malik olduğundan taborun postlarına ərzaq və tibbi ləvazimatların, əsgərlərin həmin avtomobillə daşındığını, həmin avtomobildən rabitə xətlərinin çəkilməsi zamanı və.s çoxsaylı məqsədlərlə istifadə edildiyini, həmin avtomobilin olmadığı hallarda isə xidmətlərinin axsadığını, postlara qalxıb yenərkən müəyyən çətinliklərlə qarşılaşdıqlarını, həmin avtomobilin mühərrikinin təmiri məqsədilə könüllü verdikləri puldan dəfələrlə artıq pulu taksi sürücülərinə xərclədiklərini, N0NN-ci ilin yay aylarında taborun qazanxanasındakı reduktorun xarab olması səbəbindən taborda və hərbi şəhərcikdə isti su olmadığını, həmin vaxtlar havaların isti keçməsi səbəbindən istər taborun yataqxanasında, istərsə də hərbi şəhərcikdə yaşayan ailələrin məişət şəraitlərinin ağır olduğunu, bəzi ailələrdə yaşlı və körpə uşaqların olduğunu, hamam və tualetlərə isti su verilməməsi səbəbindən onsuz da ağır keçən gündəlik xidmətlərindən evə qayıdarkən yuyuna bilmədiklərini, xüsusən hərbi şəhərcikdə yaşayan ailələrin bu baxımdan çox çətinlik çəkdiklərini bildirərək, mayor Təqsirləndirilən şəxs1 məsuliyyətə cəlb edilməsinə səbəb olan həmin avadanlıqların alınması ilə bağlı təşəbbüsün bir tabor komandiri kimi onun tərəfindən irəli sürülməsinə baxmayaraq, həmin avadanlıqlar üçün ehtiyac duyulan pulları öz aralarında, kimin gücü nəyə çatırsa, könüllü və heç bir təzyiqə məruz qalmadan topladıqlarını, alınan bu avadanlıqlar əsasında həmin çatışmazmazlıqların aradan qaldırılması səbəbindən onların normal xidməti fəaliyyətlərinin təmin edildiyini, onlardan yığılan pulları tabora köməklik məqsədilə verdiklərini, bununla əlaqədar olaraq da özlərini zərərçəkmiş şəxs kimi tanımadıqlarını, yəni baş vermiş hadisələr nəticəsində onlara heç bir maddi ziyan vurulmadığını, bu səbəbdən də onların təbii olaraq mayor Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələblərinin olmadığını, taborda yaranmış bu çatışmazlıqların öz təşəbbüsləri ilə, yəni öz aralarında pul yığaraq aradan qaldırılmasının bir tabor komandiri kimi mayor Təqsirləndirilən şəxs1 heç də üstünlük və baş ucalığı gətirmədiyini, yuxarı komandanlıq tərəfindən bu hərəkətlərin aşkar edildiyi təqdirdə mayor Təqsirləndirilən şəxs1 cəzalana biləcəyini, həttda taborda baş vermiş bu hadisələr ilə əlaqədar olaraq aparılmış ilkin araşdırmalar zamanı mayor Təqsirləndirilən şəxs1 cəzalandırıldığını, həmin araşdırma zamanı onlar tərəfindən tabora köməklik məqsədilə verilən pulların hərbi hissə komandanlığı tərəfindən özlərinə qaytarıldığını, həmin pullar hərbi hissə komandiri tərəfindən onlara qaytarılarkən pulları özlərinin könüllü vermələri səbəbindən bu puldan imtina etdiklərini, lakin pulların qaytarılması ilə bağlı göstərişin yuxarı komandalıq tərəfindən verilməsi səbəbindən əmrə qarşı gələ bilmədiklərini və həmin pulları qəbul etdiklərini bildirmişlər. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin əksəriyyəti ibtidai istintaq dövründə dindirilərkən onlar tərəfindən taborda yaranmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı verilmiş pulların onlar tərəfindən hansı məqsədlə verilməsinin, bu hərəkətlərlə onlara ziyan dəyib dəyməməsinin araşdırılmadığını, ibtidai istintaq dövründə dindirilərkən də özləri tərəfindən verilmiş pulların tabora köməklik məqsədilə verilməsini dediklərini, hansı səbəbdənsə onların ifadələrinin bu hissəsinin ifadələrinə salınmadığını bildirmişlər. Məhkəmə tərkibi mayor Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsinin həlli ilə bağlı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslər MAHHX QHQ əsgər Zərərçəkmiş şəxs16, polkovnik-leytenant Zərərçəkmiş şəxs15, mayor Zərərçəkmiş şəxs17, kapitan Zərərçəkmiş şəxs18, şahidlər kapitan Şahid1 və polkovnik Şahid5 ifadələrinə xüsusi diqqət yetirilməsini zəruri hesab edir. Belə ki, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs MAHHXQHQ əsgər Zərərçəkmiş şəxs16 verdiyi ifadəsində N0NN-ci ilin avqust ayında taborun qazanxanasında reduktor xarab olduğuna görə taborda və hərbi şəhərcikdə isti su olmadığından reduktor alınması üçün hərbi şəhərcikdə yaşayan zabit, gizir, MAHHXHQlardan kimin gücü nəyə çatırsa pul yığılmasını eşitdiyini, özünün də ailəsi ilə birlikdə taborun ərazisində yaşadığından onunda reduktorun düzəldilməsi üçün kapitan Ağakişiyevə N manat pul verdiyini, Ağakişiyevin N manat pulun 30 manatını götürərək N0 manatını onun özünə qaytardığını bildirmişdir. Həmçinin məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs polkovnik-leytenant Zərərçəkmiş şəxs15 ifadəsində özünün N0NN-ci ilin may ayının NN-dən N №-li hərbi hissə komandirinin müavini-əməliyyat qərargahının rəisi vəzifəsində xidmət etdiyini, xidməti yeri Şada kəndi ərazisində yerləşən 4-cü taborda yerləşdiyinə görə ailəsi ilə birlikdə Şada kəndi ərazisində yerləşən hərbi şəhərcikdə yaşadıqlarını, N0NN-ci ilin avqust ayında taborun qazanxanasında reduktor xarab olduğunu, hərbi hissəyə və orduya da bu barədə məlumat verildiyini, lakin həmin hissənin orada da olmadığını, bir müddət reduktor tapılmadığından taborun ərazisində isti suyun olmadığını, xatırlamadığı bir gündə postları yoxlayıb tabora qayıdanda tabor komandirindən isti suyun yenə olub-olmadığını soruşduqda, onun reduktor tapa bilmədiklərini, kiminsə bir reduktor tapdığını qiymətinin də 700 manat olduğunu “istəyirik öz aramızda könüllü həmin pulu yığaq ki, reduktoru gətirib yerinə salsınlar” dediyini, həmin vaxt reduktor məsələsini həll etmələri üçün onun da 1N manat pulu könüllü, köməklik məqsədi ilə verdiyini, həmin çatışmamazlıqların şəxsi heyət vasitəsilə aradan qaldırılmasının Təqsirləndirilən şəxs1 üçün heç bir üstünlük vermədiyini, həttda bu hadisənin üzə çıxacağı təqdirdə Təqsirləndirilən şəxs1 cəzalandırılacağını bildirmişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs mayor Zərərçəkmiş şəxs17 ifadəsində N nömrəli hərbi hissənin 4-cü tabor komandirinin müavini vəzifəsində xidmət etdiyini,.....taborun qazanxanasında xarab olan reduktor və tabor komandirinin xidməti maşının təmiri üçün könüllü olaraq kapitan Zərərçəkmiş şəxs1 N00 manat pul verdiyini, taborda sıradan çıxmış texnikaların yenisi ilə əvəz olunması üçün sifarişin qanunvericiliyin tələbinə uyğun olaraq verildiyi təqdirdə, bu ehtiyat hissələrinin bəzən X16, bəzən Moskovadan və ya digər ölkələrdən təmin edildiyini, bunun da çox zaman apardığını bildirmişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs kapitan Zərərçəkmiş şəxs18 ifadəsində N №-li hərbi hissənin 4-cü taborun komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində xidmət etdiyini,......taborda olan bu çatışmazlıqlar barəsində yuxarı komandanlığa müvafiq raportun yazıldığını, tabor komandiri Təqsirləndirilən şəxs1lə söhbət edərkən tabor komandirinin çatışmazlıqlar barədə yuxarı komandanlığa məlumat verildiyini, lakin aradan qaldırmadığı üçün özlərinin köməklik etməli olduqlarını bildirdiyini göstərmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid kapitan Şahid1 ifadəsində N0N1-ci ilin noyabr ayından N №-li hərbi hissənin mənzil istismar xidmətinin rəisi vəzifəsində xidmət etdiyini, N0NN-ci ilin avqust ayında tabor komandiri mayor Təqsirləndirilən şəxs1 ona zəng vurub “4-cü taborun qazanxanası işləmir, tabora və yaşayış binasına isti suyun vurulması mümkün deyil, demək olar ki, isti su yoxdur, çətin bir vəziyyət yaranıb, imkan varsa gəlib baxarsız” dediyini, təcili öz birbaşa rəisinə də bu barədə məlumat verib 4-cü tabora gedərək qazanxanaya baxış keçirdiyini, baxış zamanı qaz reduktorunun istifadə müddəti bitdiyindən reduktorun qaz klapanının xarab olduğunu, reduktorun tamamilə sıradan çıxdığını gördüyünü, sıradan çıxmış bu hissəni özündə olan digər bir köhnə klapan ilə əvəz etdiyini, lakin bu hissənin də işləmədiyini, bu barədə yuxarı xidmət rəisi polkovnik İlqar İsgəndərova məruzə etdiyini, İlqar İsgəndərovun ona bu barədə Ordunun anbardarına müraciət etməsi barədə tapşırıq verdiyini, bu tapşırıq əsasında özünün anbar rəisi ilə əlaqə saxladığını, lakin bu ehtiyat hissənin anbarda da olmadığının bildirildiyini, anbardar Nəcəfqulunun ona “tapa bilirsinizsə, özünüz tapın” dediyini, bu barədə xidmət rəisi İlqar İsgəndərova məruzə etdiyini, onun da həmin ehtiyat hissə ilə bağlı digər hərbi hissələrdən maraqlanılaraq tapılıb yerinə qoyulması barədə göstəriş verdiyini, lakin nə qədər maraqlansalar da bu hissənin digər hərbi hissələrdə də olmadığını, Ordunun təhcizat xidmətindən hələlik gözləmələrinin bildirildiyini, bir müddət sonra isə Ordunun təhcizat xidmət rəisi İlqar İsgəndərovun ona qaz reduktorunu kənarda axtarmalarını dediyini, bu səbəbdən də onu kənarda axtardıqlarını, ......bildirmiş, şahid qismində dindirilmiş kapitan Şahid1 həmçinin ifadəsində N №-li hərbi hissənin mənzil istismar xidmətinin rəisi vəzifəsində xidmət etdiyini müddət ərzində (N0N1-ci ilin noyabr ayından bugünədək) Ordunun təhcizat xidmətindən ona xidmətə dair heç bir təminatın verilmədiyini, xidmət rəisi keçdiyi gündən bugünədək ona yalnız 360 ədəd elektrik lampasının verildiyini, qazanxana ilə bağlı heç bir avadanlığın verilmədiyini bildirmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid polkovnik Şahid5 ifadəsində N1 aprel N019cu ildən N №-li hərbi hissənin komandiri vəzifəsində xidmət etdiyini, mayor Təqsirləndirilən şəxs1 N0NN-ci ilin iyul ayından N0N3-cü ilin mart ayınadək komandiri olduğu hərbi hissənin 4-cü taborunun komandiri olduğunu, onun xidməti dövründə taborun qazpaylayıcı reduktorunun xarab olması barədə şifahi olsa da məlumatının olduğunu, həmin qazpaylayıcı reduktorun əsas funksiyasının taborun mərkəzinə və ailəlilər üçün nəzərdə tutulmuş yataqxanaya isti suyun vurulmasından ibarət olduğunu, bu səbəbdən də təcili reduktorun düzəldilməsi barədə göstəriş versə də onu hərbi hissədə və ordunun anbarlarında tapa bilmədiklərini, ordudan isə sifariş verilməsi səbəbindən bir müddət gözləmələrini dediklərini, onda olan məlumata görə həmin xarab olan hissəni digər yerdə axtardıqlarını, sonradan taborun şəxsi heyyətinin Təqsirləndirilən şəxs1 də daxil olmaqla öz aralarında pul yığaraq reduktoru haradansa, mülkü şəxslərdən taparaq yerinə qoymaları barədə və çatışmamazlıqların aradan qaldırılması barədə məlumatının olduğunu,.......həmin pul yığma hallarına görə 4-cü tabor komandiri Təqsirləndirilən şəxs1 intizam qaydasında cəzalandığını, bir hərbi hissə komandiri olaraq onun fikirincə tabor komandiri Təqsirləndirilən şəxs1 həmin çatışamamazlıqları aradan qaldırarkən özü və ya üçüncü şəxslər üçün heç bir qanunsuz üstünlük əldə etmədiyini, qeyd olunan çatışamamazlıqların aradan qaldırılmasının taborda xidmət edən zabitlərin özlərinin şəxsi təşəbbüsləri ilə həyata keçirildiyini, .... bildirmişdir. Məhkəmə tərkibi iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun komandiri vəzifəsində mayor hərbi rütbəsində xidmət edərkən taborda sıradan çıxmış zəruri avadanlıqların yenisi ilə əvəz olunması və ya bəzi avadanlıqların təmir olunması üçün şəxsi heyətdən pul yığılması ilə müşayiət olunan əməllərində Cinayət Məcəlləsinin 341.3-cü maddəsinin zəruri tərkib əlamətləri mövcud olmamışdır. Yəni mayor Təqsirləndirilən şəxs1 yol verdiyi bu hərəkətləri nəticəsində özü və ya üçüncü şəxslər üçün hər hansı bir qanunsuz üstünlük əldə etməmiş, əksinə yol verdiyi bu hərəkətlər nəticəsində intizam qaydasında cəzalandırılmış, həmçinin onun bu əməlləri nəticəsində nə zərərçəkmiş şəxslərə nə də hərbi hissənin mənafelərinə mühüm zərər vurulmamışdır. Məhkəmə tərkibi hesab edir ki, mayor Təqsirləndirilən şəxs1 hərbi vəzifəli şəxs kimi xidmət üzrə qaydalar əleyhinə yönələn bu hərəkətləri hərbi idarəetmə aparatının normal fəaliyyətinə qəsd etmədiyindən onun bu hərəkətləri Cinayət Məcəlləsinin 341.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaratmır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı mayor Təqsirləndirilən şəxs1 xidmət üzrə qaydalar əleyhinə yönələn bu hərəkətlərini özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni özünü yuxarı komandanlıq qarşısında yaxşı, nüfuzlu komandir kimi göstərmək üçün törətdiyi və həmin əməllər nəticəsində fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması barədə nəticəyə gələrkən yalnız ehtimallara əsaslanmışdır. Məhkəmə tərkibi hesab edir ki, şəxsin cinayət törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gələrkən yalnız ehtimallara əsaslanmaq cinayət və cinayət-prosessual qanunvericiliyin bütün tələb və qaydalarına ziddir. Həmin qanunvericiliyin tələblərinə əsasən, ehtimallar əsasında şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində ittiham hökmü çıxarıla bilməz. Bu səbəbdən də məhkəmə tərkibi hesab edir ki, mayor Təqsirləndirilən şəxs1 əməllərində Cinayət Məcəlləsinin 341.3-cü maddəsinin tərkibi olmadığından, ona həmin maddə ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-in N1.N-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə tərkibi mayor Təqsirləndirilən şəxs1 qarşı Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməsi ilə bağlı nəticəyə gələrkən, prosesdə iştirak edən dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun komandiri vəzifəsində mayor hərbi rütbəsində xidmət edərkən taborda sıradan çıxmış zəruri avadanlıqların yenisi ilə əvəz olunması və ya bəzi avadanlıqların təmir olunması üçün şəxsi heyətdən pul yığılması ilə müşayiət olunan əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsindən 341.1-ci maddəsinə tövsif olunması ilə bağlı təklifini də nəzərə almış, lakin şəxsin əməllərində ümumiyyətlə Cinayət Məcəlləsinin 341-ci maddəsinin tərkibi olmadığından həmin məsələyə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan RespublikasıKonstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X35 Konvensiyasının 6-cı maddəsini N-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( N001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.N006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.N006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.N009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.N007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının N3 mart N004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr N005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 3N5-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N1.N-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N1.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N5.N-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N8-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4N.N.N-cİ maddəsinə əsasən həmin Məcəllənin 4N.1.N-cİ maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin əməlində cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N4 dekabr N0N1-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3N3-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Beləliklə də. məhkəmə tərkibi tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin Sədərək rayonunun Dəmirçi kəndi ərazisində yerləşən 3-cü taborunun komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmət edərkən törətdiyi əməllərində Azərbaycan Respublikası CM-in 311.3.N-ci maddəsinin, həmin əməllərinin həyata keçirilməsində ona köməklik etmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxsN, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs4 və MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs3 əməllərində isə Azərbaycan Respublikası CM-in 3N.5, 311.3.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibinin olması, cinayət əməllərinin onlar tərəfindən törədilməsi və onların bu əməllərin törədilməsində təqsirliliyi, həmçinin mayor Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun komandiri vəzifəsində mayor hərbi rütbəsində xidmət edərkən taborda sıradan çıxmış zəruri avadanlıqların yenisi ilə əvəz olunması və ya bəzi avadanlıqların təmir olunması üçün şəxsi heyətdən pul yığılması ilə müşayiət olunan əməllərində Cinayət Məcəlləsinin 341.3-cü maddəsinin tərkib əlamətlərinin mövcud olmaması məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər təqsirli bilindikləri maddələrlə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında törətdiyi əməlləri etiraf edib törətdiyi əməllərindən səmimi peşman olmasını, xidmət müddəti ərzində döyüş və ictimai-siyasi hazırlıq məşğələlərində yüksək nailiyyətlər əldə etdiyinə görə çoxsaylı fəxri fərman və medallarla təltif olunmasını, himayəsində N (iki) azyaşlı uşağınin olmasını, xidmət etdiyi hərbi hissə komandanlıqları tərəfindən müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxsN məhkəmə istintaqında törətdiyi əməli etiraf edib, törətdiyi əməllərindən səmimi peşman olmasını, himayəsində N (iki) azyaşlı uşağınin olmasını, yaşadığı ərazi üzrə Şərur rayon İHB-nın Kosacan kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında törətdiyi əməli etiraf edib, törətdiyi əməllərindən səmimi peşman olmasını, himayəsində N (iki) azyaşlı uşağınin olmasını, xidmətdə olarkən xidmətdə etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs4 məhkəmə istintaqında törətdiyi əməli etiraf edib, törətdiyi əməllərindən səmimi peşman olmasını, himayəsində N (iki) azyaşlı uşağınin olmasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Qeyd etmək lazımdır ki, təqsirli bilinən şəxslərin ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsinin sanksiyasında- səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasın həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirkar Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, təqsirkar Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə hesab edir ki, cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindəki məqsədi törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də, onun islah olunması və bununla da cəzanın məqsədlərinə nail olunması mümkündür. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxs1 sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində məhkəməyədək icraat zamanı 01 aprel N0N3-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsN törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini, onun törədilmiş cinayətdə iştirakçılıq dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını müstəsna hal hesab edərək, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alıb, ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsinin tətbiq olunmasını, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 3N.5, 311.3.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəzanın təyin olunmasını, təyin olunacaq cəza ilə bağlı isə təqsirkar Təqsirləndirilən şəxsN barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxsN təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsN təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxsN sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, habelə onun davranışı üzərində nəzarət yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsN barəsində məhkəməyədək icraat zamanı 14 iyun N0N3-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsN barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxsN təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini, onun törədilmiş cinayətdə iştirakçılıq dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını müstəsna hal hesab edərək, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alıb, ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsinin tətbiq olunmasını, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 3N.5, 311.3.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəzanın təyin olunmasını, təyin olunacaq cəza ilə bağlı isə təqsirkar Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxs3 sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, habelə onun davranışı üzərində nəzarət yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində məhkəməyədək icraat zamanı 16 iyun N0N3-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs3 təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini, onun törədilmiş cinayətdə iştirakçılıq dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını müstəsna hal hesab edərək, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alıb, ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsinin tətbiq olunmasını, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 3N.5, 311.3.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəzanın təyin olunmasını, təyin olunacaq cəza ilə bağlı isə təqsirkar Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxs4 sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs4 barəsində məhkəməyədək icraat zamanı 19 iyun N0N3-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs4 təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə tərkibi təqsirkar Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsinin tətbiq olunması ilə bağlı qərara gələrkən, prosesdə iştirak edən dövlət ittihamçısının bu barədə olan təklifini də nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmçinin “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Cinayət Məcəlləsinin 6N-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.N-ci maddələrinin müddəalarına riayət etməklə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin məcəllənin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr N0N1-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə N6 iyul N0N3-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaitləri olmadığından, onlar məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxsN hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi isə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N001ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirkar Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3 təqdim etdikləri hesabatlara uyğun olaraq hər biri ayrı-ayrılıqda 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi4 və Müdafiəçi3 vəkil işlədikləri Naxçıvan şəhər Vəkil Bürosunun hesabına Müdafiəçi4 üçün 300 (üç yüz) manat və Müdafiəçi3 üçün 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.N-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Beləliklə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.N-ci maddəsinin tələblərinə uyğun olaraq belə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına qoyulmuş 9510 (doqquz min beş yüz on) manat puldan Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsi ilə irəli sürülmüş ittihamdan çıxarılmış epizod üzrə ödənilmiş 160 (bir yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs1 qaytarılmalı, rüşvətin predmenti olan 9350 (doqquz min üç yüz əlli) manat məbləğində pulun isə müsadirə edilərək dövlət nəfinə alınması təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilən, ibtidai istintaq dövründə təqsirləndirilən şəxslərin və şahidlərin dindirilməsi, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 üzləşdirilməsi zamanı aparılmış videoçəkilişlərin olduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia yoxdur. İş üzrə təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 4N, 55, 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə verilmiş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.Nci maddəsi ilə irəli sürülmüş ittihamdan MAHHXHQ kiçik çavuş ŞahidN1 N0NN-ci ilin mart və may aylarında iki ay içəri odunda işləməsinə görə mayor Təqsirləndirilən şəxs1 çatdırılması üçün hər ay 80 manat olmaqla cəmi 160 manat miqdarında pulu Təqsirləndirilən şəxs3 verməsi ilə bağlı epizod çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs1 davranışına nəzarət hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 311.3.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin məcəllənin 6N-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsN barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası N (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxsN təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxsN davranışına nəzarət yaşayış yeri üzrə Şərur rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsN üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsN barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 311.3.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin məcəllənin 6N-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası N (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs3 davranışına nəzarət yaşayış yeri üzrə Şərur rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 311.3.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin məcəllənin 6N-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası N (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs4 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs4 davranışına nəzarət hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs4 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına qoyulmuş 9510 (doqquz min beş yüz on) manat puldan Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsi ilə irəli sürülmüş ittihamdan çıxarılmış epizod üzrə ödənilmiş 160 (bir yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs1 qaytarılsın, qalan 9350 (doqquz min üç yüz əlli) manat məbləğində pulun isə müsadirə edilərək dövlət nəfinə alınması təmin edilsin. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxsN göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi4 işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul ödənilsin. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi3 işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul ödənilsin. İş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə təqsirləndirilən şəxslərin və şahidlərin dindirilməsi, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 üzləşdirilməsi zamanı aparılmış videoçəkilişlərin olduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov Hakimlər Polad Həsənov Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar