Məhkəmə qərarları › İş №1-1(092)-24/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-24/2024

15.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-24/2024 15.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 2005-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2afiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun, 11-ci bölüyünün, 3-cü taqımının, 1ci manqasında tuşlayıcı vəzifəsində xidmət edən əsgər, 25 yanvar 2024-cü il tarixdə barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Əsgər Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 3-cü taqımının 1-ci manqasında tuşlayıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 06 dekabr 2023-cü il tarixdə, saat 04:55 radələrində Sədərək rayonu ərazisində yerləşən, şərti adı “Ağdam” olan mövqedə xidmət edən zaman düşmən mövqeləri tərəfdən şərti adı “Vaqon-1” olan mövqe istiqamətinə səslər gəlməsi ilə bağlı saat 04-dən saat 06-dək müşahidə məntəqəsində döyüş növbətçiliyi xidmətində olan əsgər Şahid1 tərəfindən verilmiş məlumata əsasən post başçısı MAHHXHQ əsgər Şahid2 vaxt itirməmək üçün geri qayıdıb silah otağından avtomat silah götürməyərək ona silah gətirməsi barədə tapşırıq verib həmin istiqamətə qaçaraq getmiş, silah otağının açarı MAHHXHQ əsgər Şahid2 olduğundan silah otağından silah-sursat götürə bilmədiyi üçün patrul xidmətində olan əsgər Şahid3 xidməti istifadəsində olan “AKM” markalı, “H 4458” nömrəli avtomat silahı alaraq MAHHXHQ əsgər Şahid2 arxasınca həmin istiqamətə gedərkən avtomat silahın patron sandıqcasından təlim mərmisini çıxarıb təkrar sandıqcanı silaha birləşdirdikdən sonra qoruyucunu avtomatik rejimə qoyaraq silahı döyüşə hazır vəziyyətə gətirmiş, MAHHXHQ əsgər Şahid2la birlikdə səs gələn istiqamətə baxdıqdan sonra hər hansı hərəkətlilik müşahidə etməyib nə olmasını dəqiqləşdirmək üçün torpaq valın üzərində olan mövqenin müşahidə məntəqəsinə qayıtmış, MAHHXHQ əsgər Şahid2 müşahidə məntəqəsinin içərisinə daxil olaraq 06 dekabr 2023-cü il tarixdə, saat 04-dən saat 06-dək döyüş növbətçiliyi xidmətinə təyin olunmuş, hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 3-cü taqımının 1-ci manqasında snayperçi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs və həmin manqada pulemyotçu vəzifəsində xidmət edən əsgər Şahid1 ilə düşmən mövqeləri tərəfdən şərti adı “Vaqon-1” olan mövqe istiqamətinə səslər gəlməsi barədə verdikləri məlumatla bağlı söhbət edərkən «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi»nin 138-ci bəndinin «Silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə təhlükəsizlik tədbirlərinə riayət etmək əsgərin vəzifəsidir», «Qoşunlarda atıcı silahının uçotu, saxlanması və verilməsinin təşkili üzrə Тəlimat»ın 15-ci və 245-ci bəndlərinin «Əmr olmadan silahı doldurulmuş vəziyyətdə saxlamaq, silahı o yan-bu yana, arxaya və adamlara yönəltmək qəti qadağandır», həmçinin «Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı»nın 1-ci fəslinin 1-24-cü yarımbəndində və 8-ci fəslinin 8- 11-ci yarımbəndində göstərilmiş «Hərbi qulluqçu döyüş tapşırığının yerinə yetirilməsi zamanı silahı yalnız düşmənə və ya onun hərbi obyektinə qarşı tətbiq etməlidir» tələblərini pozaraq müşahidə məntəqəsinin giriş qapısının qarşısında, çöldə silahın qoruyucusu açıq, lüləsi müşahidə məntəqəsinin içərisinə doğru istiqamətlənmiş şəkildə, əli tətikdə dayanmışdır. Həmin vaxt barmağı silahın tətiyinə dəydiyindən yuxarıda qeyd olunan silahla davranış qaydalarını pozması səbəbindən avtomat silahdan açılmış ardıcıl iki atəş gülləsindən biri müşahidə məntəqəsinin içərisində dayanan əsgər Zərərçəkmiş şəxs dəyərək ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “kəskin massiv qanitirmə, İİ-İİİ dərəcəli travmatik-hemoragik şok, hemoperitoneum (periton boşluğuna qanın yığılması), peritonarxası sahənin və kiçik çanağın hematoması ilə nəticələnən, sol sarğı nahiyəsindən girib, sağ sarğı nahiyəsindən çıxan, çanaq boşluğuna nüfuz edən, yara kanalı boyunca yumşaq toxumaların, hər iki qalça və oma sümüklərinin çoxqəlpəli, yerini dəyişmiş, açıq sınıqları, S-vari və düz bağırsağın zədələnməsi ilə müşayiət olunan, çanağın soldan-sağa istiqamətli, bir ədəd dəlib-keçən odlu silah yaralanması” xəsarətini yetirməklə ehtiyatsızlıqdan onun sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 06 dekabr 2023-cü il tarixdə, saat 02-dən saat 04-dək xidmət etdiyi, Sədərək rayonu ərazisində, düşmənlə təmas xəttində yerləşən, şərti adı “Ağdam” olan mövqedə əsgər Şahid3 ilə döyüş növbətçiliyi xidmətinə təyin olunduğunu, xidmətə ona təhkim olunmuş “PKMN” markalı, “KA 026511” nömrəli avtomat silahla çıxmış, Şahid3 isə xidmətə ona təhkim olunmuş “AKM” markalı, “H4458” nömrəli, 7,62 mm-lik avtomat silahla çıxdığını, 2 saat xidmət etdikdən sonra döyüş növbətçiliyini əsgərlər Zərərçəkmiş şəxs və Şahid1 təhvil verdikdən sonra ayıq növbə xidmətinə çıxdığını, saat 04-dən saat 05-dək əsgər Şahid3 ərazidə patrul xidmətini təşkil edib apardığını, saat 04:55 radələrində əsgər Şahid1 müşahidə məntəqəsindən ərazidə patrul xidmətində olan əsgər Şahid3 qışqıraraq “düşmən tərəfindən “Vaqon 1” istiqamətinə tərəf qarışıq səslər gəlir, post böyüyünə deyin” dediyini, Şahid3 bu barədə dərhal post böyüyü MAHHXHQ əsgər Şahid2 məlumat verdiyini, MAHHXHQ əsgər Şahid2 yataqxanadan çölə çıxıb vaxt itirmədən “Vaqon 1” mövqeyi istiqamətinə qaçdığını, Şahid2 qaçarkən ona ucadan qışqıraraq “silah gətir, təlim mərmisini də çıxart, birdən üstümüzə hücum olar” dediyini, buna görə avtomat silah götürmək istədiyini, lakin silahları yığdıqları piramidanın açarı post böyüyü MAHHXHQ əsgər Şahid2 olduğundan silah götürə bilmədiyini, patrul xidmətində olan Şahid3 “AKM” markalı, “H 4458” nömrəli avtomat silahını alıb “Vaqon 1” istiqamətinə, MAHHXHQ əsgər Şahid2 arxasınca qaçdığını, qaçarkən yolda darağı silahdan ayırdığını, düşmən tərəfdən basqın ola biləcəyini düşünərək təlim mərmisini daraqdan çıxarıb cibinə qoyduğunu, sonra darağı silaha birləşdirərək silahın qoruyucusunu açdığını, təlaşla qoruyucunu açaraq birinci rejimə yəni, avtomatik rejimə qoyduğunu, silahı atəş vəziyyətinə gətirib doldurduğunu, əlində silah, qoruyucusu açıq şəkildə MAHHXHQ əsgər Şahid2 yanına çatdığını, səs gələn tərəfə, “RPK” atəş sektorunun yanına çatıb ətrafa baxaraq heç bir hərəkətlilik olmamasına əmin olduqdan sonra MAHHXHQ əsgər Şahid2la müşahidə məntəqəsinə qayıtdıqlarını, MAHHXHQ əsgər Şahid2 müşahidə məntəqəsinə çatıb içəri girərək xidmətdə olan əsgərlər Şahid1 və Zərərçəkmiş şəxs nə səs olmasını soruşduğunu, hava qaranlıq olduğundan və düşmən tərəfdən basqın olacağından qorxduğu üçün müşahidənin giriş qapısının qarşısında, çöldə silah əlində döyüşə hazır vəziyyətdə dayandığını, silahın qoruyucusunu bağlamadığını, silahın lüləsi Zərərçəkmiş şəxs müşahidənin içərisində dayandığı istiqamətə tərəf dayandığını, müşahidə məntəqəsinin içərisində sağ tərəfdə Zərərçəkmiş şəxs, onun yanında Şahid1, onlarla üzbəüz isə MAHHXHQ əsgər Şahid2 dayandığını, həmin vaxt ehtiyatsızlıqdan barmağı tətiyə dəydiyindən silahdan ardıcıl iki atəş açıldığını, dərhal əlini tətikdən çəkdiyini, Zərərçəkmiş şəxs vurulduğunu deyərək qışqıraraq yerə oturduğunu, həyacandan və təlaşdan silahı müşahidə məntəqəsinə çıxılan pillələrin yanında torpaq üzərinə ataraq yataqxanaya tərəf qaçdığını, MAHHXHQ əsgər Şahid2 bu barədə bölük mərkəzinə məlumat verdiyini, sanitar əsgər Şahid4 əsgər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərdiyini, sonra taborun həkimi baş leytenant Şahid6 gəlib Zərərçəkmiş şəxs tibbi yardım göstərdiyini, Zərərçəkmiş şəxs arxa sarğı nahiyəsindən xəsarət aldığını, ona tibbi yardım göstərildikdən dərhal sonra təcili tibbi yardım maşını ilə hospitala göndərildiyini, sonradan güllələrdən birinin Şahid1 sol dirsək nahiyəsinə dəyməsini, ona da xəsarət yetirməsini eşitdiyini, Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxladığını, ondan üzr istədiyini, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində 06 dekabr 2023-cü il tarixdə, saat 04-dən saat 06-dək əsgər Şahid1la “Ağdam” mövqeyində olan müşahidə məntəqəsində döyüş növbətçiliyi xidmətinə təyin olunduğunu, xidməti əsgərlər Təqsirləndirilən şəxs və Şahid3 təhvil aldığını, onlar xidməti təhvil verib ayıq növbəyə getdiklərini, əsgər Şahid3 ərazidə patrul xidmətində olduğunu, Təqsirləndirilən şəxs isə yataqxanada ayıq növbədə olduğunu, döyüş növbətçiliyinə ona təhkim olunmuş “SVD” markalı avtomat silahla xidmətə çıxdığını, xidməti təhvil aldıqdan sonra müşahidə məntəqəsinin içərisində xidmətini davam etdirdiyini, Şahid1 isə çöldə hava müşahidə apardığını, içəridə müşahidə aparan zaman, 04:50 radələrində “Vaqon-1” mövqeyi istiqamətinə düşmən tərəfindən səs gəlməsi barədə MAHHXHQ əsgər Şahid2 məlumat verdiyini, Şahid2 əsgər Təqsirləndirilən şəxs həmin istiqamətə getdiklərini, sonra həmin istiqamətdən qayıdıb müşahidə məntəqəsinə gəldiklərini, MAHHXHQ əsgər Şahid2 müşahidə məntəqəsinə girdiyini, Təqsirləndirilən şəxs isə çöldə dayandığını, MAHHXHQ əsgər Şahid2 onlardan nə səs olmasını soruşan zaman birdən Təqsirləndirilən şəxs əlində olan avtomat silahdan atəş açıldığını, güllələrdən biri onun arxa nahiyəsinə dəydiyini, ağrıdan yerə yıxıldığını, həmin vaxt əsgər Şahid1 da qolunun ağrıdığını dediyini, həmin vaxt ona ilkin tibbi yardım göstərildiyini, daha sonra hərbi hospitala göndərildiyini, cərrahi əməliyyat olunduğunu, bir müddət hərbi hospitalda müalicə aldıqdan sonra Bakı şəhərində yerləşən Mərkəzi Hospitala təxliyyə olunduğunu, əsgər Təqsirləndirilən şəxsla əvvəllər aralarında ədavət, düşmənçilik olmadığını, hətta hadisədən əvvəl 2023-cü ilin noyabr ayında buraxılışa gedən zaman onu da özü ilə yaşadığı, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən evə apardığını, əsgər Təqsirləndirilən şəxs ona qəsdən atəş açmadığını, Təqsirləndirilən şəxs həmin hadisəni ehtiyatsızlıqdan törətdiyini, Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını, lakin sağlamlığının yerində olmadığını, bağırsağının çöldə olduğunu, əvvəlki sağlamlığına qayıda bilməyəcəyini, sağlamlığının sonrakı mərhələlərində təqsirləndirilən şəxs Hüseynovla bağlı fikrinin nə olacağını bilmədiyini, haliyədə ondan şikayətinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid2 ifadəsində 2023-cü ilin sentyabr ayından N nömrəli hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 3-cü taqımının 1-ci manqasında baş atıcı vəzifəsində xidmət etdiyini, həmçinin həmin mövqedə manqa komandiri vakant olduğundan həmin vəzifələri icra etdiyini, xidmət apardıqları ərazi düşmənlə təmas xəttində yerləşdiyini, xidmətdə sutkalıq olaraq döyüş növbətçiliyi xidməti təşkil olunduğunu, 06 dekabr 2023-cü il tarixdə, saat 02-dən saat 04dək əsgər Şahid3 ilə əsgər Təqsirləndirilən şəxs döyüş növbətçiliyinə təyin olunduğunu, saat 04-də gedib onları əsgərlər Şahid1 və Zərərçəkmiş şəxs ilə dəyişdiyini, Təqsirləndirilən şəxsla Şahid3 ayıq növbəyə çıxdığını, Şahid3 çöldə patrul xidmətində qaldığını, saat 04:50 radələrində yataqxananın qarşısında dayanıb siqaret çəkən zaman hava müşahidəsi aparan əsgər Şahid1 uca səslə patrul nəfəri Şahid3 “düşmən tərəfdən Vaqon-1 mövqeyi istiqamətində səs gəlir” dediyini, patrul nəfəri əsgər Şahid3 ona məruzə etdiyini, nə olmasını öyrənmək üçün həmin istiqamətə, “Vaqon-1” istiqamətinə getdiyini, “Vaqon-1” mövqeyi “Ağdam” mövqeyindən aralıda, düşmənlə təmas xəttində yerləşdiyini, həmin mövqedə şəxsi heyətin xidmət etdiyini, verilmiş məlumatdan sonra yataqxanada ayıq növbədə olan əsgər Təqsirləndirilən şəxs çöldə olduğunu görüb, ona “silah gətir, təlim mərmisini çıxart, hücum olar” dediyini, ancaq silahların yığılıb bağlandığı piramidanın açarı özündə olduğundan əsgər Təqsirləndirilən şəxs patrul nəfəri əsgər Şahid3 silahını götürüb arxasınca gəldiyini, səs gəlməsi deyilən tərəfə, “Vaqon-1” mövqeyi tərəfə getdiyini, “Vaqon-1” mövqeyi istiqamətə çatan zaman hər hansı hərəkət, səs gəlməsini görmədiyini, bir az müşahidə aparıb geri qayıtdığını, yanında olan əsgər Təqsirləndirilən şəxs əlində döyüşə hazır vəziyyətdə olan silahla hərəkət etdiyini, Təqsirləndirilən şəxs hər hansı təhlükəyə hazır olmaq üçün silahı döyüşə hazır vəziyyətə gətirdiyini, hər hansı hərəkətlilik olmadığından müşahidə məntəqəsinə qayıtdığını, əsgər Zərərçəkmiş şəxs müşahidənin girişindən sağ divarın yanında, rabitə vasitəsinin yanında dayandığını, Şahid1 da onun yanında müşahidənin künc tərəfində dayandığını, əsgər Təqsirləndirilən şəxs isə çöldə, müşahidənin giriş qapısının qarşısında dayandığını, müşahidə məntəqəsinin içərisində olan əsgərlər Şahid1 və Zərərçəkmiş şəxs nə səs olmasını dəqiqləşdirmək istəyərkən birdən Təqsirləndirilən şəxs ehtiyatsızlıq edərək tətiyə toxunduğundan onun əlindəki “AKM” markalı, “H 4458” nömrəli avtomat silahdan ardıcıl iki atəş açıldığını, həmin vaxt Zərərçəkmiş şəxs vurulduğunu deyib yerə yıxıldığını, Şahid1 isə küncə qısılaraq qışqırdığını, əsgər Zərərçəkmiş şəxs sol arxa nahiyəsindən qan gəldiyini, güllə sağ arxa nahiyəsindən çıxdığından oradan da qan gəldiyini, Şahid1 isə “qolum, qolum” deyib sol qolunu tutduğunu, onun qoluna baxarkən heç bir xəsarət görmədiyini, qolu qanamadığını, onun qolunu harasa çırpmasını düşünüb təkrar Zərərçəkmiş şəxs tərəf dönərək kömək çağırdığını, yataqxanada olan sanitar əsgər Şahid4 gəlib Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərdiyini, hadisə barədə yuxarı komandanlığa məlumat verdiyini, qısa müddətdə tabor komandiri mayor Namiq Qədimov və həkim baş leytenant Şahid6 posta gəldiyini, həkim Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərdiyini, sonra xərəklə Zərərçəkmiş şəxs hərbi hospitala göndərildiyini, həmin gün saat 16 radələrində əsgər Şahid1 sol qolunun ağrıdığını dediyini, onun sol qoluna dəqiqliklə baxan zaman paltarlarının dirsək hissəsində deşik olmasını, qolunda isə balaca ölçülü yara olmasını, həmin yaranın güllə xəsarəti aldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində 06 dekabr 2023-cü il tarixdə şərti adı “Ağdam” olan mövqedə xidmət edən zaman əsgər Zərərçəkmiş şəxs ilə birlikdə sutkalıq döyüş növbətçiliyi xidmətinə təyin olunduğunu, saat 04-dən saat 06-dək döyüş növbətçiliyi xidmətinə çıxdığını, döyüş növbətçiliyinə “AKM” markalı avtomat silahla, Zərərçəkmiş şəxs isə “SVD” markalı silahı və tam formada xidmətə çıxdıqlarını, çöldə hava müşahidəsi aparan zaman, saat 04:55 radələrində düşmən mövqeləri tərəfdən “Vaqon-1” istiqamətinə tərəf səslər gəldiyini, səs gələn tərəf qamışlıq ərazi olduğundan dəqiq nə səsi olmasını seçə bilmədiyini, düşmən tərəfdən hansısa təhlükə gələcəyini düşünüb bu barədə patrul xidmətində olan əsgər Şahid3 məlumat verərək mövqe başçısına məruzə etməsini dediyini, yataqxananın qarşısında olan mövqe başçısı, MAHHXHQ əsgər Şahid2 məlumat aldıqdan sonra səs gələn istiqamətə qaçdığını, onun arxasınca əsgər Təqsirləndirilən şəxs yataqxanadan çıxıb qaçdığını, MAHHXHQ əsgər Şahid2 ona silah gətirməsini dediyini, əsgər Təqsirləndirilən şəxs silah otağı bağlı olduğundan patrul xidmətində olan əsgər Şahid3 avtomat silahını götürüb onun arxasınca qaçdığını, bir qədər sonra əsgər Təqsirləndirilən şəxsla post başçısı əsgər Şahid2 müşahidə məntəqəsinə gəldiyini, MAHHXHQ əsgər Şahid2 müşahidə məntəqəsinin içərisinə girərək onunla və əsgər Zərərçəkmiş şəxs ilə verdikləri məlumatla bağlı əlavə məlumat verdiklərini, əsgər Təqsirləndirilən şəxs isə müşahidənin qapısının ağzında, çöldə dayandığını, əsgər Zərərçəkmiş şəxs üzü müşahidənin sol divarına tərəf dayandığını, onun yanında, sağ divarın küncündə üzü sol divara tərəf dayandığını, MAHHXHQ əsgər Şahid2 onlarla üzbəüz dayandığını, MAHHXHQ əsgər Şahid2 “dəqiq hansı istiqamətdən səs gəlirdi, nə səs gəlirdi” deyə soruşduqda əsgər Təqsirləndirilən şəxs əlində olan silahdan ardıcıl iki atəş açıldığını, həmin vaxt əsgər Zərərçəkmiş şəxs vurulduğunu deyib yerə yıxıldığını, özü isə qolunda ağrı hiss etdiyini, qorxudan arxaya çəkildiyini, qolunun divara dəyib ağrıdığını düşündüyünü, MAHHXHQ əsgər Şahid2 qoluna baxdığını, qolu qanamadığını, kəskin ağrısı olduğunu, əsgər Zərərçəkmiş şəxs yerə uzandığını, MAHHXHQ əsgər Şahid2 onun başının üstündə durduğunu, bu barədə dərhal tabor komandirinə məlumat verdiyini, sanitar əsgər Şahid4 gəlib əsgər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərdiyini, bir qədər sonra tabor komandiri mayor Namiq Qədimov və həkim gələrək əsgər Zərərçəkmiş şəxs tibbi yardım göstərdiyini, onu xərəyə qoyub aşağı düşürtdüklərini, sonra maşınla onu hospitala apardıqlarını, həmin gün sol qolunun dirsək hissəsində ağrının artdığını hiss etdiyini, baxanda qolunda dairə formalı xəsarət olmasını gördüyünü, paltarlarında da balaca ölçülü deşiklər olmasını görüb qoluna güllə dəyməsinə əmin olduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində 06 dekabr 2023-cü il tarixdə əsgər Təqsirləndirilən şəxsla 2-ci növbə döyüş növbətçiliyinə təyin olunduğunu, 3-cü növbəyə əsgərlər Zərərçəkmiş şəxs ilə Şahid1 təyin olunduqlarını, saat 02-dən saat 04-dək müşahidə məntəqəsində döyüş növbətçiliyində olduqlarını, saat 04-də xidməti Şahid1la Zərərçəkmiş şəxs təhvil verdiyini, xidməti təhvil verdikdən sonra patrul xidmətini təşkil edib aparmağa başladığını, patrul xidmətində olan zaman, saat 04:55 radələrində müşahidə məntəqəsində hava müşahidəsi aparan əsgər Şahid1 düşmən tərəfdən “Vaqon-1” istiqamətinə tərəf səs gəlməsi barədə məlumat verdiyini, həmin vaxt mövqe başçısı, MAHHXHQ əsgər Şahid2 yataqxana qapısının qarşısında olarkən ona məruzə etdiyini, mövqe başçısı, MAHHXHQ əsgər Şahid2 cəld həmin istiqamətə qaçarkən silah gətirilməsini tapşırdığını, həmin vaxt silah otağı bağlı olduğundan, açar MAHHXHQ əsgər Şahid2 olduğundan əsgər Təqsirləndirilən şəxs yanına gəlib avtomat silahını alıb onun arxasınca getdiyini, xidmətə “AKM” markalı, “H 4458” nömrəli avtomat silahla çıxdığını, həmin silahı əsgər Təqsirləndirilən şəxs verdiyini, əsgər Təqsirləndirilən şəxs silahı alandan sonra MAHHXHQ əsgər Şahid2 arxasınca “Vaqon-1” mövqeyi istiqamətə qaçdığını, bir qədər sonra onlar geri qayıdıb müşahidə məntəqəsinə getdiklərini, onlar müşahidəyə gedəndən bir qədər sonra ardıcıl açılmış iki atəş səsi eşitdiyini, əsgərlər Şahid1la Təqsirləndirilən şəxs qışqırdığını, sonra Təqsirləndirilən şəxs müşahidə məntəqəsindən yataqxanaya qaçdığını gördüyünü, Təqsirləndirilən şəxs silahı müşahidə məntəqəsinə qalxan pilləkənin sol tərəfinə, torpaq valın üzərinə atdığını, cəld müşahidə məntəqəsinə getdiyini, müşahidə məntəqəsinin içərisində əsgər Zərərçəkmiş şəxs yerə uzanmış halda gördüyünü, MAHHXHQ əsgər Şahid2 onun yanında olduğunu, Şahid1 içəridə sol qolunu tutaraq dayandığını, Zərərçəkmiş şəxs arxa nahiyəsindən xəsarət aldığını, sanitar əsgər Şahid4 müşahidəyə gedib əsgər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərdiyini, sonra mövqeyə tabor komandiri mayor Namiq Qədimov və həkim baş leytenant Şahid6 gəldiyini, Zərərçəkmiş şəxs maşınla hospitala göndərildiyini, həmin gün saat 16 radələrində əsgər Şahid1 sol qolunda ağrı olmasını dediyini, baxan zaman onun sol qolunun dirsək nahiyəsində balaca ölçülü zədə olduğunu, paltarlarının həmin hissəsində deşik olmasını gördüyünü, ona güllə dəyməsini bildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 məhkəmədə şahid qismində dindirilmiş əsgər Şahid3 vermiş olduğu ifadə ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid7 ifadəsində 06 dekabr 2023-cü il tarixdə, saat 04:50 radələrində müşahidə məntəqəsində hava müşahidəsi xidmətində olan əsgər Şahid1 düşmən tərəfdən “Vaqon-1” mövqeyi istiqamətə səs gəlməsi barədə məlumat verdiyini, ayıq növbədə olan əsgər Təqsirləndirilən şəxs çölə çıxaraq post başçısı, MAHHXHQ əsgər Şahid2la həmin istiqamətə getdiyini, bir qədər sonra iki atəş səsi eşitdiyini, nə olmasını bilmək üçün çölə çıxarkən müşahidə məntəqəsi tərəfdən əsgər Təqsirləndirilən şəxs qışqırıb ağlayaraq yataqxanaya gəlməsini görüb nə olmasını soruşduqda Təqsirləndirilən şəxs “vurdum, vurdum, müşahidədə olan Zərərçəkmiş şəxs vurdum” dediyini, müşahidə məntəqəsinə qalxıb baxan zaman içəridə Zərərçəkmiş şəxs yerə uzanmış halda olmasını, arxa nahiyəsindən qan gəlməsini gördüyünü, güllə onu arxa nahiyəsini dəlib keçdiyini, sanitar əsgər Şahid4 əsgər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərdiyini, sonra mövqeyə tabor komandiri mayor N.Qədimovla həkim baş leytenant Şahid6 gəldiyini, həkim tərəfindən Zərərçəkmiş şəxs tibbi yardım göstərildikdən sonra Zərərçəkmiş şəxs maşınla hopitala göndərildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid5 ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun 11-ci bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etdiyini, bölüyün “Ağdam” mövqeyində manqa komandiri vakant olduğundan post başçısı vəzifələrini baş atıcı MAHHXHQ əsgər Şahid2 icra etdiyini, 06 dekabr 2023-cü il tarixdə, saat 05 radələrində “Vaqon-2” mövqeyində olarkən “Ağdam” mövqeyində xidmət edən əsgərlərdən birinin vurulması barədə verilmiş məlumata əsasən həmin mövqeyə getdiyini, hadisə müşahidə məntəqəsində baş verdiyindən gedib içəri girərkən əsgər Zərərçəkmiş şəxs yerə uzanmış halda gördüyünü, sanitar əsgər Şahid4 ona ilkin tibbi yardım göstərdiyini, arxa nahiyəsindən xəsarət alması deyildiyindən onun şalvarını aşağı çəkib yarasına baxdığını, güllənin giriş yeri onun sol arxa nahiyəsindən, çıxış hissəsi isə sağ arxa nahiyəsində olduğunu, tabor komandiri mayor Namiq Qədimov və həkim baş leytenant Şahid6 mövqeyə gələrək həkim Şahid6 tərəfindən əsgər Zərərçəkmiş şəxs tibbi yardım göstərildiyini, sonra onu xərəklə aşağı düşürdüb maşınla hərbi hospitala göndərdiyini, həmin gün, saat 16 radələrində əsgər Şahid1 sol qolunun ağrıması, şişməsi barədə məlumat verildiyini, həkim Şahid6 zəng edib əsgər Şahid1 qolunun şişməsini, ona baxmasını dediyini, həkim yoxlayandan sonra onun sol qolunun dirsək nahiyəsinə güllə dəyməsi deyildiyini, hadisədən sonra həmin vaxt hava müşahidəsi aparan xidmətin düşmən tərəfdən “Vaqon-1” mövqeyi istiqmətinə səs gəlməsi barədə məlumat verildiyini, MAHHXHQ əsgər Şahid2 əsgər Təqsirləndirilən şəxsla həmin istiqamətə getməsini, onların hər hansı hərəkətlilik olmasını görməyərək geri qayıtmalarını, gedən zaman əsgər Təqsirləndirilən şəxs patrul xidmətində olan əsgər Şahid3 avtomat silahını götürməsini, təlim mərmisini çıxardıqdan sonra silahı doldurub qoruyucunu avtomatik rejimə qoymasını, müşahidə məntəqəsinə qayıtdıqdan sonra silah əlində olan zaman barmağının bilməyərəkdən tətiyə dəyib atəş açaraq əsgərlər Zərərçəkmiş şəxs ilə Şahid1 xəsarət yetirməsini öyrəndiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş tibb xidməti baş leytenantı Şahid6 ifadəsində 06 dekabr 2023-cü il tarixdə, saat 05 radələrində tabor mərkəzində olarkən “Ağdam” mövqeyində əsgər vurulması barədə məlumat verildiyini, tabor komandiri mayor Namiq Qədimovla birlikdə hadisə yerinə getdiyini, “Ağdam” mövqeyinə çatan zaman xəsarət alan əsgərin müşahidə məntəqəsinin içərisində olması deyildiyi üçün müşahidə məntəqəsinə gedib içəri girən zaman sanitar-atıcı əsgər tərəfindən xəsarət alan əsgər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilməsini gördüyünü, xəsarət alan əsgərə tibbi yardım göstərdiyini, yara nahiyəsini açdığını, onun arxa sarğı nahiyəsində iki, giriş və çıxış zədələri olduğunu gördüyünü, fərdi sarğı paketini açıb yaralara sarğı qoyduğunu, əsgərə ağrı kəsici iynə, “Promidol” dərman preparatı vurduğunu, Zərərçəkmiş şəxs vəziyyəti pis olsa da verilən suallara qismən cavab verdiyini, vaxt itirmədən onu xərəyə qoyub aşağı düşürtdüklərini, təcili tibbi yardım maşını gəldiyi üçün onu maşına mindirib hərbi hospitala göndərdiyini, bir müddət sonra Zərərçəkmiş şəxs əməliyyat olunduğunu, vəziyyətinin orta stabil olması barədə məlumat verildiyini, bir neçə gündən sonra əsgər Zərərçəkmiş şəxs Baş Klinik Hospitala təxliyyə olunduğunu, həmin gün mövqeyə qayıtdıqdan sonra, saat 16 radələrində əsgər Şahid1 sol qolunda ağrı, şişkinlik olması barədə məlumat verildiyini, əsgər Şahid1 tabor mərkəzinə gəldikdən sonra onun sol qoluna baxan zaman dirsək oynağında şişkinlik, zədə olmasını gördüyünü, nə olmasını dəqiqləşdirə bilmədiyi üçün Şahid1 hərbi hissəyə göndərdiyini, sonradan Şahid1 qoluna güllə dəyməsini öyrəndiyini göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-2-ci vərəqələrinə əlavə edilmiş, “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” 13 dekabr 2023-cü il tarixli qərardan məlum olur ki, əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 350.1- 1-ci maddəsi ilə cinayət işi başlanması və Zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 10-12-ci vərəqələrinə əlavə edilmiş 06 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki; hadisə Sədərək rayonu ərazisində yerləşən, N nömrəli hərbi hissənin 4-cü tabor, 11-ci bölük, 3-cü taqım, 1ci manqasının xidmət etdiyi, şərti adı “Ağdam” olan mövqenin müşahidə məntəqəsində baş vermişdir. Müşahidə məntəqəsi yataqxananın qarşısında düşmən mövqeləri ilə üzbəüz hissədə çəkilmiş torpaq valın üzərində yerləşir. Müşahidə məntəqəsinə taxta materialdan hazırlanmış pillələr vasitəsi ilə qalxdıqda sol istiqamətdə, torpaq üzərində 1 (bir) ədəd “AKM” markalı, “H 4458” nömrəli avtomat silah aşkar olundu. Avtomat silahın üzərinə patron sandıqcası və kəmər birləşdirilmişdir. Avtomat silahın qoruyucusu açıq olmaqla, qoruyucu avtomatik rejimdədir. Təhlükəsizlik üçün avtomat silahın kəmərindən tutmaqla üzərində olan daraq çıxarıldı, silahın çaxmaq çərçivəsi geri çəkilib buraxıldıqda avtomat silahın içərisindən 1 (bir) ədəd dolu mərmi çıxdı. Müşahidə məntəqəsinin girişindən çöldə, yerdə 2 (iki) ədəd giliz aşkar olundu. Müşahidə məntəqəsinin içərisində, yerdə 1 (bir) ədəd güllə başlığı aşkar olunmuşdur. Cinayət işinin 1-ci cildinin 101-102-ci vərəqələrinə əlavə edilmiş əşyaların qəbul edilməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki; əsgər Şahid1 məxsus komufilyaj rəngli hərbi buşlata baxış zamanı buşlatın sol qolunun içəri hissəsində 1 (bir) ədəd bərk material aşkar olunmuşdur. Buşlatın sol qolunun başlanğıcından 2 sm yuxarı, sol qolun başlanğıcına tikilmiş ikinci düymədən 4 sm aşağı hissə kəsildikdən sonra qolun içəri hissəsindən 1 (bir) ədəd güllə başlığı aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 130-131-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertin 07 dekabr 2023-cü il tarixli, 424 nömrəli rəyində əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “kəskin massiv qanitirmə, İİ-İİİ dərəcəli travmatik-hemoragik şok, hemoperitoneum (periton boşluğuna qanın yığılması), peritonarxası sahənin və kiçik çanağın hematoması ilə nəticələnən, sol sarğı nahiyəsindən girib, sağ sarğı nahiyəsindən çıxan, çanaq boşluğuna nüfuz edən, yara kanalı boyunca yumşaq toxumaların, hər iki qalça və oma sümüklərinin çoxqəlpəli, yerini dəyişmiş, açıq sınıqları, S-vari və düz bağırsağın zədələnməsi ilə müşayiət olunan, çanağın soldan-sağa istiqamətli, bir ədəd dəlib-keçən odlu silah yaralanması” xəsarəti aşkar olunmuşdur. Zərərçəkmiş şəxs almış olduğu xəsarət odlu silahdan açılmış atəş nəticəsində mərminin (güllənin) təsirindən törənməyə xarakterikdir. Zərərçəkmiş şəxs almış olduğu xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 33-45-ci vərəqələrinə əlavə edilmiş Kompleks məhkəmədaktiloskopik-ballistik və trasoloji ekspertin 10 yanvar 2024-cü il tarixli, 1213-1214-1215- 1216 nömrəli rəyindən görünür ki; tədqiqata tədqim edilmiş bir ədəd silah 7,62 mm kalibrli olmaqla, 1971-ci ildə zavod üsulu ilə istehsal edilmiş, “H 4458” seriya və nömrəli “AKM” konstruksiyalı yivli avtomatik tüfəngdir. Odlu döyüş silahı hesab edilir, saz, atəş açmaq üçün yararlıdır. Avtomatik atəş açma rejimində silahın tətiyini ani sıxıb buraxmaqla ondan iki atəş açılması mümkündür. Çaxmağının döyüş bölməsindən çıxması üçün tətiyinə normal hesab olunan qüvvə (1,7 – 1,9 kQ) sərf olunur. Həmin silahın tətiyini çəkmədən ondan öz-özünə atəşin açılması mümkün deyildir. Tədqiqata təqdim edilmiş iki ədəd predmet (“a” və “b” predmetləri) 1943-cü il nümunəli olmaqla, zavod üsulu ilə istehsal edilmiş, «АК-47», «АКС-47», «АКМ», «АКМС» və s. konstruksiyalı avtomat silahlarda, «РПК» və «РПКС» əl pulemyotlarında, «СКС» karabinlərində və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 7,62 mm kalibrli patronların hissələridir – gilizləridir. Tədqiqat obyekti qismində təqdim edilmiş 2 (iki) ədəd giliz (“a” və “b” gilizləri) “H 4458” seriya və nömrəli “AKM” konstruksiyalı avtomat silahdan atılmışdır. Tədiqata təqdim edilmiş 2 (iki) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 1 (bir) ədədi (“a” patronu) «АК-47», «АКС-47», «АКМ», «АКМС» və s. konstruksiyalı avtomat silahlarda, «РПК» və «РПКС» əl pulemyotlarında, «СКС» karabinlərində və s. silahlarda döyüş sursatı kimi istifadə edilən 7,62 mm kalibrli, 1943-cü il nümunəli, digər 1 (bir) ədədi (“b” patronu) isə həmin silahlarda atəş (səs) effekti yaratmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilməyən, 7,62 mm kalibrli gülləsiz patronlardır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd güllə (“a” və “b” güllələri) 1943-cü il nümunəli olmaqla, zavod üsulu ilə istehsal edilmiş, «АК-47», «АКС-47», «АКМ», «АКМС» və s. konstruksiyalı avtomat silahlarda, «РПК» və «РПКС» əl pulemyotlarında, «СКС» karabinlərində və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 7,62 mm kalibrli patronların hissələridir – güllələridir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd güllə (“a” və “b” güllələri) tədqiqat obyekti qismində təqdim edilmiş “H 4458” seriya və nömrəli “AKM” konstruksiyalı avtomat silahdan atılmışdır. Tədqiqata təqdim edilmiş, əsgər Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd hərbi gödəkcənin, 1 (bir) ədəd kitelin, 1 (bir) ədəd hərbi cemperin, 1 (bir) ədəd uzunqol maykanın üzərlərində olan “a” və “b”, 1 (bir) ədəd hərbi şalvarın, 1 (bir) ədəd alt tumanının üzərlərində olan “a” zədələri giriş, 1 (bir) ədəd hərbi gödəkcənin üzərində olan “c” və “d”, 1 (bir) ədəd kitelin, 1 (bir) ədəd uzunqol maykanın üzərlərində olan “c”, 1 (bir) ədəd hərbi şalvarın, 1 (bir) ədəd alt tumanının üzərlərində olan “b”, 1 (bir) ədəd hərbi bel kəmərinin üzərində olan “a” zədələri çıxış zədələri olmaqla, soldan-sağa doğru istiqamətdə, hərbi şalvarın, alt tumanının, hərbi bel kəmərinin üzərlərində olan zədələr yivli odlu silahdan açılmış bir, digər geyim əşyaları üzərində olan zədələr yivli odlu silahdan açılmış iki atəş nəticəsində, diametri təxminən 7 mm olan mis tərkibli mərmilərin (güllələrin) təsirindən, atəşin əlavə faktorlarının hədəf üzərinə hopma həddi xaricində, 1 (bir) metrdən yuxar olan məsafədən yetirilməyə xarakterikdir. Hərbi cemperin arxa orta, nisbətən aşağı hissəsində yerləşən, 50 mm uzunluğunda olan kəsilmiş sahəyə çıxış zədələrindən birinin düşməsi ehtimal olunur. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd hərbi gödəkcənin, 1 (bir) ədəd kitelin, 1 (bir) ədəd hərbi cemperin, 1 (bir) ədəd uzunqol maykanın, 1 (bir) ədəd hərbi şalvarın, 1 (bir) ədəd alt tumanının, 1 (bir) ədəd hərbi bel kəmərinin, 1 (bir) ədəd hərbi papağın, 1 (bir) ədəd şərfin, 1 (bir) cüt çəkmənin, 2 (iki) cüt corabın, Şahid1 məxsus 1 (bir) ədəd hərbi gödəkcənin, 1 (bir) ədəd kitelin, 1 (bir) ədəd hərbi cemperin, 2 (iki) ədəd uzunqol maykanın (“a” və “b” maykalarının) üzərlərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri yoxdur. Cinayət işinin 1-ci cildinin 31-32-ci vərəqələrinə əlavə edilmiş N nömrəli hərbi hissənin 4-cü tabor, 11-ci bölük, 3-cü taqımının şəxsi heyətinə silahların və cihazların təhkim edilməsi cədvəlindən edilmiş çıxarışdan görünür ki; “AKM” markalı, “H4458” nömrəli avtomat silah əsgər Şahid3 təhkim olunmuşdur. Cinayət işinin 2-ci cildinin 10-cu vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada narkoloji qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 19-cu vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada psixi xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 12-ci vərəqəsinə əlavə edilmiş Göygöl rayon X2 Hüquqi Şəxsinə sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 143-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına Naxçıvan MR X1 sorğu verilərək alınmış məktubda Zərərçəkmiş şəxs xəstəxanada psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 219-cu vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli, 288 №-li əmrindən çıxarışda əsgər Təqsirləndirilən şəxs N oktyabr 2023-cü il tarixdə hərbi hissənin 4-cü taborunun, snayper taqımının, 2-ci snayper manqasının heyət nəfəri-atıcısı vəzifəsindən 4-cü taborun, 11-ci bölüyün, 3-cü taqımın, 1-ci manqasının tuşlayıcısı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 222-ci vərəqəsinə əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs komandanlıq tərəfindən müsbət xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 228-229-cu vərəqələrinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, hərbi hissənin 4-cü taborunun, snayper taqımının, 2-ci snayper manqasının heyət nəfəri-atıcı vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxs ilə həmin taborun snayper taqımının, 2-ci snayper manqasının heyət nəfəri-atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında hər hansı bir tabelik münasibətləri yoxdur. Cinayət işinin 1-ci cildinin 141-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 138-ci vərəqəsinə əlavə edilmiş 12 dekabr 2023-cü il tarixli, 1292 nömrəli nömrəli arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin əsgər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi»nin 138-ci bəndinin «Silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə təhlükəsizlik tədbirlərinə riayət etmək əsgərin vəzifəsidir», «Qoşunlarda atıcı silahının uçotu, saxlanması və verilməsinin təşkili üzrə Тəlimat»ın 15-ci və 245-ci bəndlərinin «Əmr olmadan silahı doldurulmuş vəziyyətdə saxlamaq, silahı o yan-bu yana, arxaya və adamlara yönəltmək qəti qadağandır», həmçinin «Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı»nın 1-ci fəslinin 1-24-cü yarımbəndində və 8-ci fəslinin 8-11-ci yarımbəndində göstərilmiş «Hərbi qulluqçu döyüş tapşırığının yerinə yetirilməsi zamanı silahı yalnız düşmənə və ya onun hərbi obyektinə qarşı tətbiq etməlidir» tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan onun sağlamlığına ağır xəsarət yetirməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma (Cinayət Məcəlləsinin 50.4-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmur) və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama cəza növləri nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, etdiyi əməldən peşman olması, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs ilə barışması, ondan üzr istəməsi, zərər çəkmiş şəxsin onu bağışlaması, ondan hər hansı şikayəti və tələbinin olmaması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, cəzanı ağırlaşdıran hallar olmadıqda, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan hədd daxilində cəza təyin olunması daha ədalətli olar. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama cəza növünün təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 25 yanvar 2024-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə (N nömrəli h/h) təhvil verildiyi vaxtdan hesablanmalıdır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülməlidir. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilməlidir. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan N nömrəli hərbi hissəyə məsul saxlanca verilmiş “AKM” markalı “H4458” nömrəli avtomat silah həmin hərbi hissənin istifadəsinə verilməli, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan bir ədəd hərbi gödəkcə, bir ədəd kitel, bir ədəd hərbi cemper, bir ədəd uzunqol mayka, bir ədəd hərbi bel kəməri, bir ədəd hərbi papaq, bir cüt çəkmə, bir ədəd şərf N nömrəli hərbi hissəyə təhvil verilməli, İki ədəd giliz, iki ədəd güllə başlığı, bir ədəd hərbi şalvar, bir ədəd alt tumanı, iki cüt corab istifadəyə yararsız olduğundan məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə 06 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Hökmün icrası intizam xarakterli hərbi hissənin (N nömrəli h/h) komandirinə həvalə olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verildiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan N nömrəli hərbi hissəyə məsul saxlanca verilmiş “AKM” markalı “H4458” nömrəli avtomat silah həmin hərbi hissənin istifadəsinə verilsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan bir ədəd hərbi gödəkcə, bir ədəd kitel, bir ədəd hərbi cemper, bir ədəd uzunqol mayka, bir ədəd hərbi bel kəməri, bir ədəd hərbi papaq, bir cüt çəkmə, bir ədəd şərf N nömrəli hərbi hissəyə təhvil verilsin. İki ədəd giliz, iki ədəd güllə başlığı, bir ədəd hərbi şalvar, bir ədəd alt tumanı, iki cüt corab istifadəyə yararsız olduğundan məhv edilsin. İş üzrə mülki iddia yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar